Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1402/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri ”Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyata olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK deyilən ərazidə yaşamış, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 28 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs onun tanışı Şahid3 və qeyriləri ilə telefonla danışmaqla intim münasibətdə olmalarından şübhələnərək, bu səbəbdən aralarında olan mübahisələrlə əlaqədar Zərərçəkmiş şəxs ondan faktiki ayrıldıqdan sonra qısqanclıq zəminində qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxsm qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə əvvəlcədən bıçaq əldə edib üzərində saxlamaqla 26 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən «8-ci kilometr bazarı» adlanan ticarət mərkəzinə gəlib orada mağazada satıcı işləyən Zərərçəkmiş şəxs axtarıb bazarda olduğu yeri müəyyən etməklə sonuncuya söz deyəcəyi adı ilə yaxınlaşdıqda, həmin vaxt orada olan Zərərçəkmiş şəxs anası Şahid1 ona övladından əl çəkməsini tələb etməsinə baxmayaraq qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən anası Şahid1 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla sağ əli ilə cibində tutub saxladığı bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə davamlı çoxsaylı zərbələr endirib, sonuncuya düz bağırsağın zədələnməsi ilə müşayiət olunan sol sağrının 1 ədəd, hər iki sağrı nahiyyəsinin 3 ədəd, sağ budun bayır və arxa səthlərinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarətlər yetirmiş, həmin vaxt onun yetirdiyi zərbələrdən Zərərçəkmiş şəxs yayınmaq istədikdə o, sol əli ilə Zərərçəkmiş şəxs çiyin nahiyyəsindən tutub sağ əlində olan bıçaqla sonuncunun həyat üçün mühüm əhəmiyyət kəsb edən boyunun ön nahiyyəsindən zərbə endirərkən Zərərçəkmiş şəxs sol əli ilə zərbənin qarşısını alarkən sonuncuya sol əlin İ barmağın ovuc səthinin 1 ədəd kəsilmiş yarası xəsarətini yetirmiş, daha sonra o, niyyətinə nail olmaq məqsədilə Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün sonuncunu əli ilə boyun nahiyyəsindən tutub arxa istiqamətə dartmaqla yıxaraq yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs boyun nahiyyəsi istiqamətində bıçaqla növbəti zərbəni endirərkən sonuncunun ayaqlarını qaldırıb dizlərini tam bükməsi nəticəsində bıçaq Zərərçəkmiş şəxs sağ dizinə dəyməklə sağ diz oynağının ön səthinin 1 ədəd kəsilmiş yarası xəsarətini yetirməklə, lakin Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməklə əlavə bıçaq zərbələrindən yayındığından və bazarda olan digər şəxslər tərəfindən onun qanunsuz hərəkətlərinin qarşısı alındığından, həmçinin Zərərçəkmiş şəxs hadisə yerinə çağırılmış X16 briqadasının köməyi ilə vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, ibtidai istintaq dövründə vəkillə təmin edilməmişdir. Əslində o, heç vaxt ailəsindən ayrı yaşaya bilməmiş, işləməyə getdiyi hər yerə ailəsini özü ilə apararaq kirayə evdə qalmışdırlar. Lakin 06 oktyabr 2022-ci il tarixdə ailəvi dostluğu olan Rəvan adlı şəxslə iş üçün Qroznıya getmişdir. Əvvəllər arvadına münasibətdə heç zaman qısqanclıq hissi olmasa da Rəvanın yoldaşı ilə hər hansı münasibəti olması ilə əlaqədar onda şübhə yaranmış, sonuncu onun yanında mobil telefonla danışdıqda həmin nömrənin Aytəkinə məxsus olduğunu düşünmüşdür. Səhər dükana gedərkən Rəvana əgər ailəsinin səhvini görübsə ona deməsini xahiş etmiş, sonuncunun belə bir şeyin olmamasına dair andına inanmışdır. O, Aytəkindən də kənar şəxslə əlaqəsinin olub-olmamasını məsələsini araşdırarkən sonuncu belə bir halın mövcudluğunu inkar etmişdir. Bakıya gəldikdən sonra restoranda oturduqları gün soyuqladığından Aytəkin onu bankalamış, içmək üçün su istəmişdir. Səhər yuxudan şübhə ilə oyanmış, axşam onu qəsdən yuxulaması üçün içməsi üçün verilən suya dərman qatıldığını düşünmüşdür. Həmin vaxt mübahisə yaratmamış, hətta evə bazarlıq edərək qaynı ilə birlikdə yemək yemişdirlər. Axşam özü tanışları ilə görüşdüyü üçün arvadı da uşaqlarını götürüb qaynatasıgilə getmişdir. Axşam saat 9-10 radələrində zəng edərək arvadından evə gəlməsini tələb etdikdə Aytəkin onun da ora gəlməsini və gecəni orada keçirib səhər evə getməklərini təklif etdiyi üçün əsəbi halda qaynanasıgilə gedib Aytəkinə sillə vurduğuna görə qaynatası onu döymüş və o, qaldığı evə geri qayıtmışdır. Etdiklərindən peşman olduğu üçün anasına zəng edərək Aytəkini götürüb gəlməsini, süfrə hazırlamasını xahiş etmiş, həmin gün evlərinə arvadı və sonuncunun qohumları gəlmiş, quzu doğratdırmış, hinduşka kəsdirtmiş, bayram günü olduğundan 50 manat qaynanasına, 50 manatı da baldızına vermişdir. Ertəsi gün isə Aytəkinin əllərindən, alnından və ayağından öpərək Aytəkinə onu bağışlamasını və daha dözə bilmədiyini bildirmiş və anasıgilə getmişdir. Sonra yenidən fikrini dəyişmiş və Aytəkinin qardaşına zəng edərək arvadının hazırlaşmasını və gəlib onu götürəcəyini bildirmişdir. Hətta arvadının evinə qayıtması üçün hər kəsdən üzr istəmişdir. Aytəkin isə boşanmağa gedəcəyini bildirmişdir. Aytəkindən pis hərəkət gözləməsə də beynində qəribə fikirlər formalaşmışdır, hadisə günü də o, Aytəkinin iş yerinə sonuncunu aparmaq məqsədilə gəlmiş, razılaşmadığı təqdirdə özünü öldürməyi planlamışdır. İş yerində anası da Aytəkinin yanında olmuş, qaynanasına Aytəkinə 3 dəqiqəlik söhbət etmək istədiyini bildirmişdir. Hadisə yerinə getdikdə xonçaların yerə töküldüyünü, Aytəkinin onları səliqəyə saldığını görmüş, Aytəkinə tərəf yaxınlaşmış və sürüyə-sürüyə də olsa onu evinə aparmağı düşünmüşdür. Bu zaman arxadan Aytəkinin anası gəlmiş və onu vurmağa başlamışdır. Hadisə zamanı özündə olmamışdır, belə hərəkətə yol verməsini özü də başa düşməmişdir. Belə ki, əslində bıçağı özünü öldürmək məqsədi ilə çıxartmışdır. Aytəkinin başını kəsmək üçün lazımı imkanlara sahib olsa da bunu öz iradəsi ilə etməmişdir. Aytəkinin barmağının onun yetirdiyi bıçaq xəsarətindən deyil, yerə yıxılarkən güzgülərin qırıntısından kəsildiyini düşünmüşdür. Zərərçəkmiş şəxsə yetirdiyi bıçaq xəsarətlərinin sayını xatırlamır. İlk bıçaq xəsarətini Aytəkinin anasının onu vurmasından sonra əsəbləşdiyi üçün Aytəkinin yan hissəsinə yetirmişdir. Həmçinin onun ağlına yoldaşının ona xəyanət etməsi fikirləri gəlmişdir. Elə düşünmüşdür ki, kənarda olduğu vaxtlarda Aytəkin başqa kişilərlə görüşür. Polisə təslim olmaq üçün hadisə yerindən uzaqlaşan zaman arxadan mühafizəçilər tərəfindən saxlanılmışdır. Mühafizəçilərə polisə təslim olmaq üçün getdiyini göstərsə də ona artıq polisə zəng edildiyini və polis əməkdaşlarının gəlməsini gözləməli olduğunu bildirmişlər. Verilmiş suallara cavab olaraq isə Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, yerə yıxıdılaraq bıçaq əlindən alınmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində verdiyi ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə ailə həyatı qurmuş, onlar bir-birini sevib evlənmiş, birgə nigahlarından iki azyaşlı övladları var, övladlardan biri qız, digəri isə oğlandır, əslən Beyləqan rayonundan olsa da 2010-cu ildən Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, özü alçıpan ustasıdır, arvadı Aytəkin isə Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən 8-ci km bazarında “toynişan”avadanlıqları satılan mağazada satıcı işləmiş, birtəhər ailəsini dolandırmış, son vaxtlar arvadı Aytəkinin əmisi oğlu Şahid4 ilə aralarında sevgi münasibətlərinin olmasından şübhələndiyindən onların aralarında tez-tez söz- söhbət baş vermiş, Aytəkinə Kazım ilə telefonda tez tez danışmasına görə öz iradlarını bildirmiş, lakin Aytəkin Kazımın əmisi oğlu olduğunu demiş, qohum olduqlarını, belə bir şeyin heç vaxt mümkün ola bilməyəcəyini bildirmiş, buna baxmayaraq o, Aytəkindən şübhələnmiş, lakin Aytəkinə sübut edə bilmədiyi üçün bir müddət sakitləşib sonuncunun hərəkətlərinə fikir verməyə başlamış, 2022-ci ilin oktyabr ayında Rusiya Federasiyasının Çeçenistan Respublikasında fəhlə işi olduğu üçün dostu Rəvanla birlikdə ora getmiş, həmin vaxt Rəvan ilə birlikdə işləyən zaman təsadüfən sonuncunun istifadəsində olan mobil telefonda arvadına məxsus 055-433- 06-09 mobil nömrəni görmüş, həmin vaxt arvadı Aytəkinin Rəvan ilə danışmasından şübhələnmiş, Rəvandan arvadı Aytəkinin mobil nömrəsinin nə səbəbə telefonunda olmasını soruşduqda Rəvan ona “başqa bir nömrədir sən nə danışırsan Aytəkin mənim bacımdır, belə bir şey heç vaxt ola bilməz, sənə qarşı bu səhvə yol vermərəm” deyə bildirmiş, Rəvanın bu cavabı onda bərk şübhələr yaratmış, lakin heç nəyi dəqiq bilmədən Rəvanın üzərinə getməmiş, 2022-ci ilin dekabr ayının 29-da Rəvanla birlikdə Bakıya gəlmiş, həmin gün ailəsini, qaynını və əmisioğlunun arvadını götürüb restorana gedərək onlara qonaqlıq vermiş və qeyd edilən gün axşam saat 23 radələrində evə qayıtmış, soyuqladığı olduğu üçün Aytəkin onu bankalamış, eyni zamanda Aytəkin ona bir stəkan su vermiş, o, suyu içdikdən sonra bərk yuxuya getmiş, növbəti gün saat 12 radələrində yuxudan ayılmış, Aytəkinin ona verdiyi suya nəsə qatmasından şübhələnmiş, ona görə ki, o, fəhlə olduğu üçün heç vaxt günortaya qədər yatmamış, həmin gün yuxudan ayıldıqdan sonra Aytəkinə ona verdiyi suyun içərisində nə olduğunu soruşduqda sonuncu tutularaq ona cavab vermiş, konkret olaraq Aytəkindən şübhələnmiş, artıq Aytəkinin onu yola verdiyini, başqa adamlarla görüşdüyü qənaətinə gəlmiş, yenə onların aralarında sözsöhbət olmuş və Aytəkini döymüş, onun Aytəkini döyməsinə dair Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılmış, hazırda Bərdə rayon məhkəməsində Aytəkin və onun arasında bağlanmış nikahın pozulmasına dair proses gedir, Aytəkin 2023-cü ilin yanvar ayının 5-də uşaqları da götürüb bacısının evinə getmiş, o isə kirayə yaşadığı mənzili boşaldıb evdə olan pal-paltarı, yorğan-döşəyi zibilliyə atmış və atasıgilin yanına getmiş, həmin gündən sonra o, çox əsəbi olmuş və spirtli içki qəbul etməyə başlamış, Aytəkini heç cürə bağışlaya bilməmiş, bir neçə dəfə Aytəkini öldürmək qərarına gəlmiş, lakin öldürə bilməmiş, 26 yanvar 2023-cü il tarixdə səhər saat 11 radələrində Aytəkini öldürmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospketi 59 ünvanında yerləşən 8-ci km bazarına gəlib Aytəkinin İşlədiyi mağazaya daxil olmuş və Aytəkin də mağazada olmuş, Aytəkinə mağazadan çıxıb kənarda söhbət etmək istədiyini bildirmiş, Aytəkin ona məhəl qoymamış və sözünü eşitməyərək bayıra çıxmamış, bu vaxt əsəbləşərək əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bıçağı çıxardaraq Aytəkinin bədənin müxtəlif nahiyyələrindən, ayağından vurmuşdur ki, yerə yıxılsın və başını kəssin, həmin vaxt Aytəkin uca səslə qışqıraraq “səhv etdim, bağışla” demiş, bu zaman ətrafda olan adamlar dərhal onun qolundan tutaraq onu kənara itələmiş, bazarın mühafizəçiləri onu saxlamış, onlar polisə xəbər etmiş, bir az keçmiş polislər gəlmiş, o, polislərin maşınına əyləşib Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə getmiş, polisdə olan zaman etdiyi əməli etiraf etmiş, hadisə 26 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospketi 59 ünvanında yerləşən 8-ci km bazarında baş vermiş, hadisəyə səbəb onun arvadı Aytəkinin başqa adamlarla danışıb görüşməsi olmuş, belə ki, onda qısqanclıq hissləri yaranmış, hadisə zamanı o, üzərində olan tutacağı qara rəngli, tiyəsinin uzunluğu təqribən 9 sm olan metal rəngli bıçaqla vurmuş, həmin vaxt Aytəkinin bədənin müxtəlif nahiyələrindən, ayağından vurmuşdur ki, yerə yıxılsın və sonuncunun başını kəssin. O, Aytəkini öldürmək üçün üzərində bıçaq gəzdirmişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti Təqsirləndirilən şəxs yazıb-oxumağı bacarmadığından oxumaması, müdafiəçi ilə təmin olunmaması ilə izah etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, onlar normal ailə olmuş, əvvəllər də mütəmadi olaraq içki içərək ona qarşı nalayiq ifadələr səsləndirməsinə, döyməsinə baxmayaraq Pənah heç vaxt onu öldürməyə cəhd etməmişdir. Şahid4 onun əmisi oğludur, Pənah Bakıya qayıtdıqdan sonra Kazımla onun adını birgə hallandırmağa başlamışdır. Pənahın dostu olan Rəvan adlı şəxsi isə 10 il bundan əvvəl İmişlidə onların birgə işlədiyi zaman görmüşdür. Pənah ona zəng edərək Rəvanla danışıb- danışmadığını aydınlaşdırmışdır. Pənahın ona inanması üçün işə gedərkən də sonuncu ilə mobil telefon vasitəsilə videgörüntü ilə əlaqə saxlamışdır. Pənah ümumiyyətlə qısqanc xasiyyətə sahib biri olmuşdur. Bakıya qayıtdıqdan sonra restorana getmişlər, evə qayıtdıqdan sonra isə Pənah soyuqladığını bildirmişdir. Bu səbəbdən o Pənahı bankalamışdır. Pənah ondan su istədikdə, o qızı Aysuna yorulduğunu deyib, atası üçün su verməsini xahiş etmişdir. Aysun atasına qırmızı qabda su gətirərək gülə-gülə “ata, su məcəramız başladı” demişdir. Pənah sabah tezdən durduqda onun əlini ayağını öpərək, paltarlarını yığıb atasıgilə gedəcəyini və bu dərdə dözə bilməyəcəyini bildirmişdir. O, əlini evdə olan Quran kitabının üzərinə qoyaraq nə Rəvanla, nə də Kazımla hər hansı əlaqəsinin olmadığını Pənaha bildirmişdir. Pənah “Quran” kitabını qarşısına qoyub, özözünə nəsə danışıb ağladıqdan sonra evi tərk etmişdir. O da evdən çıxaraq bacısıgilə getmişdir. O, bıçaqlanmamışdan əvvəl də Pənahdan 102-yə şikayət etmiş, lakin onun şikayətinə baxılmamışdır. Pənah polis bölməsində ifadəsində bildirmişdir ki, o xaricdən gəldiyi gün gecə saat 3-də yoldaşı ona dərman verib yatızdırdıqdan sonra Rəvan adlı şəxsin maşınına minib çıxıb getmişdir. Hazırki cinayət işi ezrə baş vermiş hadisənin səhəri gün boşanmaq üçün məhkəməyə gedəcəkdilər. Hadisə günü o, işdə olmuş və vitrində olan malları səliqəyə salarkən sonradan Pənah olduğunu bildiyi qara “çeçenka” papaqlı bir şəxsin onun arxasında və əli cibində anası söhbət etdiyini görmüşdür. O, Pənahın anasını vuracağından qorxmuş, çünki Pənah həmişə ailəsini onun anasının dağıtdığını bildirmişdir. Həm də Pənahın əlinin cibində olması və cibində nə isə tutması onu şübhələndirmişdir. Pənah ona tərəf gələrək 3 dəqiqəlik söz deyəcəyini bildirmişdir. O, Pənaha həmin ərazidə camaatın olduğunu və söhbət üçün buranın uyğun olmadığını qeyd etmişdir. Pənah onun başını tutub kəsmək istəyərkən bıçağı əli ilə tutmuş və nəticədə barmağı kəsilmişdir ki, həmin barmaq hələ də funksional təyinatını bərpa edə bilməmişdir. Sonra başını kəsməməsi üçün o, ayaqları ilə üzünü gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun yan nahiyyəsindən və dizindən zərbələr endirməyə başlamışdır. Anasının əlindəki nazik turbaya oxşar əşya ilə Pənaha vurduğu xəsarətlər Pənahın öz əməlini davam etdirməsinə maneə ola bilməmişdir. Pənahı Fərid adlı mühafizəçi saxlayan zaman isə o, Fəridin də əlindən çıxaraq qaçmışdır. Lakin 24-cü sırada xonça satan kişi Pənahı qaçarkən tutmuşdur. Baş verən hadisənin səbəblərini boşanmaq haqqında ərizə verməsi ilə əlaqələndirmişdir. Pənahın onu öldürmək istəyinin baş tutmamasının səbəbi orada olan mühafizəçilərin hadisəyə müdaxilə etməsi olmuşdur. O, sadəcə onu öldürmək istəmişdir. Məhkəmə iclasında verdiyi əvvəlki ifadələrində zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirsə də növbəti məhkəmə iclaslarında barışdığını göstərərək sonuncuya daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, qızı Aytəkinlə birlikdə 8-ci kilometr bazarında satıcı işləmişdir. Qızından onun xidmət etdiyi sahədə olan vitrindəki səbətləri səliqəyə salmasını xahiş etmişdir. Özü isə sahibsiz qalmasın deyə qızının işlədiyi xidmət sahəsinə keçmişdir. Pənahın ağ maskada və papaqda gəldiyini görmüş və Aytəkinlə işinin olduğunu bildirərək Aytəkini axtarmağa başlamışdır. Başqa vaxtlarda Pənahın maska taxmağını görməsə də hadisə günü Təqsirləndirilən şəxs maskada olmuşdur. O, Pənahın Aytəkinə nəsə edəcəyindən qorxduğuna görə özü də həmin yeri sahibsiz qoyub Pənahın arxası ilə yollanmış, Pənahın qarşısında durub ondan nə istədiyini soruşmuşdur. Aytəkin onun qarşısına keçərək buranın bazar olduğunu, səs-küy salmamalarını xahiş etmişdir. Aytəkin Pənaha onunla birgə getmək istəmədiyini bildirdiyinə görə sonuncu bıçağı cibindən çıxardaraq Aytəkinə xəsarət yetirməyə başlamışdır. Aytəkin yerə yıxıldıqdan sonra da Pənah Aytəkinə bıçaq zərbələrini endirməyə davam etmişdir. Pənah bir əli ilə bıçaqdan, digər əli ilə Aytəkinin qolundan tutaraq onun boğazını kəsmək istəmişdir.Pənahın onun boğazını kəsməməsi üçün Aytəkin barmağı ilə bıçağı tutmuşdur. O, Pənaha mane olmaq üçün əlində olan ağac parçası ilə sonuncunun başına vursa da məqsədinə nail ola bilməmişdir. Pənah Aytəkinin başını yenidən kəsmək istəyərkən oradan keçən mühafizəçi onu qızının üzərindən kənarlaşdırmış, bıçağı əlindən almışlar. Pənah onların da əlindən qaçmaq istəmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o, X16a zəng etmiş, Pənah tutulduqdan sonra isə Aytəkini X16la Sabunçu rayon xəstəxanasına aparmışdır. O əvvəllər də iki dəfə 24-cü polis bölməsinə qızının təhlükə altında olmağı barəsində yazılı məlumat vermişdir. Bütün bunlara baxmayaraq onun barəsində heç bir tədbir görülməmişdir. Sonradan o, həmin bölməyə zəng edərək “siz bunu istəyirdiniz”? deyə müraciət etmişdir. Əvvəllər də Pənah qızını döymüş, Aytəkin döyülməsini anasından gizlətdiyi üçün o, bu barədə məlumatı yalnız digər qızından eşitmiş, Pənahı həmişə içkili görmüşdür. Pənah tez-tez kafedə içib evə gəldikdən sonra qızını ailə söhbətlərinə görə döymüşdür. Pənah bir dəfə də olsun qızının ona xəyanət etdiyini deməmişdir. Qızı hal-hazırda Pənahla boşanıb, övladları üçün aliment ödəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, hadisə zamanı o, ərazidə olarkən Fərid onu köməyə çağırmış, təqsirləndirilən şəxs tərəflərindən zərərsizləşdirildikdən sonra polis əməkdaşlarına təhvil verilmişdir. O, hadisə yerinə gedərkən zərərçəkmiş şəxsi artıq görməmiş, Fəridlə birgə Pənahı əlində bıçaqla aparmışdırlar. O, hadisə yerinə gələrkən Fəridin Pənahın əllərindən tutmasına baxmayaraq sonuncunun əlində bıçaq olmuşdur. Pənah həyat yoldaşına bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Pənah həyat yoldaşına xəsarət yetirməsi səbəbləri barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 20 ünvan 4 ünvanında yerləşən 8-ci kilometr bazarında mühafizəçi işləyir. Mühafizəçi kimi vəzifəsi yanğın təhlükəsizliyini və asayişi qorumaqdan ibarətdir. xx.xx.2023-cü il tarixdə 2-10 aralığında olan sıralarda təhlükəsizliyə nəzarət etmişdir. Həmin tarixdə səhər saat 11 radələrində iş yoldaşı mühafizəçi işləyən Şahid5 rabitə qurğusu vasitəsilə “postlar təcili 15-ci sıraya yaxınlaşın” demişdir. O, həmin vaxt 10-cu sırada olmuş və dərhal 15-ci sıraya yaxınlaş, iş yoldaşı Fərid tanımadığı şəxsin qolunu arxada birləşdirərək tutub saxladığını görmüşdür. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Fərid ona Pənahın həyat yoldaşı Aytəkin öldürmək üçün bıçaqladığmı və tez bir şəkildə müdaxilə etməsi nəticəsində Aytəkini öldürə bilmədiyini ona demişdir. O, Təqsirləndirilən şəxs Fərid tərəfindən saxlanmış vəziyyətdə gördükdə Pənahın əlində bıçaq olmuş və Fəridlə köməkli şəkildə bıçağı Pənahın əlindən dartıb almışdırlar. Onlar Pənahdan niyə belə hərəkət etdiyini soruşduqda Pənah “arvadımı öldürməyə gəlmişdim, siz icazə vermədiz” deyə demişdir. Bir neçə dəqiqə sonra yanlarına polis əməkdaşları yaxınlaşmış və Pənahı polislərə təhvil vermişdirlər. O, Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqlayaraq öldürmək istəməsinin şəxsən şahidi olmamış, hadisə baş verən vaxt o, 10-cu sırada olmuş, hadisə isə 19-ci sırada olmuşdur. O, Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxsm ödürmək istəməsini öz dilindən eşitmişdir. Çünki onlar Pənahı tutub saxladıqda sonuncu onlara həyat yoldaşını öldürmək istədiyini, lakin onların imkan vermədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs nə üçün həyat yoldaşı Zərərçəkmiş şəxs öldürmək istədiyini soruşduqda ilk öncə Təqsirləndirilən şəxs onlara cavab verməmiş, lakin bir qədər sonra Pənah həyat yoldaşının xəyanət etdiyi üçün onu öldürmək istədiyini demişdir. Həyat yoldaşının xəyanəti kimlə etməsi barədə isə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs əlindən aldıqları bıçağı sağ əlində saxlamışdır. X8 əllərini arxada birləşdirərək tutmuş və Pənahın sağ əlində bıçaq olmuşdur. Onlar Pənahın əlindən bıçağı dartıb götürərək polisə təhvil vermişdirlər. Onların Təqsirləndirilən şəxs əlindən dartıb aldıqları bıçaq qara rəngli olmaqla mətbəx bıçağına bənzər olmuşdur. Məhkəmə elan edilərək tədqiq edilən ifadəsindəki ziddiyətlərə münasibətdə Şahid7 bildirmişdir ki, həqiqətən də Pənah həyat yoldaşını öldürmək üçün gəldiyini, lakin onların imkan vermədiyini bildirmişdir. Pənah bu ifadəni səsləndirərkən Fərid də orada olmuşdur. Pənaha birinci Fərid yaxınlaşmış, hadisəni ilk dəfə Fərid görmüşdür. O isə hadisə yerinə gəldikdə hadisə artıq bitmişdir. Fərid ona hadisə zamanı zərərçəkmiş şəxsin yerdə uzandığını, Pənahı isə onun üzərində zərbə endirərkən yaxınlaşdığını və sonuncunu zərərçəkmiş şəxsin üzərindən kənarlaşdırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadə verərək göstərmişdir ki, ərazidə xidmət apararkən təxminən saat 10:35 radələrində səs-küy eşitdiyi əraziyə yaxınlaşaraq zərərçəkmiş şəxsi yerdə uzanmış vəziyyətdə, Pənahı isə əlində bıçaq onun üzərində dayanmış vəziyyətdə görmüşdür. Hadisə yerində olan zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə təkrarən xəsarət yetirmək cəhdinin şahidi olmamış, o gəldikdən sonra Pənah artıq bıçaq zərbəsi vurmağı dayandırmış, Pənahı tutaraq kənara aparmış, rabitə vasitəsilə kömək üçün müraciət etdiyi digər əməkdaşla birlikdə bıçağı əlindən almış və polis əməkdaşlarına təhvil vermişdir. Pənah onunla hər hansı ünsiyyətdə olmamışdır. O, Pənahı tutan zaman heç nə deməmişdir.Təqsirləndirilən şəxsin suallarına cavab verərkən isə Şahid5 ifadəsini dəyişərək məhz hadisənin böyüməməsi üçün Pənahı hadisə yerindən uzaqlaşan zaman saxladığını bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, 2022-ci ilin iyul ayının 1-dən indiyə kimi ünvan 5 ünvanında yerləşən 8-ci kilometr bazarında mühafizəçi işləyir. Mühafizəçi kimi vəzifəsi yanğın təhlükəsizliyini və asayişi qorumaqdan ibarətdir. xx.xx.2023-cü il tarixdə 11-20 aralığında olan sıralarda təhlükəsizliyə nəzarət etmişdir. Həmin tarixdə səhər saat 11 radələrində 18-ci sırada olan zaman qadın qışqırıq səsini eşitmişdir. O, dərhal səsə doğru yaxınlaşmış və bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs yerə yıxaraq üzərinə bıçaqla hücum çəkib müxtəlif naiyyələrindən bıçaq zərbələri vurduğunu görmüşdür. O, dərhal arxadan Təqsirləndirilən şəxs qollarından tutaraq arxada birləşdirib Zərərçəkmiş şəxs üzərindən arxaya doğru çəkərək uzaqlaşdırıb 15-ci sıraya aparmışdır. Təqsirləndirilən şəxs sağ əlində bıçaq da olmuşdur. Təqsirləndirilən şəxs 15-ci sıraya apardıqdan sonra rabitə qurğusu vasitəsilə kömək üçün “postlar təcili 15-ci sıraya yaxınlaşın” demişdir. Dərhal iş yoldaşı - bazarın mühafizəçisi X11 dərhal 15-ci sıraya yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs əllərini arxada birləşdirərək saxlamış və Yalçın Pənahın sağ əlində bıçağı gördükdə bıçağı sonuncunun əlindən dartıb almışdır. Onlar Pənahdan niyə belə hərəkət etdiyini soruşduqda Pənah “arvadımı öldürməyə gəlmişdim, siz icazə vermədiz” demişdir. Bir neçə dəqiqə sonra yanlarına polis əməkdaşları yaxınlaşdı və Pənahı polislərə təhvil vermişlər. O, hadisənin şahidi olduqda Təqsirləndirilən şəxs yerdə yıxılmış vəziyyətdə olan həyat yoldaşı Zərərçəkmiş şəxs sağ əlində tutub saxladığı bıçaqla sonuncunun müxtəlif nahiyyələrindən sürətli şəkildə çoxsaylı bıçaq zərbəsi vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs nə üçün həyat yoldaşı Zərərçəkmiş şəxs öldürmək istədiyini soruşduqda ilk öncə Təqsirləndirilən şəxs onlara cavab verməmiş, lakin bir qədər sonra həyat yoldaşının xəyanət etdiyi üçün onu öldürmək istədiyini demişdir. Həyat yoldaşının xəyanəti kimlə etməsi barədə isə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs əlindən aldıqları bıçağı sağ əlində saxlamışdır. X8 əllərini arxada birləşdirərək tutmuş və Pənahın sağ əlində bıçaq olmuşdur. Onlar Pənahın əlindən bıçağı dartıb götürərək polisə təhvil vermişdirlər. Onların Təqsirləndirilən şəxs əlindən dartıb aldıqları bıçaq qara rəngli olmaqla mətbəx bıçağına bənzər olmuşdur. Məhkəmə iclasında verdiyi ifadələr ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyətlərlə əlaqədar Şahid5 bildirmişdir ki, ibtidai istintaq dövründə dindirilmə protokollarındakı imza ona məxsusdur, ona ifadə verərkən hər hansı təzyiq göstərilməmişdir. İfadələri arasındakı ziddiyyətlər isə tələskənlik və işdən icazə almaqla oraya getməsi ilə əlaqəli olmuşdur. O, hadisə yerinə gedən zaman Pənah artıq zərərçəkmiş şəxsin üzərindən qalxmış, ona həyat yoldaşını öldürmək üçün gəldiyini deməmiş, hadisə yerindən uzaqlaşan zaman sonuncunun əlindən bıçağı almışdır. Lakin Şahid5 Şahid7lə məhkəmə iclasında üzləşdirilərkən ibtidai istintaq dövründə verdiyi, amma məhkəmə iclasında təkzib etdiyi ifadələrində göstərdiyi xüsusatların Şahid7 tərəfindən də məhkəməyə bildirməsi məsələsinə aydınlıq gətirə bilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs onun atasıdır. Atasıyla anası tez-tez mübahisə edirdilər. 2022-ci ilin oktyabr ayında atası Rusiya Federasiyasının Çeçenistan Respublikasına usta kimi işləmək üçün getmişdir. xx.xx.2022ci il tarixdə saat təxminən 7-də atası Çeçenistandan Bakıya qayıtmış, o, qardaşı Xəyal, dayısı İbrahim, anası Aytəkin, atasının xalası qızı Xanımla bir yerdə hava limanına atasını qarşılamağa getmişdirlər. Atasını qarşıladıqdan sonra həmin gün saat 8-9 radələrində Nizami rayonunda evlərinin yanında adını xatırlamadığı restoranlardan birinə getmişdirlər. Restorandan çıxdıqdan sonra o, qardaşı, atası və anası bir yerdə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində dəqiq xatırlamadığı ünvanda (Xəmsə restoranının arxasında) yerləşən evlərinə getmişdirlər. Evdə olarkən həmin gün saat təxminən 12 radələrində atası anasına yorğun olduğunu və onu bankalamısını bildirmişdir. Anası atasını bankaladıqdan sonra atası anasından su istəmiş, anası uzandığı üçün ondan atasına suyu gətirməyi xahiş etmiş, o da krantdan su doldurub atasına içməsi üçün gətirib vermiş, atası da həmin suyu içmişdir. Onlar ailəlikcə suyu həmişə krantdan içirmişlər. Atası suyu içdikdən sonra anasıyla bir yerdə uzanıb telefona baxmışdırlar. O da qardaşıyla bir yerdə xx.xx.2022-ci il tarixədək gecə saat 4-ə kimi telefonda oyun oynamışdırlar. Səhər isə 7-də oyanıb oxuduğu 109 nömrəli məktəbə getmişdir. xx.xx.2023-cü il tarixdə xalası oğlu ona atasının anasını 8-ci km bazarında bıçaqlayaraq öldürmək istədiyini demişdir. xx.xx.2022-ci il tarixdə gecə atasına suyu o gətirmişdir. Atasının ifadəsində dedikləri yalandır, atasının suyuna, ümumiyyətlə, heç nə qatılmamışdır. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecəni gecə saat 4-ə kimi o, qardaşıyla telefonla oynamışdır. Həmin günü və ya başqa vaxt onların evlərinə ailə üzvlərindən başqa şəxs evlərinə getməmişdir (cild 1, iş vərəqə 178-180). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, ailəlidir, 2 övladı vardır. Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanımış, Pənahla eyni kənddə yaşamış, Pənah və arvadı Aytəkin evləndikdən sonra Bakı şəhərində yaşamış, ara-sıra evlərin və mənzillərin təmiri ilə əlaqədar işlər olduqda o, Pənahı da işə cəlb etmiş və sonuncu da onun kimi işləyərək ailəsini dolandırmış, sonuncu dəfə o, 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə Rusiya Federasiyasının Çeçenistan Respublikasının Qroznı şəhərinə gedib işləmiş və işlər yekunlaşdıqdan sonra 29 dekabr 2022-ci il tarixdə birlikdə geri Azərbaycana qayıtmışlar. Təqsirləndirilən şəxs özü də bir qədər qısqanc şəxs olmuşdur. Lakin Pənahın arvadı ilə bağlı hər hansı probleminin olmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs 2009-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və nikahlarından 2 övladları olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arvadı kimi tanımışdır. Zərərçəkmiş şəxs sakit təbiətli xanım olmuş və sonuncunun barəsində heç vaxt hər hansı kişilər ilə münasibəti olmasını eşitməmişdir. Təqsirləndirilən şəxsla Qroznı şəhərində olan zaman bir gün səhər yaşadıqları mənzildən işlədikləri yeri gedərkən Pənah ona arxadan yaxınlaşaraq əlini çiyninə qoyaraq “məni necə oğlan kimi tanıyırsan” deyə soruşduqda o, Pənaha “sən ipi qırıq oğlansan” deyə cavab vermişdir. Pənah isə “mənim ailəm, arvadım haqqında nə isə səhvlik eşitmisənmi?” deyə sual verdikdə o Pənaha “arvadın anam, bacım olsun, mən onun haqqında heç nə eşitməmişəm” deyə cavab vermişdir. Bundan başqa Pənahla o haqda heç bir söhbəti olmamışdır. 2-3-gün əvvəl ona Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin müstəntiqi ona zəng edərək ifadəsinin alınmalı olduğunu bildirmiş və Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə dəvət etmişdir. Lakin Pənahın arvadını öldürməyə cəhd etməsi barədə indi xəbər tutmuşdur. Hadisə ilə bağlı bildikləri bundan ibarətdir. O, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs 8 ilə yaxındır ki, görməmişdir. Aytəkinlə heç bir münasibəti, ünsiyyəti və cinsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında Rusiya Federasiyasının Çeçenistan Respublikasında onunla birlikdə işləyən zaman təsadüfən onun istifadəsində olan mobil telefonda Pənahın arvadına məxsus ***-***-**-** mobil nömrəsini görməsi, Təqsirləndirilən şəxs həmin vaxt arvadı Aytəkinin onunla danışmasından şübhələnmiş, ona Aytəkinin mobil nömrəsinin nə səbəbə onun telefonunda olmasını soruşduqda onun Pənaha “başqa bir nömrədir sən nə danışırsan, Aytəkin mənim bacımdır. Belə bir şey heç vaxt ola bilməz. Sənə qarşı bu səhvə yol vermərəm” deyə cavab verməsi barədə ifadəsində göstərdikləri yalandır. İfadəsində göstərdiyi kimi Təqsirləndirilən şəxsla Qroznı şəhərində olan zaman bir gün səhər yaşadıqları mənzildən işlədikləri yeri gedərdən Pənah ona arxadan yaxınlaşaraq əlini çiyninə qoyub “məni necə oğlan kimi tanıyırsan” deyə soruşduqda o, Pənaha “sən ipi qırıq oğlansan” deyə cavab vermişdir. Pənah isə “mənim ailəm, arvadım haqqında nə isə səhvlik eşitmisənmi?” deyə sual verdikdə o, Pənaha “arvadın anam, bacım olsun, mən onun haqqında heç nə eşitməmişəm” deyə cavab vermişdir. Bundan başqa Pənahla bu haqda heç bir söhbəti olmayıb. Onun 26 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxsm öldürməyə cəhd etməsi barədə əvvəlcədən məlumatı olmamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində o, Beyləqan rayonunda olarkən Təqsirləndirilən şəxs ona zəng edərək ağlamağa başlamış, lakin Pənahın nə deməsi barədə, ona nə bildirmək istəməsi barədə heç nə başa düşməmişdir. Spirtli içkinin təsiri altında olmasını dəqiq bilmişdir. Sonradan o, Pənaha dəfələrlə zəng etmiş, lakin sonuncu zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Bərdə rayonunun Cəyirli kəndində yaşamaqla pol ustası kimi işləyərək evi dolandırır. Bakı şəhərinə nadir hallarda yalnız işiylə bağlı gəlib getmişdir. Zərərçəkmiş şəxs onun doğma əmisi qızıdır. Əmisi qızından savayı onlar bacı- qardaş kimi olmuşdurlar. O, Aytəkinə “bacı”, Aytəkin isə ona “qardaş, qaqa” deyə müraciət etmişdir. Zərərçəkmiş şəxs evlənənə kimi Bərdə rayonu, Cəyirli kəndində qalmışdır. Onların evləri demək olar ki, bitişik olmuşdur. Uşaqlıqları bir yerdə keçmişdir. 2009-cu ildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və evləndikdən sonra Bakıya köçmüşdür. Təqsirləndirilən şəxs da onun kimi pol- tavan ustası kimi işləmişdir. Hətta onlar bir neçə dəfə Bərdədə və Bakıda bir yerdə işləmişdirlər. Onun Təqsirləndirilən şəxsla münasibəti çox yaxşı olmuşdur. Onlar bir yerdə çörək kəsmiş və aralarında heç vaxt narazıçılıq olmamışdır. Zərərçəkmiş şəxs Bakıya köçdükdən sonra demək olar ki, sonuncuyla danışmamışdır. Danışanda da hər hansısa vacib məsələylə bağlı danışmışdır. Son vaxtlar isə ümumiyyətlə Aytəkinlə danışmamışdır. Təqsirləndirilən şəxs hərdən Aytəkinin nömrəsiylə ona yığaraq danışmışdır. Aytəkinin özü isə ona telefonla zəng etməmişdir. xx.xx.2023-cü il tarixdə əmisi oğlu Murad ona yığaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığını bildirmişdir. O da inanmamış və Zərərçəkmiş şəxsnm qardaşı İbrahimə yığaraq hadisə barədə soruşmuş, sonuncu ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək üçün sonuncunun işlədiyi 8-ci kilometr bazarında bıçaqladığmı, lakin bazar mühafizəçilərinin Pənahı dərhal Aytəkindən uzaqlaşdırdıqları üçün Pənahın Aytəkini öldürə bilmədiyini demişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs nə üçün bıçaqladığmı bilməmişdir. İbrahim ona telefonda Pənahın Aytəkini ondan boşanmaq istədiyi üçün bıçaqladığmı bildirmişdir. Eşitdiyinə görə Pənahla Aytəkin münaqişəli ailə olmuşdur. Daim aralarında söz söhbət olmuşdur. Lakin münaqişənin və söz söhbətin nəyə görə olduğunu bilməmişdir. Çünki o, Zərərçəkmiş şəxsyla sonuncu evləndikdən sonra münasibət saxlamamışdır. Təqsirləndirilən şəxsla da hərdən bir əlaqə saxlamış, lakin əlaqə saxladıqda da ailə məsələləri barədə danışmamışdırlar. O, Təqsirləndirilən şəxs əvvəllər həyat yoldaşını öldürmək istəməsi barədə eşitməmiş və bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ifadəsində onunla son vaxtlar əmisi qızı Zərərçəkmiş şəxsyla aralarında sevgi münasibətləri olmasından şübhələndiyini, onun əmisi qızı Aytəkin ilə teztez telefonda danışması barədə dedikləri həqiqəti əks etdirmir, böhtan xarakterlidir. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün belə demişdir. Çünki Təqsirləndirilən şəxs çox gözəl bilir ki, onların nəslində əmi qızı-əmi oğlu bacı-qardaşa bərabər ifadədir. Hətta o, Pənahın da yanında Zərərçəkmiş şəxs bacı demiş, Aytəkin də ona qardaş demişdir. Onun Zərərçəkmiş şəxsyla uşaqlığı da bir yerdə keçmiş, bir yerdə böyümüşdürlər. Onların aralarında bacı-qardaş münasibətindən başqa münasibət ola bilməz. Zərərçəkmiş şəxs çox namuslu, qeyrətli bir qadındır. Bunu hər kəs təsdiq edə biləcəyini demişdir. Ayətkinin evli ola-ola hər hansı başqa şəxslə danışıb görüşəcəyini düşünməmişdir. Onun Təqsirləndirilən şəxsla arasında heç vaxt hər hansı məsələylə bağlı mübahisə olmamışdır. O, ***-***-**-** nömrəsini istifadə edir. Həmin nömrə 5 ilə yaxındır ki, onun istifadəsindədir. Şahid3 Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Təxminən 2013cü ildə onlar (3-ü) bir yerdə tavan vurmuşdurlar. Şahid3 Təqsirləndirilən şəxsla uşaqlıq dostu olmuşdur. Rəvanla Pənahın münasibəti normal olmuşdur. Rəvan Beyləqanda, o isə Bərdədə qalmışdır. Onlar əvvəllər bir yerdə işlədikləri üçün bir-birilərini tanımışdırlar. Lakin Rəvanla onun arasında dostluq münasibəti yoxdur, sadəcə tanımışdır. Zərərçəkmiş şəxsyla Şahid3 aralarında sevgi münasibətinin olması barədə heç bir söz eşitməmişdir. Əgər eşitsəydi, özü tədbir görüb bu halın qarşısını alardı (cild 1, iş vərəqə 254-258). Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid X6 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr bazarında 18-ci sırasında qadın geyimləri satıcısı işləyir. Həmin sırada Zərərçəkmiş şəxs da satıcı işləmişdir. Onların yaxın münasibəti olmamış, gündəlik olaraq salam-sağol etmişdirlər. Zərərçəkmiş şəxs anası Şahid1 da tanımış, sonuncu da bazarda 18-ci sırada Aytəkin kimi xonça satıcısı işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində bazarda 19-cu sırada olan zaman səs-küy eşitmişdir. Səs-küyə doğru yaxınlaşanda Şahid1 qışqırığını eşitmişdir. Lilpar “kömək eləyin, qoymayın qızımı öldürdülər” deyə qışqırmışdır. O, səs-küy olan yerə çatanda Zərərçəkmiş şəxsm qanlar içində ayaq üstdə görmüşdür. Zərərçəkmiş şəxsnm sağ əlindən və arxa yan nahiyyəsindən qan axdığını görmüşdür. Dərhal yaxınlaşıb Zərərçəkmiş şəxs kömək etmişdir. Aytəkin ona həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmasım bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. O, hadisə yerinə çatanda Təqsirləndirilən şəxs polislər 24-cü polis şöbəsinə aparmışdır. Zərərçəkmiş şəxs qan içində olan zaman ona həyat yoldaşı Təqsirləndirilən şəxs boğazını kəsməyə gəldiyini lakin müqavimət göstərdiyi üçün kəsə bilmədiyini, həyat yoldaşı Təqsirləndirilən şəxs qısqanclıq səbəbindən öldürmək istədiyini bildirmişdir (cild 1, iş vərəqə 117-119). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr bazarında 20-ci sırasında qadın geyimləri satıcısı işləyir. Hazırda 22-ci sırada işləyir. Zərərçəkmiş şəxs da 19-cu sırada xonça dükanında satıcı işləmişdir. Onların yaxın münasibəti olmuş, həmçinin doğma xalası qızıdır. Zərərçəkmiş şəxsnm anası Şahid1 da onun xalasıdır. Xalası da bazarda 18-ci sırada Aytəkin kimi xonça satıcısı işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində bazarın çöl hissəsində olarkən səs-küy eşitmişdir. Səs-küyə doğru yaxınlaşanda Şahid1 qışqırığını eşitmişdir. O, “kömək eləyin, qoymayın qızımı öldürdülər” deyə qışqırmışdır. O, səs-küy olan yerə çatanda Zərərçəkmiş şəxsm qanlar içində yerdə görmüşdür. Zərərçəkmiş şəxsnm sağ əlindən və arxa yan nahiyyəsindən qan axmışdır. Bu zaman həmçinin Zərərçəkmiş şəxsnm həyat yoldaşı Təqsirləndirilən şəxs da bazarın mühafizəçisi tərəfindən saxlanıldığını görmüşdür. Dərhal yaxınlaşıb Zərərçəkmiş şəxs kömək etmişdir. Aytəkin ona həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdırlar. O, hadisə yerinə çatanda Təqsirləndirilən şəxs polislər 24-cü Polis şöbəsinə aparmışdır. Zərərçəkmiş şəxs qan içində olan zaman ona həyat yoldaşı Təqsirləndirilən şəxs boğazını kəsməyə gəldiyini, lakin müqavimət göstərdiyi üçün həmçinin vaxtında mühafizəçilərin Pənahı saxladığı üçün sonucunun başını kəsə bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona deməsinə görə Təqsirləndirilən şəxs Aytəkini qısqandığı üçün öldürmək istəmişdir. Təqsirləndirilən şəxs son vaxtlar Aytəkinə tez-tez yığaraq harda olmasını soruşaraq yersiz qısqanclıq etmişdir. Aytəkini qısqanclığı səbəbindən öldürmək istədiyini düşünmüşdür. Zərərçəkmiş şəxs onun doğma xalası qızı olmaqla çox namuslu və tərbiyəli qadındır. Bunu bazar camaatı da təsdiqləyə bilər. Zərərçəkmiş şəxs Pənaha qarşı hər hansısa bir səhv hərəkətinin olması mümkün deyil. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəllər də öldürməyə cəhd etməsi barədə məlumatım yoxdur və bu haqda eşitməmişdir (cild 1, iş vərəqə 217-219). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 8-ci km bazarında yerləşən 19-cu sırada olan mağazalarda satıcı işləmişdirlər. Aytəkin və Lilparı bazardan tanımışdır. O isə 8-ci km bazarının çöl hissəsində ətriyyat satıcısı işləmişdir. xx.xx.2023-cü il tarixdə o, 8-ci km bazarının kənarında olarkən ona dükanlardan birində bıçaqlanma olduğunu demişdirlər. O da dərhal hadisə baş verən yerə yaxınlaşmış və Zərərçəkmiş şəxs qanlar içində görmüşdür. Ətrafdakı insanlardan nə baş verdiyini soruşduqda ona Aytəkinin həyat yoldaşı tərəfindən öldürülmək istədiyini və dəfələrlə bıçaqlandığını demişdirlər. Həmin vaxt Zərərçəkmiş şəxsmn anası Lilpar "Nəsirova da orada olmuş və hadisə onun gözünün qarşısında olmuşdur. Aytəkinin həyat yoldaşı sonuncunu bıçaqladıqdan dərhal sonra bazarın mühafizəçiləri tərəfindən saxlanılaraq polisə təhvil verilmişdir. O gözüylə hadisəni görməmiş, sadəcə olaraq, səs küy eşitdikdən sonra mağazaya yaxınlaşmış və Aytəkini qanlar içində görmüşdür ( cild 1, iş vərəqə 170-172). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Baxış keçirilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən 8-ci km bazarında 19-cu sırada yerləşir. Hadisənin baş verdiyi ünvanda müxtəlif təyinatlı məişət avadanlıqları və paltarları satılır. Hadisənin baş verdiyi obyektdə isə toy-nişan üçün nəzərdə tutulmuş bəzək əşyaları - xonçalar və s. satılır. Hadisə zamanı xəsarət alan Zərərçəkmiş şəxs həmin mağazanın satıcısı işləmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, 26 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində o, qısqanclıq zəminində arvadı Zərərçəkmiş şəxs satıcı işlədiyi obyektə getmiş, həmin obyektdə arvadı Aytəkin ilə danışıb barışmaq istəmiş, lakin yaranmış münaqişə zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən təyinatı istintaqa məlum olmayan bıçağı çıxarıb arvadının bədəninin müxtəlif yerlərinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra o hadisə yerinin yaxınlığındakı mühafizəçilərin yanında olmuş və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs arvadı Aytəkini bıçaqla vurmuş olduğu bıçağı könüllü olaraq təqdim etməklə götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 6-14). “Götürmə və baxış keçirilməsi barədə” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının baş tibb bacısı X5 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus hadisə vaxtı sonuncunun əynində olmuş 1 ədəd uzunqol kofta, 1 ədəd qara şalvar, 1 ədəd qara rəngli kalqotka, 1 ədəd ağ-yaşıl rəngli idman gödəkçəsi, 1 ədəd bozqara rəngli gödəkçə, 1 ədəd mayka, 1 ədəd örpək, 1 cüt corab, 1 ədəd tuman və 1 ədəd bustqalterə baxış keçirilərkən Zərərçəkmiş şəxs məxsus idman şalvarının ön səthində sağda 1 ədəd, arxa səthində solda 3 ədəd, arxa səthində sağda 4 ədəd, kalqotkanın ön səthində sağda 1 ədəd, arxa səthində solda 3 ədəd, arxa səthində sağda 4 ədəd, alt tumanın arxa səthində 3 ədəd, idman gödəkçəsinin arxa səthində solda 1 ədəd, arxa səthində sağda 1 ədəd, kapüşonun sol yan səthində 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuş, həmin paltarlar iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqə 16-17). 26 yanvar 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, cinayət əməli törədilən zaman Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuş, onda alkoqol, narkotik və ya digər maddələrin istehlakı nəticəsində sərxoşluq vəziyyəti müəyyən edilməmişdir (cild 1, iş vərəqə 23). 15 yanvar 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs 30 dekabr 2022-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə müraciətinə əsasən aparılan araşdırma üzrə izahatı alınan Təqsirləndirilən şəxs arvadının sifətinə xəsarət yetirməsini etiraf etsə də, araşdırma dövründə Zərərçəkmiş şəxs müayinədən keçmədiyindən, xəsarət alıb-almaması, xəsarət aldığı təqdirdə xəsarətlərin xarakteri, yetirilmə tarixi və aləti, müxanizmi, predmeti ağırlıq dərəcəsi kimi məsələlərin aydınlaşdırılması mümkün olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs münaqişəli ailə kimi qeydiyyata alınmışdır(cild 1, iş vərəqə 137-138). “Baxış keçirilməsi haqqında” 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsində toplanmış materiala baxış keçirilmiş, həmin materialdan Zərərçəkmiş şəxs 05 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs sərxoş halda onunla mübahisə edərək yaşadıqları mənzildə yumruqla onun burnuna və təpiklə sol ayağına vuraraq xəsarət yetirməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında 30 dekabr 2022-ci il tarixdə yaşadıqları evdə əri Təqsirləndirilən şəxs tərəfindən burun və ayağından vurularaq xəsarət yetirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə izahatında 30 dekabr 2022-ci il tarixdə yaşadıqları evdə sərxoş vəziyyətdə olduğu üçün mübahisə edərək arvadı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən tutaraq itələdiyini göstərmişdir (cild 1, iş vərəqə 130). “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən 8-ci km bazarına 19-cu sırada yerləşən mağazalara yaxınlaşaraq ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq göstərmişdir (cild 1, iş vərəqə 147-151). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”publik hüquqi şəxsindən daxil olmuş 3 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 182). Məhkəmə-tibbi ekspertizasının 02 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs düz bağırsağın zədələnməsi ilə müşayiət olunan sol sağrının 01 ədəd, hər iki sağrı nahiyyəsinin 03 ədəd, sağ budun bayır və arxa səthlərinin 03 ədəd, sağ diz oynağının ön səthinin 01 ədəd (ümumilikdə 08 ədəd) deşilmiş-kəsilmiş və sol əlin İ barmağının ovuc səthinin 01 ədəd kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər şiş uca və kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən törənə bilərlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulması nəticəsində alınmaları istisna olunmur. Dərəcəsinə görə “düz bağırsağın zədələnməsi ilə müşayiət olunan sol sağrının 01 ədəd” deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər 07 ədəd deşilmişkəsilmiş yara və 01 ədəd kəsilmiş yaralar həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd edilən xəsarətlər müxətlif şəraitlərdə törənə bilərdilər, lakin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyil (cild 1, iş vərəqə 194-198). Məhkəmə tibbi bioloji ekspertizasının 14 mart 2023-cü il tarixli rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O-alfa, beta/İ-dir. (təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqdim olunmuş Zərərçəkmiş şəxs qızma məxsus sviter, gödəkçə, papaqlı idman gödəkçəsi, idman şalvarı, retuz, yaylıq, mayka, tuman, büstqalter, bir tay corab üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa və beta aqqlyutininiəri alınmışdır. Beləliklə, göstərilən maddi sübutlar üzərindəki qan ləkələri 0alfa,beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq üzərində aşkar olunan zəif intensivlikli qandan hazırlanmış məhlulda zülal aşkar olunmadığı üçün bu qanın növünü təyin etmək mümkün olmamışdır. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus digər tay corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 1, iş vərəqə 187-198). “Kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının məhkəmə-kriminalistik tədqiqinə dair” 27 mart 2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarının ön səthində sağda 1 ədəd, arxa səthində solda 3 ədəd, arxa səthində sağda 4 ədəd, kalqotkanın ön səthində sağda 1 ədəd, arxa səthində solda 3 ədəd, arxa səthində sağda 4 ədəd, alt tumanın arxa səthində 3 ədəd, idman gödəkçəsinin arxa səthində solda 1 ədəd, arxa səthində sağda 1 ədəd, kapüşonun sol yan səthində 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək, mayka, bir cüt corab, alt tumanı, yaylıq və büstqalter üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarının ön səthində sağda 1 ədəd, arxa səthində solda 3 ədəd, arxa səthində sağda 4 ədəd, kalqotkanın ön səthində sağda 1 ədəd, arxa səthində solda 3 ədəd, arxa səthində sağda 4 ədəd, alt tumanın arxa səthində 3 ədəd olan deşilmiş-kəsilmiş zədələr onun bədənində aşkar edilmiş xəsarət - düz bağırsağın zədələnməsi ilə müşayiət olunan sol sağrının 01 ədəd, hər iki sağrı nahiyəsinin 03 ədəd, sağ budun bayır və arxa səthlərinin 03 ədəd, sağ diz oynağının ön səthinin 01 ədəd deşilmiş- kəsilmiş yaraları ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin arxa səthində solda 1 ədəd, arxa səthində sağda 1 ədəd, kapüşonun sol yan səthində 1 ədəd dəlib-keçən zədələr bədənində öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarının ön səthində sağda 1 ədəd, arxa səthində solda 3 ədəd, arxa səthində sağda 4 ədəd, kalqotkanın ön səthində sağda 1 ədəd, arxa səthində solda 3 ədəd, arxa səthində sağda 4 ədəd, alt tumanın arxa səthində 3 ədəd, idman gödəkçəsinin arxa səthində solda 1 ədəd, arxa səthində sağda 1 ədəd, kapüşonun sol yan səthində 1 ədəd deşilmiş-kəsilmiş zədələr, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək, idman gödəkçəsi, idman şalvan, kalqotka, mayka, tuman, yaylıq, büstqalter üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 200-205). Ambulator məcburi-narkoloji ekspertizasının 24 fevral 2023-cü il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1, iş vərəqə 207-208). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 mart 2023-cü il tarixli 1 nömrəli rəyində yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olubolmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədilə onun stasionar məhkəmə-pxisiatrik ekspertiza şöbəsinə göndərilməsinin zəruri olması göstərilmişdir (cild 1, iş vərəqə 221-223). Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs “qarışıq tipli şəxsiyyət pozuntusu” hal-hazırda da müəyyən edilir. Təqsirləndirilən şəxs “qarışıq tipli şəxsiyyət pozuntusu” müəyyən edilir. Qeyd olunan sualda şəxsin həyatının müxtəlif vaxtlarında vəziyyətinin necə olması məsələsi qoyulsa da, bu uzun müddəti əhatə edir və konkret hansı dövrün soruşulduğu aydın olmur. Bununla yanaşı, qeyd edilməlidir ki, şəxsiyyət pozuntuları yeniyetməlik yaşlarından formalaşmağa başlayan və ömür boyu davam edən psixi patalogiyadır. Elmi ədəbiyyatdakı məlumatlara əsasən, qarışıq tipli şəxsiyyət pozuntusu bir neçə tip şəxsiyyət pozuntusunun əlamətlərini əhatə etdiyindən onun kliniki mənzərəsində ayrı-ayrı əlamətlərin müxtəlif cür təzahür etməsi mümkündür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs iş üçün vacib olan hallan dərk etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən zaman onun əziyyət çəkdiyi “qarışıq tipli şəxsiyyət pozuntusu”nun gedişində natamam kompensasiya vəziyyəti olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli anlaqlilığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı “qarışıq tipli şəxsiyyət pozuntusu” müəyyən edilir. Qeyd edilən psixi pozuntunun gedişində hal- hazırda kompensasiya vəziyyəti müşahidə edilir. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi zamana aiddir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci, 21.3-cü və 22.2-ci maddəsinin təsiri altına düşmür. Onun əməli anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas hövsələsizlik, şübhəlilik, inadkarlıq, çılğınlıq, öz fikirlərini üstün tutmaq, tez özündən çıxmaq, eqosentrizm, əhval-ruhiyyəsinin dəyişkənliyi, qıcığa qarşı həssaslığı, davranışında nümayişkarlıq elementlərinin olması və s. kimi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi- emosional halında qəzəb, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir ( cild 1, iş vərəqə 264-271). 26 aprel 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid4 məxsus “Samsung” markalı telefona baxış keçirən zaman müəyyən edilmişdir ki, “whatsapp”, “messenger” proqramlarında, həmçinin telefonun qalereyasında və mesajlar bölməsində, bundan başqa telefonun kontaktlarında Zərərçəkmiş şəxsyla yazışmaya, danışmaya, görüşməyə xarakterik hər hansı məlumat aşkar edilməmişdir. Aytəkin Şükürvanm istifadəsində olmuş ***-***-**-** nömrəsinin həmin telefonda qeyd edilmədiyi aşkar olunmuşdur (cild 1, iş vərəqə 259). 27 aprel 2023-cü il tarixli “Diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələrinə daxil olan, çıxan zənglərə, anten dairəsinə və ismarıclara dair məlumatları özündə əks etdirən "xxxx" MMC tərəfindən təqdim edilən 27 aprel 2023-cü il tarixdə təqdim edilən diskə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il saat 00:00:00 tarixdən xx.xx.2023-cü il saat 00:00:00 tarixədək telefon danışığı və ismarıclar müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 262). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vahid Məlumat Axtarış sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (səh 168-169). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Ağırlaşdırıcı hal kimi xüsusi amansızlıqla qəsdən adam öldürmə ( yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) əməlinin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə əvvəla qeyd edir ki, məhkəmə iclasında ifadə verərkən təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas olan faktiki halları mübahisələndirərək zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, onu gah qorxutmaq istədiyini, gah da anasının ona zərbələr endirməsindən əsəbiləşərək keçmiş həyat yoldaşına xəsarət yetirdiyini bildirmişdir. Cinayət işi üzrə toplanmış sübutlar qiymətləndirilməsi zamanı aydın olmuşdur ki, ibtidai istintaq dövründə əvvəlki ifadələrində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi əvvəllər də yaşadığı ünvanda öldürmək istədiyini, lakin öldürə bilmədiyini, hadisə günü, yəni 26 yanvar 2023-cü il tarixdə üzərindəki bıçağı zərərçəkmiş şəxsi öldürmək məqsədilə gəzdirərək, sonuncunun işlədiyi yerə getməsini, arvadınının başını kəsmək istədiyini, bu məqsədlə əvvəlcə yerə yıxılması üçün onun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirməsini, lakin ətrafdakı şəxslər tərəfindən əlində olan bıçağın alınmasını , özünün isə polis əməkdaşlarına təhvil verilməsini bildirmişdir. İbtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə ifadə verərkən isə bildirmişdir ki, hadisənin şokunda olduğundan həmin məzmunda ifadələr vermiş, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, onun başını kəsmək istəməmiş, sonuncunun dizlərindən bıçaq almasının səbəbi isə onun özünü müdafiə etmək istəməsi olmuşdur. Məqsədi əslində Aytəkini pis yoldan döndərmək olmuşdur. Təqsirləndirilən şəxsin ifadəsi Zərərçəkmiş şəxs, hadisənin bilavasitə şahidi olmuş Şahid1, Şahid7, Fəird Bağırovun həm ibtidai istintaq dövründə, həm məhkəmə iclasında verdiyi ifadələr, ekpertiza rəyləri ilə təkzib edilmişdir. Belə ki, hadisənin baş vermə mexanizmini izah edərkən Zərərçəkmiş şəxs Pənahın sol əli ilə onun çənəsinin altından tutaraq başını arxaya çevirməsi və bıçaqla boğazını kəsmək istəyərkən sonuncunun sol əlinin baş barmağı ilə onun əlindən tutmaq istəyərkən həmin barmağının kəsildiyini, təqsirləndirilən şəxsin onun başını kəsməməsi üçün özünü yerə yıxdığını və dizləri ilə özünü müdafiə edərkən ayaqlarından xəsarət almasını bildirmişdir. Bundan başqa anasının Pənahın hərəkətlərinin qarşısını almaq üçün sonuncuya arxadan yetirdiyi xəsarətlərə, qışqırıqlara baxmayaraq Pənah əməlini davam etdirməyə çalışmış, lakin hadisə yerində olan mühafizəçilərin aktiv müqaviməti və müdaxiləsi nəticəsində əməlini tamamlamaq imkanından məhrum olmuşdur. Zərərçəkmiş şəxs barəsində verilmiş məhkəmə tibbi ekspertiza rəyindən də görünür ki, həqiqətən də Zərərçəkmiş şəxs sağ diz oynağının ön səthini 1 ədəd kəsilmiş-deşilmiş, sol əlinin İ barmağının ovuc səthinin 1 ədəd kəsilmiş yarası müşaiyət olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, iş üzrə ifadə vermiş şahidlər Şahid7 və Fəird Bağırov da ibtidai istintaq dövründə məhz Şahid5 müdaxiləsi nəticəsində hadisənin qarşısının alınması, təqsirləndirilən şəxsin onların hər ikisi tərəfindən zərərsizləşdirildiyini, təqsirləndirilən şəxsin onlara sonuncuların onu kənarlaşdırması nəticəsində arvadını öldürə bilməməsini bildirməsini qeyd etmişlər. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadələri təkzib etsə də həmin ifadələr arasındakı ziddiyyət sonuncunun Şahid7lə bilavasitə məhkəmə iclasında üzləşdirilməsi ilə aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsin azərbaycan dilində yazıb oxuya bilməməsi, onun ilkin, yəni ibtidai istintaqın əvvəlində verdiyi etirafedici ifadələrin əks olunduğu dindirmə protokollarını oxuya bilməməsi səbəbindən imzalaması və müdafiəçi ilə təmin edilməməsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi təqdim edilmiş və o, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş, hər iki dindirmə protokolunun sonunda “ifadəmi oxudum”deyil, “ifadəm oxundu, doğrudur” sözləri yazılmış, həmin protokolları həm özü, həm də müdafiəçi tərəfindən imzalanmışdır. Bundan başqa qeyd olunan pozuntu nə cinayət işi materialları ilə tanış olarkən, nə də məhkəmənin hazırlıq iclasında məhkəmənin diqqətinə çatdırılmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünə xəsarət yetirməsi barədə üzərində bıçaq gəzdirməsi, Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə ona xəsarət yetirməsi barədə ifadələrini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə müqayisə etməklə inadırıcı hesab etməyərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs həqiqətən ilk dəfə Zərərçəkmiş şəxs boğaz nahiyyəsinə bıçaqla xəsarət yetirmək istəyərkən sonuncu əli ilə müqavimət göstərərək barmağı kəsilmiş, ikinci dəfə yenə eyni yerdən bıçağı vurmaq istəyərkən isə dizləri ilə özünü qorumağa çalışdığından diz nahiyəsindən kəsilmiş-deşilmiş yara xəsarəti almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anasının gözü qarşısında sonuncunun qışqırıqlarına və müdaxiləsinə məhəl qoymadan ona xüsusi əzab verdiyini dərk edərək zərərçəkmiş şəxsin həyatı üçün əhəmiyyətli olan düz bağırsağın zədələnməsi ilə müşaiyət olunan sol sağrının bir ədəd ağır, bədəninin müxtəlif nahiyyələrinə ümumi səkkiz ədəd yüngül xəsarət yetirməkdə ifadə olunan, onun xüsusi amansızlıqla həyatdan məhrum edilməsinə yönələn əməlini davam etdirmək cəhdləri univermaqda olan mühafizəçilər tərəfindən qarşısı alınmışdır. Məhkəmə onu da qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Hazırki iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ona xəyanət etməsini güman etməsi (cinayət işi materialları ilə qeyd edilən xüsusat öz əksini tapmamışdır), həmçinin sonuncunun ondan boşanmağa cəhd etməsi, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs öldürməyə dair motivasiyasının formalaşmasına səbəb olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15ci maddəsinə əsasən təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir, təqsirləndirilən şəxs tərəfindən qəsdən törətmişdir. Həmin əməl təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmamışdır Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 29,120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2010-cu və 17 avqust 2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur, anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, Zərərçəkmiş şəxs ilə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının 9cu bəndinə əsasən başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını əsas götürərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 60-cı maddəsinin tətbiq olunmasını qanuni hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 36), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 72-75). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün verilmiş təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunmuş 01 ədəd mətbəx bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus hadisə vaxtı əynində olmuş 1 ədəd uzunqol kofta, 1 ədəd qara şalvar, 1 ədəd qara rəngli kalqota, 1 ədəd ağ-yaşıl rəngli idman gödəkçəsi, 1 ədəd boz-qara rəngli gödəkçə, 1 ədəd mayka, 1 ədəd örpək, 1 cüt corab, 1 ədəd tuman və 1 ədəd bustqalter məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq və məhkəmə mərhələsində onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən, məhkəmə zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri ”Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir.Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X7 işlədiyi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi işlədiyi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri ”Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 192 manat məbləğində pul vəsaiti köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə 11(on bir) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 26 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunmuş 01 ədəd mətbəx bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus hadisə vaxtı əynində olmuş 1 ədəd uzunqol kofta, 1 ədəd qara şalvar, 1 ədəd qara rəngli kalqota, 1 ədəd ağ-yaşıl rəngli idman gödəkçəsi, 1 ədəd boz-qara rəngli gödəkçə, 1 ədəd mayka, 1 ədəd örpək, 1 cüt corab, 1 ədəd tuman və 1 ədəd bustqalter məhv edilsin. İbtidai istintaq mərhələsində göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X7 işlədiyi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri ”Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1402/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1402/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver