Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-140/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1, X4 və Feyzi Günay Rasim qızı katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə iclasında xx xxxx 1989-cu il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli şəhəri, B.Sərdarov küçəsi, ev 1-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarına əsasən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 05 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 2,733 qram beş ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə- heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 2,370 qram, 0,253 qram, 0,045 qram, 0,035 qram, 0,03 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,733 qram qəhvəyi rəngli toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin cinayət işi Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Şahid3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə başlanaraq sonadək ibtidai istintaq aparılmış, istintaqın nəticəsi olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə yuxarıda qeyd olunan məzmunda ittiham irəli sürülmüş və iş üzrə tərtib edilmiş ittiham aktı 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən təsdiq edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxışının 07 mart 2024-cü il tarixli iclasında dövlət ittihamçısı vəsatət qaldıraraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışına xitam verilməsi və Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı vəsatətini belə əsasəlandırdı ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olduğu müəyyən edilmiş, lakin araşdırma aparılması üçün ibtidai istintaq orqanına təqdim olunmamış mobil nömrələrə narkotik vasitələrin alqəsatqısı ilə bağlı olan çoxsaylı smslər göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs özü qeyrilərinin mobil nömrələrinə oxşar məzmunda smslər yazmışdır. İstintaq və məhkəmə təcrübəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi zamanı qeyd olunan cinayətlərin subyektləri arasında narkotik vasitələr, psixotrop maddələr, habelə güclü təsir edən maddələr, növlərindən asılı olaraq müxtəlif adlarla tanınması, sms və ya digər yazışmalarda pərdələnmiş adlardan, o cümlədən narkotik vasitə heroinin əvəzinə “torpaq”, “kola” və s., narkotik vasitə tiryəkin əvəzinə “daş”, psixotrop maddə olan metamfetaminin əvəzinə “patı”, “patpres”, “şüşə”, “duz” və s. kimi əvəzedici sözlərlərdən istifadə edilməsi bəllidir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə daxil olan və çıxan sms mətnlərində məhz belə pərdələnmiş nömrələrdən istifadə edilmişdir. Dövlət ittihamçısı vəsatətində, həmçinin qeyd etdi ki, qeyd olunan smslər narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə bağlı yaranan asılılıq sindromundan əziyyət çəkən şəxsin ağrılarının qarşısının alınması üçün məhz Təqsirləndirilən şəxs müraciət etməsi, o cümlədən qeyd edilən dövriyyəsi qadağan edilmiş maddələrin məhz əvəzli qaydada Təqsirləndirilən şəxs alınması qənaətinə gəlinməsinə kifayət qədər əsaslar verir. Həmin hal Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məhz sənətkarlıq qaydasında məşğul olduğunu göstərən xüsusatdır. Dövlət ittihamçısının qeydlərinə görə xx.xx.2022-ci il tarixdə +**********15 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə daxil olmuş sms mətninin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı fəaliyyətini baxılan iş üzrə şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixədək fasiləsiz olaraq həyata keçirmişdir. Dövlət ittihamçısının qənaətinə görə tədqiq edilən sübutlar və cinayət işinin materialları Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş külli miqdarda, yəni 2,733 qram narkotik vasitə heroinin şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə əldə etməsi və üzərində daşımaqla saxlamasını və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin əlamətlərinin mövcudluğunu təsdiq edir. Vəsatətə münasibət bildirən müdafiə tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamı belə qəbul etmədiklərini, baxılan cinayət işi üzrə əməliyyatçılar tərəfindən qanun pozuntularına yol verildiyini, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibinin olmasını təsdiq edə biləcək hər hansı sübutun müəyyən edilmədiyini qeyd edib, dövlət ittihamçısı tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qaldırılan vəsatətin təmin edilmədən rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, cinayət şininin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs məxsus ***-***- **-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin və SMS mətnlərinin "xxxx" MMCdən götürülməsi məqsədilə müstəntiqin müvafiq vəsatətinə əsasən Xətai rayon prokurorlutu tərəfindən Xətai Rayon Məhkəməsinə təqdimat ünvanlanmışdır. İbtidai istintaq orqanının "xxxx" MMC-yə ünvanlanmış 07 oktyabr 2022-ci il tarixli müşaiyət məktubuna Xətai Rayon Məhkəməsinin qərarının qoşma edilməsi göstərilsə də, məhkəmə qərarının iş materiallarına əlavə edilməsi təmin edilməmişdir. İstintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «elektron daşıyıcıda olan görüntüyə baxış keçirilməsi haqqında» 30 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən əldə olunmuş Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərə və SMS mətnlərinə dair məlumatdarın yerləşdirildiyi bir ədəd CD-R formatlı diskə baxış keçrilmiş və baxış nəticəsində istintaq marağı kəsb edən hər hansı məlumatlar aşkar edilməmiş, həmçinin istintaqçı tərəfindən həmin diskdəki məlumatlardan 07 vərəqədən ibarət çıxarış edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Lakin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərə və SMS mətnlərinə dair məlumatdarın "xxxx" MMC-dən istintaq orqanına göndərilməsi barədə müşaiyət məktubu, eyni zamanda baxış keçirilmiş bir ədəd CD-R formatlı həmin disk cinayət işinin materiallarına əlavə olunmamışdır. Məhkəmənin 03 mart 2023-cü il tarixli iclasında məhkəmənin təşəbbüsü ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin və SMS mətnlərinin "xxxx" MMC-dən götürülməsinə dair Xətai Rayon Məhkəməsinin müvafiq qərarının, "xxxx" MMC-dən istintaq orqanına göndərilmiş mübahisələndirilən CD-R formatlı həmin diskin və "xxxx" MMC-nin müşaiyət məktubunun əldə edilməsi ilə bağlı ilk olaraq Xətai RPİ-nə, cavab alınmadıqda isə həmin idarəyə və məlumat üçün Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəhbərliyinə, daha sonra Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna dəfələrlə müvafiq sorğular və məlumatlar verilmiş, lakin 06 ay ərzində məhkəmə sorğuları icra olunmamışdır. Lakin Bakı şəhəri Xətai rayon prokurorluğunin 05 sentyabr 2023-cü il tarixli məktubu ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefon məlumatlarının götürülməsinə dair Xətai Rayon Məhkəməsinin müvafiq qərarının surəti və "xxxx" MMCnin məktubu 06 aydan sonra məhkəməyə daxil olmuş və qeyd olunan sənədlər tədqiq olunarkən məhkəmədə ziddiyyətli və paradoksal vəziyyət ortaya çıxmışdır. Belə ki, Xətai rayon prokurorluğu tərəfindən məhkəməyə göndərilən Xətai Rayon Məhkəməsinin qərarı 18 aprel 2023-cü il tarixdə, "xxxx" MMC-nin məktubu isə 04 sentyabr 2023-cü il tarixdə tərtib olunmaqla cinayət işinin ibtidai istintaq mərhələsini deyil, cinayət işinin məhkəmə baxışı mərhələsini əhatə etmişdir. Hansı ki, baxılan cinayət işi 27 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və icraata qəbul edilmişdir. "xxxx" MMC-nin məktubu hətta ibtidai istintaq edilmiş və məhkəmədə baxılan ********* saylı cinayət işi üzrə deyil, hazırkı işlə heç bir əlaqəsi olmayan ********* saylı cinayət işi üzrə tərtib edilmişdir. İbtidai istintaq orqanı tərəfindən 30 oktyabr 2022-ci il tarixli protokola əsasən "xxxx" MMC-dən əldə olunmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefona dair məlumatların yerləşdirildiyi bir ədəd CD-R formatlı diskə baxış keçrilməsinə və hətta həmin diskdəki məlumatlardan 07 vərəqədən ibarət çıxarış edilərək cinayət işinin materiallarına əlavə edilməsinə baxmayaraq, "xxxx" MMC-nin 04 sentyabr 2023-cü il tarixli ziddiyyətli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən sorğulanan müddət ərzində, yəni 01 iyun 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Məhkəmə sorğuları icra edilmədiyindən, həmçinin məhkəməyə ziddiyyətli qərar və məktublar təqdim olunduğundan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsinə 1 iyun 2022-ci il tarixindən 22 sentyabr 2022-ci il tarixədək daxil olan və çıxarılan zənglər, sms mətnləri və anten məlumatlarının, həmin nömrəyə daxil olan və çıxan zənglərin mobil nömrələrinin kimlərə məxsus olmasına dair məlumatların ələ keçirilməsi barədə məhkəmə tərəfindən 8 sentyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən "xxxx" MMC-dən verilmiş 25 sentyabr 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən sorğulanan müddət ərzində, yəni 01 iyun 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Məhkəmə sorğusuna əsasən Xətai Rayon Məhkəməsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsində 1 iyun 2022-ci il tarixindən 22 sentyabr 2022-ci il tarixədək olan məlumatların "xxxx" MMC-dən götürülməsinə dair həmin Məhkəmənin cinayət işinin ibtidai istintaqı mərhələsində qəbul edilmiş 01 noyabr 2022-ci il tarixli qərarı əldə olunmuş və müəyyən edilmişdir ki, məhkəmə qərarı məhz Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatiların götürülməsi məqsədilə qəbul edilmişdir. Müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirməsi üçün məhkəmənin təşəbbüsü ilə məhkəmə istintaqına dəvət olunan cinayət işini istintaq etmiş müstəntiq Şahid3 suallar ətrafında göstərdi ki, Təqsirləndirilən şəxs işi üzrə "xxxx" MMC-dən daxil olan diski itirmiş, lakin tapa bilməmişdir və buna görə məhkəmə sorğularına cavab verə bilməmişdir. Ona görə də "xxxx" MMC-yə təkrarən müraciət edib eyni diski istəmişdir. Amma bunu Təqsirləndirilən şəxs barəsində olan iş üzrə deyil, başqa iş üzrə göndərmiş, lakin məhkəmə qərarı Təqsirləndirilən şəxs barəsində olan iş üzrə olmuşdur. İlkin məhkəmə qərarını tapa bilmədiyindən məhkəmədən Orxanın nömrəsi ilə bağlı yeni qərar almışdır. O, Təqsirləndirilən şəxs məxsus bir mobil nömrə ilə bağlı vəsatət qaldırmış, onda başqa nömrə olmamışdır. Həmin ərəfələrdə xəstə olmuş və bu xəstəliyi bütün işlərində problem yaratmışdır. Məhkəmə araşdırması zamanı Məhkəmə-Elektron Sistemi vasitəsi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş "xxxx" MMC-yə aid ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı, "xxxx" MMC-yə aid ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** saylı və "xxxx" MMC-yə aid ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. Odur ki, məhkəmənin 20 oktyabr 2023-cü il tarixli qərarına əsasən qeyd olunan telefon nömrələrinin kimə məxsus olması, həmin mobil telefon nömrələrinə 01 iyun 2022-ci il, saat 00:00-dan 22 sentyabr 2022-ci il, saat 00:00-dək olan müddət ərzində daxil olan və çıxan zənglər, sms mətnləri, eyni zamanda qeyd olunan vaxt ərzində qeyd olunan mobil abonent nömrələrinə daxil olan və çıxan zənglər üzrə mobil telefon nömrələrinin kimə məxsus olmasının müəyyən olunması tələb edilmiş və götürülmüşdür. Mobil operatorlardan əldə olunan məlumatların tədqiqi zamanı müəyyən edildi ki, "xxxx" MMC-yə aid ***-***-**-** və "xxxx" MMC-yə aid ***-***-**-** mobil nömrələr istisna olmaqla, qalan bütün nömrələr Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş, "xxxx" MMC-yə aid ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs atası X3, "xxxx" MMC-yə aid ***-***-**-** mobil nömrə isə X5 adlı şəxsin adına qeydiyyatdan keçmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş və məhkəmə baxışı zamanı müəyyən olunan mobil nömrələri deyil, "xxxx" MMC-yə aid ***- ***-**-** saylı mobil nömrəni ibtidai istintaq orqanına təqdim etmişdir ki, göründüyü kimi bu nömrə sorğu verilən tarixlərdə şəbəkədən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş və məhkəmə baxışı zamanı tədqiq olunan mobil nömrələrə dair məlumatlardan görünür ki, sorğu verilmiş 1 iyun 2022-ci il, saat 00:00-dan 22 sentyabr 2022-ci il saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs, o cümlədən sonuncudan digər şəxslərə narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısında ehtiva olunan məzmunda çoxsaylı smslər göndərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs göndərilmiş narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə bağlı smslərə: - xx.xx.2022-ci il tarixdə +**********32 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “Qaqa qurban olum cox pisdi vezyetim inan ki cox pisem qurban olum komey ele baxcanin arasinda oturmuwam 20 manatim var qadan alim cox pisem 19 manat verdim asefe dedi orxana dwyersen bilsin yadimdan cixmiwdi sene deyim qaqa kotur vurdum tilfonuma ki sene yiga bilim 20azn vermeliydim sene 20 demiwdim uzrlu say qadan alaram bir manatlig kotur atacam buyun qaqa gecen xeyire qalsin qadan alaram ne qulugun olsa haziram qardawim.” məzmunlu, - xx.xx.2020-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa novanın patpresin ustanofqa edə bilərsən on manata?” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa saba adgunumdu anam dedi 50man vercəm saba, məni vezyetden çıxmaqa komey edebilersen saba kartva varyoxun sikim 20man atacam olar?” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qurban olum qaqam xaish edirəm tez dede bərk agriyiram pisem” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa 10 man kola alnar? alnarsa mənə xəbər elə evdəyəm hara desən gelim” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa 17manim var mənə yarı verə bilərsən indi gəldim evə” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********80 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “ORXAN BU NE HEREKETDİ AGRİDA GOZDUYUREM ACMİRSAN TELİ?” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********66 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “ay birat partblese gore zeng eliyirem meni yig indi sora gec olacax gedirem men” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********15 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “Qaqa az qoyub a brat heç 02 yoxdu sen öl. Men elə şeyə danışan deyilem sen yene de deyersen ona brat” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********15 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “Teli açmadın burdan deyim. Öpürem seni sağol bratka. Yeri var özümünkü başqadı da brat. Keçrn defe sen vermemişdin bilirem yaverin qızı qoymuşdu deyesen orafyada oğlanı ona göre az idi qaqa hemde daş deyilen şey yox idi toz idi. Neyse öpürem seni üreysen mugayet ol” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********50 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “QAQA GOTURDUZ TORPAG VE DAWİ İSTEYEN VAR ZAMİNDE AXTARİR BELE ALİNİBSA SMS YAZ MENİMDE XEYİRİM OLSUN ALANAR TEREFTEN ZAMİN İNANKİ 1QRAM.K 35AZN VERİB DELİ OLUB” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********97 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “ozun deyirdine, kimise agrida qoyan filan filandi..soyuw soyurdun..indi meni qoymusan” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********80 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Qaqaw hardasan? Orxan 10 manat tapmiwam kola goturekde. Qaqaw gor 03 duzelde bilirsen. Xeber elede” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********32 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Salam qardawim. Qaqa qurban olaram imkan vasa mene komey ele qadan alaram cox pisdi vezyetim dunen gece den qalmiwam lomkada qaqa qadan alaram hemiwe komey elemisen allah seni qardawdigdan eskiy elemesin qadan alaram qardaw 5 manatda pulum var elin catan yer vasa qadan alim el tut cox pisem qaqa” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********57 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Boyuy qardaw qadan alaram burdayam qaqa smsda yazdim ki deqiq olsun qurban olaram 1q veresen qurban olaram ya buyun yada saba 13manat verim 17manat pula” məzmunlu, - xx.xx.2022-ci il tarixdə +**********94 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Orxan sene bir soz deyim soxum mala amma imennni sen menim ele bir vezyetimde mene komeyliy elemisen men onu yere vuran oglan bir bawa gehbe olar.seni hec kimin ayaqina balam cani vermerem .men eleein yaxsiligi hec vaxt unutmaram ferqi yoxdu pul sohbet deyil” məzmunlu smsləri qeyd etmək olar. Bundan başqa, Təqsirləndirilən şəxs digər şəxslərə göndərilmiş narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə bağlı smslərə aşağıdakıları misal göstərmək olar: - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsindən +**********14 saylı mobil telefon nömrəsinə “adas neter eliyek,başım sikilir uje menim,camaatda yanımda.dünen bele danışmadın sen, yığıb dedinki lazım olsa de.4saatdı ortalıqda heçne yoxdu,bu gece ya pul ya mal verilnelidi camata,deyim bilesende” məzmunlu, - həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsindən eyni nömrəyə “adas 5saatdı rovnu pul atmışam ki camaata tema verim,sen zaryatkadan danışırsan?hardasane sen bele bidene görüşekde?” məzmunlu, - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsindən +**********90 saylı mobil telefon nömrəsinə “qaqa 1dene yerden alınır,kart atım sene 20m at ona yrr var deyecem get götür.5002-2973Leobank” məzmunlu smsləri göstərmək olar. Qeyd olunanlara əsasən məhkəmə qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi iştirakçılarını dinləyib, qaldırılan məsələ ilə bağlı zəruri sənədləri tədqiq edib, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən dövlət ittihamçısı tərəfindən qaldırılan belə vəsatətlərin təmin edilməsinin imperativliyini nəzərə alıb belə nəticəyə gəlir ki, qaldırılan vəsatət təmin edilməli, təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ...... baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi müzakirə olunduqdan sonra məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama və ya ona bəradər tutulan ev dustaqlığı qətimkan tədbirinin müddətinin müəyyən edilməsi məsələsinə baxmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarına əsasən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin müddəti isə 05 yanvar 2023-cü il tarixədək uzadılmış. Müzakirə olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri üzrə onun ev dustaqlığında saxlanılmalı olduğu müddət 05 yanvar 2023-cü il tarixdə başa çatmış, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 05 yanvar 2023-cü il tarix tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı”qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, həmçinin CPM-nin tələblərinə görə “ev dustaqlığı” qətimkan tədbirinin axımı məhkəmə hazırlıq iclasının qərarının çıxarıldığı 05 yanvar 2023-cü il tarixdən dayandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğvinə və ya dəyişdirilməsinə əsaslar müəyyən edilmədiyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “ev dustaqlığı”nda saxlama müddəti başa çatdığı gün “ev dustaqlığı” qətimkan tədbirinin axımı dayandırıldığından, cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar, bu qərarın qəbul edildiyi gün Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin axımı bərpa olunmaqla “ev dustaqlığı” qətimkan tədbiri bir ay müddətinə – 07 mart 2024cü il il tarixdən 07 aprel 2024-cü il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.2 və 306.2.1-ci maddəsinin mənasına görə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Qeyd olunanlardan başqa, Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Odur ki, məhkəmə qərarın təsviri-əsaslandırıcı hissəsində təsvir edilmiş kobud qanun pozuntularının mövcudluğunu nəzərə alıb bu hissədə belə nəticəyə gəlir ki, Cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Şahid3 barəsində xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 306.2, 306.2.1, 318.2 və 318.2-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Dövlət ittihamçısı1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti bir ay müddətində – qərarın qəbul edildiyi 07 mart 2023-cü il tarixdən 07 aprel 2024-cü il tarixədək uzadılsın. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol vermiş Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı Şahid3 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti cinayət prosesinin bütün iştirakçılarına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-140/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-140/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver