Məhkəmə qərarları › İş №1(101)-1405/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1405/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1405/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X3 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 2001-ci il tarixdə İsmayıllı rayonu, Qalagah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, İsmayıllı rayonu, Qalagah kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, nömrəsiz evdə yaşamış, 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin müddəti 06 iyun 2023-cü il tarixədək uzadılmış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin xeyli və külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Şahid3 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 6 saylı evin 23 saylı mənzilinə Zərərçəkmiş şəxs əri Şahid4 məxsus «Nissan X Taril» markalı avtomaşının salonundan götürdüyü açarlarla qapısını açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq, içərisində bir ədəd 5.000 manat dəyərində ağ qızıl üzük, 1 ədəd 7.000 manat dəyərində antikvar qızıldan olan, üzərində ay ulduz işləmələri olan silsiləni, 5.000 manat dəyərində 6 ədəd zümrüd üzükləri, 3.000 manat dəyərində brilliyant olmayan 2 ədəd antik qızıl dəstini və 1 ədəd 5000 manat dəyərində brilliyant qaşdan ibərət paxlava dəsti - üzük, bir cüt sırğa, klon və sep dəsti olan «ürək» formalı dəyərsiz qutunu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 25.000 (iyirmi beş min) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, yəni Təqsirləndirilən şəxs özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 2020-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 6 saylı evin 23 saylı mənzilinə Zərərçəkmiş şəxs əri Şahid4 məxsus «Nissan X Taril» markalı avtomaşının salonundan götürdüyü açarlarla qapını açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq, içərisində 6000 manat dəyərində «Badam» formalı sibir brilliyantı - lon, sep, bir cüt sırğa dəstini, 8000 manat dəyərində «Beş süzmə» adlanan sibir brilliyantı - badamvari klonu, 18.000 manat dəyərində «Quran qabı» klon və sepdən ibarət sarı qızıldan olan, təxminən 120 qram çəkidə dəsti, qızıl və brilliyantdan ibarət 7 karat klonu, boyunbağısı və bir cüt 23 qram sırğadan ibarət 60.000 manat dəyərində «Samovar» dəstini, klon, bir cüt sırğa və üzükdən ibarət 22.000 manat dəyərində «Zümrüd» dəstini, 30.000 manat dəyərində «Aris» firmasından olan qızıl brilyant qaşlı üzük-sırğa dəstini, 1 ədəd 3000 manat dəyərində antikvar- qızıldan, qırmızı kəhraba qaşlardan ibarət, ucunda 5-lik qızıl qəpik olan silsiləni, ümumilikdə 18.000 manat dəyərində 2-si «Luç» markalı - hər bir ayrı ayrılıqda sepləri ilə birlikdə 50 qram qızıldan, bir kişi saatı isə «Rolex» markalı, brilliyant daşlardan ibarət, 3 ədəd kişi saatlarını, 4000 manat dəyərində tək qaş üzük, bir cüt sırğadan ibarət qadın brilliyant dəsti, 1000 manat dəyərinhə 1 ədəd almaz qaşlı qadın üzüyünü, 8000 manat dəyərində 7 ədəd müxtəlif növ qadın qızıl qolbaqlarını, 1 ədəd 4000 manat dəyərində antik qızıl qapaqlı saat-üzük dəstini, 1 ədəd 3000 manat dəyərində Leninqrad istehsalı olan sibir brilliyantından ibarət saatı, 2000 manat dəyərində hər biri 19 qram çəkidə, 2 ədəd antik qızıl sepi, 1 ədəd 6000 manat dəyərində 40 qram çəkidə kişi qızıl qolbaqı, 1 ədəd 1500 manat briliyant qaşlı kişi üzüyünü, 4000 manat dəyərində 2 ədəd qızıl kişi üzüyünü, 3000 manat dəyərində brilliyant qaşlı bir cüt sırğa və üzük dəstini, 1200 manat dəyərində 3 ədəd nazik qızıl sepi, üzərində balıq, qırmızı qaşları olan klonları ilə birlikdə, 1 ədəd 500 manat dəyərində Türk ağ qızılından olan 05 ədəd adi qaşlı, içərisində 333 yazısı olan qadın üzüyünü, 1 ədəd 1500 manat dəyərində yaşıl qaşlı qızıl sırğa və üzük dəstini və 1 düzüm 200 manat dəyərində sarı kəhraba kəməri və ümumilikdə 4900 manat dəyərində müxtəlif çeşidli gümüş məmulatları olan dəyərsiz ayaqqabı qutusunu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 209.800 (iki yüz doqquz min səkkiz yüz) manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin xeyli və külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmə - Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü 25000 manat oğurluq epizodunda təqsirli bilsə də, 209.800 (iki yüz doqquz min səkkiz yüz) manat dəyərində külli miqdarda oğurluq cinayətinin törədilməsində təqsirli bilmir. Belə ki, Zərərçəkmiş şəxs onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsində onunla qonşu olmuş, onun sonuncuların evinə gediş-gəlişi olmuş, həyət-bacada İradənin işlərinə köməklik göstərmişdir. 2020-ci ilin mart ayının axırlarında Albalılıq qəsəbəsində, onlardan bir qədər aralıda yaşayan Şəhriyar adlı oğlanla tanış olmuş və Şəhriyar onu tikintidə işə də düzəltmişdir. Şəhriyar da Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanımış, Ancaq Zərərçəkmiş şəxs Şəhriyarı tanımamışdır. Həmin ərəfələrdə Şəhriyar onu qəsəbədə yaşayan Şahid1 və Şahid3lə də tanış etmişdir. Adil bir işlə məşğul olmamış, ancaq Etibar «Tofaş» və «Vaz-2107» markalı avtomobilləri ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onlar tez-tez gecələr Şəhriyarın Albalılıq qəsəbəsində gözətçilik etdiyi bağ evində yığışıb dördü bir yerdə kart oynamış, çay içib istirahət etmişlər. 2020-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ünvan 1 ünvanın açarını oğurlamaq və yoldaşları ilə bir yerdə həmin evə girib oğurluq etmək qərarına gəlmişdir. O, həmin evə 2019-cu ilin payız aylarında İradənin oğlu ilə 1-2 dəfə əncir satandan sonra getmiş, lakin İradənin oğlu əsgər gedəndən sonra sonuncunun evinə getməmiş, getməyə icazəsi də olmamışdır. Şəhriyargil də İradə xanımı tanısalar da, onun qədər tanımamışlar. O, İradənin oğlu ilə birlikdə narkotik vasitə istifadə etmişdir. İradənin oğlunun adı Emin omuşdur. Bir dəfə narkotik üçün pul lazım olmuş, Emin gedib pul gətirmiş, anasının qızıllarının içərisindən götürdüyünü demişdir. Anasının biləcəyini ona dedikdə, o, xırda bir şey götürdüyünü demişdir. Emin xırda bir şey götürməsini dediyi üçün, o, İradənin evində qızılları olduğunu bilmişdir. O, İradənin imkanlı adam olduğunu və sonuncunun Yeni Günəşli qəsəbəsində olan evində qızıl olmasını ehtimal etmişdir. İradə həm faizə də pul vermiş, həm də əldən-ələ qızıl alveri də etmişdir. Bundan sonra Şəhriyarın gözətçilik etdiyi bağ evində olanda Şəhriyar, Adil və Etibara da oğurluq planı barədə danışmış və sonuncular da onunla oğurluqda əlbir olmağa razılaşmışlar. Bundan sonra aprel ayının əvvəllərində İradənin bağ evinə gedərkən sonuncunun əri Elmuradın «NİSSAN X TRAİL» markalı, ** GV *** dövlət nömrə nişanlı avtomobilinin sürət qutusunun yanında olan saxlanc yerindən ünvan 1 ünvanın açarını oğurlamışdır. O, İradəgilin gedib-gəldiyi üçün evin açarının avtomobildə olmasını bilmişdir. Açarı oğurlayandan sonra həmin axşam saat 22 radələrində Şəhriyarın gözətçi olduğu bağ evində Şəhriyar, Adil və Etibarla görüşmüş və Zərərçəkmiş şəxsm ünvan 1 ünvandan oğurluq etmək üçün Etibarın “Tofaş» markalı avtomobili ilə yola düşmüşlər. Lakin yolda post-patrul əməkdaşları avtomobili saxladıqlarından və deyəsən avtomobilin sənədləri qaydasında olmadığından geri qayıtmışlar və bu dəfə Etibar «Vaz-2107» markalı avtomobili idarə edərək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» y/s, ev 6 ünvana getmişlər. Oraya gedərkən Adillə Etibar mobil telefonlarını götürməmiş və Şəhriyarla ona da mobil telefon götürməyə icazə verilməmişdir. Buna baxmayaraq o, özünə məxsus olan ***-***-**-** nömrədə işlətdiyi Çin istehsalı olan, markasını bilmədiyi mobil telefonunu götürmüşdür. Aralarında olan razılığa əsasən Etibarla Adil avtomobildə gözləmiş, onunla Şəhriyar isə bloka girib 3-cü mərtəbəyə qalxmış və o, açarla İradənin 23 №-li mənzilin qapısını açmışdır. Şəhriyarla o, içəri girəndən sonra hərəsi bir otağa girib qızıl və ya pul axtarmağa başlamışlar. Lakin həmin vaxt Şəhriyar qorxmuş və onu da qorxuya saldığından heç bir qızıl və ya pul ələ keçirə bilməyib mənzildən çıxmışlar. Avtomobilə oturanda Adil onları tənbeh edib özü açarı ondan almışdır. Bundan sonra onlar Şəhriyarın iş yerinə qayıtmışlar. X7 təkid etdiklərindən o, Etibar və Adil birlikdə yenidən geriyə qayıtmış, o özü avtomaşında qalmış, Etibarla Adil birlikdə binaya girib yuxarı qalxmışlar. O, mənzilin yerini sonunculara izah etmiş, sonra isə həyətdə avtomobilin yanında dayanıb ətrafa göz-qulaq olmuşdur. Bir qədər sonra Adillə Etibar gəlmiş, Adilin əlində qara rəngli sellofan torba, torbanın da içərisində şokalad qutusu kimi bir qutu olmuşdur. Həmin qutunun üstündə ürək şəkili olmuşdur. X8 Əliyevanın evindən qızılları tapıb oğurladıqlarını bildirmişlər. Onlar Şəhriyarın gözətçi olduğu bağ evinə getmiş, orada Adil qutunu açıb qızılları stolun üstünə tökmüşdür. Qızıllar əksəriyyəti sarı qızıldan olan qızallar olmuşdur. Bundan sonra Adil qızılları həmin qutuya yığıb qızılları aparıb bağ evlərində torpağa basdırıb gizlədəcəyini, səhər satmaq üçün yer axtaracağını və karantin qurtardıqdan sonra satacağını demiş, onlar da razılaşmışlar. Adil pandemiya olduğu üçün qızılların satılmasının vaxt aparacağını demişdir. Ancaq 2-3 gün keçməsinə baxmayaraq Adildən qızılların satılması ilə bağlı bir xəbər çıxmamışdır. Şəhriyar da onu tez-tez tələsdirirmiş ki, Adili tapıb qızılların taleyini soruşsun. Şəhriyar onun ***-***-**-** nömrəsi ilə Etibarın yadında qalmayan, ancaq deyəsən hazırda işlətdiyi nömrəsinə zəng vurmuş və görüşmək istədiyini demişdir. Aprel ayının axırlarında X4 bağ evində Şəhriyar və onunla görüşmüş, Adil qızılları bir nəfər şəxsə cəmi 4400 manata sata bilmiş və pulun yarısını alsa da, yarısını axşam alacağını demişdir. Satılmış qızıllardan hərəsinə 1050 manat pul ayrılmışdır. Etibar ona 500 manat pul vermiş, qalanını da axşam gətirəcəklərini demişdir. Axşam saat 22 radələrində yenə də Şəhriyarın gözətçi işlədiyi bağ evinə getmiş və Adil qızılların yerdə qalan pulunu da almasını bildirərək ona 500 manat da pul vermişdir. Adil əvvəlcə ona 07 markalı maşın alıb verəcəyini və hesablaşacaqlarını desə də, sonradan adama 1000 AZN pul düşdüyünü demişdir. Həmin vaxtı Adilin nə isə problemi olmuş, ona görə də Etibar, Şəhriyar və o, özlərinə düşən puldan 50 manatı Adilə kömək üçün vermişlər. Etibar ona demişdir ki, Adil qızılları satmağa gedəndə sonuncunu Binəqədi rayonunda bir yerdə saxlatmış və özü 3-4 saatdan sonra qızılları kiməsə sataraq gəlmişdir. Etibarın deməsinə görə Adil qızılları kimə satmasını ona da deməmişdir. Hətta Elibarla onun da mübahisəsi düşmüşdür. Belə ki, qızılların içərisində bir ədəd “Rolex” markalı saat olmuşdur ki, həmin saatın 20-30 min manat qiyməti olmuşdur. Ona görə o, ortada kələk olduğunu başa düşmüşdür. Adil saatı əridib ona başqa qızıl verəcəyini demişdir. Bundan sonra Adili və Etibarı görməmiş, onlardan aralı gəzmişdir. Oğurladıqları qızıllardan ona qalan 1.000 manat pulu özü üçün xərcləyib qurtarmış, götürdükləri qızıllardan heç nə qaytarmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, narkotik vasitə istifadə etmək üçün pul lazım olmuş, onda da pul olmamışdır. Odur ki, Etibargillə olan birinci oğurluqdan sonra, 2020-ci il may ayının ilk günlərində o, tək olaraq X5 qəsəbəsi, «AB» y/s, ev 6, mənzil 23 ünvanda yerləşən evinə oğurluq etmək üçün getmişdir. O, saat 23 radələrində qed etdiyi ünvana gedib mənzilin qapısını açarla açaraq içəri girmiş, evi axtarmış, qızılların yerində olmadığını görüb oğurluq olmasını başa düşmüş, ancaq gümüş büjiteriyalar tapa bilmişdir. Qızıl və ya pulu isə tapa bilməmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs evində tualetdə oturub göy «Prima» markalı siqaret çəkmiş və çəkəndən sonra yerə atmışdır. Ağzında olan saqqızı da yerə atıb mənzildən çıxmışdır. Həmin gümüş əşyaları 28 may metrostansiyasının yanında xatırlamadığı qızıl alış-verişi mağazalarından birində 50 manata satmışdır. Həmin oğurluq əməlindən Adil, Etibar və Şəhriyarın xəbəri olmamışdır. Hadisədən sonra İradə xanım onu yanına çağırmış, onunla söhbət etmiş, bütün qızıllarının itdiyini, heç kimə heç nə deyə bilmədiyini, qızının əri ilə evə gəldiklərini, şəkil çəkirdiklərini demiş, yaddaşının itdiyini, qızılları hara qoyduğunu bilmədiyini bildirmişdir. O, ikinci epizodda göstərilən dəyərdə qızıl oğurlamamışdır. İradə ona qızılları tapmaqda köməklik göstərəcəyi təqdirdə, ona sürücülük vəsiqəsi alacağını təklif etmişdir. Lakin o, buna aldanmamış və özünü heç nədən xəbəri olmayan kimi aparmışdır. Adillə Etibar həbs olunmamış, onların məhkəməsi olmuş, onları buraxmışlar. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı sərbəst ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərməklə bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 145-152). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əri Şahid4 ilə birlikdə ünvan 2 ünvanında daimi olaraq yaşayır. Həmin mənzil ictimai ğinanın 3-cü mərtəbənin sol hissəsində yerləşir. Həmin mənzilin açarlarının biri özündə, digəri isə həyat yoldaşı Şahid4 olmuşdur. Lakin ölkədə pandemiya ilə bağlı xüsusi karantin rejimi elan olunduqdan sonra həyat yoldaşı Şahid4la birlikdə 2020-ci ilin aprel ayından etibarən ünvan 3 ünvanında bağ evində yaşamağa başlamışlar. Bağ evinin sahəsi geniş olduğundan, eyni zamanda mühafizə sistemi olmadığından bağda yaşamağın etibarlı olmamasını fikirləşib, 2020-ci ilin aprel ayının əvvəlində həyat yoldaşı Elmuradla birlikdə içərisində dəyərli qızıl-brilliant ziynət əşyaları olan bir ədəd qara rəngli, üzərində 3 ədəd ürək fiquru olan şokalad qutusunu mənzilin girişdən soldakı yataq otağında çarpayının altına qoymuşdur. Həmin qara rəngli şokalad qutusunun içərisində bir ədəd 5.000 manat dəyərində ağ qızıl üzük, 1 ədəd 7.000 manat dəyərində antikvar qızıldan olan - üzərində ay ulduz işləmələri olan silsilə, 5.000 manat dəyərində 6 ədəd zümrüd üzüklər, 3.000 manat dəyərində brilliant olmayan 2 ədəd antik qızıl dəsti və 1 ədəd 5.000 manat dəyərində brilliant qaşdan ibarət paxlava dəstüzük, bir cüt sırğa, klon və sep dəsti olan «ürək» formalı qızıl zinyət əşyaları olmuşdur. Qara qutunun içərisində olan qızıl-zinyət əşyalarının qiyməti 25.000 manat dəyərində olmuşdur. Bundan başqa içərisində 6.000 manat dəyərində «Badam» formalı sibir brilliantı-lom sep, bir süt sırğa dəsti, 8.000 manat dəyərində «Beş süzmə» adlanan sibir brilliantı-badamvari klon, 18.000 manat dəyərində «Quran qabı» klon və sepdən ibarət sarı qızıldan olan, təxminən 120 qram çəkidə dəst, qızıl və brilliantdan ibarət 7 karat klon, boyunbağısı və bir cüt 23 qram sırğadan ibarət 60.000 manat dəyərində «Samovar» dəsti, klon, bir cüt sırğa və üzükdən ibarət 22.000 manat dəyərində «Zümrüd» dəsti, 30.000 manat dəyərində «Aris» firmasından olan qızıl brilliant qaşlı üzük-sırğa dəsti, 1 ədəd 3.000 manat dəyərində antikvar- qızıldan, qırmızı kəhraba qaşlardan ibarət, ucunda 5-lik qızıl qəpik olan silsilə, ümumilikdə 18.000 manat dəyərində 2-si «Luç» markalı- hər bir ayrı ayrılıqda sepləri ilə birlikdə 50 qram qızıldan, bir kişi saatı isə «Rolex» markalı, brilliant daşlardan ibarət, 3 ədəd kişi saatları, 4.000 manat dəyərində tək qaş üzük, bir cüt sırğadan ibarət qadın brilliant dəsti, 1.000 manat dəyərinhə 1 ədəd almaz qaşlı qadın üzüyü, 8.000 manat dəyərində 7 ədəd müxtəlif növ qadın qızıl qolbaqları, 1 ədəd 4.000 manat dəyərində antik qızıl qapaqlı saat-üzük dəsti, 1 ədəd 3.000 manat dəyərində Leninqrad istehsalı olan sibir brilliantından ibarət saat, 2.000 manat dəyərində hər biri 19 qram çəkidə, 2 ədəd antik qızıl sep, 1 ədəd 6.000 manat dəyərində 40 qram çəkidə kişi qızıl qolbaq, 1 ədəd 1500 manat dəyərində brilliant qaşlı kişi üzüyü, 4.000 manat dəyərində 2 ədəd qızıl kişi üzüyü, 3.000 manat dəyərində brilliyant qaşlı bir cüt sırğa və üzük dəsti, 1200 manat dəyərində 3 ədəd nazik qızıl sep, üzərində balıq, qırmızı qaşları olan klonları ilə birlikdə, 1 ədəl 500 manat dəyərində Türk ağ qızılından olan 05 ədəd adi qaşlı, içərisində 333 yazısı olan qadın üzüyü, 1 ədəd 1500 manat dəyərində yaşıl qaşlı qızıl sırğa və üzük dəsti və 1 düzüm 200 manat dəyərində sarı kəhraba kəməri və ümumilikdə 4900 manat dəyərində müxtəlif çeşidli gümüş məmulatları olan ayaqqabı qutusunu isə sellofana büküb qab-qaşıq yığdığı servantın şüşəli gözlüyünə qoymuşdur. Əslində həmin qızıl-zinyət əşyaları olan qutunu da əməlli-başlı bir yerdə gizlətməyi fikrləşmiş, ancaq yadından çıxdığı üçün servantda qalmış, həmin zinyət əşalarının orada daha güvənli yerdə olduğunu fikirləşmişdir. Həmin binanı birinci mərtəbəsində polis sahə məntəqəsi yerləşdiyinə görə kənar şəxslərin onun mənzilinə girməyə cürət etməyəcəklərini fikirləşmişdir. Qırx ilə yaxın müddətdə o, həmin ünvanda yaşamış, heç vaxt o binadan oğurluq olduğunu o, görməmiş və ya eşitməmişdir. Təxminən 3 gün sonra həyat yoldaşı Elmurad və qızı Aysellə birlikdə şəhərə çıxıb bazarlıq etmiş və günorta 12 radələrində yaşadığı ünvan 4 ünvanına getmişlər. Qulağında olan brilliyyant dəstin qulağına ağırlıq etdiyini görüb, həyat yoldaşı Elmuraddan və qızı Ayseldən ona məxsus olan ünvan 2 ünvanından ona başqa zinyət dəsti gətirmələrini xahiş etmişdir. O, özü aşağıda avtomobildə gözləmiş, həyat yoldaşı Elmurad və qızı Aysel mənzilə qalxmışlar. Sonuncular ona yuxardan zəng edib içərisində qızıl və brilliantlar olan şokalad qutusunun çarpayının altında olmadığını bildirmişlər. Dərhal yuxarı qalxmış və yataq otağında çarpayının altına öz əlləri ilə qoyduğu, içərisində qızıl-zinət əşyaları olan şokalad qutusunun yerində olmadığını görmüşdür. Lakin içərisində qızıl-zinyət əşyaları və gümüşlər olan ayaqqabı qutusu servantın gözündə olmuşdur. Həmin qızıl-zinət əşyaları olan qutu sellofan torbaya bükülü vəziyyətdə olduğundan diqqəti çəkməmiş və bəlkə də ona görə oğurlanmamışdır. O, Elmurada içərsində qızıllar olan karobkanı öz əlləri ilə çarpayının altına qoyduğunu söyləmiş və sonuncudan həmin qutunu götürübgötürməməsini soruşmuşdur. Elmurad isə həmin qutunu götürmədiyini və onun içərisində qızıllar olan qutunu ayrı yerə qoyduğunu və yerini səhv sala biləcəyini söyləmişdir. Həmin vaxt o, qapıya və pəncərəyə baxmış, sınmış və açıq vəziyyətdə olmadığını görmüş, ev isə səliqəli şəkildə olmuşdur. Polisə müraciət etmək istədikdə, həyat yoldaşı Elmurad «sən qutunu harasa qoyduğun üçün, yerini səhv salmısan» deyə bildirmişdir. Lakin o, həyat yoldaşını içərisində qızıl-brillyant olan zinyət əşyaları həmin mənzilin yataq otağında olan çarpayının altına qoymasına inandıra bilməmişdir. Bundan sonra fikirli halda bağ evinə qayıtmış və qızıl-zinət əşyalarının oğurlanması və ya yerini yaddan çıxartması barədə düşünməyə başlamışdır. Həmin hadisədən təxminən 10 gün sona bağ evində qulağından və barmağımdan çıxartdığı «Aris» firmasından olan qiyməti 30.000 manat olan brilliyant qızıl üzük və bir cüt sırğanın bağ evində olmadığını aşkar etmişdir. Həmin vaxt evdə həyat yoldaşı Elmurad və qonşuluqda yaşayan Elvin adlı şəxs olmuşlar. Onlardan həmin dəstin hansının götürdüyünü soruşduqda, sonuncular ikisidə qurana and içib həmin dəstdən xəbərlərinin olmadığını söyləmişlər. Elmurad ona həmin brilliyant dəsti şəhərdəki evlərində qoyduğunu iddia etmişdir. Sonradan xatırlamışdır ki, həmin dəsti bundan əvvəlki dəfə mənzilə gedərkən digər qızılların və gümüşlərlə bijüteriyaların yanına qoymuşdur. Ertəsi gün səhər radələrində Elmuradla birlikdə ünvan 2 ünvanına getmək istədikdə, həyat yoldaşı Elmuradın «Nissan X Trail» markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobilinin ötürücüsünün yanındakı saxlanc yerindən həmin evin açarlarının olmadığını görmüşlər. Polisə müraciət etmək istəmiş, Elmurad polisə müraciət etməyə qoymamış və ona mənzilin açarını avtomobildən götürməkdə və oğurluğu etməkdə Elvindən şübhələndiyini demişdir. Özü də Elvindən şübhələndiyini Elmurada bildirmişdir. Elvini bağ evinə dəvət etmək və sonuncunun hərəkətlərini izləmək qərarına gəlmişlər. Həmin gün bağ evinə qayıtdıqda axşam tərəfi Elvini evə dəvət etmiş və Elvin onlara gəlmişdir. Elvin onlarda xeyli oturduqdan sonra, onunla birlikdə çölə çıxmış və bağdakı itlərə yem hazırlayarkən həmin vaxt Elvin fikrini yayındıraraq onu kiminsə çağırdığını söyləmişdir. Elvinin sözünə inanıb onunla birlikdə bağın içərisinə doğru gedərkən, birdən arxaya dönüb baxdıqda Elvinin olmadığını görmüşdür. Dərhal əks tərəfə qaçdıqda, Elvinin Elmuradın bağ evinin həyətində saxladığı avtomobilinin qapısını örtüb tez bir vaxtda bağ evinə girdiyini görmüşdür. Avtomobilə yaxınlaşıb qapısını açdıqda, ünvan 2 ünvanının açarlarının yerində olduğunu görmüşdür. Lakin həmin vaxt Elvin evdə olduğuna görə heç nə deməmiş və sonuncunun çıxıb getməsini gözləmişdir. Gecə saat təxminən 12 radələrində Elvin çıxıb getdikdən sonra Elmurada evin açarlarını da, ona məxsus qızılları da Elvinin götürdüyünü bildirmişdir. Belə ki, Elvinin avtomobilin qapısını açıb-örtdüyünü və bundan sonra evin açarlarının maşında yerində olduğunu gördüyünü demişdir. Onlar Elvini bağ evinə çağırıb sonuncu ilə danışıqlar aparmaq qərarına gəlmiş, həmin gecə Elvini bağ evinə çağırmış və ona oğurladığı bütün əşyaları geri qaytarmasını tələb etmişlər. Artıq onlar ünvan 2 ünvanında olan qızıl zinyət əşyalarını Elvinin oğurladığına əmin olmuşlar. Elvin isə oğurluq etmədiyini bildirmişdir. Daha sonra isə Elvin tamah ona güc gəldiyinə görə Elmuradın avtomobilindən açarları oğurluq etməsi üçün götürdüyünü etiraf etmişdir, lakin fikrindən yayındığına görə oğurluq etmədiyini demişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, o, və Elmurad Elvinə inanmamış və sonuncunun ata və anasını evə çağırmışlar. Onlar Elvinin valideynlərinə Elvinin etdiyi əməli bildirmiş və Elvinin oğurladığı əşyaları qaytarmasını tələb etmişlər. Elvinin atası Azər səhər saat 08:00-da Elvin tərəfindən oğurlanan bütün əşyaları qaytaracığına söz vermişdir. Artıq Elvinin valideynləri də ona məxsus qızıl-brilliyan zinyət əşyalarının Elvin tərəfindən oğurlanmasına əmin olmuşlar. Ertəsi gün Elvinin gəlmədiyini görmüş və özü saat 11 radələrində sonuncuların qonşuluqda olan evlərinə getmişdir. Elvinin valideynləri onu təhqir edərək Elvinin heç nə oğurlamadığını, övladlarına şər atdığını bildirib onu evdən qovmuşlar. Həmin vaxt evlərinə yaxınlaşarkən, Elvin arxadan ona yaxınlaşıb şikayət etməklə onu tutdura bilməyəcəyini, uzağı bir neçə ilə yatıb çıxacağını bildirmişdir. Elmuradla birlikdə Elvin onların sonuncuya olan mərhəmətinə görə oğurladığı əşyaları aparıb yerinə qoya biləcəyini fikirləşmiş, 03 may 2020-ci il tarixdə səhər saatlarında Elmuradla birlikdə sonuncunun idarə etdiyi avtomobillə yaşadıqları ünvana getmişlər. O, mənzilin giriş qapısını öz açarı ilə açmış, içəri daxil olduqda, mənzilin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Qablar olan servanta baxdıqa qırmızı rəngli sellofana bükülmüş vəziyyətdə olan çoxlu brilyant qaşlı qızıl-zinyət əşyalarının olduğu ayaqqabı qutusunun içərisindən qızıl-ziynət əşyalarının oğurlanmasını aşkar etmişdir. Həmin ayaqqabı qutusunun içərisində olan qızıl-zinyət əşyalarının oğurlanması nəticəsində ona 209.800 manat maddi ziyan dəymişdir. Ümumilikdə isə ona 234.800 manat ziyan dəymişdir. Ona görə də, ertəsi gün səhər tezdən, yəni 03 may 2020-ci il tarixdə Elmuradla birlikdə Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nə gələrək baş vermiş hadisə barədə məlumat vermişlər. Ondan ərizə alınmış və polislərin dediyi kimi, ərizəsində bağ evində qonşuluqda yaşayan Elvin adlı şəxsin qızıl-zinyət əşyalarını aparıb və ona qaytarmadığını yazmışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 09 may 2020-ci il tarixdə polislər mənzilə baxış keçirmiş, protokol tərtib etmiş və fotoşəkillər çəkmişlər. Mənzil dağınıq şəkildə olmuşdur. Evdə kənar şəxslərin olduğunu, evdə siqaret kötüklərinin, küllərinin, yerdə palçıqlı ayyaqabı izlərinin olduğunu və evdə şokalad kağızlarının olduğunu, hətta sanitar qovşağının çirkli olduğunu görmüşlər. Evdən digər əşyalar oğurlanmamışdır. PB-də olarkən bilmişdir ki, Elvin digər şəxslərlə birlikdə əlbir olub oğurluq etmək məqsədilə ona məxsus evin açarlarını götürmüş və digər şəxslərlə birlikdə ünvan 2 ünvanına daxil olaraq oradan qızıl-brilliyant, gümüş zinyət əşyalarını oğurlamışdır. Dəfələrlə Suraxanı RPİ-nin 33-cü PB-nə getsə də, heç bir nəticə olmadığını söyləmişlər. Oğurluq nəticəsində ona 234.800 manat maddi ziyan dəymişdir və oğurluq əşyalar onun özünə məxsusdur. O, Elvini çağırıb ona «gəl barışaq oğlumsan, sənə maşın alacam, səni evləndirəcəm» demiş, bunun cavabında Elvin ona «əcəb eləyib aparmışam, sən mənə neyləyə bilərsən ki, yaxşı eləmişəm aparmışam» cavabını vermişdir. Məhz Elvinin o sözlərinə görə onun barəsində şikayət etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid4 ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Şahid3 hadisədən təxminən 01 il əvvəl tanımış, onunla normal münasibəti olmuşdur. Elvini də qəsəbə sakini kimi tanımışdır. Albalılıq qəsəbəsində Şəhriyar adlı oğlanın gözətçi işlədiyi bağ evində hərdən bir Adil və Elvinlə yığışıb vaxtlarını keçirmişlər. Oğurluq barədə planı Elvin təşkil etmiş və bu barədə onlara Şəhriyarın bağ evində məlumat vernmişdir. 2020-ci ilin mart ayının axırlarında yenə də həmin bağ evində olduqları vaxt gecə saatlarında Elvinin təklifi ilə bağ qonşusu olan İradə adlı qadının Yeni Günəşli qəsəbəsində olan evindən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, Elvin, Adil və Şəhriyarı da götürüb «Tofaş» markalı avtomobili ilə Elvinin bağ evi qonşusu İradə adlı qadının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən bina evindəki mənzilindən oğurluq etmək üçün getmişlər. Elvinin yolu göstərməsiylə avtomobili Yeni Günəşli qəsəbəsinə sürmüşdür. Həmin əraziyə çatanda polislər onları saxlamış və pandemiya rejimi ilə bağlı hərəkətdə olduqları üçün sorğu-sual etmiş və onları buraxmışlar. Rnlar hündür mərtəbəli binalar olan məhəlləyə girəndən sonra Elvin avtobili saxlatdırmışdır. Adillə o, maşından düşməmiş, Elvinlə Şəhriyar isə binaya girmişlər, lakin hansı bloka girdiklərini o, görməmişdir. Yarım saat sonra Elvinlə Şəhriyar gəlmiş, lakin evə girməyə risk etmədiklərini demişlər. Onlar da sonunculara inanmış və geri, yəni Buzovna qəsəbəsinə Şəhriyarın gözətçi olduğu bağ evinə qayıtmışlar. Şahid1 ifadəsinin davamında göstərdi ki, elə həmin gecə o, Adil və Elvin həmin ünvana geri qayıtmaq qərarına gəlmişlər. Bu dəfə o, avtomobilin sənədlərində problem olduğundan «Tofaş» markalı avtomobili aparıb atasının ağ rəngdə «Vaz-2107» markalı avtomobilini götürüb gəlmişdir. Elvin, o, və Adil onun avtomobili ilə Yeni Günəşli qəsəbəsinə getmişlər. Şəhriyar isə onlar ilə getməmişdir. Artıq gecə saat 04 radələrində Elvin oğurluq ediləcək mənzili onlara göstərmiş, lakin özü mənzilə girməmişdir. Onlar bloka girib yuxarı mərtəbəyə qalxmış, lakin neçənci mərtəbə olmasını bilməmiş, lakin Elvinin verdiyi açarla sağdakı qapını açandan sonra içəri girmiş, lakin işıqları yandırmamışlar. O, izləri silmək üçün özü ilə götürdüyü pambıq və spirt ilə qanın tutacağını silmişdir. Adil soldakı otağa girmiş və əlində qara rəngli bir qutu ilə həmin otaqdan çıxmışdır. Oğurluq edəndən sonra aşağı düşmüş və qəsəbəyə qayıtmışlar. Şəhriyarın gözətçi olduğu bağ evində dəmir qutunu açanda içərisində qızıl sırğa və üzüklər, 2-3 dəd nazik qızıl seplər və 2-3 ədəd qızılın qiymət kağızlarını görmüşlər. 1-2 gün qızılları özlərində saxlayıb satmağa yer axtarmışlar. Sonra Adillə o, qızılları götürüb satmaq üçün «MUM» deyilən univermağa aparmaq istəmişlər. Lakin Binəqədi rayonunda işləri olduğu üçün oradan keçməli olmuşlar. Binəqədi rayonunda «Sentr» deyilən yerdə lombardları görüb avtomobildən düşmüş, lakin lombardlar bağlı olmuşdur. Adil orada qızılları tanımadığı şəxsə cəmi 4600 manata satmışdır. Həmin pulu dördü arasında bərabər bölmüşlər. O, öz payına düşən pulu ehtiyaclarına xərcləmişdir. Özünə saxlanası bir əşya almamışdır. Daha sonrpa Şahid1 ifadəsinin davamında göstərdi ki, nə Təqsirləndirilən şəxslə birlikdə və nə də ki, tək və ya başqa birisi ilə Zərərçəkmiş şəxs evinə 2-ci dəfə girməmiş və heç bir oğurluq etməmişdir. Birinci dəfə də onları həmin evə Elvin aparmış və mənzilin açarını da onlara Elvin vermişdir. Təqsirləndirilən şəxs verdiyi açarla qapını açıb içəri girdikdən sonra Adil mənzilin girişdən soldakı otağına daxil olub işığı yandırmadan əyilib çarpayının altına baxanda orada dəmir karobkanı görüb götürüb çıxmışlar. Həmin mənzildən çarpayının altından başqa heç bir yeri axtarmamışlar və başqa bir yerdən qızılziynət əşyaları götürməmişlər. Şahid2 oğurluqda iştirak etməmiş, lakin Şəhriyar onların oğurluq etdiklərini bilmişdir. Nə vaxtsa onları ələ verməməsi üçün ona da pul vermişlər. Şahid3lə o, bu hadisəyə görə məhkum olunmuş və cəza çəkmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid1 sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı təsdiq etdiyi işin halları ilə bağlı xüsusatları sonuncunun üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 131-133). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid3 tədqiq olunan ifadəsində məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1lə oxşar məzmunlu ifadə veriğ sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin göstərmişdir ki, oğurladıqları qızılları lombarda vermək istəsələr də, lombard bağlı olmuşdur. Orada olan bir nəfər təqribən 30-35 yaşlarında olan oğlanı görüb lombard işlədən olub-olmamasını soruşmuşdur. Həmin oğlan bir nəfərə zəng vurmuş və onun ***-***-**-** nömrəsini ona vermişdir. Sonra həmin şəxs onun ***-***-**-** vatsap nömrəsinə videogörüntülü zəng vurmuş və qızıllara baxmışdır. Həmin oğlan onunla 2-3 dəfə danışandan sonra gəlmiş və onunla bir qədər aralıda görüşmüşdür. Buna görə də Etibar onları görməmişdir. Qızılları sonuncuya təqdim edərək evinin qızılları olduğunu, satmaq istədiyini bildirmişdir. Həmin şəxs qızıllara baxıb cəmi 4600 manat pul vermişdir. Həmin pulu dördü aralarında bərabər bölmüşlər. Öz payına düşən pulu siqaret, yeməkiçmək və başqa ehtiyaclarına xərcləmişdir. Şahid3 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o, nə Təqsirləndirilən şəxslə birlikdə, nə də ki, tək və ya başqa birisi ilə Zərərçəkmiş şəxs evinə 2-ci dəfə girməmiş və heç bir oğurluq etməmişdir. Birinci dəfə də onları həmin evə Elvin aparmış və mənzilin açarını da Elvin onlara vermişdir. Təqsirləndirilən şəxs verdiyi açarla qapını açıb içəri girdikdən sonra mənzilin girişdən soldakı otağına daxil olub işığı yandırmadan əyilib çarpayının altına baxanda orada dəmir karobkanı görüb götürüb çıxmışlar. Həmin mənzildən çarpayının altından başqa heç bir yeri axtarmamışlar və başqa bir yerdən qızılziynət əşyaları götürməmişlər (iş vərəqə: cild İİ, səh. 31-33). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadənin yerində yoxlanması istintaq hərəkəti protokolundan görünür ki, Şahid3 ifadəsi yerində yoxlanılarkən sərbəst ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 164-169). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan, Şahid3 və Şahid1 isə Albalılıq qəsəbəsində yaşayan yerli sakinlər kimi uzun müddət ərzində tanımış və birlikdə yoldaşlıqları olmuşdur. 2020-ci ilin əvvəllərindən Albalılıq qəsəbəsində bir nəfər şəxsin bağ evinə nəzarət etməyə başlamış, qış aylarında bağ evində yaşayış olmadığından özü orada qalmışdır. Həmin ərəfələrdə Elvin, Adil və Etibar tez-tez nəzarət etdiyi bağ evinə gəlmiş və birlikdə çay içib, kart, domino oynayıb günlərini keçirmişlər. Şahid2 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 2020-ci ilin mart ayının axırları, aprel ayının əvvəllərində bağ evində yenə də Elvin, Etibar və Adillə birlikdə olarkən Təqsirləndirilən şəxs bağ qonşusu olan İradə adlı qadının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində olan bina evindəki mənzilindən qızı-zinyət əşyalarını oğurlamağı təklif etmişdir. Elvin mənzilin açarının İradənin ərinin maşınında olduğunu və oğurluq etmək üçün açarı maşından götürə biləcəyini demişdir. O, İradə xanımı qəsəbə sakini kimi tanımış, ancaq onun Yeni Günəşli qəsəbəsində mənzilinin olmasını bilməmişdir. Təqsirləndirilən şəxs isə İradə ilə qonşu olduğundan və sonuncugilə gedib-gəldiyindən İradənin evinin içini yaxşı bilmişdir. Elvinin oğurluq təklifi ilə razılaşmış və 1-2 gün sonra oğurluğu həyata keçirmək üçün onun qaldığı bağ evində yığışmış, gecə saat 12-01 radələrində Etibarın idlarə etdiyi Tofaş markalı avtomobillə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinə getmişlər. Adil qarşıda, Elvinlə o, isə arxada oturmuşlar. Onlar «Şir Heykəlin»ə doğru qalxandan sonra yolda polislər avtomobili saxlamış və pandemiya vaxtı hərəkətdə olduqları üçün onlarla sorğu-sual etmişlər. Ancaq Etibarın avtomobilə dair sənədləri qaydasında olduğundan polislər onları buraxmışlar. Bundan sonra Elvinin deməsi ilə Etibar avtomaşını idarə edib hündürmərtəbəli binaların arasında saxlamış, Elvin qarşıda olmaqla onlar da sonuncunun arxasında bloka daxil olmağa başlamışlar ki, həyacan onu boğmuş və oğurluq etməkdən qorxduğu üçün onu geri qaytarmaları üçün təkid etmişdir. Buna görə də sonuncular oğurluğu həyata keçirə bilməmiş və sonunculara mane olduğu üçün onlar məcbur olub onu Albalılıq qəsəbəsində nəzarət etdiyi bağ evinə qaytarmışlar. Bundan sonra Elvin, Adil və Etibar oğurluğu onsuz həyata keçirmək qərarına gəlmişlər və onu bağ evində qoyaraq oğurluq etmək üçün getmişlər. Ancaq bu dəfə Etibar «Tofaş» markalı avtomobili evlərində qoyub «VAZ-21074» markalı avtomobili götürmüşdür. Səhərə yaxın 5- 6 radələrində Etibar, Adil və Elvin bağ evinə gəlmişlər. O, qapını açmış və sonuncular otağa girib masanın arxasında yığışmışlar. Sonuncular oğurluğu başa çatdıra bilmiş, Adil əlində olan qara rəngli şokolad qutusuna oxşayan qutunu açmış və içərisində olan qızılzinyət əşyalarını masanın üzərinə tökmüşdür. Qızıl zinyət əşyaları təxminən 1 ovuc olmuşdur. Adil qızılların hamısını götümüş və qızılları sataraq pulunu onlarla bölüşəcəyini bildirmişdir. Növbəti gün saat 11-12 radələrində Etibarın «Tofaş» markalı avtomobili ilə hərəkətdə olan zaman Etibar avtomobil Albalılıq qəsəbəsində «Turan» marketin yanında saxlayaraq Adilin gələcəyini bildirmişdir. Bir qədər sonra Adil bir nəfər oğlanla birlikdə gəlmiş, onlar salamlaşdıqdan sonra Etibar onu özlərindən kənarlaşdırmış və sonuncular öz aralarında nə isə söhbət etmişlər. Sonra Elçin də gəlib sonuncuların söhbətlərinə qoşulmuş, söhbət edib qurtardıqdan sonra Adil həmin şəxs ilə çıxıb getmişdir. Etibar ona həmin şəxsin məhəllə uşağı olduğunu və həmin şəxsin köməyi ilə qızılları satmaq istədiyini bildirmişdir. Növbəti gün Etibar yenə də onu və Elvini həmin yerə aparmış, bu dəfə Adillə həmin oğlan onları gözləmiş, sonuncular yenə də onu özlərindən aralı tutub söhbət etmiş, Etibar sonunculardan ayrılıb gələrkən Adilin həmin oğlanın qızıllarını əridilib satılmasında köməklif göstərəcəyini bildirmişdir. Səhərisi günü saat 01 radələrində Etibar qəsəbəyə gəlib onunla görüşən zaman ona qızılları satdıqlarını bildirmiş və əldə olunan puldan ona 1.000 manat pul vermişdir. Bundan sonra o, Adil, Etibar və Elvin çox az-az vaxtlar görüşmüş, lakin əvvəlki kimi daha yaxın münasibətdə olmamışlar (iş vərəqə: cild İ, səh. 187-193). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Hadisə yerinə baxış keçirilməsi haqqında» 09 may 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5də yerləşir, baxış zamanı mənzilin ayaqyolusundan yerdən bir ədəd «Prima» markalı siqaret kötüyü, mənzildən bir ədəd çeynənilmiş konfet və əl-barmaq izləri müəyyən edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 18-21). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 21/293R saylı rəyindən görünür ki, hadisə yerinə baxış zamanı ünvan 5 ünvandan götürülmüş «Prima» markalı siqaret kötüyü Təqsirləndirilən şəxs, Şahid3 və Şahid1 götürülmüş yanaq epiteli nümunələri ilə eyniləşdirilmiş və ekspertiza tədqiqatı ilə 01 ədəd «Prima» markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs məxsus olması müəyyənləşdirilmişdir (iş vərəqə: cild İ, səh. 140-144). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Axtarış və götürmə aparılması haqqında» 25 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi yaşayış sahəsindəki fərdi yaşayış evində axtarış aparılmış və axtarış zamanı evin yataq otağındakı güzgülü şkafın altında olan paltarların altından bir ədəd ağ metaldan, üzərində 5 ədəd şəffaf qaşları olan, iç hissəsində «333» rəqəmi yazılmış qadın üzüyü aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 80-82). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «əşyanın tanınmaya təqdim» olunması haqqında protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs ona təqdim edilmiş üzüklər arasından 25 aprel 2021-ci il tarixli protokolla Şahid1 yaşadığı ünvandan götürülmüş bir ədəd ağ metaldan, üzərində 5 ədəd şəffaf qaşları olan, iç hissəsində «333» rəqəmi yazılmış qadın üzüyünü tanıyaraq həmin üzüyün ona məxsus olmasını və ona məxsus mənzildən oğurlanmış üzük olmasını bildirmişdir(iş vərəqə: cild İ, səh. 83). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan 18 may 2021ci il tarixli, 6/1801-9/2901 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, «5,13 qram kütləli, üzərində beş ədəd rəngsiz, şəffaf qaş, halqasının iç tərəfində «Kalyon 333» yazısı olan, bəzi hissələrinin rəngi aşınmış gümüşü rəngli 1 ədəd üzük mis, sink, qızıl ərintisindən hazırlanmışdır. Ərintidə qızılın miqdarı az olduğundan üzüyün əyarını müəyyən etmək mümkün olmadı. Üzüyün üzərində qaşları qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş üzüyün sertifikatı, harada istehsal olunması ilə bağlı damğa və göstəriciləri olmadığından həmin üzüyün harada istehsal olunduğunu müəyyən etmək mümkün olmadı. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilmiş məmulatın dəyərini müəyyən etmək mümkün olmadı» (iş vərəqə: cild İ, səh. 172- 176). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən iş üzrə bir ədəd 5,13 qram kütləli, üzərində beş ədəd rəngsiz, şəffaf qaş, halqasının iç tərəfində «Kalyon 333» yazısı olan üzük və 1 ədəd «Prima» markalı siqaret kötüyü maddi sübut kimi tanınmış və maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 229-231). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, AZF/LGL-27355/21 nömrəli məktubla daxil olmuş Şahid1 adına olan ***-***-**-** nömrəsinə 2021-ci ilin yanvar ayının 01-dən, 2021-ci il iyun ayının 01-nə kimi olan müddət ərzində gedib-gələn zənglərin və SMS-lərin siyahısının və məzmununun, nömrələrin kimə məxsus olması, həmçinin anten dairəsi barədə məlumatların olduğu 01 ədəd «CD» diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirdərkən, xx.xx.2021-ci il tarixdə ***-***-**-** nömrədən, ***-***-**-** nömrəsinə «Fərid mənəm Adil mənə dəqiq söz denən, gözdüyən var» məzmununda sms daxil olmuş, həmin sms oğurluq hadisəsinin baş verdiyi ərəfədə Adil tərəfindən Şahid1 nömrəsi ilə göndərilmişdir. Tədqiq olunan protokollardan həmçinin görünür ki, X2 istifadəsində olmuş ***-***-**- ** nömrəsinə baxış keçirilərkən xx.xx.2020-ci il tarixdə ***-***-**-** nömrəsindən Şahid1 adına olan ***-***-**-** nömrəsinə «Qaqa sroçnu məni yığarsan teli götürəndə» məzmunda mesaj olduğu müəyyən edilmişdir. Hadisənin baş verdiyi vaxt Şahid2 ilə Şahid1 arasında əlaqənin olması bir daha təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən Şahid1 adına olan ***-***-**-** nömrəsi və Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə dair telefon danışıqlarının olduğu 02 ədəd «CD» disk iş üzrə sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 229-231). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin xeyli və külli miqdarda əmlakını gizli olaraq talamada ehtiva olunan Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan oğurluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə tövsif edilməli, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində zərər çəkmiş şəxsin evindən 209.800 (iki yüz doqquz min səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmə cinayətini törətməməsi, qeyd olunan epizod cinayətin törədilməsində təqsirsizliyi ilə bağlı bu və ya sair formada gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından, məhkəmə baxışı zamanı əldə olunan müvafiq məhkəmə hökmündən və aidiyyatı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat mərhələsində həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və cəza çəkməsi üçün üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirnmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə təyin olunan cəzanın ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəlinin 20 aprel 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Tədqiq olunan sənədlərlə müəyyən edilmişdir ki, Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü şikayət və ya protest verilməməklə 04 avqust 2021-ci il tarixdə qüvvəyə minmiş və hökm icra edilmişdir. Məhkum cəza çəkdiyi müddətdə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə ona təyin olunan azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılmış və Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs faktiki yetirilmiş maddi zərər ödənilməmiş, cinayətin zərərli nəticələri aradan qaldırılmamış, zərər çəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında barışıq əldə edilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs subaydır, himayəsində azyaşlı uşaqları yoxdur. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs baxılan iş üzrə İ epizod cinayət hadisəsini 2020-ci ilin aprel ayının, İİ epizod cinayət hadisəsini isə 2020-ci ilin may ayının əvvəllərində, yəni Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021cü il tarixli hökmündən əvvət törətdiyi müəyyən edilmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, mövcud hüquqi vəziyyətdə hər iki hökm üzrə təyin olunan cəzalar cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından toplanmalı olduğundan, təqsirləndirilən şəxsin barəsində residivin və məhkumluğun müəyyən edilməsi istinsna təşkil edəcəkdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır (burada: Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi) cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yəni Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Lakin işdə olan sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 18 aprel 2023cü il tarixdə Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021-cü il tarixli hökmü üzrnə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuşdur. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cəzadan azad olunduqdan dərhal sonra - 18 aprel 2023-cü il tarixdə baxılan iş üzrə ittiham elan olunmasından ötrü tutulmuş və 20 aprel 2023-cü il tarixli qərara əsasən o, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Suraxanı rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə onun «həbs» qətimkan tədbiri seçilmiş və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqə: cild İİ, səh. 1-3, 18-22). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilməsi məsələsi ilə bağlı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 iyul 2022-ci il tarixli Qərarnda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Konstitusiya Məhkəməsi Plenumu, həmçinin qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə cəza təyini ilə bağlı məsələyə münasibət bildirib belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə hazırda baxılan iş üzrə təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzası Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021-cü il tarixli hökmü üzrə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə təyin olunduğundan və bu zaman birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı olduğundan, həmçinin Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı vaxtla onun baxılan iş üzrə həbsə alındığı vaxt arasında fasilə müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021cü il tarixli hökmünə əsasən müəyyən edilmiş 20 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin oluneması nəzərə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlara dair məsələ aşağıdakı kimi həll edilməlidir: - Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan bir ədəd 5,13 qram kütləli, üzərində beş ədəd rəngsiz, şəffaf qaş, halqasının iç tərəfində «Kalyon 333» yazısı olan üzük zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalı; - 1 ədəd «Prima» markalı siqaret kötüyü məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 60 (altmış) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlardan başqa, iş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması ona izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021-cü il tarixli hökmü üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 iyul 2021-cü il tarixli hökmünə əsasən müəyyən edilmiş 20 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlara dair məsələ aşağıdakı kimi həll edilsin: - Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan bir ədəd 5,13 qram kütləli, üzərində beş ədəd rəngsiz, şəffaf qaş, halqasının iç tərəfində «Kalyon 333» yazısı olan üzük zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın; - 1 ədəd «Prima» markalı siqaret kötüyü məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 60 (altmış) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməməsi nəzərə alınsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması ona izah olunsun. Əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar