Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1408/2023 21.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmuş (Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 1 (bir) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində və iş yerində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 1050,871 qram (1 kq 50,871 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, 20 yanvar 2023-cü il tarixdə saat 14:00-da Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 küçəsində yerləşən Bakı şəhəri Suraxanı RPİ-yə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd bükümdə təmiz çəkisi 4,971 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı və işlədiyi ünvan 3 ünvanında yerləşən qapı və pəncərə təmir sexinə baxış zamanı 1 ədəd bağlamada təmiz çəkisi 1045,9 qram (1 kq 45,9 qram) olan kustar üsulla hazırlanmış, üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni kimyəvi tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 yanvar 2023-cü il tarixdə Hövsan qəsəbəsində saat 11:00 radələrində polis əməkdaşları onu saxlayaraq üstünə baxış keçirdikdən sonra Suraxanı RPİ-yə gətirmişlər. Sonra da idarədə otaqların birində polis əməkdaşları qarşısına narkotik vasitəni qoyaraq videoçəkiliş vasitəsilə keçiriləcək şəxsi axtarış zamanı həmin bağlamanın ona məxsus olduğunu bildirməyini tələb etmişlər. O isə polis əməkdaşlarına narkotik vasitədən istifadə etdiyindən istifadəçi kimi cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirmişdir. Lakin onlar bağlamada olan narkotik vasitənin ona məxsus olduğunu bildirməsi üçün ona psixoloji təsir göstərmişlər. Sonra onu heç vaxt getmədiyi zirzəmiyə aparıb orada videoçəkiliş vasitəsilə axtarış keçirmişlər. Səhər saat 11:00 radələrində saxlanılmağına baxmayaraq müdafiəçi axşam saatlarında ona təqdim olunmuşdur. Polis əməkdaşları onu döydükləri üçün videoçəkiliş aparılarkən həmin bağlamanın özünün olduğunu demişdir. Saxlanılarkən hüquqlarını müdafiə edən vəkil də həmin bağlamanın ona məxsus olduğuna inanmamışdır. Şəxsi axtarış zamanı vəkilin iştirak etməməsinə etiraz etmədiyinə dair ərizə yazmamışdır. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Hövsanda onu saxladıqları ünvanla Suraxanı RPİ-nin inzibati binasının arasında 30-45 dəqiqəlik məsafə olmuşdur. Polis əməkdaşları müdafiəçinin yanında onu döymüşlər. Saxlanılan zaman ona psixoloji və fiziki təsir göstərmişlər. 3 saylı İstintaq Təcridxanasında müayinə zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Üzərində xəsarət aşkar olunmamışdır. İbtidai istintaq zamanı ona fiziki zor tətbiq edildiyini və üzərində narkotik vasitə olmadığını müstəntiqə bildirsə də, müstəntiq yazmamışdır. Əvvəllər 4 dəfə məhkum olunmuşdur. İbtidai istintaq zamanı ona fiziki təsir etdiklərindən yazılan həmin ifadəyə oxumadan imza etmişdir. İttiham aktında qeyd edilən zirzəmiyə əvvəllər getməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, heroin kimi tanıdığı narkotik vasitədən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə İİR-nın vətəndaşından 2000 manat pul ödəməklə “zaklatka” yolu ilə bir bağlama narkotik vasitə heroin əldə etmişdir. 20 yanvar 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı və işlədiyi sexin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun şəxsiyyəti barədə maraqlanmışlar, o da özü təqdim etmişdir. Polis əməkdaşları ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış aparılmasının zəruri olduğunu bildirib onlarla birlikdə Suraxanı RPİ-nə getməli olduğunu demişlər. Suraxanı RPİ-də gəldikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onu RPİ-nə aparmış polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı əşya, maddə varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində narkotik maddə heroin olan 1 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün açılaraq içinə baxıldıqdan sonra ondan həmin bükümdəki maddənin nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməyi soruşulduqda o, bükümün içərisində kokos, yəni heroin olduğunu, öz şəxsi istifadəsi və satış məqsədi ilə İİR-nın vətəndaşından 2000 manat pul ödəməklə “zaklatka” yolu ilə əldə edib bir hissəsini üzərində, çox hissəsini isə yaşadığı və işlədiyi sexdə saxladığını bildirmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə heroin olan büküm onun iştirakı ilə 1 ədəd kağız zərfdə qablaşdırılaraq zərfin üzəri onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənib götürülmüşdür. Daha sonra ona yaşadığı və işlədiyi yerə baxış keçirilməsinin zəruri olması izah edilmiş, o da yaşadığı və işlədiyi yerə baxış keçirilməsinə icazə vermişdir. Bundan sonra polis əməkdaşları onun və vəkilinin iştirakı ilə ünvan 6 ünvanında yerləşən qapı və pəncərə təmiri sexinə gedərək baxış keçirmişlər. Baxış zamanı sexdən 1 ədəd göy rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin torbanın içərisində narkotik vasitə heroin olduğunu, onu da İİR-nın vətəndaşı olan tanımadığı şəxsdən satış məqsədilə və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş içərisində heroin olan 1 ədəd torba təhqiqatçı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 75-77). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 20 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:00da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 15 B ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında, daşınmasında və satışında şübhəli olduğundan üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib onlarla birlikdə Suraxanı RPİ-yə getməli olduğunu demişlər. Polis idarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra onların iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümdəki kütlənin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə “kakos” adı ilə tanınan narkotik vasitə heroin olduğunu, bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı ünvanda saxladığını, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm təhqiqatçı tərəfindən götürülərək 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına və həmin ünvanda olan plastik qapı-pəncərə təmiri sexinə Təqsirləndirilən şəxs özünün, müdafiəçisinin və onların iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs iş yerində saxladığını bildirdiyi narkotik vasitəni təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs iş yeri olan plastik qapı-pəncərə təmiri sexindəki şkafdan 1 ədəd göy rəngli sellofan bağlamasını götürərək təqdim etmişdir. Həmin bağlama açıldıqda içərisində qəhvəyi rəngli kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəsini “zakladka” yolu ilə İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün və satması üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü ildə saat 14:00-da saxlamışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı müqavimət göstərməmişdir. Şəxsi axtarış aparılmasında müdafiəçi də iştirak etmişdir. Aşkar edilmiş narkotik vasitənin çəkisi artırılmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 101-104). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ cibindən içərisində qəhvəyi rəngli kütlə olan 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə “kokos” adı ilə tanınan narkotik vasitə heroin olduğunu, “zakladka” yolu ilə öz istifadəsi və satış üçün İran İslam Respublikası vətəndaşından 2000 manata əldə edib bir hissəsinin üzərində, digər hissəsini yaşadığı ünvanla bir yerdə olan iş yerində saxladığını, yaşadığı ünvana və iş yerinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm təhqiqatçı tərəfindən götürülərək 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqə 33-34). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi 1 ədəd bükümün içərisindəki maddənin nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda, o, həmin bükümün içərisində olan maddənin kakos, yəni heroin kimi tanıdığı narkotik vasitə olduğunu, İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi və satış məqsədi ilə cəmi 2000 manata “zakladka” yolu ilə aldığını, bir hissəsini üzərində saxlamaqla daşıdığını, digər hissəsini yaşadığı və işlədiyi yerdə saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilmiş, başqa hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs RPİ-nə gətirilərkən və ya RPİ-də olarkən ona qarşı hər hansı bir fiziki-psixi təsir göstərilib və ya göstərilmədiyi soruşulduqda, Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir fiziki-psixi təsir göstərilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 80). Cinayət işinin materiallarında olan “mənzilə baxış və götürmə aparılması haqqında” 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvandakı iş yerinə Təqsirləndirilən şəxs özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs iş yerində saxladığını bildirdiyi narkotik vasitəni təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs iş yeri olan plastik pəncərə və qapı təmiri sexindəki şkafdan 1 ədəd göy rəngli sellofan bağlamanı götürüb təqdim etmiş, həmin bağlama açıldıqda içərisində qəhvəyi rəngli kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bağlama təhqiqatçı tərəfindən götürülərək 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqə 37-38). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı və eyni zamanda iş yeri olan ünvan 7 ünvanına Təqsirləndirilən şəxs, müdafiəçisi X3 və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs evində - iş yerində saxladığını bildirdiyi narkotik vasitələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs işlədiyi plastik qapı-pəncərə təmiri sexin olan şkafın içərisindən göy rəngli sellofan bağlamanı çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin kakos, yəni narkotik vasitə heroin olduğunu, özünün istifadəsi və satış məqsədi ilə İİR vətəndaşından “zakladka” yolu əldə etdiyini, bir hissəsini üzərində saxlamaqla daşıdığını, əsas hissəsini isə işlədiyi plastik qapı-pəncərə sexində saxladığını bildirmişdir. Baxış davam etdirilmiş və başqa narkotik vasitə aşkar edilməməmişdir. Təqsirləndirilən şəxs iş yerinə - evinə baxış zamanı aşkar edilmiş 1 ədəd sellofan bağlama təhqiqatçı tərəfindən götürülərək 1 ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqə 81). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2023-cü il tarixli 6/393 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,971 qram olan qəhvəyi rəngli və kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 1045,9 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1050,871 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 1050,771 qram, cild 1, iş vərəqə 48-52). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 3 mart 2023-cü il tarixli 1274 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 115-116). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 İstintaq Təcridxanasının 17 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilərkən baxış zamanı zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır (cild 2). Cinayət işinin materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və iş yerindən aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 1050,771 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 117-126). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Əhədov X2 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 1 (bir) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 112-114). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 91-96). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və iş yerindən aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 1050,771 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və iş yerindən aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 1050,771 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1408/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1408/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver