Məhkəmə qərarları › İş №1(101)-1403/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1403/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1403/2025 31.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X1 Nigar Arzu qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasının məhsul katibi Qanuni nümayəndə2, müdafiəçilər - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxxxxx 2008-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 fevral 2025-ci il tarixdə, saat 12 radələrində aralarındakı rol bölgüsünə və ümumi razılaşmaya əsasən qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanında yerləşən "Gənclik Mall" Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən sanitar qovşağında olan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dövrəyə almaqla hərəkətlərini məhdudlaşdırdıqdan sonra o, üzərində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək sonuncunun əynində olan 50 manat dəyərində köynəyini ələ keçirmiş, daha sonra cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs gödəkçəsini ələ keçirmək məqsədi ilə aralarındakı rol bölgüsünə uyğun olaraq ələ keçirdiyi köynəyi qaytaracağına dair yalan məlumat verib sonuncunun onlarla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən yeraltı piyada keçidinə gəlməsinə nail olduqdan sonra həmin vaxt qeyd olunan yerdə qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla qrup üzvü Təqsirləndirilən şəxs3 əlində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək sonuncunun 120 manat dəyərində olan gödəkçəsini ələ keçirərək quldurluq elmişlər. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 fevral 2025-ci il tarixdə, saat 12 radələrində aralarındakı rol bölgüsünə və ümumi razılaşmaya əsasən qrup üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 4 ünvanında yerləşən "Gənclik Mall” Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən sanitar qovşağında olan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dövrəyə almaqla hərəkətlərini məhdudlaşdırdıqdan sonra, qrup üzvü Təqsirləndirilən şəxs1 üzərində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək sonuncunun əynində olan 50 manat dəyərində köynəyini ələ keçirmiş, daha sonra cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs gödəkçəsini ələ keçirmək məqsədi ilə aralarındakı rol bölgüsünə uyğun olaraq ələ keçirdikləri köynəyi qaytaracağına dair yalan məlumat verib sonuncunun onlarla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən yeraltı piyada keçidinə gəlməsinə nail olduqdan sonra həmin vaxt qeyd olunan yerdə qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla qrup üzvü Təqsirləndirilən şəxs3 əlində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək sonuncunun 120 manat dəyərində olan gödəkçəsini ələ keçirərək quldurluq etmişlər. Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 fevral 2025-ci il tarixdə, saat 12 radələrində aralarındakı rol bölgüsünə və ümumi razılaşmaya əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanında yerləşən "Gənclik Mall" Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən sanitar qovşağında olan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dövrəyə almaqla hərəkətlərini məhdudlaşdırdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 üzərində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək sonuncunun əynində olan 50 manat dəyərində köynəyini ələ keçirmiş, daha sonra cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs gödəkçəsini ələ keçirmək məqsədi ilə aralarındakı rol bölgüsünə uyğun olaraq ələ keçirdiyi köynəyi qaytaracağına dair yalan məlumat verib sonuncunun onlarla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən yeraltı piyada keçidinə gəlməsinə nail olduqdan sonra həmin vaxt qeyd olunan yerdə qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla əlində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək sonuncunun 120 manat olan dəyərində gödəkçəsini ələ keçirərək quldurluq etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Gənclik mall” ticarət mərkəzində dostu Hüseynlə oturmuşdur. Sonra yanlarına Təqsirləndirilən şəxs3 gəlmişdir. Onu Hüseyn çağırmışdır. Daha sonra ayaq yoluna gedəndə Zərərçəkmiş şəxs da dostu ilə orada olmuşdur. X18 şalvarı hardan almasını soruşmuşdur. Əmmar şalvarı Əcəmidə “Podium”dan almasını demişdir. O isə demişdir: “köynəyin gözəldir, gəl dəyişək”. Zərərçəkmiş şəxs demişdir ki, “istəmirəm, köynəyi verə bilmərəm”. Onun qolunda bahalı saat olmuş, Əmmara həmin saatını verməyi bildirmişdir. Saat 5-də Aff Mall-ın qabağında görüşməyi, orada o, Əmmara köynəyi verməyi, saatı da Əmmarın ona geri qaytarmasını təklif etmişdir. İlkin olaraq zərərçəkmiş şəxs razılaşmışdır. Sonra geyinib-soyunma otağına keçmişlər. O, köynəyini soyunduqdan sonra zərərçəkmiş şəxs birdən köynəyini vermək istəmədiyini, saatın da lazım olmamasını deniş və səs tonunu qaldırmışdır. Belə başa düşmüşdür ki, zərər çəkmiş şəxs ona zərər yetirə bilər və Əmmarın başından sillə vurmuşdur. Sonra Əmmar köynəyini ona vermiş, o da öz növbəsində köynəyini Əmmara vermişdir. Aşağıya düşdükdə Əmmar köynəyi qaytarmaq istədiyini demiş, o isə qaytaracağını bildirmişdir. Keçidin altından çıxanda orada bir kafe olmuşdur. O, kafeyə girib sanitar qovşaqda köynəyi çıxarıb verəcəyini demişdir. Zərərçəkmiş şəxs qaçıb tibb məntəqəsinə getmiş və onlardan şikayət etmişdir. Bu səbəbdən o, qorxub hadisə yerindən qaçmışdır. Sonra polis əməkdaşları 18-ci polis bölməsində onu saxlamış, saçını qırxmış və döymüşlər. Valideynləri onun tutulmasından xəbərsiz olmuşlar. Daha sonra təqsirləndirilən şəxs müstəntiqə təhvil verilmişdir. X7 işinə baxmışdır. Müstəntiq ona onların dediklərini yazacağı təqdirdə işinin yaxşı olacağını, azadlığa çıxacaqlarını dediyindən, o, müstəntiqin dediyi kimi ifadə vermişdir. Rayon məhkəməsinə çıxarılanda iki ay valideynləri onun harada olduğunu bilməmişlər; valideynləri onun yetkinlik yaşına çatmayanlar üçün müəssisəyə gətirildiyini zənn etmişlər. Hazırda törətdiyi əmələ görə peşmandır və quldurluq etmək niyyəti olmamışdır. Bu kimi niyyəti olsa zərərçəkmiş şəxsin pulunu, zinət əşyasını və ya telefonunu da götürərmiş, lakin, o, həmin əşyalardan heç birini götürməmiş, yalnız köynəyi götürmüşdür. Öz köynəyini də çıxarıb zərər çəkmiş şəxsə vermişdir. Valideynlərinin onun tutulmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin məhkəmə iclasında suallara cavab olaraq bildirdi ki, bıçaq Təqsirləndirilən şəxs2də olmuşdur. Daha sonra Hüseyn bıçağı ona vermiş və o, bıçağı arxa cibinə qoymuşdur. Qismət yalnız onların yanında dayanmışdır. Həmin şəxs Qismətə bıçaq göstərməmişdir. O, hadisə zamanı bıçağı açmamışdır. Əmmar geyinibsoyunma otağında qışqırdığı üçün onun başına yüngülcə sillə vurmuşdur. O, hadisə zamanı bıçağı zərər çəkmişə göstərməmişdir. Sadəcə olaraq, Hüseyn bıçağı ona verəndə Əmmar görmüşdür. Bıçağı arxa cibinə qoyanda da Əmmar görmüşdür. Rayon məhkəməsində bıçağın onda olduğunu demişdir. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən etdiyi əməli etiraf etmiş və peşmanlığını bildirmişdir. Qismət heç kimə bıçaq göstərməmiş, sadəcə yanlarında olmuşdur. Götürdüyü paltarları polis bölməsində olarkən geri qaytarmışdır. O, zərər çəkmiş şəxsə saatını verəndə zərərçəkmiş şəxs köynəyini verməyə razı olmuş, sonra isə saatı istəmədiyini, köynəyi vermədiyini demişdir. Sonra o, zərər çəkmiş şəxsdən köynəyini zorla istəmiş və başına sillə vurmuşdur. Bundan sonra zərər çəkmiş şəxs öz köynəyini çıxarmış, o da öz köynəyini zərər çəkmiş şəxsə vermişdir. İsitnaq zamanı müstəntiq onlara gödəkçəni Qismətin istəməsinə dair ifadə vermələrini, həmin formada ifadə verəcəkləri halda Qismətin həbs edilməyəcəyini demişdir. Bölmədə onlara təzyiq göstərmişlər, döymüşlər, saçlarını qırxmışlar. O, İstintaq Təcridxanasına və MSY-ə gələndə onun başında yaralar olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir Təqsirləndirilən şəxs1 ibtidai istintaq təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2019-cu ildə valideynləri yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiklərindən qohumları onu qalmağı üçün Bakı şəhəri. Buzovna qəsəbəsində yerləşən 7 saylı internat məktəbinə vermiş və 2021-ci ilədək həmin məktbdə qalmışdır. Təqsirləndirilən şəxs2 ilə həmin internat məktəbdə tanış olmuş, belə ki, Təqsirləndirilən şəxs2 həmin internat məktəbində qalınışdır.2021 -ci ildə internat məktəbin 9-cu sinifini bitirdiklərindən Təqsirləndirilən şəxs2la birlikdə həmin internat məktəbindən buraxılmışlar. Buraxıldıqdan sonra Hüseynlə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda günlük kirayə evlərdə, digər yeri ərlərdə gecələməklə qalmış və müxtəlif işlərdə işləməklə dolanışıqlarını təmin etmişlər. Təxminən 3 ay olar ki. Təqsirləndirilən şəxs3lə tanış olmuşdur. Qismətin 18 yaşı olmuş, bildiyinə görə oğurluq cinayət əməli törətdi)inə görə məhkəmədə ayağına “qandal” deyilən aparatdan taxmışlar.Qismət kuryer işləyib "Kuba“ markalı motosldiet sürmüşdür. Qismətlə tanışlığı da onun motoskilet sürməsi ilə bağlı olmuş, belə ki, o, da motoskilet sürüb kuryer kimi işləmək istədiyindən ona yaxınlaşıb motoskiletlə bağlı ondan maraqlanmış və aralarında münasibət yaranmışdır. Hüseynin də onun vasitəsi ilə Qismətlə münasibəti yaranmışdır. xx.xx.2025-cü il tarixdə, saat 12 radələrində Hüseynlə birlikdə "Gənclik'' metrosunun yaxınlığında Qismətlə görüşmüş və hava soyuq olduğundan üçü birlikdə “Gənclik Mall”a daxil olmuşlar."Gənclik Mall"-da bir qədər gəzişdikdən sonra üçü birlikdə həmin "Mall”ınn 3-cü mərtəbəsində yerləşən ayaqyoluna daxil olmuşlar. Ayaqyoluna daxil olduqda sonradan adının Əmmar olduğunu bildiyi həmyaşıdı başqa bir həmyaşıdı ilə birlikdə ayaqyolunda olmuşdur. Əmmargildən başqa ayaqyolunda heç kim olmamışdır. Həmin vaxt Hüseyn Əmmara yaxınlaşıb onun şalvarından xoşu gəldiyini və haradan aldığını soruşmuşdur, Əmmar isə "Əcəmi" metrosunun yaxınlığındakı “Podİum” adlı mağazadan aldığını bildirmişdir. Həmin vaxt onun Əmmarın köynəyindən xoşu gəldiyindən sevdiyi qızla görüşəcəyimi bildirib ondan köynəyini ona verməsini istəmişdir. Əmmar isə hazırda köynəyi verə biləcəyini, saat 18 radələrində "AF Mall" adlı ticarət mərkəzinin qarşısına gələrsə verə biləcəyini bildirmişdir, O,isə köynəyə indi ehtiyacın olduğunu, köynəyin qarşılığında ona saatım verə biləcəyini, hətta əlaqə üçün istifadəsində olan nömrəni də verə biləcəyini bildirmişdir. Ommar isə etiraz edərək köynəyi vermək istəməmişdir. Bundan sonra aralarında sözlü mübahisə olmuş.söyüşlü mübahisə zamanı Əmmarın baş nahiyəsindən şillə ilə vurmuş. Ommar isə bundan sonra köynəyi verməyə razı olub, saatını istəməmişdir. Ommar ayaqyolundakı kabinaya girib köynəyi çıxaran zaman hüseyn ona yaxınlaşıb üzərindəki qatlanan bıçağı ona verdi ki, Əmmar eiraz edərsə onu bıçaqla qorxutsun. O. Qismətdən bıçağı alıb şalvarının cibində saxlamış, daha sonra isə Əmmar köynəyini çıxarıb ona vermişko. da köynəyini Ommara vermiş, razılaşmışlar ki.həmin gün saat 18 radələrində AFF Mall-ın qarşısında görüşüb köynəyi Əmmara qaytaracaqdır. Onlar ayaqyolunda olan zaman Qismət onu kənara çəkib Əmmarın gödəkçəsindən xoşu gəldiyini və almaq istədiyini bildirmişdir.O.köynəyi aldığını, gödəkçəyə ehtiyacı olmadığını bildirmişdir.Qismət isə Əmmargilə yaxınlaşıb onunla söhbət edib godəkçəni verməyə razı salmağa çalışmışdır. Əmmargil "Gənclik MalT-dan çıxdıqlarından onlarda arxasınca getmiş, belə ki, Qismət Əmmargilin yanıyla getmiş.o. isə arxada Hüseynlə birlikdə gəlmişdir.Onlar ayaqyolundan çıxarkən o. bıçağı Hüseynin özünə qaytarmışdır.O, Gənclik Mall-dan çıxdıqda "Atatürk" parkının qarşısındakı yeraltı keçidə tətrəf getmiş və keçidə daxil olmuşlar. Keçidin işində olan zaman Əmmar etiraz edib godəkçəni verməkdən imtina etdiyindən Qismət onun üstünə qışqırıb godəkçəni verməsini istəmişdir.Hüseyn üzərində olan bıçağı çıxarıb Ommara göstərərək onu qorxudub bıçağı əlində saxlamışdır.Əmmar isə qorxub gödəkçəsini çıxararaq Qismətə vermişdir. Qismət godəkçəni aldıqdan sonra onlar keçiddən çıxmış. Ommar həmin vaxt yaxınlıqdakı inzibati binaya tərəf qaçmışlar. Qismət isə qaçaraq onlara tərəf gəlmiş. Əmmarın onlar barəsində polisə şikayət edəcəyini deyib qaçmalarım istəmişdir. Onlar da bundan sonra qaçaraq oradan uzaqlaşmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü o, dostu Təqsirləndirilən şəxs1la birlikdə “Gənclik Mall” ticarət mərkəzinə getmişdir. Qismət adlı tanışı ilə əvvəlcədən yazışaraq görüşmək barədə razılaşmışlar. Qisməti uzun müddət görmədiyinə görə görüşmüş və birlikdə “Gənclik Mall”-da oturmuşlar. Hava bir qədər soyuq olduğuna görə orada qalmışlar.Sonradan ticarət mərkəzində Zərərçəkmiş şəxs görmüşlər. Onlar sanitar qovşağa daxil olarkən Hüseyn və İlkin də onların arxasınca getmişlər. Qismət isə sanitar qovşağın qarşısında dayanıb gözləmişdir. Onun əynindəki şalvarla Əmmarın şalvarı eyni modeldə olmuşdur. O, Əmmardan bu şalvarı haradan aldığını soruşduqda, Əmmar “Podium” mağazasından aldığını demişdir. Daha sonra İlkinlə Əmmar arasında köynək barədə söhbət olmuşdur. İlkin “qolumdakı saatı sənə versəm, sən də köynəyi mənə verərsənmi?” deyə Əmmardan soruşmuşdur. Əvvəlcə zərərçəkmiş şəxs razı olmamış, lakin, sonradan İlkinlə birlikdə geyinib-soyunma otağına daxil olmuşdur. O, geyinibsoyunma otağının içərisində nə baş verdiyini görməmiş, lakin, sonradan eşitmişdir ki, İlkin Əmmarın başına yüngül sillə vurub köynəyi götürmüşdür. Hadisədən sonra onlar ticarət mərkəzini tərk etmiş, Əmmarın koftasını qaytarmaq məqsədilə hərəkət etmişlər. Ticarət Nərkəzinin işçiləri onlara “səs-küy salmayın, buradan çıxın” dediklərinə görə oradan çıxmışlar. Yeraltı keçidlə Atatürk parkına doğru gedərkən o, Əmmara demişdir ki, gödəkçəsini ona versin, şəkil və video çəkdirəndən sonra geri qaytaracaqdır. Əmmar razılaşmış, o, gödəkçəni götürmüş, Qismət isə həmin anı telefonla videoya çəkmişdir. Bir qədər sonra Əmmar gödəkçəsini tələb etmiş, o, çıxarıb qaytarmaq istədiyi anda Əmmar gödəkçəni yerə atıb qaçmış, o və digərləri isə həmin yerdən uzaqlaşmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs2 suallara cavab olaraq bildirdi ki, Əmmarı əvvəldən tanımamışdır. Sanitar qovşağa girməzdən əvvəl Əmmarın orada olduğunu görmüşdür. Əmmarı görəndən sonra sanitar qovşağa girmək niyyəti olmamışdır. Onun geyindiyi şalvar göy rəngdə, Əmmarın şalvarı isə boz rəngdə, hər ikisi eyni model olmuşdur. Bıçaq ona məxsus olmuş, ayaqqabısında gizlətmişdir. Bıçağı yeni almış, ölçüsü kiçik-təxminən üç barmaq uzunluğunda olmuşdur. İlkinə ayaqqabısında bıçaq olduğunu özü demiş, İlkin isə ondan bıçağı göstərməsini xahiş etmişdir. Ayaqqabısındakı bıçağı sanitar qovşağa gedəndə çıxarıb İlkinə göstərmişdir. 28 May metrostansiyası yaxınlığında gündəlik kirayə evdə qalmış, ev sahibi əşyalarını atanda bıçağı da atmışdır. 28 Mayda qəlyançı köməkçisi işləmiş, atası rəhmətə getmiş, anası işlədiyinə görə onu internata yerləşdirmiş, anası rəhmətə getdikdən sonra isə internatda daimi qalmışdır. Qismət onun üzərində bıçaq olduğunu bilməmişdir. Onun əynindəki jaketi də Əmmarın üzərində olmuş, gödəkçəni qaytarmaq istəyəndə Əmmar jaketi atıb qaçmış, gödəkçə isə onun yanında qalmışdır. 18ci polis bölməsinin əməkdaşları Əmmarın adından ona yazaraq gödəkçəni qaytarmağı istəmişlər, özü də razılaşaraq demişdir ki, 28 May metrostastansiyası yaxınlığında, istərsə həmin gün, istəsə də sabah qaytara bilər. Onsuz da gödəkçəni qaytarmaq niyyətində olmuş, lakin, həmin gün polislər tərəfindən saxlanıldığından gödəkçə ilə köynəyi İlkinlə birlikdə bölmədə qaytarmışlar. Öz hərəkətinin mahiyyətini anlamamış, gödəkçəni almaqda məqsədi yalnız şəkil və video çəkdirmək olmuşdur. TikTok sosial şəbəkəsində video paylaşmışdır. Bəzi hallarda çöldə qalmalı olmuş, kirayə ev tutmaq üçün pulu olmamış, küçədə yatarkən narkotik istifadəçiləri onu döyüb cibindəki pul və telefonu almağa çalışmış, buna görə də bıçağı yalnız özünü qorumaq məqsədilə üzərində gəzdirdirmişdir. Tualetə yalnız bıçağı göstərmək məqsədilə girmiş, İlkinlə Əmmar arasında mübahisə olacağını bilməmişdir.İlkinlə Əcəmidə görüşmüş, Fəvvarələr Meydanında gəzdikdən sonra metro ilə Gəncliyə getmişlər. Həmin vaxt bıçaq ayaqqabısında olmuş, İlkin bunu əvvəl bilməmiş, Gənclikdə yerişinə görə şübhələnib soruşduqda demişdir. İlkin isə “göstərərsən, baxaram” demişdir. O yazmağı bacarmadığından, müstəntiq komputerdə ifadəni yazdıqdan sonra ona qol çəkməsini demişdir. Müstəntiq ona hər şeyin yaxşı olacağını, həbsdən çıxacağını demiş, yanında vəkili olmamışdır. Vəkil ikinci dəfə İstintaq Təcridxanasından MSY-ə gedəndə gəlmişdir. Vəkil əvvəlki ifadələrin üstündən xətt çəkmiş, müstəntiqə həmin ifadələrin çıxarılmasını demişdir. Müstəntiq də razılaşmışdır. Daha sonra nə müstəntiqlə, nə də ki vəkili ilə görüşmüşdür. Nərimanov Rayon Məhkəməsində də hazırki məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir Təqsirləndirilən şəxs2 ibtidai istintaq təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 4 il olar, Təqsirləndirilən şəxs3 isə 3 aydır tanıyır. Atası vəfat etdiyindən əvvəllər anası ilə birlikdə yaşamışdır. 2020-ci ildə anası vəfat etdikdən sonra qohumları onu qalmağı üçün Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 7 saylı internat məktəbinə vermiş və 2021- ci ilədək həmin məktəbdə qalmışdır. Təqsirləndirilən şəxs1 ilə həmin internat məktəbdə tanış olmuş, belə ki. Təqsirləndirilən şəxs1 həmin internat məktəbində qalmışdır.2021-ci ildə internat məktəbin 9-cu sinifini bitirdiklərindən Təqsirləndirilən şəxs1la birlikdə həmin internat məktəbindən buraxılmışlar. Buraxıldıqdan sonra İlkinlə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda günlük kirayə evlərdə, digər yerlərlərdə gecələməklə qalmış və müxtəlif işlərdə işləməklə dolanışıqlarını təmin etmişlər. Təxminən 3 ay olar ki.Təqsirləndirilən şəxs3lə İlkinin vasitəsi ilə tanış olmuş. Qismət kuryer işləyib "Kuba" markalı motosiklet sürürmüş. İlkin də motoskilet sürüb kuryer kimi işləmək istədiyindən ona yaxınlaşıb tanış olmuşlar. xx.xx.2025-ci il tarixdə,saat 12 radələrində İlkin ilə"Gənclik "metrosun un yaxınlığında görüşmüşlər. Bir qədər sonra Qismət də onların yanına gəlmiş və birlikdə "Gənclik Mall'a daxil olmuşlar. "Gənclik Malf'da bir qədər gəzişdikdən sonra üçü birlikdə həmin "Malfm 3-cü mərtəbəsində yerləşən ayaqyoluna daxil olmuşlar. Ayaqyoluna daxil olduqda sonradan adının Əmmar olduğunu bildiyi həmyaşıdları başqa bir həmyaşıdı birlikdə ayaqyolunda olmuşlar. Əmmargildən başqa ayaqyolunda heç kim olmamış, həmin vaxt Ommarın şalvarı xoşuna gəldiyindən ona şalvarından xoşu gəldiyini və haradan aldığını soruşmuşdur. Əmmar isə “Əcəmi” metrosunun yaxınlığındakı "Podium" adlı mağazadan aldığım bildirmişdir. Həmin vaxt İlkin Əmmara köynəyindən xoşu gəldiyini və müvəqqəti olaraq ona verməsini istəmişdir. Əmmar isə hazırda köynəyi verə biləcəyini, saat 18 radələrində "AF Mall' adlı ticarət mərkəzinin qarşısına gələrsə verə biləcəyini bildirmişdir.İlkin isə köynəyə indi ehtiyacı olduğunu bildirib köynəyi verməsini istəmişdir. Əmmar isə etiraz edərək köynəyi vermək istəməmişdir. Bundan sonra Ommarla İlkin arasında sözlü mübahisə olmuşdur. sözlü mübahisə zamanı İlkin Əmmarın baş nahiyəsindən şillə ilə vurmuşdur. Həmin vaxt o. üzərində olan bıçağı İlkinə vermişdir ki. İlkin onları qorxutsun. Onun İlkinə bıçaq verməsini Əmmarda görmüşdür. Bundan sonra Əmmar İlkinlə birlikdə ayaqyoiundakı kabinaya girib köynəyi çıxarıb İlkinə vermiş, İlkn də öz köynəyini Əmmara vermişdir. Həmin vaxt Qismət Əmmarın gödəkçəsini də almaq istədiyini bildirdiyindən onlar "Gənclik Mall' dan çıxarmaq üçün İlkin köynəyi qaytaracağını bildirib ardınca gəlmələrini istəmişdir .Qismət isə Əmmargilə yaxınlaşıb onunla söhbət edib onu gödəkçəni verməyə razı salmağa çalışmışdır. Əmmargil "Gənclik Mall” dan çıxdıqlarından onlar da arxasınca getmişlər. Belə ki, Qismət Əmmargilin yanıyla getmişi, o,isə arxada İlkinlə birlikdə gəlmişdir. Onlar ayaqyolundan çıxarkən İlkin bıçağı onun özünə qaytarmışdır."Gənclik Mall'dan çıxdıqda "Atatürk" parkının qarşısındakı yeraltı keçidə tərəf getmiş və keçidə daxil olmuşlar. Keçidin işində olan zaman Əmmar etiraz edib gödəkçəni verməkdən imtina eldiyindən Qismət tanın üstünə qışqırıb gödəkçəni verməsini isləmişdir.lliiseyn üzərində olan bıçağı çıxarıb Əmmara göstərərək onu qorxudub bıçağı əlində saxlamışdır.Əmmar isə qorxub gödəkçəsini çıxararaq Qismətə vermişdir. Qismət gödəkçəni aldıqdan sonra onlar keçiddən çıxmış. Əmmar həmin vaxt yaxınlıqdakı inzibati binaya tərəf qaçmışlar. Qismət isə qaçaraq onlara tərəf gəlib. Əmmarın onlar barəsində polisə şikayət edəcəyini deyib qaçmalarını istəmişdir. Onlar bundan sonra qaçaraq oradan uzaqlaşmışlar.Daha sonra Əmmar "tiktok"vasitəsi ilə onunla əlaqə saxlayıb gödəkçəni və köynəyi geri istəmişdir.O,da Qismətlə əlaqə saxlayıb gödəkçəni Əmmara qaytarmaq üçün Qismətdən işəmişdir.Qismət gödəkçəni ona qaytarmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, sonradan özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Fevral ayının 13-də Hüseyn ona yazaraq gğrüşməyi təklif etmişdir. O da bu təkliflə razılaşmış, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında İlkin və Hüseynlə görüşmüşdür. Sonra birlikdə ticarət mərkəzinə qalxmış və orada oturmuşlar. O, görüş zamanı telefona baxsa da, Hüseyn və İlkinin söhbətini eşitmişdir. Həmin vaxt zərərçəkmiş şəxs Əmmar ordan keçmişdir. Hüseyn demişdir ki, “Qaqaşın şalvarı nə qəşəngdir, mən də ondan istəyirəm.” Sonra əvvəlcə Hüseyn, daha sonra İlkin Əmmarın yanına getmişlər. O, düşünmüşdür ki, İlkin və Hüseyn sadəcə şalvarın haradan alındığını soruşacaqlar. Lakin, onlar gedib geri qayıtmamışlar. O, onları axtarmağa başlamış, lakin, ticarət mərkəzinin içərisində tapa bilməmişdir. Daha sonra sanitar qovşağa getmək istəmiş və orada onları görmüşdür. İlkin həmin vaxt Əmmara demişdir ki, “Köynəyin xoşuma gəldi, saatımla dəyişdirək.” Əmmar isə dəyişmək istəməmişdir. Bundan sonra İlkin və Əmmar geyinib-soyunma otağına daxil olmuşlar. Səsküy olduğuna görə nəzarətçi yaxınlaşmış və onları çölə çıxarmışdır. Onlar ticarət mərkəzinin aşağı mərtəbəsinə enmiş, daha sonra mall-dan çıxmışlar. Hüseyn Əmmara “gödəkçəni ver, şəkil çəkib qaytaracam” deyə bildirmişdir. Əvvəlcə Əmmar imtina etmiş, lakin, Hüseyn ikinci dəfə deyəndə gödəkçəni vermişdir. Hüseyn kobud şəkildə danışmamışdır. Əmmar gödəkçəni verdikdən sonra uzaqlaşmış və harasa getmişdir. Onlar da həmin yerdən kənarlaşmışlar. Təqsirləndirilən şəxs3 suallara cavab bildirdi ki, ilkin olaraq sanitar qovşağa Hüseyn və İlkin getmişlər. Əvvəlcədən heç bir razılaşma olmamışdır. Bıçaq İlkində olmuş, belə ki, Hüseyn bıçağı İlkinə vermişdir.Onun isə öz üzərində heç vaxt bıçaq olmamışdır. Hüseynin İlkinə bıçaq verməsini görməmiş, yalnız sonradan eşitmişdir. Nə gödəkçə, nə də köynək ona çatmamışdır. O, sadəcə Hüseynlə görüşməyə getmiş, başqa heç bir məqsədi olmamışdır. Nəzarətçi iki nəfərin eyni kabinəyə girdiyini görmüş, ona görə də onları çıxarmışdır. Əcəmi metrostansiyası tərəflərdə olmamış, həmin yerdə yalnız Hüseyn və İlkin görüşmüşdür. Hadisə baş verməmişdən təxminən 10 dəqiqə əvvəl oraya gəlmişdir. Hüseyni bir ildən çoxdur tanıyır. Hüseyn yetim uşaq olduğu üçün ona kömək etmiş, paltarı olmayanda öz evindən paltar aparmışdır. İlkinlə də Hüseynin yanında tanış olmuşdur. Əvvəllər məhkum olunmuş, həyət evindən oğurluq etdiyinə görə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəzanı tam çəkib bitirməmiş, hadisə baş verəndə ayağında qolbaq olmuşdur. İlkin və Hüseyn onun cinayət törətməsini bilmiş, amma bu barədə aralarında heç bir söhbət olmamışdır. Bıçaq görməmiş, bıçağın olmasından xəbəri olmamışdır. İfadəsini özü verməmiş, yazılanları oxumadan imzalamışdır. Müstəntiq Prosessual Məcəllənin tələblərini pozaraq ifadəni təkbaşına yazmış, özünün oxumasına icazə verməmişdir. Müstəntiq onunla xoş rəftar etmiş, atasına zəng etməyə icazə vermiş, amma beyinini qarışdırmışdır. İstintaq zamanı ona qarşı fiziki təzyiqin olmamış, sadəcə üstünə qışqırılmışdır. Dostlarının tutulmamasını istədiyinə görə istintaq zamanı gödəkçədən xoşu gəldiyi üçün götürdüyünə dair ifadə vermişdir. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir Təqsirləndirilən şəxs3 ibtidai istintaq təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təxminən 5-6 ay olar tanımışdır.Təqsirləndirilən şəxs2 17 yaş olduğunu, lakin Təqsirləndirilən şəxs1 isə 18 yaş olduğunu bilmiş və bunları onlara özləri tanış olduqda demişlər. X5 ilə və Təqsirləndirilən şəxs1 ilə 2024-cü ildə tanış olmuş, onlarla tanışlığı hal- hazırda xatırlamadığı yerdə söhbət əsnasında münasibət yaranaraq olmuşdur. Onların heç kimi olmadığını bildyi üçün əlindən gələn köməkliyi etmişdir. Tanış olduqdan sonra onlar mobil nömrələrini bir-birlərinə verərək müxtəlif vaxtlarda zəngləşərək şəhərdə görüşmüşlər. Belə ki l3.02.2025-cii il tarixdə, saat 12 radələrində Hüseyn və İlkinlə birlikdə Bakı şəhəri. Nərimanov rayonu “Gənclik’' metrosunun yaxınlığında görüşmüş və hava soyuq olduğundan üçü birlikdə “Gənclik Malf’a daxil olmuşlar. "Gənclik Mall”da bir qədər gəzişdikdən sonra üçü birlikdə həmin “Mall'ın 3-cü mərtəbəsində olduğu zaman həmin mərtəbədə yerləşən ayaqyoluna daxil olmuşlar. Ayaqyoluna daxil olduqda sonradan adının Əmmar olduğunu bildiyi və halhazırda anket məlumatlarını bilmədiyi başqa biri ilə birlikdə ayaqyolunda olmuşlar. Əmmargildən başqa ayaqyolunda heç kim olmamışdır. 1 həmin vaxt Hüseyn Əmmara yaxınlaşıb onun şalvarından xoşu gəldiyini və haradan aldığını soruşmuş. Əmmar isə "Əcəmi" metrosunun yaxınlığındakı "Podiuın" adlı mağazadan aldığım bildirmişdir. Həmin vaxt İlkinində Əmınarın köynəyindən xoşu gəldiyi üçün və dediyinə görə sevdiyi qızla görüşəcəyini bildirib ondan köynəyini verməsini istəmişdir. Əmmar isə hazırda köynəyi verə biləcəyini, saat 18 radələrində "AP Mail" adlı ticarət mərkəzinin qarşısına gələrsə verə biləcəyini bildirmişdir. İlkin isə inad ilə köynəyə indi ehtiyacı olduğunu, köynəyin qarşılığında ona saatını verə biləcəyini, hətta əlaqə üçün istifadəsində olan nömrəni də verə biləcəyini bildirmişdir. Əmmar isə etiraz, edərək köynəyi vermək istəmiş, bundan sonra onların arasında sözlü mübahisə olmuş, sözlü mübahisə zamanı İlkin Əmmarın baş nahiyəsindən şillə ilə vurmuşdur. Əmmar isə bundan sonra köynəyi verməyə razı olmuş və İlkinin saatım istəməmişdir. Əmmar ayaqyolundakı kabinaya girib köynəyi çıxaran zaman Hüseyn. İlkinə yaxınlaşıb üzərindəki qatlanan bıçağı ona vermişdir ki. Əmmar etiraz edərsə onu bıçaqla qorxutsun. İlkin də həmin bıçağı l İüseyndəıı alıb şalvarının cibində saxlamışdır. Daha sonra isə Əmmar köynəyini çıxarıb İlkinə vermişi və İlkin də köynəyini ona vermiş, razılaşmışlar ki.həm in gün saat 18 radələrində "AF Mall”ın qarşısında görüşüb köynəyi ona qaytaracaqdır. Onlar ayaqyolundan olan zaman o.İlkini kənara çəkib Əmmarın üst qış gödəkçəsindən xoşum gəldiyini və almaq istədiyimi bildirmişdir.Bundan sonra Əmmargil "Gənclik Mail" dan çıxdıqdan sonra onların arxasınca getmişlər.Belə ki.Əmmargilin yanıyla getmiş. "Gənclik Malfdan çıxdıqdan sonra "Atatürk" parkının qarşısındakı yeraltı keçidə tərəf'getmiş və keçidə daxil olmkşlar. Keçidin içində olan zaman Əmmardan gödəkcəni istədikdə Əmmar buna etiraz edib gödəkçəni verməkdən imtina etdiyindən, onun üstünə qışqırıb gödəkçəni verməsini istəmiş və Əmmar isə qorxub gödəkçəsini çıxararaq ona vermişdir.O,gödəkçəni aldıqdan sonra onlar keçidən çıxmışlar. Əmmar həmin vaxt yaxınlıqdakı inzibati binaya tərəf qaçmış, o. isə qaçaraq Hüseynlə. İlkin tərəfə getmişdir. Əmmarın onların barəsində polisə şikayət edəcəyini deyib qaçmalarını demişdir.Onlar da bundan sonra qaçaraq oradan uzaqlaşmışlar. Həmin köynək İlkində qalmış və onıın götürdüyü gödəkcə isə Hüseyn istədiyi üçün Hüseynə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə 2025-ci ildə baş vermişdir. Həmin vaxt o, universitetə qəbul imtahanına hazırlaşırmış. Hazırlıqdan çıxıb “Gənclik Mall” ticarət mərkəzinə yemək yeməyə getmişdir. Yemək yediyi vaxt ərzində uşaqlardan biri, yəni, Hüseyn stolun ətrafında gəzərək ona baxmış, şübhəli hərəkətlər etmişdir. Sanitar qovşağa getmək üçün qalxanda Hüseyn və digərləri onun arxasınca gəlmişlər. Hüseyn ondan şalvarının qiymətini soruşaraq, şalvarlarını dəyişdirməyi təklif etmişdir. O, Hüseynin təklifi ilə razılaşmamışdır. İlkin və Qismət isə sanitar qovşağın arxa hissəsində dayanmışlar. O, kabinəyə daxil olanda İlkin ondan köynəyini istəmiş, Hüseyn isə şalvarını dəyişmək istəmişdir. O, köynəyini verməkdən imtina edərək etirazını bildirmişdir. Bundan sonra İlkin ona ata-anası olmadığını, uşaq evində böyüdüyünü bildirərək, kğynəyini ona verməli olduğunu demişdir. O, etiraz edən zaman Hüseyn bıçağı çıxarıb qapının arasından İlkinə ötürmüşdür. O, bıçağı görmüş və bu səbəbdən qorxmuşdur. Kabinədən çıxmaq istəyəndə İlkin ona əllə zərbə vurmuş, daha sonra köynəyi zorla ondan almışdır. O, köynəyi çıxarıb İlkinə vermiş, İlkinin köynəyini geyinmişdir. Onun gödəkçəsi isə üzərində qalmışdır. Sonra o, köynəyini geri istəmişdir. Təqsirləndirilən şəxslər ona “verəcəyik” deyə cavab vermişlər. Əmmar köynəyini geri almaq ümidi ilə onların arxasınca düşmüşdür. Gənclik Mall-dan çıxıb yolu keçərək “Atatürk parkı” tərəfə getmişlər. Keçidə düşəndə Qismət onu sıxışdırıb gödəkçəsini almağa cəhd etmişdir. O, qorxduğuna görə gödəkçəni vermişdir. Keçiddən çıxışa qədər bir müddət getdikdən sonra təqsirləndirilən şəxslər ona qarşı yenidən nəsə etmək istəmiş, lakin, yuxarıda təhlükəsizlik kamerası gördükləri üçün bir-birlərinə gözqaşla işarə etmiş və dayanmışlar. O, təhlükə olmasını başa düşərək keçiddən çıxan kimi xəstəxanaya getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verilən suallara cavab olaraq bildirdi ki, hadisədən sonra onun paltarını geyinib sosial şəbəkədə paylaşım etmişlər, həmin paylaşım da onun qarşısına çıxmışdır. Universitet imtahanına 1 həftə qalmış belə hadisənin baş verməsi onun üçün çox ciddi psixoloji sarsıntı olmuşdur. Təqsirləndirilən şəxslərlə barışmamışdır. Hadisə zamanı gödəkçə onun üzərində olmuşdur. Köynəyini geri almaq üçün onlarla birlikdə getmiş və keçidin içində Qismət onu sıxışdıraraq gödəkçəsini almışdır. Gödəkçə Qismətdə, köynək isə İlkində qalmışdır. Heç biri ona qaytarılmamışdır. Qismətin bıçağı olub-olmadığını tam bilməmiş, lakin, Hüseynin bıçağı İlkinə verdiyini açıq şəkildə görmüş, İlkin də kabinədən çıxanda bıçağı ona göstərmişdir. Bıçaq ağ və boz rəngdə, qulpu isə dəmirdən olmuş, bıçağın bağlı halda İlkinin əlində olduğunu görmüşdür. Həm gödəkçə, həm də köynək zorla alınmış, xoşluqla olmamışdır. Hadisə əvvəlcədən planlaşdırılmış və məqsədli olmuşdur. İbtidai araşdırma zamanı iş üzrə zərərçəkmiş şəxs X13 ifadəsində bildirmişdir ki, 13 fevral 2025-ci il tarixdə saat 12 radələrində dostum Elgünlə birlikdə nahar etmək üçün "Gənclik" metrosunun yanındakı "Gənclik Mail" Ticarət Mərkəzinə gəlib həmin "Malf'dakı "Friday"adlı restorandan yemək alıb "Gənclik Malf'm 3-cü mərtəbəsində dostu ilə birlikdə əylşərək nahar elmişdir. Həmin vaxt əvvəllər tanımadığı, sonradan adının Hüseyn olduğunu bildiyi şəxs bir neçə dəfə onların əyləşdiyi masanın yanından keçib diqqətlə onlara baxmışdır.O.bu halı əhəmiyyətsiz hesab edib Hüseyn adlı şəxsin masanın yanına gəlib onlara diqqətlə nəzər yetirməsinə ilkir verməmişdir. Nahar etdikdən sonra dostu Elgünlə birlikdə həmin mərtəbədəki sanitar qovşağına girmək üçün sanitar qovşağı tərəfə getmişlər. Onlar sanitar qovşağına tərəf getdikdə Hüseyn ani olaraq arxadan ona yaxınlaşıb əynindəki şalvardan xoşu gəldiyini bildirib onunla şalvarlarını dəyişməyi istəmişdir.O, buna etiraz edib hərəkətini davam etdirərək dostu ilə birlikdə sanitar qovşağına daxil olmuşdur. Sanitar qovşağına daxil olan zaman Hüseyn də ardınca sanitar qovşağına daxil olmuşdur.O. sanitar qovşağına daxil olan zaman sonradan adının İlkin olduğunu bildiyi həmyaşıdı və sonradan adının Qismət olduğunu bildiyi yaşca onlardan bir qədər böyük olan şəxsin sanitar qovşağında van-yana durduqlarını görmüşdür. Sanitar qovşağına daxil olduqdan sonra o. əynində olan gödəkçəni. məktəbli çantasını və eynəyini saxlaması üçün dostu Hlgiinə vermiş və sanitar qovşağındakı əl yuyulan yerə yaxınlaşıb əlini yumağa başlamışdır.O.əiini yuyan vaxtı Hüseynin İİkingilə yaxınlaşdığını görüb onların bir yerdə olduqlarını və dost olduqlarını görmühjür.l liiseyngil aralarında bir qədər söhbət eldikdən sonra İlkin onlardan ayrılıb ona yaxınlaşmış. aqressiv formada və tələb edərcəsinə köynəyindən xoşu gəldiyini bildirib köynəyini ona verməyini istəmişdir.O. etiraz edib köynəyini ona verməyəcəyini bildirdikdə, köynəyi haradan aldığını soruşmuş, o,da köynəyi aldığı yer barədə bildirib ona əhəmiyyət vermədən sanitar qovşağındakı kabinəyə daxil olmaq üçün kabinənin qarşısına gəlmişdir. İlkin də onun arxasınca gəlib onui itələyərək kabinəyə salmışdır. Həmin vaxt İlkin Hüseynə tərəf səslənərək ondan nəyisə ona verməyini istəmiş,o, həyəcanlı olduğundan İlkinin nə istədiyini başa düşməmişdir. Həmin vaxt Hüseyn üzbəüz olan kabinəyə daxil olub bel tərəfindən ağ rəngli bıçağı çıxarıb əlini uzadaraq İlkinə vermişdir. İlkin əlini kabinədən çölə tərəf uzadıb bıçağı Hüseyndən alıb kəmərənin altına keçirmiş, daha sonra kabinənin qapısmdakı kilidlə qapını bağlaiışdır. İlkin əlin belindəki bıçağın üstünə qoyub aqressiv formada internatda böyüdüyünü, valideynlərinin olmadığını bildirib köynəyini ona verməyini ondan tələb etmişdir. O, buna etiraz edib köynəyini verməkdən imtina etmişdir. İlkinlə aralarında olan sözlü mübahisə zamanı sanitar qovşağından gələn səslərdən anlamışdır ki.Hüseynlə Qismət isə dostum Elgündən gödəkçəsini istəsələr də Elgün gödəkçəni verməkdən imtina elmişdir, O, koynəyiNi verməkdən imtina etdikdə İlkin onun sifətinin sol tərəfindən y umruqla vurub köynəyi verməyini daha da aqressiv formadan tələb etmiş və əli ilə köynəy ini əynindən çıxarmağa çalışmışdır. İlkin əlini belindəki bıçağın üstünə qoyub ondan köynəyi tələb etdiyindən, daha sonra isə köynəyi məcbur əynindən çıxarmaq istədiyindən köynəyi verməyəcəyi təqdirdə onu bıçaqla vuracağında qorxmuş və məcbur olub köynəyini çıxarıb vermişdir. İlkin köynəyi ondan aldıqdan sonra öz köynəyini çıxarıb onun köynəyini geyinmiş və kabinənin qapısım açıb kabinədən çıxaraq dostlarının yanına getmişdir.O. kabinədə maykada qaldığından və maykayla çölə çıxa bilməyəcəyindən kabinədən boylanaraq maykayla kabinədən çıxa bilməyəcəyini bildirmişdir. Həmin vaxt İlkin əlində olan özünə məxsus qara rəgli qtsaqol köynəyi ona uzadıb geyinməyini istəmişdir, O. məcbur olub İlkinin verdiyi köynəvi aeyinib kabinədən çıxmışdır. O.dostu na vaxmlasıb başverənləri danışmaq istədikdə İlkin yenidən ona yaxınlaşıb köynəyinin ona yaxşı qalmadığını, boynunun böyük olduğunu bildirib köynəyi qaytarmaq istədiyini bildirmişdir. O, İlkindən köynəyi qaytarmasını istədikdə sanitar qovşağında çox səs-küy saldıqlarını, bıı səbəbdən “Gənclik Malf'dan kənarda sakit bir yerə gedib köynəyi qaytaracağını bildirmişdir.O, dostundan gödəkçəni. çantanı və eynəyini almış, gödəkçəni cvninə geyinmişdir.Onlar birlikdə sanitar qovşağından çıxan zaman İlkin onun qolundan tutaraq onunla birlikdə getməyini istəmişdir.Onlar birlikdə lifi vasitəsi ilə "Gəndik Malf'dan çıxmış və o,ondan köynəyi qaytarmasını istəmişdir. İlkin isə həmin yerdə insanlar çox olduğundan köynəyi qaytara bilməyəcəyini, daha sakit yer tapdıqda köynəyi qaytaracağını bildirib onun arxasınca getmələrini istəmiş və birlikdə Atatürk prospektinə doğru getmişlər. Həmin vaxt İlkin və dostları özlərini təqdim edib adlarım ona demiş və yaşlarının az olmasına baxmayaraq cinayətkar aləmdə nüfuzları olduqlarını, heç nədən qorxmadıqlarını bildirmişlər.Bir qədər getdikdən sonra Atatürk prospektindəki piyada keçidinə daxil olmuş, piyada keçidində bir qədər gözləmiş və keçiddəki insanların getməsini gözləmişlər. Piyada keçidindəkilər keçidi tərk etdikdən sonra Qismət ona yaxınlaşıb gödəkçəni də ona verməyini tələb etmişdir.O,etiraz etdikdə Hüseynlə İlkin də ona yaxınlaşıb gödəkçəni məcbur əynindən çıxarmaq istəmiş və qolundan tutub onun hərəkət etməyini ınəhdudlaşdırıuışlar.O.onların üzərində bıçaq gördüyündən verməyəcəyi təqdirdə onu bıçaqlayacaqlatundan qorxub gödəkçəni onlara verməyə məcbur olmuşdur. Gödəkçəni ondan aldıqdan sonra o. nəsə etmək istəmiş, onlar öz aralarında sakitcə danışdıqlarından onların niyyətlərindən məlumatsız olmuş, lakin yaxınlıqda kamera olduğundan onu başqa yerə aparmaq istədiklərindən qolundan tutub onu keçiddən çıxarmışlar. Keçiddən çıxdıqda İlkin onun qolundan tutmuş, o, İlkini itələyib onun əlindən çıxaraq yaxınlıqdakı poliklinikaya tərəf qaçmışdır. Onlar onun arxasınca gəlməyib, başqa istiqamətdə qaçmışlar. Sonradan Elgün onun yanına gəlib İlkingilin öz aralarında danışıb onun onlar barədə şikayət edəcəyini güman edib qorxaraq qaçdıqlarını bildirmişlər. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. O, köynəyi 2024-cü ilin dekabr ayında 50 manata, gödəkçəni isə həmin ilkin dekabr ayının sonlarında 120 manata almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01); xx.xx.2025-ci il tarixli raportlardan görünür ki, Qanuni nümayəndə3 və Zərərçəkmiş şəxs adlı şəxslər AR DİN 102 zəng mərkəzinə zəng edərək müvafiq olaraq xx.xx.2025-ci il tarixdə “Gənclik Mall” ticarət mərkəzində 16 yaşlı uşağının bıçaqla hədələnərək geyimlərinin əlindən alınması və “Gənclik Mall”-ın 3-cü mərtəbəsində sanitar qovşaqda 3 nəfər şəxsin yaxınlaşaraq Əmmarı bıçaqla hədələyərək geyiminin əlindən alınması barədə məlumat vermişlər (cild 1, iş vərəqə 08-09); “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən sanitar qovşağın sol tərəfdən 1-ci kabinəsində olmuşdur (cild 1, iş vərəqə 11-15); “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 1 ədəd qara rəngli köynəyi təqdim etmiş, həmin köynək götürülmüşdür (cild 1, iş vərəqə 16); “Zərərçəkmiş şəxs qimsində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqə 31); “Əşyanın götürülməsi haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunqol köynəyi təqdim etmiş, həmin köynək sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqə 59); “Təqdim etmə, götürmə və maddi sübuta baxış keçirilməsi haqqında” 17 fevral 2025ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində “Dior” sözləri yazılmış, ağ və göy rəngli 01 ədəd uzunqol köynəyi təqdim etmiş və həmin köynəyin Zərərçəkmiş şəxs məxsus olduğunu və xx.xx.2025-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və “Qismət” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında basqın edərək əldə etdiklərini göstərmişdir (cild 1, iş vərəqə 61-62); “Təqdim etmə, götürmə və maddi sübuta baxış keçirilməsi haqqında” 17 fevral 2025ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində qara rəngli 01 ədəd gödəkçəni təqdim etmiş və həmin gödəkçənin Zərərçəkmiş şəxs məxsus olduğunu və xx.xx.2025-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və “Qismət” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında basqın edərək əldə etdiklərini göstərmişdir (cild 1, iş vərəqə 79-80); “Əşyanın tanınmaya təqdim olunması haqqında» xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş 01 ədəd köynəyi və 01 ədəd gödəkçəni tanımış və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona basqın edilərək əldə etdikləri köynək və gödəkçənin olmasını bildirmişdir (cild 1, iş vərəqə 81-82); “Şəxsin tanınması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunmuş şəxslərin arasından 2-ci sırada dayanmış Təqsirləndirilən şəxs1 tanımış və həmin şəxsin xx.xx.2025-ci il tarixdə ona qarşı quldurluq edən 3 nəfər şəxsdən biri olduğunu bildirmişdir (cild 1, iş vərəqə 121-123); “Şəxsin tanınması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunmuş şəxslərin arasından 4-cü sırada dayanmış Təqsirləndirilən şəxs2 tanımış və həmin şəxsin xx.xx.2025-ci il tarixdə ona qarşı quldurluq edən 3 nəfər şəxsdən biri olduğunu bildirmişdir (cild 1, iş vərəqə 124-126); “Üzləşdirmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında həyata keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ona qarşı quldurluq edən 3 nəfər şəxsdən birinin Təqsirləndirilən şəxs1 olduğunu sonuncunun üzünə qarşı demişdir (cild 1, iş vərəqə 127- 129); “Üzləşdirmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında həyata keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ona qarşı quldurluq edən 3 nəfər şəxsdən birinin Təqsirləndirilən şəxs2 olduğunu sonuncunun üzünə qarşı demişdir (cild 1, iş vərəqə 130- 132); “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi halları hadisə yerində bir daha təsdiqləmişdir (cild 1, iş vərəqə 133-137); “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi halları hadisə yerində bir daha təsdiqləmişdir (cild 1, iş vərəqə 138-141); “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 143-144); “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 156-157); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 216-217); “Respublika Narkoloji Mərkəzi” və “Bakı şəhəri Narkoloji Mərkəzi” PHŞ-nin 01.03.202-ci il tarixli müvafiq olaraq xx/xx-2851 və 1177 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sözügedən mərkəzlərdə qeydiyyatda yoxdurlar (cild 1, iş vərəqə 218-219); “Şəxsin tanınması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunmuş şəxslərin arasından 2-ci sırada dayanmış Təqsirləndirilən şəxs3 tanımış və həmin şəxsin xx.xx.2025-ci il tarixdə ona qarşı quldurluq edən 3 nəfər şəxsdən biri olduğunu bildirmişdir (cild 1, iş vərəqə 243-245); “Üzləşdirmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında həyata keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ona qarşı quldurluq edən 3 nəfər şəxsdən birinin Təqsirləndirilən şəxs3 olduğunu sonuncunun üzünə qarşı demişdir (cild 1, iş vərəqə 246- 248); “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi halları hadisə yerində bir daha təsdiqləmişdir (cild 2, iş vərəqə 01-04); “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 2, iş vərəqə 05-06); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 2, iş vərəqə 37-38); Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 664 №-li rəyindən görünür ki. yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və psixiatrik müayinənin nəticələri və s.sübut etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əvvəllər, cinayətin törədilən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarda qeyd edilən əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 özündən uydurmaya meyillilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, adaptivlik, ünsiyyətçillik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s.kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 hadisə zamanı psixi vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 psixi inkişafı nəzərə alınmaqla, o. yaranmış şəraitin mahiyyətini tam dərk edə bilər. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs qismində keçmədiyindən zərərçəkmiş şəxs qismində keçmədiyindən köməksiz vəziyyətdə olub-olmaması müəyyən edilməmişdir, təqsirləndirən şəxs qismində keçdiyindən bu sual ona şamil olunmamışdır (cild 2, iş vərəqə 82-84); Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 663 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və psixiatrik müayinənin nəticələri və s. sübut etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əvvəllər, cinayətin törədilən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarda qeyd edilən əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai ləhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, adaptivlik, ünsiyyətçillik, özünə məxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 hadisə zamanı psixi vəziyyətində normadan kənar hallar baş verməmişdir. Təqsirləndirilən şəxs1 psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk edə bilər. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs qismində keçmədiyindən köməksiz vəziyyətdə olub-olmaması müəyyən edilməmişdir, təqsirləndirən şəxs qismində keçdiyindən bu sual ona şamil olunmamışdır. (cild 2, iş vərəqə 78-80); Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1192 №-1 i rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və psixiatrik müayinənin nəticələri və s. sübut etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmamışdır. Fərdi-psixoloji xüsusiyyətlərində eqosentrizm, öz üstünlüyünü nümayiş etdirməyə meyillilik, kobudluq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 özündən uydurmağa meyillilik aşkar olunmamışdır. Lakin, özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm öz üstünlüyünü nümayiş etdirməyə meyillilik, kobudluq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 əqli-psixi inkişafına görə-yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs3 əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxs qismində keçmədiyindən köməksiz vəziyyətdə olub-olmaması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirən şəxs qismində keçdiyindən bu sual ona şamil olunmamışdır (cild 2, iş vərəqə 86-88); “Sübutların qiymətləndirilməsi haqqında” 11 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin dəyəri 50 manat, gödəkçənin dəyəri 120 manat olmaqla zərərin ümümi dəyərinin 170 manat olması kimi qəbul olunması qərara alınmışdır (cild 2, iş vərəqə 118-131); Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 cəzasının 3 ay 25 gününü çəkmiş, cəzasının 1 il 2 ay 1 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 13 fevral 2025-ci il tarixdə, saat 12 radələrində aralarındakı rol bölgüsünə və ümumi razılaşmaya əsasən qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanında yerləşən "Gənclik Mall" Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən sanitar qovşağında olan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dövrəyə almaqla hərəkətlərini məhdudlaşdırdıqdan sonra o, üzərində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək sonuncunun əynində olan 50 manat dəyərində köynəyini ələ keçirmiş, daha sonra cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs gödəkçəsini ələ keçirmək məqsədi ilə aralarındakı rol bölgüsünə uyğun olaraq ələ keçirdiyi köynəyi qaytaracağına dair yalan məlumat verib sonuncunun onlarla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən yeraltı piyada keçidinə gəlməsinə nail olduqdan sonra həmin vaxt qeyd olunan yerdə qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla qrup üzvü Təqsirləndirilən şəxs3 əlində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edərək sonuncunun 130 manat dəyərində olan gödəkçəsini ələ keçirərək quldurluq etmiş və bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib- verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, No 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, No 35423/07, 21 fevral 2019- cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərə onların əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ayrı-ayrılıqda həmin sübutlara dair öz fikirlərini bildirmişlər. Məhkəmə araşdırması zamanı müdafiə tərəfinin dəlilləri araşdırılmışdır. Məhkəmədə dindirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər üçü bildirmişdir ki, onlara müstəntiq tərəfindən edilmiş təsir nəticəsində ibtidai istintaq zamanı quldurluq cinayəti törətmələri barədə etirafedici ifadə vermiş və ifadələrini oxumadan imzalamışlar. Onlar tərəfindən sözügedən quldurluq cinayətinin törədilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsdən köynək və gödəkçəni sadəcə şəkil çəkdirib qaytarmaq məqsədi ilə aldıqlarını göstərmişlər, Təqsirləndirilən şəxs3 isə baş vermiş hadisə ilə əlaqəsinin olmadığını sadəcə hadisə zamanı yoldaşlarının yanında olduğunu, təqsirli olmadığını qeyd etmişdir. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər hər üçü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulduqdan sonra onlara hər hansı bir təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barələrində həbs qətimkan tədbiri seçilərkən nə özləri, nə vəkilləri və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və bu barədə məlumat verməmişlər. Nəzərə almaq lazımdır ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələri və cinayət işinin materiallarında olan sənədlərin təhlil edilməsi nəticəsində təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən psixoloji təsir edilməsi müəyyən olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Beləliklə, məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxslərə müstəntiq tərəfindən edilmiş təsir nəticəsində ibtidai istintaq zamanı quldurluq cinayəti törətmələri barədə etirafedici ifadə vermələri və ifadələrini oxumadan imzalamaları barədə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər üçünün məhkəmə istintaqı zamanı verdikləri ifadələrini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda izahı verilən və məhkəmə istintaqında müəyyən edilmiş halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə - quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilməsi qənaətindədir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli qəsdən törətmişlər və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli başa çatmış cinayətdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməklə həmin maddə üzrə sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsinə əsasən həmin Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin sonuncuların həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, habelə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən həmin məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan şəxs olaraq törətmələrini, əməllərindən səmimi peşmançılıq çəkmələrini, habelə ilk dəfə cinayət törətmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs3 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o, həmin cəzasını çəkib qurtarmamış, onun məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinin tələblərinə uyğun olaraq ümümi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 il 2 ay 1 gün hissəsi hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 92-93); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 23:05-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 111-112); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 234-235); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(005)- 209/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 194-198); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(005)- 210/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 199-203); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 4(005)- 279/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 28-32); Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli isə xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan zərərçəkmiş şəxsə məxsus bir ədəd üzərində “Dior” yazısı olan L ölçülü köynək və bir ədəd qara rəngli, üzərində “Klanxnu” yazısı olan 3XL ölçülü gödəkcə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 hər birindən 15 manat və Təqsirləndirilən şəxs3 20 manat olmaqla tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçiləri ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat, Təqsirləndirilən şəxs3 göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümümi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümümi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 2 ay 1 gün çəkilməmiş hissəsi, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilərək, hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs3 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin cəzaçəkmə müddətinin əvvəli 04 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına saxlanılan 01 ədəd üzərində "Dior” yazıları olan L Ölçülü yun köynək (poliver) və 01 ədəd qara rəngli üzərində "Klanxnu" yazısı olan 3XL ölçülü gödəkçə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 hər birindən 15 manat və Təqsirləndirilən şəxs3 20 manat olmaqla tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına vəkilləri Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi2 üçün hər birinə ayrı ayriliqda 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar