Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1399/2025 17.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 6 oktyabr 1988-ci ildə Gədəbəy rayonu, Pərizamanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Pərizamanlı Ə/D, Pərizamanlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Məhəmmədi kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X1 Elmar Səfxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2,734 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 07 fevral 2025-ci il tarixdə saat 14:00 radələrində ünvan 1 ünvanın qarşısında Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq orada üstü yoxlanılan zaman əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,720 qram ağ rəngli, kristallik kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, 9 fevral 2025-ci il tarixdə saat 18:50 radələrində Nizami rayon məhkəməsinin qərarına əsasən ünvan 3 ünvanında yerləşən “8-ci kilometr” bazarının ərazisində onun idarə etdiyi «QAZ 33021» markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtombilin içərisindən 01 ədəd, üzərində yapışmış vəziyyətdə, üstündən aşkar edilmiş metamfetamin kütləsi ilə kimyəvi kompanent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən təmiz çəkisi 0,014 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan gümüşü rəngli falqa kağızla ağız hissəsi qapadılmış, bir ədəd dəlik açılaraq üzərində Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallar (ağız suyu) olan boru keçirilmiş plastik su qabı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, **-BT-*** dövlət qeydiyyat nişanlı, «Qazel» markalı avtomobili etibarnamə əsasında idarə emişdir. Quba rayonundan Bakı şəhərinə meyvə daşıyıb günəmuzd işləmişdir. Narkotik istifadəçisi deyil, polis əməkdaşları tərəfindən saxlanılan zaman üstündə heç bir narkotik vasitə olmamışdır. Baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən narkotik vasitə aşkar edilmişdir. Həmin narkotikdən xəbəri olmamışdır. Baxış zamanı üzərindən aşkar edilən digər əşyalar, yəni nağd pullar, etibarnamə əsasında idarə etdiyi **-BT-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobilin açarları, ***-***-**-** GSM nömrəsi ilə işləyən “Samsung A 54” markalı mobil telefon, siqaret, alışqan, bank kartı, yanacaq kartı, “Baku Bus” kartı və s. əşyalar özünə məxsus olmuşdur. Etibarnamə əsasında idarə etdiyi **-BT-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobili «8-ci kilometr» bazarının içərisində saxlamış, açarları Nizami RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. O, narkitok vasitə qəbul etməmişdir. Heç bir yerdə də narkotik vasitə saxlamır. O, narkotik maddələrin satışı ilə məşğul olmur. Saxlanılan zaman ***-***-**-** GSM nömrəsi ilə işləyən “Samsung A 54” mobil telefondan istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, narkotik vasitədən istifadə etməmişdir. Maşınına baxış keçirilmiş, baxış zamanı butulka və stəkanlar aşkar olunaraq götürülmüşdür. Maşınını 8 km bazarında saxlamışdır. Həmin vaxt maşından və üzərindən falqa aşkar olunmamışdır. İstifadə etdiyi telefon həmişə üzərində olmuşdur. O, narkotik vasitə ilə bağlı heç kəslə yazışmamışdır. Onu tutan zaman polislər iki nəfər olmuş, sonradan isə onların sayı 6 nəfərə çatmışdır. Ona qarşı bu böhtanı tutulmamışdan əvvəl yol polisi barəsində çəkdiyi videoya görə atmışlar. Həmin videonu tutulmamışdan 20-25 gün əvvəl çəkmişdir. 26 yanvar 2025-ci il tarixi idi, o, Qubadan qayıdan zaman ona zəng gəlmiş, zəngi açan zaman Sumqayıt RPİ-nin 21-ci polis şöbəsindən olduğunu və bələdiyyə seçkisi ilə bağlı səs vermək üçün Sumqayıta getməli olduğunu bildirmişlər. O, isə qeydiyyatının Gədəbəydə olduğunu və Abşeronda yaşadığını bildirəndə, həmin polis ona belə olduğunu və gəlməli olduğunu bildirmişdir. Sabahısı gün polisin dediyi yerə gəlib ona zəng etmiş və ona 5 dəqiqə gözləməli olduğunu bildirmişdir. Beş dəqiqədən sonra həmin şəxs ona zəng edərək artıq lazım olmadığını və gedə biləcəyini demişdir. Həmin vaxt zəng gələn nömrəni getkontaktda axtaran zaman Zahid adlı sahə müvəkkili olduğunu bilmişdir. Hadisələr 26-27 yanvar 2025-ci il tarixlərdə baş vermişdir. Həmin çəkdiyi video ilə bağlı polis bölməsində olan polislərdən biri “sənə lazım idi” deyərək bildirmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı açarlar, kartlar, baş ağrısı dərmanı və pullar aşkar olunmuşdur. Məni saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Üzərinə baxış keçirən polis əməkdaşının əlində nəsə olduğunu görmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış və onunla ədavəti olmamışdır. 7 fevral 2025-ci il tarixdə Nizami RPİ-nin NMB-yə Bakı şəhərində yaşayan «Elmar» adlı şəxsin Nizami rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılmış araşdırma zamanı həmin şəxsin 6 oktyabr 1988-ci ildə Gədəbəy rayonu, Pərizamanlı kəndində anadan olmuş, Abşeron rayonu, Məhəmmədi kəndi, Yeni yaşayış massivi, fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 7 fevral 2025-ci il tarixdə saat 14:00 radələrində Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid3 və Şahid4, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 46 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxsə özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin şəxs özünü 6 oktyabr 1988-ci ildə Gədəbəy rayonu, Pərizamanlı kəndində anadan olmuş, Gədəbəy rayonu, Pərizamanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Məhəmmədi kəndində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Qeyd olunan şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və qeyd olunan ünvanın yaxınlığında videoçəkiliş aparılmaqla üstü yoxlanılmışdır. Üstü yoxlanılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində “Samsung” yazısı olan mobil telefonu, həmin şalvarın arxa sağ yan cibindən cib dəsmalını, arxa sol yan cibindən 1 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq olmaqla ümumilikdə 225 manat pul əskinazlarını, əynində olan gödəkçənin sol yan cibindən avtomobil açarlarını, sağ yan cibindən siqaret qutusu, alışqan, 2 ədəd 50 qəpik, 4 ədəd 20 qəpik, 2 ədəd 10 qəpik və bir ədəd 5 qəpiyi, gödəkçənin sol iç cibindən 1 ədəd «Bakı kart», «Kapital Bank» tərəfindən verilmiş «Bir bank» plastik bank kartı, 1 ədəd vizitka, «Rosoil» yanacaqdoldurma məntəqəsinə aid plastik kart, 1 ədəd marker və 4 ədəd «Majezik» dərman həblərini çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə kristal halında psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra aşkar olunmuş həmin kütlə sübut əhəmiyyəti kəsb etdiyindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra saxlanılmış şəxs Nizami RPİ-nin inzibati binasına gətirilmişdir. Keçirilmiş proseslər barədə protokol tərtib olunmuşdur. Həmin protokol iştirakçılar tərəfindən imzalanmış və aparılmış video çəkilişin DVD diski protokola əlavə olunmuşdur. Bundan sonra saxlanılmış şəxs və toplanmış material aidiyyəti üzrə təhvil verilmişdir (cild 1, iş vərəqi 175-177). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqi 178-180, 181-183 və 184-186). Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, «8-ci kilometr» adlanan bazarda fəhləlik edir. Təqsirləndirilən şəxs təxminən 6 aydır tanıyır. Belə ki, Elmar idarə etdiyi **-BT-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobil ilə bazara müxtəlif kənd təsərrüfatı malları gətirmişdir. O da, həmin məhsulları boşaldan zaman Elmarla tanış olmuşdur. Aralarında normal münasibətlər yaranmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında normal münasibətlər olduğundan bir neçə dəfə Elmarın avtomobilinin içərisinə əyləşib, orada çay və su içmişdir. Ola bilsin ki, bu zaman avtomobildən götürülmüş 1 (bir) ədəd şüşə stakanın ağızlıq hissəsi üzərində ona məxsus bioloji mənşəli materiallar qalmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş şüşə stəkanda çay və su içmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində olan digər əşyalar ona məxsus deyildir. Avtomobildəki bütün əşyalar Təqsirləndirilən şəxs məxsusdur. O, Təqsirləndirilən şəxs ilə birlikdə psixotrop maddə qəbul etməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə qəbul etdiyi barədə məlumatı olmamışdır (cild 1, iş vərəqi 190-191). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək 7 fevral 2025-ci il tarixdə saat 14:00 radələrində ünvan 1 ünvanın qarşısında üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,720 qram ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürüldüyünü və 9 fevral 2025-ci il tarixdə vəkil X2 iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi «QAZ 33021» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış, axtarış və götürmə aparılan zaman avtomobildən 2 ədəd şüşə stəkan, 1 ədəd, ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, üzərində bir ədəd dəlik açılaraq plastik boru keçirilmiş plastik su qabı aşkar edildiyini qeyd etmişdir (cild 1, iş vərəqi 264-267). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Sehran Əhmədov istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək 7 fevral 2025-ci il tarixdə saat 14:00 radələrində ünvan 1 ünvanın qarşısında üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,720 qram ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürüldüyünü qeyd etmişdir (cild 1, iş vərəqi 268-270). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 8 fevral 2025-ci il tarixli 6/571 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №162» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və s. yazılar, adlar, soyadlar, imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,720 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,620 qram (cild 1, iş vərəqi 53-54). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 701 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 119-120). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən keçirilmiş məhkəmə-genetik ekspertizanın 14 fevral 2025-ci il tarixli 25/229 nömrəli ekspert rəyindən görünür ki, ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, 1 (bir) ədəd plastik su qabının üzərində bir ədəd dəlik açılaraq keçirilmiş plastik borunun ağızlıq hissəsi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx.xx.1998 Gədəbəy r.) məxsusdur. Təqdim edilmiş 1 (bir) ədəd şüşə stəkanın ağızlıq hissəsi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Şahid5 Daqlar oğluna (xx.xx.1977 Kürdəmir r.) məxsusdur. Təqdim edilmiş üzərində yaşıl rəngli ləkələr olan 1 (bir) ədəd şüşə stəkanın ağızlıq hissəsi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar kişi cinsindən olan naməlum şəxsə məxsusdur. Bu nümunədən əldə edilmiş DNT profili ilə DİN-in DNT məlumat bankında eynilik aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, üzərində bir ədəd dəlik açılaraq plastik boru keçirilmiş 1 (bir) ədəd plastik su qabının ağızlıq hissəsindən götürülmüş tədqiqat nümunəsindən əldə edilmiş nəticələrə əsasən müəyyən olundu ki, həmin nümunənin tərkibində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, üzərində bir ədəd dəlik açılaraq plastik boru keçirilmiş 1 (bir) ədəd plastik su qabının ağızlıq hissəsindən götürülmüş tədqiqat nümunəsi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı (cild 1, iş vərəqi 138-144). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 5 mart 2025-ci il tarixli 6/837 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Kriminalistik Tədqiqatlar İdarəsi № 030» ştamp əksi, «...Təqsirləndirilən şəxs avtomobilindən...» və s. yazılar, adlar, soyadlar, imzalar olan paketdəki butulkanın ağız hissəsini qapatmış folqa kəsiyinin üzərində yapışmış vəziyyətdə olan təmiz çəkisi 0,014 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bu metamfetamin kütləsi ilə vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin kütləsi kimyəvi kompanent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Butulkanın daxili hissəsində də metamfetaminin mikrohissəcikləri müəyyən edildi. Bu mikrohissəciklər iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı (cild 1, iş vərəqi 195-196). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 16 may 2025ci il tarixli 1584 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 279-281). Cinayət işinin materiallarında olan 7 fevral 2025-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 7 fevral 2025-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 46 ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstü yoxlanılmağa başlanılmışdır. Üstü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın arxa sağ yan cibindən cib dəsmalını, arxa sol yan cibindən 1 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq olmaqla ümumilikdə 225 manat pul əskinazlarını, əynində olan gödəkçənin sol yan cibindən avtomobil açarlarını, sağ yan cibindən siqaret qutusu, alışqan, 2 ədəd 50 qəpik, 4 ədəd 20 qəpik, 2 ədəd 10 qəpik və bir ədəd 5 qəpiyi, gödəkçənin sol iç cibindən 1 ədəd «Bakı kart», «Kapital Bank» tərəfindən verilmiş «Bir bank» plastik bank kartı, 1 ədəd vizitka, «Rosoil» yanacaqdoldurma məntəqəsinə aid plastik kart, 1 ədəd marker və 4 ədəd «Majezik» dərman həblərini çıxarıb təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə kristal halında psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri ştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür (cild 1, iş vərəqi 10-11). Cinayət işinin materiallarında olan 9 fevral 2025-ci il tarixli «Avtomobilə baxış, axtarış və götürmə keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi, ünvan 4 ünvanında yerləşən «8-ci kilometr» bazarının ərazisində olan, «QAZ 33021» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq əldə edib saxladığı narkotik maddələrin olub-olmamasının müəyyən edilməsi üçün Nizami rayon məhkəməsinin 08 fevral 2025-ci il tarixli qərarına əsasən video çəkilişdən istifadə edilməklə Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi «QAZ 33021» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış, axtarış və götürmə aparılmışdır. Baxış, axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə saxlamadığını qeyd edərək avtomobilə axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra ünvan 4 ünvanında yerləşən «8-ci kilometr» bazarının ərazisində olan, «QAZ 33021» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı avtomobildə olan 2 ədəd şüşə stəkan, 1 ədəd, ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, üzərində bir ədəd dəlik açılaraq plastik boru keçirilmiş plastik su qabı aşkar edilmişdir. Bundan başqa avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş 1 ədəd, ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, üzərində bir ədəd dəlik açılaraq plastik boru keçirilmiş plastik su qabının nə olduğunu bilmədiyini, həmin əşyanı nə vaxt ora qoyulduğunu xatırlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları ərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İş üçün sübut əhəmiyyəti kəsb etdiyindən 2 ədəd şüşə stəkan, 1 ədəd ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, üzərində bir ədəd dəlik açılaraq plastik boru keçirilmiş plastik su qabı götürülmüşdür. Baxış, axtarış və götürmə zamanı Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur (cild 1, iş vərəqi 107-108). Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 7 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı video yazıdan göründüyü kimi, üstü yoxlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın arxa sağ yan cibindən cib dəsmalını, arxa sol yan cibindən 1 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq olmaqla ümumilikdə 225 manat pul əskinazlarını, əynində olan gödəkçənin sol yan cibindən avtomobil açarlarını, sağ yan cibindən siqaret qutusu, alışqan, 2 ədəd 50 qəpik, 4 ədəd 20 qəpik, 2 ədəd 10 qəpik və bir ədəd 5 qəpiyi, gödəkçənin sol iç cibindən 1 ədəd «Bakı kart», «Kapital Bank» tərəfindən verilmiş «Bir bank» plastik bank kartı, 1 ədəd vizitka, «Rosoil» yanacaqdoldurma məntəqəsinə aid plastik kart, 1 ədəd marker və 4 ədəd «Majezik» dərman həblərini çıxarıb təqdim edir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə kristal halında psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılıb götürülür. “Samsung” markalı mobil telefon bu barədə Təqsirləndirilən şəxs məlumat verilərək götürülür, digər əşyalar özünə qaytarılır (cild 1, iş vərəqi 160). Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 9 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi, ünvan 4 ünvanında yerləşən “8ci kilometr” bazarının ərazisində olan, “QAZ 33021” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nizami rayon məhkəməsinin 8 fevral 2025-ci il tarixli qərarına əsasən video çəkilişdən istifadə edilməklə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə baxış, axtarış və götürmə aparılan zaman aparılmış video çəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı video yazıdan göründüyü kimi, Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə saxlamadığını qeyd edərək avtomobilə axtarış aparılmasına etiraz etmədiyini bildirir. Bundan sonra avtomobildə keçirilən axtarış zamanı avtomobildə olan 2 ədəd şüşə stəkan, 1 ədəd, ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, üzərində bir ədəd dəlik açılaraq plastik boru keçirilmiş plastik su qabı aşkar edilir. Bundan başqa avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş 1 ədəd, ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, üzərində bir ədəd dəlik açılaraq plastik boru keçirilmiş plastik su qabının nə olduğunu bilmədiyini, həmin əşyanı nə vaxt ora qoyduğunu xatırlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. İş üçün sübut əhəmiyyəti kəsb etdiyindən 2 ədəd şüşə stəkan, 1 ədəd, ağız hissəsi gümüşü rəngli falqa kağızla qapadılmış, üzərində bir ədəd dəlik açılaraq plastik boru keçirilmiş plastik su qabı götürülür (cild 1, iş vərəqi 161). Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,720 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, etibarnamə əsasında idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş daxili hissəsində metamfetamin mikrohissəcikləri müəyyən edilmiş butulkanın ağız hissəsini qapatmış folqa kəsiyinin üzərinə yapışdırılmış vəziyyətdə olan təmiz çəkisi 0,014 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata 0,06 qram sərf edildikdən sonra 2,560 qram, tədqiqata 0,01 qram sərf edildikdən sonra 0,004 qram metamfetaminin qalıqları və daxili hissəsində metamfetaminin mikrohissəcikləri müəyyən edilmiş butulka məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 197-198). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 187-188). Cinayət işinin materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 fevral 2025-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 18-19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 9 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 7 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və (cild 1, iş vərəqi 95-101). Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Sübhan Həsənov adlı bir azyaşlı uşağı vardır (cild 2). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir, həmin məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 7 fevral 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 220 (iki yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə tədqiqatdan sonra qalıq çəkisi 2,560 qram olan psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,004 qram olan psixotrop maddə metamfetaminin qalıqları və daxili hissəsində metamfetaminin mikrohissəcikləri müəyyən edilmiş butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs istifadəsində olmuş, üzərində ***-***-**-** mobil telefon nömrəsi olan “Samsung A54” markalı mobil telefon onun qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 7 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 220 (iki yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: --Bakı şəhəri Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə tədqiqatdan sonra qalıq çəkisi 2,560 qram olan psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,004 qram olan psixotrop maddə metamfetaminin qalıqları və daxili hissəsində metamfetaminin mikrohissəcikləri müəyyən edilmiş butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs istifadəsində olmuş, üzərində ***-***-**-** mobil telefon nömrəsi olan “Samsung A54” markalı mobil telefon onun qohumlarına qaytarılmalıdır. Hökm elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1399/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1399/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver