Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1407/2025 22.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,958 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin şöbənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 12 fevral 2025-ci il tarixdə saat 21:40-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivində piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı, əynində olan gödəkçənin sol döş cibindən 01 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,958 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır.
4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2025-ci il tarixli raportundan görünür ki, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1981-ci ildə Lerik rayonunda anadan olmuş, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük savxoxu nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi,üzərində saxlaması və daşıması bildirililmişdir.
5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 12 fevral 2025-ci il tarixdə saat 21:40 dəqiqədən tutulmuş hesab edilmişdir
6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqdim olunan 02 ədəd zərfdə qablaşdırılmış əşyalara baxış keçirilmişdir. Üzərində imzalar olan 01 ədəd zərfin birində içərisində 01 ədəd bükümdə spesfik iyə malik olan kristal şəkilli metafetaminə oxşar maddə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılb möhürlənmişdir.
7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının 13 fevral 2025-ci il tarixli, 6/649 nömrəli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş üzərində “..Şübhəli şəxs T.Bəgiş (imza)..” sözləri olan zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 3,958 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış pisxotrop maddə metamfetamindir.
8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında ” protokoldan görünür ki, polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa, təqdim etməsini xahiş etmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs gödəkçəsinin sol döş cibindən 01 ədəd qara sellofan bükülüdə olan bükümü və gödəkçəsinin sol sibindən isə mobil telefonu çıxararaq polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün işərisindəki kütlənin “patı” kimi tanıdlğı maddə olduğunu, həmin maddəni Vaqif adlı tanışının xahişi ilə konum və fotoşəkil əsasında elə həmin ünvandan götürüb, apararaq Vaqifə təhvil verməli olduğunu, bunun müqabilində isə Şahid3 ona 10 (on) manat pul verəcəyinə söz verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisindı kütlə olan bükülü və mobil telefon polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanmışdır və bununla da çəkiliş sona çatmışdır.
9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tətqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.
10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Fotoşəkillər üzrə tanınmanın aparılması haqqında” protokoldan görünür ki, o, fotocədvəldə əks olunan şəkillərdən 1-ci olan şəxsin Şahid3 olduğunu, həmin şəxsin 12 fevral 2025-ci il tarixdə onun mobil telefon nömrəsinə Whatsapp ani mesajlaşma mobil tətbiqi vasitəsilə onun mobil nömrəsinə məkan məlumatı və fotoşəkil göndərərək məkan məlumatında qeyd edilən ünvandan psixotrop maddə metamfetamini götürməsini xahiş edən, bunun müqabilində ona 10 (on) manat pul və pisixotrop maddələrin satışı ilə məşğul olduğunu, dəfələrlə həmin şəxsdən pul müqabilində psixotrop maddə aldığını bildirmişdir. Digər 03 ədəd fotoşəkildə olan şəxsləri isə ümumiyyətlə tanımadığını bildirmişdir.
11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-79/2025 nömrəli qərarından görünür ki, həbsdə olma müddətinin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanaraq Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş «Realme C 11» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı mobil nömrə vardır, mobil telefon aparatının parolu yoxdur. Mobil telefona baxış keçirən zaman vhatsapp ani mesajlaşma tətbiqi vasitəsilə adı "vaqifmustafayev" kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə aralarında yazışmalara baxış zamanı 06 fevral 2025-ci il tarixdə "vaqifmustafayev"-in Təqsirləndirilən şəxs yaşayış evinin fotoşəkil və videogörüntülərini göndərdiyini, videogörüntüdə bir nəfər şəxsin evi kirayə verən şəxsin evin xüsusiyyətləri barədə məlumat verməsi öz əksini tapmışdır. Həmin tarixdə "vaqifmustafayev" 4169 7388 8521 4175 saylıı bank kartı məlumatını Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə göndərir. 08 fevral 2025-ci il tarixdə "vaqifmustafayev" Təhməz Bəgişova "Xəyyam kuruz" adl ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə istifadəçisinin nömrəsini, 10 fevral 2025-ci il tarixdə isə "X18" adı ilə qeyd edilmiş +98 914 *** **** saylı mobil nömrə istifadəçisinin nömrəsini göndərmişdir. 12 fevral 2025-ci il tarixdə Təhməz Bəgişova "Ev Yiyəsi" adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə istifadəçisinin nömrəsini göndərmiş, Təhməz Bəgişov isə Şahid3 kartı hesabına 12 fevral 2025-ci il tarixdə saat 19:07 radələrində 66 manat və saat 19:46 radələrində isə 100 manat pulun göndərilməsi haqqında qəbzləri "vaqifmustafayev"ə göndərmişdir. Həmin tarixdə saat 19:53 radələrində "vaqifmustafayev"in hər hansı bir üçüncü şəxs tərəfindən ona göndərilmiş audioyazı formatında mesajı Təhməz Bəgişova göndərir. Həmin audioyazı formatında olan yazıya baxış keçirən zaman "beş qramı, dörd qramı atıb, 3 qramlar hələ gəlməyib də yarım saat çəkər gəlməyi. Deyirəm ki, sənən dörd qram atıram yaxcı? Konum şəklində atıram, elə bil iyirmi manat burdan, bir qramını da ordan. Altmış manat sənin mənə verəcəyin olur, onu İnşAllah sabahları ya axşamları deyərəm həll edərsən, ancaq atdığım karta pul zad qətiyyən vurma daha" məzmunlu olması müəyyən edilir. Saat 29:56 radələrində Təhməz Bəgişov vaqifmustafayev"-ə "ses atma", saat 20:44 rafələrində isə "konum at silinib" məzmunlu sms göndərir. Saat 20:44 radələrində isə "vaqifmustafayev" hər hansı bir üçüncü şəxs tərəfindən ona göndərilmiş işarələnmiş fotoşəkil və məkan məlumatını ona göndərir.
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs açkar edilib götürülmüş 01(bir) ədəd bükümdə təmiz çəkisi 3,958 qram olan ağ rəngli,kristalşəkilli, maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut hesab olunmuşdur,tətqiqatda 0,050 qram sərf edilməsi nəzərə alınmaqla 3,908 qram qalığı saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir.
14. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 5 mart 2025-ci il tarixli “üzləşmə haqqında” protokoldan görünür ki,Təhməzov X4 Vaqif Rəis oğlu ilə üzləşdirilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişərək Şahid3 hadisə ilə əlaqəsi olmadığını bildirmişdir.
16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi“ Respublika Narkoloji Mərkəzi” X16 Ambulator X1 xx.xx.2025-ci il tarixli 1438 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılıllıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.
17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi“ X16 Kompleks Ambulator Məhkəmə Psixatrik və Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli 1430 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir.
18. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01(bir) bükümdə olan təmiz çəkisi 3,958 qram olan maddə kustar üsulla hazırlanmış pisxotrop maddə metamfetamin 19 fevral 2025-ci il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, X3 şübhəli şəxsin üstünün yoxlanılmasına dair 12 fevral 2025-ci il tarixli protokola əlavə edilmiş 01(bir) ədəd DVD disk və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 12 fevral 2025-ci il tarixli protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskin 19 fevral 2025-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Realme C 11” markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olduğundan yekun məhkəmə hökmü çıxarılanadək Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılmış, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi ,şahidlərin ifadələri,şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokollar,13 fevral 2025-ci il tarixli,6/649 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi əlavə ambulator X1 10 mart 2025-ci il tarixli, 1438 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi“ X10 05 may 2025 tarixli, 1430 nömrəli rəyləri, Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefon aparatına baxış protokolu, üzləşdirmə protokolu və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir.
19. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, 4 ilə yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir. 12 fevral 2025-ci il tarixdə axşam saatlarında tanışı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yaşayan Şahid3 ona zəng vuraraq məkan məlumatı yəni konum atıldığını, konumda işarələnmiş yerdə patı yəni, psixotrop maddə metamfetamin olduğunu demişdir. Şahid3 ona demişdir ki, həmin ünvana gedib malı oradan götürüb onun özünə təhvil versin. Şahid3 ona psixotrop maddə metamfetamini təhvil verəcəyi təqdirdə 10 (on) manat pul və götürəcəyi psixotrop maddənin bir hissəsini istifadə etməyi üçün verəcəyinə söz vermişdir. Onunla yaşadıqları Bakı şəhəri, Binə qəsəbəsində görüşmüşlər. Şahid3 ona psixotrop maddənin olduğu işarələnmiş fotoşəkil «whatsapp» ani mesajlaşma mobil tətbiqi vasitəsilə göndərmişdir. Daha sonra isə o yoldan keçən takisyə əyləşib taksi ilə konumda göstərilən ünvana getmişdir. 12 fevral 2025-ci il tarixdə saat 21 radələrində konumda göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi adlanan əraziyə gəlib çatmış, oraya çatdıqdan sonra taksidən düşmüş, taksi isə çıxıb getmişdir. Daha sonra isə o konum məlumatı əsasında işıq dirəyinin dibində daşın altına qoyulmuş qara rəngli içərisində psixotrop maddə olan bükümü götürmüşdür. Bir qədər irəlilədikdən sonra elə həmin ünvanda iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin polis əməkdaşları vəkil ilə təmin edilmək hüququnun olduğunu izah etmiş, lakin o imtina etmişdir. Polis əməkdaşları ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet varsa təqdim etməyini təklif etmiş, o da bundan sonra əynində olan gödəkçəsinin sol döş cibindən 01 ədəd qara rəngli sellofan bükümdə olan bükülünü, gödəkçəsinin sol cibindən isə özünə məxsus “Realme C 11” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmişdir. Təqdim etdiyi büküm və mobil telefon polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirilmişdir. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə inzibati binasında təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil dəvət edilmiş, dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələrim izah edilmişdir. Vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən təqdim etdiyi qablaşdırılmış 01 ədəd bükümə baxış keçirilmiş, polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə ''patı" kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni Vaqif adlı tanışının xahişi ilə ona göndərdiyi konum və fotoşəkil əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivindən götürməli olduğunu, həmin malı götürməyi müqabilində Şahid3 ona 10 (on) manat pul və götürdüyü patı ximi tanıdığı psixotrop maddə metamfetaminin bir hissəsini istifadəsi üçün verəcəyinə söz verdiyini demişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş, qablaşdırılmış içərisində metamfetamin olan 01 ədəd bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm və ona məxsus mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. Orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs suallara cavab verərək bildirmişdir ki, Şahid3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yaşayır, onun dəqiq hansı ünvanda yaşamasını bilməsə də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yaşadığını bilir, həmin şəxs ailəlidir, əslən Lerik rayonundandır, təxminən 38-40 yaşalarındadır, “Binə AqroVest MMC”-də elektrik kimi işləyir, Mobil nömrəsi isə ***-***-**-**-dir. Şahid3 narkotik vasitə və psixtrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. İndiyədək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, sadə olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini də kiməsə satmaq niyyəti olmamışdır. 12 fevral 2025-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə şübhəli şəxs qismində gətirilərkən polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq və psixi təyziq göstərilməmişdir.
20. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır. 4 ilə yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir. 12 fevral 2025-ci il tarixdə axşam saatlarında xalası oğlu Şahid3 onun dəvəti ilə yaşadığı evə gəlmişdir. Həmin ərəfələrdə qızının xeyir işi olmalı, qızına elçilər gəlməli imiş. Lakin yaşadığı evin şəraiti yaxşı olmadığından o, Şahid3 xahiş etmişdir ki, yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən uyğun qiymətə kirayə ev tapsın. Şahid3 də ona kirayə ev tapmışdır. Elə həmin gün də yaşadığı evdən bəzi əşyaları çıxarıb kirayə evə yığımışlar. Buna görə də Şahid3 çağırmışdır ki, köməklik etsin. Özü xəstədir, narkotik vasitə, psixotrop maddələrdən istifadə edir. Lakin heç vaxt ailə üzvlərinin bu pis vərdişlərlə məşğul olmasından məlumatlı olmamışdır. Həmin gün bədənində ağrılar yaranmış, bu səbəbdən də narkotik vasitə qəbul etmək istəmişdir. Əsasən, psixotrop maddə metamfetamindən istifadə edir. Şahid3 evə gəldikdən sonra Şahid3 öz telefonunun enerjisinin bitdiyini deyib Vaqiffdən mobil telefonunu istəmişdir. Daha sonra əvvəllər də narkotik vasitə aldığı «whatsapp» ani mesajlaşma tətbiqində “X18” adı ilə qeydiyyatdan keçmiş İran İslam Respublikasının vətəndaşına məxsus +98 914 *** **** nömrəsi ilə əlaqə saxlamış və ona bildirmişdir ki, psixotrop maddə metamfetamin yəni, patı lazımdır. Həmin şəxs də bildirmişdir ki, xəbər edəcək, amma kartında problem yarandığı üçün hesabına pul vurmasın, problem yoxdur, ondan bir neçə dəfə “mal” aldığı üçün “malı” götürdükdən sonra sabah səhər pulu onun kartına vurar. X17 Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün bir neçə dəfə patı almışdır. Lakin həmin şəxsin nə adını, nə ünvanını, nə də ki digər anket məlumatlarını bilmir və heç vaxt da onu görməmişdir. Sadəcə olaraq onun hesabına pul göndərmiş, o da konum və fotoşəkil ataraq “malın” yerini bildirmişdir, o da, gedərək həmin ünvandan “malı” götürmüşdür. Həmin şəxslə Vaqifin telefonu ilə danışdıqda ona bildirmişdir ki, konumu göndərər, ancaq telefonun enerjisi az olduğundan sönəcək, ona görə də məlumatları həmin nömrəyə yəni, əlaqə saxladığı Vaqifə məxsus mobil nömrəyə göndərsin. Telefonla danışdıqdan sonra Vaqifə demişdir ki, işi var gedir, həmin nömrədən telefona hansısa məlumat gəlsə ona göndərsin. Daha sonra isə evdən çıxmışdır. Evdən çıxdıqdan müəyyən müddət sonra xahişinə əsasən Şahid3 ona konum, fotoşəkil və səsli bildiriş göndərmişdir. Səsli mesajda X7 vətəndaşı demişdir ki, həmin karta pul vurma 4 qrama yaxın metamfetamin olacaq, 60 manat onun göndərəcəyi hesaba pul vurmalıdır. O, həmin ünvana yəni, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq adlanan əraziyə çatdıqdan sonra taksidən düşmüş, taksi uzaqlaşdıqdan sonra fotoşəkildə qeyd edilmiş yerdən “malı” götürmüşdür. Daha sonra bir tjədər gəzişdikdən müəyyən müddət sonra həmin ünvanda polis əməkdaşları ona yaxınlaşıb saxlamış və özlərini təqdim etmişlər. Daha sonra həmin polis əməkdaşları vəkil ilə təmin edilmək hüququnun olduğunu izah etmiş, lakin o imtina etmişdir. Polis əməkdaşları onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet varsa təqdim etməyini təklif etmiş. O isə əynində olan gödəkçəsinin sol döş cibindən 01 ədəd qara rəngli sellofan bükümdə olan bükülünü, gödəkçəsinin sol cibindən isə özünə məxsus “Realme C 11” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Kütləni təqdim edən zaman polis əməkdaşı ondan həmin kütləni recə və nə zaman əldə etdiyini soruşmuş, o isə həmin an çox həyəcanlı olduğundan və qızına yaxın günlərdə elçi gəlməli olduğundan məsuliyyətdən yayınmaq üçün demişdir ki, onu həmin ünvana Vaqif adlı şəxs göndərmiş və demişdir ki, “malı” götürüb ona təhvil verərsə bunun qarşılığında 10 manat pul və həmin maddənin bir hissəsini istifadə etməyi üçün verəcəkdir. Daha sonra üzərinə axtarış keçirilmişdir. Təqdim etdiyi büküm və mobil telefon polis əməkdaşı tərəfindən qablaşdırılmış, daha sonra o polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə getmişdir. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkil dəvət edilmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, sonra isə vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən təqdim etdiyi qablaşdırılmış 01 ədəd bükümə baxış keçirilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddəninnə olduğunu soruşduqda, o məsuliyyətdən yayınmaqdan ötrü bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə “patı” kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni Vaqif adlı tanışının xahişi ilə göndərilən konum və fotoşəkil əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivindən götürdüyü malı götürməyi müqabilində Şahid3 ona 10 (on) manat pul və götürdüyü patı kimi tanıdığı psixotrop maddə metamfetaminin bir hissəsini istifadə üçün verəcəyini demişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş, qablaşdırılmış içərisində metamfetamin olan 01 ədəd bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunaraq ondan götürülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm və ona məxsus “Realme C 11” markalı mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş, orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Törətdiyi əməldən peşmanlıq hissi keçirir, həmin vaxt yaxın günlərdə qızına elçi gələcəyi üçün əlindən gələni edirmiş ki, təki tutulmasın.Şahid3 baş vermiş hadisə ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu günədək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini də kiməsə satmaq niyyəti olmamışdır.Psixotrop maddə metamfetamini şəxsi istifadəs üçün əldə etmişdir. 12 fevral 2025-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə şübhəli şəxs qismində gətirilərkən rolls əməkdaşları tərəfindən ona fiziki zorakılıq və psixi təyziq göstərilməmişdir.
21. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənləri bir daha təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 12 fevral 2025ci il tarixdə əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun tərkibinə o, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X9 və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdə saat 21:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivi ünvanında piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə vəkil ilə təmin edilmək hüququ izah edilmiş və həmin şəxs bu hüququndan imtina etmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs gödəkcəsinin sol döş cibindən 01 ədəd qara sellofan bükülüdə olan bükümü və gödəkçəsinin sol cibindən isə mobil telefonu çıxararaq təqdim etmişdir. Ondan təqdim e*diyi bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni Vaqif adlı tanışının xahişi ilə konum və fotoşəkil əsasında elə həmin ünvandan götürüb, apararaq Vaqifə təhvil verməli olduğunu, bunun müqabilində isə Şahid3 ona 10 (on) manat pul verəcəyinə söz verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü və mobil telefon tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs 14-cü Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs baş təhqiqatçı polis mayoru Müsəllim Müsəllimov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil X15 Təhməzova təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, qablaşdırılmış zərflərə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı zərflərdən birini açmış, zərfin içindən “Realme C 11” markalı mobil telefonu çıxararaq mobil telefona baxış keçirmişdir. Təqsirləndirilən şəxs mobil telefonun özü təqdim etdiyi mobil telefon olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı digər zərfi açmış və içərisindən bükümü çıxararaq bükülünü Təqsirləndirilən şəxs göstərib ondan təqdim etdiyi bükülünün həmin bükülü olub-olmadığını, bükümdə dəyişikliyin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükülünün özü təqdim etdiyi bükülü olduğunu təsdiq etmiş və bükülüdə heç bir dəyişikliyin olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü soruşduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni Vaqif adlı tanışının xahişi ilə konum və fotoşəkil əsasında elə həmin ünvandan götürüb, apararaq Vaqifə təhvil verməli olduğunu, bunun müqabilində isə Şahid3 ona 10 (on) manat pul və psixotrop maddə metamfetaminin bir hissəsini ona verəcəyinə söz verdiyini bildirmədir. Təhqiqatçı təqdim edilmiş bükümün içərisindəki kütlənin tərkibinin və küləşinin müəyyən edilməsi və rəy alınması üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndəriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü və mobil telefon təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, bununla da çəkiliş sona çatmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və ya təsir olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satması barədə məlumatları yoxdur.
22. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək işin halları ilə bağlı Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir.
23. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənləri bir daha təsdiq edərək göstərmişdir ki, xalası oğlu Təqsirləndirilən şəxs həbs olunmasını sonradan bilmişdir. O, Xəyyam adlı əmlakçıdan (maklerdən) Təqsirləndirilən şəxs üçün kirayə ev götürmüş və 12 fevral 2025-ci ildə həmin mənzilə köçmək barədə sonuncu ilə razılaşmışdır. Buna görə əşyalarını mənzilə yerləşdirmək üçün Təqsirləndirilən şəxs evinə getmişdir. Təqsirləndirilən şəxs əşyaları aparmaq üçün yük maşını gətirəcəyini, buna görə də öz telefonunun enerjisinin bitməsi səbəbli sürücüyə zəng etmək üçün ondan mobil telefonunu almış sonra isə çıxıb getmişdir. Sonradan Bəgiş telefonu onun özünə qaytarmış, telefona şəkil və ya digər məlumat gəlsə ona göndərməsini xahiş etmişdir. O, da bu səbəbdən telefonuna Whatsapp proqramı xarici nömrədən gələn şəkil, səsli ismarıc və məkan məlumatını Bəgişə göndərmişdir. Bundan sonra həmin telefona xarici nömrədən zəng gəlməmişdir. Onun baş vermiş hadisə ilə hər hansı əlaqəsi olmamış, heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamış, əvvəllər məhkum olunmamışdır. Hesab edir ki, xalası oğlu Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkdiyi üçün tutulduqdan sonra istintaq orqanına onun adını verərək, onun göstərişi ilə metamfetamini götürməyə getdiyi məzmunda ifadə vermişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
24. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə əvvəlcə özünü təqsirli bilmiş, əməlidən peşman olduğunu bildirmiş, ifadə verən zaman isə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşamaqla 6 ilə yaxın müddətdir ki, elə həmin ərazidə Azad adlı şəxsin qoyunlarının otarılması ilə məşğul olmuşdur. Evlidir, üç uşağı var. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. Heç vaxt narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Psixi xəstəlikdən əziyyət çəkir, əliliyə görə 2-ci qrup, ümumi xəstəliklə əlaqədar 1-ci qrup üzrə təqaüd alır. Əvvəllər həmkəndlisi kimi tanıdığı iki nəfər ondan telefonunu götürərək kimləsə təxmini 15 dəqiqə danışmış, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılan gün çörək almaq üçün evdən çıxmış, mağazadan qayıdan zaman yenidən həmin iki nəfər ilə yolda rastlaşmışdır. Həmin şəxslər ondan yenidən telefonunu istəmiş və daha sonra ondan maşına əyləşməsini, birlikdə Maştağa ərazisini gəzmələrini bildirmişdir. O, həmin avtomobilə əyləşmiş, bundan sonra onlar Maştağa qəsəbəsində bir yerdə maşını saxlayaraq düşmüşlər. Həmin şəxslər, onu birazdan gəlib götürəcəklərini bildirərək, içində nə olduğunu bilmədiyi bir büküm verib demişlər ki, bu bükümün içində dərman var, bunu saxla, bir azdan gələcəyik. Bir az sonra polis əməkdaşları onu işıqforun yanında saxlayaraq cibində nə varsa təqdim etməsini tələb etmişlər. O da cibinə qoyduğu həmin bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bölməyə aparıldıqdan sonra orada təzyiq altında etirafedici izahat verərək, bükümdəki metamfetaminin ona məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı ifadə verməmiş, qarşısına qoyulan ifadələri və sənədləri imzalamışdır. Özünü bu ittiham üzrə təqsirli bilmir, metamfetamindən istifadə etmədiyini və həmin bükümün ona məxsus olmadığını bildirmişdir. Ümumiyyətlə psixotrop maddələrdən istifadə etməmiş, ona bükümü verən şəxslər ilə də şəxsi tanışlığı olmamışdır. Telefonda olan İran İR-ə məxsus mobil telefon nömrələrinə ondan telefonu götürən şəxslər zəng etmişlər. Xəyyam adlı şəxs isə evlərin alqı-satqısı ilə məşğul olan, kirayə verən şəxsdir, onunla qızına nişan mərasimi keçirəcəyi zaman kirayəyə ev götürmək üçün əlaqə saxlamışdır, çünki evinin şəraiti nişan keçirmək üçün uyğun olmamışdır. Kontaktındakı “X18” adlı şəxsi də tanımır, onun adını da telefona həmin şəxslər yazmışlar. Şahid3 isə onun xalası oğludur. Onun telefonundan kirayə ev götürmək üçün maklerlə əlaqə saxlamaq vasitəsi ilə istifadə etmişdir. Həmin vaxt telefonunun enerjisi olmadığı üçün Vaqifin telefonu ilə zəng etmişdir. Vaqifin ona psixotrop maddədən istifadə etməməyi, metamfetamindən uzaq durmağı barədə məsləhət etməsini xatırlamır. İbtidai istintaq zamanı qorxduğu və özündə olmadığı üçün müstəntiqə metamfetamini xalası oğlu Şahid3 göstərişi əsasında götürməyə getdiyi məzmunda ifadə vermişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
25. CM-nin 234.1-1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
26. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
27. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
28. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
29. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
30. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
31. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
32. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
33. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
35. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
45. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı
46. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
47. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
48. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
49. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda olması, digər sübutlar psixotrop maddənin məhz satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.
50. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
51. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
52. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan psixotrop maddələrin ona aid olmamasını, polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalmasını bildirmişdir.
53. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından təqdim edilən xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təcridxanaya gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, sorğu zamanı zədə almadığını bildirmiş, bədəninə baxış keçirilən zaman sol bazunun arxa səthində köhnə çapıq toxuması aşkar edilmişdir.
54. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərarın məzmunundan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X8 X16n Sabunçu rayon şöbəsinin 26 avqust 2025-ci il tarixli, 63/TS saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs Bakı istintaq təcridxanasında müayinəsi zamanı (xx.xx.2025-ci il) bədən səthi üzərində xəsarət aşkar olunmamışdır.
55. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
56. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar olunan psixotrop maddələrin ona aid olmamasına, polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalmasına dair xüsusatlara tənqidi yanaşaraq, həmin xüsusatları təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq xarakteri daşıyan, heç bir fakta əsaslanmayan ifadə kimi qiymətləndirir.
57. Qeyd olunan xüsusatlar onun özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur.
58. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə 05 mart 2025-ci il tarixli ifadəsində özünü təqsirli bilərək təqdim etdiyi bir ədəd bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini Vaqif adlı tanışının xahişi ilə ona göndərdiyi konum və fotoşəkil əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağı massivindən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını, Sabunçu RPİ-nin 14-cü PŞ-də olduğu zaman ona qarşı hər hansı formada təsir və ya təzyiq olmadığını bildirmişdir.
59. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olanAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 13 fevral 2025-ci il tarixli, 6/649 nömrəli rəyi xx.xx.2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol, xx.xx.2025-ci il tarixli “Fotoşəkillər üzrə tanınmanın aparılması haqqında” protokol, xx.xx.2025-ci il tarixli, “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında”protokol, xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 Ambulator X1 xx.xx.2025-ci il tarixli 1438 nömrəli ekspert rəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi“ X16 Kompleks Ambulator Məhkəmə Psixatrik və Psixoloji Ekspertitasının xx.xx.2025-ci il tarixli, 1430 saylı rəyindən 22 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərar, eləcə də, iş materiallarında olan digər materiallarla tam sübuta yetirilir.
60. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
61. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
62. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
63. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ümumi xəstəlik – İ qrup, orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə İİ qrup əlilliyinin olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir.
64. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
65. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
66. Təqsirləndirilən şəxs cəzasının çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.
67. Cinayət işində olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
68. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
69. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 12 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
70. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
71. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,908 qram psixotrop maddə metamfetamin məhv edilməli, Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan “Realme C 11” markalı mobil telefon qanuni sahibinə, qanuni sahibi imtina etdikdə isə onun yaxın qohumlarından birinə qaytarılmalı, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
72. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.
73. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
74. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 242 (iki yüz qırx iki) manat məbləğində pul ödənilməlidir.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 12 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 3,908 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan “Realme C 11” markalı mobil telefon qanuni sahibinə, qanuni sahibi imtina etdikdə isə onun yaxın qohumlarından birinə qaytarılsın və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Psixotrop maddənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 242 (iki yüz qırx iki) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyev Vüqar Quliyev