Məhkəmə qərarları › İş №1(101)-1402/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1402/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1402/2025 13.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X23, tərcüməçilər X24, X13, X10, X8, X3, X25, X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 iyul 1984-cü il tarixdə Mərakeş Krallığı, Kasablanka şəhərində anadan olmuş, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşı, ali təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, “SAUR” beynəlxalq şirkətinin vitse prezidenti vəzifəsində işləyən, məhkumluğu olmayan, X14, Dubay şəhəri, X30, Villa A15 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 193-1.3.2-ci və 32.5, 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 32.5, 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla yardım edərək, eləcə də cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakdan istifadə etməyi, sərəncam verməyi qabaqcadan vəd edərək digər şəxsin vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə birbaşa yolla pul vəsaitləri qismində maddi nemət istəyərək külli miqdarda rüşvət almasına köməkçilik göstərmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, onların kimə məxsus olmasını ört-basdır etməklə gizlədərək cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmışdır.

3. Belə ki, o, 2018-ci ilin aprel – may aylarında X15 Dubay şəhərində fəaliyyət göstərən beynəlxalq “Viola” şirkətinin vitse-prezidenti vəzifəsində olarkən aralarında olan razılığa əsasən məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla yardım edərək, eləcə də cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakdan istifadə etməyi, sərəncam verməyi qabaqcadan vəd edərək Fransa Respublikası vətəndaşı, Fransa Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Aleksandre Benallanın vəzifəli şəxs olaraq xidməti vəzifəsindən istifadə etməklə Dubay şəhərində saxlanılmış “Luna” adlı yaxtanın (İMO N 1010222) həbsdən azad edilməsi və məlum beynəlxalq sanksiyalardan qorunan şəraitdə beynəlxalq sularda sərbəst hərəkətinin təmin edilməsi müqabilində həmin gəminin sahibi Azərbaycan Respublikasında daimi yaşayan, Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi, Rusiya Federasiyasının vətəndaşı Şahid bank hesablarına köçürülmə yolu ilə 6.140.000 (altı milyon yüz qırx min) ABŞ dolları məbləğində külli miqdarda rüşvət istəməkdə köməkçilik edib, bank hesablarına köçürüləcək həmin pul vəsaitinin əldə edilməsinin həqiqi xarakterinin, mənbəyinin, mahiyyətinin, eləcə də kimə məxsus olmasını ört-basdır etməklə gizlədib cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə sonuncu ilə 15 noyabr 2018-ci il tarixdə ilkin olaraq 600.000 ABŞ dolları, gəmi üzərində həbs aradan qaldırıldıqdan sonra 15 təqvim günü ərzində ilə “Müvəffəqiyyət haqqı” kimi qeyd edilən geridə qalan 5.540.000 (beş milyon beş qırx min) ABŞ dolları məbləğində pul vəsaitlərinin ödənilməsi şərti ilə “Yaxtaya Dubay şəhər məhkəməsi tərəfindən qoyulmuş həbsin hüquqi əsaslarla götürülməsi ilə bağlı zəruri bacarıq və biliklərə malik olduqları üçün” və “Luna-nın beynəlxalq sularda azad şəkildə üzəcəyi ilə əlaqədar” müddəaların təsbit olunduğu “Məsləhət Xidmətləri” adı altında müqavilə bağlayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin hesablarından əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə A.Benallanın “BANK OF AFRİCA UNİTED KİNGDOM PLC SC PAR”-da açılmış **********503 №li bank hesabına 400.000 (dörd yüz min) ABŞ dolları, özünün “AL HİLAL BANK”-da açılmış **********24 №li hesabına 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaiti köçürülməsini təmin edib rəsmi dövriyyədən gizlədilməklə cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda pul vəsaitini leqallaşdırmaqla A.Benallanın külli miqdarda rüşvət almasına köməkçilik etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şahid 18 noyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs və A.Benalla arasında “Luna” adlı yaxtasının Dubay şəhər məhkəməsi tərəfindən qoyulmuş həbsin hüquqi əsaslarla götürülməsi ilə bağlı zəruri bacarıq və biliklərə malik olduqları üçün və “Luna”-nın beynəlxalq sularda azad şəkildə üzəcəyi ilə əlaqədar müddəaların təsbit olunduğu “Məsləhət Xidmətləri” adı altında müqavilə bağlaması, Şahid müqaviləyə uyğun olaraq İsveçrənin bankı olan “UBS”-nin CH**********60578060D hesabından A.X16 və X17 Krallığının bankı olan “BANK OF AFRİCA UNİTED KİNGDOM PLC SC PAR”-in Fransa filialında açılmış **********503 №-li bank hesabına və A. Derrazın X4 bankı olan “AL HİLAL BANK”-da açılmış **********24 oli hesabına pul vəsaiti köçürməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 4)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “Məsləhət Xidmətləri” adlı müqavilədən görünür ki, həmin müqavilə Şahid ilə Təqsirləndirilən şəxs və Aleksandre Benalla arasında olmaqla, Şahid tərəfindən həmin tarixdə ünvan 2 ünvanında bağlanmışdır. (Cild 1, iş vərəqi 20-22)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 99-100)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 32.5, 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 130-131)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (Cild 1, iş vərəqi 144-145)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Aleksandre Benalla həmin tarixdə Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqi 159-160)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Aleksandre Benalla barəsində axtarış elan olunmuşdur. (Cild 1, iş vərəqi 162-163)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-552/2024 qərarından görünür ki, həmin tarixdə Aleksandre Benallanın barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 186-190

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxışı keçirilən 15 noyabr 2018-ci il tarixli müqavilə Azərbaycan-ingilis dilləri üzrə tərcüməçi tərəfindən ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmişdir. Həmin müqavilənin məzmunundan görünür ki, müqavilə Şahid ilə Təqsirləndirilən şəxs və Aleksandre Benalla arasında 15 noyabr 2018ci il tarixdə Dubay Məhkəmələri tərəfindən M/Y Luna (MO No.1010222) (Luna) kimi tanınan gəmiyə qoyulmuş həbs qətimkan tədbirinin götürülməsinin qanuni şəkildə həlli və Lunanın beynəlxalq sularda sərbəst hərəkəti üçün Dubay Məhkəmələri tərəfindən M/Y Luna (MO No.1010222) (Luna) kimi tanınan gəmiyə qoyulmuş həbs qətimkan tədbirinin götürülməsinin qanuni şəkildə həlli və Lunanın beynəlxalq sularda sərbəst hərəkəti üçün “Məsləhət Müqaviləsi” adı ilə bağlanmışdır. Həmin müqavilənin məzmunu Şahid M/Y Luna (MO No. 1010222) (Luna) kimi tanınan gəmiyə qoyulmuş həbs qətimkan tədbirinin götürülməsinin qanuni şəkildə həlli və Lunanın beynəlxalq sularda sərbəst hərəkəti üçün ilkin olaraq X11 Britaniya və X17 Krallığının bankı olan “BANK OF AFRİCA UNİTED KİNGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış **********503 №-li bank hesabına 406.332,30 ABŞ dolları, Təqsirləndirilən şəxs X4 bankı olan "AL HİLAL BANK-da açılmış **********24 Noli hesabına 200000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülməsindən, daha sonra isə ayrıca eskrov müqaviləsi bağlamaqla Şahid bu müqaviləyə əlavə olaraq Təqsirləndirilən şəxs ******* ABŞ dolları (iki milyon iki yüz əlli min ABŞ dolları), Aleksandre Benallaya isə 3290.000 ABŞ dolları (üç milyon iki yüz doxsan min ABŞ dolları) olmaqla ümumilikdə ******* ABŞ dolları (beş milyon beş yüz qırx min ABŞ dolları) (Müvəffəqiyyət haqqı) ödəyəcəyindən ibarətdir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin məqsədləri üçün, Luna adlı gəmi Aleksandre Benalla və Təqsirləndirilən şəxs görüləcək hərəkətləri nəticəsində, BƏƏ-nin ərazi sularını tərk etdikdən və beynəlxalq sulara daxil olandan sonra uğurlu nəticə əldə edilmiş hesab ediləcəkdir və belə hərəkəti Luna kapitanı Luna GPS və ECDİS oxunuşlarının fotoşəkillərini təqdim etməklə təsdiqləməlidir. Qeyd edilən müqavilənin Təqsirləndirilən şəxs, Aleksandre Benalla və Şahid tərəfindən müvafiq imzalar ilə təsdiq edilməsi, müqavilənin sonuncu səhifəsində Təqsirləndirilən şəxs adının qarşısında olan imza ilə həmin müqavilənin 1-ci və 2-ci səhifələrinin aşağı sağ künclərində olan imzaların oxşar imzalar olması, müqavilənin sonuncu səhifəsində Aleksandre Benallanın adının qarşısında olan imza ilə həmin müqavilənin 1-ci və 2-ci səhifələrinin aşağı sol künclərində olan imzaların oxşar imzalar olması, eləcə də müqavilənin sonuncu səhifəsində Şahid adının qarşısında müvafiq imzanın olması müəyyən edildi. Müqavilənin surəti və onun Azərbaycan dilinə edilmiş tərcüməsi hazırkı protokola əlavə edilir. Bundan başqa, Şahid UBS bankda olan CH59 0024 0240 6057 8060 D nömrəli cari hesabından çıxarış Azərbaycan-ingilis dilləri üzrə tərcüməçi tərəfindən ingilis dilindən Azərbaycan dilinə tərcümə edildi. Həmin çıxarışın məzmunundan görünür ki, çıxarış 2018-ci ilin noyabr ayında aparılmış bank əməliyyatlarının çıxarışıdır. Həmin əməliyyatlardan iş üçün əhəmiyyət kəsb edənlərə nəzər saldıqda xx.xx.2018-ci il tarixdə MƏSLƏHƏT XİDMƏTLƏRİ adı ilə Təqsirləndirilən şəxs hesabına 200.000 ABŞ dolları, qeyd edilən tarixdə və eyni ad ilə Aleksandre Benallanın hesabına isə 406.332,30 ABŞ dolları məbləğində pul vəsaitləri köçürdüyü məlum olmuşdur. Qeyd edilən çıxarış və onun Azərbaycan dilinə edilmiş tərcüməsi hazırkı protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqi 206-207)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Arayışdan” və həmin arayışa əlavə edilmiş Şahid xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixədək olan müddətdə ölkəyə giriş çıxışlarına dair məlumatlardan görünür ki, Şahid xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının ərazi hüdudlarında olmuşdur. (Cild 1, iş vərəqi 217-218)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “İNTERPOL”-un Milli Mərkəzi Bürosunun xx.xx.2025-ci il tarixli, 3- 13-25/2-2110/25 saylı məktubundan görünür ki, Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 311.3.3-cü maddələri ilə təqsirləndirilən xx.xx.1991-ci il təvəllüdlü X12 kanalları ilə beynəlxalq axtarış elan olunmuş və barəsində qırmızı bülleten nəşr edilərək üzv ölkələrə yayımlanmışdır. (Cild 1, iş vərəqi 265)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/280 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 15 noyabr 2018-ci il tarixli “Məsləhət Xidmətləri” adlı müqavilənin surətinin 1-ci və 2-ci vərəqlərinin aşağı sol hissələrində əks olunmuş imzalar, 3-cü vərəqində “ALLEKSANDRE BENALLA” qrafasındakı əks olunmuş imza- ALLEKSANDRE BENALLA tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 15 noyabr 2018-ci il tarixli “Məsləhət Xidmətləri” adlı müqavilənin surətinin 1-ci və 2-ci vərəqlərinin aşağı sağ hissələrində əks olunmuş imzalar, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” qrafasında əks olunmuş imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manatdır. (Cild 1, iş vərəqi 267-270)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Aleksandre Benalla əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqi 96)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqi 97)

18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Aleksandre Benallaya CM-in 193-1.3.2 və 311.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs isə həmin Məcəllənin 193-1.3.2 və 32.5, 311.3.3-cü ilə elan edilmiş ittiham qüvvədə saxlanılması və hazırki cinayət işindən başqa cinayət işinin ayrılması qərara alınmışdır. (Cild 2, iş vərəqi 99-106)

19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, müvafiq istintaq hərəkəti zamanı cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli “Məsləhət Xidmətləri” müqavilənin və Şahid “UBS” bankındakı CH**********60578060D hesabından çıxarışının surətləri maddi sübut kimi tanınmaqla, həmin sənədlərin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. (Cild 2, iş vərəqi 107-108)

20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarından təqsirləndirilən şəxs Aleksandre Benallanın Cinayət Məcəlləsinin 193-1.3.2 və 311.3.3-cü maddələri təqsirləndirilməsinə dair, həmçinin cinayət işinin istintaqı zamanı aşkar edilərək cinayət təqibi aparılmış, lakin hüquqi qiymət verilməmiş digər bütün cinayət xarakterli faktlar və məlumatlarla bağlı materiallar ayrıca icraata ayrılmışdır. (Cild 2, iş vərəqi 109-111)

21. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində Cinayət Məcəlləsinin 193-1.3.2 va 32.5 311.3.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, X4 (BƏƏ) Dubay şəhərində yaşadığından onun BƏƏ kralının ailəsinə yaxın şəxslərlə əlaqəsi, eyni zamanda onun BƏƏ-nin Dubay şəhərinə tez-tez səfər edən Azərbaycan əsilli Rusiyalı milyarder Şahid oğlu Timur Əhmədovla tanışlıq münasibətləri, T.Əhmədovun da öz növbəsində Fransa prezidentinin Mühafizə xidmətinin rəhbəri Alexandre Benalla ilə də tanışlıq əlaqələri olmuşdur. 2018-ci ilin əvvəllərində tanışı Aleks Junior onunla əlaqə saxlayaraq milyarder Şahid yaxtasının üzərinə X1 London məhkəməsinin qərarı əsasında BƏƏ-nin Dubay şəhərində həbs qoyulduğunu bildirib, bu məsələdə T.Əhmədovun ondan yardım istədiyini söylədikdə, o, Aleksə pul müqabilində bu məsələdə köməklik edəcəyini bildirmiş, daha sonra T.Əhmədov ona zəng vurub, A.Benallanın da bu məsələdə iştirak edəcəyini bildirib, ondan yardım istədikdə, o da razılaşmışdır. Bir müddətdən sonra T.Əhmədov A.Benalla ilə qrup zəngi formasında onunla telefonla əlaqə saxlamış, danışıq zamanı A.Benalla bu məsələdə vəzifə səlahiyyətlərindən istifadə edəcəyini söyləmiş və T.Əhmədov isə bu barədə A.Benalla ilə bir neçə ay əvvəl danışıqlar apardığını demişdir. Bu zaman o başa düşmüşdür ki, A.Benalla vəzifədə olarkən bu məsələni həll etməyi öz üzərinə götürmüşdür. O isə öz növbəsində gəminin azad olunması ilə bağlı Dubayda aktiv hərəkətlərə başlamalı, yəni vəkil tapmalı, bu işi həll edə biləcək yerli insanlarla tanış olmalı idi. T.Əhmədov gəminin Dubayda aylıq saxlanılma xərcinin 1 milyon ABŞ dolları olduğu üçün bu prosesləri sürətləndirməyi tapşırmışdır. Daha sonra o, T.Əhmədovla Dubay şəhərində “Burj al arab” hotelində görüşmüş və görüş zamanı “Yaxtaya Dubay şəhər məhkəməsi tərəfindən qoyulmuş həbsin hüquqi əsaslarla götürülməsi ilə bağlı zəruri bacarıq və biliklərə malik olduğumuz üçün” və “Lunanın beynəlxalq sularda azad şəkildə üzəcəyi ilə əlaqədar” müddəaların təsbit olunduğu “Məsləhət Xidmətləri” adı altında müqavilə bağlamaları barədə razılaşmışlar. Müqaviləyə əsasən, Şahid nüfuzundan istifadə edərək yaxtanı həbsdən azad etdirməsi müqabilində A.Benallaya və ona 6.140.000 (altı milyon yüz qırx min) ABŞ dolları məbləğində pul vəsaiti ödəməli idi. İlkin şərtə görə həmin məbləğin 4.000.000 (dörd milyon) ABŞ dolları A.Benallaya, geridə qalan 1.140.000 (bir milyon yüz qırx min) ABŞ dollarının isə ona təqdim olunması nəzərdə tutulsa da, o, etiraz edərək ona 2.250.000 ABŞ dolları (iki milyon iki yüz əlli min), A.Benallaya isə 3.290.000 (üç milyon iki yüz doxsan min) ABŞ dolları məbləğində vəsaitin verilməsi ilə bağlı şərtlərin müqavilədə əks olunmasına nail olmuşdur. Lakin A.Benalla gəminin həbsdən azad olunması üçün tutduğu mövqeyindən istifadə edəcəyindən müqavilə şərtinə görə sonuncunun xidmət haqqı daha çox müəyyən edilmişdir. Eləcə də, müqaviləyə görə avans kimi 400.000 (dörd yüz min) ABŞ dolları A.Benallanın, 200.000 (iki yüz min) ABŞ dolları onun “Al-Hilal” bankdakı hesabına köçürülməli idi. Bank hesabları barədə məlumatlar onlar tərəfindən qabaqcadan T.Əhmədova təqdim olunduğundan həmin məlumatlar müqavilədə təsbit olunacağına, gəmi azad olduqdan sonra isə geridə qalan vəsait göstərildiyi qaydada onunla A.Benallanın arasında bölüşdürülüb, müqavilədə göstərilən bank hesablarına köçürüləcəkdi. 15 noyabr 2018-ci il tarixdə onun iştirakı ilə “Yaxtaya Dubay şəhər məhkəməsi tərəfindən qoyulmuş həbsin hüquqi əsaslarla götürülməsi ilə bağlı zəruri bacarıq və biliklərə malik olduğumuz üçün” və “Luna-nın beynəlxalq sularda azad şəkildə üzəcəyi ilə əlaqədar” müddəaların təsbit olunduğu “Məsləhət Xidmətləri” adı altında müqavilə bağlanmışdır. Həmin müqavilə elektron poçtla göndərilmiş və o, müqaviləni çap edib imzalamış, sonra imzalanmış nüsxəsini elektron formada geri göndərmişdir. Ona göndərilmiş müqavilənin elektron nüsxəsində A.Benallanın imzası olmamışdır. A.Benalla müqaviləni daha sonra imza edəcəkdi. Müqavilənin şərtinə görə ilkin olaraq Aleksandre Benallanın “BANK OF AFRİCA UNİTED KİNGDOM PLC SC PAR”-da açılmış bank hesabına 400.000 (dörd yüz min) ABŞ dolları, onun “AL HİLAL BANK”-da açılmış **********24 №li hesabına 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Onun müqaviləyə əsasən fəaliyyəti lobbiçilik, yəni BƏƏ-nin nüfuzlu şəxsləri ilə əlaqə saxlayaraq yaxtanın həbsdən azad edilməsinə çalışmaq, eləcə də, bu prosesi hüquqi çərçivəyə salmaq üçün “Baker and Mckenzie” hüquq şirkətinin Dubay şəhərindəki partnyoru Habib Al-Mullanı cəlb etməkdən ibarət olmuşdur. Lakin o, həmin nüfuzlu şəxslərin adlarını çəkmək istəmir. Avans onun hesabına köçürüldükdən sonra o, həmin vəsaitdən iş üzrə müəyyən xərclər həyata keçirib, geridə qalan vəsait üzrə öz iradəsi üzrə sərəncam vermişdir. Buna baxmayaraq, onlar gəminin həbsdən azad edilməsinə nail ola bilməmişlər, lakin tərəflər arasında nəticədən asılı olmayaraq avansın geri ödənilməyəcəyi barədə razılışma olduğundan köçürülən vəsaiti Şahid geri qaytarmamışdır. Hüquqşünas olmadığı halda 15 noyabr 2018-ci il tarixdə “Yaxtaya Dubay şəhər məhkəməsi tərəfindən qoyulmuş həbsin hüquqi əsaslarla götürülməsi ilə bağlı zəruri bacarıq və biliklərə malik olduğumuz üçün” və “Luna-nın beynəlxalq sularda azad şəkildə üzəcəyi ilə əlaqədar” müddəaların təsbit olunduğu “Məsləhət Xidmətləri” adlı müqavilə bağlanmasının məqsədi sualına cavab olaraq göstərmişdir ki, T.Əhmədov da pul köçürmənin əsl səbəbini gizlətmək, eləcə də gələcək də həmin pulu tələb etməyə əsas yaratmaq üçün belə adlı müqavilə bağlamışdır.

22. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Ailəsinə məxsus “Luna” adlı yaxtaya X18 məhkəməsi tərəfindən keçmiş arvadı Tatyana Əhmədovanın əsassız iddiası ilə həbs qoyulduğundan, bu barədə X6 məlumat verildiyinə görə həmin yaxta dəniz sularında saxlanılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs onun oğlu Timur Əhmədov vasitəsilə onunla əlaqə saxlayıb Aleksandre Benallanın köməyi ilə sonuncunun diplomatik imkanlarından istifadə etməklə yaxtanı həbsdən azad edə biləcəyini söyləmişdir. X21 Respublikasının prezidenti Makronun köməkçisi olmuş, və həmin ölkənin prezidentinin administrasiyasında rəhbər vəzifədə işləmişdir. Təqsirləndirilən şəxs 6.140.000 (altı milyon yüz qırx min) ABŞ dolları məbləğində pul vəsaitini bu işin görülməsi məqsədilə ondan istəmiş, həmin puldan 600.000 (altı yüz min) ABŞ dolları avans kimi ödənilmişdir. Razılaşmaya görə iş həll olunduqdan sonra qalan hissə ödəniləcəkdi. Həmin pul onun şəxsi hesabından Təqsirləndirilən şəxs və Aleksandre Benallanın bank hesablarına köçürülmüşdür. Həmin şəxslər üzərlərinə düşən öhdəliyi icra edə bilməmiş, yəni ona məxsus olan yaxta həbsdən azad olunmamış, ona müxtəlif cür bəhanələr, əsaslar gətirərək məsələlərin gecikdiyini və qısa zaman ərzində yaxtanın həbsdən azad olunacağını söyləmişlər. O, dəfələrlə həmin şəxslərə müraciət edib pulunu geri qaytarmalarını xahiş və tələb etsə də, onun pulunu geri qaytarmamışlar. "xxxx" ASC-dən gələn təklif əsasında o, Təqsirləndirilən şəxsa müraciət etmiş, çünki sonuncu Fransa Respublikası ərazisində fəaliyyət göstərən tanınmış bir şirkət olan “Sour” şirkətinin vitse-prezidenti vəzifəsində çalışmışdır. Onun təklifi əsasında Təqsirləndirilən şəxs ölkə ərazisinə gəldikdən bir müddət sonra onun pulunu hələ də geri qaytarmadığına görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdır. O, qeyd etmişdir ki, burada heç bir siyasi iş yoxdur, həmin işdə o, aldanılmış, ona qarşı dələduzluq edilmişdir. Onun Göyçay rayonu ərazisində yerləşən müəssisələrində çalışan işçilər 7-8 saat iş vaxtının müqabilində 20 manat pul qazanır və əziyyət çəkir. Lakin o, Təqsirləndirilən şəxs və Aleksandre Benallaya ümumilikdə 600.000 (altı yüz min) ABŞ dolları pul vermiş, lakin ortada heç nə olmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxsa pulu qaytarmasını, həmin pulları uşaqlar evinə qaytaracağını desə də, sonuncu onu dinləməmişdir. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyir, həmin ifadədəki imzalar ona məxsusdur. Şahid həmçinin qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxsla oğlu Timur Əhmədov vasitəsilə tanış olmuş, həmin ərəfədə oğlu X35 ərazisində yaşamışdır. Oğlu və Derras Anass bir-birini eyni zamanda tapıb, tanış olmuş, ancaq bildiyinə görə ilk dəfə Təqsirləndirilən şəxs onun oğlu Timur Əhmədova yaxınlaşmışdır. O, şəxsi hesabından Təqsirləndirilən şəxs və Aleksandr Benallanın bank hesablarına ümumilikdə 600.000 (altı yüz min) ABŞ dolları pul vəsaiti yollamışdır. Həmin şəxslər sözügedən pulun müqabilində “Luna” adlı yaxtanı diplomatik əlaqələr vasitəsilə həbsdən azad edəcəklərinə vəd etmişlər. O, pulunu geri tələb etdikdə, Təqsirləndirilən şəxs ölkədən getdikdən sonra qaytaracağını ona söyləmişdir. O, Aleksandre Benallanı heç vaxt görməmiş, sadəcə adını eşitmiş və Təqsirləndirilən şəxs bu işi Aleksandre Benalla ilə birlikdə görəcəyini demişdir. O, xidmətlərin göstərilməsi ilə bağlı bağladığı üçtərəfli müqavilənin şərtlərini oxumuş, müqavilə imzalanan zaman o, X4 Dubay şəhərində olmuş, üçtərəfli müqavilə o, Təqsirləndirilən şəxs və Aleksandre Benalla arasında bağlanmışdır. Aleksandre Benalla işdən azad olmasına baxmayaraq ona verilən vədlərə əsasən guya o, yenə də diplomatik əlaqələrindən istifadə edə bilir. Həmin illərdə onun başı qarışıq olduğu üçün, yəni müxtəlif məhkəmələrdə işləri olduğuna görə Təqsirləndirilən şəxsın məsələsinə diqqət ayıra bilməmiş, o, sonuncu ilə ona vəkil kimi xidmət göstərsin deyə, müqavilə bağlamamışdır. O, onsuz Təqsirləndirilən şəxsın vəkil olmadığını bilmişdir. O, vəkillərindən pul tələb etmir, çünki vəkillər müqavilə əsasında iş görürlər. Lakin Təqsirləndirilən şəxs onunla vəkil kimi müqavilə bağlamamışdır. Onun üçün maraqlısı odur ki, Təqsirləndirilən şəxs bu işin altından çıxa bilməyəcəkdisə, nəyə bu işin altına girmiş və nəyə görə boş vədlər verərək yalan söyləmişdi. O, dövlət orqanlarında təmsil etməyi ilə bağlı Təqsirləndirilən şəxsa hər hansı etibarnamə verməmiş, verdiyi mandat həmin müqavilə çərçivəsində olmuşdur. O, Həbib Əl-Nulla adlı bir şəxsi xatırlamır, sonuncu ilə heç bir məsələ barədə danışıq aparmamışdır. Ehtimal edir ki, Təqsirləndirilən şəxs həmin şəxslərə əlaqəyə girib. Təqsirləndirilən şəxs 2018-ci ildən hal-hazıradək pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs və Aleksandre Benalla “Luna” adlı yaxta ilə bağlı məsələni bildiklərindən, planlı şəkildə oğlu Timur Əhmədova yaxınlaşıb bu əməli törətmişlər. Müqavilədə ödənilən avansın geri qaytarılmamasına dair bir müddəanın olub-olmadığını xatırlamır. Bunu xatırlaması da mümkün deyil. O, dəfələrlə Təqsirləndirilən şəxs və Aleksandre Benalla ilə müqavilə bağlamaq istəmədiyini söyləsə də, sonuncular öz məqsədlərinə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etmişlər. Bu, mülki iş deyildir, ona qarşı cinayət törədilmişdir. O, Aleksandre Benallanı tanımamış və üzünü görməmişdir. Həmçinin oğlu Timur Əhmədov da Aleksandre Benallanı heç vaxt görməmişdir. Təqsirləndirilən şəxs ona özünü hüquqşunas kimi yox, mühəndis kimi tanıtmışdır. “Luna” yaxtası ilə bağlı iş hüquqi qaydada həll ediləsi iş olmamış, həqiqətdə həmin məsələ diplomatik qaydada həll edilməli olan iş olmuşdur. Müqavilə bağlanan zaman Aleksandre Benallanın diplomatik əlaqələri mövcud olmuşdur. Müqavilə bağlanan zaman o, Aleksandre Benallanın vəzifəsindən azad olunub-olunmadığını bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur. Təqsirləndirilən şəxs iradəsinə sahib çıxa bilməyib ona qarşı bu cinayəti törətmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxsa pulu qaytardığı təqdirdə, həmin pulu xeyriyyə məqsədilə istifadə edəcəyi bildirsə də, sonuncu onun dediklərinə məhəl qoymamışdır. O, Təqsirləndirilən şəxsın 2 azyaşlı uşağının olmasını nəzərə alıb sonuncunun barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

23. Məhkəmədə Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, 2000-ci ildə arvadı Tatyana Əhmədova ilə rəsmi qaydada boşanmışdır. 2014-cü ildə sabiq arvadı T.Əhmədova əmlak bölgüsünə dair iddia ilə London məhkəməsinə müraciət edərək həmin məhkəmə tərəfindən 2014-cü ildə əmlakın bölgüsü ilə bağlı qərar qəbul olunmasına nail olmuşdur. Eyni zamanda, bununla bağlı 2018-ci ildə London məhkəməsi “Luna” adlı gəmisinin həbs edilməsi barədə qərar qəbul etmişdir. Həmin vaxt “Luna” gəmisi Dubay şəhərində olduğundan həbsə alınaraq saxlanılmışdır. Bununla bağlı o, oğlu Timur Əhmədova yaxtanın həbsdən azad olunması ilə hüquqi prosedurlara başlamağı tapşırdığından, oğlu T.Əhmədov ona Annas Derraz adlı şəxsin bu məsələdə kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs T.Əhmədova Fransa prezidentinin mühafizə xidmətinin rəhbəri Aleksandre Benallanın diplomatik əlaqələrindən istifadə etməklə 6.140.000 (altı milyon yüz qırx min) ABŞ dolları məbləğində pul müqabilində həmin gəmini azad edəcəyini söyləmişdir. A.Benallanın şərtinə görə ilkin olaraq avans kimi tələb olunan vəsaitin 600.000 (altı yüz min) ABŞ dolları hesaba köçürülməli, yaxta tam azad olunduqdan sonra isə geridə qalan 5.540.000 (beş milyon beş yüz qırx min) ABŞ dolları bank hesabına köçürülməklə təhvil verilməli idi. O, bu şərtlərlə razılaşmışdır. Lakin A.Benalla bank hesabına köçürüləcək həmin pul vəsaitinin əldə edilməsinin həqiqi mahiyyətini gizlətmək üçün 15 noyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə onunla “Yaxtaya Dubay şəhər məhkəməsi tərəfindən qoyulmuş həbsin hüquqi əsaslarla götürülməsi ilə bağlı zəruri bacarıq və biliklərə malik olduqları üçün” və “Luna-nın beynəlxalq sularda azad şəkildə üzəcəyi ilə əlaqədar” müddəaların təsbit olunduğu “Məsləhət Xidmətləri” adı altında müqavilə bağlamışdır. Müqavilənin şərtinə görə ilkin olaraq A.Benallanın “BANK OF AFRİCA UNİTED KİNGDOM PLC SC PAR”-da açılmış **********503№li bank hesabına 400.000 (dörd yüz min) ABŞ dolları, Təqsirləndirilən şəxs “AL HİLAL BANK”-da açılmış **********24 №li hesabına 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaiti, yaxta azad olunduqdan sonra isə geridə qalan 5.540.000 (beş milyon beş yüz qırx min) ABŞ dolları həmin hesablara köçürüləcəkdi. Daha sonra müqavilə tərtib olunaraq imzalanmaq üçün Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs həmin müqaviləni imzalamış, daha sonra imzalaması üçün A.Benallaya göndərilmişdir. Müqavilə bağlandıqdan sonra “UBS”-United Bank of Switzerland vasitəsilə göstərilən şəxslərə 600.000 (altı yüz min) ABŞ dolları pul köçürülmüşdür. Lakin sonra A.Benalla Fransa prokurorluğu tərəfindən digər vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktına görə həbs olunmuşdur. Bununla bağlı o, T.Əhmədov vasitəsi ilə Təqsirləndirilən şəxs bu işlərin aqibəti barədə maraqlanmış, lakin A.Təqsirləndirilən şəxsBenallanın həbs olunduğu üçün yaxtanın azad olunması ilə bağlı sövdələşmənin icra olunmasının qeyri-mümkün olduğunu bildirmişdir. Bu zaman o, köçürülmüş 600.000 (altı yüz min) ABŞ dolları geri tələb etmiş, lakin Təqsirləndirilən şəxs pulların A.Benallada olduğunu söyləyib, pulları geri qaytarmaqdan imtina etmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

24. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 193-1.3.2 və 32.5 311.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasına Şahid dəvəti əsasında ölkənin su infrastrukturuna yatırım etmək məqsədilə gəlmiş, Azərbaycan Respublikasına gəldikdən iki gün sonra saxlanılıb vəkil və tərcüməçi ilə təmin edilmədən sorğu-sual edilmiş, ona güclü psixi təsir göstərilmişdir. O, belə bir vəziyyətə ilk dəfə düşmüşdür. DTX-nın inzibati binasında olarkən edilmiş güclü psixi təsiri nəticəsində o, bilmədiyi dildə tərtib olunmuş rəsmi sənədləri imzalamışdır. Hesab edir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT-nin), Avropa İnsan Hüquqları Konvensiyanın (AİHK-in) və Azərbaycan Respublikası Konstitusiyasının maddələrinin kobud surətdə pozulmasıdır. İbtidai istintaq orqanı, onu passiv korrupsiya ilə, yəni cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə təqsirli bilmişlər. Belə ki, o, 2018-ci ilin oktyabr ayının sonu- noyabr ayının əvvəllərində Şahid ofisindən (bürosundan) onunla əlaqə qurduqda ona Şahid arvadı Tatyana Əhmədova ilə boşanma ilə bağlı mübahisənin mövcudluğu ona məlum olmuşdur. Həmin şəxslər onunla əlaqəyə keçmədən öncə London Məhkəməsinin qərarı ilə Şahid məxsus olan bütün əmlaklar dondurulmuşdur. Həmin dövrdə Şahid 500.000.000 (beş yüz milyon) ABŞ dolları dəyərində yaxtasının illik xərcinin 16.000.000 (on altı milyon) ABŞ dollarından hesablanması ilə bağlı və digər hüquqi məsələləri həll etmək üçün ona müraciət etmiş, onun konsultant kimi fəaliyyətini eşidib onunla əlaqəyə girmişdir. Həmin dövrdə o, “Viola” şirkəti ilə bir neçə milyardlıq layihələri idarə etmiş, hamı onu çox çətin məsələləri düzgün şəkildə idarəetmə bacarığına görə tanımışdır. Şahidla müqavilələr imzalanmış, həmin şəxslərə hüquqi müstəvidə yardım edəcəyini təsdiqləmişdir. Şahid ona işlərini görməyi üçün etibarnamə də təqdim etmişdir. O, həmin etibarnamənin də iş materiallarına əlavə edilməsini xahiş edir. Həmin etibarnaməyə əsasən o, Şahid “Luna” adlı yaxtası ilə bağlı məsələlərdə strateji məsləhətçisi olmuşdur. O, strateji məsləhətçi və komandaya liderlik göstərərək, Şahid adından yaxta ilə bağlı prosedurları həyata keçirmiş, onun vəzifəsi hüquqi prosedurlara nəzarət olmuşdur. Öncədən qeyd etdiyi avansın məbləği 200.000 (iki yüz min) ABŞ dolları olmuş, həmin məbləğdə verilmiş pulun xidmətin nəticəsindən asılı olmayaraq onun tərəfindən Şahid geri qaytarılmayacağı barədə razılaşma olmuşdur. Çünki ömründən 5 ay bu məsələyə vaxt ayırmış və bu məsələyə sərmayə qoymuşdur. Ona ödənilən pulun mənbəyi Azərbaycan Respublikası ərazisində yerləşən "xxxx" şirkəti vasitəsilə ödənilməmiş, ona ödənilən pul Şahid Fransa Respublikası ərazisində yerləşən mülklərindən gəlmişdir. O qeyd etmişdir ki, dondurmanı aradan qaldırmağı bacardığı halda, ona 2.000.000 (iki milyon) ABŞ dolları ödəniş ediləcəkdi. Bu rəqəmi 500.000.000 (beş yüz milyon) ABŞ dolları dəyərində olan aktivlə müqayisə etmişlər və tez bir zamanda problemi aradan qaldırmağa çalışmışlar. Çünki texniki səbəblərə görə, yaxtanın dəyəri hər keçən gün düşməkdə idi. Şahid bu məsələ ilə bağlı dünyanın bir çox yerində vəkilləri mövcud olmuş, həmçinin, onun Dubayda Tamimi adlı məşhur vəkili də olmuşdur. Tamimi ümumi bir vəkil olmuş, yəni, o, su ehtiyatları məsələsi ilə bağlı ixtisaslı vəkil olmamışdır. O, Şahidla müqavilə bağlayan zaman Həbib-Əl-Nulla adlı vəkili dəvət etmişdir. Çünki Həbib- Əl-Nulla su ehtiyatları məsələsində ixtisaslı bir vəkil olmuş, həmçinin, sonuncu Vəkillər Bürosunun sədri vəzifəsində çalışmiş, hətta Həbib-Əl-Nulla özünün ən yaxşı vəkillərini bu məsələ üzrə yönləndirmişdir.Təxminən 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayına kimi birlikdə çalışmışlar. Bunu təsdiqedən müvafiq sənədi məhkəməyə təqdim edərək cinayət işinin materiallarına əlavə edilməsini xahiş edir. Benalla isə müqavilə çərçivəsində biznesmen kimi fəaliyyət göstərmişdir. Müqavilə imzalanarkən Benalla isə həmin vaxt artıq X19 Administrasiyasından qovulmuş və Fransada Benalla haqqında araşdırma aparılmışdır. Ona Benalla haqda Şahid bildirmişdir ki, yoldaşı ilə bağlı məsələlərə Benalla dəstək olmuş və işində professional adamdır, Dubayda da yaxşı əlaqələri var. Şahid da bunu ifadəsində göstərmişdir. O da sadəcə Şahidla çalışmış, yardım etmiş, məlumat vermişdir. O, Aleksandre Benalla ilə birlikdə heç bir iş görməmişdir. Benalla ayrılıqda, o da ayrılıqda Şahid ilə çalışmışdır. Benallanın bu işə daxil olmasında onun heç bir rolu olmamış, hətta bunu təsdiq edən müvafiq sənədi təqdim edərək cinayət işinin materiallarına əlavə edilməsini xahiş edir. Şahid ona etibar etdiyini, ona güvəndiyini sonuncu bir çox yerlərdə, bir çox şəxslərə bildirmişdir. O, gördüyü işlərlə bağlı müntəzəm olaraq Şahid məlumatlar vermişdir. O, gördüyü işlərin ətraflı şəkildə öz izahını tapdığı sənədləri, eyni zamanda “Luna” adlı yaxtanın fəaliyyəti üzrə çəkdiyi xərcləri, gördüyü işləri özündə əks etdirən müvafiq sənədləri də məhkəməyə təqdim edərək cinayət işinin materiallarına əlavə edilməsini xahiş edir. Təqdim etdiyi sənədlərdən birinin 2-ci səhifəsində “Luna” adlı yaxtanın saxlanılması üçün nə qədər maliyyə vəsaiti xərclədiyi öz əksini tapmışdır. O, cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması ilə bağlı ittiham olunduğunu bilərək qeyd etmişdir ki, cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması ilə bağlı ittiham olunan şəxs heç vaxt öz adından istifadə edərək, pul köçürmələrini qanuni şəkildə bank vasitəsilə həyata keçirməz. Onun Şahid ilə arasında olan bütün alış-veriş qanuni şəkildə həyata keçirilmişdir. Bu səbəbdən, ona qarşı irəli sürülmüş ittihamı qəbul etmədiyini təkidlə məhkəməyə bildirir. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, onun ali təhsili mühəndislik üzrə olmuş, yəni ixtisasca o, mühəndisdir, hüquqşünas yox. Şahidla bağladığı müqaviləyə əsasən, o, Şahid köməklik göstərəcəyini təsdiqləmişdir. Əslində o, Şahid məsləhət vermək məqsədilə müqavilə bağlamış, Şahid məxsus olan yaxtanın həbsdən azad olması üçün sonuncuya məsləhət vermişdir. O, mühəndis olmasına baxmayaraq hüquqi məsləhətçi kimi də fəaliyyət göstərmişdir. Onun məhkəmə proseslərində iştirak etmək hüququ olmadığı üçün o, məhkəmələrdə iştirak etməmişdir. O, yalnız Şahid məsləhət vermişdir. Onun araşdıracağı məsələ yaxtanın hansı səbəbə üzərinə həbs qoyulmasından ibarət olmuşdur. Onun Şahid oğlu ilə əlaqələri də mövcuddur. Onun vəzifəsi məhkəmələrdə iştirak etmək olmadığı üçün heç vaxt məhkəmələrdə iştirak etməmiş, onun işi rəsmi nümayəndə kimi yaxtanın həbsdən azad olunması ilə bağlı koordinasiya işlərini həyata keçirməkdən ibarət olmuşdur. “Luna” adlı yaxta həbsdən azad olunmadığından o, heç bir bonus ala bilməmişdir. O, ilk əvvəllər yalnızca Şahid oğlu Timur Əhmədovu tanımış, Timur Əhmədov ilə Dubay ərazisində ortaq dostlar vasitəsilə tanış olmuşdur. Hadisələrin baş verdiyi dövrdə o, təqribən 15 gün idi ki, Timur Əhmədovla tanış olmuş, Timur Əhmədov şəxsən özü ona zəng edərək kömək etməyini istəmişdir. O, özünü Timur Əhmədova mühəndis kimi tanıtmış, çünki həmin dövrlərdə yetərli səviyyədə reputasiyası mövcud olmuşdur. Timur Əhmədovla ortaq dostları “Jerman” vasitəsilə tanış olmuşlar. Həmin dövrdə Benallanı təkcə o yox, hamı tanımışdır. Benalla ilə şəxsi heç bir əlaqəsi mövcud olmamış, sonuncu ilə ünsiyyət qurmamış, heç vaxt görüşməmişdir. Benallaya məxsus olan vizit kart onda mövcud olmuşdur. Yaxtanın həbsdən azad olunacağı təqdirdə o, müəyyən həcmdə qonorar alacaqdı. Onun Şahidla bağladığı müqavilə hüquqi yox, məsləhət xarakterli bir müqavilə olmuşdur. Müqavilənin bağlanmasına təşəbbüskarlığı atasının təkidi ilə Timur Əhmədov etmiş, müqavilə üzrə Şahid və X35 şəhərində olmadıqları dövrdə o, həmin şəxslərin nümayəndəliyini həyata keçirmişdir. O, müqavilə üzrə yetərli şəkildə xidmətlər göstərmiş, təxminən 5-6 ay müddətində o, bunları etmişdir. Benalla adlı şəxsin bu işə qoşulmasında onun heç bir rolu olmamışdır. Məsələ ilə bağlı Benalla şəxsən özü Timur Əhmədova müraciət etmişdir. Onun bağladığı müqavilə X7 əhatə etmişdir. Ona ödənilən pul məbləğini X2 özünə məxsus olan şəxsi hesabından əldə etmiş və həmin pul Şahid İsveçrədə olan şəxsi hesabından ona yollanmışdır. Onun qeyri-qanuni hər hansı məsələ ilə əlaqəsi olmamış, həmçinin qanuna zidd olan bir halın olduğunu bilsə idi, özü də şəxsən işə heç bir vəkil dəvət etməzdi. O, heç kimə rüşvətlə bağlı vəd verməmişdir. Onun hüquqları ibtidai istintaq zamanı təmin edilməmiş, belə ki, o, sənədləri oxumadan imzalamış, çünki ona heç bir tərcüməçi təyin edilməmişdir. İbtidai istintaq dövründəki imzalar ona məxsus olmuşdur. Məhkəmədə elan edilmiş ifadəni tam təsdiqləmir, mövcud olan əlavələri məhkəmədə bildirir. O, müqavilə üzrə müəyyən qazanclar əldə etmiş, belə ki, ona Şahid tərəfindən 200000 ABŞ dolları pul ödənilmişdir.

25. Təqsirləndirilən şəxs “Luna” yaxtasının 2018-ci ildən hazıradək olan həbsdə olduğu müddət ərzində xərcinin icmalını təqdim etmişdir.

26. Təqsirləndirilən şəxs Şahid Temuroviçin ona təmsilçilik hüququ verən (Mandate of representation) xx.xx.2018-ci il tarixli sənədi məhkəməyə təqdim etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

27. CM-in 193-1.3.2-ci maddəsinə əsasən həmin Məcəllənin 193-1.1-ci maddəsində nəzərdə tutulmuş əməl xeyli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

28. CM-in 193-1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma dedikdə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi başa düşülür.

29. CM-in 311.3.3-cü maddəsinə əsasən həmin Məcəllənin 311.1-ci maddəsində nəzərdə tutulmuş əməl külli miqdarda törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

30. CM-in 311.1-ci maddəsinə əsasən rüşvət alma dedikdə, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi başa düşülür.

31. Maddə 32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

32. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

33. Maddə 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

34. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

35. Maddə 11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.

36. Maddə 12.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

37. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

38. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

39. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

40. Maddə 46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.

41. Maddə 46.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.

42. Maddə 52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, Azərbaycan Respublikasında doğulmuş, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan, qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan, məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə şamil edilmir.

43. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsinin növü ümumi rejimli müəyyən edilir.

44. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

45. Maddə 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

46. Maddə 66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.

47. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

48. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

49. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

50. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

51. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

52. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

53. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

54. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

55. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

56. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

57. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

58. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

59. Maddə 329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.

60. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

61. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

62. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

63. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında” xx.xx.2023-cü il tarixli 6 saylı Qərarı

64. Qərarın 5-ci bəndi. Predikativ cinayətlərin dairəsi CM-in Xüsusi hissəsinin yalnız dispoziyaları özgə əmlakının əldə edilməsini ictimai-təhlükəli nəticə kimi nəzərdə tutan və yaxud cinayət yolu ilə gəlirlərlərin əldə edilməsini ehtiva edən maddələri ilə (məsələn, CMin 177, 178, 179, 213, 311-ci maddələrində və yaxud CM-in 144-1, 234.2, 234.3-cü maddələrində göstərilən cinayətlərlə) məhdudlaşmır və cinayət əməlləri ilə əlaqədar gəlirlərin əldə edilməsi, o cümlədən muzdla (maddi mükafat müqabilində) hər hansı cinayətin törədilməsi kimi halları (məsələn, gəlirin əldə edilməsi ilə müşayiət olunan, CM-in 120.2.5, 126.2.5, 171, 242, 243, 244-cü maddələrində nəzərdə tutulmuş və yaxud müəyyən maddi nemət müqabilində törədilmiş istənilən digər cinayətləri) də əhatə edir.

65. Qərarın 7-ci bəndi. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin predmeti qismində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər çıxış edir. Pul vəsaitləri dedikdə, milli və ya xarici valyutada olan pul vəsaitləri ilə yanaşı, nağdsız, o cümlədən elektron pul vəsaitləri və FATF-ın 15-ci Tövsiyəsinə əsasən cinayət yolu ilə əldə olunmuş kriptovalyutanın çevrildiyi pul vəsaitləri başa düşülür. (Bənd 7.1) Cinayət yolu ilə əldə olunmuş digər əmlaka əşya hüququnun istənilən obyektləri, istənilən əmtəə (mal, o cümlədən hər hansı maddi və ya qeyri-maddi əmlak, iş və ya xidmət) aid edilə bilər. (Bənd 7.2) Cinayət nəticəsində dolayı yolla əldə olunmuş əmlak dedikdə, Varşava Konvensiyasının 5-ci maddəsinə və onunla uzlaşan Cinayət Məcəlləsinin 99-1.1.2, 99- 1.1.3-cü maddələrinə əsasən hazırki Qərarın 5-ci bəndində göstərilən cinayət mənşəli gəlir (yəni, istər cinayətdən birbaşa, istərsə də cinayətin törədilməsi ilə əlaqədar əldə edilmiş əmlak) hesabına əldə olunmuş gəlirlər, cinayət yolu ilə (o cümlədən, cinayətin törədilməsi ilə əlaqədar) əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi (qarışdığı) digər əmlak və ya onun müvafiq hissəsi başa düşülür. (Bənd 7.3) Cinayət yolu ilə əldə olunmuş əmlak mülki dövriyyəsi məhdudlaşdırılmış (məsələn odlu silah, narkotik vasitə və s. bu kimi) predmetlər olduqda və onların qanunsuz dövriyyəsinə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində ayrıca olaraq məsuliyyət müəyyən olunduqda, həmin predmetlərin həqiqi mənbəyinin ört-basdır edilməsi, onlar üzərində sahibliyə, onlardan istifadəyə qanuni görkəm vermək məqsədilə törədilən hərəkətlər, o cümlədən əqdlərin bağlanması CM-in 193-1-ci maddəsi ilə deyil, həmin predmetlərə görə cinayət məsuliyyəti nəzərdə tutan CMin müvafiq maddəsi ilə tövsif edilməlidir. (Bənd 7.4) Həmin predmetlərə dair əqdlərin bağlanması nəticəsində (yəni, cinayət yolu ilə) əmlak əldə olunduqda və bu əmlak barəsində CM-in 193-1.1.1 və ya 193-1.1.2-ci maddələrinin dispozisiyalarında təsvir edilən hərəkətlər törədildikdə, artıq bu hərəkətlər leqallaşdırma, bütöv əməllər isə leqallaşdırmanın və mülki dövriyyəsi məhdudlaşdırılmış predmetin qanunsuz dövriyyəsini ehtiva edən cinayətin məcmusu kimi tövsif edilməlidir (əməllər eyni bir şəxs tərəfindən törədildikdə).

66. Qərarın 8-ci bəndi. Leqallaşdırma cinayətinin obyektiv cəhətini cinayət yolu ilə əldə olunmuş əmlakın həqiqi mənbəyini gizlətmək və ya predikativ cinayəti törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə, yəni cinayət yolu ilə əldə olunmuş gəlirlərə qanuni görkəm vermək üçün CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrində təsbit edilmiş aşağıdakı hərəkətlərin törədilməsi təşkil edir: konversiya, köçürülmə, predikativ cinayətin predmetindən istifadə etməklə maliyyə əməliyyatları və ya digər əqdlərin həyata keçirilməsi (CM-in 193-1.1.1-ci maddəsi) və predikativ cinayətin predmetinin həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi (CM-in 193-1.1.2-ci maddəsi).

67. Qərarın 29-cu bəndi. Təqsirkarın əməlinin CM-in 193-1.3.2-ci maddəsi ilə - “xeyli miqdar” əlaməti üzrə tövsif edilməsi üçün leqallaşdırmaya dair hərəkətlərin CM-in 193-1-ci maddəsinin “Qeyd”ində göstərilən 50.000 manatdan artıq məbləğdə olan əmlaka münasibətdə törədilməsi tələb olunur. Xeyli miqdarda pul vəsaiti (digər əmlak) barəsində leqallaşdırma cinayətinin vahid niyyət və ümumi məqsədlə əhatə olunan bir neçə maliyyə əməliyyatları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulduqda, hətta ümumi məbləğin xeyli miqdar təşkil etməyən bir hissəsinin leqallaşdırılması üzrə bir maliyyə əməliyyatının keçirilməsindən sonra əməl başa çatmış xeyli miqdarda pul vəsaitinin leqallaşdırılması cinayəti kimi CM-in 193-1.3.2-ci maddəsi ilə tövsif edilməlidir. “Xeyli miqdar” maliyyə əməliyyatının (bir neçə maliyyə əməliyyatı keçirilməli olduqda, onlardan birincisinin) keçirildiyi və yaxud əqdin bağlandığı an üçün leqallaşdırılan pul vəsaitinin məbləğinə və ya digər əmlakın faktiki dəyərinə görə hesablanır. Pul vəsaiti xarici valyutada olduqda onun məbləği həmin tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq olaraq manatla göstərilir, dəyəri məlum olmayan əmlakın faktiki dəyərinin müəyyən edilməsi üçün isə müvafiq məhkəmə ekspertizası təyin edilir. (Bənd 29.1)

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı

68. Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətkarlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal). Bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı

69. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayətprosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı

70. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

71. Məhkəmə müdafiə tərəfinin dəlillərini araşdırmışdır.

72. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ibtidai araşdırma dövründə tərcüməçi və müdafiəçi ilə təmin olunmadığını, onun prosessual hüquqlarının pozulduğunu bildirdiyindən, həmin xüsusat məhkəmə tərəfindən araşdırılmışdır.

73. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı qeyd etməyi zəruri bilir ki, 2 cilddən ibarət olan məhkəməyədək icraat dövründə toplanmış cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən bütün istintaq hərəkətlərində o, həm tərcüməçi, həm də müdafiəçi ilə təmin edilmiş, həmin istintaq hərəkətlərinin sonunda istintaq hərəkətinin keçirilməsinə öz münasibətini əl yazma ilə yazaraq bildirmiş, habelə o, həmin istintaq hərəkətlərinin keçirilməsinə hər hansı etiraz bildirməmişdir.

74. Məhkəmə iclasında isə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə qeydlər apardığı bütün sənədlər Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu həmin yazıları sərbəst şəkildə tərtib etdiyini, yəni yazdığını bildirmişdir.

75. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərcüməçi ilə təmin olunmaq və keyfiyyətli hüquqi yardım almaq, eləcə də digər prosessual hüquqları pozulmamış, o, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmış, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmuş, müdafiəçi ilə təmin edilmiş, tərcüməçinin pulsuz köməyindən istifadə etməsinə şərait yaradılmaqla tərcüməçi ilə təmin olunmuş, ümumilikdə ona öz hüquqlarını həyata keçirməsinə tam şərait yaradılmışdır.

76. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona məhkəməyədək icraat dövründə psixi təsir göstərildiyini dediyindən, həmin xüsusat məhkəmə tərəfindən araşdırılmışdır.

77. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanındıqdan və təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra dindirilərkən, eləcə də ibtidai araşdırma dövründə ona hər hansı psixoloji təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı nə özü, nə vəkili, nə də başqa şəxslər bildirməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cinayət işinin materiallarında olan sənədlərin təhlil edilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı ibtidai araşdırma dövründə hər hansı psixoloji təsir edilməsi müəyyən olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

78. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində strateji məsləhətçi kimi Şahid köməklik etdiyini, Aleksandre Benalla ilə heç bir iş görmədiyini, sonuncunun bu məsələyə qoşulmasında onun heç bir rolunun olmadığını bildirsə də, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində A.Benallanın gəminin həbsdən azad olunması üçün tutduğu mövqeyindən istifadə edəcəyindən müqavilə şərtinə görə xidmət haqqının daha çox müəyyən edildiyini, habelə gəmi azad olduqdan sonra isə geridə qalan vəsaitin o və A.Benalla arasında bölüşdürülüb müqavilədə göstərilən bank hesablarına köçürüləcəyini bildirmişdir.

79. Həmin xüsusatla bağlı Şahid məhkəməyədək icraat dövründə və məhkəmə iclasında oxşar məzmunda verdiyi ifadələrində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb Fransa prezidentinin mühafizə xidmətinin rəhbəri Aleksandre Benallanın diplomatik əlaqələrindən, imkanlarından istifadə edib 6.140.000 ABŞ dolları məbləğində pul müqabilində “Luna” adlı yaxtanı həbsdən azad edə biləcəyini söylədiyini bildirmişdir. Şahid həmçinin ifadəsinə əlavə etmişdir ki, həmin yaxtanın həbsdən azad edilməsi həmin dövr üçün hüquqi prosedurlarla mümkün olmamış, yalnız diplomatik əlaqələrdən istifadə etməklə mümkün olacağını bilmişdir.

80. Əvvəla, məhkəmə qeyd etməyi zəruri bilir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdə, o, həmin ifadənin sözügedən hissədə məzmununu mübahisələndirməmiş, əlavələrinin olduğunu demiş və həmin əlavələr də onun məhkəmədə verdiyi ifadəsində öz əksini tapmışdır. (hökmün 25-ci bəndi) Habelə, məhkəmə araşdırması zamanı məhkəməyədək icraat dövründə hər hansı təsirin olunması müəyyən edilməmişdir. Bunun əksini təsdiq edən hər hansı dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər hansı kənar təsirdən azad şəkildə məhkəməyədək icraat zamanı ifadə vermişdir.

81. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində 2018-ci ilin əvvəllərində o, T.Əhmədov və A.Benalla ilə qrup zəngi formasında əlaqə saxlanılarkən, danışıq zamanı A.Benalla bu məsələdə vəzifə səlahiyyətlərindən istifadə edəcəyini söylədiyini, T.Əhmədov isə bu barədə A.Benalla ilə bir neçə ay əvvəl danışıqlar apardığını dediyini bildirmiş və o, A.Benallanın vəzifədə olarkən bu məsələni həll etməyi öz üzərinə götürdüyünü başa düşmüşdür. CPM-in 74.2.1-ci maddəsinə əsasən, uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs inkar etməsinə baxmayaraq, Şahid ifadələrində aşkar şəkildə Təqsirləndirilən şəxs və vəzifəli şəxs olan Aleksandre Benallaya sonuncunun diplomatik köməyindən istifadə edilməklə həmin yaxtanı həbsdən azad etmələri üçün ümumilikdə 600.000 (altı yüz min) ABŞ dolları pulu verdiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Məsləhət müqaviləsi” adı altında xx.xx.2018-ci il tarixli müqavilənin tərəfləri üç şəxs, yəni Təqsirləndirilən şəxs, Aleksandre Benalla və Şahid olmuşdur. Hər üç şəxs də müqavilənin şərtləri ilə tanış olmuş və imzalamışlar. Belə olduğu halda, Təqsirləndirilən şəxs Aleksandre Benallanın həmin müqavilə üzrə öhdəliyini bilmədən həmin müqaviləni bağlaması ağlabatan deyil. İşin hallarından da görünür ki, bu müqavilə Təqsirləndirilən şəxs və Aleksandre Benallanın həqiqi məqsədlərini gizlətmək məqsədilə bağlanılmışdır.

82. Beləliklə, təqsirləndirilən şəxsin strateji məsləhətçi kimi Şahid köməklik etdiyi, Aleksandre Benalla ilə birgə heç bir iş görmədiyi, sonuncunun bu məsələyə qoşulmasında onun heç bir rolunun olmadığı ilə bağlı mövqeyi üzrə məhkəmə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etdikdən və sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirdikdən sonra o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlar əsassızdır, həqiqətə söykənmir, məsuliyyətdən yayınmaq məqsədi daşıyır.

83. Müdafiə tərəfi bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı cinayət, o cümlədən külli miqdarda rüşvət almaya köməkçilik və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma cinayətlərini törətməmiş, o, Şahid ilə məsləhət müqaviləsi bağlamışdır. Həmin müqavilə bağlanarkən o və Şahid X4 Dubay şəhərində olmuşlar. Oxşar məzmunda mövqeyi Şahid də məhkəmə iclasında dindirilərkən bildirmişdir.

84. Məhkəmə həmin mövqeyə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs, Aleksandre Benalla və Şahid arasında üçtərəfli müqavilə 15 noyabr 2018-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/280 nömrəli ekspert rəyindən də göründüyü kimi, “Məsləhət Xidmətləri” adlı həmin müqavilənin müvafiq bəndlərini həmçinin ALLEKSANDRE BENALLA və Təqsirləndirilən şəxs imzalamışdır. Habelə, Şahid da həmin müqavilənin tərəfi kimi sözügedən müqaviləni şəxsən imzaladığını həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı bildirmişdir. “Məsləhət Xidmətləri” adlı müqavilənin həmin şəxslər tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş arayışa əlavə edilmiş məlumatlardan görünür ki, Şahid xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının ərazi hüdudlarında olmuşdur, yəni Şahid həmin müqaviləni 15 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisində olarkən bağlamışdır.

85. Belə ki, Şahid Azərbaycan Respublikasının ərazisində olarkən A.Benalla və Təqsirləndirilən şəxs ilə yaxtanın azad oluması ilə bağlı danışıqlar aparıb, həmin şəxslərlə xx.xx.2018-ci il tarixdə “Məsləhət Xidmətləri” adı altında müqavilə imzalamışdır. Müqavilə Şahid olduğu yer üzrə, Azərbaycan Respublikası, Bakı şəhəri, Mirzə Şərif 17 ünvanında bağlanmış və müqavilə üzrə Şahid tərəfindən aksept verən şəxslər kimi Təqsirləndirilən şəxs və A.Benallaya ünvanlanmışdır.

86. CM-in 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edildiyindən, Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət hesab olunduğundan, törədilmiş cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət kimi qiymətləndirilmişdir.

87. Göründüyü kimi, Təqsirləndirilən şəxs müqavilə bağlanılarkən Şahid Azərbaycan Respublikası ərazisində olmadığı barədə mövqeyi həqiqəti əks etdirməməklə, öz təsdiqini tapmamışdır.

88. Məhkəmə həmçinin qeyd etməyi zəruri bilir ki, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş xx.xx.1999-cu il tarixli “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər bir Tərəf, bu konvensiyanın 2-ci (Milli dövlət vəzifəli şəxslərinin rüşvətlə aktiv ələ alınması) və 3-cü (Milli dövlət vəzifəli şəxslərin rüşvətlə passiv ələ alınması) maddələrdə nəzərdə tutulan əməllər digər hər hansı bir dövlətin vəzifəli şəxsinə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Bundan başqa həmin Konvensiyanın 17-ci maddəsinə əsasən hər bir Tərəf korrupsiya hüquqpozması tam və ya qismən onun ərazisində törədilmişdirsə, Konvensiyanın 2-14-cü maddələrinə uyğun olaraq tövsif edilən cinayət hüquqpozmalarına dair yurisdiksiyanın müəyyən edilməsi üçün lazım ola biləcək qanunvericilik və digər tədbirləri görür.

89. Habelə, Cinayət Məcəlləsinin 12.2-ci maddəsinə əsasən isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

90. İlkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

91. Məhkəmə Təqsirləndirilən şəxs hər hansı cinayət, o cümlədən külli miqdarda rüşvət almaya köməkçilik və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma cinayətlərini törətmədiyi ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, cinayət hüququna əsasən, iştirakçılığın bir növü olan köməkçilik bir neçə üsulla, yəni məsləhət vermə, göstəriş vermə, vasitə vermə, maneələri aradan qaldırma, cinayəti törədən şəxsi, cinayətin alət və vasitələrini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxun sərəncam verməyi qabaqcadan vəd etmə kimi üsullarla həyata keçirilir.

92. Üsulundan asılı olaraq köməkçiliyin fiziki və intellektual növləri fərqləndirilir.

93. Fiziki köməkçilik cinayətin törədilməsinə fiziki, yaxud da maddi köməyin edilməsini nəzərdə tutulur. Belə köməkçilik alət və vasitələri verməyə, maneələri aradan qaldırmağa, cinayətin edilməsini asanlaşdıran digər əlverişli şərait yaratmağa yönələn hərəkətlərin edilməsini və s. nəzərdə tutur.

94. İntellektual köməkçilik cinayətin tödərilməsi ilə əlaqədar məsləhətlər, göstərişlər verməni, cinayətkarı, cinayətin alət və vasitələrini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmə kimi alternativ hərəkətləri nəzərdə tutur.

95. Köməkçilik subyektiv cəhətdən qəsdən törədilən əməldir. Belə ki, köməkçi onun köməyi ilə törədilən cinayətin faktiki hallarını, baş verəcək nəticənin kriminal xarakterini dərk etməli, belə nəticəni arzu etməli və ya onun baş verməsinə şüurlu surətdə yol verməlidir.

96. Rüşvət alma (passiv rüşvətxorluq) cinayətinin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyrikommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir.

97. Rüşvət alma (passiv rüşvətxorluq) cinayətinin predmetini maddi və sair nemətlər, imtiyazlar və güzəşt təşkil edir.

98. Rüşvət alma (passiv rüşvətxorluq) cinayətinin predmeti qismində pul dedikdə, cinayətin törədildiyi vaxt tədavüldə olan həm Azərbaycan Respublikasının, həm də xarici dövlətlərin kağız və metal pul nişanları başa düşülür.

99. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının 2-ci maddəsinin “e” bəndinə və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının xx.xx.2022ci il tarixli Qanununun 1.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər başa düşülür.

100. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması dedikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulmuş cinayət başa düşülür.

101. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi, eləcə də dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

102. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları, yəni Şahid məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrini, onun həmin ifadələrində Təqsirləndirilən şəxs vəzifəli şəxs olan Aleksandre Benallanın diplomatik əlaqələrindən istifadə etməklə 6.140.000 ABŞ dolları məbləğində pul müqabilində həmin gəmini azad edəcəyini söyləyib ilkin olaraq həmin məqsədlə hər ikisinin ayrı-ayrılıqda 200.000 ABŞ dolları və 400.000 ABŞ dolları olmaqla, ümumilikdə 600.000 ABŞ dolları pulu əldə etmələrini bildirməsini, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasında verdiyi ifadələrini, onun həmin ifadələrində özünə çatan 200.000 ABŞ dolları pul vəsaitini əldə etdiyini etiraf etməsini, cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli “Məsləhət müqaviləsi”-nin formal xarakterli olmaqla, həmin müqavilə üzrə hər hansı öhdəliklərin yerinə yetirilməməsini, həmin müqavilə əsasında tərtib edilmiş sənədlərin görüntü xarakteri daşımasını, habelə məhkəməyədək icraat və məhkəmə araşdırması dövründə toplanmış materialları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edərək bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirmiş və ittihamın həll üçün kifayət etməsinə əsasən qiymət vermiş və o nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs o, 2018-ci ilin aprel – may aylarında X15 Dubay şəhərində fəaliyyət göstərən beynəlxalq “Viola” şirkətinin vitseprezidenti vəzifəsində olarkən aralarında olan razılığa əsasən məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla yardım edərək, eləcə də cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakdan istifadə etməyi, sərəncam verməyi qabaqcadan vəd edərək Fransa Respublikası vətəndaşı, Fransa Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Aleksandre Benallanın vəzifəli şəxs olaraq xidməti vəzifəsindən istifadə etməklə Dubay şəhərində saxlanılmış “Luna” adlı yaxtanın (İMO N 1010222) həbsdən azad edilməsi və məlum beynəlxalq sanksiyalardan qorunan şəraitdə beynəlxalq sularda sərbəst hərəkətinin təmin edilməsi müqabilində həmin gəminin sahibi Azərbaycan Respublikasında daimi yaşayan, Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi, Rusiya Federasiyasının vətəndaşı Şahid bank hesablarına köçürülmə yolu ilə 6.140.000 (altı milyon yüz qırx min) ABŞ dolları məbləğində külli miqdarda rüşvət istəməkdə köməkçilik edib, bank hesablarına köçürüləcək həmin pul vəsaitinin əldə edilməsinin həqiqi xarakterinin, mənbəyinin, mahiyyətinin, eləcə də kimə məxsus olmasını ört-basdır etməklə gizlədib cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə sonuncu ilə 15 noyabr 2018-ci il tarixdə ilkin olaraq 600.000 (altı yüz min) ABŞ dolları, gəmi üzərində həbs aradan qaldırıldıqdan sonra 15 təqvim günü ərzində ilə “Müvəffəqiyyət haqqı” kimi qeyd edilən geridə qalan 5.540.000 ABŞ dolları məbləğində pul vəsaitlərinin ödənilməsi şərti ilə “Yaxtaya Dubay şəhər məhkəməsi tərəfindən qoyulmuş həbsin hüquqi əsaslarla götürülməsi ilə bağlı zəruri bacarıq və biliklərə malik olduqları üçün” və “Luna-nın beynəlxalq sularda azad şəkildə üzəcəyi ilə əlaqədar” müddəaların təsbit olunduğu “Məsləhət Xidmətləri” adı altında müqavilə bağlayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin hesablarından əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə A.Benallanın “BANK OF AFRİCA UNİTED KİNGDOM PLC SC PAR”-da açılmış **********503 №li bank hesabına 400.000 (dörd yüz min) ABŞ dolları, özünün “AL HİLAL BANK”-da açılmış **********24 №li hesabına 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaiti köçürülməsini təmin edib rəsmi dövriyyədən gizlədilməklə cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda pul vəsaitini leqallaşdırmaqla A.Benallanın külli miqdarda rüşvət almasına köməkçilik etmişdir.

103. Göründüyü kimi, Təqsirləndirilən şəxs “Yaxtaya Dubay şəhər məhkəməsi tərəfindən qoyulmuş həbsin hüquqi əsaslarla götürülməsi ilə bağlı zəruri bacarıq və biliklərə malik olduqları üçün” və “Luna-nın beynəlxalq sularda azad şəkildə üzəcəyi ilə əlaqədar” müddəaların təsbit olunduğu “Məsləhət Xidmətləri” adı altında müqavilələrini bağlamaqla, o və A.Benallanın müvafiq banklarda olan hesablarına pul vəsaitinin köçürülməsini təmin etmək, rəsmi dövriyyədən gizlətməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini leqallaşdırmış, habelə A.Benallanın külli miqdarda rüşvət almasına köməkçilik etmişdir. Təqsirləndirilən şəxs həmin müqaviləni bağlamaqla bank hesablarına köçürüləcək həmin pul vəsaitinin əldə edilməsinin həqiqi xarakterini, mənbəyini, mahiyyətini, eləcə də kimə məxsus olmasını ört-basdır etməklə gizlətmişdir. Təqsirləndirilən şəxs onun köməyi ilə törədilən cinayətin faktiki hallarını, baş verəcək nəticənin kriminal xarakterini dərk etmiş, belə nəticəni arzu etmiş və onun baş verməsinə şüurlu surətdə yol vermişdir.

104. Belə ki, Təqsirləndirilən şəxs məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla yardım edərək, eləcə də cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi, belə əmlakdan istifadə etməyi, sərəncam verməyi qabaqcadan vəd edərək digər şəxsin vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə birbaşa yolla pul vəsaitləri qismində maddi nemət istəyərək külli miqdarda rüşvət almasına köməkçilik göstərmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterini, mənbəyini, onların kimə məxsus olmasını ört-basdır etməklə gizlədərək cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmışdır.

105. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 32.5, 311.3.3-cü maddələrinə tövsif edilmişdir.

106. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 32.5, 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir.

107. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

108. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 32.5, 311.3.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalı, ona Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinin tələblərinə uyğun, yəni təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaqla qəti cəza təyin edilməlidir. (hökmün 45-46-cı bəndləri)

109. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

110. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 32.5, 311.3.3cü maddəsinin sanksiyasında isə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

111. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

112. Məhkəmə CM-in 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, məhkəməyədək və məhkəmə icraatı zamanı davranışını, əvvəllər məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

113. Məhkəmədə təqsirləndirilən şəxsin CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

114. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

115. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. (hökmün 27-ci bəndi)

116. CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (hökmün 43-cü bəndi)

117. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablanmalıdır.

118. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. (hökmün 5-ci və 7-ci bəndləri)

119. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. (hökmün 55-56-cı bəndləri)

120. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs xx.xx.1984-cü ildə Mərakeş Krallığında anadan olmaqla, həmin ölkənin və Fransa Respublikasının vətəndaşıdır, evlidir, ailə üzvləri də Azərbaycan Respublikasının vətəndaşları deyillər.

121. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. (hökmün 42ci və 120-ci bəndləri)

122. CM-in 52.2-ci maddəsində göstərilən və məcburi çıxarılmaya mane olan hallar məhkəmə iclası zamanı aşkar edilmədiyindən, təyin olunan əsas cəza ilə yanaşı, əsas cəzanı çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. (hökmün 42-ci bəndi)

123. İş üzrə mülki iddia, həbs edilməli əmlak yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

124. İş üzrə maddi sübut olan xx.xx.2018-ci il tarixli “Məsləhət Xidmətləri” müqaviləsi və Şahid “UBS” bankındakı CH**********60578060D hesabından çıxarışının surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 19-cu bəndi)

125. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 132 (bir yüz otuz iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 14-cü və 57-ci bəndi)

126. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 32.5, 311.3.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü maddəsi 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində o, əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilsin. Əlavə cəzanın icra edilməsi məhkumun əsas cəzasını icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan xx.xx.2018-ci il tarixli “Məsləhət Xidmətləri” müqavilənin və Şahid “UBS” bankındakı CH**********60578060D hesabından çıxarışının surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 132 (bir yüz otuz iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar