Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1405/2022 08.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı və müdafiəçi–Bakı 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Gülağa oğlunun iştirakları ilə xx xxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Rəsul” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşdirdiyi bir ədəd qara rəngli sellofan torbada olmaqla üç ədəd bükümdə təmiz çəkisi 1013,364 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, iki ədəd bükümdə təmiz çəkisi 123,398 qram təşkil edən tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki və bir ədəd bükümdə təmiz çəkisi 70,945 qram təşkil edən ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini 2022-ci ilin mart ayının ortalarında həmin yerdən götürüb sonradan «Rəsul» adlı şəxsin tapşırığına əsasən satılacaq həmin narkotik vasitə və ya psixotrop maddələrə görə pul və narkotik vasitə verəcəyi şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün qanunsuz olaraq satış məqsədi ilə daşıyaraq yaşadığı Bakı şəhəri Yasamal rayonu X7 küçəsi ev 65 mənzil 56 ünvanına gətirib orada saxlamış, 19 mart 2022-ci il tarixdə saat 20 radələrində «Rəsul» adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə olan heroindən təmiz çəkisi 57,807 qram olan hissəsini bir bükümdə ayırıb əynində olan şalvarın sol yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 20:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Yasamal rayonu X7 küçəsi ev 65 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 57,807 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 19 mart 2022-ci il tarixdə saat 22:45 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən mənzilin yataq otağında saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 370,542 qram və 585,015 qram olmaqla təmiz çəkisi 955,557 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 114,115 qram və 9,283 qram olmaqla cəmi çəkisi 123,398 qram təşkil edən tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək və bir ədəd bükümdə təmiz çəkisi 70,945 qram təşkil edən ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, 01 ədəd qırmızı korpuslu, 01 ədəd qara korpuslu, 02 ədəd gümüşü korpuslu və 01 ədəd “AOSAİ” markalı elektron tərəzilər aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham qismən doğrudur, lakin çox şişirdilmişdir. Orada 5 ədəd tərəzi göstərilmişdir, bu tam yalandır. Onu həmin günü marketə girəndə 8-9 nəfər tutub döyə –döyə gətirmişlər Yasamal rayonuna narkobiznesə. Yolda ondan heçnə aşkar etmədiklərinə görə qayıdıb evinə baxış keçirməyə gəlmişlər. Evə baxış keçirəndə evində təqribən 100-150 qram narkotik vasitə aşkar olunuşdur. Lakin polis əməkdaşları öz istədikləri kimi yükləyib artıq çəki ilə sənədləşdirmişlər. Evin içindən əlavə ev avadanlıqların da götürüblər heç birini etiraf etmirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki, o, təxminən 2 ildir ki, narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Təxminən 3 ay bundan əvvəl, yəni 2022-ci ilin yanvar ayının əvvəlində o “instaqram” sosial şəbəkəsində “patı.kakos” səhifəsinə rast gəlib həmin səhifəni izləməyə başlamışdır. Həmin vaxt həmin səhifəni izləyənlər arasında olan “Rəsul” adlı şəxs ona “instaqram” üzərindən mesaj yazaraq İran vətəndaşı olduğunu bildirmiş və ondan narkotik istifadəçisi olub-olmadığını soruşmuş, o isə bildirmişdir ki, istifadəçisidir. Sonra həmin şəxs ona təklif etmişdir ki, narkotik vasitə və psixotrop maddələrin Bakı şəhəri ərazisində satışının həyata keçirilməsində o sonuncuya köməklik etsin, həmin şəxs isə bunun əvəzində ona pul və şəxsi istifadə üçün narkotik vasitə verəcəkdir. O, maddi vəziyyəti pis olduğundan razılaşmış, həmin şəxs ona istifadəsində olan +98 914 *** **** saylı mobil nömrəsini verərək “vatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayacaqlarını, həmin şəxs dediyi yerlərə dediyi miqdarda onun narkotik vasitə və psixotrop maddələri yerləşdirəcəyini bildirmişdir. Bununla belə, onun qeyd etdiyi 3 ay ərzində o, Rəsul adlı şəxsin ona verdiyi ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələri yaşadığı evdə elektron tərəzidə çəkərək sellofan bükümlərə yerləşdirirmiş və həmin bükümləri Bakı şəhərinin müxtəlif yerlərində gizlədirmiş. O, telefonunun fotokamerası ilə gizlətdiyi yerin şəklini çəkərək Rəsula göndərirmiş. Təxminən bir həftə bundan əvvəl Rəsul onunla əlaqə saxlayaraq Bakı şəhəri Nizami rayonu “Neftçilər” m/s-nın yaxınlığında içərisində 1 kiloqramdan çox heroin, tiryək və metamfetamin olan qara rəngli sellofan torbanın yerləşdirildiyini demiş və gedib həmin torbanı oradan götürməsini bildirmişdir. O da sonuncunun dediyi yerə gedib torbanı orada aşkar etmiş və götürərək yaşadığı evə aparmışdır. O, evdə torbanı açdıqda içərisində iki ədəd bükümdə tiryək, iki ədəd bükümdə heroin və bir ədəd bükümdə metafmetamin olduğunu görmüşdür. Bundan sonra o, hər zaman olduğu kimi həmin bükümlərdən Rəsulun dediyi miqdarda heroin, tiryək və metamfetamin götürüb tərəzidə çəkirmiş və bükümləyərək sonuncunun dediyi ünvana daşıyıb orada gizlədirmiş. 19 mart 2022-ci il tarixdə saat 20:30-da o evdə saxladığı heroindən Rəsulun dediyi miqdarda, yəni təxminən 63-64 qram çəkidə narkotik vasitə heroin götürüb bükümləyərək əynində olan şalvarın sol yan cibinə qoymuşdur ki, aparıb Rəsulun deyəcəyi yerə gizlətsin. Həmin vaxt o, yaşadığı evdən çıxıb piyada hərəkət etdiyi zaman evin qarşısında ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar və özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonunuclar ona özünü təqdim etməyini söyləmişlər və o xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu, Bakı şəhəri Yasamal rayonu X7 küçəsi ev 65 mənzil 56 ünvanında yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bununla bağlı araşdırma aparılması üçün onun sonuncularla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməli olduğunu söyləmişlər. O etiraz etməmiş və həmin əməkdaşlarla birlikdə həmin idarəyə getmişdir. Orada ona hüquqları izah edilmiş və öz vəkilinin olub-olmaması soruşulmuş, o isə vəkilinin olmadığını bildirərək maddi vəziyyəti ilə əlaqədar hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmişdir. Bundan sonra ona Bakı şəhəri Mərkəz Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o, həmin siyahıdan istənilən vəkilin dəvət edilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin bürodan vəkil X5 dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra həmin idarənin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq idarəyə gətirmiş həmin üç nəfər polis əməkdaşları və vəkil Tufan Kərim var idilər. O da əynində olan şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd evin açarı, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd özünə məxsus “İphone” markalı mobil telefon və 45 manat məbləğində nağd pul aşkar edilmiş, həmin pul vəsaitləri və evin açarı özünə qaytarılsa da, şəxsiyyət vəsiqəsi ilə mobil telefonu araşdırma zərurəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra ondan təqdim etdiyi həmin bükümdə nə olduğu soruşulanda o bildirmişdir ki, bükümdə narkotik vasitə olan heroin var. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açılmış və bükümə baxış keçirilmiş, miqdarının müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmişdir. Sonra isə onun təqdim etdiyi həmin büküm 1 ədəd ağ rəngli zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Sorğu zamanı o bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni o təxminən bir saat əvvəl, yaşadığı evdə saxladığı külli miqdarda narkotik vasitələrdən ayırıb bükümə yerləşdirmişdir ki, həmin bükümü aparıb İran vətəndaşı olan Rəsul adlı şəxs tərəfindən deyiləcək yerdə gizlətsin. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş, vəkil və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər, orada polis əməkdaşları tərəfindən videoçəkilişlə evinə baxış keçirilmişdir. Orada o, yataq otağında yerləşən dolabm üstündə gizlətdiyi 5 ədəd elektron tərəzini, içərisində tiryək olan iki ədəd bükümü, içərisində heroin olan iki ədəd bükümü, içərisində metamfetamin olan bir ədəd bükümü, eləcə də narkotik vasitə və psixotrop maddələrin satışı zamanı əldə etdiyi gəlirlərin və xərclədiyi pul vəsaitlərinin qeydiyyatını apardığı bir ədəd dəftəri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin əməkdaşlar tərəfindən onun təqdim etdiyi həmin bükümlərə vəkilin iştirakı ilə baxış keçirilmiş, orada elektron tərəzidə çəkilmiş və çəkiləri müəyyən edildikdən sonra elə həmin yerdə elektron tərəzilərlə birlikdə 1 ədəd torbaya qablaşdırılaraq möhürlənmiş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin polis əməkdaşları tərəfindən onun evinə əlavə baxış keçirilmiş, lakin digər hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Baxışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərindən və evindən aşkar edilmiş həmin narkotik vasitələr və psixotrop maddələr ekspertizaya göndərilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitələr və psixotrop maddələri əldə etdiyi “Rəsul” adlı şəxs barədə heç bir məlumatı yoxdur, o, sonuncunun İranda yaşadığını bilir. Rəsul ona pulu bank kartı vasitəsi ilə göndərirmiş, bununla bağlı o "xxxx"m 4169 7377 0537 9440 nömrəli kartından istifadə etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsini daşıyır. Baş idarəyə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat müvəkkili Şahid2, polis nəfəri Şahid3 və ondan ibarət qrup yaradılmışdır. 19 mart 2022-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi ev 65 saylı ünvanın yaxınlığında olan zaman zahiri əlamətləri Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib və onun Təqsirləndirilən şəxs olduğuna əmin olduqdan sonra narkotk vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmiş. Bu zaman o, cibindən 01 ədəd büküm çıxararaq, içərisində heroin, olduğunu və İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra mənzilinə axtarış keçirmək üçün getmişlər. Mənzilində də 05 ədəd elektron tərəzi, 1 ədəd dəftər və qutunun içərisində 05 ədəd büküm olmaqla heroin, tiryək və metamfetamin aşkar edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 mart 2022-ci il tarixli 6/1595 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar, imzalar olan kağız paketdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 57,807 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” və s. yazılar, imzalar olan p/e torbada (№2) 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 370,542 qram; 585,015 qram; ümumi təmiz çəkiləri 955,557 qram qəhvəyi rəngli maddə kütlələri kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 114,115 qram; 9,283 qram; ümumi təmiz çəkiləri 123,398 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütlələri xaşxaş bitkisindən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir; 01 ədəd bükümdə təmiz çəkisi 70,945 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 01 ədəd qırmızı korpuslu, 01 ədəd qara korpuslu və 01 ədəd “AOSAİ” markalı elektron tərəzilərin səthində heroin izləri, 02 ədəd gümüşü korpuslu elektron tərəzilərin səthində metmafetaminin izləri müəyyən edildi. Tərəzilərin səthində heroin və metamfetamin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 1 və 2№-li qablaşdırmalarda olan heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, o cümlədən 02 bükümdəki tiryək kütlələri tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin, tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs götürülmüş üç ədəd bükümdə təmiz çəkisi 1013,364 qram olan narkotik vasitə heroindən ekspert tədqiqatı zamanı 0,18 qram heroin sərf edilməklə 1013,184 qram heroin qalıq qalmış, iki ədəd bükümdə təmiz çəkisi 123,398 qram olan narkotik vasitə tiryəkdən ekspert tədqiqatı zamanı 0,2 qram metamfetamin sərf edilməklə 123,198 qram tiryək qalıq qalmış, bir ədəd bükümdə təmiz çəkisi 70,945 qram olan psixotrop maddə metamfetamindən ekspert tədqiqatı zamanı 0,1 qram metamfetamin sərf edilməklə 70,845 qram metamfetamin qalıq qalmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1487 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən isterik tipli şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kompüter texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 5/405 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “İOS 15.3” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone XS” markalı “A1920” modelli “**********39389, **********91778” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “İphone XS” markalı “Al920” modelli mobil smartfonun yaddaşından “UFED TOUCH 2 (7.48.1.3 versiyalı)” markalı qurğu vasitəsi ilə toplanmış hal-hazırda mövcud olan (zəng jurnalı, kontaktlar, veb səhifələrə baxış tarixçəsi, elektron poçta dair məlumatlar, “Whatsapp proqram təminatında və “İnstaqram” sosial şəbəkəsində aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R tipli optik diskə). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kompüter texniki ekspertizası zamanı Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “İphone XS” markalı mobil telefon aparatının yaddaşmdakı məlumatların köçürüldüyü və həmin ekspertizanın xx.xx.2022-ci il tarixli 5/405 saylı rəyi ilə birlikdə təqdim edilmiş 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə mobil telefonun yaddaşında olan audio, video və digər fayllarm olduğu ayrı-ayrı qovluqların olduğu görünür. Qovluqlardakı fayllara baxış keçirilərkən orada olan “Audio” adlanan qovluqdakı səsyazmaların arasında Təqsirləndirilən şəxs ünvanlanmış, narkotik vasitə və psixotrop maddələrin müxtəlif şəxslər tərəfindən sonuncudan əldə edilməsi ilə bağlı səs mesajlarının olması görünür. Həmin səs fayllarmın sayı çox olduğundan və fayhn adı mürəkkəb olduğundan texniki cəhətdən protokola qeyd etmək mümkün olmamışdır. Qovluqda olan “İmages” qovluğundakı foto fayllarından narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif yerlərə qoyulması görünür. Diskdə olan “Whatsapp” adlanan qovluqdan görünür ki, orada “Resul” və “Resul teze” adlanan qovluqlar var. Həmin qovluqlara baxış keçirilərkən görünür ki, qovluqlarda müxtəlif foto və videofayllar mövcuddur. Həmin videofayllarda narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif yerlərə qoyulması görünür. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon aparatına yüklənmiş “Whatsapp” adlanan mobil tətbiqdə “Resul” və “Resul teze” adlı şəxslərlə yazışmalar mövcuddur. İstifadəsində +98 914 *** **** saylı mobil nömrə olan “Resul” adh şəxs ilə yazışmalar xx.xx.2022-ci il tarixdən başlayır, yazışma zamanı həmin şəxs ilə Təqsirləndirilən şəxs arasında səs mesajları, eləcə də Təqsirləndirilən şəxs tərəfindən elektron tərəzidə bükümlərin çəkilməsi və müxtəlif yerlərə yerləşdirilməsinə dair şəkillərin “Resul” adlı şəxsə göndərildiyi görünür. Yazışma zamanı “Resul” adh şəxs narkotik vasitə və psixotrop maddələri “kola”, “daş” və “torpaq” adlan ilə qeyd edərək onların miqdarını yazır və Təqsirləndirilən şəxs həmin miqdarlarda deyilən narkotik vasitə və psixotrop maddələri bükümlərə yerləşdirərək elektron tərəzidə çəkir, sonra həmin şəxsin dediyi yerlərə daşıyır, onları yerləşdirdiyi yerin şəkilini çəkərək “Resul” adh şəxsə göndərir. Həmin “Resul” adlı şəxsin istifadəsində olan “Resul teze” adlanan +98 901 *** **** saylı mobil nömrə ilə hər hansı yazışma aparılmamış, yalnız sonuncudan bir neçə dəfə cavabsız zənglər daxil olmuşdur. Bundan başqa, “Whatsapp” mobil tətbiqində hər hansı bir şübhəli yazışmalar aşkar olunmur. Mobil telefon aparatında olan “Teleqram” mobil tətbiqinə də baxış keçirildi, lakin orada hər hansı bir şübhəli yazışma aşkar olunmadı. Həmçinin mobil telefon aparatında olan “Mesajlar” bölməsinə baxış keçirildi, orada olan yazışmalardan görünür ki, “Mııwfıq Sumqayit” adlanan şəxs “ağartını imkan varsa 2 ele” mətnli mesaj yazmış, Təqsirləndirilən şəxs isə ona “4098-5844- 5088-2533 bu nömrəli koda qaqa 20 manat” mətnli mesaj yazmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ***-***-**-** sayh mobil nömrəyə “4169 7377 0537 9440 kapital bankdi mehleye gel blokun ağzına atacam” mətnli mesaj yazmışdır. Bundan başqa orada hər hansı bir şübhəli yazışma aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan “992588585” saylı mobil nömrəyə dair 01 ədəd CD diskin yaddaşında əks edilmiş anten məlumatlara, sms mətnləri və telefon zənglərinə baxış keçirilmişdir. Həmin CD diskdə “992588585” saylı mobil nömrəyə dair xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan zəng və sms məlumatları əks edilmişdir. Həmin mobil nömrəyə dair sms tarixçəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə həmin nömrədən ***-***-**-** saylı nömrəyə “A gijdillag mene neyin halalligni disen neylemisen mene ne elemisen xeyirvu tutmuşanda mem wotuma adam oldune gijdilag men rewadin wotuna bugun oz pulun var ay hec kim ged isanin atasi alsun day mal zad yoxdu” mətnli, xx.xx.2022-ci il tarixdə “Terezini ver men” mətnli mesajlar göndərilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə “4098-5844- 6029-7318 leo bank” mətnli, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “4098- 5844-5088-2533 bu koda gaga 20manat” mətnli mesajlar göndərilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə həmin nömrədən ***-***-**-** saylı nömrəyə “4169 7385-7883- 9312”, xx.xx.2022-ci il tarixdə isə ***-***-**-** saylı mobil nömrəyə “Obşu neqrderliy” mətnli mesajlar göndərilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə 070-514-36- 94 saylı mobil nömrədən həmin nömrəyə “Qaqam. NURUwdu dunen xiyar meni pis vezyetde qoydu.amma qapida dedimki bax sora duzelt temani. uzurlu say dunenkini evezine 2 litir sandora. 4 redbvl almiwam. 2x sinikers İxboyuk sinikers lx lays 6x oreo 6x alpen gold oznomreme zeng eleda qaqam. bv bawqa adamindi. Həmçinin xx.xx.2022-ci il tarixdə ***- ***-**-** saylı nömrədən həmin nömrəyə “Qaqa evezine 4 redbul 1 litr sandora goturmuwem. Dunenden İm pulum yox idiki kontur vurum. 60 mlix herwey almiwam sinikersde 2 packa almiwam” mətnli mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş dəftərdə müəyyən edilmişdir ki, dəftər 6 vərəqdən ibarətdir, vərəqlər “qəfəs” formasında xəttlərlə nizamlanmışdır. Hər bir vərəqdə göy rəngli qələmlə cədvəl formasında xəttlər çəkilmişdir, vərəqlərin üst tərəfində “Satdım” və “Rasxod” sözləri qeyd edilmişdir. Həmin sözlər arasında müxtəlif tarixlər qeyd edilmişdir. 1-ci vərəqdə “xx.xx.2022” tarixi qeyd edilmiş, vərəqin orta hissəsində isə “Satdım” sözünün altından “100m (K-5), 100m (q-n), 24m (m40), 10m nəşə, 15 m k-04, 280 m k+p”, “xeyrim” sözünün altından isə nəşə, patı, tiryək, meti, kola sözləri qeyd edilmiş, “Rasxod” sözünün altından isə “60 man k+p” qeyd edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, “K” sözü “kola”, yəni heroin, “P” sözü “patı”, yəni metamfetamin, “m40” sözü metodon, “nəşə” sözü isə marixuana deməkdir. Həmin sözlərin yanında yazılmış rəqəm isə onların miqdarım göstərir. Dəftərin digər vərəqlərində də, eyni qaydada yazılar yazılmışdır, tarixlər isə ardıcıl olaraq “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022”, “xx.xx.2022” və “xx.xx.2022” kimi göstərilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin yazılar onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı apardığı qeydiyyatlardır. İstintaq zamanı Təqsirləndirilən şəxs adına olan 4169-7377-0537- 9440 saylı plastik kart üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli 157000/2-2442 nömrəli məktub ilə daxil olmuş bank hesabından çıxarışlara baxış keçirirlərkən müəyyən olundu ki, həmin bank hesabından çıxarışlar ümumilikdə 2 vərəqdən ibarətdir. Çıxarışlardan görünür ki, qeyd edilən plastik kartın hesabına "xxxx" ASC- nin “birbank” mobil tətbiqi vasitəsi ilə və ödəmə terminalları vasitəsi ilə xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixinədək müddət ərzində müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil edilmişdir. Həmin kart hesabma pul köçürən abunələr haqqında məlumatlar çıxarışlarda əks edilməmişdir. Cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş üç ədəd bükümdə təmiz çəkisi 1013,364 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmaqla ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1013,184 qram heroin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, iki ədəd bükümdə təmiz çəkisi 123,398 qram olan narkotik vasitə tiryək iş üzrə maddi sübut qismində tanınmaqla ekspert tədqiqatı nəticəsində qalıq qalmış 123,198 qram tiryək maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd bükümdə təmiz çəkisi 70,945 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmaqla ekspert tədqiqatı nəticəsində qalıq qalmış 70,845 qram metamfetamin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 05 ədəd elektron tərəzi və 1 ədəd “İphone XS” markalı “A 1920” modelli mobil telefon maddi sübut kimi tanınaraq maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 02 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan CD disk, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “İphone XS” markalı “A 1920” modelli mobil telefonun yaddaşından məhkəmə- kompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 01 ədəd DVD-R disk və Təqsirləndirilən şəxs götürülmüş içərisində sonuncu tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı qeydiyyatın aparıldığı 01 ədəd dəftər maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnaməndən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda narkotik vasitənin 100-150 qram civarında olduğunu, narkotik vasitələrin satışı ilə məşqul olmadığını, həmin narkotik vasitənin çəkisinin polis əməkdaşları tərəfindən artırılmağını bildirməsi məhkəmə tərəfindən tənqidi yanaşılaraq hesab edir ki, o, fərqli ifadə verərək yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, axtarış və götürməni özündə əks etdirən video görüntülərin keçirilməsi barədə protokoldan, özünün istintaq zamanı vermiş olduğu etirafedici ifadələri və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məhkəmə isintaqı zamanı onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ailədə yeganə qazanc gətirən olması, anasının onun himayəsində olması onun cəzasını yüngülləşdirən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 19 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş üç ədəd bükümdə ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1013,184 qram heroin, iki ədəd bükümdə ekspert tədqiqatı nəticəsində qalıq qalmış 123,198 qram tiryək, bir ədəd bükümdə ekspert tədqiqatı nəticəsində qalıq qalmış 70,845 qram metamfetamin və 05 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd “İphone XS” markalı “A 1920” modelli mobil telefon aparatları Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilərkən qeyd alınmış videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan CD disk, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone XS” markalı “Al920” modelli mobil telefonun yaddaşından məhkəmə- kompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 01 ədəd DVD-R disk və Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı qeydiyyatın aparıldığı 01 ədəd dəftər iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 190 (yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Gülağa oğluna 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Gülağa oğluna 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Yasamal Rayon Polis İdarəsində saxlanılan üç ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1013,184 qram heroin, iki ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 123,198 qram tiryək, bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 70,845 qram metamfetamin və 05 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd “İphone XS” markalı “A 1920” modelli mobil telefon aparatları Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. 03 ədəd DVD-R disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd yaddaşında anten məlumatlar olan CD disk, 01 ədəd dəftər iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 190 (yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1405/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1405/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver