Məhkəmə qərarları › İş №1(101)-1410/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1410/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1410/2021 23.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “M.B.M” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1982-ci ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Laçın rayonu, 28 Aprel küçəsi, ev 152-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkim vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş tanışı “VİMAY” TİBB mərkəzinin həkim-cərrahı Şahid1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkimcərrah işinə düzəlməyi "xxxx" şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 7.400 (yeddi min dörd yüz) manat müqabilində "xxxx" şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 7.400 (yeddi min dörd yüz) manat məbləğində pulu istəyərək Şahid1 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 3 ünvanının yaxınlığında sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 7.400 (yeddi min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkim vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə “VİMAY” TİBB mərkəzinin həkim-cərrahı işləməklə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Zərərçəkmiş şəxs özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkim işinə düzəlməyi "xxxx" şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 10.300 (on min üç yüz) manat müqabilində "xxxx" şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 10.300 (on min üç yüz) manat məbləğində pulu istəyərək Zərərçəkmiş şəxs razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2020-ci ilin oktyabr ayının əvvəllərindən 30 dekabr 2020-ci il tarixədək olan müddətdə hissə-hissə olmaqla ünvan 4 ünvanında yerləşən “VİMAY” Tibb Mərkəzinin inzibati binasında Zərərçəkmiş şəxs məxsus pul vəsaitini Mərkəzin cinayətdən xəbərsiz olan mühasibi Şahid5 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 10.300 (on min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkim-radioloq vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid2 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkim-radioloq işinə düzəlməyi "xxxx" şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 10.200 (on min iki yüz) manat müqabilində "xxxx" şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə “VİMAY” Tibb Mərkəzinin cinayətdən xəbərsiz olan mühasibi Şahid5 vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 10.200 (on min iki yüz) manat məbləğində pulu istəyərək Şahid2 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “VİMAY” Tibb Mərkəzinin inzibati binasında Mərkəzin mühasibi Şahid5 vasitəsilə alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 10.200 (on min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkim-ginekoloq vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid4 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkim-ginekoloq işinə düzəlməyi "xxxx" şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 10.200 (on min iki yüz) manat müqabilində "xxxx" şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə “VİMAY” Tibb Mərkəzinin cinayətdən xəbərsiz olan mühasibi Şahid5 vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 10.200 (on min iki yüz) manat məbləğində pulu istəyərək Şahid4 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “VİMAY” Tibb Mərkəzinin inzibati binasında Mərkəzin mühasibi Şahid5 vasitəsilə alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 10.200 (on min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə sürücü vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid12 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində sürücü işinə düzəlməyi "xxxx" şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 6.800 (altı min səkkiz yüz) manat müqabilində "xxxx" şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulu istəyərək Şahid12 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 5 oktyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “VİMAY” Tibb Mərkəzinin inzibati binasında sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid12 məxsus 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkim-kosmetoloq vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid3 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkim-kosmetoloq işinə düzəlməyi "xxxx" şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 6.400 (altı min dörd yüz) manat müqabilində "xxxx" şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə “VİMAY” Tibb Mərkəzinin cinayətdən xəbərsiz olan mühasibi Şahid5 vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 6.400 (altı min dörd yüz) manat məbləğində pulu istəyərək Şahid3 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 6 oktyabr 2020-ci il və 8 oktyabr 2020-ci il tarixlərdə hissə-hissə olmaqla ünvan 4 ünvanında yerləşən “VİMAY” Tibb Mərkəzinin inzibati binasında Mərkəzin mühasibi Şahid5 vasitəsilə alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 6.400 (altı min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkim-stomatoloq vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid7 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkimstomatoloq işinə düzəlməyi "xxxx" şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 5.000 (beş min) manat müqabilində "xxxx" şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 5.000 (beş min) manat məbləğində pulu istəyərək Şahid7 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2020-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Araz” marketin qarşısında sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə sürücü vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid5 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində qardaşı Şahid6 sürücü işinə düzəlməyi "xxxx" şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 6.800 (altı min səkkiz yüz) manat müqabilində "xxxx" şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə Şahid5 vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulu istəyərək Şahid5 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 15 dekabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “VİMAY” Tibb Mərkəzinin inzibati binasında Şahid5 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid5 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində əlaqələrindən istifadə etməklə "xxxx" şirkətində olan tanışları vasitəsilə stasionar xidmət göstərilməsi ilə əlaqədar tibbi avadanlıqların ucuz qiymətə alınmasında köməklik göstərə biləcəyinə dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Zərərçəkmiş şəxs özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun direktor olduğu “VİMAY” Tibb Mərkəzinə ambulans avtomobili, MRT aparatı və digər tibbi avadanlıqları dəyərindən ucuz qiymətə təşkil edəcəyini bildirməklə inandırıb aldadaraq 2020-ci ilin oktyabr ayının əvvəllərindən 2020-ci ilin dekabr ayının sonlarına kimi olan müddətdə hissə-hissə olmaqla ünvan 4 ünvanında yerləşən “VİMAY” Tibb Mərkəzinin binasında cəmi 109.200 (bir yüz doqquz min iki yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 109.200 (bir yüz doqquz min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin 300 nəfər işçisinə günorta yeməklərinin verilməsinin tenderdə qalib gəlmək yolu ilə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin fevral ayının əvvəllərində müraciət etmiş Şahid8 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona "xxxx" şirkətinin 300 nəfər işçisinə günorta yeməklərinin verilməsini şirkətdə tanışları olan vəzifəli şəxslərin vasitəsilə 26.000 (iyirmi altı min) manat müqabilində tenderdə qalib gəlmək yolu ilə "xxxx" şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 26.000 (iyirmi altı min) manat məbləğində pulu istəyərək Şahid8 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2021-ci ilin fevral ayında hissə-hissə olmaqla 18.500 manat məbləğində, habelə sonuncu dəfə 7.500 manat məbləğində olmaqla, ümumilikdə 26.000 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56 ünvanında yerləşən Yasamal rayon icra hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid8 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 26.000 (iyirmi altı min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dələduzluq etməmiş və vətəndaşları rüşvət verməyə təhrik etməmişdir. Belə ki, o, «VİMAY» tibb mərkəzinin həkim cərrahı Şahid1 10 ildən çox müddətdir ki, tanımışdır. Belə ki, bu həkim əvvəllər “X4”nda cərrahiyyə şöbəsində həkim-cərrah işləmiş, onu və atasını müalicə etmişdir. Bu səbəblə əlaqədar onunla yaxşı münasibətləri yaranmışdır. O, heç vaxt « BP Azərbaycan» şirkətində hər hansı bir vəzifədə işləməmişdir. Şahid1la onun müdiri «VİMAY» tibb mərkəzinin baş həkimi Zərərçəkmiş şəxsla iş qurmaq məqsədi olmuşdur. Belə ki, məqsədi torpaq sahəsi götürməklə bina inşa etmək, həmn binada tibbi klinika yaratmaq olmuşdur. Lakin onun vəsaiti olmadığı üçün həmin vəsaiti Eldar müəllimdən və onun müdiri Zərərçəkmiş şəxs, «VİMAY» tibb mərkəzinin mühasibi Şahid5 keçən ilin oktyabr ayından pul vəsaitləri toplamışdır. Təbii ki, tikilməkdə nəzərdə tutulmuş klinikada rəhbər, həkim və texniki vəzifələrdə «VİMAY» tibb mərkəzinin heyəti işləməli idi. O, həqiqətən bu məqsəd üçün Şahid1 7.400 manat almış, Zərərçəkmiş şəxsla onu məhz Eldar həkim tanış etmiş və Mirəzim həkim onun təklifini qəbul edərək bui ş üçün 10.300 manat özü şəxsən vermiş, tikiləcək klinikaya tibbi avadanlıqların alınması üçün isə Zərərçəkmiş şəxs ona 109.200 manat pul vermişdir. Həmçinin «VİMAY» tibb mərkəzinin həkimləri Şahid2 ona 10.200 manat, Şahid3 6.400 manat vermiş, Zərərçəkmiş şəxs həmçinin öz xanımı Şahid4 adından ona daha 10.200 manat vermiş, «VİMAY» tibb mərkəzinin mühasibi Şahid5 özü və qardaşı Rüfətin adından 6.800 manat pul vermiş, «VİMAY» tibb mərkəzinin digər əməkdaşı Şahid8 isə ona gələcəkdə tikiləcək klinikada yeməkxananın açılması və işlətməsi üçün ona 26.000 manat pul vermişdir. Həmçinin Şahid8 dayısı oğlu Şahid9 ona eyni məqsədlə 1.500 manat vermiş, Şahid8 digər tanışı Şahid10 isə daha 7.000 manat pul vermişdir. X6 həmin məqsədlə 6.800 manat pul vermişdir. Qeyd etmək istəyir ki, pulların çoxunu işçilər adından ona «VİMAY» tibb mərkəzinin mühasibi Şahid5 özü alıb ona çatdırmışdır. Üst-üstə 150.000 manata yaxın pul toplanmışdır. Həmin vəsaitləri torpaq sahəsinin alınması və tikintiyə sərf etməli idi. Lakin həmin ərəfələrdə atası ürək əməliyyatı keçirmiş, bacısının əri isə avtoqəzasında ağır xəsarət almışdır. Atasının müalicəsi üçün 15.000 manata yaxın, yeznəsinin müalicəsi üçün isə 25.000 manata yaxın pul xərcləmişdir. Bu səbəbdən işlərə başlaya bilməmiş və pul aldığı adamlar ondan hüquq-mühafizə orqanlarına şikayət etdiyindən və həbs olunduğundan klinika tikmək məqsədinə nail ola bilməmişdir. Qeyd etmək istəyir ki, o, orta təhsilli olmaqla tibb işindən, həmçinin tikinti sahəsindən xəbərsizdir, heç vaxt bu sahələrdə işləməmişdir. Əlavə qeyd etmək istəyir ki, vətəndaşlar Şahid2 10.200 manat, Şahid3 6.400 manat, Şahid4 10.200 manat zərəri tam ödəmiş, Zərərçəkmiş şəxs isə cəmi 5.200 manat pulu məhkəməyədək ödəyə bilmişdir. Məhkəmə ərəfəsində isə atası tərəfindən Şahid8 daha 7.000 manat pul ödənilmiş, İbrahimə 19.000 manat borcu qalmışdır. Ümümilikdə isə vətəndaşlara vurulan ziyandan 39.000 manat ödəmiş,əgər məhkəmə onun barəsində həbs qətimkan tədbirini dəyişsə o qalan digər ziyanı da ödəməyi öhdəsinə götürür. Himyəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır, həyat yoldaşı iki gün bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mşğul olduğu üçün həbs edilib, uşaqları baxımsız qalıb, etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həkim-cərrah Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, o, 2017-ci ildən etibarən “Vimay” klinikasının direktoru vəzifəsində çalışır. Eyni zamanda həmin klinikada həkim-cərrah kimi fəaliyyət göstərir. Eldar həkim isə həmin klinikada həkim-cərrah vəzifəsində çalışır. Şahid1 2020-ci ilin oktyabr ayında ona bildirmişdir ki, Təqsirləndirilən şəxs və ailə üzvləri onun pasiyentləri olmuş, bununla əlaqədar olaraq Təqsirləndirilən şəxslə yaxşı münasibətləri yaranmışdır. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona demişdir ki, "xxxx" şirkətində təsərrüfat müdiri işləyir və şirkətin Bakıda açılacaq həkim məntəqəsinə yüksək maaşla işçilərə ehtiyac vardır. Bundan sonra Eldarın təklifi ilə bağlı onun iş otağında Təqsirləndirilən şəxslə üçü görüşmüşlər və həmin vaxt Nicat bildirmişdir ki, "xxxx" şirkətində təsərrüfat müdiri işləyir, şirkət öz əməkdaşlarının Bakı şəhəri, “Yeni Yasamal” adlanan ərazidə yaşadıqları yerdə həkim məntəqəsi açır, orada yüksək maaşla həkim və digər tibbi personallar işə götürüləcək. Həmçinin Təqsirləndirilən şəxs "xxxx" şirkətinin tibb məntəqəsində ambulator müalicə alan şəxslərə ehtiyac yarandıqda stasionar xidmət göstərə bilməsi üçün klinika ilə müqavilə bağlamaq istədiyini bildirmiş, o, Nicatın təklifləri ilə razılaşmış və eyni zamanda öz işçilərinə də bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ondan 10.300 manat, arvadı - fərdi qaydada müqavilə əsasında həkim-ginekoloq işləyən Sevil Tarkuliyevadan 10.200 manat, tibb işçisi-radioloq Şahid2 10.200 manat, həkim-kosmetoloq işləyən Şahid3 6400 manat, həkim-cərrah Şahid1 7400 manat, həkim-stomatoloq Şahid7 5000 manat, kassir Şahid12 sürücü işinə düzəlməsi üçün 6800 manat və baş mühasib Şahid5 qardaşı Şahid6 sürücü işinə düzəlməsi üçün 6800 manat olmaqla cəmi 63.100 manat almışdır. Qeyd etmişdir ki, bu pullardan hər birini pulun sahibi özü birbaşa Nicata vermişdir. Lakin, Sevil xanım, Könül xanım və Vəfa xanım vermiş olduqları pul vəsaitlərini baş mühasibi Şahid5 vasitəsilə veriblər. İşçilərin işə düzəlməsi üçün pullar əsasən 2020-ci ilin oktyabr ayında Nicata verilmişdir. Bundan başqa, Nicat bildirmişdir ki, onların klinikası ilə “BP”-nin həkim məntəqəsinə stasionar xidmət göstərilməsi ilə əlaqədar müqavilə bağlanacaq və buna görə “BP” şirkəti tərəfindən onlara aşağı qiymətə ambulans avtomobili, MRT aparatı və digər avadanlıqlar alınaraq veriləcək, 5 ildən sonra həmin avadanlıqlar onlara qalacaqdır. Belə ki, həmin vaxt Nicat onlara MRT aparatını, avtomobili və digər avadanlıqları üçün şirkətin hesabına ilkin ödəniş edilməsini, daha sonra həmin avadanlıqların onların klinikaya yerləşdiriləcəyini bildirmişdir. Onların klinikası isə 5 il ərzində «BP» şirkətin əməkdaşlarını veriləcək olan tibbi avadanlıqlarla pulsuz müayinə edəcəklər. Nicat bununla bağlı şirkətlə dediyi qaydada müqavilə də bağlanılacağını demişdir. Nicatın dedikləri ona sərf etdiyinə görə baş mühasib Şahid5 ambulans avtomobili üçün hissə-hissə olmaqla Nicata cəmi 45.780 manat pul verilməsinə dair göstəriş vermişdir. Kərim də həmin pulları klinikada öz otağında Nicata vermişdir. MRT aparatı üçün yenə onun göstərişi əsasında Kərim hissə-hissə olmaqla Nicata 63.420 manat pul vermişdir. Ambulans və MRT üçün verdiyi pulları o, öz tanışlarından borc götürüb Kərimə vermiş, sonuncu isə Nicata vermişdir. İşə düzəlmək üçün verilən pulları isə hər kəs özü vermişdir. Şahid1 həkim-cərrah vəzifəsinə işə düzəlməsi üçün Nicata 7.400 manat, sonuncunun başqa tibbi müəssisədə həkim-stomatoloq işləyən tanışı Şartil Braxmalinov isə Eldar həkimin vasitəsi ilə işə düzəlməsi üçün 5000 manat pul Nicata vermişdir. Bunu Eldar həkimin öz sözlərindən bilir. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs aldığı pullardan 32.000 manat qaytarmış, qaytardığı puldan ona 5.200 manat çatmış, həkimləri Şahid3 6.400 manat, arvadı Şahid4 10.200 manat və həkim Şahid2 10.200 manat çatmışdır. Qalan borcu Təqsirləndirilən şəxs ödəməmişdir. Qalan məbləğin ödənilməsini Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 20 ilə yaxındır ki, tanıyır. Belə ki, Nicat, onun atası, ailələrinin digər üzvləri onun pasiyentləri olmuşdur. O vaxtlar Nicat özünü Yasamal rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim etmişdir. O, uzun müddət X2 cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləmiş, 2020-ci ilin oktyabr ayının 4-də yaş həddi ilə əlaqədar təqaüdə çıxaraq bundan sonra “Vimay” klinikasında həkim-cərrah kimi fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək "xxxx" Şirkətində təsərrüfat müdiri işlədiyini, şirkətin əməkdaşlarının Yeni Yasamal ərazisində yaşadığı yaşayış məntəqəsində tibb məntəqəsi açıldığını, orada “BP” əməkdaşlarına tibb xidməti göstərmək üçün məntəqəyə həkim və digər personala ehtiyac olduğunu, işçilərə yüksək maaş veriləcəyini bildirmişdir. O, Nicata özünün hazırda təqaüddə olan həkim olduğunu və işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona maaşın dollarla olacağını, işə düzəlmək üçün əvvəlcədən 2 ayın maaşını, yəni 7400 manat pul verməli olduğunu bildirmişdir. O, 2020-ci ilin oktyabr ayında yaşadığı ünvanın qarşısında Təqsirləndirilən şəxs 7.400 manat pulu nağd şəkildə birdəfəyə vermiş və pulla yanaşı Nicat ondan şəxsi işi, anketi, işə düzəlmə barədə ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti kimi sənədləri də almışdır. Nicat pulu ondan aldıqdan sonra noyabr ayının 1-də iş yerinin açılacağını, həmin tarixdən işə başlayacağını, həmçinin digər sahələr üzrə həkimlərin lazım olduğunu bildirmişdir. Bu səbəbdən o, Nicata əvvəllər tanıdığı və birlikdə işləmiş həkim-stomatoloq Şahid7 məsləhət görərək sonuncunun telefon nömrəsini Nicata vermiş, bundan sonra, Təqsirləndirilən şəxs Ş. Raxamimov ilə görüşüb işə düzəltmək adı ilə sonuncudan 5.000 manat pul almışdır. Bundan bir müddət sonra da Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq "xxxx" şirkətinin tibb məntəqəsində ambulator müalicə alan şəxslərə ehtiyac yarandıqda stasionar xidmət göstərə bilməsi üçün hər hansı klinika ilə müqavilə bağlamaq istədiyini bildirmişdir. O, da hazırda işlədiyi “Vimay” klinikasını məsləhət bilərək Nicatı bu klinikanın baş həkimi Zərərçəkmiş şəxsla tanış etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla görüşdə özünü “BP” Azərbaycan şirkətinin təsərrüfat müdiri kimi təqdim edib şirkətin “Vimay” klinikası ilə müqavilə bağlanması ilə əlaqədar inandırıb razılaşdırmışdır. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs baş həkim Zərərçəkmiş şəxs və onun mühasibi Şahid5la danışaraq klinikanın digər işçilərini də həmin tibb məntəqəsinə işə düzəltmək və eyni zamanda klinikaya MRT və digər texniki avadanlıq almaq adı ilə ümumilikdə 159.900 manat pul almışdır. Ondan və Ş.Braxmalinodan aldığı pullarla birlikdə 172.300 manat pul almışdır. Həmin pulları hissəhissə olmaqla bir neçə dəfəyə almışdır. O və Klinikanın əməkdaşları dəfələrlə Təqsirləndirilən şəxslə danışaraq işin həll olunmasını, yaxud pullarını geri qaytarmasını tələb etmişlər. Lakin bu günədək Təqsirləndirilən şəxs vurduğu ziyanın az bir hissəsini- 32.000 manat ödəmişdir. Əfsuslar olsun ki, o puldan ona bir şey ödənilməmişdir. «Vimay» klinikasının mühasibi Şahid5 klinikanın işçilərindən aldığı pulları öz otağında Nicata vermiş, pulu vermə prosesini videogörüntüyə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2018-ci ilin fevral ayından etibarən “Vimay” klinikasında mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında klinikanın baş həkimi Zərərçəkmiş şəxs öz xidməti otağında bütün həkimlərə "xxxx" şirkətinin təsərrüfat üzrə məsul şəxs kimi təqdim etmiş, "xxxx" şirkətinin tibb müəssisəsi açılacağını, həmin müəssisəyə həkim və digər tibbi personal lazım olduğunu, Nicatın “Vimay” klinikasının həkim-cərrahı olan Şahid1la yaxın olduğu üçün məhz onların klinikasından mütəxəssisləri açılacaq yeni klinikaya cəlb etmək istəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onların klinikası ilə "xxxx" şirkətinin yeni açılan tibb məntəqəsi ilə müqavilə bağlayaraq stasionar tibb xidmətləri göstərməsi üçün ilkin sənədləşmə adı ilə 2700 manat pul tələb etmişdir. O da 2020-ci ilin oktyabr ayında baş həkim Zərərçəkmiş şəxs tapşırığı əsasında Təqsirləndirilən şəxs 2.700 manat pulu klinikanın mühasibatlıq otağında nağd şəkildə vermişdir. Həmin puldan sonra, Nicat klinikaya “BP” şirkəti tərəfindən MRT və Lazer aparatı veriləcəyini vəd edərək bu adla baş həkim Zərərçəkmiş şəxs 60.450 manat, eyni zamanda ambulans nəqliyyat vasitəsi verəcəyi adı ilə 45.780 manat pul almışdır. Həmin pulların hamısını baş həkim Zərərçəkmiş şəxs göstərişi əsasında o, vermişdir. Pulların hamısını o, 2020-ci ilin oktyabr, noyabr, dekabr aylarında klinikanın özünə məxsus xidməti otağında Nicat Atakşiyevə vermişdir. Şəxsən o özü qardaşı Şahid6 sürücü işinə düzəlməsi üçün Nicata 6800 manat vermişdir. Həmçinin baş həkimin göstərişinə əsasən "xxxx" şirkətinin tibbi müəssisəsinə həkim vəzifələrinə düzəlmək üçün Şahid2 və Şahid4 hər birinin ayrı-ayrılıqda verdikləri 10.200 manat pul, həkim Şahid3 verdiyi 6.400 manat pulu Nicata xidməti otağında özü vermişdir. O, Nicata pul verərkən Təqsirləndirilən şəxs özü əlyazma ilə pul almasına dair qəbz vermiş, eyni zamanda o, Təqsirləndirilən şəxs pul verdikdə bu prosedurun videogörüntüsünü qeydə alırdı. Bundan başqa, Nicat onu bir neçə dəfə “AzərTürk” bankına göndərərək orada bizə rekvizitlər açdıracağını, maaşlarını oradan veriləcək kartlar vasitəsi ilə alacağını demişdir. Hətta bir dəfə Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr-noyabr aylarında “ARASH” klinikasından bir nümayəndə ilə birlikdə klinikaya gələrək yerində onların klinikasına quraşdırılacaq MRT və sair avadanlığın yerləşdirilməsi şərtləri barədə danışmışdır. Həmin şəxs «ARAŞ MEDİKAL KOMPANY» şirkətinin direktorunun müşaviri olmuş, adı da səhv etmirsə Əli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2019-cu ildən etibarən “Vimay” klinikasında xəzinədar vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayından etibarən klinikada həkimcərrah vəzifəsində işləyən Şahid1 vasitəsi ilə tanımış, belə ki, klinikanın baş həkimi Zərərçəkmiş şəxs onu yanına çağıraraq bildirmişdir ki, həkim cərrah Şahid1 tanış etdiyi Təqsirləndirilən şəxs onları yeni iş yerinə düzəldir. “BP” şirkətinin yeni açılacaq tibb məntəqəsində sürücü vəzifəsi vakantdır. Bundan sonra Təqsirləndirilən şəxs özü onunla iş yerində görüşərək bildirmişdir ki, onların şirkətində sürücünün maaşı 2.000 ABŞ dollarıdır. Əgər sürücü vəzifəsinə düzəlmək istəyirsə, birinci gün 05 oktyabr 2020-ci il tarixdə, saat 11-ə kimi 6.800 manat pul çatdırmalıdır. Həmin pulu dollarla gətirməyini demişdir. 05 oktyabr 2020-ci il tarixdə o, Kərimin otağında Təqsirləndirilən şəxs pulu verdikdən 3 gün sonra Nicat ondan sənədlərin düzəldilməsi üçün əlavə 75 manat da almışdır. O, Nicata yenə klinikada Kərimin iş otağında 75 manatı verərkən sonuncu ondan şəxsiyyət vəsiqəsi, şəxsi anketi, əmək kitabçası və sair sənədlərin surətini gətirməyini bildirmişdir. O, özünə aid sənədlərin surətlərini klinikanın mühasibi Şahid5 Təqsirləndirilən şəxs təqdim etməsi üçün vermişdir. Bundan sonra onlar birlikdə Təqsirləndirilən şəxs dediyi, Yasamal rayonunda yerləşən, hazırda adını xatırlamadığı poliklinikanın qarşısına getmişlər. O avtomobildə qalaraq Kərimin Nicatla görüşüb ona sənədləri verməsini telefonu ilə videoya çəkmişdir. Bundan sonra, Nicat onları dəfələrlə müxtəlif yerlərə göndərək guya onlara maaş kartı veriləcəyini bildirmiş, eləcə də digər bəhanələr gətirərək vaxt uzatmışdır. Təqsirləndirilən şəxs özünü onlara “BP” Azərbaycan şirkətinin təsərrüfat müdiri kimi təqdim edərək demişdir ki, “BP” şirkətinin Azərbaycanda işləyən əməkdaşları üçün yeni açılan tibb məntəqəsinə onları işə götürəcək. Təqsirləndirilən şəxs ondan başqa klinikanın digər işçilərindən də işə düzəltmək adı ilə müxtəlif məbləğlərdə pullar almışdır. Eyni zamanda Nicat şirkətin baş həkimi Zərərçəkmiş şəxs klinikaya avadanlıqlar almaq adı ilə külli miqdarda pullar almışdır. Klinikanın işçilərinin bəziləri özləri Təqsirləndirilən şəxs pul vermiş, əksəriyyəti isə pullarını muhasib Şahid5 vasitəsi ilə Nicata vermişlər. O, şəxsən Nicata“Unibank”dan kredit götürüb 6800 manat pulu dollar şəklində mühasib Şahid5 iştirakı ilə vermişdir. Təqsirləndirilən şəxs heç kimi, o cümlədən onu, vəd etdiyi işlərə düzəltməmiş, klinikanın bütün işçilərini aldadaraq pullarını ələ keçirmişdir. Pulunu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən “Vimay” klinikasında həkim-radioloq vəzifəsində çalışır, klinikanın baş həkimi Zərərçəkmiş şəxsdur. Mirəzim həkim 2020-ci ilin oktyabr ayında klinikanın həkimlərini xidməti otağında toplayaraq bildirmişdir ki, "xxxx" neft şirkətinin təsərrüfat müdiri Təqsirləndirilən şəxs ona müraciət edərək "xxxx" şirkətinin əməkdaşları üçün yeni müalicə müəssisəsinin açılacağını və ora həkimlərin lazım olacağını bildirmişdir. Zərərçəkmiş şəxs «Vimay» klinikasında iş yerlərini saxlamaqla "xxxx" şirkətinin əməkdaşları üçün yeni müalicə müəssisəsində özü də daxil olmaqla “Vimay” klinikasının bir neçə həkiminin yüksək əmək haqqı müqabilində işləyəcəyini demiş və o da orada həkim-radioloq kimi fəaliyyət göstərmək istədiyini bildirmişdir. Baş həkim gələcək iş yerində alacaqları 2 aylıq əmək haqqının məbləğini Nicata ödəməli olacaqlarını bildirdikdən sonra o, “Vimay” klinikasının mühasibi Şahid5 10.200 manat pul vermişdir. Baş həkimin deməsinə görə həmin pula onun üçün yeni tibb avadanlığı da alınmalı idi. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan 10.200 manat məbləğində ziyan tamamilə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən “Vimay” klinikasında həkim-kosmetoloq vəzifəsində çalışır. Mirəzim həkim 2020-ci ilin oktyabr ayında klinikanın həkimlərini xidməti otağında toplayaraq bildirmişdir ki, "xxxx" neft şirkətinin təsərrüfat müdiri Təqsirləndirilən şəxs ona müraciət edərək "xxxx" şirkətinin əməkdaşları üçün yeni müalicə müəssisəsinin açılacağını və ora həkimlərin lazım olacağını bildirmişdir. Zərərçəkmiş şəxs «Vimay» klinikasında iş yerlərini saxlamaqla "xxxx" şirkətinin əməkdaşları üçün yeni müalicə müəssisəsində özü də daxil olmaqla “Vimay” klinikasının bir neçə həkiminin yüksək əmək haqqı müqabilində işləyəcəyini demiş və o da orada həkim-kosmetoloq kimi fəaliyyət göstərmək istədiyini bildirmişdir. Baş həkim gələcək iş yerində alacaqları 2 aylıq əmək haqqının məbləğini Nicata ödəməli olacaqlarını bildirdikdən sonra o, “Vimay” klinikasının mühasibi Şahid5 6.400 manat pul vermiş, Şahid5 da həmin pulu həmin vaxt kabinetində olan Təqsirləndirilən şəxs vermişdir. Baş həkimin deməsinə görə həmin pula onun üçün yeni tibb avadanlığı da alınmalı idi. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan 6.400 manat məbləğində ziyan tamamilə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onun həyat yoldaşı Zərərçəkmiş şəxs “Vimay” klinikasının direktorudur. O isə həmin klinikada həkim-ginekoloqdur. 2020-ci ilin oktyabr ayında həyat yoldaşı Zərərçəkmiş şəxs demişdir ki, ona "xxxx" neft şirkətinin təsərrüfat müdiri Nicat adlı şəxs müraciət etmiş, "xxxx" şirkətində açılacaq yeni müalicə müəssisəsinə həkimlərin lazım olduğu üçün “Vimay” klinikasında işləyən həkimləri ora işə dəvət edir. Həyat yoldaşı ona təklif etmişdir ki, yeni klinikaya həkim-ginekoloq vəzifəsinə yüksək maaş verilmək şərti ilə işə düzəlməsinə razılıq versin. O da həyat yoldaşına inanaraq razılıq vermişdir. Nicat adlı şəxslə görüşməmiş, ona pul verməmişdir. Ərinin deməsinə görə sonuncu Nicata 10.200 manat pul vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Nicat dələduzdur, hamını aldadır, heç bir iş yoxdur. İbtidai istintaq zamanı ona vurulmuş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, ona 5.000 manat pul vermişdir. Həmin pulu ona Yasamal rayonu ərazisindəki Araz dükanı ilə üzbəüz ərazidə vermişdir. İş ondadır ki, o, uzun müddət X2 stomatoloq vəzifəsində işləmiş, 2020-ci ilin sentyabr ayının 14-dən təqaüdə çıxmışdır. Ondan təxminən 10 gün sonra tanışı Şahid1 ona zəng edərək bildirmişdir ki, "xxxx" neft şirkətinin təsərrüfat müdiri Təqsirləndirilən şəxs adlı tanışı var və həmin şəxs "xxxx" şirkətinin Bakı şəhəri “Yasamal”adlı ərazidə açılacaq xəstəxanasına həkim axtarır, həmin Nicatın özü və qohumlarını müalicə etmişdir, Nicata etibar etdiyi üçün onu həmin xəstəxanaya stomatoloq həkim vəzifəsinə getməyi təklif etmişdir. Eldar onun mobil nömrəsini Təqsirləndirilən şəxs vermiş,bundan sonra yuxarıda göstərdiyi hadisələr baş vermişdir. Həmin vaxt Nicat ondan aldığı həmin pulu şirkətin rəhbəri olan İngiltərə vətəndaşına verəcəyini bildirmişdir. Pulunu tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, lakin, 2020-ci ilin oktyabr ayında “Vimay” klinikasında mühasib işləyən qardaşı Kərim ona Nicat adlı şəxslə tanış olduğunu və onun vasitəsilə “BP” Azərbaycan şikrətinin yeni açacağı xəstəxanaya onu sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. O da qardaşı ilə razılaşmış, ondan sonra heç nədən xəbəri olmamışdır. Bir müddət sonra qardaşı Kərim bildirmişdir ki, onu sürücü kimi işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 6.800 manat məbləğində pul vermiş, lakin Nicat öhdəliyinə götürdüyü vədini yerinə yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7 ilə yaxındır ki, tanıyır. Belə ki, Nicat onun dəniz kənarında işlətdiyi «Sunset» istirahət mərkəzinə ailəsi ilə birlikdə gəlib istirahət etmiş və bu zaman aralarında isti münasibət yaranmışdır. 2021-ci ilin fevral ayında Nicat növbəti dəfə istirahət mərkəzinə gəldikdə əməkdaşı olduğu “BP” Azərbaycan şirkətində işləyən təxminən 300 nəfərə yaxın işçiyə yemək sifarişini ona verə biləcəyini bildirmiş, hər bir şəxs üçün «Sunset» istirahət mərkəzinə 7 manat 50 qəpik pul ödənişini keçirəcəyini bildirmişdir. Ödənişi hər həftənin 5-ci günü həmin şirkətdən onun bank hesabına köçürüləciyini bildirmişdir. Nicatın təklifi ona sərf etdiyinə görə o, həmin şirkətlə yemək sifarişi işinə razılığını bildirmişdir. Həmin vaxt Nicat ona 20-25 min manat arası xərci çıxacağını bildirmişdir. Belə ki, bu hüququ əldə etmək üçün Nicat “BP” Azərbaycan şirkətində olan tanışlarına tenderdə onun udmağı üçün pul vəsaitləri verməli olduğunu demişdir. Nicatla razılaşaraq 2021-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, 3-cü mikrorayonda yerləşən “Qızıl Gold” şadlıq sarayının yaxınlığında 5.000 manat, bundan sonra hissə-hissə olmaqla ümumilikdə, 26.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Pulların hamısını 2021-ci ilin fevral ayı ərzində Nicata vermişdir. O, pul vəsaitlərini bir qismini dayısı oğlu Şahid9 vasitəsilə, digər qismini isə taksi xidməti ilə məşğul olan tanışları Samir və Rüfət vasitəsilə vermişdir. Valeh vasitəsilə Nicata 1500 manat, Samir vasitəsilə 7000 manat və Rüfət vasitəsilə isə 5000 manat pul vermişdir. 12500 manat pulu özü birbaşa Nicata təqdim etmişdir. Sonuncu dəfə isə 2021-ci ilin fevral ayının 27-si Nicatla Bakı şəhəri, Yasamal rayonu icra hakimiyyətinin inzibati binasının qarşısında görüşmüş və orada Nicata 7500 manat pul vermişdir. Nicat pulları götürdükdən sonra işin tez bir zamanda həll olunacağını vəd vermiş, lakin bundan sonra ondan görüşməkdən boyun qaçırmışdır. Bir müddətdən sonra Nicatdan xəbər gəlmədiyini, işinin həll olunmadığını görüb vermiş olduğu ümumilikdə 26.000 manat məbləğində pul vəsaitini geri tələb etmişdir. Nicat isə müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamışdır. Ona dəymiş ziyanın Təqsirləndirilən şəxs alınıb ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, “Sunset” istirahət mərkəzinin adminstratoru Şahid8 isə onun bibisi oğludur. 2021-ci ilin fevral ayında bibisi oğlu İbrahim işinin çox olduğunu səbəb gətirərək tanışı Nicat adlı şəxsə verilməli olan pul məbləğini çatdırmağı ondan xahiş etmişdir. O, İbrahimin iş yerinə gedib İbrahimin ona verdiyi 1500 manat məbləğində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığında halhazırda məhkəmə zalında gördüyü Nicata vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, təxminən 7 ilə yaxındır ki, Novxanı çimərliyinin yanında yerləşən “Sunset” istirahət mərkəzinin qarşısında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən “Sunset” istirahət mərkəzinin adminstratoru Şahid8 onu tanımış və taksi kimi istifadə etmişdir. Bu ş üzrə onu bildirir ki, 2021-ci ilin fevral ayında İbrahim ona 7.000 manat pul vermiş və həmin pulu İbrahimin tapşırığına əsasən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Qələbə” dairəsinin yaxınlığında hal-hazırda məhkəmə zalında gördüyü Nicata vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, taksi xidməti ilə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanımır, münasibəti olmamışdır .O təxminən 10 ilə yaxındır ki, Novxanı çimərliyinin yanında yerləşən “Sunset” istirahət mərkəzinin qarşısında taksi fəaliyyəti ilə məşğuldur. “Sunset” istirahət mərkəzinin adminstratoru Şahid8la münasibəti yaranmışdır və İbrahim ondan həmişə taksi kimi istifadə etmişdir. Belə ki, 2021-ci ilin fevral ayında İbrahim ona 5.000 manat pul vəsaiti vermiş və həmin pulu Nicata çatdırmağını xahiş etmişdir. O da həmin pulu götürmüş və Nicatla Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lider TV” nin yaxınlığında görüşmüşdür. O İbrahimin ona vermiş olduğu 5.000 manat pul vəsaitini elə həmin yerdə Nicata vermişdir. Nicat pulu götürdükdən sonra o, bu barədə İbrahimə məlumat vermişdir. Daha sonra Nicatı görməmiş və başqa hər hansı bir məbləğdə pul verməmişdir. Həmin vaxt onlardan başqa orada heç kim olmamışdır. Həmçinin, o, İbrahimin Nicata hansı səbəbdən pul verməsindən məlumatsız olmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsi elan olunaraq müəyyən edlmşdir ki, 2013-cü ildən "X13" şirkətinin servis departamentində işləmiş, 2018-ci ildən direktorun layihələr üzrə müşaviri vəzifəsində işləyir. 2020-ci ilin xatırlamadığı ayında Eldəniz adlı şəxs şirkətlərinin baş ofisinə gələrək, özünü “BP” neft şirkətinin əməkdaşı kimi təqdim etmiş və bir klinika üçün avadanlıq (MRT və ambulans avtomobili) almaq istədiyini bildirmişdir. Həmçinin Eldəniz həmin avadanlığın və ambulansın BP neft şirkəti tərəfindən klinikaya ianə (yardım) ediləcəyini bildirmişdir. O, şirkət nümayəndəsi olaraq Eldənizlə vaxt təyin etmiş və bir neçə gün sonra birlikdə "Vimay" klinikasına MRT aparatının quraşdırılacağı otağa baxış keçirməyə getmişdir. Klinikanın birinci mərtəbəsində yerləşən otağa baxış keçirərkən orada onlarla birgə "Vimay" klinikasının təsərrüfat işləri ilə məşğul olan bir nəfər şəxs olmuşdur. Qeyd olunan otağın ölçüsünün standartlara uyğun olmadığı üçün o, MRT aparatının quraşdırılmasının çətin olacağını və bunun üçün istehsalçı ilə əlaqə saxlayacığını bildirmişdir. Təxminən 3-5 gün sonra Eldənizlə telefonla əlaqə saxlamış və bildirmişdir ki, MRT aparatının quraşdırılması otağın ölçüləri böyüdülmək şərti ilə mümkündür. O, hazırda xatırlamadığı şirkətin mühəndislərindən biri ilə "Vimay" klinikasına getmiş və orada Eldənizlə görüşmüşdür. Klinikanın daxilində onları adını xatırlamadığı baş həkim qarşılamışdır. O, MRT aparatının quraşdırılacağı otağın böyüdülməsinin lazım olduğunu demiş, baş həkim isə otağın yanında yerləşən digər otağın onun kabineti olduğunu və arada olan divarın sökülərək standartlara uyğun olan böyük otaq düzəldə biləcəyini bildirmişdir. Təxminən 1-2 həftə sonra şirkətləri tərəfindən Eldənizə MRT aparatının quraşdırılacağı yerin layihəsi və ambulans avtomobilnin spesifikasiyasıları ilə birlikdə qiyməti olan cədvəl təqdim edilmişdir. Eldəniz BP-nin rəhbərliyi ilə əlaqə saxlayıb yaxın vaxtlarda onlara xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, mütəmadi olaraq bir neçə dəfə Eldənizlə əlaqə saxlasa da, sonuncu hər dəfə xəbər edəcəyini bildirərək konkret heç bir məlumat verməmişdir. Nəticədə Eldənizdən xəbər çıxmadığı üçün o, sonuncunun başqa şirkətlə razılaşdığını düşünmüşdür. Şahid11 həmçinin ifadəsində göstərmişdir ki, fotoşəkildə təqdim olunan şəxsi, yəni Təqsirləndirilən şəxs Eldəniz kimi tanımış, barəsində bəhs etdiyi şəxs Təqsirləndirilən şəxs özünü ona BP Azərbaycan şirkətinin əməkdaşı kimi təqdim etmişdir. İlkin danışıqları layihə mərhələsində olduğundan Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs BP Azərbaycan şirkətinin rəhbərliyindən kiminlə əlaqə saxladığı barədə məlumatı olmamışdır. Həqiqətən həmin klinikaya gedilərək yerində danışıqlar aparılmış və layihə təqdim edilmişdir. Amma, Təqsirləndirilən şəxs həmin şəxsləri aldadaraq pullarını ələ keçirməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul almamışlar. Təqsirləndirilən şəxs "X13"də əvvələr heç bir əməkdaşla tanış olmamış və heçkimin vasitəsilə müraciət etməmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin şəxs 2020-ci ilin xatırlamadığı ayında şirkətin baş ofisinə gələrək, özünü Eldəniz və BP neft şirkətinin əməkdaşı kimi təqdim etmiş və bir klinika üçün avadanlıq (MRT və ambulans avtomobili) almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanan 20.04.2021-ci il tarixli təqrirdən müəyyən olunur ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin «Qaynar xətt» əlaqə mərkəzinə Şahid1 İsam oğlu mürciət edərək 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs özünü "xxxx" Şirkətinn təsərrüfat müdiri kimi təqdim edərək onu və işlədiyi «Vimay» Tibb əprkəzinn 15 nəfər əməkdaşını "xxxx" Şirkətində tibb işçisi kimi işə düzəldəcəyini vəd edərək, bu məqsədlə rüşvət vermək adı ilə ondan və 15 nəfər digər şəxslərdən hissə-hissə cəmi 130.000 min manat alaraq ələ keçirmşdir. Məhkəmədə elan edilib araşdırılmış Şahid5 əlyazması ilə yazılan vərəqədən görünür ki, Təqsirləndirilən şəxs 01.10.2020-ci il tarixdən 22.01.2021-ci il tarixə qədər 153.100 manat məbləğində pul vəsaitini həmin vərəqəyə imza etməklə, qalan 19.100 manat pul vəsaitini isə hər hansı bir sənədləşmə aparılmadan götürmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli olan şəxsin tutulması haqqında» 04 may 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CMnin 178.3.2 və 32.4. 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05.05.2021-ci il tarixli qərarından müəyən olunur ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməklə, həbs etmənin əvvəli 04 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 16 may 2021-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, Şahid5 təqdim etdiyi diskdə 3 ədəd fayl müəyyən edilmişdir. “123456” adlı fayl açıldıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Vimay” klinikasının baş həkimi Zərərçəkmiş şəxsla sonuncunun xidməti otağında söhbət edirlər. Otaqda onlardan başqa Şahid5 və Şahid1 olması görünür. Söhbət əsnasında video görüntüdə Təqsirləndirilən şəxs görünür. Aralarında baş verən söhbət zamanı Təqsirləndirilən şəxs klinikanın həkimlərini işə düzəltmək adı ilə almış olduğu pul vəsaitlərini Zərərçəkmiş şəxs ondan geri istəməsi müəyyən olunur. N. Atakişiyev isə həmin pulları götürdüyünü və geri qaytaracağını bildirir. Həmçinin, Təqsirləndirilən şəxs verilmiş pul vəsaitinin kimə veriləcəyi barədə söhbət gedir. Nicat isə pul vermiş olduğu şəxsin kim olduğunu bildirmir. Həmçinin, almış olduğu pul vəsaitinin hamısını geri qaytaracağını qeyd edir. “1234567” və “1234567” adlı fayl açıldıqda istintaq üçün hər hansı bir əhəmiyyət kəsb etməyən görüntülərin olması müşahidə edilir. Baxış zamanı 2-ci diskdə 1 ədəd fayl müəyyən edilmşdir. “VİD_20210428_121041” adlı fayl açıldıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Vimay” klinikasının baş həkimi Zərərçəkmiş şəxsla sonuncunun xidməti otağında söhbət edirlər. Söhbət əsnasında video görüntüdə Təqsirləndirilən şəxs görünür. Aralarında baş verən söhbət zamanı Təqsirləndirilən şəxs klinikanın həkimlərini işə düzəltmək adı ilə almış olduğu pul vəsaitlərini Zərərçəkmiş şəxs ondan geri istəməsi müəyyən olunur. Nicat həmin pul vəsaitlərinin əmlakla dəyişməklə bağlı söhbət edir. Lakin, söhbət zamanı Zərərçəkmiş şəxs Şahid5 vasitəsilə ona vermiş olduğu pulları tələb edir. Təqsirləndirilən şəxs isə bəzi əmlaklarının olduğunu və onları satıb ödəyəcəyini bildirir. Məhkəmədə elan edilib araşdırılmış 08 iyun 2021-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan Şahid8 təqdim etdiyi diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid8 ilə telefon vasitəsilə müxtəlif şəxslərlə danışıqlar aparır. Həmin danışıqların hər biri dinlənildi və müəyyən olundu ki, Təqsirləndirilən şəxs 1-ci səs yazısında Şahid8 bankda olan hesab kartına 26.000 manat məbləğində pulu geri qaytaracağını bildirir. 2-ci səs yazısında isə həmin pulun tez bir zamanda bank hesabına oturacağını qeyd edir.3-cü səs yazısında isə pulu hesaba yerləşdirdiyini bildirir. 4-cü səs yazısında aralarında olan pul məsələsinin müzakirəsini edirlər. 5-ci səs yazısında isə Şahid8 26.000 manat pulun onun hesabına oturmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs pulun ən geci sabahıki gün həll ediləcəyini bildirir. 6-cı səs yazısında isə Şahid8 Təqsirləndirilən şəxslə görüşmək istədiyini bildirir. Nicat isə onunla sabahı gün görüşəcəyini qeyd edir. 7-ci səs yazısında yenə aralarında görüşmək barədə müzakirə aparılır. 8-ci səs yazısında yenə aralarında görüşmək barədə söhbət aparılır. 9-cu səs yazısında 7-8-ci səs yazılarının məzmununda olan söhbətlər danışılır. Digər danışıqlarda da aralarında 26.000 manat pul barədə söhbətlər gedir. Nicat hər dəfə həmin pulu qaytaracağını vəd edir. Məhkəmədə elan edilib araşdırılmış Şahid5 06 may 2021-ci il tarixli əlyazma vərəqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X9 vurulmuş ziyanın 32.000 manatını ödəmişdir. Məhkəmədə elan edilib apaşdırılmış 07 iyun 2021-ci il tarixli ərizələrdən müəyyən olunur ki, Şahid2 dəymiş 10.200 manat, X10 dəymiş 6.400 manat, Şahid4 dəymiş 10.200 manat ziyan tamamilə ödənilmiş, zərərçəkmş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyandan isə 5.200 manat pul vəsaiti ödənilmişdir. Zərərçkmiş şəxs Zərərçəkmiş şəxs 119.500 manat məblğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsin dair iddia ərizəsi ilə mhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona ümumilikdə 119.500 manat məbləğində ziyan dəymiş, Təqsirləndirilən şəxs atası tətərfindən ona məhkəmə baxışı zamanı 8000 manat ödənilmiş, qalan 111500 manat zərərin Təqsirləndirilən şəxs tutub ödənilməsini tələb edir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum olunmamışdır. Məhkəmə, işdə olan sübutları, istintaq materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ibtidai istintaq orqanı tərəfindən əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün hallar tam aydınlaşdırılaraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilməlidir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində vətəndaşlardan üst-üstə 150.000 manata yaxın pul aldığını, həmin vəsaitləri torpaq sahəsinin alınması və tikintiyə sərf etməli olacağını, lakin həmin ərəfələrdə atası və yeznəsinin səhhətində yaranmış prpoblemlə əlaqədar onların müalicəsi üçün xərclədiyini təsdiq etmişdir. Lakin, ibtidai istintaq və məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxspul vəsaitlərini aldığı şəxslərə özünü "xxxx" şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim edib bu vətəndaşların etibarını qazanaraq 197400 manat vəsaitini əldə etmiş, həmin vəsaitin 130000 manatını "xxxx" şirkətinin məsul şəxslərinə rüşvət olaraq verəcəyini bildirərək bu vətəndaşları rüşvət verməyə təhrik etmişdir. Bu hal Şahid1 Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaynar xəttinə edilən müraciəti, CD diksə baxış protokolunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həkimləri işə düzəltmək adı ilə aldığı pulları rüşvət kimi digər şəxsə verilməsini bildirilməsi barədə audioyazısı ilə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli cinayət qanunvericiliyində nəzərdə tutulan etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayət əməlinin tərkibini yaratmışdır. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 36-cı bəndində qeyd olunur ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın qismən-5.200 manat Zərərçəkmiş şəxs ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 04 may 2021-ci il tarixdən hesablanmalıdır. . “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs- 109.200 manat məbləğində ziyan vurulmuş, onun Zərərçəkmiş şəxs oğlundan əlavə aldığı 10.300 manat isə rüşvət qismində verilməsi üçün verildiyindən ziyan kimi qiymətləndirilə bilməz. Belə olan halda Zərərçəkmiş şəxs dələduzləq cinayəti nəticəsində dəymiş ziyandan ibttidai istintaq zamanı 5.200 manat, məhkəmə baxış zamanı isə 8.000 manat-ümumilikdə isə 13.200 manat ödənilmiş, Zərərçəkmiş şəxs dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi-96.000 manat təşkil etməklə, mülki iddia bu hissədə təmin edilməklə 96.000 manat Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddiası ittiham həcmində təmin edilərək Təqsirləndirilən şəxs ziyann ödənilməmiş hissəsi-96.000 manat tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar