Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1401/2021 26.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 Yaqub oğlunun və Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 11 avqust 1997-ci il tarixdə Gədəbəy rayonu, Cücənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Binəqədi rayon məhkəməsinin 21 yanvar 2014-cü il tarixli hökmü ilə AR CM-nin 29,177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarı ilə əməli AR CMnin 177.3.2-ci maddəsindən CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin 17 may 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 04 il müddətinə endirilmiş, 04 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Nərimanov rayonu, X5 ev 1, mənzil 8 ünvanında qeydiyyatda olub həmin ünvanda da yaşamış, bu iş üzrə barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə başqa mənbədən qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə olan metamfetamin və külli miqdarda narkotik vasitə olan heroin əldə edib, daşıyaraq özündə saxlamış, 08 yanvar 2021ci il tarixdə, saat 19:35 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X5 1 saylı ünvanda saxlanılaraq ünvan 4imanov RPİ 17-ci PŞnin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan paltonun sol iç cibindən göy rəngli «ROTHMANS» markalı siqaret qutusunun içərisindən 14 (on dörd) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,450 qram, 0,290 qram, 0,330 qram, 0,210 qram, 0,170 qram, 0,360 qram, 0,200 qram, 0,080 qram, 0,505 qram, 0,150 qram, 0,390 qram, 0,337 qram, 0,330 qram, 0,420 qram, ümumi təmiz çəkisi 4,142 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 04 (dörd) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,513 qram, 0,426 qram, 0,162 qram, 0,327 qram, ümumi təmiz çəkisi 1,428 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək göstərdi ki, 07 yanvar 2021-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin yaxınlığında gəzən zaman Nərimanov rayonu, X5 1 saylı ünvanda göy rəngli «ROTHMANS» markalı siqaret qutusu tapmışdır. O, qutunun içərisində dörd ədəd sellofana bükülmüş narkotik vasitə olan metanfetamini və on dörd ədəd sollafana bükülmüş narkotik maddə heroin aşkar etmişdir. 08 yanvar 2021-ci il tarixdə saat 19:30 radələrində o, yaşadığı evin yaxınlığında narkotik maddələri qəbul etmək üçün münasib yer axtararkən polis əməkdaşları ona yaxınlaşıb ondan şübhələndiklərini deyib onu Nərimanov RPİ-nin 17-ci PŞ-yə apardılar. Orada vəkilininin yanında polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməyi təklif etdilər. O da əynindəki şalvarının cibindən özünə məxsus SAMSUNG markalı mobil telefonu, 40 manat pulu, bir ədəd «ROTHMANS» markalı siqaret qutusunu və alışqanı, 01 ədəd «BAKİ KART»-ı, 01 ədəd «ALBALİ DEBET» kartını, əynindəki paltonun cibindən isə « ROTHMANS» markalı siqaret qutusundan 4 ədəd sellofana bükülmüş ağ rəngli kristal formalı bükümü və 14 ədəd sellofana bükülmüş digər bükümləri təqdim etmişdir. O, təqdim etdiyi 04 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formalı bükümün metanfetamin olmasını, 14 ədəd adi sellofana bükülmüş bükümün isə heroin olmasını və bükümləri 07 yanvar 2021-ci il tarixdə saat 20:00 radələrində Nərimanov rayonu, X5 adlanan ərazidə tapdığını demişdir. Polis əməkdaşları da onun təqdim etdiyi bükümləri zərfə qoyub, protokol tərtib etdilər. O və polis əməkdaşları onların yanında zərf möhürləndikdən sonra zərfin üzərini imzalamışlar. Bu hərəkətlərin hamısı video çəkiliş aparılmaqla icra olundu. Törətdiyi əməldən peşimandır. Şahid1 ifadələrində göstərdi ki, hazırda Nərimanov RPİ 17-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 yanvar 2021-ci il tarixdə «Əhəd» adlı şəxsin üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əhəd adlı şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupuna Nərimanov RPİ 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 həmin qrupa daxil edildi. O, Şahid2 ilə birlikdə 08 yanvar 2021-ci il tarixdə saat 19:35 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 1 ünvanının qarşısında olarkən «Əhəd» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını, üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək onu 17-ci polis şöbəsinə gətirmişlər. Orada saxlanılan şəxsin Təqsirləndirilən şəxs Səyad oğlu olduğu müəyyən olundu və o, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Seymur Poladova təhvil verildi. Seymur tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edildi. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutuldu, bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparıldı. Şəxsi axtarış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən «SAMSUNG » markalı mobil telefon, 40 manat pul, «ROTHMANS» markalı siqaret qutusu və alışqan, bir ədəd « BAKİ KART»-nı, bir ədəd «ALBALİ DEBET» kartını, əynindəki paltonun cibindən isə göy rəngli «ROTHMANS» markalı siqaret qutusundan 04 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formalı bükümü və 14 ədəd adi sellofana bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal maddənin psixotrop maddə olan metanfetamin olmasını, 14 ədəd adi sellofana bükülmüş bükümdə isə narkotik maddə heroin olmasını və həmin bükümlərin özünə məxsus olmasını, həmin narkotik maddələri 07 yanvar 2021-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X5 adlanan ərazidə tapdığını dedi. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər zərfə qoyulub qablaşdırıldı. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Bundan sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Şahid2, Şahid1 ifadələrində göstərdiyi halları təsdiq edərək eyni məzmunlu ifadələr verdi. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 09 yanvar 2021-ci il tarixli 6/90 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s. qeydləri olan zərfdəki 14 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,450 qr., 0,290 qr., 0,330 qr., 0,210 qr., 0,170 qr., 0,360 qr., 0,200 qr., 0,080 qr., 0,505 qr., 0,150 qr., 0,390 qr., 0,337 qr., 0,330 qr., 0,420 qr., ümumi təmiz çəkisi 4,142 qram qəhvəyi rəngli maddələr, tərkiblərinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki 4 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,513 qr., 0,426 qr., 0,162 qr., 0,327 qr, ümumi təmiz çəkisi 1,428 qr., olan ağ rəngli maddələr isə tərkiblərinə görə psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə texniki ekspertizasının 31 saylı 2021-ci il tarixli, 5/448 saylı rəyindən görünür ki, tədqiq edilmiş bir ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A20s” markalı “SM-A207F” modelli “**********24932, **********24930” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A20s” markalı “SM-A207F” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaklar, zənglər, “SMS” mesajlar, foto, video, audio və sairə fayllar) məlumatlar müəyyən olunmuş rəyə əlavə olunmuş DVD-R köçürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 08 yanvar 2021-ci il tarixli «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdır ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd qara rəngli SAMSUNG markalı mobil telefonu, 40 manat pulunu həmin şalvarın sol cibindən 1 ədəd göy rəngli ROTHMANS markalı siqaret qutusunu və 1 ədəd qara rəngli alışqanı, 01 ədəd BAKİ KART-nı, 01 ədəd ALBALİ DEBET kartını əynində olan paltonun sol iç cibindən isə göy rəngli ROTHMANS markalı siqaret qutusundan 04 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formalı bükümü və 14 ədəd adi sellofana bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formalı bükümün narkotik maddə olan metanfetamin olmasını 14 ədəd adi sellofana bükülmüş bükümün isə narkotik maddə olan heroin olmasını və həmin bükümlərin ona məxsus olmasını bildirmişdir. Vət.Təqsirləndirilən şəxs həmin narkotik maddələri 07.01.2021-ci il tarixdə saat 20:00 radələrində Nərimanov rayonu, X5 adlanan ərazidə tapmasını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli ROTHMANS markalı siqaret qutusundan 4 ədəd adi sellofana bükülmüş ağ rəngli kristal formalı bükümün və 14 ədəd adi sellofana bükülmüş büküm özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 saylı möhürlə möhürlənmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 07 aprel 2021-ci il tarixli «telefonda olan məlumatlara baxış keçirilməsi barədə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung A20S markalı mobil telefonda quraşdırılmış “whatsapp” proqramında “Orxan26” adı ilə qeydə alınmış (***-***-**-**) şəxslə “Yetim” adı altında Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixli yazışmasından görünür: 00:38, 08.01.2021 Orxan26: Gelmedin 01:23, 08.01.2021 Orxan26: Gelim mene 5 6 tustu kola ver 01:23, 08.01.2021 Orxan26: Yatamiram 01:23, 08.01.2021 Orxan26: Pati qoymur yatmaqa 01:23, 08.01.2021 Orxan26: Xecaletinen cixaram 01:24, 08.01.2021 Yetim: Qaqa bir 2 yer var oralara gedrem 01:23, 08.01.2021 Orxan26: Alinir gelim 01:24, 08.01.2021 Orxan26: Gelsem indi veremersen 01:24, 08.01.2021 Yetim: İndi iwderim var duz bawa duw 01:24, 08.01.2021 Orxan26: Sabah iwdeyem yatamiram 01:25, 08.01.2021 Orxan26: 5 manatliqda alinmir 01:25, 08.01.2021 Yetim: Qaqa pul temasi deyil yerbeyer elemeliyem 01:26, 08.01.2021 Orxan26: Bildim 01:26, 08.01.2021 Orxan26: Tez bazar cixib goruwemirsen 2 deq 01:26, 08.01.2021 Orxan26: Otur gedim 01:26, 08.01.2021 Yetim(səs mesajı): sənin qadan alım deyirəm işlərim var sən mənə deyirsən kişey eyləyə bilmirsən, qaqaş alınmırda brat, hər şey rast rasdır, bunları yer bəyer eyləyim, yerbəyer eləməmiş belə pis çıxmasın, mənim birinci işim budur, bundan başqa şeyə vaxt ayıra bilmirəm 01:27, 08.01.2021 Orxan26: Hecne yaxwi 01:33, 08.01.2021 Orxan26: Neqedere kutarasan iwivi 01:35, 08.01.2021 Yetim(səs mesajı):bilmirəh hələ nə qədərə qurtaracam 01:36, 08.01.2021 Orxan26: Ayble 01:36, 08.01.2021 Orxan26: Men nece kola tapim 01:36, 08.01.2021 Orxan26: Bele weymi olar 01:39, 08.01.2021 Orxan26: İwivi qaydasina qoy menin iwimi awirda 01:45, 08.01.2021 Orxan26: Ay yetim 01:47, 08.01.2021 Orxan26: Sen cani gor nenisen 05:52, 08.01.2021 Yetim(səs mesajı): indi evə gəlmişəm brat “+7 904 238-46-33” adı ilə qeydə alınmış şəxslə “Yetim” adı altında Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixli yazışmasından görünür: 00:12, 08.01.2021 +7 904 238-46-33: Axşamın xeyir 00:12, 08.01.2021 +7 904 238-46-33: Necəsən ,? 00:12, 08.01.2021 Yetim(səs mesajı):sağ ol qaqaş sağlığın sən nətərsən 00:13, 08.01.2021 +7 904 238-46-33: Sağol yaxşı 00:13, 08.01.2021 +7 904 238-46-33: Haralardasan 00:13, 08.01.2021 Yetim(səs mesajı): indi məhləyə gəlmişəm bir az işim var 00:13, 08.01.2021 +7 904 238-46-33: Siqaretin var Qaqa 00:14, 08.01.2021 Yetim: Var qaqa ama indi vere bilmiyecem 00:14, 08.01.2021 +7 904 238-46-33: İnşAllah nəqədər səbir edim 01:26, 08.01.2021 Yetim(səs mesajı):hardasan 01:31, 08.01.2021 +7 904 238-46-33: Harasa gedirsen ? “Eltay” adı ilə qeydə alınmış (***-***-**-**) şəxslə “Yetim” adı altında Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixli yazışmasından görünür: 18:45, 06.01.2021 Eltay(səs mesajı): hə qardaşım and ola allaha ki brat sən öl bilirsən nə qədər sevinirəm brat, sən öl, nastroniyam yox idi o vədə, sevinirəm indi ancaq, allah haqqı, şükür allaha, həmişə evdə eşiydə, allah ananıza ömür versin qardaşım, həmişə onun başını işaallah uca tutasan, əsas bu idi buna sevindim and ol allaha, bir də qardaşım kontur işini həll edə bilirsən birdənə qardaşınla xəbərləşdə zəhmət olmasa 19:02, 06.01.2021 Yetim(səs mesajı): Qardaşım deməli brat bəyaxları evdəydim deyə kontur deyirdim mənim qaqam, yəni yemək zad yoxdur, indi birazdan amma patpres olacaq, patpres götürməyə gedəcəm, başa düşürsən məni, belə elənçinə şey eyləyərəm, yəni obirisi otdan zaddan yoxdur vallah, kolaynan padpres olacaq 19:39, 06.01.2021 Eltay(səs mesajı): hə bildim qardaşım başıva dönərəm, yenə də baxda qardaşım ondan həll eyləyə bildin mənimlə xəbərləş başına dönərəm sənin 19:47, 06.01.2021 Yetim(səs mesajı): heç nə qardaşım, heçnə yaxşı, xəbər olsun deyəcəm sənə 20:16, 06.01.2021 Eltay(səs mesajı): yaxşı mənim əzizim, başıva dönərəm, bir dənə gör də alınan yer nöqtə ki oldu qardaşım sən allah alındır başıva dönərəm sənin 20:26, 06.01.2021 Yetim(səs mesajı):yaxşı mənim qardaşım alınan bir şey olsa sənə xəbər eyləyəcəm an dol allaha narahat olma da 20:26, 06.01.2021 Eltay(səs mesajı): mənim qardaşım inanıram sənə başıva dönərəm, qardaşın xəbər gözləyir səndən “Wadil” adı ilə qeydə alınmış(***-***-**-**) şəxslə “Yetim” adı altında Təqsirləndirilən şəxs 04.01.2021-ci il tarixli yazışmasından görünür: 22:23, 04.01.2021 Yetim(səs mesajı): neynəyirsən ay brat nə var nə yox 22:29, 04.01.2021 Wadil: Salam brat saqol sen necsen 22:30, 04.01.2021 Wadil: 😘 23:00, 04.01.2021 Yetim(səs mesajı): şükür qaqaş, şükür yaxşılıqdır 23:00, 04.01.2021 Wadil: Hemse yaxsi ol qaqam 23:01, 04.01.2021 Yetim(səs mesajı): sən də mənim qardaşımsan 23:01, 04.01.2021 Wadil: Oprem brat 23:02, 04.01.2021 Wadil: Arda pati pas at mene😘😘 23:02, 04.01.2021 Yetim: 😘 23:02, 04.01.2021 Yetim(səs mesajı): atacam sənə pati, hardasan ki, nətər atım, tulluyum belə yuxardan aşağı 23:02, 04.01.2021 Wadil: 😘 23:02, 04.01.2021 Wadil: He 23:02, 04.01.2021 Wadil: Rayona gonderde 23:02, 04.01.2021 Wadil: Usaq var orda 23:02, 04.01.2021 Yetim(səs mesajı): yox e brat , yox, yoxda özüm ölüm, mən istəyirəm yavaş yavaş tərqidim hamısını 23:03, 04.01.2021 Wadil: 😘 23:03, 04.01.2021 Wadil: Oprem brat 23:03, 04.01.2021 Wadil: Arda gelcem gorserik Bundan sonra telefonda quraşdırılmış “whatsapp business” proqramına baxış keçirildi. Həmin proqramda “İr” adı ilə qeydə alınmış(+98 935 369 5678) şəxslə “Yetim” adı altında Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixli yazışmasından görünür: 15:37, 08.01.2021 İr: Salam gaga 15:37, 08.01.2021 Yetim(səs mesajı): salam aleykum qaqa, salam aleykum, inşaallah birazdan sənin pulun hazır olur, o birisi uşağıda gözləyirəm, o da pulu gətirməlidir, indi mən səninlə əlaqə özüm saxlayacam, torpağı bax görürsən 30 dənə dedim sən 20 dənə atmısan, mənə çatmır torpaq, torpaq istəyənlər var torpağım yoxdur, indi səbirli ol başıva dönərəm, o pulların hamısını yığım mən səninlə əlaqə saxlayacam 15:39, 08.01.2021 İr(səs mesajı): neyniyək qaqa hamısı ...... problem yoxdur, bugün inşaallah mənə bir az ....vur, izahat atım sənə 15:40, 08.01.2021 Yetim(səs mesajı):hə elə mən sənə artıq pul vuracam, bu gün sənə artıq pul vuracam, ola bilsin hələ, elə bilki bilirsən nətər oldu, mən sənə artıq atdığım pul qədər istəyəcəm başa düşürsən məni artığını istəməyəcəm səndən, gözlə görək hələm necə olur 15:42, 08.01.2021 İr(səs mesajı): hə də qadanı alım yaxşı işləyirsən, o iş deyil nisyə işləməyək nağd işləyək, nisyə baş ağrıdır, mən pulumu gözləyirəm, sən malı gözləyirsən bir az yava olur, indi bizdə ... nağd işləyək, nağd işləməyimiz yaxşıdır 15:43, 08.01.2021 Yetim(səs mesajı): ən salamatı ən təmiz iş odur, düzdür olar ki bir az çatışmamazlıq olar nə bilim nə, o da düzələr, az olsun mən xoşlayıram ki aramızdakı borc vobşem olmasın istəyirəm, olsada nə qədər az olsa mənim üçün o qədər yaxşıdır, çünki bilirsən necə , bilərəm ki bu özümündü başa düşdün, gələn özümə gəlir, kiməsə pul yığım verməli deyiləm, başa düşürsən bu cürnən istəyirəm mən 16:42, 08.01.2021 İr(səs mesajı): hə qardaş o cür gətirsən qadanı alım, baş ağrı olmurda babam, ...rahat olur sənində mənimdə, öz pulun qədər götür, bu gün 500-600 vursana, yaman mənim işimi qabağa salarsan, bir az borcum var, qıçlarını qoyublar boğazıma, mənim bu gün borcumu qurtara biləcəksən 18:16, 08.01.2021 İr: Gaga naxabar “Eli Nermanov” adı ilə qeydə alınmış(***-***-**-**) şəxslə “Yetim” adı altında Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixli yazışmasından görünür: 17:31, 08.01.2021 Eli Nermanov: Guya gornursende 😘 17:31, 08.01.2021 Eli Nermanov: 😘 17:32, 08.01.2021 Eli Nermanov: Taxta qapi demir qapidide bizim sohbet 17:32, 08.01.2021 Eli Nermanov: Pati var o terefde 21:15, 08.01.2021 Eli Nermanov: Salamatciliqdi ? 22:54, 08.01.2021 Eli Nermanov: Ayə salamatsan? “+994 70 441 01 81” adı ilə qeydə alınmış şəxslə “Yetim” adı altında Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixli yazışmasından görünür: 15:08, 08.01.2021 +994 70 441 01 81: Qaqa xalqalara get gel mene de gelim. Pati var? 15:08, 08.01.2021 Yetim(səs mesajı): yaxşı da, yaxşı, yaxşı, yaxşı, yaxşı.... 15:08, 08.01.2021 +994 70 441 01 81: Ok ok 15:09, 08.01.2021 +994 70 441 01 81: Okda ok 16:50, 08.01.2021 +994 70 441 01 81: Qaqa gelim 16:50, 08.01.2021 +994 70 441 01 81: Cermydeyem 16:50, 08.01.2021 +994 70 441 01 81: Mene bir soz de 16:50, 08.01.2021 +994 70 441 01 81: Ay qaqa Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 4,142 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,428 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə zamanı aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus Samsung A20S markalı mobil telefon maddi sübut kimi tanınmaqla, tədqiqata sərf edildikdən sonra narkotik vasitənin qalan qalığı, yəni 4,002 qram çəkidə olan narkotik vasitə heroin və psixotrop maddənin qalan qalığı, yəni 1,328 qram çəkidə olan psixotrop maddə metanfetmin, həmçinin Təqsirləndirilən şəxs məxsus Samsung A20S markalı mobil telefon Nərimanov RPİ-nin saxlanc yerində, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır. Məhkəmədə elan olunub araşdırılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 28 iyun 2021-ci il tarixli, 1966 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətlərinin özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə, yuxarıdakı araşdırılmış sübutları Təqsirləndirilən şəxs elan edilmiş ittihamda nəzərdə tutlan cinayət əməlinin onun tərəfindən törədilməsini təsdiq edən sübutlar kimi qiymətələndirir. Beləliklə, məhkəmə, ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə, qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gədiyindən onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinə uyğun olduğu qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 108,46 ( yüz skkiz manat qırx altı qəpik) manat, kompüter texniki ekspertizasının keçirilməsinə 60 (altımış ) manat xərclənməsi, məhkəmə zamanı Təqsirləndirilən şəxs 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Yaqub oğlu tərəfindən 25 (iyirmi beş) saat, Müdafiəçi2 Xudayan oğlu tərəfindən 10 (on) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən də Müdafiəçi1 Yaqub oğluna 150 (yüz əlli) manat, Müdafiəçi2 Xudayan oğluna 60 (altımış) manat, Məhkəmə Ekspertiza Mərəkəzinin hesabına 168,46 (yüz altmış səkkiz manat qırx altı qəpik) manat ödənilməlidir. Məhkəmə həmin xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, bu məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünkü məhkəmədə, Təqsirləndirilən şəxs oğlunu həmin ödəmələrdən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra narkotik vasitənin qalan qalığı 4,002 qram çəkidə narkotik vasitə heroini və psixotrop maddənin qalan qalığı 1,328 qram çəkidə olan psixotrop maddə metamfetmini sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilməsini, Təqsirləndirilən şəxs məxsus Samsung A20S markalı mobil telefonu Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan əmlakı kimi onun istəyi ilə göstərdiyi şəxsə qaytarılmasını, videoçəkilişin yazıldığı bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Quliyev X3 rayon məhkəməsinin 21.01.2014-cü il tarixli hökmü ilə AR CM-nin 29,177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.02.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin 12.03.2018-ci il tarixli qərarı ilə əməli AR CM-nin 177.3.2-ci maddəsindən CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelliyasiya məhkəməsinin 17 may 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 04 il müddətinə endirilmiş, 04 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bu səbəbdən onun əməllərində cinayətlərin təhlükəli residivi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs etirafedici ifadələr verib törətdiyi əməldən peşiman olmasını onun cəzasına təsir edən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin təhlükəli residivi olması müəyyən edildi. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun əməllərində cinayətlərin təhlükəli residivi olduğu üçün təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin ona təyin olunan cəzanın müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 28 yanvar 2021-ci il tarixli, 258 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran hal kimi əməlində təhlükəli residivin olmasını, təhlükəli residivə görə cəzə təyinini müəyyən edən cinayət qanununun tələblərini, o tutulduqdan sonra davranışını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 08 yanvar 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə 108,46 (yüz skkiz manat qırx altı qəpik) manat, kompüter texniki ekspertizasının keçirilməsinə 60 (altımış) manat, ümumilikdə 168,46 (yüz altmış səkkiz manat qırx altı qəpik) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Yaqub oğluna ödənilməsi üçün 150 (yüz əlli) manat, həmin büronun vəkili Müdafiəçi2 ödənilməsi üçün 60 (altımış) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilsin. Bu məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalan qalığı 4,002 qram çəkidə narkotik vasitə heroin və psixotrop maddənin qalan qalığı 1,328 qram çəkidə olan psixotrop maddə metamfetmin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus Samsung A20S markalı mobil telefonu Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan əmlak kimi onun istəyi ilə göstərdiyi şəxsə qaytarılsın, videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1401/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1401/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver