Məhkəmə qərarları › İş №1(101)-141/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-141/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-141/2023 18.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, X10, X4, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə X7 və daxili nəzarət departamentinin Daxili nəzarət şöbəsində böyük mütəxəsis vəzifəsində işləyən, məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 105, mənzil 3-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1662,690 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən 3 nömrəli mənzilə daşımış, həmin heroinin 2,690 qram hissəsini üzərində, qalan 1660 qram hissəsini yaşadığı mənzildə saxlamış, Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin, həmin idarənin X2 və 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanının qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda, yəni 2,690 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüş, bundan sonra yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən 3 nömrəli mənzildə keçirilən axtarış zamanı həmin mənzilin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı çarpayının saxlanc yerindən 01 ədəd şəffaf sellofan torbada külli miqdarda, yəni 1660 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o Bakı Özəl Türk Liseyinin məzunudur, ölkəni dəfələrlə yarışlarda təmsil etmiş, xarici ölkədə təhsil almış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə X7 və daxili nəzarət departamentinin Daxili nəzarət şöbəsində böyük mütəxəsis vəzifəsində işləmişdir. Hazırda 37 yaşı var, 35 yaşı olarkən bir müddət işsiz olduğu üçün narkotik vasitədən az miqdarda istifadə etməyə başlamışdır. Saxlanıldığı gün polis əməkdaşları döyə-döyə ona təzyiq göstərmişlər, onlar ona işgəncə etmişlər və onu üzərindən silah çıxaracaqları və anası da bu iş üzrə şübhəli şəxs kimi cəlb edəcəkləri ilə hədələmişlər. Onlar üzərinə 2,6 qram narkotik vasitə yerləşdirmişlər. Videoçəkiliş zamanı təzyiqlər qarşısında məcbur qalıb üzərinə yerləşdirdikləri narkotik vasitəni çıxarıb onlara təqdim etmiş, lakin həmin narkotik vasitənin guya onun olduğunu bildirməmişdir. Onlar ondan evində narkotik vasitə olubolmadığını soruşmuşlar, o isə onlara nə evində, nə də üzərində narkotik vasitə olmadığını demişdir. O, idarədə olarkən 4 nəfər polis əməkdaşı onun iştirakı olmadan yaşadığı evə getmişlər. Onlardan biri anası ilə söhbət edərkən digərləri evin digər otaqlarına daxil olmuşlar. Bacısı evdə olmuş, lakin o çölə çıxmamışdır. Polis əməkdaşları evinə narkotik vasitə yerləşdirmişlər. Bundan sonra onlar onu yaşadığı evə aparmışlar. Orada videoçəkiliş olmuşdur. Polis əməkdaşları evinə daxil olduqdan qısa müddət, yəni 3 dəqiqə ərzində öz yerləşdirdikləri narkotik vasitəni tapmışlar. O həmin bükümü ilk dəfə imiş ki, görürmüş, evində də narkotik vasitə yox imiş. Videoçəkiliş zamanı onlara öz haqlı etirazını bildirmiş və həmin bükümün onun olmadığını bildirmişdir. O ifadə verməmiş, izahat da yazmamış, özlərinin yazdıqları mətni onu döyə-döyə imzalamışlar. Həmin vərəqləri oxumaq istəyəndə onlar ona icazə vermirmişlər. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və üzərinə, evinə narkotik vasitə yerləşdirmələri barədə Baş Prokurorluğa, Ombudsmana şikayət etmişdir. Saxlanıldığı gün sonuncu dəfə kakos çəkmişdir, heroini çox çətinliklə müxtəlif yerlərdən əldə etmişdir. Narkotik vasitəni mikrorayon ərazisində yanan binada Asif adlı şəxsdən almışdır, lakin 5 ay keçdiyi üçün həmin şəxsin mobil nömrəsini xatırlamır, Asifi başqa şəxslər vasitəsilə tanımışdır. Saxlanıldığı vaxt üzərində və evimdə narkotik vasitə yox imiş. Narkotik vasitədən az miqdarda istifadə etmişdir. Üzərinə saxlanılan kimi baxış keçirmişlər və heç nə aşkar etməmişlər. Təcridxanaya daxil olarkən bədənində əziklər var imiş, başı şişmişdir, ən çox başına və qabırğasına vurmuşlar. Başında saç çox imiş deyə, izlər görsənmirmiş. Saxlanıldığı gün işdən gəlmişdir və əynindəki köynək qan içində imiş. Həmin köynəyi də ona qaytarmamışlar ki, bugün bu faktı sübut etsin. Tutulduğu vaxtdan 4 ay keçəndən sonra ekspert gəlmiş, ona başında kəsik olduğunu demişdir. Narkotik vasitəni çəkirmiş, iynədən istifadə etməmişdir, videoçəkilişdə evinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir, öz etirazını təkidlə bildirmişdir. Müstəntiqə və təcridxanaya daxil olarkən səlahiyyətli şəxslərə döyülməyi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə kiçik inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra onun barəsində üzərində narkotik vasitə olduğu və evinə gəlməsi barədə məlumat daxil olmuşdur. O və digər əməkdaşlar, Şahid1, Şahid2 və Şahid3 brlikdə Eminə onun yaşadığı evin yaxınlığında yaxınlaşmışlar, ona özlərini təqdim etmişlər və onu Nərimanov rayon Polis İdarəsinə dəvət etdilər. Nərimanov rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və onun üzərindən 1 büküm heroin narkotik vasitə çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir və onun evindən də narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs evinin koridorlarından başlayaraq baxış keçirməyə başlamışlar. Eminin anası Eminin evə adamlar gətirərək onlarla birgə narkotik vasitədən istifadə etdiyini bildirərək, Eminin yataq otağına baxış keçirmələrini istəmişdir. Onlar da Eminin yataq otağına baxış keçirmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirilməzdən əvvəl həmin ünvanda olmamış, heç həmin ünvanı tanımırmış. Eminin anası videoçəkiliş zamanı artıq bezdiyini, Emin gündə bir adam evə gətirib, narkotik vasitədən istifadə etdiklərini bildirmişdir. Eminin anasının videoçəkilişdən əvvəl bu barədə danışıbdanışmadığını bilmir, orada deyilmiş. Təqsirləndirilən şəxs təzyiq olmamış. O özü əməlini etiraf etmişdir. Eminin anası özü ərizə vermişdir ki, evinə baxış keçirilməsinə etirazı yoxdur. Eminin anası bildirmişdir ki, artıq bezib, Emin gündə bir adam evə gətirib, narkotik vasitədən istifadə edirlərmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər məlumat var imiş ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir və çəkir. Yanvar ayının səhv etmirsə, 20-si tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə o və digər əməkdaşlar Şahid2, Şahid3, Şahid4 Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında getmişlər və onu evindən bir qədər uzaqda qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs idarəyə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir və onun ya sağ, ya da sol cibindən 1 ədəd bükümdə heroin aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmaması soruşulmuşdur, o isə evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməmişdir. Bu hal onlar üçün şübhəli imiş. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının telefonu vasitəsilə anası ilə əlaqə saxlamış və onu idarəyə çağırmışdır. Anası idarəyə gəlmiş və anası evlərinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və anası ilə birlikdə onun yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində ona məxsus olan yataq otağında narkotik vasitə aşkar edilmişdir. Videoçəkiliş keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, onun anasının, səhv etmirsə, həmin vaxt evdə olan bacısının iştirakı ilə evdə aşkar edilmiş narkotik vasitə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarəyə aparmışlar. O həm Təqsirləndirilən şəxs üzərinə, həm də onun yaşadığı evə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə külli miqdarda narkotik vasitə aşkar edilmişdir, lakin onun dəqiq miqdarını bilmir. O Təqsirləndirilən şəxs anası Şahid5 tanımır və onunla heç vaxt telefon əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsindən əvvəl həmin ünvanda heç vaxt olmamış. Təqsirləndirilən şəxs əl belə vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarənin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı rəhbərliyə məruzə edilmişdir və əməliyyat qrupu yaradılmışdır. Həmin şəxsin saxlanılması və cinayət əməlinin ifşa edilməsi çərçivəsində əməliyyat tədbiri keçirilmişdir. Təqribən 4-5 ay əvvəl Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və onu idarəyə gətirmişlər. Orada Təqsirləndirilən şəxs müdafiəçi təyin olunmuşdur. Onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Bundan sonra ya Təqsirləndirilən şəxs özünün, ya da onun ailə üzvünün icazəsi ilə onun evinə baxış keçirilmişdir. Onun ailəsi üzvlərindən bir nəfər idarəyə gəlmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zamanı onun evində narkotik vasitə aşkar edilmişdir və təhqiqatçı tərəfindən qablaşdırılmışdır, götürülmüş və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsindən əvvəl heç vaxt onun evində olmamış, onun evinin ünvanını belə bilmirmiş. Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik vasitənin çəkilməsi, onun möhürlənib-möhürlənməməsi barədə məlumatları dəqiq xatırlamır,tərəfindən Eminə qarşı təzyiq göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Emin onun oğludur, narkotik vasitədən istifadə edirmiş. O hər gün ondan pul alırmış, ona pul çatdıra bilmirmiş. O, narkotik vasitədən istifadə etdikdən sonra özünə qapanırmış, yemək yemirmiş, o da məcbur olub polisə oğlunun narkotik vasitədən istifadə etməsi barədə şikayət etmişdir. Polis əməkdaşlarından Mircavad onu polis idarəsinə çağırmış və o da polis idarəsinə getmişdir. Mircavad polis idarəsində oğlunun narkotik vasitə istifadəçisi olmasına görə onu tuta bilməyəcəklərini bildirib ondan “Onun cibinə narkotik vasitə qoya bilərsən?” deyə soruşduqda, o Mircavada Eminin cibinə narkotik vasitə qoya bilməyəcəyini, o əlini cibinə salanda narkotik vasitəni görə biləcəyini dedikdə, Mircavad isə nə isə fikirləşəcəyini demişdir. Bundan sonra o Mircavada zəng etmiş və Mircavad nazirliyə Emin barədə yazacağını, icazə alacağını bildirmişdir. Bundan 10 gün sonra o Mircavada yenidən zəng etmiş və nazirlikdən icazənin verilib-verilmədiyini soruşmuşdur, o isə dəftərxanaya baxıb ona məlumat verəcəyini demişdir. Sonra isə Mircavad nazirlikdən cavab gəldiyini ona deyib onu polis idarəsinə dəvət etmişdir. O polis idarəsinə getmişdir. Mircavadın stolunun üstündə Eminin kompüterdən çıxarılmış böyük formada şəkli var imiş. Mircavad ona oğluna pul verəndə onlara bu barədə məlumat verməyini və Emini narkotik vasitə alanda güdüb tutacaqlarını demişdir. Emin ayın 28-i axşam ondan pul alanda, o Mircavada zəng edərək, Eminin ondan pul alıb evdən çıxdığını demişdir. Mircavad ondan Eminin hansı rəngdə gödəkcə geyindiyini soruşduqda, ona Eminin boz rəngli gödəkcə geyindiyini demişdir. Bundan sonra Mircavad ona zəng edərək, oğlunu tutduqlarını demişdir və evinə 3 nəfər polis əməkdaşı göndərəcəyini və evə baxış keçirəcəklərini deyib, həyətin qapısını açmağını istəmişdir. Mircavad ondan evdə kamera olub-olmadığını soruşduqda, ona evdə kamera olmadığını bildirmişdir. 3 nəfər polis əməkdaşı evinə gələndə o həyətin qapısını onlara açmışdır. O evin dəhlizinin qapısını açmış və onlar içəriyə keçmişlər. Onlar içəri girəndə ondan Eminin hansı otaqda yatdığını soruşduqda, onlara Eminin yuxarı mərtəbədəki otaqda yatdığını demişdir və onlara otağı göstərmişdir. Polis əməkdaşlarından Əlixan adlı şəxs ona aşağı otaqları da göstərməyini istəmiş və bu vaxt digər 2 nəfər polis əməkdaşı yuxarı mərtəbəyə qalxmışdır. O da Əlixana aşağı mərtəbəni göstərirmiş. O Əlixanla yuxarı mərtəbəyə qalxmaq istəyəndə digər iki nəfər polis əməkdaşı aşağıya düşmüşlər. Əlixan onlardan yuxarı baxış keçirib-keçirmədiklərini soruşmuş, onlar isə yuxarıya baxış keçirdiklərini demişlər. Əlixan onlara aşağı mərtəbəyə baxdığını artıq gedə biləcəklərini demiş və çıxıb getmişlər. Bundan sonra Mircavad ona zəng edərək, Eminin evə girməyə onlara icazə vermədiyini bildirib, evin kimin adına olduğunu soruşduqda, o evin onun adına olduğunu ona bildirmiş və o onu polis idarəsinə çağırmışdır. Mircavad özü avtomobil göndərmiş və o avtomobilə əyləşib polis idarəsinə getmişdir. Polis idarəsində evinə baxış keçirilməsinə razılıq verməyi məzmununda ərizə yazmışdır. Evində heç nə yox imiş. Lakin onun bundan qabaq onların evinə gəlib narkotik vasitə yerləşdirdikləri ağlına belə gəlməzmiş. Bundan sonra çoxlu sayda şəxs, vəkil, təhqiqatçı, Mircavad, digər polis əməkdaşları, yenə Əlixan və onunla bundan əvvəl gəlmiş oğlanlar, Şirin evə gəlmişlər. Onlar videoçəkiliş edərək evinə daxil olub yuxarıya qalxmışlar. Emini də gətirmişlər. Onlar yuxarı mərtəbəyə qalxıb heç bir yerə daxil olmadan birbaşa əvvəllər Emini güdməyi üçün qaldığı yataq otağına daxil olmuşlar. Onlar yataq otağını axtarmağa başlamışlar və heç 5 dəqiqə keçməmişdir ki, Şirin adlı polis əməkdaşı çarpayının altını qaldırmışdır və paketdə nəyisə oradan çıxarmışdır. Paketdə narkotik vasitə və tərəzi olmuşdur. Bu vaxt Emin qışqırmışdır ki, “O mənim deyil, mənim evimdə elə şeylər olmayıb, mən o qədər narkotiki necə əldə edim?”. Eminə narkotik vasitə almaq üçün o pul verirmiş, onun pulu yox imiş, o onun evinin televizorunu, saatını satmışdır. Evdə bu qədər mal olsa imiş, o ondan hər gün pul almazmış. Hər səhər-axşam ondan pul alırmış. Polis əməkdaşları yazmışlar ki, evdən 750 qram narkotik vasitə çıxıb. Onlar getmişlər. Növbəti gün səhər Mircavad zəng edərək, Eminin paltarlarının olmadığını bildirib onun paltarlarını yığmağını istəmiş və gəlib götürəcəyini demişdir. Mircavad evinə gəlmişdir və Eminin paltarları götürmüşdür. Mircavad ona yenidən idarəyə gəlib ərizə yazmalı olduğunu demişdir. O da ona gələcəyini demişdir. O polis idarəsinə getmiş və nə dedilərsə, ərizəyə yazmış, qol da çəkmişdir. Özü onkoloji xəstədir, Gürcüstanda yeni müalicə alıb qayıtmışdır, şəkəri qalxmışdır. Onlar ona falqada narkotik vasitə təqdim etmişlər, 750 qram olduğunu, hamının onun üzərini imzaladığını bildirib ondan da onun üzərini imzalamağını istəmişlər. Bundan sonra Mircavad təşəkkür məktubu yazmalı olduğunu demiş, avtomobil gəlib onu poçta aparmışdır. Avtomobilin sürücüsü ona kağızı vermişdir ki, içəriyə daxil olub onu poçt vasitəsilə göndərsin, o heç kağızda nə yazıldığını oxumamışdır, özünü səhhəti ilə əlaqədar pis hiss edirmiş. İçəri daxil olmuş və kağızı poçtdakı qıza təqdim etmişdir, lakin o başa düşməmişdir, onun da başı çıxmırmış. Mircavada zəng etmiş, telefonu poçtdakı qıza vermiş və Mircavad qıza başa salmışdır. Sonda qız qəbz vermişdir. Çölə çıxmış, avtomobilin sürücüsü qəbzi ondan almış və getmişdir. Bundan sonra Mircavada zəng edib evdə heç umumiyyətlə narkotik vasitə olmadığını deyib onun 750 qram narkotik vasitəni evdən necə tapdığını soruşduqda, Mircavad “Mən bilməmişəm, onlar evə nə qoyub, nə qoymayıb” demişdir. Bu danışıqdan 1 həftə sonra Emini televizorda göstərmişlər. O Mircavada zəng edərək, oğlunu televizorda hansı səbəbdən göstərdiklərini, razılaşmaqlarının belə olmadığını, onu biabır etdiklərini, utandığını bildirəndə, Mircavad isə ona “Yoxe, bibi,sən nə danışırsan? Mən cavabdehəm” demişdir. Mircavad yenidən zəng edib onu polis idarəsinə çağırmış və avtomobil göndərmişdir. Yenə həmin sürücü gəlib onu polis idarəsinə aparmışdır. Polis idarəsində Mircavad nə isə səhvə yol verildiyini, onun televizorda Eminin göstərilməməsi barədə tapşırıq verdiyini, lakin yanlışlıqla onun göstərildiyini bildirmişdir. O evdən 750 qram narkotik vasitə çıxdığına inanmadığı üçün Mircavaddan bu barədə soruşmuş. Mircavad isə ona “Sən narahat olma, bibi, mən hər şeyi düz-qoş edəcəyəm. Əsas odur ki, Emin narkotik vasitədən istifadə etmir və polisin nəzarətindədir” demişdir. Evə gəlmiş və yenidən Mircavadla əlaqə saxlamışdır, Mircavad ona “müəyyən şərtlər əsasında düz qoş edəcəyini” deyəndə, o Mircavada onda heç 5.000 manat pul olmadığını, Eminin onda pul qoymadığını, hər səhər-axşam ondan pul aldığını bildirmişdir. Mircavad ona narahat olmamağını, ona köməklik edəcəyini və bunun üçün Eminin diplomunun, Eminin atasının ölüm haqqında şahədətnaməsini, Eminin övladının doğum haqqında şahədətnaməsinin surətlərini onlara verməyini istəmişdir. O isə Mircavada Eminin atası ilə uzun illər əvvəl boşandığını, onun vəfat etməsi zamanı onun yanında olmadığını, onun ölümünü sonradan öyrəndiyini demişdir. O Eminin atasınının ad, soyadını Mircavada demişdir. Mircavad özü gedib Eminin atasının ölüm kağızını çıxartmışdır. Mircavad onlara gəlib ona telefonunda Eminin atasının ölüm kağızını göstərmiş və həmin şəxsin Eminin atası olub-olmamasını soruşduqda, o həmin kağızdakı şəxsin Eminin atası olduğunu təsdiqləmişdir. Mircavad yüngülləşmə edəcəklərini deyib bu kağızları sabah idarəyə gətirməyini istəmişdir. O da yenə polis idarəsinə getmişdir. Mircavad müstəntiqin yanına onu aparmış və o bütün kağızları, ingilis dilində olanlar istisna olmaqla müstəntiqə vermişdir. Evə gəlmişdir, arabir Mircavadla Eminin işi barədə danışırmış. O hər dəfə hələ 6-7 aya işin məhkəməyə göndəriləcəyini, məhkəmədə bütün hakimləri tanıdıqlarını bildirib hakimlərlə ona qədər danışacağını, narahat olmamağını deyirmiş. O onkoloji xəstə olduğu üçün Gürcüstana getməli imiş. Mircavada zəng edərək, müalicəsi üçün Gürcüstana getməli olduğunu demiş və idarəyə gəlib yenidən izahat verib-verməməli olduğunu soruşduqda, Mircavad isə izahat verməməli olduğunu, işin uzanacağını demişdir. May ayının 2-si o Gürcüstana getmiş, orada müalicə alırmış. Müstəntiq ona zəng edərək, polis idarəsinə gəlməli olduğunu deyəndə, ona ayın 26-sına qədər bilet olmadığını, həmin vaxta qədər gələ bilməyəcəyini, səfirliyə müraciət etdiyini, kod verilsə, quru yolu ilə gələ biləcəyini demişdir. Ayın 21-i kod verilmiş və o müstəntiqə zəng edərək, gələciyini onlara demişdir. Bakıya ayın 23-ü gəlib, müstəntiqə zəng edərək, Bakıda olduğunu və nə vaxt desə, gələ biləcəyini bildirəndə, o onu qəbul etməmişdir. O Nərimanov rayon Prokurorluğuna getmiş və müstəntiqin onu qəbul etməsi üçün ərizə yazmışdır. O müstəntiqə izahat vermək istəyirmiş, çünki polis əməkdaşları evinə narkotik vasitə yerləşdirmişlər. Mütəmadi olaraq evini hər gün axtarırmış, həmin narkotik vasitə evdə olmuş olsa imiş, o evi axtaranda onu tapar və aparıb polis əməkdaşlarına təhvil verərmiş. Nərimanov rayon Prokurorluğunda prokurorun müavini onu qəbul etmiş, o yanında həmin müstəntiqlə danışmış və ona demişdir ki, müstəntiq onu qəbul edəcək. O evə getmiş, neçə gün gözləsə də, müstəntiq onu çağırmamışdır. O da yenidən Nərimanov rayon Prokurorluğuna getmiş, orada ona işin artıq məhkəməyə göndərildiyini, izahatını məhkəmədə verə biləcəyini demişlər. O da gözləmişdir ki, məhkəmə prosesi başlasın və o da izahatını versin. Videoçəkiliş zamanı evdə tapdıqları narkotik vasitəni göstərmişlər, o isə həmin narkotik vasitənin evdə olduğunu bilmədiyini onlara bildirmiş, onlara deməmişdir ki, həmin narkotik vasitə Eminindir. Belə bir hal olmayıb. O polis əməkdaşlarına evdə mebellərin üzərində olan yanıq izlərini göstərirmiş. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqında ifadə verən şahidlər X6, Şahid2 və Şahid1 ifadələri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə dair ifadələrində göstərdiyi bütün xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə istintaqı zamanı ifadə verən, polis əməkdaşı olan Şahid1 Təqsirləndirilən şəxs anası Şahid5 ilə Emin saxlanmazdan əvvəl Eminin saxlanması üçün və ümumilikdə onunla heç bir telefon danışıqlarının olmamasını bildirsə də, polis əməkdaşı olan Şahid1 ilə Təqsirləndirilən şəxs anası Şahid5 arasında Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl 28 yanvar 2022-ci il tarixədək telefon danışıqlarının olub-olmaması barədə məlumatların məhkəmə baxışı zamanı "xxxx" MMC-dən götürülməsi barədə məhkəmə tərəfindən verilmiş sorğuya cavablardan görünür ki, Təqsirləndirilən şəxs anası Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli telefonla, polis əməkdaşı olan Şahid1 istifadəsində olan ***-***-**- ** nömrəli telefonla Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl 28 yanvar 2022-ci il tarixədək dəfələrlə aralarında telefon danışıqları olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən polis əməkdaşı olan Şahid2 Təqsirləndirilən şəxs evinə baxış keçirilməsindən əvvəl heç vaxt onun evində olmadığını və onun evinin ünvanını belə bilmədiyini bildirsə də, Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin 28 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il saat 01:30-dək olan anten dairəsinə dair məlumatların "xxxx" MMC-dən götürülməsi barədə məhkəmə tərəfindən verilmiş sorğuya cavablardan görünür ki, Şahid2 oğlunun istifadəsində olmuş ***-***-**-** mobil telefonun anten dairəsi 28 yanvar 2022-ci il tarixdə saat 21:09-dan, saat 22:29-a qədər Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanının ətrafında olması müəyyən edilir. Cinayət işi materiallarında olan 29 yanvar 2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” protokolda, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarınnın sağ yan cibindən üzərində 01 ədəd şəffaf rəngli selofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında maddələr olan bükümü təqdim etdiyi qeyd edilsə də, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş və protokolu tərtib edən təhqiqatçı polis mayoru Nadir Rza-zadə sanki Təqsirləndirilən şəxs narkotik vasitənin hansı cibində olduğunu bilir və Emin əlini sağ cibinə atmamış, o Eminin şalvarınnın sağ yan cibindən narkotik olduğunu bildirir və Emin şalvarının sağ yan cibindən bükümü çıxardıb masanın üzərinə qoyur. Həmin görüntülərdən baş vermiş dialoqdan belə daxili inam və təəssürat yaranır ki, təhqiqatçı sanki Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan büküm olduğunu öncədən bilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin bükülünü rahat şəkildə polis əməkdaşlarının müşahidəsi ilə polis idarəsinə qədər gəzdirməsi də inandırıcı deyil. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli 6/585 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,690 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Heroinin təmiz çəkisi 2,690 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq 2,640 qram. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi üzərindən narkotik vasitənin olması barədə “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda cinayət işi materiallarında olan 29 yanvar 2022-ci il tarixli “Axtarış və götürmənin aparılması” haqqında protokolda, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev prospekti 105 ünvanında yerləşən 3 nömrəli mənzilə keçirilən axtarış zamanı mənzilin 2-ci mərtəbəsinin yataq otağındakı yatağın altından içərisində şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz halında olan maddələr olan büküm və 01 ədəd gümüş rəngli elektron tərəzi olan şəffaf sellofan torba aşkar edilməsi və onları maddi sübut kimi götürülərək qablaşdırılması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürləndiyi qeyd edilsə də, həmin axtarış və götürmənin aparılmasının qeydə alındığı video görüntüdə protokolu tərtib edən təhqiqatçı, polis mayoru Nadir Rza-zadə tərəfindən həmin aşkar olunmuş əşyanın qablaşdırılb möhürlənməsi öz əksini tapmamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs çarpayının altından aşkar olunmuş, içərisində qəhvəyi rəngli maddələr və 01 ədəd gümüşü rəngli elektron tərəzi olan şəffaf sellofan torbanın ona məxsus olmamasını israrla bildirir. Eyni zamanda axtarış və götürmənin aparılması zamanı qeydə alınmış video görüntüdən müəyyən olunur ki, protokolu tərtib edən təhqiqatçı, polis mayoru Nadir Rzazadə tərəfindən Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev prospekti 105 ünvanında yerləşən, 3 nömrəli mənzilə keçirilən axtarış zamanı mənzilin 2-ci mərtəbəsinin yataq otağındakı yatağın altından içərisində şəffaf selofana bükülmüş, qəhvəyi rəngli toz halında olan maddələr olan büküm tərəzi ilə ölçülüb 700 qram olduğu kameraya göstərilib bildirilsə də, bükülünün miqdarının ekpertiza tədqiqatında tamam başqa miqdarda olması qeyd edilmişdir. Belə ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli 6/584 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 1660 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “... Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə 2,690 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə kimyəvi komponent tərkibinə görə eynidir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Heroinin təmiz çəkisi 1660 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 1659,9 qram. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin qanunun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız qanunla dəyişdirilə bilər. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı "xxxx" MMC-dən məlumatların götürülməsi barədə məhkəmə tərəfindən verilmiş sorğuya cavablardan Təqsirləndirilən şəxs anası Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli telefonla, polis əməkdaşı olan Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl 28 yanvar 2022-ci il tarixədək dəfələrlə aralarında telefon danışıqları aşkar olunmasına, "xxxx" MMC-dən məlumatların götürülməsi barədə məhkəmə tərəfindən verilmiş sorğuya cavablarda, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefonun anten dairəsinin 28 yanvar 2022-ci il tarixdə saat 21:09- dan, saat 22:29-a qədər Təqsirləndirilən şəxs tutulmamışdan qabaq, onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanının ətrafında olması müəyyən edilməsinə, şəxsi axtarış və götürmə aparılmasının qeydə alındığı video görüntüdən Eminin diktə ilə könüllü olaraq şalvarının sağ yan cibindən bükümü çıxardıb masanın üzərinə qoymasına, axtarış və götürmənin aparılmasının qeydə alındığı video görüntüdən aşkar olunmuş əşyanın qablaşdırılb möhürlənməsinin görsənməməsinə, eyni zamanda video görüntüdən, axtarış zamanı mənzilin 2-ci mərtəbəsinin yataq otağındakı yatağın altından içərisində şəffaf selofana bükülmüş qəhvəyi rəngli toz halında olan maddələr olan bükümün miqdarı ilə ekpertizanın rəyi ilə müəyyən edilmiş miqdarda fərqlilik təşkil etməsinə şübhə ilə yanaşılmalıdır. Eyni zamanda məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2022-ci il tarixli 6/584 nömrəli rəyində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitələrini eynilik təşkil etməsi göstərildiyindən, qeyd olunanları məhkəmə bir daha nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın və həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanın subyektiv mülahizələri təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin məcəllənin 349.1-ci maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir (xx.xx.2022-ci il tarixli qərar). Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı dindirilmiş əməliyyat müvəkilləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zorakılığın olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı Eminin həbs olunmasından 5 ay sonra onun məhkəmə-tibbi müayinəsi zamanı heç bir xəsarət aşkar edilmədiyi göstərilsə də, Penitensiar Xidmətin 3 X5 tibb sanitar hissəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli, 20-12/470 nömrəli məktuba əlavə edilmiş 1349\2022 nömrəli tibbi kitabçasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (tutuduqdan 2 gün sonra) onun ilkin tibbi müayinəsi zamanı döş qəfəsində, qarın nahiyyədə sol saidə çapıq toxunuşu aşkar olunur və həmin xəsarətləri Emin həbs alınması zamanı aldığını bildirsə də, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmətibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Cinayət işinin rədd edilməsi haqqında qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi haqqında qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X3 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (28 oktyabr 1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamnda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (11 iyul 2006-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barədə verdiyi etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin üzərində gəzdirilməsi və evində saxlaması, narkotik vasitələrin satılması ilə məşğul olması öz təsdiqini tapmamışdır. Cinayət işində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 mart 2022-ci il tarixli 588 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Oktay oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs Oktay oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Oktay oğlu ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Təqsirləndirilən şəxs Oktay oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Oktay oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə Cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3cü maddələsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq 1659,9 və 2,640 qram heroin və 01 ədəd gümüşü rəngli elektron tərəzi Nərimanov rayon Polis İdarəsində saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, buna görə də, maddi sübut kimi saxlanılan yuxarıda qeyd olunan narkotik vasitələr həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir və buna görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356, 357 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 1659,9 və 2,640 qram heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi həmin araşdırma ilə əlaqədar Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar