Məhkəmə qərarları › İş №1(101)-141/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-141/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-141/2025 22.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X9 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, işləməyən, orta təhsilli, evli, 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 3,344 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 29 iyul 2023-cü il tarixdə saat 20:00-da Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3 RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,344 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynindəki həmin şalvarın sol yan cibindən üzərində heroin izləri olan bir ədəd «Digital Scale» markalı, qara rəngli elektron tərəzi və bir ədəd «Samsung Galaxy A5» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, axşam saat 7-8 radələri vaxtı arvadı uşaqları ilə birlikdə marketə getmişdir. Marketlə evin arasındakı məsafə 150 metr olmuşdur. Övladları evdə tək qala bilmədikləri üçün anaları ilə birlikdə getmişlər. Bu zaman qapı döyülmüş və 6-7 nəfər şəxs evə daxil olmuşdur. Evə girən şəxslər ona danışmağa imkan yaratmamış və evdə olan övladının müalicə pulunu, yoldaşının nişan üzüyünü götürmüşdürlər. Daha sonra onu bölməyə aparmışlar. Bölməyə aparılan zaman evdə heç kəs olmamışdır. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Bölmədə olan zaman üzərinə baxış keçirilmişdir. Baxış müdafiəçinin iştirakı və videçəkiliş vasitəsi ilə aparılmışdır. Baxış zamanı könüllü şəkildə narkotik vasitədən istifadə etdiyini demişdir. Saxlanılan zaman üzərində mobil telefon olmuşdur. Polis əməkdaşları evə daxil olarkən özlərini təqdim etməmişdirlər. Bölməyə aparılan zaman maşında onun sifət və böyrək nahiyyələrinə vurmuşlar. Onun üz nahiyyəsində şişkinliklər olmuşdur. Narkotik vasitəsini 1-2 il ildir ki istifadə edir. Əldə etdiyi narkotik vasitədən heç kimə heç vaxt verməmişdir. Hadisənin necə baş verdiyi ilə bağlı müdafiəçiyəyə heç nə deməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrə qurşanmışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən əldə edərək qəbul etməyə başlamışdır. İlk vaxtlar narkotik vasitələri tez-tez istifadə etməmiş, lakin sonralar bədənində ağrılar yarandığından narkotik vasitələri mütəmadi olaraq qəbul etməyə başlamışdır. Sonuncu dəfə 28 iyul 2023-cü il tarixdə saat 22 radələrində Nizami rayonu, Keşlə qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslə qarşılaşmışdır. Əvvəllər ondan bir neçə dəfə narkotik vasitə almış və onun rahatlıqla narkotik vasitə tapa biləcəyini bilmişdir. Həmin şəxsdən üzərində narkotik vasitə olub-olmadığını soruşduqda, sonuncu ona müsbət cavab vermişdir. Bundan sonra onlar bir qədər kənara çəkilmişlər və o, 120 manat qarşılığında bir ədəd sellofan bükümündə narkotik vasitə heroin almışdır. Gec olduğundan həmin heroini sabah istifadə etməyi düşünmüş və bükümü əynindəki şalvarın sağ cibinə qoyub evə getmişdir. Səhəri gün üzərindəki heroini istifadə etmək üçün havanın qaralmağını gözləmişdir. Həmin gün saat 20 radələrində ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib onu polis bölməsinə dəvət etmişlər, bu zaman o, polis əməkdaşı olduqlarını başa düşmüşdür. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaxınlıqda yerləşən 37-ci Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində olan zaman ona hüquq və vəzifələrini izah edərək hüquqlarının müdafiəsi üçün müdafiəçi tutmalı olduğunu bildirmişlər. Onun maddi imkanı olmadığı üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilməyini xahiş etmişdir. Müdafiəçi ilə təmin edildikdən sonra polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etməyi təklif etmiş və o, polis əməkdaşlarının artıq hər şeydən xəbərdar olduqlarını başa düşüb əynində olan göy rəngli cins şalvarımın sol yan cibindən özünə məxsus «Samsung Galaxy A5» markalı qara rəngli mobil telefonu və elektron tərəzini, həmin şalvarın sağ yan cibindən isə içərisində heroin olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı bükümlər barədə ona sual verərkən həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni tanımadığı şəxsdən 120 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümlər elektron tərəzidə çəkilmiş və bu barədə müvafiq qeydlər aparmışdır. Bundan sonra üzərində axtarış aparılmış, lakin digər hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzərini imzalamışlar. Onun istifadəsində ***- ***-**-** saylı mobil nömrə olmuş və uzun illərdir ki, həmin mobil nömrəni işlədir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün müxtəlif tanımadığı şəxslərdən əldə edib istifadə edir. O, narkotik vasitəni istifadə edən zaman normadan artıq qəbul etməmək üçün elektron tərəzidə onun çəkisini ölçüb daha sonra istifadə edir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində "xxxx" MMC-dən götürülmüş özünə məxsus mobil nömrəsinə daxil olan, həmin nömrələrdən xaric olan zənglərin nömrəsinin, mesaj mətnlərin və antena dairələrinin, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatlarla bağlı bildirmişdir ki, o mütəmadi olaraq narkotik vasitələri tanışları ilə birlikdə qəbul etdiyi üçün aralarında bu tipli sms yazışmaları olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatın yerində yoxlanılması üçün həmin əraziyə getmişlər. Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlanılmışdır. Daha sonra özlərini təqdim edərək onu bölməyə dəvət etmişlər. 37-ci Polis Şöbəsində müdafiəçinin iştirakı və videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı özü könüllü şəkildə narkotik vasitə heroini təqdim edərək şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxsin saxlanıldığı ərzidən polis şöbəsinə tıxac olmadığı təqdirdə 10-15 dəqiqəlik yol olmuşdur. Şəxs tutulan zaman ona qarşı heç bir fiziki və ya psixoloji təziq göstərilməmişdir. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 29 iyul 2023-cü il tarixdə Xətai RPİnin 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 29 iyul 2023-cü il tarixdə, saat 20:00-da Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında olan zaman müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Xətai RPİ-nin 37-ci PŞ-yə dəvət etmişlər. Azər X4 zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, təhqiqatçı Şahin Nurəliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli «Samsung Galaxy A5» markalı mobil telefonu, üzərində «Digital Scale» yazıları olan qara rəngli tərəzini, həmin şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir, onu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 120 (yüz iyirmi) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1 məlumat daxil olmuşdur. Məlumatın yerində yoxlanılması üçün həmin əraziyə getmişlər. Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlanılmışdır. Daha sonra polis əməkdaşları özlərini təqdim edərək onu bölməyə dəvət etmişlər. 37-ci Polis Şöbəsində müdafiəçinin iştirakı və videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir.Baxış zamanı özü könüllü şəkildə narkotik vasitə heroini təqdim edərək şəxsi istifadəsi üçün aldığını demişdir. Şəxs tutulan zaman ona qarşı heç bir fiziki və ya psixoloji təziq göstərilməmişdir. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Azəri uzun müddətdir ki tanıyır. Telefonunda Azər ilə narkotik vasitə ilə bağlı mesajlar aşkar edilmişdir. Azərin istifadə etdiyi mobil nömrəni xatırlamır. Sonu 27-24 olan mobil nömrə ona məxsus olmamışdır. Azərə bir neçə dəfə narkotik vasitə ilə bağlı müraciət etmiş və pulunu ödəyərək patı və kola əldə etmişdir. Narkotik vasitə üçün Azərə verdiyi pulun məbləği 15-25 manat arası olmuşdur. Azər ilə bir neçə nömrə vasitəsilə əlaqə saxlamış və Azərdən 6 dəfə narkotik vasitə əldə etmişdir. Narkotik vasitəni Azər ilə birlikdə də istifadə etmişdir. Pulu olan vaxtı özü, pulu olmayan vaxt isə Azər narkotik vasitəni almışdır. Narkotik vasitəni Azərin tanışları olduğu üçün Azərin özü əldə etmişdir. Azərdən sonuncu dəfə nə zaman narkotik vasitə aldığını xatırmır. Azərin kiməsə narkotik vasitə satdığı barəsində heçkimə məlumat verməmişdir. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 il əvvəl Keşlə bazarında yük daşınan yerdən tanımışdır. Özü təxminən 2-3 ildir ki, el arasında «kakos» kimi tanınan, narkotik vasitə heroindən istifadə etmişdir. Belə ki, ilk əvvəllər həmin narkotik vasitəni çəksə də, sonradan inyeksiya yolu ilə qəbul etmişdir. Hazırda müalicə aldığı üçün təxminən 3-4 aydır ki, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmir. Əvvəllər Azər özü ona pulsuz olaraq narkotik vasitə heroin vermiş və o, həmin heroini qəbul etmişdir. Bundan sonra onun heroindən asılı olması Azərdən narkotik vasitə almasına səbəb olmuşdur. Belə ki, o, bilmişdir ki, Azər narkotik vasitələrin satışı ilə məşğul olur və bu səbəbdən də ona narkotik vasitə heroin lazım olduqda müxtəlif mobil nömrələrdən Azərlə əlaqə saxlayaraq görüşüb ondan öz istifadəsi üçün narkotik vasitə heroin almışdır. Onun adı Ramin olsa da, dostları və tanışları arasında o, «Qarabala» ləqəbi ilə tanınır və həmin ləqəblə çağırılır. Azər narkotik vasitələrin satışı ilə məşğul olur və ondan başqa şəxslərə də narkotik vasitə satmışdır. O, Təqsirləndirilən şəxslə 051 612-17-24, 050 600-98-42, 051 682-99-66, 050 698-87-35, 051 612-17-24, 055 ***-**-** GSM nömrələri ilə əlaqə saxlamış və həmin nömrələr vasitəsi ilə Azərlə danışaraq ondan narkotik vasitə almışdır. O, həmin məzmunda sms yazaraq Azərdən narkotik vasitə heroin istəmişdir. Azər də onunla razılaşaraq 45 (qırx beş) manat müqabilində iki ədəd bükümdə hər biri 0,5 qram olan naroktik vasitə heroin vermişdir. O, narkotik vasitəni Azərdən öz istifadəsi üçün almış və özü də istifadə etmişdir. Həmin narkotik vasitədən kiməsə verməmiş və satmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” Galaxy A5 markalı mobil telefonu və üzərində “Digital Scale” yazılan qara rəngli tərəzini, həmin şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellefoa bükülmüş bükülünü və həmin bükülünün içərisində olan maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirmişdir. Həmin tərəzinin nə üçün istifadə etməsi barədə ondan soruşulduqda bildirmişdir ki, həmin narkotik vasitənin çəkisini ölçmək üçün istifadə edir. Həmin şəffaf sellofan açıldıqda, içərisində qəhvəyi rəngli toz halında, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddənin çəkisi elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 3,56 qramdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, “Samsung Galaxy A5” markalı mobil telefonun iş masası üzərində yerləşən “Whatsapp” tətbiqinə daxil olduqda, orada “Ramil gence” adı ilə qeydiyyata alınmış şəxsin “burnundan geler bele cox eleme Allahdan gorx duzgun ver dərmanı”, “Abi əli bis qaytarma sənol hər yerim agriyir gəlmişəm əl tut” məzmunlu yazışmalar aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMCyə məxsus kart nömrəsinə 31 yanvar 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” diskə meydana çıxmış zərurətlə Xətai RPİ-nin 212 saylı xidməti otağında “HP” markalı kompüterdə baxış keçirilmişdir. “CD” disk açıldıqda həmin diskdə 8 fayl müəyyən olunmuşdur. Həmin fayllara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş nömrə ilə ***-***-**-** GSM nömrəsi arasında «menim eziz qardawim indi bu deyqe xeber cixdi mawinda catir nasosnuya gedirem gedim gelim sag salamat sene xeber sdecem sen allah bir hereket etde gor kim ne isdiyir her ikisinen olacaq birde turalnan goruwdun brat ?» məzmunlu, «Vallahi ki indi baxdm tele 45 çoxdan vermsem basada salmsam sabahda bes verecem indide baxm kim isdyr xeber edecem» məzmunlu, «brat isdiyirsiz zakazlarivizi verin men ozum gelim resulnan catdirim size hele taksi pulun verersiz resula arende verir onsuz brat» məzmunlu, «qardasm mene sabaha qeder bidene yari vere biiersen deym qaydm bacida evdedi» məzmunlu, «Salam menim gozel qardasm necesen? Azer seni and verem kesdiymiz coreye mene bidene derman saxla on bes manatam var isden sora onu goturum qebeleye torpağa kilent dusub sabah rayona cixiram seher alinsa qardasun senede yaxsi el tutacag kesdymz coreye xatir mene o dermani saxla axsam isden sora alim» məzmunlu, «Azer nolub ne etmsem? seher qebeleye getmeliyem on bes manatm var xais edrem mene bidene derman ver belke satildi torpagm senede el tutacam» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «Azer qaqas menem Sexavet ac sozum var 05 das lazimdi 1 cavab de» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «menim sencin etdiyimin deyeri yoxdusa onda aldiqin neyise pulun duz getir tez he yoxun de menim gedesi verim var» məzmunlu, «Senin mene etdiyivin deyeri var ki bayaqdan Vallahi 3 dene kanal deyiblər seni gozleyirem ki qardawim indilerde xeber edecek meni agrida qoymaz» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «Salam.axşamın xeyir Azər.necəsən? Bağışla bu vaxt yazıram sənə.inşallah narahatçıhx vermerəm.mən biraz pisəm biraz yox lap cox eslinde.heqiqeten caresiz qalmasaydim yazmazdım bu vaxt, bir şey tapmağ olar mencun.birazca» məzmunlu, 51- 652-67-52 GSM nömrəsi arasında «Brat gelim bidene yari ver birazda pati» məzmunlu, 77-307-18-50 GSM nömrəsi arasında «Qardawim pati yoxdusa kola lap goturerem patini lap sabah goturerem eve getsem cixa bilmerem ona gore qurban sene» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «1dənə Yarı götür ayrı puluynan birəzdə ptı» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «qurban olaram 12de İsde olacam oda bele geceden baslayib agri maraqlan gel gotrum doze bllmrem kimseyede soylemey olmur» məzmunlu, «qurban olaram birsoz de agrda yerde ovnuram doze biler» məzmunlu, «yarl alnlr gelib gotrerdim pulda verem» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «Dosdum 2 Dene 05 Hazirla» məzmunlu SMS mətnlərinin yazılması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/4081 saylı 30 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs Azad oğlu –imza; iştirakçılar –üç imza, təhqiqatçı: Şahin Nurəliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 3,344 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Ekspert tədqiqatından sonra qalıq çəkisi 3,244 qram olan narkotik vasitə heroin Xətai RPİ-nin saxlancına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5958 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitəni satmaq fikri (məqsədi) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarışbaxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, “Samsung Galaxy A5” markalı mobil telefonun iş masası üzərində yerləşən “Whatsapp” tətbiqinə daxil olduqda, orada “Ramil gence” adı ilə qeydiyyata alınmış şəxsin “burnundan geler bele cox eleme Allahdan gorx duzgun ver dərmanı”, “Abi əli bis qaytarma sənol hər yerim agriyir gəlmişəm əl tut” məzmunlu yazışmalar aşkar olunmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 31 yanvar 2023-cü il tarixdən 28 iyul 2023cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” diskə meydana çıxmış zərurətlə Xətai RPİ-nin 212 saylı xidməti otağında “HP” markalı kompüterdə baxış keçirilmişdir. “CD” disk açıldıqda həmin diskdə 8 fayl müəyyən olunmuşdur. Həmin fayllara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş nömrə ilə ***-***-**-** GSM nömrəsi arasında «menim eziz qardawim indi bu deyqe xeber cixdi mawinda catir nasosnuya gedirem gedim gelim sag salamat sene xeber sdecem sen allah bir hereket etde gor kim ne isdiyir her ikisinen olacaq birde turalnan goruwdun brat ?» məzmunlu, «Vallahi ki indi baxdm tele 45 çoxdan vermsem basada salmsam sabahda bes verecem indide baxm kim isdyr xeber edecem» məzmunlu, «brat isdiyirsiz zakazlarivizi verin men ozum gelim resulnan catdirim size hele taksi pulun verersiz resula arende verir onsuz brat» məzmunlu, «qardasm mene sabaha qeder bidene yari vere biiersen deym qaydm bacida evdedi» məzmunlu, «Salam menim gozel qardasm necesen? Azer seni and verem kesdiymiz coreye mene bidene derman saxla on bes manatam var isden sora onu goturum qebeleye torpağa kilent dusub sabah rayona cixiram seher alinsa qardasun senede yaxsi el tutacag kesdymz coreye xatir mene o dermani saxla axsam isden sora alim» məzmunlu, «Azer nolub ne etmsem? seher qebeleye getmeliyem on bes manatm var xais edrem mene bidene derman ver belke satildi torpagm senede el tutacam» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «Azer qaqas menem Sexavet ac sozum var 05 das lazimdi 1 cavab de» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «menim sencin etdiyimin deyeri yoxdusa onda aldiqin neyise pulun duz getir tez he yoxun de menim gedesi verim var» məzmunlu, «Senin mene etdiyivin deyeri var ki bayaqdan Vallahi 3 dene kanal deyiblər seni gozleyirem ki qardawim indilerde xeber edecek meni agrida qoymaz» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «Salam.axşamın xeyir Azər.necəsən? Bağışla bu vaxt yazıram sənə.inşallah narahatçıhx vermerəm.mən biraz pisəm biraz yox lap cox eslinde.heqiqeten caresiz qalmasaydim yazmazdım bu vaxt, bir şey tapmağ olar mencun.birazca» məzmunlu, 51- 652-67-52 GSM nömrəsi arasında «Brat gelim bidene yari ver birazda pati» məzmunlu, 77-307-18-50 GSM nömrəsi arasında «Qardawim pati yoxdusa kola lap goturerem patini lap sabah goturerem eve getsem cixa bilmerem ona gore qurban sene» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «1dənə Yarı götür ayrı puluynan birəzdə ptı» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «qurban olaram 12de İsde olacam oda bele geceden baslayib agri maraqlan gel gotrum doze bllmrem kimseyede soylemey olmur» məzmunlu, «qurban olaram birsoz de agrda yerde ovnuram doze biler» məzmunlu, «yarl alnlr gelib gotrerdim pulda verem» məzmunlu, ***-***-**-** GSM nömrəsi arasında «Dosdum 2 Dene 05 Hazirla» məzmunlu SMS mətnlərinin yazılması müəyyən edilmişdir. Bundan əlavə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 5958 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan başqa, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Azərə bir neçə dəfə narkotik vasitə ilə bağlı müraciət etmiş və pulunu ödəyərək patı və kola əldə etmişdir. Narkotik vasitə üçün Azərə verdiyi pulun məbləği 15-25 manat arası olmuşdur. Azər ilə bir neçə nömrə vasitəsilə əlaqə saxlamış və Azərdən 6 dəfə narkotik vasitə əldə etmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq İstintaq Təcridxanasından və X3 tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun X10 daxil olarkən müayinəsi zamanı xəsarətinin aşkar edilmədiyi, həmçinin onun İstintaq Təcridxanasına daxil olarkən də, müayinəsi zamanı bədənində xəsarətlərin aşkar edilmədiyi, sağ saidin ön səthində köhnə çapıq toxumanın müşahidə olunduğu qeyd edilmişdir. Bundan başqa, iş materiallarında olan Xətai Rayon Prokurorluğunun xx.xx.2024cü il tarixli qərardan görünür ki, təqsiləndirilən şəxsin tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin elektron tərəzinin aşkar olunmasını, bununla yanaşı aşkar olunmuş sms mətnlərin məzmununu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin iki azyaşlı uşağı var. Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, təqsirləndirilən şəxsin atası X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştiak etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator kartadan çıxarışdan müəyyən olunur ki, təqsirləndirilən şəxsin qızı Həsənova Əsmanın səhhətində problemlər vardır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, 2 (iki) azyaşlı uşağının olmasını, övladının səhhətində problemlər olmasını və təqsirləndirilən şəxsin atasının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştiak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,244 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş (sms və digər məlumatlar) 01 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi1) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,244 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş (sms və digər məlumatlar) 01 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar