Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1403/2021 23.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq iki ədəd bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 14,282 qram və 5,058 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 19,340 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd bükümdə təmiz çəkisi 8,749 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 40,103 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və bir ədəd bükümdə təmiz çəkisi 10,119 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz yeni tikili evdə gizlədib saxlamış, 23 mart 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evə baxış keçirilən zaman, evin yataq otağında yerləşən dolabda gizlətdiyi iki ədəd sellofan bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 14,282 qram və 5,058 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 19,340 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 8,749 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 40,103 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd sellofan bükümdə təmiz çəkisi 10,119 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir, lakin satışı ilə məşğul olmur. İstifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində narkotik satışı ilə məşğul olan tanımadığı şəxsdən istifadəsi üçün 250 manata bir ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə marixuana, 300 manata iki ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə narkotik vasitə tiryək almış və yaşadığı evə gətirib yataq otağındakı dolabda olan qara rəngli qutunun içərisində saxlamışdır. Əldə etdiyi narkotik vasitələrdən və psixotrop maddədən üç-dörd gündən bir istifadə etmişdir. 23 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı evdə olan zaman həyət qapısının döyüldüyünü eşitmiş, həyət qapısını açıb küçəyə çıxmış, həmin vaxt yaşadığı evin qarşısında üç nəfər şəxs görmüş, həmin şəxslərdən ikisi mülki geyimdə, biri isə polis geyimində olmuşdur. Bundan sonra polis geyimində olan şəxs ona özünü təqdim etməsini bildirmiş, o da həmin polis əməkdaşına özünü təqdim etdikdən sonra mülki geyimdə olan şəxslər də özlərinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis geyimində olan əməkdaş onun narkotik vasitələrdən istifadə etməyi barədə onlara məlumat daxil olduğunu deyərək, yaşadığı evdə narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin vaxt o hiss etmişdir ki, polis əməkdaşları onun yaşadığı evdə narkotik vasitə və psixotrop maddə şaxlamağından məlumatları var, başqa çıxış yolu tapa bilmədiyi üçün məcbur olub polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə videoçəkiliş vasitəsi ilə vəkilin və hal şahidinin iştirakı olmadan baxış keçirəcəklərini deyərək, baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, yazılı ərizə verərək vəkilin və hal şahidinin iştirakı olmadan yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmiş, bundan sonra polis əməkdaşları onun iştirakı ilə yaşadığı evə daxil olmuşlar. Polis əməkdaşları yaşadığı evə baxış keçirən zaman o, yataq otağında olan dolabı polis əməkdaşlarına göstərərək həmin dolabın içərisində narkotik vasitə və psixotrop maddə saxladığını bildirmiş, bundan sonra polis əməkdaşları həmin dolabdan qara rəngli qutuda gizli saxladığı içərisində psixotrop maddə metamfetamin olan iki ədəd sellofan bükümü, içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü, içərisində narkotik vasitə tiryək olan bir ədəd sellofan bükümü və içərisində narkotik vasitə marixuana olan bir ədəd sellofan bükümü aşkar edərək götürmüşlər. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçrilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, dolabdan aşkar olunmuş bükümlər qablaşdırılaraq zərfə qoyulmuş, zərf möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə işlədiyi 14-cü Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə ondan və 14-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi nömrəsiz ev dəqiqləşdirilərək, həmin evin qarşısına gəlinmiş və evin küçə qapısı tərəflərindən döyülmüşdür. Bu vaxt qapını Təqsirləndirilən şəxs açaraq küçəyə çıxmışdır. Onlar özlərini Nurməmmədə təqdim edib narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğunu deyərək, yaşadığı evdə qanunla qadağan olunmuş əşyalar, eləcə də narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da yaşadığı evdə narkotoik vasitə olduğunu bildirmişdir. Bundan sonra bölmənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə yaşadığı evə videoçəkliş vasitəsi ilə vəkilin və hal şahidinin iştirakı olmadan baxış keçiriləcəyi bildirilərək, baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da ərizə yazıb vəkilin iştirakı olmadan yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə, sonra isə birlikdə yaşadığı evin içərisinə daxil olaraq baxış keçirməyə başlamışlar. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs onları yaşadığı evin yataq otağına apararaq, yataq otağına daxil olan kimi sağ tərəfdə yerləşən dolabı göstərmiş və həmin dolabda qara qutunun içərisində narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra dolabdakı qara rəngli qutu tərəflərindən dolabdan götürülmüş, sonra həmin qutunun içərisindən beş ədəd sellofan büküm və həmin bükümlərin içərisindən narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs dolabdakı qara qutunun içərisindən aşkar olunan sellofan bükümlərin içərisində olan maddələrin narkotik vasitələr və psixotrop maddə metamfetamin olduğunu deyərək, özünün istifadə etməsi üçün aldığını və yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qara qutuda gizli saxladığı, içərisində maddələr olan beş ədəd sellofan bükümlər qablaşdırılaraq zərfə qoyulmuş, zərf DİN-nin möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq edmişdir (cild 1, iş vərəqi 129-132). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirmə və götürmə aparılması haqqında 23.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nöməsiz evə baxış keçirilmiş, baxış zamanı müvafiq təklifə Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı dolabı göstərərək həmin dolabın içərisində narkotik vasitələr və psixotrop maddələr saxladığını bildirmişdir. Bundan sonra həmin dolabdan bir ədəd qara rəngli qutu, həmin qutudan beş ədəd sellofan büküm, həmin bükümlərin ikisinin içərisindən kristal şəkilli ağ rəngli maddə, ikisinin içərisindən qəhvəyi rəngli maddə, digərinin içərisindən isə ot şəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Həmin bükümlər DİN-nin “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 13-15). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24.03.2021-ci il tarixli, 6/1166 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Arayışlar üçün №160” dairəvi möhür əksi, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd qara rəngli qutunun içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,282 qram, 5,058 qram, ümumi təmiz çəkisi 19,340 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd sellofan bükümdə təmiz çəkisi 8,749 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 40,103 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 44-48). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24.03.2021-ci İl tarixli, 7/289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd qara qutuda, ağız hissəsi bağlanan 1 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 10,119 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) təşkil edir (cild 1, iş vərəqi 50-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15.04.2021-ci il tarixli, 6/1325 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65" dairəvi möhür əksi olan MEM-ə məxsus bir ədəd kağız paketin içərisində bir ədəd qara rəngli qutuda olan iki ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 19,240 qram olan metamfetamilər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 174-176). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17.05.2021-ci il tarixli, 1460 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi pereparatlanndan və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 177-178). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD-R diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 25.03.2021-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nöməsiz evə keçirirdikləri baxış hərəkətini özündə əks etdirən videoçəkilişdən görünür ki, polis əməkdaşı fərdi yaşayış evin dəmir darvazasını döyür. Həmin vaxt qapı açılır, həmin evdən küçəyə bir nəfər şəxs çıxır, polis əməkdaşı və yanında olan iki nəfər mülki geyimdə olan şəxslər özlərini Sabunçu RPİ-nin əməkdaşları kimi həmin şəxsə təqdim edirlər, bundan sonra həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi polis əməkdaşına təqdim edir. Polis əməkdaşları Təqsirləndirilən şəxs onun narkotik vasitələrdən istifadə etməsi barədə onlara məlumat daxil olduğunu deyərək, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olubolmamasını soruşur. Təqsirləndirilən şəxs polis əməkdaşlarının suallarına cavab vərərək yaşadığı evdə narkotoik vasitə olduğunu bildirir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkliş vasitəsi ilə vəkilin iştirakı olmadan baxış keçirəcəklərini deyərək, baxış keçirilməsinə etirazının olub-olmamsını soruşurlar. Təqsirləndirilən şəxs da polis əməkdaşlarına cavab verərək vəkilin iştirakı olmadan yaşadığı evə baxış keçirilməsinə etiraz etmir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxsla birgə onun yaşadığı evin həyətyanı sahəsinə, sonra isə birlikdə yaşadığı evin içərisinə daxil olurlar. Polis əməkdaşları onun iştirakı ilə yaşadığı evə baxış keçirən zaman, Təqsirləndirilən şəxs polis əməkdaşlarını yaşadığı evin yataq otağına apararaq, yataq otağına daxil olan kimi sağ tərəfdə yerləşən dolabı göstərir və həmin dolabın içərisində narkotik vasitə saxladığını bildirir. Bundan sonra polis əməkdaşları həmin dolabdan qara rəngli qutu çıxarırlar, sonra həmin qutunun içərisindən sellofan bükümlər çıxarılır. Polis əməkdaşları Təqsirləndirilən şəxs dolabdakı qara qutunun içərisindən aşkar edilmiş sellofan bükümlərin içərisində nə olduğunu soruşanda, Təqsirləndirilən şəxs dolabdakı qara qutunun içərisindən aşkar olunan sellofan bükümlərin içərisində olan maddələrin narkotik vasitələr va psixotrop maddə metamfetamin olduğunu deyərək özünün istifadə etməsi üçün aldığını və yaşadığı evdə saxladığını bildirir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs evin yataq otağında yerləşən dolabdakı qara qutunun içərisindən aşkar etdikləri bükümləri zərfə qoyaraq qablaşdırır, həmin zərf möhürlənir və orada olan şəxslər tərəfindən zərf imzalanır (cild 1, iş vərəqi 76-77). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 26.04.2021-ci il tarixli protokoldan görünür ki, diskdə müxtəlif sms mətnlər, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, lakin iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və sms-i yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:
1. 29.12.2020-ci il tarixdə, saat 22:58:25-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə — X22 birdene?
2. 30.12.2020-ci il tarixdə, saat 09:24:37-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə - baxe.. atam onu goren kimi mene dedi ki o uw'agla otur dur eleme o uwagin atasi hem bariga hemde iwveren olub uwagdanda gozum su icmir dar ayağda verer seni and ola allahmiza gele buda boyuklermiz adam tanimagi. ne bilim allah lenet elesin merdi mezara.
3. 31.12.2020-ci il tarixdə, saat 16:19:50-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə - qaqaw 12-13 azn duzeltsemde emele gelmez? amma eseblewme ne olar.
4. 09.01.2021-ci il tarixdə, saat 08:51:47-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə - Atam 20 azn versem 15 borcdan 5 azn neyse vermeye imkanin var ya hele 20 hamisi borca silirsen? ve hardasan?
5. 15.01.2021-ci il tarixdə, saat 20:25:21-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə - Qaqaş 50 manat verersende mene. 14 bu gun qalsin. Bir de qara kişmiş.
6. 22.03.2021-ci il tarixdə, saat 21:45:53-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə - Salamlar Nece eliyim men ki уari pati isteyirler O pulmuda qoysam.
7. 22.03.2021-ci il tarixdə, saat 21:45:54-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə — obşi 110 olur ne edim Xeber olar tez.
8. 01.11.2020-ci il tarixdə, saat 18:51:00-da ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə - Qaqaş sabah gelir sen deyen konistrden.
9. 21.01.2021-ci il tarixdə, saat 21:51:50-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə - Ne qeder olacag, onu yaz.
10. 01.03.2021-ci il tarixdə, saat 22:19:21-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə — Muradov gele bilersizse hazirdir qaqas. Uşagin başi agrimasin. Baxış zamanı müəyyən edildi ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adınadır. ***-***-**-** saylı mobil nömrə Ak. H.Əliyev küçəsi, ev 96, mənzil 3 ünvanında qeydiyyatda olan Fərman Səfərovun, 055-647- 12-12 saylı mobil nömrə MİK-6, ev 27, mənzil 5 ünvanında qeydiyyatda olan Amin Qarayevin adınadır. ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin kimə məxsus olması barədə məlumat yoxdur. Digər nömrələrin məxsusluğu barədə məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 142-149). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 07.05.2021-ci il tarixli protokoldan görünür ki, diskdə müxtəlif sms mətnlər, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və sms-i yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:
1. 14.11.2020-ci il tarixdə, saat 02:26:33-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - Beşdir yatinaaa, men öldürürem uje daşdari qaqaş.))))
2. 15.11.2020-ci il tarixdə, saat 14:38:39-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - Qaqaşim salam, necesen? Qaqaş başqa cür konıstr getirmişem, normaldir, krem kimi axir gedir.
3. 18.11.2020-ci il tarixdə, saat 06:53:02-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - Qaqaş sen burdan gedende dünen yoxa, axirincida. 160 manat bir qaldin, 45 de kenarda qaldi. 30 vermisen. 122 manatliqda mal aparmisan vessalam qaqaş.
4. 01.01.2021-ci il tarixdə, saat 04:01:04-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə -10 torpağ, 5 duz?
5. 09.01.2021-ci il tarixdə, saat 08:53:18-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - Men evdeyem qaqaş. Kakos etmemeyive sevindim And olsun Uca Allahima.
6. 09.01.2021-ci il tarixdə, saat 08:54:32-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - Var qaqaşim imkan. Amma hec olmasa 20 verde bu gün, eger alinirsa.
7. 09.01.2021-ci il tarixdə, saat 09:21:12-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - Bele qaqaş, yeni kenddesen gel get naxadu, heresinden bir az bir az qoyumda, günortaya qeder başivi firlatda, rahat bizde oturar iq gelsen o menlikdir, özün bilirsende.)))) Ay seni Elvin.
8. 10.02.2021-ci il tarixdə, saat 23:57:58-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə — Qaqaş salam,necesen? Pesok istesen var uje. YARİ 25 BÜTÖV40.
9. 16.02.2021-ci il tarixdə, saat 04:12:48-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə — Daş olsaydi, sene pesok vermezdim. Qalin falqam olsaydi, bayağ sen isteyende yoxdur demezdim. Gel apar malivi qaqaş.
10. 26.02.2021-ci il tarixdə, saat 15:26:43-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə - Qaqaş dem temasi uje men yolda olanda yazildi, oxudum. Dem yoxdur üstümde vallah. Torpaq ne qeder, daş ne qeder? Var olar esas. Haqq hesabimizi nedir qaqas? Ve vereceyler, alacaglar hal hazirda. Bele indi 3 dene torpaq hazirdir bil.
11. 05.03.2021-ci il tarixdə, saat 18:57:56-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə - Qaqaş neynirsen? Qeşeme 10 dene Torpaq de. Negd.
13. 01.12.2020-ci il tarixdə, saat 11:19:13-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə - Salam qaqaş işdən gələndə bidənə l letir kola verersende mene.
14. 14.12.2020-ci il tarixdə, saat 21:26:52-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə - Qaqaş ne qeder eliyir iki tir tir? Hele ki alinmir mende pul ama yazmişam bir nefere iki qram 65?
15. 24.02.2021-ci il tarixdə, saat 23:49:43-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə - Baho ne yax ele kola isteyirem ancaq tez gele biler. Kola ne qeder? Bir defeliy iki dene. Summa nedir indi? Nec. Qaqas 50manat var otuz borcumdu 60 manat eliyir 20 versem 40 qalir beledek 4 meni bilmirsen.
16. 26.02.2021-ci il tarixdə, saat 14:31:35-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə — Koka kola varindi. Birdeki bir bas dem yada qutuynan ya yarim nece alinsa goturersnde. Qaqas gec. geler emanet.
17. 26.02.2021-ci il tarixdə, saat 15:34:00-da ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə — Haqq hesabimizi nedi. Bax qaqas 40qar yagan geceden qalmisdi dunen uc kolayarida ki dasiydida olarida goturende 100. Baxış zamanı müəyyən edildi ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adınadır. ***-***-**-** saylı mobil nömrə ünvan 3 ünvanında qeydiyyatda olan X9, ***-***-**- ** saylı mobil nömrə ünvan 4 ünvanında qeydiyyatda olan X6, ***-***-**-** saylı mobil nömrə ünvan 5 ünvanında qeydiyyatda olan X7, ***-***-**-** saylı mobil nömrə ünvan 6 ünvanında qeydiyyatda olan X8 və ***-***-**-** saylı mobil nömrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X23 küçəsi, ev 89 ünvanında qeydiyyatda olan X3 adınadır. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin kimə məxsus olması barədə məlumat yoxdur. Digər nömrələrin məxsusluğu barədə məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 151-169). İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25.03.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 23 mart 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə- psixiatrik və pisixoloji ekspertizasının 27.04.2021-ci il tarixli, 923 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən zaman hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib, cinayət törədilən anda öz hərəkətlərini ölçübbiçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəkliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasmda, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs emosionallıq, hövsələsizlik, inadkarlıq, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 180-182). İşdə olan maddi sübut kimi tanıma haqqında 13.06.2021-ci il tarixli qərardan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş bir ədəd kağız paketin içərisində bir ədəd qara rəngli qutuda olan iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,282 qram, 5,058 qram, ümumi təmiz çəkisi 19,340 qram olmuş psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 8,749 qram olmuş narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 40,103 qram olmuş narkotik vasitə tiryək maddi sübut hesab olunmuş, metamfetaminlərin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 19,160 qram qalığı, heroinin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 8,699 qram qalığı və tiryəkin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 40,003 qram qalığı saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 183-184,186). İşdə olan maddi sübut kimi tanıma haqqında 01.04.2021-ci il tarixli qərardan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş bir ədəd zərfdə, içərisində bir ədəd bükümdə təmiz çəkisi 10,119 qram olmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab olunmuş, tədqiqata 0,02 qram sərf edilməsi nəzərə alınmaqla 10,099 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 112-114). İşdə olan 15.06.2021-ci il tarixli sübutların qiymətlərilmisi haqqında qərardan görünür ki, X1 yaşadığı evə keçirilən baxış prosesi görüntülərini əks etdirən üzərində “Kodak DVD- R” yazıları olan disk, həmçinin "xxxx" MMC-dən və “Azerfon" MMC-dan daxil olmuş CD disklər cinayət işi üzrə maddi sübut hesab edilmiş və iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 205-217). İşdə olan cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında 16.06.2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin və psixotrop maddənin əldə etmə mənbəsinə dair Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayırılmışdır (cild 1, iş vərəqi 219-220). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 111). İşdə olan Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu qəsəbədə yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxili olmamışdır (cild 1, iş vərəqi 136). İşdə olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 21.09.2014-cü ildə X5 ilə nikaha daxil olmuş, həmin nikahdan 17.03.2016-cı il təvəllüdlü X2 adlı azyaşlı övladı vardır (cild 1, iş vərəqi 137, 203-204). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması, kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 25.03.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 mart 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 102-103). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 8,699 qram narkotik vasitə heroin, 19,160 qram psixotrop maddə metamfetamin, 40,003 qram narkotik vasitə tiryək və 10,099 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə digər maddi sübutlar, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış prosesini əks etdirən üzərində “Kodak DVD-R” yazıları olan disk, həmçinin "xxxx" MMC-dən və “Azerfon" MMC-dan daxil olmuş CD disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 196,46 (yüz doxsan altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan maddi sübutlar - Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 8,699 qram narkotik vasitə heroin, 19,160 qram psixotrop maddə metamfetamin, 40,003 qram narkotik vasitə tiryək və 10,099 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə digər maddi sübutlar, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış prosesini əks etdirən üzərində “Kodak DVD-R” yazıları olan disk, həmçinin "xxxx" MMCdən və “Azerfon" MMC-dan daxil olmuş CD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 196,46 (yüz doxsan altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.