Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1412/2024 16.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X39 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi (atası) X18, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, müdafiəçi - Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (anası) X4 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakı ilə, 12 avqust 2006-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, subay, orta təhsilli, işləməyən, Lerik rayonu, Çayrud Ərazi Dairəsi, Çayrud kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X29 yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla zərbələr vuraraq Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmiş, Zərərçəkmiş şəxs2 isə sağlamlığına qəsdən ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2023-cü il tarixdə, təxminən saat 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X22 yerləşən “Binə qəbirstanlığında” şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini, kriminallığını, həmçinin əməllərinin doğuracağı hüquqi nəticələri dərk edərək üzərində olan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan və soyuq silah hesab edilməyən cib bıçağı ilə tanışları - xx xxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx xxxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bıçaq zərbələri endirərək, Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sağ böyrəyinin yaralanması ilə müşayiət olunan, bel nahiyəsinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, istər birlikdə, islərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsinin daxilə nüfuz elməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları; Zərərçəkmiş şəxs2 isə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid döş qəfəsinin sağ yarısının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək, Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd elmiş, Zərərçəkmiş şəxs2 isə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X22 yerləşən “Binə qəbirstanlığında” həmin vaxt yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təklənərək sol bazunun sıyrığı, sağ əlin İİ barmağının kəsilmiş yarası ilə müşayiət olunan zorakılığa məruz qaldığından (döyüldüyündən), zərərçəkmiş şəxslərin zorakı hərəkətləri onda həyat və sağlamlığı üçün real təhlükə törətmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən törədilən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verərək zəruri müdafiə həddini aşıb, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaq zərbələri endirərək, Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sağ böyrəyinin yaralanması ilə müşayiət olunan, bel nahiyəsinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, istər birlikdə, islərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsinin daxilə nüfuz elməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları; Zərərçəkmiş şəxs2 isə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid döş qəfəsinin sağ yarısının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 130.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə günü işlədiyi dönərxanada olmuş, iş vaxtı başa çatdıqdan sonra işdən çıxmışdır. Onun yanında bir nəfər dostu Nizami də olmuşdur. Həmin vaxt Samrah və Mircavid yanlarında olan dostları ilə birlikdə ona yaxınlaşıb demişlər ki, “Taleh tutulub, nəyin varsa üstündə tökül”. O, Mircavid və Samraha heç nəyi olmadığını və sonunculara heç nə verməyəcəyini bildirmişdir. Mircavid və Samrah isə ona demişlər ki, “verməlisən”. O, yenidən heç nə verməyəcəyini demişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və həmin vaxt bir nəfər yaşlı kişi gəlib onları ayıraraq dava etməmələrini demişdir. Sonra Samrah ona demişdir ki, “gedək, qəbirstanlıqda söhbət edək”. Bundan sonra onlar qəbirstanlığa getmişlər. Onlar ora getdikdə, Mircavidgilin bir neçə dostu artıq orada olmuşdur. Orada Samrahgili onu vurmuşlar və o, məcbur qalaraq özünü müdafiə etmək məqsədi ilə Mircavidlə Samrahı bıçaqlamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə 2023-cü ilin iyun ayında baş vermiş, həmin vaxt onun 16 yaşı olmuş, hadisədən əvvəl dönərxanada işləmiş, hadisə günü işdən çıxdıqda, əvvəlcə Samrah ona yaxınlaşmış, onunla Samrahın arasında heç vaxt yaxın münasibət olmamış, Samrah ona yaxınlaşıb demişdir ki, “nəyin varsa ver”, heç nəyi olmadığını dedikdə, Samrah ona demişdir ki, “onda telefonunu ver”, “Taleh” adlı şəxsi tanımır, Samrah ona yaxınlaşdıqda, sonuncunun yanında 2-3 nəfər tanışı, o cümlədən Mircavid olmuş, qəbirstanlığa getməyi Samrah ondan tələb etmiş, qəbirstanlıq onların dayandıqları yerdən təxminən 1 (bir) kilometr uzaqlıqda yerləşmiş, onlar qəbirstanlığa getdikdə, orada Mircavidgilin yanında Nural adlı dostu da olmuş, həmin vaxt onun üzərində olan bıçaq işdə istifadə etdiyi bıçaq olmuş, qəbirstanlıqda, onu birinci Mircavid vurmuş, qəbirstanlıqda Samrah ona demişdir ki, “telefonunu ver”, Samraha telefonu “vermirəm” dedikdə, Mircavid onun üzündən vurmuş, həmin vaxt yerə yıxılmış, durmaq istədikdə, Samrah onu itələmiş, həmin vaxt onun başı daşa dəymiş, sonra yenidən ayağa qalxmaq istədikdə, Mircavid və Samrah birləşərək onu yenidən vurmuşlar, sonuncuların əlindən qurtulmaq istəmiş, buna görə də məcbur qalaraq Mircavidlə Samrahı bıçaqlamış, qəbirstanlıqda Samrah və Mircavidgili 7 (yeddi) nəfər olmuşlar, Mircavidlə Samrahı bıçaqladıqdan sonra sonunculara kömək etmək istəmiş, lakin orada olan uşaqlar (Samrah və Mircavidin dostları) ona demişlər ki, “çıx get”, nəticədə çıxıb getmiş, sonra DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslərlə onun arasında barışıq əldə edildiyinə görə barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitə ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, meyvətərəvəz mağazasında satıcı kimi işləmiş, həmin mağazanın yanında bərbərxana olmuş, Təqsirləndirilən şəxs orada işləmiş və İsmayılı oradan təxminən 5 il olar ki, tanımışdır. İsmayıl ilə onun arasında yaxın münasibət olmamış, lakin salam-sağolları olmuşdur. Taleh isə onun tanıdığı şəxsdir, lakin o, Talehin hansı məsələyə görə həbs olunduğunu bilmir, həmçinin Talehin hazırda həbsdə olub-olmaması barədə onun məlumatı yoxdur. Hadisə günü saat 22:00 radələrində “Sovxoz” adlanan ərazidə o, Mircavidlə birlikdə İsmayıla yaxınlaşmışdır. Onlar İsmayıla yaxınlaşıb Talehin tutulduğunu və nə kimi kömək edə biləcəyini İsmayıldan soruşmuşlar. İsmayıl isə cavabında söyüş söymüş və Talehin tutulmasının özünə aidiyyatı olmadığını bildirmişdir. Bu zaman İsmayılın 2-3 nəfər dostu onlara yaxınlaşmışdır. Sonra onlar mübahisə etməyə başlamışlar, həmin vaxt ağsaqqal bir kişi gəlib onları ayırmışdır. İsmayıl orada tək olmamış, əksinə İsmayılın yanında 15 nəfər adam olmuşdur. Onlar isə 7 nəfər yox, cəmi 4 nəfər olmuşlar. Sonra onlar qəbirstanlığa getmişlər, orada söhbət etməyi isə İsmayıl təklif etmişdir. X2 vurmuş, o, İsmayılgili ayıran zaman İsmayıl onu da, bıçaqlayıb oradan qaçaraq getmişdir. Sonra orada olan şəxslər Mircavidi yola çıxarmışlar, o isə, yaxınlıqdakı mağazaya gedərək oradan su istəmişdir. Bundan sonra təcili yardıma zəng etmişlər və təcili yardım gec gəldiyi üçün mağazada işləyən oğlan onu öz maşını ilə xəstəxanaya aparmışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 09 iyun 2023-cü il tarixdə səhər saatlarında qonşusu və sinif yoldaşları ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən “X33” istirahət mərkəzinə gedərək istirahət etmişdir. O, istirahət etdikdən sonra, yəni axşam saatlarında istirahət mərkəzindən çıxaraq evinə yollanmaq məqsədilə bir manatlıq taksiyə əyləşmişdir. O, istirahət mərkəzindəki hovuzda çimən zaman su xlorlu olduğundan, həmçinin yorulduğundan və günəş şüası bədənini yandırdığından taksidə yuxuya getmişdir. O, taksidə yuxuya getdiyindən yaşadığı evi ötürmüş və ona görə də bir qədər irəlidə, yəni məscidin qarşısında taksidən düşmüşdür. O, X22 Əli İsazadə küçəsində “Mehriban qonşular” adlanan ərazidə yaşayır. O, taksidən məscidin qabağında düşdükdən sonra həmin yerdən evinə doğru getmiş, çünki həmin yerdən evinə kəsmə yol var. O, addımlayan zaman birdən qarşısına Zərərçəkmiş şəxs2 çıxmış və Samrah bankomatdan pul çıxartmağa getdiyini ona demişdir. O da, Samrah ilə birlikdə bankomata getmişdir. Bankomat “Sovxoz” adlanan ərazidə yerləşir. O, Zərərçəkmiş şəxs2lə bankomata gedən zaman birdən qarşılarına Təqsirləndirilən şəxs çıxmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 bir qədər aralıda dayanmışdır. O, Zərərçəkmiş şəxs2 bir qədər aralıda dayanan zaman Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs öz aralarında söhbət etməyə başlamışlar. Söhbət zamanı Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs qarşılıqlı şəkildə bir-birilərinə əl-qol hərəkətləri etməyə başladıqları üçün o, Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Bundan sonra məsələyə aydınlıq gətirmək məqsədilə o, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs məzarlığa doğru getmişlər. Onlar məzarlıqda olan zaman Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs bir qədər mübahisə etmişlər və nəticədə də məlum bıçaqlanma hadisəsi baş vermişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, onun İsmayıl adlı şəxslə əvvəllər heç bir tanışlığı və yaxın münasibəti olmamışdır. O, İsmayılı Binə qəsəbəsi sakini kimi tanımışdır. Buna görə də, onunla İsmayılın arasında hər hansı düşmənçilik və ya şəxsi ədavət olmamışdır. 09 iyun 2023-cü il tarixdə səhər saatlarında o, Mərdəkan qəsəbəsində yerləşən "X40 Parka” getmək qərarına gəlmiş, sonra taksi sifariş verib “X41 Parka” getmişdir. Orada istirahət etdikdən sonra o, “Manatlıq” adlanan taksilərdən birinə minib yaşadığı evə qayıtmışdır. O, yorğun olduğundan və maşında yuxuya getdiyindən düşəcəyi məntəqəni çoxdan ötüb keçmişdir. Bunu görən kimi o, taksiyə maşını saxlamasını demiş və sonra maşından düşmüş, düşdüyü ərazidə yerləşən məscidin yanında əvvəllər tanıdığı və münasibəti olduğu Samrahı görmüşdür. Sonra o, Samrahla birlikdə "Sovxoza" getmək qərarına gəlmişdir. “Sovxoz" onların olduqları ərazidən təxminən 10 dəqiqəlik yol olduğundan onlar ora piyada getmək qərarına gəlmişlər. Görüşmək üçün o, tanışları Riyad və Nurala da, xəbər vermişdir. "Sovxozda” Samrah İsmayılla görüşmüşdür. Bundan sonra onlar söhbət edə-edə irəliləməyə başlamışlar. O, Samrahla birlikdə İsmayıla Binə qəsəbə sakini olmuş, həbsdə olan tanışları “Taleh” adlı şəxs üçün yardım topladıqlarını demiş və qeyd etmişdir ki, “hamı əlindən gələn köməkliyi edir, elə adam var lap telefonunu da satıb kömək edir, sən də yardım etsən əla olar.” Bu zaman İsmayıl etiraz edərək “məndən telefon istəyirsiniz?” deyə sual vermişdir. Onlar İsmayıla sözlərini səhv başa düşdüyünü demişlər. Lakin İsmayıl nalayiq tərzdə danışdığı üçün onlar İsmayıla sakit olmasını və burada hər hansı bir problem olmadığını demişlər. Onlar səs-küy olacağından ehtiyat edib yaxınlıqda olan qəbirstanlığın ərazisinə daxil olmağa qərar vermişlər. Qəbirstanlığın girişində Nural, Riyad və Samrahın yanında olan Nizami adlı şəxs dayanmışdır. O, Samrah və İsmayıl qəbirstanlığın ərazisinə daxil olmuşlar. Bundan sonra İsmayılla Samrah və onun arasında sözlü mübahisə olmuşdur. Onlar İsmayıla onları səhv başa düşdüyünü desələr də, İsmayıl başa düşmək istəməmiş və onları təhqir etmişdir. İsmayılın üzərlərinə gəldiyini görüb onlar İsmayılı itələmişlər. İsmayıl yıxıldığı üçün onlar əslində niyyətlərinin İsmayılı yıxmaq olmadığını bildirmək üçün yaxınlaşıb İsmayılı qaldırmaq istəmişlər. Lakin İsmayıl bıçaqla onlara zərbələr atmışdır. Onlar əslində bıçağı görməmişlər, əksinə elə başa düşmüşlər ki, İsmayıl onlara əli ilə vurur. Onlar bıçaqlandıqlarını hiss etdiklərində qışqırmışlar ki, “bıçaqlandıq”. Bu zaman İsmayıl da, hərəkətlərinə son vermişdir. Onlar da, İsmayılın özü də, uşaqları köməyə çağırmışdır. Yadındadır ki, uşaqlar təcili tibbi yardıma və ailələrinə xəbər vermişlər, eləcə də İsmayıla getməsini demişlər. İsmayıl da, çıxıb getmişdir. Daha sonra o, qohumları ilə, səhv etmirsə Samrah təcili tibbi yardımla xəstəxanaya çatdırılmışdır. Hadisə zamanı o və Samrah bədən nahiyələrindən xəsarətlər almışlar. Hadisə vaxtı orada tanıdığı adamlardan Nizami, Samrah, İsmayıl, Riyad və Nural olmuşdur. Nizami, Riyad və Nural onlardan biraz kənarda dayanmışlar. Hadisə zamanı mübahisə yalnız onun, Samrah və İsmayılın arasında baş vermişdir. Onlar heç kəsi təhqir etməmişlər, heç kimə qarşı fiziki zor tətbiq etməmişlər. Həmçinin o, orada kiminsə hansısa bıçaq, silah və ya alətdən istifadə etdiyini görməmişdir. Hadisə zamanı o, İsmayıldan başqa heç kəsin üzərində bıçaq görməmişdir. O, heç İsmayılın da, üzərində bıçaq görməmişdir. O, bıçaqlandıqdan sonra bilmişdir ki, İsmayılın üzərində bıçaq olmuşdur. İsmayılın Samraha və ona bıçaqla xəsarət yetirməsində məqsədinin və niyyətinin dəqiq nə olmasını bilməsə də, düşünür ki, İsmayıl yəqin ki, onları öldürmək istəməmişdir. Çünki o, Samrahla bıçaqlandıqlarını dedikdən sonra İsmayıl dayanmış, sanki belə bir hadisənin yaşanmasını istəməyərək belə hərəkətlər etməyə başlamış, çünki İsmayıl da, uşaqları köməyə çağırmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs onu bıçaqlamasından sonra o, bədən nahiyəsindən xəsarətlər almışdır. Amma aldığı xəsarətlərlə bağlı onun nə Samrahdan, nə İsmayıldan, nə də ki, başqa bir şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, İsmayıl, Samrah və Mircavidi heç vaxt görməmişdir. O, 09 iyun 2023-cü il tarixdə gecə saatlarında məzarlıqda baş vermiş bıçaqlanma hadisəsi barədə heç nə bilmir, habelə həmin hadisədə kimlərin iştirak etməsi haqqında onun heç bir məlumatı yoxdur. O, məzarlıqda bıçaqlanma hadisəsinin baş verməsini ancaq ibtidai istintaq orqanına dəvət edildikdə, öyrənmişdir. Məzarlıqda bıçaqlanma hadisəsi baş verən zaman o, məzuniyyətdə olmuşdur. Binə qəsəbəsində 2 (iki) məzarlıq mövcuddur və həmin məzarlıqların heç biri Binə qəsəbə bələdiyyəsinin balansında deyil. Məzarlıqdan biri kənd məzarlığıdır. Kənd məzarlığına ümumi nəzarəti əhali tərəfindən qeyri-rəsmi bir şəkildə seçilmiş olan şəxslər həyata keçirirlər. Bıçaqlanma hadisəsinin baş verdiyi məzarlıq Binə qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanının” ərazisində mövcud olan məzarlıqda baş vermişdir. Bıçaqlanma hadisəsinin baş verdiyi məzarlığa ümumi nəzarəti, habelə təmizlik işlərini qeyri-rəsmi bir şəkildə əhali tərəfindən seçilmiş Şahid5 həyata keçirir. Bıçaqlanma hadisəsinin baş verdiyi məzarlıq mühafizə edilmir və həmin məzarlığın qapıları heç vaxt qıfıllanmır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, bıçaqlanma hadisəsini və ümumiyyətlə bıçaqlanma hadisəsilə bağlı olan heç bir xüsusatı görməmiş, habelə heç kəsə ilkin tibbi yardım göstərməmişdir. O, məzarlıqda baş vermiş bıçaqlanma hadisəsini ibtidai istintaq orqanına dəvət edilən zaman öyrənmişdir. O, bıçaqlanma hadisəsinin baş verdiyi məzarlıqda təmizlik işlərinə baxır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, O, 09 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı evdə olan zaman ona tanımadığı mobil nömrədən tanımadığı bir şəxs zəng edərək Binə qəsəbəsində yerləşən məzarlıqda Zərərçəkmiş şəxs1 kiminləsə mübahisə etdiyini və onun dərhal mübahisə yerinə getməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onun həm uşaqlıq dostu, həm də idman yoldaşıdır. O, mübahisə yerinə, yəni məzarlığa çatan zaman mübahisə yerində Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1, habelə tanımadığı bir neçə şəxsi görmüşdür. O, mübahisə yerinə çatan zaman Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 mübahisə etmişlər, həmin vaxt Zərərçəkmiş şəxs2 isə mübahisəyə qarışmadan Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 yanında dayanmışdır. Bu zaman birdən Zərərçəkmiş şəxs1 bıçaq zərbəsi almış şəxsə xas olan bir qışqırıq səsi çıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 ona atası Teymur İbadovun mobil nömrəsini vermiş, o da, Teymur İbadovla mobil rabitə vasitəsilə əlaqə yaradaraq Zərərçəkmiş şəxs1 Teymur İbadova təhvil vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, dostu Panayev Sahil ilə birlikdə Binə qəsəbəsində yerləşən məscidin yanına getmişdir. O, orada Mircavid ilə görüşüb yaşadıqları evə gedəcəkdi. Onlar məscidə yaxınlaşdıqda, Samrah da, orada olmuş və Samrah həmin vaxt demişdir ki, “gedək Sovxoza tərəf, oradan bir yerdə gedərik məhəlləyə”. Onlar da, Samrah ilə razılaşmışlar və sonra birlikdə “Sovxoza” tərəf getmişlər. O və Mircavid “Sovxozda” univermaq tərəfdə olmuşlar, Samrah, Sahil və Samrahın dostu isə harasa getmişlər. O, Samrahgilin hara getdiyini bilmir. Sonradan Samrahgili onlara tərəf gələrək demişlər ki, “söz-söhbət var”. Sonra onlar Nurala zəng edərək sonuncunu da yanlarına çağırmışlar. Nural gəldikdə, onlar Nurala bildirmişlər ki, “qəbirstanlığa tərəf gedəcəyik”. Nural da, qəbirstanlığa gəlmiş, lakin qəbirstanlıqdan içəri daxil olmamışdır. Orada olan zaman onun anası ona zəng edərək evə bir neçə ləvazimatın lazım olduğunu bildirmişdir. O da, anası ilə telefonla danışdıqdan sonra hadisənin artıq baş verdiyini görmüşdür. Lakin o, hadisənin necə baş verdiyini görməmişdir. Şahid3 Xaqani oğlu həqiqi hərbi xidmətdə olduğundan onun məhkəmədə dindirilməsi mümkün olmamışdır. Şahid3 Xaqani oğlunun ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 və X11 tanımır və sonuncularla heç bir əlaqəsi yoxdur. O, Təqsirləndirilən şəxs isə təxminən 6-7 aydır ki, tanıyır. O, anası və ögey atası ilə birlikdə dəqiq vaxtını bilmədiyi vaxtdan kirayədə qalmış və beləcə İsmayılla münasibəti yaranmışdır. İsmayıl xasiyyətcə küsəyən, zarafatcıl və sosial bir insandır. Belə ki, onlar hər dəfə dərsdən qayıtdıqdan sonra çay evinə getmişlər, orada söhbət edərək dərdləşmişlər. 09 iyun 2023-cü il tarixdə o, yorğun olmuş və dərsdən çıxıb evə qayıtmışdır. Axşam təxminən 20:00-21:00 radələrində İsmayıl onun yaşadığı evə gələrək onu hər zaman getdikləri çay evinə çağırmış, söhbət etmək və dərdləşmək istədiyini demişdir. Çay evinə 50-60 metr qalmış, təxminən 17-18 yaşlı 4-5 nəfər oğlan onlara yaxınlaşmışdır. Həmin şəxslərin içərisindən tanımadığı bir nəfər "bizim sizinlə işimiz var, yaxşı gəlmisiniz" demişdir. O, həmin şəxslərin içindən yalnız Riyad adlı şəxsi tanımışdır. Bu zaman onun istifadəsində olan mobil telefonuna bibisi oğlu Murad tərəfindən zəng gəlmişdir. O, rahat danışmaq üçün uşaqların yanından ayrılıb kənara keçərək telefon zənginə cavab vermişdir. O, bibisi oğlu ilə telefonda danışan zaman İsmayıl onun yanına gələrək "bunlar bizi qəbirstanlığa çağırır, gəl gedək" demişdir. O, İsmayıldan bunun səbəbini soruşduqda, İsmayıl təkid edərək "gedək də, gedək" deyərək sualına cavab verməmişdir. Həmin anda o, görmüşdür ki, telefonla danışdığı zaman artıq İsmayıl öz dostlarını ora çağırmışdır. O, İsmayılın məqsədini bilməmiş, lakin sonuncu ilə razılaşaraq getmək qərarına gəlmişdir. Onlar qəbirstanlığın içərisinə girən anda anası Həqiqət yuxarıda onun istifadəsində olan mobil telefonuna zəng edərək evə çağırmışdır. Qəbirstanlıqla onların evinin arasındakı məsafə 15 dəqiqəlik yol olduğundan o, anasına 15 dəqiqə ərzində evə gələcəyini demişdir. O, anası ilə telefonda danışdıqdan sonra təxminən 2-3 addım qabağa getmişdir ki, onları bura çağıranların birdən-birə qaçdığını görmüşdür. Bu zaman onun gözü öz tanışlarını axtarmışdır. Aralarından səsini seçə bilmədiyi biri “qaçın, qaçın” deyə qışqırmışdır. O, həmin şəxslərdən İsmayılın harada olduğunu soruşduqda, həmin şəxslər bunu bilmədiklərini demişlər. Ətrafa çoxlu səs-küy yayıldığından qonşuların bu səs-küyün səbəbini ondan bilməməsi üçün o, orada dayanmamış və qəbirstanlıqdan çıxaraq "X23” həyətinə gedib oturmuşdur. Sonra anasının onu evə çağırdığı yadına düşdüyündən o, təxminən saat 23:00 radələrində evə getmişdir. Bu məsələ barədə o, ailə üzvlərinin heç birinə heç bir söz deməmişdir. O, hadisə vaxtı İsmayılın üzərində bıçaq olduğunu bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 13-14) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi əraziyə, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən və “Binə qəbirstanlığı” kimi tanınan ərazinin qarşısına baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 49-50) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-289/2023 saylı qərarından (cild 1, iş vərəqə 65-69) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X35 610 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 87-89) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bazunun sıyrığı küt əşya, sağ əlin İİ barmağının kəsilmiş yarası isə kəsici təsirə malik əşya (alət, ola bilsin ki, bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 (bir) gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol bazunun sıyrığı "sağlamlığa zərərvurmayan" xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməmiş, sağ əlin İİ barmağının kəsilmiş yarası isə "sağlamlığın qısa müddətdə pozulmasına” səbəb olan yüngül dərəcəli zərərvurmaya aid olmuşdur. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş sol bazunun sıyrığının kənar şəxs tərəfindən, sağ əlin İİ barmağının kəsilmiş yarasının isə özü tərəfindən yetirilməsi istisna edilməmişdir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqla törənə bilən olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X35 626 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 91-94) görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ böyrəyin yaralanması ilə müşayiət olunan bel nahiyəsinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (ola bilsin ki, bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun "X36” X30 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən: sağ böyrəyin yaralanması ilə müşayiət olunan bel nahiyəsinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya, döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları isə istər birlikdə, istərsə də, ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli zərər vurmaya aid olmuşdur. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla törənə bilən olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X35 391/2023-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 117-121) görünür ki, Zərərçəkmiş şəxs2 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, qan qrupu-()/l. X5 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu- B/l11/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-B/111/. Ekspertizaya təqdim olunan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus sviter, Zərərçəkmiş şəxs1 məxsus alt mayka, köynək, Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda, bıçaq, Zərərçəkmiş şəxs2 məxsus sviter, Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərindəki ləkələrdə yalnız "H" antigeni alınmışdır. Bu qan ləkələri Oalİabcta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilən olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus alt mayka və köynək üzərindəki ləkələrdə isə "B" və "H” antigenləri və aqlyutinini alınmışdır. Bu qan ləkələri 1 (bir) şəxsə məxsusdursa, Balfa (11 )/İ İ/Uİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs2 məxsus ola bilən olmuşdur, əgər onların müşayiətçi “11” antigeni varsa və sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Qanın qarışıq olduğu halında isə ləkələrdə Zərərçəkmiş şəxs2 da qarışmış qanının olması inkar olunmamışdır. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus kofta üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X35 885 canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 125-127) görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin sağ yarısının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət deşici-kəsici təsirə malik əşya (alət, ola bilsin ki, bıçaq) təsirindən onun "X36" X30 müraciətindən az əvvəl törənmiş, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənməsi istisna olunmamış və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid olmuşdur. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı olmamışdır. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla törənə bilən olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 122-123) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X35 288/2023-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 129- 135) görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus qısaqol koftanın ön səthinin yuxarı hissəsində 1 (bir) ədəd dəlib keçən zədə olmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədə olmaqla, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs2 məxsus qısaqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədə ilə onun bədən səthində olan xəsarət yerləşməsinə görə bir-biri ilə uyğunluq təşkil etmişdir. Zərərçəkmiş şəxs1 məxsus qısaqol koftanın və maykanın hər birinin arxa səthində çoxsaylı dəlib keçən zədə aşkar edilmişdir. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olmaqla, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli kəsici-deşici alətin (alətlərin) təsirindən törənmişdirlər. Zərərçəkmiş şəxs1 məxsus olan paltarların üzərində olan zədələrdən 3 (üç) ədəd deşilmiş-kəsilmiş zədə ilə onun bədən səthində olan xəsarətlər yerləşməsinə görə bir-biri ilə uyğunluq təşkil etmişdir. Paltarlar üzərində olan digər zədələrə uyğun Zərərçəkmiş şəxs1 bədən səthində uyğun xəsarət əks olunmamışdır ki, bu da paltarlar üzərində olan zədələrin xarakteri, yerləşmə nahiyəsi və zədə yetirilərkən yalnız paltarın zədələnməsi ilə izah edilmişdir. Zərərçəkmiş şəxs2 məxsus koftanın və Zərərçəkmiş şəxs1 məxsus paltarların (koftanın və maykanın) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus cins şalvarın və koftanın (sviterin) üzərində zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətin xarakterinə (sol bazunun sıyrığı) və paltarla örtülü olmayan nahiyədə (sağ əlin 11 barmağının kəsilmiş yarası) yerləşməsinə görə paltarlar üzərində əks olunmamışdır. Təqdim olunmuş bıçaq zavud üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağı olmuş və soyuq silah hesab edilmir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 139-140) görünür ki, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7-ci maddəsindən həmin Məcəllənin 29, 120.2.7 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 152-153) görünür ki, həmin gün X27 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 173-174) görünür ki, həmin gün X25 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 183-184) görünür ki, həmin gün X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 193-194) görünür ki, həmin gün X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-405/2023 saylı qərarından (cild 1, iş vərəqə 213-215) görünür ki, həmin gün X17 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-405/2023 saylı qərarına dair çıxarışdan (cild 1, iş vərəqə 216) görünür ki, həmin gün X12 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 217-218) görünür ki, həmin gün X12 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 220-221) görünür ki, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin 29, 120.2.7, 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 236) görünür ki, həmin gün Şahid2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 258) görünür ki, həmin gün Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 1-2) görünür ki, həmin gün Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 12-13) görünür ki, həmin gün Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-416/2023 saylı qərarına dair çıxarışdan (cild 2, iş vərəqə 35) görünür ki, həmin gün Şahid2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-415/2023 saylı qərarına dair çıxarışdan (cild 2, iş vərəqə 33) görünür ki, həmin gün Şahid1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 2, iş vərəqə 37-38) görünür ki, həmin gün Şahid1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 2, iş vərəqə 39) görünür ki, həmin gün Şahid1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan (cild 2, iş vərəqə 40-41) görünür ki, həmin gün Şahid2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 2, iş vərəqə 42) görünür ki, həmin gün Şahid2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 2684 nömrəli rəyindən (cild 2, iş vərəqə 188-190) görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman, ondan əvvəl və sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri alıma düşməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai ləhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarındadır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində və fizioloji affekt halında olmamışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 73) görünür ki, həmin gün X20 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 83-84) görünür ki, həmin gün X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-497/2023 saylı qərarından (cild 2, iş vərəqə 101-104) görünür ki, həmin gün X8 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 2, iş vərəqə 105-106) görünür ki, həmin gün X8 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 2, iş vərəqə 107) görünür ki, həmin gün X8 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 2, iş vərəqə 135) görünür ki, Zərərçəkmiş şəxs1 atası Teymur İbadov Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-526/2023 saylı qərarına dair çıxarışdan (cild 2, iş vərəqə 145) görünür ki, həmin gün X17 barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 146-147) görünür ki, həmin gün X17 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 2, iş vərəqə 148) görünür ki, həmin X17 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 2, iş vərəqə 179) görünür ki, Təqsirləndirilən şəxs anası X1 Mircavid Teymur oğlu və X20 ilə barışdığını və sonunculara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-572/2023 saylı qərarından (cild 2, iş vərəqə 180-186) görünür ki, müdafiəçinin vəsatətinə əsasən həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından azad olunmuşdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 192-213) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, onun əməlində Cinayət Məcəlləsinin 29, 120.2.2, 221, 228.4-cü maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinin başlanmasının rədd edilməsi, ona yetirilmiş xəsarətlərlə bağlı Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, X25, X27, Şahid1, Şahid2 və X8 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinə xitam verilməsi, sonuncuların barəsində seçilmiş qətimkan tədbirlərinə xitam verilməsi, 1 (bir) ədəd cib bıçağı, X13 məxsus 1 (bir) ədəd qısaqol kofta, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd qısaqol kofta və qolsuz mayka, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd cins şalvar və koftanın maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğunun saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 214-215) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 62) görünür ki, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara vurulmuş ziyan ödənilmiş, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 78) görünür ki, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi X18 Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara vurulmuş ziyan ödənilmiş, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 160) görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslərlə onun arasında barışıq əldə edildiyinə görə barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 161) görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsinə və onunla təqsirləndirilən şəxsin arasında barışıq əldə edildiyinə görə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 162) görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi vasitəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsinə və onunla təqsirləndirilən şəxsin arasında barışıq əldə edildiyinə görə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, müxtəlif vəsatətlər vermiş, habelə təqsirləndirilən şəxs şəxsən, qanuni nümayəndəsi və müdafiəçisi vasitəsilə onun əleyhinə olan sübutlara dair etiraz edərək irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs bir-birilərini tanımışlar. Mircavidlə Samrah arasında dostluq münasibətləri olsa da, onlarla İsmayılın arasında belə münasibət olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşısını kəsmişlər, bundan sonra Mircavid Taleh adlı dostunun “içəridə” (bundan sonra jarqon termin kimi “içəri” dedikdə, həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş qaydada saxlanıldığı müəssisələr nəzərdə tutulur) olmasını bildirib “içəri” pul göndərilməsi məqsədi ilə Təqsirləndirilən şəxs pul tələb etmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 pul tələb etməsi ilə bağlı qanunsuz tələbinə müsbət cavab verməmiş, yəni Taleh adlı şəxs üçün “içəri” pul verməkdən imtina etmişdir. İsmayıl Mircavidin qanunsuz tələbini yerinə yetirməkdən imtina etdikdə, Mircavid haqsız yerə İsmayıla öz iradını bildirmiş və nəticədə Mircavidlə İsmayılın arasında sözlü mübahisə baş vermişdir. Mircavidlə İsmayılın arasında yaranmış sözlü mübahisənin səbəbi - Mircavidin həbsdə olan dostu Taleh üçün İsmayıldan qanunsuz şəkildə pul tələb etməsi, faktiki olaraq isə qanunsuz hərəkət etməsi olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulla bağlı qanunsuz tələbinə “yox” dedikdə, Mircavid İsmayılın əlində olan telefonu istəmişdir ki, həmin telefonun satışından hasil olunacaq pulu Taleh adlı şəxs üçün “içəri” göndərsin. İsmayıl bu dəfə də Mircavidin qanunsuz tələbini yerinə yetirmədikdə, Mircavidin dostu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bir qədər aralıda yerləşən və “Binə qəbirstanlığı” kimi tanınan ərazidə haqq-hesab etmək üçün getməyi tələb etmişdir. İsmayıl da, Samrahın qanunsuz tələbi ilə sonuncunun dediyi qəbirstanlığa getmişdir. Mircavidin İsmayıldan qanunsuz şəkildə pul tələb etməsi, İsmayıl bu tələbdən imtina etdikdə, Mircavidin İsmayıldan telefonunu tələb etməsi, İsmayılın bu dəfə də Mircavidə “yox” deməsi və bundan sonra Samrahın İsmayıldan “Binə qəbirstanlığı” kimi tanınan əraziyə getməsini tələb etməsi zamanı orada bir tərəfdən Mircavid, Samrah və sonuncuların tanışı olan Riyad adlı şəxsin, digər tərəfdən isə İsmayıl və sonuncunun dostu Nizami adlı şəxsin olması cinayət işinin mübahisəsiz hallarıdır. Qəbirstanlığa getdikdən sonra orada bir tərəfdən İsmayıl və Nizami, digər tərəfdən isə Mircavid, Samrah və Riyadın olması, sonradan isə ora Mircavidin digər dostu Nuralın gəlməsi də məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin (Riyad və Nural) ifadələri təsdiq olunduğundan göstərilən hallar da cinayət işinin mübahisəsiz halladır. Qəbirstanlığa çatdıqdan sonra Mircavid və Samrah İsmayıldan bir qədər kənara çəkilməsini tələb etmişlər, İsmayıl da, onların növbəti qanunsuz tələbinə əsasən Mircavid və Samrahla birlikdə kənara çəkilmişdir. Onlar kənara çəkildikdən sonra İsmayılın dostu Nizami, Mircavidin dostu Riyad və sonradan Mircavidgilin çağırışına əsasən ora gəlmiş digər dostu Nural Mircavidgilin yanına getməmişlər və kənardan Mircavidgilə nəzarət etmişlər. Mircavid, Samrah və İsmayıl kənara çəkildikdən sonra İsmayılın dostu Nizami oradan çıxıb getmiş və faktiki olaraq İsmayıl Mircavid, Samrah və sonuncuların dostları Riyad və Nuralın nəzarəti altında qalmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Mircavid, Samrah və İsmayıl kənara çəkildikdən sonra bu dəfə Samrah aqressiv davranış nümayiş etdirərək İsmayıldan telefonunu tələb etmişdir. İsmayıl Samrahın qanunsuz tələbini icra etməkdən imtina etdikdə, İsmayıldan fiziki cəhətdən güclü olan, eləcə də döyüş növü olan idmanla məşğul olan Mircavid qəflətən İsmayılın üzündən yumruqla vurmuşdur. Mircavidin yumruq zərbəsi güclü və İsmayıl üçün gözlənilməz olduğundan sonuncu müvazinətini itirərək yıxılmışdır. İsmayıl özünə gəlib ayağa qalxmaq istədikdə, bu dəfə Samrah İsmayıla zorakılıq edərək İsmayılın çiynindən itələmiş və bu vaxt İsmayıl yenidən yıxılmışdır. Bundan sonra İsmayıl yenidən özünə gəlib ayağa qalxdıqda, Mircavid yenidən ona yumruq və təpik zərbələri ilə xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Mircavid və Samrah tərəfindən təklənərək döyülmüşdür. Təqsirləndirilən şəxs Mircavid və Samrah tərəfindən döyülməsi canlı şəxsin ekspertiza rəyi ilə də təsdiq olunur. Belə ki, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X35 610 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən biri, yəni sol bazunun sıyrığı küt əşya təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Bu xəsarət sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş sol bazunun sıyrığının kənar şəxs tərəfindən yetirilməsi istisna edilmir. Təqsirləndirilən şəxs Mircavid və Samrahın, eləcə də sonuncuların dostları Riyad və Nuralın əhatəsində qalması, İsmayılın döyülməsi gecə vaxtı baş verməsi, Mircavidin fiziki cəhətdən İsmayıldan güclü olmaqla, qəflətən İsmayıla yumruq zərbəsi vurması, nəticədə İsmayılın yıxılması, sonra özünə gəlib ayağa qalxmaq istədikdə, bu dəfə Samrahın İsmayıla zorakılıq edərək itələməsi, nəticədə İsmayılın yenidən yıxılaraq başının ağaca dəyməsi halları Təqsirləndirilən şəxs Taleh üçün “içəri” pul verməkdən imtina etdiyinə görə Mircavid və Samrah tərəfindən təklənərək “cəzalanmaq” qorxusu yaratmışdır. Bu həm inandırıcı, həm də ağlabatandır. Məhkəmə belə nəticəyə gələrkən həmin anadək Mircavid və Samrahın İsmayıldan qanunsuz şəkildə pul, sonra isə telefon tələb etməsi, İsmayıl bundan imtina etdikdə, Samrahın İsmayılı qəbirstanlığa çağırması, orada Mircavidin qəflətən İsmayıla güclü yumruq zərbəsi vurması, nəticədə İsmayılın yıxılması, sonradan ayağa qalxmaq istədikdə, Samrahın ona zorakılıq etməsi, bundan sonra isə Mircavidin təpik və yumruqla İsmayıla bir neçə zərbə endirməsini əsas tutmuşdur. Təqsirləndirilən şəxs Mircavid və Samrah tərəfindən zorakılığa məruz qaldığından, faktiki olaraq isə qaranlıq vaxtı ona nisbətdə yaxın şəxslərin olmadığı halda 2 (iki) nəfər zərərçəkmiş şəxs tərəfindən döyüldüyündən həmin vaxt özünü müdafiə etmək məqsədi ilə üzərində olan bıçaqla Mircavidə xəsarət yetirmişdir. İsmayılın Mircavidə yetirdiyi xəsarətlərin yerinə diqqət etdikdə, məlum olur ki, İsmayıl Mircavidə ümumilikdə 3 (üç) bıçaq zərbəsi endirmiş, həmin zərbələrin ikisi arxa hissədən Mircavidin belinə, biri isə ön tərəfdən döş qəfəsi hissəsinə yetirilmiş, belinə təsadüf edən xəsarətlərin biri daxilə nüfuz etməklə ağır bədən xəsarəti, digər xəsarətlər isə daxilə nüfuz etməyən xəsarətlər olmuşdur. Bu hissədə qeyd edilməlidir ki, xəsarətlərin təhlili onu göstərir ki, Mircavid İsmayıla yumruq və təpiklə zərbələr yetirməyə davam etdikdə, İsmayıl üzərindəki bıçaqla Mircavidi qucaqlayaraq zərərsizləşdirmək istəmiş və həmin bıçaq zərbələrini məhz həmin vaxt yetirmişdir. Bu həmçinin onunla təsdiq olunur ki, Mircavid xəsarətləri alan zaman İsmayılın əlində bıçaq olmasını görməmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı dəfələrlə ifadə verərək bildirmişdir ki, o, İsmayılın əlində bıçaq olduğunu görməmiş, xəsarət aldıqdan sonra qan axdığını görüb qışqırmış, həmin vaxt İsmayıl dayanmış, əgər İsmayıl onu öldürmək istəsəydi həmin an İsmayıla mane ola biləcək hal olmamış, bu səbəbdən də düşünür ki, İsmayılın onu öldürmək kimi məqsədi və niyyəti olmamışdır. X14 müqavimət göstərdiyini gördükdə, İsmayıla zor tətbiq etmək istəmiş və bu məqsədlə İsmayıla yaxınlaşmışdır. Həmin an həyacan və təşviş içində olan İsmayıl Samrahın bir qədər onunla aqressiv danışaraq telefonunu istəyərək Taleh üçün “içəri” göndərməsi barədə qanunsuz tələb irəli sürdüyünü, bundan imtina etdikdə, Mircavid və Samrah tərəfindən zorakılığa məruz qaldığını nəzərə alaraq, Samrahın onu yenidən döyəcəyindən qorxaraq sonuncunu özündən uzaqlaşdırmaq istədikdə, 1 (bir) dəfə əlindəki bıçaqla Samraha xəsarət yetirmişdir. Samrah da, İsmayıl tərəfindən bıçaqlanan zaman sonuncunun əlində bıçaq olmasını görməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində İsmayıla yaxınlaşaraq İsmayılı Mircaviddən aralamaq istədiyini və bu vaxt heç bir əsas olmadan İsmayıl tərəfindən bıçaqlandığını iddia etsə də, onun iddia etdiyi bu hallar işin hallarına uyğun olmamaqla yanaşı, həmçinin inandırıcı deyil. Belə ki, Mircavid fiziki cəhətdən İsmayıldan güclü olduğu və faktiki olaraq Mircavid İsmayılı döydüyü halda X15 bir-birindən aralamaq istəsəydi, Samrah ilk növbədə Mircavidi İsmayıldan ayırardı. Samrahın məhz İsmayıla yaxınlaşması, bir qədər əvvəl isə İsmayıla zorakılıq edərək itələməsi və məhz qəbirstanlıqda haqqhesab etmək üçün ora getməsi təşəbbüsünün Samrahdan gəlməsi halları ona dəlalət edir ki, onun İsmayıla yaxınlaşmaqda məqsədi sonuncunu döyməsi və sair şəkildə zorakılıq etməsi olmuşdur. Təqsirləndirilən şəxs məhz bu halları nəzərə alaraq Samrahı özündən uzaqlaşdırmaq istəmiş və həmin vaxt əlindəki bıçaqla Samraha xəsarət yetirmiş, Samrah bıçaq zərbəsindən arxaya çəkildikdə isə İsmayıl Samraha yenidən bıçaq zərbəsi vurmağa imkanı olduğu halda bunu etməmişdir. Bu da ona dəlalət edir ki, İsmayıl Samraha bıçaqla xəsarət yetirərkən niyyəti sonuncuya ağır xəsarət yetirmək deyil, əksinə sonuncudan özünü müdafiə etməklə yanaşı, Samrahın qanunsuz hərəkətlərinə son qoymaq istəmişdir. Qeyd edilməlidir ki, İsmayıl Mircavid və Samraha bıçaqla xəsarət yetirərkən orada olan Riyad və Nural Mircavidgilə dəstək formasında hərəkətlər etməmişlər. Mircavidin qəflətən İsmayıla yumruq zərbəsi vurması, həmçinin Samrah İsmayılı itələdikdən sonra Mircavidin yenidən İsmayıla təpik və yumruqla zərbələr endirməsi İsmayılda Mircavidgil tərəfindən döyülərək “cəzalandırılacağı” barədə yaranmış qorxunu daha da artırmış və məhz bundan sonra İsmayıl Mircavidə bıçaqla xəsarət yetirmişdir. Başqa sözlə, İsmayıl Mircavidə bıçaqla xəsarət yetirən zaman sonuncu onun üçün təhlükəli olmuş və bu səbəbdən də Mircaviddən özünü müdafiə etmək məqsədi ilə əlini bıçağa atmaqla, Mircavidə xəsarət yetirmişdir. Məhkəmə göstərilənləri məcmu halda nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirərkən onun məqsədi - Mircavidin qanunsuz və zorakı hərəkətlərindən müdafiə olunmaq olmuşdur. Belə ki, Mircavid İsmayıl üçün təhlükəsiz olan kimi sonuncu könüllü şəkildə əməlini dayandırmışdır. Əgər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həqiqətən də öldürmək istəsəydi bunu etmiş olardı. Çünki həmin an İsmayılın bu niyyətə çatmasına mane ola biləcək heç bir hal olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürmək, Zərərçəkmiş şəxs2 isə ağır bədən xəsarəti yetirmək kimi niyyəti və məqsədi olmamışdır. Belə ki, eyni vaxtda, eyni məkanda və eyni şəxslər tərəfindən qanunsuz və zorakı əməllərə məruz qalmış Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birini qəsdən öldürmək, digərinə isə ağır xəsarət yetirmək kimi məqsəd və niyyətinin olması işin hallarına da uyğun deyil. Əksinə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təklənərək döyüldüyü üçün özünü müdafiə etmək istəmiş, yəni zərərçəkmiş şəxslərin qanunsuz və zorakı əməllərindən qorxaraq özünü qorumaq istəmiş, bu məqsədlə həmin vaxt üzərində olan bıçaqla Mircavidə xəsarət yetirmiş, bunu görən Samrah İsmayıla yaxınlaşıb sonuncuya xəsarət yetirdikdə, Samraha da 1 (bir) dəfə bıçaqla xəsarət yetirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yetirmiş 3 (üç) xəsarətdən yalnız birinin daxilə nüfuz etməsi də ona dəlalət edir ki, onun Mircavidi qəsdən öldürmək kimi niyyəti olmamışdır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə Mircavid və Samraha bıçaqla xəsarət yetirsə də, məhkəmə həmin xəsarətləri məcmu halda nəzərə alaraq belə hesab edir ki, o, hər iki zərərçəkmiş şəxsə həmin xəsarətləri zəruri müdafiə həddini aşmaqla yetirmiş və nəticədə hər iki zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmuşdur. Bu hissədə bir daha qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşmaqla zərərçəkmiş şəxslərə ağır xəsarət yetirməsi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən döyülməsi və buna görə yaranmış qorxu hissi nəticəsində baş vermişdir. Qorxu hissi isə İsmayılın günün qaranlıq vaxtı zorakılığa məruz qalması, bunun insanların olmadığı ərazidə baş verməsi, zərərçəkmiş şəxslərin həm sayca, həm də fiziki güc etibarı ilə Təqsirləndirilən şəxs çox və güclü olmasında ifadə olunmuşdur. Bir məsələnin də xüsusilə qeyd edilməsi zəruridir. Cinayət işinin materiallarından görünür ki, Mircavid və Samrah “cinayət aləminə” müsbət yanaşmaları ilə seçilirlər. Belə ki, onların həbsdə olan Taleh adlı şəxs üçün “içəri” pul göndərilməsi məqsədi ilə küçədə hər hansı şəxsə yaxınlaşaraq pul tələb etmələri ona dəlalət edir ki, onlar “cinayət aləminə” yaxın olmaq həvəsindədirlər. Eyni zamanda Mircavidin idmanla məşğul olması, fiziki cəhətdən İsmayıldan güclü olması, habelə birlikdə idmanla məşğul olan Nural adlı şəxsi hadisə yerinə çağırması, orada Mircavidgilin sayca çox olması, İsmayılın isə həmin vaxt tək olması onu göstərir ki, həqiqətən də Mircavid və Samrah İsmayıldan faktiki olaraq qanunsuz şəkildə pul tələb etmişlər, İsmayıl isə bundan imtina etdikdə, onlar İsmayılı “cəzalandırmaq” üçün insanların olmadığı yerə, yəni gecə vaxtı qəbirstanlığa çağırmışlar, orada İsmayıldan yenidən qanunsuz şəkildə pul tələb etmişlər, İsmayıl bu dəfə də qanunsuz tələbi yerinə yetirməkdən imtina etdikdə, əvvəlcə Mircavid İsmayılı döymüş, sonra isə Samrah İsmayıla qarşı zorakılıq etmişdir. Bıçaqlanma hadisəsi baş verməmişdən əvvəl Mircavid və Samrahın İsmayıla qarşı qanunsuz hərəkətlər etməsi həm də onda ifadə olunur ki, ibtidai istintaq orqanı tərəfindən bir çox şəxs, o cümlədən Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin şəxslərin bəzilərinin barəsində həbs qətimkan tədbiri, bazilərinin barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş, sonradan isə məhkəməyə aydın olmayan səbəblərdən göstərilən şəxslərin barəsində aparılan cinayət təqibinə xitam verilməklə onlar məsuliyyətdən azad olunmuşlar. Belə ki, xx.xx.2023-cü il tarixdə X27 və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuş, xx.xx.2023-cü il tarixli məhkəmə qərarına əsasən X17 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixli digər məhkəmə qərarına əsasən isə X12 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Şahid1 və Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuş və xx.xx.2023-cü il tarixli məhkəmə qərarlarına əsasən isə onların barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuş və xx.xx.2023-cü il tarixli məhkəmə qərarına əsasən onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Göstərilən şəxslər cinayət məsuliyyətinə cəlb edilsələr də, xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara əsasən X25, X27, Şahid1, Şahid2 və X8 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. Əvvəla qeyd edilməlidir ki, bu hissədə göstərilən qərar işin hallarına uyğun deyil. Belə ki, iş materiallarından görünür ki, X25, X27, Şahid1, Şahid2 və X20 Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişlər. Belə olduğu təqdirdə isə cinayət təqibinin başlanmasının rədd edilməsi deyil, əksinə cinayət təqibinə xitam verilməsi məsələsi barədə qərar qəbul edilə bilədi. Lakin göründüyü kimi müstəntiq tərəfindən göstərilən şəxslər məsuliyyətə cəlb edildikləri halda sonradan cinayət təqibinə xitam verilməsi əvəzinə cinayət təqibinin başlanması rədd edilmişdir. Bu da öz növbəsində ibtidai araşdırmanın keyfiyyətsiz və natamam aparılmasından xəbər verir. llk baxışdan göstərilən hallar sadə məsələ kimi görünsə də, bu hallar iş üzrə çox əhəmiyyətlidir. Məsələn Zərərçəkmiş şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması, ona həmin maddə, yəni silah qismində istifadə edilə biləcək predmetdən istifadə etməsi ilə bağlı xuliqanlıq cinayətinin törədilməsi ittihamının elan edilməsi, sonradan isə məsuliyyətdən azad olunması məhkəmədə ciddi narahatlıq yaradır. Lakin sübutların qiymətləndirilməsi barədə qərar mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan məhkəmə tərəfindən Zərərçəkmiş şəxs2 əməllərinin qanunsuz olmasına dair hüquqi qiymət verilməsi mümkün deyil. Eyni zamanda Zərərçəkmiş şəxs2 məhz Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi, yəni eyni vaxtda, eyni məkanda və eyni şərtlər daxilində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələri ilə ittiham elan edilməsi, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə nisbətdə zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs2 silah qismində istifadə edilə biləcək predmetdən istifadə etməklə xuluqanlıq cinayətinin törədilməsi ilə bağlı ittihamın elan edilməsi, sonradan isə həmin hissədə cinayət təqibinin başlanmasının rədd edilməsi onu göstərir ki, ibtidai araşdırma keyfiyyətsiz aparılmış, iş üzrə araşdırılmalı olan vacib hallar araşdırılmamış, yəni Zərərçəkmiş şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülərkən onun hadisə vaxtı hansı predmetdən istifadə etməsi aydınlaşdırılmamışdır. Başqa sözlə, ibtidai istintaq orqanı tərəfindən ya əvvəlcədən Zərərçəkmiş şəxs2 əsassız şəkildə ittiham olunmaqla qanunsuz şəkildə məsuliyyətə cəlb olunmuş, ya da onun tərəfindən törədilmiş əmələ düzgün hüquqi qiymət verilməmişdir. Hər iki hal ibtidai istintaqın keyfiyyətsiz aparılmasının göstəricisidir. Göstərilənləri bir daha məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı qərəzli mövqedən çıxış edərək sonuncunun əməllərinə düzgün hüquqi qiymət verməmiş və nəticədə ona qarşı daha ağır cinayətlərin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir.
1. Birinci əlamət - əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur.
2. Cinayət etməyə cəhdin ikinci obyektiv əlaməti - əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur.
3. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti - qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən - peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Cinayət Məcəlləsinin 36.3-cü maddəsinə əsasən - qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Bu hissədə qeyd edilməlidir ki, Salayev X3 İbadov və Samrah Salayevin qanunsuz və zorakı hərəkətlərindən özünü müdafiə etmək etmək hüququna malik olsa və bu hüququnu realizə etmək məqsədi ilə həmin vaxt üzərində olan bıçaqla Mircavidə ümumilikdə 3 (üç) dəfə, Samraha isə 1 (bir) dəfə xəsarət yetirməklə zəruri müdafiə həddini aşmışdır. Məhkəmə yuxarıda izahı verilmiş halları bir daha təhlil edib və hasil olunan nəticəyə hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs yaxınlaşmaları, həmin vaxt Mircavidlə Samrahın yanında Riyad adlı dostunun olması, sonradan Mircavidin Nural adlı idmançı dostunun ora gəlməsi, İsmayıla yaxınlaşan kimi Mircavid və Samrahın İsmayıldan qanunsuz şəkildə pul, sonradan isə telefonu sataraq pulunu tələb etmələri, İsmayıl bundan imtina etdikdə, Samrahın İsmayılı haqq-hesab etmək üçün insanların olmadığı qəbirstanlıq ərazisinə çağırması, orada Mircavidin qəflətən İsmayıla güclü yumruq zərbəsi vurması, nəticədə İsmayılın yıxılması, sonradan ayağa qalxmaq istədikdə, Samrahın ona zorakılıq edərək itələməsi, bundan sonra isə Mircavidin təpik və yumruqla İsmayıla bir neçə zərbə vurması Təqsirləndirilən şəxs Mircavid və Samrah tərəfindən təklənərək döyülməsi deməkdir. Bu hərəkətlər edilərkən isə İsmayılın dostu Nizaminin həmin ərazidən getməsi, habelə Mircavid və Samrahın dostları sayılan Riyad və Nuralın, eləcə də ibtidai istintaq orqanı tərəfindən şəxsiyyətləri müəyyən edilməyən və Mircavidgilin tanışları olan şəxslərin orada olması Təqsirləndirilən şəxs Mircavid və Samrah tərəfindən təklənərək döyülməsi barədə fikrini qətiləşdirmişdir. Başqa sözlə, göstərilənlər Təqsirləndirilən şəxs təəssüratı kimi deyil, əksinə baş verənlərlə bağlı onun təhlükədə olmasına dair qəti şəkildə formalaşmış fikri kimi çıxış edir. Təqsirləndirilən şəxs sonrakı hərəkətləri, yəni məhz sayca çox və fiziki cəhətdən ondan güclü olan şəxslər tərəfindən insanların olmadığı yerdə və qaranlıq vaxtda təklənərək döyülməsindən sonra üzərindəki bıçaqla Mircavid və Samraha xəsarət yetirməsi İsmayılın özünü müdafiə etmək hüququndan realizə etmək üçün şərait yaratmış və o, öz hüququndan istifadə etməklə Mircavid və Samraha bıçaqla xəsarət yetirmişdir. Xüsusilə vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs Mircavid və Samraha qarşı qanunsuz hərəkətlər etmək, habelə sonuncuları bıçaqlamaq kimi əvvəlcədən yaranmış cinayətkar niyyəti və məqsədi olsaydı o, üzərindəki bıçaqdan Mircavid və Samrah ona zorakılıq etməzdən əvvəl və ya Mircavidin ilk yumruq zərbəsindən sonra istifadə edərdi. Lakin hadisənin ardıcıllığı onu göstərir ki, Təqsirləndirilən şəxs əvvəlcə Mircavid və Samrahın qanunsuz hərəkətlərinə qarşı aktiv hərəkətlər etmək niyyətində olmamışdır. Yəni Təqsirləndirilən şəxs təklənərək döyüldüyündən Mircavid və Samraha bıçaqla xəsarət yetirmək məcburiyyətində qalmışdır. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla ilk zərbəni vurduqdan sonra Mircavidi sair şəkildə zərərsizləşdirmək üçün digər hərəkətlərin əvəzinə yenidən bıçaq zərbəsi vurması, eləcə də Samrah ona qarşı zorakılıq etdikdən sonra sonuncuya bıçaq zərbəsi vurması ona göstərir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 növbəti bıçaq zərbələrini, Zərərçəkmiş şəxs2 isə bıçaq zərbəsini vurmaqla zəruri müdafiə həddi aşmışdır. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən, həmçinin onu əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Mircavid və Samrah tərəfindən təklənərək döyüldükdən sonra onun Mircavidi qəsdən öldürmək kimi niyyəti, məqsədi və qəsdi yaranmamışdır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 nömrəli, 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində göstəərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Başqa sözlə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsilə irəli sürülmüş ittiham tamamilə qanunsuz və əsassızdır. Bu isə açıq-aşkar onda ifadə olunur ki, Təqsirləndirilən şəxs Mircavidi qəsdən öldürmək kimi niyyəti və məqsədi olmayıb, əksinə İsmayıl Mircavid və Samrah tərəfindən təklənərək döyüldükdən sonra özünü müdafiə etmək qərarına gəlmiş və bu məqsədlə sonunculara xəsarət yetirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs birbaşa qəsdlə hərəkət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Bu isə o deməkdir ki, zəruri müdafiə vətəndaşın subyektiv hüququdur. Cinayət hüququ nəzəriyyəsinə görə qəsd ictimai təhlükəli xarakterə malik olduqda, zəruri müdafiəyə yol verilir. Məhkəmədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs gecə vaxtı və insanların olmadığı əraziyə dəvət edib orada təkləyərək döymələri, İsmayılın həmin vaxt xəsarət alması, zərərçəkmiş şəxslərin hadisə yerində sayca çox və təqsirləndirilən şəxsdən fiziki cəhətdən güclü olmaları, həmin vaxt zərərçəkmiş şəxslərin dostlarının da orada olmaları, Mircavid və Samrah İsmayıla qarşı zorakılıq edərkən sonuncunun Mircavidlə Samraha qarşı zorakılıq etməməsi halları təsdiq olunduğundan məhkəmə belə nəticəyə gəlir ki, zəruri müdafiə üçün ictimai təhlükəli qəsd mövcud olmuş və həmin qəsd real olmuşdur. Lakin Təqsirləndirilən şəxs öz müdafiəsi ilə bağlı hərəkətləri ilə qəsdin xarakteri və təhlükəlilik dərəcəsinə uyğun davranmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 birinci dəfə bıçaqla xəsarət yetirdikdən sonra sonuncunu digər şəkildə zərərsizləşdirmək istiqamətində heç bir hərəkət etməmiş, bunun əvəzinə olaraq yenidən bıçaqla xəsarət yetirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq xəsarət yetirmək istəyərkən Təqsirləndirilən şəxs digər şəkildə sonuncunu zərərsizləşdirməmiş, bunun əksinə olaraq bıçaqla xəsarət yetirmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs ona qarşı edilən qəsdin xarakteri və təhlükəlilik dərəcəsinə riayət etməyərək zəruri müdafiə həddini aşmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan, hazırda isə yetkinlik yaşına çatmış Təqsirləndirilən şəxs oğunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən törədilmişdir. Bu cinayətin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bundan başqa, məhkəmədə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmışlar, zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam şəkildə öədnilmiş və bu səbəbdən də zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin imperativ tələbi ondan ibarətdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edildikdə və zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənildikdə cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən - cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə, Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır. Lakin şəxs barəsində cinayət mühakiməsinin aparılmasından müxtəlif əsaslarla və dəfələrlə imtina edilməsi, həmçinin yalnız bir dəfə deyil, dəfələrlə cinayət törətmiş şəxsə münasibətdə məsuliyyətdən azad etmənin tətbiq edilməsi Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən edilən cinayətlərin qarşısını almaqla bağlı Cinayət Məcəlləsinin vəzifəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 8-ci maddəsi ilə müəyyən edilən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək kimi cinayət mühakimə icraatının vəzifələrinə uyğun gəlməməklə bərabər, yuxarıda qeyd olunduğu kimi, digər şəxslərdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranması, eyni zamanda sosial ədalətin pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, cinayət qanununun vəzifələrinin yerinə yetirilməsi baxımından dairəsi konkret göstərilmiş və ya müəyyən kateqoriya cinayətlər üzrə şəxsin cinayət törətdikdən sonrakı davranışına müvafiq olaraq qanunvericilikdə onun məsuliyyətdən azad edilməsi imkanı nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 72–73-2ci maddələrində şəxsin cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünü nəzərdə tutan və belə azadetmənin şərti kimi şəxsin cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmişlə barışmasını və müvafiq olaraq dövlət büdcəsinə ödəniş etməsini müəyyən edən hüquqi tənzimetmə cinayət məsuliyyətinin və cəzanın diferensiallaşdırılması, onların islahedici təsirinin gücləndirilməsi, yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi və son nəticədə şəxsiyyətin, cəmiyyət və dövlətin cinayətkar qəsdlərdən qorunması kimi konstitusiya əhəmiyyətli məqsədlərə nail olmağa yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cinayət məsuliyyətindən azad etmənin əsasları ilə bağlı izahlar verilmiş, o cümlədən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Qeyd edilən qərarda, həmçinin göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etmənin cinayət təqibi orqanı və ya məhkəmənin mülahizəsinə əsasən həyata keçirildiyi hallarda, şəxsin məsuliyyətdən azad olunması məsələsi həll edilərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı ödəməsi ilə yanaşı, iş üzrə əhəmiyyət kəsb edən digər hallar, o cümlədən təqsirkarın şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər, cinayətin törədilmə şəraiti və sair hallar nəzərə alınaraq obyektiv və əsaslandırılmış qərar qəbul edilməlidir. Yuxarıda göstərilən maddi hüquq normalarından və bu normaların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqedən aydın olur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiqi zəruridir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışmış və zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam şəkildə ödənilməsini təmin etmiş, nəticədə tərəflər arasında barışıq əldə edilmişdir. Başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri yerinə yetirilmişdir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra qanunsuz əməlinə tənqidi yanaşaraq törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxslərə ödəməklə əməlinin ictimai təhlükəliliyini aradan qaldırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsi ilə tövsif edilməsini və tərəflər arasında barışıq əldə edildiyinə, eləcə də zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam şəkildə ödənildiyinə görə barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Xəzər rayon prokurorluğunun saxlanc otağında saxlanılan 1 (bir) ədəd cib bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş 1 (bir) ədəd qısaqol kofta, Zərərçəkmiş şəxs1 əynində olmuş 1 (bir) ədəd qısaqol kofta və 1 (bir) ədəd qolsuz mayka, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd cins şalvar və 1 (bir) ədəd kofta məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı : Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığından və zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsi tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Xəzər rayon prokurorluğunun saxlanc otağında saxlanılan 1 (bir) ədəd cib bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş 1 (bir) ədəd qısaqol kofta, Zərərçəkmiş şəxs1 əynində olmuş 1 (bir) ədəd qısaqol kofta və 1 (bir) ədəd qolsuz mayka, Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd cins şalvar və 1 (bir) ədəd kofta məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə