Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1404/2021 20.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Mikayılov Eldar Əli oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə açıq məhkəmə iclasında, 16 avqust 1989-cu ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, Füzuli şəhəri M.Hacıyev küçəsi, ev 12-də qeydiyyatda olub, ünvan 1-da yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Bəhmən» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni bir bükümdə ümumi təmiz çəkisi 532,437 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, yəni bir bükümdə ümumi təmiz çəkisi 73,613 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 33,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə etdikdən sonra, həmin narkotik vasitələrdən 9,437 qram heroini və 7,826 qram çəkidə psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, qalan 523 qram çəkidə narkotik vasitə heroini, 65,787 qram çəkidə psixotrop maddə metamfetamini və 33,480 qram narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 1 ünvanına daşıyaraq gətirib saxlamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 26 aprel 2021-ci il tarixdə saat 23:55-də Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova küçəsi 45 saylı binanın yaxınlığında saxlanılaraq həmin baş idarənin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir bükümdə külli miqdarda, yəni 9,437 qram təmiz çəkidə kustar üsulla narkotik vasitə heroin və bir bükümdə külli miqdarda, yəni 7,826 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra 27 aprel 2021-ci il tarixdə saat 2:10-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10 saylı evinə keçirilən baxış zamanı evin girişdən sağ tərəfdə yerləşən otaqdakı taxta konstruksiyalı dolabın içərisində saxladığı bir bükümdə, külli miqdarda, yəni 523 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə, yəni külli miqdarda 65,787 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 33,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2007-ci ildə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. Müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Tutulmamışdan 2 ay əvvəl İnstagram sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı Bəhmən kimi təqdim edən şəxslə tanış olmuşdur. İnternetdə bir müddət danışdıqdan sonra Bəhmən ona iş təklif etmişdir. Belə ki, sonuncu ona narkotik vasitə və psixotrop maddələr yerləşdirilmiş müxtəlif ünvanların şəklini göndərəcəyini, həmin yerlərə gedib malları götürüb başqa yerə qoyacağını və buna görə 1000 manat alacağını bildirmişdir. Pula ehtiyacı olduğundan Bəhmənin təklifi ilə razılaşmışdır. Bundan sonra Bəhmən «Whatsapp» proqramında İran İslam Respublikasına məxsus mobil nömrəsindən onun istifadə etdiyi ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə narkotik vasitələr və psixotrop maddə qoyduğu ünvanların fotoşəkilini atmışdır. İlk dəfə Binəqədi qəsəbəsinə, daha sonra isə Sumqayıt şəhərinə gedib narkotik vasitələr heroin, marixuana və psixotrop maddə metamfetamini qoyulan yerdən götürüb, yaşadığı evə gətirmişdir. Daha sonra Bəhmənin tapşırığı ilə həmin maddələri tərəzidə hissə-hissə çəkib, sonuncunun dediyi yerlərə qoymalı olmuşdur. 26 aprel 2021-ci il tarixdə Bəhmən «Whatsapp» vasitəsilə ona 10 qram heroin və 8 qram metamfetamin götürüb hazırda xatırlamadığı yerə qoymasını tapşırmışdır. Bu məqsədlə həmin gün saat 23:55-də ünvan 4 ünvanının yaxınlığında piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən içərisində 1 bükümdə narkotik vasitə olan heroin və 1 bükümdə psixotrop maddə olan metamfetamin kütlələri olan 1 ədəd bağlamanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 1 ədəd tibbi maska, əynindəki cins şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsi, **********984726 nömrəli plastik kartı, 121 manat pul, həmin şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın arxa sağ cibindən 1 ədəd «Samsung» markalı, arxa sol cibindən 1 ədəd «Samsung» və 1 ədəd «Huavei» markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Daha sonra təqdim etdiyi bükümlər zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus şəxsiyyət vəsiqəsi, **********984726 nömrəli plastik kart, 2 ədəd «Samsung» və 1 ədəd «Huavei» markalı mobil telefonlar götürülmüş, 1 ədəd tibbi maska, içərisində siqaret dənələri olan siqaret qutusu və 121 manat pul ona qaytarılmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri internetdə tanış olduğu Bəhmən adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini, İİR-sı vətəndaşı Bəhmən adlı şəxsə göndərəcəyini, gördüyü işin qarşılığında isə sonuncunun ona narkotik vasitələrin hər kiloqramına görə 1000 manat pul göndərəcəyini demiş və Bakı şəhəri Nərimanov rayonunda yerləşən evində də narkotik vasitələr olduğunu əlavə etmişdir. Evə baxış keçirilməsinə etiraz etmədiyindən polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi ev 10 ünvanına getmişlər. Polis əməkdaşlarının təklifi ilə girişdən sağ tərəfdə yerəşən otaqda olan taxta konstruksiyalı dolabdan içərisində narkotik vasitə heroin olan 1 büküm, psixotrop maddə metamfetamin olan 1 büküm və içərisində qurudulmuş marixuana olan 1 ədəd qara rəngli qutu, 2 ədəd elektron tərəzi və içərisində qeydlər aparılmış dəftər olan 1 ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlə qablaşdırılmış büküm ilə birlikdə 533 qram, metamfetaminə bənzər kütlə 69,11 qram, qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırma ilə birlikdə 92,44 qram təşkil etmişdir. Sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. Qeydlər aparılmış 1 ədəd dəftər və elektron tərəzilər də götürülmüşdür. Sonra yaşadığı evin digər yerlərinə də baxış keçirilmiş, lakin, heç nə aşkar edilməmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Bəhmən görəcəyi işin qarşılığında ona 1000 manat pul göndərəcəyinə söz versə də, tutulduğuna görə ona ödəniş edilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 aprel 2021-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil omuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil edilmişdir. Həmin qrupa o və Şahid2 daxil edilmişdir. Keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə saat 23:55 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Onların təklifi əsasında sonuncu əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən içərisində bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər və bir bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bəzər kütlələr olan bir ədəd bağlamanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər çəkilərinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlə təxminən 11,19 qram, metamfetaminə bənzər kütlə isə təxminən 8,94 qram təşkil etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir ədəd tibbi maska, əynindəki cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********984726 nömrəli plastik kart, 121 manat pul, həmin şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın arxa sağ cibindən bir ədəd «Samsung» markalı, arxa sol cibindən isə bir ədəd «Samsung» və bir ədəd «Huavei» markalı mobil telefonlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********984726 nömrəli plastik kart, 2 iki ədəd «Samsung» və 1 bir ədəd «Huavei» markalı mobil telefonlar bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 ədəd tibbi maska, içərisində siqaret dənələri olan siqaret qutusu və 121 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri internetdən tanış olduğu ran İİR-sı vətəndaşı Bəhmən adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisindən götürdüyünü, sonradan həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini Bəhmənə göndərəcəyini, gördüyü işin qarşılığında sonuncunun ona narkotik vasitələrin hər kiloqramına görə 1000 manat pul göndərəcəyini, bundan başqa yaşadığı Bakı şəhəri Nərimanov rayonunda yerləşən evində də narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmənin nəticələrini əks etdirən protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. 27 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 1 ünvanına da videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü evin girişdən sağ tərəfdə yerləşən otaqda olan taxta konstruksiyalı dolabdan bir ədəd qara sellofan torbanı çıxarıb təqdim etmişdir. Torbanı açdıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir büküm, psixotrop maddə metamfetaminə bənzər maddə olan bir büküm, içərisində marixuanaya bənzər kütlə olan bir ədəd qara rəngli qutu, 2 ədəd elektron tərəzi və qeydlər aparılmış 1 ədəd dəftər aşkar edilmişdir. Sonra çəkilərinin müəyyən edilməsi üçün kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlə 533 qram, metamfetaminə bənzər kütlə 69,11 qram, qurudulmuş marixuanaya bənzər kütlə isə qablaşdırma ilə birlikdə 92,44 qram olmuşdur. Həmin kütlələr və 2 ədəd elektron tərəzi qara rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Dəftər isə götürülmüşdür. Sonra evin digər hissələrinə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri də internetdən tanış olduğu İİR-sı vətəndaşı Bəhmənin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 154-156-cı vərəqlərindəki video disklərə baxış protokoldan görünür ki, 27 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nin təhqiqatçısı polis kapitanı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə və onun yaşadığı evə baxış keçirilməsi ilə bağlı video kamera vasitəsi ilə lentə alınmış və CD-disklərinə köçürülmüş görüntülərə baxış keçirilmişdir. Baxış zamanı şəxsi axtarış və götürmə başlanılmazdan əvvəl şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildiyi, onun hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakının olması, üzərinə müdafiəçisinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildiyi, onun video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi, qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri varsa, təqdim edilməsi təklif edildiyi, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən içərisində bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər və bir bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bir ədəd bağlamam təqdim edərək masanın üzərinə qoyduğu, həmin bükümlər çəkilərinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkildiyi, kütlələrin qablaşdırılmış vəziyyətdə elektron tərəzidə çəkildiyi, heroinə bənzər kütlənin 11,19 qram, metamfetaminə bənzər kütlənin isə 8,94 qram olduğu, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi, əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir ədəd tibbi maska, əynindəki cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, plastik kart, 121 manat pul, həmin şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın arxa sağ cibindən bir ədəd «Samsung» markalı, arxa sol cibindən bir ədəd «Samsung» və bir ədəd «Huavei» markalı mobil telefonlar aşkar olunaraq götürüldüyü, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədiyi, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər içərisi boş ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürləndiyi, üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalandığığı, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin, plastik kartın, 2 iki ədəd «Samsung» və 1 bir ədəd «Huavei» markalı mobil telefonlar bu barədə sonuncuya izah verildikdən sonra götürüldüyü, 1 ədəd tibbi maska, içərisində siqaret dənələri olan siqaret qutu və 121 manat pulun Təqsirləndirilən şəxs qaytarıldığı, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri 2 ay bundan əvvəl internetdən tanış olduğu İİR-sı vətəndaşı Bəhmən adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisindən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini İran İslam Respublikası vətəndaşı Bəhmən adlı şəxsə göndərəcəyini, gördüyü işin qarşılığında sonuncunun ona narkotik vasitələrin hər kiloqramına görə 1000 manat pul göndərəcəyini, özünün narkotik vasitələrin satışını həyata keçirmədiyini, həmçinin yaşadığı Bakı şəhəri Nərimanov rayonunda yerləşən evində də narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdiyi aydın görünür. Şəxsi axtarış və götürmə zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsində xidməti iş otağında bu barədə protokol tərtib edildiyi və iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən tanış olunaraq imzalandığı, qeyd olunanlıardan savayı onun üzərindən başqa heç nə aşkarlanmadığı, bu barədə video çəkilişə dair görüntülər CD diskinə köçürülərək protokola əlavə edildiyi görünür. Bundan sonra, onun müvəqqəti yaşadığı ünvan 7 ünvanında narkotik vasitələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər digər əşyaların və ya sənədlərin olmasını ehtimal edilməsi ilə video çəklişlə baxış keçirmək barədə qərarla tanış edildiyi, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyi, bundan sonra 27 aprel 2021-ci il tarixli qərara əsasən evə gəlindiyi və video çəkilişdən istifadə edilməklə evə baxış və götürmə aparıldığına dair video-diskdəki görütülərə baxış keçirilmiş, görüntülərdə baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildiyi, təklifdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi ev 10 ünvanında girişdən sağ tərəfdə yerləşən otaqda olan taxta konstruksiyalı dolabdan içərisində 1 büküm açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə qablaşdırılmış halda 533 qram heroin, 1 büküm ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə 69,11 qram, qara rəngli qutuda, açıq yaşıl rəngli spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər 92,44 qram kütlə, 2 ədəd elektron tərəzi və içərisində qeydlər aparılmış dəftər olan 1 ədəd qara rəngli sellofan torbanı təqdim etdiyi, 2 ədəd elektron tərəzi içərisi boş olan qara rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılaraq möhürləndiyi və üzəri şübhəli şəxs, müdafıəçi tərəfimdən imzalandığı və içərisində qeydlər aparılmış 1 ədəd dəftərin bu barədə sonuncuya izah verildikdən sonra götürüldüyü, Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirildiyi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədiyi, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 2 ay bundan əvvəl internetdən tanış olduğu İİR-sı vətəndaşı Bəhmən adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisindən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini, İİR-sı vətəndaşı Bəhmən adlı şəxsə göndərəcəyini, gördüyü işin qarşılığında sonuncunun ona narkotik vasitələrin hər kiloqramına görə 1000 manat pul gödərəcəyini bildirdiyi, Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təziq edilmədiyi qeyd olunması aydın görünmüşdür. İşin 33-36-cı vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00:50-də Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Mərkəz» Vəkil Bürosunun vəkili X1 və əməliyyat müvəkkillərinin iştirakı ilə şəxsi axtarış və götürməyə başlanıldığı, şəxsi axtarış və götürmə başlanılmazdan əvvəl şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildiyi, onun hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakının olması, üzərinə müdafiəçisinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildiyi, onun video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi, qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, təqdim edilməsi təklif edildiyi, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən içərisində bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər 11,19 qram və bir bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan bir ədəd 8,94 qram çəkidə bağlama təqdim edərək masanın üzərinə qoyduğu, həmin bükümlər çəkilərinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkildiyi, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi, əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir ədəd tibbi maska, əynindəki cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, plastik kart, 121 manat pul, həmin şalvarın sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın arxa sağ cibindən bir ədəd «Samsung» markalı, arxa sol cibindən isə bir ədəd «Samsung» və bir ədəd «Huavei» markalı mobil telefonlar aşkar olunaraq götürüldüyü, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədiyi, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldığı, möhürləndiyi, üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalandığığı, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin, plastik kartın, 2 iki ədəd «Samsung» və 1 bir ədəd «Huavei» markalı mobil telefonlar bu barədə sonuncuya izah verildikdən sonra götürüldüyü, 1 ədəd tibbi maska, içərisində siqaret dənələri olan siqaret qutusu və 121 manat pulun Təqsirləndirilən şəxs qaytarıldığı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri 2 ay bundan əvvəl internetdən tanış olduğu İİR-sı vətəndaşı Bəhmən adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisindən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini, İİR-sı vətəndaşı Bəhmən adlı şəxsə göndərəcəyini, gördüyü işin qarşılığında sonuncunun ona narkotik vasitələrin hər kiloqramına görə 1000 manat pul göndərəcəyini, özünün narkotik vasitələrin satışını həyata keçirmədiyini, həmçinin yaşadığı Bakı şəhəri Nərimanov rayonunda yerləşən evində də narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdiyi qeyd olunmuşdur. Şəxsi axtarış və götürmə zaman Baş Narkotiklərlə Mübarizə İdarəsində xidməti iş otağında bu barədə protokol tərtib edildiyi və protokol iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən tanış olunaraq imzalandığı, qeyd olunanlıardan savayı onun üzərindən başqa heç nə aşkarlanmadığı, bu barədə video çəkilişə dair görüntülər CD diskinə köçürülərək protokola əlavə edildiyi yazılmışdır. Şəxsi axtarış və götürmə zamanı tərtib edilmiş protokolda hər hansı bir qanun pozuntusu aşkar edilmədiyi müəyyən olunmuşdur. İşin 39-42-ci vərəqlərindəki evə baxış keçirilməsi və götürmə haqqında 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı polis kapitanı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 7 ünvanında narkotik vasitələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər digər əşyaların və ya sənədlərin olmasının ehtimal edilməsi ilə video çəklişlə baxış keçirmək barədə qərarla tanış edildiyi, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyi, 27 aprel 2021-ci il tarixli qərara əsasən evə gəlindiyi və video çəkilişdən istifadə edilməklə evə baxış və götürmə aparıldığı, baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildiyi, təklifdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi ev 10 ünvanında girişdən sağ tərəfdə yerləşən otaqda olan taxta konstruksiyalı dolabdan içərisində 1 büküm, açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroin, 1 büküm ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, qara rəngli qutuda, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd elektron tərəzi və içərisində qeydlər aparılmış dəftər olan 1 ədəd qara rəngli sellofan torbanı təqdim etdiyi, kütlələrin elektron tərəzidə çəkildiyi və sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan qara rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırıldığı, möhürləndiyi və üzəri şübhəli şəxs və müdafıəçi tərəfindən imzalandığı, içərisində qeydlər aparılmış 1 ədəd dəftərin bu barədə sonuncuya izah verildikdən sonra götürüldüyü, Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirildiyi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədiyi, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 2 ay bundan əvvəl İnternetdən tanış olduğu İİR-sı vətəndaşı Bəhmən adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisindən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini, İİR-sı vətəndaşı Bəhmən adlı şəxsə göndərəcəyini, gördüyü işin qarşılığında sonuncunun ona narkotik vasitələrin hər kiloqramına görə 1000 manat pul gödərəcəyini bildirdiyi, Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə üzərinə şəxsi axtarış və evə baxış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təziq edilmədiyi görünmüşdür. Videoçəklişlərə baxış zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə və mənzilinə baxış vaxtı hər hansı bir qanun pozuntusu aşkar edilməmişdir. İşin 12-ci vərəqindəki 26 aprel 2021-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 avqust 1989-cu ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9yan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 26 aprel 2021-ci il tarixdə saat 23:55 dəqiqədə ünvan 10 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda, avtomobilində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı araşdırma aparılması üçün aidiyyatı əməkdaşa göstəriş verilməsinə dair müraciət edildiyi qeyd olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2021-ci il tarixli, 6/1664 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi... « və s. yazılar, imzalar olan kağız paketdəki (№1) 1 ədəd bükümdə təmiz çəkisi 9,437 qram qəhvəyi rəngli maddə kütləsi (№1H) kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 7,826 qram ağ rəngli kristalşəkilli kütlə (№1M) kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; üzərində «Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı təqdim etdiyi ...» və s. yazılar, imzalar olan kağız paketdəki (№1) 1 ədəd bükümdə təmiz çəkisi 523 qram qəhvəyi rəngli maddə kütləsi (№2H) kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 65,787qram ağ rəngli kristalşəkiİli kütlə (№2M) kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 ədəd ağ rəngli və 1 ədəd elektron tərəzilərin səthlərində heroinin izləri müəyyən edildi. Tərəzilərin səthlərində heroin iz şəklində olduğundan təmiz çəkinin müəyyən edilməsi və eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi və yaşadığı mənzildən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və həmçinin həmin şəxsin üzərindən və yaşadığı mənzildən aşkar olunmuş heroin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri»in siyahısına (Siyahı İ); metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahılarına (Siyahı 1) daxildir. Məhkəmə-bioloji ekspertizasının 27 aprel 2021-ci il tarixli, 7/398 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs mənzilindən... 1 büküm ... marixuanaya oxşar...» yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 1 ədəd qara rəngli karton qutuda təmiz çəkisi 33,480 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İki ədəd elektron tərəzinin üzərində (kannabis) bitkisinin hissəcikləri yoxdur. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 iyun 2021-ci il tarixli 1938 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən suiistifadə etməsi ilə nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 4 iyun 2021-ci il tarixli 1184 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən «emosional davamsız şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və İctimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksı CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 159-176-cı vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilib götürülmüş təmiz çəkisi 9,437 qram narkotik vasitə heroin, təmiz çəkisi 7,826 qram psixotrop maddə metamfetamin, yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 10 saylı evinə keçirilən baxış zamanı götürülmüş bir bükümdə təmiz çəkisi 523 qram narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi 65,787 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 33,480 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə aparılması və evə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 2 ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitələr, psixotrop maddə və elektron tərəzilər saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 2 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 123-129-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs İsmayılov X3 rayon məhkəməsinin 20 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti təyin edilmişdir. İşin 24-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə, saat 23:55-də saxlanılaraq Azərbaycan Respublikası DİN BNMİ-nə gətirilmişdir. İşin 132-133-cü vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 8 fevral 2016-cı il təvəllüdlü İsmayılova Aişə, 16 oktyabr 2017-ci il təvəllüdlü İsmayılov Yusif və 3 mart 2019-cu il təvəllüdlü İsmayılova Məryəm adlı 3 azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilib götürülmüş təmiz çəkisi 9,437 qram narkotik vasitə heroin, təmiz çəkisi 7,826 qram psixotrop maddə metamfetamin, yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 10 saylı evinə keçirilən baxış zamanı götürülmüş bir bükümdə təmiz çəkisi 523 qram narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi 65,787 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 33,480 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması və evə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 2 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilib götürülmüş təmiz çəkisi 9,437 qram narkotik vasitə heroin, təmiz çəkisi 7,826 qram psixotrop maddə metamfetamin, yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 10 saylı evinə keçirilən baxış zamanı götürülmüş bir bükümdə təmiz çəkisi 523 qram narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi 65,787 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 33,480 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması və evə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 2 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat 72 (yetmiş iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1404/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1404/2021
20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver