Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1404/2023 23.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11 : 20 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşamış, barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə '‘həbs" qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 2,541 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 5 ərazisinə daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 fevral 2023cü il tarixdə saat 11:40-da Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 5, “Al market” mağazasının yaxınlığında etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **- VO-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində saat 13:27-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli iç gödəkcəsinin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdar ümumi təmiz çəkisi 2,541 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 fevral 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisindən küçədə yolun kənarında olan ağacın dibindən içərisində narkotik vasitə olan 01 ədəd heroin bükümü tapmışdır. Həmin vaxt onu özünün istifadə edəcəyini fikirləşmiş, ona görə də həmin bükümü üzərində gəzdirmişdir. 15 fevral 2023-cü il tarixdə saat 11:40-da Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhulzadə küçəsi, “Al market” mağazasının yaxınlığında idarə etdiyi “Kia Rio” markalı, **-VO-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. İdarədə onun üzərinə baxış keçirilən zaman 01 ədəd bükümdə 2,541 qram çəkidə narkotik vasitə onun üzərindən aşkar olunmuşdur. Lakin, narkotik vasitələrin heç bir zaman satışı ilə məşğul olmamış, eləcə də, satış məqsədi ilə üzərində saxlamamış, gəzdirməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, narkotik vasitə istifadəçisi olduğu və üzərində narkotik vasitə saxladığı üçün peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 15 fevral 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 5vanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMl-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 15 fevral 2023-cü il tarixli qərar çıxarılmış və BMCMlnin əməkdaşları - əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 11:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 5, “Al market” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs “Kia Rio” markalı **-VO-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı bir vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil X3 dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmış, Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri, izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmiş, şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlmışdır. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə “kakos” olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd alışqanı və 01 ədəd siqaret qutusunu, əynində olan boz rəngli iç gödəkcəsinin sol yan cibindən 01 ədəd siqaret qutusunu, açarları, boz rəngli gödəkcəsinin sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, qara rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd sürücülük vəsiqəsini, 02 ədəd plastik bank kartlarını və 01 ədəd mobil telefon nömrəsini, şalvarının sağ yan cibindən 35 manat pulu, qara rəngli gödəkcəsinin sol döş cibindən 01 ədəd “İphone’’ markalı mobil telefonu və 02 ədəd şokoladı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən İmzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon, 01 ədəd sürücülük vəsiqəsi, 02 ədəd plastik bank kartları və 01 ədəd mobil telefon nömrəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Eyni zamanda üzərindən aşkar edilmiş 01 ədəd avtomobil açarı və 01 ədəd mənzil açarı, 35 manat pul, 02 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 02 ədəd şokolad özünə geri qaytarılmışdır. Daha sonra baxış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman şifahi sorğu zamanı o, narkotik vasitəni satış məqsədi ilə əldə etmədiyini, şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmiş, tərəflərindən narkotik vasitələrin satışı, satış məqsədi ilə hər hansı şəxsə çatdırmaq üçün daşınması ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki, psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 15 fevral 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMl-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 15 fevral 2023-cü il tarixli qərar çıxarılmış və BMCMl-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanına yollanmışlar. Əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 11:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 5, “Al market” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs “Kia Rio” markalı **-VO-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş, siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı bir vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil X3 dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə “kakos” olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd alışqanı və 01 ədəd siqaret qutusunu, əynində olan boz rəngli iç gödəkcəsinin sol yan cibindən 01 ədəd siqaret qutusunu, açarları, boz rəngli gödəkcəsinin sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, qara rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd sürücülük vəsiqəsini, 02 ədəd plastik bank kartlarını və 01 ədəd mobil telefon nömrəsini, şalvarının sağ yan cibindən 35 manat pulu, qara rəngli gödəkcəsinin sol döş cibindən 01 ədəd “İphone’’ markalı mobil telefonu və 02 ədəd şokoladı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən İmzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon, 01 ədəd sürücülük vəsiqəsi, 02 ədəd plastik bank kartları və 01 ədəd mobil telefon nömrəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Eyni zamanda üzərindən aşkar edilmiş 01 ədəd avtomobil açarı və 01 ədəd mənzil açarı, 35 manat pul, 02 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 02 ədəd şokolad özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən tapdığını, əvvəllər də narkotik vasitədən istifadə etdiyini, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üzərində olmasından heç kimin məlumatının olmadığını və həmin maddəni şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd siqaret qutularına baxış keçirilmiş və baxış zamanı qutulardan iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmçinin, şifahi sorğu zamanı hazırda idarə etdiyi “Kia Rio” markalı, **-VO-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi “Kia Rio” markalı, **-VO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Ona idarə etdiyi “Kia Rio” markalı, **-VO-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı idarə etdiyi avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs telefonuna onlar tərəfindən baxış keçirilməmiş, telefon təhqiqatçıya təhvil verilmişdir. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satması ilə əlaqədar hər hansı fakt aşkar edilməmişdir. Ola bilsin ki, ibtidai istintaq zamanı narkotik vasitələrin satışı ilə bağlı hər hansı hal müəyyən olunmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 fevral 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 19 avqust 1973-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 5vanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Alınmış məlumat barədə raportla BMCMl-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 15 fevral 2023-cü il tarixli qərar çıxarılmış və BMCMl-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 11:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 5, “Al market” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs “Kia Rio” markalı **-VO-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması ona bildirilmişdir və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı bir vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil X3 dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə “kakos” olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd alışqanı və 01 ədəd siqaret qutusunu, əynində olan boz rəngli iç gödəkcəsinin sol yan cibindən 01 ədəd siqaret qutusunu, açarları, boz rəngli gödəkcəsinin sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, qara rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd sürücülük vəsiqəsini, 02 ədəd plastik bank kartlarını və 01 ədəd mobil telefon nömrəsini, şalvarının sağ yan cibindən 35 manat pulu, qara rəngli gödəkcəsinin sol döş cibindən 01 ədəd “İphone’’ markalı mobil telefonu və 02 ədəd şokoladı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən İmzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon, 01 ədəd sürücülük vəsiqəsi, 02 ədəd plastik bank kartları və 01 ədəd mobil telefon nömrəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Eyni zamanda üzərindən aşkar edilmiş 01 ədəd avtomobil açarı və 01 ədəd mənzil açarı, 35 manat pul, 02 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 02 ədəd şokolad özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən tapdığını, əvvəllər də narkotik vasitədən istifadə etdiyini, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üzərində olmasından heç kimin məlumatının olmadığını və həmin maddəni şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd siqaret qutularına baxış keçirilmiş və baxış zamanı qutulardan iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmçinin, şifahi sorğu zamanı hazırda idarə etdiyi “Kia Rio” markalı, **-VO- *** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi “Kia Rio” markalı, **-VO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Ona idarə etdiyi “Kia Rio” markalı, **-VO-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı idarə etdiyi avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 16 fevral 2023-cü il tarixli 6/945 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №6 dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,541 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə 46-50) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 mart 2023-cü il tarixli, 1629 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 160-161) İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında" xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə saat 11:40-da ünvan 6 ünvanda saxlanılaraq ünvan 7 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 13:27-də şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə ümumilikdə təmiz çəkisi 2,541 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (iş vərəqə 30-33) İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsinə dair protokoldan görünür ki, baxış zamanı həmin şəxsin digər mobil operatorlara məxsus nömrələrlə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edilmişdir: xx-xx-2022 13:33:20 xx-xx-2022 13:33:20 1.1.**********51 1.1.**********12 Qaqa ustunde var kola oğlan 20 manat verib var kelim koturum he yox de xx-xx-2022 00:37:27 xx-xx-2022 00:37:27 1.1.**********22 1.1.**********12 Əmi imkanlaşdır mənə daşda qoy. Endinin yaninda gəzişirəm. Zəng elə xx-xx-2023 08:19:20 xx-xx-2023 08:19:20 1.1.**********55 1.1.**********12 Emi ne duzelirse ver veziyetim pisdi xx-xx-2023 13:02:21 xx-xx-2023 13:02:21 1.1.**********55 1.1.**********12 Ac bir soz de emi olurem axi xx-xx-2023 16:04:46 xx-xx-2023 16:04:46 1.1.**********55 1.1.**********12 Emi gelirsen olurem ujey. (iş vərəqə 112; 153-155) İş materiallarında olan narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin Təqsirləndirilən şəxs tərəfindən satışını həyata keçirmək məqsədi ilə əldə edib saxlamasına dair məlumatlar əldə edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin və tapşırıqda göstərilən digər istiqamətlərdə tərəfimizdən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş vərəqə 159) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X2 24 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 15 fevral 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni və əsaslı hesab edilmişdir. (iş vərəqə 119-122) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X1 24 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 15 fevral 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir. (iş vərəqə 158) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, narkotik vasitəni şəxsi istifadə məqsədi ilə üzərində saxlayaraq daşıması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün 01 may 2023-cü il tarixli etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 16 fevral 2023-cü il tarixli 6/945 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 18 mart 2023-cü il tarixli, 1629 nömrəli rəyi, olan “şəxsi axtarış və götürmə aparılması haqqında" xx.xx.2023-cü il tarixli protokol, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsinə dair protokol, narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərini həyata keçirən orqana əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubu və digər mötəbər sübutlarla tam təsdiqini tapır. İş materiallarında olan 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunarkən o, özünü tam təqsirli bilmiş, həmçinin, 01 may 2023-cü il tarixdə dindirilərkən qeyd etmişdir ki, ittihamın mahiyyəti aydındır, həmin maddə ilə özünü təqsirli bilir və 16 fevral 2023-cü il tarixli ifadəsində özünü qismən təqsirli bildiyini bildirsə də, lakin hal-hazırkı ifadəsində özünü təqsirli bilir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı ünvanın yaxınlığından yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisindən küçə adını bilmədiyi yolun kənarında olan ağacın dibindən içərisində narkotik vasitə olan 01 ədəd heroin bükümü tapmışdır. Həmin vaxt onu özünün istifadə edəcəyini və yaxud da tanıdığı tanışlarından kimsə istəsə ona satacağını fikirləşmişdir. Ona görə də həmin bükümü üzərində gəzdirmişdir. (iş vərəqə 183; 188-193) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə 2,541 qram narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 125-126) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-206/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 22, 86-90) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1629 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2,541 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,441 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatları əks etdirən "xxxx" MMC və Bakcell” MMC-dən daxil olmuş 02 ədəd CD disklər, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,441 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatları əks etdirən "xxxx" MMC və Bakcell” MMC-dən daxil olmuş 02 ədəd CD disklər, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu gündən, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1404/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1404/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver