Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1400/2023 02.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi: «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə 12 avqust 1967-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları ünvan 1 ünvanında şəxsi münasibətlərin pozulması zəminində, 11 fevral 2023-cü il tarixdə saat 7 radələrində Zərərçəkmiş şəxs ona su gətirməsini dedikdən sonra qarşı tərəfin: «dur rədd ol, get suyu özün iç, mən sənə su gətirə bilmərəm! Sən bu buyruqlarınla artıq məni bezdirmisən, ölmürsən ki, canım səndən qurtarsın, bir də mənə iş buyursan, səni bıçaqlayacağam, şərəfsiz, ləyaqətsiz, qoca kaftar, cındır, psix!» ifadəsini işlədərək, onu təhqir etməsindən qəzəblənib, həmin vaxt gündəlik məişətdə istifadə etdiyi mətbəx otağında olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı çapacağı götürüb, aralarında yaranmış mübahisə zəmnində törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacağı ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun qəsdən öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, Zərərçəkmiş şəxs hücum edib, ona ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid kəskin qanitirmə ilə müşayiət olunan, boyunun əzələ toxumalarının, boyunun arteriya və venalarının, traxeya, qida borusunun, İİİ boyun fəqərəsinin bağ aparatının və onurğa beyinin tam dairəvi kəsilməsi, boyunun dairəvi tam kəsilərək başın bədəndən ayrılması yarası, alt çənə sümüyünün çapılmış sınığı ilə nəticələnmiş alt çənənin 2 ədəd kəsilmiş-çapılmış yarası, başın yumşaq toxumalarının iç səthinə, baş-beyin toxumasına, beyin qişalarına qansızmalar və başbeynin əzilməsi, ənsə sümüyünün çapılmış sınığı ilə nəticələnmiş təpə-ənsə sərhədinin 2 ədəd kəsilmiş-çapılmış yarası, mil-dirsək sümüklərinin çapılmış sınığı ilə nəticələnmiş sağ saidin aşağı üçdə birinin mil-bilək oynağı səviyyəsində 1 ədəd kəsilmiş-çapılmış yarası, mil-dirsək sümüklərinin çapılmış sınığı ilə nəticələnmiş sol saidin yuxarı orta-aşağı üçdə birinin 4 ədəd kəsilmiş-çapılmış yarası, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid alt çənə sümüyünün çapılmış sınığı ilə nəticələnmiş alt çənənin 2 ədəd kəsilmiş-çapılmış yarası (cəmi 11 ədəd), canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya, ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid ənsə nahiyyəsinin kəsilmiş-çapılmış 1 ədəd, alın nahiyyəsinin 1 ədəd, sağ qaş nahiyyəsinin 1 ədəd, sağ qulaq seyvanın 1 ədəd, sağ almacıq nahiyyəsinin 1 ədəd, sol almacıq nahiyyəsinin 1 ədəd, sağ ağız bucağının 1 ədəd, sol ağız bucağının 1 ədəd, boyunun ön səthinin aşağı üçdə birinin döş sümüyünə doğru 3 ədəd, sağ körpücüküstü nahiyyənin 1 ədəd, daxilə döş boşluğuna nüfuz etməyən, sol bazunun aşağı üçdə birinin arxa səthinin 1 ədəd, sağ saidin yuxarı üçdə birinin arxa səthinin 1 ədəd, sağ əlin arxa səthinin1 ədəd, sağ əlin ovuc səthinin 1 ədəd, sağ əlin İİİ barmağının 1 ədəd, sol əlin ovuc səthində - sol əlin V (çeçələ) barmağının 1 ədəd (cəmi 18 ədəd) kəsilmiş yaraları kimi xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ali təhsillidir və həm də 2 qrup əlildir. Əvvəllər Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda texnik, böyük texnik və mühəndis kimi fəaliyyət göstərmiş, daha sonra isə mətbuat sahəsində jurnalist olaraq çalışmışdır. Son zamanlar səhhəti ilə əlaqədar olaraq işləməmişdir. Hadisəyə qədər Xəzər rayonunda arvadı Zərərçəkmiş şəxs və qızı Aynurla birlikdə yaşamışdır. Pakizə «Eti» gözəllik salonunu işlətmişdir. Əvvəllər Pakizə ilə münasibətləri yaxşı olmuşdur. 30 ilə yaxındır ki, böyrək, ürək və s. xəstləliklərdən əziyyət çəkir. 2023-cü ilin fevral ayında ürəyinə stent qoyulmuş və bundan sonra səhhətindəki problemlər kəskinləşməyə başlamışdır. Həmin ərəfədə arvadı Pakizənin ona olan diqqət və qayğısı azalmışdır. Dəfələrlə psixi və nevroloji xəstəliyi ilə bağlı müalicələr almışdır. Hadisədən bir qədər əvvəl psixi və nevroloji xəstəliyin təzahürləri yenidən baş qaldırdığından Pakizə ilə birlikdə psixiatr qəbulunda olmuşdur. Həyat yoldaşı ona əvvəllər çox yaxşı qulluq etsə də, ürəyinə stent qoyulandan sonra münasibətləri pisləşmişdir. Pakizədən təzyiqini ölçməsini, dərman içmək üçün su gətirməsini xahiş edəndə, sonuncu xahişlərini yerinə yetirməmiş və ona: «mən də yaşlı adamam, öz işlərini özün gör» kimi cavablar vermişdir. Son zamanlar Pakizə onu «şərəfsiz», «ləyaqətsiz» adlandırıb təhqir etməyə başlamışdır. Bütün bunlar onun səbrini tükəndirsə də, Pakizəni mülayim şəkildə sakitləşdirməyə çalışmışdır. Sonuncuya səhhətinin yaxşı olmadığı üçün özünə qulluq edə bilmədiyini və ondan kömək gözlədiyini başa salmağa çalışmış, lakin, Pakizə onu dinləmək istəməmiş, ona qulluq etməkdən yorulduğunu bildirmişdir. Pakizə ona qarşı təhqiramiz və ləyaqətini alçaldan ifadələr işlətməyə, onunla yad adam kimi rəftar etməyə başlamışdır. Dəfələrlə Pakizəyə xəstə olduğunu desə də, sonuncu onun sözlərə məhəl qoymamışdır. Pakizədən onu təhqir etməməsini, şəxsiyyətini alçaltmamasını xahiş etsə də, sonuncu bəzən də ona əl-qol ataraq onu daha da qıcıqlandırmış, bəzən də mübahisə zamanı polis çağıracağını və onu dəlixanaya saldıracağını demişdir. Bununla belə o, özünü təmkinli aparmış və Pakizəni sakitləşdirməyə çalışmışdır. Hətta qızları da onların mübahisə etdiklərini, küsülü olduqlarını gördükdə, onlara mehriban olmalarını, münasibətləri alınmırsa boşanmalarını bildirmişdir. Onun həyat yoldaşından boşanmaq niyyəti olmamışdır. Lakin Pakizə isə lazım olarsa, ondan boşanacağını bildirmişdir. Qohum-əqrəbanın yanında Pakizə onunla fərqli davranmış, aralarında olan münasibəti hiss etdirməməyə çalışmışdır. Ailə daxilində ikilikdə qaldıqları zaman isə Pakizə ona qarşı çox aqressiv davranmışdır. Pakizənin qəribə davranışları onu çaşbaş salmışdır. Əvvəllər sonuncunun təhqirləri və pis rəftarına dözsə də, son zamanlar səbrinin tükəndiyini hiss etmiş, nə edəcəyini bilməmişdir. Belə bir vəziyyətdə onlar gündəlik həyatlarına davam etmişlər. 11 fevral 2023-cü il tarixdə səhər saatlarında hamı evdə olmuş, qızı Aynur xalası qızı ilə Şahdağa tura getməyə hazırlaşmışdır. Səhər saat 6 radələrində Aynur evdən çıxıb getmişdir. Həmin vaxt o və arvadı Pakizə oyaq olmuşdur. Aynurun çıxıb getməsindən təxminən 2 saat sonra dərman içmək üçün Pakizədən ona su gətirməsini xahiş etmişdir. Sonuncu isə ona: «get cəhənnəm ol, özün özünə su gətir, məni narahat etmə, səni bıçaqlayaram, cındır» deyə cavab vermişdir. Pakizənin ona «cındır» deməsi ona çox ağır təsir etmişdir. Çünki heç vaxt cındır vəziyyətində olmamış, özünü heç vaxt o vəziyyətə salmamışdır. Sonuncunun sözlərindən əsəbi halda durub mətbəxə keçib su içdikdən sonra Pakizənin az əvvəl ona dediyi sözlər yadına düşmüş və onda əsəb gərginliyi yaranmışdır. Özünü ələ almağa çalışsa da, Pakizənin işlətdiyi təhqiramiz ifadələr ona rahatlıq verməmişdir. Bu vaxt mətbəxdəki dəmir çapacaq gözünə sataşmışdır. Həmin çapacağı götürüb otağa qayıtmışdır. Həmin vaxt Pakizə qulağında qulaqcıq, mobil telefona baxaraq yatağında uzanmışdır. Sonuncunu görəndə daha da qəzəblənmiş və ona qarşı nifrətindən nə etdiyini bir anda dərk etməmişdir. Pakizəyə yaxınlaşıb heç nə demədən əlindəki çapacaqla sonuncunun boyun nahiyəsinə güclü zərbə endirmişdir. Həmin zərbə ilə Pakizənin başı boynundan kəsilmiş və güclü qan axmağa başlamışdır. Qəzəb və hiddət içərisində nə etdiyini bilmədən Pakizəyə qeyri-ixtiyari çapacaqla zərbələ endirməkdə davam etmişdir. Pakizənin bədəninin hansı nahiyyələrinə zərbələr endirdiyini və zərbələrin sayını xatırlamır. Bir qədər sonra qəzəbi soyumağa başlamış və o, sanki yuxudan oyanmışdır. Həmin an bədəni gərginlikdən azad olunmuş kimi boşalmış, çökmüş vəziyyətdə aşağı oturmuşdur. Əlindəki çapacaq isə əlindən aşağıya doğru sallanan vəziyyətdə olmuşdur. Pakizə də tam hərəkətsiz halda yerdə uzanıqlı vəziyyətdə qalmış və boynundan, qollarından qan axmışdır. Pakizənin səsi və nəfəsi olmadığını görüb, onun artıq öldüyünü yəqin etmişdir. Daha sonra gedib əl-üzünü yumuş və qardaşı Faiqə, qızına və daha sonra DİN-in «102» xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, hadisəyə qədər atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. Ailənin yeganə övladıdır, ali təhsillidir. 2020-ci ildən hazırkı vaxtadək 4 saylı «Asan» Xidmət Mərkəzində böyük mütəxəssis olaraq çalışır. Ağlı kəsməyə başlayandan valideynləri arasında həmişə söz-söhbət, dava-dalaş olmuşdur. Əvvəllər həmin mübahisələrin, dava-dalaşların səbəblərini başa düşməsə də, böyüdükcə atasının xaraktercə çətin insan olduğunu, hətta çayın rənginin tünd və ya açıq olması kimi xırda şeylərin üstündə anası ilə mübahisə etdiyini görmüşdür. Valideynləri kənar şəxslərin qarşısında mehriban görünməyə çalışsalar da, əslində münasibətləri pis olmuş, həmişə mübahisə etmiş və qısa müddətdə barışmışlar. Atası və anası öz aralarında daima mübahisə etsələr də, ona qarşı mehriban və qayğıkeş olmuşlar. Anası daim onun qayğısına qalmışdır. O, 2-ci sinifdə oxuyandan bəri atası sağlamlığı ilə əlaqədar işləməmiş, ailədə yeganə qazanc gətirən şəxs anası olmuşdur. Atasının səhhətində olan problemlər kəskinləşənədək anası və atası arasında olan dava-dalaş davam etmişdir. Dəqiq xatırlamadığı ildə atası Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsində böyrəyində olan ağrılarla bağlı müalicə də almış, ürəyində olan ağrılarla bağlı 2022-ci ilin oktyabr ayında Topçubaşov adına X7 İnstitutunda əməliyyat olunmuş, 2023-cü ilin fevral ayının 2-də keçirdiyi əməliyyatla ürəyinə «stent» qoyulmuşdur. Artıq həmin vaxtdan sonra atası evdə dava-dalaş salmaq əvəzinə öz səhhətində olan problemlərlə bağlı şikayət edib onları bezdirmişdir. Demək olar ki, atası hər dəqiqə evdə səhhətində olan problemləri qabartmaqla anası ilə sözlü mübahisə yaratmışdır. Anası da həmin mübahisələrdən sonra çıxıb işə getmiş, atası da onun arxasınca gedib onunla barışıb geri qayıtmışdır. Atası ilə anasının sözlü mübahisələrində bəzən hər iki tərəf bir-birinə təhqiredici ifadələr də işlətmiş, lakin, bu uzun müddət davam etməmişdir. 11 fevral 2023-cü ildə hadisə baş verdiyi gün, səhər saat 5 radələrində xalası qızı ilə birlikdə Şahdağa tura getmək üçün evdən çıxmışdır. Atası və anası hər ikisi evdə olmuş, onları narahat edib oyatmaq istəməmişdir. Siyəzən rayonunu keçdikdən sonra, atası ona zəng etmişdir. Telefonu götürdükdə sonuncu ona sərt şəkildə «ananla mübahisə etdik, onu öldürdüm»-deyə bildirmişdir. Valideynləri tez-tez mübahisə etdiyi üçün əvvəlcə atasının sözlərinə inanmamışdır. Sonuncuya kinayə ilə «hə, yaxşı eləmisən»-deyə cavab vermişdir. Bir müddət sonra ona özü zəng etmiş və «mən yol gedirəm, mənə niyə belə şeylər deyirsən?»-deyə atasından soruşmuş, sonuncu isə ona ciddi olduğunu və həqiqətən anasını öldürdüyünü bildirmişdir. Xalası qızı da bu sözlərə inanmadığı üçün öz mobil telefonu ilə onun atasına zəng etmişdir. Atası telefon zənginə cavab verərək «bəsdi, əl çəkin məndən! Öldürdüm rahatladım!»-deyə bildirmişdir. Sonra xalası qızı ilə birlikdə avtobusdan düşmüş və yoldan keçən tanımadıqları şəxsə məxsus avtomobili saxladıb həmin avtomobillə Bakı şəhərinə qayıtmışlar. Evə qayıtdıqdan sonra qohumlarından hadisənin həqiqətən baş verdiyini öyrənmişdir. Atası ilə anası arasında mübahisələr baş versə də, atası anasına heç vaxt əl qaldırmamışdır. Bu səbəbdən atasının anasını qətlə yetirməsi onda dərin mənəvi-psixioloji sarsıntı yaratmışdır. Təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun xalası olmuşdur. Xalasının əri Aydın onun dayısı Mehdixanın qrup yoldaşı olmuşdur. Xalasının əri Aydınla münasibətləri həmişə normal olmuşdur. Son illər Aydının səhhətində problemlər olmuş, sonuncu ürəyində və böyrəyində olan ağrılardan şikayət etmiş, bununla əlaqədar cərrahi əməliyyatı da keçirmişdir. 11 fevral 2023-cü il tarixdə o, Pakizə xalasının qızı Aynurla Şahdağa tura getməyə hazırlaşmışlar. Siyəzəndən keçərkən Aynura atası Aydın zəng etmiş, Aynur telefonla danışarkən «ata, sən bilirsən ki, mən yoldayam, heç adama belə bir söz deyərlər?» və kinayəli şəkildə «yaxşı elədin» sözlərini dediyini eşitmişdir. Aynurdan nə baş verdiyini soruşduqda sonuncu, atasının ona «ananı öldürmüşəm»-dediyini bildirmişdir. Əvvəlcə buna inanmamışdır. Bir qədər sonra Aynur atası Aydına yenidən zəng etmiş, Aydın dediklərinin həqiqət olduğunu bildirmişdir. O, yenə də inanmayıb xalasıgilin ev telefonuna öz mobil telefonundan zəng etmiş, xalasının əri Aydına «Aydın əmi, adamla heç belə zarafat edərlər?» deyəndə, Aydın dediklərini təsdiq edib, arvadını öldürdüyünü bildirmişdir. Həmin vaxt hər ikisi avtomobildən düşüb Bakıya qayıtmışlar. O, xalası oğlu Turala zəng vurub Aydının dediklərini demişdir. Həmin vaxt yoldan keçən «VAZ 2106» markalı avtomobillə Xırdalan şəhərinə qədər gəlmiş və orada xalası oğlu Toğrulla görüşmüşlər. Sonuncu onları xalası Pakizəgilin yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evlərinə gətirmişdir. Orada Aydının dediklərinin həqiqət olduğunu bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Aydın 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almışdır. Ali təhsil aldıqdan sonra Azərbaycan Dövlət Yer-quruluşu layihə İnstititunda texnik, böyük texnik və mühəndis olaraq fəaliyyət göstərmişdir. Daha sonra isə mətbuat sahəsində jurnalist olaraq çalışmışdır. Aydın 1993cü ildə tələbə yoldaşı Mehdixanın bacısı Zərərçəkmiş şəxs ilə rəsmi şəkildə ailə həyatı qurmuş, onların birgə nikahlarından 1995-ci ildə Aynur adlı qızları dünyaya gəlmişdir. Qardaşı Aydın ailəsi ilə Binə qəsəbəsində yaşamışdır. Aydın uzun illər müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün 20 ilə yaxındır ki, heç bir yerdə işləməmiş və pensiya almışdır. Sonuncunun həyat yoldaşı Pakizə isə 2011-ci ildən əri Aydının onun üçün yaşadıqları Binə qəsəbəsində açdığı «Eti» gözəllik salonunu işlətmişdir. Qızları Aynur isə «Asan» Xidmət Mərkəzində işləmişdir. Ailə həyatlarının ilk illərində Aydının Pakizə ilə münasibətləri yaxşı olmuş, xırda ailədaxili söz-söhbətləri çıxmaq şərtilə aralarında bildiyi qədərilə böyük mübahisə və münaqişə baş verməmişdir. Aydının uşaq vaxtlarından səhhətində problemlər olmuş, yəni xroniki böyrək ağrılarından əziyyət çəkmişdir. Zaman keçdikcə Aydının ağrıları çoxalmış və ürəyində də ağrılar yaranmış, hətta əsəb gərginliyindən də əziyyət çəkmişdir. Dəqiq xatırlamadığı ildə qardaşı Aydın Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsində böyrəyində olan ağrılarla bağlı müalicə də almışdır. Ürəyində olan ağrılarla bağlı Aydın 2022-ci ilin oktyabr ayında Topçubaşov adına X5 İnstitutunda əməliyyat olunmuş, 2023-cü ilin fevral ayının 2-də keçirdiyi əməliyyatla Aydının ürəyinə «stent» qoyulmuşdur. O, heç bir zaman Aydının ailədaxili məsələlərinə qarışmamış, yəni bununla bağlı Aydının özündən heç nə soruşmamış, sonuncu da bununla bağlı ona heç nə deməmişdir. Hadisə günü, yəni 11 fevral 2023-cü il tarixdə evdə yatdığı zaman saat 08:10-da qardaşı Aydın ona zəng edib, «Pakizə mənim şərəf və ləyaqətimi alçaltdığına görə onu öldürdüm»-deyə bildirmişdir. Aydına təkrar zəng etdikdə telefona özünü sahə rəisi kimi təqdim edən Heydər adlı şəxs cavab verərək Aydının dediklərini təsdiq etmişdir. Bundan sonra o, dərhal özünə məxsus avtomobillə qardaşı Aydının yaşadığı ünvana getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Bacısı Binə qəsəbəsində əri Təqsirləndirilən şəxs və qızı Aynur Məmmədzadə ilə birlikdə yaşamışdır. Pakizə 2011-ci ildən yeznəsi Aydının Pakizə üçün yaşadıqları Binə qəsəbəsində açdığı «Eti» gözəllik salonunu işlətmişdir. Aydın isə səhhəti ilə əlaqədar heç yerdə işləməmişdir. Evliliklərinin ilk illərində Pakizənin Aydınla münasibətləri yaxşı olmuş, xırda ailədaxili söz-söhbətləri çıxmaq şərtilə aralarında bildiyi qədərilə böyük mübahisə və münaqişə baş verməmişdir. Aydın və Pakizənin münasibətləri son bir neçə ayda, xüsusilə də Aydın «Covid-19» virusuna yoluxduqdan sonra pisləşmişdir. Pakizə ona həmişə qulluq etmiş, lakin, bir dəfə söhbət əsnasında sonuncu ona artıq yorulduğunu bildirmişdir. Bir dəfə onların evində olarkən Aydın və Pakizənin mübahisə etdiyinə şahid olmuşdur. Heç vaxt bacısının Aydını təhqir etməsini görməmişdir. Hadisədən 2 gün əvvəl Pakizəyə zəng edərək atalarının il mərasimi ilə əlaqədar onun evində bir araya gəlmələrini və halva hazırlamağı təklif etmişdir. 11 fevral 2023-cü il tarixdə səhər saatlarında o, Sumqayıt şəhərində yaşadığı evdə olmuşdur. Ertəsi gün atasının vəfatının 20 illik il dönümü ilə əlaqədar olaraq Bakı şəhərinə bacısı Zənurəgilə getməyi planlaşdırmışdır. Hətta bu barədə bacısı Zənurəyə də məlumat vermişdir. Həmin gün qızı Yaqut bacısı Pakizənin qızı Aynurla birlikdə Şahdağa tura getmişdir. Günorta saatlarına az qalmış bacısı Zənurənin gəlini Qönçə onlara gəlmiş və birlikdə Bakı şəhərinə getməyi təklif etmişdir. Qönçə ilə birlikdə taksi ilə Bakıya, bacısı Zənurənin yaşadığı evə gəlmişdir. Həmin vaxt bacısıgildə heç kim olmamışdır. Bacısı Zənurə öz qızıgilə getmişdir. Az sonra bacısı oğlu Tural, yeznəsi Camal və onun qudası evə gəlmişdir. Həmin vaxta qədər onun heç nədən xəbəri olmamışdır. Daha sonra bacısı Pakizənin qızı Aynur və öz qızı Yaqut ora gəlmişdir. O, Yaqutun deməsindən bilmişdir ki, yeznəsi Aydın yaşadığı evdə bacısı Pakizəni öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Bacısı Pakizə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində əri Təqsirləndirilən şəxs və qızı Aynur Məmmədzadə ilə birlikdə yaşamışdır. Ailə həyatlarının ilk illərində Aydının Pakizə ilə münasibətləri yaxşı olmuş, xırda ailədaxili söz-söhbətləri çıxmaq şərtilə aralarında böyük mübahisə və münaqişə baş verməmişdir. Yeznəsi Aydının səhhətində problemlər olmuş və sonuncu xroniki böyrək ağrılarından əziyyət çəkmişdir. Son zamanlar Aydının ağrıları çoxalmış, artıq ürəyində də ağrılar olmuş, hətta onda əsəb gərginliyi də yaranmışdır. Ürəyində olan ağrılarla bağlı Aydın 2022-ci ilin oktyabr ayında Topçubaşov adma X5 İnstitutunda əməliyyat olunmuşdur. 2023-cü ilin fevral ayının 2-də keçirdiyi əməliyyatla Aydının ürəyinə «stent» qoyulmuşdur. Sonuncu dəfə Pakizəni vəfat etməzdən bir həftə əvvəl görmüşdür. Həyat yoldaşı ilə birlikdə onların evinə getmiş, Pakizə və Aydın hər ikisi evdə olmuş, süfrə arxasında əyləşib yemək yeyib söhbət etmişlər. Həmin gün o, Aydın və Pakizə arasında hər hansı bir mübahisənin və ya başqa bir pis rəftarın şahidi olmamışdır. Daha sonra bacısı ilə təklikdə söhbət etdikdə, sonuncu ona artıq Aydına qulluq etməkdən yorulduğunu, işdən yorğun gəldiyini və Aydına qulluq etməyə gücünün qalmadığını, gecələr yuxusuz qaldığını bildirmişdir. Hadisə günü 11 fevral 2023-cü il tarixdə səhər saatlarında qızıgildə olmuşdur. Günorta saatlarına yaxın əri Camal ona zəng edib, Aydının yaşadıqları evdə Pakizəni öldürdüyünü bildirmişdir. Eşitdiyi xəbərdən şoka düşmüş və əvvəlcə buna inanmamışdır. Günorta saatlarında bacısı Pakizənin qızı Aynur və digər bacısı Mehribanın qızı Yaqııt onun qızıgilə gəlmişdir. Yalnız həmin vaxt deyilənlərin həqiqət olduğunu, Aydının Pakizəni öldürdüyünü, artıq bacısı Pakizənin dəfn edildiyini bilmişdir. İşin 1-ci cildinin 216-225-ci vərəqlərindəki «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» PHŞ-nin 11 mart 2023-cü il tarixli 29 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına qansızmalar və baş beynin əzilməsi, ənsə sümüyünün çapılmış sınığı ilə nəticələnmiş təpə-ənsə sərhədinin 2 ədəd kəsilmiş-çapılmış yarası; həyatla bir araya sığmayan xəsarət; kəskin qanitirmə ilə müşayiət olunan, boyunun əzələ toxumalarının, boyunun arteriya və venalarının, traxeya, qida borusunun, İİİ boyun fəqərəsinin bağ aparatının və onurğa beyinin tam dairəvi kəsilməsi, boyunun dairəvi tam kəsilərək başın bədəndən ayrılması; alt çənə sümüyünün çapılmış sınığı ilə nəticələnmiş alt çənənin 2 ədəd kəsilmiş-çapılmış yarası; mil-dirsək sümüklərinin çapılmış sınığı ilə nəticələnmiş sağ saıdin aşağı üçdə birinin - mil-bilək oynağı səviyyəsində 1 ədəd kəsilmişçapılmış yarası; mil-dirsək sümüklərinin çapılmış sınığı ilə nəticələnmiş sol saidin yuxarıorta-aşağı üçdə birinin 4 ədəd kəsilmiş-çapılmış yarası; ənsə nahiyyəsinin kəsilmişçapılmış (1 ədəd); alın nahiyyəsinin (1 ədəd), sağ qaş nahiyyəsinin (1 ədəd), sağ qulaq seyvanın (1 ədəd), sağ almacıq nahiyyəsinin (1 ədəd), sol almacıq nahiyyəsinin (1 ədəd), sağ ağız bucağının (1 ədəd), sol ağız bucağının (1 ədəd), boyunun ön səthinin aşağı üçdə birinin - döş sümüyünə doğru (3 ədəd), sağ körpücüküstü nahiyyənin (1 ədəd) daxilə döş boşluğuna nüfuz etməyən; sol bazunun aşağı üçdə birinin arxa səthinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sağ əlin arxa səthinin (1 ədəd), sağ əlin ovuc səthinin (1 ədəd), sağ əlin İİİ barmağının (1 ədəd), sol əlin ovuc səthində - sol əlin V (çeçələ) barmağının (1 ədəd) kəsilmiş yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan kəsilmiş-çapılmış (cəmi 11 ədəd) və çoxsaylı kəsilmiş yaralar (cəmi 17 ədəd) kəsici-çapıcı təsirə malik alətin (ola bilsin çapacağın) kəsici və kəsici-çapıcı təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla qərarda göstərilən 11 fevral 2023-cü il tarixə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən -başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına qansızmalar və başbeynin əzilməsi, ənsə sümüyünün çapılmış sınığı ilə nəticələnmiş təpə-ənsə sərhədinin 2 ədəd kəsilmiş-çapılmış yarası, həyatla araya sığmayan xəsarət; kəskin qanitirmə ilə müşayiət olunan boyunun dairəvi tam kəsilərək başın bədəndən ayrılması, boyunun əzələ toxumalarının, boyunun arteriya və venalarının, traxeya, qida borusunun, İİİ boyun fəqərəsinin bağ aparatının və onurğa beynin tam kəsilməsi, mil-dirsək sümüklərinin çapılmış sınığı ilə nəticələnmiş sağ saidin aşağı üçdə birinin - mil-bilək oynağı səviyyəsində 1 ədəd kəsilmiş-çapılmış yarası, mil-dirsək sümüklərinin çapılmış sınığı ilə nəticələnmiş sol saidin yuxarı, orta və aşağı üçdə birinin 4 ədəd kəsilmiş-çapılmış yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - alt çənə sümüyünün çapılmış sınığı ilə nəticələnmiş alt çənənin 2 ədəd kəsilmiş-çapılmış yarası canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - ənsə nahiyyəsinin kəsilmiş - çapılmış (1 ədəd); alın nahiyyəsinin (1 ədəd), sağ qaş nahiyyəsinin (1 ədəd), sağ qulaq seyvanın (1 ədəd), sağ almacıq nahiyyəsinin (1 ədəd), sol almacıq nahiyyəsinin (1 ədəd), sağ ağız bucağının (l ədəd), sol ağız bucağının (1 ədəd), boyunun ön səthinin aşağı üçdə birinin - döş sümüyünə doğru (3 ədəd), sağ körpücüküstü nahiyyənin (1 ədəd) daxilə döş boşluğuna nüfuz etməyən; sol bazunun aşağı üçdə birinin arxa səthinin (1 ədəd), sağ saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sağ əlin arxa səthinin (lədəd), sağ əlin ovuc səthinin (1 ədəd), sağ əlin İİİ barmağının (1 ədəd), sol əlin ovuc səthində - sol əlin V (çeçələ) barmağının (1 ədəd) (cəmi 18 ədəd) kəsilmiş yaraları həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərəvurma əlamətlərinə; ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxsnm ölümünə bilavasitə səbəb həyatla bir araya sığmayan xəsarət-kəskin qanitirmə ilə müşayiət olunan boyunun dairəvi tam kəsilərək başın bədəndən ayrılması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan kəsilmiş və kəsilmişçapılmış yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan kəsilmişçapılmış və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş çapacaq (qiyməkeşlə), eləcə də, o tipli digər çapıcı alətlə yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (yarıoturaq, yarıuzanıqlı, uzanıqlı və s.) ola bilərdi. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxsnm əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı uşaqlıq yolu və arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxsııın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İşin 1-ci cildinin 238-243-cü vərəqlərindəki «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» PHŞ-nin 14 aprel 2023-cü il tarixli 169/2023-MTBŞ №-li rəyindən görünür ki, zərərçəkmiş X1 ABO sistemi üzrə qan qrupu: A-/beta/H/İİ/-dir. Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-O-alfa, beta/İ/-dir. Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, mayka, trusik, 1 cüt başmaq, Təqsirləndirilən şəxs məxsus alt şalvarı, alt köynəyi, 1 cüt ev başmağı, bıçaq, ət baltası və hadisə yerindən 3 ədəd plastmass çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda, A, H antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alınmışdır. Bu qan ləkələri A-beta/H/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ləkələrdə yalnız qarışıq qanının olduğu halında mümkündür (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). İşin 1-ci cildinin 244-251-ci vərəqlərindəki «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» PHŞ-nin 4 may 2023-cü il tarixli, 121/MTKŞ-2023 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin sağ yarısının yuxarı hissəsində çoxsaylı deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən təqdim edilmiş çapacağın (buruncuq və ya dabancıq hissələri ilə) və bıçağın tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar edilmir. Mərhum Zərərçəkmiş şəxs məxsus koftanın sol qolunun yuxarı hissəsində, sol qolunun ön səthində və sağ qolunun ön səthində, çoxsaylı kəsilmiş zədələr var. Bu zədələr kəsici kənara malik hər hansı bir iti alətin (alətlərin), o cümlədən təqdim edilmiş çapacağın və bıçağın təsirindən törənməsinin mümkünlüyü inkar edilmir. Mərhum Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan zədələrlə, onun bədəninin uyğun nahiyələrində olan xəsarətlər yerləşmələrinə görə uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində olan digər xəsarətlər, bədənin paltarlarla örtülü olmayan nahiyyələrində yerləşir. Mərhum Zərərçəkmiş şəxs məxsus maykanın, şalvarın, tumanın və bir cüt çəkələyin üzərində zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus alt şalvarı, alt köynəyi və bir cüt çəkələk üzərində zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Ekspertizaya təqdim edilmiş çapacaq zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı çapacaqdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş çapacağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. İşin 2-ci cildinin 4-7-ci vərəqlərindəki «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞnin 29 aprel 2023-cü il tarixli, 1177 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Qeyd olunan əməli törədən zaman şüur və davranışlarına təsir göstərə biləcək psixi-emosional halda olmamışdır. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Əməli törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti situasiya ilə əlaqəli psixopatik reaksiya kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Cinayət əməlini törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilməmişdir. İşin 1-ci cildinin 213-215-ci vərəqlərindəki «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» PHŞ-nin 13 fevral 2023-cü il tarixli 128 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İşin 1-ci cildinin 226-234-cü vərəqlərindəki «Məhkəmə Ekspertiza Mərkəzi»nin 13 aprel 2023-cü il tarixli 6/1610 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş çəhrayı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvar və köynəyin (dəst tərkibləri bir- birinə uyğun gəlirlər) tərkib liflərinə uyğun gəlirlər. İşin 2-ci cildinin 1-3-cü vərəqlərindəki «Məhkəmə Narkoloji Ekspertiza Mərkəzi» PHŞ-nin 5 may 2023-cü il tarixli, 2676 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 178, 189 və 196-cı vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin, habelə həmin nazirliyin «Bakı Şəhər Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin, eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Mərkəzi»nin məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan müalicə müəssisələrində müalicədə və qeydiyyatda olmamışdır. İşin 1-ci cildinin 5-34-cü vərəqlərindəki 11 fevral 2023-cü il tarixli protokol və həmin protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən yataq otağıdır. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs meyiti ətrafındakı döşəmə səth üzərində olan qanabənzər ləkələrdən nümunələr, eləcə də, mərhumun meyitinin olduğu ünvandan üzərində qanabənzər ləkələr olan metal materiallı çapacaq, o cümlədən ağ rəngli naxışları olan bir ədəd yorğan üzü, ağ rəngli bir ədəd yastıq üzü, ağ və yaşıl rənglərin qarışığı olan bir ədəd mələfə, bir ədəd «Samsung» markalı, «Galaxy J5 duos» modelli mobil telefon, həmin mobil telefonun qulaqcığı, bir ədəd adapter, USB kabeli, həmçinin mənzilin mətbəxindən üzərində qanabənzər ləkə olan bir ədəd mətbəx bıçağı qablaşdırılmaqla götürülmüşdür. Meyitə baxış zamanı mərhum Zərərçəkmiş şəxs üzərində olan bir ədəd qırmızı rəngli qısaqol köynək, bir ədəd qara rəngli qolsuz mayka, bir ədəd göy rəngli idman tipli şalvar, bir ədəd yaşıl rəngli tursik və bir cüt başmaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İşin 1-ci cildinin 75-96-cı vərəqlərindəki 11 fevral 2023-cü il tarixli «təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində bir ədəd alt şalvarı, bir ədəd alt köynəyi, bir cüt başmaq olmuşdur. Paltarlar geyinilmişdir, üzərlərində hər-hansı zədə müşahidə olunmur, paltarlar üzərində qanabənzər şübhəli ləkələr aşkar edilmişdir. İşin 1-ci cildinin 180-182-ci vərəqlərindəki Xəzər rayon Mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 1-ci cildinin 55-56-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 20-47-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, hadisə yerindən götürülmüş bir ədəd çapacaq (qiyməkeş), o cümlədən ağ rəngli naxışları olan bir ədəd yorğan üzü, ağ rəngli bir ədəd yastıq üzü, ağ və yaşıl rənglərin qarışığı olan bir ədəd mələfə, üç ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, mayka, trusik, bir cüt başmaq, Təqsirləndirilən şəxs məxsus alt şalvarı, alt köynəyi, bir cüt başmaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi rayon prokurorluğuna təhvil verilmişdir. İşin 1-ci cildinin 192-193-cü vərəqlərindəki tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək ifadəsində onda psixi və nevroloji xəstəliklərin təzahürlərinin baş qaldırdığını, arvadı Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə deyil, ona nalayiq ifadələr işlətdiyinə görə cəzalandırmaq məqsədi ilə çapacaqla vurduğunu göstərdi. Həmin hissədə onun ifadəsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş çoxsaylı protokollar, foto cədvəllər, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş sənədlər və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə həmin hissədə ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həyat yoldaşının vəfat etməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 11 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Xəzər rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd çapacaq (qiyməkeş), ağ rəngli naxışları olan bir ədəd yorğan üzü, ağ rəngli bir ədəd yastıq üzü, ağ və yaşıl rənglərin qarışığı olan bir ədəd mələfə, üç ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, mayka, trusik, bir cüt başmaq, Təqsirləndirilən şəxs məxsus alt şalvarı, alt köynəyi, bir cüt başmaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 89 (səksən doqquz) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Xəzər rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd çapacaq (qiyməkeş), ağ rəngli naxışları olan bir ədəd yorğan üzü, ağ rəngli bir ədəd yastıq üzü, ağ və yaşıl rənglərin qarışığı olan bir ədəd mələfə, üç ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, mayka, trusİk, bir cüt başmaq, Təqsirləndirilən şəxs məxsus alt şalvarı, alt köynəyi, bir cüt başmaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1400/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1400/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver