Məhkəmə qərarları › İş №1(101)-1400/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1400/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1400/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2un “Kredo” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,234.1-1-ci maddəsi ilə, xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,234.1-1-ci maddəsi ilə, xx xxx 1996-cı Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etməyə cəhd etmişdir. Belə ki, tanışlıq münasibətində olmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunuz olaraq şəxsi istifadələri üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmələrinə dair razılaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, nəzərdə tutulan niyyətlərini həyata keçirmək üçün hər biri ayrı-ayrılıqda 45 manat pul qoyub 135 manat cəmləməklə, həmin məbləğə müvafiq olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanusuz əldə edib istifadə etmələri üçün Təqsirləndirilən şəxs2 vasitəsilə naməlum mənbəyə ödəniş etdikdən sonra, həmin mənbədən onlara narkotik vasitə və psixotrop maddənin qoyulacağı yerə dair məlumat alaraq 15 aprel 2023-cü il tarixdə saat 03:30 radələrində həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürməyə gedərkən özlərini şübhəli apardıqları üçün Azərbaycan Respublikası DİN-in X2 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 16-cı küçə ünvanında saxlanılaraq Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinə aparılmış, oarada həmin gün saat 04:15 radələrindən etibarən üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs3 üzərindən 01 ədəd elektron tərəzi aşkar edilmiş, daha sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər üçü cinayət əməllərini etiraf edərək saxlanıldıqları ünvanın yaxılığında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin götürmək üçün gəldiklərini bildirdikdən sonra, həmin gün, saat 07:25 radələrindən etibarən Səbail RPİ-nin 41-ci PB-nin təhiqiqatçısı Ənvər Məlikov tərəfindən qeyd edilən ünvana Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilərkən sonuncu tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 16-cı küçədə daş hasarın qarşısındakı mişar daşlarının arasından kağız-karton materialdan olan stəkanın içərisinə qoyulmuş, satış məqsədi olmadan şəxsi istifadələri üçün qanunusz olaraq əldə etmək istədikləri 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,834 qram olan külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,808 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürüldüyündən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iradələrindən asılı olmayan səbəblərdən cinayətkar niyyətlərini başa çatdıra bilməyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etməyə cəhd etmişlər, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29, 234.1-1-ci maddəsində nəzərdə tutulumuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası CM-nin 29, 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onların hər üçünün qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 3,834 qram təşkil edən külli miqdarda heroin narkotik vasitəsini və 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,808 qram təşkil edən metamfetamin psixotrop maddəsini əldə etməyə cəhd etmələri, yəni Azərbaycan Respublikası CM-nin 29, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində edilərək dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29,234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, saxlanılmazdan təxminən 2-3 il əvvəl psixotrop maddə metamfetamin istifadə etməyə başlamış, istifadə etdiyi psixotrop maddəni əvvəlcədən tanımadığı və şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən alıb əldə etmişdir. İstifadə etdiyi narkotik vasitənini adını başqa cür patı, şüşə və daş kimi tanımışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun uşaqlıq dostları və olmuş onun kimi narkotik vasitə və psixotrop maddə istifadə etmişlər. 15 aprel 2023-cü il tarixdə gecə «Neapol» ərazisində görüşüb, həmişə olduğu kimi, o, və Elçin onlara da narkotik vasitə və psixotrop maddə alması üçün Anarın bank kartı hesabına üç nəfərə adambaşı 46 manat olmaqla, ümumilikdə 135 manat pul köçürmüş, Anardan onların hamısı üçün narkotik vasitə və psixotrop maddə almasını xahiş etmişlər. Anar da öz növbəsində «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tapıb tanış olduğu onların tanımadığı şəxsin bank kartı hesabına həmin 135 manat pulu köçürmüş, ona 0,5 qram psixtrop maddə olan “patı” kimi tanıdığı metamfetamin və Elçinlə özünə isə 0,5 qram narkotik vasitə “kokos” kimi tanıdığı heroin sifariş vermişdir. Belə ki, Anar həmin şəxslə “WhatsApp” ani mesajlaşma şəbəkəsində əlaqə quraraq, həmin narkotik vasitə və psixotrop maddəni qoyacağı yeri soruşmuş, həmin şəxs narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazisinə qoyacağı barədə məlumat vermiş, ərazini göstərən «konum» atmışdır. Bundan sonra onlar 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixə keçən gecə, saat təxminən 03 radələrində taksi sifariş verib birlikdə Badamdar qəsəbəsinə həmin ünvana, «konum» atılan əraziyə yollanmışlar. Ünvana yaxınlaşarkən onlar Post-Patrul Xidmətinin (PPX) maşınını görmüş və başa düşülməsin deyə, bir qədər qabağa gedib, sonra həmin yerə qayıtmağı qərara almışlar. Onlar firlanıb həmin istiqamət üzrə gedəndə PPX onları saxlatmış və əraziyə gəlmələrinin səbəblərini soruşmuş, onların şəxsiyyətləri ilə maraqlanmış, nədənsə şübhələnib onları Səbail RPİ-nin 41-ci polis bölməsinə aparmaq istəmişlər. Onlar konum əsasında göndərilən narkotik vasitənin və psixotrop maddənin yerini polis əməkdaşlarına göstərmiş, sonra isə heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 41-ci Polis bölməsinə getmişlər. Polis bölməsində onları sorğu-sual edəndə, onlar həmin ünvana narkotik vasitə və psixotrop maddə götürmək məqsədilə getdiklərini etiraf etmişlər. Etiraf etmələri üçün polisdə onlara təzyiq göstərilmişdir. Bundan sonra Polis Bölməsində xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış prosesində 05 ədəd müxtəlif bank kartları olan qara rəngli pul kisəsini və həmin şalvarın sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa, onun üzərində hər hansı qanunla qadağan olunmuş narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sorğu-sual zamanı o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazisinə tanışları Anar və Elçinlə birgə narkotik vasitə və psixotrop maddəni əvvəlcədən qoyulduğu yerdən götürmək məqsədilə getdiklərini, həmin maddələrə adambaşı 46 manat olmaqla, ümumilikdə 135 manat pul ödədiklərini, həmin maddələrdən 0,5 qram metamfetaminin ona, 0,5 qram heroindən yarısı Elçinə və digər yarısı isə Anara məxsus olduğunu etiraf etmişdir. Üzərindən aşkar edilmiş içərisində 05 ədəd müxtəlif bank kartları olan qara rəngli pul kisəsi və “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, onların məqsədi həmin narkotik vasitə və psixotrop maddəni özləri istifadə etmək olmuşdur. O, narkotik vasitə və psixotrop maddənin satışı ilə heç vaxt məşğul olmamış və aldığı psixotrop maddədən heç kimə pay verməmiş və ya pay verməyi nəzərdə tutmamışdır. Onun və tanışlarının üzərinə axtarış zamanı aşkar edilmiş bir ədəd elektron tərəzi onlara məxsus olmuş, həmin tərəzi ilə onlar narkotik vasitə və psixotrop maddəni əldə etdikdən sonra çəkisini müəyyən etmək üçün istifadə etməyi nəzərdə tutmuşlar. Onun ailə üzvlərinin psixotrop maddə qəbul etməsi barədə heç bir məlumatı olmamışdır. O, saxlanılarkən mobil telefonu götürüldüyündən o, ailə üzvlərinə məlumat verə bilməmişdir. İfadələrində göstərilən 6 qram narkotik vasitə və psixotrop maddə təzyiqlər nəticəsində yazdırılmışdır. Lakin məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 əsasən məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə versə də, həmin ifadəsində 15 aprel 2023-cü il tarixdə o, və Elçin və Anar narkotik vasitə və psixotrop maddə almaları üçün Anarın bank kartı hesabına adambaşı 46 manat olmaqla, ümumilikdə 135 manat pul köçürdüklərini, Anarın da öz növbəsində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin bank kartı hesabına həmin 135 manat pulu köçürdüyünü, ona 02 qram psixtrop maddə olan “patı” kimi tanıdığı metamfetamin və Elçinlə özünə 04 qram narkotik vasitə “kokos” kimi tanıdığı heroin sifariş verdiyini, Anar həmin şəxslə “whatsapp” ani mesajlaşma şəbəkəsində əlaqə quraraq, həmin narkotik vasitə və psixotrop maddəni qoyacağı yeri soruşmuş, həmin şəxsin narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazisinə qoyacağı barədə məlumat verdikdən sonra saat təxminən 03 radələrində taksiyə əyləşib birlikdə həmin ünvana yollandıqlarını, orada polis əməkdaşlarının onları saxlamalarını, Səbail RPİ-nin 41-ci polis bölməsinə aparmalarını, üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində içərisində 05 ədəd müxtəlif bank kartları olan qara rəngli pul kisəsini və həmin şalvarın sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyduğunu, başqa əşya və ya predmet aşkar edilmədiyini, sorğu-sual zamanı əməllərini etiraf edib narkotik vasitə və psixotrop maddəni əvvəlcədən qoyulduğu yerdən götürmək məqsədilə getdiklərini, həmin maddələrə adambaşı 46 manat olmaqla, ümumilikdə 135 manat pul ödədiklərini, həmin maddələrdən 02 qram metamfetaminin ona, 04 qram heroindən 02 qramının tanışı Elçinə və digər 02 qramının tanışı Anara məxsus olduğunu bildirmələrini, 05 ədəd müxtəlif bank kartlarının, “Samsung” markalı mobil telefonunun, tanışlarının üzərinə axtarış zamanı aşkar edilmiş bir ədəd elektron tərəzinin, «konum» yerində olan narkotik vasitə və psixotrop maddənin götürüldüyünü, onu saxlayan zaman, eləcə də, üzərinə axtarış keçirilən zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir (iş vərəqə: səh. 245-247). Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə verib sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları, o cümlədən 15 aprel 2023-cü il tarixdə görüşüb, narkotik vasitə və psixotrop maddə almaq istədiklərini, Anarın bank kartı hesabına üç nəfərə adambaşı 46 manat olmaqla, ümumilikdə 135 manat pul köçürmələrini, Anar «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tapıb tanış olduğu ğı şəxsin bank kartı hesabına həmin 135 manat pulu köçürmələrini, Təqsirləndirilən şəxs1 üçün 0,5 qram psixtrop maddə metamfetamin və Elçinlə Anara isə 0,5 qram narkotik vasitə “kokos” kimi tanıdığı heroin sifariş vermələrini, Anarın “WhatsApp” ani mesajlaşma şəbəkəsində əlaqə quraraq, şəxsin həmin narkotik vasitə və psixotrop maddəni qoyacağı yeri öyrəndiyini, həmin şəxsin narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazisinə qoyacağı barədə məlumat verdiyini və ərazini göstərən «konum» atdığını, 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixə keçən gecə, saat təxminən 03 radələrində taksi sifariş verib birlikdə Badamdar qəsəbəsinə həmin ünvana, «konum» atılan əraziyə yollandıqlarını və orada Post-Patrul Xidmətinin (PPX) əməkdaşları tərəfindən saxlanıldıqlarını, sorğu-sual zamanı əməllərini etiraf edib narkotik vasitə və psixotrop maddənin yerini polis əməkdaşlarına göstərmələrini, polis əməkdaşlarının onları Səbail RPİ-nin 41-ci polis bölməsinə aparmalarını, üzərlərində şəxsi axtarış aparılmasını, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd elektron tərəzinin, bir ədəd “Nokia” markalı mobil telefonun, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefonun götürüldüyünü, pul qarşılığında özlərinin istiadəsi üçün almaq istədikləri 0,5 qram psixtrop maddə metamfetaminin və 0,5 qram narkotik vasitə heroinin qoyulduğu yerdən sənədləşdirilib götürüldüyünü, onlara təzyiq göstərildiyini, təzyiqlər qaprşısında 02 qram psixotrop maddə və 04 qram heroin, yəni onlara qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda psixotrop maddə və narkotik vasitəni almaq üçün Badamdara gəlmələrini deməyə məcbur edilmələrini təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri ilə müəyyən edildi ki, hər iki Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsinə uyğun ifadə vermişlər (iş vərəqə: 273-275, 259-261). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat mərhələsində vernmiş olduğu ifadəsini bir daha təsdiq edərək göstərdi ki, 15 aprel 2023cü il tarixdə, saat təxminən 03.30 radələrində inzibati ərazidə xidmət aparan DİN-in X2 Alayının 4-cü Patrul bölüyünün əməkdaşları tərəfindən 03 nəfər şəxs – hazırda baxılan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini şübhəli apardıqları üçün saxlanılaraq 41-ci Polis bölməsinin Növbətçi hissəsinə təhvil verilmişdir. Gətirilmiş şəxslərin anket məlumatları dəqiqləşdirilmiş, sorğu-sual edən zaman həmin şəxslərin saxlanıldıqları ünvana narkotik vasitə və psixotrop maddə götürmək məqsədilə getdikləri müəyyənləşdirilmişdir. Polis Bölməsinə dəvət olunmuş vəkillərin iştirakı ilə hər üç saxlanılan şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra ayrı-ayrılıqda hər üçünün üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması içərisində 05 ədəd müxtəlif bank kartları olan qara rəngli pul kisəsini və bir ədəd «Samsung» markalı mobil telefondan başqa heç nə aşkar edilməmişdir. Sonra başqa xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, təklif əsasında Təqsirləndirilən şəxs2 üzərində olan bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində heç nə aşkar edilməmişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilmiş, təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sol yan cibindən özünə məxsus “Nokia” markalı mobil telefonu, bir ədəd elektron tərəzini və 13 manat nağd pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs3 üzərində başqa heç nə aşkar edilməmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarışdan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə Badamdar qəsəbəsi ərazisinə narkotik vasitə və psixotrop maddəni əvvəlcədən qoyulduğu yerdən götürmək məqsədilə gəldiklərini, həmin maddələrə hər birinin adambaşı 46 manat olmaqla, ümumilikdə 135 manat pul ödədiklərini, həmin maddələrdən 02 qram metamfetaminin İlkinə, 04 qram heroindən 02 qramının Elçinə və digər 02 qramının isə Anara məxsus olduğunu etiraf etmişlər. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd «Xiaomi Redmi» markalı mobil telefon və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzi iş üzrə sübut əhəmiyyətli əşyalar kimi təhqiqatçı tərəfindən götürülmüşdür. Bu proseslərdən sonra onlar şübhəli şəxs Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazisinə narkotik vasitə və psixotrop maddənin qoyulduğu yerə getmişlər. Orada Təqsirləndirilən şəxs2 mobil telefonuna göndərilmiş yer bildirişinə əsasən içərisində narkotik vasitə və psixotrop maddə olan kağız-karton material stəkanı müəyyən edib götürmüşlər. Kağız stəkanın içərisinə baxış keçirilərkən 01 ədəd ağ sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar və 01 ədəd ağ sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələrin olduğu müəyyən edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə tərtib edilmiş protokol tərtib edilmiş, həm qablaşdırma olan zərflərin üzəri və həm də protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşı, polis mayoru Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəq: 180-182). İş üzrə məhkəmədə şahid qismində dindirilən X2 Alayının polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 15 aprel 2023-cü il tarixdə, saat təxminən 03:30 radələrində avtopatrulla Səbail RPİ-nin inzibati ərazisində xidmət apararkən Badamar qəsəbəsinin 3cü yaşayış massivində “Renault” markalı, ** CY *** dövlət nömrə nişanlı taksi avtomobilinin ön işıqları ilə onlara işarə etdiyini görüb təhlükə ehtimalı ilə həmin maşını saxlatmışlar. Avtomobildə olan 03 nəfər sərnişinin – hazırda barələrində cinayət işinə baxılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini şübhəli apardıqlarını, onların narkomana oxşadıqlarını görüb, sürücü ilə maraqlanmış, sonuncu həmin şəxsləri müştəri kimi Bakı şəhəri Səbail rayonu Badamar qəsəbəsi 3-cü yaşayış massivi 16-cı küçədə aparıb düşürəcəyini bildirmişdir. Onlar həmin 03 nəfər şəxsdən şəxsiyyətləri barədə məlumat istəmiş, lakin həmin şəxslər onların suallarına qeyri-səmimi cavab verdiklərinə və özlərini şübhəli apardıqlarına görə onlar həmin şəxsləri Səbail RPİnin 41-ci polis bölməsinə dəvət etmişlər. Həmin şəxslər etiraz etməmiş və birlikdə Polis bölməsinə getmiş və onlar həmin şəxsləri 41-ci Polis bölməsinin Növbətçi hissəsinə təhvil vermişlər. Polis bölməsində onların şəxsiyyətləri aydınlaşdırılmış və sorğu-sual edilərkən onlar həmin ünvana narkotik vasitə və psixotrop maddə götürmək məqsədilə getdiklərini etiraf etmişlər. Bundan sonra saxlanılan şəxslər Polis Bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra onların vəzifəsi həmin anda başa çatdığı üçün hadisənin baş verdiyi, yəni 03 nəfər şəxsin saxlanıldığı yerə yollanaraq, əməliyyat qrupu gələn vaxtadək həmin yerin və ətrafının mühafizəsi və xidmətlərini yerinə yetirmişlər. Bir neçə saat sonra 41-ci PB-nin əməliyyat qrupu həmin yerə gəldiklərinə görə onlar ərazini təhvil verib, avtopatrulla xidmətlərini davam etdirərək, oradan uzaqlaşmış və xidməti əraziyə qayıtmışlar. Şəxslərin özlərindən və ya onların mühafizə etdiyi ünvandan nə aşkar edildiyini görməmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı onlar tərəfindən hər hansı fiziki və psixoloji təsir göstərilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamnı iş üzrə şahid qismində dindirilən X2 Alayının digər polis nəfəri Şahid4 məhkəmə şahid qismində dindirilmiş həmkarı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəq: 185-186). Daha sonra məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, təxminən 04 ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, sonuncu ** CY *** dövlət qeydiyyat nişanlı “Renault Tondar” markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə, gecə saat 01 radələrində “Bolt” taksi tətbiqindən sifariş qəbul etmiş və sifariş üzrə “Neapol” dairəsi yaxınlığından 03 nəfər tanımadığı, hazırda barələrində cinayət işinə baxılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürmüşdür. Sifarişə əsasən, o, həmin şəxsləri Səbail rayonu Badamdar qəsəbəsinə aparmalı olmuşdur. Yolda olan zaman həmin şəxslərin danışığı onun xoşuna gəlməmiş, gecə saatları olduğu üçün və getdiyi ərazi insan olmayan bir ərazi olduğundan o, qorxub Badamdar qəsəbəsində yolda X3 avtopatrulunu görüb avtomobilin işığı ilə onlara işarə vermişdir. O, avtomobili saxlamış və polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları ondan niyə polis əməkdaşlarına işarə verdiyini soruşanda o, avtomobildə olan şəxslərin davranışlarını xoşlamadığı üçün işarə verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun avtomobilinin və istifadəsində olan mobil nömrəsini götürmüş və onunla əlaqə saxlayacaqlarını bildirmişlər. O, avtomobilinə müştəri qismində əyləşmiş həmin 03 nəfər şəxsi tanımamış və həmin şəxslərlə heç bir münasibəti olmamışdır. O, taksi sürücüsü işlədiyinə görə həmin şəxsləri qeyd etdiyi ünvana aparmışdır. Həmin şəxslər avtomobildə olanda narkotik vasitələr haqqında və Badamdar qəsəbəsindən narkotik vasitə əldə etməyə gəlmələri barədə heç nə danışmamışlar. Onların Badamdar qəsəbəsinə narkotik vasitə əldə etmək niyyəti ilə gəlmələri haqqında heç bir məlumatı olmamışdır. Taksimetr saxlanılanadək 10 manat pul yazmışdır ki, həmin məbləğ ona ödənilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində “baxış və götürmə aparılması barədə” 15 aprel 2023cü il tarixli protokoldan görünür ki, saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs2 baxış keçirilən ərazidə bir ədəd kağız-karton materialdan olan stakanın yerini müəyyən edərək götürüb təqdim etmiş, baxışla həmin əşyanın içərisində 02 ədəd şəffaf sellofana bükülü olan, biri ağ rəngli kristal formalı psixotrop maddəyə bənzər kütlə, digəri isə tünd qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış və götürmə prosesində Təqsirləndirilən şəxs2 bildirdiyinə görə, həmin maddələr “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və “kokos” kimi tanıdığı narkotik vasitə heroindir və özlərinin istifadə etmələri üçün üçün almışlar. Onlar psixotrop maddə və narkotik vasitəni hər biri 46 manat pul qoymaqla, ümumilikdə 135 manata tanımadığı şəxsdən onlayn olaraq öz istifadələri üçün almışlar. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış və götürmə prosesi videolentə alınmış və prosesin video görüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 82-84). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamsanı tədqiq olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində “baxış və götürmə aparılması barədə” 15 aprel 2023-cü il tarixli protokola əlavə olunmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD diskdə olan videogörüntülər “baxış və götürmə aparılması barədə” 15 aprel 2023-cü il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir və ziddiyyətlər müəyyən olunmamışdır (iş vərəqə: 100-101). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması barədə 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın arxa və sağ cibindən içərisində 05 ədəd bank kartı və 01 ədəd BakuBus kartı olan qara rəngli pul kisəsini, həmçinin şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola bilən digər əşya və sənədlər aşkar edilməmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivindən narkotik vasitə və psixotrop maddə əldə etmək üçün getdiklərini, ümumi 135 manat ödəməklə “patı” və “kokos” aldıqlarını, “patı”-nın 02 qramının ona məxsus olduğunu, “kokos”-un 02 qramının dostu Təqsirləndirilən şəxs2, 02 qramının isə dostu Təqsirləndirilən şəxs3 məxsus olduğunu bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, baxış və götürmə prosesi videolentə alınmış və prosesin video görüntülərinin yükləndiyi bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 24-26). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması barədə 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmazdan əvvəl sonuncu bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd göy rəngli “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs2 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivindən narkotik vasitə və psixotrop maddə əldə etmək üçün getdiklərini, ümumi 135 manat ödəməklə “patı” və “kokos” aldıqlarını, “patı”-nın 02 qramının Təqsirləndirilən şəxs1 məxsus olduğunu, “kokos”-un 02 qramının ona, 02 qramının isə dostu Təqsirləndirilən şəxs3 məxsus olduğunu bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, baxış və götürmə prosesi videolentə alınmış və prosesin video görüntülərinin yükləndiyi bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 50-52). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə aparılması barədə 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış aparılmazdan əvvəl sonuncu bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefonu və 13 manat pulu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs3 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivindən narkotik vasitə və psixotrop maddə əldə etmək üçün getdiklərini, ümumi 135 manat ödəməklə “patı” və “kokos” aldıqlarını, “patı”-nın 02 qramının Təqsirləndirilən şəxs1 məxsus olduğunu, “kokos”-un 02 qramının Təqsirləndirilən şəxs2, 02 qramının isə dostu Təqsirləndirilən şəxs3 məxsus olduğunu bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, baxış və götürmə prosesi videolentə alınmış və prosesin video görüntülərinin yükləndiyi bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 76-78). Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış aparılması və götürmə prosesin video görüntülərinin yükləndiyi hər bir CD formatlı üç ədəd diskə baxış keçirilməsi haqqında protokollar tədqiq edilmiş və müəyyən edilmişdir ki, tədqiq olunan protokollarda şəxsi axtarış aparılması və götürmə prosesinin video görüntüləri təsvir edilmiş və video görüntülərin hər bir təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə 15 aprel 2023-cü il tarixli protokolun məzmunu ilə eyniliyi müəyyən edilmiş, ziddiyyətlər aşkar olunmamışdır(iş vərəqə: 97,98,99). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 6/2234 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 239” möhür əksi, “Vətəndaşların təqdim etdiyi...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,808 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 3,834 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim olunan 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində metamfetamin psixotrop maddəsinin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetaminin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Daha sonra tədqiq olunan rəydən görünür ki, üzərində tədqiqat aparılmış 1,808 qram metamfetaminin 0,1 qramı tədqiqata sərf edilmiş, 3,734 qramı qalıq qalmışdır, üzərində tədqiqat aparılmış 3,834 qram heroinin 0,05 qramı tədqiqata sərf edilmiş, 1,814 qramı isə qalıq qalmışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir(iş vərəqə: 89-93). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq məhkəmə-narkoloji ekspertizasının 4213 saylı, 07 iyul 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 197-197). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq məhkəmə-narkoloji ekspertizasının 8007 saylı, 06 dekabr 2023-cü il tarixli tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin onun hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibəti olması nəzərə alınaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 211-212). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq məhkəmə-narkoloji ekspertizasının 8009 saylı, 06 dekabr 2023-cü il tarixli tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi haqqında» Qərarı ilə təsdiq edilmişməcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə məcburi müalicə qaydalarının 3.4cü bəndinə uyğun olaraq onun könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal-hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 213-214). İbtidai istintaq orqanının müvafiq qərarlarına əsasən təqsirləndirilən şəxslərə təyin edilmiş yer üzrə göndərilən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindən aşkar edilərək götürülmüş 1,808 qram metamfetaminin psixotrolp maddəsi və 3,834 qram heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,708 qram metamfetamin psixot rolp maddəsi və 3,734 qram heroin narkotik vasitəsi və bir ədəd elektron tərəzi Səbail RPİ-nin saxlama kamerasına təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış aparılması və götürmə prosesin video görüntülərinin yükləndiyi 03 ədəd, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindən narkotik vasitə və psixotrop maddə götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd, cəmi - 04 «CD» formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və qeyriləri barəsində olan cinayət işi üzrə aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 218-234). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və qeyriləri barəsində olan cinayət işi üzrə aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsinin miqdarı külli miqdar təşkil etməsə də, heroin narkotik vasitəsinin təmiz çəkisi 3,834 qram təşkil etmişdir ki, qeyd olunan miqdar heroin narkotik vasitəsinin səkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdar təşkil etməyən çəkidə metamfetamin psixotrop maddəsini əldə etməyə cəhd etmələri, lakin nəzərdə tutulan cinayət əməlini iradələrindən asılı olmayan səbəbdən başa çatdırmamaları, yəni Azərbaycan Respublikası CM-nin 29, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə özlərini təqsirli bilməmələri, məhkəmə baxışı zamanı ifadələrində aşkar edilib götürülən heroin narkotik vasitəsinin külli miqdarda olmaması, ittihamda göstərilən miqdarda deyil, özlərinin istifadəsi üçün 0,5 qram psixotrop maddə və 0,5 qram heroin narkotik vasitəsi sifariş verməmələri, 2 qram psixotrop maddənin və 4 qram narkotik vasitənin polis tərəfindən edilmiş fiziki və psixoloji təsirlər altında onlara qəbul etdirilməsi barədə göstərdikləri onların ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onların təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində heç bir orqana şikayət etməmiş, təqsirsizliyi və ya qismən təqsirliliyi barədə müraciət etməmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar(iş vərəqə: 174-176). Məhkəməyə müdafiə tərəfinin təqdim etdiyi sənədlərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 16 may 2023-cü il tarixdən başlayaraq «Alfa» Psixoloji Bərpa mərkəzində "xxxx" Proqramına qoşulmuş və proqramı uğurla tamamlayaraq (narkomaneiyadan) sağlamlığına qovuşmuşdur və 16 noyabr 2023-cü il tarixdən mərkəzdə konsultant kimi fəaliyyətə başlamışdır. Eyni hal Təqsirləndirilən şəxs2 barəsində də baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs2 də narkomaniyadan asılılığının aradan qaldırılması məqsədilə "xxxx" MMC-də "xxxx" Proqramına qoşulmuş və proqram üzrə bütün tapşırıqları uğurla tamamlayaraq MMC-də narkomaniyadan əziyyət çəkən şəxslərə köməklik göstərməyə başlamışdır. Tədqiq olunan cinayət işinin materialları və müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 baxılan iş üzrə cinayət hadisəsi törədildikdən sonra "xxxx" Proqramına qoşulmuş və proqram üzrə müsbət nəticələrə nail olmuşlar. Məhkəmə qeyd olunan bu halı hər iki təqsirləndirilən şəxs barəsində təqdirəlayiq hesab edib, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində yüngülləşdirici hal kimi nəzərə almağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da, cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən olundu ki, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi əlaməti təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 29, 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın tərkib əlamətlərinə daxil deyildir və bu hal, yəni cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi cəza təyin edilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CMin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən ağır cinayət törətmələri, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsinin sanksiyası daxilində, başa çatmayan cinayətlərə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələblərinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün (burada: azadlıqdan məhrum etmənin) yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 4213 saylı, 07 iyul 2023-cü il tarixli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan müvafiq olaraq məhkəmə-narkoloji ekspertizasının 06 iyul 2023-cü il tarixli, 8007 və 8009 saylı rəylərini əsas götürərək belə nəticəyə gəlir ki, qeyd olunan təqsirləndirilən şəxslərin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin hər iki təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin hər üçünün ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən onlar təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkmələrinin əvvəli onların şübhəli şəxs qismində tutulduqları 15 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti adtına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) gün onlara təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin hər üçünün barəsində seçilmiş “polisin nəzarəti adtına vermə” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərdə tutulduğundan onların hər üçünün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmalı və onlar dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanma ambarında saxlanılan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 16-cı küçə ünvanından götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,708 qram metamfetamin, 3,734 qram heroin və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş bir ədəd elekrton tərəzi məhv edilməli; - təqsirləndiridlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 16-cı küçə ünvanına baxış keçirilmə prosesinin videogörüntülərinin yükləndiyi 04 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 36,60 (otuz altı manat, 60 qəpik) manat olmaqla müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 16 aprel 2023-cü il tarixədək saxlanıldığı 01 (bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli hökmün elan olunduğu 14 iyun 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 16 aprel 2023-cü il tarixədək saxlanıldığı 01 (bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli hökmün elan olunduğu 14 iyun 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 16 aprel 2023-cü il tarixədək saxlanıldığı 01 (bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli hökmün elan olunduğu 14 iyun 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanma ambarında saxlanılan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 16-cı küçə ünvanından götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,708 qram metamfetamin, 3,734 qram heroin və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş bir ədəd elekrton tərəzi məhv edilsin; - təqsirləndiridlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 16-cı küçə ünvanına baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 04 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 110,0 (yüz on) manat ekspertiza xərci məhkumlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 36,60 (otuz altı manat, 60 qəpik) manat olmaqla müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar