Məhkəmə qərarları › İş №1(101)-141/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-141/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-141/2020 25.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri, hakim Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı3, Müdafiəçi iştiraklarıilə xx.xx.1980-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 40-da qeydiyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən küçəsi, ev 30-da kirayədə yaşayan, hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidməti Bakıİstintaq Təcridxanasında həbsdəsaxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi və qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda külli miqdarda ümumi 1060,076 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki əldə edib üzərində və etibarnamə ilə idarə etdiyi “BMW 523” markalı 90-RF1-379 dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, xx xxxxx 2019-cu il tarixdə saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu ərazisində Sabunçu dairəsi adlanan yerin yaxınlığında dayandırdığı həmin avtomobilin yanında saxlanılaraq əvvəlcə üzərinə baxış keçirilərkən qeyd edilən narkotik vasitənin bir hissəsi olan 55,076 qram təmiz çəkidə tiryək onun əynindəki açıq boz rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd politilen bükümdə, eləcə də həmin yerdə saxladığı “BMW 523” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilərkən qeyd edilən narkotik vasitənin qalan hissəsi olan 1005 qram təmiz çəkidə tiryək isə həmin avtomobilin salonunda sürücüyə aid oturacağın altından çıxarıb təqdim etdiyi 01 ədəd qara rəngli polietilen torbada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüşittihamüzrətəqsirlibilməyərəkifadəsində göstərdi ki, xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Loğman adlı şəxs ona zəng edərək Bakı dadırsa kəndçiləri ailəlikcə hazırda Bakı şəhərindədir ona kəndə gəlmək üçün taksi lazımdır. Loğman ona həmin adamın adının Aslan oduğunu və telefon nömrəsini ona göndərərək özlərinin danışmalarını bildirmişdir. Aslanla danışarkən ondan harada olduğunu soruşanda o Binəqədi kəndində olduğunu bildirdikdə özü onu yığacağını bildirmişdir. Axşam saatlarında Aslan ona zəng edərək Binəqədidə olduğunu bildrmiş və görüşüb onu götürdükdən sonra Aslan ona ailəsinin Binə qəsəbəsində olduğunu və onları götürüb kəndə çıxmalarını bildirmişdir. Onlar yeni yola düşmüşlər ki, Aslana zəng gəlmiş Aslan «tələsməyin gəlirəm» dedikdən sonra ona bildirmişdir ki, uşaqları tələsirlər, sonra yenə Aslana zəng gəlmiş Aslan danışdıqdan sonra ona bildirmişdir ki, böyrəkləri xəstədir, özünü saxlaya bilmir münasib yerdə saxlasın bayıra çıxmaq istəyir. Balaxanı yolunda dördyola çatmamış yolun kənarında dayanmış Trayler pirsepinin arxasında avtomaşını saxlamış və Aslan maşından düşmüş və pirsepin böyür hissəsinə keçib 3 dəqiqə sonra qayıdıb maşına minərək yola davam etmişlər. Sonra Aslana zənglər gəlmiş, danışa danışa ondan hazırda harada olduqlarını soruşduqda Balaxanı yolunda olduqlarını bildirmişdir. Ara bir zəng gəlir Aslan danışır arada da «hə də ora gəlirəm» demişdir. Aslan telefon danışığından sonra ona bildirmişdir ki, yolüstü qardaşoğlunda götürsünlər. Ona yol göstərə-göstərə yolun sağ kənarında maşını saxlatmış və qardaşoğlunun orada olmasını bildirmiş və ondan aralana aralana telefonla danışmağa başlamış və gəlib maşında əyləşərək deyinməyə başlamış və qardaşoğlunun gecikdiyini bildirmişdir. Həmin vaxt maşının arxasında bir maşın, qarşısında da bir maşın saxlamışdır. Həmin vaxt iki maşında onun maşınına yaxınlaşmış və içindən adamlar düşüb ona yaxınlaşmış və onu maşından çıxarıb demişlər ki, onun maşınında narkotik maddə var. Həmin vaxt Aslanda saxlanılıb başqa maşına mindirilmişlər. Onu maşında döyməyə başlamışlar, ona ata-anasının olub olmamasını soruşmuşlar, ona dediklərini yazmasa evdə axtarış aparıb evdən narkotik maddə aşkar edəcəklərini və valideyinlərinin adına sənədləşdirəcəklərini bildirmişlər. Onu evə gətirmişlər evə soxulub icazəsi olmadan evə baxış keçirmişlər sonra onu polis idarəsinə gətirib orada döyüb işgəncələr verərək yazdıqları izahatlara imza etdirmişlər. Onun bu cinayətdən xəbəri olmamış, ümumiyyətlə onun nə maşınında nə üzərində nə də evində narkotik maddə aşkar olunmamış, o heç vaxt narkotik vasitələrin satışı və ya saxlanılması ilə məşqul olmamışdır. Bütün bunlar Aslan vasitəsi ilə polis əməkdaşlarının ona atdığı iftiradır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxx 2019-cu il tarixdə xidmət etdiyi Baş İdarəyə əslən Cəlilabad rayon sakini olan, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Binəqədi və Sabunçu rayonları ərazisində külli miqdarda narkotik vasitə tiryəkin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Baş İdarənin əməkdaşı Şahid4 bu barədə raportla rəhbərliyə məruzə edəndən sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və dəvət edilmiş hal şahidləri ilə birlikdə xx xxxxx 2019-cu il tarixdə, saat 20-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dairəsinin yaxınlığında qara rəngli, “BMW 523” markalı, avtomobilin qarşısında zahirən Təqsirləndirilən şəxs oxşar şəxsi müəyyən edib dərhal ona yaxınlaşdıq və hal şahidlərinin iştirakları ilə özlərini təqdim edərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə tiryəkin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər və üzərində, avtomobilində qanunsuz saxladığı maddələr varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində 01 ədəd bükümdə təxminən 60 qrama yaxın narkotik maddə tiryək, 33 manat pulu, 01 ədəd «LD» markalı siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd də mobil telefonu var. Bunu deyərək Təqsirləndirilən şəxs hal şahidlərin iştirakı ilə öz əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmçinin şalvarının sol yan cibindən 33 manat pulu «Nokia» markalı mobil telefonu, əynindəki tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd «LD» markalı siqaret qutusunu və 01 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd həmin şəffaf sellofan büküm hal şahidlərinin iştirakı ilə açılıb baxıldıqda içində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə tiryəkə oxşar maddə aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi pul, siqaret qutusu və alışqan özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb edildiyindən götürülmüşdür. Bunun ardınca Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 523” markalı, avtomobildə hər hansı bir qanunsuz əşyaların olub-olmamasım soruşduqda Təqsirləndirilən şəxs səmimi şəkildə bildirmişdir ki, idarə etdiyi həmin avtomobildə 01 ədəd torbada təxminən 01 kiloqrama yaxın narkotik maddə tiryək vardır. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs özü həmin avtomobilin qabaq salonunun sürücü tərəfdən olan oturacağın altından 01 ədəd qara rəngli polietilen torbanı çıxarıb təqdim etmişdir. Yenə də həmin qayda ilə torbanı açıb baxdıqda onun içərisindən tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmişdir. Həmin maddə də torba ilə birgə götürülərək qablaşdırılmış, bundan sonra həmin avtomobilə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs izah etmişlər ki, onun kirayədə yaşadığı ünvan 1 ünvanına da baxış keçirilməsi zəruridir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə də yazmışdır. Əməliyyat qrupu olaraq hal şahidləri və Təqsirləndirilən şəxslə birlikdə onun yaşadığı ünvana getmişlər, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin qanunsuz heç nə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən və avtomobildən aşkar edilmiş narkotik maddə tiryəki özü xx xxxxx 2019-cu il tarixdə Lənkəran şəhərindən Bakı şəhərinə idarə etdiyi avtomobillə tanımadığı sərnişini gətirərkən aralarındakı söhbət zamanı həmin sərnişin ona 01 kiloqram tiryəki sata biləcəyini təklif etmiş, o da onunla razılaşaraq 2.000 manat pul müqabilində həmin tiryəki sərnişindən alıb saxlamışdır ki, sonradan özü müştəri tapıb bir qədər baha qiymətə satsın. Daha sonra isə Təqsirləndirilən şəxs, hal şahidlərini özləri ilə birlikdə sənədləşmə işi aparılması üçün Baş X2 binasına dəvət etmişlər. Oraya gələndən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq ona təqdim edilmiş, sonra əməliyyat qrupunun rəhbəri Şahid4 tərəfindən aşkar edilənlərlə bağlı protokol yazılaraq bütün iştirakçılara ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəməistintaqızamanışahidqismindədindirilmiş Daxiliİşlər Nazirliyinin Baş Narkotiklərlə Möbarizəİdarəsinin əməkdaşları Şahid4, Şahid2 vəŞahid3 şahidQuliyevElmanRamazanoğluiləeyniməzmunluifadəvermişlər. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, xx xxxxx 2019-cu il tarixdə saat təxminən 19 radələrində Bakı şəhərində Daxili İşlər Nazirliyinin Baş X2 binası yanından piyada keçib gedərkən ona tərəf mülki geyimdə iki nəfər şəxs yaxınlaşıb özlərinin polis əməkdaşları kimi təqdim edib daxil olmuş məlumata əsasən narkotik vasitə tiryəkin satışı ilə məşğul olan bir nəfər şübhəli şəxsin tutulması ilə bağlı keçiriləcək əməliyyat-axtarış tədbiri ilə əlaqədar onun da orada hal şahidi kimi iştirak etməsini demişlər. O, bununla razılaşmş və birlikdə Bakı şəhəri Sabunçu dairəsi yaxınlığına getmişlər. Təxminən saat 20 radələrində polis əməkdaşları Sabunçu dairəsinin yaxınlığında qara rəngli, «BMW» markalı avtomobilin qarşısında dayanan Təqsirləndirilən şəxs saxlayıb onu da həmin yerə dəvət etmişlər. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd sellofan büküm, 33 manat pulu və «Nokia» markalı mobil telefonu, gödəkçəsinin cibindən siqaret qutusu və alışqan aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi «BMW» markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq salonunun sürücü tərəfdən olan oturacağın altından bir ədəd qara rəngli polietilen torba aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, hadisə günü axşam evdə olmuş həyətdən oğlunun, «ata mənə bunlar şər atırlar» sözünü eşitmişdir. O, bir ana kimi canfəşanlıq etmiş, onu susdurmuşlar. Ona narahat olmamasını dedikdə, o, niyə uşağının əli qolu bağlı gətirdiklərini soruşarkən, söz soruşub çıxıb gedəcəkərini bildirmişlər. Həmin vaxt polislər hamısı növbə ilə ayaqyoluna girib çıxmışlar. Sonra o, içəridən boğunuq səs və söyüş səsləri eşitmişdir. Həmin vaxt orada adı Oktay olan əməkdaş ona qışqırıb, «səs salma sənin özünüdə tutub apararıq» demişdir. Həmin vaxt orada rəis dedikləri bir nəfər şəxs Oktayın üzərinə qışqırıb bayıra çıxarmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx xxxxx 2019-cu il tarixli 9437 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: ‘Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş l (bir) ədəd., bükümdə...” yazısı olan zərfdəki bir ədəd polictilcn bükümdə, təmiz çəkisi 55,076 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində: «X7 idarə etdiyi BMW-523 markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşından aşkar edilərək götürülmüş ......» yazısı olan qara rəngli polietilen torbada, təmiz çəkisi 1005 qram olan tönd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomaşından götürülmüş tiryəkin ümumi təmiz çəkisi 1060,076 qramdır və həmin tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 dair xx xxxx 2019-cu il tarixli 1464 №-li rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2018-ci il tarixli etibarnamədən gorünür ki, “BMW 523” minik markalı avtomobilin mülkiyyətçisi X4 həmin avtomoboli sahiblik və istifadə hüququnu həyata keçirmək üçün Təqsirləndirilən şəxs ƏN-Vİ 473256 saylı etibarnamə verilmişdir. Təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəyə hüquqi qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verərək həmin narkotik vasitələrin ona məxsus olmaması və ona izahatlarını və ifadələrini təzyiq göstərilməklə yazıldığını bildirməkdə o, yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə iclasında dindirilmişşahidlərinifadələri, habelə cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilənşəxsinittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər X11 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə həmin cəzadan 07 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, həmçinin xx.xx.2015-ci ildə şərti cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxsüzərindəçəkilməmişcəzasıqalmamış, lakin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsinə görə cinayətlərin təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını nəzərə alır. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyinedilmiş cəza ciddi rejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odurki, Təqsirləndirilən şəxsnatəyinediləcəkazadlıqdanməhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu iltarixdənhesablanmalıdır. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1059,876 qram qalıq çəkidə narkotik vasitə tiryək məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsinvəona08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu iltarixdənhesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1059,876 qram narkotik vasitə tiryək məhv edilsin. Hökmdən elanolunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığıvaxtdansonrakıgünqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar