Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1404/2024 03.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 (sədrlik edən), X14 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Əsrik ərazi dairəsi, Çorman kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 29 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 avqust 2023-cü il barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 27 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-473/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 27 sentyabr 2023-cü il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,379 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 29 avqust 2023-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu Hovsan qəsəbəsi O.Şabanov küçəsində yerləşən «Araz market» mağazasının qarşısında olarkən özünü şübhəli apardığından Suraxanı rayon polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,379 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Şojat” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Şojat” adlı şəxsin göstərişinə əsasən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1002,4 qram çəkidə narkotik vasitə heroini 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis İdarəsinin kibercinayətkarlıqla mübarizə qrupunun və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:15-də ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki torbanın içərisindən 01 bükümdə təmiz çəkisi 1002,4 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 1 ildir ki, narkotik vasitə heroindən mütəmadi olaraq istifadə edir, mobil telefon və kompyuter proqramlarının yazılması və digər proqramlarla işləməyi bacarır. X7 10 ay müddətdir ki, tanıyır, 27 avqust 2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində “Seymur” adı ilə tanıdığı şəxsdən 35 manata bir ədəd bükümdə narkotik vasitə kokos almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Lakin iki gün həmin narkotik vasitəni istifadə etməyi münasib imkan tapa bilməmişdir. 29 avqust 2023-cü il tarixdə təxminən saat 17 radələrində yaşadığı Hövsan qəsəbəsində tanışı X8 ilə görüşmüş və sonuncunun idarə etdiyi “Peugeot” markalı avtomobildə əyləşib söhbət etməyə başlamışlar. Onlar həmin avtomobil ilə Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Araz” marketin yaxınlığına getmişlər. Orada avtomobildə oturub söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra onları sorğu- sual etməyə başlamışlar və burada niyə dayandıqlarını soruşmuşlar. Bu zaman üzərində narkotik vasitə olması səbəbindən özünü itirərək suallara qeyri-səlis cavablar verməyə başlamışdır. Buna görə də, polis əməkdaşları ondan bunun səbəbini soruşmuşlar. O da üzərində narkotik vasitə olmasına görə həyəcanlandığını və özünü itirdiyini demişdir. Buna görə, polis əməkdaşları ikisini də Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Onlar da razılaşmışlar və Elvinin idarə etdiyi avtomobil ilə birlikdə polis əməkdaşları onları 30-cu PŞ-nə gətirmişlər. Suraxanı RPİ-nin 30-cu PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü və əynindəki həmin şalvarın sol yan cibindən özünə məxsus “İNOİ” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm açılıb baxılmış və ondan həmin bükümdə olan maddələrin nə olması və haradan əldə etməyi barədə soruşulmuşdur. O da həmin 01 ədəd bükümün içində kokos kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni 27 avqust 2023-cü il tarixdə Nəsimi rayonu ərazisində “Seymur” adı ilə tanıdığı şəxsdən 35 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra həmin 01 ədəd büküm və 01 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Digər epizod üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, bir nəfər İran İslam Respublikası vətəndaşı ona mesaj yazaraq narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşdur. O, narkotik vasitələrdən istifadə etdiyini sonuncuya bildirmiş, İran vətəndaşı təklif etmişdir ki, ona 2 qram narkotik vasitə verəcək, narkotik vasitəni bəyənəcəyi təqdirdə bundan sonra müştərisi olacaq. O, sonuncu ilə razılaşmış, narkotik vasitəni götürmək üçün qabaqcadan təyin olunmuş ünvana getmiş, orada həqiqətən də, 2 qram narkotik vasitə olduğunu görmüşdür. Elə bu vaxt polis əməkdaşları onu tutaraq Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. Orada ona fiziki güc tətbiq edilərək təqdim olunmuş sənədləri imzalamağa və bir ədəd bükümdə olan narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə verməyə məcbur edilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilsə də, İstintaq Təcridxanasına daxil olarkən üzərində heç bir xəsarət izi olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan xaric edilməli, bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməlidir, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə 56:58 çağrışlı Patrul avtomaşını ilə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində xidmət yoldaşı Şahid2 ilə birlikdə xidmət etmişlər. Həmin vaxtı təxminən saat 17 radələrində Hövsan qəsəbəsi ərazisində «Araz» marketin yaxınlığından keçərkən «Peugeot 405» markalı ** FB *** qeydiyyat nişanlı avtomobildə iki nəfər şəxsləri görmüşlər, onları görən kimi özlərini şübhəli apardıqlarını görmüşlər və sonunculara yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxslərdən şəxsiyətlərini təstiq edən sənədlərini soruşmuşlar, həmin şəxslərin sənədləri üzərində olmadıqları üçün Suraxanı RPİ-nin 30 PŞ-yə getməyi təklif etmişlər. Sonuncular etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişlər. Polis İdarəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən o və xidməti iş yoldaşının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsiyyəti onlara bölmədə X1 məlum olmuş şəxsə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin Bəxtiyara üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması və əgər varsa təqdim olunması təklif olunmuşdur. Həmin vaxtı Bəxtiyar Elyasov əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda içərisində kustar üsulla hazırlanmış qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olduğunu, özünə məxsus olmasını və özü istifadə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə səhər radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində üzdən adını Seymur kimi bildiyi şəxsdən 35 manata almasım bildirmişdir. Buna görə də iştirakları ilə Bəxtiyar Elyasov tərəfindən təqdim edilən maddə qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Həmin vaxtı polis bölməsində Bəxtiyara qarşı heç bir zor və təzyiq olunmamışdır. Bundan əlavə də polis şöbəsinə gətirdikləri X21 verən oğlu kimi məlum olmuş şəxsə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olması müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1la anoloji məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin KMQ-nun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Bəxtiyar» adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması və daşıması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, cinayət-axtarışı şöbəsinin kiçik inspektorları Şahid4. Şahid5 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsinə getmişlər. Həmin küçədə saat 17:15 radələrində 41/47 saylı ünvanın yaxınlığında olarkən «Bəxtiyar» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, «Bəxtiyar» adlı şəxsi Nəsimi RPİ-yə dəvət etmişlər, həmin vaxt «Bəxtiyar» adlı şəxsin yanında «Elvin» adlı şəxs də olmuş və hər iki şəxs onlarla birlikdə RPİ-yə gəlmişdir. RPİ-də olarkən «Bəxtiyar» adlı şəxsin Təqsirləndirilən şəxs, «Elvin» adlı şəxsin isə X8 olması müəyyən olunmuş və raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması X13yə həvalə olunmuşdur. X13 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan 01 ədəd ağ rəngli parça materiallı torbanı açaraq içində olan polietilen skoçla bağlanmış bağlamanı təqdim etmiş və həmin bağlamada narkotik vasitə «kakos» olduğunu demişdir. Təqdim olunan bağlamaya baxış zamanı içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunan bükümdə olan maddənin narkotik vasitə «kakos» olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Şojat” adlı şəxslə aralarında olan razılaşmaya əsasən əldə edəcəyi narkotik vasitənin müəyyən qismini sataraq qalan qismini özü istifadə etmək üçün məkan atma vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvana gedərək, orada olan su nasosunun yanından götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Elvin Məmişovun üzərinə şəxsi axtarış keçirilən zaman isə hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, o cümlədən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, X6 Təqsirləndirilən şəxs ilə əlbir olub narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin cinayət-axtarış şöbəsinin kiçik inspektorları Şahid4, Şahid5 və Əliyev X11 Məmmədlinin ifadəsi ilə anoloji məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki görüntülərdən görünür ki, 29 avqust 2023-cü il tarixdə X2 üzərindən şəxsi axtarış aparılır. Əvvəlcə sonuncuya qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin Bəxtiyara üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması və əgər varsa təqdim olunması təklif olunmuşdur. Bu zaman Bəxtiyar Elyasov əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda narkotik vasitə heroinə bənzər maddə təqdim edərək, bunun özünə məxsus olmasını və özü istifadə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə səhər radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində üzdən adını Seymur kimi bildiyi şəxsdən 35 manata almasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki görüntülərdən görünür ki, 27 sentyabr 2023-cü il tarixdə X2 üzərindən şəxsi axtarış aparılır. Əvvəlcə sonuncuya qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin Bəxtiyara üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması və əgər varsa təqdim olunması təklif olunmuşdur. Bu zaman sonuncu əlində olan 01 ədəd ağ rəngli parça materiallı torbanı açaraq içində olan polietilen skoçla bağlanmış bağlamanı təqdim etmiş və həmin bağlamada narkotik vasitə «kakos» olduğunu demişdir. Təqdim olunan bağlamaya baxış zamanı içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunan bükümdə olan maddənin narkotik vasitə «kakos» olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Şojat” adlı şəxslə aralarında olan razılaşmaya əsasən əldə edəcəyi narkotik vasitənin müəyyən qismini sataraq qalan qismini özü istifadə etmək üçün məkan atma vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvana gedərək, orada olan su nasosunun yanından götürdüyünü bildirmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 30 avqust 2023-cü il tarixli, 3-16-16/1-6/4600 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs...» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,379 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 28 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5103 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...» sözləri olan bir ədəd kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1002,4 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2023-cü il tarixli, 5819 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 3217 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyətini dərk etmək iqtidarındadır. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Nəsimi RPİ-nin 21ci polis bölməsinin cavab məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən 29 avqust 2023-cü il tarixdə və 27 sentyabr 2023-cü il tarixdə aşkar olunmuş narkotik vasitələri aldığı naməlum şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs barəsində məhkəmə istintaqı aparılan hazırki cinayət işinin ikinci epizodu üzrə ibtidai istintaqı gedişində sübut qismində tanınmış şahid qismində dindirilmiş əməliyyat müvəkkillərinin ifadələrinin, 27 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixli izahatının sübutların siyahısında çıxarılmasına dair vəsatətlər vermişdir. Vəsatətləri nəzərdən keçirən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixli izahatının sübutların siyahısından çıxarılmasına dair vəsatəti əsaslı olduğundan təmin edilməli, digər vəsatətləri isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı və 232-ci maddələrində qeyd edilir ki, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs qismində tanınır. Şübhəli şəxsin dindirilməsi onun tutulmasından dərhal sonra aparılır. Şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. Məhkəmə ibtidai istintaq materiallarına baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixli “Sübhəli şəxsin tutulması haqqında” qərarla şübhəli şəxs statutu almasına baxmayaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müvafiq prosessual qaydalara uyğun olaraq şübhəli şəxs qismində dindirilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət daşıması barədə xəbərdar edilərək izahatı alınmışdır. Bu baxımdan məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixli izahatı sübutların siyahısından çıxarılmalıdır. Məhkəmə Müdafiəçi hazırki cinayət işinin ikinci epizodu üzrə ibtidai istintaqı gedişində sübut qismində tanınmış, şahid qismində dindirilmiş əməliyyat müvəkkillərinin ifadələrinin sübutların siyahısında çıxarılmasına dair vəsatətini əsaslandırdığı dəlillərlə bağlı qeyd edir ki, ibtidai istintaqın gedişində cinayət işinin ikinci epizodu üzrə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin əməliyyat müvəkkili Şahid3, həmin bölmənin inspektorları Şahid4, Şahid5 və Şahid6 Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə - heroinin 1 kq çəkidə olması məzmununda ifadə versələr də, məhkəmə iclasında göstərilən məzmunda ifadə verməmişlər. Məhkəmə sonuncuların cinayət işinin ibtidai istintaqı gedişində deyil, məhkəmə iclasında vermiş olduqları ifadələri mötəbər sübut qismində qəbul edir. Bundan başqa məhkəmə Müdafiəçi hazırki cinayət işinin ikinci epizodu üzrə ibtidai istintaqı gedişində sübut qismində tanınmış 27 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun sübutların siyahısında çıxarılmasına dair vəsatətini əsaslandırdığı dəlillərlə bağlı aşağıdakıları qeyd edir: - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 243-ci maddəsi axtarış və ya götürmə istintaq hərəkətinin aparılması qaydalarını, yəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246-cı maddəsi ilə təsbit edilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin deyil, məhz yaşayış yerində aparılan axtarış və götürməni tənzimləyir. Bu baxımdan müdafiəçinin vəsatətində əsaslandırdığı, yəni Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən məhkəmənin qərarının alınmaması, axtarış və götürmənin məhkəmə qərarı olmadan aparılmasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 243.3-cü maddəsində qeyd edilən istisnayi halların mövcud olmamasına baxmayaraq şəxsi axtarış və götürmənin həyata keçirilməsi, bu baxımdan Cinayət-Prosessual qanunvericiliyin tələblərinin pozulmasına dair xüsusatlar məhkəmə tərəfindən qəbul edilə bilməz Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsində müstəntiqin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilməsi, məhkəmənin qərarı alınmadan şübhəli şəxs tutulduqda şəxsi axtarış həyata keçirməsi nəzərdə tutulmuşdur. Cinayət işinin ibtidai istintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə “Şəxsi axtarış və götürmə” haqqında qərar qəbul edilərək, videoçəkiliş aparılmaqla “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokol tərtib edilmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokolun məzmunundan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdən sonra sonuncu könüllü olaraq əlində olan bir bükümdə olan narkotik vasitəni polis əməkdaşına təqdim etmişdir. - Müdafiəçi vəsatətində göstərdiyi, 27 sentyabr 2023-cü il tarixdə saat 17:15-də polis əməkdaşları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs üzərinə təxirə salınmadan (dərhal) deyil, polis bölməsinə gətirildikdən sonra, saat 20:15-də baxış keçirilməsi barədə xüsusata münasibətdə məhkəmə bunu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən sonuncuların təxirə salınmadan baxış keçirməməsini həmin vaxt bunun üçün zəruri olan texniki imkanların olmaması ilə əlaqələndirir. - Müdafiəçi xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokolda həmin istintaq hərəkətinin başlanma saatının 20:15, bitmə saatının 20:55 kimi göstərilməsi, yəni həmin istintaq hərəkətinin 40 dəqiqə davam etməsi, lakin bu zaman lentə alınan videoyazının cəmi 21 dəqiqə davam etməsi, bu baxımdan qalan 19 dəqiqə ərzində axtarış və götürmə çəkilişsiz davam etdirilibsə hal şahidlərinin iştirakı təmin edilməli olması, beləliklə, şəxsi axtarış və götürmə protokolunun cinayət prosessual qanunvericiliyin tələblərinin pozulmaqla tərtib edilməsi barədə vəsatətində göstərdiklərinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarətdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparıldığı 40 dəqiqə müddət təkcə videoçəkilişin aparılması ilə məhdudlaşmır, həmin vaxta həmçinin protokolun tərtib olunmasına sərf olunan müddət də daxildir. - Cinayət işinin ibtidai istintaq materiallarında olan (İ cild, 36-cı səhifədə) protokoldan hüquq və vəzifələrin, nədə şübhəli olduğunun, şübhənin mahiyyəti və məzmununun izah edilməsi, tutma protokolunun və bildirişin surətinin Təqsirləndirilən şəxs verilməsi, sonuncunun sözügedən protokolu öz imzası ilə təsdiq etməsi müəyyən olunur. Baxmayaraq ki, aparılmış videoçəkiliş zamanı şübhəli şəxsə məxsus olan hüquqlar izah edilməmişdir, lakin sonuncu buna dair bildirişi almışdır. Bu baxımdan videoçəkiliş zamanı Təqsirləndirilən şəxs ona məxsus olan hüquqların təkrarən izah edilməsi zəruri olmamışdır. - Müdafiəçi vəsatətində qeyd etdiyinin əksinə, cinayət işinin ibtidai istintaq materiallarında olan (İ cild, 48-ci səhifədə) “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan Təqsirləndirilən şəxs həmin qərarla tanış olmasını və qərarın surətini almasını öz imzası ilə təsdiq etməsi müəyyən olunur. - Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs barəsində məhkəmə istintaqı aparılan hazırki cinayət işinin ikinci epizodu üzrə ibtidai istintaqı gedişində sübut qismində tanınmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun yolverilməz hesab edilməklə sübutların siyahısında çıxarılmasına dair vəsatətini əsaslandırdığı sonuncu xüsusat ondan ibarətdir ki, 27 sentyabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılarkən keçirilərkən həyata keçirilmiş videoçəkilişin birinci hissəsində təqsirləndirilən şəxs hadisə yerinin ünvanının soruşulduğu zaman cavab verə bilmədiyi halda, ikinci çəkilişdə ünvanı bir daha soruşduqda onu əzbər şəkildə deməsi onun istintaq orqanı əməkdaşları tərəfindən öyrədilməsinin və təzyiqlərə məruz qalmasının bariz nümunəsidir, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən videoyazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmasını təsdiq edən hallar müəyyən edilməmiş, müdafiə tərəfindən bu əsasda hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilərkən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5ci maddəsində isə qeyd olunur ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət qanununun analoqiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,379 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 29 avqust 2023-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi O.Şabanov küçəsində yerləşən «Araz market» mağazasının qarşısında olarkən özünü şübhəli apardığından Suraxanı rayon polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,379 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Şojat” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Şojat” adlı şəxsin göstərişinə əsasən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1002,4 qram çəkidə narkotik vasitə heroini 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis İdarəsinin kibercinayətkarlıqla mübarizə qrupunun və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:15-də ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki torbanın içərisindən 01 bükümdə təmiz çəkisi 1002,4 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, 31 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və sonuncu həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 29 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə ittiham elan etmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 04 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs barəsində sözügedən iki cinayət işinin istintaqı birləşdirilərək 05 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə cinayət işinin ibtidai istintaq materiallarını araşdıraraq hesab edir ki, birinci epizod üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən birinci epizod üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında 05 yanvar 2024-cü il tarixli qərarında Təqsirləndirilən şəxs hər iki epizod üzrə əməlini satış məqsədilə törətməsinə dair öz mövqeyini əsaslandırarkən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi və digər istintaq hərəkəti protokolları, materialların məhkəmə, məhkəmə-narkoloji, ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, şəxsi axtarış zamanı çəkilmiş içərisində videogörüntülər olan iki ədəd disksübut kimi qiymətləndirmişdir. Halbuki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs birinci epizod üzrə əməli satış məqsədilə törətməsini təsdiq edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, birinci epizodla bağlı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti ilə bağlı hər hansı məlumat və ya material mövcud olmamışdır. Digər tərəfdən, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs səmimi etirafını sübut qismində qiymətləndirsə də, sonuncu birinci epizod üzrə özü belə narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə heç bir halda etirafedici ifadə də verməmiş, ifadəsində 1,379 qram heroini məhz şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və polis əməkdaşları olan şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair materialların məhkəmə ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə birinci epizod üzrə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin birinci epizod üzrə yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli obyektiv cəhətdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımada, 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinin təkrar törədilməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci və 16.2-ci maddələrinin məzmunundan müəyyən olunur ki, təkrar cinayətlər eyni (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsi) və həmcins (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsi) cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Beləliklə, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: - həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; - cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; - şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Hazırki cinayət işinin faktiki hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən 29 avqust 2023-cü il tarixdə satış məqsədi ilə 1,379 qram heroini, daha sonra 27 sentyabr 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq 1002,4 qram heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxlamaqla daşıdığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin birinci epizod üzrə satış məqsədi ilə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması sübuta yetmədiyindən, dolayısı ilə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib elementi olan obyektiv cəhətdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanın təkrar törədilməsində ifadə olunan hərəkətlər istisna edilir. Qeyd edilənlərin yekunu olaraq məhkəmə cinayət qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan şərhinə əsaslanaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinə hüquqi qiymət verərkən hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xaric edilməlidir. Bundan başqa sonuncunun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, narkotik vasitələrin satışı ilə məşğul olmaması, narkotik vasitələri məhz öz şəxsi istifadəsi üçün əldə etməsi, həmçinin 27 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən sübhəli şəxs qismində tutulduqdan sonra polis bölməsində olarkən sonuncular tərəfindən fiziki gücə məruz qalması, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin avqust ayının sonlarında “Watsapp” ani mesajlaşma sistemi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Şojat adlı şəxs onunla əlaqə saxlayaraq onunla əvvəllər sosial şəbəkələrdə əlaqə qurduğunu demiş, o isə xatırlamasa da yalandan hər dediyinə razılıq cavabı vermişdir. Bundan sonra aralarındakı söhbət narkotik maddələrə keçmiş, o, həmin şəxsə demişdir ki, narkotik vasitə heroin istifadə edir. Şojat ona demişdir ki, «sənə narkotik vasitə göndərim bir qisminin satıb pulunu mənə göndərərsən, bir qismini isə təhlükəsiz ünvanda qoyub şəklin çəkib mənə atarsan gəlib götürərlər». Çətinliklə əldə etdiyi narkotik vasitənin asanlıqla əldə edəcəyindən məmnun olaraq İran İslam Respublikasının vətəndaşı Şojat ilə razılaşaraq, sonuncunun göndərdiyi narkotik vasitənin bir qismini tanış-bilişə satıb cib xərclik edər, bir qismini isə özü istifadə edər. İran İslam Respublikasının vətəndaşı Şojat 600 qram narkotik vasitə heroin göndərəcəyini, həmin narkotik vasitənin 300 qramını satdıqdan sonra əldə etdiyi pulu, sonradan ona bildirəcəyi bank hesabına köçürəcəyini bildirmişdir. Qalan 300 qramını isə başqa şəxsin götürməsi üçün təhlükəsiz ünvana qoyaraq, şəklini çəkərək ona göndərəcəyini bildirmişdir. Bu danışıqlarından sonra o, bir neçə dəfə sonuncu əlaqə saxlayaraq, narkotik vasitə heroin əldə edəcəyinə dair razılaşmanın nə yerdə olduğunu soruşmuşdur. Şojat isə yaxın günlərdə iş birliklərinin baş tutacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında İran İslam Respublikasının vətəndaşı Şojat adlı şəxs onunla əlaqə saxlayaraq razılaşmalarına əsasən nakotik vasitənin yerləşəcəyi ünvan 8 ünvanın məkan məlumatını (location) və həmin ünvanın fotoşəklini ona ataraq oraya atılmış 1 kq narkotik vasitə heroini sövdələşdikləri kimi həmin ünvandan götürərək yarısını sataraq pulunu Şojata göndərəcəyini, qalan yarısını isə şəxsi istifadəsi üçün özünə götürəcəyini bildirmişdir. O, sonuncu ilə razılaşmış və xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu yaxınlığında olarkən Elvin Məmişovla rastlaşmış, sonuncuya yol pulu olmadığına görə onunla birlikdə taksi ilə ünvan 8 ünvanın qarşısına gedərək taksi pulunu verməsini xahiş etmiş, həmin ünvandan proqram yazmaq üçün mobil telefon götürüb geri qayıdaraq evdə həmin mobil telefona proqram yazaraq alacağı zəhmət haqqından taksi üçün verdiyi pulu qaytaracağım bildirmişdir. Elvin razılaşmış və onun xahişi ilə taksi ilə ünvan 8 ünvanına yollanmışlar. Taksidən düşdükdən sonra Şojatın bildirdiyi kimi ünvan 8 ünvanında olan su matorunun arxasında olan 01 ədəd ağ rəngli parça torbanı götürərək içərisinə baxmış, həmin torbanın içərisində sarı rəngli yapışqanlı sellofan ilə sarılmış bükülünü görərək onun narkotik vasitə heroin olduğunu anlamış, Elvin ondan həmin ünvanda su matorunun arxasından götürdüyü 01 ədəd torbanın içərisində nə olduğunu soruşmuş, o isə sonra deyəcəyini demişdir. Onlar həmin ünvandan aralaşmaq istəyərkən 4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirərək, özlərini təqdim etdikdən sonra, onlara özlərini təqdim etməklərini bildirmişlər. O da Elvin Məmişov da özləri haqda anket məlumatlarını bildirmişlər, bundan sonra polis əməkdaşları onun hərəkətlərinin qeyri adekvat olduğunu, narkotik vasitənin təsiri altında olmağından şübhələndiklərini demişlər, o isə səmimi olaraq əlində olan parça torbanın içərisində narkotik maddə olduğunu demiş, sonra isə polis əməkdaşları onu və Elvini Nəsimi RPİ-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. O, könüllü olaraq müdafiəçi istəmiş, ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış və axtarış keçirilməsinə icazə vermiş və ərizəsi ilə təsdiq etmişdir. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əlində olan 01 ədəd ağ rəngli parça materiallı torbam açaraq içində olan poletilen skoçla bağlanmış bağlamanı təqdim etmişdir. Sonra üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Ona təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o, həmin bükümün içərisindəkinin narkotik vasitə olan “kakos” olduğunu demiş və harada, nə vaxt, necə aldığını izah etmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuşdur. 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nın zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onun ünvan 8 ünvanın qarşısına gedərək həmin ünvandan narkotik vasitə əldə etməyini X8 bilməmiş, bundan xəbərsiz olmuşdur. O, sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı “Şojat” adlı şəxslə tanış olmuş, onlar Watsapp vasitəsi ilə bir-birləri ilə əlaqə qurmuşlar. Həmin şəxsin göstərişi ilə məkan atma vasitəsi ilə o, xx.xx.2023-cü il tarixdə saat 17:15-də Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 41/47 nömrəli ünvanın qarşısında su nasosunun yanında içərisində kakos olan bağlamanı yerdən götürməli və həmin maddənin yarısım satıb pulunu Şojata göndərməsini yarısını da sonuncunun dediyi yerə qoymalı olmuş, lakin o, həmin kakosun yarısını özü üçün istifadə etməyi fikirləşmişdir. O, narkomaniya xəstəliyinə tutulduğundan, narkotik vasitələrdən istifadə edir, lakin İran İslam Respublikası vətəndaşı “Şojat” adlı şəxslə narkotik vasitə heroin sataraq pulunu göndərməyi ilə bağlı razılaşma əldə etmişlər, polis əməkdaşları onu saxladığına görə həmin narkotik vasitədən satmağa imkan olmadığından satmamışdır. O, narkotik vasitələri Nəsimi rayonu və Hövsan qəsəbəsində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, sağlamlıq vəziyyətini, cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan “Baku Clinic” tərəfindən verilmiş 07 oktyabr 2020-ci il tarixli müayinə kağızından görünür ki, Təqsirləndirilən şəxs müayinəsinin nəticəsi aşağıdakı kimidir: alın paylarının, medio-bazal hissələrinin paroksizmal prosessə cəlb olunması müşahidə olunur. Gərginlik müddəti paroksizmalann bilateral - sinxron şəkilində güclənməsi izlənir. Baş beyinin qıcolma hazırlığının həddinin enməsi. Ensefalogrammanın ümumi şəkilində orqanik tipli dəyişikliklər qeyd olunur. Paroksizmalara qarşı terapiya və dinamika məsləhətdir. İş materiallarında olan 180 saylı, 27 yanvar 2019-cu il tarixli “Xəstəlik tarixindən çıxarış”dan görünür ki, Təqsirləndirilən şəxs qapalı kəllə beyin travmasl, baş beyin əzilməsi, alın sümüyünün sınığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “sol bazu oynağının köhnəlmiş çıxığı diaqnozu qoyulmuşdur. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2020-ci il təvəllüdlü X4 və 02 avqust 2021-ci il təvəllüdlü X15 adlı 2 azyaşlı uşağı var. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-473/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 27 sentyabr 2023-cü il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından qalıq qalmış ayrı-ayrılıqda təmiz çəkiləri 1,329 qram və 1002,3 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 162 (yüz altmış iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, «Pro Bono» Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaq yolu Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ayrı-ayrılıqda təmiz çəkiləri 1,329 qram və 1002,3 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 162 (yüz altmış iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1404/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1404/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver