Məhkəmə qərarları › İş №1(101)-1413/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1413/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1413/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 və X1 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində anası Şahid ilə birlikdə icarə əsasında işlətdikləri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa maqistral yolun kənarında faəliyyət göstərən “Qarabağ” adlı kafedə qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs anası S.B.Əlizadə ilə mübahisə edərək, onun üzərinə hücum edib, ünvanına nalayiq ifadələr işlətməklə, münaqişə yaratmasını görüb, sonuncunun qeyri-etik hərəkətlərindən əsəbləşərək, üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs bel nahiyyəsindən qəsdən bir dəfə vurub, ona sol böyrəyin zədələnməsi ilə müşayiət olunan sol bel nahiyyəsinin daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2020-ci il tarixdən 2023-cü ilin fevral ayına qədər qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar və bu münasibətdən bir qız övladları olmuşdur. O, Romanla ayrılmasına baxmayaraq sonuncu onu və anası Səidəni mütəmadi olaraq narahat etmiş, rahat yaşamağa qoymamışdır. Anası Səidə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən “Qarabağ” adlı kafeni icarə əsasında işlədir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində həmin kafedə olan zaman Roman sərxoş vəziyyətdə kafeyə gələrək anası Səidənin üzərinə hücum edib əlində bıcaqla ünvanına nalayiq ifadələr işlətmiş, o da əsəbləşib üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bel nahiyyəsinə bir dəfə zərbə endirmiş, sonuncu isə onun da üzərinə hücum etmək istəmiş, lakin bədənindən qan axdığını görüb həmin yerdən qaçaraq çıxıb getmişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs hadisə vaxtı onun üzərinə hücum etsə də, ona heç bir xəsarət yetirməmiş, onlar arasında olan mübahisə və Zərərçəkmiş şəxs xəsarət yetirməsi təxminən 1-2 dəqiqə ərzində davam etmiş, hadisə vaxtı kafedə o, Zərərçəkmiş şəxs və anası Səidədən başqa heç kəs olmamışdır. Bundan əlavə bildirmişdir ki, o, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı konkret olaraq haradan əldə etməsini xatırlamır, amma həmişə üzərində saxlayır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq dövründə bütün sənəd və izahatları tanış olduqdan sonra imzalamışdır, həmçinin zərərçəkmiş şəxsin əlində bıçaq olmasını da bildirmiş, zərərçəkmiş şəxsi o, kafenin qapısından bayırda olanda bıcaqlamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, könüllü əməlini etiraf etməsi, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurmuş ziyanın tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2020-ci il tarixdən 2023-cü ilin fevral ayına kimi qeyri-rəsmi ər-arvad münasibətində yaşamış və bir qız övladları var, münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir ədavətləri olmamışdır. Mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə Aygün ondan ayrılmış, o, övladını görmək istəmiş, lakin Aygün qızını ona göstərməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Aygünün anası Səidə ilə söhbət etmək üçün sonunucunun işlətdiyi Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qarabağ” adlı kafeyə getmiş, həmin vaxt az miqdarda spirtli içki qəbul etmiş və Səidə ilə söhbət zamanı uca səslə qızı Aygünün azyaşlı övladını ona göstərməməkdə düzgün etmədiyini bildirmişdir. Bu zaman kafedə səs-küy qalxmış və Səidə onu kafedən kənara çıxartmışdır. Bu zaman bədəninin arxa sol hissəsindən zərbə hiss etmiş, dönüb arxasına baxanda Aygünün əlində bıçaq olduğunu görmüş, onu bıçaqladığını başa düşmüş və cibində olan bıcaqı çıxararaq özünü müdafiə edərək oradab uzaqlaşmışdır. Sonra əlini belinə vurub baxanda qan axdığını görmüş, həmin kafedən çıxıb markası və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşib birbaşa Sabunçu Rayon Xəstəxanasına getmişdir. Yolda olan zaman taksi sürücüsünə baş vermiş hadisə barədə heç bir söz deməmişdir. O, həmçinin bildirmişdir ki, mübahisə zamanı Səidə və Aygünə heç bir xəsarət yetirməmiş, mübahisə və xəsarət alması birlikdə təxminən 1-2 dəqiqə davam etmiş, hadisə vaxtı kafedə və kafedən kənarda o, Səidə və Aygündən başqa heç kəs olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq dövründə bütün sənəd və izahatları tanış olduqdan sonra imzalamışdır, həmçinin o, kafeyə daxil olarkən əlində bıçaq olmamış, bıçağı o, Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirdikdən sonra sonuncu tərəfindən təkrar xəsarət yetirməməsi üçün özünü müdafiə etmək məqsədilə çıxartmış və bundan sonra oradan dərhal üzaqlaşmış, sonuncu onu kafenin qapısından kənarda olanda bıcaqlamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət, tələbi yoxdur və onun bağışlanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəxəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun kənarında yerləşən “Qarabağ” adlı kafeni icarə müqaviləsi əsasında işlədir. Belə ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 23 radələrində qızı Aygünün qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs işlədikləri kafeyə gəlmiş və gələn kimi onun üstünə gedərək uca səslə nalayiq söyüşlərlə onu söyüb təhqir etmiş, bunu görən qızı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu vuracağından ehtiyat edərək əlində olan bıçaqla Romanın bel nahiyyəsindən bir dəfə zərbə endirmiş, bundan sonra o, bədənindən qan axdığını görüb həmin yerdən qaçaraq çıxıb getmişdir. Bundan başqa, o bildirmişdir ki, mübahisə və Zərərçəkmiş şəxs xəsarət alması birlikdə təxminən 1-2 dəqiqə müddətində davam etmiş, hadisə vaxtı kafedə o, Zərərçəkmiş şəxs və qızı Aygündən başqa heç kəs olmamışdır. Məhkəmə iclasında S.B.Əlizadə verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq dövründə bütün sənəd və izahatları tanış olduqdan sonra imzalamış, həmçinin təqsirləndirilən şəxs kafeyə daxil olarkən əlində bıçaq olmuş, qızı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kafenin qapısından kənarda olanda bıcaqlamışdır. Cinayət işinin 34-35-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 72-75-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən vəsatət təmin edilməmiş, buna görə də eyni tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü gələrək bildirmişdir ki, istintaqın çağırılmasından xəbərsiz olmuşdur, bu barədə xəbəri olan kimi istintaq orqanına könüllü olaraq gəlmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməmişdir. Cinayət işinin 99-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1297 nömrəli rəyə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sol böyrəyin zədələnməsi ilə müşayiət olunan sol bel nahiyyəsinin daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş- kəsilmiş yarası deşicikəsici təsirə malik əşya (alət ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun "X8" Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Cinayət işinin 107-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli 740/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-AB(İV) (portalından çıxarılışın kserosurətinə əsasən) ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək üzərində Abeta(H)/İİ/ qruplu insan qanı ləkələri aşkar olundu. Zərərçəkmiş şəxs nümunə obyektləri və ya qan qrupu haqqında hər hansı arayış təqdim olunmadığı üçün onunla müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Təqdim olunan bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin 116-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli 560/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda aşağıda 01 (bir) ədəd deşilmiş kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs bədəninin sol bel nahiyəsinin daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə ekspertizaya təqdim edilmiş ona məxsus köynəyin arxa səthində solda aşkar edilmiş deşilmiş-kəsilmiş zədə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşürlər.Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 78-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 124-128-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə əldə olunmuş 01 ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd qısaqol köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş CMS-AZEMİS EMS-dən olan çıxarışdan görünür ki, X4 17 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş və doğum akt qeydi tək ana kimi qeydə alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyləri və digər iş materialları ilə onun insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, könüllü əməlini etiraf etməsi, himayəsində bir azyaşlı uşağının olmasını və tək başına böyütməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət, tələbinin olmamasını və onu bağışlanmasını xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, onun törətdiyi cinayəti əməlini etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, könüllü əməlini etiraf etməsi, qadın olaraq 23 yaşının olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və tək başına böyütməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət, tələbinin olmamasını, onun bağışlanmasını xahiş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 istintaq orqanında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar