Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1414/2025 26.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, Ağsu şəhəri, Natəvan küçəsi, ev 33-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun istintaqa məlum olmayan qaydada Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşdirdiyi 07 ədəd şəffaf polietilen torbacıqda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,094 qr, 3,365 qr, 3,368 qr, 1,827 qr, 2,306 qr, 2,302 qr, 4,164 qr və 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,003 qr, ümumi təmiz çəkisi 20,429 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 04 ədəd konvalyutda bir həbdə 0,04 qram metadon olmaqla ümumilikdə 35 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram təşkil edən xeyli miqdarda metadon tərkibli həbləri, üzərində “Preqabalin KRKA 300 mq” əmtəə göstəricisi olan bir ədəd konvalyutda bir kapsulda 0,3 qram preqabalin olmaqla təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edən 09 ədəd preqabalin tərkibli kapsulları, üzərində “LYSE 150 mg” əmtəə göstəricisi olan bir ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 01 ədəd preqabalin tərkibli kapsulu, 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,936 qr, 6,401 qr, 7,473 qr və 01 ədəd bağlamada təmiz çəkisi 990 qram, ümumi təmiz çəkisi 1.010,81 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış xüsusi ilə külli miqdarda narkotik vasitə heroini, kağız paketdə 07 ədəd kiçik sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,34 qr, 2,61 qr, 2,60 qr, 2,53 qr, 3,21 qr, 2,97 qr, 2,84 qr, ümumi çəkisi 20,10 qram tərkibinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə - qurudulmuş marixuananın satışını təşkil etmək məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində daşıyaraq saxlamış, 31 yanvar 2025-ci il tarixdə, saat 01:25-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq idarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən və əlində saxladığı qara rəngli sellofan torbadan həmin maddə və vasitələr, habelə bir ədəd elektron tərəzi, bir ədəd boru formada bükülmüş üzərində metamfetamin izləri olan 1 manatlıq pul əskinası aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2025-ci ilin yanvar ayının sonunda gecə saatlarında yaşadığı ünvan 2 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə aparılmışdır. Bu vaxtı onun üzərində şəxsi istifadəsi üçün İran vətəndaşından əldə etdiyi az miqdarda narkotik olmuşdur. Lakin polis idarəsində ona zor tətbiq olunaraq hazırki ittihamda göstərilmiş maddələr üzərinə qoyulmuş və onların guya ona məxsus olmasına dair izahatları alınmış, sənədlərə qol çəkdirilmişdir. Narkotikdən istifadə etsə də, heç vaxt onun satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 31 yanvar 2025-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bunu yoxlamaq üçün əməliyyat qrupu yaradılmış və həmin tarixdə, saat 01:25-də ünvan 4 ünvanda zahiri görünüşü bu şəxsə bənzəyən əlində torba olan bir nəfəri saxlayıb məsələ barədə ona məlumat verib şəxsiyyətini dəqiqləşdirmiş, həmin yerdə şəxsin üzərinin yoxlanılmasına şərait olmadığından o, idarəyə dəvət olunmuşdur. Orada inzibati otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman o, əynində olan qış gödəkçəsinin sol yan cibindən 01 ədəd içərisində 10 ədəd həb olan blisteri, 03 ədəd qara rəngli sellofan bükümü və 04 ədəd içərisində ağ rəngli kristalşəkilli maddələr olan şəffaf rəngli sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa o, sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən 01 ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamanı, 01 ədəd içərisində 10 ədəd həb olan blisteri, 01 ədəd elektron tərəzini, həmçinin 01 ədəd plastmas qutunu da təqdim etmişdir. Eyni zamanda, əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, sol iç cibindən 01 ədəd pul kisəsi də aşkar olunmuşdur. Plastmas qutuya baxılan zaman 02 ədəd üzərində “Tennesie” yazısı olan qutu, onun da içərəsində 09 ədəd kapsul olan 01 ədəd blister, 01 ədəd kapsul olan 01 ədəd blister, 10 ədəd həb olan 01 ədəd blister, 07 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitəyə oxşar bitki mənşəli kütlələr, 03 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristalşəkilli maddələr, içərisində 05 ədəd həb olan blister, 01 ədəd içərisində ağ rəngli kristalşəkilli maddə hissəcikləri olan gümüşü rəngli kağız bükümü, boş kağız folqaları, 21 ədəd boş şəffaf sellofan bükümlər, bir ədəd boru formasında bükülmüş 1 manatlıq əskinas aşkar edilmişdir. Daha sonra onun qış gödəkçəsinin sol yan cibindən aşkar olunmuş 03 ədəd qara rəngli sellofan büküm və sellofan torbanın içərisindən aşkar olunmuş 01 ədəd bağlama açılan zamanı içərisindən qəhvəyi rəngli maddənin olması müəyyən edilmişdir. Sorğu-sual zamanı o, aşkar olunmuş maddələri İran vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsilə göndərdiyi ünvanlardan götürdüyünü, həm şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməmiş, qanunsuz təsir göstərilməmiş, habelə digər hərəkətlərə yol verilməmişdir. Məhkəmədə şahid Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin kiçik əməliyyat müvəkkili X4 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskə əsasən Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sol yan cibindən 1 ədəd içərisində 10 ədəd həb olan blisteri, 3 ədəd qara rəngli sellofan bükümü və 4 ədəd içərisində ağ rəngli kristalşəkilli maddələr olan şəffaf rəngli sellofan bükümləri çıxarıb masanın üzərinə qoyur. Bundan başqa sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən 1 ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamanı, 1 ədəd içərisində 10 ədəd həb olan blisteri, 1 ədəd elektron tərəzini, həmçinin 1 ədəd plastmas qutunu çıxararaq təqdim edir. Eyni zamanda, gödəkçənin sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, sol iç cibindən 1 ədəd pul kisəsini çıxarıb təqdim edir. Plastmas qutuya baxılan zaman 2 ədəd üzərində “Tennesie” yazısı olan qutu, içərisində 9 ədəd kapsul olan 1 ədəd blister, içərisində 1 ədəd kapsul olan 1 ədəd blister, içərisində 10 ədəd həb olan 1 ədəd blister, 07 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitəyə oxşar bitki mənşəli kütlələr, 3 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristalşəkilli maddələr, içərisində 5 ədəd həb olan 1 ədəd blister, 1 ədəd içərisində ağ rəngli kristalşəkilli maddə hissəcikləri olan gümüşü rəngli kağız büküm, boş kağız falqalar, 21 ədəd boş şəffaf sellofan bükümlər, psixotrop maddə çəkmək üçün bir ədəd boru formasında bükülmüş 1 manatlıq əskinas aşkar edilir. Qış gödəkçəsinin sol yan cibindən aşkar olunmuş 03 ədəd qara rəngli sellofan büküm və sellofan torbanın içərisindən aşkar olunmuş 1 ədəd bağlama açılan zaman içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilir. Həmçinin üzərində “Tennesie” yazısı olan 2 ədəd qutuya baxılan zaman içərisinin boş olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşıl rəngli ot kütlələrinin narkotik vasitə marixuana olmasını, ağ rəngli kristalşəkilli maddələrin psixotrop maddə metamfetamin olduğunu, həblərin psixotrop dərmanlar olduğunu, qəhvəyi rəngli maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri İran vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsi ilə danışıb həmin şəxsin ona göndərdiyi ünvanlara gedib götürdüyünü, həm şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə üzərində saxlayaraq daşıdığını, özünə məxsus “Redmi” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrə olduğunu bildirir (İ cild, i.v.31-32; disk); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, sosial şəbəkə vasitəsi ilə tanış olduğu, anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” vasitəsilə danışan zaman ondan həm istifadə etmək, həm də satmaq məqsədi ilə narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddə istəmişdir. O da onun bu təklifi ilə razılaşmış və təxminən 2-3 gün öncə axşam saatlarda onların yerləşdiyi məkanın yerini (konumunu) atmışdır. Həmin məkan Bakı şəhəri, Səbail rayonunda hal-hazırda dəqiq xatırlamadığı ərazidə yerləşən zibil qutularının yanı olmuşdur. O, həmin məkana gedərək orada olan bu maddələri götürmüşdür. Lakin tutulmaqdan qorxduğu üçün qərar vermişdir ki, bir müddət narkotikləri özündə saxlayıb daha sonra satsın. Bu məqsədlə o, 31 yanvar 2025-ci il tarixdə, saat 01:25-də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 33-ün qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları kimi təqdim edib onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilərək idarəyə dəvət etmişlər. O da həmin şəxslərə etiraz etməyərək polis idarəsinə gəlmişdir. Orada ona izah olunmuşdur ki, üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bundan sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçinin iştirakı olmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış həyata keçirilən zaman ona üzərində hər hansı bir qanunsuz əşya olub-olmamsı soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan qış gödəkçəsinin sol yan cibinden 1 ədəd içərisindəə 10 ədəd həb olan blisteri, 3 ədəd qara rəngli sellofan bükümü və 4 ədəd içərisində ağ rəngli kristalşəkilli maddə olan şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa sağ • əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən 1 ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamanı, 1 ədəd içərisində 10 ədəd həb olan blisteri, 1 ədəd elektron tərəzini, həmçinin 1 ədəd plastmas qutunu çıxararaq təqdim etdi. Eyni zamanda gödəkçənin sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, sol iç cibindən 1 ədəd pul kisəsini çıxarıb teqdim etdi.................O, həmin narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddələri həm istifadə etmək, həm də satış məqsədi ilə üzərində saxlamış, polis idarəsinə aparıldığı zaman ona heç bir zor tətbiq edilməmişdir” (İ cild, i.v.65-67, 80-82, 168-170); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • xx.xx.2025-ci il tarixli, 6/422 nömrəli rəyinə görə üzərində “... Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 42” dairəvi möhür əksi, “şübhəli şəxs (imza)” yazısı olan 1 №-li paketdəki 7 ədəd şəffaf polietilen torbacıqda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,094 qram, 3,365 qram, 3,368 qram, 1,827 qram, 2,306 qram, 2,302 qram, 4,164 qram və 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,003 qram, ümumi təmiz çəkisi 20,429 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” əmtəə göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 35 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli həblərdir və 35 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Üzərində “Прегабалин КРКА 300 мг” əmtəə göstəricisi olan bir ədəd konvalyutda 9 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli kapsullardır və 9 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla) Həmin preqabalin tərkibli kapsullar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə öz aralarında eynilik təşkil edirlər. Üzərində “LYSE 150 mg” əmtəə göstəricisi olan bir ədəd konvalyutda 1 ədəd ağ rəngli kapsul preqabalin tərkibli kapsuldur və 1 ədəd kapsulda preqabalin təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə görə), preqabalinin ümumi miqdarı 2,85 qram təşkil edir. 9 ədəd kapsuldakı preqabalin 1 ədəd kapsulda olan preqabalindən tərkibində olan təsiredici maddəsinin miqdarına görə fərqlidir. Bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri, bir ədəd boru formada bükülmüş 1 manatlıq əskinasın üzərində metamfetaminin izləri aşkar edilir. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Folqa kağız parçaların və üzərində “Tennesie” yazısı olan 2 ədəd qutuda olan ağ rəngli kağızın üzərində narkotik vasitlərin, psixotrop maddələrin izləri yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 42” dairəvi möhür əksi, “şübhəli şəxs (imza)” yazısı olan və imzalar olan 2 №-li paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,936 qram, 6,401 qram, 7,473 qram və 1 ədəd bağlamada təmiz çəkisi 990 qram, ümumi təmiz çəkisi 1.010,81 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin 3 ədəd bükümdə olmaqla qalıq çəkisi 20,660 qram, heroinin 1 ədəd bağlamada olmaqla qalıq çəkisi 989,8 qram, metamfetaminin qalıq çəkisi 20,217 qram, metadon həblərın qalıq sayı 33 ədəd, preqabalin kapsullarının qalıq sayı 7 və 0,5 ədəd, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.43-49); • xx.xx.2025-ci il tarixli, 7/209 nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş kağız paketdə 07 ədəd kiçik sellofan torbalarda ayn-aynlıqda təmiz çəkiləri 3,34 qram, 2,61 qram, 2,60 qram, 2,53 qram, 3,21 qram, 2,97 qram, 2,84 qram, ümumi təmiz çəkisi 20,10 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 19,96 qram, aparılmış tədqiqatın dəyəri isə 72 manat təşkil edir (İ cild, i.v.51-53); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli 607 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, onda ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (İ cild, i.v.143-144); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 1235 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs kannabioidlərin qəbuli nətəcəsində yaranan asılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.145-146); • “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2025-ci il tarixli və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3 ədəd bükümdə 20,660 qr və 1 ədəd bağlamada olan 989,8 qr çəkidə heroin, 20,217 qr çəkidə metamfetamin, 33 ədəd metadon həbləri, 7 və 0,5 ədəd preqabalin kapsulları, 19,96 qr qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, axtarış və götürməni əks etdirən 01 ədəd DVD-R disk iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, digər əşyalar isə saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmadan istintaq zərurəti ilə əlaqədar olaraq cinayət işindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmış cinayət işinə əlavə olunmuşdur (İ cild, i.v.102-104; 171-186); • “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefona baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (İ cild, i.v.142); • Məhkəmə tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon tələb edilərək ona baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, idarənin baş müstəntiqi Sərxan Ramazanov tərəfindən həmin telefona baxış səthi aparılaraq yuxarıdakı məzmunda protokol tərtib olunub. Halbuki, telefonun ekranının “Fayl İdarəçisi” adlı qovluğunda və “Google Foto” tətbiqində saxlanılan çoxsaylı şəkillər və video kadrlardan narkotik vasitə və psixotrop maddələrin müxtəlif ünvanlarda elektrik qutu və sayğacların içərisinə yerləşdirilməsi, qaz borularının ətrafında qoyulması, bank karlarına pul köçürmələri, Təqsirləndirilən şəxs belə maddələrin tərəzidə çəkməsi və onları bükümlərə ayırması və s. hallar aşkar surətdə görünür; • Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)- 100/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.97-101); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.135-136); • Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin “X5 saxlanılan şəxslərin uçotu Kitabı”ndan olan çıxarışa əsasən (130-cu qrafa) Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təhqiqatçının tutma protokolu əsasında qəbul edilib, onda hər hansı xəsarətin olmasına dair qeydlər mövcud deyil (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi bu Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri xüsusilə külli miqdarda törədilməsinə, 240.2.1-ci maddəsi isə Məcəllənin 240.1 (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) və 240.1-1-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddələrində nəzərdə tutulmuş əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məcəllənin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır (12-ci bənd); bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq həmin Məcəllənin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir (16-cı bənd); Cinayət Məcəlləsinin 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır (24-cü bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə heroinin xüsusilə külli miqdar (təmiz halda) daxil olmaqla aşağı həddi 800 qram, psixotrop maddə metamfetaminin külli miqdar (təmiz halda) daxil olmaqla aşağı həddi 02 qram, qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, metadonun xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,02 qram təşkil edir. Preqabalin isə Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı”nda əks olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun istintaqa məlum olmayan qaydada Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşdirdiyi 07 ədəd şəffaf polietilen torbacıqda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,094 qr, 3,365 qr, 3,368 qr, 1,827 qr, 2,306 qr, 2,302 qr, 4,164 qr və 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,003 qr, ümumi təmiz çəkisi 20,429 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, üzərində “Methadone 40” əmtəə göstəricisi olan 04 ədəd konvalyutda bir həbdə 0,04 qram metadon olmaqla ümumilikdə 35 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram təşkil edən xeyli miqdarda metadon tərkibli həbləri, üzərində “Preqabalin KRKA 300 mq” əmtəə göstəricisi olan bir ədəd konvalyutda bir kapsulda 0,3 qram preqabalin olmaqla təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edən 09 ədəd preqabalin tərkibli kapsulları, üzərində “LYSE 150 mg” əmtəə göstəricisi olan bir ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 01 ədəd preqabalin tərkibli kapsulu, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,936 qr, 6,401 qr, 7,473 qr və 01 ədəd bağlamada təmiz çəkisi 990 qram, ümumi təmiz çəkisi 1.010,81 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış xüsusi ilə külli miqdarda narkotik vasitə heroini, kağız paketdə 07 ədəd kiçik sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,34 qr, 2,61 qr, 2,60 qr, 2,53 qr, 3,21 qr, 2,97 qr, 2,84 qr, ümumi çəkisi 20,10 qram tərkibinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə - qurudulmuş marixuananın satışını təşkil etmək məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində daşıyaraq saxlamış, 31 yanvar 2025-ci il tarixdə, saat 01:25-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq idarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən və əlində saxladığı qara rəngli sellofan torbadan həmin maddə və vasitələr, habelə bir ədəd elektron tərəzi, bir ədəd boru formada bükülmüş üzərində metamfetamin izləri olan 1 manatlıq pul əskinası aşkar olunaraq götürülmüşdür. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunaraq polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən şəxsi istfadəsi üçün az miqdarda narkotik vasitə olduğunu, ittiham aktında göstərilən maddələrin təzyiq altında boynuna götürdüyünü bildirsə də, təqsirləndirilən şəxsin polis idarəsində aparılan video çəkiliş zamanı və ibtidai istintaq dövründə vermiş olduğu ifadələri, şahid ifadələri, üzərindən aşkar olunmuş maddələrin çoxluğu və müxtəlifliyi, elektron tərəzi, telefonunda aşkar edilmiş video və şəkillər, habelə digər mötəbər dəlillərlə onun tərəfindən xüsusilə külli miqdarda narkotik vasitə olan heroini, habelə xeyli miqdarda olan marixuananı və psixotrop maddə metamfetamini, metadonu, güclü təsir edən maddə olan preqabalini əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yayılmasına yönəldilmiş hərəkətlərin edilməsi tam sübuta yetirilir. Bununla da onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi müəyyən edilir. Eyni zamanda, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Törədilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə сinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı, təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi subutların saxlanc anbarında saxlanılan, qalıq qalan 3 ədəd bükümdə 20,660 qr və 1 ədəd bağlamada olan 989,8 qr çəkidə heroin, 20,217 qr çəkidə metamfetamin, 33 ədəd metadon həbləri, 7 və 0,5 ədəd preqabalin kapsulları, 19,96 qr qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd DVD-R disk isə cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 186 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 44 saat üçün nəzərdə tutulan 484 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) il müddətinə, həmin Məcəllənin 240.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 186 (yüz səksən altı) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, qalıq qalan 3 ədəd bükümdə 20,660 qr və 1 ədəd bağlamada olan 989,8 qr çəkidə heroin, 20,217 qr çəkidə metamfetamin, 33 ədəd metadon həbləri, 7 və 0,5 ədəd preqabalin kapsulları, 19,96 qr qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd DVD-R disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 44 saat üçün nəzərdə tutulan 484 (dörd səksən dörd) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1414/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1414/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver