Məhkəmə qərarları › İş №1(101)-1416/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1416/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1416/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev X9 Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi Oktay oğlunun iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.2.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq təsiredici maddəsinin miqdarı 0,04 qram olan, üzərində “F/M40” yazısı olan 01 həb metadon narkotik vasitəsini əldə etmiş, saxlamış, daşımış, 12 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3-cü kilometrdə yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksində tanışı, Şahid1 qanunsuz olaraq satmış, həmin narkotik vasitə 13 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində Şahid1 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkcənin ön sağ iç tərəfinin astarının altından aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən qəsdən tamah və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yol ilə keçirib qanunsuz dövriyyəsini təşkil etmə barədə 2020-ci ilin yanvar ayında Bakı şəhərində Azərbaycan Respublikasının vətəndaşları Şahid1, Şahid2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən 1 ədəd sellofan torbanın içərisində 1 ədəd bağlamada ağ rəngli, kristallik formada olan, təmiz çəkisi külli miqdar təşkil edən 500 qram metamfetamin psixotrop maddəsi, 1 ədəd bağlamada isə ayrı-ayrı qablaşdırılmaqla qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, təmiz çəkisi külli miqdar olan 500 qram heroin narkotik vasitəsi və bitki mənşəli olmaqla, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 42,816 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini qəsdən tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə edərək ona və cinayətkar qrupun üzvü Şahid1 çatdırması üçün 12 yanvar 2020-ci il tarixdə həmin vaxt İran İslam Respublikasında olan cinayətkar qrupun digər üzvü Şahid2 təhvil verərək sonuncu tərəfindən həmin narkotik vasitələr və psixotrop maddənin cinayətlərin törədilməsindən xəbərdar olmayan Azərbaycan Respublikasının vətəndaşı Şahid3 idarə etdiyi “DAEWOO” markalı, 99JF830 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində olan plastmas vedrənin içərisində olan ehtiyat hissələrin altında yerləşdirilərək saxlanmasına, daşınmasına və 12 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, həmin tarixdə keçirilmiş gömrük baxışı zamanı qeyd edilən psixotrop maddə və narkotik vasitələr aşkar edildiyindən onların çatdırılmalı olduğu şəxsləri müəyyən etmək məqsədi ilə səlahiyyətli gömrük əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmiş, tədbirin nəticəsində həmin psixotrop maddə və narkotik vasitələri əldə edilmiş razılığa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3-cü kilometrdə yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”ndə cinayətkar qrupun digər üzvü olan Şahid2 təhvil almaq üçün qeyd edilən yerə onunla birlikdə gəlmiş Şahid1 12 yanvar 2020-ci il tarixdə saat 23 radələrində göstərilən psixotrop maddə və narkotik vasitələri Şahid2 götürdükdən sonra saxlanılmış, o isə Şahid1 saxlanıldığını gördüyündən yaxalanmamaq üçün idarə etdiyi nəqliyyat vasitəsi ilə oradan uzaqlaşmış, 6 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yaşamışdır, bununla yanaşı bir çox vaxt Bakı şəhərində ayrı-ayrı ünvanlarda kirayədə qalmışdır. Uzun müddətdir narkotik vasitə istifadəçisidir, əsasən marixuana və kakos-heroin istifadə edir. Təqribən 15 ilə yaxın müddətdir Şahid1 tanıyır. Natiqlə eyni məktəbdə, Bərdə rayonu 1 saylı orta məktəbdə təhsil almışdır. Onlar bir-birilərini tanıdıqları müddət ərzində mütəmadi olaraq görüşmüşlər, görüşmələri mümkün olmadıqda isə tez-tez telefon əlaqəsi saxlamışlar. O, 2019-cu ildən 2020-ci ilə keçən il “yeni il" münasibətilə bayramı ailəsi ilə birlikdə keçirmək məqsədilə Bərdəyə getmişdir. O, Bərdədə olarkən Natiqlə görüşüb onunla bir neçə gün vaxt keçirmiş və təxminən 04 yanvar 2020-ci il tarixdə Bakıya qayıtmağı qərara almışdır. Bakıya qayıtmamaşdan əvvəl çayxanada olarkən Natiq onunla görüşmüş və Bakıya getmək istədiyini söyləyib, onu Bakıya aparmağını ondan xahiş etmiş, o isə Natiqə Bakıda iş olmadığını, ora getməməsini söyləsə də, Natiq təkidlə onu da Bakıya aparmağını xahiş etdiyindən o, Natiqlə razılaşmış, bundan sonra 04 yanvar 2020-ci il tarixdə Natiqlə birgə Bakı şəhərinə gəlmişlər və onlar birlikdə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən Ege Hospitala yaxın ərazidə onun kirayə qaldığı mənzilə getmişlər. 12 yanvar 2020-ci il tarixdə o, Natiqə Bərdəyə getmək istədiyini demiş, bu zaman Natiq də Bərdəyə getmək istədiyini və onu Bakı Beynəlxalq Avtovağzalına aparmasını xahiş etmişdir. Bundan sonra o, 12 yanvar 2020-ci il tarixdə təxminən saat 22 radələrində Natiq ilə idarə etdiyi **-RT-*** nömrə nişanlı “Hyundai" markalı nəqliyyat vasitəsilə Bakı Beynəlxalq Avtovağzalına getmişdir. Natiq ilə münasibətləri olduğundan o, avtomobildə Natiqi gözləməyə başlamış, 15-20 dəqiqə sonra Natiqə zəng edib gəlib gəlməməyini soruşmuş, Natiq isə gələcəyini bildirmişdir. Bir qədər sonra bir neçə mülki geyimli şəxs onun olduğu avtomobilə yaxınlaşıb ondan haralı olduğunu soruşduqda o cavab verərək, həmin şəxslərdən qorxduğundan, avtomobili idarə edərək oradan uzaqlaşmış, onun idarə etdiyi avtomobili izlədiklərindən onlardan qaçmağa çalışmışdır. Sonra ona tanımadığı nömrədən zəng gəlmiş maşını saxlamasını demişlər, Natiqin müstəntiqi kimi özünü təqdim edən şəxsə «get öz işinlə məşqul ol mən heç bir cinayət törətməmişəm» demiş. Hadisədən bir yarım sonra onu şübhəli şəxs kimi tutmuşlar. O heç vaxt qaçaq həyat sürməmiş, dəflərlə Bkı şəhərinə gəlmiş, pandemiya dövründə bir neçə dəfə 190 manat müavinat da almış, lakin onu saxlamamışlar. Göründüyü kimi o qaçaq həyat sürməmişdir. O heç vaxt narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşqul olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 12 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun nəqliyyat vasitələrin idxal nəzarət xəttində xidmətdə olarkən İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Şahid3 “DAEWOO" markalı, 99JF-830 nömrə nişanlı sərnişin avtobusu gömrük postuna daxil olmuşdur. Nəqliyyat vasitəsi posta daxil olduqdan sonra o, gömrük postunda xidmət aparan X5 ilə birgə avtobusa baxış keçirmişdir. Baxış keçirlməzdən əvvəl o, nəqliyyat vasitəsinin sürücüsü Şahid3 idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmamasını soruşmuş, sonuncu isə cavab olaraq üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində belə predmetlərin olmadığını söyləmişdir. Həmin vaxt Tahirin yanında digər sürücü Şahid2 və sürücü köməkçisi Şahid4 da, olmuşdur. Tahir qeyd edilən suala cavab verdikdən sonra nəqliyyat vasitəsində ola bütün yüklər həmin şəxslər tərəfindən yerə boşaldılmışdır. Bundan sonra nəqliyyat vasitəsi yoxlanılmış, lakin qanunla qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra avtobusdan yerə boşaldılmış yüklər yoxlanmağa başlanılmışdır. Bu zaman avtobusundan yerə boşaldılmış yüklərdən-avtobusun gömrük təminatı vurulmamış yük yerindən yerə qoyulmuş, içərisində işlənmiş ehtiyat hissələri yığılmış plastmas materialından olan vedrə ehtiyat sürücü Şahid2 tərəfindən digər yüklərdən kənara qoyulduğuna görə bu hal diqqət çəkmiş və həmin vedrə ətraflı şəkildə yoxlanılmışdır. Belə ki, postda yoxlamadan keçən sürücülər həmişə nəqliyyat vasitəsində olan yükləri bilavasitə nəqliyyat vasitəsinin yanına boşaltmışlar. Yoxlama zamanı plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altında, gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan torbada olan, gümüşü folqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış 2 ədəd bağlama olduğu məlum olmuşdur. Qeyd etdiyi predmetlər şübhə yaratdığından 2 nəfər hal şahidinin, Fəridin, Tahirin, Turalın və İsanın iştirakı ilə həmin bağlamalara ətraflı baxış keçiriməsi üçün olduqları yerdən götürülmüşdür. Ətraflı baxış zamanı həmin bağlamalar açılmış və bu zaman birində ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddənin, digər bağlamada isə açıq qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə oxşar maddənin və həmin bağlamada əlavə olaraq bir ədəd sellofan bükümdə yaşıl rəngli, narkotik vasitə hesab olunan marixuanaya oxşar maddənin olduğu məlum olmuşdur. Aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilmiş, ağ rəngli, kristal formada psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 505 qram, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 502 qram və yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 44 qram olduğu müəyyən edilmişdir. Fakt aşkar edilən zaman İsa təəccüblü şəkildə Tahir və Turala həmin predmetin nə olmasını, kim tərəfindən nəqliyyat vasitəsinə yerləşdirilməsinə dair sual vermiş və nəqliyyat vasitəsinə lazımı şəkildə nəzarət etməmələrinə görə onlara irad tutmuşdur. Bu zaman Tahir və Tural təkidlə həmin bağlamalarda olan maddələrin nə olduğundan məlumatsız olduqlarını, həmin bağlamalardan xəbərlərinin olmadıqlarını, onların kim tərəfindən nəqliyyat vasitəsinə yüklənməsini bilmədiklərini söyləmişlər. Yalnız bundan sonra İsa sözügedən bağlamaların vedrəyə onun tərəfindən qoyulduğunu, həmin bağlamaları İranda olarkən Vəli adlı iranlı şəxsdən “qızıl qarışıq torpaq” adı ilə qəbul etdiyini, Bakıya nümunə kimi göndərildiyini, gömrük sərhədindən keçirməsi müqabilində 500 manat miqdarında pul alacağını və həmin bağlamaları Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. İş üzrə üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələri elan olunmuş hal şahidləri Şahid7 və Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermələri müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən göstərmişdir ki, o, təqribən 3 il əvvəl Bakı şəhəri, Biləcəri qəsəbəsində adını xatırlamadığı tanışı ilə narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. 04 yanvar 2020-ci il tarixdə təxminən 15 ildir tanıdığı “Orxan” adlı dostu ona Bakı şəhərinə gəlməyi təklif etmiş və o da, öz növbəsində "Orxanın təklifini qəbul edərək Bakı şəhərinə gələrək onunla birlikdə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Ege Hospital”a yaxın ərazidə “Orxan”ın kirayə qaldığı mənzilə getmişdir. “Orxan’la həmin mənzildə “Sədiş” olaraq tanıdığı qadın yaşamış, orada “Sədiş”lə də, tanış olmuşdur. “Sədiş” aralarında olan söhbət zamanı sonuncu ona əvvəllər narkotik vasitədən istifadə etdiyini, lakin son vaxtlar tərgitdiyini bildirmişdir. Bakıda olduğu müddətdə o, "Orxan”la mütəmadi olaraq hər gün narkotik vasitə olan marixuana istifadə etmişdir. O, 09 yanvar 2020-ci il tarixdə “Orxan”a Bərdəyə qayıtmaq istədiyini demiş, lakin “Orxan” ona getməməyini, qalmağını, özünün də, onunla birlikdə Bərdəyə gedəcəyini söyləmişdir. “Orxan”ın hər gün təkidlə ona getməməyini söyləyərək israr etməsi səbəbindən “Orxan”dan şübhələnməyə başlamışdır. 12 yanvar 2020-ci il tarixdə təxminən saat 22 radələrində o “Orxan” və “Sədiş’lə birgə “Orxan”ın idarə etdiyi **-RT-*** nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsilə “Bakı Beynəlxalq Avtovağzala getmişdir. Bundan sonra o, maşından enərək avtobusların dayanacağına tərəf getmişdir. Təxminən 10 dəqiqə sonra mal göndərən şəxsə zəng etmişdir, həmin şəxs isə ona “Bakı Beynəlxalq Avtovağzalına çatdıqda zəng edəcəyini bildirmişdir. Bundan sonra o, Orxanın idarə etdiyi nəqliyyat vasitəsinə qayıtmışdır. Orxandan şübhələndiyi üçün ondan adına gələn yükün dəqiq olaraq nə olduğunu soruşmuş, Orxan etiraf etmişdir ki, həmin yükün içərisində narkotik vasitə vardır. Lakin “Orxan” ona həmin narkotik vasitənin növünü, miqdarını, həmçinin nə məqsədlə gətirdiyini deməmişdir. Ardınca “Orxan" ona qorxmamağını və problem çıxacağı təqdirdə məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsində olarkən "Orxan’la birlikdə narkotik vasitə olan marixuana istifadə etmiş, daha sonra “Orxan”a bundan sonra narkotik vasitə istifadə etməyəcəyini demiş, "Orxan" isə ona üzərində “F/M 40” yazısı olan 1 ədəd həb vermiş və onu 4 hissəyə bölərək 4 gün, hər gün 1 hissəsini qəbul etməyini məsləhət görərək həmin həbin narkotik vasitənin istifadəsini dayandırmağına kömək edəcəyini söyləmişdir. Bundan sonra o, nəqliyyat vasitəsindən enərək yenidən dayanacağa doğru getmişdir. Həmin yerə doğru gedərkən istifadəsində olan telefon nömrə ilə “Whatsapp" mobil proqramı vasitəsilə “Orxan"ın istifadəsində olan telefon nömrəyə səsli mesaj göndərərək gözlədikləri avtobusun gəldiyini məlumat vermişdir. Dayanacağa çatdıqda yenidən mobil telefon nömrəyə zəng etmiş, ardınca zəngə cavab verən şəxsi uzaqdan görüb, həmin şəxsə tərəf yaxınlaşmışdır. Həmin şəxsə iranlı “Nemət” tərəfindən göndərilən əslində içərisində narkotik vasitə olan, “portağal" yükünü təhvil almaq istədiyini demiş, həmin şəxs isə ona sərnişinlərin getməyini gözləməyini demişdir. Sərnişinlər getdikdən sonra o, yükü təhvil almış, bu zaman əməliyyat müvəkkilləri xidməti vəsiqələrini təqdim edərək onu saxlamışlar. Bu zaman o, yükün ona deyil, “Orxan”a məxsus olduğunu demiş və onları “Orxan”ın idarə etdiyi **-RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobilinə doğru yönləndirmişdir. Bu zaman “Orxan" nəqliyyat vasitəsini sürətlə idarə edərək ərazidən uzaqlaşmışdır. Bundan sonra əməliyyat müvəkkilləri onu araşdırma aparılması məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 30 ildir İrandan keçməklə Bakı-Naxçıvan və əks istiqamətlərdə hərəkət etməklə sürücü kimi işləyirəm. Son vaxtlar istifadəsində olan “DAEWOO” markalı, 99JF830 nömrə nişanlı sərnişin avtobusu ilə bu istiqamətlərdə sürücülük fəaliyyəti ilə məşğul olur. Həmin nəqliyyat vasitəsini əsas sürücü kimi Şahid3, ehtiyat sürücü kimi o, idarə edir, Şahid4 sürücü köməkçisi kimi onlara kömək edir. Onlar sonuncu dəfə 11.01.2020-ci il tarixdə “DAEWOO” markalı, 99JF830 nömrə nişanlı sərnişin avtobusu ilə Bakı şəhərindən çıxaraq Naxçıvana getmək üçün İran İslam Respublikasının ərazisinə keçmişlər. Onlar İran ərazisində olarkən o, avtobusun yanacaq çəninə 200 litr dizel yanacağı doldurduğu üçün İranın Culfa sərhəd məntəqəsində limitdən artıq yanacağa görə ona cərimə təyin edilmişdir və həmin cəriməni ödəməli olduğu üçün Naxçıvan MR-nın ərazisinə gedə bilməmişdir, lakin Tahir və Tural nəqliyyat vasitəsini idarə etməklə Naxçıvana getmişlər. O, göstərilən səbəbdən bir gün İranda qaldıqdan sonra Tahirlə Tural həmin nəqliyyat vasitəsini idarə etməklə Bakı şəhərinə getmək üçün yenidən İrana daxil olmuşlar, o da, "DAEWOO” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minərək onlarla birgə Azərbaycan istiqamətində yola düşmüşdür. Onlar nəqliyyat vasitəsini idarə edərək 12 yanvar 2020-ci il tarixdə təxminən saat 13-14 radələrində İran İslam Respublikasında yerləşən, sərnişin daşımı ilə məşğul olan nəqliyyat vasitələri istirahət və digər ehtiyacların ödənilməsi üçün dayandıqları “Yeddi Bulaq” adlanan əraziyə çatmışlar. Onlar həmin yerdə olarkən avtomobil ustası kimi bir neçə ildir tanıdığı “Vəli” adlı iranlı ona yaxınlaşaraq əl yükünün olduğunu, həmin yükün “Bakı Beynəlxalq Avtovağzalı”nda bir nəfərə çatacağını və bunun müqabilində 500 manat pul verəcəyini demişdir. O, “Vəli"dən əl yükünün kimə çatacağını soruşduqda, “Vəli” Bakı “Beynəlxalq AvtovağzalTna çatdıqda bir şəxsin zəng vuraraq onunla danışmaqla gəlib həmin əl yükünü təhvil alacağını bildirmiş, lakin həmin şəxsin adı və ya digər anket məlumatlarını ona söyləməmişdir. O, “Vəli”dən əl yükünün nədən ibarət olduğunu soruşduqda “Vəli” ona əl yükündə qum olduğunu və bu qumu İranda karxana kimi fəaliyyət göstərəcək şirkət qurmaq məqsədilə Bakıya analiz üçün göndərdiyini demişdir. O, “Vəli” ilə razılaşaraq həmin əl yükünü ondan götürüb “DAEWOO" markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusunun yük yerinə qoymuşdur. Həmin vaxt Tahir mağazaya, Tural isə yanacaq almaq üçün əlində plastmas qabla yanacaq doldurma məntəqəsində getmişlər, onlar onun “Vəli”dən götürdüyü yükü görməmişlər. Ardınca Tahir nəqliyyat vasitəsini idarə etməklə, onunla Tural isə Tahirin yanında olmaqla 12 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postuna çatmışlar. Həmin gömrük postuna çatdıqdan sonra "DAEWOO" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna onun, Şahid3, Şahid4, 2 nəfər hal şahidinin və gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və baxış zamanı avtobusun gömrük təminatı vurulmamış (plomb) yük yerindən yerə qoyulmuş plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altından, həmin yerə onun tərəfindən yerləşdirilmiş, gömrük orqanına təqdim edilməmiş, 01 ədəd sellofan torba aşkar edilmişdir. Bunun ardınca həmin torbaya baxış keçirildikdə onun içərisində olan, gümüşü folqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış cəmi 2 ədəd bağlama olmaqla, 1 ədəd bağlamadan qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, digər 1 ədəd bağlamada isə ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli heroinə oxşar maddə və ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə çəkisi 44 qram yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı sözügedən bağlamaların aşkar edildiyi ehtiyat hissələri olan vedrəyə onun tərəfindən qoyulduğunu, həmin bağlamaları İranda olarkən "Vəli" adlı iranlı şəxsdən "qızıl qarışıq torpaq” adı ilə qəbul etdiyini, Bakı şəhərinə nümunə kimi göndərildiyini, gömrük sərhədindən keçirməyi müqabilində 500 manat miqdarında pul alacağını və həmin bağlamaları Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Bundan sonra həmin bağlamaların çatmalı olduğu şəxslərin müəyyən edilməsi üçün gömrük əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır və həmin bağlama nəqliyyat vasitəsində olmaqla onlar gömrük əməkdaşlarının nəzarəti altında Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. O, gömrük əməkdaşlarının nəzarəti altında yolda Bakı şəhərinə çatmağa az qalmış "Votsap”da "Vəli" ilə danışaraq Bakı şəhərinə az məsafə qaldığını, həmin bağlamanı götürməli olan şəxslə danışaraq yükü götürməsi üçün həmin şəxsə onun nömrəsini verməsini demişdir. Bundan bir neçə dəqiqə sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, zəng edən şəxs “Mikayıl”ın adamı olduğunu və ona İrandan "portağal” yükünün göndərildiyini söyləmişdir. “Vəli” ona göndərdiyi yükün qum olduğunu, zəng edən şəxs isə ona göndərilən malın "portağal” olduğunu, “MikayıTın adamı olduğunu dediyi üçün o, dəqiqləşdirmə aparmaq məqsədi ilə yenidən Vəliyə “Votsap”la zəng edib həmin şəxsin dediklərini "Vəli"yə söyləmiş, “Vəli” isə göndərdiyi yükü həmin şəxsə verməyini demişdir. Bundan bir qədər sonra o, həmin şəxslə danışaraq “Bakı Beynəlxalq AvtovağzalTnda görüş təyin etmiş və 12.01.2020-cu il tarixdə təqribən saat 23 radələrində avtovağzala çataraq bu barədə həmin şəxsə məlumat vermişdir. Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "Bakı Beynəlxalq Avtovağzalına 90- RT-176 nömrə nişanlı "Hyundai” markalı minik avtomobili ilə görüşə gələn, şəxsiyyəti sonradan ona məlum olan Şahid1 01 ədəd sellofan torba içərisində olan, gümüşü folqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış cəmi 2 ədəd bağlama olmaqla, 1 ədəd bağlamadan qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, digər 1 ədəd bağlamada isə ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli, narkotik vasitə hesab edilən heroinə oxşar maddə və ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə çəkisi 44 qram yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddəni məndən təhvil aldıqdan sonra gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Gömrük əməkdaşları saxlamaq üçün ona yaxınlaşarkən 90-RT- 176 nömrə nişanlı “Hyundai” markalı minik avtomobilin sürətlə ərazidən uzaqlaşmışdır. O, həmin nəqliyyat vasitəsini idarə edən şəxsi və onun içərisində kimlərin olmasını görməmişdir. Bundan sonra onlar araşdırma aparılması məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişlər. O, Şahid1 tanımır, aralarında heç bir münasibət yoxdur. O, “Vəli” adlı şəxsi avtomobil ustası kimi tanıyır, aralarında lap sıx münasibətlər, yəni dostluq yoxdur, normal tanış kimi münasibətləri vardır. O, əvvəllər çox az-az hallarda İran İslam Respublikasının ərazisində hər hansı şəxsdən yük qəbul edərək Azərbaycan Respublikasının ərazisinə gətirmişdir. Belə ki, onlar İranda verilən yüklərdə narkotik vasitə ola biləcəyindən ehtiyat edərək çox az hallarda, çox yaxın, etibar etdikləri tanışları bu barədə xahiş etdikdə İrandan yük qəbul edərək Azərbaycana gətirmişlər. “Vəli” ilə sıx münasibətləri olmadığı, normal tanış münasibəti olduğu halda, "Vəli” inandığından onun xahişini yerinə yetirmişdir. O, əvvəllər "Vəli”nin sifarişi ilə Azərbaycan Respublikasının ərazisinə hər hansı bir yük gətirməmişdir. O, Naxçıvan və ya İrandan Bakıya yükləri adətən yükün çəkisi və qabaritindən asılı olaraq 10-15 manata gətirdiyi halda, "Vəli”nin ona təxminən 1 kq çəkisi olan yükü Bakı şəhərinə aparmağına görə 500 manat pul təklif etməsi ondan heç bir şübhə yaratmamış və bununla bağlı Vəliyə heç bir sual verməmişdir. O, daşımaq üçün qəbul etdiyi yüklərin nədən ibarət olmasını yükləri qəbul edərkən həmişə yoxlasa da, Vəlinin ona təqdim etdiyi yükü yoxlamamış və hansı səbəbdən belə hərəkətə yol verməsini izah edə bilməmişdir. O, “Vəli"nin təqdim etdiyi yükü yer tutmaması üçün vedrəyə qoymuş, həmin vaxt vedrənin yanında ehtiyat hissələri olduğundan həmin ehtiyat hissələri də, yer tutmaması üçün vedərinin içərisinə atmışdır. Vəli ona yükü təqdim edərkən onun içərisində qum olduğunu dediyi, lakin yükü götürən Natiq isə yükün portağaldan ibarət olduğunu söylədiyi halda, gömrük əməkdaşları tərəfindən keçirilən əməliyyatın uğursuz olacağını, Vəli və Natiqin əməliyyat qurulmasından xəbər tutacaqlarını düşündüyündən bu ziddiyyət barədə Natiq və ya Vəlidən heç nə soruşmamışdır. "Mikayıl”! tanımır, "MikayıT’ın bu əməlin törədilməsində hansı şəkildə iştirak etməsindən məlumatsızdır. Şahid3 və Şahid4 nəinki qeyd edilən bağlamalarda narkotik vasitə və psixotrop maddələr olmasından, ümumiyyətlə onun "Vəlfdən belə bağlama qəbul etməyidən məlumatları olmamışdır. Şahid1 qeyd edilən bağlamanı İrandan “Nemət” adlı şəxsin göndərdiyini söyləsə də, həmin bağlamanı ona "Vəli” vermişdir. Onun fikrincə “Vəli” yaxalanmamaq üçün hər kəsə özünü fərqli adlarla təqdim etmişdir. O, “Orxan” və "Sədiş” adlı şəxsləri tanımır. O, 11-12.01 2020-ci il tarixlərdə cərimələnməsi ilə əlaqədar İranda qalsa da, bu barədə sənədləri İranın dövlət orqanlarına təqdim etdiyindən onları təqdim edə bilmir. "Yeddi Bulaq” adlanan ərazidə olarkən Turalı Bakıda olan tanışıma vermək üçün yanacaq doldurma məntəqəsindən benzin almağa o, göndərmişdir, bunu etməkdə hər hansı digər məqsədi olmamışdır. “Vəli”dən içərisində psixotrop maddə və narkotik vasitələr aşkar edilmiş bağlamaları məhz Tural və Tahir həmin yerdə olmadığı zaman təhvil alması tam təsadüfi olmuşdur. Biləsuvar gömrük postunda psixotrop maddə və narkotik vasitələr aşkar edildikdən sonra o, həyəcanlı olduğundan həmin premetlərin nəqliyyat vasitəsinə kim tərəfindən yerləşdirilməsindən məlumatsız olduğunuzu nümayiş etdirərək, avtomobilə lazımı şəkildə nəzarət etməmələri üçün Tural və Tahirə öz iradını bildirmiş, lakin daha sonra şifahi sorğusual zamanı həmin predmetin özü tərəfindən nəqliyyat vasitəsinə yerləşdirildiyini söyləmişdir. Həmişə yoxlama keçirilərkən nəqliyyat vasitəsindən boşaldılmış yüklər bilavasitə nəqliyyat vasitəsinin yanına qoysalar da, Biləsuvar gömrük postundan yoxlama keçirilərkən içərisindən psixotrop maddə və narkotik vasitələr olan vedrəni həmişə olduğundan fərqli olaraq, nəqliyyat vasitəsindən boşaldılmış yüklərdən bir qədər kənara qoymasını xatırlamır, onun fikrincə təsadüfən belə hal baş vermişdir. İrandan hər hansı yükü ünvanına çatdırmaq üçün qəbul etdikdə həmişə problem yaranmaması üçün yükü gömrük əməkdaşlarına təqdim etmək üçün nəqliyyat vasitəsinin salonunda gözlə görünən yerə qoysalar da, Vəlinin verdiyi yükün həqiqətən də, “qum” olduğuna inandığı üçün onu həmişə olduğundan fərqli şəkildə nəqliyyat vasitəsinin yük yerinə qoymuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsindən göstərmişdir ki, o, ümumilikdə 30 il olmaqla, təqribən 12 ildir əsasən Naxçıvan-Bakı və əks istiqamətində sərnişin avtobusunun sürücüsü qismində sərnişin daşıma fəaliyyəti ilə məşğuldur, işləyir. Hazırda “Caspian Eksperss” şirkətinə məxsus “DAEWOO” markalı, 99JF-830 nömrə nişanlı sərnişin avtobusu ilə həmin istiqamətlərdə sərnişin daşıyır. Yerindən asılı olaraq gördüyü işə görə şirkət tərəfindən ona həm faiz verilir, həm də aylıq sabit maaş alır. Azərbaycanın müxtəlif regionlarına sərnişin daşıma həyata keçirdikdə adətən köməkçilərindən biri yanında olmaqla, sərnişin avtobusunu özü tək idarə edir Naxçıvan-Bakı və əks istiqamətlərdə hərəkət etdikdə isə həmin şirkətin digər sürücüsü Şahid2 da, onunla birgə gedir və nəqliyyat vasitəsini növbə ilə idarə edirlər. 11 yanvar 2020-ci il tarixində digər sürücü Şahid2 və sürücü köməkçisi Şahid4 birlikdə Bakı-Naxçıvan istiqamətində “DAEWOO’’ markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusu ilə Bakı şəhərindən Naxçıvan şəhərinə yola düşmüşlər. Həmin tarixdə saat 21 radələrində İranı İslam Respublikasının Culfa şəhərində olarkən avtobusun yancaq çənində gömrükdən keçirilməsinə icazə verilən həddən artıq miqdarda yanacaq olduğu üçün avtobus saxlanılaraq cərimə yazılmışdır. Bundan sonra Şahid2 həmin cəriməni ödəmək məqsədi ilə İranın Culfa şəhərində qalmış, özü isə sürücü köməkçisi Turalla birgə Naxçıvan şəhərinə getmişlər. 12 yanvar 2020-ci il tarixində 09 radələrində sürücü köməkçisi Tural birlikdə o, Naxçıvan-Bakı istiqamətində 18 nəfər biletli sərnişin və 3 nəfər əlavə sərnişin götürərək “DAEWOO” markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusu ilə Naxçıvan şəhərindən Bakı şəhərinə yola düşmüşdür. Əlavə olaraq qeyd etmək lazımdır ki, avtobusun yan sağ və sol hissələrində ümumilikdə 6 ədəd baqaj hissəsi vardır, onlardan 5 ədədinə sərnişinlərə məxsus əl yüklərini yığılır və həmin baqajlar Naxçıvanda yerləşən avtovağzalda gömrük əməkdaşları tərəfindən gömrük möhürü ilə plomblanır, avtobusun sağ yan tərəfinin arxa hissəsində yerləşən 1 ədəd baqaja isə avtobusa aid zəruri ehtiyat hissələrini yığıldığından həmin hissə plomblanmır və adətən gömrük sərhədindən keçərkən gömrük əməkdaşları tərəfindən plomblanmış baqajlara baxış keçirilmir, əsasən piomblanmamış baqaj yoxlanılır. Bu qaydada onlar Naxçıvanda yerləşən avtovağzaldan yola düşərkən göstərilən 5 baqaj gömrük əməkdaşları tərəfindən yoxlanılaraq plomblanmış, ehtiyat hissələr yığılan baqaj isə plomblanmamışdır. Onlar Naxçıvanda yerləşən avtovağzaldan yola düşdükdən sonra təxminən saat 10 radələrində “Culfa” sərhəd keçid məntəqəsinə çatmışlar, orada sərnişinləri düşürdükdən nəqliyyat vasitəsini gömrük yoxlamasına təqdim etmişlər, ardınca gömrük əməkdaşları onun və köməkçisi Turalın iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirmişlər. Gömrük əməkdaşları yoxlamanın gedişatında avtobusun piomblanmamış baqajına baxış keçirən zamanı orada olan 20 litrlik yağ vedrəsinin içərisinə yığılan ehtiyat hissələrini yerə boşaldaraq baxış keçirdikdən sonra həmin ehtiyat hissələri yenidən vedrənin içərisinə yığıb həmin baqajda əvvəlki yerinə yerləşdirmişlər. Həmin yerə baxış keçirilərkən göstərilənlərdən başqa hər hansı digər əşya müəyyən edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra onlar avtobusu idarə edərək İran İslam Respublikasının ərazisinə daxil olmuşlar və İranın Culfa şəhərində Şahid2 götürərək yola davam etmişlər. Həmin vaxt avtobusu Şahid2 idarə etməyə başlamış və təqribən saat 13-14 radələrində İranda fasilə üçün dayandıqları yerə yəni, “Yeddi Bulaq” adlanan əraziyə çataraq avtobusu orada saxlamışlar. Orada sərnişinlər ehtiyaclarını ödəmək üçün avtobusdan düşmüşlər, özü isə əvvəlcə ayaqyoluna getmiş, ardınca evə ərzaq məhsulları almaq üçün həmin ərazidə yerləşən ərzaq mağazasına girmiş və təxminən 15-20 dəqiqədən sonra avtobusun yanına qayıtmışdır. O, geri qayıdarkən köməkçi Turalın yanacaq doldurma məntəqəsindən 1 ədəd 20 litrlik plastmas qabda benzin alaraq geri qayıtdığını, İsanın isə avtobusun yanında tək olduğunu görmüşdür. Turalı yanacaq dalınca İsa göndərmişdir. Turalın aldığı benzin olan plastik qabı avtobusun plomb vurulmamış və avtobusun ehtiyat hissələri yığılan baqajına qoymuş, daha sonra sərnişinləri də, götürərək yola davam edib 12 yanvar 2020-ci il tarixdə saat təqribən 19 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postuna çatmışlar. Biləsuvar gömrük postunda idarə etdikləri “DAEWOO” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna gömrük əməkdaşları tərəfindən baxış keçirilmiş və baxışda o, İsa və Tural iştirak etmişdir. Baxış zamanı avtobusun plomb yəni, gömrük təminatı vurulmamış yük yerində olan ehtiyat hissələrinin yerləşdirildiyi plastmas vedrənin içərisində, ehtiyat hissələrini altında gizlədilmiş 1 ədəd sellofan torbada olan gümüşü folqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış cəmi 2 ədəd bağlamada olmaqla, 1 ədəd bağlamadan qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram təşkil edən ağ rəngli, kristal formada maddə, digər 1 ədəd bağlamada isə ayrılıqda sellofan bükülüdə qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram təşkil edən açıq qəhvəyi rəngli maddə və ayrılıqda sellofan bükülüdə qablaşdırılması ilə birgə çəkisi 44 qram təşkil edən yaşıl rəngli maddə aşkar edilmişdir. Buna baxmayaraq Azərbaycanın “Culfa” sərhəd keçid məntəqəsində həmin vedrəyə baxış keçirilərkən orada yalnız ehtiyat hissələr olmuşdur. Onun fikrincə həmin maddələr vedrənin içərisindəki ehtiyat hissələrinin altında sonradan gizlədilmişdir. Qeyd edilən maddələr aşkar olunduqdan sonra İsa ilk olaraq onlardan məlumatsız olduğunu nümayiş etdirərək Turala avtobusu nəzarətsiz qoymamalı olduğunu bildirmiş və sanki həmin sellofan bükülülərin digər bir şəxs tərəfindən qərəzli şəkildə yerləşdirildiyini göstərməyə çalışmışdır. Daha sonra gömrük əməkdaşları o, Tural və İsa ilə sorğu-sual apararkən İsa şifahi olaraq içərisindən qeyd edilən maddələr aşkar edilmiş sözügedən bağlamaları vedrənin içərisinə, ehtiyat hissələrin altına özü tərəfindən qoyulduğunu, həmin bağlamaları İranda olarkən “Vəli” adlı iranlı şəxsdən “qızıl qarışıq torpaq” adı ilə qəbul etdiyini, Bakı şəhərinə nümunə kimi göndərildiyini, gömrük sərhədindən keçirməyi müqabilində 500 manat miqdarında pul alacağını və həmin bağlamaları Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Bundan sonra sözügedən maddələri təhvil almalı olan şəxslə “Bakı Beynəlxalq Avtovağzalında görüş təyin edilmişdir. 12.01,2020-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Bakı Beynəlxalq Avtovağzalına **- RT-*** nömrə nişanlı, “Hyundai” markalı minik avtomobili ilə görüşə gələn, şəxsiyyəti sonradan ona məlum olan Şahid1 2 ədəd bağlamaya yerləşdirilmiş qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram təşkil edən ağ rəngli, kristal formada maddə, qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram təşkil edən açıq qəhvəyi rəngli maddə və qablaşdırılması ilə birgə təqribi çəkisi 44 qram təşkil edən yaşıl rəngli maddəni Şahid2 təhvil aldıqdan sonra əməliyyat müvəkkilləri həmin şəxsə yaxınlaşmış, bu zaman **-RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobili sürətlə ərazidən uzaqlaşmışdır. Bundan sonra onlar araşdırma aparılması məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişlər. O, vedrənin içərisindən, ehtiyat hissələrin altından aşkar edilmiş maddələri yalnız gömrük baxışı zamanı aşkar edildikdən sonra görmüş və narkotik vasitələr olduğunu bilmişdir. Həmin maddələrin vedrənin içərisinə kim tərəfindən yerləşdirilməsini əvvəlcədən bilməmiş, həmin maddələr aşkar olunduqdan sonra onların həmin yerə Şahid2 yerləşdirdiyi ona məlum olmuşdur. Azərbaycanın Culfada sərhəd məntəqəsində gömrük nəzarəti zamanı həmin vedrənin içərisinə baxış keçirilərkən orada yalnız ehtiyat hissələr olmuşdur. Naxçıvandan İrana keçdikdən sonra “Yeddi Bulaq” əraziyə qədər yolda dayanmamışlar, İsa öz deməsinə görə qeyd edilən bağlamaları həmin yerdə yuxarıda göstərdiyi şəkildə qəbul etmişdir, İsa həmin bağlamaları qəbul edərkən o və Tural avtobusun yanında olmamışlar, əvvəlcədən İsanın belə bağlama qəbul etməsindən məlumatları olmamışdır, İsa onlara bu barədə heç nə deməmişdir, bundan əlavə İsanın bağlamanı qəbul etdiyini bildirdiyi şəxsi tanımır. Onlar sürücü kimi işlədikləri müddətdə çox təsadüf hallarda İranda tanıdıqları şəxslərdən yük qəbul etmişlər, yükü qəbul edərkən mütləq şəkildə onu açaraq baxmışlar, daha sonra isə sərhəddən keçərkən hər hansı problem yaranmaması üçün gömrük əməkdaşları soruşan zaman bu barədə dərhal məlumat vermək məqsədi ilə onları avtobusun salonda görünən yerə qoymuşlar. Həmişə yük qəbul etdikdə belə etmələrinə baxmayaraq, bu dəfə İsa tamamilə fərqli davranaraq yükü qəbul edib onları həmin ehtiyat hissələrinin altında gizlətmişdir. Həmin vaxtadək nə İsa, nə də o bu qaydada yük qəbul etməmişlər, İsanın hansı səbəbdən belə etməsi ona məlum deyildir. Bundan əlavə adətən gömrük postlarında avtobusda olan yükləri köməkçi avtobusdan yerə endirmiş və avtobusu boş halda rentgendən keçirmək üçün aparmışlar, lakin bu dəfə Biləsuvar gömrük postunda içərisində ehtiyat hissələrinin yerləşdirildiyi vedrəni avtobusdan İsanın özü endirmişdir. Bundan başqa gömrük postunun yoxlama xəttində avtobusdan sərnişinləri düşürməmişdən qabaq İsa avtobusdan yerə enmiş, bundan sonra o, sərnişinləri düşürüb yoxlama xəttinə daxil olmuş və adəti üzrə avtobusun sərhəddən keçməsi üçün zəruri olan prosedurlardan biri kimi ştrix-kod almağa getmiş, bu zaman İsanın həmişə olduğundan fərqli olaraq artıq həmin ştrix-kodu aldığı ona məlum olmuşdur. Onun fikrincə İsa bunu gömrük nəzarətindən keçmələrini tezləşdirmək məqsədilə etmişdir. Ona görə İsanın qeyd edilən bağlamaları qəbul edərək avtobusun baqajına yerləşdirməsindən Turalın xəbəri olmamışdır. Şahid1 tanımır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ********* nömrəli cinayət işi materiallarına əlavə edilmiş ifadəsindən görünür ki, o, Şahid3 göstərdiyi xüsusatları təsdiq etmiş, həmçinin əlavə olaraq qeyd etmişdir ki, “Yeddi Bulaq" adlanan ərazidə olarkən Şahid3 ərzaq məhsulları almaq məqsədilə mağazaya getdikdən sonra o, Şahid2 ilə birlikdə avtobusun yanında dayanıb sərnişinləri gözləmiş, bu zaman Şahid2 ondan avtobusun plomblanmamış yük yerində olan kanistri götürüb yaxınlıqda olan yanacaq doldurma məntəqəsinə gedib 20 litr benzin almağını xahiş etmiş, o da, yük yerindən kanistri götürüb yanacaq doldurma məntəqəsinə getmiş və təxminən 5-6 dəqiqə sonra benzin alaraq geri qayıtmışdır. O, benzin alıb qayıdan zaman İsanın yanında kənar şəxs görməmişdir. Onun fikrincə İsa “Vəli" adlı şəxsdən narkotik vasitələri alması üçün onu yanacaqdoldurma məntəqəsinə göndərmişdir. O, İsadan hansı səbəbdən ona benzin aldırdığını soruşduqda, İsa benzini Bakıda tanışına verəcəyini söyləmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, 12 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Şahid3 idarə etdiyi “DAEWOO” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna baxış zamanı avtobusun gömrük təminatı vurulmamış (plomb) yük yerindən yerə qoyulmuş plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altından, gömrük nəzarətindən gizlədilmiş, 1 ədəd sellofan torbada olan, gümüşü falqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış cəmi 2 ədəd bağlama olmaqla, 1 ədəd bağlamadan qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, digər 1 ədəd bağlamada isə ayrılıqda sellofana bükülü halında qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə oxşar maddə və ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə çəkisi 44 qram yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddə aşkar edilməsi faktı üzrə toplanmış material həmin maddələri Bakı şəhərində qəbul etməli olan şəxsi, onun kimə məxsus olmasını, habelə cinayət əməlinin törədilməsində iştirakı olan digər şəxsləri müəyyənləşdirmək məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi üçün Əməliyyat-İstintaq Baş idarəsinə göndərilmişdir. Sözügedən material Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olduqdan sonra qeyd edilən məqsədlə birgə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri davam etdirilmişdir. Əməliyyat tədbirində istifadə edilməsi məqsədilə əvvəlcə aşkar edilmiş maddələr aşkar olunduqları bağlamaların daxilinə yenidən yerləşdirilmiş və bundan sonra nəzarət altında Şahid2 vasitəsi ilə sözügedən maddələri təhvil almalı olan şəxslə Bakı Beynəlxalq Avtovağzalında görüş təyin edilmişdir. 12.01 ,2020-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq Avtovağzalına 99- RT-176 nömrə nişanlı “Hyundai” markalı minik avtomobili ilə gəlmiş Şahid1 həmin maddələri Şahid2 təhvil aldıqdan sonra o və əməliyyat qrupunun digər üzvləri həmin şəxsə yaxınlaşan zaman **-RT-*** nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsində olan digər şəxslər nəqliyyat vasitəsini sürətlə idarə edilərək ərazidən uzaqlaşmışlar. Bundan sonra onlar özlərini xidməti vəsiqə əsasında Şahid1 təqdim edərək araşdırma aparılması məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Baş İdarədə hal şahidlərinin iştirakı ilə Şahid1 üzərində aparılmış şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin ön sağ içəri tərəfindən, astarının altından üzərində “M40” yazısı olan 1 ədəd həb, əynində olan şalvarın ön sağ cibindən üzərində “SHARP” yazısı olan, tiyəsi ilə birlikdə uzunluğu 160 mm olan 1 ədəd bıçaq və üzərinə ərimiş halda sellofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul əskinası aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli, narkotik vasitə hesab edilən heroinə oxşar maddə, qablaşdırılması ilə birgə təqribi çəkisi 44 qram yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddə, üzərində “M40” yazısı olan 1 ədəd həb, üzərində “SHARP" yazısı olan 1 ədəd bıçaq və üzərinə ərimiş halda sellofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul əskinası araşdırma aparılması məqsədilə götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid9 və Şahid10, Şahid8 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işi materiallarına əlavə edilmiş, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda tərtib edilmiş 12 yanvar 2020-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama başlamazdan əvvəl Şahid3 idarə etdiyi avtobusda gömrük orqanlarına bəyan edilməmiş mallar olduğu təqdirdə onları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Şahid3 isə avtobusda belə mallar olmadığını bildirmişdir. Bundan sonra Şahid3 idarə etdiyi “DAEWOO” markalı, 99JF830 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna baxış keçirilmişdir. Əvvəlcə avtobusda olan bütün yüklər yerə boşaldılmış, ardınca avtobus yoxlanılmış, lakin avtobusdan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra avtobusdan yerə boşaldılmış yüklər yoxlanılmağa başlanmışdır. Bu zaman avtobusundan yerə boşaldılmış yüklərdən- avtobusun gömrük təminatı vurulmamış (plomb) yük yerindən yerə qoyulmuş işlənmiş ehtiyat hissələri yığılmış plastmas materialdan olan vedrə ehtiyat sürücü Şahid2 tərəfindən kənara itələnməsi diqqəti çəkdiyindən həmin vedrə yoxlanılmışdır. Yoxlama zamanı plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altında, gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan torbada olan, gümüşü folqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış 2 ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalar açılaraq baxış keçirilən zaman bağlamaların birində ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddənin, digər bağlamada isə açıq qəhvəyi rəngli heroinə oxşar maddənin və həmin bağlamada əlavə olaraq bir ədəd sellofan bükümdə yaşıl rəngli marixuanaya oxşar maddənin olduğu məlum olmuşdur. Bundan sonra aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilmiş, bu zaman ağ rəngli, kristal formada psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 505 qram, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 502 qram və yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 44 qram olduğu müəyyən edilmişdir. Fakt aşkar edilən zaman Şahid3 və Şahid4 həmin bağlamalarda olan maddələrin nə olduğundan məlumatsız olduqlarını, avtobusun gömrük təminatı vurulmamış (plomb) yük yerindən yerə qoyulmuş işlənmiş ehtiyat hissələri yığılmış plastmas materialından olan vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altından aşkar edilmiş həmin bağlamalardan xəbərlərinin olmadıqlarını bildirmişlər. Şahid2 isə sözügedən bağlamaları aşkar edildiyi ehtiyat hissələri olan vedrəyə onun tərəfindən qoyulduğunu, həmin bağlamaları İranda olarkən Vəli adlı iranlı şəxsdən “qızıl qarışıq torpaq” adı ilə qəbul etdiyini, Bakıya nümunə kimi göndərildiyini, gömrük sərhədindən keçirməsi müqabilində 500 manat miqdarında pul alacağını və həmin bağlamaları Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Bundan sonra aşkar edilmiş predmetlər götürülərək qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2020-ci il tarixli, 687 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1 ədəd sellofan torbada təmiz çəkisi 42,816 qram təşkil edən bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqat zamanı qurudulmuş marixuana narkotik vasitəsinin 0,02 qramı sərf olunmuş, qalıq çəki 42,796 qram təşkil etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2020-ci il tarixli, 689 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1 ədəd bükümdə təmiz çəkisi 500 qram təşkil edən, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 1 ədəd bükümdə təmiz çəkisi 500 qram təşkil edən, ağ rəngli, kristal formalı maddə metamfetamin psixotrop maddəsi, 1 ədəd həb isə təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon narkotik vasitəsidir. 1 ədəd rulon formalı 5 manatlıq əskinasın üzərində hər hansı narkotik vasitə izi aşkar edilməmişdir. Tədqiqat zamanı heroin narkotik vasitəsinin 0,1 qramı, metamfetamin psixotrop maddəsinin 01 qramı, metadon həbinin isə ikidə bir hissəsi tədqiqata sərf edilmiş, müvafiq olaraq qalıq qismində 499,9 qram heroin narkotik vasitəsi, 499,9 qram metamfetamin psixotrop maddəsi və ikidə bir hissə metadon həbi qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, 28 yanvar 2020-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 məxsus “Samsung J6” markalı mobil telefonun “Adlar" bölməsində iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq “Orxan”, “Sədiş”, “Nemət", “Vəli" və “İsa" adları üzrə axtarış aparılmış, və axtarış nəticəsində adı “Orxan”, mobil nömrəsi isə ***-***-**-** və ***-***-**-** kimi, adı “Sediş Paxan”, mobil nömrəsi isə ***-***-**-** və ***-***-**-** kimi qeyd edilmiş şəxslər müəyyən edilmişdir. Bundan başqa adı “Nemət”, “Vəli” və “İsa” kimi qeyd edilmiş hər hansı şəxs müəyyən edilməmişdir. Həmin telefonun “Zənglər” bölməsində qeyd alınmış zənglərin 01.01.2020-ci il tarixdən 22.01.2020-ci il tarixədək olan dövrü əhatə etdiyi və bu dövr ərzində intensiv olaraq ayrı-ayrı şəxslərlə danışıqlar aparıldığı müəyyən edilmişdir. “Orxan", “Sediş Paxan” adlı şəxslərlə, həmçinin Şahid2 istifadəsində olan 070-332- 28-44, ***-***-**-**, ***-***-**-** və “Vəli" adlı şəxsin istifadəsində olan +**********51 saylı mobil telefon nömrəsi ilə hər hansı telefon danışığının aparılıb- aparılmamasını müəyyən etmək üçün həmin bölməyə ətraflı baxış keçirilmiş, bu zaman “Orxan” adlı şəxslə onun arasında 01 yanvar 2020-ci il tarixdən 12 yanvar 2020-ci il tarixədək çoxsaylı çıxan, qəbul edilən və cavabsız zənglərin, ***-***-**-** saylı mobil nömrə üzrə Şahid2 ilə onun arasında 12 yanvar 2020-ci il tarixdə çoxsaylı çıxan, qəbul edilən zənglərin qeydə alındığı, “Sediş Paxan”, ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələr üzrə Şahid2 və +**********51 mobil nömrə üzrə “Vəli” adlı şəxslə onun arasında hər hansı zəngin qeydə alınmadığı müəyyən edilmişdir. Bundan sonra “WhatsApp” mobil əlavəsinin “Söhbətlər” bölməsinə baxış keçirilmişdir. Baxış zamanı yuxarıda adları və mobil nömrələr qeyd edilmiş şəxslərdən yalnız adı. “Orxan” kimi qeyd edilmiş şəxslə çoxsaylı danışıqların (səsli və yazılı mesajlar) və zənglərin qeydə alındığı müəyyən edilmişdir. Həmin danışıqlara baxış zamanı müəyyən edilmişdir ki, “Orxan” Votsap proqramı vasitəsi ilə Şahid1 yükü götürərkən həyəcanlanmamağın, narahat olmamağını, sanki “apelsin” yükü götürdüyünü, hər hansı hadisə baş verdiyi təqdirdə onun adını çəkməyini bildirən məzmunlu, Şahid1 isə ona nəqliyyat vasitəsinin qapısını hazır saxlamasını, malı götürən kimi sürətlə onun olduğu nəqliyyat vasitəsinə gedəcəyini bildirən məzmunlu (“Natiq: sən bayaq saxladın e, onun elə bil arxa tərəfində, patamdarta gedirsən e, bax o yolun üstündə bir dənə də qapısı var, böyük qapısı, gəl o tərəfə, 200-300 metr aralıdı, gəl bu tərəf, buralarda görüşəcəm, burdan görüşüm gəlim sənin yanına, bir də 300- 500 metr gəlməyim”, “Natiq: elə bil ki bayaqkı yerin arxa tərəfində qaldıq, orda bir dənə də qapısı var1’, “Orxan: Başa düşmədim e nə deyirsən, hara gəlim, patamdarta tərəf gəl nədi ay qaqa”, “Orxan: haranı deyirsən ay natiq, sənə qurban olum saxladığım yerdən hara qayıdım, patamdart tərəf gedim”, “Natiq: çast yox idi, çast, demədik ki o, şeyə tərəf qalxırdı, o qalxan yer yox İdi, o tərəfə gedəndə orda bir dənə də qapı var, sən elə bayaq maşın saxladın mən düşdüm e, onun arxa tərəfində, elə bil maşının arxa tərəfindən bir dənə də çıxışı var, ora tərəf gəl”, “Orxan: gəl otur maşına tez”, “Orxan: Qaqa nə oldu, gəlib çıxmadı o xalan oğlu”, “Natiq: Qaqa səbrli ol, səbrli ol gəlir, gələn kimi özü məni yığacaq, çatan kimi yığacaq”, “Orxan: Müşdürk hələ gəlib çatmayıbdı ə, bıy sənin qeyrətini s..m gədə”, “Orxan: qaqa nətə oldu, nə oldu”, “Orxan: Natiq onu yığma onu yığma, deyir məni çox yığırlar nağarırlar, onu yığma görək nağarır bu qa...n”, “Orxan: Natiq istəyirsən gəl otur burda, gələndə gedərsən qaqa soyuqdu”, “Natiq: Qaqa mən onu bura gələndən bir dəfə yığımışam, o da, indicə yığdım, bayaqdan, bir dəfə, lap birinci çatanda yığdım ki burdasan, elə bildim burdadı, dedi yox, indi də yığdım 10 dəqiqə 5 dəqiqə dedi, baxdım 20 dəqiqə keçib, yığdım dedi 2 dəqiqə çatıram ora, dedi Yasamal, harası dedi, dedi burdayam, 2 dəqiqəyə girirəm ora, dedim hə yaxşı1’, “Natiq: 2 dəqiqəyə görən gələcəksə day nəyə gəlim, nə bilim axı gəlirəm maşına, gəlim orda ondan bir iki tüstü ver üşüdüm”, “Orxan: Ə di dur orda da, 2 dəqiqəyə deyir gəlirəmsə, dur orda da”, “Natiq: Avtobus keçdi e ordan, o idi”, “Orxan: Hə hə elə o özü idi, pipiyin özüdü ’, “Natiq: Qaqa indi mən burdayam, sən birdənə qapının ağzını, oraları cəhlə, bir dənə bunu götürüb şığıyacam ora”, “Orxan: qaqa huyuxma e huyuxma, narahat olma, lap bərk başı, ayın-bayın, məni bu göndərdi, vəssalam”, “Orxan: Qaqa sənin qadan alım, nağarırsan elə birdənə huyuxma başına dönərəm, yəni elə bil əlində apelsin gətirirsən, orda nə var “Natiq: Sən nə danışırsan, bu nə söhbətdi (səsin qalan hissəsi eşidilmir)”, “Orxan: Nə oldu, nətər oldu, gəlirsən yoxsa, yox”, “Orxan: Natiq çatıb o, yoxsa çatmayıbdı, mənə bir hə yox de görüm”, “Orxan: Dədə mənə bir səs qoy bilim, sənə qurban olum, ürəyim partladı axı”, “Orxan: Nətər oldu, mənə bir səs qoy o...ş”, “Orxan: Alçaq gədə mənə bir səs qoy, ay o...ş”, “Orxan: A p...x gədə bir səs qoy da adama, niyə belə edirsən ay g x”) mesajlar göndərmişdir. Bundan əlavə mobil telefonun “Qalareya” bölməsinə baxış zamanı həmin bölmədə olan “Kamera” alt bölməsində 12 yanvar 2020-ci il tarixli (saat19:50), “20200112 195032” adlı, “.jpg” formatlı, "/Daxili yaddaş/DCİM/Camera” qovluğunda yerləşən bir ədəd fotoşəkil müəyyən edildi. Həmin fotoşəkildə ekranında "1,6” rəqəmləri qeyd olunmuş elektron tərəzi üzərində yerləşdirilmiş, içərisində bitki kütləsinə bənzər predmet olan 01 ədəd sellofan bağlama əks olunmuşdur. Bundan başqa Şahid2 məxsus "LG Magna” markalı mobil telefonun “Adlar” bölməsində iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq “Orxan", “Sədiş”, "Nemət”, “Vəli” və “Natiq" adları üzrə axtarış aparılmışdır. Axtarış nəticəsində adı “X13”, mobil nömrəsi isə +**********51 (ifadəsində “Vəli” kimi qeyd etdiyi şəxsin mobil nömrəsi ilə eynilik təşkil edən) kimi qeyd edilmiş şəxs müəyyən edilmişdir. Bundan başqa adı “Orxan”, “Sədiş”, “Nemət” və “Natiq" kimi qeyd edilmiş hər hansı şəxs müəyyən edilməmişdir. Telefonun “Zənglər” bölməsində qeyd alınmış zənglərin 05.01.2020-ci il tarixdən 13.01.2020-ci il tarixədək olan dövrü əhatə etdiyi və bu dövr ərzində intensiv olaraq ayrıayrı şəxslərlə danışıqlar aparıldığı müəyyən edilmişdir. Baxış zamanı “Orxan” adlı şəxsin istifadəsində olan ***-***-**-**, ***-***-**-**, "Sədiş” adlı şəxsin istifadəsində olan 050- ***- **-** və ***-***-**-** saylı mobil nömrələrlə hər hansı telefon danışığının aparılmadığı, bununla yanaşı Şahid1 istifadəsində olan ***-***-**-** saylı və “X13” adlı şəxsin istifadəsində olan +**********51 saylı mobil nömrə ilə 12 yanvar 2020-ci il tarixdə bir sıra telefon danışıqlarının həyata keçirildiyi məlum olmuşdur. Bundan sonra “WhatsApp” mobil əlavəsinin söhbətlər bölməsinə baxış keçirilərkən yuxarıda adları və mobil nömrələr qeyd edilmiş şəxslərdən yalnız adı və “X13” kimi qeyd edilmiş şəxslə çoxsaylı danışıqların (səsli mesajlar) və zənglərin qeydə alındığı müəyyən edilmişdir. Həmin danışıqlara baxış zamanı müəyyən edilmişdir ki, "X13” kimi qeyd edilmiş şəxs Şahid2 harada olmasını, mah götürməli olan şəxsin hara gəlib götürməsini bildirən məzmunlu, Şahid2 isə ona bir qədər sonra “Avtovağzala" çatacağını, həmin şəxsin təciii olaraq gəlib yükü götürməsini, sonda isə şəxsin malı təhvil aldığını bildirən məzmunlu mesajlar göndərmişdir. Təqdim edilən SMS-lərə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı (********** saylı mobil nömrəndən 31.12.2019-cu il tarixdə ********** saylı mobil nömrəyə “dodu qaga bizim kiravatin altinda karofka var onu gotur ac bax icine orda koku var inu sabah gonder mene 11 məzmunda, 31.12.2019-cu il tarixdə ********** saylı mobil nömrəyə “qaga mutlek sabah iwe getmemiwden qabağ gondrrki" məzmunda, 31.12.2019cu il tarixdə ********** saylı mobil nömrəyə “yadindan cixmasin haa qaga" məzmunda, 31.12/2019-cu il tarixdə ********** saylı mobil nömrəyə “bideki ele birweyin icine qoy ku bilinmesin" məzmunda, 31.12.2019-cu il tarixdə ********** saylı mobil nömrəyə “qaqa yox du ozum de axtaram senol bele 10 dene var veriler 5 dene veriler bahadi ama qaga” məzmunda, 31.12.2019-cu il tarixdə ********** saylı mobil nömrəyə “35 den awawi vermiler qaqa" məzmunda, 31,12.2019-cu il tarixdə ********** saylı mobil nömrəyə "he qaga ancaq 1 qiram ede bilerik" məzmunda, 31.12.2019-cu il tarixdə ********** saylı mobil nömrəyə “senol yarim da elemek olmur" məzmunda, 01.01.2020-ci il tarixdə ********** sayli mobil nömrəyə “ayee sene ne qeder wuwu lazim diki aaqa” məzmunda, 01.01.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə “ayee yewik isteyisenbgoturum verim” məzmunda, 01.01.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə “wuw 20 eyne 20 lik olsun” məzmunda, 11.01.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə "heee e” məzmunda SMS mesaj göndərilmiş, eləcə də ********* saylı mobil nömrəyə 31.12.2019-cu il tarixdə ********** saylı mobil nömrədən “Qarda$ olsa xai$ edirem biraz koku$ kÄfltÄ%r”, məzmunda, 31.12.2019-cu il tarixdə ********** saylı mobil nömrədən “Mene oboyda lazÄ^m deyi! ele oe!e ba$ qatmağa sabax menik deyil” məzmunda, 01.01.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “20m” məzmunda, 01.01.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “10olsun” məzmunda, 11.01.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “05 pati 30manat alinar ? Bu usag istiyir” məzmunda və 11.01.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “Bilmir sendedi” məzmunda SMS mesaj göndərilmişdir) və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ayrı-ayrı şəxslər aparılmış, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini əks etdirən məzmunlu çoxsaylı mesajlar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatına baxış zamanı məlum olmuşdur ki, o, 2014-cü ildə 2 dəfə, 2017-ci ildə 2 dəfə və 2018-ci ildə 1 dəfə Azərbaycan Respublikasının ərazisini tərk edib geri qayıtmışdır. O, bunlardan birində “Biləsuvar”, birində “Bakı Aerportu”, qalanlarında isə “Şıxlı" sərhəd nəzarət məntəqəsindən keçmişdir. Təqsirləndirilən şəxs yalnız bir dəfə 2017-ci ildə Ukrayna Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daxil olmuş, digər bütün hallarda ölkə ərazisini tərk edib geri qayıtması Gürcüstan Respublikasından olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 17 may 2021-ci il tarixli, 1461 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidləhni tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan sonra “WhatsApp” mobil əlavəsinə baxış keçirildikdə mobil əlavənin +**********16 saylı mobil nömrə ilə qeydiyyatdan keçirildiyi məlum olmuşdur. Bunun ardınca mobil əlavənin söhbətlər bölməsinə baxış keçirilmiş və baxış zamanı yuxarıda adları və mobil nömrələr qeyd edilmiş şəxslərlə hər hansı danışıq aparılması halı müəyyən edilməmişdir. Bununla yanaşı həmin bölməyə baxış nəticəsində Təqsirləndirilən şəxs İran İslam Respublikasının mobil operatorlarına məxsus +**********41 və +**********97 saylı mobil nömrələrlə narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı ayrı-ayrı tarixlərdə çoxsaylı danışıqlar (mətn, səs yazısı, fotoşəkil şəklində) apardığı aşkar edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 25 iyun 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-İstintaq Baş İdarəsində olarkən gömrük əməkdaşları tərəfindən ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qaldığına, etirafedici ifadəsinin alınması üçün ona qarşı fiziki və psixi zorakılığın tətbiq edildiyinə dair Azərbaycan Respublikası Baş prokurorluğuna ünvanladığı ərizəsi əsasında aparılmış araşdırma zamanı qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığından onun şikayət əsassız hesab olunmaqla cinayət işinin başlanması Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün ona istinad edilən cinayət əməllərinə yol vermədiyini, təqsirsiz olduğunu, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi bu dəlillər Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olaraq araşdırılmış və həmin xüsusatlar 28 yanvar 2020-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokol, 10 mart 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokol, 15 aprel 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və cinayət işi materiallarına əlavə edilmiş digər sübutlarla təkzib olunmuş, onun öz müdafiəsi üçün gətirdiyi həmin dəlillər cinayət məsuliyyətindən yaxa qurtarmaq xarakteri daşıdığından məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilir. Belə ki, Şahid1 məxsus mobil telefona baxış zamanı müəyyən edilmiş, onunla Təqsirləndirilən şəxs arasında aparılmış danışıqların məzmunundan aydın şəkildə görünür ki, onların hər ikisi bu cinayət əməllərinə birgə, qəsdən yol vermişlər. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı aşkar edilmiş, onun İran İslam Respublikasının mobil operatorlarına aid olan mobil nömrənin istifadəçiləri ilə müxtəlif vaxtlarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı və digər formada dövriyyəsi, eləcə də qaçaqmalçılığı ilə bağlı apardığı çoxsaylı danışıqlar da onun bu kimi əməllərdən uzaq olmadığını, əvvəllər də belə əməllərə dəfələrlə yol verdiyini, İran İslam Respublikasında təsvir edilən xarakterli cinayətkar əməllərə yol verən şəxslərlə sıx münasibətləri olduğunu təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlləri törətməsi məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq baş idarəsində saxlanılan, qalıq çəki 42,796 qram qurudulmuş marixuananın, qalıq çəkisi 499,9 qram heroinin, qalıq çəkisi 499,9 qram metamfetaminin və br həbin ikidə bir hissə qalmış metadonun, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə məhv edilməsinin və 298 manat 86 qəpik ekspertiza xərcinin ödənilməsinin qərara alınması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından ibtidai istintaq zamanı yardım göstərmiş Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.42 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs üzərində 10 (on ) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 06 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq baş idarəsində saxlanılan, qalıq çəki 42,796 qram qurudulmuş marixuananın, qalıq çəkisi 499,9 qram heroinin, qalıq çəkisi 499,9 qram metamfetaminin və br həbin ikidə bir hissə qalmış metadonun, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 298 manat 86 qəpik ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə ödənilməsinin qərara alınması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar