Məhkəmə qərarları › İş №1(101)-1410/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1410/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1410/2023 05.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və Dövlət ittihamçısı, Müdafiəçisi: “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1978-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 5,542 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində və yaşadığı ünvan 2 ünvanında yerləşən qarajda saxlamış Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində yaşadığı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Səbail rayonu X5 28 ünvanında yerləşən 39-cu Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 23:35-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı yuxarıda qeyd edilən, satış məqsədi olmadan qanunsuz əldə eldiyi narkotik vasitədən özündə saxlayaraq daşıdığı bir ədəd siqaretin gümüşü rəngli kağızından olan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,192 qram heroin əynindəki göy rəngli şalvarının sağ kiçik cibindən aşkar edilərək götürülmüş, həmçinin onun iştirakı ilə 10 fevral 2023-cü il tarixdə saat 00:35-də yaşadığı ünvanında yerləşən qaraja baxış zamanı yuxanda qeyd edilən, satış məqsədi olmadan qanunsuz əldə etdiyi narkotik vasitədən 3 ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,463, 4,660 və 0,227 qram, ümumi təmiz çəkisi 5,350 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin qarajın divarı üzərində olan rəfi üstündəki çoxqatlı karton parçaların altında aşkar edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz əldə edib saxladığı və daşıdığı külli miqdarda ümumi çəkisi 5,542 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, fevral ayının 9-u o uşaqları ilə avtomobilə oturan zaman polislər ona yaxınlaşmışlar. Polislər yaxınlaşıb özlərini təqdim etmiş, uşaqları qorxmasın deyə onları evə göndərib, özünü təqdim etmişdir. Qarajın ona məxsus olub olmamağını soruşduqda, onlara qarajın ona məxsus olmağını bildirmidir. Qarajı açıb polislərə təqdim etmiş və onun narkotik istifadəçisi olub-olmadığını soruşduqda, onlara istifadə etdiyini demişdir. Onda yarım qram mal var imiş, yəni 3 balaca büküm “kakos”. Birini onun cibinə qoyub bölməyə aparmış və sənədə qol çəkdirmişlər. Sonra isə yenidən qaraja baxış keçirməyə getmiş. Qarajdan ona aid olmayan narkotik vasitələr çıxartmış. Rəis də orada olmuş, rəis ona bildirmişdir ki, lazım olsa evindən də 1 kilo mal çıxardarlar. Bölmədə ona bildirmişlər ki, onu 234.1-ci maddə ilə qeydiyyata alıb onu buraxacaqlar. Onun təxmini 0,5 qram malı var imiş. O artıq dərk edirmiş ki, evin tək oğludur deyə bu xəstəlikdən uzaq durmalıdır və ailəsinin yükü onun üstünə düşür. Həmin o malı iranlı şəxsdən almışdır. Sosial şəbəkə vasitəsi ilə danışırmış və kartına 30 manat pul atmışdır. O, Fövqəladəni bitirmiş və zabit rütbəsində olmuşdur. Təxmini 2005-ci ildən ara-sıra narkotik istifadə etmişdir, həmişə bu pislikdən qurtulmaq istəmiş, yayda 1 həftə müalicə mərkəzində müalicə almış, arada siqaret kimi bir tüstü istifadə edirmiş. Ona aid bükümlərin hamısı eyni ölçüdə imiş. Qarajda ona aid olan bükümləri onlara təqdim etmiş, amma özləri ona aid olmayan şeylər də çıxartmışlar. Hər iki baxışda video çəkiliş olmuş, cibindən və qarajdan götürülən narkotik vasitələr paketə qoyulmuş və protokollaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral tarixində onlara Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə idarəyə raport yazılmış və əməliyyat qrupu yaradılmışdır. Daha sonra ərazi üzrə Bayıl qəsəbəsinə istiqamətlənmişlər və orada şəxsin axtarışı davam etdirilmişdir. Şübhəli şəxsi uzaqdan görən zaman xarici əlamətlərinə uyğun olaraq ona yaxınlaşmışlar, onu bölməyə dəvət edib, gəldikləri maşınla bölməyə getmişlər. Bölmədə təhqiqatçı tərəfindən üzərinə baxış keçirilərkən üzərindən bir büküm narkotik maddəyə bənzər kütlə çıxmışdır. Daha sonra təhqiqatçı ondan başqa hər hansı bir yerdə narkotik vasitə salayıb saxlamadığını soruşduqda, qarajda olduğunu demişdir. Onlar çəkiliş qrupu ilə birlikdə oraya yollanmışlar və qarajın açarı özündə imiş. Özü 3 büküm narkotik vasitə təqdim etmiş, baxış zamanı rəflərin birindən tərəzi çıxmışdır, yapışqan kağıza bükülmüş paket, duş başlığının ağzından sarı toz çıxmış və tablet şəklində bir list dərman çıxmışdır. Oradan götürülən predmentlərin hər biri qablaşdırılmış və möhürlənmişdir. Seymuru saxlayanda axşam saatları idi. Seymuru tutan zaman heç bir fiziki güc tətbiq olunmayıb və təqsirləndirilən şəxs də heç bir etiraz etmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda olan narkotik vasitənin ittiham aktında qeyd olunan miqdarından az olmasına və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nun təhqiqatçısı, polis leytenantı İslam Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində müdafiəçini iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında, bədənində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ kiçik cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü, sağ cibindən 01 ədəd «Samsung» markalı, sol yan cibindən «Samsung» markalı, sağ arxa cibindən «Samsung» markalı mobil telefonları təqdim edərək təqdim etdiyi bükümdə narkotik maddə «kakos» olduğunu, bu narkotik vasitəni «zaklatka» yolu ilə tanımadığı, İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün 30 manat müqabilində aldığını, bir qismini istifadə etdiyini, qalıq hissəsini sonra istifadə etmək üçün üzərində və özünə məxsus qarajda saxladığını bildirmişdir. Aşkar olunmuş maddə götürülərək zərflərə qablaşdırılıb möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nun təhqiqatçısı, polis leytenantı İslam Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qaraj hissəsində olan rəfin sağ tərəfinin 4-cü qatında olan karton parçasının altından 03 ədəd bükümü təqdim edərək həmin bükümlərdə olan maddənin narkotik vasitə «kakos» olduğunu, bu narkotik vasitəni «zaklatka» yolu ilə tanımadığı İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün ümumilikdə üzərində aşkar olunan digər narkotik vasitəsi ilə birlikdə 30 manat müqabilində aldğını, bir qismini istifadə etdiyini, qalıq hissəsini sonra istifadə etmək üçün saxladığım bildirmişdir. Daha sonra baxış istintaq hərəkəti davam etdirilərkən həmin karton parçasının sol yan hissəsində bir ədəd elektron tərəzi, həmin rəfin 1-ci qatında sağ tərəfdə 01 ədəd büküm, sağ tərəfdən olan dolabın üstündən 01 ədəd hamam aksessuarı olan duşun başlaq hissəsi, əl arabasının içərisində olan qırmızı rəngli çantanın içərisində 05 ədəd dərman preparatları, rəfin üst qatından plastik qabın içərisindən 01 ədəd içərisində toz şəkilli qəhvəyi rəngli maddə olan sellofan aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş predmetlər götürülərək zərflərə qablaşdırılıb möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 11 fevral 2023-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, 39-cu polis bölməsində Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işinin materialları ilə birlikdə təqdim edilərək cinayət işi materiallarına əlavə edilmiş üzərində «Ridata» markalanma yazası olan iki ədəd kompakt diskə baxış zamanı müəyyən edilmişdir ki, 1-ci diskin yaddaşında «document_54181 **********7886» adlı MP4 formatlı fail mövcüddur. Həmin fail açıldıqda görünür ki, faylin həcmi 269784 kilobayt təşkil edir. Faildə çəkilişlər 11 dəqiqə 04 saniyə müddətindədir. Görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Çəkilişlər polis leytenantı rütbəsini daşıyan polis zabitin özünü Səbail RPİ-nin 39-cu polis bölməsinin təhqiqaçısı İslam Həsənov kimi təqdim etməsindən başlanır. Təhqiqatçı 09 fevral 2023-cü il tarixdə 39-ci polis bölməsinin inzibati binasında öz xidməti otağında vəkil X2, 39-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis leytenantı Şahid2 iştirakları ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkətini keçirdiyini, Samsung markalı videokamera ilə çəkilişlərin aparıldığını elan edir. Saxlanılan şəxsə özünü təqdim edilməsi təklif olunduqda otaqda iki polis əməkdaşı arasında dayanan əynində qara rəngli qış gödəkçəsi, göy rəngli şalvar və tünd göy rəngli poluver geyinmiş 40-45 yaşlı, orta boy, normal bədən quruluşlu, saçı ağarmış kişi cinsli şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Şübhəli şəxsə əvvəl izahı verilmiş Azərbaycan Respublikası CPM-nin 91 və 246-cı maddələrinin müddəaları ilə bağlı vəsatət və etirazının olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs mənfi cavab verir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları, o cümlədən dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu halda onları təqdim etmək təklifinə sonuncu əynindəki şalvarın sol yan və arxa sağ ciblərindən iki ədəd seıısorla təhciz edilmiş qara rəngli iki ədəd smartfonu, əynindəki gödəkçənin sağ yan cibindən dəmir xalqaya keçirilmiş 3 ədəd açan, şalvarının sağ yan cibindən sensorla təhciz edilmiş bir ədəd qara rəngli smartfonu, şəxsiyyət vəsiqəsini və həmin cibdən gümüşü rəngli kağızdan olan bükümü təqdim etdi. Təqdim olunmuş əşyaların nə olması ilə bağlı suala cavab olaraq Təqsirləndirilən şəxs həmin əşyaların şəxsiyyət vəsiqəsi, açarlar telefonların və çəkdiyi «kakos» adlandırdığı narkotik maddənin olmasım bildirdi. Narkotik maddəni hansı məqsədlə və kimdən alınması ilə bağlı suala cavab olaraq Seymru Əsgərov təqdim etdiyi maddəni şəxsiyyətini bilmədiyi iranlıdan şəxsi istifadə üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs fiziki olaraq şəxsi axtarışı həyata keçirilir, əlavə predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi açarların nəyə aid olduğu barədə suala sonuncu həmin açarların evin və qarajın açarlarının olduğunu bildirdi. Yaşadığı evdə və yaqarajında qanunsuz dövriyyəsi qanunla qadağan olunmuş əşyaların saxlayıbsaxlamaması barədə Seymur Əgsərova verilmiş suala cavab olaraq sonuncu qarajda 2-3 ədəd büküm narkotik vasitə saxladığını söyləyir. Narkotik vasitələrinin alqı-satqı ilə məşğul olub-olmaması barədə verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs satışı ilə məşğul olmadığını bildirir. Təhqiqatçı keçirilmiş şəxsi axtarışla bağlı müdafiə tərəfinin etiraz və vəsatətlərin olmamasını dəqiqləşdirəndən sonra təqdim olunmuş bükümü və mobil telefonları ayrı-ayrı baş zərflərə qablaşdırıldı. Təqdim olunmuş büküm qablaşdırıldığı zərf prosessual hərəkətində iştirak edən şəxslər tərəfindən imzalanır və möhürlənir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı əlavə vəsatət və etirazlar daxil olmadığından təhqiqatçı istintaq hərəkətin və çəkilişin sona çatmasını elan edir. 2-ci diskin yaddaşında «document_54181**********7863» adlı MP4 formatlı fail mövcüddur. Həmin fail açıldıqda görünür ki, faylin həcmi 411499 kilobayt təşkil edir. Faildə çəkilişlər 16 dəqiqə 49 saniyə müddətindədir. Çəkilişlərin aparılması sutkanın qarınlıq vaxtı, suni işıqla işıqlandırılmış şəraitdə boz rəngli darvazaların qarşısında başlanır. Təhqiqatçı Təqsirləndirilən şəxs qarajı açmağı təklif edir və sonuncu üzərindəki açarla qarajı açandan sonra baxışın iştirakçılarını içəri buraxır. Qarajda müxtəlif məişət təyİnalı əşyaların olması müşahidə edilir. Sözügedən narkotik vasitələrinin təqdim etmək təklifinə uyğun olaraq Təqsirləndirilən şəxs qarajın arxa divarına tərəf keçərək divara bitişik olan açıq dolabın üst rəfi üzərindəki qəhvəyi rəngli karton qatların arasından ikisi gümüşü rəngli kağızdan, biri isə şəffaf rəngli sellofan kəsiyindən olan bükümləri çıxarıb təqdim edərək həmin bükümlərin içərisində kakos adlandırdığı narkotik vasitələrin olduğunu, onlar barəsində şəxsi axtarış zamanı söylədiyini bildirdi. Təhqiqatçı baxış prosessual hərəkətinin başlanıldığını elan edir və baxış aparılmağa başlanılır. Baxış zamanı arxa divara bitişik olan dolabın üst rəfi üzərində gümüşü rəngli korpusu olan elektron tərəzi aşkar edilib götürülür. Təqsirləndirilən şəxs həmin tərəzinin ona məxsus olduğunu, lakin işləmədiyini söyləyir. Həmin dolabın alt sağ hissəsində qara selofandan olan, üzəri skoçla bağlanmış büküm aşkar edilib Təqsirləndirilən şəxs təqdim edildikdə, sonuncu həmin bükümün ona məxsus olmadığını bildirdi. Ardınca qarajın sağ divar boyunca olan dolabın üzərində olan əşyalar yoxlanıldıqda gümüşü rəngli duş başlığının içərisində hansısa maddənin olması diqqəti çəkdiyi üçün həmin prdemet də götürülür. Təqsirləndirilən şəxs duş başlığının içərisindəki maddənin filtr qalıqlarının olduğunu söyləyir. Baxış zamanı qarajın sol divara yaxın dayanamış əl arabasının içərisində olan narancı rəngli materialdan olan çanta açıldıqda içərisində həb şəkilində müxtəlif dərman preparatları aşkar edilib götürülür. Bundan sonra arxa divar boyunca olan dolabın üst rəfi üzərində içərisində ağ rəngli tozvari şəkilidə maddə olan açıq sellofan torba aşkar edildiyindən həmin torba götürülmüş və Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu həmin maddənin ona məxsus olmadığını söyləyir. Götürülmüş əşyalar bir daha Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu dərman preparatların, təqdim etdiyi narkotik vasitələrin, elektron tərəzinin və duş başlığının ona məxsus olduğunu, lakin qara rəngli bükümü və içərisində ağ rəngli toz halında maddə kütləsi olan selofan torbanın ona məxsus olmadığını, qarajında aşkar olunması onda təəcüb yaratdığını bildirdi. Götürülmüş predmetlər ayrı-ayrılıqda 5 ədəd boş zərfə qablaşdırılır və təhqiqatçı baxış prosessual hərəkətinin bitdiyini elan edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 15 aprel 2023-cü il tarixli «mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə» protokoldan görünür ki, 39-cu polis bölməsində başlanılaraq istintaq şöbəsinə göndərilmiş cinayət işinin materialları ilə birlikdə istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən götürülmüş Samsung Galaxy J5, Samsung Galaxy S7 və Samsung Galaxy S9 markalı mobil telefonlarında olan məlumatlara baxış keçirilmişdir. Samsung Galaxy J5 markalı smartfon sensor ekranla təchiz edilib, monolit tiplidir, içərisində 1 GSM kartın olması aşkar edilmişdir. Əvvəl «Mesajlaşma» qovluğu açıldı. Həmin qovluqda bir sıra abunəçilərlə olan qarşılıqlı mesaj mübadiləsi iş üçün əhəmiyyət kəsb etmir. Bundan sonra «Qalereya» qovluğu açıldı və burada olan mediafaillərin iş üçün əhəmiyyət kəsb etmədiyi müşahidə edilir. Telefonda media və sair faillərin mübadiləsi üçün nəzərdə tutulmuş «VVhatsapp» mobil tətbiqi açıldı. Həmin mobil tətbiqində «Söhbətlər» bölümündə 190 profillə məlumat mübadiləsinin olması müşahidə edilir.«+98 914 881 9099» nömrə ilə istifadə olunan profillə olan məlumat mübadiləsinə baxış zamanı müəyyən edilmişdir ki, yazışma 09 fevral 2023-cü il tarixini əhatə edir. Həmin profildən göndərilənlər ağ, Təqsirləndirilən şəxs göndərilənlər isə yaşıl rəngli çərçivəyə alınıb. 09 fevral 2023-cü il tarixdə saat 01:39-da «+98 914 881 9099» profildən şəkil göndərilib. Şəkildə qaranlıqda çəkilmiş yerdə olan topa mişar daşların yaşıl rəngli oxla işarələnməsi əksini tapır. Şəkilin altında «dashlarin arasinda» məzmunlu koment yazılıb. Saat 01:40-də «+98 914 881 9099» profildən «Seymur bax indi atdı. İşarələndiyi yerdə bax. Düz o işarələndiyi yerdə» məzmunlu səsli mesaj göndərildikdən sonra saat 01:40-da Təqsirləndirilən şəxs tərəfindən «oldu sağol» məzmunlu mesaj göndərilmişdir. Saat 01:40da «+98 914 881 9099» adlı profildən «Seymur fikir versən görəcəksən bax indi o araya fikir ver», saat 01:43-də isə «Seymur daşın arasındadır, kubikin arasındadır, o ərazidəsən?» məzmunlu səsli mesaj göndərildikdən sonra, saat 01:45-də Təqsirləndirilən şəxs tərəfindən «ok» məzmunlu mesaj göndərilmişdir. Saat 01:46-da «+98 914 881 9099» adlı profildən «Götürdün? Ay seymur götürdün?» məzmunlu səsli və saat 01:47-də «götürdün» məzmunlu mesaj göndərilmişdir. Saat 01:49-da Təqsirləndirilən şəxs tərəfindən «hə» məzmunlu yazılı, eləcə də «hə sağ ol. Danışa bilmirəm, sonra danışarıq. Bir az işim var» məzmunlu səsli mesaj göndərilmişdir. Bununla da bu profillə mübadilə bitir. Digər profillərlə olan mesaj və sair məlumat mübadilələrinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. «+98 914 881 9099» adlı profillə aparılan məlumat mübadiləsi «Samsung a320» markalı fotokamera vasitəsi ilə baxış keçirilən telefonun ekranından çəkilərək protokola printer çapı şəkilində əlavə ediləcəkdir. Samsung Galaxy S9 markalı smartfon sensor ekranla təchiz edilib, monolit tiplidir, içərisində 1 GSM kartın olması aşkar edilmişdir. Smartfonun «mesajlaşma» qovluğu, mediafaillərin saxlanması üçün nəzərdə tutulmuş qovluqlar, ani mesajlaşma üçün mobil tətbiqlərində olan məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. Samsung Galaxy S7 markalı smartfon işlək vəziyyətdə olmadığından yaddaşında olan məlumatlara baxış keçirilməsi mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli, 6/829 №-li rəyi ilə müəyyən edilmişdir ki, 1)tədqiqata təqdim olunmuş, üzərində «...Şübhəli şəxsi yaşadığı ünvanda yerləşən qarajından götürülən 03 ədəd bükümdə...Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,463 qram, 4,660 qram, 0,227 qram, ümumi çəkisi - 5,350 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 2)Tədqiqata təqdim edilmiş üzərində «...01 ədəd sellofanda büküm... Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi 105,836 qram olan bozumtul rəngli maddə narkotik vasitə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid deyildir. 3)Tədqiqata təqdim edilmiş üzərində «...01 ədəd büküm... Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə üzəri qara rəngli yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torbada təmiz çəkisi 302,717 qram olan bozumtul rəngli maddə narkotik vasitə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid deyildir. 4)Tədqiqata təqdim edilmiş üzərində «...01 ədəd duş başlığının üst hissəsi ... Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 duş başlığının içərisində təmiz çəkisi 0,952 qram olan qırmızımtıl rəngli, dairəvi formalı maddələr narkotik vasitə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid deyildir. 5)Tədqiqata təqdim edilmiş üzərində «...04 ədəd dərman preparatı... Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə üzərində «Анальгин» göstəricəsi olan 01 ədəd konvalyutda ümumilikdə 10 ədəd ağımtıl rəngli həblərin, üzərində «Кислота Ацетилсалициловая» göstəricisi olan 01 ədəd konvalyut kəsiyində ümumilikdə 10 ədəd ağımtıl rəngli həblərin, üzərində «Валидол» göstəricisi olan 01 ədəd konvalyutda ümumilikdə 10 ədəd ağımtıl rəngli həblərin, üzərində «Уголь Активированный» göstəricisi olan 01 ədəd konvalyut kəsiyində ümumilikdə 10 ədəd qaramtıl rəngli həblərin tərkibində narkotik vasitə, psixotrop maddələrə və güclü təsir edən maddələr aşkar edilmədi. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 5,350 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq – 5,200 qram (ekspertiza tədqiqatının dəyəri 55(əlli beş manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli, 6/830 №-li rəyi ilə müəyyən edilmişdir ki, Məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli, 6/830 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «...Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,192 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,192 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,142 qram(ekspertiza tədqiqatının dəyəri 55(əlli beş manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan kompleks məhkəmə-kimyəvi və məhkəmə-kompyuter texniki ekspertizalarının xx.xx.2023cü il tarixli 10/1059, 6/482 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və qarajdan aşkar edilmiş ümumilikdə 04 ədəd bükümdə olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric - mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarı və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş elektron tərəzinin işlək vəziyyətdə olmadığı müəyyən edildi. Tərəzinin təyinatı üzrə sonuncu dəfə nə vaxt istifadə olunmasının müəyyən edilməsi texniki əhətdən mümkün deyil. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir.Ekpertizaya təqdim edilmiş elektron tərəzinin işlək vəziyyətdə olmadığı müəyyən edildi. Tərəzinin təyinatı üzrə sonuncu dəfə nə vaxt istifadə olunmasının müəyyən edilməsi texniki cəhətdən mümkün deyil.Həmin məsələ araşdırılmasına istintaq tərəfindən müəyyən edilə bilər. Qeyd: Heroinin təmiz çəkisi – 5,342 qram, tədqiqata sərf edildi - 0,20 qram, qalıq – 5,142 qram(ekspertiza tədqiqatının dəyəri 100 (yüz manat) Cinayət işində olan 09 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın 11 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində ikisi yetkinlik yaşına çatmayan olmaqla dörd uşağı vardır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 17 aprel 2023-cü il tarixli, 2263 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 09 fevral 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində ikisi yetkinlik yaşına çatmayan olmaqla dörd uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 210 (iki yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,142 qram heroin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus, sübut növü kimi tanınmış Samsung Galaxy J5 markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 210 (iki yüz on) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 210 (iki yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Səbail RPİnin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,142 qram heroin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus, sübut növü kimi tanınmış Samsung Galaxy J5 markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar