Məhkəmə qərarları › İş №1(101)-1404/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1404/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1404/2025 25.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X3 (sədrlik edən), X2 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-cü ildə (doğum yeri müəyyən edilməyib) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-305/2023 saylı, 28 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 28 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 256/2025 saylı, 01 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 26 fevral 2025-ci il tarixdə, saat 22:00 radələrində ünvan 3 ünvanında yerləşən “NEU MARKET” adlı mağazanın qarşısında park edilmiş Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz S klass 450” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinin qapısının açıq olmasından istifadə edərək, saxlanc yeri hesab edilən həmin baqaja qanunsuz daxil olmaqla, oradan 50 manat dəyərində olan çantanı və içərisində aşkar etdiyi 20 manat, 50 manat və 100 manatlıq pul əskinazlarından ibarət olan ümumilikdə 96.000 (doxsan altı min) manat pul vəsaitini və həmin dövrün məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pul vəsaitini heç kimin xəbəri olmadan götürüb gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 130.050 (yüz otuz min əlli manat) manat təşkil edən əmlakını gizli talayıb sonuncuya külü miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 fevral 2025-ci il tarixdə, axşam saat 22:00 radələrində ünvan 3 ünvanında yerləşən “NEU MARKET” adlı mağazanın qarşısından keçərkən marketin qarşısında nömrələrini xatırlamadığı “Mercedes S klass” minik markalı dayanmış avtomobilin baqaj hissəsinin qapağının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt güclü qar yağdığından kiminsə yəqin baqajı unudub bağlamadığını düşünmüş, baqajın qapağını örtmək istədikdə baqajdakı əl çantasın açıq olduğundan çantanın içərisində pul əskinaz bağlamasını görmüşdür. Çantanı açanda içərisində manat və dollar olmasını gördükdə, ətrafa baxmış heç kimin olmadığını gördükdən sonra pulların olduğu həmin çantanı götürüb oradan uzaqlaşaraq, yaşadığı evinə gəlmişdir. Bundan sonra çantanı evə aparmış, çantanın içərisindən 7 ədəd bağlamada 100 manatlıq, 01 ədəd bağlamada 50 manatlıq, 01 ədəd bağlamada 20 manatlıq və 01 ədəd bağlamada 100 ABŞ dollarlıq pul əskinaslarını aşkar etmişdir. Həmin puldan 2.500 manatını borclu olduğu şəxsə göndərmişdir. 27 fevral 2025ci il tarixdə axşam saatlarında yaşadığı həmin evə mülki geyimli şəxslər gəlmiş, ona xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, ona oğurluq cinayəti törətməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarına etiraz etməmiş, polis əməkdaşların təklifi ilə yataq otağında çarpayının altında gizlətdiyi pullar olan həmin çantanı polis əməkdaşlarına təqdim etmişdir. Oğurluğu tək etmişdir. Avtomobildə pul olmasından əvvəlcə xəbəri olmamışdır. Ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, evindən aşkar edilmiş pulların məbləği ittihamda əksik göstərilir. Polis əməkdaşları otağa daxil olduqdan sonra onu oradan çıxarıblar. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 fevral 2026-cı il tarixdə “Binə Aqro” şirkətin istixanasından götürdüyü pomidor məhsullarını bazara təhvil vermiş, bunun müqabilində aldığı 96.000 (doxsan altı min) manat və 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pulları özünə məxsus aşırma kəmərli çantasına qoyaraq, həmi çantanı da özünə məxsus idarə etdiyi “Mercedes S 450” minik markalı, Az **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin baqaj yerinə qoymuşdur. 26 fevral 2025-ci il tarixdə saat 17 radələrində həmin avtomobilini ünvan 4 ünvanda yaşadığı binanın yaxınlığında yerləşən “Neo Market” in qarşısında park edərək, avtomobildən düşüb baqajından siqaret götürüb, baqajı avtomatik bağlama düyməsini basaraq, baqajın bağlanmasını gözləmədən üzünü çevirib yaşadığı mənzilə getmiş və yatmışdır. Qəflətən qapı döyülmüş, anasının səsini eşitmiş, qonşusunun onun avtomobilinin yanından keçərkən baqajın açıq olduğunu gördüyünü, deməsini eşitdikdə, dərhal avtomobilinin yanına getmiş, baqaja baxanda dəyəri 50 manat olan çantasının və içərisindəki 20.000 (iyirmi min) ABŞ dolları və 96.0 (doxsan altı min) manat pulların oğurlanmasını aşkar etmişdir. Sol tərəfdə paketdə olan 45.0(qırx beş min) ABŞ dolları, siqaret və konyakın isə yerində olduğunu görmüşdür. Polis əməkdaşları tərəfindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və onun evinə baxış zamanı avtomobilindən oğurladığı pullardan 05 ədəd bağlama hərəsinin içərisində 100 ədəd olan 100 manatlıq əskinazlar, 01 ədəd bağlamada içərisində 90 ədəd olan 100 manatlıq əskinazlar, 01 ədəd bağlamada içərisində 100 ədəd olan 100 ABŞ dolları, 40 ədəd olan 50 manatlıq və 90 ədəd olan 20 manatlıq əskinazlar olmaqla, ümumilikdə aşkar edilmiş 62.0 (altmış iki min) manat və 10.000 (on min) ABŞ dollar olan həmin pullar onun xahişi ilə özünə qaytarılmışdır. Hazırda qeyd etdiyi həmin pulları özündə saxladığını bildirmişdir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verəndə 100.000 (yüz min) manat, 30.000 (otuz min) ABŞ dolları, PŞ-nə ərizə ilə müraciət edən zaman ərizə və izahatında 90.000 (doxsan min) manat və 20.000 (iyirmi min) ABŞ dolları oğulandığım, həmin vaxt həyəcanlı olduğundan, düzgün deməmişdir. Sonradan ona məxsus oğurlanmış pulların 96.000 (doxsan altı min) manat və 20.000 (iyirmi min) ABŞ dolları olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir, sonuncuya qarşı şikayətçidir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə təxminən 4-5 il bundan əvvəl tanış olmuş, onunla evlənəcəyini bildirmiş, ona inanmışdır. Bir müddət Təqsirləndirilən şəxs ilə münasibətdə olduqdan sonra qısqanclıq ucbatından araları pozulmuş və Fikrəti görməmişdir. Fikrətin qardaşı Emin Cəfərovla əlaqə saxlamış, qardaşı Fikrətin cinayət törətməsinə görə tutulduğunu bildirmişdir. Fikrətin azad olunması üçün 2023-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində əlbəəl 1100 (bir min bir yüz) manat pul vermişdir. Fikrət azad olunduqdan sonra Fikrətə hissəhissə olmaqla təxminən 1000 (bir min) manat vermişdir. Bundan sonra Fikrətdən verdiyi pulları qaytarmasını tələb etməsinə baxmayaraq, Fikrət müxtəlif bəhanələr ilə pulları qaytarmamışdır. Özünə məxsus kart nömrəsini Fikrətə vermişdİr.Sonuncu dəfə 27 fevral 2025-ci il tarixdə onun kart hesabına pul gəldikdə, Fikrətə zəng edərək kartına 2500 (iki min beş yüz) manat pul gəldiyini dedikdə, Fikrət həmin pulu özü ona göndərdiyini, bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanda “NEU MARKET”-in qarşısında park edilmiş Zərərçəkmiş şəxs məxsus Mercedes Benz S klass 450 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajından 90.000 (doxsan min) manat və 20.000 (iyirmi min) ABŞ dolları pul oğurlamasından məlumatı yoxdur. Ona məxsus plastik bank kartına Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş 2500 manat pulun cinayət yolu ilə əldə etdiyindən xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1469 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanında olmuşdur. E.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-305/2023 saylı, 28 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə hesab edir ki, ittihamda göstərilən pul məbləğinin həqiqəti əks etdirməməsi, avtomobildən götürdüyü pulun daha aşağı məbləğdə olması barədə oğlunun ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətini yüngülləşdirmək üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Beləliklə məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsinin, sonuncunun şikayət və tələbinin olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 305/2023 saylı, 28 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-305/2023 saylı, 28 avqust 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 10 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-305/2023 saylı, 28 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 03 (üç) gün hissəsini çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-305/2023 saylı, 28 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) ay 03 (üç) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-256/2025 saylı, 01 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd əl çantası və çantanın içərisində olan 05 (beş) ədəd bağlama hərəsinin içərisində 100 (yüz) ədəd olan 100 (yüz) manatlıq əskinazlar, 01 (bir) ədəd bağlamada içərisində 90 (doxsan) ədəd olan 100 (yüz) manatlıq əskinazlar, 01 (bir) ədəd bağlamada içərisində 100 (yüz) ədəd olan 100 (yüz) ABŞ dolları, 40 (qırx) ədəd olan 50 (əlli) manatlıq və 90 (doxsan) ədəd olan 20 (iyirmi) manatlıq əskinazların Zərərçəkmiş şəxs qayarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-305/2023 saylı, 28 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) ay 03 (üç) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 01 (bir) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd əl çantası və çantanın içərisində olan 05 (beş) ədəd bağlama hərəsinin içərisində 100 (yüz) ədəd olan 100 (yüz) manatlıq əskinazlar, 01 (bir) ədəd bağlamada içərisində 90 (doxsan) ədəd olan 100 (yüz) manatlıq əskinazlar, 01 (bir) ədəd bağlamada içərisində 100 (yüz) ədəd olan 100 (yüz) ABŞ dolları, 40 (qırx) ədəd olan 50 (əlli) manatlıq və 90 (doxsan) ədəd olan 20 (iyirmi) manatlıq əskinazların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar