Məhkəmə qərarları › İş №1(101)-1413/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1413/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1413/2021 29.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X22 qızı, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs, mülki iddiaçılar: - Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2n, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 nümayəndəsi fərdi fəaliyyət göstərən vəkil Nümayəndə, Müdafiəçilər: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi6 və X13, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 05 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.3.2-ci maddəsi ilə xx xxxx 1989-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx xxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanda yaşamış, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.3.2-ci -ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, bununla yanaşı təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə öz tanışı olmaqla istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə, həmçinin öz tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz növbəsində sonuncu rəsmi qaydada lombard fəaliyyəti ilə məşğul olmaqla öz qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 öz tanışı Təqsirləndirilən şəxs1 və rəfiqəsi Təqsirləndirilən şəxs3 ilə də qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Qeyd olunanlardan başqa öz növbəsində Təqsirləndirilən şəxs1 rəsmi qaydada lombard fəaliyyəti ilə məşğul olmaqla öz qulluq mövqeyindən sui-istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə qanuni əsaslarla lombard fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla pul və qızıl alıb qazancı ilə tam olaraq vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2016-cı ilin mart ayından 2016-cı ilin avqust ayınadək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən lombardda hissə-hissə olmaqla 30000 manat pulunu ələ keçirmişdir. Qeyd olunan məbləğdə pulu qaytara bilməyəcəyini bildiyi halda, yenidən ona pul verilməsinə nail olmaq üçün 06 avqust 2016-cı il tarixdə ələ keçirmiş olduğu həmin məbləğdə pula dair kredit müqaviləsi bağlamaqla pulu tam olaraq qaytaracağına inandıraraq aldadıb niyyətinə nail olduqdan sonra 2016-cı il avqust ayının ortalarından 2017-ci ilin may ayının əvvəllərinədək eyni adla eyni ünvanda hissə-hissə olmaqla 26500 manat pulunu ələ keçirdikdən sonra daha böyük məbləğdə pulun ələ keçirilməsinə nail olmaq üçün həmin tarixədək ələ keçirmiş olduğu milli məzənnə ilə 42500 manat təşkil edən 25000 ABŞ dolları və 14000 manat pulun etirafı haqqında 15 may 2017-ci il tarixdə müqavilə bağlayaraq və daşınar əmlakı Zərərçəkmiş şəxs9 adına sənədləşdirərək, həmin məbləğdəki pulu qaytarmaq niyyətində olmasına yenidən inandırmaqla aldadıb 2017-ci ilin mayının sonlarından 2019-cu ilin mart ayının ortalarına qədər olan müddət ərzində eyni ünvanda hissəhissə olmaqla 141500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs9 ümumilikdə 198000 (bir yüz doxsan min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs10 və sonuncunun əri Zərərçəkmiş şəxs11 etibarlarından sui-istifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan özünə məxsus qızılları çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəkləri pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə onlara qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla verilmiş pulu qazancı ilə birlikdə tam olaraq vaxtında qaytarmaqla özünə inam yaradıb etibarlı tərəfdaş kimi göstərib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin iyul ayının ikinci on günlüyündə ünvan 4 ünvanda yerləşən “Nizami” metrostansiyasının qarşısında 15000 manat, qazanc adı ilə 3000 manat pulunu qaytararaq ona olan inamını daha da artırıb 02 avqust 2017-ci il tarixdə eyni ünvanda eyni adla Təqsirləndirilən şəxs2 qeyd olunan cinayətdə iştirakı olmayan sürcüsüsü Şahid11 vasitəsi ilə 5000 manat, qazanc adı ilə 500 manat pulunu qaytararaq, ona olan inamını daha da artırmaqda davam edib 2017-ci ilin oktyabr ayının ikinci on günlüyündə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1-ci yaşayış massivində yerləşən «Bazarstore» mağazasının qarşısında eyni adla 20000 manat, 2017-ci ilin noyabr ayının ikinci on günlüyündə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1-ci yaşayış massivində yerləşən «Bazarstore» mağazasının qarşısında xaricdən gəlmiş qızılların gömrük rəsmiləşdirməsi adı ilə 13000 manat, 2017-ci ilin dekabr ayının birinci on günlüyündə lombardda olan bütün qızıllarını çıxarıb satmaqla həmin müddətə qədər almış olduğu bütün pulları qazancı ilə birlikdə qaytarcağı adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Elit Ticarət və Əyləncə Mərkəzi”nin girişində milli valyuta ilə 42500 manat təşkil edən 25000 ABŞ dollar, qazanc adı ilə 5000 manat pulunu qaytararaq ona olan inamını daha da artırmaqda davam edib 2018-ci ilin yanvar aynın ikinci on günlüyündə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 1073 ünvanında olan “Hüseyn Cavid” parkında eyni adla 30000 manat, 2018-ci ilin yanvar ayının üçüncü on günlüyündə eyni ünvanda Gürcüstan Respublikasından gələn qızılların sərhəddən keçirmək adı ilə 22000 manat, 14 aprel 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 13 ünvanda yerləşən “Xəzər Universiteti”nin qarşısında aldığı pulları tam olaraq qaytarmaq məqsədi ilə evini satmaq üçün zəruri sənədləşmə işlərinin aparılması adı ilə 10000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədinə əməl etməyərək zərərçəkmiş şəxslər Nərminə Sultanova və Zərərçəkmiş şəxs11 ümumilikdə 157500 (bir yüz əlli yeddi min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla pul alıb qazancı ilə tam olaraq vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərib, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin noyabr ayının əvvələrindən 2017-ci ilin dekabr aylarının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, X44 106 ünvanda yerləşən «Kiyev» restoranında mili məzənnə 34006 manat təşkil edən 20000 ABŞ dolları, milli məzənnə ilə 51009 manat təşkil edən 30000 ABŞ dolları və milli məzənnə ilə 17003 manat təşkil edən 10000 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə üç dəfəyə ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə milli məzənnə ilə 102018 (bir yüz iki min on səkkiz) manat təşkil edən 60000 (altmış min) ABŞ dollar külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla pul alıb qazancı ilə müəyyən hissəsini vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərib, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 01 iyun 2018-ci il tarixdə sonuncunun işlədiyi ünvan 10 ünvanda yerləşən “Yaşıl bazarda” 45000 manat, qazancı 600 manat olmaqla 5000 manat pulunu qaytararaq ona olan inamını daha da artırıb 18 iyun 2018-ci il tarixdə həmin ünvanda eyni adla 55000 manat, qazancı 700 manat olmaqla 5000 manat pulunu yenidən qaytararaq ona olan inamını daha da artırıb 2018-ci ilin avqust ayının ortalarında həmin ünvanda eyni adlı 35000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra qazancı 500 manat olmaqla 5000 manat və daha sonra 20000 manat pulunu qaytararaq Zərərçəkmiş şəxs2 ümumilikdə 100000 (bir yüz min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən öz tanışı olmaqla istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 182.3.2-ci maddələri ilə cinayət işi ayrılmış digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib qızıl alqı-satqı işləri ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pullar qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə qazanc verəcəyini həmçinin, sonuncunun atası Zərərçəkmiş şəxs2 almış olduğu pulları da əldə edəcəyi qazancdan qaytaracağına dair yalan vəd verib aldadaraq bir neçə dəfə qeyd edilən üsulla pul alıb üzərində qazancı ilə tam olaraq qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət işi ayrılmış digər şəxsin işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 29 ünvanında yerləşən lombardda külli miqdarda qızılı olması, həmin qızılların çıxarılması üçün 2018-ci ilin avqust ayının əvvəllərində işlədiyi ünvan 10 ünvanda yerləşən “Yaşıl bazarda” 2000 manat, 2018-ci ilin avqust ayının ortalarında lombardda olan qızıllara dair ödəniş cədvəlini təqdim edib qeyd edilən cədvəl üzrə həmin lombardda olan qızılın çıxarılması üçün istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxs həmin ünvanda 11600 manat, 2018-ci ilin avqust ayının ortalarında qızılın cədvəl üzrə daha dəyərli qızılla əvəzləşdirməsi adı ilə həmin digər şəxs qeyd edilən həmin ünvanda 6500 manat, 2018-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 29 ünvanda yerləşən lombardda həmin digər şəxs eyni adla 1800 manat, həmin qızılların çıxarılması üçün tələb olunan yığılmış faiz borcları qaytarılması adı ilə qeyd olunan lombardda həmin digər şəxs 1700 manat, 2019-cu ilin yanvar ayının əvvəllərində sonradan onun lombarda qoymuş olduğu və üzərinə faiz hesablanmış mallarının çıxarılması adı ilə qeyd olunan lombardda istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində cinayət işi ayrılmış həmin şəxs 5000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 28600 (iyirmi səkkiz min altı yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib qızıl alqı-satqı işləri ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmaqla yeznəsi Zərərçəkmiş şəxs3 eyni adla almış olduğu 60000 ABŞ dolları pulun qısa müddət ərzində qaytaracağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Memar Əcəmi” metrostansiyasının çıxışında 12000 (on iki min) manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 vasitəsi ilə, öz növbəsində sonuncu qanuni əsaslarla lombard fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib verəcəyi qızılları özü digər şəxsə girov qoymaqla götürmüş olduğu pulu öz işlərində istifadə edib qısa müddət ərzində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs9 2019-cu ilin mart ayının sonlarından 2019-cu ilin aprel ayının əvvələrinədək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən lombardda 680 qram və 320 qram olmaqla iki dəfəyə ümumilikdə 1 (bir) kq çəkidə üzərində sibir briliant qaşlı 750 əyarlı müxtəlif adda 100000 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdikləri vədlərinə əməl etməyərək Zərərçəkmiş şəxs9 ümumilikdə 100000 (bir yüz min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, planlı olaraq, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmaqla sonuncunun yeznəsi Zərərçəkmiş şəxs3 eyni adla özü almış olduğu 60000 ABŞ dollarının qısa müddət ərizində qaytaracağına dair yalan vəd verib aldadaraq, üzərlərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətləri olmadan, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 2019-cu ilin mart ayının əvvəllərində ünvan 12 ünvanda yerləşən “Azər Nəşriyyat”ın yaxınlığında 20000 manat, 2019-cu ilin mart ayının sonlarında eyni adla ünvan 13 ünvanda yerləşən “Zeytun” restoranında 20000 manat və milli məzənə ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, 2019-cu ilin aprel ayının əvvəllərində eyni adla Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 201 nömrəli ünvanda olan lombardın qarşısında 50000 manat dəyərində üzərində 6 karat brilliant qaşı olan sırğa, üzük dəstini, 2019-cu ilin may ayının əvvəllərində eyni adla Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının çıxışında 8000 manat, 2019-cu ilin may ayının ortalarında eyni adla Bakı şəhəri Binəqədi rayonu, “Matadrom” yaşayış sahəsində olan “Bakı Beynəlxalq Avtovağzal kompleksi”ndə 10000 manat, 2019-cu ilin iyun ayının ortalarında eyni adla Bakı şəhəri, Nərimanov rayonu, Atatürk porospekti 47 ünvanda olan Ayna Sultanova heykəlinin yanında milli məzənə ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, həmin günün səhəri eyni adla ünvan 16 ünvanda yerləşən Bakı Dövlət Universitetinin yaxınlığında 2000 manat, 2019-cu ilin iyun ayının sonlarında eyni adla ünvan 18 ünvanda olan lombardda 5000 manat dəyərində sırğa üzük qızıl dəstini, 2019-cu ilin noyabr ayının əvvələrində eyni adla ünvan 19 ünvanda yerləşən lombardda 10000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, verdikləri vədlərinə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 133500 (bir yüz otuz üç min beş yüz) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, öz növbəsində Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla sonuncunun tanışlarından pul alıb qazancı ilə tam olaraq vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, öz növbəsində Təqsirləndirilən şəxs1 işlətdiyi ünvan 20 ünvanda yerləşən lombardda Təqsirləndirilən şəxs2 külli miqdarda qızılı olmasını bildirib, həmin qızılların çıxarılması üçün tələb olunan məbləğə dair ödəniş cədvəlini Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs5 təqdim edib pul ödənildikdən sonrakı gün qızılların çıxarılmasının mümkün olmasını ona bildirərək aldadıb, 10 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən lombardda Zərərçəkmiş şəxs5 69095 manat pulunu ələ keçirib verdikləri vədlərinə əməl etməyərək, Zərərçəkmiş şəxs5 69095 (altmış doqquz min doxsan beş) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 İsam oğlu ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, sonuncu 11 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 işlətdiyi ünvan 20 ünvanda yerləşən lombarda gələrək, bir gün əvvəl, yəni 10 iyul 2019-cu il tarixdə ödədiyi pullara görə qızılların çıxarılması üçün müraciət edən zaman, ona təqdim olunacaq qızılların daha yüksək məbləğdə qızıllar ilə əvəzləşdirilməsi adı ilə onu aldadıb 30000 manat pulunu qeyd olunan ünvanda yerləşən lombardda ələ keçirib verdikləri vədlərinə əməl etməyərək, Zərərçəkmiş şəxs5 30000 (otuz min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, Təqsirləndirilən şəxs1 özünü faktiki olaraq lombard müdiri kimi təqdim edib, öz növbəsində Təqsirləndirilən şəxs2 isə qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəklərinə inə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla pul alıb qazancı ilə müəyyən hissəsini vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərib, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, Təqsirləndirilən şəxs1 işlətdiyi ünvan 21 ünvanında yerləşən lombardda külli miqdarda qızılı olması, həmin qızılların çıxarılması üçün tələb olunan məbləğə dair ödəniş cədvəlini Təqsirləndirilən şəxs1la birlikdə təqdim edib pul ödənildikdən sonrakı gün qızılların çıxarılmasının mümkün olmasını bildirərək aldadıb 11 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən lombardda 39300 (otuz doqquz min üç yüz) manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 İsam oğlu ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib qızıl alqı-satqısı ilə məşğul olması və Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, bir neçə dəfə qeyd edilən üsulla pul alıb qazancı ilə tam olaraq vaxtında qaytarmaqla özünə inam yaradıb özünü etibarlı tərəfdaş kimi göstərib, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan Təqsirləndirilən şəxs1 işlətdiyi ünvan 22 ünvanında yerləşən lombardda olan qızılının bir hissəsinin çıxarıb satmaqla ona qazanac verəcəkləri adı ilə aldadaraq 18 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən lombardda 115000 manat pulunu ələ keçirib verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 115000 (bir yüz on beş min) manat, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, öz rəfiqəsi olmaqla, öz növbəsində Təqsirləndirilən şəxs3 ilə və həmçinin qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə, sonuncu ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə etməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, planlı olaraq, öz növbəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 qızıl alqı-satqı işləri ilə məşğul olmaları, Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını çıxarıb baha qiymətə satmaqla Zərərçəkmiş şəxs1 yeznəsi Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 eyni adla almış olduğu 60000 ABŞ dollarının qısa müddət ərizində qaytaracağına dair yalan vəd verib aldadaraq üzərinə götürdükləri öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətləri olmadan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 2019-cu ilin dekabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 8 saylı evin 42 №-li mənzilində milli məzənnə ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları, 2019-cu ilin dekabr ayının sonlarında eyni adla Ağcəbədi rayonu Avşar kəndində 30000 manat, 2020-ci ilin yanvar ayının əvvəllərində eyni adla Bəhramtəpə-Mingəçevir yolunun Ağcəbədi rayonundan keçən 107-ci kilometrliyində yerləşən «Şah» şadlıq evinin qarşısında 14000 manat, 2020-ci ilin yanvar ayının sonlarında eyni adla Ağcəbədi rayonu Heydər Əliyev küçəsində olan Milli Ön ödəmə terminalı vasitəsi ilə 2500 manat, 2020-ci ilin fevral ayının əvvəllərində eyni adla Ağcəbədi şəhəri, İsmət Qayıbov küçəsində olan «Versal» şadlıq evində milli məzənnə ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları və 4500 manat, 11 fevral 2020-ci il tarixdə eyni adla Bəhramtəpə-Mingəçevir yolunun Ağcəbədi rayonundan keçən 107-ci kilometrliyində yerləşən «Şah» şadlıq restoranında 30000 manat, 2020-ci ilin fevral ayının sonlarında eyni adla Ağcəbədi rayonu Heydər Əliyev küçəsində olan Milli Ön ödəmə terminalı vasitəsi ilə 2500 manat, 2020-ci ilin mart ayının əvvəllərində eyni adla ünvan 23 ünvanda yerləşən «Yeganə» şadlıq evinin yaxınlığında 20000 manat, 25 mart 2020-ci il tarixdə eyni adla Ağcəbədi şəhəri, İsmət Qayıbov küçəsində olan «Versal» şadlıq evində milli məzənnə ilə 23800 manat təşkil edən 14000 ABŞ dolları və 15000 manat, 2020-ci ilin mart ayının sonlarında eyni adla Ağcəbədi rayonu Heydər Əliyev küçəsində olan Milli Ön ödəmə terminalı vasitəsi ilə 2500 manat, 01 aprel 2020-ci il tarixdə eyni adla Ağcabədi rayonunda yerləşən “Turan Bank” vasitəsi ilə milli məzənnə ilə 25500 manat təşkil edən 15000 ABŞ dolları, 2020-ci ilin aprel ayının sonlarında eyni adla Ağcəbədi rayonu Heydər Əliyev küçəsində olan Milli Ön ödəmə terminalı vasitəsi ilə 1100 manat, 2020-ci ilin may ayının ortalarında Binəqədi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi 3024 ünvanında yerləşən «Yeganə» şadlıq evinin yaxınlığında 1000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 194500 (bir yüz doxsan dörd min beş yüz) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bununla yanaşı, yxarıda qeyd edilənlərdən başqa, Təqsirləndirilən şəxs1 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 etibarından suiistifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 24 ünvanda yerləşən lombardda 28 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs7 2.000 manat pul verməklə sonuncuya məxsus ümumi dəyəri 7000 manat olan 750 əyarlı 42 qram çəkidə brilyant qaşlı boyunbağı, qolbaq, üzük, sırğa, kolye dəstini ələ keçirərək verilən pulu faizi ilə birlikdə ödənilib qurtardıqdan sonra qızıl-zinət əşyalarını geri qaytaracağına dair yalan vəd verib aldatmış, Zərərçəkmiş şəxs7 lombarda olan borcunu faizi ilə birlikdə sonuncunun tanışı Zərərçəkmiş şəxs8 tərəfindən tam şəkildə ödəməsinə baxmayaraq, qızıl-zinət əşyalarını geri qaytarmayaraq Zərərçəkmiş şəxs7 7000 (yeddi min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 24 ünvanda yerləşən lombardda 20 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs8 11000 manat pul verməklə sonuncuya məxsus ümumi dəyəri 20000 manat olan 750 əyarlı 75 qram çəkidə və 583 əyarlı 185 qram çəkidə qızılları ələ keçirərək verilən pulu faizi ilə birlikdə ödənilib qurtardıqdan sonra qızılzinət əşyalarını geri qaytaracağına dair yalan vəd verib aldatmış, Zərərçəkmiş şəxs8 lombarda olan borcunu faizi ilə birlikdə tam şəkildə ödəməsinə baxmayaraq, qızıl-zinət əşyalarını geri qaytarmayaraq Zərərçəkmiş şəxs8 20000 (iyirmi min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 25 ünvanda yerləşən lombardda 27 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs7 milli məzənnə ilə 7624,5 manat təşkil ed˙n 4485 ABŞ dolları məbləğində pul verməklə sonuncuya məxsus ümumi dəyəri 10000 manat olan 750 əyarda 123 qram və 585 əyarda isə 15 qram qızılları ələ keçirərək verilən pulu faizi ilə birlikdə ödənilib qurtardıqdan sonra qızıl-zinət əşyalarını geri qaytarıacağına dair yalan verib aldatmış, Zərərçəkmiş şəxs7 lombarda olan borcunu faizi ilə birlikdə sonuncunun tanışı Zərərçəkmiş şəxs8 tərəfindən tam şəkildə ödəməsinə baxmayaraq, qızıl-zinət əşyalarını geri qaytarmayaraq Zərərçəkmiş şəxs7 10000 (on min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 24 ünvanda yerləşən lombardda 24 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs8 milli məzənnə ilə 6001 manat təşkil edən 3530 ABŞ dolları pul verməklə sonuncuya məxsus ümumi dəyəri 15000 manat olan 750 əyarlı 90 qram çəkidə və 583 əyarlı 30 qram çəkidə qızılları ələ keçirərək verilən pulu faizi ilə birlikdə ödənilib qurtardıqdan sonra qızıl-zinət əşyalarını geri qaytaracağına dair yalan verib aldatmış, Zərərçəkmiş şəxs8 lombarda olan borcunu faizi ilə birlikdə tam şəkildə ödəməsinə baxmayaraq, qızıl-zinət əşyalarını geri qaytarmayaraq Zərərçəkmiş şəxs8 15000 (on beş min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək yeni qızıllar təqdim etdiyi halda sonuncunun lombarda girov qoyduğu qızıllarını verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan işlətdiyi ünvan 25 ünvanda yerləşən lombardda 2019-cu ilin may ayında bir ədədi 580 manat olmaqla ümumi dəyəri 27840 manat olan 48 ədəd “10-luq” qızıl küpürləri və bir ədəd 42 qram çəkidə 750 əyarlı 2520 manat dəyərində “Şapat” firmasının qızıl boyunbağısını ələ keçirərək verilən verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs7 ümumilikdə 30360 (otuz min üç yüz altmış) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 112, mənzil 13-da qeydiyyatda olsa da, Abşeron rayonu, Zərifə Əliyeva 1 ünvanda öz anası ilə birlikdə yaşamışdır. Həmin iş üzrə həbs olunana qədər rəsmi olaraq heç bir yerdə işləməmiş və fərrdi əməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxlərdən Təqsirləndirilən şəxs1 ilə sonuncunun işlətdiyi lombarddan pul götürüb qızıl qoyduğuna görə tanış olmuşdur. Digər Təqsirləndirilən şəxs3 isə onun sürücüsü işləmişdir. O, qızıl alış verişi ilə məşğul olduğuna görə ona pul lazım olduğu vaxtlarda müxtəlif lombardlara qızıllarını qoyaraq pul götürmüş, daha sonra pulları faizi ilə qaytaraq qızıllarını çıxartmışdır. Ona elan edilmiş ittihamla bağlı özünü qismən təqsirli bilir və iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrini tam təsdiq edir. Belə ki, Zərərçəkmiş şəxs3lə Pərviz İmanovun vasitəsi ilə tanşı olmuşdur və sonuncu ilə xeyli müddət qızıl alqı-satqı işləri ilə məşğul olmuş və ondan pul almaqla özünə aid olan qızılları lombardlardan çıxarmaqla satıb Zərərçəkmiş şəxs3 xeyir vermişdir. Onlar əvvələr ilk öncə müxtəlif məbləğlərdə işlər görmüş və sonuncu dəfə isə Zərərçəkmiş şəxs3 hissə-hissə xatırlmadığı miqdarda pul almışdır və həmin pulu da Aqlin lombardına qızıllarını çıxarmaq üçün vermişdir. Həmin məbləğ Sərvərin göstərmiş olduğu miqdarda deyil, 30000 manat olmuşdur. Qızılların çıxarlma günü Aqil Sərvərə pul əvəzinə avtomobil təklif etmişdir və onlar razılaşmışlar və həmin pulun əvəzinə Aqil Sərvərə bir ədəd «Mercedes» markalı avtomobil vermişdir. Həmin məbləğ 60000 ABŞ dolları deyil, 30000 manat olmuşdur. Onunla Sərvərin arasında yaxın münasibət olmuşdur və hətta sonuncu onların evinəə belə gəlib getmişdir. Belə ki, Aqili Sərvərlə tanışlığından sonra tanımışdır. Lakin, Aqil onu öz lambardında faizə otuzdurmaq niyyəti ilə onunla yaxınlıq etmiş və onunla qeyri rəsmi olaraq ev tutmaqla ər- arvad münasibətində yaşamışdır. Aqildən götürmüş olduğu pullara görə sonuncu ona yüksək faizlər hesablamış və hətta bir gün gecikmə olan zaman belə, cəmi məbləğin yarı miqdarını faiz olaraq ona hesablamışdır. Sonra isə hər gecikməyə görə onun üzərinə faizlər yükləmişdir. Bu yolla Aqil tam olaraq onu özündən aslı vəziyyətə salmışdır. O, Sərvərdən almış olduğu pulları belə Aqilə vermişdir ki, qızıllarını versin ki, o, həmin qızılları çıxarıb satsın. Aqil isə onunla ər arvad münasibətinə keçməklə özünü ona yaxşı insan olaraq göstərməklə onu ailə üzvləri ilə belə tanış etmiş və onunla rəsmi nigaha daxil olmaq istədiyini bildirmişdir. Hətta onların arasında sonradan dini nigah bağlanmışdır və onların kəbin kağızı vardır. Lakin, Aqilin niyyəti onu özündən asılı vəziyyətə salmaq olmuşdur ki, pul verdiyi halda onun qızıllarını buraxmayavraq sonra həmin qızıllara görə ona faizlər hesablamış və ona pul tamam üçün onu sonradan döyməyə başlamışdır və onunla iş üzrə işləyən şəxslər dəfələrlə onun sifət və bədən nahiyyəsində xəsarətlər görmüşlər. Həmin xəsarətləri Aqil onu döyməklə ona yetirmişdir. Hətta o, bir neçə dəfə özünü zəhərləmiş və taksikologiyaya müraciət etmişdir. Hətta Aqil sonra Sərvərin ondan pulunu tələb etməsini bilən zaman Aqil özünə aid olan «Mercedes» markalı avtomobili Sərvərə vermişdir. Sonra Sərvər də görmüşdür ki, o, onunla düzgün işləmişdir və Sərvər də onun pulunun harda olmasını bilmişdir. Onu da bildirmək istəyir ki, Ninan adlı qadının Sərvərə aid epizoda hər hansı aidiyyəti olmamışdır. Onun özünün Ninanın lombardında qızılları olmuşdur və həmin qızılların Sərvərə aidiyyəti olmamışdır. Ninanın bu və ya digər formada qeyd edilən epizodda hər hansı iştirakı və pul alınan zaman Sərvərə və qeyri şəxsə hər hansı vəd verməsi olmamışdır. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs6 isə sonuncunun qardaşı oğlu kimi tanımışdır. Onun özünün istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrəsi, Natiqin istifadəsində ***-***-**-**, ***-***-**-** və ya ***-***-**-** mobil nömrələri, Sərvər istifadəsində ***-***- **-** və ya ***-***-**-** nömrəsi olmuşdur. O, Natigillə birlikdə işləyən zaman Xırdalan şəhərində Şəfiqə adlı qadının evini ona almaq istəmişlər. Lakin, həmin binalardan o, özünə aid olan mənzillər və salon olması barədə Natiq və qohumlarına hər hansı məlumat verməmişdir. Şəfiqənin ərinin evlərdən hər hansı birinin satılması barədə razılıq ərizəsi olmadğından satış baş tutumamışdır. Şəfiqənin isə evində o, kirayəşin olaraq yaşamış və ondan bir neçə dəfə borc pul, qızıl alıb qaytarmış və onların arasında hər hansı anlaşılmazlıq olmamışdır. Qəni adlı Mum ticarət mərkəzində lombardı olan şəxslə də o, qızıl alıb satmış və bir-birlərinə qarşı hər hansı aldatma hərkəti etməmişlər. Hətta o, Buluda aid olan qızıllardan komplekt dəsti akt əsasında Qəniyə xatırlamadığı qiymətə satmışdır və sonuncunun onun işlərinə hər hansı aidiyyəti yoxdur. O, Zərərçəkmiş şəxs6lə birlikdə özünə aid olan qızıllarla bağlı Neftçilərdə lombarda işlədən Elçin Abdimovun yanında olmuşlar və hisssə-hissə olmaqla özünə aid olan qızılları çıxarmaq üçün Turala aid olan avtomobillə lombarda getmişdir. O, lombarda özünə aid olan pulu və Turaldan pul alıb Elçinə vermiş və sona qızıllarını Elçindən götürmüşdür. Onun Elçində hər hansı qızılı yoxdur və sonuncu ondan almış oldğu pulların mübabilində olan qızılları tam olaraq ona təhvil vermişdir və sonuncu Turaldan heç bir zaman pul almamışdır. Tural isə pulu Elçinə onun vasitəsi ilə vermişdir. Turalın Elçindən nəsə tələb etmək haqqı yoxdur. Həmin şəxslərin arasında olan səs yazısının onun özünə aidiyyəti yoxdur. O, Elçinə ödənmiş olan pula görə bütün qızılları götürmüşdür. Qeyd edilən şəxslər ilə birlikdə ona məxsus olan qızılları lombarddan çıxarıb satmaqla xeyir götürmüşlər və həmin şəxslərin ona inamı olmuşdur. Sonra isə o, Aqillə artıq ciddi olaraq danışmış və bildirmişdir ki, onun tanışları vardır və həmin şəxslər ona aid olan qızılları onun lombardından çıxarmaq istədiklərini və onunla birlikdə gəlib ödəniş etməklə onun razılığı ilə qızılları çıxarmaq istədiklərini bildirmişdir. Aqil isə ona etirazı olmadığını və ona aid olan qızıllara dair siyahını həmin şəxslərə təqdim edəcəyini və özünün də imza edəcəyini bildirmişdir. Artıq o, Natiqə onun həqiqətən Aqilin yanında külli miqdarda qızılları olmasını və həmin qızılları çıxarmaqla satıb xeyir götürməyi bildirmişdir. Onun özünün Natiqə ödənməli olan ödənişlərində yubunmalar olmuşdur və sonuncu bilmişdir ki, o, pulları Aqilə vermişdir və sonuncunun lombardında onun qızılları vardır və həmin qızıllara görə 285000 manat Aqilə pul ödəmişdir və Aqil də bunu özü təsdiq etmişdir. Onun özündə Aqilin lombardına qızıl qoymağına dair əlində hər hansı sənd yoxudur, çünki Aqil onunla ər ərvad olmasına görə ona tam olaraq etibar etmişdir. O, Aqillə iki il müddətində, 2019-cu ilin iyun ayına kimi ər arvad olaraq yaşamışdar. Onlar Əcəmidə ev tutub yaşamışlar. Natiqgil ona bildirmişlər ki, əgər orada onun qızılı varsa, Aqilin lombardına birlikdə getsinlər və həmin qızılları çıxarsınlar. Natiqlə ilə birlikdə 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs1 Binəqədi rayonu Sevetlana Məmmədov küçəsində olan lombardına getmişlər və orda ilk dəfə Natiq Təqsirləndirilən şəxs1 görmüşdür. Təqsirləndirilən şəxs1 onun külli miqdarda qızılının onun lombardında olmasını təsdiq etmişdir. Natiq onun iştirakı ilə orada qızılları olmasına əmin olmaq üçün Aqilə bildirmişdir ki, bəs ona inanmır və həmin qızılların çıxarılması üçün onunla birlikdə gəlməklə pulu ödəyib qızılı çıxaracağını bildirmişdir. Aqil isə etiraz etməmişdir. Həmin günün səhəri təxminən 2019-cu ilin may ayının ilk on günlüyündə olan müddət ərzində o, Natiq və sonuncunun oğlu Tural Aqilin lombardına getmişlər və sonuncunun iş otağında masa arxasında o, 18000 manat pulu Aqilə vermişdir. Aqil saat 16-17 radələrində kimi malı verəcəyini bildirmişdir. Həmin vaxt o, Natiq ilə yenə lombarda getmiş və qramını xatırlamadığı qızılları onlar lombardan götürmüşlər və onun özü qızılların həmin qızıllar olmasını təsdiq etmişdir. Sonra onlar birlikdə həmin qızılları aparıb Elçinin Neftçilərdə olan lombardına satmışlar. Həmin vaxtı Natiq avtomobildə qalmış, onun özü isə avtomobildən düşüb qızılı satmışdır. Bundan sonra ikinci dəfə may ayının 15 və ya 20 may arasında olan müddət ərzində yenə Natiqin ona onlan zəngindən sonra Aqilin lombardında görüş təyin etmişlər və lombardda Natiqin, Nailənin və onunla həmin ünvana getmiş Turalın yanında 30000 manat pulu Aqilə vermişdir. Aqil yenə də saat 17 radələrinə kimi qızılları ondan götürmələrini bildirmişdir. Həmin gün saat 17 radələrində o, yenə lombarda getmiş və qramını xatırlamadığı qızılları lombardan götürmüş və Natiqlə birlikdə həmin qızılları aparıb Gənclikdə lombarda işlədən Nazim adlı şəxsə satmışdır. Belə ki, Gənclikdə onun özü avtomobildən düşmüş, Natiq isə avtomobildə qalmışdır. Onun özü Nazimin 5 mərtəbəli binanın altında ünivermaq deyilən yerdəki lombarda yaxınlaşmış və qızılları sonuncuya satıb bir neçə dəqiqədən sonra pulları götürüb avtomobilə qayıtmış və həmin puldan Natiqlə arasında olan borcundan qaytarmışdır. 22 may 2019-cu il tarixdə yenə o, Natiqə zəngləşmiş və sonuncunun qardaşı Sərvərlə birlikdə Yaşıl bazarda görüşüb Natiqin «Mercedes» markalı avtomobilində Aqilin lombardına getmişlər. Lombardda Aqil və əvvəllər də lombarda gedən zaman orada Xeyranasa da olmuşdur. Həmin şəxslərin gözü önündə o, Aqilə 14000 ABŞ dolları ödəmişdir ki, onun özü dediyi qızılları lombardan buraxsın. Aqil isə həmin günün səhəri saat 12 radələrinə kimi gəlib malı götürmələrini bildirmişdir. Səhər gün Natiq Sərvər ilə birlikdə həmin lombarda gəlmiş və o, həmin şəxsləri lombardın qarşısında qarşılamışdır. O, qramını xatırlamadığı qızılları lombardan götürmüş və yenə Gənclikdə lombard işləyən qızıl alqı-satqı və lombard işləri ilə məşğul olan Nazimin yanma getməklə həmin qızılları sonuncuya satmışdır. Sərvər və Natiq isə onu avtomobildə gözləmişlər. Qızılı satıb qayıdan kimi Natiqə 14000 ABŞ dolları olan ana məbləği və üzərində 350 manat xeyirini qaytarmışdır. Artq həmin vaxtlardan Natiqlə Aqilin də münasibəti yaranmışdır. Natiq və Aqil zəngləşmiş və onlar Nərimanov parkında görüşərək gəzişmiş, Keşlə bazarının yanında olan «Kiyev» kafesində onun özü, Natiq, Tural, Sərvər, Aqil özünün və onun sürücü ilə birlikdə çörək yemişlər. Hər dəfə Aqil masa ətrafında onlarla birlikdə oturan zaman lombarda olan qızıllarının faizləri ilə bağlı danışmışdır. Onlar masa arxasında oturub söhbət edən zaman Aqil ona bildirmişdir ki, onun lombardına qızıl qoymağı bəs etməmiş kimi, aparıb anası Məlahətə də şəxsən əlbəəl 80000 manatlıq qızıl əşyası girov olaraq qoyub pul götürmüşdür. Bununla bağlı onların arasında mübahisə olmuş və o, Aqilə anasının yanına qızıl qoymağına görə faizlərini gec də olsa ödədiyimi demişdir. Bır dəfə, təxminən 2019-cu ilin may ayının sonlarında o, Sərvər, və X56 parkında gəzişən zaman Aqil Natiqə onun özünə məxsus qızılların faizini verməkdən bezməsini və ona köməklik etmələrini bildirmişdir ona aid mallarını çıxarsınlar. Həmin malın nə qədər olmasını və nə qədər pul tələb olunmasın xəbər alan zaman Aqil bildirmişdir ki, sonuncunun lombardında onun ******* manatlıq malı vardır. Onun isə yalnız 285000 manat ödəməsini bildirmişdir. Aqil ona məxsus olan malların ayrı-ayrı qablaşmalarda olmasını və həmin qabaşlamada olan mallardan, yəni qızılın çıxarılması üçün olan bir qablaşmanın çıxarılması üçün 550000 manat lazım olmasını və həmin hissənin çıxarılması üçün onun tərəfindən 285000 manat ödənməli olmapsını demişdir. Natiq isə Aqilə Sərvərin, onun və Turalın iştirakı ilə həmin miqdarda pulu olmadığını demişdir. Aqil onda Natiqə ona məxsus olan malı, hissə-hissə daha az miqdarda olan qızıllarını çıxırmağı təklif etmiş, həmin məbləğlərdən başlamaqla sonra böyük məbləğdə olan qızılları çıxarmalarını demişdir. Natiq Aqilə həmin hissə-hisə olan qızılın hansı məbləğlərdən sonra buraxılmasını bildirən zaman, Aqil ona həmin qızıllara aid siyahı çıxarıb verə biləcəyini, həmin siyahı üzrə ödəniş etməklə onun özünün iştirakı ilə qızılları çıxarmağı, əks halda onun lombardda olan qızıllarımın batacağım bildirmişdir. Natiq Aqilin dediyi məbləğlər böyük olmasına görə öz əmisi oğlu Zərərçəkmiş şəxs5 məlumat verəcəyini bildirmişdir. Aqil Natiqə və onlara səhəri gün, yəni 09 iyul 2019-cu il tarixdə lombardına gəlməyi bildirmişdir. Növbəti gün o, həmin şəxslər ilə birlikdə Aqilin lombardına getmişdir. Belə ki, ora o, Natiq, Sərvər, Elvin və Turalla birlikdə getmiş və orada Aqil onları qarşılayıb lombarda olan ışçısı və həm də qohumu kimi bildiyi Sərxana bildirmişdir ki, onun adına olan qızıl əşyaların siyahısını çıxarıb versin. Sərxan kompyuterdən iki ədəd 6 qrafadan ibarət sıyahı çıxarmışdır. Həmin siyahıdan birində cəmi məbləğin 65800 manat və 3295 manat faizi olmasını, digər siyahıda isə yenə cəm 433000 manat və 21650 manat faizli olmasını göstərildiyini görmüşdür. Aqil həmin malların faizlərinin ödənməməsinə görə batma təhlükəsinin olmasını və 3-4 gün ərzində pulu ödənməsə, həmin malların batacağını bildirmişdir. Bundan sonra Aqil həmçinin onda onun faizlərini ödədiyi 190000 manat və 220000 manatlıq malı olmasını da bildirmişdir. Həmçinin Natiqə 65800 manata dair təqdim etmiş olduğu siyahıda olan məhsul şəxs qrafaşında Sərxan Təqsirləndirilən şəxs1 soyadını, adının və ata adının baş hərfini yazmaqla həmin günün tarixi olan 09.07.2019-cu il tarixi qeyd etməklə qarşısında imza etmək üçün Aqilə vermiş və Aqil də imza etmişdir. Həmin siyahıda «vətəndaş» qrafısında isə Sərxan eyni ilə onun adını yazıb tarixi qeyd etməklə imza etməsi üçün onun ona vermiş və o da imza etmişdir. Səhf etmirsə siyahının aşağısında olan «qızılın çıxarılmasına etirazım yoxdur» sözünü onun özü yazmaqla imza etmişdir. Həmçinin 65800 manat göstərilən siyahını Aqil lombardın möhürü ilə təsdiq etmiş və həmin siyahı və digər siyahı Natiqdə olmuşdur. Həmçinin Aqil lombardda olan quran kitabını çıxırıb and içmişdir ki, onun demiş olduğu miqdarda onun lombardında pulu vardır və demişdir ki, həmin pulu ödəyin və qızılları çıxarın. Onun özü də həmin hallları təsdiq etmişdir. Öz növbəsində o, Natiqgilə bilirmişdir ki, qızılları çıxarıb satacaq, həmçinin həmin işdə xeyir olmasını və həmin xeyirlə ona olan verəcəklərindən ödənişlər edəcəyini bildirmişdir. Aqil demişdir ki, həmin pulu onlar saat 4-dən sonra versələr, səhəri gün qramını xatırlamadığı miqdarda qızılı onlara verəcək, pulu həmin vaxta kimi çatdırsalar, həmin gün qızılı verəcəyini bildirmişdir. Artıq onlar həmin pulu tapıb aparıb Aqilə ödəmək üçün Elvin həmin məbləği, yəni faizlə birlikdə cəmi 69095 manatı toplamışdır. Sonra o, Natiq, Sərvər və Turalın iştirakı ilə Aqilin lambardına gedərək Aqillə görüşmüşllər. Elvin pulu masanın üzərinə qoymuş və Aqil pulu sayıb götürmüşdür. Həmin gün Aqil bildirmişdir ki, səhəri gün gəlib saat 12-yə kimi malı götürərlər. Həmçinin Aqil həmin məbləğə dair mədaxil qəbzi yazmış və qızıl çıxarılan zaman həmin qəbzi ona verilməli olmuşdur. Səhəri gün yenÿ eyni tÿrkibdÿ îíëàð lombarda gåòìèøëÿð vÿ hÿr dÿfÿ îëäóüó êèìè lombardda Xeyransa îíëàðà qulluq eòìèødir. Aqil lombarda hÿmin malı ona təqdim etmiş və o, da öz növbəsində həmin mal olmasını təsdiq etmişdir. Aqil ondan malı nə edəcəklərini xəbər almış və onlar satılacağını bıldırmişlər. Aqil isə qızılı başqalarına satacaqları qiymətdən, qramı 1-2 manat artıq olmaqla onun özünə satmagı bildirmiş və həmin mala aid digər siyahıda olan 45000 manat, üzərində faizi olan 2250 manat və 34000 manat, üzərində faizi olan 1700 manat hesablamış və həmin hər iki mala görə cəmi 82950 manata dair onun adına qəbz yazmış və onlar həmin məbləğə razılıq vermişlər. Aqil həmin qızılı səhəri gün, yəni 11 iyul 2019-cu il tarixdə saat 15 radələlərinə kimi çıxarmalarını bildirmişdir. Həmçinin bildirmişdir ki, əlavə pul tapıb siyahıda olan başqa malları da çıxarsınlar. Onlar həmin malın ödəniş cədvəli onlarda olmasına görə fikirləşmişlər ki, həmin siyahı üzrə daha hansı malı çıxara bilərlər və o, həmin malı çıxarmalarını və özü aparıb satacağını demişdir. Səhəri gün 36000 manat Natiq, 30000 manatı isə Elvin əldə etmiş və onlar cəmi 66000 manat pul toplamışlar. Həmin günün səhəri, yəni 11 iyul 2019-cu il tarixdə səhər 10-11 radələrində eyni tərkibdə onlar Aqilin lombardına getmişlər və Aqilə 69300 manat cəmi hər iki məbləğə görə ödəniş etmiş və ödəniş qəbzini almışlar. Aqil 10 iyul 2019-cu il tarixdə hesablanmış 82950 manatlıq malı gətirərək ona təqdim etmiş və o, malı yoxlayaraq öz malı olmasını təsdiq etmişdir. Bundan sonra Aqil qızılları çəkərək 52 və 53 manata vurmuş və cəmi 103000 manat olması müəyyən olunmuşdur. Sonra həmin pulu 2-ci siyahıda olan 100000 manat və üzərində olan 5000 manat faizi ilə olan qızıla hesab etmiş və onlara həmin qızıla dair ödəniş qəbzi verərək qızılı səhər gəlib götürmələrini bildirmişir. Həmin gün onlar 69300 manatlıq qızılı günotadan sonra götürmüşlər və o, həmin qızılın öz qızılı olmasını təsdiq etmişdi. Aqil həmin qızılı yenə ona satmalarını demiş və həmin qızıla 84000 manat pul hesablamışdır. Həmin qızılı isə onların razılığı ilə həmin vaxtı lombardda olmuş anası Məlahətə onun özünün əlbə-əl vermiş olduğu 80000 manatlıq qızıl və 4000 manat faizini hesablamış və həmin qızılı səhər gəlib götürmələrini bildirmişdir. Həmçinin Aqil faizi ilə birlikdə olan 105000 manatlıq qızılı gətirmiş və Aqil yenə eyi təklifi onlara edib qızılı 130000 manata hesablayıb qəbul etmiş və həmin 130000 manatı isə 2-ci siyahıda olan 58000 manat və 2900 manat fazinə hesablamaqla 60900 manat hesab etmişdir. Yerdə qalan 69100 manat pulu isə 130000 manatlıq və üzərində 6500 manat faizi olan mala hesab edərək ödəniş edilmişdir. Aqil 60900 manatlıq malı 77000 manat hesab etmiş və yerdə qalan 67400 manatlıq malı 136500 manatlıq mala ödəniş etmiş və ona Aqil 9600 manat borclu qalmışdır və 12 iyul 2019-cu il tarixdə Aqilin göstərişi ilə Sərxan onun adına məxaric qəbzi tərtib olunmuşdur. Həmi qəbzdə tarix, qızılın girovdan çıxarılması, əsas borc qrafasında 130000 AZN, faiz borc qrafasında isə 6500 AZN, məbləğ yazılı olaraq bir yüz otuz altı min beş yüz olmaqla qeyd olunmuş, Sərxan və ya Aqil tərəfindən imza olunmaqla ödənilməsinə dair möhürlə təsdiq olunmuş və həmin 136650 manat dair ona ödəniş qəbzi verilmişdir. Həmin qəbz Natiqdədir. Onlar Aqilə pul ödəyən zaman sonuncu qızılları lombarda gətirmiş, həmin qızıllar lombarda qutularda möhürlü, onun şəxsiyyət vəsiqəsi, hər bir qızılın çəkisi və əyyarı əks olunmaqla masa üzərinə qoylmuş, onun özü tərəfindən yoxlanlmış, lombardda olan qızıl tərəzisinin üzərinə qoyulmaqla 750 və 585 əyyarlar ayrı-ayrı çəkilib yoxlanılmışdır. Aqil həmin qızılı özü almasına dair onlarla razılaşdıqdan sonra Natiq tərəfindən qızıl ona verilmişdir və o, həmin qızılları eyni ilə qutularına yığmaqla ondan masa üzərində təhvil almışdır. Hər dəfə hesablaşma olan zaman və qızıl onlara təhvil verilən zaman onlara verilmiş ödəniş qəbzlərini Natiq Aqilə təhvil vermişdir. Yalnız Natiqdə 136500 manat dair olan məzaric qəbzi qalmışdır ki, buna səbəb Aqilin qızılı ona gətirib verməməsi olmuşdur ki, o, məxaric qəbzini özündə saxlamışdır ki, gələcəkdə istintaqa əslini təhvil versin ki, onun yalan danışmağa hər hansı niyyəti olmamışdır və həmin qəbzləri öz ifadəsinə əlavə olaraq təqdim edir. Onu da bildirmək istəyir ki, onlar Aqlinin ofsində olan zaman orada sonrdan adını bildiyi Zəminə və Atlas adlı qadınlarını qızıllarını ala bilməmələrinə görə səs-küy etmələrini eşitmişdir. Lakin, Aqil həmin şəxslərə əhəmiyyət verməmiş və ünvanlarına söyüşlər işlətmişdir. 13 iyul 2020-ci il tarixdə o, Sərvər, Elvin və Natiq ilə birlikdə 136500 manat dəyərində olan qızılları çıxaramaq üçün lombarda getmişlər. Həmin vaxtı lombardda Xeyransa, Sərxan və Aqil olmuşlar. Aqil onlara bildirmişdir ki, onlara bankdan malı gətirən xalası oğlu oğlunun anası xəstədir və sonuncu Saatlı rayonuna getmişdir və ondan başqa onların malını heç kim gətirə bilməz və sonuncu gələndən sonra onların malını gətirb verəcəkdir. Aqil vaxtında malı da, pullarını da verəcəyini bildirmişdir. Bundan üç gün sonra Elvin, Natiq, Sərvər və onun özü Keşlə bazarında «Kiyev» restoranında olan zaman Aqil onlara zəng etmiş və onu həmin ünvana dəvət etmişlər. O zaman Aqil öz xalası oğlunun hüzürdə, rayonda olmasını, atası və anasının Hacıqabulda olmaqla hüzür yerinə getməsini və səhər də özünün hüzür yerinə gedəcəyini bildirmiş və onlara bildirmişdir ki, narahat olmasınlar, hər hansı problem yoxdur və Nailəlik, yəni onluq hər hansı məsələ yoxudur. Onlar isə Aqilə bildirmişlər ki, qızılla bağlı olan 136500 manatı başa düşürlər, xalası oğlu bankdan götürüb qızılı gətirməlidir və həmin puldan onlara verməli olduğu 9600 manatı və onun özünün onun anası Məlahətdə olan 84000 manat dəyərindəki qızılın pulun ödənməsi və həmin pulun onlara hesablamış olduğu 105000 manatdan verməsini bildirmişlər. Aqil isə həmin 80000-84000 manatlıq malı İstanbul şəhərinə həmişə qızıl alveri etmiş olduğu şəxsə baha qiymətə satmaq üçün göndərməsini və həmin qızılın satşını gözlədiyini bildirməklə, özündə olan mobil telefonda guya qızılı satşı üçün vermiş olduğu şəxsin Türkiyə nömrəsindən ona göndərmiş olduğu səs yazısını onlara dinlətmişdir. Həmin səs yazısında həmin şəxsin türk dilində «abi pulu səhər kartında olması»nı bildirməsi aydın eşidilmiş və onlar Aqilə arxayın olmuş və Aqil həmin vaxt çörək kəsib and içmiş və ona bldirmişdir ki, ona qarşı heç vaxt pislik etməz. Səhəri gün onlar yenə eyni tərkibdə lombarda getmişlər və onlar qapını açıb içəri daxil olan zaman o, xeyli müddət olar ki, tanıdığı Zakirin Aqillə mübahisə etməsini görmüşdür. Onlar da yaxınlaşıb Aqildən pullarını tələb etmişlər. Aqil isə onlara pulu, malı da verməmiş və «heç kim məndən nə pulu, nədə mal ala bilməz» demiş və özünün general dədə Mamedin nəvəsi olmasını bildirmişdir. Həmçinin özünün yuxarı dairəli şəxslərlə əlaqəsi olmasını və heç kimin ondan pul almasının mümkün olmadığını bildirmişdir. Onun özü də Aqilə öz iradını bildimiş və onunla bir-birlərinin ünvanına söyüş etmişlər. O, Aqilə xatırlatmışdır ki, əlini qurana basıb and içmisdir ki, qızlları və ya pulu verərək, həmin şəxslər onun qızıllarına görə ona külü miqdarada pul ödəyiblər. Aqil isə onun ünvanına söyüşlər söyüb onu təhqir etmişdir. Artıq Aqlin hərəkətlərindən şikayət etmək istəmişlər. Sonra o, 4-cü MKR dairəsində Natiq, Sərvər, Tural və Elvinlə birliklə Natiqin avtomobilində görüşmüş və o, bildirmişdir ki, Aqilə bir ay vaxt versinlər və onların pulu Aqildən alınıb onlara verəlicəkdir. Belə ki, o, həmin vaxt Aqilin anası Məlahətə danışmış və sonuncu həmin məsələni həll edəcəyini demiş və buna görə o, həmin vaxta zamin olmuşdur. Hətta Aqil və anası ona bildirmişlər ki, Aqil həmin pulun və qızılın əvəzinə ticarət obyektinə ev və bahalı avtombillərlə pulu əvəzləşdirmək istəyir. Aqil ona Xırdalan şəhərində olan «At heykəli»nin arxasında yeni tikilinin altındıa 120 kv. metr sahəsi olan mağazanın sənədlərini və həmin yerə görə tam ödənmiş məbləğə dair maliyyə arayışını təqdim olunmasını demiş, həmin yer 120000 manat qarşılığında Natiqgilə təklif edilmişdir. Natiqgil hər dəfə Aqilə gəlib söhbət etməsini tələb etmişlər. Onun özünün Aqilə olan zəngindən sonra X45 şəhərində «At heykəli»nin arxasında görüşmüş və həmin vaxtı qeyd edilən ünvanda Natiq, Sərvər, Elvin və onun özü olmuşdur. Həmin yerə Aqil bir nəfər tanışı, sürücü kimi onlara təqdim etdiyi şəxslə gəlmiş və həmin 120 kv. yeri onlara göstərib özünə məxsus olmasını bildirmişdir. Onlar həmin obyektə tanış olan zaman oranın təmirsiz olmaqla, pəncərələri düzəlmiş olsa belə, qapısı olmadığını görmüşlər. Aqil isə bir neçə günə həmin yeri tam olaraq düzəldəcəyini bildirmiş və 124000 manata həmin yeri almasını və 120000 manat məbləğ qarşısında onlara verəcəkləri müqabilində təklif etmişdir. Həmçinin ona bildirmişdir ki, bəs sənədləri Natiqgilə versin və onlar yaxın ətrafda olan maklerlərdən həmin yerin dəyəri barədə maraqlanıb ona bir söz desinlər. Onlar maraqlandıqda, onlara həmin yerin dəyərinin 50000-60000 manat olmasını, həmçinin bina tikən şəxsin ölməsini və həmin binanın problemli bina olmasım onlara bildirmişlər. Onlar həmin tikili ilə bağlı Aqilə razılıq verməmiş və həmin yerin 50000- 60000 manat civarında makler tərəfindən qiymətləndirildiyini bildirmişlər. Aqil isə problem olmadığını, özünün başqa evləri olmasını və həmin evi bizə göstərmək istədiyni bildirmişdir. Həmçinin Aqil ona və Sərvərə zəng edərək bildirmişdir o, Elvini götürüb Masazıra getsinlər və orada «Qurtuluş 94 MTK»-ya çatmamış sol yeni tikilidə 1-ci girişdən 1-ci mərtbədə olan 130 kv. metr sahəsi olan mənzil olmasını görmüşlər. Həmin ev təmirli olmaqla yalnız giriş hissəsində təmir tamamlanmamışdır. Mənzildə tam olaraq materiallar olmuşdur və həmin evin Aqilin öz evi olmaqla öz adına olmasını onlara bildirmiş və evin 130000 manat olmasını hesab etmişdir. Lakin, Aqil onlara sənəd təqdim etməmiş və onlar evin qiymətini maraqlanıb ona bir söz deyəcəklərini bildirmişlər. Aqil isə 15 gün müddətində evin təmiri tam olaraq qurtaracağını və sonra oturub qiymət barədə danışmaqla razılaşıb evi verəcəyini bildirmişdir. Aqilin sözü ilə o, həmin evi aparıb göstərmişdir. Həmin günün səhəri, təxminən 2019-cu ilin əvəllərində Aqqil onlara bir ədəd 2006-cı ilin 2007-ci buraxılışlı «Passat» markalı nömrəsini xatırlamadığı sedan avtomobili, «Mercedez» ponarama markalı 313 nömrəli avtomobili göstərib onlara təklif etmiş, lakin həmin avtmobilləri bazar qiymətindən baha qiymətə təklif etmişdir. Həmçinin bir ədəd nömrəsini xatırlamadığı, binaların həyətində olan təmir sexində olan «Nissan Armad» markalı cip və bir ədəd ağ rəngli «İnftini İX 35» markalı nömrəsini xatırlamadığı avtomobilləri də həmin ünvanlarda onlara göstərmişdir. Həmin avtomobilləri Aqil ara bir sürmüş və sənədində problem olmamasını demişdir. Aqil hər gün onlara avtomobillər təklif etməklə vaxt qazanmışdır. Artıq müddətlər bitmiş və 2019-cu ilin sentyabr ayında o, Natiqgilin qohumu Bulud ilə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə gedib şikayət etmişdir. Həmin idarənin təhqiqat şöbəsində araşdırma aparılmış və sonra material toplanıb istintaq şöbəsinə verilmişdir. Aqil həmin şikayət ərəfəsində lombardda işləyən Xeyransa vasitəsi ilə Buludla əlaqə saxlamış və onlar lombardda görüşmüşlər. Aqil Buluda söz vermişdir ki, onlara qısa müddət ərzində bizə göstərmiş olduğu evi, avtomobil, obyekt verəcəyini bildirmişdir ki, bəs onlar şikayətlərini geri götürsünlər. Həmçinin onlara Zabrat qəsəbəsində Sabunçu xəstəxanın yaxınlığında olan yeni tikilidən kv. 650 manat olmaqla ev təklif etmişdir. Həmçinin Aqil 30000 ABŞ dolları dəyərində ilkin ödənişi olmuş bir müddətində 2500 manat ödənişi olunmalı olan avtomobili, Xırdalan şəhərində olan evi və ofisi verməyə hazır olduğunu bildirmişdir. Aqil Buluda zəng edirək sonuncuya dayı deyrək şikayəti geri götürmələrinə görə minnətdarlıq etmiş və həmin pulu tez bir zamanda bağlayacağım bildirmişdir. Aqilin anası Məlahət də hər dəfə ona zəng edərək ona gəlini olmasını bldirməklə onlara səbirli olmalarını və yaxın günlərdə pullarının tam olaraq ödəniləcəyini demişdir. Onlar da Məlahət və Aqlin söz verdiklərinə görə onlara inanmış və istintaq zamanı şikayətlərinə son qoymuşlar. Belə ki, o zaman şikayətçi onun özü olmuşdur. O, artıq Natiqgilin yanında pis vəziyyətdə qalmışdır. Lakin, onlara vəd verən Aqil özü olmuşdur və hər dəfə o, Natiqgilə qızılı göütrmələrini demişdir. Bundan başqa 2017-ci il aprel ayında o, öz sürücüü Əliyusifin vasitəsi ilə Zərərçəkmiş şəxs4la tanşı olmuşdur və sonuncudan bir neçə dəfə, ayrı-ayrı vaxtlarda pul götürüb qızıl albı stamışdır və hər dəfə demiş olduğu vaxtda sözünə düz olaraq onun pulunu vermişdir. Aqildən öz qızıllarını çıxarmaq üçün Natiqgil tərəfindən ödənilən məbləğdən başqa digər qızıllarım çıxarmaq üçün çatışmayan məbləğ olmuşdur və buna gödə də Zakirə zəng edərək onunla görüşüb işgüzar söhbət etmək istədiyini bildirmişdir. Onunla Nərimanov rayonunda olan «İstanbul» çayxanasında görüşmüşdür. Görüş zamanı onun yanında tanışı Sərvər də olmuşdur. O, Zakirə Binəqədi rayonunda Sevtlana küçəsində olan lombardda 15 kq qızılı olmasını və həmin qızıldan 5 kq yəni briliant qaşlı qızıl kollye dəstini çıxarmağın lazım olmasını, həmin qızıla hazır müştərisi olmasını həmin qızıb çıxarıb yuzduzdurmaqla müştəriyə satacağını və yaxşı xeyir əldə olunacağını bildirmişdir. Həmçinin həmin 5 kq. qızıla görə 200000 manatdan artıq pul verdiyini və 140000 manat pulu çatmadığını, həmin pulu tapıb vermiş olduğu halda qeyd edilən qızılı çıxarıb satacağını və ona da ən uzağı iki həftə müddətində 6000 manat xeyir verəcəyini bildirmişdir. Zakir həmin məbləğ böyük olmasına görə gücü çərçivəsində olmadığını və həmçinin hansı lombardan götürməsini maraqlandıqdan sonra ona bir söz deyəcəyini bildirmişdir. Həmçinin o, Zakirə bildirmişdir ki, onu həmin lombard sahibi ilə görüşdürsün və görsün ki, onun həqiqətən də orada qeyd edilən məbləğdə qızılı vardır. Zakir ona inandığını bildirmiş, lakin məbləğ iri həcimdə olmasına görə həmin pulun düzəldilməsi üçün dostundan da pul götürməli olmasını ona bildirmişdir. O zaman Zakir və onun özü Sərvərin idarə etdiyi avtomobildə Binəqədi rayonunda olan lombarda getmişlər. Onlar həmin lomarda gəldikdə Aqil özünü lombard müdiri kimi təqdim edərək onları qarşılamış və onlar lombarda əyləşib söhbət etmişlər. Həmin vaxt Aqilin yanında daha iki nəfər özü tanımadığı şəxs də olmuşdur. O zaman Zakir Aqili ilk dəfə idi ki, görmüşdür. Onlar ordakı otaqda olan zaman, yəni Aqil, Sərvər və onun özü lombardakı otaqda olan zaman Aqil həmin iki nəfər tanımadığı şəxsə otağı tərk etmələrini bildirmişdir. Otaqda onlar birlikdə söhbət edən zaman Zakir Aqildən işin hallarını xəbər almış, onun lomardmda qızılı olmasını və həmin qızılın çıxarılması üçün onun tərəfindən pulun bir hissəsinin verlməsini və yerdə qalan 140000 manatı onun tərəfimdən verilmiş olduğu halda, həmin qızın çıxılmasın mümkün olub-olmamasını Aqildən soruşmuşdur. Aqil isə adları çəkdiyi şəxslərin iştirakı ilə Zakirə bunu tam olaraq təsdiq etmiş və bildirmişdir ki, onun 5 kq. yox, 15 kq. lombardında qızılı vardır və həmin 5 kq. qızıl ilə bağlı qeyd edilən söhbətin olmasını, həmin qızılların 5 kq, 3 kq və sairə çəkilərdə olmaqla müxtəlif torbalarda bankda saxlanmasını bildirmişdir. Həmçinin həmin 5 kq. qızla görə Sərvər tərəfindən təxminən 200000 manatdan artıq pul ödənməsini bildirmiş və yerdə qalan 140000 manat pulun qalmasını və həmçinin həmin qızılın tam olaraq ona məxsus olmasını təsdiq etmişdir. Zakir də onlar kimi Aqilin sözlərinə inanmış, lakin qeyd edilən məbləğdə pulu olmadığını, ancaq həmin 140000 manata deyil, 115000 manata gücü çatmasını, özüdə 65000 manat olmasını və yerdə qalan pulu isə dostu Əli adlı şəxsdən alacağını bildirmişdir. Hətta həmin vaxtı Aqil əgər həmin pul düzəlməsə, bir həftə müddətində qızılı başqa şəxsə salacağını bildirmiş və onlara bununla bağlı hə-yox cavablarını tezləşdirmələrini demişdir. Onun özü yerdə qalan 25000 manatı özü həll edib düzəldəcəyimi bildirmiş və özü həmin pulu əldə edib Aqilə həmin ərəfədə sonuncunun lombardında vermişdir. Səhəri gün, yəni təxminən 18 iyul 2019-cu il tarixdə saat 15 radələrində Zakir onun və Sərvərin iştirakı ilə Aqilin lombardına getmişlər və həmin vaxt Aqilin yanında Xeyransa da olmuşdur. Onlar orada olan zaman Zakir 115000 manat pulu masanın üzərinə qoymuş və Aqil həmin pulu götürmüşdür. Aqil onlara bildirmişdir ki, üç gündən sonra gəlib qızılı lomarddan götürərlər. Lakin, sonra Aqil həmin qızılı da, pulu onalara verməmişdir. Aqil onlara, yəni Natiqgildə olan kimi qohumunun ölməsini və sairə kimi bəhanlər etmiş, gah da bankın işləməməsi kimi bəhanə etmişdir. Sonra Zakir özü də onunla lombarda getmişdir. Həmin vaxıt Atlas da orada olmuş və sonuncu da qızıllarının çıxarması üçün Aqilə pul vermiş, lakin Aqil onun da pulunu verməmiş və Atlasla mübahisə etmişdir. Zakir də Aqil ilə Atlasın mübahisə etməsini görmüşdür. Aqil artıq hər kəsə hədə qorxu gələrək bildirmişdir ki, hara istəyirlər ondan şikayət etsinlər və özünü «dədə Mamed» adlı şəxsin nəvəsi kimi təqdim etmişdir. Orada artıq onlar da Aqillə qızıla görə mübahisə etmişlər. Zakir Aqilə onun vədindən sonra həmin pulu ona verdiyini, buna görə də qızılı, ya da pulu verməsini tələb etmişdir. Aqil isə bəhanələr etmişdir. Həmin vaxt onun özü də hamı kimi ondan pul və ya qızılı veməsini tələb etmişdir. Aqil isə artıq qışqıraraq onlara hədə-qorxu gəlmiş və heç kimin ona heç nə edə bilməyəcəyini bildirmişdir. Onlar Aqilə gücü çatmadığını görüb lombardı tərk etmişdir. Beləliklə, Aqil Zakirin də 115000 manat pulunu ələ keçirmişdir. Sonra ona məlum olmuşdur ki, Aqil ona hiylə qurmuşdur və vətəndaşlar Aqillə onları onun özü tanış etdiyini bildirən zaman o, Aqildən pul tələb edib istəmişdir ki, heç olmasa digər lombardlarda olan qızılını çıxarsın. Aqil isə güya artıq ona etibar etmədiyini bildirmişdir. O zaman artıq Xeyransa da Aqildən onun iştirakı ilə pulu tələb etmişdir. Aqil isə guya ona deyil, Xeyransaya pulu verəcəyini bildirmişdir. İlk öncə 02 yanvar 2020ci il tarixdə Xeyransa Aqillə telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, qızılı çıxarıb satması üçün ona 20000 manat pul lazımdır. Aqil isə Xyeransaya lomardın qarşısına getməsini, Sərxana tapşırıq verdiyini və pulu sonuncudan götürməsini bildirmişdir. Həmçinin Aqil ancaq bir şərtlə pul verəcəyini bildirmişdir ki, bu videogörüntü ilə qeydə alınsın. Həmin gün Sərxan Aqilin göstərişi ilə 20000 mana pulu avtomobilin salonunda Xeyransaya vermiş və həmin vaxt onun özü də həmin avtomobildə sərnişin tərəfdə öndə oturmuşdur. Çəkiliş zamanı pulun Xeyransaya verilməsi kameranın müşahidə dairəsinə düşmüş, həmin 20000 manatın bir ədəd 100 manatlıq və bir ədəd 10 manatlıq olmaqla, yerdə qalan pulun 100 ABŞ dolları əskinazlarda olmaqla arxa salonda oturacaq üzərində olmuşdur. Həmin pulun ona verilməsi və həmin pulu alınmasını Xeyransa təsdiq etməklə, 20000 manat almasını və həmin pulun qarşılığında səhər 250 qram qızılı gətirməsini və səhər də Sərxan onlara 6000 manat pulu verməsini demiş, həmin pulun qarşılığında nə qədər qızıl verməsini dəqiqləşdirmək üçün Xeyransa ondan soruşmuş və onun özünün isə həmin «summaya» uyğun məbləğdə qızılı verəcəklərinə dair öhdəlik götürmələrini demiş və bu videogörüntüdə aydın əks olunmuşdur və bunu Xeyransa da təsdiq etmişdir. 04 yanvar 2020-ci il tarixdə Xeyransa lombarda gedib pulu götürmüşdür. Həmin pul 58 ədəd 100-lük ABŞ dolları və 2 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq olmaqla Xeyransa götürüb ona vermişdir və o, həmin pulu da, qızıl çıxarıb Aqilə qaytarmışdır. 09 yanvar 2020-ci il tarixdə yenə eni ilə Aqlin iştirakı ilə onun 8400 ABŞ dolları, 5700 manat pul və 399 qram qızıl Aqil tərəfindən Xeyransaya verilmişdir. Həmin vaxt lombardda masanın digər tərəfində onun özü oturmuşdur və Xeyransa həmin pulu götürmüş və 8400 ABŞ dollarının kursu Aqil tərəfindən hesablanmaqla Xeyransaya verilmişdir və qızıl 15000 manat olaraq hesablanmışdır. Həmin vaxt Xeyransa və onun özü səhər 399 qram qızıl gətirəcəklərini və həmçinin pulu da səhəri gün digər lombarda qoymaqla onun qızıllarını gətirəcəklərini bildirmişlər. Onun özü isə əlavə olaraq pulunu bir qədər yubanmaqla axşam saat 09 radələrinə kimi gətirəcəklərini bildirmişdir. Onlar yenə vədlərinə əməl etmiş və 25 yanvar 2020-ci il tarixdə eyni ilə o, lombarda olan zaman Xeyransa masa önündə olmaqla Aqildən pulu götürüb 15000 manat 100lük əskinazları sayıb eyni üsulla qəbul etmişdir. Bundan başqa Aqil Xeyransa və onunla həmin məbləğlərə dair telefon danışıqları zamanı qeydə almışdır və həmin danışıqlar olan CD diski təqdim etməsi ilə bağlı bildirir ki, Aqilin sonuncunun lombardında onun qızılı olmamasına dair ifadəsi tam səhfdir. Aqilin məqsədi həmin pulu sonra videogörüntü ilə ona verib, onu salmış olduğu pis vəziyyətdən çıxaran kimi təqdim edib, gələcəkdə onun tutulmasını bilə-bilə bütün əməllərini onun olması kimi i göstərmək olmuşdur. O, Aqilə pul verməsəydi, onu aldatsaydı, sonuncu əvvəllər və sonra dörd dəfə ona ayrı-ayrı vaxtlarda, həm də pulun dəqiq qaytarma vaxtı qeyd olunduğu halda, ona təkrar pul verməzdi və Aqilin göstərdikləri yalandır. Aqil Buludun ona pul verməsini bildiyinə görə onu Buluddan pul götürməyə vadar etmişdir. Belə ki, onun qızılları Aqilin lombardında olmasına görə Aqil həmin qızıların faizlərinin üzərinə faiz gəlməklə ona hesablamışdır. Aqil anlayırmış ki, onun həmin faizləri ödəmək gücü yoxdur və onu həmin əməlləri törətməyə vadar etmişdir. Onun Buludan pul götüməsi üçün qızılları Aqil vermişdir və həmçinin Aqil özündə pul olmadığını və yalnız qızıl aparıb göstərməklə Buluddan pulu götürməsi barədə məsləhət vermişdir. O, da, qızılları Aqildən götürüb aparmışdır. Aqil bilmişdir ki, o, Buludu aldadıb sonuncudan pul alıb gətirər. Dəqiq məbləğlər yadında deyil ancaq o, hər dəfə müəyyən məbləğlərdə Buluddan pullar götürüb Aqilə vermişdir. Belə ki, onun Aqilə həmin ərəfədə vermiş olduğu pulun miqdarı 278000 manat olmuşdur. Hətta Aqil onu falçısı olan Hicran ilə aldadırmış və hər dəfə guya fala baxdırmasını Buluddan və onun qohumlarından hər hansı təhlükə olmadığını bildirmişdir. Aqil onu hər dəfə yükləmiş və onunla evlənəcəyi adı ilə onun inamından istifadə etmişdir. Bulud və digər şəxslər tərəfindən istintaqa təqdim olunmuş səs yazıları və videgörüntülər istintaq zamanı ona təqdim olunmuşdur. Həmin görüntülərdə olan şəxs özüdür və həmin səslər də onun səsidir. Həmin səslər qeydə alman zaman ona hər hansı zorakılıq olmamışdır. Qeyd olunan 70000 manat pulu o, Buluddan alıb Aqilə vermişdir və Aqil onu qeyd edilən əməllərə vadar etmişdir. Aqil bilmişdir ki, o, həmin şəxsi aldatmaq üçün gedir. Belə ki, Aqil ilk öncə onunla evlənəcəyi adı ilə onun qızıllarını lombardına toplamaqla özündən aslı vəziyyətə salmış və daha sonra isə onunla evlənməsi, anası və bacısı ilə tanış etməklə onların bir çox xeyir iş mərasiminə onu dəvət etmişdir. Onu ailənin bir üzvü olaraq göstərməklə ona öz fikrində ciddi olmasını aşılmaq istəmişdir. Faktiki olaraq Aqil həmin yaxınlıq münasibətləri ilə onu aldadıb onu bir çox əməlləri törətməyə vadar etmişdir. O, Aqili tanıyana kimi onun özünün hər hansı bir şəxslə heç bir problemi olmamışdır. O, Aqilin bacısının nişan toy mərasimi və digər tədbirlərində olmuş və Aqilin anası və bacısına kifayət qədər bahalı hədiyyələr almış və bacısına xonca belə düzlətmişdir. İş üzrə zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs11 və sonuncunun arvadı Nərmin Sultanovdan o, hər-hansı məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs9 ilə bağlı bildirmək istyir ki, sonuncu ilə uzun müddət qızıl alqı-satıqı ilə məşğul olmuşlar, həmçinin qızıllarını onun lombardına qoymaqla pul götürmüşdür. Onunla 56000 manata kimi aralarında olan borc müqaviləsinə kimi bütün pulu tam olaraq bağlamışdır. Onlar arasında cəmi həmin müqaviləyə kimi 56000 manat pul yığılmışdır və o, həmin pulu Səmayə Hüseynovaya verməli olmuşdur. Aqil ondan faiz pulunu istəmiş və o, məcburiyyət qarşısında qalıb pulu olmadığına görə Səmayə Hüseynovudan borc olaraq pul və qızıl istəmişdir. Aqil bilmişdir ki, qızıl və pulları Səmayədən götürüb ona verir. Belə ki, onun Səmayə Hüseynovadan aldığı pulun məbləği 156000 manat olmuşdur. Ondan başqa Səmayənin özündən 680 qram qızıl götürüb Aqilin lombardına girov kimi qəbzlə vermişdir. Aqil həmin qəbzləri ona geri qaytarmamışdır. Onun Aqildə 6-7 kq qızılı və təxminən 283000 manat pulu olmasına görə Aqil onu guya sevdiyini bildirməklə, onunla ailə həyatı quracağına dair yalan vəd verib onunla birlikdə yaşamışdır. Sonradan o, qızıllarını və pullarını Aqildən tələb etdikdə, Aqil ona hədə-qorxu gəlmiş, döymüş və demişdir ki, həmin pulların faizini verməlidir, əgər faizləri verməsə onun qızıllarını geri qaytarmayacaqdır. Bu səbəbdən onu məcbur etmişdir ki, o öz tanışlarından borc pul və qızıl alıb Aqilin fazilərini versin. İş üzrə ibtidai istintaq zamanı ona qarşı heç bir təsir və ya təzyiq olmamış və o, ittiham aktında göstərilən məzmunda ifadə vermişdir. Zərərçəkmiş şəxs9 ilə o, uzun müddət ərzində qızıl alqısatıqı ilə məşğul olmuşlar, həmçinin qızıllarını onun lombardına qoymaqla pul götürmüşdür. Onun özünün Zərərçəkmiş şəxs9 borcu 198000 manat deyil, 156000 manat olmuşdur. Ona olan borcundan 56000 manat pulu isə sonra ona hissə-hissə ödəmişdir. Bundan başqa əlavə olaraq Zərərçəkmiş şəxs9 Aqillə birlikdə 100000 manat borclu olmalarını təsdiq edir. Belə ki, Səmayə Hüseynovadan aldığı pulların bir hissəsini və həmçinin Səmayənin özündən 680 qram qızıl götürüb Aqilin lombardına girov kimi qəbzlə vermişdir. Lakin, Aqil həmin qəbzləri ona verməmişdir. Zərərçəkmiş şəxs9 irəli sürdü iddia tələbini tam qəbul etmir və belə hesab edir ki, ona daha az məbləğdə pul borcu qalmışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs9 dəymiş ziyanı radan qaldırmağa çalışırlar. Nərmin Sultanov və sonuncunun əri Zərərçəkmiş şəxs11 ona qarşı irəli sürmüş olduqları iddia tələblərini qismən qəbul edir. O, Zərərçəkmiş şəxs11 və sonuncunun arvadı Nərmin Sultanovdan cəmi 5000 ABŞ dolları məbləğində pul almışdır. Onların iddia tələbi kimi bildirdikləri 157000 manat isə belə hesab edir ki, onların özləri hesabladıqları faiz borclarıdır. Faktiki olaraq o, onlardan həmin məbləğdə pul almamışdır. Onların iddi təblərini tam qəbul etmir və onlara cəmi 5000 ABŞ dolları borclu qalmışdır və həmin borcu da ödəməyə çalışır. Qeyd etdiyi kimi Zərərçəkmiş şəxs3lə xeyli müddət qızıl alqı-satqı işləri ilə məşğul olmuş və ondan aldığı pulla özünə aid olan qızılları muxtəlif lombardlardan çıxarıb satıb onun özünə də xeyir vermişdir. O, Zərərçəkmiş şəxs3 hissə-hissə olmaqla cəmi 60000 ABŞ dolları deyil, 30000 manat pul almışdır. O, Sərvərdən almış olduğu pulların da bir hissəsini Aqilə vermişdir ki, onun qızıllarını versin, lakin Aqil onun qızıllarını tam qaytarmamışdır. Hal-hazırda Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməyə çalışırlar və onunla aralarında heç bir ədavət yoxdur. dən ki, o, həmin qızılları çıxarıb satsın. Zərərçəkmiş şəxs4la onun münasibəti həmişə yaxşı olmuşdur və ralarında heç bir ədavət yoxdur. Yuxarıda qeyd etdiyi kimi öz qızıllarını Aqilin lombarıdından çıxarmaq üçün sonuncu dəfə o, Zakirdən cəmi 115000 manat pul götürmüş və 2019-cu ilin iyul ayında Zakir onun və Sərvərin yanında Aqilin lombardına həmin pulu onun əvəzinə Aqilə vermişdir. Lakin, Aqil vəd etdiyi qızılları ona qaytarmamış və buna görə də Zakirə olan borcunu ödəyə bilməmişdir. Lakin, buna baxmayaraq hal-hazırda Zakirə dəymiş ziyanı aradan qaldırmağa çalışırlar. O, Təqsirləndirilən şəxs1 2019-cu ilin aprel ayından tanıyır və sonra münasibətləri yaranmışdır. Hal-hazırda onun Aqilə qarşı heç bir qərəzoi mövqeyi yoxdur və öz borclarını onun üstünə atmağa çalışmır. Zərərçəkmiş şəxs8 o, on ildən çoxdur ki, tanıyır və onunla Atlas ilə yaxın rəfiqə olmuşlar və halhazırda da münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs7 ilə o, Atlasın vasitəsi ilə tanış olmuşdur. İş üzrə digər zərərçəkmiş şəxslər Samaya Hüsenyovanı 2015-ci ildən, Zərərçəkmiş şəxs3 2016-cı ildən, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 isə 2017-ci ildən tanıyır və həmin şəxslərlə münasibəti yaxşıdır. Bulud Quliyevlə o, 2018-ci ildə tanış olmuşdur və onunla da həmişə yaxşı münasibətlərdə olmuş və sonuncu ona həmişə maddi baxımdan köməklik etmişdir. Bulud onu Aqilə qarşı ifadə verməçini heç vaxt deməmişdir və belə hesab edir ki, bütün bunlar uydurmadır. Bir daha bildirir ki, onun özünün Aqilə qarşı heç bir qərəzli mövqeyi yoxdur və hər şey necə olmuşdursa, elə də istintaq zamanı bildirmişdir. Onu da bildirmək istəyir ki, iş üzrə zərərçəkmiş şəxslərin əksər hissəsinə dəymiş maddi ziyan hal-hazırki vaxta qədər ardan qaldırılmışdır. Digər zərərçəkmiş şəxslərə ödənilməmiş qalan zərərin tam ödənilməsi üçün, həmçinin ailə vəziyyətini və qadın olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, irəli sürülmüş ittihamla razı deyil. İttiham tam olaraq əsassızdır. İş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Həmin iş üzrə həbs olunmazdan əvvəlki son yeddi-səkkiz il ərzində o, ünvan 21 ünvanda yerləşən lombardın müdiri vəzifəsində işləmişdir. Lomardı işlətdiyi yer bir nəfər tanışına məxsusdur və o, aylıq icarə haqqı olaraq 250 manat ödəmişdir. Həmin lombardın müdüri olaraq lomabardm işinə nəzarət etmişdir. Lombardda onun daimi olaraq iki nəfər işçisi olmuşdur. Həmin işçilərdən biri Təqsirləndirilən şəxs3 digər isə qohumu olan Şahid7 olmuşdur. Sərxan lombardda qızılın qəbul ilə məşğul olmaqla lombarda gəlmiş müştərilərin qızılının qiymətləndirilməsi və onların çəkisinin əyarının yoxlanması ilə məşğul olmuşdur. Sərxan müştərilərin şəxsiyyət vəsiqələrinin surətini, həmçinin götürülmüş qızılın çəkisi, növü, əyyarı qramı göstərilməklə Xeyransaya təhvil vermişdir. Qəbula dair qediyyatlar lombardın qeydiyyat kitabında olur və həmin kitabda qeydiyyatları onun özü aparmışdır. Onun tərəfindən quraşdırılmış notebook vasitəsi ilə siyahı üzrə qeydiyyat Təqsirləndirilən şəxs3 kompyuterdə aparmışdır. Kompyuterdə olan qeydiyyatlar həmçinin Sərxan tərəfindən də aparılmışdır. Lakin, qeydiyyat kitabında olanlar ola bilsin ki, tam olaraq kompyuterdə əks olunmasın. Belə ki, müştəri tərəfindən təqdim olunmuş qızılın girov qoyulmasına dair girov biletində olan rekvizitlər, yəni qızılların əyyarı, çəkisi, buna görə verilmiş pulun miqdarı və aylıq ödənəcək faiz göstərilməklə olan girov biletləri Sərxan və Xeyransa tərəfindən tərtib olunmuşdur. Sərxana aylıq olaraq 1000 manat Xeyransaya isə 600 manat pul vermişdir. Lombardın səhər axşam Sərxan tərəfindən açılıb bağlanmış və lomardın açarları Sərxanda olmuşdur. Xeyransa isə səhər saat 09 radələrinə işlə gələrək axşam saat 18 radələrində lombardı tərk etmişdir. Təxminən 2018-cü ilin sonlarından 2019cu ilin sonlarına kimi olan müddət ərzində Təqsirləndirilən şəxs3 lombardımda işləmiş və bir dəfə olunsun ki, onun tərəfindən onun əmək haqqı yubadılmamış və onun ona hər hansı borucu olmamışdır. Həmin müddət ərzində onlar işçi və işə götürən münasibətində işləmişlər. Sərxan müştəri tərəfindən təqdim olunmuş qızıla razılıq verməsə bir ədəd qızıl belə lomarda qəbul edilə bilməzdi və hər hansı girov bileti tərtib oluna bilməzdi və tərtib olunmuş girov bileti üzərində olan imzalan isə Sərxan çəkmiş və lombardın möhürü ilə həmin girov biletini təsdiq etmişdir. Həmin girov biletinin bir surəti lombardda digər bir surəti isə müştəridə olmuşdur ki, müştəri həmin girov bileti əsasında aylıq faizləri və ya- qızılın çıxaran zaman isə həmin girov bileti əsasında ödənişləri edir girov biletini lomarda təhvil vermişdir. Qızıllar isə Sərxan tərəfındənn evində saxlanmış və bir dəfə olsun ki, lomardda hər hansı müştəri ilə qızıl barəsində narazılıq olmamış və hər hansı qızıl əşyasının oğurlanması faktı belə olmamışdır. Girov biletləri isə özünün və Sərxanın tərəfindən surətlərini çıxarmaqla tərtib olunmuşdur. Təqsirləndirilən şəxs2 təxminən 2019-cu ilin mart ayında onun lombardına müştəri olaraq gəlmişdir. Həmin vaxtı onun özü də lomardda olmuş və həmin vaxta kimi onun Nailə ilə hər hansı münasibəti, düşmənçilyi olmamış və onu ilk dəfə işlədiyi lomarda gələn zaman görümüşdür. Belə ki, lombard iki otaqlı olmuş, biri iş otağı, digər isə mətbəx tipli hissədən ibarət olmuşdur. Nailə iş otağında Sərxan və Xeyransanın yanında özünü xeyli müddət olar ki, qızıl alqı-satqı işləri ilə məşğul olan şəxs kimi təqdim edib Bakı şəhərində olan müxtəlif ünvanlarda lombardlarda özünün külli miqdarda qızılları olmasım bildirmişdir. Həmin qızılların çıxarılması üçün ona kömkəlik etməsini bildirmişdir ki, qızılların sonradan satışını özü tərəfindən təşkil olunacaq və yaxşı gəlir əldə edəcəyini və lomardın faizlÿrindÿn qurtaracağını və onada yaxşı xeyir verəcəyini bildirmişdir. Belə ki, o zaman Təqsirləndirilən şəxs2 yenicə tanıdığına görə ona hər hansı məbləği verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onun etibarını qazınmaq üçün ilk öncə onun lombardına mart-aprel ayı ərzində ilk öncə 20000 manat dəyərində qızıl qoymuş, üç gündən sonra həmin qızılı çıxarmaqla ona həmin qızılın faizi olan 800 manat xeyir vermişdir. Lombardda isə yenə hər dəfə onun adma bütün müştərilərə tərtib olunduğu kimi girov bileti tərtib olunmuşdur. Bir neçə gün fasilə ilə Nailə 12000 manat dəyərində qızıl qoymuş, təxminən iki gündən sonra lomrddan həmin qızılını faizi olan 500 manat ödəməklə qızıl çıxarmışdır. İkinci dəfə qızılı çıxarmasının səhəri günün yenə 18000 manat dəyərində qızıl qoymaqla üç gündən sonra həmin qızılı faizi olan 700 manatı ödəməklə qızıllı çıxarmış və ondan 2 gün sonra 25.000 manatlıq qızıl qoymaqla 3 gündən sonra həmin qızılı faizi olan 1050 manat ödəməklə çıxarmış, bundan bir neçə gün sonra 10000 manatlıq qızılı qoymaqla dörd gündən sonra fazi olan 650 manatı ödəməklə həmin qızılı çıxarmışdır. Bundan bir neçə gün sonra yenə 8000 manatlıq qızıl qoymaqla faizi olan 350 manat ödəməklə həmin qızılı çıxarmışdır. O, artıq hesab kitab edən zaman Təqsirləndirilən şəxs2nm ona iki ay müddətində 5000-6000 manat civarında xeyir verdiyini görmüş və bundan başqa sözünə düz bir insan olaraq onun etibarını qazanmışdır. Artıq Təqsirləndirilən şəxs2 mütəmadi olaraq onun ofisinə gəlir və hər dəfə ofisə gələn zaman tort şirniyyat gətirməklə ofisdə gəlir demək olar ki, o gələn zaman hər dəfə çay süfrəsi təşkil olunmuşdur. Bundan sonra artıq onunla daha yaxın münasibəti yaranmış və onlar birlikdə çörək yeyib çay içmişlər. 2019-cu ilin may ayının ortalarında təxminən 15-də lombarda olan zaman Nailə Xanmmədova ona külli miqdarda qızılların fotoşkilərini göstərib həmin qızlların «Neftçilər» metrosunun çıxışında olan adını bilmədiyi lombardda və «Nizami» metrosunun çıxışında olan 5 mərtəbəli binaların altında olan lombarda olmasını və həmin hər iki lombardda olan qızılların çıxarılması üçün ondan 100000 manat pul istəmişdir ki, bəs həmin qızılları çıxarmaqla dörd gün müddətində onları satıb pulunu verməklə üzərində olan xeyri aralarında tən yarı böləcəyini bildirmişdir. Artıq onun lombardına bir neçə dəfə qızıl gətirib qoymaqla vaxtından əvvəl həmin qızılları faizləri ilə birliklə pulunu ödəyib götürməsinə görə, ona tam olaraq inamı yaranmış və onun təklifinə razılıq vermişdir. Həmçinin o artıq mütəmadi olaraq onların lomardma gəlir və hər dəfə telefonla işgüzar söhbətlər aparmaqla böyük məbləğdə pulların dövriyyəsindən danışmışdır ki, buna görə Təqsirləndirilən şəxs2 tam olaraq inanmışdır. O hər hansı girov və sənəd tələb etmədən 100000 manatı lombardda axşam saatlarında Xeyransa lomarda olmayan vaxtı yəni iş saatlarından sonra Sərxanın iştirakı ilə sayıb Nailə Xanmmədovaya vermiş və oda həmin məbləği saymaqla ondan qəbul etmiş və dörd gün müddətində onun ana məbləği ilə birlikdə üzərində olan xeyri gətirib ona verəcəyini bildirmişdir. Yenə onun lomardına gəlib getmiş və dörd gün müddət keçmədən 3-cü günü təxminən 18 may 2019-cu il tarixdə Nailə Xanməmmədov lomarda yenə işdən sonra saat 20 radələrində gəlmişdir. Həmin vaxtı lombardda yenə Sərxan və özü olmuşdur. Təqsirləndirilən şəxs2 ondan 50000 manat pul istəmişdir ki, konkret olaraq harda olmasını bildirmədiyi lomardında qızıllarını çıxarıb iki günə satmaqla onun pulunu üzərində olan xeyri ilə ödəməklə ona verəcəyini bildirmişdir. O isə Təqsirləndirilən şəxs2 hələ 100000 manatlıq qızılın nəticəsindən sonra həmin təklifinə bir söz deyəcəyimi bildirmişdir və həmin məbləği ona verməmişdir. İki gündən sonra Təqsirləndirilən şəxs2 yenə axşam lombarda gəlmiş və ona 104000 manat gətirmiş və həmin pulun 100000 manatının onun ana məbləği olmasını, 4000 manatının isə xeyri olmasını bildirməklə tən yarı aralarında böləcəyini və ona 2000 manat xeyir verəcəyini bildirməklə eyni ilə etmiş və onun etibarını birdə qazanmışdır. O, artıq onun sözünə düz olması və ona qısa müddət ərzində belə bir xeyir verməsinə görə özündədə maraq oyatmış və artıq o onunla yenə iş görməyə razılıq vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 artıq demək olar ki, lomardına qızıl qoyulması ilə yanaşı 6-7ci dəfə sözünə tam olaraq vaxtı-vaxtında əməl etmişdir. Həmin vaxtdan bir neçə gün sonra, 2019cu ilin təxminən iyun ayının 5-də Təqsirləndirilən şəxs2 yenə axaşam saatlarında lombarda gəlmiş və Sərxanın iştirakı ilə ondan 150000 manat pul istəmişdir ki, eyni lombardda qızılları olmasını və həmin dəyərdə qızılları həmin lomardlardan çıxarmaqla 5-6 gün ərzində satıb xeyir götürməklə onun ana məbləğini üzərində olan xeyri ilə verəcəyini bildirmişdir. O artıq onu sözünə düz insan olaraq tanıdığıma görə, Sərxanın iştirakı ilə həmin günü 150000 manat pulu sayıb lombardda Təqsirləndirilən şəxs2 vermiş və o eyni ilə pulu sayıb özünə məxsus əl çantasına qoymaqla lomardı tərk etmişdir. Təqsirləndirilən şəxs2 yenə lombarda gəlib getmiş və təxminən 5-6 gündən sonra pulun gəlməməsinə görə o Nailəyə bərk əsbləşmişdir. O isə onu arxayın etmişdir ki, qızılı çıxarmış satışda aparmış və pulu almalı olduğu şəxsdə yubanma olmuş və iki gün müddətində pulu tam olaraq xeyri ilə gətirəcəkdir. İki gündən sonra yenə axaşam saatlarında Nailə lombarda gəlmiş və Sərxanın iştirakı ilə ona 150000 manat və üzərində 8000 manat pul gətirmiş və yenə onun ana məbləğini vermiş və xeyir olan 8000 manatın 5000 manatını gecikdirməsinə görə ona vermiş və 3000 manatını özünə götürmüşdür. O, yenə ona inanmış və bir müddətdən sonra 2019-cu ilin iyul ayının ortalarında təxminən 20 iyul 2019-cu il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 lombarda gəlib əlində külli miqdarda qızıllarının fotoşəkillərini göstərib həmin qızıllarının dəqiq xatırlamadığı lombardlarda olmasını və həmin qızılları çıxarmaq üçün 160000 manat lazım olmasını bildirmiş və həmin qızılları çıxarıb satmaqla bir həftə müddətində ona xeyir verəcəyini demişdir. Ancaq hər dəfə onlar arasında xeyirin dəqiq olaraq nə qədər olması söhbəti olmamış, çünki qızılların dəyəri üzən məzənnə olduğuna görə Nailənin sözü ilə xeyir müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 inandığına və onun etibarını qazanmasına görə həmin məbləği həmin gün yenə Sərxanın gözü önündə qeyd edilən məbləğdə pulu üzərində olmadığına görə Nailə ilə razılaşmış və ona dərhal lomardda 148000 manat pul və 12000 manat dəyərində isə qızıl vermişdir. Yenə aralarında hər hansı qeydiyyat olmadan mən həmin məbləği Təqsirləndirilən şəxs2 həmin tarixdə vermişdir. Bir həftədən sona o, Nailədən pulun nə yerdə olmasını xəbər alan zaman sonuncu ona qızılın hələ lombardda olmasım və həmin lombard müdürinin anasının ölməsi, həmin şəxsin rayonda olmasını deyərək, avqust ayına kimi ona bəhanə etmişdir ki, həmin şəxs rayonda hüzürü yola verib Bakı şəhərinə gələcəkdir. 2019-cu ilin avqust ayında artıq Təqsirləndirilən şəxs2 onunla hər hansı kontaka girməyərək ünsiyyətdən qaçmış və onun mobil telefon zənglərinə cavab verməmişdir. Həmin vaxtı onun özünün istifadəsində ***-***-**-**, 050-964-64 64 nömrəli, Nailənin istifadəsində isə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələri olmuşdur. Təqsirləndirilən şəxs2 onun telefonlarına cavab verən zaman ona Votsap və sms vasitəsi ilə yazmışdır. Həmin Vatsap və sms yazılarını istintaqa təqdim etmişdir. Həmin mesajların mətnindən görsənir ki, o, Təqsirləndirilən şəxs2 pulunu tələb etmiş və pulu hara verməsini xəbər almışdır. Nailə isə ona bəhanələr etmiş və hər dəfə pulu verilməsini yubatmışdır. Təqsirləndirilən şəxs2 onunla ünsiyyətə keçən zaman artıq ondan pulla yanaşı sonuncu dəfə vermiş olduğu 12000 manatlıq qızılı tələb etmişdir ki, həmin qızıllar onun özünə məxsusdur və heç olmaza həmin qızılları gətirib ona versin. Nailə isə ondan həmin qızılı çıxarması üçün pul istəmiş və həmin pulu da ana məbələğ ilə birlikdə ona qaytaracağını demişdir. Sonra isə onunla ünsiyyətdən qaçmaqla ona pul göndərməmiş və bildirmişdir ki, 12000 manatlıq qızılın pulunu və faizini ödəməklə lomarddan çıxarsın. O, bundan sonra Sərxana sentyabr və oktyabr aylarında həmin qızılın çıxarılması üçün Nailənin adına Zolataya korana pul köçürmə sistemi ilə pul vurulmasın bildirmişdir ki, o öz adna olan şəxsiyyət vəsiqəsi ilə həmin pulu bankdan götürsün. Belə ki, sentyabr ayında Sərxan ondan 6000 manat və oktyabr ayında 15500 manat alıb eyni pul köçürmə sistemi ilə Nailənin adına öz adından həmin məbləğləri göndərmişdir. Nailə həmin pulu qəbul etməsini bildirmiş və qızılın çıxarılması üçün ondan 21500 manat pulu almasını danışıqlar zamanı təsdiq etmişdir. Bundan sonra yenə Nailədən xəbər olmamş və sonuncu onun hər hansı miqdarda pulu və ya qızılı gəlməmişdir. Belə ki, Nailənin ondan almış olduğu məbləğ cəmi 181500 manat pul olmuşdur. Nailə yenə onunla söhbətdən yayınmış, ünsiyyətə keçməmiş və danışığı zamanı ona müxtəlif bəhanələr etmiş və qızılı qoymuş olduğu lomardın dəqiq yeri barədə ona bir söz deməmişdir. Belə ki, pulların verilməsi zamanı işdən sonra Nailə lomarda gəlib həmin pullan ondan almasını görə Xeyransa onun Nailə ilə işlədiyini bilmiş olsa belə, lakin dəqiq olaraq onun tərəfindən ona hər hansı məlumat verilməmişdir. Artıq o, Nailənin hərəkətərindən bərk əsəbləşmiş və həmin əsəbi halını iş vaxtı işçilər Sərxan və Xeyransa görmüş və onlar bilmişlər ki, bəs Nailə ondan ilk öncə qızıl çıxarıb satmaq adı ilə 148000 manat və 12000 manatlıq qızıl və sonra həmin qızılın çıxarılması üçün 21500 manat pulu bank vəsaiti ilə Sərxan adından göndərilmiş pulları götürmüşdür lakin, nə pulu nədə ki, qızıllardan xəbər olmamışdır. Həqiqətən o, həmin ərəfədə bərk əsəbi olmuş və bunu bilən Xeyransa Nailə ilə danışıqlar aparmışdır. Həmin danışıqlar onun razılığı ilə Xeyransa aparmışdır. Çünki o, artıq Nailənin yalanlarından bezmiş və onunla hər hansı danışıq aparmaq mümkün olmamışdır. Sonra o həddə çatmışdır ki, Nailəni anası Məlahət Kazımova ilə danışdırmış və danışıq zamanı onlar aralarında görüş təyin etmişlər və o, anasını da götürüb ofisə getmiş və Nailə də ofisə gəlmişdir. Ofisdə olan zaman Nailə həmin məbləği ondan almasını tam olaraq təsdiq etmiş və həmin pulu tam olaraq yaxın müddət ərzində ona xeyri ilə birlikdə ödəyəcəyini bildirmişdir. Anasını dəvət etməkdə onun məqsədi o, olmuşdur ki, əlindən hər hansı xoşa gəlməz hal çıxmasın və həm də o, anası ilə birlikdə onunla görüşən zaman Nailə də araxayın olsun ki, ona heç nə etməz. Hətta Nailə iki dəfə Xeyransa ilə birlikdə yaşadığı evə anasının yanına gedərək anasına pulu yaxın müddət ərizində qaytaracağı ilə bağlı bəhanələr etməklə verəcəyini demişdir. O zaman hətta anası ilə telefonda yazışmış və onların danışıqları anası tərəfindən onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 anasına vermiş olduğu müddət bitmiş, bundan sonra o, hiss etmişdir ki, lombard daxilində olan söz-söhbəti Nailə bilmişdir. Belə ki, Xeyransa onunla oyun oynayaraq, anası ilə onunla, həmçinin Sərxanla olan danışıqları Təqsirləndirilən şəxs2 demişdir. Buna görə də o, bu hərəkətlərinə görə Xeransanı işdən çıxarmışdır. Xeyransa işdən çıxan zaman sonuncunun bu əməllərini üzünə demş, lakin sonuncu həmin halları təsdiq etməmişdir. Lakin, o, yenə Xeyransa ilə telefonla əlaqə axlamış və onların münasibəti davam etmişdir. Artıq 2019-cu ilin dekabr ayının sonları Xeyransa lombarda gəlmiş və ona Nailə ilə birlikdə olmasını əgər istəyirsə, Nailə tərəfindən ondan alınmış pulların hissə-hissə qaytarılmasında ona köməklik etməyə hazır olduğunu bildirmişdir. O, həmin işi hansı yola edəcəyini xəbər alan zaman Xeyransa ona bildirmişdir ki, ona pul versin o, Təqsirləndirilən şəxs2nm dilini bilir və o pulu apararıb Nailəyə veməklə onun batmış qızıllarını çıxarıb satmaqla pulunu tam olaraq qaytarmasını təmin edəcəkdir. O isə Xeyransaya artıq Təqsirləndirilən şəxs2 etibar etmədiyini, onun külli miqdarda pulunu onda ola-ola necə həmin miqdarda pulu bir də Nailəyə inanıb verə biləcəyini bildirən zaman, Xeyransa artıq bütün işə özünün cavabdeh olmasını və həmin pulları Nailəyə deyil, ona verməsini bildirmişdir. Xeyransaya isə ona necə inanmasını dedikdə isə sonuncu pulun ona verildiyi anı, pulun sayı dəqiq olaraq göstərilməklə kameraya çəkməyi və özünü bütün işə və məbləğə cavadeh olmasını bildirmişdir. O, artıq onun bu tərzdə onunla açıq danışıb hər halı kameraya çəkməyi bildirməsinə və xeyli müddət olar ki, onun yanında işləməklə düz bir insan olmasını bildiyinə görə, ona canıyanınlıq edib həqiqətən də Nailədən həmin məbləğdə pulun almasına tam olaraq inandırdığına görə, ona inanmış və bir qədər fikirləşdikdən sonra Xeyransaya razılıq vermişdir. Həm də inanmazdı ki, o onun evinə gedib gəldiyi halda və bir dəfə olsun ki, onunla işlədiyi müddət ərzində yalan danışıb səhf qeydiyyatlar aparmamış və özünə qarşı şübhə yaratmamışdır. X49 ilə rəfıqəlik münasibətində olmasına görə Nailənin rəfiqə olaraq onu aldatmasına ehtiamal verməmişdir. Xeyransanın sözələrinə inanıb ona tam etimad etməklə Nailədə olan pullarını da çıxarmaq məqsədi ilə variantı olmadığından razılıq vermişdir. İlk öncə 02 yanvar 2020-ci il tarixdə Xeyransa onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, qızılı çıxarıb satması üçün ona 20000 manat pul lazımdır. O, Təqsirləndirilən şəxs3 lomardının qarşısına gəlməsini, Sərxana tapşırıq verdiyini və pulu sonuncudan götürməsini bildirmişdir. Həmçinin Sərxanı xəbərdar etmişdir ki, bəs verilmə anını telefonunda olan videogürüntü ilə qeydə alsın və eyni ilə Sərxana 20000 manat pulu aparıb Nailəyə verməsini bildirmişdir. Sərxan onunla bir müddətdən sonra əlaqə saxlamış və o, lombarda getmiş və Sərxan pulu Xeyransaya verilmə müddətində qeydə alınmış görüntünü ona təqdim etmişdir. O, həmin görüntü ilə tanış olan zaman Xeyransanın onun lombardına keçmədən avtomobilin salonunda Sərxanın salonunda 20000 manatı Xeyransaya verməsini və həmin vaxtı Nailənin avtomobildə sərnişin tərəfdə öndə olması, lakin çəkiliş zamanı pulun Xeyransaya verilməsini görə kameranmı müşahidə dairəsinə düşməsini və həmin 20000 manatını bir ədəd 100 manatlıq və bir ədəd 10 manatlıq olmaqla yerdə qalan pulunu 100 ABŞ dolları əskinazlarda olmaqla arxa salonda oturacaq üzərində olması və həmin pulu verməsi və həmin pulun alınmasını Xeyransanın təsdiq etməklə 20000 manat almasını və həmin pulun qarşılığında səhər 250 qram qızılı gətirməsini və səhər də Sərxanın onlara 6000 manat pulu verməsini və həmin pulun qarşılığında nə qədər qızıl verməsini dəqiqləşdirmək üçün Xeyransanın Nailəyə ünvanlanması və Nailənin həmin «summaya» uyğun məbləğdə qızılı verəcəklərinə dair öhdəlik götürmələri aydın əks olunmuşdur ki, bunu Xeyransada təsdiq etmiş və həmin görüntü CD diskdə ifadəmə əlavə etmişdir. 04 yanvar 2020-ci il tarixdə Xeyransa onunla telefon əlaqəsi saxlamış və onu lombarda dəvət etmişdir. O, lombarda gəlmiş və həmin vaxta kimi ona məxsus olan 10000 manat pulu Sərxana vermişdir ki, Xeyransaya versin və həmin 10000 manat pul iki ədəd 50 manatlıq əskinaz iki ədəd 20 manatlıq əskinaz və digər pul isə 100 ABŞ dollarında olmuşdur, yəni 58 ədəd 100-lük ABŞ dolları olmuşdur. Sərxan masa arxasında əyləşmiş Xeyransadan həmin tarixi xəbər almış və Xeyransa 04 yanvar 2020-ci il tarix olmasını bildirməklə ondan 10000 manat pul almasını təsdiq etmişdir. Bu zaman kənardan Xeyransaya səslənməklə pulu nə üçün almasını deməsini demiş və Xeyrasa həmin pulun əvəzində qızıl verəcəkləri və o bir qədər də dəqiqləşdirmək üçün həmçinin problemləri həll etməklə, yəni bundan öncə Nailə tərəfindən ondan götürülmüş qızılı və pulu diriltməklə ona gətirməsi üçün həmin pulu götürməsini bildirmiş və Xeyransa həmin halları tam olaraq təsdiq etməklə pulu sayıb və 58 ədəd 100-lük ABŞ dolları və iki ədəd 50 manatlıq və iki ədəd 20 manatlıq olmasını təsdiq etməklə 10000 manatı götürmüşdür. 09 yanvar 2020-ci il tarixdə yenə eyni ilə onun iştirakı ilə lombardda olan ofisində 8400 ABŞ dolları və 5700 manat və 399 qram qızıl onun tərəfindən Xeyransaya verilmişdir. Həmin vaxtı lombardda masanın digər tərəfindən Nailə oturmaqla, həmin pulu Xeransanın götürməsini və 8400 ABŞ dollarının kursu onun tərəfindən hesablanmaqla onlara verildiyi və qızılın 15000 manat olaraq hesablandğı, Xeyransa və Nailənin səhər 399 qram qızıl gətirəcəklərini və həmçinin pulu da səhəri günün digər lombard qoymaqla qızıllarını gətirəcəklərini bildirdikləri videogörüntüdə əks olunmuşdur. Nailə isə əlavə olaraq pulunu bir qədər yubanmaqla axşam saat 09 radələrinə kimi gətirəcəklərini bildirmişdir. 25 yanvar 2020-ci il tarixdə eyni ilə lombardakı ofisində olan zaman Xeyransa masa önündə olmaqla, ondan pulu götürüb 15000 manat 100-lük əskinazları sayıb eyni üsulla qəbul etmişdir. Bundan başqa onun Xeyransa və Nailə ilə həmin məbləğlərə dair telefon danışıqları zamanı qeydə qaldığı danşıqlar da olmuşdur və həmin danışıqlar olan CD diskləri də o, istintaqa təqdim etmişdir. Xeyransa və Nailənin onun lombardında hər hansı qızıl olmamışdır, yalnız bir dəfə Nailə ona pay olaraq 27 qram qızıl vermişdir. O, Xeyransanın pulunu vaxtı vaxtında vermiş, sonuncuya və Nailəyə hər hansı bir verəcəyi olmamışdır. O cümlədən digər işçisi olan Sərxanın da aylıq məvaciblərini vaxtı-vaxtında vermişdir. Qeyd etdikləri ilə bağlı sübut olaraq CD diskləri istintaqa təqdim etmişdir. Lombardında qızılın qəbuluna dair qeydiyyat kitabı olur və həmin kitabı bir ildən sonra məhv edir. Lombardada quraşdırılmış nootebuk vasitəsi ilə siyahı üzrə qeydiyyatı Təqsirləndirilən şəxs3 kompyuterdə aparmış və Sərxan tərəfindən də qeydiyyatlar aparılmışdır. Kompüterdə olan məlumatlarıda bir ildən sonra məhv etmişdir. Girov biletlərinin surətlərini çıxarmaqla eyni nömrə altında tərtib olunmasına münasibət olaraq isə yalnız Atlasa verilmiş girov biletinin nömrəsi eyni olmasını və ordada texniki səhv olmuşdur. Nailə Xanmmədova o zaman onlar ər-arvad olmalarına görə, lombardında onun hər hansı girov biletlərini saxlanmamışdır. Təqsirləndirilən şəxs2nm onun lombardında 100000 manata yaxın qızılı olmuşdur və həmin qızılının bir hissəsini çıxarmış və onun lombardında 65000 manata yaxın qızılı qalmışdır. Həmin qızılla dair dair siyahı onun lombardında olmuşdur və həmin siyahını çıxarıb Təqsirləndirilən şəxs2 təklikdə vermişdir. Nailəyə məxsus həmin qızıllar onun lombardında bütün müştərilər kimi girov bileti əsasında qoyulmuş və sonra isə məxaric qəbzləri tərtib olunmaqla Nailənin özü tərəfindən çıxarılmış və qızılın çıxarılması zamanı 2-3 dəfə Nailənin yanında Sərvər, Natiq və Elvin olmuşdur. Həmin girov biletləri, onun qeydiyyat kitabında olmuşdur, lakin bir ildən sonra həmin kitablar onun tərəfindən ləğv olunmuşdur. Kompyuterdə də həmçinin Nailəyə dair qediyyatlar bir ildən sonra ləğv olunmuşdur. Nailənin onun lombardında qeyd etmiş olduğu dəyərdə olan qızılından başqa hər hanısısa miqdarda qızılı onda rəsmi və qeyri rəsmi olaraq olmamışdır və onun lolmbardına qoylumamışdır. Təqsirləndirilən şəxs2nm onun lombardında olan təxminən 65000 manata yaxın dəyərdə olan qızılı müqabilində yəni girov biletləri və qediyyat kitabında olan qeydlər əsasında onun işçisi Sərxan tərəfindən həmin siyahı hazırlanmış, həmin siyahı Nailəyə onun göstərişi ilə Sərxan tərəfindən çıxarılmaqla təklikdə təqdim olunmuşdur ki, Nailə həmin siyahı üzrə əsas və faiz borclarının bilmiş olsun və həmin yazılar bildiyinə görə Sərxan tərəfindən yazılmış və həmin siyahıda olan imza onun tərəfindən çəkilmişdir, digər imza Nailə tərəfindən ad soyadının qarşısında çəkilmişdir. Verilmiş qızılla bağlı “Qızılın çıxarılmasına etirazım yoxdur” sözü isə onun tərəfindən çıxarılmış siyahıda olmamışdır və sonradan orada qeyd olunmuşdur və siyahıda olan həmin möhür əksi ona məxsus olan lomardın möhürü olmuşdur. Ona təqdim olunmuş digər imzasız siyahı onun tərəfindən təqdim olunmamışdır. Məxaric qəbzinə münasibət olaraq bildirir ki, həmin məxaric qəbzinin onun lombardına hər hansı aidiyyəti olmamışdır. Həmin qəbzdən xəbəri yoxdur, qəbz Sərxan və ya onun tanıdığı hər hansı şəxs tərəfindən tərtib olunmamışdır. Ona görə orada olan məbləğlər və imzalar barədə bir söz deyə bilməz. Həmin qəbzdə olan yazılar və imzalar o və Sərxan tərəfindən icra olunmamışdır və lombardında ödənilib yazısı olan hər hansı möhür əks olunmamışdır. Ona görə həmin məxaric qəbzinin nə əsasla Nailəyə verilməsini və onun və digər şəxslərin həmin qəbzi hardan əldə etməsini bilməmişdir. Zərərçəkmiş şəxs8 onun lombardına aid olan iki ədəd girov biletinə münasibət olaraq bildirir ki, Atlas həmin dəyərdə, çəkidə və əyyarda olan qızılları lombardına qoymaqla pul götürmüş və həmin pulu və faizləri vaxtı-vaxtmda ödəməklə həmin qızılları onun lombardından çıxarmışdır. Həmin qızılın çıxarılması ilə əlaqədar olaraq ona məxaric qəbzləri tərtib olunaraq təqdim olunmuş və həmin girov biletlərinin originalı lombardına Atlas tərəfindən qaytarılmışdır. Atlasın əlində həmin girov biletlərinin orginal olsa onunla razılaşar. Atlasın əlində lombarda dair hər hansı sənədin originalı olmamış və həmin təqdim etmiş olduğu girov biletləri isə surət olmuşdur. Çünki qızıl çıxarılan zaman original girov biletləridə lombarda təhvil verilir. Atlasın əlində isə original hər hansı sənəd yoxdur. Bu isə Atlasın yalan danışmasını təsdiq edir və həmin girov biletləri Atlas tərəfindən çıxarılmış surətdir. O, Atlasın lombardına girov olaraq qoymuş olduğu qızılın girov biletini və ya məxaric qəbzini götürməmişdir. Elə bir hal olsaydı Atlas polisə şikayət edərdi. İşlətdiyi lombardın bayır reklamında heç bir zaman 2% sözü əks olunmamışdır. Zəminənin əksinə olaraq ona verəcəyi olmuşdur və sonuncu onun pulunu ödəməkdən yayınmış, hər dəfə bəhanələr etmişdir və özü ona pul verməli olduğu halda, özü lombarda gəlmədən Atlas onun qızılını götürmək üçün gəlmişdir. Lakin o, Atlasa Zəminin qızılının üç aydan artıq olar ki, faizi ödənmədiyindən batmasını və onun tərəfindən satılmasını bildirmişdir. Onun tərəfindən Zəminəyə hər hansı fiziki zor tətbiq olunmamış və sonuncunun hər hansı miqdarda qızılı onun tərəfindən zorla ələ keçirilməmişdir. Zəminən ona borcu olmuşdur. Zəminə özü ondan qızıl 10-luq qızıl gətirmək üçün 10000 manat pul almışdır sonra isə vədini yetinə yetirməmişdir. O isə onun barəsində qeyd edilən işlər ortaya düşməsinə görə hər hansı quruma şikayət etməmiş və dəfələrlə ona zəng edib pulunu tələb etmişdir. Onun Atlas və Zəminə ilə hər hansı düşmənçiliyi və ədavəti olmamışdır və onların nə səbəbə onun barəsində düzgün olmayan ifadə vermələrini bilmir. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə onun lombardına 2019-cu ilin təxminən yay aylarında gəlmişlər və ilk dəfə həmin şəxsi o, lombardında həmin vaxtı görmüşdür. Bulud Nailə və Zakirin yanında ona briliant qızıl üzük və sırğa dəsti təqdim etmiş, o, həmin qızdı qiymətləndirmişdir. O həmin qızılı 5000 manat dəyərində qiymətləndirmiş, Bulud isə həmin qızılı 50000 manata satış üçün dəyərləndirmişdir. Həmin qızılın biriliant qaşında 2 çat olmasına görə heç həmin qızıla 5000 manat verilməsinin mümkün olmadığını bildirmişdir. Həmin əsnada o, Zakiri tanımışdır. O orada Nailənin Zakirə də borcu olmasını bilmişdir. Həmin borc bildiyinə görə 60000 manat olmuş, lakin borcun necə və hansı şəraitdə yaranmasını bilməmişdir. Zakir ondan həmin vaxtı Nailənin onun lombardında qızılı olub olmasını xəbər almış və o, Zakirə Nailənin lombardında 650000 manat dəyərində qızılı olmasını təsdiq etmiş və Nailənin iştirakı olmadan həmin pul ona ödəmiş olmuş olsa belə qızılın çıxarılmasının mümkünsüz olmasım ona bildirmişdir. Bundan sonra Zakir onun lombardını tərk etmişdir. Sonra Nailə həmin 65000 manat dəyərində olan qızılını 2-3 dəfəyə Natiq, Sərvər və Elvin iştirakı ilə lombardından çıxarmışdır. Zakir onun lombardında ona Nailənin qızıllarının çıxarılması üçün hər hansı miqdarda pul verməyib və ona Nailənin lombardımda qeyd edilən dəyərdə artıq qızılı olmasını barədə söz verməmiş və Zakir onun lombardında Nailə və adları çəkilən şəxslərin və ya hər hansı başqa şəxsin iştirakı ilə 115000 manat və ya hər hansı miqdarda pul sayıb onun masasının üzərinə qoymamış və həmin pulu götürməmişdir. Zakir ona həmin pulu veməsi ilə bağlı hər hansı faktı olmamışdır. Zakir ondan yalnız Nailənin lombardında qızılı olub-olmmamasını xəbər almışdır. O isə Nailənin qızılı olmasını təsdiq etmişdir. Zakir sonradan belə onunla hər hansı telefon əlaqəsi saxlamamış onun lombardına gəlməmiş və onunla mübahisə etməmişdir. Zakirin ondan ümumiyyətlə hər hansı tələbi olmamışdır. Bir dəfə Sərvər və Zakirin «Zeytun bağı» restoranında olan söhbətlərində iştirak etmişdir. Nailədə onu ora dəvət etmişdir ki, bəs onlar dava edər gəlin kömək edin və həmin yer onun ofisinə yaxın olmasına görə həmin ünvana getmişdir. Söhbətin onun özünə aidiyyəti olmamışdır. O zaman Zakir Sərvərdən pul tələb etmişdir. Zakirlə başqa hər hansı görüşü və əlaqəsi olmamışdır. Onların arasında 140000 manatlıq və ya 25000 manatlıq qızıl söhbəti olmamış və ya Nailənin 25000 manat yerdə qalan pulu ödəməməsi ilə bağlı söhbətlər olmamışdır. Nailə, Sərvər, Elçin, Natiq və digər şəxslər bir adam olduqlarına görə Zakirin göstərdiklərini təsdiq etmişlər. Atlas isə onunla Zakir arasında olan hər hansı mübahisəni görməmişlər və onlar qeyri rəsmi olaraq yaxın olmuşlar. Onlarla əvvəllər hər hansı ədavət düşmənçiliyi olmamışdır. Nailənin onun lombardında cəmi 100000 manatılıq qızıl olmuş, həmin qızılın bir hissəsini çıxarmış və 65000 manatlıq qalmış qızılını isə Sərvər, Natiq və Elvin iştirakı ilə 2-3 dəfəyə Nailə lombardına gəlib çıxarmışlar. Nailənin çıxarmış olduğu qızılıın guya onun lombardında olan başqa hər hansı qızılı ilə əvəzləşməsi olmamış və məbləğ şişirməmişdir. Nailənin onun anası Məlahətdə hər hansı miqdarda qızılı olmamışdır və onun bütün qızılları onun lombarmda olmuş və anası Nailədən onun əvəzinə pul tələb etmişdir. O, həmin şəxsləri heç bir zaman ofisində hədələməmiş və özünü yuxarı dairəli şəxslərin yaxım olaraq təqdim etməmişdir. Natiq və Elvin onun lombardında ona Nailənin qızılları və guya anasına verilmiş qızılla əvəzləşdirilmiş pulu verməmişlər. Belə ki, onun Saatlıda xalası yoxdur. Nailənin yalnız lombardında olmuş 25000 manatlıq qızılında yubanma olmuş və o isə onun hüzür mərasiminə getməsi ilə əlaqədar olaraq vaxtı olmadığından verə bilməmişdir. Səhəri günü o, həmin qızılı Nailəyə vermiş və səhf etmirsə sonuncu Sərvərlə birlikdə gəlib götürmüşdür. O, qızılı bankda deyil, özündə saxlamış, ona görə banka lüzum olmamış, yalan danışmamışdır. O, Türkiyədə olan hər hansı şəxsin səsini qızılla bağlı onlara dinlətməmiş və onların qeyd edilən məzmunda söhbəti olmamışdır. Həmçinin Azərbaycana qızıl Türkiyədən gəlir və burdan Türkiyəyə qızıl göndərilməsinə lüzum olmamışdır. Zərərçəkmiş şəxs2 və adları çəkilən şəxslər onun lombardına gələn zaman Zərərçəkmiş şəxs4 orada olmamışdır. O, Zakiri cəmi iki dəfə görmüş və bunu da yuxarıda yuxarıda qeyd etmişdir. O, lombardında həmin şəxsləri söyüb təhqir etməmiş və belə olmuş olsaydı onlar onun barəsində polisə niyə şikayət eedərdilər. Güya onun yuxarı dairəli şəxslərlə əlaqəsi olması və «dədə Mamed»lə bağlı onun barəsində deyilən hallar tam olaraq yalandır. Abşeron rayonunda onun qeyri yaşayış və yaşayış sahələri olmuşdur. Nailə həmin yeri ondan qeyd edilən şəxslərin, yəni Sərvərin qardaşı Natiqin ət işi ilə məşğul olmasına görə icarəyə istəmişdir. Həmin vaxtı onunla qeyri yaşayış sahəsi ilə bağlı söhbəti olmuşdur. Sonradan isə o, Natiq Sərvərə və Elvinə həmin yeri göstərəndə satış məqsədi ilə onlara göstərmişdir. Onlarla həmin qeyri yaşayış sahəsini guya Nailənin onun lomardında olan qızılarına görə ödəmiş olduqları pulun əvəzinə təklif etmiş olduğu barədə dedikləri yalandır. Belə ki, o, belə bir təklif etmiş olsaydı, belə olan halda onların niyə həmin qeyri yaşayış sahəsini götürmədiləri sual doğurur. Göstərilən ünvanda 2-ci mərtbədə onun yaşayış sahəsi olmuşdur. Həmin mənzil onun tərəfindən satılmışdır. Avtomobilləri isə o, Nailənin həmin şəxslərə verməsini bildirməsindən sonra təklif etmiş və Nailə həmin avtomobillərin pulunu özünün ödəyəcəyini bildirmişdir. Nailə də alacaqları olmasına görə həmin hərəkətləri etmişdir. Nailənin ona borcu olduğu halda, sonuncuya təkrar borc verməsini sonuncudan pullarını almaq üçün etmişdir ki, ondan pullarını alsın və daha sonra isə girovda olan avtomobilin pulunu da ona ödətdirsin. Nailə onun lombardında olan son 65000 manatlıq qızılını 2019-cu ilin yay ayında çıxarmışdır. Nailənin ona borcu olmamış və həmin ilin sentyabr oktyabr ayından sonra Nailə ondan lombardında bir dəfəyə 100000 manat pul almışdır ki, bəs digər lombardda olan qızıllarım çıxarıb onun lombardıma yerləşdirsin və Nailə 2020-ci ilin yanvar ayına kimi ondan cəmi 180000 manat pul götürmüşdür ki, bəs digər lombardlarda olan qızıllarını çıxarıb onun lombardına qoyacaqdır. Həmin 180000 manatla bağlı ondan hər hansı quruma şikayət etməmişdir. Onun şikayəti yalnız 2020-ci ilin yanvar ayında ondan almış olduğu pullarla bağlı olmuşdur. Nailə 65000 manatdan sonra onun lombardına hər hansı qızıl gətirməmiş, onun lombardına hər hansı qızıl faizi olmamış, o ondan başqa lombardlardan qızıl çıxarmaq üçün pul almamışdır. Sabunçu rayonu Zabrat yolunda onun hər hansı evi olmamış və onun tərəfindən Sərvərə və ya qeyri hər hansı şəxsə təklif olunmamışdır. Bakı BPİdə istintaqa vermiş olduğu izahatında Xeyransa və Nailənin lombardında hər hansı qızıl olmadığını yalnız bir dəfə Nailənin ona pay olaraq 27 qram qızıl verməsini bildirmişdir. Faktiki olaraq Nailənin onun lombardında 100000 manatdan artıq qızılı olmuşdur. Nailənin isə onun barəsində 550000 manata dair şikayətindən sonra isə onun barəsində nə səbəbə özünün şikayət etməməsi ilə bağlı bildirir ki, Nailənin guya ona pulu ödəyəcəyinə dair vəd verməsinə görə sonuncunun barəsində şikayətçi olmamışdır. Onun 148000 manat pulu və qızıllarını Nailə ələ keçirmiş və ona 100000 verəcəyi qalmışdır. 2019-cu ilin sentyabr-noyabr ayında Nailə onun 166 qram qızılını əl keçirmişdir. Avtomobili isə o Nailənin sözü ilə Sərvərə vermişdir. Belə ki, Nailə ona Sərvərə verəcəyi olmasını bildirmiş və həmin avtomobilin pulunu ona digər verəcəkləri ilə birlikdə vercəyini bildirmiş və oda ona inanıb həmin avtomobili Sərvərin tanışının adına sənədləşdirmişdir. Avtomobil isə faktiki olaraq ona məxsus olmuşdur. Həmin ərəfədə Nailə ona hər hansı miqdarda pul verməmişdir. Nailə ona 285000 manat və ya ona yaxın miqdarda və o cümlədən hər hansı miqdarda pulu ona verməmişdir. O Nailədən hər dəfə pulunu tələb etmşdir. Nailə ona borclu oldğu halda ona təkrar inanmaqla «Mercedes- Benz» markalı **-HJ-*** dövlət qediyyat nişanlı avtomobili 20000 manata qiymətləndirib Nailəyə vermişdir. Nailə qarşısında hər hansı öhdəliyi və məcburiyyəti olmadan həmin hərəkəti etmişdir. Nailəyə təkrar olaraq inanmışdır ki, onu yenə də pis vəziyyətdə qoymaz. Nailənin sözü ilə həmin avtomobili Sərvərə vermiş və Nailənin Sərvərədən almış olduğu pulu da ona verdiyi barədə dedikləri yalandır. Zərərçəkmiş şəxs9 istintaqa təqdim etdiyi CD diskdə olan danışıqlarla bağlı bildirir ki, Nailə ilə telefonla danışan zaman sonuncunun külli miqdarda qızılın ona məxsus lombarda olması və onun qızıl və pulunun onun tərəfinindən ələ keçirilməsi və öz tanışlarına aid olan pulun onun lombardda olması ilə bağlı dedikləri yalandır. Zərərçəkmiş şəxs5 ona iki dəfəyə əlbə əl olmaqla qızılın çıxarılması üçün təxminən 99000 manatdan pul verməsini bildirməsi ilə bağlı bildirir ki, Elvin, Sərvər, Natiq və Nailənin ona cəmi 65000 manat pul ödəməklə üç dəfəyə həmin qızlları çıxarmışlar və sonra hər hansı miqdarda pulu ona ödəməmişlər. Zərərçəkmiş şəxs1 İnqlab oğlunun istintaqa təqdim olunmuş CD diskdə onunla Nailənin telefon danışıqları ilə bağlı, Nailənin Buluddan pul almaq üçün gedən zaman onunla əlbr olması və ona 5000 pul verməsi, pulu olmadığı üçün Nailənin Buluda qızıl aparıb göstərməsi və həmin qızılı Nailənin sonra özünə qaytarmaqla sonuncu ilə əlbir olub Buludu aldatmaqda istifadə etməsi, guya Nailənin Buldun vermiş olduğu pulla həmin qızılları çıxarması, Nailənin Buluddan 50000-60000 pul götürüb həmin pulun 30000-40000 manatı ona verəcəyi və yerdə qalan 20000 manata isə qızılları çıxarması, Nailənin Buludu onun vermiş olduğu qızılla aldadaraq yenə pul almaq üçün getməsini bildiyi, falçı vasitəsi ilə Bulud və sonuncunun qohumları tərəfindən Nailəyə qarşı hər hansı xətər olmayacağı barədə sonuncunu arxayın etməsi ilə bağlı bildirir ki, onun yalnız Nailə tərəfindən pulunun verilməsi marağı olmuşdur. Nailə ilə arasında olan söhbət zamanı sonuncunun Buluddan 70000 manat faizsiz pul almasını təsdiq etmişdir, lakin Nailə tərəfindən Buluddan pul alınıb ona verilməmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim olunmaqla «Təqsirləndirilən şəxs2» başlığı altında olan imzalı, 65800 manat və faiz 3295 olan siyahı və «Təqsirləndirilən şəxs2» başlığı altında olan, imzasız 433000 manat və faiz 21650 manat qeyd edilmiş siyahı ilə bağlı bildirir ki, ona təqdim olunmuş həmin siyahılardan imzalı siyahını onun göstərişi ilə Şahid7 Təqsirləndirilən şəxs2 onların lombardında olan qızıllarını çıxarmaq istəyən zaman onunu göstərişi ilə çıxarıb vermişdir. Həmin siyahı ofisdə olan kompüterdə ofsin printerində çap etməklə Təqsirləndirilən şəxs2 verilmişdir. Həmin siyahıda olan «Məsul şəxs» qrafası qarşısında olan “Təqsirləndirilən şəxs1İ” və onun qarşısında olan tarix qrafasındakı “09.07.19” yazısı və «vətəndaş» qrafası qarşısında olan “Təqsirləndirilən şəxs2R” və onun qarşısında olan «tarix» qrafasındakı “09.07.2019” yazısını Şahid7 yazmışdır. Həmin yazılar qarşısında olan imzaların kim tərəfindən çəkilməsini bilmir. Onun özü həmin siyahıda öz soyadı və adı qarşısında imza etməmişdir. «Qızılın çıxarılmasına etirazım yoxdur» sözünün kim tərəfindən yazılmasını da bilmir. Digər imzasız siyahıdan onun xəbəri olmamış və Təqsirləndirilən şəxs2 həmin imzasız siyahıda qeyd olunan qızılları onların lombardında olmamışdır. Həmin siyahı onlar tərəfindən lombardındakı kompüter və printerdən çıxarılmamışdır. Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim olunmuş, «Ə/Borc:» qrafasında olan “130000 AZN”, «F/Borcu» qrafasında olan "6500 AZN” yazısı olan “Məxaric Qəbzi №”-nə bağlı bildirir ki, onun həmin məxaric qəbzindən xəbəri yoxdur və orada olan hərfi və rəqəmli yazıların kim tərəfindən yazılması və kimlər tərəfindən imza olunması ona məlum deyil. Zərərçəkmiş şəxs8 tərəfindən istimntaqa təqdim olunmuş 20.03.2019-cu il tarixli 000086 nömrəli girov bileti, 24.03.2019-cu il tarixli 000086 nömrəli girov bileti, 28.02.2019-cu il tarixli 000087 nömrəli Zərərçəkmiş şəxs7 adına olan girov bileti, 27.03.2019-cu il tarixli 000086 nömrəli girov biletləri ilə bağlı bildirir ki, həmin girov biletləri onların lombardında tərtib olunmuş, həmin biletlər üzrə qızıl əşyaları girov olaraq qoyulmaqla pullar götürülmüş, həmin girov biletləri onların lombardına aid olduğundan lombardın möhürü ilə təsdiq olunmuşdur. Sonradan həmin girov biletlərindən olan Zərərçəkmiş şəxs8 adına olan qızıllar pulun ödənməsi şərti ilə qızılı özünə təhvil verilmiş, Zəminənin qızılı isə faizlərini ödənmədiyinə görə lombarda batmışdır. Batmış qızılların isə sənədin əsli vətəndaşda qalır. Girov bileti üzrə ödəniş olduğu halda qızılın çıxarılma proseduru ilə bağlı bildirmək istəyir ki, pul ödənildikdə buna dair ödəmə qəbzi tərtib olunur, lombardın məsul şəxsi və müştəri tərəfindən imzalanır və qızıl müştəriyə təhvil verilir və müştəri qızılını girov qoyan zaman ona verilmiş girov biletinin əslini isə lombarda təhvil verir. Atlasda da eyni ilə olmuşdur. Atlas isə qızılını götürsə də, onlara girov biletini gətirəcəyinə dair söz versə də, həmin girov biletini gətirməmişdir. Belə ki, Atlas 5-6 dəfə öz adına olmaq şərti ilə onların lombardına qızıl qoyub çıxarmışdır və Sərxanın Atlasa inamı olmasına görə sonuncu ona lombarda girov qoyduğu qızılı çıxaran zaman ona inanıb girov biletini təhvil almamış və sonra Atlas həmin bileti gətirib onlara təhvil verməmişdir. Zərərçəkmiş şəxs8nm göstərilənlərdən başqa hansı tarixlərdə lombardına adına qızıl qoymaqla pul götürməsi ilə bağlı bildirir ki, bununla bağlı qeydiyyat Sərxan tərəfindən təqdim oluna bilər. Atlas Təqsirləndirilən şəxs2 ilə rəfiqə olmasına görə onun barəsində şikayət etmişdir. Nailə özünü zəhərləməklə öldürmə həddinə çatmış və taksikologiyaya müraciət etmiş, lakin onun nə səbəb görə həmin xəstəxanaya düşməsini bilməmişdir. Qeyd etdiyi kimi 2019-cu ildə Zərərçəkmiş şəxs1 Nailə ilə onun lombardına gəlmişlər və ona bir qızıl dəsti təqdim etmişlər və ona qiymətləndirməyi bildirmişlər. O, qızılla tanış olmuş və həmin qızılın dəyərinin 5000 manat olmasını Nailəyə demişdir. Çünki, həmin qızılda çat olmuşdur və həmin qızılı o, özlərinə qaytarmışdır. Bir müddətdən sonra Nailə ona zəng edərək onun barəsində Zərərçəkmiş şəxs1 tərəfindən Abşeron RPİ-nə şikayət olunduğunu bildirmişdir. O, nə məsələ olmasını xəbər almış Nailə isə ona Abşeron RPİ-nə gəlməsini, orada ona deyəcəyini və oraya gəlməsini xahiş etmişdir. O, da, tanışı Zamirlə birlikdə həmin idarəyə getmişdir. Orada ona məlum olmuşdur ki, X66 borcludur. Belə ki, Nailə ona həmin vaxta kimi Buludun qızının evini satdırmasını bildirmişdir. Həm də ona məlum olmuşdur ki, ona göstərdikləri qızılı Nailə satmış və pulunu verməmişdir. Nailə Zamirdən xahiş etmişdir ki, zamin dursun və Zamir də, Nailəyə görə zamin durmuşdur. 2019-cu ildə Zərərçəkmiş şəxs1 onun ofisinə yaxınlaşmış və bildirmişdir ki, onunla hər hansı ədavət düşmənçiliyi yoxdur. X24 onun qohumlarının ona qızıl çıxarmaq üçün pul verdiklərini dediyini bildirrək, həmin qızıl və pulun onda olmasını bildirmişdir. O, isə Buluda onun qohumlarının təxminən 65000 manatdan yuxarı məbləğdə olan qızılları ayrı-ayrı vaxtlardan 2-3 dəfəyə çıxardıqlarını bildirmişdir. Həmçinin onun özünün Nailəyə deyil, Nailənin ona borclu olmasını bildirmişdir. Nailə ondan satışda olan obyektləri və evləri, kirayə evi olub-olmamasını xəbər almışdır. O, isə belə bir evi və obyekti olmasını ona bildirmişdir. Nailə ondan həmin obyekti hansı qiymətə verə biləcəyini xəbər almışdır. Nailəyə o, həmin obyekti 85000 manata təklif etmiş, Nailə həmin obyekti baha qiymətə sata biləcəyini bildirmiş. Sonra Nailə ona zəng edərək Sərvər və Elvinin onun Abşeronda olan obyektinin qarşısında olmasını bildirmiş və onu da həmin ünvana çağırmışlar. O, da, həmin ünvana getmişdir. O zaman Sərvərin yanında əvvəllər tanımadığı, sonradan adını bildiyi Elvin orada olmuşdur. Həmin vaxtı o, Sərvəri də ilk dəfə həmin obyektdə görmüşdür. Bu 2019-cu ilin yay aylarında olmuşdur və o vaxta kimi o, Sərvəri görməmişdir. Ona qədər hələ BPİ-nə şikayət olmamışdır. Sərvər və Elvin Nailənin iştirakı ilə onun 120 kv. metr sahəsi olan qeyri yaşayış sahəsi ilə tanış olmuşlar və onlar sonra bir söz deyəcəklərini bildirmişlər. O, onlara obyektlərin ona məxsus olmasını bildirmişdir. Onlar obyekt ilə tanış olan zaman onun Abşeronda olan yeni tikilidə işləyən ustası tərəfindən zəng olmuşdur ki, material sifariş etmək istəyir. O, da, həmin vaxtı Sərvərə və Elvinə bildirmişdir ki, onun satışda başqa evi vardır və onlara həmin evə birlikdə gedib baxmağı təklif etmişdir. Onlar onunla birlikdə həmin ünvana getmişlər və evə Nailənin iştirakı ilə baxmışlar. Sonra o, evin qiymətini onlara 90000 manat təklif etmişdir. Elvin və Sərvər yenə ona bir söz deyəcəklərini bildirmişlər, lakin sonra onlardan xəbər olmamışdır. BPİ-nə onun barəsində olunmuş şikayətlə bağlı göstərə bilər ki, o zaman təhqiqat şöbəsindən ona zəng gəlmiş və o, BPİ-nə getmiş və şikayətçilərinin gəlməsini tələb etmişdir. Sonra material istintaqa verilmiş və material üzrə araşdırma ləğv olunmuşdur. Həmin ərəfədə yəni araşdırma müddətində onun Zərərçəkmiş şəxs1lə hər hansı telefon əlaqəsi və görüşü olmamışdır. Material rədd olunandan sonra Zərərçəkmiş şəxs1 Nailə ilə birlikdə onun ofisə yaxınlaşmışlar. O, X25 borclu olmasını, onun Nailəyə borcu olmadığını bildirmişdir. Bulud da, bildirmişdir ki, “Nailə deyir belə sən deyirsən belə, özünüz öz aranızda araşdırın. Mən Nailə ilə yaşayıram, münasibətimiz olmasım səndə bil. Başqa mənada Nailəni narahat etmə”. Həmin söhbətdən sonra o, Zərərçəkmiş şəxs1 bankda müxtəlif şəxslərin adına olan ilk ödənişi 20000-30000 ABŞ dolları olmuş avtomobilləri təklif etmişdir. Həmin avtomobillər onun və lombardın girovu olmamışdır. Həmin maşınlardan da imtina olunmuşdur. Bulud tərəfindən istintaqa təqdim olunmaqla Nailə ilə onun arasında olan səs yazıları ilə bağlı bildirmək iştəyir ki, danışıq zaman o, Nailəyə bildirmişdir ki, “mən camaatdan qızıl götürmüşəm, sənə vermişəm gətir qızılın pulunu ver.” Onun üçün Nailənin hansı yolla qızıl aparıb pul gətirməsi maraqlı olmamışdır. Onun iş üzrə keçən zərərçəkmiş şəxslərin şər-hansı birini aldadaraq onların pulun ələ keçirmək niyəəti olmamış və heç kəsi aldadaraq onların pulunu və ya qızılını ələ keçirməmişdir. Buna görə də ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü təqsirli hesab etmir. İş üzrə istintaq zamanı ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır və ona qarşı irəli sürülmüş ittihamlda bağlı iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrini bir daha təsdiq edir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs1 ona qarşı irəli sürmüş olduqları iddai tələblərini qəbul etmir və həmin şəxslərdən o, hər-hansı məbləğdə pul almamış və yaxud qızıl qəbul etməmişdir. Belə hesab edir ki, həmin şəxslərimn ona qarşı irəli sürmüş olduqları iddia tələblərinin heç bir qanuni əsası yoxdur. Onunla Təqsirləndirilən şəxs2 və yaxud Təqsirləndirilən şəxs3 arasında hər-hansı bir şəxsin pulunu və yaxud qızıllarını ələ keçirmək barədə heç bir söhbət və ya razılaşma olmamışdır. Belə hesab edir ki, bununla bağlı ona tam əsassız olaraq ittiham irəli sürülmüşdür. O, Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadələrini təsdiq etmir. Xeyransa Nailənin yaxın rəfiqəsidir və onun bildiyinə görə Xeyransa özü Nailə ilə birlikdə Ağcabədi rayonuna gedib-gələrək Bulud Quliyevi şərikli iş görəcəkləri adı ilə aldadaraq sonuncunun pullarını ələ keçirmişlər. Sonra isə Bulud Quliyevin pullarını qaytara bilmədiklərinə görə sonuncunu və yaxın qohumlarını ona qarşı yönəltmişlər ki, güya onlardan aldıqları pulları ona vermişlər. O, Xyeransanı uzun müddət ibirlikdə işlədikləri lombardından işdən qovub çıxartdığına görə ona qarşı qərəzli mövqe tutmuşdur. Bir daha bildirir ki, iş üzrə həmçinin zərərçəkmiş şəxs kimi keçən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 o, hər-hansı məbləğdə pul almamış və həmin şəxslər Təqsirləndirilən şəxs2 məxsus qızılların çıxarılması adı ilə və yaxud məqsədlə ona hər-hansı məbləğdə pul verməmişlər. Belə hesab edir ki, həmin şəxslər Təqsirləndirilən şəxs2 vermiş olduqları pulları ondan ala bilmədiklərinə görə öz aralarında razılaşaraq güya ki, ona pul verdiklərini bildirmişlər. Qeyd etdiyi kimi, həmin şəxslər də ona hərhansı bir məbləğdə pul verməmiş və bununla bağlı heç bir rəsmi sənədi istintaqa təqdim edə bilməmişlər. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 ilə onun lombarda işləməsi ilə bağlı bir müddət əməkdaşlağı olmuş, lakin onlara da onun heç bir pul və yaxud qızıl borcu yoxdur. Ona qarşı irəli sürülmüş ittihamla bağlı o, özünü heç bir epizod üzrə təqsirli bilmir. Lakin, buna baxmayaraq ona aid hissədə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini təmin etmişdir. İşə düzgün baxılıb ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəldərini təsdiq edir. Bildirmək istəyir ki, 15 oktyabr 2018-ci il tarixdə o, rəfiqəsinin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşməklə Təqsirləndirilən şəxs1 məxsus olan lombardda operator olaraq işə qəbul olunmuş və onların arasında hər hansı müqavilə bağlanmamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və onların arasında hər hansı ədavət və düşmənçilik yoxdur. O, həmin lombarda işə qəbul olan zaman həmin lombardda ondan başqa Təqsirləndirilən şəxs1 qohumu kimi bildiyi Şahid7 operator vəziəfəsində işləmiş və demək olar ki, günün bütün saatalarında lombardda olmuşdur. Təqsirləndirilən şəxs1 bütün işləri Sərxan tərəfindən aparılmışdır. Belə ki, lombarda gələn qızıllar Şahid7 tərəfindən qiymətləndirilərək yoxlandıqdan sonra ona veridmiş və o, həmin qızılları qeydə almaqla onların fotoşəkillərini kserokopiya aparatından keçirmiş və sonra həmin kağızın üzərində müvafiq olaraq qeydlər apararaq bunları lombardda olan kompyuterə qeyd etmişdir. Lombard hər gün səhər saat 09 radələrində Sərxan tərəfindən açılmış, axşam saat 19 radələrində, bəzi hallarda isə 20 radələrində bağlanmışdır. Axşam saatlarında lombardı Şahid7 özü bağlamışdır. Təqsirləndirilən şəxs1 isə hər gün saat 10-12 radələri arasında işə gələrək işin gedişatı ilə maraqlanmışdır. Lombardın fəaliyyət göstərməsi üçün işin təşkil belə olmuşdur. Belə ki, vətəndaş, yəni müştəri özünə aid olan qızılı lombarda gətirən zaman Sərxan tərəfindən həmin şəxsə aid olan şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etmiş olduğu qızıl yoxlanılmış və qiymətləndirilmişdir. Həmin qızıl ona təqdim olunan zaman ona qızılın kserosurətini çıxarıb həmin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb qızılı fotoşəkili olan surətə tikmiş və bundan sonra onun tərəfindən qızılı girov qoyulmasına dair girov bileti tərtib olunmuşdur. Həmin girov biletində girovun qoyulma tarixi, qoyulmuş qızılların növü, əyarı, çəkisi göstərilirdi və bunun müqabilində vətəndaşa verilmiş pulun miqdarı tam olaraq göstərilməklə həmin qəbzdə müştəri və Sərxan tərəfindən imzalanırdı. Həmin girov biletinin bir müştəridə, bir surəti lombardda qalırdı. Həmin girov biletlərini o, Şahid7 verirdi və həmin girov biletini ona demək olar ki, eyni nömrə altında kserosurətini çıxarıb eyni girov bileti nömrəsi altında tərtib edir və vətəndaşlara həmin kserosurət girov biletinin surətini verirdi. Demək olar ki, çox nadir hallarda orginal girov bileti fərqli nömrə ilə gələn müştərilərə verilirdi. İşin bu formada təşkili Təqsirləndirilən şəxs1 tərəfindən edilmişdir. Həmin qızılların hər hansı birinin o, bir dəfə olsun ki hər hansı banka qoyulmasını görməmişdir. Həmin qızılları Sərxanın Aqillə birlikdə nə edirdisə o, bilməmişdir. Vətəndaş pulu ödəyib qızılı istəyən zaman həmin qızılları Sərxan şəxsi taksilər vasitəsi ilə gətizdirmişdir, lakin onların əsas taksilərinin kim olmasını bilməyib. Onda olan məlumata görə taksi srücüsü Sərxanın qonşusu olmuşdur. Əksər hallarda isə müştəri pul ödədikdən bir gün sonra Sərxan özü işə gələn zaman həmin qızılları götrüb işə gəlmişdir. Belə ki, onlar hər hansı bankla işləməmiş və o, onların bir dəfə olsun ki, hər hansı banka zəng etmələrini görməmişdir və onların da banka girov olaraq qızıl qoymasına dair bir dəfə olsun ki, müqavilə görməmişdir. Belə ki, həmin girov biletlərini Sərxan özünə aid olan şkafın siyirtməsində saxlamışdır. Onun özünün aylıq maaşı əvvəllər 400 manat olmuş, daha sonra isə 600 manat olmuşdur. 2019-ci ilin təxminən fevral-mart aylarında Təranə adlı, lombardan müştəri olaraq tanıdığı qadın lombarda gələrək Aqil və Sərxana onun iştirakı ilə bildirmişdir ki, bir nəfər Nailə Xanməmədova adlı qadın vardır və həmçinin həmin qadının qızıl işi ilə məşğul olmasını, yəni qızıl alqı-satqı və lombarda qızıl qoyub çıxarmaq kimi işlər görməsini. həmin qadının ona yaxın qadın olmasını və əlində kifayət qədər vəsait olmasını, həmin qadınla onlarla tanış etmək istədiyini və birgə fəaliyyət göstərmələrini bildirmişdir. Təranə Təqsirləndirilən şəxs2 istifadəsində olan xatırlamadığı nömrəni Təqsirləndirilən şəxs1 vermişdir ki, həmin qadına zəng edib müştərək fəaliyyət barədə danışıb razılıq əldə etsinlər. Təranə sonra lombardı tərk etmiş və onun iştirakı ilə Aqil də, bir neçə dəfə Təqsirləndirilən şəxs2 zəng etmişdir ki, onun nömrəsini ona bir nəfər vermişdir. Lakin, həmin nömrənin Təranə tərəfindən verilməsi barədə bir söz deməmişdir. Çünki, Təranə onun iştirakı ilə Nailə barəsində Aqilə və Sərxan danışan zaman onlara bildirmişdir ki, nömrəsinin onun tərəfindən verilməsi barədə bəir söz deməsinlər və ona görə Aqil eyni ilə etmiş və Nailə ona etiraz edən zaman, hətta onu bir neçə dəfə söhbət etmək üçün lomabarda dəvət etmişdir. Artıq bir neçə zəngdən sonra o, belə başa düşmüşdür ki, Nailə lombarda gəlmək barədə razılıq vermişdir. Belə ki, Aqillə həmin iş prinsipini tam olaraq lombard qaydalarına uyğun olaraq lombarda qızıl qoyan müştərilərin sayını çoxaltmaq aylıq faizlərini götürmək olmuşdur. Nailə təxminən 2019-cu ilin fevral mart aylarında özü tək olaraq lombarda gəlmiş və o, hiss etmişdir ki, Təqsirləndirilən şəxs1 onu ilk dəfə görür. O, da, Təqsirləndirilən şəxs2 ilk dəfə həmin vaxtı lombardda görmüş və həmin vaxta kimi onunla hər hansı tanışlığı olmamışdır. Belə ki, həmin vaxtdan etibarən Nailə artıq lombarda qızıllar gətirmiş və yenə eyni qaydada o, işdə olan zaman rəsmiləşmə aparılaraq Nailəyə pul verilmişdir. Hətta elə hallar olmuşdur ki, Nailə bir gündə iki dəfə lombarda qızıl gətirib qoymaqla pul götürmüş və yenə prosedur sənədləşmə aparılmış və hətta Nailə tərəfindən girov biletləri götürülməmişdir. Bundan başqa hətta onun özü işdə olmayan vaxtlarda belə, Nailənin bir neçə dəfə lombarda qızıl gətirməsini və eyni ilə Şahid7 tərəfindən həmin qızılları qəbul olunmaqla yoxlanması həyata keçirilmiş və müqavilədə qeydlər aparılmışdır. Belə ki, səhəri günü o, həmin qeydlər əsasında kompyuterə həmin qeydləri aparmış və kompüterdə lombarda faylda exseldə yaradılımış qrafada həmin qeydlər aparmışdır. Mütləq olaraq bütün hallar onun tərəfindən həmin kompüterdə işlənmişdir. Onun özü işdə olmasa belə, səhəri gün Sərxan ona məlumat verərək qeydləri təqdim etmiş və o, kompyuterdə qeydləri aparmışdır. Həmin kompüterdə olan qeydlərdə qızılın girov biletində olan rekvizitləri, yəni girov biletinin nömrəsi, müştərinin adı, soyadı, atasının adı, qızıllın dəyəri, əyarı, faizi və götürdüyü pulun miqdarı və həmçinin aylıq ödəniş, yəni faizi əks olunmuşdur. Girov biletində olan bütün rekvizitlər həmin komyuterdə tam olaraq əks olunmuşdur. Həmin kompyuter səhf etmirsə «HP» markalı notebook olmuşdur. Belə ki, lombardda bütün işlər tam olaraq qaydalara uyğun davam edirilmişdir. Hər bir müştərinin girov biletində olan məbləğ və qızıllar tam olaraq vətəndaşlar pulu ödəyən zaman onun özünə qaytarılmışdır. Təxminən bir neçə aydan sonra Təqsirləndirilən şəxs1 Nailə ilə yaxın münasibətləri başlamışdır. Belə ki, Aqil artıq tez-tez Nailəni ofisə, daha sonra isə bağa dəvət etmiş və hətta dostunun dayısı bağ evinə dəvət etmişdir. Daha sonra isə onda olan məlumata görə onlar birlikdə yaşamağa başlamışlar və o, bilmişdir ki, onlar ilk öncə Aqilin Masazırda olan evində, sonra «Əcəmi»də kirayə ev tutub yaşamışlar. Həmin evin kirayə pulun kimi tərəfindən ödənməsini o, bilmir. Bundan sonra yenə lombardda olan qeydiyyat tam olaraq aparılırmışdır. İşdən kənar isə onlar arasında nə baş verməsini o, bilməmişdir. Sonradan o, işdə olan zaman Aqil və Nailənin demələrindən bilmişdir ki, onlar arasında pul söhbətində dava-dalaş olmuşdur və Aqil Nailəni bir neçə dəfə döymüşdür. O, Aqilin Nailədən əsassız olaraq pul istəməsini eşitmiş, yəni belə başa düşmüşdür ki, Nailənin Aqilə borcu olmadığı halda, sonuncu ondan pul tələb edirmiş. Təxminən 2019- cu ilin aprel-may ayları ərəfəsində o, evdə olan zaman saat 22 radələrində Aqil ona zəng edərək ofisə gəlməsini demiş və Nailəni Taksikologiyadan götürüb ofisə gətirdiyini bildirmişdir. O, telefonla nə baş verməsini xəbər alan zaman Aqil ona bildirmişdir ki, bəs təcili olaraq ofisə gəlsin, Nailə özünü zəhərləyib. O, ofisə getmiş və ofisin qarşısında Nailənin Aqilin «Cip» markalı avtomobilində arxada uzanmış vəziyyətdə halsız olmasını görmüş və nə baş verməsini xəbər almışdır. Nailəyə bildirmişdir ki, Aqil ondan hər hansı borcu olmadığı halda pul tələb edir və buna görə onu döymüşdür və o, da buna görə özü dərman içib zəhərlənməsini demişdir. Aqil isə Nailənin meyidini gətirdiyini bildirmiş və döyməsini təsdiq etmiş və hətta Nailənin ünvanına nalayiq söyüşlər işlətmişdir. O isə Aqildən Nailədən nə pul istəməsini xəbər almamışdır. Hətta onlara pul üzərində nə qədər dalaşacaqlarını bildirmiş və Aqilə pula görə adamı bu qədər döyməzlər deyə irad bildirmişdir. İlk dəfə o, taksikologiya söhbətini bilib Aqilin sözü ilə ofisin qarşısna gələndən sonra Aqil onu Nailə ilə birlikdə yaşadıqları «Əcəmi» metrosuna yaxın olan evlərinə aparmışdır. O, da həmin evdə qalmış və evdə olan zaman ona məlum olmuşdur ki, Nailə Aqilə 285000 və ya 258000 manat Aqilin lombardına qoymuş olduğu qızallar üçün pul ödəmişdir ki, qızılların lombarddan çıxarmaq satıb pulun çıxarsın və həm də əlavə faizlərdən də canı qurtarsın. Belə ki, həmin vaxta kimi o, bildiyinə görə Nailənin lombardda təxminən 400000 manatdan yuxarı məbləğdə qızılı olmuşdur. Həmçinin orada ona məlum olmuşdur ki, Aqil həmin pulu ödənmiş qızılları buraxmaqla həmin qızılların faizlərini yeni faizlərə vurmaqla Nailənin üzərinə hesablamış və Nailə buna görə özünü zəhərlənməsini və Aqil tərəfindən döyülməsini bildirmişdir. Belə ki, məsələdə Aqil Nailəyə 20000 manat vermiş olduğu halda bir günə faiz ilə birlikdə 1000 manat tələb edirmiş və gecikmə olmuş olduğu halda yenə əlavə iki qatını alırmış, həmin pul verilməyən zaman isə Nailəni döyməsini bilmişdir. Onun özü lombardda qeydiyyat apardığından Nailənin həmin miqdarda qızılları olmasını bilmişdir. Artıq o, onların nə səbəb mübahisə etmələrini bilmişdir. Aqil isə yenə Nailəni döyürmüş və Nailəyə rəhmi gəlmirmiş və hətta Nailənin bədənində xəsarət izləri olmuşdur, Nailə döyülməsi ilə əlaqədar olaraq polisə müraciət edəcəyini bildirən zaman Aqil özünün rühi əsəb xəstəliklərində qeydiyyatda olmaqla «dəlilik» kağızı olmasını demişdir. Artıq həmin ərəfədə ofisə Nailə Sərvər adlı şəxslə gəlmiş və o, ilk dəfə həmin vaxtı Sərvəri ofisdə görmüşdür və onunla hər hansı ədavət düşmənçiliyi yoxdur. O, Nailənin deməsindən bilmişdir ki, Sərvər də Nailəyə qızılının çıxarılması üçün pul vermişdir. Nailə isə həmin məbləğin Aqilə verilmiş 285000 manatın içərisində olmasın bildirmişdir. Hətta Aqil də Sərvərdə görüşmüşdür və sonradan ona məlum olmuşdur ki, Aqil Sərvərə pulunun əvəzinə avtomobil vermişdir. Belə ki, həmin ərəfədə Aqil yenə Nailəni döyməsinə davam etmiş və Nailə yenə taksikologiya müraciət etmişdir. Yenə onlar arasında söz söhbət Nailənin vermiş olduğu pulun müqabilində qızılları buraxmaması və ona əlavə faizlər hesablaması olmuşdur. Artıq dəqiq xatırlamadığı tarixdə Nailə Natiq adlı şəxslə birlikdə ofisə gəlmişdir və həmin şəxs Nailə ilə birlikdə ofisə gəlməklə Nailənin adına ödəniş etməklə 2-3 dəfə qızılı çıxarmaqla Nailə ilə lombardan çıxarıb satmalarını bilmişdir. Nailənin Natiqlə arasında nə münasibət olması və birbirlərinə nə qədər pul almalarını o, bilməmişdir. Sonra Nailə, Natiq, Sərvər, Tural, Elvin adlı şəxslə birlikdə ofisə gəlmişlər və Aqil Sərxana bildirmişdir ki, həmin şəxslərə Nailənin lombardda olan qızıllarının siyahısını versin və həmin siyahını Sərxan kompyuterdən çıxarıb həmin siyahıda Aqil və Nailə imza etmiş və onlar razlaşmışlar ki, məbləğ ödənən günün səhəri ən geci qızıllar çıxarmalıdır. Artıq həmin vaxtdan etibarən Nailə həmin şəxslərdə birlikdə lombarda gəlmişdir və həmin şəxslər pulu masa üzərinə qoymuşlar, Aqil pulu götürməklə Sərxana ödəniş olan qızıl bağlanmasını gətirilməsi barədə göstəriş vermişdir. Bundan sonra qızıllar lombarda gətirilmişdir və həmin qızıllar lombardda açıldıqdan sonra Nailə qızılların özünə məxsus olmasını bildirdikdən sonra Aqil qızılları dəyərini 1-2 manat satışdan artıq hesablamaqla lombardda qalmasını və siyahıda olan digər qızıllarla əvəzləşdirmək istədiyini bildirmişdir. Belə ki, bildiyinə görə onlar arasında olan məbləğ siyahıda olan 136500 manat faizi ilə birlikdə olan məbləğə kimi şişmişdir və hətta həmin ərəfədə Nailə tərəfindən Məlahətə verilmiş qızıllar da olmuşdur və həmin qızıllar dəst olmaqla bahalı briliant olmuşdur və hətta onların arasında belə pul və faiz söhbəti olmuşdur və həmin pulun ödənilməsi ilə bağlı onda məlumat olmamışdır və ofisdə də, o, həmin halın şahidi olmamışdır. Çünki, həmin qızıllar və pul ələ verilmişdir. Həmin qızıllar da o, tutulan müddətə kimi Məlahətdə olmuşdur. Artıq həmin ərəfədə Zakir adlı şəxs Nailə və Sərvərlə birlikdə ofisə gəlmişdir və Nailənin hansısa hissədə olan qızıllarını çıxarılması üçün əlavə məbləğin ödənilməsinə dair dəqiqləşmə aparmaq istəmişlər ki, nə vaxt qızıl çıxacaq. Sərvərin də pulu olmasına görə o, da maraqlı olmuşdur ki, qızıl çıxarılsın. O bildiyinə Zakir də, lombardda külli miqdarda pulu Aqilə vermişdir və Aqil qızılı buraxılacağına dair söz vermişdir. Sonra adları çəkilən şəxslərin qızılları və pulları Aqil tərəfindən verilməmişdir. Həmin şəxslər ofisə gəlmiş, Aqillə söz-söhbət olmuş və həmin vaxtı həmçinin Atlas adlı digər lombard müdüri və Zəminə adlı qadın ora gəlmiş və onların da Aqillə söz-söhbəti olmuşdur. O, isə tam olaraq həmin halın detallarını bilməmişdir. Aqil həmin pulları və qızılları verməyən zaman Bulud adlı şəxs çıxmış və sonuncu Nailə ilə birlikdə Bakı şəhər BPİ-nə ərizə ilə müraciət etmişlər ki, Aqil barəsində qanuni tədbir görüsünlər və Aqil onların 550000 manat pullarını ələ keçirmişdir. Sonra Aqil, Nailə və Buluddan xahiş etmişdir ki, bəs şikayətlərini geri götürsünlər o, pulları qaytaracaqdır. Belə ki, o, Aqilin onlara nə qədər pul nə qədər əmlak verməsi barədə razılıqları olması bilməmişdir. Lakin, onu bildirir ki, onlara ev və obyekt təklif olunmuşdur. Lakin, həmin ev və obyektlərin harada yerləşməsi və kimlərin aparıb göstərməsini bilmir. Aqil artıq həmin ərəfələrdə həmçinin bəhanələr etmişdir. Belə ki, 2019-cu ilin yanvar ayında Nailə ona Bakı şəhərində müxtəlif lombardlarda olan qızıllarını götürmək adı ilə ona Aqildən pul və qızıl istəməsini bildirmişdir ki, o, özü cavabdehlik daşısın. Çünki Aqilinin ona qızıl və pul verməyəcəyini bildirmişdir. O, da, Nailənin sözlərinə inanıb 2019-cu ilin yanvar ayında onu vəziyyətdən çıxarmaq üçün öz adına dörd dəfə onun iştirakı ilə həmin qızılı və pulu götürüb Nailəyə vermişdir. Sonuncu da həmin qızıl və pulu aparıb ayrı-ayrı lombardlara qoyub və ya pulun bağlayıb qızılı götürüb satmış və onun iştirakı ilə Aqilin pulun bağlamışdır. Aqil onlara əlavə üç dəfə qızıl və pul vermişdir. Hər dəfəsində Nailə tərəfindən əsas və əlavə borc tam olaraq Aqilə verilmişdir. Lakin, onun əlində bununla bağlı videoçəkliş və sair dəilil yoxdur. Nailə Aqilə pul verməsə, sonuncu ona növbəti dəfə qızıl və pul verməzdi. Çünki videoyazıda şərtlər aydın əks olunmuşdur. Hər dəfə Aqil onlara videoçəklişi siləcəyinə dair söyüş işlətmiş və onlar da, Aqilə inanmışlar. Aqilin istintaqa təqdim etdiyi videoçəklişdə olan şəxslər onun özü və Aqildir. Bildirmək istəyir ki, Nailənin sözü ilə yenə qızılları lombardan çıxarıb satmaq adı ilə o, Nailə ilə birlikdə Ağcabədiyiə gedib Buluddan pul götürmüşlər. Onun kartına Bulud ödənişlər etmişdir və o, həmin pulları "xxxx"ın Nərimanov filialından çıxarmışdır. Həmçinin o, «Milli ÖN» ödəmə terminalından müxtəlif ünvanlarda Buludun oğlunun "xxxx"dan olan hesab kartına pul göndərmiş və cəmi 60000 manat pul götürmüşlər və həmin pulu tam olaraq rayona getməklə və ya kart vasitəsi ilə qaytarmışlar. O, həmin pulları Nailə ilə rəfiqə olmasına görə gedib birlikdə götürmüşdür. Bulud Quliyevdən aldığı pulları dərhal Nailəyə vermişdir. Özünü ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü təqsirli hesab etmir. İş üzrə istintaq zamanı ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Ona qarşı irəli sürülmüş ittihamlda bağlı iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrini bir daha təsdiq edir. İş üzrə Zərərçəkmiş şəxs1 həmçinin ona qarşı irəli sürmüş olduğu iddia tələbini qəbul etmir. Belə ki, Bulud Quliyevdən şəxsən onun özü hər-hansı məbləğdə pul almamışdır. Onun özü sadəcə olaraq Nailəyə sürücülük edərək onunla birlikdə Ağcabədi rayonuna gedib-gəlmişdir. Pulla bağlı bütün söhbətləri Zərərçəkmiş şəxs1lə Nailə özü aparmışdır və pulu da özü götümüşdür. Zərərçəkmiş şəxs1 aldığı pullardan Nailə ona pul verməmişdir. Onun özü o zaman Nailəyə sürücülük etdiyi və adına bank kartı olduğuna görə Zərərçəkmiş şəxs1 onun adına göndərdiyi bütün pulları o, "xxxx"ın Nərimanov filialından çıxararaq tam halda Nailəyə vermişdir. Qeyd etdiyi kimi, Zərərçəkmiş şəxs1 göndərdiyi pullarla bağlı sonra Nailənin ona verdiyi pulları kart vasitəsi ilə qaytarmış və həmçinin raona gedən zaman Nailə özü də pulların bir hissəsini Zərərçəkmiş şəxs1 qaytarmışdır. Nailənin Zərərçəkmiş şəxs1 və sonuncunun qohumlarından hansı məbləğdərdə pul aldığı və onlara hansı məbləğdə pul borclu qaldığı barədə onun öznün dəqiq məlumatı yoxdur. Yuxarıda qeyd etdiyi kimi o zaman o, Nailəyə sürücülük edərək onunla birlikdə Ağcabədi rayonuna və digər yerlərə gedib gəlmişdir. Bir daha bildirir ki, onun adına olan karta göndərilmiş pulları o, bankdan çıxararaq Nailəyə vermişdir. Nailə həmin pulları onun vasitəsi ilə almış və bütün pllar Nailəyə çatmışdır. Bununla bağlı onun özü heç bir gəlir əldə etməmişdir. Həmin pullar sələm pulları olmuş, çox hissəsi də geri qaytarılmışdır. Onun özünün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dələduzluq əməllərində heç bir iştirakı olmamışdır. O, sadəcə olaraq o zaman Nailənin sürücüsü olmuşdur. Onun özü heç kəsi aldatmamışdır. Bulud Quliyevdən kart vasitəsi ilə aldığı pulları Nailəyə görə alıb və həmin pulları tam olaraq Nailəyə vermişdir. Buna görə də işə düzgün baxılıb ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müvafiq olaraq yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməmələrinə, Təqsirləndirilən şəxs2 isə özünü qismən təqsirli bilməsinə baxmayaraq, hadisələrin baş vermə yeri, mexanizmi və inkişafı ardıcıllığı ilə bağlı bir-biri və iş materialları ilə uzlaşan qarşılıqlı ziddiyətli ifadələri və eləcə də məhkəmədə tədqiq olunmaqla iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirmişdir ki, 1962-cı ildə Türkmənistan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır və ünvan 30 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 31 ünvanda yaşayır. Onun özü ali təhsilli olmaqla lombard fəaliyyəti ilə məşğul olur. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə «Moskva» unvermağı ilə üz-bə-üz olan yerdə lombard işlədir və həmin lombardın müdiri də özüdür. Həmin fəaliyyət sahəsi ilə məşğul olmaq üçün icarə vərəqi almaqla fəaliyyət göstərir və hər ay vergi ödəyicisi olaraq vergiləri ödəyir. Lombardında iki nəfər işçi olmuşdur. Onlardan biri zərgər, digəri isə xadimə olmuşdur. Zərgər olaraq Elçin Zamanov işləyir və onun vəzifəsi lombarda gətirilmiş qızı zinət əşyalarını baxıb qiymətləndirmək olmuşdur. Həmin qızılların qeydiyyatını özünə aid olan lombardın qeydiyyat kitabçasında aparmış, həmin qızılın qəbulu və qiymətləndirilməsi və bunun müqabilində müştərilərə verilmiş pulun miqdarı, faizlər olan girov biletləri onun tərəfindən tərtib olunur, o və müştəri tərəfindən imza olunandan sonra girov biletinin bir surəti müştəridə, bir surəti bankda bir surəti isə onda qalır. O, həmin qızılları saxlanması üçün əvvəllər «Para» bankla rəsmi müqavilə bağlamaqla onlara işləmiş və onun 5-6% arası qazancı olmuş və qızılın saxlanması üçün banka 2,5 faiz bakna ödəniş etmiş və qızılı onun tərəfindən qəbul olunmaqla banka təhvil verilmişdir. O banka gedən zaman ən azı 10000 manat qızıl aparır və həmin qızılı üzərində girov biletləri olmaqla onun adına bankın nümayəndəsininin iştirakı ilə həmin faizə girov kredit şərətində girov biletlərinə uyğun olaraq həmin kodlar əsasında qızılın əyyarı, növü, çəkisi düzgün göstərilməklə yalnız qiymətləndirmədən onun qiymətləndirmədən aşağı qiymətə olmaqla bank tərəfindən qiymətəndirilib müqavilə forması tərtib olunur ki, həmin müqavilənin bir surəti onda digər bir surəti isə bankda saxlanır. O müştəri tərəfindən girov billetində olan ona faizlər ilə birlikdə qaytarmış olduğu halda o həmin müqavilə əsasında yenidən banka gəlir və bank xərcələri və faizlərini tutandan sonra onda olan müqaviləni ona təqdim edir və onlar tərəfindən özü vermiş olduğu girov biletlərinin kodlarına uyğun olaraq onun qızıllarını özünə qaytarır. Hadtisə ilə bağlı bildirir ki, 2015-ci ilin sonlarında lomardına zərgəri Elçin Zamanov tərəfindən Nailə Xanmmədova gətərilmiş və Elçin ona həmin şəxsi yaxın olaraq təqim edib ona pul lazım olmasını bildirmişdir. X30 düzgün iş görən adam olmasını bildirmiş və o ilk dəfə Nailə Xanməmədovanı ofisində görmüş və onu əvvəllər tanımamış onların hər hansı ədavət düşmənçiliyi yoxdur. Elçin Zamanov ona Təqsirləndirilən şəxs2 özünə aid olan qızılları lomarda qoymaqla pul götürmək istədiyini bildirmiş və onlar 10 % razılaşmışlar. Onun lomardında 2015-ci il tarixdə 10 faizə əksərən pul vermiş və həmin ərəfədə faizləri qeyd edilən miqdarda olmuşdur. Nailə ilk dəfə xatırlamadığı miqdara qızıl qoymaqla pullar götürmüş və 10 faizə onunla işə başlamış və lomardın proseduru həmmişəki kimi davam etmişdir. Elçin Zamanov qiymətləndirməni aparmış, o isə qeydiyyat, rəsmiləşmə və bank işləri görmüş və girov biletlərinin tərtibi onun tərəfindən aparılmışdır. Təxminən bir il müddətində Nailə Xanməmmədov ilə işləmiş və onların arasında hər hansı narazılıq olmamış və artıq iş müddətində onunla Təqsirləndirilən şəxs2 arasında yaxın münasibət yaranmışdır ki, o ona özünü qızıl alqı-satqı işləri ilə məşğul olan şəxs kimi təqdim edib imkanlı müştəriləri olmasını bildirmiş və hətta onlar arasında olan münasibətlər rəfiqəlik münasibətlərinə kimi qalxmışdır və hətta lomarddan əlavə olaraq oda özünə aid olan qızılları, bazar qiymətində aşağı qiymətə almış olduğu qızılları və ya lombard pulunu ödəmədən batmış qızılları lom qiymətindən 3-4 manat baha qiymətə ondan almaqla satmaq üçün aparmış və pulunu ona vaxtı-vaxtında gətirib vermişdir. O həmin saatılıq qızılları yəni özünə aid olan aşağı qiymətə almış olduğu və ya lombardda batan qızılları ona adi danışıq əsasında vermişdir ki, onlar arasında artıq inam olmuş və həmin növ fəaliyyətlə onlar artıq 4 aydan sonra onlar bu tərzdə işləməyə başlamışlar. Belə ki, ilk əvvəllər Təqsirləndirilən şəxs2 ondan almış olduğu qızlları pulunu vaxtı-vaxtında gətirib vermişdir və bu yola onun tam olaraq inamımı qazanmışdır. Belə ki, 2016-cı ilin mart ayında etibarən Nailə Xanməmmədov ona bildirmişdir ki, onun lombardlarda və şəxsi adamlarda külli miqdarda qızılları vardır və həmin qızllara görə faiz verməkdən yorulmuşdur və ona kömək etməsini bildirmişdir ki, bəs həmin şəxslərin pullarını və faizlərini ödəmək yolu ilə həmin qızılları lombarddan və şəxsi adamlardan götürüb satmaq yolu ilə xeyir götürüb aralarında yarı-yarıya bölsünlər. Təxminən 2016-cı ilin mart ayında Nailə ona ilk dəfə qeyd edilən üsulla işə görməyi bildirmiş və sonra ona bildirmişdir ki, bəs onun Sumqayıt şəhərində adını xatırlamadığı şəxsdən təxminən 8000 manat faizi ilə birlikdə ödənişi olmasını bildirmişdir ki, bəs həmin şəxsdə təxminən 10000 manat civarında qızılı olduğunu bildirmişdir. O Təqsirləndirilən şəxs2 həmin şərtini qəbul etmiş və mart ayının xatırlamadığı gündə Nailənin sürücüsü kimi bilmiş olduğu Əli adlı yaşlı bir şəxslə sonuncunun idarə etdiyi mikroavtobus tipli avtomobillə Sumqayıt şəhərinə getmiş və Sumqayıt şəhərində unvermaqın yaxınlığında Əli ilə avtomobildə olan zaman 8000 manat pulu Nailəyə vermiş və o ona həmin pulu adını xatırlamadığı şəxsə verməklə qeyd edilən yuxarıda göstərdiyi miqdarda qızılı götürüb gələcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Nailə demiş olduğu xatırlamadığım qıramda olan qızıllarla avtomobilə gəlib əyləşmiş və o qızılları onun əlində götürmüş və ona inanmışdır ki, bəs o düz deyir onu aldatmaz. Həmin vaxtı Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, həmin qızılı özü dediyi bir nəfər ev alverçisi kimi ona demiş olduğu xatırlamadığı qadını verməcəyini bildirmişdir ki, bəs həmin qadının lom qiymətindən daha artıq qiymətə satmaqla 2-3 gün ərzində artıq üzərində misal üçün 2 manat xeyir olmalı idisə indi 4 manat xeyri olacağını bildirmiş yəni təxminən ona 8000 manat pul vermişdirsə ən azı 11000 manat həmin qızılda xeyir olmala idi və həmin xeyir pulu onlar tən yarı bölməli idilər. O Nailənin sözlərinə inanmış və yol üstü Nailə həmin qızılı verməli olduğu şəxsin «Papanin» körpüsü deyilə yerin altında sağa dönən kimi olan 9 mərtəbəli binalardan birində yaşamasın bildirmiş və Nailə əlində olan qazılları götürüb avtomobili tərək etmiş və bir neçə dəqiqədən sonra gəlib qızılı tanımadığı şəxsə verməsini bildirmişdir ki, və 2-3 gündən sonra pulu tam olaraq götürəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 inanmış və onlar onu aparıb lomarda düşürüb getmişlər. Səhəri günü Nailədə ofisinə gəlmiş və ona 500 manat pul vermiş və həmin fəaliyyət sahəsində siftələri olmasını və qazancdan çıxamasını bildirmişdir. Yenədə iki günə həmin pul götürüb ona xeyri illə birlikdə verəcəyini demişdir. Həmin gün axşamı Nailə yenə onun ofisimə gəlmiş və əlində 4000 manat pul olmuşdur və həmin pulu qadından götürməsini bildirmiş və həmçinin əlində bir neçə girov bileti olmuşr və həmin girov biletlərinin üzərində ona pul verəcəyini bildirmişdir ki, bəs lombardlarda olan qızıllarını çıxarmaqla onun xeyrini verəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs2 inanmış və hər dəfə ona pul verən zaman o ona yalnız qazanc etdiyi hissədən 100, 500 manat civarında pullar vermiş, onun ana məbləğinin yerində olmasını demiş və daha artıq qızılın çıxarılması üçün ondan 2000, 3000, 4000 manat civarında olmaqla pullar almış və hər dəfə ana məbləğin yerində olmasını və üzərində xeyi ilə birlikdə pulu verməsini deyirdi və artıq 2016-cı ilin yay aylarında onun ana məbləğinin miqdarı 30000 olmuşdur. Bundan başqa o həmçinin ondan 4600 manatda pul almışdır. O dəqiq olaraq pulu hansı miqdardara, üzərində nə qədər qazanc olaraq verməsini və nə zaman verməsi tam olaraq xatırlmamışdır. Dəqiq olaraq onu bilmişdir ki, Təqsirləndirilən şəxs2 ondan hər dəfə 2000-4000 manat arası pul götürən zaman ona 500, ən çoxu isə 1000 manat xeyiri olmasını bildirməklə ondan daha artıq miqdarda pul almaqla ana məbləği 30000 manat şişirmişdir. O artıq ayılan zaman ona bildirmişdir ki, bəs necə olur ki, onun artıq ona 30000 manat və 4600 manat verəcəyi var, amma yenə ondan pul istəmişdir lakin ona cüzi bir qazanca verir və ana məbləğindən bir manat olusun ki, pul vermir və gətirmiş olduğu pulun üzərində əlavə pul istəməklə növbəti qızlların çıxarılmasını deməklə onlan pul alır. 2016-cı ilin mart ayından həmin ilin avqust ayına kimi olan müddət ərzində ondan almış olduğu 30000 və 4600 manatı ona necə verəcəkdir və həmin pulun sığortalanması üçün girov olaraq nəsə verməsini və ya adına nəsə keçirməsini bildirmişdir ki, bəs oda arxayın olsun və həmdə ona yeni məbləğlər buraxsın. Nailə isə onu arxayın etmişdir ki, bəs 4600 manatı qeyd etməsin, notariusa getsinlər ona 30000 manat dair 3 illik borc müqaviləsi yazdırıb verəcəkdir və onun pulunu qaytaracağını demişdir. Heç bir zaman onu aldatmayacağını, yetər ki, işlərinə davam etmlərini bildirmişdir ki, oda arxayın olsun ki, onun 30000 manatın ondadır. Faktiki olaraq həmin vaxtı məbləğ 30000 və 4600 manat olmuşdur. 06 avqust 2016-cı il tarixdə Nailə ilə birlikdə «M.Əcəmi»də olan notariusa getmiş və orda 30000 manata dair borc müqaviləsi tərtib olunmuş, faktiki olaraq həmin vaxtı qeyd edilən miqdardan əlavə Nailənin eyni üsulla almış olduğu 4600 manat dairdə verəcəyi olmuşdur. Həmin pul Nailənin bir neçə ay müddətində o verməli olduğu məbləğdən toplanmış pul olmuşdur. Hətta o notariusdan sonra Nailəyə irad bildirmişdir ki, bəs həmin 30000 manatı əlində olsa ona nə qədər pul qazandırar, lakin ona 3 illlik müqavilə yazdırmaqla pulu özündə saxlayır və həmçinin ona bildirmişdir ki, arxayın ol ona həmin 30000 manat görə ayda 1000 manat faiz verəcəkdir. Ona yenə inanmış və həçminin onu ələ almışdır ki bəs 4600 manatında avqust ay ərzində tam olaraq bağlayacaq. 08 avqust 2016-cı il tarixdən başlayaraq ona hissə-hissə pullar gətirməklə həmin ay 4600 manatı tam olaraq bağamış. Qeyd edilən 06 avqust 2016-cı il tarixli notarial müqavilə və 4600 manat və onun ödənməsinə dair olan əlyazmanı ifadəsinə əlavə olaraq təqdim etmişdir. Həmin 30000 manat görə üç ay müddətində hər ay 1000 manatdan olmaqla cəmi 3000 manat pul qaytarmış və onu əmin etmişdir ki, bəs görürsən notarial sənədin onlar arasında hər hansı əhəmiyyəti yoxudur. Ona hər ay 1000 manat həmin pulun üzərində pul verməklə yanaşı həmin müddət ərzində 30000 manat pulunu tam olaraq qaytaracaqdır. Bütün pulları və qızılları Nailə ondan ofisində almışdır. Təxminən həmin ilin sentyabr ayında Nailə yenə onun yanına gəlmiş və bildirmişdir ki, bəs onun 30000 manatını bağlamaq üçün üç il müddətində gözləmək lazım deyildir onun İranlı dostları olmasını və həmin şəxslərin 750 əyyarı qızıllar toplamalarını və əgər əlimdə, tanışlarımda, müştərək olaraq qızıl sahəsində işlədiyi şəxslərdə qızıl varsa onları tapmasını və yaxşı gəlir əldə edəcəklərini və onunda 30000 manatı öz xeyri vasitəsi ilə bağlayacağını və ana məbləğimidə həmin xeyiri ilə birlikdə ona verəcəyini bildirmişdir. Belə ki, ona razılıq vermiş və təxminən 7-8 dəfə ondan 750 əyyarlı 50-150 qram arasında ondan ofisimdə qızıl qəbul etmiş və həmin qızılları satmaqla ana məbləğini və onun 30000 manatından 6000 manatını ona qaytaracağını bildirməklə özünə tam olaraq yenidən inam yartmış və artıq ona inanmağa başlamış ki, onun əsl niyyəti onun 30000 manatı bağlamaq olmuşdur. Həmin 750 əyyarlı qızılları isə tanışları gətirmişdir və onların pulunu verməklə həmin qızılları almışdır. Sonra yenə əvvəlki üsuldan istifadə etməyə başlamış və ondan 200-300 qram qızıl tələb etmiş və həmin qızılın 50 qramın satışı pulunun üzərində olan xeyiri ilə ona vermiş və yerdə qalan qızılın qramları isə yığılmışdır. Artıq Nailənin ondan götürdüyü qızılın dəyəri 56000 manat olmuşdur və həmin miqdarda Nailənin ona verəcəyi yaranmış və həmin pulunu yığılma müddəti 2016-cı ilin sentyabr ayından 2017-ci ilin may ayına kimi olan müddət olmuş və həmin məbləğ 56000 manat olmuşdur. O yenə Təqsirləndirilən şəxs2 pulunun nə yerdə olmasını xəbər almış və ona qızıl verən şəxslərin pulunun ödənməli olmasını və onların pulunun tərəfindən verilməsini bildirmişdir. Nailə ona bildirmişdir ki, bəs 7 ay müddətində onun pulunu tam olaraq qaytaracaqdır və ona görə onun adına 56000 manat dair borcun etirafına dair müqavilə bağlamağa hazır olmasını bildirmiş və Nailə yenə Əliyusif ilə birlikdə onun lombardına gəlmiş və onu götürub Azadlıq prospektində olan notariat kantoruna getmişlər. Bundan əlavə Nailə həmin müddət ərzinə ondan 583 əyyarlı silsə toxunşlu 2 cüt boynubağı, həmin forma və əyyardı antikvar qolbağı, 583 əyyarı tros toxunuşlu boyunbağı, 4 ədəd briliant qaşlı 750 əyyarlı boyunbağı üzük sırğa dəsti, cəmi 300 qram dəyərində qızıl götürmüşdür ki, bəs ona bir günlük pul lazım olmuşdur ki, bəs həmin əşyaları girov olaraq xatırlamadığı tanışını yanında qoymaqla pul götürəcəyini bildirmişdir və həmin qızılın dəyəri təxminən 25000 manat olmuşdur. O həmçinin notariat kantoruna gedən zaman həmin əşyalarında tələb etmiş və Nailə ona bildirmişdir ki, bəs əgər notariusda o 56.000 manat borcun etirafına dair müqavilə tərtib etdirəcək və arxayın olmasını bildirmişdir, ki ona əlavə pulda verəcək yetərki həmin qızıllı götürsün və hətta ona anasının canına and vermişdir ki, bəs həmin qızılı və pulunu tam olaraq qaytaracaqdır. 15 may 2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə onun arasında 25000 ABŞ dolları və 14000 manata dair yəni cəmi 56000 manata dair müqavilə tərtib olunmuş və 25000 ABŞ dollarına isə hər ay 1000 ABŞ dolları olmaqla və 14000 manata dair isə hər ay 2000 manatdan olmaqla, 7 ay müddətində yəni 15 yanvar 2020-ci il tarixə kimi həmin pulun bağlanmasına dair öhdəlik götürmüşdür Təqsirləndirilən şəxs2 onu yenə arxayın etmişdir ki, yuxarıda qeyd etmiş olduğu qızılların qaytarılması üçün ona kömək edəcəkdir. Sonra yenə Nailə ona eyni vədlər verib yenə ondan ofisində pullar almağa başlamış və həmin pulun bir hissəsini qaytarıb təxminən 2018-ci ilin may ayına kimi olan müddət ərzində 56000 manatda daxil olmaqla cəmi məbləği təxminən 120000 manat çatmışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə görə o həmin məbləğin ona hansı miqdarlarda və tarixdə dəqiq olaraq verilməsini xatırlamamışdır. Belə ki, o may ayından etibarən Təqsirləndirilən şəxs2 ilə arasında həmin məbəlğələri verməməsinə görə aralarında söz söhbət yaranmış və o birmənalı olaraq pulunun tam olaraq verməsini tələb etmiş, əks halda artıq ona hər hansı miqdarda pul verməyəcəyini və barəsində HMO-na şikayət edəcəyimi bildirmiş və onlar arasında soyuq münasibət yaranmış, onunla yalnız mənim pulunu qaytarması ilə bağlı söhbət aparmışdır. Artıq 2018-ci ilin iyul ayında Nailə sürücüsü Əli kimi bildiyim şəxslə onun ofisinə gəlmiş və bildirmişdir ki, bəs bir nəfər tanışına təcili olaraq 10000 manat pul verməlidir və həmin pulu mütləq bu gün çatdırmalıdır. O isə Nailəyə bildirmişdir ki, artıq onun 120000 manat pulunu ələ keçirmiş və ona görə artıq ona əlavə hər hansı miqdarda pul verməyəcəyini bildirmişdir. Nailə ona çörək kəsmələrini və onun pulunu son qəpiyinə kimi tam olaraq qaytaracağını və hər dəfə and içən zaman öz andına sadiq olmasını bildirmişdir ki, o yenə Nailə inanmışdır. O isə birmənalı olaraq ona girov olaraq onun adına nəsə verməsə ona bir manat verən deyildir. Təqsirləndirilən şəxs2 isə Əliyusifə aid olan «Mitsubişi» markalı ** NL *** dövlət qediyyat nişanlı avtomobili onun adına keçirməyi təklif etmiş və həmin avtomobilin bazar qiymətinin ən pis halda 8000 manat olmasını bildirmiş və o isə ona bildirmişdir ki, əgər avtomobili onun adına keçirərsə onda ona 6000 manat verə bilər. Onlar onunla razılaşmışlar və səhəri günü o Əli və Nailə ilə birlikdə BDYPİ-nə getmiş və orada avtomobili onun adına sənədləşdirməklə avtomobilə dair onun adına texniki şəhadətnamə verilmiş və o bundan sonra həmin günü öz adımdan Əliyə 6 ay müddətində avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Lakin Nailə ona həmin avtomobilə görə ona verilmiş 6000 manatı bir ay müddətində ödəməklə avtomobili geri qaytaracağını bildirmişdir. Hətta o bilmişdir ki, o həmin 6000 manat pulu xatırlamadığı şəxsdən faizə olmaq şərti ilə götürmüşdür. Həmin 6000 manata görə Nailə ona hər ay 600 manat verməli olmuş, lakin ona üç aydan sonra hər hansı məbləğ verməmiş və həmin müddət ərzində yenə lombarda gəlib ondan əvvəlki üsullar ilə qızıllar aparmışdır ki, satıb ondan almış olduğu əvvəlki pulları tam olaraq ona qaytaracaqdır. Həmin avtomobilə dair olan qaraj ödənişini ifadəsinə əlavə etmişdir. Artıq Nailə ilə onun arasında həmin vaxtdan sonra olan pulun məbləği eyni üsulla onun ofisində alaqla məbləği 195000 manata məbləğ çatdırmışdır. 2019-cu ilin mart ayında o artıq Nailənin ona vermiş olduğu vədlərdən və bəhanələrdən bezərək ona barəsində şikayət edəcəyini bildirmişdir. Çünki Nailə artıq telefonlar cavab vermir telefona cavab verən zaman bəhanələr edir və ona görə o barəsində Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir ki, Nailə barəsində qanuni tədbir görüsünlər və artıq ona rəfiqə münasibətində olmadığını ona xatırlatmış və o artıq ayılımaqla onun pulunu tam olaraq gətirib ona versin və bu dəfə ona hər hansı bir məbləğ verməklə pulunu tam olaraq ona qaytarmasında inadkar olacağını xatırlatmaq istəmişdir. Lakin, onun fikiri yenə onun həbs olunması deyildir pulunun tam olaraq ona qaytarılması olmuşdur. Artıq Nəsimi RPİ-də material araşdırılan zaman məlum olmuşdur ki, Aqil adlı şəxs işə qarışmış və ona torpaq və ev verilməsi yolu ilə Nalənin ondan almış olduğu pulu tam olaraq ödəyəcəklər. Müstəntiq tərəfindən ona bildirilmiş hallara razılıq vermiş lakin bir müddət keçməsinə baxmayaraq ona hər hansı məlumat verməmişlər və ona torpaq və ev verən olmamışdır. Ona məlum olmuşdur ki, araşdırma materialı müstəntiq tərəfindən rədd olunmuşdur. Sonra o Nailə ilə danışan zaman onların arasında ciddi mübahisə olmuş o artıq onun barəsində şikayət etməmə görə ondan narazı danışmaqla onunla söhbətdən yayınmaq istəmişdir. Guya o şikayət etməsə o onun pulunu tam olaraq qaytaracaqdır. Lakin, onun dedikləri bir bəhanə olmuş və hətta o ondan pulları aldığı müddət ərzində ofisində hissə-hissə olmaqla qızıllarda almışdır ki, həmin qızılları lombardlara qoymaqla işlərini həll edib onun pulunu qaytaracaq və sonra isə ödənişini edib onun qızılını qaytaracaqdır. 2019-cu ilin may ayından sentyabr ayına kimi Nailə aralarında hər hansı ünsiyyət olmamış və sentyabr ayının 16-da ağlayıb ona yalvarmağa başlamışdır ki, bəs ona onun köməyim lazımdır. Görüş zamanı Nailə ona böyük səhflər edib Aqil adlı şəxslə yaşamasını və həmin şəxsin onun qızılını pulunu ələ keçirməklə onu döyüb xəsarətlər yetirməsini və hətta onun əlindən dərmanlar atmaqla özünü zəhərləməsini bildirmişdir. Nailə özünə aid olan qızılların hammısının Aqildə olmasını, həmin qızılları Aqilin özünə aid olan lombardda saxlmaqla ona vermədiyini və hətta ondan almış olduğu qızıllarıda Aqilə aid lombardda qoymasını bildirmiş və demişdir ki, ona vaxt versin o çalşır ki, qızılları və pulu Aqildən alsın və onun pullarını və qızılları ondan alacaq və özünün 650000 manata yaxın pul və qızılının Aqildə olmasını və ona görə barəsində şikayət etməməklə ona vaxt verməsini bildirmişdir. O isə Nailəyə bildirmişdir ki, bəs artıq ona inana bilmir və bir şərtlə ona inana bilər ki, onun həmin məbləği gələcəkdə etiraf etməsi üçün əlyazma yazsın və onun həmin etiraflarını mobil telefonu ilə razılığı əsasınla videogörüntü ilə qeydə alsın. Razılıq ilə videogörüntü aparan zaman Nailə ondan 195000 manatını və bir kq qızılını ilə keçirməsini etiraf etməklə həmin məbləği ona qaytaracağına dair söz verir və onu arxayın edir ki, həmin pulu tam olaraq ona qaytaracaqdır və o heç bir zaman pisk etməyəcəkdir. Həmin CD və əlyazmanı istintaqa təqdim etmişdir. Həmin videogörüntünün sonunda Nailə qızıl və pulun kimdə olmasını bildirməklə adını çəkmədən həmin halı Aqilə işarə etmişdir. Hətta Binəqədi RPİ-də cinayət işi istintaq olunan zaman Aqil də onunla birlikdə orda olmuşdur. Aqilin iştirakı ilə bildirmişdir ki bəs onun üçün dəyərli qızıllar vardır heç olmazsa həmin qızılları ona qaytarardı və müstəntiq qızıllara dair fotoşəkilləri göstərən zaman Aqil həmin qızılları tanıdığını bildirmiş və o artıq Nailənin onun qızıllarınında Aqildə olmasına dair sözlərinə inanmışdır. Onu da bildirmək istəyir ki, Nailə həbs olunmamışdan öncə ona bildirmişdir ki, onun qızıllarının 680 qramı Aqildədir və həmçinin özünün 650000 manatlıq pulunun Aqildə olmasını bildirmişdir. Həmçinin onun özünə aid qızılların Aqlin özündə olmasını bildirmişdir. Nailə ona bildirmişdir ki, onun Aqilə heç bir verəcəyi olmamışdır və özünün qızıllarını Aqilin lombardında olmasını demişdir. Həmin səsə yazıları olan CD diskləri o, istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs2 ona and içib qızıl və pulunu ona tam olaraq qaytaracağına dair söz vermişdir. Onu da bildirmək istəyir ki, bir kq qızıl-zinət əşyalarının orta bazar qiyməti 100000 manata yaxındır. Bir kq qızılın briliant qaşlarsız qiyməti isə 75000 manat olar. Briliant qaşların orta bazar qiyməti 25000 manat olar. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri nəticəsində ona ümumilikdə 198000 manat və 100000 manat dəyərində qızıl zinyət əşyaları məbləğində ziyan dəymişdir. Buna görə də iş üzrə verdiyi iddia tələbinin tam təmin olaraq həmin məbləğdə pulun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun xeyrinə tutulmasını xahiş edir. İş üzrə ibtidai istintaq zamanı ona qarşı heç bir təsir və təzyiq olmamış və hadisə necə olmuşdursa, elə də bildirmişdir. Təqsirləndirilən şəxs2 ona olan borcu 2019-cu ilin mart ayınadək 195000 manat təşkil etmişdir. Nailə onun zənglərinə cavab vermədiyinə görə o zaman o, Nailənin barəsində Bakı şəhəri Nəsimi RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəsimi RPİ-də onun şikayəti araşdırılan zaman ona məlum olmuşdur ki, həmin məsələyə Nailə ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olan Aqil adlı şəxs işə qarışmışdır. Həmin şəxs barəsində o zaman müsətəntiq ona bildirmişdir və demişdir ki, həmin şəxs ona torpaq sahəsi və ev verərərək Nailənn ona olan borcunu bağlayacaqdır. Lakin, ona heç bir məbləğdə pul ödənilməmiş, torpaq sahəsi və ya ev verilməmişdir. Dah sonra isə Nailə ona bildirmişdir ki, ona məxsus qızıllardan 680 qram çəkidə qızıl və 650000 manat pulun Aqildə olmasını ona bildirmişdir. Belə hesab edir ki, onun pullarını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə ələ keçirmişlər. Onun özü şəxsən Təqsirləndirilən şəxs1 hər-hansı məbləbdə pul verməmişdir. O. Təqsirləndirilən şəxs2 şikayət etməyə artıq 2019-cu ilin mart ayında qərara gəlmiş və bu barədə dəfələrlə ona bildirmişdir. O, Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayında polisə şikayət etmişdir. Polisə şikayət edəndən sonra sonra, yəni 2019-cu ilin aprel ayında o, Nailəni yalnız polis idarəsində görmüşdür. 2019-cu ilin may ayından həmin ilin sentyabr ayına kimi onunla Nailənin arasında heç bir ünsiyyət olmamışdır. Təqsirləndirilən şəxs2 pul verən zaman o, həmişə bu barədə yazılı sənəd almışdır. Ona təqdim edilməklə cinayət işinin birinci cildiyinin 165-169-cü vərəqlərində olan əlyazma qəbzlərini, yəni və ğorcün etirafı barədə 15.05.2017-ci il tarixli notarit qaydada təsdiq olunmuş müqavilənin surətini istintaqa onun özü təqdim etmişdir. Həmin qəbzlərə Nailə özü imzalayaraq onadan qəbzlərdə göstərilmiş tarixlərdə pul aldığını təsdiq etmişdir. Notariusda təsdiq etdirdikləri 15 may 2017-ci il tarixli «Borcun etirafı» müqaviləsi ilə isə Təqsirləndirilən şəxs2 08 may 2017-ci il tarixdə ondan borc kimi aldığı 25000 ABŞ dolları və 14000 manat məbləğində pulları hər ay üzrə ödənişlər etməklə 15 yanvar 2020-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Lakin, Nailə ona olan borclarından hər-hansı məbləğdə pulu ona ödəməmişdir. 2019-cu ilin ortlarına kimi onun özü Təqsirləndirilən şəxs1 tanımamış və onunla heç bir ünsiyyəti olmamışdır. İş üzrə ibtidai istintaq zamanı ona məxsus 198000 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 həmin cinayət əməlinin törədilməsinə aidiyyəti olmadığı müəyyən olunduğuna görə Təqsirləndirilən şəxs1 barəsində həmin hissədə ittiham rədd olunduğu ona məlumdur. Lakin, o, belə hesab edir ki, onun püullarını onun pullarını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə ələ keçirmişlər və buna görə də onların hər ikisinə qarşı idda tələbi irəli sürmüşdür. Bildirmək istəyir ki, hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Buna görə onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şıkayəti və tələbi yoxdur. Onlara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs, mülki iddaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs10 bildirmişdir ki, 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur və öz ailə üzvüləri ilə birlikdə Yasamal rayonu ərazisində yaşayır. Bildirmək istəyir ki, iş üzrə digər zərərçəkumiş şəxs Zərərçəkmiş şəxs11 onun əridir və hal-hazırda «Omnitek» şirkətində kassa satışı üzrə regional rəhbəri vəzifəsində işləyir. Onun özü 2009-2019-cu illərdə "xxxx" ASC-də müştəri xidmətlərində, daha sonra isə baş mühasib olaraq fəaliyyət göstərmişdir. Daha sonra isə «Nikoyl (Yello)» bankda şöbə rəisinin müavini vəzifəsində işləmişdir. Hadtisə ilə bağlı bildirmək istəyir ki, 2017-ci ildə onunda "xxxx" ASC-də işləyən iş yoldaşı Ceyhun onap bildirmişdir ki, onun Nailə Xanmmədova adlı tanışı vardır ki, həmin qadın Bakı şəhərinə Türkiyə, BƏƏ-dən Gürcüstanda ucuz qiymətə qızıllar alıb gətirməklə Bakı şəhərində öz tanışlarına əldə satır. Həmçinin həmin qadının Bakı şəhərində müxtəlif lombardlarda qızılları olmasını, həmin qızılları ABŞ dollarının məzənnəsi 78 manat olan zaman alıb lombardlara yığmasını və hazırda isə həmin qızılları lomardlardan çıxarmaqla baha qiymətə satışını təşkil etməsini, özünün Təqsirləndirilən şəxs2 ilə işləməsini, həmin qadını sözü düz bir şəxs olaraq tanımasını və həmin şəxsin hesabın aylıq gəlirləri olmasını və ondan almış olduğu pulları təxminən 7-10 gün müddətində həmin qadın tərəfindən ona vermiş olduğu ana məbləğ ilə yanaşı üzərində ona yaxşı xeyir verməsini və həmin işin yaxşı iş olmasını bildirmişdir. Belə ki, Ceyhun həmin ərəfələrdə işdən çıxarmaqla xarici ölkəyə gedəcəyini bildirmiş və ona bildirmişdir ki, Nailənin nömrəsini ona versin və onun yerinə həmin qadınla işləsin. O zaman X31 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** mobil nömrələrini ona vermiş və o, həmin qadına istifasində olan ***-***-**-** nömrəsini verməklə onun onunla əlaqə saxlayacağını və onların görüşüb danışmaqla razılaşacaqları təqdirdə birlikdə işləməyi təklif etmişdir. 2017-ci ilin aprel ayında Nailə Xanmmədova onun istifadəsində olan həmin mobil nömrəyə zəng edərək ona nömrənin Ceyhun tərəfindən verilməsini demiş, həmçinin özünün qızılı alqı-satıqı işləri və lombardda olan qızıllarını çıxarıb baha qiymətə satışını təşkil edilməsi ilə məşğul olmasını və hazırda ona 5000 manat pula ehtiyac olmasını və həmin pulu 7-10 gün müddətində ona xeyri ilə birlikdə qaytaracağını bildirmişdirdi. O, isə Nailəyə üzərində hazırda pul olmadığını və səhəri günü «Nizami» metrosunun yanına gəlməsini və həmin pulu ona verəcəyini bildirmişdir. Səhəri gün, yəni 2017-ci ili aprel ayının üçüncü 10 günlüyündə onun Nailə ilə olan danışığına əsasən «ünvan 32 ünvanda olan dayanacaqda görüşmüşlər. Nailə həmin ünvana «Mitsubişi» markalı 19-BF-seriyalı nömrə nişanını xatırlamadığı ağ rəngli avtomobillə gəlmişdir. Həmin avtomobil dayanacağa yaxınlaşmış və Nailə ona qabaqcadan belə bir avtomobillə gələcəyini və həmin avtomobilə yaxınlaşmasını bildirmişdir. Həmin vaxtı qeyd edilən avtomobillə dayanacağı yaxınlaşmış, Nailə ona avtomobildən işarə etmiş və o, həmin avtomobilin arxa oturacağında salonda əyləşmişdir. Nailə ona bildirmişdir ki, artıq yəqin ki, Ceyhun onun barəsində ona məlumat vermişdir, həmçinin özünün qızılı alqı-satqı işləri ilə məşğul olmasını, bir neçə ölkədən ucuz qiymətə qızılları Bakı şəhərinə gətirməsi və xeyli müddət əvvəl özünün «Mum»da, «Moskva» unvermağında qızıl piştaxtları olmasını, lakin sonra qardaşının adam vurmasına görə həbs olunmaması üçün təcili olaraq külli miqdarda pul lazım olmasına görə Bakı şəhərində olan müxtəlif lombardlara ABŞ dolları məzənnə ilə 78 manat olduğu zaman qızıllar qoyub pullar götürməsini demişdir. Həmçinin həmin qızılların batmaması üçün aylıq faizlərini ödəməsini və hazırda qızılın qiymətinin qalxmasını və həmin qızılları lombardlardan çıxarıb daha baha qiymətə satmasını və yaxşı xeyri olmasını bildirmişdir. Nailə həmin qızılların çıxarılması üçün ona vəsait lazım olmasını və ən azı 7-10 gün müddətində verilmiş pul üzərində olan xeyri ilə qaytaracağını və Ceyhunla xeyli müddət olar ki, işləməsini və aralarında hər hansı narazılıq olmamasını və ona yaxşı xeyr verməsini bildirmiş və o ondan 5000 manat pul alıb bildirmişdir ki, həmin müddət ərzində ona 700 manat pul verəcəkdir. Həmin vaxtı Nailə onu Əli adlı öz sürüsücü ilə tanış etmiş və həmçinin bildirmişdir ki, ola bilsin o, işləri ilə əlaqədar olaraq özü gəlməyən zaman sürücüsü Əli vasitəsi ilə ona pul aparıb gətiriləcəyini, Əliyə pul verib pulu almasını bildirməklə sonuncunun onun adı ilə gələcəyini bildirmişdir. Onunla Nailə arasında olan söhbət zamanı həmin Əli adlı şəxs avtomobildə sükan arxasında olmuş, lakin sonuncu onların söhbətinə qarışmamışdır. Sonra onlar həmin ünvandan çıxıb getmişlər. Bundan təxminən bir həftədə sonra Nailə onunla əlaqə saxlamış və bildirmişdir ki, pul özündədir. O isə nahar zamanı ilk dəfə görüşmüş olduqları dayanacağa gəlməsini orada pulu ondan götürəcəyini bildirmişdir. Nahar zamanı o, iş yerinin qarşısında olan dayanacağı getmiş və Nailə həmin ünvana eyni avtomobillə gəlmiş və avtomobildən düşmədən pəncərdən ona bir ədəd konver uzadıb işləri olmasını bildirməklə pulu ona vermişdir və çıxıb getmişdir. Təxminən 10 gün sonra, yəni 2017-ci ilin may ayının ilk on günluyündə Nailə onunla əlaqə saxlayıb ona 8000 manat pul lazım olmasını və əlində həmin məbləğə dair lombardın məxaric qəbzinin olmasını bildirmiş və demşdir ki, təcili həmin pul verməlidir ki, qızılı batmasın və həmin pulun üzərində bir həftə müddətində ona 1000 manat verəcəyini bildirmişdir. O isə Nailəyə bildirmişdir ki, həmin gün axşam işdən çıxan zaman Yasamal rayonu Landau küçəsində olan H.Cavid parkına gəlsin. Həmin gün axşam işdən sonra o, həmin ünvana getmiş və parkın içərisinə keçmədən avtomobil parklama yerində Nailə yenə həmin avtomobillə Əli adlı sürücüsü ilə gəlmiş və o yenə avtomobilin salonuna keçib arxa tərəfdə onun yanında əyləşmiş və Əli isə siqaret çəkmək üçün avtomobili tərk etmişdir. Nailə ona 8000 manata dair lambarddan olan məxaric qəbzini göstərmiş və həmin ödənişi etmək üçün gedəcəyini və həmin qızılın alınması üçün hazır müştərisi olmasını bildirmiş, səhər gedib qızılları lombbardan çıxaracağını və səhəri satıb bir həftə müddətində onun pulunu 1000 manat xeyri ilə qaytaracağını bildirmişdir. O, pulu avtomobilin salonunda Nailəyə vermiş və sonra Nailə Əli ilə birlikdə həmin ünvandan uzaqlaşmışlar. Bundan bir həftə sonra Nailə onunla əlaqə saxlayaraq pulun özünündə olmasını demiş, o isə ona həmin gün axşam işdən sonra H.Cavid parkında onunla görüşüb pulu veməsini bildirmişdir. Həmin gün axşam o, həmin ünvanda onunla görüşmüşdür. Belə ki, Nailə sürücüsü Əli ilə həmin ünvana gələrək avtomobilinin salonunda pulu ona vermişdir. O, pulu saymış və Nailənin demiş olduğu kimi pulun 9000 manat olmasını görmüşdür. Həmin pulu Nailə ona verən zaman ona bildirmişdir ki, bəs 2017-ci ilin iyun ayının əvvəllərində digər lombardlarından qızıllarını çıxarmaq üçün ona 12000 manat pul lazım olacaqdır. O, buna etiraz etməmiş, həmin vaxta kimi onun dediyi məbləğdə pulu düzəldəcəyimi bildirmişdir. 2017-ci ilin iyun artıq 12000 manat böyük məbləğ olmasına görə o, öz əri Zərərçəkmiş şəxs11 Nailə adlı qadın barəsində məlumat vermiş və sonuncunun qızıl alqı-satqı işləri ilə məşğul olmaqla Bakı şəhərində çoxlu lombardlarda qızılları olmasını həmin qızıların lombardlardan çıxarılması üçün pullar lazım olmasını və həmin pulu vermiş olduğu təqdirdə bir həftə 10 gün müddətində həmin pulu üzərində xeyri ilə birlikdə verməsini, həmin qadına artıq bir dəfə 5000 manat, daha sonra isə 8000 manat pul verdiyini və həmin pulların üzərində olan xeyri ilə birlikdə demiş olduğu müddətlərdə ona qaytarmasını bildirmişdir. Həmçinin həmin qadını Ceyhun adlı iş yoldaşının vasitəsi ilə tanıdığı və həmin qadının sözünə düz olması bildirmişdir. Həmin məbləğin 5000 manatını əri Zərərçəkmiş şəxs11 öz tanışı İsmayıl adlı şəxsdən alaraq ona vermiş və o, cəmi 12000 manat pulu düzəldib hazır saxlamışdır ki, Nailəyyə vermiş olduğu sözə oda düz olsun. Həmin pul onun əlində tam olaraq olan kimi o, istifadəsində olan mobil nömrədən Nailəyə zəng edərək pulu hazır etdiyini və nə vaxt istəsə ona deməsini bildirmişdir. 2017-ci ilin iyun ayının ilk on günlüyündə Nailə ilə o işdən çıxdıqdan sonra «Flame Tovers»in qarşısında Parlament prospektində «Ferrari» avtomobil satış mərkəzənin önündə görüş təyin etmiş və həmin vaxtı orada görüşmüşlər. Nailə ora yenə Əli ilə adlı şəxslə birlikdə həmin avtomobillə gəlmiş və o, Nailə ilə avtomobildə salonda arxada, Əli isə sükan arxasında əyləşmiş və o, salonda 12000 manat pulu Nailəyə vermişdir. Nailə isə ona bildirmişdir ki, iki həftə müddətində həmin pulu 1200 xeyri ilə birlikdə ona qaytaracaqdır. Təxminən on gündən sonra Nailə onunla əlaqə saxlayıb pulun hazır olmasını bildirmiş və yenə H.Cavid parkında görüş təyin etmiş və o həmin ünvana yenə Əli ilə gəlmiş və ona 13200 manat pul vermişdir və bildirmişdir ki, bəs yenə ehtiyac olan zaman ona müraciət edəcəkdir. Həmin pulun 5000 manatını üzərində 300 manatla o, əri Zərərçəkmiş şəxs11 vermiş və sonuncu öz tanışı İsmayılın pulunu qaytarmışdır. 2017-ci ilin iyul ayının ikinci 10 günlüyündə Nailə ona zəng edərək ondan 15000 manat pul istəmiş və bildirmişdir ki, bəs artıq lombardlardan kiçik məbəğlərdən başlayaraq artıq böyük məbğlədə olan qızılların çıxarmağa başlayır. Nailə ondan iki həftə müddətində 15000 manat pul istəmişdir. O, bu barədə yenə əri Zərərçəkmiş şəxs11 məlumat vermişdir. Evdə 8000 manat pulu olmasına görə yenə iyul ayında əri tanışı İsmayıldan 7000 manat istəmişdir. İsmayıldan həmin pulu Əhməd götürüb evə gətirmişdir. Artıq onda 15000 manat pul olmuşdur ki, o, Nailəyə zəng edərək demiş olduğu 15000 manatın hazır olmasını bildirmiş və ona bildirmişdir ki, səhəri günü yenə bankın qaşısında olan dayanacağı gəlib həmin pulu günorta saatlarında ondan götürsün. Nailə razılıq vermiş və 2017-ci ilin iyul ayının ikinci 10 günülüyündə iş yerinin qarşısında yəni «Nizami» metrosunun qarşısında C.Cabarlı küçəsi 5 ünvanında olan dayanacaqda onunla görüşmüşdür. Nailə həmin ünvana «Mitsubişi» markadı 19-BF seriyalı nömrə nişanını xatırlamadığı ağ rəngli avtomobilllə gəlmişdir. Həmin avtomobil dayanacağı yaxınlaşmış və yenə avtomobili Əli adlı sürücü idarə etmişdir. O, konvertdə olan 15000 manat pulu həmin gün avtomobilə əyləşmədən pəncərdən Nailəyə vermiş, sonuncu isə iki həftə müddətində həmin pulu üzərində 2000 və ya 3000 manat xeyri ilə birlikdə ona qaytaracağını bildirmiş və həmin halın satılmış olacaq maldan aslı olacağını demişdir. 10 gündən sonra Nailə onunla əlaqə saxlayaraq qızılların yaxşı satıldığını və buna görə onun 3000 manat xeyri olmasını və həmin pulun özündə olmasını və onunla görüşüb 3000 manatı da ona vemək istədiyini bildirmiş və onnunla Badamdar şossesi 11 ünvanda olan «Bazar Store» mağazasının qarşısına görüş təyin etmişdir. O isə Nailəyə həmin ünvanı yaxşı tanımadığını və buna görə H.Cavid parkına görüş təyin etmişdir. Həmin gün işdən sonra onlar parkın parkovka hissəsində görüşmüş və Nailə yenə Əli ilə eyni avtomobillə həmin ünvana gəlmişdir. O, avtomobilin salonunda əyləşdikdən sonra Nailə ona işlərin yaxşı getdiyini bildirmiş və ona 3000 manat verərək, onun 15000 manat pulunun yerində qalmasını və həmin pulun üzərinə hazırda çıxarmış olduğu qızılları satmaqla daha böyük miqdarda olan qızıllarını çıxarıb satmaqla onun 15000 manatını 10 gün müddətində qaytaracığını bildirmişdir. O isə onun demiş olduğu böyük miqdarda olan qızılların hansı məbləğdə olmasını xəbər alan zaman Nailə ona həmin böyük məbləğdə olan qızılların 30000-40000 manat civarında olmasını bildirmişdir. Lakin, 15000 manata dair Nailə demiş olduğu 10 gün müddətinə əməl etməmiş və hər dəfə müxtəlif bəhanələr etmişdir. O isə Nailəyə bildirmişdir ki, həmin pulun 7000 manatı əri tərəfindən borc olaraq götürülmüşdür. Nailə isə ona hər vasitə ilə çıxarmış olduğu qızılları ucuz qiymətə satmaq istəmədiyini və belə olan halda xeyir az olacağını bildirmişdir ki, bəs ona bir qədər müddət tanımasını bildirmişdir. O isə artıq məcbur olub Nailəyə bildirmişdir ki, belə olan halda məcbur olaraq kredit götürəcəyini bildirmişdir. Nailə isə artıq onun kredit götürməsini bilən kimi həmin krediti hansı miqdarda götürməsini xəbər almış və o ona əri Əhmədin almış olduğu pulu qaytarmaq üçün lazım olan 7000 manat götürəcəyini bildirmişdir. Nailə isə ondan həmin mələbəğin üzərində artıq nədər pul götürə billəcəyini xəbər almış, o isə həmin pulun üzərində əlavə olaraq 5000 manat götürə bilsə həmin məbləği götürəcəyini bildirmişdir, Nailə isə lombarddan qızıl çıxarmaq üçün həmin məbləğin ona lazım olmasını və lombardda olan qızılın digər hissəsini də həmin 5000 manatla çıxara biləcəyini demişdir. O, artıq Nailənin sözünə inanıb krediti 7000 manat deyil, özünün o zaman işləmiş olduğu «Kapital» bankdan 02 avqust 2017-ci il tarixdə 13000 manat pul götürmüş və həmin pulun bankdan götürməsinə və ödənməsinə dair olan arayışı istintaqa təqdim etmişdir. Belə ki, o həmin 13000 manatdan 7000 manatını əri Əhmədə vermişdir ki, sonuncu dostu İsmayılın pulunu qaytarsın və həmin pulun üzərində 500 manat pulu da İsmayıla əri Əhməd pul verərək sonuncunun pulunu qaytarmışdır. Artıq bank xərcləri və sairə xərclər çıxıldıqdan sonra onun əlində 5000 manat pul qalmışdır. O, Nailəyə 5000 manatın onda olmasını bildirmiş, sonuncu isə həmin gün yenə onun iş yerinin qarşısına dayanacağa gələcəyini və həmin pulu ondan götürməklə onun onda olan 15000 manatını və verəcəyi 5000 manatın üzərində ona 2000-3000 manat civarında xeyir verəcəyini bildirmişdir. Həmin gün bankın qarşısına çatan zaman Nailə ona zəng edərək bu barədə bildirmiş, o isə yanında bank müştəriləri olmasına görə ona çölə çıxa bilməyəcəyini və həmin pulu sürücüsü Əlinin gəlib bankda ondan götürməsini bildirmişdir. Həmin gün, yəni 02 avqust 2017-ci il tarixdə banka onun işlədiyi birinci mərtəbədə qapıdan girən kimi düz 5-ci masaya Əli yaxınlaşmış və 5000 manat olan konverti ona vermiş və sonuncu pulu götürüb bankını tərk etmiş və Nailə danışığı zamanı Əli tərəfindən 5000 manatın ona verilməsini təsdiq etmişdir. Əli ondan pul götürən zaman onlar arasında hər hansı söhbət olmamışdır. Ondan sonuncu pulu götürməsindən sonra 2-3 gündən bir o, Nailə ilə zəngləşir və Nailə ona bildirmişdir ki, bəs lombardda qızılları çıxarmaqla hissə-hissə satır. O isə artıq onun qızılı hissə-hissə satması sözündən tutub onun pulunu elə satmış olduğu qızılların hissə-hissə dəyərində az-az ona verməsini bildirmişdir ki, bəs oda banka ödənişləri olan faizləri ödəməsin. Nailə isə ona bildirmişdir ki, bəs bank problem deyildir və o onun yerinə bankın aylıq ödənişlərini ödəcəyini bildirmişdir. Bakın sentyabr ayının ödənişi olan 500 manatı Nailə Əlinin vasitəsi ilə ona göndərmiş və oktyabr ayının ödənişini onun kredit müqaviləsi bank hesab nömrəsini ondan öyrənməklə terminaldan 500 manat ödəniş etmişdir. Onlar telefonla danışan zaman Nailəyə onun ana məbləği nə zaman verəcəyini xəbər almışdır. Nailə ona bildirmişdir ki, bəs qızılları satmaq üçün Tovuz rayonuna getmişdir və orda qızılın az olmasını və imkanlı adamlar olmaqla orda satışı daha yaxşı təşkil etməsini bildirmişdir. 2017-ci ilin oktyabr ayında Nailə onun yuxarıda göstərmiş olduğu 500 manat kredit ödənişini etmiş və ona deməsinə görə yenə Tovuzda olmasını bildirmişdir. 2017-ci ilin oktyabr ayının ortalarında Nailə ona zəng edərək Tovuzda xalası Şəfiqə adlı qadının evində olmasını, qızılların hələ əlində olmasını, satışını həyata keçirə bilmədiyini, xalasının qızıllarını da çıxarıb elə Tovuzda satmaq üçün ona təcili olaraq 20000 manat lazım olmasını və pulu indi ödəməsə qızılların batacağını və xalasının yanında pis vəziyyətdə qalacağını bildirmişdir. Həmçinin demişdir ki, xalası ona qızıllarının satışına köməklik edir və belə olan halda Tovuzda xalası ona kömək etməyəcək və qızlları Tovuzda baha qiymətə satması planı iflas olacaqdır. Yəni Nailə yenə dolayısı ilə xalasının qızılları məsələsinin onun puluna yölətmişdir. Ona görə oda artıq Nailədə olan 20000 manat pulunun batmasından ehtiyyat edərək ona əlavə olaraq 20000 manat pulun tapılmasında köməklik edəcəyini bildirmişdir. O, Nailənin ona dediklərini əri Əhmədə bildirmiş və əlavə olaraq 20000 manat lazım olmasını bildirmişdir ki, bəs onların əvvəlki 20000 manat pulu batmasın. Əri Əhməd 2017-ci ilin oktyabar ayının 2-ci 10 günlüyündə müdiri Bahar Qayıbovadan 20000 manat borc pul almış və pulun artıq onda olması barədə ona məlumat vermişdir. Nailə ona bildirmişdir ki, sürücüsü Əlini həmin pulu götürmək üçün göndərə bilməz, həm gecdir, həm yol uzundur və həm də məbləğ böyükdür. Nailə ona axşam radələrində Badamdar şossesində olan «Bazar sotor»un qarşısına gələcəyini bildirmiş və o da axşam saatları olmasına görə avqust ayının ikinci 10-günlüyündə həmin pulu əri Əhmədlə götürüb «Bazr Store» mağazasının qarşısına getmişlər. Onlar həmin ünvana çatan zaman Nailənin eyni avtomobildə gəlməsini görmüş və o, əri Əhmədlə keçib avtomobildə əyləşmişlər. Əhmədə salonda qabaqda sürücü Əlinin yanında, o isə salonda arxada Nailənin yanında əyləşmişdir. Nailə gecə ilə Tovuz rayonundan yol gəlməsini və yenə Tovuz rayonuna qayıtmalı olmasını və xalasının onu qızıllarını çıxarması üçün onu məcbur etməsini və ona görə həmin pulla xalasını qızıllarını lombarddan çıxarmaqla daha sonra onun işi ilə məşğul olacağını bildirmiş və o, həmin 20000 manatı Nailəyə vermişdir. O, və əri Əhməd Nailəyə suallar verən zaman sonuncu yol gəlməsini, şəkəri olmasını, çörək yemədiyini, işlərin yaxşı olmasını onun pulunu və üzərində olan məbləği artıqlaması ilə qısa müddət ərzində ona qaytaracağını bildirmişdir. Bir neçə gündən sonra o, Nailə ilə əlaqə saxlayan zaman Nailə artıq Bakı şəhərində olmasını və xalasını qızıllarını lombarddan çıxarmaqla işlərini həll etdiyini, lakin onların pullarına çıxarılmış qızılları həllə sata bilmədiyini bildirmişdir. 2017-ci ilin noyabr ayında Nailə ona zəng edərək xaricdən qızılları gəldiyini və həmin qızılların gömrük rəsmiləşməsi üçün 13000 manat pul lazım olmasını bildirmiş və həmçinin həmin qızılları onun pulu ilə çıxarmış olduğu qızıllarla birlikdə eyni şəxsə verəcəyini demişdir. Həmçinin demişdir ki, yaxşı xeyir götürə bilsin ki, onun ana məbləğini və üzərində olan xeyri ona verə bilsin. O isə artıq onda olan 40000 manat ana məbləğinin batma riski olmasına görə Nailəni küsdürməmək üçün həmin məbləği tapacağını bildirmişdir. Həmin 13000 manatı əri Əhməd 2017-ci il tarixdə noyabr ayında öz tanışı Əlidən istəmiş və sonuncu həmin məbləğə etiraz etməyərək bir neçə saatdan sonra onların evə gələcəyini bildirmişdir. Nailə həmin pulu ondan təcili olaraq istəməsinə görə o, Nailəyə zəng edərək ona yenə «Bazar Store» mağazasının yanına evilərinin həyətinə görüş təyin etmişdir. Elə olmuşdur ki, Nailə ilə Əli demək olar ki, eyni vaxtda gəlmişlər və Əli onların evə qalxdığından pulu əri Əhmədə vermiş və o, Nailəyə zəng edərək bildirmişdir ki, əri Əhməd həyətə düşüb pulu ona verəcəkdir. Əri Əhməd tanışı Əli ilə evin həyətinə düşmüşdür ki, pul vesin. Sonra əri Əhməd evə gəlib bildirmişdir ki, Əli Nailəyə yaxınlaşmamışdır. Həmçinin Nailənin yenə həmin avotomobildə həmin sürücü ilə həyət gəldiyini və dostu Əlinin kənarda dayansa da sonuncunun gözü qarşısında Nailəyə həmin dostundan borc olaraq həmin 13000 manatı ona alıb verdiyini bildirmişdir. Həmçinin Nailəni yenə onu da arxayın edərək onların pulu və xeyri artıqlması ilə yaxın müddət ərizində qaytaracağını dediyini ona bildirmişdir. Artıq 2017-ci ilin dekabr ayında Nailə ona bildirmişdir ki, 25000 ABŞ dolları, yəni məzənnə ilə 42500 manat, pul lazımdır ki, lombardda olan bütün qızıllarını çıxarsın satsın və onların pulunu tam olaraq xeyri ilə qaytarsın. Həmçinin həmin 25000 ABŞ dolları üzərində onlara 5000 manat da verəcəyini bildirmişdir. Əri Əhməd həmin 25000 ABŞ dolları pulu da yenə öz dostu İsmayıldan almışdır. O, Nailəyə zəng edərək pulu birtəhər tapdığını və yenə əri Əhmədin dostlarından borc etməsini və pulun hazırda Əhməddə olduğunu və onunla zəngləşib pulu götürməsini bildirmişdir. O zaman əri Zərərçəkmiş şəxs11 istifadəsində ***-***-**-** nömrəsi olmuşdur və o, Nailənin istfadəsində olan mobil nömrəni ona vermişdir. Əhməd evə gəlib bildirmişdir ki, Nailə onu nömrəsinə zəng etmiş və onlar «Elit» ticarət mərkəzinin girişində görüşmüşlər. Nailə eyni avtomili eyni sürücü ilə həmi ünvana gəlmiş və əri Əhməd salonda arxada əyləşib Nailə ilə o zaman verilmiş məbləğ ilə birlikdə ümumi məbləğin 82500 manat olmasını bildirmiş və həmçinin onun telefon zənglərinə cavab vermədiyinə görə Nailəyə öz iradlarını bildirmişdir. X71 görə artıq dostlarından alınmış pulun vaxtı vaxtında ödənməsi və həmin pullara görə dostlarına pul verməsini və hətta onların bankdan pul çıxarmalarını və hər ay banka pul ödəməli olmasını bildirmişdir. Nailənin sözlərinə inandığına görə əri Əhməd o zaman üzərində olan 25000 ABŞ dollarını ikin vermiş olduqları pulların batmaması üçün Nailəyə sonuncunun sürücüsü Əlinin iştirakı ilə həmin ünvanda 2017-ci ilin dekabr ayının ilk 10 günlüyündə vermişdir. Bundan sonra Nailədən yenə xəbər çıxmamış və nəhayət uzun zənglərdən sonra Nailə onunla H.Cavid parkının yanında görüşmüş və ona 5000 manat pul verərək həmin pulun sonuncu dəfə verilmiş pulun xeyri olmasını və ana məbləğə aidiyyətı olmadığını bildirməklə onların Yeni ili yaxşı keçirmələri üçün həmin pulu onlara verdiyini və yeni ilin yanvar ayından etibarən işlərin daha yaxşı olacağını və onların pullarını artıqlaması ilə verəcəyini bildirmişdir. 2018-ci ilin yanvar ayında o, Nailə əlaqə saxlayan zaman sonuncu ona bir nəfər adını çəkmədiyi şəxsin ona külli miqdarda pul verməli olmasını, həmin şəxsin zəngini gözləməsini həmin məbləği qeyd edilən şəxsin verəcəyini və həmin məbləğə Gürcüstandan gələn qızıl-zinət əşyalarını ucuz qiymətə almaqla Bakı şəhərində baha qiymətə satmaqla Bakı şəhərində daha baha qiymətə satıb xeyir götürəcəyini bildirmişdir. Həmin vaxtdan 2-3 gün sonra Nailə özü onunla əlaqə saxlayaraq bildirmişdir ki, həmin şəxs pulu gecikdirmişdir və onlardan sonuncu dəfə pul istəyir ki, həmin qızılları özü ala bilsin ki, həm onların və həm də onun işləri getsin. Həmin vaxtı Nailə Votsap vasitəsi ilə onu inandırmaq üçün qızılların fotoşəkilərini ona göndərmiş və həmin qızılları almaq üçün ona 50000 manat pul lazım olımasını və həmin pulun 20000 manatını özünün tapmasını, onlar isə 30000 manat ona vermiş olduqları halda işlərin qaydasında olacağını bildirmişdir. Nailə hətta ona guya tapmış olduğu 20000 manatın fotoşəkillərini çəkib Votsap vasitəsi ilə göndərirmiş ki, onda ona inam yaratsın. Nailə bütün onların ilkin vermiş olduqları pulların taleyinin həmin 30000 manatdan aslı olmasını və bir daha onlardan pul istəməyəcəyini bütün almış olduğu pulları tam olaraq bağlayacağanı bildirmişdir. Buna görə də əri Əhməd öz dostu Eynardan 30000 manat pul götürmüş və sonuncunu inandırmaq üçün həmin pulu Nailə adlı qadına verəcəyini bildirmiş və onlar birlikdə H.Cavid parkına gedərək əri Əhməd dostu Eynarın gözü önündə 2018-ci ilin yanvar aynın 2-ci 10 günlüyündə həmin məbləği Nailəyə vermişdir. Bundan təxminən bir həftə sonra Nailə onunla əlaqə saxlayaraq Gürcüstandan gələn malın çox olmasını həmin malın yarı-yarı çıxarmasını mümkün olmadığını və malın sərhəddə qalmasını və buna görə əvvəl vermiş olduğu pulun batmaması üçün əlavə olaraq təcili olaraq 22000 manat pul lazım olmasını bildirmişdir ki, qızılları ölkəyə keçirə bilsin, əks halda bütün qızıllara verilmiş pulların batacağını emişdir. Həmçinin özünün də bütün pullarını həmin qızıllara verməsini, əks halda pulun da batacağın və bundan sonra onlara pul vermək iqtidarında olmayacağını bildirmişdir. Eyni qaydada əri Əhməd Eynardan 22000 manat pul götürüb H.Cavid parkının yanında Eynarın gözü önündə həmin pulu 2018-ci ilin yanvar ayının 3-cü 10 günlüyündə Nailəyə onun zəngindən sonra vermişdir. Artıq ərinin tanışı İsmayıl 2017-ci ilin dekabr ayında vermiş olduğu 25000 ABŞ dollarını tam olaraq geri tələb etməyə başlamış və həmçinin digər pul almış olduqları şəxslər də öz pullarını onlardan tələb etməyə başlamışlar. Bu səbəbdən əri Əhməd öz tanışı Rəşaddan 25000 ABŞ dolları iki ay müddətində 29000 ABŞ dolları ödənməsi şərti ilə borc götürmüş və həmçinin həmin borc müqaviləsi onların arasında 50000 manata dair tərtib olunmuşdur. Sonra həmin pulla İsmayıla olan borcları tam olaraq bağlanmışdır. Lakin, bundan sonra Nailədən xəbər olmamışdır. Həmin vaxt borc pul götürdükləri bütün şəxslər onlardan pullarını tələb etmiş və bu səbəbdən əri Əhməd onun qardaşından 14000 manat borc pul alaraq həmin pulu borclarına vermişdir. Lakin, onların borcu çox olduğuna görə o, artıq Nailədən ələ çəkməmiş və mütəmadi olaraq ona zənglər etmişdir. Nailə isə ona bildirirmişdir ki, evini satıb onun borclarını tam olaraq bağlayacaqdır. Lakin, Nailə evinin sənədləşmə işləri tam olmadığından alqı-satqı etmək mümkün olmadığını, buna görə evinin sənədləşmə işlərini tez həll etmək və zəruri sənədləri çıxarmaqla satmaq üçün ona 10000 manat pul lazım olmasını bildirmişdir. Nailə öz evinin 9-cu mkrda olmasını bildirmişdir. Buna görə əri Əhməd tanışı Şahid6 10000 manat borc pul istəmiş və Eldar Əhmədə pul çatmalı olan Nailənin nömrəsini ona verməsini bildirmiş və sonra ona məlum olmuşdur ki, Eldar Nailənin sürücüsü Əli ilə Xəzər Universitetinin yanında görüşüb 10000 manatı Nailənin sürücüsü Əliyə vermişdir. Sonra başa düşmüşlər ki, Nailə onları aldadıb dələduzluq edib külli miqdarda pullarını ələ keçirmişdir. Əhmədin tanışları artıq ondan pullarını tələb edən zaman o sahibi olduğu «Geely Emmqrand» markalı **-ZZ-*** dövlət qediyyat nişanlı avtomobilini 6500 manata, «KİA Optima» markalı **-XX-*** dövlət qediyyat nişanlı avtomobilini 10500 manata və «VAZ 2106» markalı **-FX-*** dövlət qediyyat nişanlı avtomobilini 4500 manat satmışdır. Onun adına «Muğan» bankda girovda olan Badamdar şossesi ev 111, mənzil 51-i 132000 manat satmışlar və yenə də həmin evin ipotekasını onlar ödəyirlər. Evin qızıllarını isə o, 10000 manata satmışlar. Həmçinin əri Əhmədin qardaşının adına 2300 manat «Eksprees» bankdan kredit götürmüşdür. Əhməd öz adına 2020-ci il tarixdə «Uni» bankdan 3200 manat və 3700 manatlıq kart krediti götürmüşdür. O, öz adına yenə "xxxx"dan 8000 manat kredit götürmüşdür. Həmin pullarla Əhməd öz tanışlarından almış olduğu pullarla qaytarmışlar. Həmçinin öz ev əşyalarını vacib pul lazım olduğuna görə dəyər dəyməzinə satmışlar. Beləliklə, Təqsirləndirilən şəxs2 əməlləri nəticəsində ona və əri Zərərçəkmiş şəxs11 157500 manat ziyan dəymişdir. Nailə onlara vurulmuş mddi ziyandan hər-hansı məbləğdə pulu onlara ödəməmişdir. Buna görə də iş üzrə əri ilə birgə irəli sürmüş olduqları iddia tələbinin tam təmin olunaraq 157500 manat pulun Təqsirləndirilən şəxs2 onların xeyrinə ttulması barədə qərar qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs2 onlara dəymiş maddi ziyanı tam olaraq ödəsə onu bağışlaya bilər. Lakin, hal-hazırda onu bağışlamır. Təqsirləndirilən şəxs2 ədələtli cəza təyin olunmasını məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs, mülki iddaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs11 Zərərçəkmiş şəxs10 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs2 tərəfindən yuxarıda qeyd edilən şəraitdə onlara məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçtirildiyi, həmin pulların bir qismini öz dost-tanışları olmaqla yuxarıda qeyd edilən şəxslərdən borc kimi götürərək şəxsən Təqsirləndirilən şəxs2 verdiyini bildirmiş və iş sürmüş olduqları iddia tələbinin tam təmin olunaraq onlara vurulmuş maddi ziyan olmaqla 157500 manat pulun Təqsirləndirilən şəxs2 onların xeyrinə ttulması barədə qərar qəbul olunmasını, həmçinin Təqsirləndirilən şəxs2 ədələtli cəza təyin olunmasını məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 1979-cu il tarixdə Ağcabədi rayonunda anadan olmudur. Fərdi əməklə məşğul olur, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olsa da, öz ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yaşamasıdır. Bildirmək istəyir ki, iş üzrə zərərçə\kmiş şəxslərdən Zərərçəkmiş şəxs2 onun böyük qardaşı, Bulud Quliyev isə onun qaynatasıdır. Zərərçəkmiş şəxs5 isə onun əmisi oğludur. Hadisə ilə bağlı bildirmək tistəyir ki, Zərərçəkmiş şəxs5 şəxsi işləri ilə əlaqədar 2017-ci ildə Ukrayna Respublikasına gedərkən zaman özünə məxsus olan 60000 ABŞ dolları pulu ona vermişdir ki, həmin pulu özündə saxlasın. 2017-ci il tarixdə həmçinin avtomobil alqı-satıqısı ilə məşğul olmuş və dayısı oğlu Pərviz onu Nailə ilə tanışı etmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qızıl alqı-satqı işləri ilə məşğul olur onun lomardlarda külli miqdarda qızılları vardır və həmin qızılları çıxarmaqla baha qiymətə satışını təşkil etməsini və özünün Nailə ilə bir neçə iş görməsini və Nailənin sözünə düz olmasını bildirmişdir. Hətta Pərviz ondan bir neçə dəfə borc pul götürüb daha sonra pulun vaxtı-vaxtında qaytarmş və həmin pulu Nailəyə veməsini və üzərində xeyir götürməsini bildirmişdir. Pərvizə onu Nailə Xanmmədova ilə görüşüb tanış etmiş və görüş zamanı Təqsirləndirilən şəxs2 ona xeyli müddət olar ki, qızıl alqı-satqı işləri ilə məşğul olmasını, külli miqdarda lombardda qızılları olmasını həmin qızılların lomrddan çıxarılması üçün ona vəsait lazım olmasını və həmin vəsaiti ödənmiş olduğu halda çıxarılmış qızılların özü tərəfindən yuyulması və satılması ilə yaxşı gəlir əldə olunmasını və həmin əldə olunmuş puldan xeyiri olacağını bildirmişdir. Artıq təxminən bir müddət Nailə Xanmmədova ilə birlikdə işləmiş və özünün təxminən 10000 manata yaxın pulunu ona vermiş və həmin müddət ərzində Nailə onunla düz işləmiş və pulunu vaxtı vaxtında qaytarmışdır. Sonra Nailə ona həmin fəaliyyət sahəsini genişləndirmək üçün əlavə vəsaitə ehtiyac olmasını bildirmiş və buna görə əmisi oğlu tərəfindən ona saxlanması üçün verilmiş 60000 ABŞ dollarında hissə-hissə olmaqla Nailə Xanmmədovaya inanmaqla ona vermişdir. Həmin 60000 ABŞ dollarını 2017-ci ilin noyabr-dekabr ayları ərzində xatırmadığı günlərdə tanışı Raminin iştirakı ilə Nərimanov rayonu Keşlə bazarının yanında olan «Kiyev» kafesində Nailəyə ilk öncə 20000, 30000 və 10000 ABŞ dolları olmaqla vermişdir. O, Nailənin lombarda olan qızılların çıxarılmasını və satmasını bilmiş və hətta o həmin pulun üzərində ona həftə ərzində 200-300 manat pul vermiş və bəzi həftələrdə heç pul vermir işin dayanmasını demişdir. Nailə ona ən çoxu 500 manat olmaqla pul vermiş. Bir müddətdən sora Təqsirləndirilən şəxs2 ondan almış olduğu pulu tələb etmiş buna səbəb isə qohumu Elvinində pula ehtiyacı olmuşdur. Nailə ona bildirmişdir ki, bəs ona vermiş olduğu 60000 ABŞ dollarını civarında olan qızılları lombardan götürüb qızılları Nina adlı qadına satmasını həmin qadından qızılın pulunu gözləməsini demişdir. Qardaşı Natiq həmin vaxtı «Yaşıl bazarda» icarəyə ət satış məntəqəsi götürüb işlətmiş və ona baş vermiş hadisəni Natiqə danışmış və o onu Nailə ilə görüşdürməsini bildirmişdir. 2018-ci ilin aprel ayında ilk dəfə Natiqin iştirakı ilə Nərimanov rayonunda olan Təbriz küçəsindəki Nərimanov parkında kafedə Nailə ilə görüşmüşdür. Həmin görüş zamanı Nailə Natiqə bildirmişdir ki, bəs xeyli müddət olar ki, ondan pul alıb özünə məxsus olan qızılları lomarddan çıxarıb satıb və onan tərəfindən ona həmin fəaliyyət sahəsi ilə məşğul olmaq üçün 60000 ABŞ dollarından artıq pulun ona verilməsini və həmin pulların müqabilində lomarddan qızılların çıxırılmasını və Nina adlı qadına satmasını və pulu gözlədildiyini bildirmişdir. Natiq isə Nailəyə onda onu Nina adlı qadınla görüşdürməsini bildirmiş və o həmin qızılların onun tərəfindən alınması və pulun onun tərəfindən ödənəcəyinə dair vədini özü eşitmək istədiyini bildirmişdir. Həmin vaxtı Natiq ilk dəfə Nailəni görmüş və aralarından hər hansı ədavət düşmənçilik olmamışdır. Nailə bildirmişdir ki, bəs səhəri günü həmin ünvanda özünün iştirakı ilə Ninanı onlarla görüşdürəcək. Həmin günün səhəri təxminən 11 aprel 2018-ci il tarixdə Natiq ilə birlikdə Nərimanov parkında olan kafeyə getmiş və bir neçə dəqiqədən sonra Nailə və Nina kafeyə gəlmiş, onlar masa arxasında söhbət edən zaman Nailə Ninanın və onların yanında Ninanın üzünə demişdir ki, bəs onun vermiş olduğu 60000 ABŞ dolları müqabilində çıxarmış olduğu qızılları lombardan çıxarmaqla Ninaya vermişdir və Ninada hazırda 150000 manat dəyərində qızıl olmasını bildirmişdir. Nina bunları təsdiq etmişdir ki, bəs Nailədən 150000 manat dəyərində qızıl almış və özüdə öz növbəsində adını xatırlamadığı şəxsə satmasını və iki gün ərzində həmin şəxsdən 150.000 manatı almaqla onun pulunu tam olaraq Nailəyə verəcəyini və onunda gətirib onlara verəcəyini bildirmişdir. 2 gündən sonra Nailənin istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***- **-** mobil telefon nömrələrindən birinə öz istifadəsində olan 070 -299-16-17 və ya ***-***-**-** nömrəsindən və ya Natiq istfadəsində olan ***-***-**-**, 070 -959-01-06 və ya ***-***-**-** mobil nömrələrdən biri ilə zəng etmişdir. Təqsirləndirilən şəxs2 həmin gün günortadan eyni tərkibdə eyni ünvanda görüşməyi bildirmişdir. Həmin gün saat 16 radələrində qeyd edilən ünvanda görüşmüşlər və Nina bildirmişdir ki, bəs onun alacağı yubanır vermiş olduğu malın pulunu ala bilmir və bir ay ərzində 50000 manat pul düzəltməklə Natiqə verəcək və 10000 manatıda növbəti aylarda 10 ay müddətində hər ay 10000 manat olmaqla 100000 manatı Natiqə verəcəyini bildirmişdir. Həmin vaxtı Natiq Ninaya istifadəsində olan mobil nömrədən zəng vurmuşdur. Növbəti günü Nailə zəng edib görüşmək istədiyini bildirmiş və onlar görüşmüşlər. Nailə ona görüş zamanı bildirmişdir ki, bəs bir ay müddətində Nina onların pulunu verəcəkdir və həmdə Natiq demişdir ki, görürsən yalan danışmır dediklərinin Nina tərəfindən təsdiq olunmasını bildirmişdir. Həmçinin təklif etmişdir ki, bəs pulları batmaması və dövriyyənin davam etməsi üçün ona pul verməsini bir ay müddətində Ninanın 50000 manatı verəcəyini yerdə qalan pulu isə hissə-hissə növbəti aylarda verəcəyini və həmin müddət ərzində pulun geri qaytarılması üçün ona pul verməsini bildirmişdir ki, bəs özünə aid olan qızılları lombardan çıxarıb satmaqla yerdə qalan pulu özü həllə etsin və 50000 manatdan sonra qalan puluda özü öhdəsin götürmüşdür ki, sonra Nina ilə özləri aralarında həll edərlər. Natiq artıq onun vermiş olduğu 60000 ABŞ dollarını təhlükəyə atmamaq üçün onun şərtlərini qəbul etmək məcuriyyətində qalmış və həmdə Nailə bildirmişdir ki, bəs vermiş olduğu pulun qalan hisəssində çıxarmaqla əlavə öz verdiyi puldan Natiqə xeyr verəcəyini bildirmişdir. Natiq Nailəyə inanmış və həmdə 60000 ABŞ dollarını diriltməyə məcbur olub onunla razılaşmış və artıq rayonda olan mallarını və alver məqsədi ilə Bakı şəhərin gətidiyi malları satmaqla hissə-hissə demək olar ki, rayonda olan 100 baş iri buynuzlu malı və şəhərdə əlində malını satmaqla 15 aprel 2018-ci il tarixdə 18300 manatı Nailəyə vermiş və o təxminən 4-5 gün ara ilə ona 3300 manat qaytarmış və həmin puldan 300 manat xeyri olmasını bildirmiş, 28 aprel 2018-ci il tarixdə 7070 manat vermiş və o təxminən 4-5 gün ara ilə ona 2070 manat qaytarmış və həmin puldan 250 manat xeyri olmasını bildirmiş, 13 may 2018-ci il tarixdə 12000 manat vermiş və o təxminən 4-5 gün ara ilə ona 2000 manat qaytarmış və həmin puldan 300 manat xeyri olmasını bildirmişdir. Belə ki, artıq o Nailəyə pul verir və o onun «Yaşıl bazar»da olan iş yerinə gəlmiş və həmin ilk dəfə olan pulları Nailəyə «Yaşılı bazar»da verirmiş və onlar mütəmadi olaraq Keşlə bazarı ilə üz-bə-üz olan Küzə restoranında və Kiyev restoranda çörək yemişlər. Artıq onlar mütəmadi olaraq zəngləşmişlər. Ninanın dediyi bir ayı tam olmuş və Natiq Nailəyə bildirmişdir ki, bəs Ninadan nə xəbər və həmçinin özü də Ninaya zəng etmişdir. Nina ilə onun iştirakı ilə Natiq o Nailə Badamdarda olan evinin yanında yol kənarında görüşmüş və Nina bildirmişdir ki, bəs evini girov olaraq qoymuş olduğu şəxsə pulunu qaytarıb vermiş, lakin həmin şəxsin evini qaytarmadığını və həmin şəxsi məhkəməyə verilməsini bildirmişdir. Özünün pula ehtiyacı olmasını və həmin puldan götürüb işlərini görməsini və sonra onun pulunu qaytaracağını bildirmiş və Natiqdən bir ay 15 gün vaxt istəmişdir. Natiqdə onunla razılaşmış, belə ki, o yenə Natiq Nailəyə qızıl çıxarmaq üçün pul verməkdən tərəddüd edən zaman Nailə bildirmişdir ki, bəs Şəfiqə adlı rəfiqəsi vardır onunla birlikdə Xırdalan şəhərində bina tikir və özünün həmin binada iki evi olmasını və 1-ci mərtəbədə isə şərik gözəllik salonları olmasını bildirmişdir. Həmin binanın yanında yeni bir bina tikmələrini bildirmişdir. Şəfiqə ilə onları Xırdalanda olan tikilidə görüşdürmüş və həmin görüşə o, Nailə, Tural, Natiqlə birlikdə getmişdir. Həmin ünvana getmişlər və onlar ev olan yerə getmişlər. Tural və o maşında qalmışdır. Natiq Şəfiqə ilə görüşüb onunla söhbət aparmış və onların görüşündən sonra ona məlum olmuşdur ki, Şəfəqə bildirmişdir ki, həmin binanın şərikli ilə tikir və həmin şəriklərdən birinində Nailə olmasını və özünün Nailəni həmin tikiliyə şərik olaraq girməsini bildirmişdir. Onların evi və salonu olmasını və həmin binada Nailənin 2 otaqlı və 4 otaqlı tam təmirli evləri olmasını və 1-ci mərtəbədə isə hər ikisinin şərik gözəllik salonun olmasını bildirmişlər. Natiq həmin tikilidə olan mənzillər və salonda tanış olmuşdur. Hətta Şəfiqəgil həmin binanın yanında yeni bir binanın tikintisinin başlanmasınıda bildirmişlər. Nailə bildirmişdir ki, bəs onlarında həmin tikintidə payları vardır və 4-5 mənzilində onların payına düşməsini və həmin mənzilləri onun adına sənədləşdirməklə istənilən zaman ona verməyə hazır olduğunu bildirmişdir. Onlar birlikdə qalxıb mənzillərə baxmış və Natiq evləri bəyənmiş və alqı-satqı ofisinə keçmişlər. Şəfiqə bildirmişdir ki, bəs əri Rusya Federasiyasındadır və ordan razılıq ərizəsi yazıb göndərməli olmasını bildirmişdir ki, evi Natiqin adına sənədləşdirsinlər. Sonra onlar həmin ünvandan getmiş və bir neçə gündən sonra Nailə ona bildirmişdir ki, bəs Şəfiqənin əri evin sənədləşməsinə dair həmin razılıq sənədini göndərmiş və ona görə evin onun adına sənədləşdirilməsində yubunma vardır. Şəfiqənin istifadəsində olan mobil nömrə onda olmamışdır və bundan sonra o Şəfiqəni görməmiş və onlar arasında hər hansı söhbət olmamış və həmin tikiliyədə sonradan getməmişdir. Sonra bilmişdir ki, Natiq 01 iyun 2018-ci il tarixdə 45.000 manatı iş yerində oğlu Turalın yanında Nailəyə əlbəəl vermiş və o təxminən 4-5 gün ara ilə Nailə ona 5000 manat qaytarmış və həmin puldan 600 manat xeyri olmasını bildirmişdir, 18 iyun 2018-ci il tarixdə Natiq Nailəyə yenə iş yerində 55.000 manat vermiş və o təxminən 4-5 gün ara ilə ona 5000 manat qaytarmış və həmin puldan 700 manat xeyrim olmasını bildirmişdir, 2018-ci ilin avqust ayının 2-ci 10 günlüyündə Natiq Nailəyə eyni ilə iş yerində oğlunun iştirakı ilə 35000 manat vermiş və o təxminən 4-5 gün ara ilə mənə 5000 manat qaytarmış və həmin puldan 500 manat xeyri olmasını bildirmişdir. Həmin ərəfədə həmçinin Nailə ondan əl çəkməmiş lombard müdüri kimi adını çəkədiyi Qəni adlı şəxsin Mum ticarət mərkəzində lombardı olmasını və onun yanında çoxlu sayda qızlları olmasını söyləmişdir. X78 ilə tanış etmiş və bildirmişdir. Qəni ilə Nailənin iştirakı ilə Natiq görüşmüş və onlar birlikdə görüşmüşlər və bir neçə dəfə Natiq Nailəyə qızıl çıxarılması üçün pul vermiş və hər tərəfə razı formada Qəni ilə işləmişlər və Nailə sözünə tam olaraq əməl etmişdir. Belə ki, həmin ərəfədə Nailə Natiqdən aldığı puldan 20000 manatını qaytarmasın bilmiş və ona 100.000 manat verəcəyi qalmışdır. Həmin ərəfədə o həmdə Nailədən Elvinin ondan pulunu tələb etməsinə görə 60000 ABŞ dollarını tələb etmiş və o ona pulu Aqilə ödənməsini və Aqilə cəmi 285000 manat pul verməsini bildirmiş və onlar yoldaşlı Aqlin yanına getmişlər. Aqil lombardda olmuşdur. Aqilə bildirmişdir ki, bəs Nailə deyir onun pulununda daxil olduğu 285000 manatı ona ödəmiş və Nailə onun yanında eyni ilə Aqilə təsdiq etmiş. Aqil 285000 manatın Nailə tərəfindən ona ödənməsini və Nailənin deməsinə görə ona vermiş olduğu 60000 ABŞ dollarının həmin məbləğin içərisində olmasını bildirmişdir. Onun pulunu qaytarmasını bildirmiş və Nailənin onun lombardında külli miqdarda qızılı olmasını və həmin qızılın çıxarılması üçün 285.000 manatı banka ödəməsini və həmin pulu geri almasının mümkün olmadığını və Nailənin ona əlavə məbləğlər verməli olmasını bildirməklə ona avtomobil təklif etmişdir. O isə borcu olmasına görə yetərki pul əvəzinə nəsə olsun satıb borucunu verməklə onun adıma avtomobil verməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxs1 ona 20000 manat hesablamaqla «Mercedes» markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobil təklif etmiş və o ona razılıq vermiş və onlar birlikdə Aqilin işçisi kimi bildiyi adını xatırlamadığı Aqilin avtomobil işlərinə baxan oğlanın adına olan avtomobili BDYPİ-də onun işçisi olan Şahid2 adına sənədləşdirmişlər. Yerdə qalan pulu isə Nailə bildirmişdir ki, bəs Natiqlə qızıllarını Təqsirləndirilən şəxs1 lombardından çıxarılması üçün razılaşmışlar və həmin qızlları çıxarıb satan zaman özünə aid hissədən onun pulunu verəcəyini bildirdi. Həmin ərəfədə o Nailəyə irad bildirmişdir ki, bəs niyə onda pulun Ninada olması kimi bəhanlər etmişdir. Nailə isə ona üçün nə fərqi olmasını onsuzda onun pulunun Aqildə olmasını bildirmişdirdi. Həmin avtomobil Rəhmanın adında qaldıqdan sonra avtomobili tanımadığım müştəriyə 20000 manata satmışdır. Həmin vaxtı o Aqillə yoldaşlıq etmişdir, o özünü dindar namaz əhli, Məşədi kimi təqdim edib hər il məşədə ziyarətə imkansız şəxsləri göndərmələrini və qurbanlar kəsməsi kimi bəhanələr ediri. Onlar mütəmadi olaraq görüşür çörək yemişlər. Dayısının Vergilər Nazirliyində şöbə müdiri olaraq işləməsini və vergidən yayınmaqla fəaliyyət göstərməsini bildirmiş və Nailənin onda olan ******* malı üçün vergi ödəmədiyini və vergidən yayınmasını və ona maliyyə vəsaiti buraxan şəxsin isə dayısı olmasını bildirmişdir. Həmin ərəfədə bilmişdir ki, Nalənin Natiq 100000 manata yaxın verəcəyi olduğu halda Natiq onun Aqilin yanında ******* manatdan artıq qızılı olmasını və həmin qızılı lombarddan birlikdə çıxarıb satılmasına dair Nailənin təklifinə inanmamış və ona bildirdim ki, əgər orda qızıl varsa Aqilin lombardına birlikdə getməyi həmin qızılları çıxarmağı bildirmişdir. Natiqin deməsindən bilmişdir ki, 2019-cu ilin may ayında Nailə ilə birlikdə Təqsirləndirilən şəxs1 Binəqədi rayonu Sevetlana Məmmədov küçəsində olan lombardına getmiş və orda ilk dəfə Təqsirləndirilən şəxs1 görmüşdür. Aqil və Natiq həmin vaxta kimi bir birini tanımamış və aralarında hər hansı ədavət düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 Nailənin onda külli miqdarda qızılı olmasını təsdiq etmişdir. Natiq Aqilə bildirmişdir ki, bəs Nailəyə inanmır və həmin qızılların çıxarılması üçün və özü Nailə ilə birlikdə lombarda gəlməklə pulu ödəyib qızılı çıxaracağını bildirmişdir. Aqil etiraz etməmiş və həmin günün səhəri təxminən 2019-cu ilin may ayının ilk 10 günlüyündə olan müddət ərzində Nailə Natiq və oğlu Tural Aqilin lombardına getmiş 18.000 manat pulu Aqilə ödəməklə də həmin şəxslərin iştirakı ilə əl-bə-əl qızılı götürmüşlər. Bir neçə dəfə Nailə və Natiq Aqildən lombardda olan qızılları pulun ödəməklə götürmüşlər və sonra isə Nailənin tanış lombarlarına satıb pullarını götürmüşlər. Hətta Nailə və Natiq Aqildən 14000 ABŞ dolları ödəyib həmin qızılları Aqilin lombardından götürən zaman oda onlarla birlikdə lombarda getmişdir. Nailə onları tez lombarda gəlib bizi gözləmiş və Nailə ilə həmin qızılları lombardan götürmüş və yenə Gənclikdə lombard işlədən Nailənin onlara Nazim kimi demiş olduğu şəxsin iş yerinin qarşısına getmiş və Natiqlə avtomobildə oturmuş və Nailə avtomobildən düşüb həmin şəxsin yanına getməsini demiş və bir neçə dəqiqədən sonra Nailə gəlib avtomobildə əyləşmiş və Natiqə 14000 ABŞ dolları qaytarmış və 350 manat xeyir verdi. Artiq həmin vaxtlardan Natiqində Aqillə münasibəti yaranmış və onlar zəngləşib danışır, Nərimanov parkında görüşüb gəzişir və Keşlə bazarının yanında olan Kiyev kafesində o, Nailə, Tural, Natiq Aqil onun və Nailənin sürücüsü olan Natiq adlı şəxslə birlikdə çörək yemişlər. Həmin vaxtı ona məlum olmuşdur ki, Nailənin sürücüsü Natiq həmdə Aqilin sürücüsü olmaqla onun xalası oğludur. Hər dəfə Aqil masa ətrafında onlar oturan zaman Nailəyə irad bildirib nə qədər onu gözləməli olduğunu və onun yerinə faizlər ödəməsini bildirmişdir. Hətta masa arxasında oturan zaman Aqil Nailəyə bildirmişdir ki, onun lombardına qızıl qoymağın bəs etməmiş kimi aparıb anası Məlahətədə şəxsən əlbəəl 80000 manatlıq qızıl əşyası girov olaraq qoymusan. Onlar arasında mübahisə olmuş və Nailə isə Aqilə anasının yanına pul qoymasına baxmayaraq faizlərini gecdə olsa ödəməsini demişdir. Aqillə həmin ərəfədə şəhərdə görüşmüş və bir dəfə təxminən 2019-cu ilin may ayının sonlarında Natiq, o Aqil, Nailə Nərimanov parkında gəzişən zaman Aqilə Natiqə bildirmişdir ki, bəs Nailə bizlərə xeyli miqdarda verəcəyi vardır, özüdə onun mallarının faizini verməkdən bezmiş və ona köməklik etməyi bildirmişdir ki, Nailənin mallarını çıxarsınlar və onlarda əvvəlcədən olan verəcəyindən qaytarsın. Həmin malın nə qədər olmasını və nə qədər pul tələb olunmasın xəbər alan zaman Aqil bildirmişdir ki, Nailənin lombardında ******* manatlıq malı vardır. Nailənin isə ona yalnız 285000 manat ödəmişdir. Aqil Nailəyə məxsus olan malların ayrı-ayrı qablaşmalarda olmasını və həmin qabaşlamada olan mallardan yəni qızılın çıxarılması üçün olan bir qablaşmanın çıxarılması üçün 550000 manat lazım olmasını və həmin hissənin çıxarılması üçün Nailə tərəfindən 285000 manat ödənməsini demişdir. X40 və Turalın iştirakı ilə həmin miqdarda pulunun olmadığını demişdi ki, Aqil onda Nailənin hissə-hissə daha az miqdarda olan qızıllarını çıxırmağı təklif etmişdir ki, bəs həmin məbləğlərdən başlamaqla sonra böyük məbləğdə olan qızılları çıxarsınlar. Natiq Aqildən həmin hissə-hisə olan qızılın hansı məbləğlərdən sonra buraxılmasın bildirən zaman Aqil Natiq bildirdi ki, bəs həmin qızıllara dair ona siyahı çıxarıb verə bilər ki mən həmin siyahı üzrə ödəniş etməklə Nailənin iştirakı ilə qızılları çıxarsın yoxsa Nailənin lombardda olan qızılları batacaqdır, çünki artıq 50.000 manatlıq malının batmasını və həmin mallar üzrə faizlərdə ödəmədəyinə görə pulunun batmasını demiş. Natiq artıq həmin məbləğlərin böyük olmasına görə əmisi oğlu Zərərçəkmiş şəxs5 məlumat vermişdir. Zərərçəkmiş şəxs5 həmin vaxtı Bakı şəhərində olmuşdur. Səhəri günü olan görüşə Elvinidə dəvət etmişdir. Aqil Natiqə səhəri günü yəni 09 iyul 2019-cu il tarixdə lombardına gəlməsini demişdir. Natiq Aqilin lombardına o, Nailə, Elvin və Turalla birlikdə getmiş və orda Aqil onları qarşılayıb lombardda olan işçisi və həmdə qohumu kimi bilmiş olduğu Sərxana bildirmişdir ki, bəs Nailənin adına olan qızıl əşyalarının siyahısını çıxarıb versin. Sərxan kompyuterdən 2 ədəd 6 qrafadan ibarət siyahı çıxarmışdır. Həmin siyahıdan birində cəmi məbləğin 65800 manat və 3295 manat faizi olmasını, digər siyahıda isə yenə cəm 433000 manat və 21650 manat faizli olmasını görmüşdür. Aqil həmin malların faizlərinin ödənməməsinə görə batma təhlükəsinin olmasını və 3-4 gün ərzində pulu ödənməsə həmin malların batacağını bildirmişdir. Bundan sonra Aqil Nailənin onda həmçinin faizlərini ödədiyi 190000 manat və 220000 manatlıq malıda olmasını bildirmişdir. Həmçinin Natiqə 65800 manata dair təqdim etmiş olduğu siyahıda olan məhsul şəxs qrafasında Sərxan Təqsirləndirilən şəxs1 soyadını, adının və ata adının baş hərfini yazmaqla həmin günün tarixi olan 09.07.19-cu il tarixi qeyd etməklə qarşısından imza etmək üçün Aqilə vermiş, Aqildə imza etmişdir. Həmin siyahıda vətəndaş qrafasından isə Sərxan eyni ilə Nailənin yazıb tarixi qeyd etməklə imza etməsi üçün Nailəyə vermiş və oda imza etmişdir. Səhfənin aşağısında olan «qızılın çıxarılmasına etirazım yoxdur» sözünü Nailə yazmaqla imza etmişdir. Həmçinin 65800 manat göstərilən siyahını Aqil lombardın möhürü ilə təsdiq etmişdir. Həmçinin Aqil lombardda olan quran kitabını çıxırıb and içdi ki, bəs Nailənin demiş olduğu miqdarda lombardda qızılda pulu vardır və həmin pulu ödəyin qızılları çıxarın. Nailənin hər kəsə olan pul verəcəkləri qurtarsın və özüdə qızıllardan üzülüşsün. Naildə həmin halları hər kəsin gözü önündə təsdiq etmiş və Natiq 65800 manat pulu və faizi olan 3295 manat faizinin ödənməsinə razılıq vermiş və Nailə bilirmişdir ki, bəs qızılı çıxar satacaq və həmin işdə xeyir olmasını və həmin xeyirlə onlara olan verəcəklərindən ödənişlər edəcəyini bildirmişdir. Aqil isə bildirmişdir ki, bəs həmin pulu onlar saat 4–dən sonra versə səhər qramını xatırlamadığı miqdarda qızılı onlara verəcək, həmin vaxta kimi çatdırsaq isə həmin günü qızılı verəcəyini bildirmişdir. Artıq onlar həmin pulu tapıb gətirib Aqilə ödəmək üçün Elvin həmin məbləği yəni faizlə birlikdə cəmi 69095 manatı tapmışdır. Birlikdə həmin tərkibdə Aqilin lombardına gəlmişlər və Aqillə görüşmüş və Elvin pulu masa üzərinə qoymuş və Aqil pulu saymaqla götürmüşdür. Həmin günü səhəri Aqil bildirmişdir ki, gəlib saat 12-yə kimi malı gəlib götürəsiniz. Aqil həmin məbləğə dair mədaxil qəbzi yazmış və qızıl çıxarılan zaman həmin qəbz ona verilməli idi. Səhəri günü yenə eyni tərkibdə lombarda gəlmiş və hər dəfə lombardda Xeyransa onlara qulluq edirdi. Aqildə lombardda həmin malı Nailəyə təqdim etmiş və Nailə həmin mal olmasını təsdiq etmişdir. Aqil malı nə edəcəyini xəbər almış və hər kəs satılacağımızı bildirmişdir. Aqil bildirmişdir ki, bəs qızılı başqalarına satacağımız qramdan 1-2 manat artıq olmaqla özünə satmağı bildirmiş və onlarla həmin malı digər siyahısında olan 45000 manat üzərində faizi olan 2250 manat və 34.000 manat üzərində faizi olan 1700 manata hesab etmiş və həmin hər iki mala dair bir yerdə bizə 82950 manata dair Nailənin adına qəbz yazmış və Nailə həmin məbləğə onlara razılıq vermişdir. Həmin qızılı səhəri günü yəni 11 iyul 2019-cu il tarixdə saat 15 radələlərinə kimi çıxarmağı bildirmişdir. Həmçinin bildirmişdir ki, bəs əlavə pul tapın siyahıda olan başqa mallarıda çıxarsın. Onlar həmin malın ödəniş cədvəli onda olmasına görə fikirləşmişdir ki, bəs həmin siyahıda daha hansı malı çıxara bilər və Nailədə həmin malı çıxarmasını demişdir ki, özü aparıb satacaqdır. Səhəri günü 36000 manat Natiq, 30000 manat Elvin tapmış və onlar 66000 manat cəmi pul toplamıvşlapr. Həmin günün səhəri, yəni 11 iyul 2019-cu il tarixdə səhər 10-11 radələrində eyni tərkibdə Aqilin lombardına getmişlər və Natiq həmin pulun üzərinə 300 manatda qoymaqla Aqilə cəmi 69300 manat hər iki məbləğə görə ödəniş etmiş və ödəniş qəbzimizi almış və 10 iyul 2019-cu il tarixdə olan 82950 manatlıq malı gətirmiş, Nailə malı yoxlamış və öz malı olmasını təsdiq etmiş və bundan sonra Aqil qızılları çəkmiş və 52 və 53 manata vumaqla 103000 manat pul etmiş və həmin pulu 2-ci siyahıda ola 100000 manat və üzərində olan 5000 manat faizi ilə olan qızıla hesab etmiş və onlara həmin qızıla dair ödəniş qəbzi vermiş və qızılı səhər gəlib götürməsini bildirmişdir. Həmin gün 69300 manatlıq qızılı günotadan sonra götürmüş və Nailə həmin qızılın öz qızılı olmasını təsdiq etmiş və həmin qızılı Aqil yenə ona satmasını demiş və həmin qızıla 84000 manat pul hesablamışdır. Həmin qızılı isə onların razılığı ilə həmin vaxtı lombardda olmuş anası Məlahətə Nailənin əl-bə-əl vermiş olduğu 80000 manatlıq qızıl və 4000 manat faizinə hesablamış və həmin qızılı səhər gəlib götürməsini bildirmişdir. Həmin faizi ilə birlikdə olan 105000 manatlıq qızılı gətirmiş və Aqil yenə eyni təklif bizə edib qızılı 130000 manata hesablayıb qəbul etdi və həmin 130000 manatı isə 2-ci siyahıda olan 58000 manat və 2900 manat fazinə hesablamaqla 60900 manat hesab etmiş və yerdə qalan 69100 manat pulu isə 130000 manatlıq və üzərində 6500 manat faizi olan mala hesab ödəniş edilmiş. 60900 manatlıq malı 77000 manat hesab etmiş və yerdə qalan 67400 manatlıq malı 136500 manatlıq mala ödəniş etmiş və Natiqə Aqil 9600 manat verəcəkli qalmış və 12 iyul 2019-cu il tarixdə Aqilin göstərişi ilə Sərxan tərəfindən Təqsirləndirilən şəxs2 adına məxaric qəbzi tərtib olunmuş həmi qəbzdə tarix, qızılın girovdan çıxarılması, əsas borc qrafasında 130.000 azn, faiz borc qrafasında isə 6500 AZN, məbləğ yazılı olaraq bir yüz otuz altı min beş yüz olmaqla qeyd olunmuş və Sərxan və ya Aqil tərəfindən imza olunmaqla ödənilməsinə dair möhürlə təsdiq olunmuşdu və həmin 136650 manat dair Natiqə ödəniş qəbəzi verilmişdir. Hər dəfə onlar yəni Natiq Aqilə pul ödəyən zaman o qızılları lombarda gətirmiş, həmin qızıllar lombarda qutularda möhürlü Nailənin şəxsiyyət vəsiqəsi, hər bir qızılın çəkisi və əyyarı əks olunmaqla masa üzərinə qoyulmuş və Nailə tərəfindən yoxlanmış və lombardda olan qızıl tərəzisinin üzərinə qoyulmaqla 750 və 585 əyyarlar ayrı-ayrılıqda çəkilib yoxlanmış və Aqlin həmin qızılı özünün almasına dair onlarla razılaşdıqdan sonra Natiq tərəfindən qızıl ona verilmiş və o həmin qızılları eyni ilə qutularına yığmaqla Natiqdən masa üzərində təhvil almışdır. Hər dəfə qızıllar onlara təhvil verilmiş və həmin şəxslərin gözü önündə Natiq qızılı Aqilə vermişdir. Hər dəfə hesablaşma olan zaman və qızıl onlara təhvil verilən zaman onlara verilmiş ödəniş qəbzlərini Natiq Aqilə təhvil vermişdir. Natiqdə yalnız ondan 136500 manat dair olan məzaric qəbzi qalmışdır ki, buna səbəb Aqilin qıızlı ona gətirib verməməsi olmuşdur ki, Natiqdə məxaric qəbzini özündə ona təhvil vermədən saxlamışdır ki, gələcəkdə istintaqa əsli ilə təhvil versin. Bundan başqa həmin ərəfələrdə Nailə avtomobili olmadığından ona bildirmişdir ki, bəs onu Nərimanova parkın yaxınlığına aparsın və o avtomobillə onu parkın yanına gətirən zaman o avtomobildən düşüb parkda bir nəfər bığlı dolu bədən quruluşlu 50 yaşın üzərində olan sonradan adını bildiyi Zakir adlı şəxslə görüşmüşdür. Həmin vaxtı Zakir Nailə ilə avtomobilə doğru gəlmiş və Zakir ondan yerliliyini xəbər aldı və özünü Tərtərli olmasını bildirməklə həmkəndlisi ilə dost olmasını bildirmişdir. Onlar Nərimanovda parkda olan İstanbul çayxanasında keçmişdir. Görüş zamanı söhbəti Nailə aparmış və Nailəyə Zakirə bildirmişdir ki, bəs Binəqədi rayonunda Sevtlana Məmmədova küçəsində olan lombardda 15 kq qızılı vardır və həmin qızıldan 5 kq yəni briliant qaşlı qızıl kollye dəstini çıxarmağın lazım olmasını həmin qızla onun hazır müştərisi olmasını həmin qızılı çıxarıb yuzduzdurmaqla müştərisinə satmaqla yaxşı xeyir əldə olunacağını bildirmişdir ki, bəs həmin 5 kq qızıla görə 200000 manatdan artıq pul verməsini və 140000 manat pul çatmadığını həmin pul tapıb vermiş olduğu halda qeyd edilən qızılı çıxarıb satacağını və Zakirə ən uzağı 2 həftə müddətində 6000 manat xeyir verəcəyini bildirmişdir. Zakir isə ona bir daha həmin məbləğin böyük olmasına görə gücü çərçivəsində olmadığını və həmçinin hansı lombardan götürməsini maraqlandıqdan sonra ona bir söz deyəcəyini bildirmişdir. Həmin vaxtı Zakir ondan lombarda pul ödəyibödəmədiyini xəbər almış və o Nailənin onun 60000 ABŞ dollarını 285000 manatı daxilində lomarda ödəməsini bildirməsinə, Aqlində həmin pulun Nailə tərəfindən ona ödənməsinə və ona həmin pulun əvəzində 20000 manata qarşılıq bir ədəd avtomobil verməsinə görə o həmin miqdarda pulun ödənməsini təsdiq etmiş və həmin miqdarda qızıl söhbətini Nailə mənədə həmin görüşə kimi demiş və Aqildə onun həmin miqdarda və dəyərdə qızılının lombardda olmasını təsdiq etmişdir. Zakir Niləyə onu həmin lombard sahibi ilə görüşdürməsini bildirmişdir ki, öz həqiqətəndə orda qeyd edilən məbləğdə qızılı olmasını lombarda sahibinin dilindən eşitsin. Zakir həmin məbləği dostundan pul götürməklə düzəldəcəyini bildirmişdir. Ona görə tam olaraq həmin qızılı hardan, necə, kimdən götürməsini maraqlanmaq istəmişdir. Belə ki, o Nailə Zakir ilə Binəqədi rayonunda olan lombarda getmişdir. X79 düz deməsini orda olan 5 kq qızılı çıxarmaq üçün tərəfindən pul ödənməsini və yerdə 140000 manat qalmasını və həmdə qızılın hazırda saxlandığı lombardın müdiri ilə özünün indi danışmasından sonra qərar verməsini bildirmişdir. Bizlər həmin lomarda getmiş və onlar Zakiri ilk dəfə Aqil lombarda görmüş və keçib masa ətrafında əyləşmişlər. Aqil otaqda olan şəxslərə otağı tərk etmələrini bildirmişdir. Zakir özü şəxsən Aqil həmin söhbəti xəbər almış və Aqil Nailə onun lomardında qızıl olmasını və həmin qızılın çıxarılması üçün onun tərəfindən pulun bir hissəsinin verlməsini və yerdə qalan 140000 manatı onun tərəfindən verilmiş olduğu halda həmin qızın çıxılmasının mümkün olmasını xəbər almış və Aqil adları çəkilən şəxslərin iştirakı ilə deyilənləri tam olaraq təsdiq etmiş və bildirmişdir ki, bəs 5 kq yox 15 kq Nailənin lombarrda qızılı vardır və həmin 5 kq qızıl ilə bağlı qeyd edilən söhbətin olmasını və həmin qızılların 5 kq, 3 kq və.s çəkilərdə olmaqla müxtəlif torbalarda bankda saxlanmasını bildirmişdir. Həmin 5 kq qızla görə onun tərəfindən təxminən 200000 manatdan artıq pul ödənməsini bildirdi. Ona görə 200.000 manat demişdir ki Aqil Nailənin ona verməli olduğu 100.000 manatı və Natiq tərəfindən Nailəyə verilmiş 100000 manatı öz üzərinə götürmüşdür ki, yerdə qalan məbləği özünün düzlətməsini və yerdə qalan 140000 manat pulun qalmasını və həmin qızılın tam olaraq Nailəyə məxsus olmasını bildirmişdir. X68 Aqilin sözlərinə inanmış və həmçinin Aqilin müdir olaraq təsdiq etməsinə görə onlara bildirmişdir ki, bəs onun qeyd edilən miqdarad pulu yoxdur anacaq həmin 140000 manatı deyil 115000 manat gücü çatmadığını bildirmişdir ki, bəs özündə 65000 manat olmasını və yerdə qalan pulu isə dostu Əli adlı şəxsdən alacağını bildirmişdir. Hətta həmin vaxtı Aqil bildirmişdir ki, bəs əgər həmin pul düzəlməsə bir həfət müddətində qızılı başqa şəxsə satacağını bildirmişdir ki, bəs onlar hə-yox cavabını tezləşdirsinlər. Nailə Zakir 140000 manata gücü çatmadığına görə yerdə qalan 25000 manatında özü tərəfindən həll ediləcəyini bildirmişdir ki, bəs o 115000 manatı təki gətirsin. Zakir həmin məbləğin dəqiqləşdirilməsi üçün yenə zaman istəmişdir ki, bəs mən həmin məbləği düzlədib onlara xəbər edəcəkdir. Zakirdə orda qızıla dair hər hansı sənəd tələb etməmiş və o Nailə ilə birlikdə onun yaşadığı mənzilə gətirib düşürmüşlər. Səhəri günü təxminən 18 iyul 2019-cu il Nailə və Zakir ilə birlikdə sonuncunun yaşadığı evin həyətindən görüşmüş və lombarda gəlmişlər. Lombardda həmin vaxtı Aqil olmuş və yanında isə Xeyransa olmuşdur. Onlar otaqda əyləşmiş və Zakir 115000 manatı masa üzərinə qoymuş və həmin pul əl atıb Nailə götürmüş və sayıb əl-bə-əl hər kəsin gözü önündə həmin pulu Aqilə vermişdir. Aqil Nailəyə bildirmişdir ki, bəs 3 gündən sonra gəlib qızılı lomarddan götürsün. Həmin pulun verilməsi ilə bağlı hər hansı sənədi Aqil verməmişdir. X80 ilə yaşadığı evin həyətinə gətirib düşürmüşdür. Artıq həmin vaxtdan sonra Aqilin problemləri başlamış və o ona qardaşına, Zakirə Nailə vasitəsi ilə yaxınının hüzürü olması və.s bəhanlər etdi. Zakirdə lombarda getmiş, həmin vaxtı lombarda o Atlas və ondan əvvəl Zəminə adlı qadını lombardda görmüşdür. Onlar Aqillə mübahisə etmiş və Aqil onları söyüb təhir etmiş və hətta Zəminəni gözü önündə döymüş və hətta onun lombarda gəlmiş olduğu avtomobildən 10-luq qızıllarında götürmüşdür. Bir neçə gündə Elvin, Nailə, Natiq və o Keşlə bazarında Kiyev restoranında olan zaman Aqilə onlara zəng etmiş və onuda həmin ünvana dəvət etmişlər. Aqil ora gəlmiş və bildirmişdir ki, xalası oğlunun hüzürdə rayonda olmasını, atası və anasının Hacıqabulda olmaqal hüzür yerində getməsini və səhərdə özünün hüzür yerinə gedəcəyini bildirmiş və onlara bildirmişdir ki, bəs narahat olmasın buruda hər hansı problem yoxdur və Nailəlik hər hansı məsələ yoxudur. Artıq onlar ona bildirmişdir ki, bəs qızılla bağlı olan 136500 manatı başa düşmüşki, xalası oğlu bankdan götürüb qızılı gətirməlidir və Natiq onlara verməli olduğu 9600 manatı və Nailənin anası Məlahətdə olan 84000 manat dəyərindəki qızılın pulun ödənməsi və həmin pulu onlara hesablamış olduğu 105000 manatdan verməsini bildirmişdir. Bu zaman Aqil bildirmişdir ki, bəs həmin 80000-84000 manatlıq malı İstanbul şəhərinə həmmişə qızıl alveri etmiş olduğu şəxsə baha qiymətə satmaq üçün göndərməsini və həmin qızılın satşını gözlədiyini bildirməklə üzərində olan mobil telefonda guya qızılı satışı üçün vermiş olduğu şəxsin türkiyə nömrəsindən ona göndərmiş olduğu səs yazısını dinlətmişdir. Səs yazısında həmin şəxsin türk dilində abi pulu səhər kartında olmasını bildirməsi aydın eşidilmiş və onlar Aqilə arxayın olmuş və həmin vaxtı o çörək kəsib and içmiş və Natiqə bildirmişdir ki, ağsaqqalasan ona qarşı heç vaxt pislik etməz. Səhəri günü yenə eyni tərkibdə lombarda getmiş və bizə qapını açıb içəri daxil olan zaman xeyli müddət olar ki, tanıdığı Zakirin Aqillə mübahisə etməsini görmüşdür. Onlarda yaxınlaşıb Aqildən pullarını tələb etmişlər. Aqil onların pulunu malını verməmiş heç kimin ondan nə pulu nədə mal ala bilməyəcəyini bildirmiş və özünü general dədə Mamedin nəvəsi kimi təqdim etmişdir. Nailədə həmçinin onlar kimi, Aqilə irad bildirmiş və bir-birinin ünvanına söyüş etmişlər və Aqilə xatırlatmışdır ki, bəs əlini qurana basıb and içdirən odur, indidə qızlları və ya pul verən bu şəxslər onun qızıllarına görə ona külli miqdarada pul ödəyiblər. O Təqsirləndirilən şəxs2da ünvanına söyüşlər söyüb təhqir etmişdir. Nailədə qızıllarının çıxmasında maraqlı olmuşdur ki, bəs satış yolu ilə onlara olan borclarını bağlasın. Çünki Nailə onların lombarda vermiş olduğu pulla qızılı lombarddan çıxarıb satmaqla onlara verməli idi və üzərində xeyirdəndə həmçinin pul ayırmalı idi. Artıq Aqlin hərəkətlərindən şikayətetmək istəyirdik ki, Nailə 4 MKR dairəsində mən, X73 birliklə Nailə ilə onun avtomobilində görüşmüşlər və Nailə bildirmişdir ki, bəs ona 1 ay vaxt versin, o onların pulunu Aqildən alıb verəcəkdir. Nailə Aqilin anası Məlahətlə danışıb işi həll edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Nailə bildirmişdir ki, bəs Aqil həmin pulun və qızılın əvəzinə ticarət obyektini, ev və bahalı avtombillərlə pulu əvəzləşdirmək istədiyini bildirmişdir. Nailə həmçinin əlində Xırdalan şəhəri at heykəlinin arxasında yeni tikilinin altında 120 kv metr sahəsi olan mağazanın müqaviləsini sənədlərini və həmin yerə görə tam ödənmiş məbləğə dair maliyyə arayışını təqdim edib həmin yerin Aqilə məxsus olmasını bidirmiş və o həmin müqavilə və maliyyə arayışı ilə tanış olan zaman sənədlərin Aqlinin adına tərtib olunmasını görmüş və həmin yerin 120000 manat qarşılığında Nailə onlara təklif etmişdir. O Aqilə gəlib onlarla söhbətə etməsini tələb etmişdir ki, həmin yer Aqilin adınadır səhər sənədləşmə işləri olsa onlar indidən işlərini bilsinlər. Həmin gün bir neçə saatdan sora Nailənin Aqilə olan zəngindən sonra Aqil onlarla Xırdalan şəhərində at heykəlinin arxasında görüşmüş və həmin vaxtı qeyd edilən ünvanda o, Natiq, Elvin və Nailə olmuşdur. Aqil bir nəfər tanısı sürücü kimi onlara demiş oduğu şəxslə gəlmiş və həmin 120 kv yeri onlara göstərib özünə məxsus olmasını bildirmiş və onlar obyektlə tanış olan zaman təmirsiz olmaqla pəncərələri düzəlmiş olsa belə qapısı olmamış və Aqil bir neçə günə həmin yeri tam olaraq düzəldəcəyini bildirmiş və 124000 manata həmin yeri almasını və 120000 manat məbləğ qarşısında onlara verəcəkləri müqabilində təklif etmişdir. Həmçinin Nailəyə bildirmişdir ki bəs sənədləri onlara versin və onlar yaxın ətrafda olan maklerlərdən həmin yerin dəyəri barədə maraqlanıb ona bir söz deyəcəklər. Onlarda maraqlanmış və həmin yerin dəyərinin 50000-60000 manat olmasını bildirmişlər və bina tikənin ölməsini və həmin binanın problemli bina olmasını bildirmişlər. Artıq onlar həmin tikili ilə bağlı Aqilə razılıq verməmiş və həmin yerə görə 50000-60000 manat makler tərəfindən pul verilməsini bildirmişdir. Aqil bildirmişdir ki, bəs problem deyildir və özünün başqa evləri olmasını və həmin evi onlara göstərmək istədiyini bildirmiş və həmin gecə Nailə ona zəng etmiş və bildirmişdir ki, bəs onu Elvini götürüb Masazıra gəlməsini bildirmiş və ünvanı onlara "xxxx" MTK-ya çatmamış sola yeni tikilidə 1-ci girişdən 1-ci mərtbədə olan 130 kv metr sahəsi olan mənzil olmuşdur və həmin ev təmirli olmaqla yalnız giriş hissəsində təmir tamamlanmamışdır. Mənzildə tam olaraq materialları olmşdur və həmin evin öz evi olmaqla öz adına olmasını bildirdi və evi 130000 manat hesab etmişdir. Lakin onlara sənəd təqdim etməmiş və onlar evin qiymətini maraqlanıb ona bir söz deyəcəklərini bildirmişlər. O isə bildirmişdir ki, 15 gün müddətində evin təmiri tam olaraq qurtaracaq və sonra oturub qiymət barədə danışmaqla razılaşıb verəcəyini bildirmişdir. Həmin günü səhəri təxminən 2019-cu ilin əvvəllərində onlara bir ədəd 2006-cı ilin 2007-ci «Passat» markalı dövlət qediyyat nişanını xatırlamadığı sedan avtomobili, «Mercedez» ponarama markalı 313 dövlət qediyyat nişanlı avtomobil göstərib onlara təklif etmiş lakin həmin avtmobilləri bazar qiymətindən baha qiymətə təklif etmiş və bir ədəd dövlət qediyyat nişanını xatırlamadığı binaların həyətində olan təmir sexində olan «Nissan Armad» markalı cip, və bir ədəd ağ rəngli «İnftini İX 35» markalı dövlət qediyyat nişanlı xatırlamadığı avtomobili həmin ünvanlarda onlara göstərmiş və həmin avtomobili Aqil ara bir sürmüş və sənədində problem olmasını demişdir. Hər gün onlara avtomobillər təklif etməklə vaxt qazanmışdır. Artıq müddətlər dolmuş və 2019-cu ilin sentyabr ayında Natiq Nailə və qohumu Bulud ilə birlikdə BPİ-nə gəlib şikayət etmiş və təhqiqat şöbəsində araşdırma aparılmış və sonra material toplanıb istintaq şöbəsinə verilmiş, Aqil şikayət ərəfəsində lombardda işləyən Xeyransa vasitəsi ilə Buludla əlaqə saxlamış və onlar lombardda görüşmüşlər. Aqil Buluda söz vermişdir ki, bəs o onlara ən qısa müddət ərzində onlara göstərmiş olduğu ev, avtomobil, obyekt verəcəyini bildirmişdir ki, bəs şikayətlərini geri götürsünlər və həmdə Zabrat qəsəbəsində Sabunçu xəstəxanın yaxınlığında olan yeni tikilidən kv 650 manat olmaqla ev təklif etmişdir. Həmçinin 30000 ABŞ dolları dəyərində ilkin ödənişi olmuş bir il müddətində 2500 manat ödənişi olumalı olan avtomobil, Xırdalan şəhərində olan evi və ofisi verməyə hazır olduğunu bildirmişdir və onun qohumu olaraq Nailənin onlara külli miqdarda verəcəyi olmasından xəbərdar olmasını və buna görrə onlara köməklik edəcəyini bildirmişdir. Bulud onlara şikayət etməməyi bildirmiş və həmçinin o Bulud ilə birlikdə rayonu gedən zaman Aqil Buluda zəng edirək ona dayı deyrək şikayəti geri götürməsinə görə minnətdarlıq etmiş və həmin pulu tez bir zamanda bağlayacağını bildirmişdir. Naildə hər dəfə onların yanında olan zaman Məlahətə zəng etmiş və Nailə ona gəlini deyərək müraciət bildirməklə onların səbirli olmasını ona inanmağı demişdir. Yaxın günlərdə pulu tam olaraq ödənəcəyini demişdir. Onlarda Məlahət və Aqlin söz verməsinə görə onlara inanmış və istintaq zamanı şikayətlərinə son qoymuş və şikayətçi isə Nailə olmuşdur. Nailə tutulan müddətə kimi onlar yenə vədlərə inanmış lakin Nailə Nəsimi RPİ-də tutulandan sonra bunu görə Aqil artıq həmin pulun özü tərəfindən deyil Nailə tərəfindən ödənməsini demiş və artıq Nailənin cinayətkar olmasını bildirmiş. Həmçinin özünün Nailə və Xeyransa adlı qadından şikayətçi olmasını və onların birlikdə onun külli miqdarda pulunu ələ keçirdikdərini bildirmişdir ki artıq sonlara yaxın öz əmələrini ört basdır etmək isəyən Aqil videoçəkliş ilə pulu qayıtımayacağını bilə-bilə və ələ keçirmiş olduğu pulların qarşılığında daha kiçik risklər edərək Xeyransa və Nailəyə pullar vermişdir ki, gələcəkdə həmin CD disklər ilə həmin şəxslərin onda aldadıb dələduzluq etməsini göstərmək olmuşdur. Belə ki, Nailə ondan 60000 ABŞ dolları, Buluddan Xeyransa 150000 manat alıb ələ keçirmişdir. Nailə hətta Aqilin hərəkətlərindən və bir neçə dəfə özünü zəhərləmiş və canına qəsd etməklə toksikologiya şöbəsinə yerləşdirilmişdir və hətta Aqilin bir neçə dəfə onu döyməsini onlara bildirmişdir. Onu da bildirmək istəyir ki, hal-hazırda ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir və buna görə də iş üzrə Təqsirləndirilən şəxs2 və həmçinin Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəğti və maddi tələbi yoxdur. İş üzrə təqsiorləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 zadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir 1964-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Fərdi əməklə məşğul olur. Ağcabədi rayonu, Üzeyirbəy kəndində qeydiyyatda olsa da faktiki olaraq öz ailə üzvüləri ilə birlikedə Bakı şəhəri, Xətai rayonu ərazisində yaşayır. Onu da bildirmək istəyir ki, iş üzrə digər zərərçəkmiş şəxslər, yəni Zərərçəkmiş şəxs3 onun kiçik qardaşı, Zərərçəkmiş şəxs6 isə onun oğludur. Onun özü 15 ildən çox müddətdir ki, Bakı şəhərində olan ət mağazalarına topdan ət satışı ilə məşğul olur. Bundan başqa rayonda heyvan bordanması ilə məşğul olmuş, rayonda olan təsərrüfatımda 100 başdan artıq heyvan olmuşdur. Həmin təsərrüfatın yaradılması üçün 3 bankdan pul götürmüş və adına kredit müqaviləsi olmuşdur. Belə ki, əmisi oğlu hazırda Rusya Federasiyasında olan Elvin Cəforov Bakı şəhərində tikinti sahəsində şərik olaraq iş görmək istəmişdir və onun əlində kifayət qədər vəsaiti olmuşdur. Lakin sonra şəriklik münasibələri alınmadığından O, Ukrayna Respublikasına getmək məcburiyyətində qalmışdır və o ölkəni tərk edən zaman qardaşı Zərərçəkmiş şəxs3 özünə məxsus olan 60000 ABŞ dolları pul vermişdir ki, bəs həmin pulu özündə saxlasın və özünə pul lazım olan zaman həmin pulun qaytarılması üçün zəng edəcəyini bildirmişdir. Həmin 60000 ABŞ dolları 2017-ci ilin yanvar ayından qardaşı Zərərçəkmiş şəxs3 olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs3 təxminən 2003-cü il tarixdə Aytac Quliyeva ilə rəsimi nigaha daxil olmaqla təxminən 2000-ci ildən Bakı şəhərində yaşamış və Bakı şəhərinə Zərərçəkmiş şəxs3 nəqliyyat sahəsində çalışmaqla bir neçə marşrut xətləri 24, 132, və sair marşrut xətləri onun adına olmuşdur. Zərərçəkmiş şəxs3 ailəsi ilə birlikdə ünvan 33 ünvanında nömrəsini xatırlamadığım mənzildə köhnə tikilidə yaşamışdır. 2018-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs3 ona bildirdi ki, bəs əmiləri oğlu X17 gedən zaman ona vermiş olduğu 60000 ABŞ dollarının Nailə adlı qızıl alıqı-satqı işləri ilə məşğul olan qadına vermiş və həmin qadından qeyd edilən miqdarda pulu ala bilmədiyini və həmin qadınla birlikdə görüşüb söhət etməyi bildirmişdir. O həmin qadını nə zaman, kimin vasitəsi ilə tanımasını xəbər alan zaman ona bildirmişdir ki, bəs Nailə Xanmmədova adlı qadını dayısı nəvəsi olan Pərviz İmanov vasitəsi ilə tanımış və Pərviz İmanov 2017-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs2 qızıl alqı-satqı işləri ilə məşğul olması üçün pul buraxmışdır. Sonradan həmin fəaliyyət sahəsi ilə məşğul olmaq üçün Pərvizin bir neçə dəfə ondan borc pul götürüb daha sonra pulun vaxtı-vaxtında qaytarılmasını və həmin fəaliyyə sahəsi barədə Pərvizin vermiş olduğu məlumatdan sonra özünün onun iştirakı ilə Nailə Xanmmədova ilə görüşüb söhbət etməsini bildirmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs2 ona özünü xeyli müddət olar ki, qızıl alqı-satqı işləri ilə məşğul olmasını, külli miqdarda lombardda qızılları olmasını həmin qızılların lomrddan çıxarılması üçün ona vəsait lazım olmasını və həmin vəsaiti ödənmiş olduğu halda çıxarılmış qızılların özü tərəfindən yuyulması və satılması ilə yaxşı gəlir əldə olunmasını və həmin əldə olunmuş puldan xeyiri olacağını bildirmişdir. Artıq Sərvər təxminən 3 ay müddət olar ki, Nailə Xanmmədova ilə birlikdə işləməsini və ilk öncə özünün təxminən 10000 manata yaxın pulu ona verilməsini daha sonra isə Nailənin həmin fəaliyyət sahəsini genişləndirmək üçün əlavə vəsaitə ehtiyac olmasını bildirməsindən sonra əmiləri oğlu tərəfindən ona saxlanması üçün verilmiş 60000 ABŞ dollarında hissə-hissə olmaqla Nailə Xanmmədovaya inanmaqla ona verməsini bildirmişdir. Sərvər bildirmişdir ki, bəs 60000 ABŞ dolları Nailə Xanmmədovaya əlavə vermiş və Nailənin lombarda olan qızılların çıxırılmasını və satmasının müəyyən etdiyini lakin ona hər hansı miqdarda pul verməsini bildirmişdir. Sərvrə onuda əlavə etmişdir ki, bəs Nailəyə həmin pul verən zaman hər dəfə qızıl satışından ona ana məbləğ istisna olmaqla ona ən azı 200 manat ən çoxu 500 manat olmaqla pulu verməsini bildirmişdir. Sərvər ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona həmçinin qızılları çıxarıb Nina adlı qadına satmasını həmin qadından qızılın pulunu gözləməsini demişdir. Həmin vaxtı o «Yaşıl bazarda» icarəyə ət satış məntəqəsi götürmüş və özünə aid olan heyvanların həmin məntəqələrində satışını həyat keçirirmişdir. Sərvərə bildirmişdir ki, bəs onu Nailə ilə görüşdürsün. 2018-ci ilin aprel ayında ilk dəfə Sərvərinin iştirakı ilə Nərimanov rayonunda olan Təbriz küçəsindəki Nərimanov parkında kafedə Nailə ilə görüşmüşdür. Həmin görüş zamanı Nailə ona bildirmişdir ki, bəs 3 ay müddət olar ki, Sərvərdən pul alıb özünə məxsus olan qızılları lomarddan çıxarıb satıb və Sərvər tərəfindən ona həmin fəaliyyət sahəsi ilə məşğul olmaq üçün 60000 ABŞ dollarından artıq pul verilməsini və həmin pulların müqabilində lomarddan qızılların çıxırılmasını və Nina adlı qadına satmasını və pulu gözlədildiyini bildirmişdir. O isə bildirmişdir ki, bəs onda onu Nina adlı qadınla görüşdürsün ki, o həmin qızılların onun tərəfindən alınması və pulun onun tərəfindən ödənəcəyinə dair vədini özü eşitsin. Həmin vaxtı o Nailəni ilk dəfə idi ki, görmüş və onlar arasında hər hansı ədavət düşmənçilik olmamışdır. Nailə bildirmişdir ki bəs səhəri günü həmin ünvanda özünün iştirakı ilə Ninanı onunla görüşdürəcək. Həmin günün səhəri təxminən 11 aprel 2018-ci il tarixdə Sərvər ilə birlikdə Nərimanov parkında olan kafeyə getmiş və bir neçə dəqiqədən sonra Nailə və Nina kafeyə gəlmiş onlar masa arxasında söhəbət edən zaman Nailə Ninanın və onların yanında Ninanın üzünə demişdir ki, bəs Səvərində vermiş olduğu 60.000 ABŞ dolları müqabilində çıxarmış olduğu qızılları və öz qızıllarını lombardan çıxarmaqla Ninaya vermiş və Ninada hazırda 150000 manat dəyərində qızılı olmasını bildirmişdir. Nina bunu təsdiq etmişdir ki, bəs Nailədən 150000 manat dəyərində qızıl almış və özüdə öz növbəsində adını xatırlamadığı şəxsə satmasını və iki gün ərzində həmin şəxsdən 150000 manatı almaqla Sərvərin pulunu tam olaraq Nailəyə verəcəyini və onunda gətirib ona verəcəyini bildirmişdir. İki gündən sonra Nailənin istifadəsində olan ***-***-**-**, ***-***-**-**, 0550- 257-56-15 mobil telefon nömrələrindən birinə öz istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ya 050-505-29 -23 mobil nömrələrdən biri ilə və ya Sərvər istifadəsində olan 070- 299-16-17 və ya 050-325 -96-96 nömrəsindən biri ilə zəng etmiє. Təqsirləndirilən şəxs2 həmin gün günortadan eyni tərkibdə eyni ünvanda görüşməyi bildirmişdir. Həmin gün saat 16 radələrində qeyd edilən ünvanda görüşmüş və Nina bildirmişdir ki, bəs onun alacağı yubanır vermiş olduğu malın pulunu ala bilmir və bir ay ərzində 50000 manat pul düzəltməklə ona verəcək və 10000 manatıda növbəti aylarda 10 ay müddətində hər ay 10000 manat olmaqla 100000 manatı ona verəcəyini bildirmişdir. Həmin vaxtı o Ninaya öz istifadəmdə olan mobil nömrədən zəng etmiş və ona razılıq vermiş və növbəti günü Nailə ona zəng edib görüşmək istədiyini bildirmiş və onlar görüşmüşlər. Nailə ona görüş zamanı bildirmişdir ki, bəs bir ay müddətində Nina onların pulunu verəcək və həmdə ona demişdir ki, yalan danışmır ona dediklərinin Nina tərəfindən təsdiq olunmasını bildirmişdir. Həmçinin ona təklif etmişdir ki, bəs pulları batmaması və dövriyyəsini davam etməsi üçün ona pul versin bir ay müddətində Nina 50000 manatı verəcək yerdə qalan pulu isə hissə-hissə növbəti aylarda verəcəkdir və həmin müddət ərzində pulun geri qaytarılması üçün ona pul verməsini bildirmişdir ki, bəs özünə aid olan qızılları lombardan çıxarıb satmaqla yerdə qalan pulu özü həllə etsin və 50000 manatdan sonra qalan puluda özü öhdəsin götürmüşdür ki, sonra Nina ilə özləri aralarında həllə edərlər. O isə artıq 60000 ABŞ dollarını təhlükəyə atmamaq üçün onu şərtlərini qəbul etmək məcuriyyətində qalmış və həmdə Nailə ona bildirmişdir ki, bəs ona verilmiş pulun qalan hissəsinidə çıxarmaqla əlavə öz verdiyim puldan xeyr verəcəyini bildirmişdir. O məcbur olub onunla razılaşmış və artıq rayonda olan malları və alver məqsədi ilə Bakı şəhərin gətidiyi malları satmaqla hissə-hissə demək olar ki, rayonda olan 100 baş iri buynuzlu malı və şəhərdə əlində olan malını satmaqla 15 aprel 2018-ci il tarixdə 18300 manatı Nailəyə vermiş və o təxminən 4-5 gün ara ilə ona 3300 manat qaytarmış və həmin puldan 300 manat xeyri olmasını bildirmiş, 28 aprel 2018-ci il tarixdə 7070 manat vermiş və o təxminən 4-5 gün ara ilə mənə 2070 manat qaytarmış və həmin puldan 250 manat xeyri olmasını bildirmiş, 13 may 2018-ci il tarixdə 12000 manat vermiş və o təxminən 4-5 gün ara ilə ona 2000 manat qaytarmış və həmin puldan 300 manat xeyri olmasını bildirmiş, Belə ki, artıq o Nailəyə pul verir və o onun «Yaşıl bazar»da olan iş yerinə gəlmiş və ilk dəfə olan pulları Nailəyə «Yaşılı bazar»da verirmiş və onlar mütəmadi olaraq Keşlə bazarı ilə üz-bə-üz olan Küzə restoranında və Kiyev restoranda çörək yemişlər. Artıq Ninanın 1 ayı tamam olmuş və Nailəyə bildirmişdir ki, bəs Ninadan nə xəbər və həmçinin özüdə Ninaya zəng etmişdir. Nina ilə həmin tərkibdə Badamdarda olan evinin yanında yol kənarında görüşmüş və Nina bildirmişdir ki, bəs evini girov olaraq qoymuş olduğu şəxsə pulunu qaytarıb vermişdir lakin həmin şəxsin evini qaytarmadığını və həmin şəxsi məhkəməyə verilməsini bildirmişdir. Özünün pula ehtiyacı olımasını və həmin puldan götürüb işlərini görməsini və sonra onun pulunu qaytaracağını bildirmiş və ondan 1 ay 15 gün vaxt istəmişdir. Oda onunla razılaşmış. Belə ki, o yenə Nailəyə qızıl çıxarmaq üçün pul verməkdən tərəddüd edən zaman o ona bildirmişdir ki, bəs Şəfiqə adlı rəfiqəsi vardır onunla birlikdə Xırdalan şəhərində bina tikir və özünün həmin binada 2 evi olmasını və 1-ci mərtəbədə isə şərik gözəllik salonları olmasını bildirmişdir. Həmin binanın yanında yeni bir bina tikmələrini bildirmişdir. Şəfiqə ilə Xırdalanda olan tikilidə görüşmüş və həmin görüşə o, Nailə, oğlu Tural, qardaşı Sərvərlə birlikdə getmişdik və onlar ev olan yerə getmiş və Sərvər Turalla maşında qalmış və oda orda ilk dəfə Şəfiqəni görmüş və Şəfiqəyə bildirmişdir ki, həmin binanın şərikikləri ilə tikirlər və həmin şəriklərdən birinində Nailə olmasını və özünün Nailəni həmin tikiliyə şərik olaraq girməsini bildirmişdir. Onlar ona evi və salonu göstərmiş və həmin binada Nailənin 2 otaqlı və və 4 otaqlı tam təmirli evləri olmasını və 1-ci mərtəbədə isə hər ikisinin şərik olduğu gözəllik salonun olmasını bildirmişlər. O həmin tikilidə olan mənzillər və salonla tanış olmuş və onları istintaq zamanı göstərə bilər. Həmin binanın yanında yeni bir binanın tikintisinin başlanımasını bildirmişlər. Nailə bildirmişdir ki, bəs onlarında həmin tikintidə payları vardır və 4-5 mənzilində onların payına düşməsini və həmin mənzilləri onun adına sənədləşdirməklə istənilən zaman ona verməyə hazır olduğunu bildirmişdir. Onlar birlikdə qalxıb mənzillərə baxmış və o evləri bəyənmiş və alqı-satqı ofisinə keçmiş və orda o vəsiqəsini bir nəfər yaşlı, dolu bədən qurluşlu adını bilmədiyi şəxsə təqdim etmiş və o onun vəsiqəsini alıb üzünü çıxarmış və bundan sonra onlar şəhərə qayıtmış və Şəfiqə bildirmişdir ki, bəs əri Rusya Federasiyasındadır və ordan razılıq ərizəsi yazıb göndərməli olmasını bildirmişdir ki, evi onun adına sənədləşdirsinlər. Nailə sonra bildirmişdir ki, bəs Şəfiqənin əri evin sənədləşməsinə dair həmin razılıq sənədini göndərmir və ona görə evin onun adına səndləşdirilməsi yubunır. Şəfiqənin istifadəsində olan mobil nömrə onda olmamışdır və bundan sonra o Şəfiqəni görməmiş və onlar arasında hər hansı söhbət olmamış və həmin tikiliyədə sonradan getməmişdir. 01 iyun 2018-ci il tarixdə 45.000 manatı iş yerim olan yaşıl bazarda oğlu Turalın yanında Nailəyə əlbəəl vermiş və o təxminən 4-5 gün ara ilə ona 5000 manat qaytarmış və həmin puldan 600 manat xeyri olmasını bildirmişdir, 18 iyun 2018-ci il tarixdə 55000 manat vermiş və o təxminən 4-5 gün ara ilə ona 5000 manat qaytarmış və həmin puldan 700 manat xeyri olmasını bildirmiş, 2018-ci ilin avqust ayının 2-ci 10 günlüyündə Nailəyə eyni ünvanda yenə oğlunun iştirakı ilə 35000 manat vermiş və o təxminən 4-5 gün ara ilə ona 5000 manat qaytarmış və həmin puldan 500 manat xeyrim olmasını bildirmişdir. Həmin ərəfədə həmçinin Nailə ondan əl çəkməmiş və ona lombar müdüri kimi adını çəkədiyi Qəni adlı şəxsin Mum ticarət mərkəzində lombardı olmasını və onun yanında çoxlu sayda qızlları olmasını söyləmişdir. O isə ona inanmayan zaman o onu Qəni ilə tanış edəcəyini bildirmiş və Qəni ilə Nailənin iştirakı ilə Mumda görüşmüşdür. Görüş zamanı Qəni ona bildirmişdir ki, Nailənin ondan küll miqdarda qızılı vardır. Nailə bildirmişdir ki, bəs Qənidə həqiqətən malı vardır və Qənidə bildirmişdir ki, bəs Nailənin qızıllarını çıxarmaq üçün pul ödənsə onda qızılları Nailəyə verə bilər. O artıq Qəni ilə görüşəndən sonra Qəni ona Nailəyə məxsus külli miqdarda qızılların onda olmasını bildirmişdir. Buna görə Nailə yenə qızıl alqı-satqı işləri ilə əlaqədar pul verəcəyinə razılıq vermişdir. Nailə ona 2018-ci ilin təxminən sentyabr ayının sonlarından dekabr ayının sonlarına kimi olun müddət ərzində ilk dəfə lomardında Nailənin Qənin iştirakı ilə sonuncunun lombardında 1-ci dəfə 15000 manat Nailəyə lombarda vermiş və o onun gözləri önündə həmin məbləği Qəniyə vermiş və Qəni həmin məbləği aldıqdan sonra hər hansı sənədləşəm aparmadan pulu qızılı girov olaraq qoymuş olduğu xatırmadığı yerdən qızılı götürmək üçün getməsini bildirmiş və təxminən 2 saatdan sonra Qəni lombarda gəlmiş və onun gözləri önündə qramını və növünü bilmədiyim qızılları Nailəyə vermişdirdi. O işlərinin arxasınca getmiş və bir neçə gündən sonra Nailə onun 15000 manatını və üzərində olan xeyri 250 manatı gətirib ona vermişdir. Sonra yenə oktyabr ayının əvvəllərində Qənin lombardının masası arxasında əşləmiş Nailəyə 20000 manat pulu vermiş və Naildə həmin pul onun gözləri önündə Qəniyə vermiş və hər hansı sənədləşmə aparılmamış və səhəri günü Qəni gəlib qızılları aparmasını bildirmişdir. Səhəri günü Nailə özü gedib qızılları götürəcəyini bildirmiş və bir neçə gündən sonra Nailə onun 20000 manatını və üzərində olan 500 manat xeyrim ilə birlikdə Yaşıl bazarda gətirib ona vermişdir. Bundan 15 gün sonra Nailə ona bildirmişdir ki, bəs 11000 manat lazımdır ki, qızılı lombarddan çıxarsın və o dəqiq xatırlamadığı gündə Nailə ilə Nərimanov metrosunun üzərində görüşmüş və həmin vaxtı Nailənin sürücüsü Natiqin idarə etdiyi Mercedes markalı avtomobillə Həzi Aslanov metrosunun yaxınlığına getmiş və Nailəyə zəng etmiş və Qəni yaşadığı evin həyətinə düşmuş və o həyətdə Nailəni gözləri önündə 11000 manat Qəniyə vermişdir və Qəni səhəri günü malı gəlib götürməsini bildirmiş və yenədə ona hər hansı borcu və.s olması barədə söhbət olmamışdır. Nailə səhəri günü onanla əlaqə saxlayıb malı götürməsini bildirmiş və bir həfətdən sonra onun pulunu və üzərində olan 200 manatı xeyrini ona vermişdir. 2018-ci ilin sonlarıda yenə Nailənin ona olan zəngindən sonra 12500 manat götürüb yenə Nailə ilə Nərimanov metrosun üzərində görüşmüş və həmin vaxtı Nailə yenə sürücüsü Natiqlə gəlmiş və onun yanında oğlu Tural və onlar Natiqin idarə etdiyi avtomobillə X63 evinin həyətinə getmiş və gecə saat 24 radələrində Qəni həyət düşmüş və o Nailənin gözü önündə 12500 manatı əl-bə-əl Qəniyə vermişdir və Qəni Nailəyə səhəri günü iş yerinin yanından gəlib malı götürməsini bildirmiş və səhəri günü Nailə onunla əlaqə saxlayıb Qəni iş yerindən malı götürməsini bildirmiş və bir həfətdən sonra onun 12500 manatı pulum qaytarmış və ona 250 manat xeyir vermişdir. Sonra yenə Nailə mənim iş yerinə Yaşlı bazara gəlmiş və Qəni epizodu üzrə ona tam olaraq inamı yaranmışdır. Bundan sonra Nailə ona qızıl çıxarmaq yol ilə yaxşı gəlir əldə etməsini və çıxarmış oduğu qızıllıaır satmaq yolu ilə özünü yaxşı xeyri olmasın və həmdə həmin pulun üzərində olar xeyri ilə ondan götürmüş olduğu pulu tam olaraq bağlayacağını bildirmişdir. 2019-cu ilin yanvarfevral-mart aylarında yenÿ iş yerində oğlum Turalın iştirakı ilə 30000 manat pulu Nailəyə vermiş, o həmin məbləği və üzərində olan xeyri ilə tam olaraq demiş olduğu müddət ərzində ona qaytarmaqla bir daha özünə inam yaratmışdır. 2019-cu ilin mart ayının 2-ci 10 günlüyündə Təqsirləndirilən şəxs2 ondan 10000 manat iş yerində oğlu Turalın iştirakı ilə pul alıb bir neçə gündən sonra qaytarmış və bundan öncə 3 ay ərzində Nailə onundan almış olduğu əvvəlki pullarından 20000 manat ona qaytarmış və onun 100000 manat verəcəyi qalmışdır. Bundan sonra bir ay müddətində əkin-biçin zamanı rayona getmiş və 1 ay müddətində Bakı şəhərində olmamışdır. Bir aydan sonra yəni 2019-cu ilin may ayında şəhərə gəlib Nailə ilə görüşmüş və ona verməli olduğu 100000 manatı tələb etmişdir. Nailə ona bildirmişdir ki, bəs Aqil adlı onun yeni tanışı vardır və onun tərəfindən ona verilmiş pulları lomarddan qızılları çıxarmaqla Aqilin lombardına qoymasını bildirmiş və indi özünə pul lazım olmasını bildirmişdir ki, bəs Təqsirləndirilən şəxs1 lombardından qızılını çıxarsın. O Nailəyə inanmamış və ona bildirmişdir ki, əgər orda qızıl varsa Aqilin lombardına birlikdə getməklə həmin qızılları çıxarmağı bildirmişdir. Nailə ilə birlikdə 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs1 Binəqədi rayonu Sevetlana Məmmədov küçəsində olan lombardına getmiş və orda ilk dəfə Təqsirləndirilən şəxs1 görmüşdür. Həmin şəxsi əvvəllər tanımamış onlar arasında hər hansı ədavət düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 Nailənin onda külli miqdarda qızılı olmasını təsdiq etsişdir. O Aqilə bildirmişdir ki, bəs Nailəyə inanmır və həmin qızılların çıxarılması üçün və özünün Nailə ilə birlikdə gəlməklə pulu ödəyib qızılı çıxaracağımızı bildirmişdir. Aqil etiraz etməmiş və həmin günün səhəri təxminən 2019-cu ilin may ayının ilk 10 günlüyündə olan müddət ərzində Nailə oğlu Tural və o Aqilin lombardına getmiş və onun iş otağında masa arxasında o 18000 manat pulu Aqilə həmin şəxslərin iştirakı ilə əl-bə-əl vermişdir. Aqil saat 16-17 radələrində kimi malı verəcəyini bildirmişdir və həmin vaxtı o Nailə ilə yenə lombarda getmiş və qramını xatırlamadığı qızılları onlar lombarddan götürmüş və Nailə qızılların həmin qızıllar olmasını təsdiq etmiş və onlar birlikdə həmin qızılları aparıb Elçinin Neftçilərdə olan lombardına satmışlar. Həmin vaxtı o avtomobilində qalmış Nailə avtomobildən düşüb qızılı satmışdır. Belə ki, o Elçini 2018-ci il tarixdə oğlu Turalın ona zəngindən sonra yəni Nailənin lombard müdiri olan Elçində qızıl əşyaları olmasını və həmin qızılların dəyəri olan pulu ödəməsini bildirmişirdir ki, mən bundan sonra Bakı şəhərinə gəlməklə Elçinlə işlədiyi «yaşıl» bazarda görüşüb ayrı-ayrı vaxtlardan oğlu tərəfindən onun iştirakı ilə külli miqdarda pulu ona hissəhissə vermiş və həmin şəxsin bu gündə 30700 manat verəcəyi qalmışdır. Bir neçə dəqiqədən sonra Nailə onun avtomobilimə əyləşmiş və 18000 manatını və üzərində xeyri olan 300 manatı vermişdir. Bundan sonra 2-ci dəfə may ayının 15 və ya 20 may arasında olan müddət ərzində yenə Nailənin ona ona zəngindən sonra Aqilin lombardında görüş təyin etmiş və lombardda o Nailənin və onunla həmin ünvana getmiş olduğu Turalın yanında 30000 manat Aqilə pul vermişdir. Aqil yenədə saat 17 radələrinə kimi malı ondan götürə biləcəyini bildirişdir. Həmin gün saat 17 radələrində Nailə ilə yenə lombarda getmiş və qramını xatırlamadığı qızılları onlar lombardan götürmüş və Nailə ilə birlikdə həmin qızılları aparıb Gənclikdə Nazim adlı lombarda işləyən tanışına satmaq üçün Gəcliyə gəlmiş və o avtomobilində oturmuş və Nailə avtomobildən düşüb 5 mərtəbəli binanın altında ünivermaq deyilən yerdəki lombarda yaxınlaşmış və bir neçə dəqiqədən sonra pulla avtomobilə gəlmiş və 30000 manat onun ana məbləğini və əvvələki verəcəyindən isə 1000 manat qaytarmışdır. 22 may 2019-cu il tarixdə yenə Nailənin ona olan zəngidən sonra Nailə ilə qardaşı Sərvərin iştirakı ilə yaşıl bazarda görüşüb onun Mercedes markalı avtomobili ilə Aqilin lombardına gemişlər. Lombardda Aqil və əvvəllərdə lombarda gedən zaman orda görmüş olduğu Xeyransa olmuşdur. O orda Aqilə yenə həmin şəxslərin gözü önündə 14000 ABŞ dolları ödəmişdir ki, bəs Nailənin dediyi qızılları lombardan buraxsın. Aqil həmin günün səhəri saat 12 radələrinə kimi gəlib malı götürmələrini bildirmişdir. Səhər günü o qardaşı Sərvər ilə birlikdə lombarda getmiş və Nailə onları orda gözləmişdir və Nailə qramını xatırlamadığı qızılları lombardan götürmüş və yenə Gənclikdə lombard işlədən Nailənin bizə Nazim kimi demiş olduğu şəxsin iş yerinin qarşısına getmiş və o Sərvərlə avtomobildə oturmuş və Nailə avtomobildən düşüb həmin şəxsin yanına getməsini dedi və bir neçə dəqiqədən sonra Nailə gəlib avtomobildə əyləşmiş və ona 14000 ABŞ dolları qaytarmış və üzərində 350 manat xeyir vermişdir. Artq həmin vaxtlardan Aqillə onun münasibəti yaranmış və o onunla zəngləşib danışmış, harda olduğunu xəbər almış və hətta onlar Nərimanov parkında görüşüb gəzişmişlər, Keşlə bazarının yanında olan Kiyev kafesində Nailə, o Tural. Sərvər, Aqil onun və Nailənin sürücüsü olan Natiq adlı şəxslə birlikdə çörək yemişlər. Həmin vaxtı ona məlum olmuşdur ki, Nailənin sürücüsü Natiq həmdə Aqilin sürücüsü olmaqla onun xalası oğludur. Hər dəfə Aqil masa ətrafında onlar oturan zaman Nailəyə irad bildirib nə qədər onu gözləməli olduğunu və onun yerinə faizlər ödəməsini bildirmişdir. Hətta masa arxasında oturan zaman Aqil Nailəyə bildirmişdir ki, bəs lombardına qızıl qoymağı bəs etməmiş kimi aparıb anası Məlahətədə şəxsən əlbəəl 80000 manatlıq qızıl əşyası girov olaraq qoymusan. Onlar arasında mübahisə olmuş və Nailə isə Aqilə anasının yanına pul qoymasına baxmayaraq faizlərini gecdə olsa ödəməsini demişir. Aqillə həmin ərəfədə şəhərdə görüşmüş və bir dəfə təxminən 2019-cu ilin may ayının sonlarında o, Sərvər, Aqil, Nailə Nərimanov parkında gəzişən zaman Aqilə ona bildirmişdir ki, bəs Nailənin ona və sizlərə xeyli miqdarda verəcəyi vardır. Özünündə onun mallarının faizini verməkdən bezməsini və ona köməklik etməyi bildirmişdir ki, Nailənin mallarını çıxarsın və onlarda əvvəlcədən olan verəcəyindən qaytarsın. Həmin malın nə qədər olmasını və nə qədər pul tələb olunmasın xəbər alan zaman Aqil bildirmişdir ki, Nailənin lombardında ******* manatlıq malı ardır. Nailənin isə ona yalnız 285000 manat ödəməsini bildirmişdir. Aqil Nailəyə məxsus olan malların ayrı-ayrı qablaşmalarda olmasını və həmin qabaşlamada olan mallardan yəni qızılın çıxarılması üçün olan bir qablaşmanın çıxarılmasına 550000 manat lazım olmasını və həmin hissənin çıxarılması üçün Nailə tərəfindən 285000 manat ödənməsini demişdir. O Aqilə Nailə, Sərvər və Turalın iştirakı ilə həmin miqdarda pulunun olmadığını demişdir ki, Aqil ona onda Nailənin hissə-hissə daha az miqdarda olan qızıllarını çıxırmağı təklif etmişdir ki, bəs həmin məbləğlərdən başlamaqla sonra böyük məbləğdə olan qızılları çıxarsınlar. O Aqilə həmin hissəhissə olan qızılın hansı məbləğlərdən sonra buraxglmasgn bildirən zaman Aqil ona bildirmişdir ki, bəs həmin qızıllara dair ona siyahı çıxarıb verə bilər ki o həmin siyahı üzrə ödəniş etməklə Nailənin iştirakı ilə qızılları çıxarım yoxsa Nailənin lombardda olan qızılları batacaqdır, çünki artıq 50000 manatlıq malının batmasını və həmin mallar üzrə faizlərdə ödəmədəyinə görə pulunun batmasını demişdir. O artıq həmin məbləğlərin böyük olmasına görə əmisi oğlu Zərərçəkmiş şəxs5 məlumat vermişdir. Zərərçəkmiş şəxs5 həmin vaxtı Bakı şəhərində olmuş, lakin onun bütün biznesi Ukraynada olmuşdur. Səhəri günü olan görüşə Elvinidə dəvət etmişdir. Aqil ilə görüşmək üçün səhəri günü yəni 09 iyul 2019-cu il tarixdə lombardına gəlməsini demişdir. O Aqilin lombardına Nailə, Sərvər, Elvin və Turalla birlikdə getmiş və orda Aqil onları qarşılayıb lombarda olan işçisi və həmdə qohumu kimi bilmiş olduğu Sərxana bildirmişdir ki, bəs Nailənin adına olan qızıl əşyalarının siyahısını çıxarıb versin. Sərxan kompyuterdən 2 ədəd 6 qrafadan ibarət siyahı çıxarmışdır. Həmin siyahıdan birində cəmi məbləğin 65800 manat və 3295 manat faizi olmasını, digər siyahıda isə yenə cəm 433000 manat və 21650 manat faizli olmasını görmüşdür. Aqil həmin həmin malların faizlərinin ödənməməsinə görə batma təhlükəsinin olmasını və 3-4 gün ərzində pulu ödənməsə həmin malların batacağını bildirmişdir. Bundan sonra Aqil Nailənin onada həmçinin faizlərini ödədiyi 190000 manat və 220000 manatlıq malıda olmasını bildirmişdir. Həmçinin ona 65800 manata dair təqdim etmiş olduğu siyahıda olan məhsul şəxs qrafasında Sərxan Təqsirləndirilən şəxs1 soyadını, adının və ata adının baş hərfini yazmaqla həmin günün tarixi olan 09.07.19-cu il tarixi qeyd etməklə qarşısından imza etmək üçün Aqilə vermiş və Aqildə imza etmişdir. Həmin siyahıda vətəndaş qrafısından isə Sərxan eyni ilə Nailənin soyadın tam digər isə qısa baş hərfini ad yazmaqla imza etməsi üçün Nailəyə vermiş və oda imza etmişdir. Həmin siyahıda səhf etmirsə onların aşağısında olan «qızılın çıxarılmasına etirazı yoxdur» sözünü Nailə yazmaqla imza etmişdir. Həmçinin 65.800 manat göstərilən siyahını Aqil lombardın möhürü ilə təsdiq etmişi və həmin siyahını və digər siyahını ifadəsinə əlavə olaraq təqdim etmişdir. Həmçinin Aqil lombardda olan quran kitabını çıxırıb and içmişdir ki, bəs Nailənin demiş olduğu miqdarda lombardda pulu vardır və həmin pulu ödəyib qızılları çıxarsın. Nailənin onlara olan pul verəcəkləri qurtarsın və özüdə qızıllardan üzülüşsün. Naildə həmin halları hər kəsin gözü önündə təsdiq etmiş və oda 65800 manat pulu və faizi olan 3295 manat faizinin ödənməsinə razılıq vermiş və Nailə bilirmişdir ki bəs o qızılı çıxarsı o isə satacaqdır. Həmin işdə xeyir olmasını və həmin xeyirlə ona olan verəcəklərindən ödənişlər edəcəyini bildirmişdir. Aqil isə bildirmişdir ki bəs həmin pulu onlar saat 4–dən sonra verələr səhər qramını xatırlamadığı miqdarda qızılı onlara verəcək, həmin vaxta kimi çatdırsa isə həmin günü qızılı verəcəyini bildirmişdir. Artıq onlar həmin pulu tapıb gətirib Aqilə ödəmək üçün Elvin həmin məbləği yəni faizlə birlikdə cəmi 69095 manatı tapmış, onun X37 iştirakı ilə Aqilin lambardına gəlmişk və Aqillə görüşmüşdür və Elvin pulu masa üzərinə qoymuş və Aqil pulu saymaqla götürmüşdür. Aqil həmin günün səhəri gəlib saat 12-yə kimi malı gəlib götürməyi bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin məbləğə dair mədaxil qəbzi yazmış və qızıl çıxarılan zaman həmin qəbz ona verilməli idi. Səhəri günü yenə eyni tərkibdə lombarda gəlmiş və hər dəfə lombardda Xeyransa onlara qulluq etmişdir. Aqildə lombardan həmin malı Nailəyə təqdim etmiş və Nailə həmin mal olmasını təsdiq etmişdir. Aqil malı nə edəcəklərini xəbər almış və hər kəs satılacağını bildirmişdir ki, Aqil qızılı başqalarına satacaqları qramdan 1-2 manat artıq olmaqla özünə satmağı bildirmiş və onlarla həmin malı digər siyahısında olan 45000 manat üzərində faizi olan 2250 manat və 34.000 manat üzərində faizi olan 1700 manata hesab etmiş və həmin hər iki mala dair bir yerdə bizə 82950 manata dair Nailənin adına qəbz yazmış və Nailə həmin məbləğə onlara razılıq vermişdir. Həmin qızılı səhəri günü yəni 11 iyul 2019-cu il tarixdə saat 15 radələlərinə kimi çıxarmağı bildirmişdir. Həmçinin bildirmişdir ki, bəs əlavə pul tapsınlar siyahıda olan başqa mallarıda çıxarmınlar. Həmin malın ödəniş cədvəli onlarda olmasına görə fikirləşmişdir ki, bəs həmin siyahıdan daha hansı malı çıxara bilərlər və Nailədə həmin malı çıxarmalarını demişdir ki, özü aparıb satacaqdır. Səhəri günü 36000 manat özü, 30.000 manat Elvin tapmaqla cəmi 66000 manat pul tapmışlar. Həmin günü səhəri 11 iyul 2019-cu il tarixdə səhər 10-11 radələrində eyni tərkibdə Aqilin lombardına getmişlər və Natiq ona 69300 manat cəmi hər iki məbləğə görə ödəniş etmiş və ödəniş qəbzimizi almış və 12 iyul 2019-cu il tarixdə olan 82950 manatlıq malı gətirmiş və Nailə malı yoxlamış və öz malı olmasını təsdiq etmişdir. Bundan sonra Aqil qızılları çəkmiş və 52 və 53 manata vurmuş və 103000 manat pul etmiş və həmin pulu 2-ci siyahıda ola 100.000 manat və üzərində olan 5000 manat faizi ilə olan qızıla hesab etmişdir. Onlara həmin qızıla dair ödəniş qəbzi vermiş və qızılı səhər gəlib götürməsini bildirmişdir. Həmin günü 69300 manatlıq qızılı günortadan sonra götürmüş və Nailə həmin qızılın öz qızılı olmasını təsdiq etmiş və həmin qızılı Aqil yenə ona satmasını demiş və həmin qızıla 84000 manat pul hesablamışlar. Həmin qızılı isə onların razılığı ilə həmin vaxtı lombardda olmuş anası Məlahətə Nailənin əl-bə-əl vermiş olduğu 80000 manatlıq qızıl və 4.000 manat faizinə hesablamış və həmin qızılı səhər gəlib götürməsini bildirmişdir. Həmin faizi ilə birlikdə olan 105000 manatlıq qızılı gətirmiş və Aqil yenə eyni təklif onlara edib qızılı 130000 manata hesablayıb qəbul etmiş və həmin 130.000 manatı isə 2-ci siyahıda olan 58000 manat və 2900 manat fazinə hesablamaqla 60900 manat hesab etmiş və yerdə qalan 69100 manat pulu isə 130000 manatlıq və üzərində 6500 manat faizi olan mala hesab ödəniş edilmişdir. 60900 manatlıq malı 77000 manat hesab etmiş və yerdə qalan 67.400 manatlıq malı 136500 manatlıq mala ödəniş etmiş və Aqil ona 9600 manat verəcəkli qalmış və 12 iyul 2019cu il tarixdə Aqilin göstərişi ilə Sərxan tərəfindən Təqsirləndirilən şəxs2 adına məxaric qəbzi tərtib olunmuş həmin qəbzdə tarix, qızılın girovdan çıxarılması, əsas borc qrafasında 130000 azn, faiz borc qrafasında isə 6500 AZN, məbləğ yazılı olaraq bir yüz otuz altı min beş yüz olmaqla qeyd olunmuş və Sərxan və ya Aqil tərəfindən imza olunmaqla ödənilməsinə dair möhürlə təsdiq olunmuş və həmin 136650 manat dair ona ödəniş qəbzi verilmişdir. Həmin qəbzi ifadəsinə əlavə olaraq istintaq təqdim etmiş və hər dəfə onlar Aqilə pul ödəyən zaman o qızılları lombarda gətirmiş, həmin qızıllar lombarda qutularda möhürlü Nailənin şəxsiyyət vəsiqəsi, hər bir qızılın çəkisi və əyyarı əks olunmaqla masa üzərinə qoyulmuş, Nailə tərəfindən yoxlanmış və lombardda olan qızıl tərəzisinin üzərinə qoyulmaqla 750 və 585 əyyarlar ayrı-ayrı çəkilib yoxlamış və Aqlinin həmin qızılı özünün almasına dair onlar razılaşdıqdan sonra onun tərəfindən qızıl ona verilmiş və o həmin qızılları eyni ilə qutulara yığmaqla ondan masa üzərində təhvil almışdır. Hər dəfə qızıllar onlara təhvil verilmiş və həmin şəxslərin gözü önündə o qızılı Aqilə vermişdir. Hər dəfə hesablaşma olan zaman və qızıl olara təhvil verilən zaman onlara verilmiş ödəniş qəbzlərini o Aqilə təhvil vermişdir. Yalnız ondan 136500 manat dair olan məzaric qəbzi qalmışdır ki, buna səbəb Aqilin qızılı ona gətirib verməməsi olmuşdur ki, oda məxaric qəbzini özündə ona təhvil vermədən saxlamışdır ki, gələcəkdə istintaq əsli ilə təhvil versin ki, yalan danışmaqlda hər hansı niyyəti olmamasını göstərsin. Həmin qəbzləri ifadəsinə əlavə olaraq təqdim etmişdir. Belə ki, onlar Aqlinin ofsinə gedən zaman orda sonrdan adı bildiyi Zəminə və Atlas adlı qadınların qızıllarını ala bilməmələri üçün səs küy etmələrini eştmiş lakin Aqil onlarada əhəmiyyət verməmiş və ünvanlarına söyüşlər söymüşdür. 13 iyul 2020-ci il tarixdə o, Sərvər, Elvin və Nailə ilə birlikdə 136500 manat dəyərində olan qızılları çıxaramaq üçün lombarda getmişdir. Həmin vaxtı lombardda Xeyransa, Sərxan Aqil olmuşdur. Aqil onlara bildirmişdir ki, bəs onlara bankdan malı gətirən xalası oğlu oğlunun anası xəstədir onun arxasınca Saatlı rayonuna getmiş və ondan başqa onların malını heç kimi gətirə bilməz və o gələndən sonra onların malını gətirb verəcəkdir. Üç gün müddətində qızılları verəcəyini bildirmişdir və Nailədə narahat olmamağımı Aqilin vaxtında malınıda pulunuda verəcəyini bildirmişdir. 3 gündən sonra o, Elvin, Nailə, Sərvər, Keşlə bazarında Kiyev restoranında olan zaman onlar Aqilə zəng etmiş və onuda həmin ünvana dəvət etmişlər. Aqil bildirmişdir ki, xalası oğlunun hüzürdə rayonda olmasını və atası və anasının Hacıqabulda olmaqla hüzür yerində getməsini və səhərdə özünün hüzür yerinə gedəcəyini bildirmiş və onlara bildirmişdir ki, bəs narahat olmasın, burda hər hansı problem yoxdur və Nailəlik hər hansı məsələ yoxdur. Artıq onlar ona bildirmişdir ki, bəs qızılla bağlı olan 136500 manatı başa düşmüşlər ki, xalası oğlu bankdan qızılı götürüb gətirməlidir və həmin puldan onlara verməli olduğu 9600 manatı və Nailənin anası Məlahətdə olan 84000 manat dəyərindəki qızılın pulun ödənməsi və həmin pulun onlara hesablamış olduğu 105000 manatdan verməsini bildirmişdir. Bu zaman Aqil bildirmişdir ki, bəs həmin 80000-84000 manatlıq malı İstanbul şəhərinə həmmişə qızıl alveri etmiş olduğu şəxsə baha qiymətə satmaq üçün göndərməsini və həmin qızılın satşını gözlədiyini bildirməklə üzərində olan mobil telefonda guya qızılı satşı üçün vermiş olduğu şəxsin Türkiyə nömrəsindən ona göndərmiş olduğu səs yazısını dinlətmişdir. Səs yazısında həmin şəxsin türk dilində abi pulu səhər kartında olmasını bildirməsi aydın eşidilmiş və onlar Aqilə arxayın olmuşlar və həmin vaxtı o çörək kəsib and içmiş və ona bildirmişdir ki, ağsaqqalasan ona qarşı heç vaxt pislik etməz. Səhəri günü yenə eyni tərkibdə lombarda getmişlər və onlar qapını açıb içəri daxil olan zaman xeyli müddət olar ki, tanıdığı Zakirin Aqillə mübahisə etməsini görmüşdür. Onlar yaxınlaşıb Aqildən pulunu tələb etmişdir. Aqil onlara pullarından malından verməyəcəyini heç kim ondan nə pulu nədə mal ala bilməz və özünün general dədə Mamedin nəvəsi olmasını bildirmiş və özünün yuxarı dairəli şəxslərlə əlaqəsi olmasını və heç kimin ondan pul almasının mümkün olmadığını bildirmişdir. Nailədə həmçinin onlar kimi, Aqilə irad bildirmiş və bir-birinin ünvanına söyüş etmişlər və Aqilə xatırlatmışdır ki, bəs o əlini qurana basıb band içmisən indi qızlları və ya pul ver bu şəxslər onun qızıllarına görə ona külli miqdarada pul ödəyiblər. O Təqsirləndirilən şəxs2da ünvanına söyüşlər söyüb təhqir etmişdir. Nailədə qızıllarının çıxmasında maraqlı olmuşdur ki, bəs satış yolu ilə onlara olan borclarını bağlasın. Çünki o bizim lombarda vermiş olduğumuz pulu qızılı satmaqla onlara verməli idi və üzərində xeyirdəndə həmçinin pul ayırmalı idi. Artıq Aqlin hərəkətlərindən şikayət etmək istəyirdik ki, Nailə 4 MKR dairəsində o, Sərvər, Tural, Elvinlə birliklə Nailə ilə onun avtomobilində görüşmüşlər və Nailə bildirmişdir ki, bəs ona 1 ay vaxt verərək o onların pulunu Aqildən alıb verəcək. Nailənin nə səbəbə bununu etməsini bilməmiş, Nailə bildirmişdi ki, o işlərin sülh yolu ilə həll olunması və Aqilin anası Məlahətə danışıb həll edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Nailə bildirmişdir ki, bəs Aqil həmin pulun və qızılın əvəzinə ticarət obyektinə ev və bahalı avtombillərlə pulu əvəzləşdirmək istədiyini bildirmişdir. Nailə həmçinin vaxtı əlində Xırdalan şəhəri at heykəlinin arxasınıda yeni tikilinin altındıa 120 kv metr sahəsi olan mağazanın müqavilində sənədlərini və həmin yerə görə tam ödənmiş məbləğə dair maliyyə arayışını təqdim edib həmin yerin Aqilə məxsus olmasını bidirmiş və o həmin müqavilə və maliyyə arayışı ilə tanış olan zaman sənədlərin Aqlinin adına tərtib olunmasını görmüş və həmin yerin 120000 manat qarşılığında Nailə onlara təklif etmişdir. Onlar Aqilə gəlib onlarla söhbətə etməsini tələb etmişlər ki, bəs Aqil gəlsin çünki həmin yer onun adınadır səhər sənədləşmə işləri olsa onlar indidən işlərini bilsinlər. Həmin gün bir neçə saatdan sora Nailənin Aqilə olan zəngindən sonra Aqil onlarla Xırdalan şəhərində at heykəlinin arxasında Aqillə görüşmüşlər və həmin vaxtı qeyd edilən ünvanda o, Sərvər, Elvin və Nailə olmuşlar. Aqil bir nəfər tanısı sürücü kimi onlara demiş oduğu şəxslə gəlmiş və həmin 120 kv yeri onlara göstərib özünə məxsus olmasını bildirmiş və onlar obyektə tanış olan zaman təmirsiz olmaqla pəncərələri düzəlmiş olsa belə qapısı olmamışdır və Aqil bir neçə günə həmin yeri tam olaraq düzəldəcəyini bildirmiş və 124000 manata həmin yeri almasını və 12000 manat məbləğ qarşısında onlara verəcəkləri müqabilində təklif etmişdir. Həmçinin Nailəyə bildirmişdir ki bəs sənədləri onlara versin və onlar yaxın ətrafda olan maklerlərdən həmin yerin dəyəri barədə maraqlanıb ona bir söz deyər. Onlar maraqlandıqda və həmin yerin dəyərinin 50000- 60000 manat olmasını bildirmişlər, bina tikənin ölməsini və həmin binanın problemli bina olmasını bildirmişlər. Artıq onlar həmin tikili ilə bağlı Aqilə razılıq verməmiş və həmin yerə görə 50000-60000 manat makler tərəfindən pul verilməsini bildirmişdir. Aqil bildirmişdir ki, bəs problem deyildir və özünün başqa evləri olmasını və həmin evi onlara göstərmək istədiyini bildirmiş və həmin gecə Nailə Sərvərə zəng etmiş və bildirmişdir ki, bəs onu Elvini götürüb Masazıra gəlməsini bildirmiş və ünvanı onlara «Qurtuluş 942 MTK-ya çatmamış sola yeni tikilidə 1-ci girişdən 1-ci mərtbədə olan 130 kv metr sahəsi olan mənzil olmuş və həmin ev təmirli olmaqla yalnız giriş hissəsində təmir tamamlanmamışdır. Mənzildə tam olaraq materialları olmuşdur və həmin evin öz evi olmaqla öz adına olmasını bildirmiş və evi 130000 manat hesab etmişdir. Lakin onlara sənəd təqdim etməmiş və onlar evin qiymətini maraqlanıb ona bir söz deyəcəklərini bildirmişlər. O isə bildirmişdir ki, 15 gün müddətində evin təmiri tam olaraq qurtaracaq və sonra oturub qiymət barədə danışmaqla razılaşıb verəcəyini bildirmişdir. Həmin günü səhəri təxminən 2019-cu ilin əvəllərində onlara bir ədəd 2006-cı ilin 2007-ci «Passat» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı markalı sedan avtomobili, «Mercedez» ponarama markalı 313 dövlət qeydiyyat nişanlı avtomobili göstərib onlara təklif etmiş lakin həmin avtmobilləri bazar qiymətində baha qiymətə təklif etmiş və bir ədəd dövlət qeydiyyat nişanlı xatırlamadığı binaların həyətində olan təmir sexində olan «Nissan Armad» markalı cip və bir ədəd ağ rəngli «İnftini İX 35» markalı dövlət qeydiyyat nişanlı xatırlamadığı avtomobili həmin ünvanlarda onlara göstərmiş və həmin avtomobili Aqil ara bir sürmüş və sənədində problem olmasını demişdir. Hər gün bizə avtomobillər təklif etməklə vaxt qazanmışdır. Artıq müddətlər dolmuş və 2019-cu ilin sentyabr ayında o Nailə və qohumu Bulud ilə birlikdə BPİnə gəlib şikayət etmiş və təhqiqat şöbəsində araşdırma aparılmış və sonra material toplanıb istintaq şöbəsinə verilmiş və Aqil şikayət ərəfəsində lombardda işləyən Xeyransa vasitəsi ilə Buludla əlaqə saxlamış və onlar lombardda görüşmüşlər. Aqil Buluda söz vermişdir ki, bəs o onlara qısa müddət ərzində onlara göstərmiş olduğu evi, avtomobili, obyekt verəcəyini bildirmişdir ki, bəs şikayətlərini geri götürsünlər və həmdə Zabrat qəsəbəsində Sabunçu xəstəxanın yaxınlığında olan yeni tikilidən kv 650 manat olmaqla ev təklif etmişdir. Həmçinin 30000 ABŞ dolları dəyərində ilkin ödənişi olmuş 1 il il müddətində 2500 manat ödənişi olunmalı olan avtomobil, Xırdalan şəhərində olan evi və ofisi verməyə hazır olduğunu bildirmişdir. Bulud isə bundan sonra onlara şikayət etməməyi bildirmiş və həmçinin o Buludla birlikdə rayonu gedən zaman Aqil Buluda zəng edirək ona dayı deyrək şikayəti geri götürməsinə görə minnətdarlıq etmiş və həmin pulu tez bir zamanda bağlayacağını bildirmişdir. Naildə hər dəfə onların yanında olan zaman Məlahətdə ona zəng edir ona gəlini olmasını bildirməklə onları səbirli olmağı ona inanmalarını demişdir ki, bəs yaxın günlərdə pulu tam olaraq ödənəcəyini demişdir. Onlarda Məlahət və Aqlin söz verməsinə görə onlara inanmış və istintaq zamanı şikayətlərinə son qoymuşdurlar və həmin vaxtı şikayətçi Nailə olmuşdur. Nailə tutulan müddətə kimi onlar yenə vədlərə inanmış lakin Nailə Nəsimi RPİ-də tutulandan sonra bunu görə Aqil artıq həmin pulun özü tərəfindən deyil Nailə tərəfindən ödənməsini demiş və artıq Nailənin cinayətkar olmasını bildirmişdir. Həmçinin özünün Nailə və Xeyransa adlı qadından şikayətçi olmasını və onların birlikdə onun külli miqdarda pulunu ələ keçirdikdərini bildirmişdir ki artıq sonlara yaxın öz əmələrini ört basdır etmək isəyən Aqil videoçəkliş ilə pulunun qayıtımayacağını bilə-bilə və ələ keçirmiş olduğu pulların qarşılığında daha kiçik risklər edərək Xeyransa və Nailəyə pullar vermişdir ki, gələcəkdə həmin CD disklər ilə həmin şəxslərin onuda aldadıb dələduzluq etməsini göstərmək olmuşdur. Belə ki, Nailə Sərvərdən 60000 ABŞ dolları, ondan 100000 manat, Buluddan Xeyransa 150000 manat alıb ələ keçirmişdir. Belə ki, tərəfindən həmin 09 iyul 2019-cu il tarixdən 12 iyul 2019-cu il tarixə kimi olan müddət ərizində qeyd edilən şəxslərin gözü qarşısında Aqilə 69095 manat, 69300 və 2000 manat lomabardında verilmişdir və həmin puldan 69095 manat tam Zərərçəkmiş şəxs5, 69300 manatın 30000 manatı Zərərçəkmiş şəxs5 və yerdə qalan məbləğ yəni 39300 manat və 2000 manat ona məxsus olmuşdur. Aqil həmin əməlləri ilə ona 41300 manat, Zərərçəkmiş şəxs5 isə 99095 manat maddi ziyan vurmaqla lomardında olan Nailəyə məxsus qızılların batması adı ilə bizdən əsas borc və faiz borcları ilə birlikdə Nailənin qızıllarına dair bizə təqdim etmiş olduğu siyahı üzrə tam məbləğini alıb həmin qızılları lombarda gətizdirməklə qızılları satacaqlarını bilmiş olduğu halda özü tərəfindən bazar qiymətindən 2 manat artıq qiymtə ona satılması adı ilə alıb Nailənin onda olan siyahı üzrə növbəti qızıllarının lombarddan çıxarılması üçün hesablamaqla növbəti qızıllarını əsas və faiz borcaları ilə əvəzləşdirməklə adı ilə həmin məbləğlərin ödənməsinə dair yekun 136500 manat məbləğində məxariz qəzi verməklə həmin miqdarda qızılın səhər lomardan çıxarılmaqla ona təqdim edəcəyi adı ilə aldadıb vədinə əmələ etmədən onun 41300 manat, Zərərçəkmiş şəxs5 isə 99095 manat pulun ələ keçirməklə dələduzluq etmişdir. Onu da bildirmək istəyir ki, hazırda ona dəymiş ziyan tam olarq ödənilmişdir. Onun təqsirləndirilən şəxsərə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə təqsiorləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X35 bildirmişdir ki, 1959-cu ildə Ağcabədi rayonunda anadan oluşdur. Onun özü ali təhsilli olmaqla Ağcabədi rayonu, X38 sədri vəzifəsində işləyir və öz ailə üzvüləri ilə birlikdə həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. Bildirmək istəyir ki, iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 onun kürəkənidir, yəni onun qızı Aytac Quluyevanın həyat yoldaşıdır. Onun özü 1991-1995-ci illərdə Ağcəbədi RİH-də hüquq şöbəsinin baş məsləhətçisi, 1995-2000-ci il tarixlərinə kimi olan müddət ərzində Ağcəbədi rayonunda olan «Şəfəq» kolxozunda kolxoz sədri, 2000-2004-cü il tarixlərində Avşar bələdiyyəsini sədri, 2004-2009-cu il tarixlərində Ağcəbədi RİH-nin hüquq şöbəsinin müdiri və 2020-ci ilin yanvar ayından Ağcəbədi rayonu Avşar bələdiyyəsinin sədri vəzifəsində işləyir. Həmçinin onun özü Birinci Qarabağ veteranıdır. Təqsirləndirilən şəxslərdən hər üçünü tanyır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8 10 ildir ki, qohumlar vasitəsilə tanıyır. Zərərçəkmiş şəxs7 2019-cu ilin axırlarında Zərərçəkmiş şəxs8 yanında görüb tanımışdır. Zərərçəkmiş şəxs4 2019-cu ilin axırlarında hazırkı işlə bağlı görüb tanımışdır. Zərərçəkmiş şəxs2 onun kürəkənini qardaşıdır, Zərərçəkmiş şəxs3 isə onun kürəkənidir. Zərərçəkmiş şəxs9 2020-ci ilin ortalarında istintaq zamanı tanımışdır. Zərərçəkmiş şəxs5 kürəkənini əmisi oğlu olaraq tanımışdır. Zərərçəkmiş şəxs6 kürəkənini qardaşı oğludur. Zərərçəkmiş şəxs10 və X8 tanımır. Onun iddia tələbi hər üç təqsirləndirilən şəxslərə qarşıdır. Onun iş üzrə 340000 manat iddia tələbi vardır. 2019-cu ilin fevral ayında kürəkəni Sərvərin pul problemi olduğunu bilmişdir. Belə ki, kürəkəni Zərərçəkmiş şəxs3 əmisi oğlu X11 gedən zaman Sərvərə vermiş olduğu 60000 ABŞ dollarının Nailə adlı qızıl alqı-satqı işləri ilə məşğul olan qadına vermiş və həmin qadından qeyd edilən miqdarda pulu ala bilmədiyini və ona həmin qadınla birlikdə görüşüb söhbət etməyini bildirmişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 ilə 2017-ci ilin əvvəllərində tanış olmasını və onun alqı-satqı işləri ilə məşğul olmasını bildirmişdir. Nailə Xanmmədovanın qızıl çıxarıb satmaq adı ilə ondan pul almasını bildirmiş və Təqsirləndirilən şəxs2 özünün deməsinə görə külli miqdarda lombardlarda qızılları olmasını həmin qızılların lombarddan çıxarılması üçün ona vəsait lazım olmasını və həmin vəsaiti ödəmiş olduğu halda çıxarılmış qızılların özü tərəfindən yuyulması və satılması ilə yaxşı gəlir əldə olunmasını və həmin əldə olunmuş puldan xeyiri olacağını bildirmişdir. Artıq Sərvər təxminən 3 ay müddət olar ki, Nailə Xanmmədova ilə birlikdə işləməsini və ilk öncə özünün təxminən 10000 manata yaxın pulu ona verilməsini daha sonra isə Nailənin həmin fəaliyyət sahəsini genişləndirmək üçün əlavə vəsaitə ehtiyac olmasını bildirməsindən sonra əmisi oğlu Elvin tərəfindən ona saxlanması üçün verilmiş 60000 ABŞ dollarında hissə-hissə olmaqla Təqsirləndirilən şəxs2 inanmaqla ona verməsini bildirmişdir. Sonradan Nailənin lombarda olan qızılların çıxırılmasını və satmasının müəyyən etmiş lakin ona hər hansı miqdarda pul verməməsini bildirmişdir. Sərvər onu da əlavə etmişdir ki, bəs Nailəyə həmin pul verən zaman hər dəfə qızıl satışından ona ana məbləğ istisna olmaqla ən azı 200 manat ən çoxu 500 manat olmaqla pulu verməsini bildirmişdir. Bundan başqa Sərvər ona həmin məsələ ilə əlaqədar olaraq qardaşı Natiqə məlumat verməsini və onun bu işlə məşğul olmasını bildirmiş və həmçinin məlum oldu ki, artıq Nailə Sərvər və Natiq tərəfindən sonradan belə ona verilmiş pulların qaytarılması üçün onları tanımadığı MTK-ya aparmış orda evləri, qeyri yaşayış sahəsi olmasını və həmin MTK-ın yaxınlığında tikilən tikilidə şərikliyi olmasını bildirməklə lazım gələrsə həmin evləri satıb onların pulun verəcəyinə dair vəd vermişdir ki, o bu yolla Sərvər və Natiqi razı salmış və onları özü ilə işə görmələri üçün etibarını yaratmışdır. O, həmiin problemləri həll etmək məqsədilə Nailə ilə görüşmək istəmişdir. Nailə ilə zərifə parkında görüşərək söhbət etmişlər. Qohumlarının həmin vəziyyətindən necə çıxmalı olduğunu danışmışlar. Nailə bildirmişdir ki, əgər ona əlavə pul da verilsə o gedib qızılları götürərərk Natiqgilə olan borcunu da qaytarar, əlavə gəlir də əldə edər. O, qohumlarının pulunu geri qaytarmaq məqsədilə Nailəyə 12000 manat pul vermişdir. Daha sonra Sərvərin iştirakı ilə Nailəyə Mətbuat pr.də 20000 manat pul vermişdir. Pulları verəndə onların arasında heç bir sənədləşmə olmayıb. 2019-cu ilin mart ayında Sərvər və Turalın iştirakı ilə bir daha 2500 ABŞ dollarını Nailəyə vermişdir. Daha sonra onun özünə məxsus olan qızılın karatını yoxlatmaq məqsədilə Nailəyə müraciət edərkən Nailə bildirmişdir ki, Aqil adında bir tanışı var, onun vasitəsilə yoxlamaq olar. O, Aqilin yanına getmiş, Aqil komlekt qızılın karatını yoxlasa da özü satmaq üçün onu götürmədi. O, həmin qızıl komplekti Nailəyə vermişdir, həmin vaxt onların yanında Sərvər də olub. Aqil həmin komplektin yalnız qiymətləndirilməsində iştirak edib, daha sonra oradan çıxıb getmişdir. Daha sonra Nailə onun komplektini qaytarmadıqda o, Abşeron rayon Polis İdarəsinə Nailədən şikayət etmişdir. Bundan başqa 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs2 bir daha 8000 manat məbləğində pulu İnşaatçılar metrostansiyasının yaxınlığında vermişdir. Həmin vaxt o, kənddə olan quzularını satıb həmin pulu Nailəyə vermişdir. Daha sonra taxi vasitəsilə də 10000 manat pul da Nailəyə göndərmişdir. Taxi vasitəsilə pulu göndərdiyi hallarda o, Nailənin nömrəsini indi xatırlamadığı telefonu vasitəsilə əlaqə saxlayaraq pulun Nailəyə çatmasından əmin olmuşdur. Nailə telefon vasitəsilə pulu almasını təsdiq etmişdir. Bundan başqa 2019-cu ilin yay aylarında Nailə ilə Novxanıda gəzərkən Nailə bildirmişdir ki, Aqil onu dəfərlərlə döymüş, buna görə də özünü öldürmək həddinə çatmışdır. Bundan başqa Ayna Sultanova heykəlinin yanında Nailəyə daha 2000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxt bildiyinə görə Aqilin xalası oğlu Natiq adlı şəxs onun sürücüsü idi və həmin şəxs də pulun verilməsini görmüşdür. Bundan başqa 2019-cu ilin iyun ayında BDU-nin yanında 2000 manat məbləğində pulu da Nailəyə verərkən sürücüsü orada olmuşdur. 2019-cu ilin dekabr ayında Bakıya gəldikdə Nailə ilə görüşmüşlər, həmin vaxt Xeyransa da orada olmuşdur. Xeyransa bildirmişdir ki, Nailə bütün pulları Aqilə yedirdi. Hətta Nailənin “kül başına” dedi. Sonra bildirdi ki, Nailənin maliyyə məsələlərinə indi artıq o, yəni Xeyransa baxır. O özü Nailənin işlərini həll edərər maliyyə işlərini qaydasına salacaq və hamının borcunu qaytaracaqlar. O, həmin vaxt Xeyransaya inanaraq və əvvəl həm özünün həm də qohumlarının Nailəyə verdiklərini pulları qaytarmaq üçün 10000 manat pulu Xeyransaya vermişdir. Bu hadisədə sonra Ağcabədiyə qayıtmışdır. Nailə və Xeyransa bir kq. qızıl və 10000 ABŞ dolları pulu rayona gətirərək ona göstərmişlər. Bildirmişlər ki, artıq işləri qydasına düşüb, qazancları yaxşıdı. Tezliklə onun və qohumlarının oullarını qaytaracaqlar. O, qızıl və pulları gördükdə onlara inanmışdır. 30 000 manat daha vermişdir ki, pullarını, qızının evini qutarsın. Daha sonra 1 kq qızıl və 30000 dollar pulu göstərərək işlərinin yenə yaxşı getdiyini bildirdilər. O bir daha 14 000 manat pulu onlara vermişdir. Həmin pulu kəndlisindən alıb Nailəyə vermişdir. 2019-cu ilin dekabr ayından etibarən bütün pulları Xeyransaya vermişdir. Artıq 2020-ci ilin fevral ayında onlar yenə də müəyyən məbləğdə qızıl və pul göstərərək pul istəmişlər. O, prado markalı maşını satlb onlara pul vermişdir. 5000 manat da yenə də borc alaraq onlara vrmişdir. Ümumi 3000 manat pul oldu. Daha sonra Xeyransaya 2000 manat vermiş, milliondən 20 000 manat pul göndərmişdir. Beləliklə cəmin 188000 manat pul vermişdir. Daha sonra 2020-ci il mart ayında Xeyransa və Nailə yenə Ağcabədi rayonuna onun yanına gələrək işlərinin qaydasında olduğunu deyərək əlavə 34000 manat pul lazım olduğunu bildirdilər. O, isə 15000 manat dəyərində qızıl, 14000 ABŞ dollarınışəxsən Xeransaya vermişdir. Həmin vaxt orada Nailə də olmuşdur. 2020-ci ilin aprel ayında Xeyransaya yenə də 15000 manat pul Turan bank vasitəsilə göndərmişdir. O, sonradan başa düşmüşdür ki, bütün bunların başında Təqsirləndirilən şəxs1 durur. Həmin pulları Aqilə veriblər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə kürərəni Sərvər vasitəsilə tanış olmuşdur. Kürəkəni Sərvər, eləcə də onun qardaşı və qohumları Nailə ilə qızıl işinə girmişlər. Belə ki, onlar Nailəyə müəyyən məbləğ pul vermişlər, Nailə isə həmin pullarla lombardan qızıl çıxardaraq əldə etdikləri puldan xeyir verirmiş. Sərvər onun haqqında deməyənə qədər o, Nailəni tanımamışdır. Sərvərin vəziyyəti kritik idi. Nailə ondan aldığı pulu qaytara bilmirdi. Buna görə o, düşünmüşdür ki, işə əl qoysun. Nilə ilə görüşü özü təşkil etmişdir. Qohumlardan ümumlikdə 64000 manat alıb qaytara bilməmişdir. Birinci dəfə Nailəyə 12 000 manat pul vermişdir. Həmin görüşdə Sərvər, Nailə və onun özü olmuşdur. O, Sərvəri vəziyyətdən çıxrtmaq üçün Nailəyə pul vermişdir. Niləyə inam, etibar yaranmasının səbəbi o idiki, Nailə ilk vaxtlar yaxşı pul qaytarırdı, yaxşı işləyirdi, vəziyyətinin yaxşı olduğunu görmüşdür. Nailə görüşdə özünü çox səmimi aparırdı. Biznes üçün heç bir sənəd göstərmədi. Dedi Lombardda pulları var. Həmin vaxt Atlas da bildirdi ki, Nailə çox təmiz qızdır. Nailə həmişə işlək qız olub. Qohumu Atlasın hesabına Nailəyə inamı artmışdır. Atlas dedi ki, Nailə işgüzar xanımdır. Nailə ilə Zərifə Əliyeva parkında görüşmüşdür. Nailənin oraya nə ilə gəldiyini görməmişdir. Pulları Nailəyə vəziyyətdən çıxması üçün, qızılları lombarddan çıxarması üçün vermişdir. Dəfələrlə Nailə ilə bir yerdə lombarda gedib, Nailənin lombarddan pul çıxarmasının şahidi olmuşdur. Daha sonra 20000 manati Mətbuat prospektində vermişdir. Onun 50000 manatlıq brilliantı olmuşdur. Nailənin vasitəsilə Aqillə tanış olmuşdur və həmin brilliantı yoxlamaq üçün Aqilə aparmışlar. Lakin, Aqil brillatını yoxlamasına baxmayaraq onu almaqdan imtina etmşdir. Nailə ona bildirmişdir ki, həmin brillanta müştəri var, lakin onun müştərisi kim olduğunu bildirməmişdir. Sonradan bilmişdir ki, onları Aqil öyrətmişdir. Nailə ilə Aqilin işgüzar münasibətdə olduğunu bilmişdir. O, pullarını yalnız Xeyransa və Nailəyə vermişdir. Aqilə əlbəəl olaraq və ya hansısa vasitə ilə pul verməmişdir. Xeyransa tutulduqdan sonra onun yaşadığı evin açarını ona vermişlər. Nailənin anası ilə bir yerdə evə gedərək oradan telefon gptürmüş, istintaqa təqdim etmişdir. Nailədən şikayət etdikdən sonra Nailəyə yenə pul verməsini onunla izah edir ki, ona yazığı gəlmişdir. Nilə ona bildirmişdir ki, Aqil onun başına oyun açıb, onun pullarını, qızıllarını alıb. Onu döyüb, döyülmənin izlərini göstərmişdir. Xeyransaya inanmağını onunla izah edir ki, Xeyransa özünü ona menecer kimi təqdim etmişdir. Bilirmişdir ki, o, Nailənin işlərini qaydasına salacaq. O, Nailə ilə bir yerdə yaşamışdır. Həmişə inanmışdır Nailətyə və Xeyransaya. Aqilin bu işlə əlaqəsini isə evdən tapdığı telefondakı danışıqlardan görüb bilmişdir. O, Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini, yəni Zakirin və digər zərərçəkmiş şəxlərin ifadələrinə təsir etmə kimi ifadəsini təsdiq etmir. Belə ki, o, rəsmi və ya qeyri rəsmi olaraq heç kimə gedib Aqildən şikayət etməyi təklif etməmişdir. Zakir özü rayona- Ağcabədiyə gələrək Aqildən şikayəti olduğunu bildirmişdir. Zakirin ondan əvvəl, yoxsa sonra şikayət etdiyi haqqında məlumatı yoxdur. Zakiri şikayət etməyə məcbur və ya vadar etməyə onun heç bir marağı olmamışdır. Zakir prokurorluğa özü gedib, üzləşməyə özü gedib. Nailə ona bildirmişdir ki, Aqili 2019-cu ilin aprel ayında tanımışdır. Zakir Sərvərə sələmə pul verib sonra Sərvər ona qaytarmışdır. Qızının evi 2020-ci ildə satılmışdır. Qızının evinin 2020-ci ildə satılması və qızının evinə görə 2019-cu ilin fevralında Nailənin yanına gəlib pulu tələb etməsi hissəsində verdiyi ifadəsini izah etməkdə çətinlik çəkmişdir. Səs yazısının tarixi 2019-cu ilin dekabr ayında olmasını bildirdiyi halda 2019-cu ilin dekabr ayında 50000-60000 manat üzrə epizodun olmamasını izah edə bilməmişdir. Nailə 2016-cı ildən aldığı pulların hamısını Aqilə verdiyini bilmişdir. Çünki Aqil ona borc əvəzinə avtomobil vermişdir. Nailəyə inandığından onun və qohumlarının pullarını qaytarmamasın bamayaraq yenidən Nailəyə pul vermişdir ki, o, vəziyyətdən çıxsın, həm onun, həm də qohumlarının, qızının borclarını qaytara bilsin. Xeyransanın kartına pul köçürtmüşdür. Həm də o, düşünür ki, həmin vaxt Nailə, Xeyransa ilə birlikdə cadugərə gedib onun dilini ağzını bağlamışdır. İş üzrə ibtidai istintaq zamanı ona qarşı heç bir təsir və ya təzyiq olmamış və o, hadisə necə olmuşdurmsa eləcə də bildirmişdir. İş üzrə ibtidai istintaq zamanı verdiyi ifajdəldərini tam təsdiq edir. İş üzrə irəli sürmüş olduğu iddia tələbinin tam təmin olunaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona qarşı etdikləri dələduzluq cinayət əməlləri nəticəsində ona dəymiş 133500 manat məbləğində maddi ziyanının, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə əməlləri nəticəsində ona dəymiş 194500 manat məbləğində maddi ziyanın, həmçinin hər cavabdehdən 20000 manat mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun xeyrinə tutulması barədə qərar çıxıralmasını məhkəmədən xahiş edir. Şəxsən onun özü Təqsirləndirilən şəxs1 heç vaxt pul və ya qızıl verməmişdir. Lakin, Nailənin demsindən ona məlum oluşdur ki, Nailə ondan aldığı pulları Aqilə vermişdir və belə hesab edir ki, iş üzrə istintaq zamanı bu tam sübüta yetirilmişdir. Təqsirləndirilən şəxs2 ilə o, 2019-2020-ci illər ərzində ər-arvad münasibətlərində olub və bir evdə yaşamışlar. Zəminəni isə Atlasın yanında görüb tanımışdır. 2019-cu ilin sentyabr ayında Atlas, Zəminə və digər zərərçəkmişlərlə həmin işlə bağlı görüşmüşdür. 2019-cu ilin əvvəllərində 188000 manat pul verilmişdir və həmin puldan cəmi cəmi 20000 qaytarılıb. 188000 manat məbləğində pulu isə o, Xeyransa vasitəsilə Aqilə vermişdir. Onu da bildirmək istəyir ki, hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç birinə qarşı şikayəti və tələbi yoxdur və irəli sürdüyü iddia tələbini geri götürür. İş üzrə təqsiorləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qadın olmasını, həmçinin Təqsirləndirilən şəxs1 cavan olmasını nəzərə alaraq onları bağtışlayır və məhkəmədən həmin təqsirləndirilən şəxslərin hzər üçünə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, 1970-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla öz ailə üzvüləri ilə birlikdə həmin kənddə yaşayır. İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onun əmisi oğullarıır. Natiq Zərərçəkmiş şəxs3 böyük qardaşıdır. X69 Əliyevin qaynatasıdır və həmdə onun həmkəndlisidir. 1991-ci il tarixdən Ukrayna Respublikasına gedib gəlmiş və həmin ölkədə kafe işlətmişdir. Azərbaycan Respublikasına həmin vaxtdan sonra mütəmadi olaraq gəlib getmişdir. Onun Ukraynada xırda ticarəti olmuşdur. Zərərçəkmiş şəxs3 də bir müddət Rusiya Federasiyasında yaşamış və 2008-cu il tarixdə Bakı şəhərinə ailəsi ilə birlikdə gəlmiş və həmin vaxtdan Bakı şəhərində yaşamışdır. 2017-ci ildə Ukrayna Respublikasına gedərkən 60.000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs3 saxlamaq üçün vermişdir ki, ona pul lazım olan zaman həmin pulu qaytarsın. Həmin 60000 ABŞ dollarını 2017-ci ilin yanvar ayından Sərəvər Əliyevə vermişdir. Zərərçəkmiş şəxs3 ailəsi ilə birlikdə ünvan 33 ünvanda nömrəsini xatırlamadığı mənzildə yaşamışdır və o Azərbaycana gələn zaman çox vaxt Avşar kəndində olmuşdur. 2018-ci ilin yaz aylarında o Sərvərə zəng edərək 60000 ABŞ dolları pulunu istəmiş və o ona bildirmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 adlı qızıl alqısatıqısı işi ilə məşğul olan şəxsə vermişdir. Həmin qadınla onun həmkədlisi Sərvər qohumu olan Pərviz vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 qızıl alqı-satqı işləri ilə məşğul olmaqla lomardlarda külli miqdarda qızılları olmasını və həmin qızılları çıxarmaqla baha qiymətə satışını təşkil etməsini və özünün Nailə ilə bir neçə iş görməsini və Nailənin sözünə düz olmasını bildirmişdir. Hətta Pərvizində həmin qadınla iş görməsini və Nailənin Pərvizdəndə həmçinin bir neçə dəfə pul götürüb pulunu vaxtı-vaxtında qaytarmasını bildirmişdir. Pərvizdə Sərvərin həmin pulu Nailə Xanmmədovaya ilə görüşüb ona verməsini təsdiq etmişdir. Sərvər ona bildirmişdir ki, Nailə həmin pulu Nina adlı qadına 60000 ABŞ dolları müqabilində qızılları lombardan çıxarmaq üçün vermiş və Ninada hazırda 150000 manat dəyərində qızıl olmasını bildirmişdir. Həmin pulun bir qədər yubanmasını və ona görə qardaşı Natiqə birlikdə Nailə və Nina ilə görüşməsini və qısa müddət ərzində onun pulunun həll olunacağını bildirmişdir. Sonra bilmişdir ki, Təqsirləndirilən şəxs2 qızıl alqı-satqı işləri ilə məşğul olmaqla lomardlarda külli miqdarda qızılları olmaqla həmin qızılları çıxarmaqla baha qiymətə satışını təşkil etməklə Natiqlə birlikdə işləmişdir. Lakin onların nə zaman işləmələri bir-birlərinə hansı miqdarda pullar verməsini o özü görməmişdir. Sonra 2019-cu ildə o pulunu istəyəndə Sərvərgil ona bildirmişlər ki, vəziyyət qəlizdir. Vəziyyətdən çıxmaq üçün yenə də müəyyən miqdarda pul lazımdır. Daha sonra Sərvər və Nailə ikisi bir yerdə onun evinə borc barədə söhbət etməyə gəlmişlər. Sərvər ona bildirmişdir ki, Nailə həmin pulu Aqilə ödəmişdir, Aqil adlı tanımadığı şəxsə Nailənin 285000 manat pul verməsini, onunda 60000 ABŞ dollarının yəni 100000 manatını həmin məbləğə daxil olmasını, Aqilin yanına getmələri və Aqildə Nailənin puluna daxil olmaqla 285000 manat pulun onda olmasını bildirmişdir. Aqil 285000 manatın Nailə tərəfindən ona ödənməsini və Nailənin deməsinə görə ona verilmiş olduğu 60000 ABŞ dollarının həmin məbləğin içərisində olmasını bildirmişdir. Aqildən pulunun qaytarılmasını tələb edən Nailənin onun lombardında külli miqdarda qızılı olmasını və həmin qızılın çıxarılması üçün 285000 manatı banka ödəməsini və həmin pulu geri almasının mümkün olmadığını və Nailənin ona əlavə məbləğlər verməli olmasını bildirməkdə ona avtomobil təklif etməsini bildirmişdir. Sərvər isə ona olan borcu əvəzinə nəsə olmasını bildirmişdir ki, satıb ona olan borcuna bağlasın. Aqil onun pulunun əvəzinə Sərvərə 20000 manat hesablamaqla «Mercedes Benz» markalı ** HJ *** dövlət qediyyat nişanlı avtomobil təklif etmişdir. Sərvərdə razılıq verməklə Aqilin işçisi adını bilmədiyi şəxs şəxsdən avtomobili BDYPİ-də 29.04.2019-cu il tarixdə işçisi olan Şahid2 adına sənədləşdirilmişdir. Həmin sənədi ifadəsinə əlavə etmişdir. Yerdə qalan pulu isə Nailə ilə bildirmişdir Natiqlə qızıllarını Təqsirləndirilən şəxs1 lombardından çıxarılması üçün razılaşmışlar və həmin qızılları çıxarıb satan zaman özünə aid hissədən onun pulunu verəcəyini bildirmişdir. Həmin avtomobil sonra Sərvərin 20000 manat müqabilində satmasını bilmişdir. Daha sonra Sərvər gil ona bildirmişdirlər ki, vəziyyətdən çıxmaq üçünəlavə pula ehtiyac var. O, Aqilin lombardına gələrək təxminənə 69500 manat pulu Aqilin stolunun üstünə qoymuşdur. Aqil ona bildirmişdir ki, lombarddan pul çıxardanda ona mütləq xəbər edəcək. Nailə həmin qızılı satdıqdan sonra öz pulunu Nailədən alar. Həmin vaxt Nailə də orada, yəni aqilin lombardında olmuşdur. həmin oul sonra itdi. Hər gün həmin lombarda gedib gəlmiş, lakin onun pulu qaytarılmamışdır. Son nəticədə onun 99 min manat pulu getmişdir. O, pulları verəndə Aqilə inanmışdır. İş üzrə ibtidai istintaq zamanı ona qarşı heç bir təsir və ya təzyiq olmamış və o, hadisə necə olmuşdurmsa eləcə də bildirmişdir. İş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəldərini tam təsdiq edir. O, Təqsirləndirilən şəxs1 ilk dəfə Aqil satılması üçün əmlaklarını onlara göstərəndə görmüşdür. O, Nailənin qızıllarına görə lombarda gəlməmişdən öncə bu hadisə olmuşdur. Onu da bildirmək istəyir ki, hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 1964-cü ildə Tərtər rayonunda anadan oluşdur. Fərdi əməklə məşğul olur. Bərdə rayonunun Qaradağlı kəndində qeydiyyatdadır, lakin öz ailə üzvüləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, yəni onların hər hər üçünü tanıyır ə onlarla onun arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Həmçinin iş üzrə zərərçəkmiş şəxs kimi keçən şəxslərin hzərhansı biri ilə onun araçında heç bir ədavət və ya düşmənçilik yoxdur. İş üzrə onun şikayəti zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs2 qarşıdır. Belə ki, o, təxminən 15-16 il müddət olar ki, o, Rusya Federasiyasında yaşamaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2016-cı il tarixdə Bakı şəhərinə gəlmiş və Bakı şəhərində tanışı Əliyusif vasitəsi ilə 2017-ci il aprel ayında Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və həmin qadın sürücüsü olmasını bildirmişdir. Əliyusif ona Təqsirləndirilən şəxs2 qızıl alqı-satqı işləri ilə məşğul olmasını, yəni bir neçə lomarda işləməsini, həmin lomardların pulunu ödəməklə batmış qızılları alıb həmin qızılları yuduzdurub yenindən Moskva Unverimaqında və bir neçə qızıl satış məntəqələrində satışını təşkil etməsini bildirmişdir. Ona bildirmişdir ki, bəs pulu varsa həmin qadına versin və həmin qadının qeyd edilən pulla həmin fəaliyyət sahəsi ilə məşğul olmaqla ona xeyir verəcəyini bildirmişdir. O Əliyusifə bildirmişdir ki, bəs qızılın qramı bahadır həmin qadınla onu görüşdürsün özü həmin qadınla şəxsən tanış olmaq istəyir. 2017-ci ilin aprel ayında ilk dəfə Nailə Xanmmədova ilə Əliyusifin iştirakı ilə ünvan 34 ünvanında olan Nərimanov parkında görüşmüş və görüş zamanı Nailə Xanmmədova özü şəxsən ona bildirmişdir ki, bəs bir neçə ilə olar ki, qızıl alqı-satqı işləri ilə məşğul olur və bir neçə lombardda işləməklə həmin lombardların pulunu ödəyib lombarddan batmış qızılları çıxarıb yuduzdurub, birkalatmaqla yenidən Moskva Unverimağında və bir neçə qızıl satış məntəqələrində qızılın satışını təşkil etməklə yenidən həmin qızılları piştaxtalarda satdırıb yaxşı gəlir əldə etməsini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, bəs ona nə qədər çox pul vermiş olsa o həmin pulun qarşılığında ona daha artıq miqdarda pul verəcəyini və həmin pullara qızılı lombarddan çıxarıb yuduzdurub satdıqdan sonra ən uzağı ana məbələğ ilə birikdə 1 ay müddətində pulunu verəcəyini bildirmişdir. Belə ki ortada Əliyusif olması, Nailənin özünün şəxsən onunla görüşüb həmin halları təsdiq etməsinə görə ona inamı yaranmış və razılıq vermişdir. Belə ki, artıq həmin vaxtdan 2017-ci ilin apreli ayında 2019-cu ilin mart ayına kimi olan müddət ərzində hər dəfə Əliyusifin iştirakı ilə Təqsirləndirilən şəxs2 ilə ünvan 34 ünvanda olan Nərimanov parkında 6-7 dəfə olmaqla 15000 manat, 25000 manat, 32000 manat 20000 manat, 38000 manat, 40000 manat olmaqla X12 iştirakı ilə pulu vermiş və həmin pulları üzərində olan xeyri ilə birlikdə ən uzağı bir ay müddətində almış olduğu pulun miqdarından aslı olaraq ona ən çoxu 800 manat ən azı isə 200 manat xeyir vermiş və ana məbləği ilə tam olaraq qaytarmışdır. Artıq onun Təqsirləndirilən şəxs2 inamı yaranmışdır. Təqsirləndirilən şəxs2 bu yolla tam olaraq etibarını qazanmışdır. O Nailənin sözlərinə inanaraq hər hansı sənəd olmadan həmin məbləğləri ona vermiş və bir dəfə olsun ki, həmin pulu hansı lombarda verməklə girov biletləri alması və ya lombarddan çıxaran zaman onun adına tərtib olunmuş mədaxil qəbzini xəbər almamışdır. Hər dəfə ona pul verən zaman hər hansı qəbz yazdırmamış, girov biletləri və hər hansı lombard sənədləri ilə bir dəfə marqlanmadan ondan tələb etməmişdir. Belə ki, həmin ərəfələrə Nailə ilə istifadəmdə olan mobil telefonla adi telefon zəngi və vtosap vasitəsi ilə əlaqə saxlamış və onun istifadəsində ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrə və onun istifadəsində olan ***-***-**-** mobil nömrə olmuşdur. Onlar arasında səmimi münasibət yaranmışdır və o Nailə Xanmmədovanı işinə düz insan olaraq qəbul etmişdir. 2019-cu iyun ayının sonlarında Təqsirləndirilən şəxs2 istifadəsində olan yuxarıda qeyd etmiş olduğu nömrələrin birindən onun istifadəsində olan mobil nömərəyə zəng etmiş və bildirmişdir ki, bəs onunla görüşüb işgüzar söhbət etmək istəyir. Onlar Nərimanovda olan İstanbul çayxanasında görüşmüşlər. Belə ki, görüş zamanı Nailənin yanında daha bir nəfərin olmasını görmüş və onlar keçib onun əyləşmiş olduğu masada əyləşmişlər. Nailədən həmin şəxsin kim olmasını xəbər alan zaman onu tanışı Sərvər olaraq təqdim etmişdir. Görüş zamanı onunla söhbəti Nailə aparmış və o Nailəyə bildirmişdir ki, bəs Binəqədi rayonunda Sevtlana küçəsində olan lombardda 15 kq qızılı olmasını və həmin qızıldan 5 kq yəni briliant qaşlı qızıl kollye dəstini çıxarmağ lazım olmasını həmin qızla onun hazır müştərisi olmasını həmin qızılı çıxarıb yuzduzdurmaqla müştərisinə satmaqla yaxşı xeyir əldə olunacağını bildirmişdir ki, bəs həmin 5 kq qızıla görə 200000 manatdan artıq pul verməsini və 140000 manat pulu çatmadığını həmin pul tapıb vermiş olduğu halda qeyd edilən qızılı çıxarıb satacağını və ona ən uzağı 2 həftə müddətində 6000 manat xeyir verəcəyini bildirmişdir. O isə ona bir daha həmin məbləğin böyük olmasını, gücü çərçivəsində olmadığını və həmçinin hansı lombardan götürməsini maraqlandıqda sonra ona bir söz deyəcəyimi bildirmişdir. Həmçinin bildirmişdir ki, bəs onu həmin lombard sahibi ilə görüşdürsün ki, görsün onun həqiqətəndə orda qeyd edilən məbləğdə qızılı varmıdır, çünki Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, bəs ona inanmır, lakin həmin məbləğ bundan əvvəl götürmüş olduğu məbləğlərdən fərqli olaraq iri həcimdə olmasına görə həmin pulun düzəldilməsi üçün dostundanda pul götürməklə həmin məbləği düzəldəcəyini bildirmişdir. Ona görə tam olaraq həmin qızılı hardan, necə, kimdən götürməsini maraqlanmaq istəmişdir. Belə ki, o Nailə Sərvər ilə sonuncunun idarə etdiyi avtomobillə Binəqədi rayonunda olan lombarda getmişlər. Yolda Sərvərdə ona and içib bildirmişdir ki, bəs Nailə düz deyir orda olan 5 kq qızılı çıxarmaq üçün qardaşı ilə birlikdə həmin məbləğin bir hissəsini ödəmişlər və yerdə 140000 manat qalmışdır. Onlar həmin lomarda getmiş və onları Aqil adlı lombardın müdiri kimi özünü təqdim edən şəxs qarşılamış və onlar lombarda həmin şəxslə ilə keçib əyləşmiş və həmin vaxtı Aqil adlı səxsin yanında daha 2 nəfər tanımadığı şəxs olmuşdur. Həmin vaxta kimi o Aqili və yanında olan şəxsləri tanımamış və onlar arasında hər hansı ədavət düşmənçilik olmamışdır. O, Aqili təxminən 2019-cu ilin avqust ayında tanıyır. Sərvərlə mübahisələri olan vaxt onu tanımışdır. Mübahisə həll etmək üçün Aqili parka çağırmışlr. Məhkəmədə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyəti onunla izah edir ki, istintaq zamanı onu inandırmışlar ki, onu pulu Aqildədir. Halbuki Sərvər və Nailə ondan oul aldıqları zaman Aqilin adı çəkilməmişdir. Sərvər ona bildirmişdir ki, Aqildən şikayət etmək lazımdır. O, 2018ci ildə Aqilin lombardında olmamış, Aqilə pul verməmişdir. O, Aqillə zərərçəkmiş şəxs Zəminənin dalaşmağının şahidi olmamışdır. Bulud bildirmişdir ki, istintaq zamanı həmn məzmunda ifadə versin ki, pulunu alıb qaytarmaq olsun. İfadəsini Buludun iştirakı ilə yazmışdır. İstintaq zamanı bütün zərərçəkmiş şəxslərin adından Bulud teleqram göndərirdi. Onun Xeyransaya qarşı şikayəti yoxdur. İstintaq zamanı təsir altında ifadə vermişdir. Onun Aqilə qarşı da şikayəti yoxdur. O, Sərvərə 115000 manat vermişdir. Sərvərlə Nailənin ər arvad münasibətindən xəbəri olmayıb. Nailə ilə Buludun ər arvad münasibətində olduğunu bilmişdir. Bulud həmişə Nailəyə ailəsi olmasını demişdir. Elan olunmaqla ona təqdim edilmiş cinayət işinin 4-cü cidlinin 15-19-cu vərəqələrində olan zərəçəkmiş şəxsin dindirilməsi protokolu ona tanışdır. Həmin protokolun hər vərəqinin sonunda olan və “Zərərçəkmiş şəxs4” adının qarşısında olan imza ona məxsusdur. Həmin vaxt ifadəsində hal-hazırki ifadəsindən fərqli məzmunda ifadə verməsini istintaq zamanı verdiyi ifadəni Bulud Quliyevin təsiri altında vermişdir və məhkəmədə verdiyi ifadləri tam doğrudur. Ona Nailə, Sərvər və Xeyransaının hərəkətləri nəticəsində 138300 manat, həmçinin 21000 manat qızıla görə və beləliklə ona cəmi 159300 manat ziyan dəymişdir. Hal-hazırda o, o zaman Aqildən şikayət etdiyinə görə peşmanam. Mənim Təqsirləndirilən şəxs1 qarşı şikayəti yoxdur və onu bağışlayır. Onu da bildirmək istəyir ki, hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun iş üzrə hərhansı bir zərərçəkmiş şəxslərə və həmçinin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Əsgər qızı bildirmişdir ki, 1970-ci ildə Ermənistanda anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, fərdi əməklə məşğul olur və ünvan 37 ünvanda yaşayır. Bildirmək istəyir ki, həyat yoldaşı vəfat etdikdən sonrra o, özü-özün dolandırmışdır. Belə ki, həmin vaxtdan o, Bakı şəhərində müxtəlif növ ticarətlə məşğul olmuş və həmin ticarət sahələrində biri qızıl sahəsi olmuşdur. O, Bakı şəhərində bir neçə lombarda və qızıl satış məntəqələrini tanımış və ona yaxın olan şəxslərdən hər hansı əlamətlərdə qızıl sifarişləri olan alan zaman lombard və satış məntəqələri vasitəsi ilə həmin əlamətlərdə qızılları tapır üzərinə qazanıcınıəlavə etməklə həmin qızılların satışını həyata keçirmiş. 2019-cu ilin fevral ayında Təranə adlı tanışı vasitəsi ilə Aqilin iş yeri olan Binəqədi rayonunda Svetlana Məmmədova küçəsində olan lombarda getmişdir. Həmin vaxtı ona bir qədər pul lazgm olmuödur və o, Təqsirləndirilən şəxs1 28 fevral 2019-cu il tarixdə təxminən 7000 manat dəyərində olan briliant qaşlı kolye dəstini yəni boyunbağı, qolbağı, üzük və sırağa dəsti ilə birlikdə 750 əyyarlı 42 qramlıq qızıllarınıgirov olaraq qoymaqla 2000 manat pul götürmüş və həmin pulun üzərində faiz olaraq hər ay 100 manat verəcəyinə dair öhdəlik götürmüşdür. Artıq onun Təqsirləndirilən şəxs1 arasında yaxın münasibət yaranmış və hətta Aqil ona bildirmişdir ki bəs onun hansı lomardda qızılları varsa pulunu özü ödəmək şərti ilə həmin qızılları çıxarıb öz lombardına gətirsin. O, artıq onunla arasında girov biletindən irəli gələn münasibət olmasına görə Aqilə bildirmişdir ki, bəs onun 10000 manat dəyərində Biləcəri qəsəbəsnin enişində tərəfdə olan Rasim adlı şəxsin lombardında qızılı olmasın və həmin qızıla görə ana məbləğ olan 4485 ABŞ dolları verəcəyi olmasını bildirmişdir. Belə ki, o, Rasimin yanına həmin qızılları 2 ay müddət olar ki, qoymuşdur və həmin qızıllara görə aylıq ana məbləğ və faizdə daxil olmaqla aylıq 300 manat pul ödəmişdir. Onun Rasimə hər hansı faiz və ana məbləğdə borcum qalmamışdır. Təqsirləndirilən şəxs1 ona lombarda olan öz işçisi Sərxanı qoşub həmin lombarda göndərmiş və orda Sərxan 4485 ABŞ dolları pulu lombarda ödəmiş və Rasim tərəfindən onun qızılları tam olaraq ona və onlar birlikdə Aqilin ofisinə gəlmişlər. Həmin qızılları Aqil öz lombardan qoymaqla onunla 27 mart 2019-cu il tarixdə 10000 manat dəyərində olan 750 əyarlı 123 qram və 15 qram 585 əyarlı qızılın girov olaraq qoymaqla özü tərəfindən Rasimin lombardına ödənmiş pulu ona ana məbləğ olaraq qeyd etməklə 4485 ABŞ dollarının onun ödəməli olmasına dair girov biletində qeyd etmiş və aylıq olaraq həmin məbləğə görə ona 270 ABŞ dolları faiz verməli olduğunu qeyd etmiş və onlar arasında həmin tarixə 000086 nömrəli girov bileti tərtib olunmuşdur. O, ilkin götürmüş olduğu girov biletinin qarşılığı olaraq aylıq 100 manatı ödəmişdir. 270 ABŞ dolları olan fazin isə növbəti 2 ay üçün ona 1 ədəd 600 manat olan 2 ədəd cəmi 1200 manat dəyərində 10 luq küpür vermişdir. Belə ki, həmin pulun da gecikmə olmadan tam olaraq ödəmişdir. O, həmin ərəfələrdə Aqillə zəngləşirmiş və may ayının sonu iyun ayının əvvəllərində o, tanışı Təranə ilə birlikdə ona pul lazım olmasına görə Aqilin lombardına getmişlər və o, orada Aqildən 4000 ABŞ dolları pulu istəmiş və sonuncu bildirmişdir ki bəs həftə tamam olmadan həmin pulu 1000 ABŞ dolları faizi ilə qaytarsa onda həmin məbləği hər hansı sənədləşmə olmadan ona verəcəkdir. O, da, Təranənin iştirakı ilə onun şərtini qəbul etmiş və dəqiq xatırlamadığı tarixdə 2019-cu ilin may ayının sonu iyun ayının əvvəllərində Təranənin iştirakı ilə Aqildə lombardına həmin məbləği ona şərtlərinə uyğun olaraq qəbul etmişdir. Artıq 5-ci gün vədə dolmuş, o, Aqilin yanına yenə Təranə ilə getmişdir ki, bəs ana məbləği düzəldə bilməmiş,lakin faiz olan 1.000 ABŞ dollarını gətirmişdir. Aqil isə onabildirdi ki bəs 1000 ABŞ dolları hər hansı ana məbləğdən çıxılmır və əgər mənə növbəti 2-3 günü həmin 4000 ABŞ dollarını üzərində olan 1000 ABŞ dolları faizi ilə gətirməlidir. O, həftənin 3-cü günü Təranə və Sədaqətlə birlikdə 1500 ABŞ dolları düzəltmiş Aqilin lobardını qarşısına gəlmişlər. Orada Sədaqət avtomobildə qalmış, o, isə Təranə ilə lombarda keçmiş və 1500 ABŞ dollar Aqilə gətirdiyini bildirmiş və həmin vaxtı Aqil lombarda olan tanımadığı müştərilərin yanında o cümlədən sonradan adını bildiyi Sərvər, Natiq və qeyri müştərilərin yanında onun ünvanına nalayiq ifadələr işlədib pulunu niyə tam olaraq gətirmədiyini bildirmişdir. O, isə Aqilə danışığına nəzarət etməsini və ona məxsus olmayan 10-luq küpürlər olmasını, həmin küpürləri satmaqla hesablaşmaq istədiyini bilmişdir. Həmin vaxtı Aqil onun ünvanına nalayiq söyüşlər etmiş və əli ilə onu itələyib lombardın həyətinə çıxmışdır və avtomobilin qoltuqaltı bardaçokunda olan 10-luq küpürlər olan sellofan torbanı götürüb lombarda keçmiºdir. O, Aqilə bildirmişdir ki, bəs həmin qızıl ondadır, öz məbləğinə uyğun yəni 4000 ABŞ dollarının ana məbləğinə uyğun olan sayda götürüb onun yerdə qalan qızıllarını verməsini bildirmişdir. Həmin vaxtı torbada 48 ədəd hər birini 580 manat götürmüş olduğu cəmi 27360 manat dəyərində 10 lüq küpürlər və 1 ədəd 750 əyyarlı 42 qramlıq 2520 manat dəyərində «Şapat» firmasının boyunbağı olmuşdur. Aqil onun qızıllarını qaytarmamaq bir yana həmin vaxtı Zamir adlı sonradan adın bildiyi polis əməkdaşını səsləyib lombarda çağırmış və sonuncu lombarda daxil olanda Aqil həmin pulun yuxarı dairəli şəxsin olmasını bildirməklə həmin polis əməkdaşına onu Bakı şəhər BPİ-nin padvalına aparmasını tapşırmış və Aqil onun boynundan tutub Zamirin ayağından öpməsini bildirmişdir. O, öpməyən zaman Aqil onun boynundan tutub başını bir neçə dəfə yer vurmuş və o, həmin zərbədən huşunu itimiş və ayılan zaman Zabrat yolunda olduğunu görmüşdür. Belə ki həmin hadisəni Sərvər Natiq, Təranə, Nailə adlı sonradan avtomobildə olan Sədaqətdə səsə gəlməklə görmüşlər. Həmin qızılları Aqil ona qaytarmamış və ona həmin hadisə barəsində hər hansı dövlət orqanına müraciət etməmiş və xəsarəti ilə bağlı həkimə müraciət etməmişdir. Həmin hadisədən bir neçə gün sonra ona 10-luq qızılı və «Şopat» qızılı satmaq üçün vermiş Sevda adlı qadın gəlmiş və ondan qızılın pulunu istəyən zaman ona Təqsirləndirilən şəxs1 adlı şəxsin döyüb həmin qızlları özbaşına olaraq avtomobilindən götürməsini və onu döyməsini bildirmişdir. Sevda isə ondan həmin halın onun üçün maraqlı olmadığını və pulu tələb etmiş və sonra Sədaqəti götürüb həmin lombarda getmişdi. Belə ki, Sədaqət və Sevda onun yanına gəlmiş və bildirmişdir ki, lombardın qarşısında Aqil Sevdaya bildirmişdir ki, hara istəyirlərsə şikayət etsinlər və hətta Sədaqətin qolunda tutub onu itələmişdir. O, özü Aqilin istifadəsində olan ***-***-**-** nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəsi ilə və votsap xidməti ilə zəng etmiş və Sevdanın qızıllarını tələb etmişdir. Aqil ona cavab verməmiş, sonrakı zənginə Sərxan cavab vermiş və telefonu Aqilə vermişdir. Ona səbirli olmasını bildirmiş və ona tanımadığı Avşarlıların ondan şikayət etməsini və onların pulunu verib qurtardıqdan sonra onun qızılınıyoluna qoyacağını bildirmişdir. Hətta həmin vaxtı Aqil onu və qızın hədələmişdir. Belə ki, Aqil onun zənglərinə cavab vermirmiş və o, buna görə Sərxanın mobil nömrəsinə zəng etmiş və bildirmişdir ki, Aqil ona cavab vermir və onları xəbərdar etmişdir ki onun girov bileti ilə vermiş olduğu qızılları və sonrakı 10-luqların və digər qızılların dəyərini və həmin qızılların satılıq qızıllar olmasını, sahibi olmasını bildirmiş və hətta pulunu ödəməklə girov biletində olan qızılları çıxaracaqdır. Belə ki, o, ünvan 38 ünvanında yerləşən lombarda getmiş, həmin vaxt lombard sahibi olan Atlasa bildirmişdir ki, onun Təqsirləndirilən şəxs1 girovda qızılları vardır həmin qızılları götürmək istəyir, həmin qızılları öz lombardına yerləşdirsin. Atlas ona razılıq vermiş və bildirmişdir ki, səhər gəlib birlikdə lombarda gedək. O, isə Aqilin lombardına gedəcəyini bildirmiş və özünü lombardın pulunu gedib ödəməsini və onun isə bir kənarda gözləyəcəyini bildirmişdir. Sonra Atlas və İradə onun girov biletində olan qızılları 1 ay faizləri ilə birlikdə pulunu ödəmiş və həmin ödəyəmə dair olan qəbzləri Aqilə özü ödəməklə 2019cu ilin iyun ayının sonlarında həmin 2000 manat və 4485 ABŞ dollarına mədaxil qəbzləri tərtib olunmuşdur ki, həmin məbləğlər lombarda ödənmişdir və Aqil bildirmişdir ki, bəs qızılın verilmə vaxtı 5-cü gün olmuşdur. O, isə lombardın qızılın bankda saxlandığını bildiyinə görə həmin prosedurun bir günlük prosedur olmasını bildirmiş və Aqil 5-ci günədək təkid edən zaman o, tələb etməmişdir. 5-ci gün Atlas İradə ilə birlikdə yenə mədaxil qəbzni verib qızılı götürmək istəyən zaman Aqil mədaxil qəbzini götürsə də, qızılı qaytarmamış və onlar arasında söz söhbət olmuşdur. Sonradan o, yenə qızılları tələb etsə də, Aqil onun qızıllarını qaytarmamış və hətta Atlas tərəfindən ödənmiş qızılları da, batmışdır. Atlasın da pulunu qaytarmamış və buna görə o, Təqsirləndirilən şəxs1 barəsində şikayət etmək istəmiş, lakin onun və Aqilin ortaq tanışı olan Əli adlı sonradan sürücü kimi bildiyi şəxs ona bildirmişdir ki, Aqilin yuxarı dairəli şəxslərlə əlaqəsi vardır və onun babasının «Dədə Mamed» adlı şəxs olmasını bildirmişdir. O, bundan sonra Aqil barəsində şikayət etməkdən daşınmış. Belə ki, sonra Nailə və Xeyransa adlı şəxslərin tutulmasından sonra Kənan adlı şəxs ortaya çıxmış və bildirmişdir ki, bəs Nailə və Xeyransa barəsində Bulud adlı şəxsə şikayət etmişdir və Xeyransanın azadlığa çıxmasına köməklik etmək lazım olmasını bildirmişdir. İş üzrə ibtidai istintaq zamanı ona qarşı heç bir təsir və ya təzyiq olmamış və o, istintaq zamanı verdiyi ifadəldərini tam təsdiq edir. Onun həqiqətən də Təqsirləndirilən şəxs1 cəmi 1200 ABŞ dolları borcu vardır. Atlas onun 10 illik tanışıdır, Nailəni də çoxdan tanıyır. Belə ki, Nailə Atlasın 10 ildən artıqdır ki, rəfiqəsidir. Təqsirləndirilən şəxs1 heç vaxt 60 ədəd qızıl 10-luğun pulunu almayıb. Onun Hüseyn adlı qızıl 10-luq kəsən tanışı yoxdur. Onun lombardda olan qızıl zinnət əşyalarını Aqil ibtidai istintaq zamanı tam olaraq qaytarıb. Aqil o zaman onu təhqir etdiyinə görə onun tam doğru olmayan ifadə vermişdir. O, latın qrafikasında yazıb oxuya bilmədiyinə görə ifadəsində nə yazılmasını bilmir. Onun ifadəmsini müstəntiq yazıb, oisə imza etmişdir. Məhkəmədə verdiyi ifadələri tam jdoğrudur. İbtidai istintaq zamanı verdiyi ifadəni tam təsdiq etmir. Onun özünün Təqsirləndirilən şəxs1 borcu vardır. Aqilin ona hər-hansı bir verəcəyi yoxdur və olmayıb. Onun adından istintaqa teleqramı Bulud Quliyev vurmuşdur. Onu da bildirmək istəyir ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirmişdir ki, 1960-cı ildə Qubadlı rayonunda anadan olmuşdlur. Öz ailə üzvüləri ilə birlikdə ünvan 39 ünvanda qeydiyyatda olmaqla yaşayır. Onun özü fərdi fəaliyyətlə məşğul olur. Belə ki, təxminən 15 il müddət olar ki, lombard sahəsində fəaliyyət göstərir. Quba şəhəri və Yasamal rayonunda lombardları fəaliyyət göstərir. Son dörd il ərzində ünvan 40 ünvanında olan lomabardı işlədir. Həmin lombardın faliyyət göstərməsi üçün onun icazə vərəqi vardır və həmin icazə vərəqələri 5 ildən bir 7 ildən bir olan müddət ərzində təzələnir. 2019-cu ilin mart ayında özünə məxsus olan «Toyota Prado» markalı **-XO-*** nömrə nişanlı avtomobili satmaqla «Porşe» markalı avtomobil almaq istəmiş və həmin vaxtı ona «Porşe» satan tanışına bildirmişdir ki, bəs avtomobili satan zaman ona xəbər etsin və həmin şəxs ona həmin ilin mart ayında şəxsi işləri ilə əlaqədar olaraq Rusya Federasiyasına gedəcəyini bildirmiş və vacib olaraq avtomobilin pulunun ödənməsini bildirmişdir. Həmin ərəfədə onun avtomobilinin satışı ilə bir qədər yubanmışdır. Onun əlində isə pulu olmamış və bir gün o şəxsi işləri ilə əlaqədar olaraq Binəqədi rayonu ərazisindən keçən zaman Svetlana Məmmədova küçəsində lombard üzərində 2%-5% pul verilməsi əks olunması onun diqqətini cəlb etmişdir. Ona görə lombarda keçmiş və 2019-cu ilin mart ayının əvvələrində ilk dəfə həmin lombarda əvvəllər tanımadığı hər hansı ədavət düşmənçiliyi olmayan Təqsirləndirilən şəxs1, onun işçləri olan Sərxan, Xeyransa adlı qadını görmüşdür. O Aqil ilə 2 % reklamı ilə əlaqədar olaraq danışmış və diqqətini cəlb etmiş və həmin şəxs özünə aid olan qızılları girov qoymaqla pulu götürmək istədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 həmin yazının yalnız reklam xarakterli olmasını bildirməklə həmin faizə pul verilmədiyini yalnız 5%-ə verilməsini bildirmişdir. O isə ona özünün lombard işlətməsi barədə bir söz deməmişdir. Lakin həmin ərəfdə avtomobil sahibinin avtomobilini satıb Rusya Federasiyasına getməsinə görə o pulun çatmayan hissəsini düzəlməsi üçün qızılı qoymaq istədiyini bildirmişdir. Nəhayət 20 mart 2019-cu il tarixdə lombarda getmiş və Sərxan, Xeyransa adlı şəxslər o cümlədən Aqildə lombardda olmuş və o ilk dəfə özünə məxsus olan 750 əyyarılı 75 qram və 583 əyyarı 185 qram qızılı həmin dövrün məzənnəsi ilə satış qiyməti təxminən 20000 manat dəyərində qızılı girov qoyaraq 11000 manat pul götürmüş və həmin pulun üzərində hər ay 550 manat dəyərində pul ödəməklə bağlı öhdəlik götürmüş və həmin müqavilə şərtləri Təqsirləndirilən şəxs1 ilə 20 mart 2019-cu il tarixli 000086 nömrəsi ilə girov bileti tərtib olunmış və həmin bilet əsasında o həmin məbləği götürmüş və qızılı lomabrda təhvil vermiş və həmin girov billetinin bir nüsxəsini götürməklə girov biletinə imza etmişdir. Hətta o özünə aid olan qızılların kserosurətinin çıxarılmasını Aqildən tələb etmişdir ki gələcəkdə onun qızılı başqa qızıllarla səhf düşməsin və o lombardda qızılının surətini çıxartdırmaqla yanaşı həmin çıxarılan A 4 sənədinidə imza etmiş və bir nüsxəsini özünə götürmüşdür. 20 mart 2019-cu il tarixdə Aqilə vermiş olduğu qızılların və girov biletinin kserosurətini və ifadəsinə əlavə etmişdir. Sonra ona avtomobilin alınması üçün pulla bağlı müraciət etdiyi şəxslər ona pulu çatdıra bilməmişlər və ona görə yenə Aqilin lombardına getmiş və həmin vaxtı o işdə deyil zalda olmuşdur. Bunu ona işçisi Sərxan demiş və onun Aqili gözlədiyini ona zəng edib bildirmişdir. Aqil bir neçə dəqiqə müddətində lombarda gələcəyini bildirmişdir. Aqillə lombarda gəlmiş ona qızıl gətirdiyini və ona yenə pul lazım olmasın bildirmişdir. Aqil ona hazırda manatla pulu olmadığını yalnız ABŞ dolları ilə pul verə biləcəyini bildirmişdir. O 750 əyyarda 90 qarm, 583 əyyarda isə 30 qram qızılı olmasını bildirmiş və həmin dövrün məzənnəsi ilə satışı təxminən 15000 manat dəyərində qızılını girov qoyaraq 3530 ABŞ dolları pul götürmüş və həmin pulun üzərində hər ay 177 ABŞ dolları pul ödəməklə bağlı öhdəlik götürmüş və həmin müqavilə şərtləri Təqsirləndirilən şəxs1 ilə 24 mart 2019-cu il tarixli 000086 nömrəsi ilə girov bileti tərtib olunmuş və həmin bilet əsasında o həmin məbləği götürmüş və qızılı lomabrda təhvil vermiş və həmin girov billetinin bir nüsxəsini götürməklə girov biletində imza etmişdir. Hətta ona özümə aid olan qızılların kserosurətinin çıxarılmasını Aqildən tələb etmişdir ki, gələcəkdə onun qızılı başqa qızıllarla səhf düşməsin və o lombardda qızılının surətini çıxartdırmaqla yanaşı həmin çıxarılan A 4 sənədinidə imza etmiş və bir nüsxəsini özünə götürmüşdür. 24 mart 2019-cu il tarixdə Aqilə vermiş olduğu qızılların və girov biletinin kserosurətini istintaqa təqdim etmişdir. Təxminən 2 ay müddətində o həmin qızılların faizini ödəmişdir. 2019-cu ilin iyun ayında o lombardından xeyli müddət olar ki, tanıdığı qızıl alqı-satıqısı ilə məşğul olan sözünə düz insan olaraq tanıdığı Zəminə gəlmiş və ondan hara getməsini xəbər almışdır. Belə ki, həmin vaxta kimi Zəminə ona bildirmişdir ki, bəs Təqsirləndirilən şəxs1 girov bileti ilə yanaşı əlbə 4000 ABŞ dolları pul götürməsini və özünün 48 ədəd 10-luq küpülərini və bir neçə qızılını götürməsini və həmin qızılı tələb edən zaman Aqil tərəfindən döyülməsini bildirmişdir. O isə ona Aqilin lomardına getdiyini bildirmiş və bu zaman o ona bildirmişdir ki, bəs onun 28 fevral 2019-cu il tarixdə təxminən 7000 manat dəyərində olan briliant qaşlı kolye dəstini yəni boyunbağı, qolbağı, üzük və sırağa dəsti ilə birlikdə 750 əyyarlı 42 qramlıq qızılını girov olaraq qoymaqla 2000 manat pul götürmüş və həmin pulun üzərində faiz olaraq hər ay 100 manat verdiyini, 27 mart 2019-cu il tarixdə 10.000 manat dəyərində olan 750 əyyarlı 123 qram və 15 qram 585 əyyarlı qızılını girov olaraq qoymaqla 4485 ABŞ dollarına hesablanmaqla götürülməsini və həmin məbləğə görə 270 ABŞ dolları faiz verməsini bildirmişdir. Həmin müqavilələr üzrə olan girov biletini ona vermiş və həmçinin bildirmişdir ki, bəs həmin qızılları onun lombardına qoymaq üçün çıxarır və faizləri onun lombardına ödəyəcəkdir. O Aqilin lombardına getmiş orda Aqilə özünə aid olan 20 mart 2019-cu il tarixdə qoymuş olduğu 750 əyyarılı 75 qram və 583 əyarı 185 qram qızılı həmin dövrün məzənnəsi ilə satış qiyməti təxminən 20000 manat dəyərində qızılı girov qoyaraq 11.000 manat pul götürdüyü həmin tarixli girov bileti üzrə olan 11000 manatı və 24 mart 2019-cu il tarixdə qoymuş olduğu 750 əyarda 90 qarm, 583 əyarda isə 30 qram qızılı həmin dövrün məzənnəsi ilə satışı təxminən 15.000 manat dəyərində qızılı girov qoyaraq 3530 ABŞ dolları pul götürdüyü və həmin tarixli girov bileti üzrə olan 3530 ABŞ dollarını manat olaraq 6001 manat hər iki qızılın həmin ay üzrə olan faizlərini, 550 manat və 177 ABŞ dolları olan faizləri ödəmişdir. Həmçinin Zərərçəkmiş şəxs7 aid olan qızılların 2000 manat və üzərində olan 100 manat faizini, 4485 ABŞ dolları (7624,5 manat) və onun 270 ABŞ dolları (459 manat) faizini manata çevirməklə cəmi 10183,5 manat faizi ilə birlikdə öz adından ödəmiş və onun tərəfindən adına 2 ədəd, Zəminənin adına 2 ədəd olmaqla mədaxil qəbzi verilmiş və öz möhürü ilə təsdiq etməklə imza etmişdir. Belə ki, o Zəminəyə bildirmişdir ki, bəs qızıl çıxan zaman o gəlib imza edib qızılını götürməli və onun lombardına təkrar qoymalı idi. Onun Zəminənin qızılında marağı yalnız həmin qızılın sonradan onun lombardına qoymaqla faizləri ona ödəməsi olmuşdur. Zəminə isə Aqillə bağlı aralarından olan anlaşılmazlıqları tam olaraq ona deməmişdir. Lakin Aqilin onu döyməsini ona demişdir. Aqil ona bildirmişdir ki, 5-ci gün gəlib özü qızılları və Zəminənin qızıllarını götürsün. O isə lombard işçisi olaraq həmin müddət böyük olmasına görə bir qədər tərəddüd edib təccüblənmiş və lakin onunla razılaşmış və artıq həftənin 5-ci günü o lombarda rəfiqəsi İradə ilə birlikdə getmiş və onu lombardda Aqil və işçiləri ilə qarşılamışdır. O özünün və Zəminənin qızıllarına dair pul ödənişləri etdiyi mədaxil qəbzlərini masa üzərinə qoymuşdur ki, bəs qızılları gətirsin. Bu zaman Aqil mədaxil qəzlərini və masa üzərinə qoymuş olduğu girov biletlərini əl atıb götürmüş və elə vid etmişdir ki, guya mədaxil qəbzinin koduna baxır. O isə artıq onun bəhanlər etməsini görüb şübhələnmiş və girov biletlərini təkrar əl atıb götürmüş və bu zaman Aqil mədaxil qəbzlərini cırıb atmış və buna görə onlar arasında söz söhbət olmuş və hətta Aqil DİN rəhbərliyinin adı ilə danışaraq telefon qulağında beldə bir vid etmişdir. Bundan sonra vətəndaşlar araya keçmişdir. Həmin vaxtı orda Zakir adlı şəxsdə olmuş və oda həmçinin eyni iradlarla Aqilə ünvanlanmışdır. Artıq mübahisə küçədə davam etmiş və Aqil ona bildirmişdir ki, bəs 2-3 gündən sonra gəlib qızıllarını götürsünər və özünü «Dədəd Mamedin» nəvəsi olaraq təqdim etmişdir. O öz qızılına görə faizlər istisna olmaqla 17001 manat, Zəminən qızılına görə isə faizlər istisna olmaqla 9624,5 manat ödəmişdir. Çünki o öz qızılı və Zəminənin qızılı üçün həmin ayın faizlərini ödəməli idi və girov biletləri üzərinə həmin öhdəliyi üzərinə götürmüşdür. Ona görə faktiki olaraq qeyd etdiyi məbləğdə ödəniş etmiş və həmin faktiki məbləğə görə ona maddi ziyan dəymişdir. Aqil yenə onun qızıllarını verməmişdir. Bir neçə gündən sonra onun lombardına xeyli müddət olar ki, tanıdığı lakin Təqsirləndirilən şəxs1la işlədiyini bilmədiyi Nailə gəlmiş, o ona yaxınlaşmış və qızılların elə bil onda olmasını bildirmişdir. Lakin onun nə səbəbə bunu etməsini bilməmşdir. Lakin Nailəni 20 il müddət olar ki, tanımışdır. Hətta sonra Aqil ona qızılların bir nəfər Gürcüstanda olan qadında olmasını bildirmiş və onun qızılını qaytaracağını demişdir. Aqil Nailəni ona minnətçi olaraq göndərmişdir. Onun pulunu ələ keçirən Aqil olmuşdur. Hətta o onun telefonda danışan zaman bacısının adını çəkib onun adına and içməklə qızılımı tam olaraq verəcəyini bildimişdir. Nailə isə ondan yalnız vaxt almaq üçün gəlmişdir. Nailə ona vəd verib hər hansı miqdarda qızılı və pulunu ələ keçirməmişdir və həmin qızılların Nailəyə hər hansı aidiyyəti olmamışdır. Nailə ilə Aqilin arasında yaxın münasibət olmasını sonradan bilmişdir. Sonra yenə onun qızılı Təqsirləndirilən şəxs1 tərəfindən qaytarılmamış və o Təqsirləndirilən şəxs1 barəsində şikayətlər etsədə onları hər hansı bir dövlət qurumdan çağıran olmamış və hər hansı orqanda araşdırma aparılmamışdır. O həmin girov biletlərini və digər sənədləri ifadəsinə əlavəm olaraq təqdim etmişdir və qızıllarını tələb etmişdir. Hətta sonra o girov biletlərinin belə eyni nömrə altında Aqil tərəfindən verilməsinin şahidi olmuşdur. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onu da bildirmək istəyir ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur. Onların hər üçünü azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 atası, Zərərçəkmiş şəxs3 isə kiçik əmisi, Vüsal Əliyev isə qardaşıdır. Zərərçəkmiş şəxs2 15 il müddət olar ki, Bakı şəhərində ət mağazasında topdan ət satışı ilə məşğul olur. Bundan başqa rayonda heyvan bordanması ilə məşğul olmuşdur və atasmını rayonda olan təsərrüfatında 100 başdan artıq heyvan olmuşdur. Zərərçəkmiş şəxs5 atasının əmisi oğludur və onun Ukrayna Respublikasında biznesi olmuş və o ölkəni tərk edən əmisi Zərərçəkmiş şəxs3 60.000 ABŞ dolları pul vermişdir ki, bəs həmin pulu özündə saxlasın və özünə pul lazım olan zaman həmin pulun qaytarılması üçün zəng edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 qaynatasıdır. 2018-ci ilin mart ayında bilmişdir ki, Zərərçəkmiş şəxs3 Elçin Cəfərov tərəfindən ona verilmiş 60.000 ABŞ dolları pulu Nailə adlı qızıl alıqı-satqı işləri ilə məşğul olan qadına vermişdir və həmin qadından qeyd edilən miqdarda pulu ala bilmədiyini və Zərərçəkmiş şəxs3 onun atası ilə birlikdə işlədiyi iş yerinə gəlməkdə həmin qadınla birlikdə görüşüb söhbət etməyi bildirmişdir və onlar görüşmüşlər. Lakin sonra o söhbətin tam olaraq bilməmiş, çünki daimi olaraq mağazada olmuşdur. Artıq həmin ərəfələrdən bir müddət sonra onların yaşıl bazarda olan mağazasına atasını yanına Təqsirləndirilən şəxs2 adlı qadın gəlib getmişdir və həmin qadın özünü eyni ilə qızıl alqı-satqı işləri məşğul olan qadın kimi təqim etməklə lombardlarda çoxlu sayda qızılları olmasını bildirmişdir. Həmin ərəfədə onunda Nailə ilə münasibətim yaranmış və Nailənin istifadəsində olan 055 283 78 73, 070 229 99 93, 055 257 56 15, atasının istifadəsində olan 051 391 63 00, 070 959 01 06 və ya 050 *** ** ** mobil nömrəsi isə Sərvərin istifadəsində 070 299 16 17, 050 325 96 96 nömrə və onun istifadəsində 070 *** ** ** nömrə olmuşdur. Zərərçəkmiş şəxs2 01 iyun 2018-ci il tarixdə 45.000 manatı, 18 iyun 2018-ci il tarixdə 55.000 manat, 2018-ci ilin avqust ayının 2-ci 10 günlüyündə Nailəyə iş yerlərində onun iştirakı ilə 35000 manat vermişdir və həmin ərəfədə Nailə mütəmadi olaraq onların iş yerinə gəlmiş və 2018-ci ilin avqust ayında Nailə onun yanına gəlmiş və onlar birlikdə Yaşlı bazarın kafesində oturmuşlar və Nailə ondan 2000 manat pul istəmişdir ki, bəs lombardda qızılı vardır həmin qızılı çıxarıb satmaqla səhər onun pulunu verəcəyini bildirmiş və o heç kimə məsləhət etmədən Nailənin atası ilə yaxın münasibəti olmasına görə kafedə durduqdan sonra Yaşıl bazarın qarşısında həmin gün yəni avqust ayının 2-ci 10 günlüyündə Nailəyə tək olduğu zaman əlbəəl 2000 manatı vermişdir. Səhəri günü istifadsində olan 070 206 01 08 nömrəsindən Nailənin istifadəsində olan mobil nöməyə zəng etmiş və pulunu xəbər almışdır ki Sabah gətirib pulu verəcəkdir. O artıq Nalənin ondan pul alması barədə atasına bildirmişdir. Nailəyə səhəri günü zəng edib pulunu tələb etmiş və o yaşıl bazara gəlmiş və ona izah etmişdir ki, bəs pulu Neftçilərdə lombarda olan qızılının çıxarılması üçün vermiş lakin qalan pulu tam olaraq tapıb ödəyə bilmədiyinə görə malının orda qalmasını və həmin malın çıxarılması üçün əlavə pul ödənməsini bildirmiş və ona inanması üçün birlikdə Neftçilərdə qızılının saxlanmış olduğu lombarda getməyi bildirmişdir. O Nailənin sözündən sonra Neftçilər metrosunun üzərində olan lombarda getmiş və Nailədə həmin ünvana gəlmişdir. İlk dəfə Elçin həmin ünvanda görmüşdür. Elçin ona özünü həmin lombardı işlədən şəxs olaraq təqdim etmiş və bildirmişdir ki, bəs Nailənin həmin lomardda qızılları vardır və onun tərəfimdən 2 gün bundan öncə qızılı çıxarması üçün Nailəyə vermiş olduğu 200 manatın onada olmasını təsdiq etmişdir. O isə 2000 manatını geri tələb etmiş və o etiraz etməmiş və 4-5 gün sonra lombarddan gəlib götürməsini demişdir. Nailənin iştirakı ilə Elçindən qızılının çıxarılması üçün nə qədər pul lazım olmasını xəbər almış və Elçin həmin qızılın çıxarılması üçün 11.600 manat yəni 2000 manatdan başqa pul ödənməli olmasını bildirmiş və həmin qızılın yalnız pulunun ödənməsindən 2 gün sonra çıxarılmasının mümkün olmasını demişdir. O Elçinə bildirmişdir ki, bəs əgər malı ona götürəcəksə həmin pulu ödəsin əgər malı Nailəyə versə həmin pulu ödəyəcəyindən imtina etmişdir. Elçin isə birmənalı olaraq Nailənin iştirakı ilə gəlməklə Nailənin yanında həmin qızıl-zinət əşyalarını ona verəcəyini bildirimişdir. Nailə isə həmin hala şifahi olaraq razılığını bildirməklə Elçinin həmin malı onu iştirakı ilə ona verəcəyini təsdiq etmişdir. O həmdə Elçinə bildirmişdir ki, əgər mal ona verilməsə o Nailəni deyil onu tanıyır və belə olan halda pulunu ondan tələb edəcəyini bildirmişdir. Elçin etiraz etməmiş, Nailə isə yenə ona hər vasitə ilə qızılı çıxarmasını demişdir ki, bəs onun iştirakı ilə həmin qızılı aparıb satacaqdır, onun ana məbləğini ödəməklə yanaşı atasından almış olduğu pulların bağlayacağını demişdir. Həmin vaxtı Nailə bildirmişdir ki, bəs həmin lombardda özünün qızılları vardır və Elçində bunu təsdiq etmişdir. Bu zaman onlar həmin qızılın siyahısını çıxarmaqla ona verilməsi barədə razlaşmışlar. Elçin Nailə ilə lombarda keçməklə ona hansı tərəfindən yazılmasını bilmədiyim siyahı gətirmişlər və həmin siyahını istintaqa ifadəsinə əlavə olaraq təqdim etmişdir. Siyahıda 10.07.17 Nailə 15000 5 % manat ++ işarəsi olmaqla önündə 383 qram, 750 əyyarlı qızılı, 21.09.2017 Nailə 22.000 5 % 556,7 qram, 750 əyyarlı, 18.12.2017 Nailə 16.500 5 % ++412,5 qram 750 əyyarlı, 5.01.18 Nailə 8000 ABŞ 5 % dolları ++ 378 qram, 750 əyyarlı, 9.03.18 Nailə 17.300 5% +- 437,6 qram 750 əyyarlı qızılların siyahısı Elçin tərəfindən ona verilmiş və Nailənin onun lombardında olan qızıllarının siyahısı olmasını bildirmişdir və Nailədə bunu təsdiq etmiş və ona bildirmişlər ki, bəs sən həmin qızılları siyahı üzrə göstərilən qiyəmətləri ödəməklə lomarddan çıxarılması üçün tələb olunun dəyərlərini ödəməklə onun iştirakı ilə çıxarsın, o həmin qızılları satmaqla qısa müddət ərzində lombarda vermiş olduğu məbləği və atasından almış olduğu pulların bir hissəsini həmin qızılların satışı zamanı olan xeyri ilə bağlayacağını bildirmişdir. Onlar razılaşmış və o Elçinə bildirmişdir ki, bazara gedir ona ilkin deyilmiş 2000 manatdan sonra olan 11600 manatı pulu toplayacaq bir neçə saatdan sonra gəlib özünün pulu ondan bazarda təhvil almasını bildirmiş və Elçin istifadəsində olan mobil telefonu vermişdir. Həmin gün bir neçə saatdan sonra o Elçinə istifadəsində olan 055 *** ** ** nömrəyə zəng etmiş və pulun hazır olmasını və gəlib bazardan aparmasını bildirmişdir. Elçin bazara gəlməklə onunla bazarın girişində görüşmüş və əlbəl pulu Elçinə vermişdir. Elçinə sual verib malı nə zaman götürəcəyini xəbər almışdır. Elçin ona 2 gündən sonra malı gəlib götürməyi bildirmişdir. 2 gündən sonra Elçinə zəng etmiş malın hazır olmasını və Məndən harda olmamı xəbər almış, o isə yaşıl bazarda olduğunu bildirmiş və Elçin ondan Nailəni xəbər almış və o Nailənin yaşıl bazara gəlməsini bildirmişdir. O malı götürməsini və özünündə yaşıl bazara gəlməsini demişdir. Bir neçə dəqiqədən sonra Elçində Nailədə bazara gəlmiş və Elçindən malın harda olmasını xəbər alan zaman o ona malın yarısını gətirməsini və müdir tərəfindən buraxılmadığını bildirmişdir. O və Nailə malın yarısının buraxılmama səbəbini xəbər alan zaman Elçinin Nalinin digər siyahı üzrə malların faizlərini xeyli müddət olar ki, ödənmədiyini və ona vermiş olduqları siyahı üzrə olan «-» işarəsinin aylar üzrə hansı malın ödənişlərinin faiz borcu qalmasını bildirmiş və həmin pulun yarısının həmin malların faiz borclarına tutulmasını bildirmişdir. Müdirin həmin malların faizlərinin ödənməsindən sonra malların veriləcəyini bildirişdir. O isə Elçinə aralarnda olan danışığı bu formada olmadığını xatırlatmış və həmin şəxslə mübahisə edən zaman Nailə bildirmişdir ki, bəs aparıb gətirilmiş malı aparıb sataq faizlərini ödəyək sonra digər malları çıxarmaqla oda pulu qaytarmış olar. O Nailə ilə Mum ticarət mərkəzinə getmiş və o avtomobildən düşüb Mum ticarət mərkəzinə keçmiş və bir neçə dəqiqədən sonra Nailə 8500 manat pul əlində avtomobilə əyləşmişdir və Elçinə zəng edib faiz borcların hazır olmasını bildirmişdir. Elçin onlarla artıq yaşıl bazarda görüşən zaman həmin siyahı üzrə faiz borclarının 7500 manat olmasını bildirmişdir. O Nailə ilə yaşıl bazara getmiş və Elçin həmin ünvanıma gəlmiş və 7500 manatı o Naildən alıb Elçinə vermiş və o həmin 13600 manat dəyərində pulu ödənmiş malın qalan hissəsini gətirəcəyini bildirmişdir. Elçin səhəri günü yaşlı bazara həmin malın qalan hissəsini gətirmiş və yenə Naildə ilə Mum ticarət mərkəzinə getmiş və Nailə eyni ilə mərkəzə daxil olub bir neçə dəqiqədən sonra avtomobilə əlində 8500 manatla əyləşmişdir. Həmin pulun üzərinə 6500 manat qoymaqla 15.000 manat düzlətdim və Elçinə zəng etmişdir ki, siyahı üzrə olan 15.000 manatlıq malı çıxarmaq istəyir. Elçin yenə bazara gəlmiş və Nailənin iştirakı ilə ondan 15.000 manatı götürüb 2 gündən sonra gəlib malı götürməsini bildirmişdir. 2 gündən sonra o malı Elçinə zəng etməklət tələb etmiş və Elçin ona hələ problem olmamasını və malın ona verilmədiyini bildirmişdir. Bir neçə gündən sonra yenə Elçin zəng etmiş o yenə hələ malın çıxarılmasında problem olmasını və sonra isə malın həmin lombardın müdiri tərəfindən qramı 48 manatdan olmaqla özünün almaq istədiyini bildirmişdir. Nailə razılıq vermiş və həmin malı onlar üçün 18500 manat hesab etməsini və onlara siyahı üzrə olan 16500 manat dəyərindəki malı və 1800 manat pul təklif etmişdir. Onlarda onun təklifini qəbul etmiş və o Elçinə 1800 manat lombarda pul vermişdir. 16500 manatlıq malı 2-3 gündən sonra götürmələrini bildirmiş və bundan sonra Elçin malı verməmiş və malı çıxarmış olduğu yerdə problem olmasını və sonra isə malın çıxarılmasının dayanmasını bildirmişdir. Bir neçə aydan sonra Nailə ona demişdir ki, Elçin malları verir və deyir ki, faizi yığılmışdır gəlsin ödəsin və o nə qədər faiz yığılmasını xəbər almışdır. Nailə ona 1700 manat faiz yığılmasını bildirmiş və Elçində bunu telefon danışığımız zamanı təsdiq etmişdir. Oda 1700 manat Elçinə lombardında ödəmişdir. Yenə Elçin lombardın mallarını saxlamış olduğu yerdə problem olmasını demişdir. O ona faizin yenə yığıldığı halda onluq olmayacağını bildirmişdir. Nailə ona narahat olmamağını işlərin düzələcəyini deyirdi. Bir neçə aydan sonra Elçinə zəng etmiş hər dəfə bəhanə etmiş və artıq sonda o ona orda Nailənin siyahıdan kənar başqa malları olmasını və həmin mallar üzrə faizlərin yığılmasını bildirmişdir. O isə Eçinə ona aidiyyəti olmadığını, onunla danşıqları özünün aparmasını və ona vermiş olduğu siyahı üzrə problem olmadığını və faizləri çıxmalı olan malın pulunu verdiyini demişdir. Nailəyə zəng etmiş və o ona Elçinin düz deməsini bildirmişdir. O isə bu günə kimi digər malları ondan niyə gizlətməsini xəbər almışdır. Nailə isə həmin malları sonradan qoymasını bildirmişdir ki, o yenə ona aidiyyəti olmadığını demiş və danışıqlar zamanı həmin malların söhbəti olmadığını xatırladıb ona irad bildirmişdir. Nailə ona bildirmişdir ki, bəs lombarda sonradan qoymuş olduğu malların faizi 5000 manatdır onu ödəməsini bildirmişdir. Ona həmin pulu ödəməsini bildirən zaman həmin pulu götürmüş malı xeyrindən çıxmasını demişdir. Oda elə etdim və 2019-cu ilin yanvar ayının əvvəllərində 5000 manatı aparıb Elçinə verdim. Elçin sonradan ona nə malı buraxmış nədə pulu vermişdir. Nailədə mənə hər dəfə yaxşı olacağını demişdir. Bundan sonra artıq Elçin onun zənglərindən yayınmışdır. Fakti olaraq Elçinə 26.800 manat pulu 2000 manatı istisna olmaqla əl-bə əl iş yerində və onun lombardında vermişdir. Elçin tərəfindən ona təqdim olunmuş qızıla dair siyahını ifadəmə əlavə olaraq təqdim etmişdir. Hətta atası, onun, Sərvərin və Elvinin iştirakı ilə bir neçə dəfə Təqsirləndirilən şəxs1 lombardında Nailənin iştirakı ilə ayrı-ayrı məbləğlərdə pulu Nailəyə məxsus qızıların çıxarılması məqsədi ilə Təqsirləndirilən şəxs1 vermiş və Nailənin və onların iştirakı ilə həmin pul lombardda olan digər qızıllara hesablanmaqla Aqil tərəfindən alınması bildirmiş, nəticədə nə qızıl çıxarılmış, nədə ki, atasının pulu verilmişdir. Hər dəfə Aqil müxtəlif bəhənlər edərək rayonda hüzürdə olması pulun özü tərəfindən veriləcəyi, həmçinin atam, əmim digər qohumlarımıza özünə məxsus olan obeyktlər, evlər və bahalı avtomobillər göstərməklə onları pul və qızılın əvəzinə verəcəyi adı ilə aldadıb vaxt qazınmaqla sonradan Naləni və Xeyransa adlı qadına pullar verib videoçəkilmiş etməklə bütün işlərdə onları günahkar göstərməklə pulun onlarda olması həqiqətini kər kəsə inandırıb Nailənin cinayətkar olmasını bildirib özünün məsuliyyətdə kənar qalmağa çalışmışdır. (cild 3, iş vər. 68-72, cild 5, iş vər. 238-240). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs3 2019cu ilin təxminən aprel və ya may ayında ona bildirmişdir ki, ondan qızıl alqı-satqı işləri ilə əlaqədar olaraq pul götürmüş Təqsirləndirilən şəxs2 onun pulunu verə bilmir. Nailəyə pulunu vermiş olduğu həmkəndlisinin ondan pulunu tələb etməsini və Nailənin həmin pulu onun bir neçə dəfə Sərvər vasitəsi ilə görmüş olduğu Aqilə verməsinə görə Aqilin həmin pulun əvəzində ona «Medsedes Benz» panarama modelli **-HJ-*** dövlət nömrə nişanlı avtomobili 20.000 manat pul müqabilində verilməsini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 həmin avtomobil barədə danışan zaman Aqil Nailə tərəfində 60.000 ABŞ dollarının ona verilməsini təsdiq etmişdir. X57 60.000 ABŞ dolları müqabilində Nailə tərəfindən pulun ona verilməsinə görə həmin avtomobili 20.000 manat müqabilində Sərvərlə razılaşdığını bildirmiş və o, onların söhbəti əsnasında bunları eşitmişdir. Belə ki, hətta o, bir neçə dəfə Sərvərlə birlikdə Aqilin Binəqədidə olan ofisində olmuşdur və Aqil orda bildirmişdir ki, bəs onun avtomobil alqg-satqg iöləri ilə məşğul olan adını dəqiq olaraq xatırlamadığı tanışı olmasını və həmin avtomobilə dair Sərvərin adına yeni texniki şəhadətnamə ilə avtomobilini veriləcəyini bildirmişdir. Belə ki, həmin ərəfədə rayonda olan işlər ilə əlaqədar olaraq Sərvər sənədlərini Ağcəbədi rayonuna göndərməsinə görə avtomobilin onun adına sənədləşdirilməsini bildirmiş və o, etiraz etməmişdir. Aqil alqı-satqı işləri ilə məşğul olan tanışını səhf etmirsə Vüqar və ya Eldar adlı şəxsi göndərmiş və həmin şəxs onlarla birlikdə BDYPİ-nə getmiş və orda avtomobil onun adına sənədləşdirilməklə adına texniki şahadətnamə tərtib olunmuşdur. Bir neçə gündən sonra həmin avtomobilə dair Sərvərin qardaşı oğlu Vüsal Əliyevin adına etibarnamə vermiş və daha sonra isə həmin avtomobili Sərvər tanımadığı şəxsə satmış və o, həmin sənədləşmədə avtomobil adına olmasına görə iştirak etmişdir. Sərvərin avtomobili hansı qiymətə təklif etməsini bilməmişdir. Onu bilir ki, həmin avtomobili Aqil şəxsən onun yanında Nailə tərəfindən ona verilmiş pulun qarşılığı olaraq Sərvərə həmin avtomobili vermişdir. Bundan başqa o, hər hansı haldan məlumatlı deyildir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 tanımışdır. Sərvər ona bildirmişdir ki, Aqil Sərvərə 60 000 manat borcludu, həmin borcun əvəzində maşınını Sərvərin qarajına qoymuşdur. Sərvər ondan xahiş etmişdir ki, maşını onun adına keçirtsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanımışdır. Zərərçəkmiş şəxs11 onun dostudur. 2018-ci ildə yanvar ayında iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış dostu olan Zərərçəkmiş şəxs11 30000 və 22000 olmaqla borca pul vermişdir. Ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2 adlı qadınla qızıl alveri etmək üçün həmn pulu alıb Nailəyə verir. Onlar Əhmədlə bir yerdə maşınla getmişlər. Hüeyn Cavid parkının yaxınlığında maşını saxlayaraq Əhməd maşından düşüb Nailəyə həmin pulları verdi. Pulların verilməsində o, şəxsən iştirak etməmişdir. Çüni o, çaşında əyləşmişdir. Nailənin ag cipdə gəldiyini görmüşdür. Üzbəüz olaraq Nailəni görməmişdir. Nailənin yalnız Binəqədi polis şöbəsində şikayət ərizəsi yazarkən görmüşdür.Onun dostu Əhməd hələ də ona borcunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindiridilmiş Şahid6 bildirmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs11 onun dostudur. 14 aprel 2018-ci il tarixdə Əhməd ona zəng vuraraq ondan 10000 manat pulu bir ay ərzində geri qaytarmaq şərtilə borc istəmişdir. O, da pulu verməyə razılaşmışdır. Əhməd ona Əli adlı şəxsin mobil nömrəsini göndərmişdir ki, pulu Əli adlı şəxsə zəng vurub görüşüb versin. O, da Xətai rayonu Gəncə prospektində Əli adlı şəxslə görüşmüş və 10000 manat pulu Əliyə vermişdir. Lakin Əhməd ondan aldığı pulu 1 ay ərzində qaytarmamışdır. Əhməd ona demişdir ki, Nailə adlı qadın ona qarşı dələduzluq edərək külli miqdarda pullarını ələ keçirib. Əhməd ondan başqa dostlarından borca pul alıb Nailəyə vermişdir. Əhməd əlacsız qalıb avtomobillərini və evini sataraq ona olan və digər borclarını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindrilmiş Şahid7 bildirmişdir ki, təqsirləndirilən şəxslərdən üçünü də tanıyır. 2018-ci ildən Təqsirləndirilən şəxs1, 2017-ci ildən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tanımışdır. Təqsirləndirilən şəxs1 onun yeznəsinin xalası oğludur. Zərərçəkmiş şəxslərdən Bulud Quliyevi tanımışdır. O, ali təhsili olmaqla Aqilin lombardında kompüter içlərində köməkçi kimi işləmişdir. Lombarda qııl qəbulu, hansı qızıların çıxarılması kimi məsələləri kompüterə işlımişdir. Xeyrasa Mustafayevanı da lombardda işləyən işçi olaraq tanımışdır. haıra gömrük eksperti olaraq işləyir. Aqilin lombardında işləyən zaman dəfərlərlə Nailənin qızıl qoyub çıxardığının şahidi olmuşdur. Lombarda qızıl qoyularkən girov bileti veririlirdi. dah sonra qızıl qoyan şəs aybaay ödəniş edirdi. Zərərçəkmiş şəxs qismində tanınmış Bulud Quliyevi lombardda iki dəfə görmüşdür. Bulud lombarda heç bir qızıl qoymamışdır. Elan edilməklə ona təqdim edilmiş cinahyət işinin 3-cü cildində 200-cü vərəqdəki qəbzin surəti ona tanışdır. Həmin qəbzi o hazırlamışdır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 imzalamışdır. Həmin qəbzdan görünür ki, Naikə orada göstərilən məbləğləri ödəniş edərək özünün lombardda olan qızıllarını götürmüşdür. Həmin cilddəki 201-ci vərəqdəki qəbzin surəti ona tanış deyil. Həmin qəbzi o, tərtib etməmişdir. Həmin cilddəki 202-ci vərəqdəki məxaric qəbzi təsdiq etmir. Ümumiyyətlə həmin qəbzdə imza, peçat yoxdur. Həmin cilddəki 203-cü vərəqdə olan qəbz ona tanışdır. Həmin qəbzi o tərtib etmişdir. Hazırda da təsdiqləyir. Həmin qəzb Nailə Xnməmmədova və Təqsirləndirilən şəxs1 arasında olub. Həmin qəbzdən görünür ki, Nailə orada göstərilən məbləğlərdə ödəniş edib qızılları götürmüşdür. Cild 3, iş vərəq 204-də olan qəbzi təsdiqləmir. Ona tanış deyil, hımin qəbzi o, tərtib etməmişdir, həmin qəbzdə möhür və imza yoxdur. Təqsirləndirilən şəxs1 lombardında qiymətləndirmə işlərini onun özü və Aqil aparmışdır. Lombardda onun işlədiyi dövrdə 50 minlik brilliant qaşlı qızıllar olmayıb. 2019-cu ilin mart- aprel aylarında qııllar qoyuludu. Nailənin lombardda 500 000 dəyərində qızılı olmayıb. Nailənin lombardda olan qızıllarının batma ehtimalı heç vaxt olmayıb. Zərərçəkmiş şəxs8 ilə bağlı mübahusə olmayıb. Onunla olan işlərlə bağlı sənədləşmə həmişə qaydasında olmuşdur. Zərərçəkmiş şəxs8 lombarda müxtəlif vaxtlard qızıllar qoyub, daha sonra da pulunu ödəyərək çıxarfdıb. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 Aqilə borcu olmuşdur. Aqil Zəminəyə hər hansısa fiziki təsir göstərməyib. X70 hansısa məbləğdə borcu olması haqqlnda onun məlumatı yoxdur. Zərərçəkmiş şəxs9 qızıllarının Təqsirləndirilən şəxs2 tərəfindən Aqilin lombardına qoyulması barədə onun heç bir məlumatl yoxdur. İş üzrə zərərkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Əliyev ural, Zərərçəkmiş şəxs4 lombarda hər hansısa qızı qoyulmasl onun lombardda işlədiyi dövrdə olmayıb. Bulud Quliyev və ya onun qohumlarının lokmbarda pullarının dalınca gəlmələri halı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 bildirmişdir ki, o, ünvan 41 ünvanda ailəsi ilə birgə yaşayır. Uzun müddətdir ki, taksi və ya fərdi şəxslərin sürücüsü olaraq işləyir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanışı Nofəlin qeyri rəsmi olaraq yaşadığı şəxs olaraq təxminən 2014 və ya 2015-ci illərdə tanımışdır. Belə ki, o, Nofəlin xahişi ilə Nailənin sürücüsü olaraq işləməyə başlamışdır. Artıq 2017-ci il tarixdən demək olar ki, o, hər gün Nailə ilə birlikdə olur, onun demiş olduğu ünvanlara aparır və hətta ona etmiş olduğu sifarişlər əsasında müxtəlif ünvanlara getməklə ona verilmiş əşyaları çatdırmasmı təmin edirmiş. Nailə ona gündəlik olaraq 30 manat pul verirmiş və hətta çörək yeyən zaman onu da, dəvət edirmiş. Həmin vaxtı Nailə onun bildiyinə görə anası ilə birlikdə Xırdalan şəhərində yaşamışdır. Bir müddətdən sonra X18 adlı şəxslə münasibətlərində soyuqluq yaranmışdır. Zərərçəkmiş şəxslərdən Samaya adlı qadınla Təqsirləndirilən şəxs2 vasitəsilə tanış olmuşdur və həmin qadının Moskva Univermağının yanında lombardı olmuşdur və lombard müdiri olaraq işləmişdir. Nailə isə onun bildiyinə görə bundan əvvəl sürücüsü işlədiyi vaxtdan öncədə həmin qadınla qızıl alqı satqı və lombardan qızıl çıxarmaq və ya lombardda batmış qızılları alıb satmaq işləri ilə məşğul olmuşdur. Lakin o, Samaya ilə Nailə arasında olan alqı-satqı işlərinin tam olaraq nədən ibarət olduğundan xəbəri olmamışdır. Tərəflərin bir-birlərinə nə qədər verəcəkləri olmasından xəbəri olmamışdır. Lakin onu bilirmiş ki, Nailə bir dəfə 30000 manat, daha sonra isə təxminən 60000 manat məbləğə dair borc müqavilələri olmuşdur. Nailə ilə Samaya xeyli müddət olar ki, qızıl-alqı satqı işləri ilə məşğul olmuşdurlar. Hətta bir dəfə Nailəyə pul lazım olan zaman sonuncu onun «Mitsubişi» markalı avtomobilini Samayadan xatırlamadığı məbləğdə pulu götürməklə girov olaraq qoymuşdur və Samaya onlarla birlikdə BDYPİ-nə getməklə həmin avtomobilə dair onun razılığı əsasında texniki şəhadətnamə almışdır. Sonradan Nailə bir neçə ay həmin pulunu faizini ödəmiş olsa belə sonradan ödəniş edə bilməmiş və onun avtomobilinə görə alınmış pulu tam olaraq Samayanın yanına aparıb getmişdir ki, Samaya onun iştirakı ilə Nailəyə ondan əvvəldə almış olduğu pulları gətirib vemiş olduğu təqdirdə avtomobili verəcəyini bildirmiş və o, Nailədən avtomobilini tələb etmişdir. Nailə ona başqa avtomobil alıb verəcəyini və ya dəyərini ona ödəyəcəyini bildirmiş və sonrakı müddətlərdə Nailə ona hissə- hissə pul verməklə avtomobilini demək olar ki, dəyərini ona ödəmişdir. Ona görə onun Nailədən hər hansı şikayəti və tələbi yoxdur. Nailəni o, bir neçə il ərzində çoxlu ünvanlara getmişlər, ona görə hansı tarixdə hansı ünvanlara gedilməsini və hadisədən uzun müddət keçməsinə görə tam olaraq xatırlaya bilmir. Təqsirləndirilən şəxs1la təxminən 2019-cu ilin əvvəllərində Nailə vasitəsi ilə tanış olmuşdur və bildiyinə görə həmin şəxs lombard müdürü olmaqla Bakı şəhəri Binəqədi rayonu S.Məmmədova küçəsində özünə aid olan lombardı işlədirmiş. Nailə həmin şəxsin lombardında qızıl qoymaqla yanaşı ondan pul götürüb digər lombardlardan da qızıl götürmüşdür və onların işləri ilk öncə yaxşı getmişdir və hətta sonra onlar qeyri rəsmi olaraq ər-arvad kimi Əcəmi metrosunun yaxınlığında ev tutub yaşamışlar. Verilmiş suallara cavab olraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs2 sürücüsü olmuşdur. Zərərçəkmiş şəxslərdən yalnız Zahir Əsgərovun məsələsində iştirak etmişdir. Təqsirləndirilən şəxs3 pul verilməsinin şahidi olmamışdır. 2015-2019-cu illər ərzində Təqsirləndirilən şəxs2 sürücüsü işləmişdir. İş üzrə zərərçəkmiş şəxsləri tanımışdır. Onlarla Təqsirləndirilən şəxs2 qızıl alveri ilə məşğul olmuşdur. X32 Hüseynovanın lombardına getməsi barədə məlumatı olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs3 də pul alıb verirdi. Təqsirləndirilən şəxs3 da tanıyır. 2019-cu ildə o, Nailənin sürücüsü işləməkdən çıxdıqdan sonra Nailə Xeyransanı sürücü kimi işə götürmüşdür. Zakirdən pulun götürülməsində Xeyransa da iştirak etmişdir. Zakir Nərimanov tərəfdə idi. Onun özü, Nailə və Xeyransa oraya gedərək Nailə Zakirdən pul götürmüşdür. İstintaq zamanı zərərçəkmiş şəxs Bulud Quliyev onu qorxudaraq bildirmişdir ki, onu da cinayət məsuliyyətinə cəlb edə bilərlər, buna görə də o, məcbur qalaraq Bulud Quliyevn dediyi kimi istintaq zamanı ifadə vermişdir. Onun dindirilməsində Bulud Quliyev də iştitak etmişdir. O, ifadə verərkən Bulud Quliev onu yönləndirmişdir. Belə ki istintaq zaman bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Zakirdən 100 000 və ya 150 000 manat pul almışdır. Hazırda həmin hissədəki ifadəsini təsdiqləmir. İndi məhkəmə zamanı verdiyi ifadəsi daha düzdür. Zərərçəkmiş şəxslərdən- Nərmin və Zərərçəkmiş şəxs11ların Nailəyə 6-7 min manat pulun faizə verdiklərini eşidib bilmişdir. bir neçə dəfə Nailə onun yanlında onlara zəng edib demişdir ki, faizi verəcək. Nərmin və Zərərçəkmiş şəxs11ların ona konvert verərək Nailəyə çatdırılmasını tapşırmalarını indi xatırlamır. Şahid11 Xanlar oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. O, 2015-ci ildən 2019-cu ilin may ayına kimi Təqsirləndirilən şəxs2 sürücüsü olmuşdur. Nailə Təqsirləndirilən şəxs1 2019-cu ilin Aprel ayının ortalarından sonra tanımışdır. X23 heç vaxt 550000 manat qızılı olmamış, Nailə bir neçə dəfə Aqilin lombardına qızıl qoyub götürmüşdür. O, 2019-cu ilin iyul ayında Nailənin sürücüsü olmadığından Natiq, Elvin, Zakir, Turala və başqalarının Nailə ilə birlikdə lombarda gəlməsinin və ya pul ödəməsinin nə şahidi olmamaışam, nə də ki, eşitməmişəm. İbtidai istintaq zamanı Bulud Quliyev ona təzyiq edərək bildirmişdir ki, istintaqda yazılmış ifadəyə imza etməsə Nailə ilə birlikdə əlbir olması barədə şikayət edib onu tutduracaq. Həmçinin Zakir də bildirmişdir ki, Bulud deyir ki, sənin onda səs yazın var. Bulud Quliyev mənim tutulmamama görə müstəntiqə verilməsi üçün məndən 500 manat pul istədi. Məndə pul olmadığından pulu Zakirdən borc alıb ona verdim. İstintaq zamanı ifadə verərkən Bulud Quliyev müstəntiqin yanında olmuş, onlar mənə ifadəni imzalatdırmışlar. Mən ifadəmi oxumadan imza etmişəm. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, təqsirləndirilən şəxslərdən hər üçünü tanıyır. Zərərçəkmiş şəxslərdən isə Bulud Quliyev, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 tanıyır. Təxminən 4-5 ildir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Aqilin Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsində olan lombardına gedən zaman onunla tanış olmuşdur. O, özünün “varovski” qəsəbəsində olan evini girov qoymaqla 20.000 manat pul götürmək istəmişdir ki, 6-cı MKR qəsəbəsində olan qadgn geyimləri mağazasını götürüb orada qadın geyim əşyalarının satış ilə məşğul olsun. Aqillə onun arasında olan tanışlıq o vaxtdan başlmışdır. Belə ki, girov olaraq qoymaq istədi evin qeydiyyat şəhadətnaməsində müəyyən çatışmamazlıq olmasına görə o, evini girov olaraq qoyub pul götürə bilməmişdir. H˙min vaxtdan sonra onun Təqsirləndirilən şəxs1la münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs1 onunla həmyerli olmasına görə özünün lombardına işçi axtardığını bildirdi və o, tanışı olan Mahizər Əliyevanın həmin lombarda işçi olaraq göndərmişdir. Mahirə Əliyeva lombarda iş şəratini ilə tanış olduqdan sonra lomabrdda işləməyə başladı. Bundan sonra o eşidib bilmişdir ki, mənə bildim ki, bəs Mahizər Əliyeva da özü tanışı olan Təqsirləndirilən şəxs3 həmin lombard işçisi olaraq göndərmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs3 həmin ərəfələrdən Mahizər anasının yas mərasimində görmüşdür. Bundan sonra Xeyransanın lombardda mühasib olaraq işə başladığını bilmişdir. Təxminən 2018-ci ilin noyabr ayında o, Aqillə lombardda olan zaman lombarda onun həmin vaxt tanımadığı sonradan adını X5 bildiyi qadın gəlmişdir. Təqsirləndirilən şəxs1 ona Nailə Xanmmədovanı özü ilə iş gördüyü qadın olaraq təqdim etmişdir. Həmin vaxtdn sonra onun da Nailə ilə münasibətləri yaranmışdır. Dcaha sonra bilmişdir ki, Xeyransa Aqilin yanmdan çıxaraq Nailə ilə işləmək qərarl verib. Dah sonra Nailə vasitəsilə Bulud Quliyevlə tanış olmuşdur. Bir neçə dəfə Daha sonra o, bilmişdir ki, Nailə ilə Aqil arasında mübahisələr yaranıb. O, zərərçəkmiş şəxs Bulud Quliyevdən istintaq zamanı şikayətçi olmuşdur. X81 tanış etmişdir. Daha sonra Nailə tutulduqdan sonra Bulud dediyinə görə Nailənin telefonundan onun nömrəsini götürərək ona zəng vurmuşdur. İstintaq zamanı ona bildirmişdir ki, Aqilə qarşı şikayəti gəl yaz. O, isə şikayətçi olmaq ismədiyini bildirmişdir. Bulud Nailə ilə qeyri rəsmi ər arvad idilər. Onun özünün Aqilə verəcəyi olmuşdur. Bulud ona demişdir ki, istintaq amanı Aqildən şikayət yazsın ki, Aqilin ona guya 100000 manat borcu vardır. əslijdə onun özünün Aqilə 65 min manat borcu vardır. O, Nailə tutulandan sonra Bulud ona zəng vurub Aqildən şikayətçi olmağı təklif edən zaman o, soruşmuşdur ki, onun telefon nömrəsini haradan əldə edib. Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs11 onun dostudur. 2017-ci ilin noyabr ayında Əhməd ondan borca pul istəmişdir. O, Əhməddən pulu haraya xərcləmək istədiyini soruşmuş. Əhməd isə ona demişdir ki, qızıl alveri ilə məşğul olan Nailə adlı qadın vardır, pulu Nailəyə verəcək, Nailə də, həmin pulla qızıl alıb baha qiymətə satacaq və ona əlavə pul verəcəkdir.O, Əhmədə sonuncunun yaşadığı Badamdar qəsəbəsindəki evində 13000 manat pul vermiєdir. Əhməd ona demişdir ki, Nailə yoldadır, evin qarşısına gəlir. Nailə ağ rəngli “Mitsubisi” markalı avtomobillə oraya gəlmişdir. Nailə avtomobildən düşmüş. Əhməd Nailə demişdir ki, “burda 13000 manat pul var, pulu arxada dayanan dostum Əlidən almışam, onu da, bura çağırdım ki, görsün ki, pulu mən sənə verirəm”. Nailə demişdir ki, narahat olma, iki həftə ərzində pulu qaytaracaqdır. Əhməd onun pulunu 2018-ci ilin yay aylarında qaytarmışdır. Sonra bilmişdir ki, Nailə Əhməddən ümumilikdə 115000 manat pul almışdır. (cild 3, iş vər. 107-109). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 15 il müddət olar ki, ünvan 42 ünvanında yerləşən alış məntəqəsini müdiri vəzifəsində işləyir. Həmin məntəqədə olan yerin bir hissəsidə lombarda kimi istifadə olunur. Həmin lombarda yerini Vüqar adlı şəxs işlədir qızıl alşı ilə o məşğul olur. Qızıl və briliantların alışını ilə özü tək məşğul olmaqla iş yerinə gəlmiş müştərilərin qızılının qiymətləndirilməsi və onların çəkisinin əyarının yoxlanması ilə məşğul olur, həmin şəxslərə dair şəxsiyyət vəsiqələrinin surəti ilə götürülmüş qızılın çəkisi, növü, əyyarı qramı göstərilməklə alış aktı əsasında həmin qızıl qiymətləndirməklə alır. Həmin aktda göstərilən rekvizitlər tam olaraq göstərilməklə təhvil alır. Sonda isə satıcı qrafada satan şəxsin soyadı qarşısında imza edir və alıcı qrafasında isə soyadamın altından özü imza edir. Onun tərəfindən alınmış qızıllar zərgərlərə və piştaxtalara satılır. Məntəqənin açarları özündə olur. Alış aktları onun tərəfindən saxlanmışdır. 2016-ci ilin yay aylarında Təqsirləndirilən şəxs2 alış məntəqəsinə gəlib 2-3 dəfə ona qızıl satmışdır. Hər dəfə onun pulunu tam olaraq vermişdir. Həmin malların dəyəri təxminən 8000 manat olmuşdur və o ilk dəfə həmin ərəfələrdə Nailə Xanmmədovanı görmüş və onlar arasında əvvəllər hər hansı ədavət düşmənçiliyik olmamışdır. Nailə bildirmişdir ki, bəs onun bir neçə lombardda qızılları vardır və həmin qızılları çıxarıb satışını həyata keçirməsini bildirmişdir. Ondan həmin qızılları hardan əldə etməsini xəbər alan zaman Nailə onaə bir müddət BƏƏ-nə getməsini və ordan gələn zaman həmin qızılları alıb Bakı şəhərində topladıqdan sonran lombarda qoymasını bildirmişdir. Həmin qızılları hazırda lombardan çıxarıb satmaq istədiyini bildirmişdir. O və tanışı Fikrətə Nailədən hansı lombardlard qızılı olmasını maraqlan zaman o onlara Moskva ünvermaqında, Samaya adlı qadın lomardından külli miqdarda və bir neçə lombardlarda qızıl olımasını bildirmişdir. O Nailənin sözlərinin doğru olub-olmamasına inanmaq üçün həmin lombarlara Fikrət adlı dostunu göndərmişdir. Fikrətə ona gəlib bildirmişdir ki, bəs Nailə ilə birlikdə Moskva univermaqına getmiş və orda Samaya adlı qadınından Nailənin onda nə qədər qızıl olub olmasını maraqlanan zaman onu tərəfindən Nailənin onun lombardında 200000 manatdan artıq miqdarda qızıl olmasını bildirmişdir. Samaya adlı qadınla onun həmin vaxta kimi hər hansı tanışlığı olmamışdır. Nailə artıq onlara Samaya adlı qadının yanından qızılları olmasını bildirdikdən sonra onlar onun həmin miqdarda qızılları olmasını bilmişlər. Nailə ona təklif etmişdir ki, lombarda batacaq olan qızıllarıı çıxarıb satışını təşkil etməklə qazanc əldə etməyi təklif etmişdir. Belə ki, lombardda qızılın dəyərini yarı yarıya götürmüş və satış zamanı isə Nailə həmin qızılı ona tam qiymətinə satmışdır. O artıq Nailənin təklif ilə razılaşmış və hətta onlar bir neçə dəfə Samayanın lombardından qızıl çıxarıb satmışlar. O Nailənin pulunu tam olaraq vermiş və artıq bu yolla onun Nailəyə tam olaraq inamı yaranmışdır. 2016-cı il tarixdə Nailə ona həmçinin Nina adlı qadının lombardında 33000 manat ödəməli olmasını bildimişdir ki, bəs həmin lomardında 66000 manat dəyərində qızılı batmasını və həmin qızılı çıxarmaqla ona satmağı təklif etmişir. O Nailə ilə birlikdə tanışı Fikrətin iştirakı ilə Ninanın lombardına getmiş. Nina Nailənin faizlə birlikdə 33000 manat ödəməli olmasını bildirmişdir ki, bəs 825 qram qızılını çıxara bilsin və əks təqdirdə qızılın batacağını bildirmişdir. Nailə ona həmin qızılı çıxarmaqla bazara qiymətindən bir qədər aşağı ona satacağını bildirmiş, həmin qiymət qramda bazara qiymətindən bir manat aşağı olmuşdur. O Nailə ilə öz ofisinə gəlmiş və ofisdə razılaşmışlar və Fikrətdən 33000 manat pul almaqla Ninaya ödəmişdir. Nailə onun adından bütün əmlakına dair mülki etibarnamə vermişdir ki, bəs səhəri günü onun iştirakı olmadan belə lombarda getməklə həmin qızılın çıxarmasını təmin edə bilmir. Lakin ona səhəri günü lombarda getmiş, lakin Nina ona bildirdi ki, bəs səhəri günü gəlib qızılı götürər, qızılı bankdan çıxarmaq vaxt almışdır. O isə birmənalı olaraq Ninaya bildirmişdir ki, bəs bəs onu qızıl alqı-satqı işləri ilə məşğul olan qadın kimi tanımış və onun işlədiyi yerin onun iş yerinin yaxınlığında olmasını bildirmiş və pulun onun tərəfindən ona verilməsini xatırlatmışdır ki, bəs o Nailənin batmalı olan qızılın çıxarsın və həmin sözləri ona görə ona demiş o ona Nailənin lomardında 33000 manatlıq girovu olmasını təsdiq etmişdir. Nina isə onu yenə arxayın etmişdir ki, səhəri günü qızılı lombarddan çıxarıb gətirəcəkdir. Lakin bir həftə o ona bəhanə etmiş və artıq bir həftdən sonra Nina ona bildirmişdir ki, bəs həmin qızları Nailəyə vermişdir. Hətta həmin qızılın məxaric qəbzini Ninana yazıb vermişdir və həmin qəbz onda olmuşdur. Belə ki həmin bir həftə müddətində Nailə ona bildirmişdir ki, bəs onun 37000 manat müqabilində Şamaxinka adlanan yerlə lombard fəaliyyəti ilə məşğul olan Kəmalə adlı qadında qızılı vardır. O ona bildirmişdir ki bəs əgər istəyirsə gedib həmin qızılı çıxarsınlar və həmin qızılın bazar qiyməti təxminən 74000 manat etmişdir. O yenə Nailəyə inanmış Fikrət və Nailə ilə birlikdə həmin lombarda getmiş və Kəmalə Nailə deyənləri təsdiq etmiş və bildirmişdir ki, pulu ödəsinlər səhəri gəlib qızıl götürsünlər. Hətta həmin məbləğə dair mədaxil qəbzi yazıb imza etməklə onlara vermiş və o həmin qəbzi götürmüşdür. Bir daha Kəmaləyə bildirmişdir ki, bəs səhəri gün o gəlib qızılı götürəcək və buna əsas olaraq oda Nailənin adından ona verilmiş mülki baş etibrnamənin olmasını bildirmiş və ona göstərmişdir. Səhəri günü yenə mal verilməmiş, Kəmalə ona bəhanə etmiş və 3 gün malın çıxarılması yubanmışdır. Kəmalə isə sonra ona bildirmişdir ki, bəs Nailənin onda qızıl yoxdur həmin pulun 10000 manatı onda, 27000 manatı isə Nailədədir. Nailə isə artıq ona yenə qızılların pulu olan 73000 manatı ona qaytarılacağını demişdir. Sonra o məcbur olub «102» xidmətinə zəng etmiş və onları Binəqədi RPİ-in 5-ci PB-nə aparmışlar. Sonra material üzrə araşdırma Bakı şəhər BPİ-də və Binəqədi RPİ-də davam etdirilmiş və onun pulu Nailə tərəfindən ilk öncə 22000 manatım daha sonra isə bir hissəsi sonra isə yerdə qalanı hissə-hissəsi ona sonradan Nailə tərəfindən hər ay ödənmişdir. Nailənin həmin pulları kimdən almasını və necə almasını onun üçün maraqlı olmamışdır. Ona görə o Nailə barəsində sonrdana şikayət etməmişdir və Nailə barəsində olan material üzrə cinayət işinin başlanması rədd olunmuşdu. Bundan sonra Nailə bir necə dəfə onun yaşadığı ünvana tanımadığı şəxslər ilə birlikdə qızılı gətirib ona vermişdir ki, bəs həmin qızılların lombarda qoyulmasında ona kömkəlik etsin ki, pul çıxarsın və bu yolla ona olan borcundan da hissə- hissə bağlasın. O isə puluna görə ona həmin işdə ona köməklik edəcəyimi bildirmiş və ona onun işlədiyi yerin yaxınlığında olan İlham adlı şəxsin lombardına həmin qızılları qoyulmasında özünün iştirak etməsini bildirmişdir. O eldə etmiş və pulu götürən kimi az bir miqdarda ona olan borcundan da ödəmişdir ki, onun barəsində yenidən şikayət etməsin. Lakin o onun həmin qızılları necə, kimdən əldə etməsini və yanında olan şəxslərlə nə kimi münasibəti olmasını bilməmişdir. Onun üçün maraqlı olmamışdır. Onların neçə dəfə onun yaşadığı evin həyətinə gəlməsini xatırlamamış və o həmin şəxslərə və Nailəyə hər hansı vəd verib aldatmamışdır. Hətta o bir neçə dəfə həmin qızılların çıxarılması üçün ona pul vermiş və həmin vaxtı onun yanında başqa şəxslər olmuşdur. O isə həmin qızılları çıxarıb ona vermişdir. Onunla hər hansı anlaşılmazlıq olmamış və onun yanında o Bulud, Natiq və Sərvər adlı şəxslər olmasını görmüş və hətta onlar ona Nailəyə kömək etməyi bildirmişdir. 2019-cu ilin aprel ayının sonunda Bulud və Nailə onun ofisimə gəlmiş və ona bir ədədə 6 karatlıq sırğa üzük dəsti olan komplekt vermiş və onu qiymtələndirməsini bildirmişlər. O həmin dəstə 6.000 ABŞ dolları qiymət qoymuş və məlum olmuşdur ki, onlar həmin dəsti onun qonşu mağazlarınada göstəriblər və onlarda həmin dəsti 6000 ABŞ dollarına qiymət etmişlər. O Naildən malı almış və ona 8.000 manat pul vermiş və o 2200 manat onun borcumdan çıxmış və alqı satqı günü 02 may 2019-cu il tarixdə Nailə ilə Buldun iştirakı olmadan alış aktı tərtib olunmuşdur. O və o həmin aktı imza etmişdir. Həmin aktı ifadəsinə əlavə olaraq təqdim etmiş və həmin aktda Nailə öz telefon nömrəsinidə yazmışdır. İlhamda olan qızılların aqibətini Nailə özü bilmiş və girov biletlərini özü imza etmiş və həmin girov biletində aydın 3 ay müddətində faiz ödənməsə malının satışa çıxarılması izah olunmuşdur. (cild 5, iş vər. 81-83). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, ailəsi beş nəfərdən ibarətdir. Rəsmi nikahdan üç azyaşlı övladı vardır. Tikinti sahəsində çalışır. 2020-cu ilin may ayında məclis zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə tanışı olmuşdur. Nailə tanışlıq zamanı ona bildirmişdir ki, bəs bir müddət Bakı şəhərində qızıl alqı-satqı işləri ilə məşğul olmasını və hazırda isə Xırdalan şəhərində paltar mağazasında satışla məşğu olmasını bildirmiş və Xeyransa isə özünü Nailənin sürücüsü olmasını bildirmiş və hətta onlar məclisi tərk edən zaman Xeyransanın avtomobili idarə etməsini və Nailənin isə həmin avtomobilə əyləşməsini və onların birlikdə həmin ünvanı tərk etmişlər və həmin görüş zamanı o, istifadəsində olan ***-***-**-** nömrəsini Nailə və Xeyransaya vermiş və onlarda istifadələrində olan mobil nömrələri ona vermişlər. O, onlara tikinti sahəsində çalışdığınıbildirmişdir. Təxminən 3-4 gündən sonra Nailə istifadəsində olan mobil nömrədən zəng edib hal əhval tutmuş və birlikdə görüşüb çay içməyi təklif etmişdir. Hətta həmin ərəfədə Xeyransada ona zəng etmiş və ona Nailənin sürücüsü olmasını və bir müddət lombardda işləməsini bildirmiş və Nailə tutulan vaxta kimi o, bir dəfə onunla Neftçilərdə görüşmüşdür. 2020-ci ilin iyun ayının ortalarında ona Xeyransa zəng edib Nailənin Nəsimi RPİ-də müstəntiq tərəfindən tutulmasını bildirmişdir. O, isə nə səbəb tutulmasını xəbər alan zaman Xeyransa ona Samaya adlı qadının barəsində şikayət etməsini bildirmişdir. Ondan harda olmasını xəbər almış və o, ona Nəsimi RPi-in yaxınlığında olmasın bildirmiş və o, həmin ünvana gəlmiş və Xeyransa ona bildirmişdir ki, bəs Nailə Samaya qadınla qızıl alqı satqı işləri ilə məşğul olmuş və onun lombardına qızıl qoyub götürmüşdür. Həmin qadına Nailənin deməsinə görə təxminən 50.000 manat civarında verəcəyi olmasını həmin hal dair aralarında kredit müqaviləsi olmasını bildirmişdir. O, həmin qadın da zəng edib şikayətini geri götürməsini xahiş etməsini bildirmiş və bəs Nailə deyir ki, tutulmasın polisdən çıxan kimi onun pulu tam olaraq həll edəcəkdir. Hətta o, Samayanın nömrəsini vermişdir ki, bəs ona zəng edim desin ki, bəs Nailə barəsində şikayətçi olmasını polisdən çıxsın 10 gün müddətində onun pulunu ödəyəcəkdir. Ondan istifadəsində olan mobil nömrədən Samayanın istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng etmiş və Nailənin Xeyransa vasitəsi ilə ona göndərmiş olduğu ismarıcları Samayaya demiş və Samaya onunla ilk öncə mehriban danışmış, daha sonra isə ona bildirmişdir ki, Moskva univermağının yaxınlığına gəlsin və görüşən zaman pul gətirib gətirməyini xəbər almış və o, pul gətirmədiyini bildirən zaman Samaya onunla kobud danışmış və bundan sonra o, onunla əlaqə saxlamamışdır. Həmin vaxtı məlum olmuşdur ki, Nailə barəsində Nəsimi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Nailə yenə Bakı İT-dan ona zəng edib Samaya ilə danışıb barəsində şikayətçi olmamasına dair ondan xahiş etmişdir. Lakin o, Samaya ona bir daha zəng etməsini bildirmiş və belə də etmişdir. Nailənin həbs olunmasından təxminən 5-10 gün sonra Xeyransa onunla Neftçilərdə parkın yanında görüşmüş və bildirmişdir ki, bəs Nailənin kəbinli əri olan Bulud adlı şəxs onunla danışmaq istəyir və o, danışığın səbəbini xəbər alan zaman o, ona Nailənin işi əlaqədar onunla danışmaq istədəyini bildirmişdir. Xeyransa telefonu ilə Buluda zəng etmiş, telefonu ona vermişdir. Bulud danışıq zamanı bildirmişdir ki guya onun əlində 30000 manat pul var Nailəni çıxarmaq istəyir. O, isə inkar etmiş və onda 30000 manat pul olmadığını bildirmiş və özünün kəbinli arvadı olmasını və özünün kömək etməsini bildirmiş və telefonu qapamışdır. Xeyransa bir neçə gündən sonra Gənclikdə olmasını bildirmiş və ona da, həmin ünvana gəlməsini bildirmiş və o, həmin ünvana gəlmişdir. O, ona Buludun nömrəsini istədiyini bildirmişdir. O, nömrəsini verməməsini bildirmişdir. Xeyransa Buluda zəng edib telefonu ona vermiş və Bulud ona Nailənin işin nə yerə qoymağınıxəbər almış və o, isə yenə onun deyil, onun arvadı olmasını bildirmişdir. Artıq onlar arasında mübahisə yaranmışdır. Artıq 2020-ci ilin iyul ayında Xeyransa ona bildirmişdir ki, bəs onu Binəqədi RPİ-nə cağımışlar və birdən onu da tutarlar deyə ona müraciət etmiş və sonra bilmişdir ki, Xeyransanı da tutmuşlar. Sonra onun vasitəsi ilə müdafiəçi kimi Mirzəni tapmışlar. Xeyransa tutulan günü Binəqədi məhkəməsində Aqili görmüş və Xeyransa ona bildirmişdir ki, bəs onun barəsində Aqil və Bulud şikayət etmişdir. Aqili o, məhkəmədə görmüş və tanımışdır. Belə ki, Aqillə onun təxminən 3-4 ay əvvəl maşın məsələsi ilə əlaqədar görüşü olmuşdur. Xeyransanın və Nailənin işi ilə əlaqədar olaraq onun Aqillə hər hansı söhbəti olmamışdır. Nailə həbs olunandan sonra ara bir ona zənglər edir və onun azadlığa çıxması üçün ona köməklik etməsini bildirmişdir. Telefon danışıqları zaman Nailə ona bildirmişdir ki, bəs onun Aqilə heç bir verəcəyi olmamışdır və özünün qızıllarını Aqilinin lombardında və anasında olmasını və Buludun qohumları və Zakir ilə birlikdə onun qızıllarının çıxarılması üçün Aqilin lombardına getmələrini həmin şəxslər tərəfindən onun qızıllarının lombarda olan dəyəri və faizlərinin ödənməsinə hər biri tərəfindən 100000 manatdan artıq pul ödənməsinə baxmayaraq Aqil tərəfində qızıllarını nə də ki, pulun həmin şəxslərə verilməməsinə görə həmin şəxslərin onun barəsində şikayətçi olmalarını bildirmişdər ki, bəs Aqil özü həmin şəxslərlə onu iştirakı ilə görüşməklə ona aid olan külli miqdarda qızılların lombarda olmasını təsdiq etmiş və hətta ödəniş cədvəli təqdim etməklə qızılların siyahısını təqdim etmiş və həmin şəxslər tərəfindən pulun onu iştirakı ilə ödənməsinə baxmayaraq Aqilin qızılları qaytarmadığını və hətta sonradan özünün Xeyransa ilə birlikdə Aqildən götürmüş olduğu qızılları və pulları tam olaraq qaytarmasını və həmin hala dair hər hansı əlyazma almadığını bildirmişdir. O, bir dəfə Zakir adlı şəxslə ona olan zəngindən sonra Nərimanov parkında görüşmüş və həmin şəxs ona bildirmişdir ki, bəs Nailənin sözü ilə Aqilin lombardına getmiş və Aqil də Nailənin həmin lombarda olan qızılın çıxarması üçün tələb olana məbləği şəxsən ona demiş və o, da Nailə və digər şəxslərin gözü qarşısında həmin məbləği Aqilə vermiş və Aqil bir neçə gündən sonra həmin qızıl gəlib götürmələrini bildirmişdir ki, bir neçə gündən sonra Aqilin lombardına gedən zaman onun həmin qızılı qaytarmaqdan imtina etməsini və hər hansı əsaslı səbəb gətirmədən onlarla mübahəisə etməsini və həmin vaxt lombardında daha bir neçə şəxsin olmasını və onlarında Aqillə mübahisə etməsini bildirmişdir. Nailə ilə əlaqə yaradılmasında ona köməklik etməsini bildirmişdir ki, bəs bundan sonra necə addım atmasını dəqiqləşdirsin. Özü də, Aqilin özbaşnalığından və qoraxmazlığından bezmişdir. Onun Nailə ilə danışmaqda heç bir marağı yoxdur və onun bir ədəd olsun ki, qızılı onda yoxdur və o, onun qızıl və ya hər hansı əşyasının harda olmasın bilmir. (cild 5, iş vər. 103-106). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, əri Akif Mustafayev xeyli müddət olar ki, Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, əri "xxxx" MTK-a Xırdalan şəhəri Zərifə Əliyeva küçəsində bina inşa edilən zaman həmin binanın tikintisində maddi yardım etmiş və bunun müqabilində həmin MTK tərəfindən inşa olunmuş 12 mərtəbəli binalardan 1-ci bina 5-ci girişindən 2-ci mərtbədən yerləşən 4 otaqlı 210 nömrəli mənzil, 3-cü bina 3-cü girişindən 9-cu mərtbədən yerləşən 96,7 kv metr sahəsi olan 244 nömrəli mənzil, 12 mərtəbəli binalardan 1-ci bina 1-ci girişdən 1-ci mərtəbədə yerləşən 34,60 kv metr sahəsi olan 210 nömrəli mənzil verilmişdir. Həmin mənzillər onun adına olmaqla "xxxx" MTK ilə arasında müqavilə olmuşdur və qeyri yaşayış sahəsi isə qızı Səkinə Mustafayevanın adına olmuşdur. Hazırda həmin 4 otaqlı mənzildə onunla oğlunun ailəsi ilə birlikdə yaşayır. Qeyri yaşayış sahəsi isə qızı tərəfindən adını xatırlamadığı şəxsə icarəyə verilmişdir və həmin yer gözəllik salonu olaraq istifadə olunur. Digər 96,7 kv metr sahəsi olan mənzili isə 24 yanvar 2019-cu il tarixdə X41 67.000 manata satmışdır.Bina istifadəyə verilən müddətdən qeyri yaşayış sahəsi gözəllik salonu olaraq istifadə olunmuşdur. Təxminən 2016-cı il tarixdə onun 96 kv metr sahəsi olan mənzilinin kirayədə yaşayan şəxslər həmin mənzili tərk etmişdir və o, salona gedən zaman orada bildirmişdir ki, bəs mənzil istəyən olsa həmin mənzilinə kirayeşin tapsınlar. Həmin vaxtı salonda işləyən adını xatırlamadığı qadın ona bildirmişdir ki, sonradan anasının adını Solmaz kimi bildiyim qadın qızı Nailə ilə birlikdə həmin mənzildə icarə qalmaq istəyirlər. Həmin vaxtı binanın qazlaşması olmadığından o, mənzili 250 manat kirayə olaraq vermişdir. O, isə həmin Solmaz və Nailə adlı qadını görməmişdir. Təxminən onlar 6-7 ay müddət olar ki, mənzilində kirayə qalmışlar ki, binanı qazlaşması başlamış və onda mənzilə qaz çəkilməsinə görə mənzilin isitmə sisteminin yaxşı olması üçün mənzilə kombi çəkdirmişdir. O, mənzilə kombi çəkdirən zaman Nailə və Solmazı görmüş və onlarla tanış olmuşdur. Solmaz bildirmişdir ki, bəs Türkiyədə və xaricdən Azərbaycana yataq örtükləri, geyim paltarları yüngül sənayə malları gətirib Xırdalan bazarında satışını təşkil etməsini bildirmişdir. Solmaz isə qızının qızıl alqı-satqı işləri ilə məşğul olmasın və onun lombardlarında qızıl olmasını və həmin qızılları çıxarıb baha qiymətə satışını təşkil etməsini bildirmişdir. Artıq o, mənzilinə Nailə Solmazın yanına gedib gəlirmiş və onlar həmin binada onun daha bir mənzil və salonun olmasını bilmişdir. Təxminən 2 ilə yaxın müddətdə Nailə anası ilə birlikdə onun evində kirayədə yaşamışlar. Onun Nailə və anası ilə qızıl pul münasibəti olmamış və o, yalnız anası xaricdən mal gətirən zaman pulunu verib əşya alırmış. O, evin aylıq pulunu ilk öncə salondan son zamanlar Nailə və anasını tanıdıqdan sonra isə özü Nailədən pulu götürmüş və artıq sonlara doğru isə Nailə də, onun aylıq ödənişlərini yubatmağa başlamışdır. Həmin evdə Nailə tərəfindən hər hansı təmir işləri aparılmamış və hər hansı məişət əşyası onun tərəfindən alınmamışdır. Belə ki, artıq sonlara doğru binanın komendantı ona bildirmişdir ki bəs Nailə problemli insandır sonuncu eyvandan açarı həyətə atmış və həmin açar bina sakinlərindən birinin avtomobilini zədələşmiş, lakin Nailə həmin avtomobil sahibinə üzürxahlıq edib ona vurulmuş maddi ziyanın aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. O, artıq bundan sonra Nailəyə və anasına bildirmişdir ki, bəs özlərinə başqa mənzil tapsınlar o, özü həmin mənzilə köçəcəyini demişdir. O, Nailəgil üçün Masazır dairəsinin yaxınlığında kirayə mənzil tapmış və Nailə anası ilə birlikdə həmin mənzilə köçmüşdür. Onlar kirayə pulundan ona 500 manat borclu qalmışlar.Nailə ondan xırda məbləğlərdə pul almağa başlamış və pulu demiş olduğu müddətlərdə gətirib qaytarırmış. Lakin ona borclu qaldığı zaman anasının satış əşyalarından götürüb borclarını bağlayırmış. O, Nailə və anasının kirayə yaşadığı mənzilə gəlib gedən zaman onların evinə gələn Sərvər adlı şəxsi görmüşdür və Nailə ona bildirmişdir ki, bəs o həmin şəxslə birlikldə qızıl alqı-satqı işləri ilə məşğul olmasını bildirmiş və hətta Sərvər ona iş görmək üçün vəsait vermişdir. Artıq həmin vaxtdan sonra Nailə ondan qızıl istəmişdir və o, öz adına olmaq şərti ilə bir neçə bank və lombardda qızıllar qoyub pul götürmüşdür. Hazırda belə onun «VTB» bankda 6000 manat dəyərində qızılları girovdadır. 2018-ci il tarixdən etibarən o, maddi ehtiyacları olmasına görə yuxarıda göstərilən müqavilə üzrə ev və qeyri yaşayış sahələrini satmaq istəmişdir. Belə ki, Nailə və anası onun evlərdən birini satmaq istədiyini bilmişdir. Nailə ona xatırlamadığı tarixdə zəng edib bildirmişdir ki, bəs evlərdən və qeyri yaşayış sahəsini satmışam və ya satmamışam. O, isə hər hansı satışın olmadığını bildirmişdir ki, Nailə ona Sərvərin və ya qardaşının həmin evlərdən birini və ya salonu almaq istədiyini bildirmişdir. Sərvər və o, Nailə eyni avtomobillə 20 yanvardan onun mənzilləri olan ünvana getmişlər və orda Sərvərin qardaşı kimi ona təqdim olunmuş şəxs oğlu Turalla birlikdə gəlmişdir. Belə ki, o, Nailə ilə birlikdə 3-cü MKR dairəsində Turalla birlikdə «Baş kənd» kafesində çay içmişlər. Orda Nailə ona Turalı Sərvərin qardaşı oğlu olaraq təqdim etmişdir. Belə ki, o, Sərvər və Nailə həmin ünvana gələn zaman o, salonda arxada, onlar isə öndə oturmuşdur və evin dəyərini çıxaracağı əşyalar ilə bağlı şərtlər qoymuşdur ki, bəs həmin əşyalarsız evin dəyəri 65.000 manat əgər əşyaları çıxarmasam 67.000 manata evi satacaqdır. Nailənin isə həmin şəxslərə onsuz nə qiymət deməsini və evi kimin evi kimi deməsini o, bilmir. Onlar həmin ünvana çatan zaman Tural atası ilə həmin ünvana gəlmişlər və Natiqə bildirmişdir ki, bəs evə qalxıb baxsınlar. Belə ki, onlar evi onlardan birinin adına sənədləşdirməli imişlər lakin orada məlum olmuşdur ki, bəs onun əri tərəfindən həmin alqı-satqının baş tutması üçün razılıq ərizəsi tələb olunur. Artıq Natiq və oğlu həmin ünvandan uzaqlaşmışdır. Onlar ofisdən çıxandan sonra Sərvər bildirmişdir ki, bəs qardaşının rayonda femer təsərrüfatı vardır və «Yaşıl bazar»da ət işi məşğul olurlar. Ona görə digər evini qalxıb göstərmiş və sonra avtomobillə onlarıNailəgilə aparan zaman avtomobilin salonundan gözəllik salonunuda göstərib satşıda olmasını bildirmişdir. Sərvər onları Nailəgilin yaşadığı evin həyətində düşürmüşdür. Bir neçə müddətdən sonra artıq əri tərəfindən ona tələb olunan sənəd göndərilmiş və o,Nailəyə zəng etmişdir ki bəs sənədi gəlmişdir lakin Nailə onun zənglərinə cavab verməmişdir. Nailə sonradan ona demişdir ki, Natiqgilin əlində olan pulları artıq heyvana verməsini və əlində kifayət qədər pul olmadığını bildirmiş. Ona görə də, o, 2019-cu ilin yanvar ayında həmin evi yuxarıda göstərmiş olduğu şəxsə alqı satqı etmişdir. Sonra o, Nailəni birtəhər anası vasitəsi ilə tapmış və sonuncu borcunun bir hissəsini qaytarmışdır. Nailə barəsində şikayətçi deyil. (cild 5, iş vər. 111-115). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 30 ilə müddət olar ki, yaxın tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs8 tanımış və həmin vaxtdan sonra onlar arasında yaxın rəfiqə münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs8 ünvan 44 ünvanında olan lombardı işlədir. Atlasın lombardı onun evinin yaxınlığında olduğundan o, mütəmadi olaraq onun iş yerinə gedir və demək olar ki, həm də, rəfiqəsi olduğundan onun daimi müştərilərini tanıyır. 2019-cu ilin mart ayında Zərərçəkmiş şəxs8 özünə məxsus olan «Toyota Prado» markalı **-XO-*** nömrə nişanlı avtomobili satmaqla «Porşe» markalı avtomobil almaq istəmişdir. Lakin öz avtomobilinin satışı ilə bir qədər yubanmış və əlində isə pulu az olmuşdur. Belə ki, bir gün Atlas ona bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar olaraq Binəqədi rayonu ərazisindən keçən zaman Svetlana Məmmədova küçəsində lombard üzərində 2%-5% pul verilməsi onun diqqətini cəlb etmişdir. 2019-cu ilin mart ayının əvvələrində həmin lombarda əvvəllər tanımadığı hər hansı ədavət düşmənçiliyi olmayan Təqsirləndirilən şəxs1 görmüş və Aqil həmin 2 % reklamı ilə əlaqədar olaraq qeyd etməsini bildirmişdir. Zərərçəkmiş şəxs8 ona lazım olan pulun çatışmayan hissəsinin düzəlməsi üçün qızılını həmin lombarda qoymaq istədiyini bildirmiş və sonra bilmişdir ki, Atlas 20 mart 2019-cu il tarixdə lombarda getməklə Aqildə özünə məxsus olan 750 əyarlı 75 qram və 583 əyarlı 185 qram qızılı girov qoyaraq 11.000 manat pul götürmüş və Təqsirləndirilən şəxs1 tərəfindən 20 mart 2019-cu il tarixli 000086 nömrəli girov bileti işçisi tərəfindən tərtib olunmaqla girov biletinin bir nüsxəsini ona vermişdir. Zərərçəkmiş şəxs8 avtomobil alınması üçün pulla bağlı müraciət etdiyi şəxslər ona pulu çatdıra bilməmişlər və ona görə yenə Aqilin lombardına getməklə 750 əyarda 90 qram, 583 əyarda isə 30 qram qızılını girov qoyaraq 3530 ABŞ dolları pul götürmüşdür. Təqsirləndirilən şəxs1 24 mart 2019-cu il tarixli 000086 nömrəli girov biletini tərtib etdirməklə Atlasa vermişdir. Hətta hər iki dəfə Atlas girov olaraq qoyulmuş qızılların fotoşəkillərinin kserosurəti çıxartdırmışdır ki gələcəkdə qızılları səhf düşməsin. O, lombardda olan zaman Zəminə kimi bildiyi qadında lombarda gəlmiş və Zəminə Aqlin lombardına girov olaraq qızıllar qoymasını və həmin qızılı çıxarmaq istədiyini lakin Aqillə arasında başqa pul söhbəti olmasına görə qızılının batma təhlükəsi olduğundan Zərərçəkmiş şəxs8 onun qızıllarını çıxarmasını və onun yerinə ödəniş etməsini bildirmişdi ki, bəs bundan sonra həmin qızılları onun lombardına girov olaraq qoymaqla faizləri ona ödəyəcəkdir. Zərərçəkmiş şəxs8 Zəminən ona olan yalvarışından sonra qızllarını girovdan çıxaracağını bildirmişdir. Zəminə ilə Aqil arasında nə kimi qızıl, pul söhbəti olmasını o, tam olaraq bilməmiş və onun üçündə maraqlı olmamışdır. Təxminən 2 ay müddətində Zərərçəkmiş şəxs8 qızılları Aqilin lombardında qalmışdır və növbəti ayı Atlas ona bildirmişdir ki, bəs Aqilin lombardına gedək o qoymuş olduğu qızılların və Zəminənin qızıllarının pulunu ödəməklə Aqilin lombardında olan özünün və Zəminənin qızıllarını tam olaraq çıxaracaqdır. Aqilin lombardında Atlas 20 mart 2019-cu il tarixdə girov olaraq qoymuş olduğu qızıl müqabilində olan 11000 manatı, 24 mart 2019-cu il tarixdə qoymuş olduğum qızılın 6001 manatı və Zəminənin isə 2000 manat və 4485 ABŞ dollarını həmin ayın faizi ilə birlikdə manatla onun yanında tam olaraq Aqilə ödəmişdir. Aqil tərəfindən Atlasın və Zəminənin adına olan qızıllara görə ödənmiş məbləğlərə dair mədaxil qəbzi tərtib olunmuşdur. Aqil onun iştirakı ilə Atlasa 5-ci gün gəlib qızılları götürməsini bildirmişdir. Atlas Aqilə qızıllarını götürməsi ilə bağlı olan müddətin böyük olmasını bildirmiş, lakin onlar həmin müddətə razılaşmışlar. 5-ci gün o, Zərərçəkmiş şəxs8 ilə lombarda getmiş və lombardda Aqil işçiləri ilə onları qarşılamışdır. Zərərçəkmiş şəxs8 özünün və Zəminənin qızıllarına dair pul ödənişləri etdiyi mədaxil qəbzlərini masa üzərinə qoymuşdur ki, bəs qızılları gətirsin. Aqil Zərərçəkmiş şəxs8 tərəfindən masa üzərinə qoyulmuş mədaxil qəzlərini və girov biletlərini əl atıb götürmüş və elə vid etmişdir ki guya mədaxil qəbzinin koduna baxır. Atlas isə Aqilin həmin vaxtı bəhanlər etməsindən şübhələnmiş və girov biletlərini təkrar əl atıb götürmüşdür. Bu zaman Aqildə mədaxil qəbzlərini cırıb atmış və buna görə Zərərçəkmiş şəxs8 ilə Aqil arasında söz söhbət olmuşdur. Aqil DİN-nin rəhbərliyinin adı ilə danışırmış və telefon qulağında elə bir vid edirmiş. Bundan sonra vətəndaşlar araya keçmişdir. Həmin vaxtı orda sonradan adını bildiyi və pulunu tələb etmək üçün gəlmiş Zakir adlı şəxsdə olmuşdur və o, da, həmçinin eyni iradlarla Aqilə ünvanlanmışdır. Artıq mübahisə küçədə davam etmiş və Aqil Zərərçəkmiş şəxs8 ünvanına nalayiq ifadələr işlədib 2-3 gündən sonra gəlib qızıllarını götürməsini və özünü «Dədəd Mamedin» nəvəsi olaraq təqdim etmişdir. Həmin gün Zərərçəkmiş şəxs8 öz qızılına görə faizləri istisna olmaqla 17001 manat, Zəminənin qızılına görə isə faizləri istisna olmaqla 9624,5 manat ödəmişdir. Sonra o, bir daha Aqilin lombardına getməmiş və Aqil özündən çox razı bir ºəxs olmuşdur. Həmin lombardın yuxarı dairəli şəxslərin olmasını bildirmişdir. O, həmin ərəfədə Təqsirləndirilən şəxs1 görüb tanımışdır və həmin şəxslə onun hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Sonra bilmişdir ki, o yenə Zərərçəkmiş şəxs8 bəhanlər etmiş və yenə də, qızılını qaytarmamışdır. Sonra isə Aqil müddət almaq üçün Atlasın yanına Nailəni göndərmişdir. Nailəni o, xeyli müddət olar ki Atlasın lombardında görüb tanımışdır və həmin şəxslə onun hər hansı ədavət və düşmənçiliyi olmamışdır. (cild 6, iş vər. 1-4). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilməklə barəsində cinayət işi ayrıca icraata ayrılmış X36 ifadəsində göstərmişdir ki, ailəsi beş nəfərdən ibarətdir. Rəsmi nigahdan üç övladı vardır. Sonuncu övladı Nəsimi rayonunda tam orta məktəbdə 10-cu sinifdə təhsil alır. Təxminən dörd il müddət olar ki, ünvan 45 ünvanda yerləşən lombardın müdiri vəzifəsində işləyir. Lombardı işlətdiyi yer bir nəfər tanışına məxsusdur və o, aylıq icarə haqqı olaraq 1000 manat ödəyir. Həmin lombardın müdüri olaraq lomabardın işini özü təşkil edir və hər gün səhər saat 09 radələrindən axşam saat 20 radələrinə kimi işləyir. Onun özü qızılın qəbul ilə məşğul olmaqla lombarda gəlmiş müştərilərin qızılının qiymətləndirilməsi və onların çəkisinin əyarının yoxlanması ilə məşğul olur, həmin şəxslərə dair şəxsiyyət vəsiqələrinin surəti ilə götürülmüş qızılın çəkisi, növü, əyyarı, qramı göstərilməklə təhvil alır. Qəbula dair qediyyatları və satış kitabın lombardın qeydiyyat kitabında olur və həmin kitablarda qeydiyyatları onun özü aparır. Onun tərəfiindən lombardda hər hansı notebukdan istifadə olunmamış və qeydlər aparılmamışdır. Qeydiyyat kitabında olan qeydləri özü aparır və başqa hər hansı şəxs tərəfindən həmin kitabda qeydlər aparılmır. Belə ki, müştəri tərəfindən təqdim olunmuş qızılın girov qoyulmasına dair girov biletində olan rekvizitlər yəni qızılların əyyarı, çəkisi, buna görə verilmiş pulun miqdarı və aylıq ödənəcək faiz göstərilməklə, olan girov biletləri onun özü tərəfiindən tərtib olunur. Lombardı səhər-axşam özü açıb bağlayır və lomardın açarları daimi olaraq onda olur. Tərtib olunmuş girov bileti üzərində olan imzalar onun özü və müştəri tərəfindən çəkilir, onun tərəfindən lombardın möhürü ilə həmin girov bileti təsdiq edilir və həmin girov biletinin bir surəti lombardda, digər bir surəti isə müştəridə olur. Müştəri həmin girov bileti əsasında aylıq faizləri və ya qızılını çıxaran zaman isə həmin girov bileti əsasında ödənişləri edir, girov biletini lomarda təhvil verir. Ödənişlər bardə lombardda məxaric qəbəzləri yazır və bir surətini müştəriyə verirlər və həmin qəzlər çox vaxt müştəri tərəfindən tələb olunmadığına görə tərtib olunmamışdır. Onun tərəfindən müştəridən qəbul olunmuş qızılları özündə saxlamış və bir dəfə olsun onunla müştəriləri arasında hər hansı anlaşımazlıq olmamış, hər hansı qızıl əşyasının oğurlanması faktı belə olmamışdır. İstifadə etdiyi girov bitletlərini o, 8-ci km qəsəbəsində «Neftçilər»dən «Xalqlar» metrosu istiqamətində hərəkətdə olan zaman yolun sağında olan 9 mərtəbəli binanı altında olan mətbəədə çap etdirmişdir. Lombardın fəaliyyətinə dair icazə vərəqi vardır və həmin sənədi istintaqa təqdim edəcəkdir. Nailə Xanmənımədova təxminən 3 il bundan əvvəl onun lombardına müştəri olaraq gəlmişdir. Həmin vaxta kimi onun Nailə ilə hər hansı münasibəti və ədavətİ, düşmənçilyi olmamışdır və sonuncunu ilk dəfə lomardına gələn zaman görümüşdür. Belə ki, onun işlədiyi lombard bir otaqlı olmuşdur. Nailə ona özünü qızıl alqı-satqı işləri ilə məşğul olan şəxs kimi təqdim edib Bakı şəhərində olan müxtəlif ünvanlarda olmasını bildirmişdir. Nailə onun lombardına qızıl qoyaraq pul götürürmüş və həmin qızılların pulunu vaxtında ödəməklə ona xeyir vermişdir. Lombardda isə yenə hər dəfə Nailəyə də bütün müştərilərə tərtib olunduğ kimi girov bileti tərtib olunmuşdur. Nailənin onun lombardında xeyli miqdarda qızılı olmuşdur və həmin qızılın bir neçə aylıq faizləri yığılmışdır. Belə ki, 2018-ci ilin avqust ayında Nailə «Neftçilər» metrosunun üzərində olan lombardına gələn zaman sonuncunun yanında onun özü ilk dəfə görmüş olduğu Tural adlı şəxs də olmuşdur. Nailə ona bildirmişdir ki, bir neçə gün əvvəl ona vermiş olduğu 2000 manatı həmin şəxsdən almışdır. O zaman o, özünü Turala lombardı işlədən şəxs olaraq təqdim etmişdir və Nailənin həmin lomardda qızılları olmasını, sonuncu tərəfindən iki gün bundan öncə qızılı çıxarması üçün Nailə tərəfindən verilmiş 2000 manatın özündə olmasını təsdiq etmişdir. O isə 2000 manatın ona qaytarılmasını ondan tələb etmişdir. O, buna etiraz etməmiş və 4-5 gün sonra lombarddan gəlib pulu götürməsini bildirmişdir. Həmin gün Tural Nailənin iştirakı ilə ondan qızılın çıxarılması üçün nə qədər pul lazım olmasım xəbər almış, o isə həmin qızılın çıxarılması üçün 11600 manat yəni 2000 manatdan başqa da pul ödənməli olmasını bildirmiş və həmin qızılın yalnız pulunun ödənməsindən iki gün sonra çıxarılmasının mümkün olmasını demişdir. Tural isə ona bildirmişdir ki, əgər malı özü götürəcəksə həmin pulu özü ona ödəsin, əgər malı Nailəyə verəcəksə, həmin pulu ödəyəcəyindən imtina etdiyini bildirmişdir. O isə birmənalı olaraq Nailənin iştirakı ilə digər siyahı üzrə malların faizlərini xeyli müddət olar ki, ödənmədiyini bildirmişdir. Tural ona aralarında danışığın bu formada olmadığını görmüşdür. Həmin vaxt Nailə Turala gətirilmiş malı «Mum» ticarət mərkəzində satıb gerdə qalan malı çıxaracağını bildirmişdir. O, malı onlara vermişdir. Sonra həmin şəxslər onunla görüşə gəlmiş və onun demiş olduğu faiz borclarının 7500 manatı Tural ona vermişdir. O isə onlara 13600 manat dəyərində pulu ödənmiş malın qalan hissəsini gətirəcəyini bildirmişdir. Səhəri gün «Yaşıl bazar»a həmin malın qalan hissəsini gətirərək Turala vermişdir. 8500 manat pulun üzərinə Tural 6500 manat qoymaqla 15000 manat toplamış və ona 15000 manatlıq malı çıxarmaq istədiklərini bildirmişdir. O, həmin bazara gedərək Nailənin iştirakı ilə Tural 15000 manatı ona vermişdir O isə onlara iki gündən sonra gəlib malı götürmələrini bildirmişdir. İki gündən sonra Tural ona zəng etməklə hələ problem olmamasını və malın ona verilmədiyini bildirmişdir. O isə onu aldadıb lombard müdiri tərəfindən qramı 48 manatdan olmaqla həmin şəxsin qızılı almaq istədiyini ona bildirmişdir. Lakin, faktiki olaraq lombardın müdtiri onun özü olmuşdur və yalan olaraq müdir adı deyib həmin qızlı özündə saxlamaq istəmişdir. Həmin 15000 manatlıq malı Turala 18500 manat kimi hesab etmiş və 16500 manat dəyərindəki malı həmin maldan çıxıb üzərində 300 manat da qoymaqla 1800 manat pulu Turala vermişdir. X3rının faiz borcları adı ilə 1700 və 5000 manat pul almış və ona hər hansı qızıl verməmişdir. Onun özü faktiki olaraq Turalın 26800 manat pulunu ələ keçirmişdir. Faktiki olaraq o, Turalla danışan zaman sonuncu onun səsini yazmışdır və həmin səs onun öz səsidir və danşıq zamanı belə o, onun pulunu həll edib verəcəyini bildirmişdir. Onun özünə sonra Nailə və Bulud adlı şəxs 8000 manat civarında pul ödəməklə qızıl götürmüşlər və onların Turala aidiyyəti olmamışdır. O, lombarda dair səndləri araşdırıb istintaqa təqdim edəcəkdir. Turalın istintaqa təqdim etmiş olduğu CD diskdə olan səs yazısı onuun özünə aiddir və həmin səs yazısında olanları o, təsdiq edir və Tural ona həqiqətən qeyd edilən miqdarda pulu vermişdir. Bundan sonra o, Turalla göroüşdən yayınmışdır. Onun faktiki olaraq həmin epizodla bağlı hər hansı lombard sənədi yoxdur. Turalın istintaqa təqdim etmiş olduğu qızıl siyahısını özü yazıb vermişdir. Sevda Ağazadənin epizodu ilə bağlı bildirmək istəyir ki, sonuncu həqiqətən onun lombardına özünə aid olan qızılları qoymaqla pul götürmüşdür və həmin girov qızıllara dair girov biletləri tərtib olunmuşdur. Sonradan onun bütün qızıl və pullarını ondan almasına dair rəsmi qəbzi vardır və həmin qəbzləri istintaqa təqdim edəcəkdir. Onun telefonunu Sevda öz xalası qızına zəng etmək adı ilə alıb sonra özünə sms yazmışdır ki, guya o, onunla intim münasibətinə dair olan videonu youtube vasitəsi ilə yayacaqdır. Onun bunu nə səbəbə etməsini bilmir. O, öz telefonuqdan heç bir zaman Sevda ilə qeyd edilən məzmunda votsap yazısı yazmamışdır və həmin yazını sonuncu özü onun telefonundan yazıb öz telefonuna göndərmişdir. Sevdanın onunla olan səs yazısı doğrudur və onların arasında belə bir səs yazısı olmuşdur və həmin səs yazısında «məndə video var» sözü isə tam olaraq yalandır və o, Sevdaya belə bir söz deməmişdir. Onun Sevda ilə bir dəfə intim əlaqəsi olmuşdur və onda həmin intim münasibətə dair hər hansı videomüşahidə olmamışdır. O, Sevdaya qızıllarını Neftçilərdə lombardında qaytarmışdır, pulu isə özü xəstə olmasına görə «Xalqlar Dostluğu» tərəfdə olan evinin yanında ona vermişdir. Sevda ilə olan danışıqlarını tam olaraq xatırlamır. O, Sevdanı intim münasibətə dair olan video ilə hədələməmişdir. (cild 7, iş vər. 191-194). Təqsirləndirilən şəxslərin yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlamaq və icraat qəbul etmək haqqında” 04 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını tamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bakı şəhəri, Binqədi rayonu, Svetlana Məmmədova küçəsində Təqsirləndirilən şəxs1 etibarından sui-istifadə edərək sonuncuya məxsus Lonbardın ofisində 2019-cuilin sonundan 2020-ci ilin may ayına qədər olan müddət ərzində vahid niyyətlə müxtəlif çəkidə, müxtəlif əyyarlı qızıl zinət əşyalarını Bakı şəhərində olan digər lonbardlara yüksək faizli girov qoyaraq gəlir əldə edəcəklərinə dair, həmçinin müxtəlif məbləğlərdə və valyutalarda pulları Bakg şəhərinin digər lonbardlarında olan, guya ki, onlara məxsus olmuş və girov qismində qoyulmuş qızl-zinət əşylarını çıxararaq daha baha qiymətə satacaqları barədə yalan vəd verib aldarmaqla ümumilikdə 143500 manat dəyərində əmlakı ələ keçirərək verdikləri yalan vədə əməl etmədən zərəçəkmiş şəxsə külli miqdarda ziyan vurmaql dələduzluq etmələri barədə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə həmin ********* saylı cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. (cild 1, iş vər. 1). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 iyun 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vər. 10). Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 4(006)-335/2020 saylı 19 iyun 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 18 iyun 2020-ci il tarixdən saat 18:00-dən hesablanması müəyyən edilmişdir. (cild 1, iş vər 11-14). “Zərərçəkmiş şəxs qismində tanınması haqqında” 04.07.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 iş üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vər. 24). “Zərərçəkmiş şəxs qimsində tanınması haqqında” 05.07.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X35 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vər. 51). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 iyul 2020-cii il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli bilinərək həmin gün saat 18-00-da tutulmuşdur. (cild 1. iş vər. 95). “Təqsirləndirilən şəxs qimsində cəlb etmə haqqında” 09 iyul 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vər. 118-119). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-590/2020 saylı 09.07.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 iyul 2020-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 138-141). “Cinayət işlərinin birləşdirilməsi haqqında” 11 iyul 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi 20000467 saylı cinayət işinə birləşdirilərək bir icraatda istintaq davam etdiirlməsi qərara alınmışdır. (cild 1, iş vər. 144-145). İş materiallarına əlavə edilməklə iş üzrə Zərərçəkmiş şəxs9 tərəfindən istintaqa təqdim edilməklə Təqsirləndirilən şəxs2 adından Zərərçəkmiş şəxs9 adından yazılmış əlyazma qeydləri, həmçinin Zərərçəkmiş şəxs9 və Təqsirləndirilən şəxs2 arasında 15.05.2017-ci il tarixli notarit qaydada təsdiq olunmuş «Borcun etirafı» müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs9 tərəfindən və Təqsirləndirilən şəxs2 muxtəlif tarixlərdə verilmiş pul vəsaitləri yazılı qaydada qeyd edilməklə verilmiş və qeyd edilən müqavilədə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs9 08.05.2017-ci il tarixdə 25000 (iyirmi beş min) ABŞ dolları və 14000 (on dörd min) manat məbləğində borc pul aldığını etiraf etdiyi, həmin borcları Təqsirləndirilən şəxs2 15 yanvar 2020-ci il tarixədək, (ayda 1000 (bir min) ABŞ dolları və ayda 2000 (iki min) manat ödəyəcəyini öz öhdəsinə götürdüyü rəsmiləşdirilmişdir. (cild 1, iş vər. 165-169). “Baxış keçirilməsi haqqında” 15 yanvar 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən lombarda baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs9 tanıdığı Təqsirləndirilən şəxs2 ondan qızıl-zinət əşyaları və ümumilikdə 200000 manat pul götürmüş, dələduzluq edərək pulu və qızılı ələ keçirdiyini bildirmişdir. (cild 1, iş vər. 170-172). 04 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. (cild 1, iş vər. 208-209). “Zərərçəmiş şəxs qismində tanınma haqqında” 02 iyun 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vər. 228). “Şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. (cild 2, iş vər.11). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 iyun 2020-ci il tarfixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 təqsirəndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. (cild 2, iş vər. 26-27). Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsdəsaxlama müddətinin əvvəli 18 iyun 2020-ci il taixdən hesablanmışdır. (cild 2, iş vər. 43-46). “Diskə baxış keçirilməsi haqqında” 12 iyul 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə istintaq zamanı Zərərçəkmiş şəxs9 tərəfindən istintaqa təqdim olunmuş CD diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə üç ədəd videogörüntü aşkar edilmişdir. Hər üç videogörüntüdə Təqsirləndirilən şəxs2 20000 manat pulu alması, pulu aldıqdan sonra Zərərçəkmiş şəxs9 130000 ABŞ dolları pul verməli olduğunu deməsi, yaxın zamanlarda qızılları və pulları qaytarmasını söz verməsi, kağız parçasında Zərərçəkmiş şəxs9 qızıl və pul almasını etiraf etməsinə dair yazı yazması aşkar edilmişdir. Disk Təqsirləndirilən şəxs2 dələduzluq cinayətini törətmsinə dair sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir. (cild 2, iş vər. 64). Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 49006)-335/2020 saylı 19 iyun 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 18 iyun 2020-ci il tarixdən hesablanmışdır. (cild 2, iş vər. 187-188). Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 5(001)-728/2020 saylı 06.08.2020-ci il tarixli qərarından görünür ki, 01 yanvar 2017-ci il traixdən 07 iyul 2020-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs3 adına pul gönsərilməsinə dair və onun adından digər şəxslərər pul göndərilməsinə dair maliyyə əməliyyatlarını özündə əks etdirən məlumatlar "xxxx" ASC-dən götürülməsi qərara alınmışdır. (cild 2, iş vər. 206-207). “Videogörüntüyə baxış keçirilməsi haqqında” 07 may 2018-ci il tarixli protokoldan görünür ki, iş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs11 arasında olan görüntülü danışıq səslərinin qeydə alındığı, üzərində “Verbatium, DVD-R, 4.7 gb, 16x, 120 mm” sözləri yazılmış bir ədəd SD diskə baxış keçrilmişdir. Diskə baxış zamanı Zərərçəkmiş şəxs11la Təqsirləndirilən şəxs2 arasında minik avtomobilində əyləşərək söhbət etdikləri, avtomobilin sağ arxa oturacağında Təqsirləndirilən şəxs2, sağ qabaq oturacağında isə digər bir qadının əyləşdiyi və həmin şəxslərin yaxın bir şəxs kimi birlikdə söhbət etdikləri, diskin 1:21-ci saniyəsində olan söhbət zamanı Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs2 kağıza yazdığı məbləği göstərdiyi, sonuncunun həmin vərəqə baxaraq 115500 rəqəmini dediyi və Zərərçəkmiş şəxs11 həmin məbləğin əsas hissə olduğunu bildirdiyi, həmçinin Zərərçəkmiş şəxs11 yanında oturmuº digər qadın da onun dediklərini təsdiq etdiyi, Təqsirləndirilən şəxs2 isə qeyd olunan məbləğin banka ev girov qoymaqla qısa bir zamanda ödəniləcəyi vəd etdiyini bildirməsi müəyyən edilmişdir. (cild 3, iş vər. 15). “Videogörüntüyə əlavə baxış keçirilməsi barədə” 08 iyul 2018-ci il tarixli protokoldan görünür ki, iş üzrə istintaq zamanı Zərərçəkmiş şəxs11 Xanməmməd oğlu və həyat yoldaşı Zərərçəkmiş şəxs10 İffət qızının vətəndaş Təqsirləndirilən şəxs2 ilə aralarında olmuş görüntülü danışıq səsləri olan üzərində “Verbatium DVD-R 4.7 gb, 16* 120mm” sözləri yazılmış bir ədəd diskə “ASUS” markalı nootbukda baxış keçriirlmişdir. Həmin diskə baxış zamanı açılan görüntülərdən Zərərçəkmiş şəxs11 minik avtomobilində sərnişin oturacağında, arvadı Nərminə Sultanovanın isə sükan arxasında oturduğu, Təqsirləndirilən şəxs2 isə həmin avtomobildə arxa sərnişin oturacağında oturduğu, həmin görüntülərdə olan danışıqlar zamanı Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs2 ilə aralarında pula bağlı söhbətlər apardığı, Nərminə Sultanovanın isə Nailənin alıb qaytramadığı məbləğlərə görə vəziyyətlərinin pis olmasını və Naildəən pulu hansı vaxtda qaytaracağını soruşduğu, ilkin danışıqlarda ümumi müxtəlif məbləğlərlə bağlı söhbətlər getməklə, Zərərçəkmiş şəxs11 Nailə Təqsirləndirilən şəxs2 əvvəlcədən götürdüyü 10000 azn pul məbləğinin əvəzində 11000 manat qaytaramalı olmasını bildirdiyi, bundan sonrakı danışıqlarda diskin 1:18-ci saniyəsində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs11 borclu olduğu məbləği soruşduqda, sonuncunun bir ədəd kağız vərəqəsi üzərində rəqəm yazıb Təqsirləndirilən şəxs2 göstərdiyi, Təqsirləndirilən şəxs2 həmin vərəqə baxdığı, məbləğin 115000 azn məbləğində əsas borc olmasını deməklə, bigə notariusa getməklərini təklif etsə də, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini lombardda olmasını görə notariusa gedə bilməyəcəyini bildirməklə yanaşı, həmin danışığın ertəsi günü onlara 90000 manat pulu saat 3-dək tam məbləğdə qaytaracağını vəd verdiyi, Zərərçəkmiş şəxs11 həmin məbləğlə razılaşmamaqla, Təqsirləndirilən şəxs2 həmin məbləği evini girova qoymaqla əldə edib ertəsi günü tam çəkildə onlara ödəyəcəyinə söz verdiyi barədə danışıqların olması müəyyən edilmişdir. (cild 3, iş vər. 34). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 iyul 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixli qərərla Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs2 barəsində şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunması barədə qərar qəbul edilmişdir. (cild 3, iş vər. 36-39). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında” 27 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 müraciəti əsasında toplanmış material üzrə Xətai RPİ İŞ-nin müstəntiqi, polis kapitanı X14 cinayət işinin başlanmasının rədd edilməsi barədə 10.07.2018-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. (cild 3, iş vər. 50-54). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs2 barəsində şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması təkrar rədd olunmuşdur. (cild 3, iş vər. 58-59). “Cinayət işinin başlanamasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” 04.08.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 müraciəti əsasında toplanmış material üzrə Xətai RPİ İŞ-nin sabiq müstəntiqi, polis kapitanı X10 cinayət işinin başlanmasının rədd edilməsi barədə 05.12.2019-cu il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. (cild 3, iş vər. 62-65). “Zərərçəkmiş şəxs qismində tanınması haqqında” 20 avqust 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs11 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 3, iş vər. 95). “Zərərçəkmiş şəxs qismində tanınması haqqında”17 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qimsində tanınmışdır. (cild 3, iş vər. 183). İş üzrə istintaq zamanı zərərçəkmiş şəxs Əliyev X29 Aqil İslam oğlu tərəfindən Təqsirləndirilən şəxs2 məxsus olan qızıllara dair “09.07.19”-cu il tarixli Təqsirləndirilən şəxs2 başlığı altında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış siyahını və digər Təqsirləndirilən şəxs2 başlığı altında olan imzalanmamış siyahını və “130000 AZN” və “6500 AZN”in ödənməsinə dair olan “12.07.2019”-cu il tarixli “Məxaric Qəbzi”-ni istintaqa təqdim etmiş və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. (cild 3, iş vər. 200-204). İş üzrə istintaq zaman “Mercedes E200 CDİ” markalı ** HJ *** dövlət qediyyat nişanlı avtomobilin 14.05.2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 tanışı Şahid2 adına sənədləşdirilməsi müəyyən olunmuşdur. Bax: iş/v. Cild İİİ səh.237-239. İş üzrə Zərərçəkmiş şəxs8 tərəfindən istintaqa təqdim olunmuş 20 mart 2019-cu il tarixli 000086 nömrəli girov biletinə əsasən 750 əyarlı 75 qram və 583 əyarı 185 qram qızılı girov qoyaraq 11000 manat pul götürməsi və həmin pulun üzərində hər ay 550 manat dəyərində pul ödəməklə bağlı girov bileti və 24 mart 2019-cu il tarixli 000086 nömrəli girov biletinə əsasən 750 əyarda 90 qram, 583 əyarda isə 30 qram qızılı girov qoymaqla 3530 ABŞ dolları pul götürməsi və hər ay 177 ABŞ dolları pul ödəyəcəyinə dair olan girov biletlərinin əsli cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 4, iş vər. 58-59). İş üzrə istintaq zamanı Zərərçəkmiş şəxs7 adına olan 28.02.2019-cu il tarixli 000087 nömrəli və 27.03.2019-cu il tarixli 000086 nömrəli girov biletləri sənəd qismində cinayət işinə əlavə edilmişdir. (cild 4, iş vər. 66-67). İş üzrə Zərərçəkmiş şəxs6 Şahid3 tərəfindən ona Təqsirləndirilən şəxs2 aid olan lombardında olan qızıllara dair siyahını istintaqa təqdim etmiş olduğu siyahıda;- 10.07.17 Nailə 15000 5 % manat ++işarəsi olmaqla önündə 383 qram, 750 əyarlı qızılı, 21.09.2017 Nailə 22000 5 % ++-556,7 qram, 750 əyarlı, 18.12.2017 Nailə 16.500 5 % ++ 412,5 qram 750 əyyarlı, 5.01.18 Nailə 8000 ABŞ 5 % dolları +-- 378 qram, 750 əyarlı, 9.03.18 Nailə 17.300 5% +- 437,6 qram 750 əyarlı qızılların siyahısı qeyd oldunduğu müəyyən edilmişdir. (cild 4, iş vər. 73). “Zərərçəkmiş şəxs qismində tanınması haqqında” 05 noyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 4, iş vər. 108). İş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs2 ilə bağladığı 06 avqust 2016-cı il tarixli 3 M-116 reyestr nömrəli kredit müqaviləsini istintaqa təqdim etmiş və həmin kredit müqaviləsi üzrə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 30000 manat pulu 06.08.2019-cu il tarixə kimi qaytaracağını öhdəsinə götürmüşdür. Həmçinin zərərçəkmiş şəxəs Hüseynova X7 Nailə Rasim qızı ilə bağladığı 15 may 2017-cı il tarixli 3 M-536 reyester nömrəli kredit müqaviləsini istintaqa təqdim etmiş və həmin kredit müqaviləsi üzrə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 25000 manat və 14000 ABŞ dollarını 15.01.2020-ci il tarixə kimi olan müddət ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Həmçinin Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs2 göstərilən kredit müqavilələrindən sonra belə ondan pul götürmək üçün sürücüsü Əliyusifə aid olan «Mitsubişi» markalı ** NL *** dövlət qediyyat nişanlı avtomobili texniki şəhadətnamə ilə adına sənədləşdirilməsi və həmçinin həmin avtomobili özündə olan zaman qarajda saxladığı müddət ərzində etmiş olduğu ödənişə dair olan 22.07.2019-cu il tarixli №299437 nümrəli kassa mədaxil orderini istintaqa təqdim etmiş və həmin sənəd iş materiallarına əlavə edilmişdir. (cild 4, iş vər. 121- 122, 127-129, 141). Cinayət işi materiallarına əlavə edilmiş bank arayışı və kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs10 "xxxx"-ın Yasamal rayon filialından 08.02.2017-ci il tarixdə 13000 manat, 13.03.2019-cu il tarixdə 8000 manat, Zərərçəkmiş şəxs11 isə “Unibank”-ın Yasamal rayon filialından 06.07.2020 və 07.10.2020-ci il tarixlərdə kreditə pul götürmüşlər. Bundan başqa iş materiallarına əlavə edilmiş 16 yanvar 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Əhməd X1 29000 ABŞ dollar pulu borc almışdır. (cild 4, iş vər. 217-218, 223-225). “İfadənin yerində yoxlanılması barədə” 15 noyabr 2020-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə ibtidai istintaq zamanı ifadəni yerində yoxlanarkən Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 onları aldatdıqdan sonra Təqsirləndirilən şəxs2 ona Aqilin həmin pulun və qızılın əvəzinə ticarət obyektinə ev və bahalı avtombillərlə pulu əvəzləşdirmək istədiyini ona bildirdiyini və Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində "xxxx" MMC tərəfindən inşa olunmuş 8-ci blokda 2-ci mərtəbədə olan 362 №-li 2 mənzildə və ünvan 46 ünvanda "xxxx" MTK tərəfindən inşa olunmuş 5 bloklu 15 mərtəbəli yaşayış binasının 2-ci blokda qeyri yaşayış sahəsinin ona təklif olunduğunu bildirərək, yerində göstərmişdir. (cild 4, iş vər. 226-235). “İfadənin yerində yoxlanılması barədə” 15 noyabr 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, ifadəni yerində yoxlamazdan əvvəl Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 onları aldatdıqdan sonra Təqsirləndirilən şəxs2 ona Aqilin həmin pulun və qızılın əvəzinə ticarət obyektinə ev və bahalı avtombillərlə pulu əvəzləşdirmək istədiyini ona bildirdiyini və Abşeron rayon Masazır qəsəbəsi Əliağa Vahid küçəsində "xxxx" MMC tərəfindən inşa olunmuş 8-ci blokda 2-ci mərtəbədə olan 362 №-li 2 mənzildə və ünvan 46 ünvanda "xxxx" MTK tərəfindən inşa olunmuş 5 bloklu 15 mərtəbəli yaşayış binasının 2-ci blokda qeyri yaşayış sahəsinin ona təklif olunduğunu bildirərək, yerində göstərmişdir. (cild 4, iş vər. 236-248). İş üzrə Şahid8 Nailə tərəfindən Buludla birlikdə qiymətləndirilmək üçün gətirilmiş 6000 ABŞ dollarına qiymətləndirmiş olduğu 6 karatlıq qızıl sırğa üzük dəsti olan komplektin 8000 manata almasına dair olan 02 may 2019-cu il tarixli alış aktını istintaqa təqdim etmiş və alış aktı cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 5, iş vər. 84). “Zərərçəkmiş şəxs qimsində tanıma haqqında” 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 5, iş vər. 131). Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs1 təqdim etmiş olduğu CD disklər cinayət işinin materiallarına əlavə olunmuş və baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, diskdə bir ədəd «AUD 20201124-VA0001» beş dəqiqə 55 saniyəlik səs yazısı olması müəyyən edilmişdir. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak edən Zərərçəkmiş şəxs1 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır. Həmin olan səs yazısında o cümlədən aşağıdakı məzmunda: - Nailə: Alo, -Aqil: Alo, niyə adboy verirsən; -Aqil: Sən mənə de görüm eşid gör nə deyirəm, sən saat neçədə gələssən mənim yanıma; Nailə: -Məndə 1500 manat pul var cəmi cümlətanı; Aqil: Ə yaxşı da neçədə gələssən mənim yanıma; -Nailə: -Bilmirəm, rayona çıxmalıyam, orda xatyabı bilmirəm nətər elyim, bir pul aparıb göstərməliyəm ki, qızıl aparıb göstərməliyəm ki, qızılı çıxarıb satma bilməmişəm, ona 5000 pul verəcəm mallarım batır, yada bilmirəm nətər etməliyəm, onunla danışmışam mütləq pul götürəcəm, yüzdə yüz bilirəm.; -Aqil: gedib gələndə pul götürə biləcən.; -Nailə: Hə götürə biləcəm. Atıb ağzına pul götürəcəm; -Aqil: Nəyi atırsan ağzına; -Nailə: 5000 pul atmalıyam ağızına, mənim variantım yoxdur; -Aqil: Pulu aparıb gətirə biləssən; -Nailə: Dedim qaydan kimi puluda onuda verəcəm; -Aqil: Sən qızılıda aparıb gətirə biləssən; -Nailə: Hə də, qayıdan kimi puluvu da onu da verəcəm.; Nailə: Qalmıyacaq qızılın məndədi; Aqil: Səhər qalmıyacaq ki, qızılı da pul da gətirəssən; -Nailə: Yox mən gecəynən qayıdacam; -Aqil: Pulnan, da pulu verməlisən; -Aqil: Yaxşı qancıqlıqla işini qutar gəl yanıma qızılı verim.; -Aqil: 1 saata gəl yanıma; -Nailə: Pul ancaq onlardadı onu götürə bilərəm, ondan 40-5000 pul götürəcəm ondan artıq məndə pul yoxdur; -Aqil: Axşam verərsən eybi yoxdur, -məzmunda danışların olduğu myəyyən edilmişdir. Bundan başqa CD diskdə bir ədəd «AUD 20201124-VA0002» yeddi dəqiqə 42 saniyəlik səs yazısı olduğu müəyyən edilmişdir. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak edən Bulud Quliyev səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır. Həmin olan səs yazısında o cümlədən aşağıdakı məzmunda: - Aqil: Kimnən gedirsən ora; -Nailə: -Yəqin Sərvərlə gedəcəm; -Aqil: 2 saatlıq yol olar Ağcəbədi; - Nailə: 2 saat 2 saat yarmılıq olar; -Aqil: Sərvərin sürüşü ilə 3 saat 3 saat yarıma çatar ora; -Aqil: Bulud ordadı buradadı?; -Nailə: Burdadı çıxıb; -Aqil: Hara çıxıb?; Nailə: Rayona; -Aqil: -Rayona çıxıb? Bulud deyir gəlin orda söhbət eliyək?; -Nailə: -Dedi gəl nə qədər pul lazımdırsa sənə verəcəm mənə konkretini vaxt denən ki, aldığın pulları qaytar və bir də Bulud yer deyəcəm 5000 pul ver ora. Bulud deyir ki, mən özüm qəsdən pul gətirməmişəm. Güya məndə pul yoxdur ki? Sən elementarnı şeyləri eləmirsən, bir belə pulun qabağında 5000 pul verə bilmirsən, bu nə deməkdi Nailə, baxıram düz deyir də yetim, anası ölmüş yalan demir ki, az qalıram Svetadan pulu götürüb ona verim.; - Nailə: - Qızlı onda səhər verim də sənə; -Aqil:- Niyə səhər verirsən ki, gedib özünlə gətirmirsən ki, bura qızılı? -Nailə: -Onu fikirləşirəm də, 5000 düzlədib verim, yoxsa qızılı götürüb göstərim qaydım dala, çıxarmışam vaxtım olmayıb satmağa; - Aqil: -Qızılı göstər, birdən deyirəm qızılı ucuz qiymətə satarsan ver bura ee; -Nailə: -Yox onlar mənə onu elməzələr, mümkün olan şey deyil onu elməzlər, prosto pul verməyimi artıq isətəyirəm prosto mən istəyirəm onlardan 50-60000 pul götürüm ki, 30- 40000 sənə verim, 20000-ə gedib qızılları çıxarım. Burdanda dolları göndərillər bunlar Bakıda adam deyəcək Bakıda pulu götürəciyik; -Aqil: -Ona görə sənə deyirəm Nailə gəl fikirləş qızılı axşam özünlə gətirə biləsənsə verim apar; - Nailə: Mən qızılı gətirməyinə görə götürərəm mən gedib deyərəm ki, məllim mənim fikirim budur; -Aqil: -apar göstər ki; -Nailə: -Mənim fikrim budur deyərəm sata bilməmişəm, o deyir ki, Nailə pulu ver şəhərdə adam var onun şoferi gələcək, pulu ver ora, gəlin rayona oturaq konkret haqq hesabımızı edək, mən sənə pul verirəm bizim pulumuzu vaxt təyin olunacaq o vaxt qaytararsan bu pulu əlində oborod eləmənə vemişəm ki, mənə oborod eləmək üçün 50-60000 pul lazımdır. Başa düşdün sən; -Aqil: -Hə bax da şey elə mənə denən, məzmunda danışların olduğu myəyyən edilmişdir. Bundan başqa CD diskdə bir ədəd «AUD 20210131-VA00» bir dəqiqə 4 saniyəlik səs yazısı olduğu müəyyən edilmişdir. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak edən Bulud Quliyev səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır. Həmin olan səs yazısında o cümlədən aşağıdakı məzmunda: -Aqil:-Qulaq as sözümə, arvadla danışdım o baxıcı ilə, eşidirsən danışa bilirsən rahat, dedim ki, X74 konkretni baxan kimi dedi ki, xox eliyirlər, heçnədə yoxdur, istiyirlər ki, pul alsınlar, başa düşürsən, dedi bir dəfə eliyiblər amma xox eliyiblər, konkretni buna kişidən udar yoxdur; -Nailə: -Sənən danışıram Bulud telefonu üçurur; -Aqil: -xox edirlər ki, pul alsınlar, bilirlər ki, polisdən qorxur, eşidirsən elə bir plan var, amma yerinə yetmiyəcək, Svetadan buna udar gözlənilir, yoluna qayıtmasa ona udar gözlənir, pul söhbəti var amma kim qorxutsa pulu ona verəcək, səmimi dedim mən sənə, kim sıxışdırsa, onu yoluna qoymasa; - Nail: Aqild gedək əlimi Qurana basım ki o pul götürən kimi sənə gələcək; -Aqil: -Pul sabah olacaq düzdür?; -Nailə: -Bilmirəm ha səhər olacaq, dünən, bu həftə olacaq, axşam olacaq; - Nail˙: Hə Aqil deyirəm verəcəklər demək verəcəklər, mən bilmirəm kimə ağız açıram; -Aqil: -bunları dəqiq pulu vurublar; -Nailə: -100 %vurublar. Ya bu adamın pulu düzlməyib ona görə elliyif. Bunlar sırf o işə baxırlar, mənim bu işdə başım ağarıb, - məzmunda danışların olduğu myəyyən edilmişdir. (cild 5, iş vər. 201-205). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 01 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 5, iş vər. 236). “Kompakt diskə və sənədlərər baxış keçirilməsi haqqında” 02 aprel 2021-ci il tarixli protkoldan görünür ki, iş üzrə istintaq zamanı Zərərçəkmiş şəxs9 tərəfindən istintaqa təqdim olunmaqla cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə bir ədəd «VİP-20201115-WA0012» faylında bir dəqiqə 18 saniyəlik səsli videgörüntü olması müəyyən edilmişdir. Videogörüntüdə olan səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak etmiş Zərərçəkmiş şəxs9 səsi qeydə alınmış şəxsi tanıdığını və özü tərəfindən qeydə alınmasını göstərmişdir. Videogörüntünün müşahidəsi zamanı masa arxasında əyləşmiş ağ könəkli, qarşısında çay dəstəgahı olmaqla əlində siqaret olan şəxsin Təqsirləndirilən şəxs2 olması, sonuncuya sual verən tərəfin isə videgörüntü zamanı görünməyən Zərərçəkmiş şəxs9 ilə danışması, danışıq zamanı Zərərçəkmiş şəxs9 tərəfindən Təqsirləndirilən şəxs2 ondan almış olduğu pulun və qızılın müəyyən olunması üçün dəqiqləşdirici suallar verməsi və cavab alması müəyyən olunmuşdur. Videogörüntüdə olan səs yazısından o cümlədən aşağıdakı məzmunda: - Nailə: Pulu da qızılı da yoluna qoyacam qaytaracam;- Samaya: Nə qədər pul qaytarassan, indi onu danışacıq.; Nailə: Verəcəm hammısını verəcəm; -Samaya: Yox obşi 200000, bax 193000, 30000 qaytarmışdın qaldı 163000, 35000-də may ayında uşaqların pullarını hesabla, yadıva gəlir 32-33 idi sən də dedin ki, 33 idi nə əcəb 32 oldu, yox yəni ki demək istəyirəm ki, obşe vmeste 200000 yaxındır. Ancaq eybi yoxdu demirsən 150000 manatdı eybi yoxdur olsun «lijbı» mən Vaqifin evini alım, bir də bankımı bağlayım, bir də camaatın qızılları; -Samaya: And içirsən.; - Nailə: -And içirəm necə ..verə-verə faizləri verirəm vercəm elə; -Samaya: Yazılır; -Nailə: İzvinti verəcəm; - Samaya: Bu gün ayın neçəsidir, sentyabrın 19-u, 16-sı 2019, sabah desməsin ki, köhnə tarix idi.; -Nailə: sən mənə birdənə köməklik də mən pullarımı qaytarım sən bilirsən mənim pullarım hardadır.; -Samaya; -Yaxşı vsyo.; -məzmunda qarşılıqlı danışıqların olduğu müəyyən edilmişdir. Baxış zamanı həmçinin diskdə bir ədəd «VİP-20201115-WA0012» faylıııda bir dəqiqə 34 saniyəlik səsli yazısı olduğu müəyyən edilmişdir. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak etmiş Zərərçəkmiş şəxs9 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlannı göstərməklə, həmin səs yazılarında o cümlədən: - Samaya: Alo dörd kişidi, neçə dənə kişi; - Nailə: -dörd dənə «podojdi minutku», na qədər pul vermişdiniz, alo; - Sərvər 100000,13000, 25000, 78000; -Nailə 100,130: Samaya: -Koqda eto bıla priblizetlno, Nailə nə vaxt olub o; Nailə: -birinci summa may ayında olub 278000 olub; -Samaya: - 278000 verəndə sənə hər hansı çek çek verib, qızıl verən anda; -Nailə:- Bəli çek olub, biz ona qızıl vermişik o çek yazıb bəli biz pul keçirdik, pulu götürməmiş təzdən verdik.; -Samaya: -A patom pulu götürməmiş tezdən verdiz; -Nailə: -70000,130000; Nailə:-70,130, 100000 likdə qızıl vermişik, 25000 bir aparıb ödədim; -Samaya: -100000, 25000 də bir; -Nailə: -elə bil 13000 bir, 70000 bir, 70000 idi; -Sərvər: 78000; -Nailə:-78000 bir; -Samaya: -78 yox, 278 dedin; -Nailə: -278 birincidir, yox bular verdiyi 278 mənim pulumdur; -Samaya: -278 heç 78 bir; -Nailə: -78 biz vermişik, 100 bir veriblər, 130.000-da bir veriblər; -Samaya: -25-də bir veriblər, orda kamera-mamera nəsə var; - Nailə: -kamera yes, kak eto neto kamera hammısını çəkib; -Samaya: -verəndə tək olublar 4 dənə; - Nailə: -Sərvər olub, qardaşı olub, i etot qohumları olub, şoferi olub, mən olmuşam ; -Samaya: 5 nəfər birdən hər dəfə; -Nailə: -Hə də, hər dəfə biryerdə gedirdik, axnncı pulu amma Elvinlə mən getmişəm; - Samaya:- ondan sonra hər dəfə deyib ki, bu gün sabah, bu gün sabah; -Nailə: -Hər dəfə demiyib, bunlar hər dəfə eləmədi, 3 gün keçəndən sonra bunlar mənnən qırğın elədi; - Samaya:- ki, pul hanı; Nailə:pul hanı ya qızıl ya pul çıxsın ortalığa; -Samaya: Aha; Nailə:Mən buna zəng vurdum ki sən hardasan, dedi nədi dedim camaat pulunu istəyir, məni öldürürlər, dedi PP səni öldürürlər, mən onda bildim nə, ged özün cavab ver; -Samaya: -278000 verəndə sənin onda qızılın onda vanydı deyirsən; - Nailə: da, da; -Samaya: -çek bıla da; -Nailə: -Da-da, dali mı denqi, prinyalı zolota; -Samaya Vı vızyali; -Nailə:- Net ne vızyali; -Samaya: -On otnyos prodovat, pulu götürməmiş təzdən verdiz; -Nailə:- Da ştobu druqoy vıtaşit, da dobavili 70000;- məzmunda qarşılıqlı danışıqların olması müəyyən edilmişdir. (cild 6, iş vər. 157-158). “Kompakt diskə və sənədlərər baxış keçirilməsi haqqında” 02 aprel 2021-ci il tarixli protkoldan görünür ki, iş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim olunmaqla cinayət işinin materiallarına əlavə olunmuş 01.05.2020-ci il tarixdə qeydə alınmış bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə bir ədəd «AUD 20201124-VA0001» beş dəqiqə 55 saniyəlik səs yazısı olduğu müəyyən edilmişdir. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak etmiş Təqsirləndirilən şəxs1 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərməklə, həmin diskdə o cümlədən: - Aqil: -Alo, deyirəm nə oldu; -Xeyransa: -Alo, ay Aqil cavab vermir, arada da zəng edirəm zanit gedir, mən inanmıram, mənən danışar, sən onu yığmamısan?; -Aqil: -Yığmısam aşmır; -Xeyransa: -Ona görə zanitdir, mən arada yığıram zanitdi: -Aqil: -Xeyransa canın sağ olsun, götürmür-götürmür: -Aqil: -Xeyransa söz deyirəm sənən başqa söz deyirəm. Mənə qulaq as mənim pulumu Bulud alıb yeyə bilməz, nədə heç kim yeyə bilməz; -Xeyransa: -O , Buluda pul verməliydi ki, ondan pul götürüb gəlsin; - Aqil: -Gör nə deyirəm eşidirsən, Qurana əl basdı, Allah köməyi olsun, 3 saat var, çatdırar-çatdırar, çatdırmaz Xeyransa ailə üzvülərim ölsün mən yalan deyirəmsə səhər tezdən 9 tamamda mən idarənin qabağında olacam oldu; -Xeyransa: -o da, sən məni zəif bilmə; -Aqil: -Başa düşmədim sən apar mənim pulumu ye sonra de məni zəif bilmə; -Xeyransa: - Mənim polislərin yanında hörmətim var,; -Aqil: əşşi olsun da hörmətin, mən səni şantaj edirəm ki, Xeyransa yox ee sözümə qulaq məni səni şantaj edirəm ki, deyərəm pulumu ver də, qızılımı ver, mən şantaj eləmirəm ki, gəldiz əl tutdum, düz deyil ki, mənim pulumu istəyirəm də: -Xeyransa: Allah başından töksün; -Aqil: -pulumu istəyirəm də, mən səndən başqa şey istəmirəm də, sən deyirsən mənim arxam var, onda belə çıxır hammı-hammının pulunu alsın; -Xeyransa: -Ə o mənada demirəm, uşaqlara tapşırıram ki, heç olmazsa mənim arxamda durun tanış kimi; -Aqil: Banditizimdə işdiyənə dedin; -Xeyransa: -Onlar mənim ürəyimdi; -Xeyransa: Alo səni görmək istəyirəm ürəyim, dedim ki ürəyim qalmayıb, dostuma deyim ki, Təqsirləndirilən şəxs3 məni tutsalar bil, oda dedim probem deyil. Dedim ki, birdən səhər səs sorağım çıxmasa bilin ordayam. Aqil sən bilirsən mənim nə qədər borcum olsa da bir kişiyə əyilməmişəm. O da mənə kırışalıq eləmir.; -Aqil: -Prosta gəlib məndən pul al, indi gəlirəm, bu saat gəlirəm sən eşidirsən indi gəlirəm, bu saat gəlirəm, sabah gəlirəm, bu saat gəlirəm, o variantlar mənə keçmir.; - Xeyransa;- sən mənə demisən ki, sən mənə borc ver ay Aqil, indiyə demisən mənə borc ver, mən sənə demişəm Xeyransa, nə vaxt ehtiyac olsa, demişəm deməmişəm;- məzmunda qarşılıqlı danışıqların olması müəyyən edilmişdir. Baxış zamanı həmiçinin diskdə bir ədəd 02 may 2020-ci il tarixli «AUD 20201124-VA0001» beş dəqiqə 55 saniyəlik səs yazısı oldğu müəyyən edilmişdir. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak etmiş Təqsirləndirilən şəxs1 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərməklə, həmin diskdə o cümlədən: - Aqil: -Nətərsən Xeyransa, Nailə hanı, qızılı neynədiz, götürdüz, Bulud gəlibdi, bir yerdədi Buluddanan, yox mənim qızıllarımı gətirisiz deyirəm, mənə özünən danışmısan deyəndə də, özü deyib gətirib verəcəm, bəli o gün ofisdə demişəm, üç gün qızıl; -Xeyransa: -Özünən danışmısan, götürəcəm 4-cü gündə pulu götürəcəm, düzdümü, mənlik deyil; - Aqil: -Nə mənlik deyil, qızılı da sənə vermişəm, malı da sənə vermişəm; -Xeyransa: -Ay ürəy dedi ki; -Aqil: -Mən sənə deyirdim ki, mənim qızılımla malım hanı, sual verirəm sənə, gətir başa düşmədin sən, Nailə deyir mən özüm danışacam. Mən özüm malı sənə vermişəm, sənin məsuliyyətin yoxdur.; -Xeyransa: -Danışacam; - Aqil: -Danışacam yox Xeyransa, malı götürün gəlin bura, gözdüyürəm indi sizi, konser çıxarmayaq axşam-axşam; - Xeyransa: -yaxşı canım; - məzmunda qarşılıqlı danışıqların olması müəyyən edilmişdir. Baxış zamanı həmçinin diskdə bir ədəd 12 iyun 2020-ci il tarixli «AUD 20201124-VA0001» beş dəqiqə 55 saniyəlik səs yazısı oldğu müəyyən edilmişdtir. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak etmiş Təqsirləndirilən şəxs1 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlamı göstərməklə, həmin diskdə o cümlədən: - Xeyransa: -H Aqil; -Aqil: -Xeyransa hardasan, Nailə hanı; -Xeyransa: -Nailə, bilmirəm; -Aqil: -Mənim qızıllarım pullarım hanı; - Aqil: -Mən sənə yenə də deyirəm, bu gün iyunun 12-di, ağız mən onan bunan aqda camaat qızılın istəyir, gəldiz qızılları götürdüm verdim, qızıllarımı verin, gəldiz pul istədiz apardım qızıllarımı qoydum gətirdim pul verdim, 2 aydı 35000 dollar, yarım kilo da qızıl vermişəm, ondan bir ay qabaq yanm kq qızıl ondan 2 ay qabaq 45000 yaxın pul vermişəm hanı mənim pullarım; -Xeyransa: -Hər gün yeni tema, guya mən bilmirəm Aqil; -Aqil: - 35000 dolları bir günlük aldın, hanı mənim pullarım qızıllarım, Nətərki mənim pullarımı yediz elədə qusarsız; -Xeyransa: -Kim yedi pulları; Aqil:- Siz Aqil nədi aparıb Buluda verdiz mənim pullarımı, yox e aparıb Buluda verdiz mənim pullarımı, sual verirəm də aparıb Buluda verdiz, pulumu ha.;- Xeyransa:- Hə Aqil camaat iş görürsə; -Aqil; 2 ay yarımdı hanı mənim qızıllarım pullarım, bir günlük məndən qızıl və pul aldız, hanı mənim qızıllarım pullarım, sual verirəm hanı; -Xeyransa:- Mən də deyirəm gələcək; -Aqil: Mən də bilirəm, səni saxlatdıracam, iş açdıracam sənə, gəl yanıma, Xeyransa: Gəlsəm yanına saxlatdırıb qoyduracan içəri; -Xeyransa: Mən 40 yaşına qədər bir dəfə çepe eləməmişəm; -Aqil: -bir il mənim yanımda işlədin, Nailə ilə birləşdin eşidirsən, bütün pullarımı apandın Buluda verdiz, qulaq as, mən zəng edəcəm Buluda, gəl bura mənim pullarımı nətəhər gətirib veriblər sənə, mənim pullarım hardadı; -Xeyransa: -Aqil mən səninlə halal çörək kəsmişəm; -Aqil: -Mənim pullarım qızıllarım hanı ay qız, mənə papış tikmisən, bir günlük qızıl pul aldın, hardadı mənim qızılım pulum, bu gün 11-12-di hanı mənim pullarım: - Xeyransa: -Allaha and olsun ki, bu aralar bağlayacam; -məzmunda qarşılıqlı danışıqların olması müəyyən edilmişdir. Baxış zamanı həmçinin diskdə bir ədəd 28 may 2020-ci il tarixli «AUD 20201124-VA0001» beş dəqiqə 55 saniyəlik səs yazısı oldğu müəyyən edilmişdir. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak etmiş Təqsirləndirilən şəxs1 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərməklə, həmin diskdə o cümlədən: -Aqil: -Alo; -Xeyransa: -Hə Aqil%; - Aqil: -Hanı mənim pulum, pulum hanı Xeyrənsə, hamda, hanı pulum Xeyrənsə, qızıllarım pulum hanı-hanı, sənə 4-5 bundan əvvəl yarım kilo qızıl birdə 45000 manat yaxın pul vermişəm, 2 ay bundan qabaq karantin girən günüsü 35000 pulumu apardız, hanı pullarım, hanı malım, hamda hanı, az mən xəstəyəm ee xəstə, mənim ciyərlərimə su yığılıb, məni görəsən yıxılarsan, bunun cavabını kim verəcək, məni niyə bu gün saldız Siz; -Xeyransa: -Ay Aqil, sənə qurban olsun, sənin ciyərlərinə su salmışam; -Aqil:- Əsəbdən, nervidən qışqırmadan fikirdən hanı mənim pullarım, Xeyrənsə mənim pullanm, sual verirəm də hanı, bir günlük aparıdız də hanı mənim pullarım; - Xeyransa: -Düzdür; -Aqil: -Bilirəm düzdür də hanı, belə fırladırsız adamı; -Xeyransa: -Niyə fırladıram; -Aqil: -And olsun Allaha bunun axın pis olacaq; - Xeyransa: -Aqil il yardi məni tanıyırsan, bir yanınada işləmişəm, mən səni fırlatmamışam.; - Aqil: -Fırlatmaq nə deyirsən sən, fırlatmaq, ay insan, ay insan fırlatmaq nə deyirsən, Xeyrənsə fırlatmaq nə deyirsən aparıbsan-gətirmirsən, fırlatmaqa belə olur də, nətəhər olur, bir günlük aldınız pulu, malı, hanıda hanı, karantin qurtardı. Bayram qutardı, Nailə deyir ki, Buldu gedi bir, gedirəm puluvu gətirəm, Buludnan gəlirəm, getdi taksi çağırdı ham da pulumu apardız ki, aparaq verək Buluda pul gətirək, aparıb verək Elvinə pul gətirək, hanı mənim pullanm aparıb apardız verdiz Elvinə, hanı mənim pullanm, aparıb Buluda verdiz pulu, pulumu gətirin də, ay anam ay bacım gətirin, az karantin girəndən bəri 2 aydır, hanı mənim pullanm, bir günlük almısan, ham mənim pullarım, bu günləri mayın 28-dir, 2 aydır hanı Xyerənsə pulum, yarım kilo qızılım hanı, 45000 pulum hanı, 35000 dollar əlimlə saymışam, 2 ay bundan qabaq o hanı, hamda, hanı az camaat mənim malımı batırır, sizə 35000 manat, 15000 dollar verəndə, az qızılım aparız zaloq qoyduz səhf deyirəm.; -Xeyransa: -yox; -Aqil: -hanı da, hanı ay Xeyrənsə, bir günlük vermişdim, hanı mənim qızılım malım pulum, ay qız belə qurtarmayacaq axı; - Xeyransa: -Bilirəm; - Aqil: - Tutulmaq istəyirəsən Xeyrənsə; -Xeyransa: -Allah haqqı bilirəm ay Aqil; -Aqil: -Ağız 2 aydı, 4-6 aydı o birisi deyir, gündə deyirsiz həfətinin axırı, gələn həftənin əvvəli, hanı bə hamda hanı, mənə nəsə olsa cavab verməmiyyəsıniz, Məlahəti gözləyirəm sabah axaşam Məlahət burda olacaq. Canım ölsün əzizlərim ölsün, anam ölsün, bacım ölsün gedib şikayət eləmiyəcəm gedib oturacam banditizimdə faktnan sübtnan pulum istəyəcəm; -Xeyransa:- Düzdür; - Aqil: -Mən sizə faizə verməmişəm, yükləməmişəm, az verdiyimi ki, özünə, verdiyimi verin özümə də, bir günlük əlizi and içdi Qurana basdır, tövbə and imam, ham bax hanı; - Xeyransa: -düzdü, düzüdü düzdü; -Aqil: - Allaha qurana and içdiz, mən neyniyim, mənim yerimə sən ol, neyniyərsən deyin eliyim; -Xeyransa: -Nə deyirsən deyirəm düzdü də. Elə deyir ki, bu gün sabah, bu gün sabah Allah haqqı onda alacağı var gözləyir, xarabanı elə bir işləri dayanıb, elə deyir ki verəcək, zəng eliyir ki verəcyin, deyir sabah, bugün, bunun sabahı qurtarmır; -Aqil: -Xeyrənsə mən sənə vermişəm; -Xeyrənsa: -Onlar bizə deyir mən də sənə deyirəm, and olsun Allaha zəng eliyirlər bizə deyirlər 1 saat 2 saata gəl götür, buda sə deyir ki axşam gələcəm, alınmır qalır yalançı; -Aqil: -Xeyrənsə mənə sənə də heçnə demirəm, Məlahəti gözləyirəm sabah gəlsin, Allah sizi sevirsə sabaha qədər gətirin pulu verin, Allah sizi həqiqətən sevirsə, gətirin pulu verin sabaha qədər, Qurana and olusun, canım üçün sabah gedib oturacam banditizimdə, sübutnan faktanan, lazımda mənə ə ciyərimə su yığılıb; -Xeyransa: -Sənin ciyərləriən su yığlıb xəstəsən; -Aqil: -Bax da Xeyransa mən sənə sözümü dedim, nervidən yata bilmirəm; məzmunda qarşılıqlı danışıqların olması müəyyən edilmişdir. (cild 6, iş vər. 160-164). İş üzrə təyin edilmiş kompleks sənədlərin məhkəmə xətşünaslıq və məhkəmə texniki kriminalistik ekspertizasının 07 aprel 2021-ci il tarixli 5/259 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs2”-nin adına olan sənədin üzərindəki möhjür əksi relyef klişedən sənəd üzərinə bir başa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 adına olan sənədin üzərindəki “Azərbaycan Respublikası Təqsirləndirilən şəxs1 VÖEN **********” məzmunlu möhür əksi təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Ekspertizanın 02 aprel 2021-ci il tarixli 4/319 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, 12.07.2019-cu il tarixli məxaric qəbzindəki yazılar, “Məsul şəxs” qrafasındakı imza və 09.07.2019-cu il tarixli siyahıda olan “Təqsirləndirilən şəxs1İ”, “Təqsirləndirilən şəxs2R” və 07.07.19” yazıları- Şahid7 tərəfindən icra olunmuşdur. 1.2.Ekspertizaya təqdim olunmuş, 12.07.2019-cu il tarixli məxaric qəbzində “Vətəndaşın imzası” qrafasındakı imza və 09.07.2019-cu il tarixli siyahıda “2.Vətəndaş” qrafasındakı və “Qızılın çıxarışına etirazım yoxdur” yazıları önündəki imza-X19 tərəfindən icra olunmuşdur. 1.3.Ekspertizaya təqdim olunmuş, 09.07.2019-cu il tarixli siyahıda “1. Məsul şəxs” qrafasındakı imza- Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. (cild 3, iş vər. 200-202, cild 6, iş vər. 236- 239). “Kompakt diskə və sənədlərər baxış keçriilməsi haqqında” 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə istintaq zamanı Aqill Şamilov tərəfindən istintaqa təqdim olunmaqla cinayət işinin materiallarına əlavə olunmuş dörd CD diskə baxış keçirilmişdir. Baxış zamanı videogörüntüdə olan səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak etmiş Təqsirləndirilən şəxs1 səsi qeydə alınmış şəxsi tanımaqla, 02 yanvar 2020-ci il tarixli videogörüntüyə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs3 Aqill Şamilovun işlədiyi lombarda keçmədən, avtomobilin salonunda Sərxanın 20000 manat pulu Xeyransaya verməsi və həmin vaxtı Təqsirləndirilən şəxs2 avtomobildə sərnişin tərəfdə öndə olması, lakin çəkiliş zamanı pulun Təqsirləndirilən şəxs3 verilməsi kameranın müşahidə dairəsinə düşməsi və həmin 20000 manatın bir ədəd 100 manatlıq və bir ədəd 10 manatlıq olmaqla yerdə qalan pulun 100 ABŞ dolları əskinazlarda olmaqla arxa salonda oturacaq üzərində olması və həmin pulu verməsi və həmin pulun alınmasını Təqsirləndirilən şəxs3 təsdiq etməklə 20000 manat almasını və həmin pulun qarşılığında səhər 250 qram qızılı gətirməsini və səhərdə Sərxanın onlara 6000 manat pulu verməsi və həmin pulun qarşılığında nə qədər qızıl verməsini dəqiqləşdirmək üçün X6 Xanmçəmmədovaya ünvanlanması və Nailənin həmin «summaya» uyğun məbləğdə qızılı verəcəklərinə dair öhdəlik götürmələri aydın əks olunduğu müəyyən olunmuşdur. 04 yanvar 2020-ci il tarixli videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Sərxan masa arxasında əyləşmiş Təqsirləndirilən şəxs3 həmin tarixi soruşur və Xeyransa 04 yanvar 2020-ci il tarix olmasını göstərməklə ondan 10000 manat pul almasını təsdiq edir və bu zaman Aqil kənardan Xeyransaya səslənir və pulu nə üçün almasını deməsini deyir və Xeyrasa həmin pulun əvəzində qızıl verəcəkəri və o bir qədərdə dəqiqləşdirmək üçün həmçinin problemləri həll etməklə yəni bundan öncə Nailə tərəfindən ondan götürülmüş qızılı və pulu diriltməklə ona gətirməsi üçün həmin pulu götürməsini bildirmiş və Xeyransa həmin halları tam olaraq təsdiq etməklə pulu sayıb və 58 ədəd 100-lük ABŞ dolları və 2 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq olmasını təsdiq etməklə 10000 manatı götürmüşdür. 09 yanvar 2020-ci il tarixli videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, eni ilə Aqilin iştirakı ilə lombardda olan ofisində 84000 ABŞ dolları və 5700 manat və 399 qram qızıl onun tərəfindən Xeyransaya verilir və həmin vaxtı lombardda masanın digər tərəfindən Nailə oturmaqla həmin pulu götürməsini və 8400 ABŞ dollarının kursu Aqil tərəfindən hesablanmaqla onlar verilir və qızıl 15000 manat olaraq hesablanır. Xeyransa və Nailə səhər 399 qram qızıl gətirəcəklərini və həmçinin puluda səhəri günün digər lombard qoymaqla qızıllarını gətirəcəklərini bildirir. Nailə isə əlavə olaraq pulunu bir qədər yubanmaqla axşam saat 09 fadələrinə kimi gətirəcəklərini bildirir.25 yanvar 2020-ci il tarixli videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, eyni ilə Aqilin lombarda olan ofisidə olan zaman Xeyransa masa önündə olmaqla Aqildən pulu götürüb 15.000 manat 100-lük əskinazları sayıb eyni üsulla qəbul edir. (cild 7, iş vər. 10). İş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs2 arasında baş tutmuş danışığa dair bir ədəd CD diskdə videoyazıda montaj əlamətlərinin olub-olmamasını müəyyən etməkdən ötrü iş üzrə audio və videoyazıların məhkəmə ekspertizası təyin olunaraq rəy alınmışdır. Bununla bağlı ekspertizanın 02 aprel 2021-ci il tarixli 4/294-4/295 saylı rəyində göstərilmişdir ki, ekspertizanın təqdim olunmuş bir ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli videofonoqramdakı danışıq hissələrində məntiqi rabitənin pozulması, obyektlər arası məsafələrin situasiya ilə əlaqəli olmayan kəskin yerdəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş bir ədəd üzü ağ rəngli CD diskdə olan mübahisəli videofonoqramdakı danışıqlar təqdim olunmuş baxış protokola uyğundur. Ekspertizaya təqdim olunmuş üzü ağ rəngli CD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqlarda iştirak edən Q1 diktorunun danışıq materiallarında əsas tonda kəskin dəyişiklik və emosional psixoloji vəziyyətində nisbi ektremallıq aşkar olunmadı. (cild 6, iş vər. 39-41, cild 7, iş vər. 12-16). İş üzrə təyin edilmiş kompleks sənədlərin məhkəmə xətşünaslıq və məhkəmə texniki kriminalistik ekspertizasının 07 aprel 2021-ci il tarixli 5/259 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs2”-nin adına olan sənədin üzərindəki möhjür əksi relyef klişedən sənəd üzərinə bir başa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 adına olan sənədin üzərindəki “Azərbaycan Respublikası Təqsirləndirilən şəxs1 VÖEN **********” məzmunlu möhür əksi təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Ekspertizanın 02 aprel 2021-ci il tarixli 4/319 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, 12.07.2019-cu il tarixli məxaric qəbzindəki yazılar, “Məsul şəxs” qrafasındakı imza və 09.07.2019-cu il tarixli siyahıda olan “Təqsirləndirilən şəxs1İ”, “Təqsirləndirilən şəxs2R” və 07.07.19” yazıları- Şahid7 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim olunmuş, 12.07.2019-cu il tarixli məxaric qəbzində “Vətəndaşın imzası” qrafasındakı imza və 09.07.2019-cu il tarixli siyahıda “2. Vətəndaş” qrafasındakı və “Qızılın çıxarışına etirazım yoxdur” yazıları önündəki imza- X19 tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim olunmuş, 09.07.2019-cu il tarixli siyahıda “1.Məsul şəxs” qrafasındakı imza- Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. (cild 3, iş vər. 200-202, cild 6, iş vər. 35-38, 234- 239). “Cinayət işi üzrə zərəçəkmiş şəxsin prosessual vəziyyətinə xitam verilməsi haqqında” 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs qismində prosessual vəziyyətinə xitam verilmiş və iş üzrə digər xüsusatlar araşdırılmaqla cinayət işində yekun hüquqi qiymət verilməsi qərara alınmışdır. (cild 7, iş vər. 59- 63). “Şübhəli şəxsin tutulması haqqında” 21 may 2021-ci il tarixli protkoldan görünür ki, X36 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qimsində 21 may 2021-ci il tarixdə saat 18:10 da müdafiəçinin iştirakı ilə tutulmuşdur. (cidl 7, iş vər. 186). “İttiham elan edilməsi haqqında” 22 may 2021-ci il tarixli qərardan görünü rki, Şahid3 təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona CM-nin 178.3.2 və 182.3.2-ci maddələri ilə ittiham elan edilmişdir. (cild 7, iş vər. 212-213). Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-209/2021 saylı 22 may 2021-ci il tarixli qərarından görünü rki, Şahid3 barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. (cidl 7, iş vər. 238- 245). Kompkat diskə və sənədlərə baxış keçirilməsi haqqında” 27 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, BPİ-nin Ağır Cinayətlərin İstintaqı şöbəsinin müstəntiqi Raciv Almazov tərəfindən həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs6 tərəfindən istintaqa təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı CD diskdə səs yazısına aparılan dinləmə zamanı iştirak edən Zərərçəkmiş şəxs6 səsi qeydə alınmış şəxsi tanıdığını və özü tərəfindən qeydə alındığını göstərdiyi üçün bu barədə protokolda qeydiyyat aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs6 tərəfindən ondan alınmış olan pulların qarşılığında verilməli olan qızılın və ya pulların qaytarılması üçün X16 zəng edilmiş və Zərərçəkmiş şəxs6 tərəfindən Elçindən harda olması və nə etməsi xəbər almış, Elçin tərəfindən hüzürdə olması küçələrdə sülənməsi kimi cavab verildikdən sonra Tural tərəfindən ona küçədə sülənən vaxtı olmasını bildirildiyi və Elçin Turala “qağa mən səninlə danışdım, pulu sənə verim və mən səni tanıyıram və pulu sənə verən zaman dedim ki, mən pulumu və qızlımı səndən alacam deyərək düzdürmü”, Elçin isə pulun onda olması və ona vaxt verilməsini və problem olmadığnı, onun pulunu verəcəyini dediyi, Elçin tərəfindən pulun Nailədə olması və ya başqa hər hansı şəxsdə olması barədə hər hansı ifadə səslənmədiyi müəyyən edilmişdir. (cild 7, iş vər. 248). İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 10 iyun 2021-ci il tarixli 4/422 nömrəli rəyində göstərilmişdir ki, 1). Ekspertizaya təqdim edilmiş, 20 mart 2019-cu il tarixli 000086 nömrəli girov biletindəki yazılar- Şahid7 tərəfindən icra olunmuşdur. 2) Ekspertizaya təqdim edilmiş, 20.03.2019-cu il tarixli 000086 nömrəli girov biletində “Girovverən” qrafasında imza, 24.03.2019-cu il tarixli 000086 nömrəli girov biletində “Girovverən” qrafasında imza- eyni şəxs -Zərərçəkmiş şəxs8 Mamay qızı tərəfindən icra olunmuşdur. 3). Ekspertizaya təqdim edilmiş, 20.03.2019-cu il tarixli 000086 nömrəli, 28.02.2019-cu il tarixli 000087 nömrəli, 27.03.2019-cu il tarixli 000086 nömrəli girov biletindəki yazılar- eyni şəxs tərəfindən icra olunmuşdur. 4). Ekspertizaya təqdim edilmiş, 28.02.2019-cu il tarixli 000087 nömrəli girov biletində “Girovverən” qrafasında imza, 27.03.2019-cu il tarixli 000086 nömrəli girov biletində “Girovverən” qrafasında imza- eyni şəxs tərəfindən icra olunmuşdur. (cild 6, iş vər. 8-18,19-34, 205-229, cild 7, iş vər. 4-10). İş üzrə təyin edilməklə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 10 iyun 2021-ci il tarixli 4/422 nömrəli rəyinə əsasən; 1) Ekspertizaya təqdim edilmiş, 20 mart 2019-cu il tarixli 000086 nömrəli girov biletindəki yazılar- Şahid7 tərəfindən icra olunmuşdur. 2) Ekspertizaya təqdim edilmiş, 20.03.2019-cu il tarixli 000086 nömrəli girov biletində “Girovverən” qrafasında imza, 24.03.2019-cu il tarixli 000086 nömrəli girov biletində “Girovverən” qrafasında imza- kyni şəxs-Zərərçəkmiş şəxs8 Mamay qızı tərəfindən icra olunmuşdur. 3) Ekspertizaya təqdim edilmiş, 20.03.2019-cu il tarixli 000086 nömrəli, 28.02.2019-cu il tarixli 000087 nömrəli, 27.03.2019-cu il tarixli 000086 nömrəli girov biletindəki yazılar- eyni şxs tərəfindən icra olunmuşdur. 4) Ekspertizaya təqdim edilmiş, 28.02.2019-cu il tarixli 000087 nömrəli girov biletində “Girovverən” qrafasında imza, 27.03.2019-cu il tarixli 000086 nömrəli girov biletində “Girovverən” qrafasında imza- eyni şəxs tərəfindən icra olunmuşdur. (cild 8, iş vər. 6-10). Azərbaycan Respublikası DİN BƏSİİ 10.07.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icrataına xitam verilmişdir. (cild 8, iş vər. 28). Azərbaycan Respublikası DİN BƏSİİ 09.07.2021 tarixli tələbnamə arayışlarından görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (cild 8, iş vər. 30- 35). «Sübutların qiymətləndirilməsi, müxtəlif xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında» 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Təqsirləndirilən şəxs1 qarşı dələduzluq etmələri epizodu üzrə ittihamın çıxarılması, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 180.2.4 və 181-ci maddələri ilə cinayət təqibinin rədd olunması, Təqsirləndirilən şəxs1 ona istinad edilən həmin cinayət əməlinin törədilməsinə aidiyyəti olmadığı üçün barəsində Zərərçəkmiş şəxs9 məxsus 198000 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə ittiham rədd olunması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 istintaqa təqdim etdikləri dörd ədəd girov biletinin əsilləri, Zərərçəkmiş şəxs1 təqdim etdiyi Whatsapp səs yazılarına dair 4 ədəd CD disk, Zərərçəkmiş şəxs9 təqdim etdiyi videogörüntüyə dair bir ədəd DVD disk, Zərərçəkmiş şəxs6 təqdim etdiyi səs yazılarına dair bir ədəd CD disk və bir ədəd qızılların siyahısı, Zərərçəkmiş şəxs11 təqdim etdiyi videogörüntüyə dair bir ədəd DVD disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qızılların siyahısı və məxaric qəbzi Azərbaycan Respublikası CPM-nin 135-ci maddəsinə əsasən sənəd kimi sübut hesab edilməsi, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə cinayət təqibi rədd olunmalıdır,cinayət işi materiallarından X36, Şahid7, X20 barələrində, həmçinin Təqsirləndirilən şəxs1 qarşı dələduzluq edilməsi epizodu üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası CM-in 178.3.2 və 182.3.2-ci maddələri ilə ayırca cinayət işi icraata ayırılması, ayrılacaq cinayət işində Şahid7, X20, Təqsirləndirilən şəxs1 qarşı dələduzluq edilməsi epizodu üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinə, Təqsirləndirilən şəxs1 qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması və digər xüsusatlara hüquqi qiymət verilməsi qərara alınmışdır. (cild 8, iş vər. 36-140). “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi materiallarından X36, Şahid7, X20 barələrində, həmçinin, Təqsirləndirilən şəxs1 qarşı dələduzluq edilməsi epizodu üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 182.3.2-ci maddələri ilə ********* saylı ayrıca cinayət işi icraat ayrılması və icraata qəbul edilməsi qərara alınmışdır. (cild 8, iş vər. 141-143). İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 23 iyun 2021-ci il tarixli 1329 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinə təsiri altına düşmür və onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 7, iş vər. 168-171). “Yeniden ittiham elan edilməsi haqqında” 23 iyun 021-ci il traixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 İslma oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (cild 8, iş vər. 178-182). “Yenidən ittiham elan edilməsi haqqında” 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (cild 8, iş vər. 197-202). Həmin iş üzrə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində onlara cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində maddi ziyan vurulduğu, onlara vurulmuş maddi ziyanın ödənilmədiyini və bununla bağlı 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində maddi ziyanın, həmçinin dövlət rüsumu kimi ödədikləri 30 (otuz) manat pulun iş üzrə Təqsirləndirilən şəxs2 onların xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşlər. İş üzrə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində ona 195000 (yüz doxsan beş min) manat, habelə ona məxsus qızıl-zinyət əşyaları ilə bağlı ona 100000 (yüz min) manat dəyəri olmaqla, cəmi 295000 (iki yüz doxsan beş min) manat maddi ziyan və həmçinin 100000 (yüz min) manat mənəvi ziyan, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşdür. Həmçinin iş üzrə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində ona cəmi 133500 (yüz otuz üç min beş yüz) manat məbləğində maddi ziyan vurulduğu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə əməlləri nəticəsində ona 194500 (yüz doxsan dörd min beş yüz) manat məbləğində maddi ziyan vurulduğu, ona vurulmuş maddi ziyanın ödənilmədiyi və bununla bağlı həmin məbləğdə maddi ziyanın, hər cavabdehdən 20000 manat mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşdür. İş materiallarına əlavə edilməklə iş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli notarial təsdiqli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilməklə iş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli notarial təsdiqli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilməklə iş üzrə Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli notarial təsdiqli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs1lə barışmışdır və ona qarşı tələbi və şikayəti yoxdur. İş materiallarına əlavə edilməklə iş üzrə zərərçəkmiş şəxs X48 tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. O, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və mülki iddiası yoxdur. İş materiallarına əlavə edilməklə iş üzrə Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli notarial təsdiqli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs1 qarşı tələbi və heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilməklə iş üzrə zərərçəkmiş şəxs X35 tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli notarial təsdiqli və məhkəməyə təqdim olunmuş 29 oktyabr 2021-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs1, Nailə Xanmmədova və Təqsirləndirilən şəxs3 qarşı tələbi və şikayəti yoxdur. Onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş edir. İş materiallarına əlavə edilməklə iş üzrə Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli notarial təsdiqli ərizədən və 29 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs1 qarşı tələbi və heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilməklə iş üzrə Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, onlara azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli notarial təsdiqli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs1 qarşı tələbi və heç bir şikayəti yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslərin yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmədiyinə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 isə qismən təqsirli bilmələrinə baxmayaraq məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin hadisələrin baş vermə yeri, vaxtı, şəraiti və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qşarşılıqlı ziddiyətli qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş yuxarıda qeyd sənəd və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 iş üzrə keçən zərərçəkmiş şəxslərdən hər-hansı birin aldatmaq niyyəti olmadığı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla bağlı zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmədiyi, aldatma və etibardan sui-istifadə etmə yolu ilə onlardan hər-hansı bir məbləğdə pul almadığı, Təqsirləndirilən şəxs2 ilə birgə törətdiyi ona istinad edilən epizodlar üzrə bu kimi zərərçəkmiş şəxslərdən pulları Təqsirləndirilən şəxs2 aldığını, sonuncunun ona həmin pullardan heç bir məbləği vermədiyi, Təqsirləndirilən şəxs2 ilə aralarında qızıl alış veriş olduğu barədə, həmçinin Təqsirləndirilən şəxs3 iş üzrə təqsirləndirliən şəxs Təqsirləndirilən şəxs2 ilə hzər-hansı bir cinayət əlaqəsinə girmədiyi, şəxsən hər hansı məbləğdə pul almadığı barədə hissədə olan məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onların bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onlarınq yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, yuxarıda qeyd edilməklə həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış obyektiv sübutların məcmusu üzrə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli 07 saylı qərarının 1-3 və 6-cı bəndlərinin müddəalarına əsasən CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirlədirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olur. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, müvafiq olaraq onların yuxarıda qeyd edilən şəraitdə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməklə törətmiş olduqları əməllərində cinayət tərkibi vardır, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin cinayət əməlini törətməkdə təqsirli bilinərək Qanunvericiliyin tələbləri nəzərə alınmaqla onlara müvafiq qaydada cəza təyin edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs, mülki iddiaçılar Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində onlara cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində maddi ziyan vurulduğu, ona vurulmuş maddi ziyanın ödənilmədiyini və bununla bağlı 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində maddi ziyanın, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun iş üzrə Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşlər. Həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı müvafiq epizod üzrə iş üzrə Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində maddi ziyan vurulduğu və onlara vurulmuş maddi ziyanın ödənilmədiyi müəyyən edilmişdir. Odur ki, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 irəli sürmüş olduqları iddia tələbləri tam təmin olunaraq iş üzrə Təqsirləndirilən şəxs2 həmin şəxslərə vurulmuş maddi ziyan olmaqla cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaiti iş üzrə Təqsirləndirilən şəxs2 onların xeyrinə tutulmaldır. Həmçinin iş üzrə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində ona 195000 (yüz doxsan beş min) manat, habelə qızılzinyət əşyaları, onlar olmadıqda onların 100000 (yüz min) manat dəyəri, cəmi 295000 (iki yüz doxsan beş min) manat maddi ziyan və həmçinin 100000 (yüz min) manat mənəvi ziyan, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində maddi ziyan vurulduğu, ona vurulmuş maddi ziyanın ödənilmədiyini və bununla bağlı cəmi 295000 (iki yüz doxsan beş min) manat maddi ziyan və həmçinin 100000 (yüz min) manat mənəvi ziyanın, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşdür. Həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı müvafiq epizod üzrə iş üzrə Təqsirləndirilən şəxs2 öz növbəsində Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, yuxarıda qeyd edilən şəraitdə 2016-cı ilin mart ayından 2019-cu ilin mart ayının ortalarına qədər olan müddət ərzində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs9 cəmi 198000 (bir yüz doxsan min) manat məbləğində pulunu ələ keçirərək, ona həmin məbləğdə maddi ziyan vurduğu müəyyən edilmişdir. Bununla yanaşı, iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı həmin epizod üzrə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs9 qarşı törətmiş olduğu həmin cinayət əməli ilə bağlı iş üzrə digər Təqsirləndirilən şəxs1 heç bir iştirakı olduğu müəyyən edilməmiş və yuxarıda qeyd edildiyi kimi, iş üzrə ibtidai istintaq zamanı müvafiq qərara əsasən Təqsirləndirilən şəxs1 həmin cinayət əməlinin törədilməsinə aidiyyəti olmadığı müəyyən edilldiyi üçün sonuncunun barəsində Zərərçəkmiş şəxs9 məxsus 198000 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə ittihamın rədd olunması qərara alınmışdır. Bununla yanaşı, iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı yuxarıda qeyd edilən müvafiq epizod üzrə Təqsirləndirilən şəxs2 təkrarən, digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2019cu ilin mart ayının sonlarından 2019-cu ilin aprel ayının əvvələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək sonuncuya məxsus cəmi 100000 (bir yüz min) manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirmiş olduqları və Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurulduğu və həmçinin Zərərçəkmiş şəxs9 tərəfindən irəli sürdüyü iddia tələbi ilə bağlı dövlət rüsumu kimi 30 (otuz) manat pulun ödənildiyi müəyyən edilmiş və bununla yanaşı qeyd edilən cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs9 mənəvi ziyan vurulduğu öz təsdiqini tapmamışdır. Lakin, bununla yanaşı iş üzrə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı X27 müvafiq ərizə ilə məhkəmə müraciət edərək, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərərin tam şəkildə ödənildiyini, onlara qarşı heç tələbi və şikayəti olmadığını, həmçinin həmin şəxslərə qarşı irəli sürmüş olduğu iddai tələbindən imtina etdiyini bildirmişdir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində ona 133500 (yüz otuz üç min beş yüz) manat məbləğində maddi ziyan vurulduğu, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə törətdikləri yuxarıda qeyd edilən cinayət əməlləri nəticəsində isə ona 194500 (yüz doxsan dörd min beş yüz) manat məbləğində maddi ziyan vurulduğunu, ona vurulmuş maddi ziyanın ödənilmədiyi və bununla bağlı həmin məbləğdə maddi ziyanın, hər cavabdehdən 20000 manat mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun xeyrinə tutulması barədə iddia tələbi irəli sürmüşdür. Həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı o cümlədən müvafiq epizodlar üzrə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 133500 (yüz otuz üç min beş yüz) manat məbləğində maddi ziyan vurulduğu, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə törətmiş olduqları yuxarıda qeyd edilən cinayət əməlləri nəticəsində isə Zərərçəkmiş şəxs1 194500 (yüz doxsan dörd min beş yüz) manat məbləğində maddi ziyan vurulduğu, sonuncunun irəli sürmüş olduğu iddia tələbi ilə bağlı 30 (otuz) manat məbləğində pulun dövlət rüsumu kimi ödədiyi müəyyən edilmiş, lakin qeyd edilən cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 mənəvi ziyan vurulduğu öz təsdiqini tapmamışdır. Lakin, bununla yanaşı, iş üzrə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 müvafiq ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş zərər tam şəkildə ödənildiyini, onlara qarşı heç tələbi və şikayəti olmadığını və həmin şəxslərə qarşı irəli sürmüş olduğu iddai tələbindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 89.1 və 89.3-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. Azərbaycan Respublikası CPM-nin 179.2 və 179.3-cü maddələrinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 186.1 və 186.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Təhqiqatçı, müçtəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası CPM-nin 354.1, 354.1.1, 354.1.2 və 354.1.3-cü maddələrinin müddəalarına əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: Zərərçəkmiş şəxs1 və X15 iş üzrə onlara vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini bildirmələri və məhkəmə baxışı zamanı verdikləri iddia tələbindən imtina etmələri qəbul olunmalı, Zərərçəkmiş şəxs1 və X15 hazırkı iş üzrə mülki iddiaçı qismində iştirakları və həmin iş üzrə mülki iddiaları üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edildiyi kimi iş üzrə zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 müvafiq ərizələrlərlə məhkəməyə müraciət edərək, müvafiq epizodlar üzrə onlara ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini bildirərək, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, həmçinin Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər və odur ki, həmin zərərçəkmiş şəxslərin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələblərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs2 təkrarən öz tanışı olmaqla istintaq zamanı şəxsiyyəti müəyyən edilməklə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 182.3.2-ci maddələri ilə cinayət işi ayrılmış digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək 2018-ci ilin avqust ayından 2019-cu ilin yanvar ayının əvvəllərindək olan müddət ərzində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs6 cəmi 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş olduqları öz təsdiqini tapmışdır. Lakin, hazırki iş üzrə ibtidai istintaq və həmçinin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs6 iş üzrə Təqsirləndirilən şəxs2 qarşı heç bir iddia tələbi irəli sürməmiş, məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs2 qarşı heç bir iddia tələbi və şikayətinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs6 iş üzrə Təqsirləndirilən şəxs2 qarşı heç bir iddia tələbi irəli sürməmiş, məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs2 qarşı heç bir iddia tələbi və şikayətinin olmamasını bildirmişdir. Odur ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs6 iş üzrə Təqsirləndirilən şəxs2 qarşı heç bir iddia tələbi və şikayətinin olmadığı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əssən məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın könüllü olaraq onun tərəfindən tamamilə ödənildiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əssən məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın könüllü olaraq onun tərəfindən qismən ödənildiyini, zərərçəkmiş şəxslərin bir qisminin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində yaşlı anasının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əssən məhkəmə təqsirləndirilən şəxs X2 əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tam olaraq ödəməsini, zərərçəkmiş şəxs Bulud Quliyevin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə Qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qəraralarının tələblərini nəzərə alaraq, iş üzrə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halların məcmusunu, onların törətmiş olduğu cinayətin xarakterini, onların şəxsiyyətlərini, cinayət nəticəsində vurulmuş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən tam olaraq, Təqsirləndirilən şəxs2 tərəfindən isə qismən ödənilmiş olmasını, onların ailə vəziyyətini nəzərə alaraq, barələrində təqsirli bilindikləri cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmalarını mümkün sayaraq, onların barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslər öz davranışları ilə islah olunmalarını sübut etməlidirlər. Sınaq müddəti başa çatanadək onların davranışları üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, və Təqsirləndirilən şəxs3 davranışlarına nəzarət daimi yaşayış yerləri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslər barəsidə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və onlar məhkəmə iclası zalında həbsdən azad edilməlidirlər. Maddi sübutlar: İş üzrə Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 istintaqa təqdim etdikləri dörd ədəd girov biletinin əsilləri, Zərərçəkmiş şəxs9 istintaqa təqdim etdiyi videogörüntüyə dair bir ədəd DVD disk, Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi səs yazılarına dair bir ədəd CD disk və bir ədəd qızılların siyahısı, Zərərçəkmiş şəxs11 istintaqa təqdim etdiyi videogörüntüyə dair bir ədəd DVD disk, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Whatsapp səs yazılarına dair dörd ədəd CD disk, Zərərçəkmiş şəxs2 istintaqa təqdim təqdim etdiyi qızılların siyahısı və məxaric qəbzi iş üzrə əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq iş materiallarında saxlanılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 575 (beş yüz yetmiş beş) manat 52 (əlli iki) qəpik iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs2 təyin olunmuş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs3 təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs3 davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə ekspertiza xərcləri cəmi 575 (beş yüz yetmiş beş) manat 52 (əlli iki) qəpik iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlətin xeyrinə tutulsun. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 irəli sürmüş olduqları iddia tələbləri tam təmin olunaraq, Təqsirləndirilən şəxs2 həmin şəxslərə vurulmuş maddi ziyan olmaqla cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iş üzrə Təqsirləndirilən şəxs2 onların xeyrinə tutulsun. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 hazırkı iş üzrə mülki iddiaçı qismində iştirakları və həmin iş üzrə mülki iddiaları üzrə icraata xitam verilsin. İş üzrə zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 hazırki cinayət işi üzrə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələblərinin olmadığı nəzərə alınsın. Maddi sübutlar: İş üzrə Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 istintaqa təqdim etdikləri dörd ədəd girov biletinin əsilləri, Zərərçəkmiş şəxs9 istintaqa təqdim etdiyi videogörüntüyə dair bir ədəd DVD disk, Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi səs yazılarına dair bir ədəd CD disk və bir ədəd qızılların siyahısı, Zərərçəkmiş şəxs11 istintaqa təqdim etdiyi videogörüntüyə dair bir ədəd DVD disk, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Whatsapp səs yazılarına dair dörd ədəd CD disk, Zərərçəkmiş şəxs2 istintaqa təqdim təqdim etdiyi qızılların siyahısı və məxaric qəbzi iş üzrə əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq iş materiallarında saxlanılsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar