Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1408/2022 20.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X21 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 24 avqust 1981-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Rusiya Federasiyasının Yamalo-Neneç MD Tazovsk Federal rayon məhkəməsinin 25 oktyabr 2007-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsinin Q bəndi, 228.1-ci maddəsinin 3-cü hissəsi və 74-cü maddəsinin 5-ci hissəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yamalo-Neneç MD Labitnansk şəhər məhkəməsinin 11 avqust 2011-ci il tarixli qərarı ilə onun cəzası 10 (on) il 11 (on bir) aya endirilmiş, Yamalo-Neneç MD Labitnansk şəhər məhkəməsinin 26 avqust 2015-ci il tarixli qərarı ilə cəzasının qalan hisəsini çəkməsi üçün təhvil verilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.3 və 177.2.3-cü maddələrinə tənzimlənərək 10 (on) il 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş hesab edilməklə 21 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilməmiş, Ağcabədi şəhəri, S.Vurğun küçəsi ev 185-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, K.Ələkbərov küçəsi ev 1/B-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları Əsgər, Həsən adlı şəxslər və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları Əsgər, Həsən adlı şəxslər və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Əsgər, Həsən adlı şəxslər və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 10229,263 qram (10 kiloqram 229,263 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 2027,279 (2 kiloqram 27,279 qram) çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metafetaminin 8,279 qramını 1 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroinin 51,263 qramını 1 ədəd bükümdə qablaşdırıb üzərində, narkotik vasitə heroinin qalan 10178 qramını (10 kiloqram 178 qram) ayrı-ayrılıqda 1017 qram, 1017 qram, 1012 qram, 1050 qram, 1012 qram, 1017 qram, 1012 qram, 1017 qram, 1012 qram və 1012 qram çəkidə olan hissələrə bölüb 10 ədəd bükümdə, psixotrop maddə metafetaminin qalan 2019 qramını (2 kiloqram 19 qram) ayrı-ayrılıqda 1007 qram və 1012 qram olmaqla 2 ədəd bükümdə qablaşdırıb müvəqqəti yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, K.Ələkbərov küçəsi ev 1/B ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə saat 1:10-da Bakı şəhəri, Binəqədi rayonu, K.Ələkbərov küçəsi ev 1/B ünvanının yaxınlığında saxlanılaraq ünvan 1erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,279 qram çəkidə psixotrop maddə metafetamin 1 ədəd bükümdə və külli miqdarda 51,263 qram çəkidə narkotik vasitə heroin 1 ədəd bükümdə olmaqla əynindəki gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 noyabr 2021-ci il tarixdə saat 4:10-da Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, K.Ələkbərov küçəsi ev 1/B ünvanına öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 10178 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 1017 qram, 1017 qram, 1012 qram, 1050 qram, 1012 qram, 1017 qram, 1012 qram, 1017 qram, 1012 qram və 1012 qram olmaqla 10 ədəd bükümdə, külli miqdarda 2019 qram çəkidə psixotrop maddə metafetamin ayrı-ayrılıqda 1007 qram və 1012 qram olmaqla 2 ədəd bükümdə, üzərində psixotrop maddə metafetaminin izləri olan 2 ədəd elektron tərəzi, üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi, daxilində narkotik vasitə heroinin izləri olan 1 ədəd butulka, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydlər aparılmış 1 ədəd dəftər mənzilin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 yanvar 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu şərləyərək üzərinə külli miqdarda narkotik vasitə olan heroin qoyub həbs etmişlər. Barəsində olan cinayət işi 9 ay müddətində Səbail Rayon Polis İdarəsində aparıldıqdan sonra iş sübuta yetirilmədiyindən Səbail rayon prokurorunun qərarı ilə barəsində olan cinayət təqibinə xitam verilmiş və 29 sentyabr 2021-ci ildə həbsdən azad olunmuşdur. Bakı İstintaq Təcridxanasından buraxılanda təcridxananın qarşısında onu həbs edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Müşfiq və həmin idarəyə agent kimi işləyən Faiqlə rastlaşmışdır. Birinci dəfə onu tutanların arasında Faiq olduğundan sonuncunu tanımışdır. Faiq onu görən kimi 2 ay müddəti olduğunu və onu yenidən tutacaqlarını bildirmişdir. Azadlığa çıxan gün o, Ağcabədi şəhərindəki evlərinə getmişdir. Rayonda olduğu müddətdə Faiq istifadə etdiyi ***-***-**-** nömrəsinin “WhatsApp”ına zəng edib ya onlara adam verməyini, ya da ki, tərəflərindən tutulacağını bildirmişdir. Bir neçə dəfə Faiq bu barədə danışıb eyni hədələrini davam etdirmişdir. Danışıq zamanı Faiq bir nəfər tanımadığı şəxsin nömrəsini ona göndərib həmin şəxsin Bakıda yaşadığını və baron olduğunu, həmin şəxsin tutulmasında onlara kömək etməyini tələb etmişdir. Həmin nömrəni hazırda xatırlamadığı adla telefonunun yaddaşına həkk etmişdir. O bu hədələri görüb əslən Ağcabədi rayonundan olan və DİN-in 7-ci idarəsində çalışan Tural adlı tanışına zəng edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının hədələdiyini və onu tutmaq istədiklərini bildirib Turaldan həmin idarədə tanışı olub-olmamasını soruşmuşdur. Tural da ona narkotiklərlə uzaq olacağı təqdirdə heç bir problem olmayacağını və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə tapşıracağına söz vermişdir. O da həmin zaman sərhədkeçmə məhdudiyyəti olduğundan xaricə gedə bilmədiyi üçün vaxt udmaq məqsədi ilə Turala ona köməklik etməsini, bunun müqabilində o da Turala narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin tutulmasında köməklik edə biləcəyini bildirmişdir. Tural da onunla razılaşmışdır. Həmin ərəfədə onun azyaşlı övladı xəstələnmiş və övladını rayondan iki-üç dəfə Bakıya xəstəxanaya gətiribaparmışdır. Təxminən noyabrın 22-də növbəti dəfə övladını Bakıya gətirəndə Turalla zəngləşib sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Tural isə özü işdə olduğunu və ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qismət adlı əməliyyat müvəkkili ilə görüşməyini təklif etmişdir. Buna görə də o, Qismətlə Topçubaşov adına xəstəxananın qarşısında görüşmüşdür. Görüş zamanı o, Qismətə Müşfiq, sonuncunun həmkarı Anar və Faiqin onu hədələdiyini, ondan əl çəkmədiklərini, onlara adam verməsini tələb etdiklərini, əks təqdirdə onu tutacaqları ilə hədələdiklərini bildirmişdir. Qismət də ona narahat olmamağını, onu tapşıracağını, onunla heç kimin işi olmayacağını, bunun müqabilində ona narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin yaxalanmasında köməklik etməyini təklif etmişdir. O da Qismətin təklifi ilə razılaşmışdır. Bundan sonra o, uşağını aparıb rayona qoyub geri qayıtmışdır. Dostu Ceyhunun Bakı şəhəri, Binəqədi rayonu, K.Ələkbərov küçəsi ev 1/B ünvanında yerləşən evində kombi xarab olmuş və həmin evdə kombinin düzəlməsini Ceyhun xahiş edib Bakıda olan zaman evə gedib kombinin düzlətdirməyi ona tapşırmış və hətta kombi ustasının nömrəsini də ona vermişdir. Buna görə də Bakıya gələndə o həmin evdə gedib qalmışdır. 28 noyabr 2021-ci il tarixdə Bakıya gəlmiş və həmin gün saat 14:00 radələrində istifadəsində olan ***-***-**-** saylı nömrənin “WhatsApp”ı ilə Turalla əlaqə saxlayıb onunla görüşmək istədiyini bildirmişdir. Tural da evdə olduğunu bildirmişdir. Bundan sonra ilk olaraq idarə etdiyi “KİA Optima” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışı Əbili yaşadığı “Şəfa” stadionun yaxınlığından götürmüş və Turalın yaşadığı DİN-in hospitalının yaxınlığına getmişdir. Orada Turalla “WhatsApp”la əlaqə saxlamaq istəsə də, set olmamış və buna görə də telefonuna digər ***-***-**-** saylı nömrəni taxıb Turala zəng etmişdir. Tural da ona orada olmadığını, Qala qəsəbəsindəki evində olduğunu bildirib ora gəlməyini və Qismətin də ora gələcəyini bildirmişdir. O da bundan sonra Əbillə birlikdə Qala qəsəbəsinə getmişdir. İlk olaraq Turalla qəsəbədəki şərab evinin qarşısında görüşmüşdür. Həmin vaxt o hər bir ehtimala qarşı idarə etdiyi maşını tanınmaması üçün bir qədər aralıda saxlayıb piyada görüş yerinə getmiş və Əbil maşında qalmışdır. Turalla görüşəndən sonra sonuncunun maşını ilə “Zeytun” restoranına gedib orada Qisməti gözləmişlər. Təxminən 3 saat sonra Qismət restorana gəlmişdir. Orada söhbət zamanı Faiqin ona nömrə verdiyini və həmin şəxsin tutulması üçün Faiqə yox, onlara kömək edə biləcəyini bildirmişdir. Tural və Qismət də onunla razılaşmış və bunu edəcəyi təqdirdə onu müdafiə edəcəklərini bildirmişlər. Artıq hava qaralmış, onlar oradan ayrılmış və Tural onu özü maşını ilə görüşdükləri şərab evinin qarşısına aparmışdır. O, Turaldan ayrıldıqdan sonra öz maşınının yanına gəlmiş, Əbillə birlikdə geri qayıtmışdır. Geri qayıdanda təxminən bir kilometr getdikdən sonra görmüşdür ki, o, maşınını saxladığı yerdə dayanmış vəziyyətdə gördüyü ağ rəngli “Hyundai” markalı və qara rəngli Cip avtomobili arxasınca gəlir və onu izləyirlər. Bunu biləndən sonra avtomobili bir qədər sürətli idarə edib “Baksol” yolunda onları azdırmışdı. Daha sonra ara səkitləşməsi üçün Əbillə birlikdə qaldığı evə getmişdir. Orada 10-15 dəqiqə qalandan sonra oradan ayrılmış və Əbili yaşadığı evə düşürmək üçün “Şəfa” stadionunun yaxınlığına aparıb onu orada düşürmüşdür. Daha sonra geri qayıdıb Yasamal rayonuna, Topçubaşov xəstəxanası ilə üzbəüz binada yaşayan xalasıgilə getmişdir. Avtomobili yol kənarında, “Şahdağ” marketin qarşısında saxlamış və xalasıgilə getmişdir. Xalasıgildə xalası Familə, onun oğlu Röyal, dayısı qızı Aygün, onun iki övladı olmuşlar. Orada təxminən 20 dəqiqə çörək yedikdən sonra rayonda olan uşağına pampers almaq üçün evdən çıxanda dayısı qızı Aygün onları da evlərinə düşürməyini xahiş etmişdir. O da etiraz etməmiş və bundan sonra saat 21:30 radələrində dayısı qızı və onun iki uşağı ilə aşağı düşüb avtomobilinə yaxınlaşan zaman marketin qarşısında olan 10-15 nəfər onun üstünə tökülüb onu tutmuş və qollarını arxadan qandallayıb öz avtomobilinin arxa tərəfinə əyləşdirmişlər. Dayısı qızı və onun uşaqlarını isə öz avtomobillərinə əyləşdirmişlər. Avtomobildə əməliyyatçılar Samir, Səttar və üzdən tanıdığı iki nəfər onu sorğu-suala tutub maşınında nə olub-olmadığını soruşmağa başlamışlar. O heç nə olmadığını bildirmişdir. Bundan sonra onun üzərini axtarmışlar, lakin heç nə aşkar edilməmişdir. Bu zaman onu əvvəl tutan əməliyyatçı Anar Səttara görüntülü zəng etmiş və Səttar telefonu ona tərəf çevirdikdən sonra Anar ona “gördün iki ay keçmədi, səni tutduq” demişdir. Daha sonra əməliyyatçılar avtomobildə iki açar olduğunu görüb həmin açarlar barəsində soruşmuşlar, o da açarların birinin xalasıgilin mənzilinin, digərinin isə Binəqəddidə qaldığı evin açarı olduğunu bildirmişdir. Daha sonra əməliyyatçılar xalasıgildə kim olduğunu soruşmuş, o da xalası və onun oğlunun olduğunu bildirmişdir. Bundan sonra əməliyyatçılar avtomobildən xalasının evinin açarını götürüb xalasıgilə getmişlər. Geri qayıdandan sonra əməliyyatçılar idarə etdiyi avtomobilin kimə məxsus olduğunu soruşmuş, o da “rent a car”a məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları maşında olan sənədə əsasən “rent a car”ın əməkdaşı olan Habil adlı şəxsə zəng edib onu ora dəvət etmişlər. Habil də ora gəlmiş və əməliyyatçılar onunla orada söhbət etmişlər. Sonra əməliyyatçılar ondan yanında olan Əbil barəsində soruşub sonuncunu hara düşürdüyünü soruşmuş, o da onlara Əbili hara düşürdüyünü bildirmişdir. Daha sonra əməliyyatçılar ona Binəqədidə qaldığı evə onları apara biləcəyini təklif etmiş, o da etiraz etməmişdir. Həmin zaman artıq saxlanmağından bir saatdan çox müddət keçmişdir. Əməliyyatçılar onu ilk olaraq Əbili götürmək üçün “Şəfa” stadionunun yanına aparmışlar. Həmin zaman əməliyyatçılar onu öz avtomobili ilə aparmış, digərləri isə başqa avtomobillərlə getmişlər. “Şəfa” stadionunun yaxınlığına çatandan sonra o, Əbilə zəng edib çağırmış, Əbil gələndən sonra əməliyyatçılar Əbili də saxlamışlar. Bundan sonra birlikdə birbaşa Binəqədi rayonu, K.Ələkbərov küçəsi ev 1/B ünvanında yerləşən evə getmişlər. İlk olaraq əməliyyatçılar maşından açarı götürüb özləri evə daxil olub evi axtarmış, lakin evdən heç nə tapa bilməmişlər. Daha sonra onu da evə aparıb orada ondan narkotik vasitənin harada olduğunu soruşduqda o bu barədə heç nə bilmədiyini bildirəndən sonra polis əməkdaşları onu vurmağa başlamışlar. Evdə təxminən 15-20 dəqiqə qaldıqdan sonra onu və Əbili Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada Əbillə onu ayrı-ayrı otaqlara salıb sorğu-sual etməyə başlamışlar. Bu zaman “Niva” markalı avtomobili idarə edən mülki köməkçi, Samir, Natiq, Bəylər adlı əməliyyatçılar əlləri ilə onun üz nahiyəsindən başqa bədəninin müxtəlif yerlərinə vuraraq döymüşlər. Hətta həmin zaman onun əllərini də arxadan stula bağlamışlar. Əməliyyatçı Səttar gələndən sonra onlar öz aralarında danışmış və bundan sonra Səttar sol qolunun damar hissəsindən ona iynə vurmuş və o bundan sonra özündə olmamışdır. Bir də o, Binəqədidən qayıdıb Baş İdarəyə girəndə özünə gəlmişdir. İdarədə Səttar ona evdəki çəkilişi göstərəndə o başa düşmüşdür ki, ona iynə vurandan sonra onlar onu evə aparıb və orada guya külli miqdarda narkotik vasitəni İranlıdan əldə edib evində saxladığını bildirərək narkotiki onlara təqdim etmişdir. Bundan sonra Səttar ona artıq hər şeyin gec olduğunu bildirib tərtib edilən bütün sənədləri imzalayacağını bildirmişdir. O da qorxduğu üçün yalnız bir vərəqə imza etmiş, başqa sənədlərə imza etməmişdir. Mobil telefonunda “Qardaş” kimi qeyd etdiyi İranlı şəxslə ilə qardaşı Ruslanın xərçəng xəstəliyi ilə əlaqədar vəfat edən yoldaşının xəstəliyi ilə bağlı danışmışdır. Həmin şəxs həkim olmuş və adını xatırlamır. Baş Narkotiklərlə Mübarizə İdarəsində sənədləşmə rəsmiləşdirilərkən yanında vəkil olmamış, vəkili səhərəyaxın Baş İdarədə görmüşdür. O, Bakıya gələndə xalasıgildə qalmış, Binəqədidəki evdə cəmi bir gün qalmışdır. İstifadəsində konkret olaraq ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. Binəqədidə yerləşən evdən aşkar edilmiş və üzərində qeydlər aparılmış dəftərdəki yazılar ona məxsus olsa da, həmin yazıları ona Səttar yazdırmışdır. Səttar yazılacaq olanları demiş, o da yazmışdır. Ağcabədi rayonunda yaşamışdır. Övladının xəstəliyi ilə əlaqədar tez-tez onu Bakıya gəlmiş, övladının nitq qabiliyyətində qüsurlar olmuş və Bakı şəhərində yerləşən “Medikus” klinikasında müalicə olunmuşdur. Ailəsi Ağcabədi rayonunda yaşayır. İranlı şəxslərlə yazışmaları olmuş, onların nömrəsini ona Qismət vermişdir. İran İslam Respublikası vətəndaşları ilə onların tutulmasında Qismətə və Turala kömək etmək məqsədilə, sonuncuların tələbi ilə əlaqə saxlamışdır. İran İslam Respublikası vətəndaşı göndərəcəyi narkotik maddələrin siyasını ona mobil telefon vasitəsilə göndərmişdir. Xalasıgilin yaşadığı evin açarı onda da olmuşdur. Onu mobil telefonla zəng edib, sms yazaraq hədələyən polis əməkdaşlarına həmin smsləri özündə saxlayıb onlar barəsində müvafiq orqanlara şikayət edəcəyini dediyi üçün onu yenidən tutmaqda qərarlı olmuşlar. Heç vaxt narkotik vasitəni hər hansı qoyulan yerdən götürməmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsus olmamışdır. Övladının 3 yaşı var. Binəqədidə yaşadığı ev soyuq olduğu üçün övladını Bakıya gətirən zaman oraya aparmamışdır. Binəqədi rayonunda kirayə ev tutmaqda məqsədi övladının müalicəsinin Bakıda uzun müddət davam etməsi ehtimalı olarsa, həmin evdə yaşamaq olmuşdur. İlk tutulmasından sonra bu günədək narkotik vasitədən istifadə etməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 2 il əvvəl Bakı şəhərində “Əsgər” adlı şəxslə tanış olmuşdur. Əsgər həmin ərəfələrdə İran İslam Respublikasından kafel-metlax gətirib “Sədərək” Ticarət Mərkəzində satmış və həmin vaxtlar o, ev təmiri ustası kimi işlədiyindən kafel-metlax alışı zamanı Əsgəri tanımışdır. Əsgərlə 4-5 ay müddətində işləyəndən sonra sonuncu İrana getmiş və evlənib orada yaşamağa başlamışdır. Təxminən il yarım bundan əvvəl Əsgər Azərbaycana qayıtmış və onunla əlaqə saxlayıb görüşmüş, görüş zamanı Əsgər İrandan narkotik vasitə gətirdiyini, narkotik vasitənin Azərbaycanda satılmasına köməklik etməyini xahiş edib bunun müabilində ona pul verməyi təklif etmişdir. O da razılaşmış və onu İslam adlı şəxslə tanış etmiş, bundan sonra Əsgərlə İslam özləri narkotikin alveri ilə məşğul olmağa başlamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Bakıda olan Əsgərlə sonuncunun istifadəsində olan +**********3 Rusiya Federasiyasına məxsus mobil şəbəkənin nömrəsinin “WhatsApp” ilə danışmış və ondan özü üçün, yəni istifadəsi üçün 50 qram heroin istəmiş, sonuncu da etiraz etməmiş və o öz adamları vasitəsilə Bakı şəhəri, 312 nömrəli məktəbin yaxınlığına 50 qram heroin qoydurmuş və qoyduğu yerin fotoşəklini çəkib “WhatsApp”da ona göndərmiş, o da gedib həmin heroini atıldığı yerdən götürmüş və elə bu zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu yaxalamışlar. Bundan sonra barəsində cinayət işi başlanmış və həbs edilmişdir. Lakin kifayət qədər sübut olmadığından Səbail rayon prokurorunun qərarı ilə 29 sentyabr 2021-ci ildə həbsdən azad olunmuşdur. Həbsdən çıxandan sonra Ağcabədi rayonuna qayıtmış və ailəsilə birlikdə yaşamağa başlamışdır. Həbsdən çıxandan sonra Əsgər onunla yenidən əlaqə saxlayıb Bakıya gəlməsini, İrandan göndəriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddəni anbardar kimi saxlamasını, sonra onun dediyi adamlara çatdırmasını, bunun müqabilində ona pul verəcəyini təklif etmişdir. Maddi vəziyyəti pis olduğundan Əsgərlə razılaşmış və ünvan 2 ünvanında yerləşən evində yaşamağa başlamışdır. Təxminən 2 həftə əvvəl Əsgər onunla əlaqə saxlayıb 20 kiloqram narkotik vasitə və psixotrop maddə qoyulacağını, həmin maddələri götürüb evdə saxlamasını, sonra onun dediyi adamlara verməsini istəmişdir. O da razılaşmış, bundan sonra Əsgər onunla əlaqə saxlayıb Zirə tərəfə getməsini, narkotikin atılacağı dəqiq yeri ora çatanda deyiləcəyini bildirmişdir. O da gecə saatlarında icarəyə götürdüyü “KİA Optima” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zirəyə getmiş və ora çatandan sonra Əsgər narkotikin qoyulduğu yerin şəklini ona “WhatsApp”da göndərmiş, o da Zirəyə gedən yolda, yol kənarındakı plakatın altından, iri sellofana qoyulmuş narkotik vasitə və psixtrop maddəni götürüb yaşadığı evə aparmışdır. Bundan sonra o götürdüyü 20 kiloqram narkotik vasitə və psixotrop maddələri Əsgərin tapşırığı ilə onun dediyi adamlarla görüşüb onlara vermişdir. Tutulmazdan bir həftə əvvəl Əsgər onunla əlaqə saxlayıb daha bir 20 kiloqram narkotiki Zirəyə qoyulacağım bildirib ora getməsini istəmiş, o da idarə etdiyi avtomobillə yenə Zirəyə gedib Əsgərin eyni plakatın altına qoydurduğu narkotik vasitə və psixotrop maddəni götürüb yaşadığı evə aparmış, sonra isə həmin narkotik vasitə və psixotrop maddələri Əsgərin dediyi adamlara çatdırmışdır. Sonuncu dəfə Əsgər onunla 28 noyabr 2021-ci il tarixdə əlaqə saxlamış və bu dəfə 12 kiloqram narkotik vasitə və psixotrop maddə qoyulacağını bildirib yenə Zirəyə getməsini tapşırmış, o da həmin gün saat 17:30 radələrində idarə etdiyi “KİA Optima” markalı avtomobillə Zirəyə getmiş və eyni plakatın dibindən qara sellofan paketdə qoyulmuş heroin və metafetamini götürüb avtomobilinə qoymuş və yaşadığı evə aparmışdır. Bundan sonra o götürdüyü heroinin üzərindən 50 qram və metafetaminin üzərindən 8 qram götürüb üzərində saxlamış, qalan heroin və metafetaminləri isə sellofan bükümlərdə yataq otağındakı döşəyin altında gizlətmişdir. 2021ci ilin noyabrın 28-dən 29-na keçən gecə saat 01:00 radələrində yaşadığı evin qarşısında dayanıb siqaret çəkərkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin mülki geyimdə olan əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitə və psixotrop maddənin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmiş, orada hüquqlarının müdafiəsi üçün ona müdafiəçi təyin edilmiş, bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunanda polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış aparılacağı təqdirdə üzərində saxladığı heroin və metafetaminin aşkar olunacağını görüb səmimiyyətini göstərmək üçün əynindəki gödəkcənin sağ yan cibində saxladığı 2 bükümdə heroin və metafetamini təqdim etmiş və həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamini “Əsgər” adlı şəxsdən alıb əldə etdiyini və yaşadığı evdə də külli miqdarda heroin və metafetamin olduğunu, həmin heroin və metafetamini təqdim edə biləcəyimi bildirmişdir. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş və mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında gizlədib saxladığı külli miqdarda heroin və metafetamini polis əməkdaşlarına təqdim etmişdir. O, Əsgərin göndərdiyi narkotik vasitə və psixotrop maddələri Əsgərin təlimatı ilə onun sifariş etdiyi çəkiləri müəyyən etmək üçün tərəzilərdə çəkmiş və qablaşdırıb onun dediyi adamlara vermişdir. Baxış zamanı narkotik vasitə və psixotrop maddəni çəkmək üçün əldə etdiyi 3 ədəd elektron tərəzini də təqdim etmişdir. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində köməklik etdiyi üçün Əsgər ümumilikdə ona ayrı-ayrı vaxtlarda 2.000 manat pul vermişdir (cild 1, iş vərəqə 70-73 və 94- 97). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumat əsasında sonucunun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul olunmuş, bundan sonra Baş İdarə rəisinin əmri ilə idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq tədbirin keçirilməsinə başlanılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Talıblı küçəsindəki xalasıgildə olması barədə məlumat əldə etdikdən sonra saat 21 radələrində qeyd edilən ünvana getmiş və qapını döyərkən qapı arxasında olan bir nəfər qadın qapını açmadan Təqsirləndirilən şəxs mənzildə olmadığını, gəlişlərindən bir az əvvəl çıxıb getdiyini bildirmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs olduğu yerin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və sonuncunun Bakı şəhəri, Binəqədi rayonu ərazisində müvəqqəti olaraq ev kirayə tutub yaşadığını öyrənmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə qeyd edilən yerə getmiş və Təqsirləndirilən şəxs müvəqqəti olaraq yaşadığı ünvan 3 ünvanın qarşısında müşahidəyə başlamışlar. Artıq noyabrın 28-dən 29-na keçən gecə saat 01:10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Optima” markalı avtomobillə gəlib dayandıqdan sonra yaşadığı evə tərəf piyada hərəkət edərkən Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edib ondan da özünü təqdim etməsini istəmişlər. Sonuncu özünü təqdim etdikdən sonra ilk olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini bildirib ona hüquq və vəzifələrini izah etdikdən sonra onlarla birlikdə Baş İdarəyə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Orada araşdırmanın aparılması BNMİ-nin təhqiqatçısı Vüsal Həsənquliyevə həvalə edilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı və videoçəklişlə polis idarəsinin inzibati binasındakı otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən sonuncuya üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən 2 ədəd sellofan büküm təqdim etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda bükümlərin birinin içərisində metafetaminə, birində isə heroinə oxşar maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olan “Əsgər” adlı şəxsin 1 ay əvvəl 50 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddəni Zığ qəsəbəsi ərazisinə qoydurduğunu, İranlının tapşırığı ilə narkotik vasitə və psixotrop maddəni qoyulduğu yerdən götürüb Binəqədi rayonuna müvəqqəti yaşadığı evinə daşıdığını, bir hissəsini ayrı-ayrı yerlərə atdığını, hazırda da müvəqqəti yaşadığı evdə külli miqdarda narkotik vasitə və psixotrop maddə olduğunu və həmin narkotik vasitə və psixotrop maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 4 ünvanında baxış keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə birlikdə qeyd edilən ünvana getmişlər. Orada ona edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs səmimi olaraq evin giriş qapısından sol tərəfdə yerləşən yataq otağına onları dəvət edərək həmin otaqdakı çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altında olan ümumilikdə 12 ədəd bağlamanı, 3 ədəd elektron tərəzini və qeydlər olan dəftəri təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bağlamalara baxış keçirilmiş və bağlamaların ikisində metafetaminə oxşar maddə, onunda isə heroinə oxşar maddə aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğuya cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İranda yaşayan “Əsgər” və “Həsən” adlı şəxslərin tapşırığı ilə götürüb saxladığını, adları qeyd edilən şəxslərin tapşırığı ilə narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı yerlərə “zaklatka” etdiyini və bunun müqabilində İranlıların ona pul ödədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş maddələri “Əsgər” adlı İranlının deyəcəyi yerlərə qoymaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən evdən aşkar olunan dəftər barəsində soruşulduqda Təqsirləndirilən şəxs dəftərdəki qeydlərin narkotik vasitə və psixotrop maddələrin hesabatları olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xalasına məxsus evə daxil olmamışlar. Əməliyyat qrupunun tərkibində Səttar Əliyev olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman və ya sonuncunun xalasına məxsus evin yaxınlığında Habil adlı şəxslə danışmamışlar. Habil adlı şəxsi tanımır. Təqsirləndirilən şəxsi tutduqdan sonra birbaşa idarəyə aparmışlar. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı avtomobil, səhv etmirsə, sonradan idarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuş, avtomobili özü idarə etmişdir. Əməliyyat qrupuna o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxsə 3 nəfər yaxınlaşmışlar. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin evinə keçirilən baxışda əməliyyat qrupunun üzvləri, təhqiqatçı, təqsirləndirilən şəxsin özü və müdafiəçisi iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Cəmyət oğlu Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2021ci ilin noyabr ayının sonu, dəqiq tarixini xatırlamadığı günündə bacısı oğlu Təqsirləndirilən şəxs səhər saatlarında yaşadığı evə gəlib öz müalicəsi üçün istifadə etdiyi dərmanları ona verib, övladını müalicəsi üçün Ağcabədi rayonundan Bakı şəhərinə gətirdiyini bildirmişdir. Azərin övladının nitq qabiliyyətində qüsurlar olduğu üçün onu tez-tez müalicəsi üçün Bakı şəhərinə gətirmiş, lakin həmin müddətdə övladı onların evində qalmamışdır. Azər dərmanı verdikdən sonra çıxıb getmişdir. Həmin gün axşam saat 20:00 radələrində Azər səhər saatlarında ona verdiyi dərmanı götürmək üçün yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə ondan başqa oğlu X13, X9 və sonuncunun iki övladı olmuşdur. Azər təxminən 20 dəqiqə evdə olub biraz yemək yedikdən sonra evdən çıxan zaman qızı Aygül Azərdən avtomobili ilə onu “28 May” küçəsinə aparmasını xahiş etmişdir. Azər də razılaşıb Aygül və sonuncunun iki övladı ilə birlikdə evdən çıxmışdır. Bundan təxminən 2-3 dəqiqə keçmiş yaşadığı mənzilin qapısı döyülmüşdür. Qapının dəliyindən baxdıqda bir nəfər əvvəllər tanımadığı şəxsi görmüş, ondan kim olmasını soruşduqda Azərin dostu olduğunu, sonuncunun telefon zənglərinə cavab vermədiyini, bu səbəblə mənzilə gəldiyini bildirmişdir. O isə Azər, əsasən, Ağcabədidə yaşadığından Bakıda çox tanışının olmadığnı bildiyi üçün və ona dostunun gələcəyi barədə məlumat vermədiyindən qapını açmamışdır. Təxminən 2- 3 dəqiqə sonra yenə qapı döyülmüş, bu dəfə qapı dəliyindən baxdıqda Aygülü və övladlarını görmüş və qapını açmışdır. Elə bu vaxt 4 nəfər şəxs evinə daxil olmuşlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib onları bir qədər Azərin yaşadığı ünvan, Bakıya hansı səbəblə gəlməsi barədə sorğu-sual etmişlər. Daha sonra polis əməkdaşlarından birinin mobil telefonuna zəng gəlmiş və həmin zəngdən sonra çıxıb getmişlər. Daha sonra Aygül birlikdə getdikləri zaman polis əməkdaşlarının Azəri tutub üzərini axtardıqlarını, lakin həmin vaxt Azərin üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamasına baxmayaraq polis əməkdaşlarının sonuncunu apardıqlarını bildirmişdir. Azər evdə təxminən 20 dəqiqə qalmışdır. Polis əməkdaşları yaşadığı mənzildə olarkən oğlu Röyalın üzərində olan şalvarın ciblərini də yoxlamışlar. Polis əməkdaşları onları Azər barəsində təxminən 1 saat sorğu-sual etmişlər. Azər Ağcabədi rayonunda yaşamışdır. Azərin övladının nitq qabiliyyətində qüsurlar olmuşdur. Hadisənin baş verdiyi tarixi dəqiq xatırlamır. 28 noyabr 2021-ci il tarixdə gün boyu yaşadığı evdə olmuşdur. Azərin Bakı şəhərinə gəldiyi zaman harada qalması barədə məlumatı olmamışdır. Azərin Bakı şəhərində kirayədə yaşadığı evin ünvanını bilmir, oraya heç vaxt getməmiş, kiminsə getməsi barədə də məlumatı olmamışdır. Bildiyi qədərilə, Azər ilk dəfə tutulmuşdur. Qapını açmama səbəbi qapıdakı şəxsi tanımaması olmuş, qapını döyən polis əməkdaşı mülki geyimdə olmuşdur. Azərin narkotik vasitə istifadə etməsinin şahidi olmamış, bu barədə məlumatı olmamışdır. Bildiyi qədərilə, Azər Bakıya ancaq övladının müalicəsi ilə əlaqədar gəlmişdir. Yaşadığı evin açarı yalnız o və oğlu Röyalda olmuşdur. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 şahid X6 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə şahid qismində dindirilmiş X6 və X8 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarına və işin faktiki hallarına uyğun olmayan, qohumları olan Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirərək həmin şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər hesab etmir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 6/5285 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar və imzalar olan kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 51,263 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 8,279 qram ağ rəngli, kristalşəkilli maddə psixotrop maddə metafetamindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” və s. yazılar və imzalar olan polietilen torbada 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1007 qram; 1012 qram; ümumi təmiz çəkisi 2019 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 2 ədəd bağlamadakı metafetamin kütlələri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metafetamin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir, 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1017 qram; 1017 qram; 1012 qram; 1050 qram; 1012 qram; 1017 qram; 1012 qram; 1017 qram; 1012 qram; 1012 qram; ümumi təmiz çəkisi 10178 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 10 ədəd bağlamadakı heroin kütlələri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir, 1 ədəd gümüşü korpuslu dairəvi səthə malik, 1 ədəd gümüşü korpuslu düzbucaqlı səthə malik elektron tərəzi üzərində psixotrop maddə metafetaminin izləri, göy rəngli tərəzinin üzərində və 1 ədəd oturacaq hissəsi kəsilmiş plastik butulkanın daxilində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Adları qeyd olunan predmetlərdə heroin və metafetamin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır (Qeyd: heroinin ümumi təmiz çəkisi 10229,263 qram, tədqiqata sərf edildi 0,24 qram, qalıq 10229,023 qram, metafetaminin ümumi təmiz çəkisi 2027,279 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 2027,129 qram, cild 1, iş vərəqə 47-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli 5/353 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 1 ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “X20 8” markalı “M1908C3JG” modelli **********22489, **********22497 imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş “X20 8” markalı “M1908C3JG” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur (cild 2, iş vərəqə 73-76). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və görtürmə aparılması” haqqında protokoldan görünür ki, 29 noyabr 2021-ci il tarixdə BNMİ-nin inzibati binasında müdafiəçisinin iştirakı ilə videoçəkilişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs şifahi suala cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metafetamini İran İslam Respublikasında yaşayan Əsgər adlı şəxsin göndərdiyini və yaşadığı evdə narkotik vasitə heroinin və psixotrop maddənin bir hissəsini saxladığını bildirmişdir (cild 1, iş vərəqə 29-31). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, 29 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, K.Ələkbərov küçəsi ev 1/B ünvanına Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə videoçəklişlə həyata keçirilən baxış zamanı ona edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs özü evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında gizlətdiyi 10 ədəd bağlamada narkotik vasitə heroin, 2 ədəd bağlamada psixotrop maddə metafetamin, 3 ədəd elektron tərəzi, 1 ədəd alt hissəsi kəsilmiş plastik butulka və 1 ədəd üzərində qeydlər olan dəftəri təqdim edərək aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni ona Əsgər və Həsən adlı İran İslam Respublikasında yaşayan şəxslərin göndərdiyini, həmin şəxslərin tapşırığı ilə narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı yerlərə qoyduğunu, mənzildən aşkar edilmiş 1 ədəd dəftərdəki qeydlərin narkotik vasitə və psixotrop maddələrin qeydiyyatı olduğunu bildirmişdir (cild 1, iş vərəqə 34-35). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, dəftərin İ vərəqinin birinci səhfəsində «xx.xx.2021 -ci İl. İ кг k. 1,5 кг k, k - 200 Əsgər, 100 k, 500 k, 80 k, 100 k, 100 k, 200 k, 100 k, 100 k, 20 m 200 n, 500 n, 20 rı, 50 n. 20 n, 100 n, 20 n və 50 п верилмелиди», ikinci səhifəsində «xx.xx.2021 '50, 350. 100, 150, 400, 500, 400, 50, 100, 50, 100, 200, 150 к, 300 к, 1 İ кг к, 4U0 к, i00 п. 200 и, 100 п», dəftərin İİ vərəqinin birinci səhfəsində «200, 50, 20, 30 г, 500 k---5CO 200 ə 500 ot Əsgər Бэрдэ, 1 кг 3 №, 300 к, 410 к, 50 к, 50 к, 150 п», ikinci səhifəsində «1760 к. 200 к, 80 к, 50 к, 100, Ка- 5, 400, 400 к,- 30, 100, 20, 20, 400, 200, 500», dəftərin İİİ vərəqinin birinci səhfəsində «100, 100, 80, 50, 100, № 5, 40+30, 500 ot, 100 к, 50 к, 20, 100, 20, 20, 500, 500», dəftərin İV vərəqinin birinci səhfəsində «1 кг, 1 кг к, 1 кг, 1 кг, İ кг, 1 кг, 150 к, 500 к, 500 к, 500 к, 700 к+200 к, 350 к, 2 кг, 150 к, 130 к, 150 п, 200 и, 200 п, 500 п, 200 п, 50 п, 250 и, 250 п, 200 п, 300 п+50 п, 100 п, 500 п, 50 п, 70 п», ikinci səhifəsində «700, 6 кг, 200, 1 к, 700, 300, 550, 300, 1 к.500 Oğlan, 200, 50, 30, 200, 300, 100, 100, 1411-1180=231, 1200- 316=884 мэндэ», dəftərin V vərəqinin birinci səhfəsində «1 к, 170, 500, 300, 200, 500, 500+, 200+300, 800, 800+200, 1 кг, 300, 30, 100, 50, 50, 200, 200, 200», ikinci səhifədə 316 к, 70 n» rəqəmləri, hərfləri və sözləri qeyd edilmişdir (cild 1, iş vərəqə 55-64). Cinayət işinin materiallarında olan “mobil telefonlara baxış keçirilməsi” haqqında protokoldan görünür ki, mobil telefon aparatının abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98 938 *** **** nömrə “Гардаш” kimi, +98 933 *** **** nömrə “Seyid” kimi, Rusiya Federasiyasının mobil operatoruna məxsus +**********3 nömrə “Гардаш”, +7915272 3662 nömrə “Гардаш 22” kimi qeyd edilmişdir. Mobil telefon aparatının “Foto” bölümündə mobil telefonun kamerası ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş və üzərində narkotik vasitə və psixotrop maddələrin hesabatların qeyd edildiyi dəftərin üç vərəqinin xx.xx.2021-ci il tarixdə saat 20:13 və 20:14-də fotoşəkilləri çəkilmişdir. İş üzrə götürülmüş “X20 8” markalı mobil telefon aparatı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 76-82). Cinayət işinin materiallarında olan “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrədən ötürülən məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən nömrə ilə xx.xx.2021-ci il saat 20:13:36-da Təqsirləndirilən şəxs qardaşı X2 adına qeydə alınmış ***-***-**-** nömrədən ünvan 7 ünvanında qeydiyyatda olan X5 adına qeydə alınmış ***-***-**-** nömrəyə “Azerin qardawıyam Evi tamiz saxla Azeri tutublar” məzmunlu SMS göndərilmişdir (cild 2, iş vərəqə 66-71). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 28 fevral 2022-ci il tarixli 993 nömrəli rəyi ilə müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 181-182). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 10229,023 qram olan narkotik vasitə heroin və 2027,129 qram olan psixotrop maddə metafetamin, üzərində metafetamin və heroin izləri olan 3 ədəd elektron tərəzi, 1 ədəd oturacaq hissəsi kəsilmiş plastik butulka maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 1 ədəd üzərində qeydlər olan dəftər və 1 ədəd “X20 8” markalı mobil telefon, telefon məlumatlarını əks etdirən 4 ədəd CD disk, şəxsi axtarış və götürmə, baxış keçirilməsi və götürmə istintaq hərəkətlərini əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 118-133). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 5(001)- 1719/2021 nömrəli qərarı ilə BNMİ-nin əməliyyat baş müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 28 noyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 127). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Yamalo-Neneç MD Tazovsk Federal rayon məhkəməsinin 25 oktyabr 2007-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsinin Q bəndi, 228.1-ci maddəsinin 3-cü hissəsi və 74-cü maddəsinin 5-ci hissəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yamalo-Neneç MD Labitnansk şəhər məhkəməsinin 11 avqust 2011-ci il tarixli qərarı ilə cəzası 10 (on) il 11 (on bir) aya endirilmiş, Yamalo-Neneç MD Labitnansk şəhər məhkəməsinin 26 avqust 2015-ci il tarixli qərarı ilə cəzasının qalan hisəsini çəkməsi üçün təhvil verilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.3 və 177.2.3-cü maddələrinə tənzimlənərək 10 (on) il 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş hesab edilməklə 21 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 178-180). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələbinə görə “az ağır” və “ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 5-6). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 25). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 115-117). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 noyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 189,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 10229,023 qram olan narkotik vasitə heroin və 2027,129 qram olan psixotrop maddə metafetamin; -üzərində metafetamin və heroin izləri olan 3 ədəd elektron tərəzi; -1 ədəd oturacaq hissəsi kəsilmiş plastik butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -1 ədəd “X20 8” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; -1 ədəd üzərində qeydlər olan dəftər, telefon məlumatlarını əks etdirən 4 ədəd CD disk, şəxsi axtarış və götürmə, baxış keçirilməsi və götürmə istintaq hərəkətlərini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 189,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 10229,023 qram olan narkotik vasitə heroin və 2027,129 qram olan psixotrop maddə metafetamin; -üzərində metafetamin və heroin izləri olan 3 ədəd elektron tərəzi; -1 ədəd oturacaq hissəsi kəsilmiş plastik butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “X20 8” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; -1 ədəd üzərində qeydlər olan dəftər, telefon məlumatlarını əks etdirən 4 ədəd CD disk, şəxsi axtarış və götürmə, baxış keçirilməsi və götürmə istintaq hərəkətlərini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1408/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1408/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver