Məhkəmə qərarları › İş №1(101)-1416/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1416/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1416/2022 25.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Kürdəmir şəhəri, Əzizbəyov küçəsi, ev 11-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 75, mənzil 75-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə uzun müddət tanışlıq münasibətində olduğu Zərərçəkmiş şəxs ona yaranmış etibarından sui istifadə edərək qızıl külçə verdiyi halda qısa müddət ərzində ona yaxşı qazanc verəcəyinə dair yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq ünvan 1 ünvanında yerləşən “Mərkəzi Univermaq”da xx.xx.2020-ci il tarixdə bir qramı Azərbaycan manatına məzənnəsi ilə 92,99 manat təşkil edən 54,7 ABŞ dolları olan 995 əyyarlı çəkisi 850 qram olan ümumi dəyəri Azərbaycan manatına məzənnəsi ilə 79.041,5 manat təşkil edən 46.495 ABŞ dollar dəyərində qızıl külçələri götürdükdən sonra xx.xx.2020-ci tarixdə bir qramı Azərbaycan manatına məzənnəsi ilə 89,59 manat təşkil edən 52,7 ABŞ dolları olan 995 əyyarlı çəkisi 750 qram olan ümumi dəyəri Azərbaycan manatına məzənnəsi ilə 67.192,5 manat təşkil edən 39.525 ABŞ dollar dəyərində qızıl külçələri satıb pulunu qaytarmaq adı ilə yenidən həmin ünvanda götürdükdən sonra Zərərçəkmiş şəxs ona olan etibarını qorumaq məqsədi ilə həmin gün guya xx.xx.2020-ci il tarixdə götürdüyü qızıl külçənin pulunun bir hissəsini, yəni Azərbaycan manatına məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dollarını və əlavə olaraq 2000 manatı Zərərçəkmiş şəxs ödəmiş, lakin Azərbaycan manatına məzənnəsi ilə 110.234,8 manat təşkil edən 64.844 ABŞ dolları məbləğində qızıl külçələri vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ittihamda göstərilən çəkilərdə qızıl külçələri 10 və 17 mart 2020-ci il tarixlərdə alıb Şahid3 satmaq üçün vermiş, lakin sonuncu ona həmin qızıllara görə cəmi 20.000 ABŞ dolları vermiş, həmin pulu da o, 17 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs vermişdir. Qalan pulları Səbuhi ona vermədiyi üçün o da Yusifə verə bilməmişdir. Bununla belə o, hissə-hissə 3.500 manat pul Yusifə ödəmişdir. Qalan məbləği ödəmək qabiliyyətində deyil. Bildirmək istəyir ki, o, 2004-ci ildən 2020-ci illər ərzində ünvan 2 ünvanda, Mərkəzi Univermağın yanında yerləşən qeyri yaşayış sahəsində xırda bir otağı icrəyə götürüb orada qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olmuş, Zərərçəkmiş şəxs həmin univermaqda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan satıcı kimi təxminən 2005-ci ildən tanımış və 2018-ci ildən sonuncu ilə qızıl alış verişi etməyə başlamış, əvvəllər o, Zərərçəkmiş şəxs mütəmadi olaraq qızıl külçələrini nisyə götürüb satışını həyata keçirərək vaxtlı-vaxtında pulunu ödəmişdir. Buna görə də aralarında etibar yaranmışdır. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs qramı 53,5 ABŞ dolları olan 995 əyyarlı çəkisi 850 qram, ümumi dəyəri 45,475 ABŞ dollar təşkil edən, yəni «lom» formasında olan qızıl külçə nisyə götürüb bildirmişdir ki, bir həftə ərzində həmin qızılın pulunu qaytaracaqdır. Zərərçəkmiş şəxs da ona olan etibara görə ona inanıb həmin qızılı ona vermişdir. O isə öz növbəsində həmin külçəni aldığı qiymətdən daha baha qiymətə sataraq pulu gəlirlə qaytarmaq üçün elə həmin gün bir həftə müddətinə tanışı Şahid3 vermişdir. Səbuhi ilə əvvəllər də qızıl alış-verişi olmuş və sonuncu heç vaxt onu aldatmamış, pulu vaxtlı-vaxtında vermişdir. xx.xx.2020-ci il tarixdə Şahid3 ona 20.000 ABŞ dolları gətirərək əlavə olaraq 750 qram qızıl külçə istəmiş, bildirmişdir ki, axşama 850 qram qızıla görə qalan borcu və yeni götürdüyü qızıla görə pulu tam ödəyəcəkdir. O da yenidən Zərərçəkmiş şəxs iş yerinə gedib ondan qramı 52 ABŞ dollar olan 995 əyyarlı çəkisi 750,42 qram, ümumi dəyəri 39.021 ABŞ dollar təşkil edən külçə, yəni «lom» formasında olan qızılı nisyə götürüb bildirmişdir ki, ondan nisyə götürdüyü yuxarıda qeyd olunan qızılın pulunu təxminən bir neçə saat ərzində gətirib ona verəcəkdir.Yusif də yenə ona inanıb çəkisi 750,42 qram, 995 əyyarlı külçə formasında qızılı ona vermişdir. Həmin gün axşam Şahid3 yanına gəlib pulları tam ödəməli idi. Lakin Səbuhi gəlmədiyi üçün ona zəng etmiş, gəlməməyinin səbəbini soruşmuşdur. Səbuhi bildirmişdir ki, başı qarışıqdır, 1- 2 günə gəlib pulları verəcəkdir. Bundan sonra o, Yusifə zəng edib demişdir ki, səhəri günü pulu verə biləcək və Yusif də onunla razılaşmışdır. Səhəri günü günorta vaxtı Yusif ona zəng etmiş, o, Yusifə bildirmişdir ki, qısa bir zamanda pulu götürüb gəlib borcunu ödəyəcək. Lakin Səbuhi ona yalan danışıb pulunu ödəmədiyi üçün o da Yusifdən aldığı malın pulunu ödəyə bilməmişdir. Hazırda o, Zərərçəkmiş şəxs 62.996 ABŞ dolları məbləğində pul verməlidir. Şahid3 polisə ona görə şikayət etməmişdir ki, sonuncu imkan tapıb pulu ona qaytarsın, lakin bir müddət sonra Səbuhi onun qardaşı Şahid4lə birlikdə başqa bir iş üzrə həbs olunmuşlar və hal-hazırda cəza çəkirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs dostu Elnur Muradovun vasitəsi ilə tanımışdır. Belə ki, o, 2001-ci ildən Bakı şəhəri X5 xırda bir otağı icarəyə götürüb orada qızıl-zinət əşyalarının hazırlanması, eləcə də alışı və satışı ilə məşğul olur. 2016-cı ildə dostu Elnur Muradov onun iş yerinə Təqsirləndirilən şəxslə gələrək sonuncuya qızıl lazım olduğunu, ona qızıl verməsini, sonuncu həmin qızılı realizə etdikdən sonra gəlirlə birlikdə pulu qaytaracağını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Mərkəzi Unversal Mağazasının yaxınlığında qızıl-zinət sexində işləyirdi. Mətləb ilə tanış olduqdan sonra onunla iş görməyə başlamışlar, əvvəllər Mətləb ondan mütəmadi olaraq az çəkidə, yəni 50-100 qram çəkidə qızıl külçələri almış, sataraq qazancla birlikdə dəyərini ödəmiş, 2019-cu ilin dekbar ayından siə Mətləb ondan daha ağır çəkidə olmaqla, yəni 300, 400 və 700 qarm çəkidə qızıl külçələrini nisyə götürüb vaxtı-vaxtında pulunu ödəmişdir. Buna görə də onun Mətləbə inam və etibarı yaranmışdır. xx.xx.2020-ci il tarixdə Mətləb iş yerinə gələrək ondan çəkisi 940 qram olan qızıl külçəsini istəmişdir. Etibarı olduğu üçün ona həmin tarixdə qramı 54.7 ABŞ dolları olan 995 əyyarlı çəkisi 850 qram, ümumi dəyəri 46.495 ABŞ dollar təşkil edən qızıl külçəni iş yoldaşı Kazımin yanında ona nisyə vermişdir. Mətləb söz vermişdir ki, bir həftə ərzində həmin qızılın pulunu qaytaracaqdır. xx.xx.2020-ci tarixdə iş yerinə Mətləb gəlib ondan daha bir qızıl külçə istəmişdir. O Mətləbə etiraz etmişdir ki, əvvəlki külçənin pulunu ödəmədiyi halda nə üçün daha bir külçə istəyir. Mətləb isə bildirmişdir ki, o ona 750 qram külçə versə 1-2 saata birinci və ikinci külçələrin pullarını gətirib təqdim edəcəkdir. O ona inanaraq qramı 52.7 ABŞ dollar olan 995 əvyarlı çəkisi 750 qram, ümumi dəyəri 39.525 ABŞ dollar təşkil edən qızıl külçəni nisyə vermişdir. Mətləb bir-iki saata onun yanına gəlib yalnız 20.000 ABŞ dolları vermiş və bildirmişdir ki, bu pul xx.xx.2020-ci il tarixdə götürdüyü qızıl külçənin pulunun bir hissəsini, yəni, qalan 26.495 dollarını da həmin günü axşam verəcəyini bildirmişdir. Bundan sonra Mətləb çıxıb getmiş və həmin günü axşam ona zəng edib demişdir ki, pulu səhəri günü gətirib verəcəkdir. Çarəsi qalmadığı üçün Mətləblə razılaşmışdır. Növbəti gün günorta vaxtı Mətləbə zəng etmiş və Mətləb bildirmişdir ki, o, «Moskva» Univermağına gedib pulu götürüb gələcəkdir. Həmin günü bir neçə saat keçdikdən sonra Mətləbə zəng etmiş, lakin Mətləb onun zənginə cavab verməmişdir. Bundan sonrada Mətləbi axtarmış, lakin Mətləb hər dəfə ondan yayındığı üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İbtidai araşdırma zamanı Mətləb ona əlavə olaraq 5000 manat pul ödəmişdir. Bu ödənişdən sonra Mətləbin ona 63000 ABŞ dolları borcu qalmışdır. Pulunu tələb edir. Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə əlaqədar Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, həqiqətən Təqsirləndirilən şəxs tərəfindən ona 20.000 ABŞ dolları, sonrakı dövrlərdə isə hissə-hissə 3.500 manat pul və bir dəfə 2.500 manat pul ödəmişdir. Həmçinin Mətləb ona özü demişdir ki, Səbuhi ondan aldığı qızılın 200 qramını Tərlan adlı şəxsə vermişdir. Həmçinin onu da əlavə edir ki, dostu və qızıl işi ilə məşğul olan Elnur da bu məsələni bildikdə ona demişdir ki, Mətləbin ona da 60.000 manat pul borcu var, hələ də pulunu qaytarmamışdır. Artıq bundan sonra başa düşmüşdür ki, Mətləb ona qarşı dələduzluq edərək qızılını mənimsəmişdir. Belə ki, dəfələrlə Mətləbdən qızılı və yaxud da pulunu istədikdə Mətləb maddi baxımdan problemləri olduğunu deyir, aldığı qızılın pulunu yaxın zamanlarda ödəyəcəyini deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mərkəzi Univermaqda işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs çox vaxt qızıllarını saxlamaq üçün ona verir, lazım olanda gəlib götürürdü. 10 mart 2020-ci il tarixdə o işdə olarkən Yusif ona zəng edərək ona saxlamaq üçün verdiyi qızıl külçəni Mətləbə verməyi bildirmişdir. Aradan bir qədər keçmiş Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş və bu zaman Yusifin özü də yanıfna gəlmişdir. O, Yusifin dediyi 850 qram qızılı tərəzidə çəkib Mətləbə vermişdir. Sonra Yusifdən bilmişdir ki, Mətləb qızıl külçəni götürüb getmiş, lakin pulunu verməmişdir. Bir müddət sonra isə ona məlum olmuşdur ki, Mətləb onun ona verdiyi qızıldan başqa da Yusifdən qızıl götürmüş, lakin onun da pulunu Yusifə verməmişdir. Məhkəmə iclasında şahid qsimində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, bir yerdə qızıl alveri etmiş və münasibətləri yaxşı olmuşdur. Belə ki, o, əvvəllər də Mətləbdən dəfələrlə satıb pulunu qaytarmaq şərti ilə qızıl əşyaları götürüb satmış və pulunu da vaxtında Mətləbə ödəmişdir. Onların Mətləblə aralarında olan ticarət əlaqələri sonuncu dəfə 2019cu ilin sonlarında və 2020-ci ilin yanvar ayının əvvəllərində olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayında götürdüyü qızıl külçələri ona vermiş, həmin külçələrə görə 20.000 ABŞ dolları Mətləbə 17 mart 2020-ci il tarixdə ödəmişdir. Ona verdiyi qızıllara görə onun Mətləbə 55.000 ABŞ dolları borcu qalıb. O, dələduzluq cinayətinə görə 9 il müddətinə azadlıqdan məhrum olunmuş və hazırda 10 saylı CÇM-də cəza çəkir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi. Həmin ifadəsi hal-hazırda məhkəməyə verdiyi ifadəsinə ziddir. Belə ki, istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yusifdən qızıl aldığı vaxtdan sonra onun hüquq-mühafizə orqanları ilə problemləri olmuş, polis tərəfəfindən axtarıldığından o, hamıdan yayınaraq gizlənmiş və Mətləb də bunu bilmişdir. Belə ki, o, Mətləbin qardaşı Famil ilə birlikdə axtarışda olmuşdur. Bu səbəbdən də Mətləbin onun dələduzluğa görə axtarılmağını bilə-bilə ona satış üçün qızıl verməsi məntiqsizdir. Mətləb ona qızıl verməmiş, belə ki, o Zərərçəkmiş şəxs qızıl külçələri 2020-ci ilin mart ayında götürmüş, həmin vaxt isə onun Mətləblə əlaqələri olmamışdır. Ümumiyyətlə o Mətləbdən külli miqdarda bir dəfəyə qızıl almamış, həmişə Mətləb ilə qızıl alış-verişi edərkən aldığı qızılın dəyərinin 30%-ni əvvəlcədən Mətləbə ödəmişdir və qızılı satdıqdan sonra pulun qalan hissəsini ödəmişdir. Həmçinin onunla Mətləb arasında qızıl alış-verişi olsa da bu xırda məbləğlərdə olmuş, o, Mətləbə 20.000 ABŞ dolları verməmiş, nə də ki, Mətləb ona 20.000 ABŞ dolları verməmişdir. Şahid3 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs qızıl külçələrini Şahid3 verməsinə inanmır, belə ki, ibtidai istintaq zamanı Mətləbin özü bildirmişdir ki, qızılın 200 qramı Tərlan adlı şəxsə verilib, həmçinin Şahid3 mütəntiqə verdiyi ifadələrində Mətləbdən qızıl almasını ümumiyyətlə inkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, Zərərçəkmiş şəxs isə 2019-cu ildə qardaşı Mətləbin vasitəsi ilə tanımışdır. Belə ki, Yusiflə Mətləb arasında qızıl alış-verişi olmuşdur. Mətləb Yusifdən qızıl alıb Səbuhiyə verməsini ona demişdir. Lakin başqa bir dələduzluq əməlinə görə o və Səbuhi birlikdə tutulduqlarına görə Səbuhi Mətləbin pulunu verə bilməmiş, Mətləb də öz növbəsində Yusifin pulunu verə bilməmişdir. İbtidai istintaq zamanı da ifadə verərkən göstərmişdir ki, 2020-ci ilin iyun aylarında ona məlum olmuşdur ki, Mətləbin Yusifə 60.000 ABŞ dolları məbləğində borcu vardır. O Bu barədə Mətləbdən soruşduqda Mətləb bildirmişdir ki, o, Yusifdən 80.000 ABŞ dolları məbləğində qızıl götürmüş, ondan 20.000 ABŞ dollarını ödəmiş, lakin 60.000 ABŞ dolları borcu qalmışdır. O, Mətləbdən pulu və ya qızılı nə etdiyini soruşduqda isə Mətləb bildirmişdir ki, ziyana düşüb və hissə-hissə qaytaracaqdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs götürmüş olduğu qızılı Şahid3 vermiş və sonuncu onun pulunu qaytarmamışdır. X3 götürüb pulunu ödəyəndə o onların yanında olmuşdur, lakin Zərərçəkmiş şəxs məxsus qızılı Mətləb Səbuhiyə verərəkən o onların yanında olmamış, ona bu barədə deməmişlər və bu səbəbdən də o, neçə aylar sonra bunu bilmişdir. O və qardaşı Təqsirləndirilən şəxs Şahid3 əvvəllər dəfələrlə dələduzluq etdiyi üçün məhkum olunmasını bilsələr də onun islah olunmasını düşünərək onunla iş görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır, lakin Şahid3 tanıyır. Belə ki, o, 2014-cü ildən etibarən Bakı şəhəri, Nizami rayonunda yerləşən «Laçın» ticarət mərkəzində fərdi qaydada qızıl-zinyət əşyaların alış verişi ilə məşqul olur.Həmin ticarət mərkəzində o, bir neçə dəfə Şahid3la qızıl alış verişi etmışdir. Şahid3 2018-ci ildə «Laçın» ticarət mərkəzinə yanında bir nəfər şəxs ilə yaxınlaşaraq həmin şəxsin onun qardaşı Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs Səbuhinin yanında olan şəxsin olub-olmamasını dəqiq deyə bilmir, çünki həmin vaxtdan dörd il keçmiş, dəqiq xatırlaya bilmir. Onun Təqsirləndirilən şəxs ilə heç bir şəxsi tanışlığı və əlaqəsi, eləcə də, alış-verişi olmamışdır.O, Şahid3la souncu dəfə 2019-cu ilin yay aylarında qızıl zinyət alış-verişi etmişdir. Həmin alış-veriş zamanı o, Şahid3 külçə, yəni «lom» formasında olan qızıl məmulatını almamış, Səbuhi ilə arasında bir üzüyün alış verişi olmuş, Səbuhi ondan 600 manat dəyərində qızıl üzük götürsədə pulunu bu günədək ödəməmişdir. İbtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəyə uyğun ifadəni müstəntiqədə vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış, Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-nə yazdığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ondan Səbail rayonu “X6” 66000 ABŞ dolları dəyərində olan qızıl kütləni alaraq ona müxtəlif vədlər vermiş, müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, baxış keçirilən ərazı Səbail rayonu Azərbaycan prospektində yerləşən “X4”. Burada qızıl alqı-satıqısı ilə məşğul olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, məhz burada Təqsirləndirilən şəxs ondan xx.xx.2020-ci il tarixdə 850 qram və xx.xx.2020-ci il tarixdə 750 qram qızıl külçələr almışdır. Təqsirləndirilən şəxs ona 20000 ABŞ dolları vermiş, ancaq Təqsirləndirilən şəxs ona ümumilikdə 60000 ABŞ dolları borcu qaldığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyətli olan heç bir əşya və predmet götürülməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi mobil telefondakı “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı pul tələbi, onun tərəfindən aldadılması, pulun ödənilməsindən yayınması, Təqsirləndirilən şəxs isə pulun ödənməsi üçün vədlər verməsinə dair çoxsaylı mesaj mübadiləsi vardır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi “X9” gələrək ondan qramı 54.7 ABŞ dolları olan 995 əyyarlı çəkisi 850 qram olan ümumi dəyəri 46495 ABŞ dolları təşkil edən qızıl külçə almış və 1 həftə ərzində pulu qaytaracağını demişdir. xx.xx.2020-ci il tarixdə iş yerində olan zaman Təqsirləndirilən şəxs bir daha ondan 52.7 ABŞ dolları olan 995 əyyarlı çəkisi 750 qram olan ümumi dəyəri 39525 ABŞ dolları təşkil edən qızıl külçə götürmüş və bir neçə saat ərzində pulunu verəcəyini demiş və 1-2 saat ərzində pulu qaytaracağını demişdir.Həmin tarixdə bir neçə saat sonra Təqsirləndirilən şəxs ona xx.xx.2020-ci il tarixdə aldığı qızılın 20000 ABŞ dollarını qaytarmış, qalan xx.xx.2020-ci il tarixdə aldığı qızıla görə 26495 ABŞ dollarını isə həmin gün axşam verəcəyini demişdir. 2020-ci ilin aprel-may ayları ərzində Təqsirləndirilən şəxs ona daha 2000 manat pul qaytarmışdır. Ancaq Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib aldadaraq əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs ona 64844 ABŞ dolları miqdarında ümumi borcu qalmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi “X9” gələrək ondan qramı 53.5 ABŞ dolları olan 995 əyyarlı çəkisi 850 qram olan ümumi dəyəri 45475 ABŞ dolları təşkil edən qızıl külçə almış və 1 həftə ərzində pulu qaytaracağını demişdir. xx.xx.2020-ci il tarixdə bir daha ondan 52 ABŞ dolları olan 995 əyyarlı çəkisi 750,42 qram olan ümumi dəyəri 39021 ABŞ dolları təşkil edən qızıl külçə götürmüş və bir neçə saat ərzində pulunu verəcəyini demiş və 1-2 saat ərzində pulu qaytaracağını demişdir. Zərərçəkmiş şəxs aldığı qızıl külçəni nisyə olaraq Şahid3 vermiş ancaq o tam ödəniş etməmişdir, həmin tarixdə Şahid3 ona yalnız 20000 ABŞ dolları miqdarında ödəniş etmiş, o isə həmin pulu həmin gün Qasimov Yusifə xx.xx.2020-ci il tarixdə aldığı qızıl külçənin bir hissəsinin dəyəri qismində ödəniş etmiş, qalan isə 25475 ABŞ dolları olmuşdur. 2020-ci ilin aprel-may aylarında Zərərçəkmiş şəxs 2550 manat ödəniş etmişdir. Ümumilikdə isə Zərərçəkmiş şəxs 62996 ABŞ dolları miqdarında borcu qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan və xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunmuş və Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o evlidir və 2010 və 2012-ci il təvəllüdlü iki uşağı vardır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə tanışlıqları əvvəlki illərə təsadüf edir və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə qızıl əşyalarını almış və satmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 850 qram olan ümumi dəyəri 46495 ABŞ dolları təşkil edən qızıl külçəni 1 həftə ərzində sataraq pulunu verəcəyini demiş, ancaq Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu aldatmışdır. Əlavə olaraq xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs bir daha 750 qram olan ümumi dəyəri 39525 ABŞ dolları təşkil edən qızıl külçəni Zərərçəkmiş şəxs götürərək, bir neçə saat ərzində pulunu qaytaracağını vəd etmiş, ancaq ona cəmi 20000 ABŞ dolları miqdarında ödəniş etmiş, 1-2 saat ərzində qalan pulu qaytaracağına söz versədə müxtəlif bəhanələr gətirərək ona verilən qızıl külçələrin pulunu ödəməmiş, ibtidai araşdırma dövründə Zərərçəkmiş şəxs yalnız 6000 manat ödəniş etmiş, qalan zərəri ödəməyərək zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək, aldatma yolu ilə məzənnəyə uyğun olan 110,234,8 manat təşkil edən 64844 ABŞ dolları miqdarında pulunu mənimsəyərək dələduzluq etmiş və onun bu əməli qismən özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai araşdırmaya səbəb və əsas olan məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət ərizəsi olmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində, o cümlədən, Zərərçəkmiş şəxsla üzləşdirmə zamanı, qızıl külçələrin Zərərçəkmiş şəxs aldığını və həmin külçələri Şahid3 verdiyini bildirsədə, dələduzluq əməlinə görə Təqsirləndirilən şəxs qardaşı Şahid2lə birlikdə CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmuş Şahid3 istər ibtidai istintaq zamanı, istərsədə məhkəmədə biri digərinə zidiyyətli ifadələr verərək ifadələrində ümumiyyətlə Təqsirləndirilən şəxs qızıl külçələri əldə etmədiyini, sadəcə sonuncu qohumu olduğu üçün ilkin ifadəsində Təqsirləndirilən şəxs kömək etmək məqsədi ilə yalan ifadə verdiyini göstərmişdir.Məhkəmədə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında olmuş “Whatsapp” programı vasitəsi ilə edilmiş yazışmalar tədqiq edilməklə Təqsirləndirilən şəxs hər üsulla Zərərçəkmiş şəxs pul ödəməkdən yayınması tam sübut olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlarının olması və CM-nin 59.1.14-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxscəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 oktaybr 2022-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 110234,8 manat məbləğidə pul vəsaitinin və hazırki iddia ərizəsinin verilməs üçün ödədiyi 401 manat dövlət rüsumunun məbləği tutularaq ona ödənilməsinə dair iddia ərizəsi təqdim etmişdir Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ödədiyi 20000 ABŞ dolları, hissə-hissə ödədiyi 6000 manat pul məbləğləri iddia ərizəsində nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri “AİM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 270 (iki yüz yetmiş) manat pul Bakı şəhər “AİM” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və məhkəm xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbsə alınsın. Cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat pul «AİM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar