Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1403/2024 02.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X16 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Verilmiş ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, Bakı şəhər Suraxanı şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 09 ay 01 gün azadlıqdan məhrumetmə etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci ildə isə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, istintaqa məlum olmayan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 8,763 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,679 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlayaraq daşımış, 14 mart 2023-cü il tarixdə saat 11:00 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31 -ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli qısa ətəkli gödəkçəsinin sol iç cibində saxladığı şəffaf sellofana bükülmüş 4 (dörd) ədəd bükümdə, həmin bükümlərdən 03 ədəd bükümü ayrı-ayrılıqda təmiz çəkiləri 3,453 qram, 3,013 qram, 2,297 qram olmaqla, ümumi təmiz çəkiləri 8,763 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə isə təmiz çəkisi 0,679 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 5 aydır ki, Rusayadan Azərbaycana gəlib. Əvvəllər az miqdarda narkotik vasitə mariuxana istifadə etmişdir. Ona qarşı verilmiş ittihamla razılaşmır. Narkoloji ekspertizadan keçsə də, barəsində olan rəylə tanış olmamışdır. 16 mart 2023-cü il tarixdə tutulmuşdur. Polislər onu saat 08 radələrində yaşadığı evdən videogörüntü ilə çıxarmışlar. Bu zaman evdə anası, qonşusu Etibar və digər şahidlər olmuşdur. Bu hadisədən sonra anası xəstə düşmüş, hal-hazırda da müalicə almaqda davam edir. Həmin videogörüntü Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırılmış, sözügedən videogörüntüyə əsasən azad edilmişdir. Xəsarətlərinə görə prokurorluğun əməkdaşları ilə birlikdə Suraxanı rayon xəstəxanasına getmişlər. İbtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi altında olmuşdur. Şəxsi axtarış zamanı videoçəkilişi yarımçıq saxlayıb onu döymüşlər. Oğurluq etdiyinə görə məhkum olunmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra dövlət tərəfində ona məhkumluqla əlaqədar müavinət verilmişdir. Azadlıqda olarkən polis əməkdaşı Nurlan Vəlizadə ondan məhkum pulunu alıb-almadığını soruşmuş, o isə aldığını demişdir. Daha sonra Nurlan ondan “şirinlik” verməsini istəmişdir. Sonuncuya “məni sroka göndərdiyinə görə verməliyəm? niyə görə verməliyəm ki? vermirəm” demişdir. Bundan sonra Nurlan ona 2 ay ərzində buranı tərk etməsini demişdir. 31-ci bölməyə dəvət edilməmişdir. Oraya polis əməkdaşları tərəfindən saxlanılaraq aparılmışdır. Şəxsi axtarış da bölmədə olarkən keçirilmişdir. Məcbur olaraq narkotik vasitələri boynuna götürmüşdür. Şəxsi axtarış zamanı, eləcə də ifadə verərkən müdafiəçisi olmamışdır. Müdafiəçi onu müstəntiqin yanında MSY-də olarkən görmüşdür. O, ifadəsində daha sonra qeyd etmişdir ki, onun üzərində narkotik vasitə olmamış, üzərinə narkotik vasitə qoyulmuş, ibtidai istintaq zamanı ifadələrini məcburiyyət qarşısında vermişdir. Prokurorluqdan onu xəsarətlərinə görə buraxmışlar. Onu xəstəxanaya aparmışlar və xəstəxanadan çıxdıqdan sonra isə onu buraxmışlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşıması ittiham olunduğu cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təkzib edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 mart 2023-cü il tarixdə Yeni Suraxanı qəsəbəsində Pərviz adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi, daşıması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar Pərviz adlı şəxsin şəxsiyyətini müəyyən etməkdə məqsədilə cinayət başında yaxalanmasından ötrü bölmə rəhbərinə məruzə etmişlər. Bundan sonra o və Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Vüqar və sahə inspektorundan ibarət əməliyyat qrupu yaradılmış və həmin gün Yeni Suraxanı qəsəbəsi Əzizbəyov küçəsində 11 saylı evin qarşısında xarici əlamətlərinə görə Pərvizə bənzəyən şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Pərviz onların 31-ci PB-nin əməkdaşları olduqlarını bildikdən sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Pərvizə narkotik vasitələrin daşınmasında şübhəli olduğunu və üzərində şəxsi axtarışın həyata keçirilməsi zərurəti yarandığından 31-ci PB-ə getməli olduğunu bildirmişlər. Pərviz onlarla birlikdə polis bölməsinə gəlmiş, gəldikdən sonra təhqiqatçının otağında videoçəkilişlə sonuncuya gətirilmə səbəbi, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonuncuya üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet və başqa nəsə olduğu halda təqdim etməsi təklif edildikdən sonra əynindəki qəhvəyi rəngli gödəkçənin sol cibindən 3 ya 4 ədəd büküm çıxararaq stolun üzərinə qoymuşdur. Təhqiqatçı bunların nə olduğunu, nə üçün onda olduğunu soruşduqda Pərviz həmin bükümlərin narkotik vasitə heroin və psixtrop maddə metamfetamin olduğunu demişdir. Bükümlərə baxış keçirdikdə həm qəhvəyi rəngli, həm də ağ rəngli kristall şəkilli kütlə olması müəyyən edilmişdir. Təhqiqatçı Pərvizdən bu kütlələr nə üçün onda olduğunu soruşduqda, o, üç gün əvvəl İİR vətəndaşından onlayn şəkildə aldığını, həm şəxsi istifadəsi üçün, həm də ki xırda-xırda bükümlərə ayırıb 10-15 manata satacağını demişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış və narkotik vasitə olub-olmamasını müəyyənləşdirilməkdən ötrü məhkəmə kimyəvi ekspertizasına göndərilmişdir. Təqsirləndirilən şəxsi saxladıqları yerdə onun üzərinə axtarış keçirilməsinə şərait olmadığı üçün Pərvizin üzərinə şəxsi axtarış bölmədə keçirilmişdir. Pərvizi saxladıqları yer kənd yeri olmuşdur. Onlar Pərvizi saxlayarkən mülki formada olmuşlar. Əgər xidməti formada olsalar, Pərviz qaça bilərdi və ya qonşular gələrək videoçəkilişə maneə törədə bilərdi. Bu səbəbdən onu PB-ə dəvət etmişlər. Pərvizi yaşadığı evdən deyil, məhəllənin qabağından aparmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayının ortalarında VŞahid1 Əli oğlu ilə birlikdə Yeni Suraxanı qəsəbəsinin Məşədi Əzizbəyov küçəsində Təqsirləndirilən şəxs saxlamışlar. Əməliyyat tədbirində iki nəfər iştirak etmişlər. Sonuncunu saxladıqdan sonra 31-ci PB-ə aparmış, bölmədə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı gödəkçəsinin cibindən 4-5 büküm narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı narkotik vasitə satdığını etiraf etmişdir. Tutulma və şəxsi axtarış aparılması arasında nə qədər müddət keçdiyini bilməmişdir. Sonuncuya qarşı heç bir fiziki təzyiq edilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Pərviz saxlanılan gün təxminən səhər saat 8:8:30-da təzyiq dərmanı içmişdir. Həmin vaxt halsız olduğundan uzanmışdır. O, su içməyə ayılmış, Pərviz isə içəridə yatmışdır. Yaşadıqları evin pəycərəsi və hasarı üzbəüzdür. Həmin gün Nurlan qapını açmış, arxasında 4-5 nəfər mülki geyimli şəxs içəriyə, onların evinə daxil olmuşlar. Onlar Pərvizi yuxudan oyadıb aparmışlar. Pərviz həmin vaxt şalvar və maykada olmuşdur. Ayaqqabı və kurtkasını isə həyətə çxaraq o, oğluya vermişdir. Pərvizi də maşına mindirərək aparmışlar. Həmin şəxslər maşını yaşadıqları evdən 5-6 ev yuxarıda, aptekin aşağısında saxlamışlar. Nə Nurlan, nə də sonuncu ilə gələn şəxslər evə daxil olarkən heç bir sənəd tədim etməmişlər. O, evə daxil olmaqları üçün order tələb etsə də, onu itələyərək içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs tutulmasında Şahid2 iştirak etməməsi, sonuncunu ilk dəfə polis bölməsində görməsi barədə münasibət bildirmiş, Şahid2 Pərvizi Məşədi Əzizbəyov küçəsində saxlayar polis bölməsinə gətirdiklərini bildirmişdir. 14 mart 2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatına əsasən “Pərviz” adlı şəxsin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması bildirilir. (i.v. 4) 14 mart 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X5 iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına etiraz etməmişdir. (i.v. 33) 14 mart 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 12:30-da (faktiki saxlanılma 11:00) Həsənov X3 RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis mayoru Namiq Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 29) 16 mart 2023-cü il tarixli Suraxanı rayon prokurorunun qərarından görünür ki, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmişdir. (i.v. 81-83) 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 84-85) 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 118-119) 14 avqust 2023-cü il tarixli axtarışda olan şəsxin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:45-də saxlanılaraq Suraxanı RPİnin 31-ci PB-ə aparılmışdır. (i.v. 122) Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 156-157) Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. (Cild 2 i.v. 31) 14 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qısa ətəkli gödəkçənin sol iç cibindən 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş, onlardan 03 (üç) ədəd bükümün içərisində qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan maddə, 01 (bir) ədəd bükümün içərisində isə ağ rəngli kristal şəkilli spesifik iyə malik olan maddə, 01 (bir) ədəd bükümün içərisində isə ağ rəngli kristal şəkilli spesifik iyə malik olan bükümləri təqdim etdi. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qısa ətəkli gödəkçənin sol iç cibindən çıxararaq təqdim etdiyi 04 (dörd) ədəd şəffaf bükümün 03 (üç) ədədinin narkotik vasitə heroin və 01 (bir) ədədinin isə metamfetamin olduğunu, 3 gün öncə adını bilmədiyi İİR vətəndaşının bank hesabına pul köçürməklə onlayn qaydada 100 manata alıb. Narkotik vasitəni istifadə etmək məqsədilə üzərində saxlayaraq gəzdirib. Bundan başqa narkotik vasitəni həm də tanımadığı şəxslərə setlərə bölməklə hər setini 10 manata satmaqla məşğul olur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 04 (dörd) ədəd büküm kağız zərfdə qablaşdırılıaraq 195 nömrəli möhürlə möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. (i.v. 34-35) 14 mart 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. (i.v. 38-40) 6/1571 saylı 15 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195“ dairəvi möhür əksi olan, “Saxlanılan şəxs R.H.Həsənov” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,453 qram, 3,013 qram və 2,297 qram olmaqla, ümumi təmiz çəkisi 8,763 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,679 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 47-48) 6/2087 saylı 05 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65“ dairəvi möhür əksləri olan, “6/1571... 15 mart 2023-cü il” sözləri qeyd edilmiş bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 3 ədəd bükümdə olan heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 3826 saylı 16 iyun 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 128-130) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 hüquqi şəxsin verdiyi 2292 saylı 16 avqust 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin həyata keçirilməsinə imkan verir. Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (i.v. 159-161) Məhkəmə-xətşünaslıq ekspertizasının 4/745 nömrəli rəyindən görünür ki, cinayət işinin materiallarının 1-ci cildinin 14-cü və 16-cı vərəqindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imza, 17-ci vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, 22-ci vərəqindəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, 23-cü vərəqindəki imza, 24cü vərəqindəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, 25-ci vərəqindəki imza, 26-cı, 27-ci, 28-ci, 29-cu, 31-ci vərəqlərindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imza, 33-cü vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, 34-cü vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza və həmin vərəqin sonunda sağdan 1-ci imza, 35-ci vərəqindəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, 36-cı vərəqindəki “İmza” və “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, 37-ci vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, 38-ci vərəqindəki “1.” yazısının qarşısındakı imza, 42ci, 51-ci, 57-ci, 58-ci vərəqindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imza, 59-cu vərəqindəki imza, 60-cı vərəqindəki hər üç imza, 61-ci vərəqindəki və “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, 65-ci vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, 66-cı vərəqindəki imza, 67-ci, 68-ci, 69-cu, 70-ci vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, 71-ci vərəqindəki “imza” sözünün qarşısındakı hər üç imza, 72-ci vərəqindəki “imza” sözünün qarşısındakı imza, 74-cü, 76cı, 79-cu vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, 171-ci vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir, cinayət işinin materiallarının 1-ci cildinin 141-ci vərəqindəki “bilmirəm” sözünün qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə tibbi-ekspertizasının 15 aprel 2023-cü il tarixli 188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində döş qəfəsinin sıyrığı aşkar edilmiş, qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmiş və xx.xx.2023-cü il tarixə uyğun gəlir. 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 919-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-xx.xx.2017 və xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müalicədə olub. Sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 8,523 qram narkotik vasitə heroin və 0,629 qram psixotrop maddə metamfetamin Suraxanı RPİ-nin maddi sübutların saxlanma anbarına təhvil verilmişdir. (i.v.176-184) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 09 ay 01 gün azadlıqdan məhrumetmə etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə isə cəzasının sonu ilə azad edilmişdir. (i.v.86-97) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, əvvəlcə təhqiqatçının təklifi ilə əynində olan qəhvəyi rəngli qısa ətəkli gödəkçənin sol iç cibindən 03 ədəd bükümü təqdim etmişdir. Daha sonra təhqiqatçının üzərinizdə başqa narkotik vasitə olduğu halda təqdim etməsini dedikdən sonra Təqsirləndirilən şəxs üzərində başqa narkotik vasitə olmadığını bildirdikdən sonra, Şahid2 tərəfindən təhqiqatçının göstərişi ilə üzərinə baxış keçirilmiş, əynindəki gödəkcənin həmin cibindən 01 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin 3-nün kokos kimi tanıdığı narkotik vasitə heroin, digərinin şüşə kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu bildirdi. O, həmin narkotik vasitələri 03 gün əvvəl İran vətəndaşının kart hesabına 100 manat pul atdıqdan sonra aldığını bildirdi. Bundan başqa o, təhqiqatçının sualına cavab olaraq narkotik vasitələrin satışı ilə də məşğul olduğunu, narkotik vasitələri 10 manata əlbəəl “çet” şəklində satdığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd büküm qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürüldü. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, lehinə olan sübutlar müdafiə tərəfinin vəsatəti ilə əldə edilərək araşdırılmış, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət mühakiməsinin məqsədi şübhəli və təqsirləndirilən şəxsin hüquqlarını pozmamaq şərtilə maddi gerçəkliyə çatmaqdır. Dəlil və isbat sütunları üzərində inşa edilmiş maddi gerçəkliyin isə hüquqa uyğun, əsasən haqq və azadlıqlar çərçivəsində əldə edilməsi tələb olunur. Cinayət mühakiməsində maddi gerçəkliyə çatmaq üçün istifadə olunan alətlər sübut (dəlil) olaraq adlandırılır. Başqa bir ifadə ilə sübut keçmişdə olanın nə, necə olduğuna dair bu günün imkanları daxilində var olan və ya duyğu orqanlarımız vasitəsilə sahib olduğumuz şeylərin ümumi adıdır. Cinayət mühakiməsində hakim sübutları sərbəst dəyərləndirir və vicdani qənaətinə əsasən qərar verir. Hakimin maddi məsələyə dair etdiyi zehni fəaliyyət nəticəsində əldə edilən vicdani qənaətin təməl şərti onu qənaətə götürən sübutlardır. Sübut etmə (isbat) cinayət mühkiməsində ortaya atılan və ya ona qarşı irəli sürülən iddiaya dair inandırma fəaliyyətidir. Bundan başqa inandırıcılıq bir vəziyyətin aydınlaşdırılması ilə təmin edilə bilər. Ortaya qoyulmuş məsələnin inandırıcılığı ağıl və məntiqi təmələ, sağlam dəlillərlə dəstəklənərək hakimdə vicdani qənatə formalaşdırmağa çalışır. Cinayət mühakiməsində dəlillər heç bir zaman mütləq dəqiqliyi təmin edə bilmir, tərəflərə göstərilən ehtimaldır və ancaq bu ehtimal bəlli bir yerə çatması ilə vicdani qənaət formalaşır. Nəzəriyyədə təsbit olunmuş qeyd olunanlar Azərbaycan Respublikası CPM-də əks olunmuşdur. Belə ki, CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: CPM-nin 124.1.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (CPM ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; CPM-nin 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Məhkəmə hazırki iş üzrə toplanmış yuxarıda sadalanan sübutları qiymətləndirməyə özünə borc bilir. Belə ki, sübutların qiymətləndirilməsi – sübutetmə prosesinin son mərhələsidir. Bu istintaq və sair hərəkətlərlə yox, idrak fəaliyyəti ilə yoxlanılır. Sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilir. CPM-nin 145-ci maddəsində qeyd edildiyi kimi hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmçinin …hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Sübutların mənsubiyyəti - onların sübutetmə predmetinə daxil olan hallara aid olması deməkdir. Sübutların mümkünlüyü məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsullarına, vasitələrinə şübhələrin olmaması deməkdir. (CPM-nin 125.1-ci maddəsi) Sübutların mötəbərliyi – onların həqiqiliyinə dair şübhələrin olmaması deməkdir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir. (CPM-nin 145.3-cü maddəsi). Sübut işin həlli üçün əhəmiyyətli ola biləcək hər hansı bir informasiya daşıyırsa o, həmin işə aid sübut hesab edilir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə hökmü qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəmə istintaqında araşdırılmış sübutları mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirərkən aşağıdakı halları qeyd etməyi özünə borc bilir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı cinayət işi üzrə ona qarşı verilmiş ittihamla qəti şəkildə razılaşmadığını və şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitələrin polis əməkdaşları tərəfindən məruz qaldığı fiziki təzyiqlər nəticəsində etiraf etdiyini göstərmişdir. Göründüyü kimi müdafiə tərəfi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmiş və cinayət işi üzrə mübahisəli hallar kimi aşağıdakıları göstərmişlər: Təqsirləndirilən şəxs tutlarkən, eləcə də, tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmış, nəticədə ona məxsus olmayan külli miqdarda narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Narkotik vasitə ona məxsus olmamış, üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilməsinə baxmayaraq, üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçisi iştirak etməmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Təqsirləndirilən şəxs həm istintaq, həm də məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrindən aydın olur ki, sonuncu 14 mart 2023cü ildə polis əməkdaşları tərəfindən saxlanılmış və Suraxanı Rayon Polis İdarəsinə aparılmışdır. Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması cinayətin işinin materialları ilə tam təsdiq edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə aparılması cinayət işinin mübahisəsiz halını təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müdafiə tərəfinin vəsatəti ilə Məhkəmə Tibbi-Ekspertizası və X4 Suraxanı rayon şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tibbi-ekspertizadan keçib-keçməməsi, eləcə də, təqsirləndirilən şəxsin ibtidai istintaq zaman polis əməkdaşları tərəfindən döyülməsi barədə aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş qərarın məhkəməyə göndərilməsi ilə bağlı sorğu göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 məhkəməyə daxil olmuş eksperti rəyində Təqsirləndirilən şəxs bədən səthində “döş qəfəsinin sıyrığı” xəsarəti aşkar edilmiş, qeyd edilən xəsarətin küt əşyanın təsirindən törənməsi və xx.xx.2023-cü il tarixə uyğun gəlməsi göstərilmişdir. Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə ekspert tərəfindən müayinə olunarkən 14 mart 2023-cü il tarixdə saat 10 radələrində Suraxanı RPİ-nin 31-ci PB-də Nurlan və digər iki nəfər polis əməkdaşının əllə bədəninə zərbələr vurmasını göstərmişdir. Həmçinin ekspert rəyinə əlavə olunmuş göndərişdən aydın olur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Həsən oğlunun xəsarətlərinin müəyyən olunması üçün Suraxanı rayon prokurorluğunun müstəntiq Elvin Quliyev tərəfindən göndəriş verilmişdir. X11 xx.xx.2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının təyini qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən ona qarşı zor tətbiq ediməsi və xəsarət yetirlməsi barədə müraciəti ilə bağlı araşdırma aparılmış və Təqsirləndirilən şəxs izahatında xx.xx.2023-ü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis bölməsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadələrində cinayəti etiraf etsə də, sonuncu ifadəsində bir neçə saat sonra məhkəmə-tibb ekspertizasının yanında, daha sonra isə rayon prokurorluğunda verdiyi izahatında polis əməkdaşları tərəfindən döyülməsini bildirmişdir. Məhkəmə baxışı zamanı da döyülməsinin səbəbi kimi üzərinə qoyulmuş narkotik vasitələri onun olmasının etirf etdirmək olmasını bildirmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixli şəxsi axtarış zamanı dedikləri, xx.xx.2023-cü il tarixdə şübhəli, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadələrində göstərdikləri Pərviz Həsnovun sərbəst iradə ifadələrini əks etdirmir, məhkəmə-tibb ekspertizası zamanı, prokurorluqdakı izahatında, sonradan məhkəmə baxışındakı ifadlərində göstərdikləri daha inandırıcıdır. Cinayət işinin materiallarında olan polis əməkdaşlarının ifadələrindən, eləcə də, sənədlərədən aydın olur ki, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər və heç bir müqavimət göstərmədən könüllü şəkildə polis bölməsinə getmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs polisə qarşı zor işlətdiyi və ya tutulan zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Bundan başqa, prokurorluq orqanı 28 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qəbul edərkən Təqsirləndirilən şəxs, iş üzrə şahid Nurlan Əizadənin izahatını dinləyərək Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində tərtib edilmiş tibbi kitabçaya istinad etməklə kifayətlənmiş, halbuki həmin kitabçadakı xəsarətlər o prokuror tərfindən buraxıldıqdan xeyli müddət sonra tutularkən alınmış, xx.xx.2014-cü il tarixli tutmaya heç bir aidiyyatı yoxdur. Ona görə də məhkəmə hesab edir ki, o, həqiqətən də tutularkən və tutulduqdan sonra, işgəncə və qeyri-insani rəftara məruz qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunmuş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Layicov Azərbaycana qarşı işində Avropa Məhkəməsi qərarında göstərmişdir ki, 3cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Bu səbəbdən də, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən xəsarətlər onun tutulduğu tarixə uyğun gəldiyindən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddələrlə bağlı vermiş olduğu, eləcə də, 15 mart 2023-cü il tarixli şübhəli şəxs qismində və 16 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri, şəxsi axtarış zamanı dedikləri mötəbər hesab edilməməlidir. Təqsrləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə bağlı digər vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yazılı ərizə ilə üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Şübhəli şəxsə 14 mart 2023-cü il tarixdə müdafiəçi seçmək hüququnun izah edilməsi barədə protokol tərtib edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs xahişi ilə Bakı şəhəri 09 saylı Vəkil Bürosundan istənilən vəkilin təyin edilməsini xahiş etmişdir. Bundan sonra vəkil dəvət edilmiş və şübhəli şəxsə təqdim edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə müdafiəçi təqdim edildikdən sonra həmin tarixdə saat 12:30-da müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra 13:00-da üzərinə keçirilən şəxsi axtarış zamanı müdafəçinin iştirak etməməsi Təqsirləndirilən şəxs müdafiə hüquqlarının kifayət qədər pozulmasına əsas verir. Cinayət işinin materiallarında olan 14 mart 2023-cü il tarixdə saat 12:30-da tərtib edilmiş tutma protokolundan aydın olur ki, həmin prosessual hərəkətdə Təqsirləndirilən şəxs müdafiəçisi X9 iştirak etmiş, daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə haqqında qərar qəbul edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçisi X6 üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılmasında iştirak etməsini istəmədiyini və onun iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasını xahiş etmişdir. Daha sonra 13:00-dən 13:07-dək olan şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmişdir. Baxmayaraq ki, CPM-nin 246-cı maddəsi şəxsi axtarış zamanı müdafiəçinin iştirakını məcburi hal kimi qeyd etmir, ancaq həmin gün ərizə ilə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar hüquqlarının müdafiə üçün dövlət hesabına müdafiəçi dəvət etməyi xahiş etmiş şəxsin daha sonra şəxsi axtarışda müdafiəçinin iştirakından imtina etməsi başa düşülən deyil. Təhqiqatçı CPM-nin 92.3.1-ci maddəsinin, yəni “şübhəli şəxs tələb etdikdə müdafiçinin iştirakı təmin olunmalıdır” tələblərinə əsasən Təqsirləndirilən şəxs müdafiəçi təyin etmiş, müdafiəçinin 30 dəqiqə əvvəl Polis İdarəsində olmasına baxmayaraq müdafiəçinin iştirakı olmadan şəxsi axtarış istintaq hərəkəti aparmış və buna da əsas kimi Təqsirləndirilən şəxs həmin istintaq hərəkətində müdafiəçinin iştirakını istəməməsini əsas götürmüşdür. Ancaq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçini istəməməsinin səbəbini şəxsi axtarış aparılarkən nə videoçəkiliş zamanı, nə də şəxsi axtarış protokolunda göstərməmişdir. Həmçinin məhkəmə hesab edir ki, şübhəli şəxs hətta bir istintaq hərəkətində müdafiəçinin iştirakından imtina edirsə bu müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə verilmiş olmalı və 92-ci maddəsinin müdafiəçidən imtinaya dair tələblərinə uyğun olmalıdır. CPM-nin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hazırki cinayət işində isə Təqsirləndirilən şəxs ərizəsində maddi vəziyyəti ilə əlaqədar dövlət hesabına vəkil təyin edilməsini xahiş etdiyindən onun müdafiəçidən imtinasın qəbul edilə bilməz. Belə ki, CPM-nin 92.1.12-ci maddəndə göstərilmişdir ki, hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən … şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Yəni şübhəli şəxs Təqsirləndirilən şəxs keçirilən istintaq hərəkətində müdafiəçinin iştirakını istəməsə belə sonuncunun iştirakı təmin edilməli idi. Həmçinin Təqsirləndirilən şəxs tutulduqda polis zorakılığına məruz qalması məhkəmə istintaqında təsdiq olunduğundan sonunçunun müdafiəçidən imtina etməsi barədə ərizəsinin sərbəst iradəsi əsasında yazılmasını şübhə atına alır. Bundan başqa, şəxsi axtarış və götürmə qərarı müdafiəçi tərəfindən imzalanmış, eləcə də, şəxsi axtarış və götürmə protokolunu müdafiəçi tanış olduğunu bildirərək imzalamışdır. Göründüyü kimi, müdafiəçi tutma protokolunu, axtarış qərarını imzalamaqla şəxsi axtarış keçiriləcəyindən məlumatı olmuş, sonradan axtarış protokolunu imzalamaqla axtarışın baş tutmasını bilmiş, ancaq cinayət işinin materiallarında olan hər hansı sənəddə onun iştirakı olmadan keçirilmiş şəxsi axtarışın mötəbərliyini mübahisələndirməmiş, bu isə faktiki olaraq Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəsindən imtina kimi qəbul edilə bilər. Halbuki CPM-nin 92.10.1-ci maddəsi müdafiə etdiyi şəxsin ….iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək müdafiəçiyə qadağan olunur. Həmçinin o, da qeyd olunmalıdır ki, müdafiəçi CPM-nin 92.9.3-cü maddəsinə əsasən müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək hüququna malikdir və bu hüquq səmərəli şəkildə həyata keçirilməlidir. Avropa Məhkəməsi «Akdağ Türkiyəyə qarşı» işində göstərmişdir ki, polis tərəfindən sorğu-sual zamanı vəkilin iştirakı və fəal köməkliyi digər məsələlərlə yanaşı, şübhəli şəxsin iradəsinə zidd olaraq məcbur etmə və ya təzyiq üsulları ilə sübutların toplanmasının qarşısının alınmasına və şübhəli şəxsin azadlığının qorunmasına yönəlmiş mühüm prosessual təminatdır. Avropa Məhkəməsinin «Mamaladze Gürcüstana qarşı» işində göstərmişdir ki, sübutların keyfiyyəti, o cümlədən onların əldə edildiyi şəraitin onun etibarlılığına və ya düzgünlüyünə şübhə yaradıb-yaratmaması da nəzərə alınmalıdır (bax, digər orqanlar arasında yuxarıda adı çəkilən Bykov, § 90; Lisica Xorvatiyaya qarşı, № 20100/06, § 49, 25 fevral 2010-cu il və yuxarıda adı çəkilən Ayətullah Ay, § 126). Əldə edilmiş sübutların başqa materiallar tərəfindən dəstəklənmədiyi yerdə ədalətlilik problemi mütləq yaranmasa da, qeyd etmək olar ki, sübut çox güclüdürsə və onun etibarsız olması riski yoxdursa, sübuta ehtiyac da müvafiq olaraq daha zəifdir. Bununla əlaqədar olaraq, bir daha təkrar etmək olar ki, sübut yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı bir şübhə təqsirləndirilən şəxsə fayda verməlidir (bax, yuxarıda adı çəkilən Ayetullah Ay, § 126). CPM-nin 85.3-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Lakin Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə müstəntiq tərəfindən qanunun bu tələbləri pozulmuşdur. Belə ki, CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs rəsmi olaraq tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 11:00-da tutulsa da, şübhəli şəxs qismində dindirilməsi xx.xx.2023-cü il tarixdə saat 19:00-dan 19:40-dək olan müddətdə aparılmışdır. Yəni Təqsirləndirilən şəxs dindirilməsi dərhal deyil, təxminən 31 saat sonra aparılmışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, şəxsi axtarış zamanı dedikləri zamanı Miranda haqqı pozulmuşdur. Belə ki, həmin hüquqda qeyd edilir ki, dindirilməzdən əvvəl şübhəli şəxsə susmaq hüququ və deyilən hər şeyin məhkəmədə ona qarşı istifadə oluna biləcəyi barədə aydın və birmənalı məlumat verilməlidir. Şübhəli şəxsə vəkil hüququ, vəkilin iştirakı ilə dindirilmə zamanı ifadə vermək hüququ, şübhəli şəxs vəkilin pulunu ödəyə bilmədikdə, onların dövlət hesabına təmin ediləcəyi barədə aydın və birmənalı şəkildə məlumatlandırılmalıdır. Bu hüquq ilk dəfə ABŞ-nın Ali Məhkəməsi tərəfində Miranda Arizonaya qarşı işdə tanınmış və sonradan digər ölkələrin qanunvericiliyində təsbit olunmuşdur. Həmin işdə şübhəli şəxs dindirilərkən yuxarıda qeyd edilən hüquqları, cümlədən sumaq hüquq, yəni ifadə verməmək, ifadə verməkdən imtina hüquqları izah edilmədiyindən ABŞ Ali Məhkəməsi tərəfindən vermiş olduğu ifadələr sübutlar siyahısından çıxarılmışdır. Həmin norma Azərbaycan Respublikasının CPM-nin 90.7.10-ci maddəsində ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək kimi əks olunmuşdur. xx.xx.2023-cü il tarixli protokolla şəxsin hüquq və vəzifələrinin izah edilməsi və həmin hüquq və vəzifələrin izahına dair bildirişin şübhəli şəxsə təqdim ediməsi göstərilsə də, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı ona həmin hüquq və vəzifələri izah ediməsi görünməmiş, axtarış zamanı da üzərindən həmin bildiriş aşkar edilməmişdir. Bu da onu təsdiq edir ki, ona heç bir bildiriş təqdim edilməyərək huquqları izah edilməmişdir. Bu hal və yuxarıda qey olunan zorakılıq faktı onun tərəfindən imzalanmış sonrakı ifaələrində də bu hüquqların izah ediməməsi şübhəsini yaradır. Aparılmış şəxsi axtarışın keyfiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, şəxsi axtarış cinayət işinin materiallarında qeyd olunmuş şəxsin tutulduğu vaxtda və yerdə, yəni 14 mart 2023-cü il tarixdə saat 11:00-da, saxlanıldığı yerdə deyil, məhz 2 saat sonra Suraxanı Polis İdarəsində aparılmışdır. Halbuki, dərhal tutulduqdan sonra şəxsin üzərinə şəxsi axtarış və ya baxış keçirlə bilərdi, buna mane olan hal olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 2 saat vaxtın keçməsi narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələrin olmasına zəmin yaratmışdır. Belə ki, həmin müddət ərzində təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Layicov Azərbaycana qarşı işində və 26 sentyabr 2024-cü il tarixli Məmmədov Azərbaycana qarşı işində qeyd etmişdir ki, birinci halda tuluma ilə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt, ikinci halda təxminən iki saat vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Bundan başqa, ərizəçinin həbsindən dərhal sonra axtarışın aparılmasını qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olduğunu deməyə əsas verən heç nə yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 34 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyataxtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Şəxsi axtarışın keyfiyyəti ilə bağlı digər vacib bir məsələ isə ondan ibarətdir ki, videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 03 ədəd bükümdə narkotik vasitəni təqdim etdikdən sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində başqa bir bükümdə narkotik vasitə olduğunu əvvəlcədən bilirmiş kimi buna təcüblənmiş və təkrar olaraq sonuncunun üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs təkrar ciblərini yoxladıqdan sonra üzərində narkotik vasitə olmadığını bildirmiş, bundan sonra təhqiqatçının göstərişi ilə iş üzrə Şahid2 şəxsin üzərinə axtarış keçirərək başqa bir bükümdə narkotik vasitəni, Pərvizin cibindən çıxararaq təqdim etmişdir. Yyuxarıda göstərilən halların məcmusu ona dəlalət edir ki, təqsirləndirilən şəxsin üzərinə Suraxanı Rayon Polis İdarəsində keçirilmiş şəxsi axtarış şəffaf şəkildə keçirilməmiş, bu isə bütövlükdə onun barəsində keçirilmiş şəxsi axtarışın qanunsuz şəkildə aparılmasını təsdiq edir. Bundan başqa, Şahid1 və Şahid2 həm məhkəmə baxış, həm də ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə bağlı qeyd edilməlidir ki, hər iki şəxs işlə bağlı halları ittiham aktında olduğu kimi göstərmələrinə baxmayaraq, onların ifadələri yuxarıda göstərilən sübutların məcmusu ilə təkzib edildiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Avropa Məhkəməsi “Kobiaşvili Gürcüstana qarşı” işində göstərmişdir ki, polis əməkdaşları ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Avropa Məhkəməsi “Hüseyn və digərləri Azərbaycana qarşı” işində göstərmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırılması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Beləliklə də, Nurlan Vəlizadə və Şahid2 ifadələri cinayət işinin həqiqi hallarına uyğun olmamış, tutulma və şəxsi axtarışı zamanı prosessual pozuntulara yol verilmiş, ittihamı təsdiq edən sübutlar pozuntularla əldə edilmiş, narkotik vasitənin qoyulma ehtimalı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda. Daha sona həmin maddədə Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də, məhkəmə təqsirləndirilən şəxs barəsində olan əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı, onun tutulması protokolunu, şəxsi axtarış protokolunu, Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, şahidlər Nurlan Vəlizadə və Şahid2 ifadələri Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut kimi hüquqi qüvvəsi olmayan hesab edir. Çünki keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş sübutlar varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılacaqdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Məhkumetmə araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimali qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X15 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işi üzrə qərarında qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Barbera, Messege və Habardo İspaniyaya qarşı (1988) məhkəmə işində Məhkəmə bildirdi ki, təqsirsizlik prezumpsiyası prinsipi: sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də iddiaçıya münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. “Əsaslı şübhədən kənar” standartı, adından göründüyü kimi onu ifadə edir ki, cinayət işində şəxsin təqsirliliyində heç bir əsaslı (ağlabatan) şübhə qalmamalıdır. Bu o demək deyil ki, onun həqiqiliyinə heç zərrə qədər də şübhə yoxdur (beyond shadow of doubt). Bu o deməkdir ki, təqdim edilmiş sübutların bütün digər alternativ izahları (əsasları, anlamları) çox az inandırıcıdırlar. İstər Azərbaycan Respublikasının Konstitusiyasında, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda nəzərdə tutulmuş yuxarıda sadalanan normalar Azərbaycan Respublikası CPM-də öz əksini tapmışdır. Belə ki, CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 350.0.1-ci maddəsinə əsasən şəxsə məhkəmənin hökmü ilə bəraət verildikdə o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azadlığa buraxılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 0,629 qram təşkil edən psixotrop maddə metamfetamin və 8,613 qram narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, həmin narkotik vasitə həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılmalı, 1 (bir) ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 80 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 344-347, 349, 350.2, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 0,629 qram psixotrop maddə metamfetamin və 8,613 qram narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 1 (bir) ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 0,629 qram psixotrop maddə metamfetamin və 8,613 qram narkotik vasitə heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Məhkəmə-kimyəvi və məhkəmə xətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 191 (yüz doxsan bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1403/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1403/2024
02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver