Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1401/2022 12.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə təqsili bilini 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2.1-ci, 67.1-ci maddələri ilə təqsirli bilinib 03 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci və 326.2-ci maddələri ilə təqsirli bilinib 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərarı ilə cəzası ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 10 oktyabr 2012-ci il tarixdə, saat 14 radələrində tanışı Şahid6 məxsus Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 10 nömrəli evin ikinci mərtəbəsində yerləşən yaşayış otağında tanışları Şahid6, Şahid5 və Zərərçəkmiş şəxs ilə birlikdə ineksiya yolu ilə narkotik qəbul etdikdən sonra sonuncunun narkotik sərxoşluğu vəziyyətinə düşməklə ümumiyyətlə hərəkət etmək, müqavimət göstərmək imkanından məhrum olunduğunu görüb hər hansı əsaslı səbəb olmadan, yəni əvvəllər Zərərçəkmiş şəxs pul və istifadə etmək üçün mobil telefon istəməsinə baxmayaraq bu istəyinin icra edilməməsini və polis əməkdaşları ilə əlaqələri olmaqla özü və yaxın münasibəti olduğu şəxslər barəsində hüquq-mühafizə orqanlarına məlumatlar ötürməsi ilə bağlı informasiyasının olmasını bəhanə etməklə, dəfələrlə məhkum olunmaqla və məhkum olunmuş şəxslər arasında xüsusi nüfuza malik olduğu halda bu qəbildən olan hərəkətlərin özünə qarşı hər hansı bir şəxs tərəfindən edilə bilməyəcəyini bəyan edərək özünün şəxsiyyətini digərlərinin və cəmiyyətin fövqündə qoyub, ictimai qaydalara açıq etinasızlıq və eqoizm nümayiş etdirməklə, xuliqanlıq niyyəti ilə aşkar surətdə narkotik vasitənin təsiri nəticəsində köməksiz vəziyyətə düşmüş Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə və bunu arzu edərək həmin gün saat 15 radələrində giriş qapısından sağ tərəfdə, divara söykənmiş vəziyyətdə olan divanın üstündə üzü giriş qapısı istiqamətində arxası üstə uzanmış Zərərçəkmiş şəxs üzərinə çıxaraq onun həyatı üçün vacib orqanlarının yerləşdiyi qarın və sinə nahiyələrini ayaqlarının pəncə nahiyələri ilə dəfələrlə təpikləməklə, hətta Şahid6 onun bu hərəkətlərinin qarşısını almaq üçün onun qolundan tutub kənarlaşdırdıqdan sonra belə təpiklə bədənin müxtəlif nahiyələrindən vurmaqla Zərərçəkmiş şəxs travmatik şok, döş sümüyü cisminin, sağ İİ-İX qabırğaların döş yanı xətt boyunca, sağ X qabırğanın kürək xətti boyunca, sol İİ-V qabırğaların ön qoltuqaltı xətt boyunca yerdəyişən sınıqları, sağ böyrəkətrafı toxumaların, periton arxası sahənin və bağırsaq müsariqələrinin geniş həcmdə qansızmaları, döş qəfəsinin sol ön yan səthində, qarının sol yan səthində, sağ ayaq pəncəsinin üst səthində sıyrıqlar, döş sümüyü cisminin proyeksiyasında, döş qəfəsinin sağ və sol arxa səthlərində, kürək sümükləri proyeksiyalarında, döş qəfəsinin sol arxa səthində və sağ bel nahiyələrində qançırlar ilə müşayiət olunan ağırlıq dərəcələrinə görə yüngül və ağır xəsarətlər yetirib yaranmış travmatik şok nəticəsində təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs öldüyünə əmin olduqdan sonra, törətmiş olduğu cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə Şahid6 və Şahid5 hadisə barədə heç kimə məlumat verməmələri barədə xəbərdarlıq etməklə, həmin gün saat təxminən 20 radələrində onların və şəxsiyyəti istintaqa məlum olmayan “Zurab” adlı şəxsin köməyindən istifadə edib Zərərçəkmiş şəxs meyitini sonuncunun mülkiyyətində olan “Mercedes Benz C200” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına yerləşdirib daşıyaraq Yasamal rayonu, “Qurd qapısı” deyilən yerin yaxınlığında yerləşən köhnə Yasamal qəbiristanlığına aparıb avtomobilin içərisində arxa oturacaqların üzərində uzanıqlı vəziyyətdə, cibində isə şprits və içərisində narkotik vasitə tiryəkin izləri olan “Pensilin” şüşə dərman qabını qoymaqla oradan uzaqlaşmışlar. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2011-ci ildə cəzasının son həddi ilə azadlığa buraxıldıqdan sonra Şahid9 ilə birlikdə sonuncuya məxsus Binə qəsəbəsində yerləşən evdə yaşamışdır. Əvvəllər yaşadığı ünvan 2 ünvanda yerləşən ata mülkünü isə 2012-ci ildə kirayəyə vermişdir. O, həmişə Yasamal rayonu, Qədirli küçəsinə gəldikdə qohumları ilə hal-əhval etmiş, tanışları Şahid5 və Şahid6la görüşmüşdür. 10 oktyabr 2012ci il tarixdə günorta saatlarında Yasamal rayonu, İ.Qutqaşınlı küçəsinə gəldikdə Fəxrəddinin avtomobilinin yaşayış binasının qarşısında olduğunu görüb sakinlərdən sonuncunun harada olduğunu soruşmuş, xatırlamadığı bir şəxs Fəxrəddinin Raufgildə olduğunu bildirmişdir. O, Raufgilin həyətinə gəlmiş və sonuncunun evinin qapısını açaraq içəri daxil olmuşdur. Evin ikinci mərtəbəsinə qalxdıqda Rauf və Fəxrəddinin orada olduqlarını görmüşdür. O, ayaqqabılarını soyunub içəri daxil olmuş və həmin şəxslərlə salamlaşıb hal-əhval tutduqdan sonra “Bir şey, mirşey varmı, qaynadan?” deyə soruşmuşdur. Fəxrəddin ondan telefonunda kontur olub-olmadığını soruşmuş, o da konturunun olduğunu deyərək mobil telefonunu sonuncuya vermişdir. Fəxrəddin onun mobil telefonu ilə kiməsə zəng edib danışdıqdan sonra telefonu ona qaytarmışdır. O, Fəxrəddindən kimə zəng etdiyini soruşduqda sonuncu “Cəfər yoldadır, indi gəlir” deyə bildirmişdir. Fəxrəddin bir neçə dəqiqə sonra yenidən telefonu ondan alıb Cəfərə zəng etmiş, lakin sonuncu adboy verərək zəngə cavab verməmişdir. Bundan sonra Fəxrəddin cibindən 5-6 manat pul çıxarıb Raufa verərək “Get, araq, kolbasa və insulin şpritsi al” deyə bildirmişdir. Rauf pulu götürüb getmiş və araq, kolbasa, 4-5 ədəd şprits alaraq təxminən 5- 10 dəqiqə sonra geri qayıtmışdır. O, Fəxrəddin və Raufla birlikdə araq içib söhbət edərkən Cəfər gəlmiş və onlarla görüşüb hal-əhval tutmuşdur. Cəfər cibindən bir büküm tiryək çıxarıb ona verərək “Al, götür, atarsan” demiş, daha sonra isə cibindən “kakos” adlanan narkotik vasitəni çıxardıb stolun üstünə qoymuşdur. Fəxrəddin həmin “kakos” adlanan narkotik vasitəni “Pzrok”da qaynadıb insulin şpritsinə çəkmiş və eyni ölçüdə 5 yerə bölərək bir pay saxlamış, digər payları isə şpritslərə çəkib onlara təklif etmişdir. Fəxrəddin Cəfərin təklifi ilə şpritsdə olan “Kakos”u sonuncunun qoluna vurmuş və Cəfər həmin narkotik vasitənin təsirindən sərxoş olmuşdur. Həmin vaxt Əflatun da ora gəlmiş və inyeksiya yolu ilə narkotik vasitə qəbul etdikdən sonra çıxıb getmişdir. O, Cəfərdən səs çıxmadığını görüb onun nəbzini yoxlamış və nəbzinin vurmadığını görmüşdür. O, dərhal Raufa və Fəxrəddinə bu barədə məlumat vermişdir. Onlar Cəfərin komaya düşdüyünü yəqin edərək onu evin döşəməsinə uzatmışlar. Cəfərin ayılması üçün Rauf ağzını onun ağzına tutub süni nəfəs vermiş, Fəxrəddin Cəfərin boynunu, o isə əllərini ovuşdurmuş, lakin sonuncu ayılmamışdır. Bundan sonra o, Cəfəri ayıltmaq məqsədi ilə onun ayaqlarının və qarnının üstünə çıxmış, lakin onu heç cür ayılda bilməmişlər. O, Raufla birlikdə Cəfəri götürüb divana qoymuşdur. Bundan sonra Gürcülərin kafesinə gedərək çaxır və pivə içmiş, daha sonra isə evinə getmişdir. Evdə olarkən Fəxrəddin ona zəng edərək çağırmışdır. O, çölə çıxdıqda, Fəxrəddin ona “Mən inamarka idarə edə bilmirəm, bəlkə sən Zura ilə söhbət edəsən, o, maşını sürsün, meyit qalıb ortada, yerbəyer etmək lazımdır” demişdir. O, Fəxrəddinlə birlikdə meyvəli dükanının qarşısına gəldikdə Zuranın orada dayandığını görmüşdür. Həmin vaxt hava təzə qaralmışdır. O, Zuraya yaxınlaşıb “Zura sən xarici maşın sürə bilirsən?” deyə soruşmuş, sonuncu da “Əlbətdə, sürə bilirəm” deyə cavab vermişdir. Fəxrəddin və Zura Cəfərin avtomobilinin arxasınca gedərkən o, Cəfərin avtomobili harada saxladığını soruşmuş, Fəxrəddin də Cəfərin avtomobili Əflatunun dərzixanasının qarşısında saxladığını bildirmişdir. O, Raufla birlikdə sonuncunun evinə getmişdir. Rauf Cəfərin sol qolunu öz çiyninə qoyduqdan sonra sağ tərəfdən qucaqlayıb yuxarı qaldıraraq hərəkət etmişdir. Rauf pilləkənlərdən düşərkən 2 pillə sonra büdrəyib dayanmış, özünü tarazlayıb Cəfəri özünə tərəf sıxıb yavaş-yavaş pilləkənlərlə aşağı düşmüşdür. O da Cəfərin ayaqqabılarını götürüb onların arxasınca düşmüşdür. O, küçəyə çıxıb avtomobilin arxa qapısını açmış, Rauf da Cəfəri qucaqladığı kimi avtomobilin arxa qapısından içəri keçib oturmuşdur. O, ayaqqabıları içəri qoyub arxa qapını bağlamış, özü avtomobilin ön oturacağında əyləşmiş, sükan arxasında isə Zura olmuşdur. Beləliklə, Fəxrəddin öndə, onlar isə sonuncunun arxası ilə hərəkət etmişlər. Yolda Fəxrəddin “Nərimanov” heykəli istiqamətində dönmüş, onlar isə Yasamal qəbiristanlığına getmişlər. O, Zuradan avtomobili saxlamasını istəmiş, sonuncu da avtomobili saxlayıb yerə düşmüşdür. O, Zura və Raufla birlikdə piyada geri qayıtmışlar. Bundan sonra o, Binə qəsəbəsinə getmişdir. Həmin gün axşam saatlarında xəbərlərdən Cəfərin meyitinin tapıldığını eşitmişdir. Onun Cəfərlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Cəfəri ayıltmaq üçün onun üzərinə çıxıb tapdalamış, lakin tullanıb düşməmişdir. Hadisənin təsirindən, eləcə də spirtli içki və narkotik vasitənin təsirindən şok vəziyyətdə olmuşlar. Cəfərin istifadə etmiş olduğu şpritsi, eləcə də sonuncu tərəfindən ona verilmiş narkotik vasitə tiryəki sonuncunun cibinə qoymuşdur. Cəfərin ona verdiyi tiryəki və şpritsi sonuncunun cibinə qoymaqda hər hansı məqsədi olmamış, sadəcə hadisənin təsirindən şok vəziyyətində olmuşdur. Onun bildiyinə görə narkotik vasitənin təsirindən şokda olan şəxsə ilkin tibbi yardım olaraq süni nəfəs vermək, sonra ürək masajı etmək və qollarını ovuşdurmaq, soyuq su ilə bədənini və başını silmək lazımdır. Cəfər narkotik vasitənin təsiri altında olarkən sonuncuya Rauf süni nəfəs vermiş, o da sonuncunun qollarını ovuşdurmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. İbtidai istinaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş X8 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yaşayır. Mərhum əri Zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətində müvəkkil vəzifəsində işləmişdir. Onlar 1990-ci ildə ailə həyatı qurmuşlar və birgə nigahdan xx.xx.1991-ci il təvəllüdlü Mehti adlı bir övladları var. Zərərçəkmiş şəxsla ailə qurduqdan sonra onlar 6-cımikrorayonda yerləşən ona məxsus mənzildə yaşamışlar. 2005-ci ildə həmin mənzili satıb hazırda yaşadığı mənzili almışlar. Cəfər ara-sıra məclislərdə spirtli içki qəbul etmiş, həmçinin siqaret çəkmişdir. Cəfərin iş qrafiki dəqiq olmamış, qatarların hərəkət qrafiki ilə tənzimlənmişdir. xx.xx.2012-ci il tarixdə saat 19 radələrində Cəfər iş adı ilə evdən çıxmış və ona səhər tezdən gələcəyini bildirərək mənzilin giriş qapısını açarla bağlamağı tapşırmışdır. O, 09 oktyabr 2012-ci il tarixdən 10 oktyabr 2012-ci il tarixə keçən gecə qapını açarla bağlayaraq yatmış, növbəti gün, təxminən 09:30 radələrində yuxudan oyandıqda Cəfərin hələ gəlmədiyini bilmişdir. Təxminən saat 11-11:30 radələrində evdən çıxmağa hazırlaşarkən özünə məxsus ***-***-**-** nömrəli mobil telefondan Cəfərə məxsus olmaqla onun adına olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onunla danışıb harada olduğunu soruşmuş, Cəfər isə qatarın gecikdiyini, Biləcəri qəsəbəsində olduğunu bildirmişdir. Bundan sonra o, evdən çıxaraq işə getmişdir. Təxminən saat 12 radələrində Cəfər ona zəng edərək evdə olduğunu bildirmiş və ondan harada olmasını soruşmuşdur. O da Cəfərə işdən çıxıb evə gələcəyini bildirmişdir. O, evə çatdıqdan sonra Cəfərin evdə olmadığını görərək yenidən ona zəng vurmuş, Cəfər də bir qədər sonra evə gələcəyini demişdir. O, Cəfərə həmin gün Sahil qəsəbəsində yaxın qohumlarının toy məclisinin olmasını xatırladıb evə bir qədər tez gəlməsini demiş, sonuncu isə toy məclisinin yadında olduğunu, bir qədər sonra gələcəyini bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Cəfərə zəng vuraraq onu gözlədiyini bildirmiş, Cəfər isə sərt şəkildə ona qısa müddətdə evə gələcəyini demişdir. Bundan sonra təxminən saat 14:10 radələrində o, yenidən Cəfərə zəng etmiş, lakin bir neçə dəfə telefon çağırmasına baxmayaraq Cəfər zənglərə cavab verməmişdir. Bu hal təxminən 10-15 dəfə davam etmişdir. Bundan sonra o, Cəfərin qardaşı Quluya zəng edərək onun Cəfərlə bir yerdə olub-olmamasını soruşmuş, Qulu isə evdə olduğunu, Cəfəri görmədiyini bildirmişdir. O, Cəfərin zənglərə cavab vermədiyini bildirdikdən sonra Qulu da Cəfərə bir neçə dəfə zəng etmiş, lakin sonuncu zənglərə cavab verməmişdir. O, qardaşı Rövşənlə birlikdə toy məclisinə getmiş, orada iştirak etdikdən sonra sonuncu idarə etdiyi avtomobili ilə onu evlərinə gətirmişdir. Bundan sonra o, təxminən saat 19 radələrinə kimi Cəfərin telefon nömrəsinə zəng etmiş, həmin vaxtdan sonra isə onun telefonuna zəng çatmamışdır. Bundan sonra, o, həmin gün təxminən saat 20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq həyat yoldaşı Cəfərdən məlumatlarının olmaması barədə məlumat vermişdir. Təxminən 10 dəqiqədən sonra Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən zəng olunaraq onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə qardaşı Rövşən və qaynı Allahqulu ilə birlikdə gedərək izahat vermiş və Zərərçəkmiş şəxs fotoşəkilini təqdim etmişdir. Həmin gün, təxminən saat 00:10 radələrində 7-ci Polis Bölməsindən ona zəng olunaraq Cəfərin avtomobili ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən köhnə qəbiristanlıqdan tapıldığı bildirilmişdir. Bundan sonra onlar 28-ci Polis Bölməsinə getmişlər və orada Cəfərin özünə məxsus avtomobildə öldüyünü və Yasamal rayon xəstəxanasında yerləşən meyitxanaya aparıldığını öyrənmişlər. Cəfərin son bir ildə yaxın dostları olmamış, münasibət saxladığı şəxslər barəsində isə sonuncu ona heç nə deməmişdir. Bildiyinə görə Cəfər heç zaman narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Cəfərin Təqsirləndirilən şəxs tərəfindən öldürülməsi barədə məlumatı olmamış, sonuncu təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra onun Cəfəri qəsdən öldürdüyünü bilmişdir. Cəfər Təqsirləndirilən şəxs ondan pul və telefon tələb etməsini ona deməmişdir. Cəfərin polis dostları olmuş, onlarla telefon əlaqəsi saxlayıb tez-tez görüşmüşdür. Lakin o, həmin şəxsləri tanımır (cild 1, iş vərəqə 57-64; cild 4, iş vərəqə 234-238). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 6-ci patrul bölüyündə polis nəfəri işləmiş, hər gün saat 21:00-dan saat 09:00-dək xidmətdə olmuşdur. Xidmət apardığı əraziyə 3 saylı marşrut üzrə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin xidməti ərazisində olan Mətbuat prospekti, Mikayıl Müşfiq, Şərifzadə küçələri, Yasamal qəbiristanlığı və digər küçələr daxil olmuşdur. 10 oktyabr 2012-ci il tarixdə saat 21:10 radələrində o, polis nəfərləri Cəmil Abbasov və Şahid3 ilə birlikdə "Fiat Doblo” markalı, 2467 çağırışlı avtomobillə Yasamal qəbirstanlığında xidmətdə olarkən qəbirstanlığın içərisi ilə gedən yolda “Mersedes Benz C200“ markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını və sol tərəf dayanma işığının yanılı vəziyyətdə olduğunu görmüşlər. Onlar dayanıb həmin avtomobilin salonundan içəri baxmışlar və maşının arxa oturacağında bir nəfər şəxsin uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Onlar həmin şəxsin sərxoş vəziyyətdə olduğunu zənn edib avtomobilin qapısının şüşəsini bir neçə dəfə döysələr də, həmin şəxs tərpənməmişdir. Ona görə də efir vasitəsi ilə Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə məlumat vermişlər. 28-ci Polis Bölməsinin və prokurorluğun əməkdaşları hadisə yerinə gəldikdən sonra avtomobildə olan sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin öldüyü məlum olmuşdur. Bu barədə onlar 28-ci Polis Bölməsinin rəisinə raport yazmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 6-ci patrul bölüyündə polis nəfərləri işləmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş X6 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 2, iş vərəqə 48-51). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, tanışı Zərərçəkmiş şəxs ailə qurduqdan sonra ailəsi ilə birlikdə məhəllədən köçüb getmiş, lakin bəzi vaxtlarda Yasamal rayonu, İ.Qutqaşınlı küçəsinə gəlib onlarla görüşüb birlikdə narkotik vasitə olan kakos qəbul etmişdir. 10 oktyabr 2012-ci il tarixdə günorta saatlarında ünvan 4 ünvanda yerləşən dərzixanada işləyərkən Cəfər gəlmiş və “Təşkil et, bir yerdə qəbul edək” deyərək dərzixanada birlikdə narkotik vasitə qəbul etməyi təklif etmişdir. Yəni həmin vaxt onda hər hansı narkotik vasitə olmamış, Cəfər də hardansa tapmaq imkanı varsa gedib alıb gətirərək birlikdə qəbul etməyi təklif etmişdir. O, dərzixanada işçi, yəni Raufun arvadı Solmazın olduğunu deyərək Cəfərin təklifi ilə razılaşmamış, buna görə sonuncu dərzi sexindən çıxıb Raufun yaşadığı ev tərəfə getmişdir. Rauf onun dərzixanasından 20-30 metr məsafədə yaşamışdır. Həmin vaxt Cəfər metalik rəngli “Mercedes” markalı avtomobilini onun dərzi sexinin qarşısında saxlamışdır. Həmin gün, günorta saatlarında Zöhrab ona zəng edərək “Raufgilə gəl” demiş, o da təxminən 5-10 dəqiqə sonra Raufun yaşadığı evə getmişdir. Həmin vaxt Raufun həyətdə əl-üzünü yuduğunu görmüşdür. Onlar birlikdə həyətdəki pilləkənlə ikinci mərtəbəyə qalxmışlar və evin giriş qapısını açıb içəri keçmişlər. Həmin vaxt Zöhrabın otaqda üzü qapı istiqamətində qoyulmuş divanda əyləşdiyini, Fəxrəddinin ayaq üstündə dayandığını, Cəfərin isə üzü qapı istiqamətində, başı və qolları aşağıya, bir qədər irəliyə doğru əyilmiş vəziyyətdə stulda oturduğunu görmüşdür. O, həmin şəxsləri görəndə onların narkotik vasitə qəbul etdiklərini başa düşmüşdür. Cəfərin xırıltılı nəfəs aldığını görərək ona yaxınlaşmış və “Cəfər” deyərək onu səsləmişdir. Lakin Cəfər ona adekvat cavab verməmiş, narkotik vasitənin təsiri altında olmuşdur. O, üzünü Zöhraba tutaraq “Görmürsən, bu nə haldadır?” deyə bildirmiş, daha sonra isə Raufa “Rauf, onun halı yaxşı deyil, həkimə məlumat ver” deyərək dərhal otaqdan çıxıb pilləkənlə həyətə düşmüş və dərzi sexinə getmişdir. Növbəti gün küçə sakinlərindən Cəfərin meyitinin köhnə Yasamal qəbiristanlığından tapıldığını eşitmişdir. Hadisədən sonra Fəxrəddin və Raufla görüşəndə onların dediklərinə əsasən bilmişdir ki, Zöhrab Cəfərdən pul istəmiş, Cəfər onun istəyini icra etmədiyi üçün onun qarnının üstünə çıxıb təpikləyib öldürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, 10 oktyabr 2012-ci il tarixdə günorta saatlarında Raufgilin evlərinin həyətinə gedərək onu səsləyib çağırmış, sonuncu da ona evə gəlməsini bildirmişdir. O, evin ikinci mərtəbəsinə qalxmış və Rauf, Cəfər və Zöhrabın orada olduğunu görmüşdür. Həmin şəxslərlə görüşdükdən sonra onun yanında Zöhrab Cəfərə “Bəs söz vermişdin mənə, axırı necə oldu?” deyə soruşmuşdur. Cəfər Zöhraba “Verəcəm də” deyə cavab verdikdə sonuncu “Bəs nə vaxt?”deyə soruşmuşdur. Həmin vaxt o, Zöhrab və Cəfərin arasında hansısa pul və telefon mübahisəsinin olduğunu fikirləşmişdir. Cəfər cibindən narkotik vasitə çıxardıb stolun üstünə qoyaraq vurmaq istədiyini bildirmişdir. O da həmin narkotiki “Puzirok”da bişirib şpritslərə çəkmişdir. Cəfər şpritsdə olan narkotik vasitəni özünə vurmuş, lakin hansı miqdarda vurduğunu xatırlamır. Az miqdarda qalmış narkotik vasitəni isə o, əzib iyləmişdir. Həmin vaxt Zöhrab Əflatuna zəng edərək Raufgildə olduqlarını bildirmiş və onu da oraya çağırmışdır. Rauf aşağı düşdükdən bir neçə dəqiqə sonra Əflatunla birlikdə gəlmişdir. Əflatunun narkotik vasitələrdən istifadə edib-etməməsi barədə dəqiq məlumatı olmamışdır. Əflatun Cəfərə baxdıqda sonuncunun halının özündə olmadığını deyərək oranı tərk edib getmişdir. Rauf Cəfəri qucağına götürüb divanın üzərinə qoymuş və bir az başına sığal çəkmişdir. Həmin vaxt Zöhrab Cəfərin ayağının üstünə, daha sonra isə qarnının üstünə çıxaraq təxminən 3-4 dəfə tullanıb-düşmüşdür. Rauf Zöhraba “Niyə tapdalıyırsan, yazıqdı axı?” deyərək onu aşağı salmışdır. Həmin vaxt Cəfərin halı lap pis olmuşdur. Zöhrab isə “Halı yoxdur, cəhənnəmə yoxdur” deyərək Cəfərə söyüş söyüb təpik vurmuşdur. Zöhrab Cəfərə istinadən söyüşlü ifadə ilə “… biridir”demişdir. O da Zöhraba “Niyə vurursan, insandır, ölür uje” deyərək irad tutmuş, Zöhrab isə yenə söyüşlə “elə ölməli ….biridır” deyə bildirmişdir. Cəfərin nəfəsi yavaş-yavaş dayanmışdır. Həmin ərəfədə Rauf təcili tibbi yardım çağırmağı təklif etmiş, lakin Zöhrab “Yox, özüm həll edəcəm hər şeyi” deyərək etiraz etmişdir. Bundan sonra Zöhrab Zuranın dalınca getmiş, o isə çıxıb işə getmişdir. Təxminən günortadan sonra hava qaralarkən yenidən Raufgilə getmiş, Zöhrab da ora gəlmişdir. Rauf və Zöhrab birlikdə meyiti düşürtmüşlər. Rauf Cəfərin meyitinin ayaqlarından, Zöhrab isə belindən tutmuşdur. Rauf və Zöhrab birlikdə meyiti avtomobilin arxa oturacağına qoymuşlar. Cəfər avtomobilin arxa oturacağında meyitin ayaq hissəsində, Zöhrab avtomobilin ön oturacağında, Zura isə sükan arxasında oturmuşdur. Onlar “Qurt Qapısı” tərəfə dönmüşlər, o isə evinə getmişdir. Növbəti gün Zöhrabı görüb dünən nə etdiklərini soruşmuş, Zöhrab da Cəfərin meyitini aparıb Yasamal qəbiristanlığına qoyduqlarını, cibinə isə şprits və narkotik vasitə qoyduqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, qardaşı ilə eyni həyətdə yaşayır, belə ki, həyəti yarı bölmüşlər. 11 oktyabr 2012-ci il tarixdə qardaşı qızının xeyir işi olmalı idi. Bununla əlaqədar 8-9 oktyabrdan həyətdə təmir və təmizlik işləri görülməyə başlanmışdır. O, özü həyətin divarlarını ağartmaqla və digər təmir işləri ilə məşğul olmuşdur. Təmirlə əlaqədar çoxlu zibil yarandığı üçün onları torbalara yığaraq həyətin bir tərəfinə qoymuşdur ki, hamısını birlikdə atsın. 10 oktyabr 2012-ci il tarixdə günorta saatlarında həyətdəki zibillərin bir hissəsini küçəyə çıxarıb zibil yeşiklərinə atarkən Zöhrab və Cəfərin yaxınlıqdakı ağacın altında dayanıb söhbət etdiklərini görmüşdür. O, həmin şəxslərə yaxınlaşıb salamlaşdıqdan sonra Cəfərə “Bəs sənin işin var idi, gedirdin sən?” demiş, sonuncu da “Yox indi bir az işim var, sonra gedəcəm” deyə bildirmişdir. Təxminən 10 dəqiqədən sonra Cəfərin və Zöhrabın onların həyətinə gəldiklərini görüb nə baş verdiyini soruşmuş, Zöhrab da ona “Cəfərin mədəsi tutub, uşaqlıqdan əziyyət çəkir. Olar sizin evə gələk? 5-10 dəqiqə oturub gedəcəyik” deyə bildirmişdir. O, etiraz etməyərək onların evə gəlməsinə razılıq vermiş və həkim çağırmağı təklif etmişdir. Lakin onlar Cəfərin mədəsinin ağrısının adətən 10-15 dəqiqə çəkdiyini deyərək həkimə ehtiyac olmadığını bildirmişlər. O, çay və ya su təklif etsə də onlar istəməmişlər. O, Zöhrabın Cəfərə “Deyəsən bizim söhbətimiz alınmayacaq, nə yerdə qaldı bizim söhbətimiz” deməsini eşitmişdir. Cəfər ona “Həll olunacaq” deyərək cibindən “kakos” növlü narkotik vasitə çıxardıb stolun üstünə qoyanda Zöhrab ona tərs-tərs baxmış, Cəfər isə “Düzüb-qoşarıq” demişdir. Həmin vaxt Fəxrəddinin həyətdə onu səslədiyini eşidib sonuncuya içəri gəlməsini təklif etmişdir. Fəxrəddinin onlara gəlməkdə məqsədi o olmuşdur ki, sonuncu evindəki kalonkanı dəqişdirmək istəmiş və ondan kalonka almağa birlikdə getmələrini xahiş etmişdir. Belə ki, Fəxrəddinin evini o, təmir etmişdir, həmçinin əlində işi olmayanda sonuncunun dükanında fəhləlik edərək çörək pulunu qazanmışdır. Fəxrəddin də gəldikdən sonra namaz vaxtı yaxınlaşdığı üçün o, dəstəmaz almaq üçün aşağı düşmüşdür. O, gedərkən Cəfərgil yaxşı vəziyyətdə olmuş, heç kim narkotik vasitə istifadə etməmişdir. O, ümumiyyətlə həmin şəxslərin onun evində narkotik vasitə qəbul edəcəklərini bilməmişdir, əks halda namaz qılan bir insan kimi bunu imkan verməzdi. Cəfər cibindən narotik vasitə çıxarıb stolun üstünə qoyanda Zöhrabın onu götürüb gedəcəyini fikirləşmiş, onu çəkmək niyyətində olduqları ağlına belə gəlməmişdir. O, özü heç vaxt narkotik vasitə istifadə etməmişdir. Namaz qıldıqdan sonra Əflatunun da onların həyətinə gəldiyini görmüş və onunla birlikdə evə keçmişdir. Onun fikrincə Əflatunu ora Zöhrab çağırmışdır. Evə girəndə Cəfərin ikiqat oturduğunu və əlində şprits olduğunu görmüşdür. Əflatun Cəfərə baxaraq “bu ölür” demiş, sonra isə çıxıb getmişdir. O, “mənim evimdə niyə belə edirsiniz?! Mən sizi evə buraxdım ki, Cəfərin mədəsinin ağrısı keçsin” deyərək hər kəsə irad tutmuş və Cəfəri götürüb divana uzandırmışdır. Həmin xaxt Cəfər ağır-ağır nəfəs almış və zəif hərəkətli olmuşdur. O, su gətirib Cəfərin üzünə vurmuş və hakim çağırmağı təklif etmişdir. Lakin Zöhrab “lazım deyil” deyərək etiraz etmişdir. Bundan sonra o, əl-üzünü yumaq məqsədi ilə aşağı düşmək istədikdə Zöhrabın atlanaraq Cəfərin sinəsinin üstünə çıxdığını və sonuncunun ünvanına ağır söyüşlər söyüb tullanıb-düşdüyünü görmüşdür. Zöhrab “görərsən iş verənin axrı necə olur” demişdir. O, geri qayıdıb Zöhrabı aşağı düşürtmüş, sonuncu isə “bax adamın axırı belə olar” demişdir. Zöhrab Cəfərin qarın nahiyəsinin üzərinə çıxaraq təxminən 2-3 dəfə tulanıb-düşmüşdür. O, Zöhrabın əlindən tutub yerə düşürtdükdən sonra Zöhrab onun əlindən çıxıb geri firlanmaqla “işverənin axrı belə olar” deyərək sağ ayağı ilə Cəfərin ayaqlarının arasına möhkəm zərbə vurmuşdur. Bundan sonra Zöhrab ona yaxınlaşaraq “Səndən əgər söz çıxsa, gördün də nə olacaq. Sən də bir az lal, dinməz ol” demişdir. Fəxrəddin də Zöhraba “Belə etmək olmaz” deyərək irad tutmuşdur. Zöhrab “Özüm hər şeyi həll edəcəm” deyərək çıxıb getmiş və təxminən 15-20 dəqiqə sonra geri qayıdaraq “narahat olma, hava qaralanda yola salacayıq” demişdir. O, heç kim gəlməsin deyə qapını bağlamış və zibilləri qapının ağzına yığmışdır. Axşam saat 7-8-də hava qaralandan sonra tanımadığı bir şəxs gəlmiş və həmin şəxs meyitin sinəsindən, o isə ayaqlarından götürüb pilləkəndən düşürtmüşlər. Həmin gün onun ailə üzvləri toy mərasiminə hazırlıqla əlaqədar olaraq qardaşı qızıgildə olmuşdur. Onlar meyiti düşürdüb avtomobilə qoymuş, meyitin baş hissəsi sürücü tərəfə, ayaq hissəsi isə yan tərəfə olmuşdur. O, arxa tərəfdə meyitin ayaq tərəfində oturmuş, sükan arxasında tanımadığı şəxs, sürücünün yanında isə Zöhrab oturmuşdur. Onlar öndə, Fəxrəddin isə öz avtomobili ilə onların arxasınca getmişdir. Əslində onun Zöhrabgillə getmək fikri olmamış, lakin onlar “Bəlkə avtomobili Volçivarotda dağdan aşırdaq, iz itsin, bizlik olmasın” dedikləri üçün o, özü də getmək qərarına gəlmişdir ki, buna imkan verməsin. O, “bu qədər də qəddarlıq olmaz” deyərək Zöhrabın maşını dağdan aşırmaq fikrindən daşındırıb Cəfəri qəbirstanlığa aparmağı təklif etmişdir. Bundan sonra Zöhrab evdə olarkən Cəfərin meyitinin cibinə “penisilin” qabında olan narkotik vasitəni və şpritsi qoyaraq guya onun “peredoz”dan ölməsi görüntüsü yaratmışdır. Həmin şprits isə Cəfərin özünün istifadə etdiyi şprits olmuşdur. Beləliklə, onlar Badamdar yolu ilə gedərək meyiti köhnə Yasamal qəbiristanlığında qoymuşlar. Həmin vaxtı ətrafda heç kim olmamışdır. Fəxrəddin onlarla birlikdə qəbiristanlığa getməmiş, yolunu dəyişərək başqa yerə getmişdir. Həmin vaxtlat o, Zöhrabın təsiri altında olmuş və onun iki dənə ölüm işi, banditizm və digər cinayət işləri olduğunu bildiyi üçün ondan çox qorxmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş İsmayılova (Əbilova) Solmaz Bəbir qızı göstərdi ki, o, 2012-ci ildə Əflatunun Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində yerləşən dərzixanasında işləmişdir. Sərbəst vaxtda işə getmiş və işdən təxminən saat 18- 19 radələrində qayıtmışdır. Zərərçəkmiş şəxs onların evində öldürülməsi ilə bağlı həqiqəti əri Şahid6 Yasamal rayon prokurorluğuna çağırıldıqdan və ifadə verdikdən sonra bilmişdir. Belə ki, Rauf ondan bu işlə bağlı heç kimə deməyəcəyi barədə and verməyini istəmiş, o da heç kimə deməyəcəyini dair sonuncuya söz verdikdən sonra Rauf ona Zərərçəkmiş şəxs ölümü ilə bağlı həqiqəti danışmışdır. Raufun dediklərinə əsasən ona məlum olmuşdur ki, 10 oktyabr 2012-ci il tarixdə günorta saatlarında Zöhrab Cəfərlə birlikdə onların həyətinə gəlmişdir. Rauf həmin şəxslərdən nə üçün gəldiklərini soruşduqda Zöhrab Cəfərin özünü pis hiss etdiyini, buna görə bir qədər onların evlərində dincəlmək istədiklərini bildirmişdir. Rauf da Zöhrabı və Cəfəri evlərinə aparmış, özü isə dəstəmaz almaq üçün həyətə çıxmışdır. Həmin vaxt Fəxrəddin adlı tanışları, daha sonra isə dərzi işləyən Əflatun oraya gəlmişlər. Rauf evə qayıtdıqda Zöhrabın Cəfərin üstünə çıxıb döydüyünü, onun ünvanına söyüşlər söyərək üstündə tullanıb düşdüyünü görmüşdür. Rauf Zöhrabın qolundan tutaraq onu Cəfərin üstündən düşürmüşdür. Həmin vaxt Cəfərdən xırıltı səsi çıxmış və qısa müddətdə səsi kəsilmişdir. Rauf həkim çağırmaq istədikdə Zöhrab ona “əgər həkim çağırsan səni bundan da betər edecəm” deyərək buna mane olmuşdur. Bundan sonra Zöhrab həmin hadisə barədə heç kimə deməməyi və özünün həl edəcəyini demişdir. Həmin gün təxminən saat 20 radələrində Zöhrab tanımadığı bir nəfər şəxslə birlikdə onların evinə gəlmiş, birlikdə meyiti evdən götürüb həyətə çıxarmışlar və küçədə saxladıqları Cəfərə məxsus avtomobilin arxa oturacağına qoyub aparmışlar. O, Raufdan nəyə görə bu hadisəni ona daha əvvəl danışmadığını soruşduqda Rauf “Zöhrab məni hədələyir, mən özümdən yox, sizdən qorxuram ki, Zöhrab sizə nəsə edər” deyə bildirmiş və buna görə bu barədə heç kimə danışmaması barədə onu bir daha tənbehləmişdir. Rauf Zərərçəkmiş şəxs ölümü ilə bağlı ondan başqa qardaşı İlqara və bacısı Təranəyə də danışmışdır. Xatırladığına görə qaynı qızı Xəyalənin toy qabağı olduğu üçün 10 oktyabr 2012-ci ildə axşam saatlarında Əflatuna məxsus dərzi sexindən çıxıb qaynıgilin evlərinə getmişdir. Rauf da həmin evə gəldikdən sonra onlar bir qədər oturub söhbət etmişlər və daha sonra birlikdə evə getmişlər. Həmin vaxt evdə hər hansı dağınıqlıq və diqqətini cəlb edən şey görməmişdir. O, əvvəllər istintaqda ifadə verərkən əri Rauf üçün hər hansı problem yaranmaması üçün hadisə barədə məlumatının olmadığını, Raufun həmin tarixdə evdə olduğunu və ev işlərində onlara kömək etdiyini bildirmişdir. Zöhrabı öz bacısını öldürən şəxs və oğru kimi tanımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, qardaşı qızının toy qabağı olduğu üçün toya hazırlıq işlərinə kömək etmək məqsədilə 10 oktyabr 2012-ci il tarixdə qardaşıgilə getmişdir. Ona görə digər qardaşı Raufun evində baş verənlərdən xəbəri olmamışdır. Həmin ərəfələrdə qonşuluqda bir şəxsin rəhmətə getdiyini eşitmiş, lakin həmin şəxsin kim olduğunu, hansı səbəbdən öldüyünü bilməmişlər. Üstündən xeyli keçəndən sonra qardaşı Raufu bir neçə dəfə polisə çağırlaşmışlar. O, Raufun nədənsə qorxduğunu, çəkindiyini hiss etmişdir. Raufu təkrarən Baş Prokurorluqdan çağıranda o, qardaşına “adamı boş-boşuna çağırmazlar, nəsə var ki səni çağırırlar” deyərək ona həqiqəti danışmasını istəmişdir. O, qardaşlarına ana kimi olduğundan Rauf “başıma iş gəlib, bir dənə salama mənim başım bəlaya düşüb” deyərək ona həqiqəti danışacağını bildirmiş, lakin and vermişdir ki, bu barədə heç kimə deməsin. O, heç kimə deməyəcəyinə söz verdikdən sonra Rauf ona hər şeyi etiraf etmişdir. Raufun ona dediklərindən məlum olmuşdur ki, Rauf 10 oktyabr 2012-ci il tarixdə günorta saatlarında zibil atmaq üçün həyətə çıxanda Zöhrabla Cəfərin söyüd ağacının altında dayandıqlarını görərək nə üçün gəldiklərini soruşmuşdur. Zöhrab “Cəfərin halı pisdi, qarnı ağrıyır, olar bir dəqiqəlik sizə gələk?” dediyi üçün Rauf da onları evə dəvət etmişdir. Sonra Rauf dəstəmaz almaq üçün həyətə çıxmış, qayıtdıqda isə Zöhrabın Cəfərin üstünə çıxıb tullanıb düşdüyünü görmüş və Cəfəri Zöhrabın əlindən zorla almışdır. Rauf gətirib Cəfərin üzünə su vurmuş, həkim çağırmaq istəmiş, lakin Zöhrab “iş verənin axırı belə olar” deyərək buna icazə verməmişdir. Zöhrab Raufa “gördün də bunu, səni də bu gözləyir, dilini dinc saxla” deyərək onu hədələmişdir. O, Raufa həqiqəti danışmasını təklif etsə də, sonuncu “mən ya sizi itirməliyəm, ya da öz həyatımdan keçməliyəm” deyərək etiraz etmişdir. Belə ki, Rauf Zöhrabdan çox qorxmuşdur. Çünki Zöhrab həmişə kimlərdənsə ultimatum göndərmişdir ki, “dilinizi dinc saxlayın, Zöhrabın adamları çoxdu, adam tutub sizi öldürtdürə bilər”. Məhkəmədə şahid qismində dindirilmiş Şirinova (Bədəlova) Vəfa Aslan qızı göstərdi ki, Zöhrabın telefonu olmadığı üçün sonuncu ondan telefon istəmiş, o da hazırda dəqiq xatırlamadığı qara rəngli ya “Nokia”, ya da “Samsung” markalı mobil telefonunu və ***-***-**-** mobil telefon nömrəsini ona vermişdir. Mobil telefon nömrəsi onun adına olmuş, lakin onun tərəfindən heç vaxt işlədilməmişdir. Həmin vaxt onun istifadəsində ***- ***-**-** mobil telefon nömrəsi olmuşdur. Zöhrab bəzi vaxtlarda onun telefonundan da istifadə etmişdir. Əvvəllər şahid qismində dindirilərkən Zöhrabın təsiri altında olduğu və ondan qorxduğu üçün yanlış ifadə vermişdir. Hadisədən sonrakı günlərdə Zöhrab ona bir nəfərin “peredoz”dan rəhmətə getdiyini getdiyini bildirmiş və tapşırmışdır ki, polislər tərəfindən ondan izahat götürülərkən desin ki, həmin gün Zöhrabla metronun “Bakı soveti” stansiyasının yaxınlığında görüşmüşdür və guya ***-***-**-** mobil telefon nömrəsini özü istifadə edir. Zöhrab ona “Mənim bir təqsirim yoxdur, o adam ölüb çıxıb gedib, narkaman idi, öldü cəhənnəm oldu getdi bizi saldı zibilə” deyə bildirmiş, hətta həmin şəxsi söymüşdür. O, 10 oktyabr 2012-ci il tarixdə gün ərzində Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evlərində olmuşdur. Zöhrab türmədə olduğu müddətdə də dəfələrlə ona zəng edərək Zərərçəkmiş şəxs ölüm işi ilə əlaqədar polislər onu çağırdıqları halda polislərin üzərinə hücum etməsini, səs-küy salmasını, hətta vəkil tutub istintaqa vəkillə birlikdə getməsinin tapşırmışdır. Zöhrab hər dəfə ona zəng etdikdə istintaqın ilkin dövründə verdiyi ifadəsini ona xatırlatmış və ona eyni qaydada ifadə verməsini bildirmişdir. 09 oktyabr 2012-ci il tarixdə təxminən axşam saatlarında 012-456-98- 58 nömrəli ev telefon nömrəsindən Zöhrabın bacısı Xumargilin ***-***-**-** nömrəli ev telefonuna zəng edərək “Zöhraba de ki, mənə 30 manat pul lazımdır” deyə bildirmişdir. Lakin o, həmin vaxt Xumara “Zöhraba deyərsən sabah saat 12-də onu metronun “İçərişəhər” stansiyasının qarşısında gözləyəcəm” deməmişdir. O, “Sovetski” adlanan ərazidə Zöhraba məxsus evdə onunla birlikdə yaşadığı müddətdə sonuncu Fəxrəddin adlı şəxslə, eləcə də, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən dərzixanada işləyən Əflatun adlə şəxlə dostluq etmişdir. Zöhrab Əflatun ilə görüşmək adı ilə evdən çıxıb bir neçə saat sonra geri qayıdanda onun gözləri qıp-qırmızı olmuş və o, Əflatunla birlikdə dərzixanada narkotik qəbul etdiyini bildirmişdir. Zöhrabın dəfələrlə evin tualetində ineksiya yolu ilə narkotik vasitə qəbul etdiyini görmüş, mane olmağa çalışsa da heç bir nəticəsi olmamışdır. Təxminən 2013-cü ilin fevral ayında Zöhrab narkotik vasitə qəbul edərək sərxoş olan zaman ona “bir zibilim var” deyə bildirmiş, daha sonra isə Əflatunun dərzixanasındamı, yoxsa kiminsə evindəmi uşaqlarla, yəni dostları ilə birlikdə narkotik qəbul edərkən bir nəfərin öldüyünü, gorbagor olduğunu, həmin şəxsin telefonuna arvad-uşağının zəng etdiyini, telefonunu sındırıb atdığını bildirmişdir. O, Zöhraba “əgər işdə əliniz yoxdursa, gedək polisə məlumat verək” dedikdə sonuncu dediklərini inkar edərək ona “Dilini dinc qoymasan, sənin və qızının başını kəsərəm” deyərək təhdid etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ölümündə Zöhrabın əlinin olmasını başa düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, kiçik qardaşı Təqsirləndirilən şəxs onların qonşuluğunda yaşamışdır. Zöhrab dəfələrlə müxtəlif cinayətlər törətdiyi üçün məhkum edilmişdir. Sonuncu dəfə Zöhrab oğurluq cinayəti törətdiyi üçün 2013-cü ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Zöhrabın kimlərlə dostluq etməsini, kimlərlə əlaqə saxlamasını bilməmişdir. Xeyli müddətdir ki, Zöhrabın inyeksiya yolu ilə narkotik vasitə qəbul etdiyini bilsə də, hansı növ narkotik qəbul etməsini bilmir. Zöhrab cəza çəkdiyi müəssisədən müxtəlif vaxtlarda və müxtəlif telefon nömrələri ilə ona məxsus ***-***-**-** ev telefon nömrəsinə zəng edərək hal-əhval tutmuş, sonuncuya aparmaq üçün lazım olan şeyləri demiş və kiminləsə danışmaq lazım olduğunu bildirmişdir. Zöhrabın Zərərçəkmiş şəxs öldürdüyünü sonradan eşitmişdir. 2012-ci ildə Zöhrabın Vəfa adlı qadınla əlaqəsinin olduğunu bilmişdir. Vəfa xatırlamadığı telefon nömrəsi ilə ona məxsus ***-***-**-** ev telefonuna zəng edərək Zöhrabla danışmışdır. Zöhrabın Zərərçəkmiş şəxs qəsdən öldürdüyünə görə tutulduğunu, onun həqiqəti etiraf etdiyini xəbər saytlarından eşitmişdir. Zöhrab onunla telefon əlaqəsi saxlayarkən Cəfərin “perodozdan” öldüyünü demiş, lakin sonradan istintaqa həqiqəti, yəni Zərərçəkmiş şəxs öldürdüyünü etiraf etmişdir. 2012-2013-cü illərdə Zöhrab Vəfa ilə birlikdə bir müddət Yasamal rayonu, Qədirli küçəsi 7 saylı evdə yaşayarkən aralarında olan dava-dalaş zaman Vəfanın qışqıra-qışqıra Zöhraba “Sənin elədiyin var haa... deyərəm, bu saat gedib polisə deyərəm” dediyini eşitmişdir. O, bunu eşitdikdən dərhal sonra rəhmətlik bacısı oğlu Elşəndən Vəfanın nə demək istədiyini soruşmuş, Elşən də Zöhrabın nəsə zibillərinin olduğunu və Vəfanın bunu bildiyini bildirmişdir. Zöhrab Cəfəri öldürdüyünü etiraf etdikdən sonra o, başa düşmüşdür ki, X17 öldürdüyünü bilmiş, lakin bu barədə heç kimə məlumat verməmiş və Zöhrabı bununla şantaj etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, dayısı Zöhrab cəza çəkdiyi müəssisədən müxtəlif vaxtlarda və müxtəlif telefon nömrələri ilə ona məxsus ***- ***-**-** mobil telefon nömrəsinə zəng edərək hal-əhval tutmuş və özünə aparmaq üçün lazım olan şeyləri bildirmişdir. O, 2012-ci ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə Türkiyə Respublikasından Bakı şəhərinə gəlmiş və həmin ərəfədə dayısı Zöhrabı görməmişdir. Zöhrab türmədən ona zəng edərək Cəfərin ölüm işinin hələ bağlanmadığını, onun da çağrılacağını bildirmiş və istintaqın ilkin mərhələsində necə ifadə verdiyini ona xatırlatmışdır. Sonrakı günlərdə Zöhrabın Cəfəri qəsdən öldürdüyünə görə tutulduğunu bildirmişdir. Zöhrab onunla telefon əlaqəsi saxlayarkən Cəfərin “perodozdan” öldüyünü bildirsə də, lakin sonradan istintaqda həqiqəti, yəni Cəfəri öldürdüyünü etiraf etmişdir. Onun eşitdiyinə görə Zöhrab Rauf adlı şəxsin evində sonuncu, Cəfər və Fəxrəddin adlı şəxslərlə birlikdə narkotik qəbul etmiş, daha sonra Cəfərə əl-qol atmış və aralarında yaranmış dava-dalaş nəticəsində də sonuncunu öldürmüşdür. Zöhrabla telefonla danışarkən sonuncu ona Cəfərin işverənlik etdiyini, onu polisə satdığını demişdir. Ona görə o, yəqin etmişdir ki, dayısı Zöhrab Cəfəri işverənlik etdiyinə və onu satdığına görə döyüb öldürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını, yəni Yasamal rayonu, Qutqaşenli küçəsi 10 saylı evdə Zərərçəkmiş şəxs və digərləri ilə birlikdə narkotik vasitə qəbul etdikləri prosesi, Zərərçəkmiş şəxs üzərinə çıxaraq tapdaladığı vəziyyəti və Zərərçəkmiş şəxs meyitini birlikdə aparıb köhnə Yasamal qəbiristanlığına qoyduqları yeri əyani olaraq ətraflı şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılmış və videoçəkilişin köçürüldüyü disk protokola əlavə edilmişdir (cild 4, iş vərəqə 134-149). İfadəsi yerində yoxlanılarkən Şahid5 hadisənin baş verdiyi yeri, yəni Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 10 saylı evi, Zərərçəkmiş şəxs uzandığı divanı, Təqsirləndirilən şəxs onun üzərinə çıxıb tullanıb-düşdüyü vəziyyəti, yəni hadisənin mexanizmini əyani şəkildə göstərərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılmış və videoçəkilişin köçürüldüyü disk protokola əlavə edilmişdir (cild 4, iş vərəqə 50-55). İfadəsi yerində yoxlanılarkən Şahid6 Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 10 saylı evdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürdüyü yeri, hadisənin mexanizmini, meyiti daşıyıb aparıb qoyduqları yeri əyani şəkildə göstərib ifadəsində göstərdiklərini təsdiq etmişdir. Şahid6 Zərərçəkmiş şəxs hansı vəziyyətdə qucağına götürməsini və divanın üzərinə necə uzatmasını da göstərmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılmış və videoçəkilişin köçürüldüyü disk protokola əlavə edilmişdir (cild 4, iş vərəqə 56-61). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid6, Şahid5 və Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 4, iş vərəqə 162-201). xx.xx.2012-ci il tarixli, 660 nömrəli raportdan görünür ki, həmin tarixdə saat 21:10-da Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis nəfərləri Şahid3, Cəmil Abbasov və Şahid2 2467 çağırışlı xidməti avtomobillə ərazidə xidmətdə olarkən köhnə Yasamal qəbiristanlığının ərazisində yolun hərəkət hissəsinin kənarında mühərriki sönülü vəziyyət olan gümüşü rəngli “Mercedes Benz” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb yoxlayan zaman avtomobilin arxa oturacaqlarının üzərində uzanıqlı vəziyyətdə kişi cinsindən olan şəxsə məxsus meyit aşkar etmişlər (cild 1, iş vərəqə 39). Hadisə yerinin müayinəsi zamanı çəkilmiş fotoşəkillərdən əyani şəkildə görünür ki, Zərərçəkmiş şəxs meyiti avtomobilin arxa oturacağına uzadılmış vəziyyətdə aşkar edilmişdir. Meyitin əynindəki şalvarın sağ cibindən 1 ədəd diabet xəstəliyinin müalicəsi zamanı istifadə edilən şprits, 1 ədəd içərisində tiryək növlü narkotik vasitə olan “pensilin” şüşə qabı tapılmışdır (cild 1, iş vərəqə 3-13). Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 13 oktyabr 2012-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin olduğu avtomobilin aşkar edildiyi yerdə, üzü Şərifzadə küçəsi istiqamətində sağ tərəfdə “X10” adlı şəxsə məxsus qəbiristanlığın olması müəyyən edilmişdir. Bundan başqa, avtomobilin qabaq sol oturacağı üzərindən 5 ədəd, qabaq sağ oturacağı üzərindən 4 ədəd, arxa oturacağı üzərindən 4 ədəd tük aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 46-55). xx.xx.2022-ci il tarixli “Google earth” proqramı üzrə hadisənin baş verdiyi yerə və meyitin atıldığı məkana baxış keçirilməsi protokoluna əsasən cinayət işinin materialları əsasında xx.xx.2012-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsi və sonuncunun meyitini daşıyıb köhnə Yasamal qəbiristanlığına aparılıb qoyulmasının hərəkət trayektoriyası sxem formasında protokola əlavə edilmişdir (cild 5, iş vərəqə 26- 27). Məhkəmə-tibbi ekspertizasının 11 oktyabr 2012-ci il tarixli 139 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs “travmatik şok, döş sümüyü cisminin, sağ İİ-İX qabırğaların döşyanı xətt boyunca, sağ X qabırğanın kürək xətti boyunca, sol İİ-V qabırğaların ön qoltuqaltı xətt boyunca yerdəyişən sınıqları, sağ böyrəkətrafı toxumaların, peritonarxası sahənin və bağırsaq müsariqələrinin geniş həcmdə qansızmaları, döş qəfəsinin sol ön yan səthində, qarının sol yan səthində, sağ ayaq pəncəsinin üst səthində sıyrıqlar, döş sümüyü cismi proyeksiyasında, döş qəfəsinin sağ və sol arxa səthlərində kürək sümükləri proyeksiyalarında, döş qəfəsinin sol arxa səthində və sağ bel nahiyyəsində qançırlar” diaqnozu ilə müşayiət olunan xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub ölümündən bir az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, 10 oktyabr 2012-ci il tarixdə törənməsi inkar olunur. Ağırlıq dərəcələrinə görə sıyrıqlar canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir, geniş həcmli qançırlar canlı şəxslərdə yüngül zərər vurmanın, döş sümüyünün, qabırğaların çoxsaylı sınıqları və daxili orqanlara qansızmalar travmatik şokla nəticələndiyinə görə canlı şəxsdə ağır zərər vurmanın əlamətlərini daşıyır. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində yaranan travmatik şok olmuşdur. Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsindən 10-14 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin lokalizasiyası və xarakterinə görə geniş səthli iki bərk küt əşyalar arasında sıxılma nəticəsində törənməsi inkar edilmir. Zərərçəkmiş şəxs xəsarət alarkən müxtəlif vəziyyətlərdə ola bilərdi və qısa müddət ərzində məqsədyönlü hərəkət edə bilərdi. Zərərçəkmiş şəxs bədən səthində yol nəqliyyat hadisəsi zamanı törənə biləcək spesifik xəsarətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1.08 faizdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluğa aiddir (cild 1, iş vərəqə 170-177). Məhkəmə-tibbi ekspertizasının 22 iyun 2022-ci il tarixli 236/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı döş sümüyü cisminin, sağ İİ-İX qabırğaların döşyanı, sağ X qabırğanın kürək, sol İİ-V qabırğaların ön qoltuqaltı xətt boyunca yerinidəyişən sınıqları, sağ böyrəkətrafı yumşaq toxumalara peritonarxası sahə və bağırsaq müsariqələrinə geniş qansızmalar, döş qəfəsinin sol ön yan səthində və qarnın sol yan səthində, sağ ayaq pəncəsində sıyrıqlar, döş sümüyü proyeksiyasında, döş qəfəsinin sağ və sol arxa səthində kürək sümükləri proyeksiyasında, döş qəfəsinin arxa səthində aşağıda və bel nahiyəsində sağda qançırlar və travmatik şok olması qeyd olunmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla öz xarakteri, yerləşmə nahiyələrinə görə döş və qarın nahiyəsinə dəfələrlə yetirilmiş zərbələr nəticəsində yaranmış və qərarda göstərildiyi kimi Təqsirləndirilən şəxs ayaqyalın formada mərhumun döş və qarın nahiyəsinə dəfələrlə tullanıb düşməsi nəticəsində yarana bilməsini də inkar etmək olmaz. Məhkəmə-kimyəvi tədqiqat zamanı mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş biomateriallarda narkotik maddənin aşkar edilməməsi - qəbul edilən narkotik maddənin növü, qəbul edilmə müddəti və orqanizmin fərdi xüsusiyyətindən asılı olması ilə izah etmək olar. Narkotik maddələrin təyini üçün informatik məlumat sidiyin tədqiqi ilə daha önəmlidir. Belə ki, sidikdə narkotik maddələri qəbuldan 3-5 sutka sonra aşkar etmək olur (cild 5, iş vərəqə 37-41). Məhkəmə-tibbi ekspertizasının 01 iyun 2022-ci il tarixli 1048 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tibbi müayinə edilərkən onun bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 4, iş vərəqə 211-213). xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisinə təhvil verilmişdir (cild 1, iş vərəqə 69-70). Kompleks ambulator məhkəmə psixiatrik, məhkəmə psixoloji və məhkəmə narkoloji ekspertizalarının xx.xx.2022-ci il tarixli, 1528 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir xroniki ruhi xəstəlikdən əziyyət çəkmir. Onda dissosial tip şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda dissosial şəxsiyyət tipi müəyyən edilir. Eqosentrizm, öz maraqlarına önəm vermək, stabil kontakt yarada bilməmək, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, sosial normalara, ictimai qaydalara qarşı məsuliyyətsizlik, emosional qeyri-sabitlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən onun psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən affekt (fizioloji, kumulyativ, qəflətən baş vermiş güclü ruhihəyəcan) halında olmamışdır. Təqsirləndirilən şəxs müayinə zamanı söylədiklərində zərərçəkmiş şəxsin ona qarşı hər hansı neqativ hərəkət etməsi, həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında danışmağa meyillilik əlamətləri müşahidə olunmamış, lakin fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar öz maraqlarına uyğun olaraq situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs əvvəllər çətənə bitkisi və tiryəkdən istifadə etmə halları olmuş, lakin, hal-hazırda sonuncunun 2013-cü ildən bəri cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Onda hal-hazırda müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmədiyi müəyyən edilmişdir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 5, iş vərəqə 29-34). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 oktyabr 2012-ci il tarixli, 17100 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd şüşə qabın içərisindəki xalis çəkisi 0.382 qram olan tünd qəhvəyi rəngli qətranəbənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryək olmuşdur. Tədqiqata təqdim edilmiş bir ədəd 1 ml-lik birdəfəlik şprits iynəsinin üzərində narkotik vasitə olan-tiryəkin izləri olmuşdur. Həmin şpritsin içərisində narkotik vasitələrin izləri aşkar edilməmişdir. Məhkəmə-lifli ekspertizasının 12 noyabr 2012-ci il tarixli, 17333 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs paltarları üzərində kənar lif mikrohissəcikləri olmuşdur. Təqdim edilmiş avtomobilin salonunda olan oturacaqlardan silinib götürülmüş qubkaların üzərində kənar lif mikrohissəcikləri olmuşdur. Maddi sübutların məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2012-ci il tarixli 452\MTBŞ-2012 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş hadisə yerindən (qabaq sol, qabaq sağ və arxa oturacaqlardan) götürülmüş obyektlər özləri düşmüş insan başının tükləri olmuşdur. Həmin tüklərin öz aralarında və Zərərçəkmiş şəxs baş tükü nümunələri ilə müqayisədə tüklərin bir qismi (2-5, 7, 8 və 13 saylı tüklər) öz aralarında və Zərərçəkmiş şəxs baş tükü nümunələri ilə böyük oxşarlığ təşkil etmişlər və həmin morfoloji əlamətlər üzrə onlar Zərərçəkmiş şəxs məxsus ola bilərlər. Hadisə yerindən götürülüb təqdim edilmiş qalan tüklərin (1, 6, 9-12 saylı) Zərərçəkmiş şəxs baş tükü nümunələri ilə müqayisəsi zamanı əsas morfoloji əlamətlər üzrə fərq aşkar olunmuş və bu tüklərin həmin morfoloji əlamətlər üzrə Cəfərə məxsus olması inkar olunur (cild 2, iş vərəqə 9-15). Məhkəmə-trasolojı ekspertizasının 19 noyabr 2012-ci il tarixli, 17332 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların üzərində hər hansı bir zədə yoxdur (cild 2, iş vərəqə 16-17). Məhkəmə-torpaqşünaslıq ekspertizasının 16 noyabr 2012-ci il tarixli 17788 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus bir cüt corab və bir cüt ayaqqabı üzərində torpaq izləri vardır. Həmin torpaq, iz şəkilində olduğu üçün onların qrup, cinsi əlamətlərini və müqayisəli tədqiqatı aparmaq mükün deyildir (cild 2, iş vərəqə 18-19). Məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2012-ci il tarixli 501\MTBŞ-2012 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş hadisə yerindən (avtomobildən) götürülmüş insanın baş tüklərinin şahidlər qismində dindirilmiş - Şahid6, Təqsirləndirilən şəxs, X2, X1 və X7 baş tük nümunələri ilə müqayisədə həmin tüklərin və yuxarıda adları çəkilən şəxslərin baş tükləri arasında uyğunluq aşkar olunmamışdır (cild 2, iş vərəqə 93- 99). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş xx.xx.2012-ci il tarixli 20672 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 050 ***-**-** mobil telefon nömrəsi xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək **********73450 İMEİ kodlu telefonda istifadə edilmişdir. Həmin telefon məlumatlarına əsasən mərhum Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrə ilə “İsmail Gurgasehnli kuc” adlı əhatə dairəsində olarkən saat 12:47 və 12:56-da ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri ilə, saat 13:08-də “Yasamal r-nu, Ebilov kuc” adlı əhatə dairəsində olarkən ***-***-**-** saylı mobil nömrə ilə, saat 13:10-da “Balababa Mecidov kuc, Murtuza Muxtarov kuc” adlı əhatə dairəsində olarkən ***-***-**-** saylı mobil nömrə ilə, saat 13:12-də “Subhi Salayev kuc, Agadadas Qurbanov kuc” adlı əhatə dairəsində olarkən ***-***-**-** saylı mobil nömrə ilə, saat 13:20, 13:24-də “Tbililsi pr., Natavan” adlı əhatə dairəsində olarkən ***-***-**-** saylı mobil nömrə ilə, saat 13:29-da “Alibey Huseynzade str, Ziverbek Axmedbekov str” adlı əhatə dairəsində olarkən ***-***-**-** saylı mobil nömrə ilə, saat 13:32 və 13:34-də “Cefer Cabbarli kuc” adlı əhatə dairəsində olarkən ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə ilə, son olaraq isə saat 13:39-da “Celil Memmedquluzade kuc” adlı əhatə dairəsində olarkən ***-***-**-** saylı mobil nömrə ilə danışıqlar aparmış, həmin tarixdə saat 15:37 və 15:47-də arvadı Mətanət Axundova tərəfindən istifadəsində olan mobil nömrədən mərhum Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə sms göndərilərkən sonuncu “İsmail Gurgasehnli kuc” adlı əhatə dairəsində olmuşdur (cild 1, iş vərəqə 87-95; cild 2, iş vərəqə 24-42). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli 6435/22 nömrəli məktuba və həmin məktuba əlavə edilmiş İMEİ detallaşmasına əsasən ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2012-ci il tarixdə yalnız **********75200 İMEİ kodlu telefon cihazında istifadə edilmişdir (cild 4, iş vərəqə 27-29). xx.xx.2012-ci il tarixli təhlükəsiz şəhər kameralarına baxış protokoluna əsasən mərhum Zərərçəkmiş şəxs istifadəsində olan “Mercedes Benz C200” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə saat 20:46-da “TŞH2-006 DM1” adlı videokamerası ilə aparılmış videoçəkilişdə görüntülənmiş, həmin görüntü ilə qeyd olunan avtomobilin ön oturacaqların iki nəfər şəxsin əyləşdiyi və avtomobilin Mikayıl Müşfiq küçəsi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkət etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqə 183-185). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22 noyabr 2012-ci il tarixli məktubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin “Nömrə tanıma” sistemi vasitəsi ilə 10 oktyabr 2012-ci il tarixdə, saat 11:30-dan 22:00-dək olan müddətdə “Mercedes Benz” markalı, AZ **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin saat 12:28-də Yasamal rayonu, Mətbuat prospekti ilə M.Müşfiq küçəsinin kəsişməsində, Badamdar istiqamətində 12:30-da Yasamal rayonu Parlament prospekti, 20 nömrəli məktəbin qarşısı, Milli Məclis istiqamətində, saat 13:00-da Yasamal rayonu, Parlametin prospekti, 20 nömrəli məktəbin qarşısı, N.Nərimanov prospekti istiqamətində, saat 13:22-də Yasamal rayonu, Tbilisi prospekti ilə H.Əsgərov küçəsinin kəsişməsi, saat 13:45-də Yasamal rayonu, B.Səfəroğlu və N.Nərimanov küçələrinin kəsişməsi, saat 23:45-də Yasamal rayonu, Mətbuat prospekti, Qəbələ kinoteatrı istiqamətdə hərəkətdə olması qeydə alınmışdır (cild 1, iş vərəqə 65-66). xx.xx.2005-ci il tarixli 506 nömrəli əmrlə və xx.xx.2005-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən Zərərçəkmiş şəxs Azərbaycan X20 X11 Birliyində sərnişin və şəhərətrafı qatarlar üzrə müvəkkil vəzifəsinə keçirilmişdir (cild 1, iş vərəqə 114-115). Azərbaycan X20 X11 Birliyindən daxil olmuş qatarların hərəkət qrafikinə əsasən 612 nömrəli qatar Quşarçay-Keşlə marşrutu üzrə 04:25-də Qusarçay stansiyasından çıxmış, 10:25-də Keşlə stansiyasında olmuşdur (cild 1, iş vərəqə 110). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs - xx.xx.1985-ci il tarixdə Bakı Komissarlığı tərəfindən Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; - xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən köhnə Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi ilə (qanunsuz silah daşıma cinayətinə görə) təqsirli bilinib barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə köhnə Cinayət Məcəlləsinin 88-ci maddəsinin 2-ci hissəsinin 1,2,8-ci bəndləri ilə (dövlət və xüsusi mülkiyyətin ələ keçirilməsi məqsədi ilə quldurluq etmə cinayətinə görə) təqsirli bilinib barəsində ciddi rejimli tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş; - Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3.1-ci, 93.11-ci maddələri ilə (qanunsuz olaraq narkotik vasitələr, psixatrik maddələr və ya prekursorları hazırlama və istifadə etmə cinayətinə görə) təqsirli bilinib barəsində ixtisaslaşdırılmış psixiatrik stasionarda məcburi müalicə tətbiq edilmiş; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2.1-ci, 67.1-ci maddələri ilə 03 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci və 326.2-ci maddələri ilə təqsirli bilinib 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərarı ilə cəzası ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir (cild 2, iş vərəqə 181-202). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra iki il keçməmiş qəsdən xüsusilə ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə təqsirləndirildiyi cinayət əməlini onun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü və və həmin hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərarı çıxarılmamışdan əvvəl, yəni 10 oktyabr 2012-ci il tarixdə törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzası ilə qismən toplanmalı və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs öldürməməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.9-cu maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zaman, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 21 sentyabr 2013-cü il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərarı ilə qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 21 sentyabr 2013-cü il tarixdən hesablanmışdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağında saxlanılan meyitin əynində olmuş 1 ədəd qara rəngli, üzərində ağ damaları olan uzunqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd qara rəngli şalvar, bir cüt qara rəngli ayaqqabı, meyitin əynindəki şalvarın sağ cibindən götürülmüş 1 ədəd diabet xəstəliyinin müalicəsi zamanı istifadə edilən 2 qramlıq şprits, 1 ədəd içərisində qara rəngli məhlul olan şüşə qab, markası olmayan qol saatı, 1 ədəd mənzil açarı məhv edilməli, Şahid9, Şahid6, Şahid5 şahid qismində dindirilərkən, həmçinin üzləşdirmə və ifadələrin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülərin əks olunduğu, eləcə də telefon operatorlarından daxil olmuş telefon danışıqlarının əks olunduğu disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 21 sentyabr 2013-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan - meyitin əynində olmuş 1 ədəd qara rəngli, üzərində ağ damaları olan uzunqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd qara rəngli şalvar, bir cüt qara rəngli ayaqqabı, meyitin əynindəki şalvarın sağ cibindən götürülmüş 1 ədəd diabet xəstəliyinin müalicəsi zamanı istifadə edilən 2 qramlıq şprits, 1 ədəd içərisində qara rəngli məhlul olan şüşə qab, markası olmayan 1 ədəd qol saatı, 1 ədəd mənzil açarı məhv edilsin; - Şahid9, Şahid6 və Şahid5 şahid qismində dindirilərkən, həmçinin üzləşdirmə və ifadələrin yerində yoxlanılması zamanı çəkilmiş videogörüntülərin əks olunduğu, eləcə də mobil telefon operatorlarından daxil olmuş telefon danışıqlarının əks olunduğu disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1401/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1401/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver