Məhkəmə qərarları › İş №1(101)-1406/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1406/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1406/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1980-ci ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, hmayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri, Qurtuluş küçəsi, ev 128-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin maddə əldə edib, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda yəni 1,562 qram, 0,325 qram, 0,497 qram ümumi təmiz çəkiləri 2,384 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində saxlamış və 08 fevral 2023-cü il tarixdə saat 18:30-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, yaşadığı nörməsiz evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan qara idman şalvarın sol yan cibindən 03 (üç) ədəd külli miqdarda yəni 1,562 qram, 0,325 qram, 0,497 qram ümumi təmiz çəkiləri 2,384 qram qəhvəyi rəngli kütlələr kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özünü narkotik vasitələrdən istifadə edilməsində təqsirli bilir, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə ki, o 3 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. Evlidir və bir azyaşlı uşağı vardır, fərdi əmək fəaliyyəti ilə məşğul olub özünə həm narkotik əldə edir, həm də ailəsini dolandırır. Narkotiki tanımadığı adamlardan alırdı. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam üstü Əhmədli metrostansiyasının yanından ona əvvəlcədən telefonla bildirildiyi yerdən içində 3 büküm olmaqla bir ədəd sellofan bükümdə olan heroini yerdən götürüb cibinə qoymuşdur. Həmin heroinin dəyəri olan 35 manat pulu ona göndərilən kartla ödənişini etmişdir. Telefonunda olan həmin şəxsin nömrəsini silib. Artıq saat 18.30 radələrində onu polis əməkdaşları Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki yaşadığı evin yaxınlığında saxlayaraq 30-cu PŞ-nə apardılar. Orada ona müdafiəçi təqdim edildi, müdafiəçi qadın olduğu üçün onun razılığı ilə həmin vəkil üzərinə baxışda iştirak etməmişdir. Baxış zamanı şalvarının sol yan cibində olan bükümü həmin bükümün içində olan 3 ədəd bükümlərdə olan heroini özü könüllü olaraq təhqiqatçıya təqdim etmişdir. Özündə olan «İPHONE» markalı mobil telefonu da polisə təqdim etmişdir. Həmin maddələr bir zərfə qoyularaq qablaşdırıldı, həmin zərfi və baxışla əlaqədar tərtib olunmuş protokolu o könüllü və sərbəst olaraq imzaladı. Ona qarşı saxlanılan zaman hər hansı fiziki zor və ya psixoloji təsir olmamışdır. Narkotik vasitənin çəkisi ilə də razıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru vəzifəsində işləyən polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri nəticəsində tanımışdır. Belə ki, 08 fevral 2023-cü il tarixdə həmkarı Şahid2 Bakı şəhəri, ünvan 3də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar keçiriləcək əməliyyat tədbirində qrupun üzvü kimi o təyin edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmkarı Şahid2la birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Təqsirləndirilən şəxs yaşadığı məhəlləyə gedərək oranı gizlin müşahidəyə almışlar. Həmin vaxtı ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatın olduğunu bildirərək, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Burada onu şöbənin təhqiqatçısı polis mayoru Rəhman İsmayılova təhvil vermişlər. Sonuncu vəkil dəvət etməklə Təqsirləndirilən şəxs statusunu şübhəli şəxs qismində müəyyən edərək, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış vəkilin iştirakı olmadan, lakin videoçəkiliş aparılmaqla keçirilmişdir. Üzərinə baxış keçirilməmişdən əvvəl təhqiqatçı X9 Ramazanova üzərində olan əşyaları masanın üzərinə qoymağını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 03 ədəd sellofan bükümü və 01 ədəd “İphone 5s” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən bükümlər açıldıqda hər birinin içərisində heroinə bənzər maddə aşkar edilmiş, həmin bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir.Bundan sonra baxışın bütün iştirakçıları tərtib edilmiş protokolu imzalamışlar. Qeyd etmək istəyir ki, təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30-35 manata əldə etmişdir.Ona qarşı saxladıqları və şöbəyə gətirdikləri zaman fiziki zor və psixoloj təsir tətbiq edilməmiş, üzərinə qanunsuz əşya qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri nəticəsində tanımışdır. Belə ki, 08 fevral 2023-cü il tarixdə ona Bakı şəhəri, ünvan 3də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar keçiriləcək əməliyyat tədbirində qrupun rəhbəri kimi o, üzvü kimi həmkarı Şahid1 təyin edilmişlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmkarı Şahid1la birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Təqsirləndirilən şəxs yaşadığı məhəlləyə gedərək oranı gizlin müşahidəyə almışlar. Həmin vaxtı ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatın olduğunu bildirərək, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Burada onu şöbənin təhqiqatçısı polis mayoru Rəhman İsmayılova təhvil vermişlər. Sonuncu vəkil dəvət etməklə Təqsirləndirilən şəxs statusunu şübhəli şəxs qismində müəyyən edərək, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış vəkilin iştirakı olmadan, lakin videoçəkiliş aparılmaqla keçirilmişdir. Üzərinə baxış keçirilməmişdən əvvəl təhqiqatçı X9 Ramazanova üzərində olan əşyaları masanın üzərinə qoymağını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 03 ədəd sellofan bükümü və 01 ədəd “İphone 5s” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən bükümlər açıldıqda hər birinin içərisində heroinə bənzər maddə aşkar edilmiş, həmin bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir.Bundan sonra baxışın bütün iştirakçıları tərtib edilmiş protokolu imzalamışlar. Qeyd etmək istəyir ki, təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30-35 manata əldə etmişdir.Ona qarşı saxladıqları və şöbəyə gətirdikləri zaman fiziki zor və psixoloj təsir tətbiq edilməmiş, üzərinə qanunsuz əşya qoyulmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-ci PŞnin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, 08 fevral 2023cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi, üzərində saxlaması və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saat 18:30 radələrində saxlanılaraq Bakı şəhəri Suraxan RPİnin 30-cu PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisinə ünvanlanan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi olan X4 iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o əynində olan qara rəngli idman şalvarın sol yan cibindən üç ədəd şəffaf rəngli sellofan büküm və qara rəngli “iPhone” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, həmin narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənib götürülmüş, bu barədə protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarxili qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2023-cü il tarixli 6/791 nömrəli rəyindən müəyyən olur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən.......”sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmzi çəkiləri 1,562 qram, 0,325 qram, 0,497 qram, ümumi təmiz çəkiləri 2,384 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim olunmuş üç ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizası keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 1245 nömrəli ekspert rəyi ilə müəyyən olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhəkəmə Psixiatrik X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 524 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş içərisində ***-***-**-** sim nömrəsi olan «İphone» markalı telefona baxış keçirilən zaman “Whatsapp” sosial şəbəkəsində “Elşad” adlı şəxsdən ona daxil olan “Gor ordan mene biraz nese duzub qowa bilirsenmi”mesajı, Rizvandan ona göndərilmiş - “ Ne qeder istiyirsen”? – cavabı, “Elşad” adlı şəxsdən ona daxil olan “Gorum pul tapsam lap puluynan bir 10-15 manatlig kimnen tapmaq olar”, “ Qaqa gor ne deyirem men sene 100 manat verdim sen mene 20 manat qaytardin 30 manat kartıma atdın duzdu? Birdene 05 verdin Bawqa yadimnan cixan nese varsa de”? “Deyiremki axwama bir 30-40 manat duz qow elemey olar. Nese goturmey olar ordan” “ Qaqa gor ne deyirem 20 manat varimdi”-cavabı müəyyən olundu. Bundan əlavə +99***- ***-**-** nömrəsindən Rizvana daxil olan “Biliremde qaqa bidene sende mene qulaq asda qardawim indi ora gelmeye taksi puluda var yetim sen bidene narahat olma men deyirem senede dadawi yola sal iranliylada danish 50 manat atacam sene pulun ustunden xerclemishemde ona gore deyirem amma ki vastanavit naxadi eleyirem malnan dash elinme gelen kimi” mesajı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən alınmış bir ədəd CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, 01 avqust 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi «***-***-**-**» «Nar» mobil nömrəsinə +**********65 saylı mobil nömrədən “Qaqa burda bir şey yoxdu cet bundan coxdu yemsen mene sat 5_6bir qram duz qoşgelim pulun verim götrum gör neynrsen” mesajı, +**********59 saylı mobil nömrədən “Rzvan meni kimnense sef salma bala cani and icdin senol vurdun pul istedin verdim kiwnin sozu apzdan cixir ….. yox sat 11 kimi 10 manati verib yarini hazrla gelib gotrecem adama bir defe guzew edeler o 02 de halal xowun 11 de yqacam”, “Bunda atim terezye 03 yarimdi ozun deyrdin soyurem az olanda hama men soymrem o birsini duz ele men lox deylem hormet edrem men ….. ….. saqalmir”, “Atim terezye varyoxun ….. 04 gelmedi ne vaxt gelmsen 5 manat taksi pulun almsan yada getirdyni menen cekib getmsen. Minet poyma neyse yarya pul verdim 2 gunden sora cet verdin putoye verdim 04 az verdin”, “Men necede gelim ya pulu yada mali gotrum” mesajları, +**********10 saylı mobil nömrədən “Xala oqlu bawiva donum mene falqada cixar mumkunse” mesajı daxil olmuşdur.Yazılan smslərdən görünür ki, İzzət Abdullayev narkotik vasitələrin satışı ilə məşqul olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq şöbəsinin rəisinə ünvanlanmış 3-13-54/1-2991/23 saylı xx.xx.2023-cü il tarixli məlumatdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin hansı mənbədən əldə edilməsi istiqaətində tədburlər keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi üzrə sübutların qiymətləndirilməsi» barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir.Onun üzərindən aşkarlanan narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə hazırda istintaqı aparılan ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir.Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi qalıq çəkisi 2,264 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə ekspert tədqiqatı heroin və «İphone» markalı telefon Suraxanı RPİ-nin saxlancına verilmişdir, "xxxx" MMC-dən alınmış 01 ədəd və üzərinə şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd CD disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müyyən olunur ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi P.Əliyeva Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasında cinayət işinin materialları ilə tanış olmuş, etiraz, vəsatət, düzəliş və qeydlərinin olmadığını bildirmiş və imzaları ilə bunu təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutduğu əməli 08 fevral 2023-cü il tarixdə, yəni məhkumluğu ödənilmiş dövrdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsi, şahid ifadələri, üzərinə baxış protokolu ilə, ona məxsus “İphone” markalı mobil telefona baxış keçirilməsi barədə protokol, həmin mobil telefonda olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** sim nömrəsinə gələn sms və zənglərdə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitənin öz şəxsi istifadəsi üçün olmasına dair ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış “İphone” markalı mobil telefonun “Whatsapp bölməsinə”, həmçinin qeyd olunan telefonun daxilində olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** sim nömrəsinə gələn sms və zənglər cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından artıq miqdarda olması və onun mobil telefonunda olan sms və zənglərin aşkar olunması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə deyil, satış niyyəti ilə qanunsuz əldə edib saxlamasını təsdiq edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun himayəsində az yaşlı övladının olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Rasim Ramazanova azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 08 fevral 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 2,264 qram heroin məhv edilməli və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk və üzərinə baxışı əks etdirən CD disk maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxsdən şəxsi axtarış zamanı aşkar edilmiş və ibtidai istintaq zamanı maddi sübut hesab edilmiş «İphone» markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarının qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 354 AZN (üç yüz əlli dörd manat) pul Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,264 qram olan heroin məhv edilsin və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna məxsus «İphone» markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarının qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 354 AZN (üç yüz əlli dörd manat) pul Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar