Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1400/2025 08.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X4 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Əli adlı şəxsin göstərişi ilə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 3035 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 yanvar 2025-ci il tarixdə saat 21:20-də ünvan 3 ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əlində olan 01 ədəd bağlamanın içərisindən təmiz çəkisi 3035 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, son 7-8 ay ərzində “nəşə” istifadə etmişdir. “Nəşə”ni internet vasitəsi ilə tanımadığı şəxslərdən almışdır. Əli adlı İran İslam Respublikası vətəndaşı olan bir şəxs onu internetdən tapıb mesaj yazmış, həmin mesajda Əli “nəşə” istəyib-istəmədiyini soruşmuş, o da istədiyini bildirmişdir. Həmin vaxt onun pulu olmamış, amma bir yolla “nəşə” tapmalı imiş. O, Əlini aldatmaq məqsədi ilə narkotik vasitəni ona yollamasını, satıb pulunu verəcəyini demişdir. Əli də ona narkotik vasitəni yerləşdirdiyi ünvanı, narkotik vasitənin olduğu yerin şəklini yollamışdır. Narkotik vasitəni təhvil almaq üçün o, ünvan 4 ünvanda narkotik vasitəni axtarmış, amma tapa bilməmişdir. Əliyə narkotik vasitənin həmin ünvanda olmadığını yazmışdır. Mesajı yazdıqdan sonra üzərindən heç 5 dəqiqə keçməmiş 11 nəfər onun üzərinə doğru gəlməyə başlamışdır. Həmin 11 nəfər onu döyməyə, yerə yıxıb təpikləməyə başlamışdır. Döydükdən sonra bir nəticəyə gələ bilməyəcəklərini anlayıb narkotik vasitəni boynuna götürməsini istəmişlər. O da polis əməkdaşlarına həmin ünvana 5 qram “nəşə” üçün gəldiyini deyib narkotik vasitəni üzərinə götürməkdən imtina etmişdir. İlkin adlı əməliyyatçı onu saxlayan kimi telefonunu əlindən almışdır. Həmin vaxt telefonu açıq vəziyyətdə olmuş, İlkin Əliyə mesaj yazıb narkotik vasitəni təhvil aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları ondan həmin ünvana niyə gəldiyini soruşmuşlar. O da 5 qram “nəşə” üçün gəldiyini demişdir. Bu zaman əməliyyatçılar 3 kiloqram çəkidə narkotik vasitəni önünə qoyaraq “sən buraya 3 kiloqram narkotik vasitə üçün gəlmisən” deyə bildirmişlər. Əməliyyatçılara telefonunda həmin ünvana 5 qram “nəşə” üçün gəldiyimi təsdiq edəcək səs yazmaları olduğunu demiş, İlkin də telefonunda heç bir səsyazma olmadığını bildirmişdir. Ona fiziki və psixi təzyiq göstərmişlər, lakin yenə də narkotik vasitəni üzərinə götürməmişdir. Videoçəkiliş aparmaq istəmişlər, buna da razı olmamışdır. Daha sonra ondan harada yaşadığımı soruşmuşlar. O da Əhmədlidə yaşadığını bildirmiş, bunu dedikdən sonra əməliyyatçılar bu narkotik vasitəni evindən çıxardacaqlarını, məcbur qalıb üzərinə götürəcəyini demişlər. Belə hərəkəti onun şərəfi, namusu qəbul etməmiş, bu səbəbdən polis əməkdaşları ilə razılaşmış, videoçəkiliş aparmalarına etiraz etməmişdir. Əməliyyatçılar videoçəkiliş aparmışdır. Videoçəkiliş zamanı əməliyyatçıların bütün öyrətdiyi cümlələri demişdir. Belə ki, 3 kiloqram narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını, onun yolladığı “konum”a gələrək götürdüyünü bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ünvanda gördüyü qutunun içərisinə baxmamışdır, həmin qutuya heç əl belə vurmamışdır. Ona götürdüyü narkotik vasitədən ya 5 qram, ya da 3 qram çəkidə marixuana çatacaqmış. Ünvana gedən zaman təhvil almalı olduğu narkotik vasitəni axtarmış, lakin tapa bilməmişdir. Qutunu təpiklə vuraraq arxa tərəfindəki işarəyə baxmaq istəmişdir. O, qutunun içərisində zibil olduğunu düşünmüş, bu səbəbdən təpiklə vurmuşdur. Getdiyi ünvanda marixuananın spesifik iyini hiss etməmişdir. Hadisə günü Əli ilə saat 19:00-dan təxminən 21:00-a qədər yazışmışdır. Əlini aldatmaq məqsədi ilə narkotik vasitəni satacağını, daha sonra pulu ona verəcəyini demişdir. O, narkotik vasitənin satış qiymətini bilməmişdir, sadəcə alış qiymətini bilmişdir. Əli ilə aralarında narkotik vasitənin neçə manata satılacağına dair söhbət olmamışdır. Onu 21:20 radələrində saxlamışlar. Saxlanılan zaman donub yerində qalmışdır. Əlində sadəcə telefonu var imiş. Qutu onun 5 metr arxasında imiş. Əlinin ona yolladığı şəkildə qutunu görmüşdür. Narkotik vasitə də qutunun olduğu yerin ətrafında olmalı imiş. Şəkildə qutunun ətrafındakı kiçik bir nöqtə işarələnmişdir. Əməliyyatçılar ona fiziki və psixi təzyiq göstərmiş, döymüş, hədələmişlər. Videoçəkiliş zamanı qutunu boynuna götürməsi üçün əməliyyatçılar onu evindən narkotik vasitə çıxartmaqla hədələmişlər. Əlinin adını telefonunda qeyd etməmişdir, sadəcə əlifbanın fərqli hərflərini yan-yana yazmaqla kontaktında saxlamışdır. Hadisə baş verməmişdən 1-2 gün öncə Əli ilə tanış olmuşdur. Hadisə günü birinci Əlinin özü ona yazmışdır. Mesajda “tərpən, iş görək” demişdir. İlk dəfə imiş ki, Əlidən narkotik vasitə almışdır. Əlinin ona yolladığı mesajları telefonundan onu saxlayan əməliyyatçılar silmişdir. Çünki əgər həmin mesajlar qalsaymış, ona satışla bağlı ittiham irəli sürə bilməyəcəkmişlər. Əlinin ona yolladığı səsli mesajların birində “5 qram nəşə atmışam, get götür” deyilmişdir. Əliyə yazılan “narkotik vasitəni götürdüm” mesajını əməliyyatçı İlkin Allahverdiyev yazmışdır. Həmin mesajı İlkinin yazdığından əmin imiş, çünki telefonu İlkində olmuşdur. İlkin özünü ona təqdim etməmişdir. İttiham aktında yazılanların heç biri doğru deyil. O, Əliyə sonuncu mesajda “yolladığın ünvanda tapmıram” yazmışdır. Əliyə sonuncu mesajını yazdıqdan sonra əməliyyatçılar yaxınlaşmışdır, İlkin telefonunu əlindən alıb “narkotik vasitəni götürdüm” deyə Əliyə mesaj yazmışdır. O, həmin ünvana, həqiqətən də, 3 kiloqram narkotik vasitə üçün getmiş olsaymış, qutunu götürüb oradan uzaqlaşarmış. Lakin axtardığı 5 qram nəşə olduğu üçün qutuya yaxın belə durmamışdır. Saxlanıldıqdan sonra İdarədə ona müdafiəçi təyin olunmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 7-8 aydır narkotik vasitə istifadə edir, istifadə etdiyi narkotik vasitəni mütəmadi olaraq müxtəlif yerlərdən alır, 2025ci ilin yanvar ayının 20-si tarixlərindən “Whatsapp” proqramında ona özünü İran İslam Respublikasının vətəndaşı Əli adı ilə təqdim edən şəxs narkotik vasitə istifadə edib etmədiyini soruşmuş, o, isə həmin şəxsə narkotik vasitə marixuana istifadə etdiyini bildirmişdir. Bundan sonra İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs ona ara-sıra yazaraq narkotik vasitə marixuana göndərəcəyini demiş, bununla da xx.xx.2025-ci il tarixdə Əli adlı şəxs ilə “Whatsapp” proqramında yazışıb danışaraq şəxsi istifadəsi üçün marixuana istədiyini, Əli adlı şəxs isə ona narkotik vasitə marixuana göndərəcəyini demiş, onun üzərində pulu olmadığına görə Əli adlı şəxsi aldatmaq məqsədi ilə “marixuananı göndər narkotik vasitəni sataraq satışından əldə olunmuş pulu göndərəcəyini” deyərək, narkotik vasitəni sataraq pulunu Əli adlı şəxsə göndərəcəyi barədə razılaşmaya gəlmişlər. Bundan sonra xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs ona “Whatsapp” proqramında yazaraq narkotik vasitə marixuananı ona göndərə biləcəyini demişdir. O, Əli adlı şəxsə narkotik vasitə marixuananı Bakı şəhərində yaşadığı yerə yaxın bir yerə göndərməsini demiş, Əli adlı şəxs ondan harada yaşadığını soruşduqda o, Əli adlı şəxsə Bakı şəhəri, Səbail rayonu, “Sahil” metrostansiyası yaxınlığında yaşadığını bildirmişdir. Əli adlı şəxs narkotik vasitə marixuananı Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə gizlədərək, narkotik vasitə marixuananın yerləşəcəyi “məkan”ı ona göndərəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Əli adlı şəxs ona “Whatsapp” proqramında yazaraq narkotik vasitəni yerləşdirdiyini, həmin yerin “məkan”ını və şəklini göndərərək Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə gizlətdiyini bildirmişdir. Bundan sonra o, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 41/47 ünvanına gedərək narkotik vasitəni tapa bilmədikdə Əli adlı şəxsə narkotik vasitəni tapa bilmədiyini yazmış, sonra isə yeşiyin içərisində nə isə olduğunu hiss edərək, kağızdan olan yeşiyi götürüb kənara çəkilərək içərisinə baxmışdır. Həmin vaxt yəni, xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində ünvan 6 ünvanının qarşısında 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərinin polis olduqlarını təqdim etdikdən sonra, ondan özünü təqdim etməyini bildirmişlər. O da özü haqqında anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra onun Nəsimi rayonu ərazisində psixotrop maddə və narkotik vasitələri üzərində saxlamaqla daşıyıb istifadə etməyi barədə əməliyyat məlumatının Nəsimi RPİ-nin 21-ci PB-nə daxil olmasını bildirərək, bununla bağlı saxlanıldığı ünvan 3 ünvanında üzərinə çəkiliş aparılmaqla baxış keçiriləcəyi bildirilmişdir. O, üstünə baxış keçirilməsinə etiraz etməmiş, üstünə baxış zamanı əlində tutduğu kağız yeşiyin içərisində 1 sellofan bağlamanı təqdim edərək həmin sellofan bağlamanın içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitə olan marixuananı sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra onun üzərinə baxış keçirilmiş və əynində olan şalvarın arxa cibindən 1 ədəd “iPhone” markalı mobil telefon içərisində olan ***-***-**-** saylı GSM nömrələr ilə birlikdə aşkar olunmuşdur. Baxış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 1 ədəd bağlama qablaşdırılaraq üzəri möhürləndikdən sonra maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, barəsində qanuna müvafiq tədbir görülməsi üçün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət olunmuş, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 21-ci Polis bölməsinə getmişdir. Polis bölməsində otaqların birində ondan aşkar olunaraq götürülərək qablaşdırılmış 01 ədəd bağlama təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edərək onu şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra təhqiqatçı ondan aşkar olunmuş bağlamanı açaraq içərisində olan kütləni göstərərək, həmin bağlamanın ona məxsus olması və içərisindəki kütlənin nə olduğunu soruşmuş, o, həmin 1 ədəd bağlamanın ondan aşkar olunaraq götürüldüyünü etiraf edib, 1 ədəd bağlamanın içərisindəkinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitə marixuananı xx.xx.2025-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Əli adı adlı şəxsdən həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra 01 ədəd bağlama yenidən qablaşdırılıb, üzəri möhür ilə möhürlənərək imzalanmışdır. O, üzərində olan 01 ədəd “iPhone” markalı mobil telefonu təhqiqatçıya təqdim etmiş, təhqiqatçı tərəfindən 01 ədəd “iPhone” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilən zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zorakılıq olmamışdır (cild 1, iş vərəqi 68-70, 141-143). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, həmin ünvana səhv etmirsə, ya 3 qram, ya da 5 qram nəşə üçün getmişdir. Elan olunmuş ifadəsini təsdiq etmir, çünki o, qutunun içərisinə açıb baxmamışdır. Onun heç bir zaman satış məqsədi olmamışdır. Əliyə mesajda 20.000 manat pulu axşam ona verəcəyini yazmışdır. 4-5 saat içərisində bu məbləğdə pulu tapıb Əliyə verməsi mümkün hal deyilmiş. Xəstəxanada yoxlanışdan keçən zaman üzərində xəsarət aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, bu məlumat raportla rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat tədbiri keçirilərək şəxs tərəflərindən saxlanılmışdır. Səhv xatırlamırsa, Mərdanov Qardaşları küçəsi yaxınlığında şəxsi saxlamışlar. Hadisə yerində əməliyyat çəkilişi etmişlər. Təqsirləndirilən şəxs iranlı ilə danışıb gəlir əldə etmək üçün narkotik vasitələrin satışını həyata keçirəcəyini, lakin iranlını aldadaraq pulu verməyəcəyini demişdir. Şəxs saxlanılan zaman əlindəki bağlamanı təqdim etmişdir. Həmin bağlama videoçəkiliş vasitəsilə açılmış, baxış keçirilmişdir. Daha sonra bağlama ekspertizaya göndərilmişdir, nəticədə içərisindəkinin marixuana olduğu aşkarlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid bildirdi ki, şəxsə qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Onlara daxil olan əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin külli miqdarda qanunsuz dövriyyəsini həyata keçirdiyi bildirilmişdir. Şəxsin satış məqsədi olub-olmadığını dəqiq deyə bilmir. Lakin bağlamadakı narkotik vasitənin çəkisi çox imiş, yəqin ki, satış məqsədilə əldə etmişdir. Bağlamadakı narkotik vasitənin çəkisi kiloqramla imiş. Ruslan narkotik vasitəni iranlıdan əldə etdiyini demişdir. Belə ki, iranlını aldadaraq narkotik vasitə verməsini istəmiş, həmin narkotik vasitənin satışını həyata keçirərək ona gəlir gətirəcəyini demişdir. Halbuki, məqsədi iranlını aldatmaq olmuşdur, narkotik vasitəni satıb gəliri özünə götürəcəkmiş. O, əməliyyat qrupunun rəhbəri olmuşdur. Təqsirləndirilən şəxs telefonuna baxış keçirilib-keçirilmədiyini dəqiq xatırlamır. Narkotik vasitələrin dövriyyəsi ilə bağlı saxlanılaraq bölməyə gətirilən bütün şəxslərin telefonu zərfləşdirilmişdir. Ola bilsin ki, istintaqda müstəntiq telefona baxış keçirmişdir. Onun iştirakı ilə Təqsirləndirilən şəxs telefonuna baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması üçün kiminlə əlaqə saxladığına dair sual verilməsi barədə dəqiq xatırlamır. Ola bilsin ki, videoçəkiliş zamanı həmin sual verilmişdir. Videoçəkiliş zamanı müdafiəçi də iştirak etmişdir. Ruslan təhqiqatçının iştirakı ilə keçirilən videoçəkiliş zamanı müdafiəçinin yanında təqsirini etiraf etmişdir, bunu inkar edəcək bir davranışı olmamışdır. Təqsirləndirilən şəxs döyülməsi kimi bir hal baş verməmişdir. Əməliyyat qrupunun rəhbəri o olmuş, yanındakılar da leytenantlar olmuşlar. Ruslanın üzərindən narkotik vasitə aşkar edilmişdir, əlavə olaraq, evindən də narkotik vasitə aşkar etmələrinə heç ehtiyac olmamışdır. Bu səbəbdən, Ruslanın evindən narkotik vasitə çıxaracaqlarına dair hədəqorxu göstərdikləriylə bağlı dedikləri yalandır. Təqsirləndirilən şəxs saxlayan zaman bağlama əlində olmuş, lakin videoçəkiliş zamanı bağlamanı yerə qoymuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda "Ruslan" adlı şəxsin qanunsuz olaraq küllü miqdarda narkotik vasitə və ya psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə bildirilir. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində "Ruslan" adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 7də yaşayan Təqsirləndirilən şəxs olması bilinmişdir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürmə aparılmamışdan əvvəl sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əlində olan, içərisində narkotik maddəyə bənzər kütlə olan sellofan bağlamanı təqdim etmiş, həmin kütlə qablaşdırılmış, üzəri möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 8-10). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 8 ünvanında qeydiyyatda olan, ünvan 7də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşımaqda şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə saat 21:20-də Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 41/47 ünvanının qarşısında saxlanılaraq yerində üstü yoxlanılan zamanı əlində olan sellofondan 01 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD diskǝ qeyd olunmuşdur (cild 1, iş vərəqi 11). - təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci PB-nə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 23 yanvar 2025-ci il tarixdə, saat 21:20 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılaraq yerində üstü yoxlanılan zamanı əlində olan 01 ədəd bağlamada narkotik maddə olan qurudulmuş ot halında marixuanaya bənzər maddə qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd bağlama və bir ədəd DVD-yə təhqiqatçı tərəfindən baxış keçirilərək, 1 ədəd bağlamanın içərisindən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin kütlənin içərisindəkinin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadəsi və satmaq məqsədi ilə tanımadığı İran İslam Respublikası vətəndaşından alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlənmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus 1 ədəd “iPhone” markalı mobil telefon götürülmüş, sonra bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilərkən, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunmasını bildirməsi əksini tapmışdır (cild 1, iş vərəqi 13-15). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/167 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza” yazılar və imzalar olan 1 (bir) ədəd polietilen bağalamada təmiz çəkisi 3035 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir (cild 1, iş vərəqi 40-44). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 46-47). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 58-61). - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, marixuana aşkarlanmış qutunun məhz təqsirləndirilən şəxsə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 77-78). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 89). - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə şahid X3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, marixuana aşkarlanmış qutunun məhz təqsirləndirilən şəxsə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 112-113). - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə şahid X2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, marixuana aşkarlanmış qutunun məhz təqsirləndirilən şəxsə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 114-115). - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə şahid X5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı şahid X5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, marixuana aşkarlanmış qutunun məhz təqsirləndirilən şəxsə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 116-117). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd, “İphone” markalı mobil telefona baxış keçirilən zaman telefonun “Whatsapp” bölməsinə daxil olunmuş, həmin bölmədə “X11” adlı şəxsə məxsus olan +98 901 *** **** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında arasında olan 23 yanvar 2025-cü il tarixə aid yazışmalar əks olunmuşdur. Müəyyən edildi ki, saat 19:40-da İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Təqsirləndirilən şəxs yazır ki, “Salam Qaqa”; saat 19:41-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Alekm salam”; saat 19:41-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs yazır ki, “Qaqam yoxsan axı tərpən bir iş görək”; saat 19:41-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə səs göndərir ki, “burdayam qaqa, mən burdayam”; saat 19:42də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmiş sms mətni silinmişdir; saat 19:44-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə səs göndərir ki, “Hə bekarçılıqdı, hə, noldu Bakıdadı? Bakıdadırsa problem yoxdu”; saat 19:46- da İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmiş sms mətni silinmişdir; saat 19:46-da Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “At götürümdə”; saat 19:46-da Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Yaxınlıqdan hardansa”; saat 19:47-də Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə edilmiş 2 dəqiqəlik səsli zəng; saat 19:52-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Təqsirləndirilən şəxs yazır ki, “Qobu”; saat 19:52-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Aa yoxee”; saat 19:52-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Nə danışırsan”; saat 19:52-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Mümkün deil”; saat 19:53-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Təqsirləndirilən şəxs yazır ki, “Adamım orda qalır sən harada qalırsan”; saat 19:53-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Təqsirləndirilən şəxs yazır ki, “Qaqam”; saat 19:53-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Mən sahildə”; saat 19:53-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Şəhərin göbəyində”; saat 19:53-də Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə edilmiş 1 dəqiqəlik səsli zəng; saat 20:03-də Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə edilmiş cavabsız səsli zəng; saat 20:03-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Nodu qaqa?”; saat 20:03-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Xəbər çıxmadı sənən”; saat 20:17-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Təqsirləndirilən şəxs yazır ki, “Kubinka”; saat 20:18-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmiş sms mətni silinmişdir; saat 20:18-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmiş sms mətni silinmişdir; saat 20:35-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin yazdığı “Kubinka” sms-nə yazır ki, “Hə olar”; saat 20:35-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Həə”; saat 20:35-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Denən Kubinkada qoysun”; saat 20:35-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Götürüm”; saat 20:35-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Havax qoyacag?”; saat 20:36da İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Təqsirləndirilən şəxs yazır ki, “Qoy zəng eləyim, səndə ol setdə”; saat 20:36-da Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Yaxşı setdəyəm”; saat 20:36-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Gözdüyürəm”; saat 20:38-da İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Təqsirləndirilən şəxs yazır ki, “Yaxşı”; saat 20:38-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “İndi o qobudadı”; saat 20:38-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “Kubinkada?”; saat 20:39-da İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmiş sms mətni silinmişdir; saat 20:40-da Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə səs göndərir ki, “Hə bidənə tez bazar eləsin denən tez bazar eləsin, konum atsın Kubinkada gedim mən?”; saat 20:40-da Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə səs göndərir ki, “Başlayaq işimizə gücümüzə?”; saat 20:41-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmiş sms mətni silinmişdir; saat 20:42-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə səs göndərir ki, “mən dediyimi eləyəcəm, görüm sən dediyini eləyəcəksən, vse tutdum bax sözü ağzından, mən dediyimi eləyəcəyəme, mən narahat deyiləm, mən axşam pulu göndərəcəm, Allaha and olsun ki, kliyent çoxduda Aliahaqqı, iş var, işləyən lazımdı prosta mal lazımdı”; saat 20:44-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Təqsirləndirilən şəxs göndərdiyi narkotik vasitənin yerləşdiyi ünvanın və narkotik vasitənin şəklini göndərir; saat 20:44-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmiş sms mətni silinmişdir; saat 20:45-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə səs göndərir ki, “hə vse özü də ki, mənə yaxın yerə at, narahat olma qardaş, indi mən səni üzü ağ çıxardım səndə bax, gör kişi nətər olur”; saat 20:45-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmiş sms mətni silinmişdir; saat 20:46-da Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə səs göndərir ki, “yaxşı qaqa yaxşı götürən kimi xəbər eləyəcəm sənə”; saat 20:47-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmiş sms mətni silinmişdir; saat 20:50-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə səs göndərir ki, “yaxşı ürəyim yaxşı”; saat 21:10-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “yoxdu axı”; saat 21:11 -də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Ruslan Şıraliyevə yazır ki, “Qaqa necə yani yoxdu”; saat 21:11-də Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsə yazır ki, “götürdüm”; saat 21:11-də İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs Təqsirləndirilən şəxs yazır ki, “Oldu qaqa mənə zəng eləyərsən”; yazısı olması müəyyən edildi (cild 1, iş vərəqi 118-119). - disklərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilməsi zaman 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, mülki geyimdə olan Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid, X5, X2 və X3, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra polis əməkdaşı tədbirin 23 yanvar 2025-ci il tarixdə saat 21:20 dəqiqədə keçirilməsini, eləcə də şübhəli şəxsin ünvan 3 ünvanının qarşısında saxlanılmasını elan edir. Bundan sonra polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əlində olan bağlamanın içərisindəki kütləni təqdim edir. Daha sonra üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bağlamadakı kütlənin “marixuana” kimi bildiyi narkotik vasitə olan marixuana olduğunu, həmin kütləni şəxsi istifadəsi və satış məqsədilə xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41/47 ünvanında İran İslam Respublikası vətəndaşından nisyə aldığını, habelə narkotik vasitə istifadəçisi olduğunu bildirir. Polis əməkdaşı şübhəli şəxsin üstünün yoxlanılması aparılan hərəkətlərə dair Nəsimi RPİ-nin 21-ci PB-də protokol tərtib ediləcəyini bildirməklə videoçəkilişin dayandırılmasını elan edir. Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Nicat Qasımzadə özünü təqdim etdikdən sonra 21-ci PB-nin əməkdaşları tərəfindən 23 yanvar 2025-ci il tarixdə saat 21:20 dəqiqədə ünvan 9 ünvanının qarşısında saxlanılmış və üstü yoxlanılmış Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində narkotik maddə olan marixuanaya bənzər 01 ədəd bağlamaya baxış keçiriləcəyini elan edir. Təhqiqatçı tərəfindən bağlama açıldıqda içərisində qurudulmuş ot halında narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ondan aşkar olunmuş 01 ədəd bağlamadakı kütlənin özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi və satmaq məqsədilə İran İslam Respublikası vətəndaşından nisyə alaraq, razılaşmalarına əsasən narkotik vasitə marixuananı satdıqdan sonra əldə olunmuş pulun bir qismini İran İslam Respublikasının vətəndaşına göndərəcəyini bildirir. Həmin kütlə təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 124). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 777 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (cild 1, iş vərəqi 127-130). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 132-134). - GSM nömrəyə dair məlumatlar köçürülmüş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** GSM nömrəsinə baxış zamanı, iş üçün əhəmiyyət kəsb edən hər hansı mobil nömrə, SMS mətn, fotoşəkil, video və ya səs yazı, eləcə də, mobil tətbiq proqramı aşkar edilməmişdir (cild 1, iş vərəqi 148). - verilmiş əməliyyat tapşırığına Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tapşırığında göstərilən digər xüsusatlarla da bağlı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmaqla əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə məlumat olsa da onun konkret olaraq kimlərə narkotik vasitə heroini satması hazırkı vaxta qədər müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 149). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 3035 qram çəkidə narkotik vasitə marixuana və “İphone” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 150-162). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 3035 qram çəkidə narkotik vasitə marixuana və “İphone” markalı mobil telefon maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3034,8 qram ququdulmuş marixuana və mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 150-162). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik maddələri əldə etdiyi İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 164-167). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Hazırki iş üzrə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Əli adlı İran vətəndaşı ilə qabaqcadan razılaşaraq sonuncudan satmaq məqsədilə narkotik vasitə göndərməsini istədiyini (təqsirləndirilən şəxs bunu iranlını aldatmaq məqsədilə dediyini bildirir), iranlının da razılaşaraq ona “konum” göndərərək narkotik vasitənin yerinə qoyulduğunu dediyini, onun narkotik vasitə dalınca getdiyini və hadisə yerində polislər tərəfindən saxlandığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus olan “İphone” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan da görünür ki, telefonun “Whatsapp” bölməsində “X11” adlı şəxsə məxsus olan +98 901 *** **** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında arasında olan 23 yanvar 2025-cü il tarixə aid yazışmalar əks olunmuşdur. Həmin yazışmaların məzmunundan tam aydın olur ki, o, İran vətəndaşı ilə narkotiklərin satışı üzrə cinayət əlaqəsinə girmişdir, belə ki, onun bu məzmunda yazışmaları arasında təqsirləndirilən şəxs iranlıya çoxlu sayda müştərilərinin olduğunu bildirməklə iranlıdan narkotik vasitəni tez bir zamanda ona göndərməsini, satıb axşam pulunu göndərəcəyini bildirmişdir. Məhkəmə, hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarı, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının AR CM-nin 234.4.1-ci maddəsinə dair hissəsini tənzimləyən 12-ci bəndində göstərilən müddəalarla əlaqəli şəkildə təhlil edərək onların artıq qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin həm şəxsi marağı (göndəriən narkotikdən istifadə edəcəkdi), həm də mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına dəlalət edir. Hazırki cinayət işinin faktiki halları baxımından əks yanaşmanın sərgilənməsi, yəni təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi İran vətəndaşının müəyyən olunmamasına, onun ifadəsinin alınmamasına istinadən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməməsi qənaətinə gəlinməsi işin faktiki halları və istintaqla müəyyən edilmiş hallarla bir araya sığmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat orqanına müvafiq tapşırıq verilsə də, əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubunun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış və bu səbəbdən də həmin Əli adlı İran vətəndaşı barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir. Konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlar Əli adlı şəxsin təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.1. maddəsilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisə yerinə 3 və ya 5 qram marixuana götürmək üçün getməsi, narkotik qoyulmuş qutunu götürməməsi, iranlı ilə danışığında sonuncudan az miqdarda narkotik istəməsi, narkotiki satacağına dair iranlıya yalan vəd verməsi, narkotiklərin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Əvvəla, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ona hər hansı fiziki və ya psixi təzyiqə məruz qalması barədə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bildirməmişdir. Əksinə, barəsində həbs qətimkan tədbiri seçilməsilə bağlı vəsatətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir işgəncəyə məruz qalmadığını bildirmişdir. Buna baxmayaraq, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun xəsarət almadığını bildirdiyi və bədəni üzərində yeni xəsarətlərin aşkar olunmadığı barədə qeydlərin aparıldığı müəyyən edilmişdir. Bundan başqa, iş üzrə məhkəmədə şahid qismində ifadə verən Şahid polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı har hansı təzyiqin göstərilmədiyini bildirdi. Təqsirləndirilən şəxsin iranlını aldatmaq məqsədilə narkotikləri satacağını bildirməsinə gəlincə, məhkəmə onu qeyd edir ki, təqsirləndirilən şəxs bu mülahizəni təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Fakt odur ki, o, Əli adlı İran vətəndaşı ilə danışığı zamanı iranlıya çoxlu sayda müştərilərinin olduğunu, narkotik istədiyini, satdıqdan sonra isə pulunu göndərəcəyini bildirmişdir. Bu danışıqlardan sonra isə iranlının ona 3 və ya 5 qram marixuana göndərməsi ağlabatan deyildir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadələrini, SMS yazışmalarını, habelə iş üzrə toplanılmış və məhkəmə zamanı araşdırılmış sübutları əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin, onun özünün cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 25 yanvar 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 27-28, 82-85, 185- 188). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 23 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3034,8 qram ququdulmuş marixuana məhv edilməli, “İphone” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3034,8 qram qurudulmuş marixuana məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan 1 ədəd “İphone” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1400/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1400/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver