Məhkəmə qərarları › İş №1(101)-1400/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1400/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1400/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 14 avqust 2004-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Respublika İdman Liseyində oxuyan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun, Çinarlı qəsəbəsi ərazi dairəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonunun, Mirqəzəb küçəsi ev 30-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “BƏM”də mühafizəçi işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, öz cinsi ehtirasını təmin etmək məqsədilə, «İnstaqram» sosial şəbəkəsində tanış olduğu xx xxxxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 10 noyabr 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəvət edib onun köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə əlbir olan bir qrup şəxs halında, öz cinsi ehtirasını təmin etmək məqsədilə, Təqsirləndirilən şəxs2 «İnstaqram» sosial şəbəkəsində tanış olduğu xx xxxxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 10 noyabr 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəvət etdikdən sonra oraya gələrək özünü polis əməkdaşı kimi təqdim edib, öz istifadəsində olan mobil telefonu ilə videoçəkiliş apararaq Kənanla cinsi əlaqədə olduğunu anasına deyəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayının sonunda «İnstaqram» sosial şəbəkəsində Günel adlı qız ona salam yazaraq tanış olmuş və 7-8 gün yazışandan sonra ondan qırılmaq istəsə də Günel ona mütəmadi olaraq yazmaqda davam etmişdir. O, Günellə yazışaraq ona görüş təyin etmiş, 10 noyabr 2021-ci il tarixdə saat 11 radələrində 28 May metrosunun qarşısında görüşmüşlər. Günel həmin ünvana necə gələcəyini bilmədiyi üçün o, tez-tez Əbülfəzlə əlaqə saxlayaraq Günelin gələcəyi marşurutu öyrənərək Günelə demişdir. Günel də sərnişin avtobusu ilə metronun 28 May stansiyasının qarşısına gəlmiş, o da Güneli orada qarşılayıb taksi ilə yaşadığı ünvan 4 ünvanda yerləşən evlərinə gətirmişdir. Evdə olan zaman Günellə çarpayıda oturub öpüşmüş, lakin, aralarında başqa heç bir şey olmamışdır. Güneli evə yola salmaq üçün pulu olmadığından Əbülfəzdən 5 manat pul istəmişdir. Əbülfəz ona pulu gətirib evin qarşısında verib çıxıb getmiş, Əbülfəz içəriyə daxil olmamış və Günelə qarşı hər hansı hərəkət etməmişdir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin yay aylarında parkda idman edən zaman Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və bir məhəllədə yaşadıqları üçün hərdənbir görüşmüşlər. Bir müddət sonra münasibətləri daha yaxın olduğundan Kənanın anası Aynurə xanım onların evinə gediş-gəliş yaradıb Kənandan müğayət olmasını tapşırdığı üçün dostluq münasibətləri yaranmışdır. Təxminən sentyabr-oktyabr aylarında Kənan instaqramda bir nəfər qızla tanış olub yazışdıqlarını ona demiş, həmin ərəfədə o işdə olan zaman Kənan ona zəng edərək tanış olduğu qızın Badamdar qəsəbəsində yaşadığını, onu yaşadığı Suraxanı rayonundakı evinə necə gətirə biləcəyini soruşmuşdur. O, Kənana əgər pulun varsa taksi ilə gətir, əgər pulun yoxdursa 1 saylı sərnişin avtobusu və ya M3 saylı sərnişin avtobusu ilə Koroğlu metrosuna gətirə bilərsən demiş, Kənandan qızı nə vaxt gələcəyini soruşmuş, Kənan qızın səhər saat 10-da dərs adı ilə evdən çıxıb gələcəyini bildirmişdir. Səhəri gün Kənan ona yazaraq qızı götürməyə getdiyini bildirmiş, o. növbədən çıxıb evə gəlmiş və evdən Kənana zəng etmiş, lakin Kənan ona cavab verməmişdir. O, Kənangilə getmiş və bir nəfər fəhlənin onların həyətində kəsilmiş ağacı kötüyündən çıxarıb təmizlik işləri apardığını görüb fəhlədən Kənanın harada olduğunu soruşmuş, fəhlə Kənanın ya evdə olduğun, ya da mağazaya getdiyini bildirmişdir. O, qapını açıb Kənanı çağırdıqda evin işığının sönülü olduğunu, içəridə qız ayaqqabısı olduğunu görmüş, Kənan onun səsini eşidib gözlə gəlirəm demişdir. O, evlərinə qayıdıb nahar etmiş, bir neçə dəqiqədən sonra Kənan ona zəng edərək ondan 2-3 manat pul istəmiş o, 5 manatlıq pulu olduğunu demiş, Kənana pul vermək üçün onlara qayıtmış, Kənanla qızın qapının qarşısında dayandıqlarını görüb Kənana 5 manat pulu verib onlarla bərabər yaxınlıqdakı məscidin arxasına kimi gəlib onlardan ayrılıb evlərinə qayıtmışdır. 26 dekabr 2020-ci il tarixdə yaxın xanım dostunun ad günü olacağını Kənan da bilmiş, Kənan onunla birlikdə ad gününə getmək istədiyini bildirdikdə Kənana «biz tək olmayacağıq sən orada darıxacaqsan» demiş, Kənan da ona «tanış qız var deyəcəyəm tək gələcək» demiş, Kənanla bərabər Xətai metrosunun yanına gedib orada tanış xanımları qarşılayıb ad günü olacaq mənzilə qalxmışlar. Kənan həmin mənzildə olan zaman qızla yazışmış, Kənanın telefonunun enerjisi bitdiyi üçün yazışdığı qızın ***-***-**-** mobil nömrəsini onun telefonuna yazaraq yazışmaqda davam etmiş, bir qədər yazışandan sonra «qız taksi ilə çatır düşüb taksinin pulunu vermək lazımdır» deyib qızı qarşılamaq üçün həyətə düşmüş, bir neçə dəqiqədən sonra kefsiz qayıdaraq «qız taksidən düşəndə bir nəfər oğlan qızı maşına mindirib danlayaraq özü ilə apardı» demişdir. Həmin vaxtdan sonra o, qızı görməmiş, 27 fevral 2021-ci il tarixdə saat 10 radələrində polis əməkdaşları onun işlədiyi BƏM-ə gələrək barəsində şikayət olunduğunu bildirib onu Nərimanov RPİ-nin 17-ci PB-nə aparıb 02 mart 2021-ci il tarixədək 17-ci PB-də saxlanılmışlar. Kənanın tanış olduğu adını sonradan öyrənib bildiyi Zərərçəkmiş şəxs hansı yaş həddində olduğunu o, bilməmiş, qızın 18 yaşı olduğunu Kənanın deməsindən eşidib bilmiş, lakin, qız Kənangilin evinə gəlib Kənanla görüşəndən sonra Kənan qızın 18 deyil 15 yaşı olduğunu ona demişdir. O, Günelə özünü polis əməkdaşı kimi təqdim etməmiş, onunla cinsi əlaqədə olmamış və ona qarşı seksual xarakterli zorakı hərəkətlər etməmişdir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, anası Qanuni nümayəndə1 ilə birlikdə yaşayır, Səbail rayonu, 236 saylı məktəbin 10-cu sinfində oxuyur. 2020-ci ilin oktyabr ayında «İnstaqram» sosial şəbəkəsində Kənanla tanış olmuş, bir müddət yazışandan sonra Kənan ona görüşməyi təklif etmişdir. O da 10 noyabr 2020-ci il tarixdə Kənanla görüşmək üçün öz arlarında razılaşdıqları kimi Kənan marşurutu ona izah etmiş, o da Badamdar qəsəbəsindən marşurut avtobusuna əyləşərək metronun 28 May stansiyasının yanına gəlmiş, orada Kənanla görüşmüşlər. Oradan Kənan onu taksi ilə Koroğlu metrostansiyasının yaxınlığına, oradan isə avtobusla xatırlamadığı həyət evinə gətirmişdir. Kənan həmin evin özünə məxsus olduğunu demiş və onlar evə daxil olmuşlar. Onlar evə daxil olduqdan sonra evdə Kənan onu öpmüş, o da Kənanı öpmüş, sonra evin qarşısına Kənanın Əbülfəz adlı dostu gəlmiş, lakin Əbülfəz içəri keçməmiş, Kənan və Əbülfəz ona qarşı hər hansı bir pis hərəkətlər etməmişlər. Daha sonra Kənan onu evə yola salmış, Kənanla evdə bir-birilərini öpdükdən sonra evə getmiş və özündə ağrılar hiss etdiyi üçün anasına hadisəni danışmışdır. Sonradan bilmişdir ki, ona soyuq dəydiyi üçün ağrı hiss etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 şahid və qanuni nümayəndə qismində dindirilərkən ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Onun Hadisə barədə sonradan məlumatı olmuşdur. Qızı Günel ona 2020-ci ilin oktyabr ayında «İnstaqram» sosial şəbəkəsində Kənan adlı oğlanla tanış olmasını, bir müddət yazışandan sonra həmin oğlanın evinə getdiyini bildirmişdir. Qızı Günelin ona bildirməsinə görə həmin vaxtı evdə Kənanla çarpayıda cinsi əlaqədə olmuş, daha sonra isə Kənanın Əbülfəz adlı dostu onu qorxutmuş və həm Kənan, həm də Əbülfəz onunla cinsi əlaqədə olmuşlar. Bundan sonra o, baş vermiş hadisə ilə əlaqədar hüquq və mühavizə orqanlarına şikayət etmişdir. Lakin sonradan ekspertlərin rəyinə əsasən, Günelin qızlıq pərdəsinin tamlığının pozulmadığını və hər hansı xəsarətdə almadığını görüb şikayətindən imtina etmək qərarına gəlmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışlar, onlara qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmədə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 şahid və qanuni nümayəndə qismində dindirilərkən ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun doğma oğludur. Baş vermiş hadisə barədə ətraflı məlumatı olmasa da Kənandan hadisəni öyrənmişdir. Kənan ona sosial şəbəkədə Günel adlı qızla tanış olduğunu, onu evə gətirdiyini, lakin aralarında cinsi əlaqə olmadığını, qıza qarşı seksual xarakterli hərəkətlər etmədiyini ona demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Ekspertiza və X3” X5 26 fevral 2021-ci il tarixli 104 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilməmiş, onda qızlıq pərdəsinin tamlığının pozulmadığı və arxa keçəcək dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər müəyyən edilməmişdir. (cild 01, iş vərəqə 19-21) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Ekspertiza və X3” X5 04 mart 2021-ci il tarixli 109 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda qızlıq pərdəsinin tamlığının pozulmadığı müəyyən edilmişdir. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. (cild 01, iş vərəqə 136-138) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Ekspertiza və X3” X5 05 may 2021-ci il tarixli 233 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. (cild 02, iş vərəqə 22-25) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 26 aprel 2021-ci il tarixli 901 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır, zərərçəkmiş şəxs qismində ekspertizadan keçdiyi üçün barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur, ona qarşı törədilən hərəkətlər zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq əlamətləri olmamışdır. Bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün anlaqlı olub-olmaması barəsində qərarda qoyulmuş sual ona şamil edilmir. Hazırki psixi vəziyyətə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. (cild 02, iş vərəqə 48-50) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 02 iyun 2021-ci il tarixli 1159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməli və əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 02, iş vərəqə 52-53) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 25 may 2021-ci il tarixli 1112 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, onun əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 02, iş vərəqə 55-56) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 150-ci maddəsinin adından da göründüyü kimi, bu maddənin əsas tərkibini əks etdirən CM-nin 150.1-ci maddəsində göstərilən bütün hərəkətlər, yəni istər “seksual xarakterli digər zorakılıq hərəkətləri” adı altında ehtiva olunanlar, istərsə də “uşaqbazlıq” kimi qeyd olunmuş əməl olsun – bunlar hamısı seksual xarakterli zorakılıq hərəkətləri cinayətini təşkil edən əməllərdir. AR Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi isə həmin cinayətin ağırlaşdırıcı əlamətlə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edir. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və buna arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilməyərək, məhkəmədə verdikləri ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onların bu ifadələri işi faktiki hallarına uyğun gəlməməklə özlərini və birbirilərini müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir və cinayət işi üzrə mötəbər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakı ilə sərbəst ifadə verən zaman ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının sonunda «İnstaqram» sosial şəbəkəsində Günel adlı qız ona salam yazaraq tanış olmuş və 7-8 gün yazışandan sonra ondan qırılmaq istəsə də Günel ona mütəmadi olaraq yazmaqda davam etmişdir. O, bu barədə dostu Əbülfəzə dedikdə Əbülfəz ona «sən qızla görüş, mən gəlib özümü polis kimi təqdim edərəm oda səndən əl çəkər» demişdir. O, Günellə yazışaraq ona görüş təyin etmiş, 10.11.2021-ci il tarixdə saat 11 radələrində 28 May metrosunun qarşısında görüşmüşlər. Günel həmin ünvana necə gələcəyini bilmədiyi üçün o, tez-tez Əbülfəzlə əlaqə saxlayaraq Günelin gələcəyi marşurutu öyrənərək Günelə demiş, Günel də sərnişin avtobusu ilə metronun 28 May siansiyasının qapşısına gədmiş, o da Güneli orada qarşılayıb takisi ilə yaşadığı ünvan 4ünvanda yerləşən evlərinə gətirmişdir. Evə gəldikdən sonra işığını söndürüb çarpayıda oturub sevişərək hər ikisi soyunmuş, Günelin öz razılığı ilə qeyri təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Əbülfəz ona tez-tez zəng etsə də o, Əbülfəzə cavab verməməiş, çarpayıda çılpaq vəziyyətdə olduqları zaman Əbülfəz onların evinə gəlmiş, bir vəsiqə göstərib özünü polis əməkdaşı kimi təqdim edərək «Kənan qonşular yenə də səndən şikayət edib» demiş, X6 telefonla videoya çəkərək, anana məlumat verəcəm gələcəkək demiş, sonra da hər ikisinin də üstünə qışqıraraq mknnizlə də cinsi alaqədə olacam deyib gülərək hədələmiş, Günelə yorğanı başına at demiş, sonra da şalvarını çıxarıb tumanla Günelə yaxınlaşmış, o, Əbülfəzin hərəkətlərini görməmək üçün paltarını geyinib otaqdan çıxmış, Əbülfəzin Günələ nə etdiyini görməməiş, bir neçə dəqiqə sonra evdən çıxmışlar. Pulu olmadığından Əbülfəzdən 5 manat pul almışdır. 26.12.2020-ci il tarixdə Əbülfəzin tanış Lalənin ad gününə Əbülfəzlə birlikdə Xətai metrosunun yanında yerləşən mənzilə gedəcəklərini əvvəlcədən Günellə yazışmış, Günel də həmin ad gününə gəlməyə razılaşmışdır. Təxminən saat 14 radələrində Xətai metrosunun qarşısına gələn Güneli qarşılamaq üçün metrounun qarşısına getmiş, Günel maşından düşəndən sonra bir nəfər oğlan gələrək Güneli öz maşınına mindirib aparmış, Günel ona həmin oğlanın anasının qohumu olduğunu demişdir. Günel dəfələrlə «İnstaqram» sosial şəbəkədə onunla yazışarkən başqa bir neçə nəfər oğlanla da görüşüb onlarla yaxın münasibətdə olduğunu bildirmişdir. Əbülfəz onların evə gəlməmişdən əvvəl Günellə cinsi əlaqədə və ya digər seksual hərəkətlər etməsi barədə aralarında əvvəlcədən heç bir razılıq olmamış, Əbülfəz Güneli onların evində görəndən sonra bu fikrə düşmüşdür. Eyni zamanda 03.03.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 77-79) Məhkəmə, həmçinin Zərərçəkmiş şəxs məhkəmə iclasında ona qarşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən hər hansı seksual xarakterli və ya əxlaqsız hərəkət edilməməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun bu ifadəsi hadisədən bir müddət keçdikdən sonra aralarında yaranmış barışıqla əlaqədar olmaqla, təqsirləndirilən şəxsləri məsuliyyətdən yayındırmaq məqsədi daşıyır və işin faktiki hallarına uyğun deyil. Belə ki, zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anası Qanuni nümayəndə1 ilə birlikdə yaşayır, Səbail rayonu, 236 saylı məktəbin 10-cu sinfində oxuyur. 2020-ci ilin oktyabr ayında «İnstaqram» sosial şəbəkəsində Kənan adlı oğlanla tanış olmuş, bir müddət yazışandan sonra Kənan ona görüşməyi təklif etmiş, 10 noyabr 2020-ci il tarixdə Kənanla görüşmək üçün öz arlarında razılaşdıqları kimi Kənan marşurutu ona izah etmiş, o, Badamdar qəsəbəsində marşurut avtobusuna əyləşərək metronun 28 May stansiyasının yanına gəlmiş, orada Kənanla görüşmüşdür. Oradan Kənan onu taksi ilə Koroğlu metrostansiyasının yaxınlığına, oradan isə avtobusla xatırlamadığı həyət evinə gətirmiş, həmin evin özünə məxsus olduğunu demiş, evə daxil olmuşlar. Evdəki çarpayıda Kənan onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Adının Əbülfəz olduğunu sonradan öyrənib bildiyi oğlan otağa daxil olaraq özünü polis əməkdaşı kimi təqdim etmiş, Kənana “artıq neçənci qızdır ki, buraya gətirirsən” demiş, ona Kənanla cinsi əlaqədə olmasını anasına deyəcəyini dedikdə Əbülfəz onun Kənanla görüşməyini kiməsə deyəcəyindən qorxmuş, Kənana Əbülfəzlə danış, məsələni həll edək demişdir. Kənan da Əbülfəzlə bir qədər danışmış, Əbülfəzin heç kimə bu barədə danışmaması üçün onunla cinsi əlaqədə olmasını ona təklif etmişdir. Əbülfəz şalvarının qabağını açaraq cinsi orqanını onun ağız nahiyəsinə sürtərək onunla təbii yolla cinsi əlaqəda olmuşdur. Kənana 15 yaşı olduğunu demiş, Kənanla ilk dəfə onun evinə gedəndə könüllü olaraq onunla cinsi əlaqədə olmuş, Əbülfəz oraya gəldikdən sonra isə həm Kənan, həm də Əbülfəz onunla zorla cinsi əlaqədə olmuşlar. Əbülfəz başından tutaraq cinsiyyət üzvünü onun ağzına salmış, sonrada onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt ağrı hiss etmiş, orada ondan qan gəlməsə də evə gələndən sonra isə ondan qan gəlmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə üzləşmələrində qeyd edilən ifadəsində göstərdiklərini onların üzünə qarşıda deyərək bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 70-76; cild 02, 28-34) Həmçinin, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində göstərdiklərini əyani şəkildə göstərib bir daha qeyd edilən ifadəsini təsdiq etmişdir. (cild 01, iş vərəqə 175-179) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 23.06.2021-ci il tarixli tələbnamələrdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. (cild 02, 67-69) İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2004-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. İş materiallarında olan 25.08.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ona qarşı şikayət, tələbi yoxdur. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət əməli törətməsini, AR CM-in 59.1.2-ci maddəsinə əsasən hadisəni yetkinlik yaşına çatmayan dövrdə törətməsini və hazırda da yetkinlik yaşına çatmayan şəxs olmasını, AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ona qarşı şikayət, tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, həmçinin Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır və bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-in 150.2.1-ci maddəsi ilə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan 29.09.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ona qarşı şikayət, tələbi yoxdur. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətməsini, AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ona qarşı şikayət, tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilsə də məhkəmə həmin halı cəzanı ağırlaşdıran hal kimi nəzərə almır. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə tövsif edildiyindən, yəni onların əməlləri artıq ağırlaşdıran hal kimi nəzərə alındığından cəza təyin edilərkən cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halı təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından, onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan 04 mart 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06.03.2021-ci il tarixli, 4(005)-249/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 04.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06.03.2021-ci il tarixdə məhkəmə qərarı ilə həbsdən azad edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.03.2021-ci il tarixli, 4(103)-153/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 12.03.2021-ci il tarixdən hesablanmışdır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 04.03.2021-ci il tarixdən 06.03.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalı və onun barəsində cəzaçəkmə müddətinin əvvəli 12.03.2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 02 mart 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 4(005)-236/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 02.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 04.03.2021-ci il tarixdə məhkəmə qərarı ilə həbsdən azad edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.03.2021-ci il tarixli, 4(103)-151/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 12.03.2021-ci il tarixdən hesablanmışdır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 02.03.2021-ci il tarixdən 04.03.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalı və onun barəsində cəzaçəkmə müddətinin əvvəli 12.03.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində AR CM-in 62-ci maddəsi tətbiq edilməklə ona həmin maddə ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə müddətinin əvvəli 12.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 12.03.2021-ci il tarixdən hesablansın. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar