Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-140/2020 19.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, müdafiəçilər: Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi2, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1978-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağıolan, ali təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsi ev 10, mənzil 49-da qeydiyyatda olan və yaşamış, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasinda saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1979-cu ildə Naxıçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,məhkum olunmamış, işləməyən, Naxçıvan MR-nın Kəngərli rayonu Qabıllı kəndində qeydiyyatda olan və hal hazırda Bakı şəhəri xətai rayonu M.Hadi küçəsi ev 73, mənzil 40-da yaşamış, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasinda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, 29-cu məhəllə ev 17/18 mənzil 10-da qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi A.Pəri küçəsi ev 15/1-də yaşamış, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasinda saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxx 2019-cu il tarixdə səhər 12 radələrində Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,322 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində daşıyaraq saxlamış, xx xxxxx 2019-cu il tarixdə 13 radələrində Xətai rayon Pİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 92 ünvanında saxlanılaraq Xətai rayon Pİ-nə aparılmış, həmin gün Pölis İdarəsində üstünə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 0,322 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs3 və istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Rəsul» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq, narkotik vasitənin satışından əldə edilmiş qazancı aralarında bölüşdürmələri barədə İran İslam Respublikasında olarkən razılaşmış və xx xxxxx 2019-cu il tarixdə “Rəsul” adlı şəxsin yönləndirməsinə əsasən Astara rayonu Təngərüd kəndində “Təngərüd” sözü yazılmış tablonun altından satış məqsədi ilə küllü miqdarda bir ədəd selofan paketdə təmiz çəkisi 559,879 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd selofan paketdə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdardan artıq miqdarda ümumi təmiz çəkisi 231,458 qram olan psixotrop maddə sayılan metamfetamin və bir ədəd selofan paketdə təmiz çəkisi 13,620 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə etdikdən sonra həmin narkotik vasitə heroini ayrı-ayrılıqda bükümlərə bölərək bir bükümdə çəkisi 9,926 qram olan narkotik vasitə heroini və bir bükümdə çəkisi 13,620 qram olan xaşxaşdan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki Təqsirləndirilən şəxs3 götürmüş, bir bükümdə çəkisi 540 qram olan narkotik vasitə heroini, bir bükümdə çəkisi 227,454 qram olan psixotrop maddə sayılan metamfetamin yaşadığı ünvan 2 mənzil 40 ünvanında saxlamış, bir bükümdə çəkisi 9,631 qram olan narkotik vasitə heroini və çəkisi 4,004 qram olan psixotrop maddə sayılan metamfetami əldə edərək üzərində saxlayaraq daşımış, bir bükümdə olan təmiz çəkisi 0,322 qram olan narkotik vasitə heroini xx.xx.2019-cu il tarixdə 12 radələrində yaşadığı ünvan 3ənzil 40 ünvanında Təqsirləndirilən şəxs1 10 manat müqabilində satmış,xx xxxxx 2019-cu il tarixdə saat 13 radələrində Xətai rayon Pİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 92 ünvanında saxlanılaraq polis idarəsinə aparılmış, pölis idarəsində üstünə baxış keçirilən zaman əynindəki tünd qəhvəyi rəngli gödəkçəsinin içəri sol döş cibindən bir ədəd bükümdə, təmiz çəkisi 9,631 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,004 qram «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş psixotrop maddə sayılan metamfetamin aşkar edilərək götürülmüş, həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 mənzil 40 ünvanın baxış keçirilən zaman, evin yataq otağında olan şkafın üzərindən bir ədəd bükümdə təmiz çəkisi 540 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 227,454 qram«Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş psixotrop maddə sayılan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Rəsul» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq, narkotik vasitənin satışından əldə edilmiş qazancı aralarında bölüşdürmələri barədə İran İslam Respublikasında olarkən razılaşmış və xx xxxxx 2019-cu il tarixdə “Rəsul” adlı şəxsin yönləndirməsinə əsasən Astara rayonu Təngərüd kəndində “Təngərüd” sözü yazılmış tablonun altından satış məqsədi ilə küllü miqdarda bir ədəd selofan paketdə təmiz çəkisi 559,879 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd selofan paketdə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdardan artıq miqdarda ümumi təmiz çəkisi 231,458 qram olan psixotrop maddə sayılan metamfetamin və bir ədəd selofan paketdə təmiz çəkisi 13,620 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə etdikdən sonra həmin narkotik vasitə heroini ayrı-ayrılıqda bükümlərə bölərək bir bükümdə çəkisi 9,926 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, bir bükümdə çəkisi 13,620 qram olan narkotik vasitə tiryəki yaşadığı ünvan 6 ünvanında saxlamış, xx xxx 2019-cu il tarixdə Xətai rayon RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 7 ünvanının qarşısında saxlanılaraq polis idarəsinə aparılmış, pölis idarəsində üstünə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə, həmin 9,926 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin gün Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 8 ünvanın baxış keçirilən zaman, evin arxa hissəsində olan zirzəminin daş hasarının içərisindən bir ədəd bükümdə təmiz çəkisi 13,620 qram olan xaşxaşdan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs3 tanımamış, Məhəmmədlə isə tanışlıqı üç ay müddətində olmuşdur. O, narktoik vaistətinin istifadəçisi olmuş, digər xatırlamadığı yoldaşın vasitəsilə öyrənmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə var, satışı ilə məşğuldur. O, da özünün istifadəsi üçün Təqsirləndirilən şəxs2dlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Razində görüşərək aralarında razılaşdıqdan sonra narkotik vaistə olan “kakos”-u istifadəsi üçün əldə etmişdir. O, 6 aydır ki, narkotik vasitə olan “kakos”-dan istifadə edir. Ondan sonra onu Xətai Rayon Polis idarəsinin əməkdaşları saxlamış, onun üzərindən 1(bir) çet narkotik aşkar olunmuşdur. Xatai Rayon Polis İdarəsinin əməkdaşları saxladıqdan sonra Təqsirləndirilən şəxs2 saxlamışlar. Onda məlumat var idi ki, Təqsirləndirilən şəxs2 narkotik vaistənin satışı ilə məşğuldur. Məhəmməd də hansı narkotik vasitənin olub- olmamasını soruşmuş, məlum məsələ idi ki, narkotik vaistə olan “kakos” var idi, digər narkotik vaistə olan “metanfomediya” da var idi, lakin ona lazım olan narkotik vaistə olan “kakos” idi. Məhəmmədlə görüşdüyü zaman artıq 1 çet narkotik vaiastə olan “kakos” hazır idi. Məhəmməd də başqa çetlərin olub olmamasını bilmir. Narkotik vaistə olan “kakos”-un 1 çetini 10 (manat) manat ödəyərək əldə etmiş, Məhəmməd Xətai rayonunda yaşayır, lakin o, Məhəmədlə Razində görüşmüşdür. O, narkotiki aldıqdan sonra Məhəmədlə birgə taksiyə minmiş, təxminən 30 dəqiqə sonra “Xəzər TV”-nin yanında polis əməkdaşları onu və Məhəmmədi saxlamışlar, ondan narkotik vasitəni necə və hardan əldə etmisini soruşuduqda o, Məhəmmədən aldığını bildirmişdir. Məhəmmədin evində narkotik vaistənin aşkar olunmasını eşitmiş, o, orda olmamış, əvvəllər Məhəmmədi tanımamışdır. Təqsirləndirilən şəxs3 tanımır, Tarixdən narkotik vasitə almamış, istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, ittiham aktında yazılanlarla razı deyil, onun evindən aşkar olunan narkotik vaistə olan “kakos” 400 qram olmuş və 200 qram “metamfomediya” olmuşdur. O, bu işlə məşğul olur, bir çox xarici ölkələrdə narkotik vasitənin daşınması ilə məşğul olmuş və bunun müqabilindədə pulunu almışdır. Lakin evindən çıxan narkotik vaistə olan 400 qram “kakos” və 200 qram “metamfomediya ona məxsus deyil. Pul götürmək üçün Vadim onu Elektrotok ərazisinə aparmış, Vadim ona deyib ki, flan qədər narkotik vasitə flan yerə verilməlidir, ondan sonra Vadimin istədiyi narkotik vasitə Vadimə verilmişdir. Ondan sonra o, Vadimlə Vadimin pul alacağı adamın yanına getmişdir. O, ona görə Vadimlə getmişdir ki, görsün Vadim kimdən pul alır. Vadim narkotik vasitə ilə maşından düşüb bir nəfərin evinə getmiş və orada tutulmuş, maşında o, oturduğu oturacağın alt hissəsindən narkotik vasitə çıxmışdır. Ondan sonra Polis əməkdaşları maşına yaxınlaşmış, həmin yerdə onun üstünə baxış keçirilmiş və onun üzərindən qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Xətai Rayon Polis idarəsinə gəldikdə üzərinə yenidən baxış keçirilmiş və üzərindən qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. O, Polis idarəsində təzyiqlərə məruz qalmış, döyülmüş və təhqir edici sözlər onun ünvanına qarşı istifadə olunmuşdur. Təqsirləndirilən şəxs3 20 il onun qonşusu olmuş, həmin idarədə ona qarşı təzyiqlər və işgəncələr olmuşdur ki, Təqsirləndirilən şəxs3 bura gəlməlidir, o, Təqsirləndirilən şəxs3 adını verməli idi. Bir neçə gün ona qarşı təzyiqlər və işgəncələr olduqdan sonra o, məcburiyyət qarşısında qalmışdır və Tarix gəlmişdir. Təqsirləndirilən şəxs3 gətirmələrinə səbəb Tarixin ona yazdıqı mesaja görə idi, o, belə düşünür ki, belə çıxır ki, ona kim mesaj yazırsa o, insanların hamısını həbs etməlidilər. Ona görə o, ittiham aktında yazılanlarla razı deyil. İttiham aktında yazılanlar ona qarşı təzyiq və işgəncə edilərək yazılmışdır. Ondan sonra onu evinə aparmışlar, o, evdən çıxandan sonra evində olan bütün geyim paltarları və məişət əşyaları aparılmış, heç nə qalmamış, hamısını aparmışlar. Balaca oğlu Polis əməkdaşlarından soruşmuşdur ki, nəyə görə atasının əşyalarını aparırlar. Polsilər demişdir ki, bu əşyalar müsadirə olunacaq, oğlu soruşduqda ki, bəs televizoru nəyə görə aparırlar, polis əməkdaşları televizorunda rəisin otağına goyulacağını bildiriblər. Təqsirləndirilən şəxs3lə Bakıxanov qəsəbəsi, Aşıq Bəyli küçəsində 20 ildir ki, qonşudur.Vadimi o, 1 ay idi ki, tanımış, o, Vadimə 10 (on) manata narkotik vasitə satmamışdır. Vadimin ona ümumilikdə 680 (altı yüz səksən) borcu var idi, bu borc 4-dəfəyə belə yaranıbdır, hər borcu gətirib verəndə 600 (altı yüz) manat vermək əvəzinə 300 (üç yüz) manat verirdi ki, balaları evdə acdır. Polislər saxlayarkən Vadimin və onun üzərindən narkotik vasitə aşkar olunmamış, narkotik vasitələri maşının oturacağ hissəsinin altından çıxmış, həmin narkotik vasitə ona məxsus olmuş, o, Vadimə vermişdir. Vadim də maşından düşərkən oturacağın alt hissəsinə qoymuş, maşından düşmüşdür. Vadimində narkotik vasitələri nəyə görə maşının oturacağın alt hissəsinə qoyub düşməsini bilmir. Evində 540 qram narkotik vaistə “kakos” aşkar olunmamış, evdə 400 qram “kakos” və 200 qram “metafomediya” olmuşdur. Evində aşkar olunan narkotik vasitələr Təqsirləndirilən şəxs3 məxsusdur. Mart ayının 29-u Rəsul telefon vasitəsilə ona zəng vurub demişdir ki, dadaş narahat olma hər şey yaxşı olacaq, ondan sonra Tarix ona zəng vurub demişdir ki, tezdən gedirik, onun telefonuna tabelanın şəkili gəlib, tabelanın yanına getmiş, maşından düşmüş Təngərli kəndinin tabelasının altından narkotik vasitələri götürüb təzədən Tarixin maşınına oturmuşdur. Aprel ayının 1-i Astara rayonunda Təngərli kəndinin tabelasının altından götürdüyü narkotik vasitələri evində gətirib saxlamış, həmin götürdüyü narkotik vaistədən 50 qram “metafomediya” və 100 qram “kakos” verilmişdir. Astaradan Təngərli kəndinin tabelasının altından narkotik vasitə götürülən zaman 500 qram “kakos” və 250 qram “metafomediya” olmuşdur. Tarix həmin narkotik vasitələrdən götürməmiş, ona da bildirmişdir ki, əgər həmin narkotik vasitələrdən 1 qram belə əskik olsa cavab verəcək. İttiham aktında yazılanların əksəriyyəti ona aid deyil, səf yazılmışdır. Hadisələr ilə bağlı bir çox yerlərə müraciət etmiş, 1 ay bundan öncə baş prokrorluğa evində olanlarla əlaqədar məlumat verib bildirmişdir ki, ən azından onun geyim paltarını versinlər, o, hal-hazırda başqalarının paltarlarını geyinir. Rəsul ona səs mesajı atıb demişdir ki, “qardaş mən Tarixi yığıram onla əlaqə saxlaya bilmirəm”. Onun evində 400 qram narkotik vasitə olan “kakos” və 200 qram “metafomediya” var, evində həmin vasitələri çıxardıb polis əməkdaşlarına təhvil vermişdir. Evində aşkar olunan əşyalar Təqsirləndirilən şəxs3lə ona məxsusdur. Həmin narkotik vasitələriın onun evində nəyə görə olmasını Tarix bilir, ümumiyyətlə bu narkotik vaistələrin ölkəyə gəlməsinin 99% səbəbi Təqsirləndirilən şəxs3dir. Evindən aşkar olunan narkotik vasitələri hər zaman onun evində olmuşdur. Tarix ona demişdir ki, narkotik vasitələri sənin evində qalsın. Vadimə 10 (on) manata narkotik vasitə satmamış, o, umumiyyətlə heç vaxt 10 (on) manata narkotik vasitə satmamışdır. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib göstərdi ki, Təqsirləndirilən şəxs2 bir neçə ildir bir qonşu kimi tanıyır. Məhəmmədin ona borcu olmuş və o, ondan borcunu tələb etmiş, ondan sonra borcunun arxasınca getmişdir. Onun üzərindən tapılan narkotik vasitə ona işgəncə verərək onun üstünə atılmış, onun üzərində narkotik vasitə olmamışdır. Onun evində narkotik vasitə olmuşdur. Evindən çıxan narkotik vaistəni etiraf edir, onun evində narkotik vasitə olmuş, həmin narkotik vasitəni istifadə edən və satan deyil. Sadəcə olaraq 6 ay bundan qabaq ona verilmiş narkotik vasitə olan “qara tiryək” olmuşdur. Onu istifadə edə bilməmişdir və istifadə etmədiyi üçün evdə olan divarın deşiyinə salmış və orada qalmışdır. O, üzərindən çıxan narkotik vasitəni qəbul etmir, onu ona işgəncə verərək onun boynuna atmışlar. Məhəmmədin ifadəsində bildirdiyi kimi, o, Astaradan narkotik gətirməsini bilməmişdir. Məhəmməddən pulunu istədikdə, ona demişdir ki, gedək pulunu gətirək, Onlar Astaraya pul gətirməyə getmiş, ondan sonra Məhəmməd əlində sumka içərisində meyvə ilə gələrək bildirmişdir ki, pul gəlməyib ondan sonra geri qayıtmış, onun narkotik vasitənin gəlib gəlməməsindən xəbəri yoxdur. Məhəmmədin Astaradan narkotik vasitə gətirib gətirməməsini bilməmiş, Məhəmməd ona rayondan pul götürəcəyini və o, götürəcəyi puldan onun pulunu verəcəyini bildirmiş, onlar Məhəmmədlə rayona getmiş, sadəcə olaraq Məhəmməd pul ala bilmədiyi üçün onun pulunu verə bilməmiş və ondan sonra geri qayıtmışlar. İstintaq zamanı ona işgəncə verdikləri üçün ifadəsinə imza etmişdir. Müstəntiq ona təzyiq göstərməmişdir. Hal-hazırda məhkəmə iclas zalında necə ifadə vermiş, istintaq zamanı eyni ilə ifadə vermiş, lakin orda onun ifadəsi dəyişib nə yazdıqlarını bilmir. Onun Məhəmmədlə qərəzli münasibəti olmamışdır. Məhəmmədin ona qarşı nəyə görə ifadə verməsinin səbəbini bilmir. Evində aşkar olunan narkotik vasitə olan “qara tiryəki” Məhəmməddən almış, lakin pul ödəyərək almamış, bir dəfə istifadə etmiş, onda da istifadə edə bilməmiş və görmüşdür ki, onluk deyil, evdə deşik olan bir yerə qoymuş, ondan sonra heç xatırlamamışdır ki, orada belə bir şey var. O, əməliyatçılara deməmişdir ki, Məhəmmədin evində narkotik vaistə var, o, istintaqda yazılan ifadəsinə etiraz etmiş, o, bilmir ki, Məhəmmədin evində nə var. Məhəmmədlə Astaraya onun maşını ilə getmiş, maşını o, idarə etmiş, Astaraya gedib yol qırağında tam xatırlamadığı bir yerdə dayanmış, Məhəmməd özü demişdir ki, burda saxla gəlir, Məhəmməd maşından çıxıb getmiş və 5-6 dəqiqə keçdikdən sonra Məhəmməd əlində klyok içində meyvə və toyuqla geri dönmüşdür. Məhəmmədinin kiməsə borcu var idi, onu sıxırdılar, bu səbəbdən ondan borc istəmiş, 2018-ci il iyul ayında Məhəmmədə 5.000 (beş min) manat vermişdir. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X5 ifadələrini dinləyib, şahidləri dindirib, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsindən görünür ki, Bakı şəhəri Xətai rayonu ərazisində Vadim və Məhəmməd adlı şəxsin mütamadi olaraq qanunsuz olaraq narkotik vaistələrin əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə Xətai rayon Polis İdarəsinə daxil olmuş, əməliyyat məlumatını yoxlamaq və Vadim və Məhəmməd adlı şəxsləri cinayət başında ifşa etmək məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə NMB-in əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuş və şəxslər tərəflərindən Bakı şəhəri Nobel prospekti 92 ünvanının qarşısında zahiri əlamətləri Vadim və Məhəmməd adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etmiş və onları Bakı şəhər Xətai rayon Polis idarəsinə dəvət etmişlər. Xətai rayon Polis idarəsinə gəldikdə Vadimin üzərindən baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülünü çıxararaq təqdim etmişlər. Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə “heroin” olduğunu, həmin narkotik vaistəni həmin gün Məhəmməd adlı şəxdən 10 (on) manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmişdir. Məhəmməd adlı şəxsin üzərinə baxış keçirilmiş və baxış nəticəsində iki büküm aşkar olunmuş, özünün dediyinə görə üzərində aşkar olunan bükümlərdən biri narkotik vasitə olan “metamfetamin” digəri isə “heroin” dir. Ondan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və onun əynindəki tünd qəhvəyi rəngli gödəkçəsinin içəri sol döş cibindən iki ədəd siqaretin gümüşü kağızına bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmən kütlələrin birinin içərisində narkotik vasitə “heroin” olduğunu, digərinin isə psixatrop maddə “metamfetamin” olduğunu, həmin gün tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə “heroin” satdığını, həmçinin yaşadığı Xətai rayonu M.Hadi küçəsi ev 73, mənzil 40 ünvanında narkotik vasitə “heroin” və psixiatrop maddə metamfetamin saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilərkən yataq otağında külli miqdarda narkotik vaistə olan “metamfetamin” və “heroin” aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2n götürülmüş narkotik və psixiatrop maddə qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş, bu barədə tərəflərindən müvafiq protokol tərtib olunmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Ədalət oğlu, Şahid7 və Şahid8 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərdiyi xususatları təsdiq edib onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsindən görünür ki, o, Xətai rayon polis idarəsinin 35-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 tanıyır, məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs3 evinə baxış keçirilən zaman mənzilindəki zirzəmidən bir sellofan bükümdə narkotik maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 3 mərtəbədən ibarət olan evinin zirzəmisində sellofan klyoka bükülmüş qara rəngli maddə idi. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni özünün istifadəsi üçün həmin yerdə gizələdərək saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi kütlə tərəfimizdən qablaşdırılaraq imzalandıqdan sonra möhürlənmiş və götürülmüşdür. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs3 saxlanmasında iştirak etməmiş, həmin aşkar olunan narkotik vasitə Təqsirləndirilən şəxs3 özünün iştirakı ilə aktalşdırılaraq sənədləşdirilmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14, X3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 göstərdiyi xususatları təsdiq edib onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid13 ifadəsindən görünür ki, xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 10 ünvanında təhqiqatçı tərəfindən təxirəsalınmaz axtarış aparılması barədə qərar çıxarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs3lə birlikdə onun yaşadığı ünvan 10 ünvanına getmişdir. Təqsirləndirilən şəxs3 evinə baxış keçirilməmişdən əvvəl baxışın keçirilməsi üçün iki nəfər hal şahidi dəvət olunmuş və hal şahidlərinə hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs3 həmin mənzilin özünə məxsus olduğunu və mənzilə tərəflərindən baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 özünə məxsus mənzildə baxış keçirilməsinə razı olduğunu bir daha təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 təklif olunmuşdur ki, özünə məxsus mənzildə saxladığı qanunsuz əşyaları təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs3 yaşayış evinin həyətində evin arxa hissəsində tikilmiş zirzəminin daş hasarının içərisindən bir büküm çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə tiryəkdir, özünün istifadəsi üçün həmin yerdə gizlədərək saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi kütlə tərəflərindən qablaşdırılaraq imzalandıqdan sonra möhürlənmiş və götürülmüşdür. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid16 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3 Xətai rayon polis idarəsinin İŞ-nin baş müstəntiqi Samir Ağayevin əməliyyat tapşırığına əsasən cinayət başında ifşa etmək məqsədi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxx 2019-cu il tarixdə yaxınlaşıb özlərini təqdim edərək onu Bakı şəhər Xətai rayon Polis İdarəsinə dəvət edərkən tanımışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs3 onlarla birlikdə Xətai rayon Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs3 üstünə baxış keçiriləcəyi ona həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs3 təklifə əsasən şalvarının cibindən bir ədəd bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs3 həmən kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 götürülülmüş narkotik vasitə qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş, bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 qarşı heç bir təzyiq və təsir olunmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Cəlil oğlu məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsi ilə eyni məzmunlu ifadə verərək eynilə onun ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Səlamat oğlu ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu Sadıqcan küçəsi ilə getdiyi zamanı polis əməkdaşı yaxınlaşaraq hüquqlarını izah edib, Xətai rayon Polis İdarəsində xidməti otaqlarının birində bir nəfər şəxsin olduğunu və həmən şəxsin üzərinə baxış keçirmək üçün hal şahidi qismində iştrakının vacib olduğunu bildirmişlər. Polis əmədaşına etiraz etməyib polis idarəsinə gəlmişdir. Polis idarəsində olan xidməti otaqların birinə keçmiş, orada tanımadığı və əvvəllər görmədiyi, bir nəfər şəxsin olduğunu görmüşdür. Ondan başqa otağa daxil olan şəxslər də olmuş, bir nəfər şəxsə, yəni adının sonradan Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsini dedikdə Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təklifindən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd büklünü çıxararaq təqdim edib narkotik maddə olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını, həmin gün tanışı Məhəmməd adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qeyri qanuni əşya və maddə aşkar olunmamışdır. Həmin bükülü zərfin içərisinə qoyulmuş və tərəflərindən həmən zərf imzalanıb möhürlənmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Səlamat oğlunun göstərdiyi xususatları təsdiq edib onunla eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, xx xxxxx 2019-cu il tarixdə təxminən axşam saatlarında şəxsi işi ilə bağlı Xətai rayon Polis İdarəsinin qarsından keçmişdir. Bu vaxt polis əməkdaşı yaxınlaşaraq hüquqlarını izah edib, Xətai rayon Polis İdarəsində xidməti otaqlarının birində bir nəfər şəxsin olduğunu və həmən şəxsin üzərinə baxış keçirmək üçün hal şahidi qismində iştrakının vacib olduğunu bildirmişlər. Polis əmədaşına etiraz etməyib polis idarəsinə gəlmişdir. Polis idarəsində olan xidməti otaqların birinə keçmiş, orada tanımadığı və əvvəllər görmədiyi, bir nəfər şəxsin olduğunu görmüşdür. Ondan başqa otağa daxil olan şəxslər də olmuş, bir nəfər şəxsə, yəni Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsini dedikdə Məhəmməd Məhəmmədzadə polis əməkdaşlarının təklifindən sonra əynində olan tünd qəhvəyi rəngli gödəkçəsinin içəri sol döş cibindən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş çıxararaq təqdim edib narkotik maddələr olduğunu, birinin içərisində heroin, digərinin içərisində isə psixatrop maddə olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sorgu zamanı Təqsirləndirilən şəxs2 kirayə yaşadığı Xətai rayonu M.Hadi küçəsi ev 73, mənzil 40 ünvanında da narkotik vasitə heroin və psxiatrop maddə metamfetamin saxladığını könüllü olaraq etiraf etmişdir. Həmin iki bükülü zərfin içərisinə qoyulmuş və tərəflərindən həmin zərf imzalanıb möhürlənmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 kirayə yaşadığı ünvan 5 mənzil 40 ünvanına, müdafiəçi və polis əməkdaşları ilə birlikdə getmişdir. Ona və digər hal şahidinə hüqüq və vəzifəlri izah olunmuşdur.Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs2 təklif etmişlər ki, yaşadığı evdə saxladığı qeyri qanuni əşya varsa təqdim etsin. Polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs2 özünə məxsus yataq otağında olan kiçik ölçülü rəfin üzərində tünd göy rəngli üzərində «Levis» sözləri yazılmış sellofan və həmin sellofanın içərisində ağ rəngli sellofanın içərisində narkotik vasitə heroinə bənzər maddəni, şəffaf sellofanda ağ rəngli kristall haldı maddəni və 1 ədəd gümüşü rəngli tərəzini təqdim edərək həmin maddələrin heroin və metamfetamin olduğunu,özünə məxsus olduğunu bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr polis əməkdaşları tərəfindən götürülərək qablaşırılmış və baxışın keçirilməsinə dair protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 Sdaqət oğlunun göstərdiyi xususatları təsdiq edib onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə tarixdə axşam saatlarında şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Xətai rayon A.Pəri küçəsi ilə keçib gedərkən polis əməkdaşı yaxınlaşaraq hüquqlarını izah edib, bir nəfər şəxsin yaşadığı evə baxış keçirmək üçün hal şahidi qismində iştrakının vacib olduğunu bildirmişlər. Polis əmədaşına etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xətai rayonu A.Pəri küçəsi 15/1 ünvanına gəlmişdir. Həmin ünvanda tanımadığı və əvvəllər görmədiyi, bir neçə şəxsin olduğunu görmüşdür.Evə daxil olan şəxslər də olmuş, bir nəfər şəxsə, yəni adının sonradan Təqsirləndirilən şəxs3 polis əməkdaşları təklif etmişlərr ki, yaşadığı evdə saxladığı qeyri qanuni əşya varsa təqdim etsin. Polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs3 yaşayış evinin həytində evin arxa hissəsində tikilmiş zirzəminin daş hasarın içərisindən bir büküm çıxarıb dəqdim etmiş və bildirmişdir ki, həmin bümünün içərisində narkotik vasitə tiryəkdir, özünün istifadəsi üçün həmin yerdə gizlədərək saxlamışdır.Bundan sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi kütlələr polis əməkdaşları tərəfindən götürülərək qablaşırılmış və baxışın keçirilməsinə dair protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdiyi xususatları təsdiq edib onunla eyni məzmunlu ifadələr vermişdir. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 9771 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş «vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş..» və.s qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,322 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 9772 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş «vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş..» və.s qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 9,631 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin paketdəki təmiz çəkisi 4,004 qram olan ağ rəngli kristall hissəciklərdən ibarəd maddə isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 9773 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş «vət.Təqsirləndirilən şəxs2 mənzilindən aşkar olunmuş maddi sübutla..» və.s qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 540 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin paketdəki təmiz çəkisi 227,454 qram olan ağ rəngli kristall hissəciklərdən ibarəd maddə isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 11552 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş «vət.Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş….» yazısı olan zərfdəki təmiz çəkisi 9,926 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 11555 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş «vət.Təqsirləndirilən şəxs3 mənzilindən aşkar edilmiş maddə…..» və.s.qeydər olan zəfrdəki bir ədəd bükümdə maddə təmiz çəkisi 13,620 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 11453 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş №-1 zərf üzərində «Təqsirləndirilən şəxs1qdan..» №-2 zərf üzərində «Təqsirləndirilən şəxs2 üzərindən…» №-3 zərf üzərində «Təqsirləndirilən şəxs2 mənzilindən….» sözləri yazılmış zərfdə olan heroinlərlə №-5 üzərində «X2 mənzilindən ..» sözləri yazılmış zərfdə olan heroin kimyəvi tərkiblərinə görə fərqlidirlər. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 11453 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş №-1 zərf üzərində «Təqsirləndirilən şəxs1qdan..» №-2 zərf üzərində « Təqsirləndirilən şəxs2 üzərindən…» №-3 zərf üzərində «Təqsirləndirilən şəxs2 Yəzya oğlunun mənzilindən….» sözləri yazılmış zərfdə olan heroinlərlə №-4 üzərində «Təqsirləndirilən şəxs3 götürülmüş..» sözləri yazılmış zərfdə olan heroin kimyəvi tərkiblərinə görə fərqlidirlər. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli, 1401 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs2 çətənə bitkisi pereparatlarından sui-istifadə etmə halları olub. Lakin hal-hazırdaTəqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin RespublikaNarkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli, 1410 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs3 çətənə bitkisi pereparatlarından sui-istifadə etmə halları olub.Lakin hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli,1412 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli şəxsin üzərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli şəxsin üzərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən əynində olan tünd qəhvəyi rəngli gödəkçəsinin içəri sol döş cibindən 2 ədəd bükümdə narkotik vasitə heroinə və psixiatrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli mənzilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 mənzil 40 ünvana baxış keçirilən zaman, evin yataq otağında olan şkafın üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə və bir ədəd bükümdə psixiatrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür.Həmin baxışın keçirilməsinə dair vedeo görüntü disk şəkilində protokola əlavə olunmuşdur. Odur ki, həmin disk sübut növü kimi qəbul olunmalıdır. Məhkəməyədək icraat dövründə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli mənzilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 8 ünvanına baxış keçirilən zaman, evin arxa hissəsində olan zirzəminin daş hasarının içərisindən bir ədəd bükümdə narkotik maddə tiryəkə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs2 istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə tənqidi yanaşaraq belə hesab edir ki, o Təqsirləndirilən şəxs3 barəsində ibtidai istintaq zamanı və məhkəmə istintaqının ilkin iclasında onun evində olmuş narkotik vasitələrin Təqsirləndirilən şəxs3 məxsus olmasına dair ifadəsindən imtina etmiş və həmin narkotik vasitələrin özünə məxsus olması, polis işçiləri tərəfindən ona təzyiq edilməsi səbəbindən Təqsirləndirilən şəxs3 qarşı belə ifadələr verdiyini göstərmişdir. Halbuki istintaq zamanı Təqsirləndirilən şəxs3 qarşı ərizə yazılan anadək belə hal mövcud olmamış, hətta ərizəni o yazmamış, hazır ərizəyə ona məcburi imza etdirmişlər. Ondan sonra da Təqsirləndirilən şəxs3 qarşı ifadələri yazılaraq ona imza etdirilmişdir. Məhkəmədə qorxaraq belə ifadə vermiş, lakin həqiqət belə olmamış, Təqsirləndirilən şəxs3 onun bu işləri ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs3 onun dostudur, uzun illərdir onu tanıyır, onun tutulmasını polis onun vasitəsi ilə həyata keçirmişdir. Lakin o Təqsirləndirilən şəxs3 barəsindəki ifadələrindən imtina edir. Təqsirləndirilən şəxs3 da məhkəmədə vermiş olduğu ifadəsində ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrinin zor və təzyiq altında alındığını göstərməklə həmin ifadələri birmənalı olaraq rədd etmişdir. Məhkəmə belə hesab edir ki, bunlar şübhəli məqamlardır. Bu iş üzrə xx xxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanır və 185 vərəqədən ibarət materiallar toplanır. Bu vaxtadək Təqsirləndirilən şəxs3 adı çəkilmir, onun barəsində bir kəlmə sözə rast gəlinmir. Bundan sonra Təqsirləndirilən şəxs2 ərizəsi əsasında Təqsirləndirilən şəxs3 barəsində tədbirlər keçirilir və o istintaqa cəlb olunur. Məhkəmədə Təqsirləndirilən şəxs2 ərizənin onun tərəfindən yazılmadığını, sadəcə olaraq imza etdirildiyini və ondan sonra vermiş olduğu ifadələrin Təqsirləndirilən şəxs3 nisbətdə doğru olmadığını bildirmişdir. Hətta ilkin istintaq zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamlar üzrə yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirlı bilmişdir. Cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs3 əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Təkcə narkotik vasitənin külli miqdarda olmasına görə kimisə belə ağır maddə ilə ittiham etmək olmaz və bu digər sübutlarla da təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilir ki, Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın.» Ona görə də Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunmaqla o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Çünki onun satış məqsədi ilə narkotik maddə əldə etməsi, satması, saxlaması, gəzdirməsi istər ibtidai istintaq, istərsədə məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Onun ittihamından “tanışı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Rəsul» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq, narkotik vasitənin satışından əldə edilmiş qazancı aralarında bölüşdürmələri barədə İran İslam Respublikasında olarkən razılaşmış və xx xxxxx 2019-cu il tarixdə “Rəsul” adlı şəxsin yönləndirməsinə əsasən Astara rayonu Təngərüd kəndində “Təngərüd” sözü yazılmış tablonun altından satış məqsədi ilə küllü miqdarda bir ədəd selofan paketdə təmiz çəkisi 559,879 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd selofan paketdə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağaq olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdardan artıq miqdarda ümumi təmiz çəkisi 231,458 qram olan psixotrop maddə sayılan metamfetamin və bir ədəd selofan paketdə təmiz çəkisi 13,620 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə etdikdən sonra həmin narkotik vasitə heroini ayrıayrılıqda bükümlərə bölərək” sözləri çıxarılmalıdır. »Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, »Məhkəmələr nəzərə almalıdır ki, Cinayət Prosessual Məcəllənin 327-ci maddəsinə əsasən, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə, ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və tiryək əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda bir bükümdə çəkisi 9,926 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, bir bükümdə çəkisi 13,620 qram olan narkotik vasitə tiryəki yaşadığı ünvan 6 ünvanına saxlamış, xx xxx 2019-cu il tarixdə Xətai rayon RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 7 ünvanınına qarşısında saxlanılaraq polis idarəsinə aparılmış, pölis idarəsində üstünə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə, həmin 9,926 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin gün Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 8 ünvanın baxış keçirilən zaman, evin arxa hissəsində olan zirzəminin daş hasarının içərisindən bir ədəd bükümdə təmiz çəkisi 13,620 qram olan xaşxaşdan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ittihamından isə “tanışı Təqsirləndirilən şəxs3 və” sözləri çıxılmaqla qalan hissələr saxlanılmalıdır. Yəni Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Rəsul» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq, narkotik vasitənin satışından əldə edilmiş qazancı aralarında bölüşdürmələri barədə İran İslam Respublikasında olarkən razılaşmış və xx xxxxx 2019-cu il tarixdə “Rəsul” adlı şəxsin yönləndirməsinə əsasən Astara rayonu Təngərüd kəndində “Təngərüd” sözü yazılmış tablonun altından satış məqsədi ilə küllü miqdarda bir ədəd selofan paketdə təmiz çəkisi 559,879 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd selofan paketdə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağaq olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdardan artıq miqdarda ümumi təmiz çəkisi 231,458 qram olan psixotrop maddə sayılan metamfetamin və bir ədəd selofan paketdə təmiz çəkisi 13,620 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə etdikdən sonra həmin narkotik vasitə heroini ayrıayrılıqda bükümlərə bölərək bir bükümdə çəkisi 9,926 qram olan narkotik vasitə heroini və bir bükümdə çəkisi 13,620 qram olan xaşxaşdan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki Təqsirləndirilən şəxs3 götürmüş, bir bükümdə çəkisi 540 qram olan narkotik vasitə heroini, bir bükümdə çəkisi 227,454 qram olan psixotrop maddə sayılan metamfetamin yaşadığı ünvan 2 mənzil 40 ünvanında saxlamış, bir bükümdə çəkisi 9,631 qram olan narkotik vasitə heroini və çəkisi 4,004 qram olan psixotrop maddə sayılan metamfetami əldə edərək üzərində saxlayaraq daşımış, bir bükümdə olan təmiz çəkisi 0,322 qram olan narkotik vasitə heroini xx.xx.2019-cu il tarixdə 12 radələrində yaşadığı ünvan 3ənzil 40 ünvanında Təqsirləndirilən şəxs1 10 manat müqabilində satmış,xx xxxxx 2019-cu il tarixdə saat 13 radələrində Xətai rayon Pİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 92 ünvanında saxlanılaraq polis idarəsinə aparılmış, pölis idarəsində üstünə baxış keçirilən zaman əynindəki tünd qəhvəyi rəngli gödəkçəsinin içəri sol döş cibindən bir ədəd bükümdə, təmiz çəkisi 9,631 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,004 qram «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağaq olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş psixotrop maddə sayılan metamfetamin aşkar edilərək götürülmüş, həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 mənzil 40 ünvanına baxış keçirilən zaman, evin yataq otağında olan şkafın üzərindən bir ədəd bükümdə təmiz çəkisi 540 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 227,454 qram«Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağaqan olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş psixotrop maddə sayılan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilmiş ittiham gücündə saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Resrublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin baş verməsini şübhə altına almağa əsas və ya əsaslar yoxdur. Qeyd edilən cinayətlərin onların tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, «Məhkəmələr nəzərə almalıdır ki,Cinayət Prosessual Məcəllənin 327-ci maddəsinə əsasən, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılır. X6 Məcəllənin 28.5-ci maddəsində də göstərilir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. X4 Məcəllənin 351.2-ci maddəsində də birbaşa göstəriş vardır ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və “Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq cəza təyin edilərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlini etiraf edib, peşiman olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməllərinin xarakterinə görə qəsdən törədilmiş cinayət olmasını və ictimai təhlükəlilik dərəcəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər sırasına aid olmasını da nəzərə alır. Təqsirləndirilən şəxs2nnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal əməlini etiraf edibpeşimançılıq çəkməsi, himayəsində 2 az yaşlı uğağının olmasıdır və ağırlaşdıran hallar yoxdur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməllərinin xarakterinə görə qəsdən törədilmiş cinayət olmasını və ictimai təhlükəlilik dərəcəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər sırasına aid olmasını nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal əməlini qismən etiraf edib peşimançılıq çəkməsi, himayəsində 2 az yaşlı uğağının olmasıdır və ağırlaşdıran hallar yoxdur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməllərinin xarakterinə görə qəsdən törədilmiş cinayət olmasını və ictimai təhlükəlilik dərəcəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər sırasına aid olmasını nəzərə alır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1-ci siyahıda heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Resrublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri onların özlərinin, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, məhkəmə-narkoloji və məhkəmə kimyəvi ekspertizalarının rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki,«İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə,şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tuturaq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxxxx 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilsədə o xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulduğundan onun cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 barəsində xx xxx 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilsədə o xx xxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulduğundan onun cəzaçəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 barəsində xx xxxxx 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilsədə o xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulduğundan onun cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» növündə əsas cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının hədləri çərçivəsində cəza təyin edilməsini mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» növündə əsas cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasının hədləri çərçivəsində cəza təyin edilməsini mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» növündə əsas cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının hədləri çərçivəsində cəza təyin edilməsini mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, Xətai RPİnin Növbətçi hissəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,322 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,172 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 9,631 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4,004 qram psixatrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 9,481 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,904 qram psixiatrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 mənzilindən aşkar olunaraq götürülmüş 540 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 227,454 qram psixatrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 539,850 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 227,354 qram psixiatrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş 9,926 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 9,826 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar olunaraq götürülmüş 13,620 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 13,520 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin xüsusi müsadirə edilməklə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulan və ya müsadirəyə məruz qala biləcək qeyri əmlak müəyyən edilməmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslərdən 734 manat 40 qəpik ekspertiza xərcinin tutulub dövlət büdcəsinə keçirilməsini əsaslı hesab edir. 02 ədəd «xxxxxxxx» MMC və «xxxxxxx» MMC diskləri cinayət işinə əlavə olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə H Ö KM E TDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2019cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Resrublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2019-cu il tarixdən hesablansın. Xətai RPİ-nin Növbətçi hissəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,322 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,172 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 9,631 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4,004 qram psixatrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 9,481 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,904 qram psixiatrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 mənzilindən aşkar olunaraq götürülmüş 540 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 227,454 qram psixatrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 539,850 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 227,354 qram psixiatrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş 9,926 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 9,826 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar olunaraq götürülmüş 13,620 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 13,520 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin xüsusi müsadirə edilməklə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 02 ədəd «xxxxxxxx» MMC və «xxxxxxx» MMC diskləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 734 manat 40 qəpik müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan edildiyi (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-140/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-140/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver