Məhkəmə qərarları › İş №1(101)-1406/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1406/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1406/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – “Prospekt” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Mübariz oğlunun iştirakları ilə, xx.xx.1967-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3 və 233-1.2.1-ci maddələri ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, X12 küçəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3 və 233-1.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə edib, saxlayaraq, gəzdirməklə, daşıyıb, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzən nəqliyyat vasitəsindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlamətlərinə görə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən - sapının diametri 0,18 mm, ilgəklərin daxili ölçüsü 40x40 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 6 metr olan 01 ədəd açıq yaşıl rəngli toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək, saxlayıb, üzərində gəzdirməklə, 12 iyun 2023cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinədək daşımış, həmin vaxt Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydalarının 2-ci bəndinin 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda və sintetik təksaplı torla qanunsuz balıq tutmaq məqsədi ilə 1 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş özüüzən nəqliyyat vasitəsi hesab olunan qayıqla qeyd olunan ərazidən Xəzər dənizinə daxil olub, 2 ədəd olmaqla, birinin ölçüsü və əlamətləri istintaqa məlum olmayan, digəri isə mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, hər birinin dəyəri 11 manat olan, ümumilikdə 1210 manat dəyərində, 110 ədəd kefal balıqlarını qanunsuz tutduqdan sonra, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları onlara yaxınlaşarkən tabesizlik göstərməklə qaçmağa cəhd etsə də, qayığın mühərriyi söndüyündən Təqsirləndirilən şəxs2la birlikdə suya atlayaraq üzə-üzə “Xərə Zirə” adasına qaçaraq gizlənmiş, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində o, DSX-nin SM-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə saat 10 radələrində isə Təqsirləndirilən şəxs2 könüllü gələrək təslim olmuş eyni tarixdə, saat 15 radələrində Su NPİ-nin BQM və BEMB-nin və DSX-nin SM-nin əməkdaşlarının iştirakları ilə onlardan aşkar edilmiş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilmiş, baxış zamanı 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, sapının diametri 0,18 mm, ilgəklərin daxili ölçüsü 40x40 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 6 metr olan 01 ədəd açıq yaşıl rəngli tor və 110 ədəd kefal balıqları müvafiq qaydada götürülmüşdür. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə edib, saxlayaraq, gəzdirməklə, daşıyıb, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzən nəqliyyat vasitəsindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əlamətlərinə görə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən - sapının diametri 0,18 mm, ilgəklərin daxili ölçüsü 40x40 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 6 metr olan 01 ədəd açıq yaşıl rəngli toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək, saxlayıb, üzərində gəzdirməklə, 12 iyun 2023cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinədək daşımış, həmin vaxt Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda və sintetik təksaplı torla qanunsuz balıq tutmaq məqsədi ilə 1 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş özüüzən nəqliyyat vasitəsi hesab olunan qayıqla qeyd olunan ərazidən Xəzər dənizinə daxil olub, 2 ədəd olmaqla, birinin ölçüsü və əlamətləri istintaqa məlum olmayan, digəri isə mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıq və digər su bioresurslarınm kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, hər birinin dəyəri 11 manat olan, ümumilikdə 1210 manat dəyərində, 110 ədəd kefal balıqlarını qanunsuz tutduqdan sonra, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları onlara yaxınlaşarkən tabesizlik göstərməklə qaçmağa cəhd etsələr də, qayığın mühərriyi söndüyündən Təqsirləndirilən şəxs1lə birlikdə suya atlayaraq üzə-üzə “Xərə Zirə” adasına qaçaraq gizlənmiş, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində DSXnin SM-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 saxlanılmış, həmin tarixdə saat 10 radələrində isə özü könüllü gələrək təslim olmuş, eyni tarixdə saat 15 radələrində Su NPİ-nin BQM və BEMB-nin və DSX-nin SM-nin əməkdaşlarının iştirakları ilə onlardan aşkar edilmiş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilmiş, baxış zamanı 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, sapının diametri 0,18 mm, ilgəklərin daxili ölçüsü 40x40 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 6 metr olan 01 ədəd açıq yaşıl rəngli tor və 110 ədəd kefal balıqları müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 12 iyun 2023-cü il tarixdə gecə saat 22 radələrində Şəhriyarla birlikdə qayıqla dənizə balıq tutmağa getmişlər. Balıq tutan zaman uzaqdan katerin gəldiyini görmüşlər və bu səbəbdən qaçmışlar. Təxminən 500 metr getdikdən sonra DSXnın kateri onlara çatmışdır. DSX-nin əməkdaşları onlara çatdıqdan sonra Şəhriyar suya atlanıb üzərək oradan uzaqlaşmışdır. O qayıqda tək qalmışdır. DSX-nin əməkdaşları ondan Şəhriyarı soruşanda, o sonuncunun qaçdığını demişdir. Daha sonra Şəhriyarı da tutmuşlar və gəmi ilə onları sahilə gətirərək polisə təhvil vermişlər. Onlar tutduqları balıqları təqdim etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, uşaq vaxtından balıqçılıqla məşğul olur. Toru çoxdan, hələ qadağan olunmamışdan əvvəl əldə etmişdir. Tor göy rəngdə 55-lik olmuşdur. Yanlarında olan torlar və digər əşyalar onların iştirakı ilə protokollaşdırılmışdır. Balıqların sayı təxminən 90-110 ədəd olarmış. O, həmin tordan istifadənin qadağan olunduğunu bilir, lakin məcburiyyət qarşısında qalaraq ondan istifadə etmişdir. Qayıqda bir tor var imiş, digərini isə suya atmışdır. Dəymiş ziyanı iki gün sonra tam şəkildə ödəmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə gecə saat 22 radələrində baş vermişdir. Onlar dənizə balıq tutmağa getmişlər. Onların 50-lik torları olmuşdur. Birinci dəfə toru ataraq balıqları tutmuşlar. İkinci dəfə toru atanda isə DSX işçiləri katerdə onlara yaxınlaşmışlar. Onlar isə toru atıb DSX-nin əməkdaşlarından qaçmışlar. Sonra isə DSX-nin əməkdaşları onları tutaraq gəmi ilə sahilə gətirib polisə təhvil vermişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, 10 yaşından balıqçılıqla məşğul olur. Onlar Təqsirləndirilən şəxs1 ilə birlikdə kefal balığı tutmağa getmişlər. Həmin yer təxminən Ələt ərazisi olarmış. Onlar təxminən 90 ədəd kefal balığı tutmuşlar. Torun ölçüsü 55-lik olmuş, lakin çəkiliş zaman həyəcanlı olduqları üçün torun 35-lik olduğunu demişlər. O balıq tutmağın qadağan olduğunu bilmiş, lakin 6 nəfərdən ibarət olan ailəsinə baxmaq üçün məcbur olduğundan qeyd edilən əməli törətmişdir. Onların iki ədəd torları olmuşdur. Həmin torlardan birini suya atmışlar. Torlar köhnə olmaqla Elmana məxsus olmuşdur. Hər dəfə balıq tutmağa gedəndə bu tordan istifadə etmişdir. O, sərhəd işçilərinin yaxınlaşdığını görəndə suya baş vurmuş və üzərək adaya getmiş, Elman isə qayıqda qalmışdır. O, səhərə yaxın sərhəd mühafizə nümayəndələrinin onu axtardığını görmüş və özü təslim olmuşdur. Ona verilmiş ittihamlar üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi X7 ifadə verərək bildirmişdir ki, hadisə nəticəsində təbiətə 1210 (min iki yüz on) manat məbləğində ziyan dəymişdir. Bu ziyan tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, mülki iddiadan imtina edirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-si BQM və BEMBnin baş inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, 13 iyun 2023-cü il tarixdə DSXnın sahil mühafizə xidmətindən onlara qanunsuz balıq ovu ilə məşğul olunduğu barədə məlumat daxil olmuş və həmin məlumat əsasında qeyd olunan ünvana yaxınlaşıb sənədləşdirmə aparmışlar. Qeyd edir ki, may ayından sentyabr ayına qədər balıq ovu ilə məşğul olmaq qadağandır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, 100-dən çox kefal balığı və tor olmuşdur. Protokollaşdırma kamera vasitəsilə olmuşdur. Şahid DSX-nin SM-nin 303 nömrəli gəminin gəmi komandirinin baş köməkçisi, kapitan-leytenant Şahid2 tərəflərin razılığı ilə ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 12 iyun 2023-cü il tarixdə saat təxminən 22 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində içində iki nəfər olan qayığın “Xərə-Zirə” adasına tərəf hərəkət etməsini müşahidə etmişlər. Həmin qayıq təyin edilməmiş vaxda, yəni icazə verilməyən vaxtda gecə radələrində daxil olduğuna görə ona yaxınlaşmaq qərarına gəlmişlər. Xidmət etdiyi gəminin baş mühərrikçisi Şahid3 ilə birlikdə gəminin qayığı vasitəsi ilə onlara yaxınlaşarkən həmin iki nəfər şəxs sonradan adları müəyyən edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onları görən kimi onlardan qaçmağa başlamışlar. Qayıqla onlara yaxınlaşaraq bir-iki dəfə qayığın sağ yan tərəfi ilə onların qayığının sol yan tərəfinə toxundurmuşlar ki, dayansınlar, ancaq onlar tabesizlik göstərərək qaçmağa davam etmişlər. Sonra onların qayığında olan mühərrik sönmüş və sürət azalanda Təqsirləndirilən şəxs1 özünü dənizə ataraq “Xərə- Zirə” adasına tərəf üzmüş, az sonra Təqsirləndirilən şəxs2 da özünü dənizə ataraq həmin ada istiqamətində üzməyə başlamışdır. Qayığa baxarkən qayıqda 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mtn, olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 110 ədəd kefal balıqları olmuşdur. Həmin qayıq “Yamaha-40” asma mühərriklə təchiz edilmişdir. Bununla bağlı dərhal gəmi rəhbərliyinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən saxladıqları qayığı balıqovlama vasitəsi və balıqlarla birlikdə gəmiyə təhvil vermişlər. Sonra həmin iki nəfər şəxsin axtarışına başlamışlar. Gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 “Xərə-Zirə” adasında saxlanaraq gəmiyə gətirilmişdir. Təqsirləndirilən şəxs2 axtarsalar da tapa bilməmişlər. Buna görə də, gəmini “Xərə-Zirə” adasının yanalma körpüsündə saxlamışlar. Səhər saat 10 radələrində Təqsirləndirilən şəxs2 gəmiyə yaxınlaşaraq özünü könüllü olaraq təqdim etmişdir. Bununla bağlı rəhbərliyə məruzə etmişlər. Həmin günü, yəni 13 iyun 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Su nəqliyyatında polis idarəsinin əməkdaşlarına təqdim etmişlər. Onların iştirakları ilə Su polisinin əməkdaşları tərəfindən video çəkilişlə balıqlara, balıqovlama vasitələrinə və qayığa baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri qayıq, balıqovlama vasitələri və tutduqları 110 ədəd kefal balıqları polis əməkdaşları tərəfindən götürülmüşdür. Şahid2 əlavə olaraq bildirmişdir ki, gəminin komandiri və mexaniki gəmini tərk etməyə ixtiyarları yoxdur. Qalan əməkdaşlar isə axtarışa və ya qanuna zidd əməllərin qarşısının alınmasına cəlb oluna bilərlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizində saxlanılmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən etdikdən sonra rəhbərliyə məruzə olunmuşdur. Xidməti ərazini tərk etmək üçün rəhbərliyin icazəsini alarkən, o cümlədən də gəmini sahilə gətirərkən müəyyən vaxt tələb olunur. Bunları dərhal etmək olmur. Bu səbəbdən saxlanılan şəxsləri dərhal Su nəqliyyatında polis idarəsinin əməkdaşlarına təqdim edə bilməmişlər. (cild 1, iş vərəqə 71-74) Şahid4 tərəflərin razılığı ilə ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, yeniyetmə vaxtından, yəni 16 yaşından icazə əsasında Ələt qəsəbəsi istiqamətində Xəzər dənizində balıqçılıqla məşqul olmuşdur. Son yeddi ildi balıqçılıqla məşqul olmur. Səbəb isə səhəti ilə bağlıdır. Yeddi ildə beş dəfə əməliyyat olmuşdur. Hazırda fərdi sahibkarlıqla məşqul olur, yəni evinin yaxınlığında məktəb ləvazimatları dükanı işlədir. Eyni zamanda da öz adına olan “VÖEN” əsasında kvota alıb yaxın tanışlarını kvotada briqada üzvü kimi qeyd edir. Özü dənizə çıxmasa da kvotada adları qeyd olunan şəxslər dənizə çıxıb balıq tutmaqla məşğul olurlar. Təqsirləndirilən şəxs1 1999-cu ildən tanıyır. O, əvvəllər onun qonşusu olmuşdur. 2017-ci ildə özünə məxsus “ƏL-1431“ bort nömrəli, «Proqress-4” tipli “Yamaha-40” mühərikklə təchiz edilmiş 1 ədəd qayığı etibarnamə əsasında Elmana vermişdir ki, işlətsin. Əvvəllər yaxşı balıq tuta bilirmiş, sonradan isə işlədə bilmirmiş. 2023-cü ilin aprel ayının ortalarında aralarında olan razılığa əsasən 4500 manat müqabilində qayığını Elmana satmışdır. Elman bildirmişdir ki, bu ilin sentyabr ayının 1-dən dekabr ayının sonunadək pulu ödəyib qutaracaq. Şahid4 əlavə olaraq bildirmişdir ki, əvvəllər icazə əsasında Elman dənizə çıxıb balıq tuturmuş və həmin balıqlardan olan gəliri birlikdə bölürmüşlər. Lakin sonradan, yəni 2023-cü ilin aprel ayının ortalarından özünə məxsus olan qayığı 4500 manat müqabilində Elmana satmışdır. Elman imkanı olmadığına görə qayığın pulunu hissə-hissə ödəyəcəyini bildirmiş, o isə buna razılıq vermişdir. 2023-cü ilin yanvar ayında kvota almış, həmin vaxt birlikdə işlədiklərinə görə Elmanın adını kvotada qeyd etdirmişdir. Lakin, bu ilin aprelin ortalarında qayığını Elmana satmışdır. Kvotanı alanda adamların adı qeyd olunur, sonradan isə dəyişmək olmur, gərək yeni kvota alasan. Bundan sonra Elmanla heç bir qarşılıqla fəaliyyət göstəmir. (cild 1, iş vərəqə 154-156) Şahid3 tərəflərin razılığı ilə ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2009-cu ildən DSX-nə xidmətə qəbul olmuş, 2018-ci ilin fevral ayından 303 nömrəli gəminin baş mühərrikçisi vəzifəsində xidmət edir. Xidmətləri ilə bağlı bildirir ki, xidmətləri 303 saylı gəmidə olur. Belə ki, hər gün səhər saat 08:00-da gəmidə xidmət başlayır, 17:00-da xidmət başa çatır. Lakin, bir ayda iki dəfə gəmi ilə Xəzər dənizində ümumilikdə on dörd gündən az olmayan müddətdə dənizdə gəmi ilə xidmətdə olurlar. Yəni, dənizdə olarkan gəmi sahilə qayıtmır və bütün sutkaları dənizdə xidmətdə olur. Xidməti ərazimiz Abşeron yarımadası istiqamətində Xəzər dənizinə aiddir. Mahiyyəti üzrə bildirir ki, 12 iyun 2023-cü il tarixdə saat təxminən 22 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində içində iki nəfər olan qayığın “Xərə-Zirə” adasına tərəf hərəkət etməsini müşahidə etmişlər. Həmin qayıq təyin edilməmiş vaxtda, yəni icazə verilməyən vaxtda gecə radələrində daxil olduğuna görə ona yaxınlaşmaq qərarına gəlmişlər. O, xidmət etdiyi gəminin komandirinin baş köməkçisi Şahid2 ilə birlikdə gəminin qayığı vasitəsi ilə onlara yaxınlaşarkən həmin iki nəfər şəxs sonradan adları müəyyən edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onları görən kimi onlardan qaçmağa başlamışlar. Onlar qayıqla həmin şəxslərə yaxınlaşaraq bir-iki dəfə qayığın sağ yan tərəfi ilə onların qayığının sol yan tərəfinə toxundurmuşlar ki, dayansınlar, ancaq həmin şəxslər onlara tabesizlik göstərərək qaçmağa davam etmişlər. Sonra onların qayığında olan mühərrik söndü və sürət azalanda Təqsirləndirilən şəxs1 özünü dənizə ataraq “Xərə-Zirə” adasına tərəf üzdü, az sonra Təqsirləndirilən şəxs2 da özünü dənizə ataraq həmin ada istiqamətində üzməyə başlamışdır. Qayığa baxarkən qayıqda 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 110 ədəd kefal balıqları vardı. Həmin qayıq “Yamaha-40” asma mühərriklə təchiz edilmişdir. Bununla bağlı dərhal gəmi rəhbərliyinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən saxladıqları qayığı balıqovlama vasitəsi və balıqlarla birlikdə gəmiyə təhvil vermişlər. Sonra həmin iki nəfər şəxsin axtarışına başlamışlar. Gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 “Xərə-Zirə” adasında tərəflərdən saxlanaraq gəmiyə gətirilmişdir. Təqsirləndirilən şəxs2 axtarsalar da tapa bilməmişlər. Buna görə də, gəmini “Xərə-Zirə” adasının yanalma körpüsündə saxlamışlar. Səhər saat 10 radələrində Təqsirləndirilən şəxs2 gəmiyə yaxınlaşaraq özünü könüllü olaraq təqdim etmişdir. Bununla bağlı rəhbərliklərinə məruzə etmişlər. Həmin günü, yəni 13 iyun 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Su nəqliyyatında polis idarəsinin əməkdaşlarına təqdim etmişlər. Onların iştirakları ilə Su polisinin əməkdaşları tərəfindən video çəkilişlə balıqlara, balıqovlama vasitələrinə və qayığa baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri qayıq, balıqovlama vasitələri və tutduqları 110 ədəd kefal balıqları polis əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli qəbul aktından görünür ki, 30 kq olan “Kefal” balıqları "xxxx" MMC tərəfindən qəbul edilmişdir. (Cild 1, iş vərəqə 10) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 110 ədəd balıqlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, götürülmüş 110 ədəd balıqlar bioloji əlamətlərinə görə kefal balıqlarıdır. (Cild 1, iş vərəqə 11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi 19 iyun 2023-cü il tarixli, 8539 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə yuxarıda qeyd olunan xəstəxanada müalicədə olmayıblar. (Cild 1, iş vərəqə 31) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-476/2023 nömrəli məktubundan görünür ki, X5 tərəfindən təqdim edilmiş siyahıda və ona verilmiş xx.xx.2023-cü il tarixli 151 nömrəli balıqovlama biletində Təqsirləndirilən şəxs2, həmçinin Şahid4 tərəfindən təqdim edilmiş siyahıda və ona verilmiş xx.xx.2023-cü il tarixli 253 nömrəli balıqovlama biletində Təqsirləndirilən şəxs1 adı balıqçı kimi keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 234 №-li Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun” Qaydalarına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi sənaye ovu qadağan edilir. (Cild 1, iş vərəqə 32) xx.xx.2023-cü il tarixli, 22289 saylı qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 balıq ehtiyatlarına vurulan 1210 manat məbləğində zərəri tamamilə ödəmişdir. (Cild 1, iş vərəqə 33) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 110 ədəd kefal balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1210 manat məbləğində ziyan dəymişdir. (Cild 1, iş vərəqə 36) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin verdiyi mülki iddiadan görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 1-ci bəndinin 1.9.6-cı hissəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 962 nömrəli Fərmanı təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”yə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 1210 manat məbləğində iddia qalırılmışdır. (cild 1, iş vərəqə 35) xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı, həmin İdarədə məsləhətçi-müfəttiş vəzifəsində işləyən Nümayəndə mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. (cild 1, iş vərəqə 82-83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21- 1/3-20775/13 saylı məktubundan görünür ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 7 may 2013-cü il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. (cild 01, iş vərəqə: 41-42, 157-161) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 43) Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra hakimiyyəti Başçısının Ələt qəsəbəsi İƏD üzrə nümayəndəliyinin verdiyi 13 iyul 2023-cü il tarxli, 838 saylı arayış və xasiyyətnamədən görünür ki, X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, X12 küçəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. Yaşayış yeri üzrə müsbət xarakteriza olunur. (cild 1, iş vərəqə 60-61) Azərbaycan Respublikası Bakı Şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Kommunal Təsərrüfatı 132 saylı MKİS-nin verdiyi 14 iyul 2023-cü il tarixli, 416 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Yaşayış yeri üzrə müsbət xarakteriza olunur. (cild 1, iş vərəqə 62-63) Balıqovlama vasitələrinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş balıqovlama vasitələrinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı müüəyyən edilmişdir: 01 ədəd ƏL-1431 bort nömrəli “Proqress-4” tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor; (cild 1, iş vərəqə 67) Maddi sübut kimi tanınma haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd ƏL-1431 bort nömrəli “Proqress-4” tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 110 ədəd kefal balıqları maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 13 iyun 2023-cü il tarixdə müvafiq akta əsasən "xxxx" MMC-yə təhvil verilməsi və həmçinin balıqovlama vasitələrinin saxlanılması üçün Su NPİ-si BQM və BEMB-nin baş inspektoru polis baş leytenantı Şahid1 verilməsi nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 68) 16 avqust 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsindən həmin Məcəllənin 256.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 98) 16 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 109-110) 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 122-123) 16 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 135-136) 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 147-148) xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı “CD” diskin yaddaşında 1 əd. faylın olması, həmin faylda video görüntünün əks olunması, 3:52 dəqiqədən ibarət olması, 3:52 dəqiqə ərzində iki nəfər şəxslərin qanunsuz balıq tutduqlarına görə saxlanılmaları, həmin şəxslərdən götürülmüş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilməsi, saxlanılan şəxslərin balıqları Ələt qəsəbəsi istiqamətində Xəzər dənizindən tutmalarını bildirmələri, həmçinin saxlanılan şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. (cild 1, iş vərəqə 151-152) 16 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən, o cümlədən barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmış, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (cild 1, iş vərəqə 162- 168) Cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, iş üzrə ibtidai istintaq yekunlaşdırılmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. (cild 1, iş vərəqə 180-190) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim:R.Mürsəlov) qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. (Cild 1, iş vərəqə 227-232) Cinayət işinin icraata qəbul edilməsi haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmişdir. (cild 2, iş vərəqə 6) 30 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 27-28) 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vərəqə 40- 42) 30 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 59-60) 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vərəqə 72- 74) Məhkəmə-kimyəvi ekspertizasının 07.01,2024-cü il tarixli 3-16-16/2-6/6302 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Zərflər üçün” dairəvi möhür əks olunan “...231160011 saylı cinayət işi üzrə 01 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor...” yazısı olan polietilen bağlamada olan açıq yaşıl rəngli torun sapının diametri - 0,18 mm, ilgəklərin daxili ölçüsü 40 x 40 mm, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. (cild 2, iş vərəqə 89-92) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-1421/2-045/2024 saylı məktubundan görünür ki, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunu ilə qadağan olunmuş” diametri 0.5 mmdən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mmdən az olan ilgəkli balıqtutan torlar” cümləsindəki “dəliklərin konstruktiv ölçüləri” ifadəsinə aydınlıq gətirilməsi X2 Xidmətində baxılmışdır. “Dəliklərinin konstruktiv ölçüsü” ifadəsi iki qonşu düyün arasındakı məsafədir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanununun 19-cü bəndinə əsasən təkqat saplardan toxunmuş və dəliklərinin konstruktiv ölçüsü 120 mm-dən az olan torların dövriyyəsinə yol verilə bilməz. (cild 2, iş vərəqə 93) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/6302 saylı rəyindən, xx.xx.2024-cü il tarixli baxış protokolu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-1421/2- 045/2024 saylı məktubundan da göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş uzunluğu 50 metr, eni 6 metr, dəliklərinin konstruktiv ölçüləri 40 x 40 mm olan tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş açıq yaşıl rəngli tor əlamətlərinə görə Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında 23 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununun 19-cu bəndində qeyd olunan torlara aiddir. (cild 2, iş vərəqə 91-94) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş balıqovlama vasitələrinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz balıq tutarkən istifadə etdikləri torun iki qonşu düyün arasındakı məsafə 40 mm-dən ibarətdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin torun uzunluğu 50 metr, eni 6 metr, dəliklərinin konstruktiv ölçüləri 40 x 40 mm-dir. (cild 2, iş vərəqə 94) 23 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsindən həmin Məcəllənin 233-1.2.1 və 256.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 233-1.2.1 və 256.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd sapının diametri 0,18 mm, ilgəklərin daxili ölçüsü 40x40 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 6 metr olan açıq yaşıl rəngli tor və 110 ədəd kefal balıqları 21 iyul 2023-cü il tarixdə tərəfimdən maddi sübut kimi tanınmış, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixdə müvafiq qaiməyə əsasən "xxxx" MMC-yə və həmçinin götürülmüş 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabının saxlanılması Su NPİ-si BQM və BEMB-nin baş inspektor, polis baş leytenantı Şahid1 verilməsi nəzərə alınmış, iş üzrə 21 iyul 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış - 01 ədəd sapının diametri 0,18 mm, ilgəklərin daxili ölçüsü 40x40 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 6 metr olan açıq yaşıl rəngli tor isə Su NPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, xx.xx.2023-cü il tarixli baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün cinayət işinin materialına əlavə edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar nəzərə alınmış, Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar nəzərə alınmış, Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya sayılan 01 ədəd uzunluğu 50 metr, eni 6 metr, açıq yaşıl rəngli, sapının diametri 0,18 mm, konstruktiv ölçüsü 40x40 mm olan tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş torun mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmışdır. (cild 2, iş vərəqə 95-105) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 233- 1.2.1 və 256.3-cü maddələri lə yenidən ittham elan edilmişdir. (cild 2, iş vərəqə 109-110) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 233- 1.2.1 və 256.3-cü maddələri ilə yenidən ittham elan edilmişdir. (cild 2, iş vərəqə 125-126) Məhkəmə istintaqı zamanı mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dəymiş ziyan tamamilə ödənilmiş, mülki iddiadan imtina edir, mülki iddianın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə anadan olmuş Cahangir adlı azyaşlı uşağı vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmişlər, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidə bilavasitə və müdafiəçiləri vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 256.3 və 233-1.2.1-ci maddələri ilə öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurmağa və bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satmaya görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 256.3 və 233-1.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, işin faktiki halları, cinayət işinin materialları, protokollar və işə aid biri digərinə uyğun gələn sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 256.3 və 233- 1.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi etiraf edərək peşman olması və yaşayış yeri üzrə müsbət xarakteriza olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, dəymiş ziyanı tamamilə ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət törətməsi, törətdiyi əməli səmimi etiraf edərək peşman olması və yaşayış yeri üzrə müsbət xarakteriza olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, himayəsində bir nəfər azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək, onların təqsirli bilindiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, habelə onların şəxsiyyətlərni nəzərə alaraq hesab edir ki, təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının, CM-nin 233-1.2.1-ci maddəsi ilə barələrində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi əsaslı və ədalətlidir. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmalarını onların özlərini cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, ailə üzvlərinin maddi-mənəvi durumunun ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yuxarıda sadalanan yüngülləşdirən halların məcmusunu onlar tərəfindən törədilmiş cinayətlərin və özlərinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslərə ittiham olunduğu CM-in 233-1.2.1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamında şərh olunan tövsiyələri nəzərə alır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmanı mümkün hesab edir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə cərimə cəzası təyin edilməli, CMnin 233-1.2.1-ci maddəsi ilə barələrində CM-nin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və "xüsusi müsadirə" bağlı ilə məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 131.1.2-ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Su NPİ-si BQM və BEMB-nin baş inspektor, polis baş leytenantı Şahid1 təhvil verilmiş 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd sapının diametri 0,18 mm, ilgəklərin daxili ölçüsü 40x40 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 6 metr olan açıq yaşıl rəngli tor dövlət nəfinə müsadirə edilməli, xx.xx.2023-cü il tarixli baxış protokoluna əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, "xxxx" MMC-yə təhvil verilmiş 110 ədəd kefal balıqları satılaraq əldə edilmiş pul dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 420 (dörd yüz iyirmi) manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğlu üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-cimaddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə istintaqı zamanı mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək dəymiş ziyanın tamamilə ödənildiyini və mülki iddiadan imtina etdiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233- 1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 8000 (səkkiz min) manat məbləğdə cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6000 (altı min) manat məbləğdə cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10000 (on min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Bibiqulu oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 8000 (səkkiz min) manat məbləğdə cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6000 (altı min) manat məbləğdə cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 Bibiqulu oğluna qəti olaraq 10000 (on min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Su NPİ-si BQM və BEMB-nin baş inspektor, polis baş leytenantı Şahid1 təhvil verilmiş 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli “Yamaha- 40” asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd sapının diametri 0,18 mm, ilgəklərin daxili ölçüsü 40x40 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 6 metr olan açıq yaşıl rəngli tor dövlət nəfinə müsadirə edilsin. xx.xx.2023-cü il tarixli baxış protokoluna əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. "xxxx" MMC-yə təhvil verilmiş 110 ədəd kefal balıqları satılaraq əldə edilmiş pul dövlət büdcəsinə ödənilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 154 (bir yüz əlli dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 420 (dörd yüz iyirmi) manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğlu üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Mülki iddia üzrə icraata xitam verilsin. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar