Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1400/2022 29.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti X3, müdafiəçi: «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, məhkumluğu olmayan, ünvan 1, mənzil 106-da qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 03 bükümdə ümumi təmiz çəkisi 3,277 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 mart 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanın qarşısında həmin psixotrop maddə olan metamfetamindən 01 ədəd bükümdə 0,574 qram çəkidə olan hissəsini tanışı Şahid1 satmış, Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 aprel 2022-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3əşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 1,150 qram və 1,553 qram olmaqla küllü miqdarda ümumi təmiz çəkisi-2,703 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasnda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2-ci qrup əlildir, şizofreniyadan əzab çəkir. 1 saylı psixartiya xəstəxanasında müalicədə olmuşdur. Psixi xəstəliyi ilə əlaqədar psixotrop dərmanları qəbul edirdi. Lakin narkotik vasitələr istifadə etməmişdir. Bununla belə narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər iki dəfə məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmləri də qərəzli və qanunsuz hesab edir. O, 28 mart 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metro stansiyasının yaxınlığına getməmiş, orada 30 manat pul verib psixotrop maddə olan metamtetamin almamışdır. Onu sahə müvəkkili Anar müəllim evindən gəlib Xətai RPİ-nin 34-cü PB-nə aparmış, orada onu rəisin kabinetinə aparan zaman məhəllə qonşusu olan Şahid1 görmüşdür. Rəisin kabinetinə dəvət olunduqda isə rəis ona bildirmişdir ki, o nə üçün narkomanlıq edir. O, rəisə etiraz edərək bildirmişdir ki, o, psixi xəstəliyi ilə bağlı müvafiq narkotik tərkibli dərmanları qəbul edir. Başa düşmüşdür ki, qonşusu Şahid1 onun barəsində şər-böhtan atdığı üçün onu polisə dəvət etmişlər. Bundan sonra onu bölmənin başqa bir otağına aparıb fiziki zor tətbiq etmişlər, sağ əlinin orta barmağını sındırmışlar. Onu döyən polis əməkdaşları Şahid2 və Şahid3 olmamışdır. Onu döyən adamların adlarını bilmir. Bundan sonra xidməti otaqların birində üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilmiş, polis əməkdaşlarının özlərinin onun əynində olan boz rəngli gödəkcənin sağ yan cibinə qoyduqları 02 ədəd şəffaf rəngli sellofan bükümdə, metamfetamini özü cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Halbuki bu psixotrop maddə ona aid olmamış və o, qonşusu Şahid1 heç nə satmamışdır. Xəstəliyi ilə bağlı tibbi sənədləri bacısı oğlunun evindədir, vəkilindən xahiş edir ki, həmin sənədləri alıb məhkəməyə təqdim etsin. O, 1993-cü ildən psixi xəstədir. Sonuncu dəfə 2020-2021-ci llərdə bir ay dörd gün müalicədə olmuşdur. Əvvəllər ailəli olsa da sonra boşanmış, 8 yaşlı bir qızı var, qızı anasının himayəsindədir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur, onu keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 01 aprel 2022-ci il tarixdə ona etibarlı və məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu ərazisində, M.Hadi küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etmə, saxlama, daşıma və istifadəsi ilə məşğuldur. Dərhal həmin məlumat haqqında rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsinə dair qərar çıxarılmış, ondan və həmkarı əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil edilərək ikisi birlikdə həmin tarixdə Xətayi rayonu, M.Hadi küçəsinə gedərək həmin küçəni müşahidəyə almış və sonuncunun yaşadığı 9 saylı binanın qarşısında onu Şahid1 ilə birlikdə saxlayaraq onlara özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onu və Şahid1 Xətai RPİ-nin 34cü PŞ-nə gətirilmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş ondan 02 (iki) büküm metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs dostu Şahid1 üzərindən aşkar edilmiş 0,574 qram metamfetamini Təqsirləndirilən şəxs ona istifadə edilməsi üçün verməsini təsdiq etmişdir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, Şahid2 daxil olan məxfi məlumatdan müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu ərazisində, M.Hadi küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etmə, saxlama, daşıma və istifadəsi ilə məşğuldur. 1 aprel 2022-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsinə dair qərar çıxarılmış, ondan və həmkarı əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilərək ikisi birlikdə həmin tarixdə Xətayi rayonu, M.Hadi küçəsinə gedərək həmin küçəni müşahidəyə almış və sonuncunun yaşadığı 9 saylı binanın qarşısında onu Şahid1 ilə birlikdə saxlayaraq onlara özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onu və Şahid1 Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş ondan 02 (iki) büküm metamfetamin aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla eyni məhəllədə yaşamış, narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər iki dəfə məhkum olunmuşdur. Narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən alaraq qəbul etmişdir. Təqsirləndirilən şəxs onun kimi narkotik vasitə aludəçisidir və sonuncu ilə bir neçə dəfə birlikdə narkotik vasitələri qəbul etmişdir. 29 mart 2022-ci il tarixdə şəxsi istifadəsi üçün Samirdən təmənnasız psixotrop maddə olan metamfetamin almışdır. Həmin gün yaşadığı məhəllədə Samirlə görüşmüş və orada bir qədər söhbət etdikdən sonra Samir ona aralarında olan yoldaşlıq münasibətinə görə istifadə etməyi üçün 01 ədəd ağ rəngli sellofan torbada psixotrop maddə olan metamfetamin vermişdir. 01 aprel 2022-ci il tarixdə saat 14:40 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Orada onun üzərindən Samirdən aldığı 0,574 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Samiri həmin gün ondan əvvəl saxlamışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə üzərində saxlaması və gəzdirməsi barədə məlumata əsasən əməliyyat qrupu yaradılmış, Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanının qarşısında saxlanılıb 34-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngli, kristal şəkilli, spesfik qoxuya malik, “şüşə” adlandırılan narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı narkotik vasitəni Neftçilər metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış, bir qismini Şahid1 adlı tanışına verdiyini bildirmişdir. Bükümdə olan maddənin elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2.93 qram olması aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1763 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində“....Şahid1 (imza) ......“ sözləri olan bir zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,574 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/1764 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “...Muxatorv Samir (imza)” sözləri olan bir zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,150 qr, 1,553 qram, ümumi təmiz çəkisi 2,703 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3065 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “..Şahid1 (imza)...” sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,524 qram olan psixotrop maddə metamfetaminlə üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 2,603 qram olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2565 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs «keçirilmiş baş-beyin travması nəticəsində əmələ gələn şəxsiyyətin kəskin ifadə olunmuş dəyişilməsi, nəzərə çarpan psixopatabənzər davranış və başlanan ağıl zəifliyi» diaqnozu ilə 1993-cü ildən psixiatr müşahidəsindədir. Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə-psixatrik ekspertizası təyin edilmiş, «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsin 4027 saylı, xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətilərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırkı hərəkətləri Azərbaycan Respublikası CM-nın 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.503 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 7-ci bəndində göstərilmişdir ki, «Bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və onun əməlində cinayətlərin residivi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qimmən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddənin olmaması, psixi xəstəliyi ilə əlaqədar psixotrop dərmanları qəbul etdiyini, üzərində aşkar edilmiş psixotrop maddə ona aid olmaması və qonşusu Şahid1 heç nə satmamsına dair ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2565 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkamanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.503 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarıda saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 162 (yüz altmış iki) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «AİM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 360 AZN (yüz saltmış manat) pul «AİM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,503 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 162 (yüz altmış iki) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (yüz altmış manat) pul «AİM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1400/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1400/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver