Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1414/2021 16.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik, təyinatı üzrə İstifadəyə yararlı soyuq silahı və 01 ədəd suriken formasında kustar üsulla hazırlanmış, uc hissələri deşici xassəyə malik təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən atıcı silahı əldə edərək üzərində saxlamaqla gəzdirib, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4005 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı, 0,810 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və 0,060 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib həmin soyuq silahlarla birlikdə yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 12:35-də yaşadığı ünvanın qarşısında saxlanılaraq öz razılığı və iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı həmin evin yataq otağındakı şkafın içərisindən qanunsuz olaraq əldə edib gəzdirdiyi 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah və 01 ədəd suriken formasında kustar üsulla hazırlanmış, uc hissələri deşici xassəyə malik təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən atıcı silah, eləcə də satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 4005 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 820 qram, 220 qram, 855 qram, 765 qram və 1345 qram olmaqla dörd ədəd sellofan və bir ədəd polietilen torbalarda, 0,810 qram çəkidə narkotik vasitə olan tiryək bir ədəd bükümdə, 0,060 qram çəkidə narkotik vasitə olan heroin bir ədəd bükümdə və bir ədəd plastik qabda təmiz çəkisi 6,160 qram olan çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilirək, ifadəsində göstərmişdir ki, 15- 20 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Ancaq istifadəçi olsa da, heç vaxt satışla məşğul olmamışdır. Narkotik vasitəni hər dəfə fərqli-fərqli şəxslərdən əldə edirdi. 09 yanvar 2021-ci il tarixində də narkotik vasitə əldə etmək üçün Maştağa dairəsi adlanan yerə getmişdi, orada narkotik vasitə aldığı şəxsi axtarsa da, həmin şəxsi tapa bilmədi və evə qayıtmaq qərarına gədli. Yaşadığı evin yaxınlığına çatdıqda "kanal qırağı" deyilən yerdə 1 ədəd ağ rəngli sellafon torba diqqətini cəlb etdi, həmin torbaya yaxınlaşıb, ağzını açan zaman içərisindən narkotik vasitə marixuananın iyini hiss etdi. Ona görə də daha torbanı açmadı və başqa şəxslərin görməməsi üçün torbanın ağzını bağlayıb evinə apardı. Evdə torbanın içərisinə tam baxmaq üçün öz otağında açdı və torbanın içərisində 05 ədəd bağlamada qurdulmuş marixuana, 01 ədəd torbada çətənə bitkisi, 01 ədəd plastik qabda çətənə bitkisinin toxumları, 01 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə tiryək var idi. Bundan başqa torbada beşbarmaq və dördkünc dəmir ulduz da var idi. Həmin vaxt marixuana olan bükümlərdən birini açıb bir qədərini istifadə etdi. Daha sonra torbanı otaqda gizlətdi. 11 yanvar 2021-ci il tarixdə evdə tək idi və saat təxminən 12:30 radələri idi, siqaret almaq üçün çölə çıxmışdı. Həmin vaxt evin yaxınlığında bir neçə mülki geyimli şəxs ona yaxınlaşdı və özlərini polis əməkdaşı kimi təqdim etdilər. Daha sonra ona narkotik vasitələri üzərində və yaşadığı evdə saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirdilər. Onlara səmimi şəkildə üzərində heç bir narkotik vasitə olmadığını, ancaq yaşadığı ünvanda olduğunu dedi. Könüllü olaraq həmin narkotiki təqdim edə biləcəyini söylədi. Polis əməkdaşları onun razılığıyla videoçəkilişdən istifadə edərək yaşadığı mənzilə baxış keçirdilər, onlara gizlətdiyi sellofanları və plastik qabı göstərərək, içində narkotik vasitə olduğunu dedi. Dolabdan baxış zamanı 01 ədəd beşbarmaq və 01 ədəd ulduzformalı dəmir alət aşkar olundu. Daha sonra aşkar olunan predmetlər qonaq otağındakı masanın üzərinə qoyuldu və orada baxış keçirilməsinə başlandı. Baxış zamanı sellofan bağlamalarda nə olduğu soruşulduqda, onların narkotik vasitə marixuana olduğunu etiraf etdi. Baxış zamanı həqiqətən də sellofan bağlamalarda marixuana olduğu məlum oldu. Plastik qabın içindəki maddələrin marixuana toxumları, gümüşü siqaret kağızı bükümlərində tiryək və heroin olduğunu dedi. Plastik qaba və gümüşü kağıza baxış zamanı dediyi kimi narkotik vasitə olan tiryək və heroin aşkar olundu. Aşkar olunan beşbarmaq, ulduzformalı dəmir alət və narkotik vasitələri haradan əldə etdiyimi soruşduqlarında onları Maştağa qəsəbəsində, “kanal qırağı” deyilən ərazidə tapdığımı bildirdim. Narkotik vasitələri evimdə saxlamaqda məqsədim onları istifadə etmək idi. Beşbarmaq və digər dəmir ulduzformalı alət isə xoşuna gəldiyi üçün onları evdə saxlamışdı. İndiyə kimi heç kimə narkotik vasitə satmamış, amma hədiyyə vermişdir. Evindən aşkar olunan narkotik ittihamda qeyd olunan qədər olmayıb, daha az olub, təxminən 200-300 qram olub. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkilidir. 11 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs özündə və yaşadığı ünvanda külli miqdarda narkotik vasitələri və psixatrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdu. Anket məlumatlarında onun Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı göstərilmişdi. Həmin məlumat əsasında mən, şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında olması barədə məlumat daxil olduqdan sonra qeyd olunan yerə getdilər. Təxminən saat 12 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim etdilər. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Ona barəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixatrop maddələri əldə etməsi, özündə və yaşadığı ünvanda saxlaması, daşıması və satması barədə məlumat daxil olduğunu bildirdilər. Daha sonra yaşadığı evə baxış keçirməli olduqlarını dedilər. O, mənzilinə baxış keçirilməsinə etiraz etmədi və onlar onun yaşadığı ünvana daxil oldular. Videoçəkilişlə baxış keçirilməsinə başlandı, ona hüquq və vəzifələri izah olundu. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif olundu. O, mənzilin yuxarı tərəfində yerləşən yataq otağına apardı və sol tərəfdə yerləşən dolabının aşağısında olan sellofanları və plastik qabı göstərərək içərisində narkotik vasitə olduğunu bildirdi. Daha sonra yerdəki sellofan bağlamanı göstərib içində də narkotik vasitə marixuana olduğunu dedi. Dolaba baxış zamanı 01 ədəd beşbarmaqtipli və 01 ədəd ulduzformalı dəmir predmetlər aşkar etdilər. Otaqda aşkar olunan əşyalar qonaq otağında masanın üzərinə qoyuldu, baxış zamanı Absalam Novruz 04 ədəd şəffaf sellofan bağlamada, 01 ədəd ağ rəngli sellofan bağlamada və 01 ədəd rəngli sellofan bağlamada olan maddələrin marixuana olduğunu bildirdi. Baxış zamanı içərilərində tünd rəngdə, spesifik iyli, marixuanayabənzər maddələr müəyyən olundu. Plastik qabın içində nə olduğu soruşulduqda saxlanılan şəxs marixuananın toxumları olduğunu bildirdi, siqaretin gümüşü kağızına bükülmüş halda olan 02 ədəd bükümlərdə isə tiryək və heroin olduğunu bildirdi. Baxış zamanı saxlanılan şəxsin dediyi kimi plastik qabda marixuana toxumlarına bənzər toxumlar, 01 ədəd gümüşü kağızlardan birində tiryəkəbənzər, digərində isə heroinəbənzər maddələr müəyyən etdilər. Daha sonra dəmir predmetlərə baxış keçirildi. Biri beşbarmaq, digəri isə ulduzformalı əşya idi. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı Maştağa qəsəbəsində, “kanal qırağı” deyilən ərazidə marixuana əkib-becərdiyini, sonradan həmin marixuanaları evinə gətirib qurutduğunu bildirdi. Aşkar olunan toxumların bir hissəsinin özündə əvvəldən olduğunu, bir hissəsini də əkib-becərdiyi narkotik vasitənin kolundan yığdığını qeyd etdi. Tiryəki və heroini isə bir neçə ay əvvəl tanımadığı şəxslərdən əldə etdiyini bildirdi. Dəmir predmetlər barədə soruşduqda isə evində kustar üsulla düzəltdiyini, beşbarmaq tipli əşyanı özünü qorumaq üçün, ulduzformalı əşyanı isə maraq üçün evində saxladığını bildirdi. Həmin ünvandan aşkar olunmuş 06 ədəd sellofan bağlamada marixuanaya bənzər maddələr, 01 ədəd plastik qabda marixuananın toxumlarına bənzər toxumlar, gümüşü rəngli siqaret kağızlarına bükülmüş, birində heroinə bənzər maddələr, digərində isə tiryəkəbənzər maddələr olan 02 ədəd büküm, həmçinin 01 ədəd beşbarmaqtipli və 01 ədəd ulduzformalı dəmir predmet qablaşdırılaraq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Evin digər otaqlarına baxış keçirilən zaman qanunla qadağan olunan hər hansı əşya və maddə aşkar olunmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun verilən ittihamla təqsirli olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından, ifadəsini inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 11 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2021 -ci il tarixli 7/45 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində 'Vət. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış...” yazıları və imzaiar olan bir ədəd ağ rəngli sintetik torbadakı 04(dörd) ədəd sellofan və 01 (bir) ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 820qram; 220qram; 855qram; 765qram; 1345qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuşmarixuanadır. Ümumi çəkisi-4005qramdır (4kq5,0qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin sintetik torbadakı bir ədəd polietilen torbada sayı 27(iyirmi yeddi) ədəd quru vəziyyətdə ümumi çəkisi-320qram (üzərində yarpaqları olmayan gövdə, budaq və sairə.) olan bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim edilmiş üzərində 'Vət. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış...” yazıları və imzalar olan bir ədəd kağız paketdəki 01 ( bir) ədəd plastik qabda çəkisi-6,160qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrin siyahısına aid deyil. Çətənə(kannabis) toxumunun tərkibində narkotik komponentlər olmadığı üçün təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparllmadı və həmin toxumların təqdim olunmuş marixuanaların toxumlarına aid olub-olmadığı sualına cavab vermək mümkün deyil. Marixuananın ümumi çəkisi-4005qram(1-5N°-Jiob) tədqiqata istifadə olundu çəmi- 0,25qram (hər obyektdən 0,05qram )qalıq-4004,75qram. Çətənə bitki hissələrinin ümumi çəkisi-320 qram (6N°li ob) tədqiqata istifadə olundu- 0,54qram qalıq-319,46 qram toxumların ümumi çəkisi-6,160 qramdır tədqiqata sərf olundu-0,04 qram qalıq- 6,120qram. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2021-ci il tarixli 6/119 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs məxsus... sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,810 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, bir ədəd bükümdə cəmi: çəkisi 0,060 qram olan qəhvəyi rəngli, maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş maddələr müxtəlif kimyəvi qruplara aid olduğundan onların müqayisəli tədiqaqtı aparılmır. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l) daxildir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə soyuq-silah ekspertizanının 15 yanvar 2021-ci il tarixli 3/62 nömrəli rəyində aşağıdakılar göstərilmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, üzərində əlavə və dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet suriken formasında kustar üsulla hazırlanmış, uc hissələri deşici xassəyə malik atıcı silahdır, soyuq silah hesab edilir, üzərində əlavə və dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 20 may 2021 -ci il tarixli 7/410 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş ağ rəngli torbada üzərində “Vət Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış "yazılar və imzalar olan bir ədəd ağ rəngli sintetik torbada 4 (dörd) ədəd sellofan və 1 (bir) ədəd polietilen torbalarda ayrı-ayrılıqdatəmiz çəkiləri-819,95 qram; 219,95 qram; 854,95qram;764,95qram; 344,95 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-4004,75 qramdır.Təqdim olunmuş həmin marixuanalar tərkiblərinə görə eynidir. Həmin torbadakı 1 (bir) ədəd polietilen torbada quru vəziyyətdə, ümumi sayı 27 (iyirmi yeddi) ədəd, ümumi çəkisi- 319,46qram olan bitki hissələri (üzərində yapaqları olmayan gövdə, budaq hissələri), əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir.Qeyd: Marixuanaların ümumi çəkisi -4004,75 qram (1-5N°-li ob.), tədqiqata istifadə olundu cəmi- 0,1 qram (hər obyektdən 0,02qram), qalıq - 4004,65 qram Çətənə bitkisi hissələrinin ümumi çəkisi- 319,46qram (6N2-İİ ob.), tədqiqata istifadə olundu cəmi - 0,54 qram (hər obyektdən 0,02qram), qalıq -318,92 qram. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 20 may 2021-ci il tarixli 6/1695 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respubikası Məhkəmə ekpertizası mərkəzinin "Tədqiqat Obyekti 67N° li" ştamp əksi olan paketdəki, üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən aşkar olunmuş 02 ədəd bükümdə maddələr” sözləri qeyd olunmuş zərfdə 2 (iki) ədəd bükümdə tədqiqatdan sonra təmiz çəkisi 0,04qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tədqiqatdan sonra təmiz çəkisi 0,710 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Heroin və tiryək müxtəlif növ və tərkibli narkotik vasitələr olduğundan onlar arasında müqayisəli tədqiqat aparılmadı. Qeyd: heroinin təmiz çəkisi 0,04 qr, tədqiqata sərf edildi: 0,02 qr, qalıq: 0,02 qr tiryəkin təmiz çəkisi 0,710 qr, tədqiqata sərf edildi: 0,03 qr, qalıq: 0,680 qr. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının 22.02.2021-ci il tarixli 579 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə növ narkotik vasitə (əsasən marixuana) və digər psixotrop maddələrin qəbulu nəticəsində asililiq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 11 yanvar 2021 -ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 yanvar 2021-ci il tarixli qərarı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X2 13 yanvar 2021-ci il tarixli qərarı İlə qanuni hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işndə olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısınının Maştağa üzrə nümayəndəliyi tərəfindən verilmiş 477 saylı 04.02.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 11 yanvar 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab etməsini, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin Növbətçi Hissəsində saxlanılan qalıq çəkisi tədqiqatdan sonra 4004,65 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 318.92 qram narkotik narkotik vasitə çətənə bitkisinin hissələri, 0,02 qram qalmış narkotik vasitə heroin, 0,680 qram qalmış narkotik vasitə tiryək, 6,120 qram qalmış çətənə bitkisinin toxumları və 02 ədəd soyuq silah hesab edilən predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 405.1 (dörd yüz beş manat on qəpik) alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 405.1 (dörd yüz beş manat on qəpik) alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər BMCMİ-nin Növbətçi Hissəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 4004,65 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 318.92 qram narkotik narkotik vasitə çətənə bitkisinin hissələri, 0,02 qram qalmış narkotik vasitə heroin, 0,680 qram qalmış narkotik vasitə tiryək, 6,120 qram qalmış çətənə bitkisinin toxumları və 02 ədəd soyuq silah hesab edilən predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1414/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1414/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver