Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1417/2022 05.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X10, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Azərbaycan-rus dilləri üzrə tərcüməçi X8 iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Orcenikidze Rayon Xalq Məhkəməsinin 18 yanvar 1989-cu il tarixli hökmü ilə Azərbaycan Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin 14 dekabr 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş, Bakı Şəhər Məhkəməsinin 20 oktyabr 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsi, 71-ci maddəsinin 2-ci hissəsi, 220-2-ci, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluqları ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, narkotik vasitə aludəçisi olan tanışı X1 29 mart 2022-ci il tarixdə saat 11 radələrində sonuncu ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında narkotik vasitə tələbatı səbəbi ilə bədənində olan ağrılarla əlaqədar evdə qışqıraraq səs-küy saldığı üçün sonuncuya sakitləşməsinə dair bildirdiyi irada görə onun ünvanına nalayiq ifadə işlətməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə cüzi səbəbdən Fəxrəddin Əsədovu qəsdən öldürmək məqsədi ilə mənzildə stolun altında olan mətbəx bıçağını götürərək həmin bıçaqla Fəxrəddin Əsədovun döş qəfəsinin ön səthinin mərkəzi hissəsinə bir dəfə zərbə vurmaqla döş sümüyünün zədələnməsi ilə müşayiət olunmuş həyat üçün təhlükəli olan və ürəyin zədələnməsi nəticəsində baş vermiş qanitirmə ilə nəticələnərək Fəxrəddin Əsədovun ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib onu qəsdən öldürmüş, yəni X2 xuliqanlıq niyyətilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, “Faxı” kimi çağırdığı Fəxrəddini əslində öldürmək niyyətində olmamışdır və hadisə özü də istəmədən ölümlə nəticələnmişdir. Belə ki, Fəxrəddini təxminən üç il əvvəldən Suraxanı rayonu ərazisində yaşayan bir insan kimi tanımış, sonuncunun narkotik vasitə istifadəçisi olduğunu öyrəndikdən sonra aralarındakı münasibət yaxınlaşmış, birlikdə dəfələrlə narkotik vasitə istifadə etmişlər. Özü tutulmazdan üç il əvvəldən başlayaraq "kakos" adlı narkotik vasitədən istifadə etmişdir. Fəxrəddin əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, sonra avtomobilini satmışdır. Danışmasından bilmişdir ki, Fəxrəddinin ailəsi dağılmış, arvaduşağı onu atıb hansısa xarici ölkəyə köçmüşdür. Fəxrəddin arabir pul götürmək üçün bacısının yanına getdiyindən yalnız bacısının Bakı şəhərində yaşadığını bilmişdir. Özü əsasən ev təmiri üzrə usta kimi işləmiş və çörək pulu əldə edə bilməsi üçün imkan olanda Fəxrəddini də yanında işləməyə aparmışdır. Fəxrəddin ona qalmağa, yaşamağa yerinin olmadığını demiş, o da ürəyi yandığı üçün kömək etmək qərarına gələrək onu öz evinə aparmış və yanında yaşamasına razılıq vermişdir. Evi çox kiçikdir, otağına bir çarpayı, bir divan və bir kreslo yerləşdirə bilmişdir. Özü çarpayıda, Fəxrəddin isə divanda yatmışdır. Evində yaşamasının müqabilində Fəxrəddindən heç bir halda pul almamış, əksinə, yeməkiçmək məsələsini də çox vaxt özü həll etmiş, çox kasıb vəziyyətdə olan Fəxrəddinə hər cür köməklik göstərmiş, tam pulsuz olanda cib xərcliyini də vermiş, faktiki əlacsız vəziyyətdə küçədə qalmış bu insana sahib çıxmışdır. 28 mart 2022-ci il tarixdə axşam saat 19 radələrində Fəxrəddin ikisi üçün də “kakos” alıb gətirmiş, onlar evdə birlikdə həmin narkotik vasitədən istifadə etmişlər. 29 mart 2022-ci il tarixdə saat 08 radələrində səhər yuxudan oyanıb çay içmiş, həmin vaxt Fəxrəddin də oyanıb gələrək onunla birlikdə çay içməyə başlamışdır. Sonra yenidən hərə öz yatağına gedib uzanmışdır. Saat təxminən 10 radələrində Fəxrəddin narkotik vasitəyə ehtiyacı olduğunu, bu səbəbdən də ağrıdığını bildirmiş, amma onların narkotik vasitə almağa pulları olmamışdır. Bundan sonra Fəxrəddin yenə də ağrıdığı üçün evin içində səbəbsiz yerə qışqırmış, o da səs-küyünə görə Fəxrəddinə irad bildirib sakit olmasını tələb etmişdir. Amma Fəxrəddin onun sözlərinə məhəl qoymayaraq yenə də evin içində qışqırmağa davam etmişdir. Yenidən Fəxrəddindən sakit olmasını tələb etdikdə sonuncu onu təhqir edərək ünvanına nalayiq söz işlətmişdir. Fəxrəddinin həmin nalayiq sözü ona pis təsir etmiş və özlüyündə gəlib onun evində yaşayan şəxsin hələ bir üstünə qışqırıb təhqir etməsini düşünüb beynindən keçirmiş və qəzəblənmişdir. Ona görə də uzandığı yerdən qalxıb Fəxrəddinin üstünə getmiş və onu itələyib sakit olmasını tələb etmişdir. Fəxrəddin də qışqıraraq bir daha onu təhqir etmişdir. O, həmin an əsəbləşmiş və Fəxrəddinin yatdığı divanın qarşısında olan masanın alt hissəsindən mətbəx bıçağını götürüb sonuncunun bədəninə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Fəxrəddin ona baxaraq “nə etdin, Ravil?” sözlərini dedikdə sanki ayılmış və dərhal bıçağı Fəxrəddinin bədənindən çıxartmışdır. Bundan sonra Fəxrəddin öz köynəyini qaldırmış, onun bıçaq vurduğu yerə baxmış və yerə yıxılmışdır. Dərhal bıçağı yerə tullamış, etdiyi əməldən peşman olub Fəxrəddinin yarasının üzərinə qoymaq üçün ağ rəngli parça gətirmişdir. Mobil telefonu olmadığına görə təcili yardıma zəng etməklə bağlı qonşulardan kömək istəmək üçün evdən çıxmışdır. Evdən çıxmazdan əvvəl Fəxrəddinlə birlikdə narkotik vasitə qəbul etmək üçün istifadə etdikləri iynələri və digər zibilləri paketə yığmış, Fəxrəddini vurduğu bıçağı gödəkçəsinin cibinə qoymuş və çölə çıxmışdır. O, zibilliyə çatmamış həmin paketi yolda tullamış, həmin vaxt itini gəzdirən yeznəsi Rəfkəti bir qədər aralıda görmüş və ona əli ilə ürəyini işarə edib təcili yardım çağırmasını xahiş etmişdir. Amma yeznəsi ona əhəmiyyət verməyib aralanıb getmişdir. Dərhal qonşuluqda yaşayan Parvazın evinə gedərək evində adam öldüyünü bildirib təcili yardıma zəng etməsini istəmiş, amma Parvaz telefonunda konturun olmadığını demişdir. Bundan sonra yoldan keçən tanımadığı bir nəfərlə rastlaşmış və evində qalan tanışının özünü bıçaqla vurduğunu demiş, təcili yardım çağırmasını istəmişdir. Həmin şəxs də zəng edərək təcili yardım çağırmışdır. O, tanımadığı həmin şəxsin qorxmaması üçün yalandan evdəki şəxsin özü-özünü bıçaqladığını bildirmişdir. Təxminən 20 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlmiş, o da qarşılayıb evə gətirmişdir. Təcili yardım gəldikdən bir müddət sonra polislər gəlmiş, o, Fəxrəddinin öldüyünü bildirib hadisəni polislərə danışmışdır. Evin qarşısına adamların toplaşmasına və səsə görə çölə çıxan bacısına da Fəxrəddini nəzərdə tutub “onu vurdum" sözlərini demişdir. Əvvəllər mərhum Fəxrəddinlə heç bir davadalaşı olmamışdır. O, Fəxrəddini öldürmək məqsədi ilə vurmamışdır. Sadəcə hadisə anında Fəxrəddini sakitləşdirə bilmədiyinə və sonuncu onu söydüyünə görə çox əsəbləşmiş, hərəkətlərinə nəzarət edə bilməyərək bıçağa əl atmışdır. Törətdiyi əməldən çox peşmandır. Fəxrəddini heç bir halda öldürmək istəməzdi. Hadisə tam təsadüfdən baş vermişdir. Hadisədən dərhal sonra Fəxrəddinin həyatda qalması üçün bacardığı hər şeyi etməyə cəhd göstərmişdir. Hüquqi varis olan Fəxrəddinin bacısı onu bağışlamış və barışmışlar. Ona görə də məhkəmədən bu halların nəzərə alınaraq ona mümkün olan qədər humanist cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı faktiki etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 göstərdi ki, onlar ailədə yeddi uşaq olmuşlar, mərhum qardaşı X6 təbiətcə çox sakit bir insan olmuşdur. X18 Aqrar Universitetini bitirmiş, təxminən 2000-ci ildən etibarən Bakı şəhərində yaşamışdır. Fəxrəddin təxminən üç il əvvəl həyat yoldaşından boşanmış, oğlu Bakı şəhərində qalsa da, arvadı və qızı İngiltərəyə köçmüşlər. Fəxrəddin əvvəllər taksi fəaliyyəti ilə məşğul olsa da, sonradan insult keçirdiyinə görə heç yerdə işləməmiş, tüfeyli həyat tərzi keçirməyə başlamışdır. 5-6 ildən artıq müddətdə narkotik vasitə aludəçisi olmuşdur. Buna görə Fəxrəddin üç dəfə Maştağa qəsəbəsində yerləşən xəstəxanada narkomaniyadan stasionar müalicədə olmuşdur. Qardaşı boşandıqdan sonra kirayədə yaşamağa başlamış, sonradan isə ona Ravil adlı tanışı ilə birlikdə yaşadığını demişdir. Fəxrəddin tez-tez onun yaşadığı evə gəlmiş, müxtəlif vaxtlarda maddi ehtiyaclarını qarşılamaq üçün qardaşına pul vermişdir. Fəxrəddin özünün mobil telefonu olmadığından ona müxtəlif nömrələrdən zəng edərək müxtəlif plastik kart şəkilləri ataraq pul göndərməsini istəmişdir. O da qardaşına dəfələrlə həmin kartlar vasitəsi ilə pul göndərmişdir. Sonuncu dəfə qardaşını 28 mart 2022-ci il tarixdə görmüş, Fəxrəddin onun yaşadığı evə gələrək ondan pul istəmişdir. O, həmin vaxt Fəxrəddinə cəmi yeddi manat pul və evdən bir qədər şirniyyat vermişdir. O, Fəxrəddinə narkotik vasitə ala bilməməsi üçün belə az məbləğdə pul vermişdir. Fəxrəddin ona Suraxanı rayonundakı yaşadığı evə gedəcəyini bildirmişdir. O, Fəxrəddinin əvvəllər hər hansı şəxslə, o cümlədən adını sonradan bildiyi Təqsirləndirilən şəxsla hər hansı mübahisəsinin olmasını eşitməmişdir. Hadisə barədə 02 aprel 2022-ci il tarixdə Saşa adı ilə tanıdığı şəxslə “WhatsApp’’ vasitəsilə əlaqə saxlayarkən məlumat almışdır. Saşa Suraxanı rayonu ərazisində Fəxrəddinlə yaxınlıqda yaşadığı üçün, Fəxrəddin bir neçə dəfə pul istəmək üçün Saşanın telefonundan istifadə edərək ona zəng etmişdir. O, qardaşı Fəxrəddin haqqında məlumat almaq üçün Saşa ilə əlaqə saxlamış, sonuncu ona Fəxrəddinin öldürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs bağışlayır və onunla barışır. Fəxrəddin ondan dəfələrlə yalan danışmaqla kirayə haqqı vermək adı pul almışdır. Amma sonradan dəqiqləşdirmişdir ki, Ravil evində yaşaması müqabilində Fəxrəddindən nəinki pul almamış, hətta imkanı daxilində yaşamasına köməklik göstərmişdir. Əmindir ki, Təqsirləndirilən şəxs əməlindən çox peşmandır, mərhum qardaşını qərəzli olaraq öldürməmişdir. Qardaşına sığınacaq vermiş, evində yaşamasına şərait yaratmış, lazım olan mümkün bütün dəstəyi göstərmiş bu kimsəsiz və fağır insanın heç bir halda sərt cəzalandırılmasını istəmir. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs barəsində mümkün olan qədər aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Ravil uşaqlıqda təbiətcə sakit olsa da, birinci dəfə həbsə düşdükdən sonra çox dəyişmiş, daha sonra narkotikə görə də azadlıqdan məhrum edilmişdir. Ravil həddindən artıq spirtli içki içmiş, hətta ucuz olduğu üçün aptekdən tibbi spirt alıb içmişdir. Onlar Ravillə eyni həyətdə yaşamışlar. Ravilin yaşadığı ev də atasından qalmışdır. Ravil həddən çox spirtli içki içməsi səbəbiindən mütəmadi onları narahat etmiş, buna görə də onlar Ravilin evi ilə öz evləri arasında hasar çəkdirmişlər. Ravili nə qədər başa salıb düzgün yola qaytarmağa çalışsa da, qardaşı sərxoşluqdan əl çəkməmişdir. Özü və əri Rəfkət təxminən 2018-ci ildə Ravili aparıb Respublika Narkoloji Dispanserə yerləşdirmiş, 21 gün stasionar müalicə almasını təmin etmişlər. Müalicədən sonra bir müddət Ravil normal olsa da, sonradan yenə də öz pis vərdişlərinə davam etmişdir. Qonşular da Ravildən ona şikayət edib sonuncunun narkotik vasitə istifadə etdiyini demişlər. Ravilin əlindən bezib 2021-ci ildə sonuncunun evi ilə öz evləri arasındakı dəmir hasarı sökdürüb, qardaşının onları narahat etməməsi üçün böyük hasar hördürmüşdür. Sonuncu dəfə Ravili Novruz bayramı günü ona yemək verəndə görmüşdür. Belə ki, heç nə danışmadan Ravilin evinin pəncərəsindən yemək vermişdir. Hadisə günü təxminən saat 10:30 radələrində yuxudan oyanmış, həmin vaxt Rəfkət ona Ravili küçədə gördüyünü, təcili tibbi yardıma zəng vurmasını xahiş etdiyini bildirmişdir. O da Ravilin özünə həkim lazım olduğunu düşünüb “ayaq üstə gəzə bilirsə, demək ki ciddi bir şey yoxdur, Ravilə heç nə olmaz” deyə ərinə demişdir. Bundan sonra təxminən saat 12 radələrində polis onların evinə gəlib Ravilin nəyi olduqlarını soruşmuş, o da polisərə Ravilin bacısı olduğunu bildirmişdir. Daha sonra o, küçəyə çıxanda çoxlu insanın Ravilin evinin qabağına toplaşdığını görmüş, orada polislərdən Ravilin kimisə bıçaqladığını öyrənmişdir. O, həmin vaxt küçədə Ravili görmüş, sonuncudan nə etdiyini soruşduqda, Ravil ona əsəbiləşib həmin şəxsi vurduğunu bildirmişdir. Onlar ümumiyyətlə Ravillə görüşməmiş, sonuncunun evinə gedib-gəlməmiş, Ravilin kiminlə yaşaması barədə məlumatları olmamışdır. Fəxrəddin adlı şəxsi tanımamış, barəsində heç nə eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun arvadı Rasimənin qardaşıdır. Ravil gənc yaşlarından problemli insan olmuş, bir neçə dəfə məhkum olunmuşdur. Ravil əvvəllər həddən çox spirtli içki qəbul etmiş, hətta aptekdən tibbi spirt alıb içmişdir. Onlar Ravillə eyni həyətdə yaşamış, Ravilin yaşadığı mənzil əvvəl mətbəx olmuş, Rasimənin atası 2000-ci ildə öləndən sonra həmin mənzil arvadının adına keçmiş, həmin vaxt Ravil həbsdə olmuşdur. Daha sonra onlar 2013-cü ildə həmin mənzilə köçmüş, Ravillə eyni həyətdə yaşamağa başlamışlar. Ravil içdikdən sonra onları narahat etmiş, bundan başqa Ravilin evinə birlikdə spirtli içki içdiyi yad adamlar çox gəlib-getmişdir. Bütün bunlar da onu və arvadını çox narahat etmiş, ona görə Ravilin evi ilə öz evləri arasında hasar çəkdirmişlər. O və arvadı Ravili nə qədər başa salıb düzgün yola qaytarmağa çalışsalar da, heç bir nəticə verməmişdir. Onlar hətta 2018-ci ildə Ravili Respublika Narkoloji Dispanserə yerləşdirmiş, orada 21 gün stasionar qaydada müalicə almışdır. Müalicədən sonra bir müddət Ravil yaxşı olmuş, sonradan yenə də öz pis vərdişlərinə davam etmişdir. Qonşular da onlara şikayət edib Ravilin evdə narkotik vasitə istifadə etdiklərini demiş, o və arvadı isə Ravillə heç bir münasibətləri olmadığı üçün belə işlərdən xəbərləri olmadıqlarını bildirmişlər. Onlar bəzən Ravili həftələrlə görməmiş, özləri də pandemiya ilə əlaqədar evdən çölə çox çıxmamışlar. Onlar Ravilin əlindən bezib 2021-ci ildə Ravilin evi ilə öz evləri arasındakı dəmir hasarı sökdürüb, Ravilin onları narahat etməməsi üçün daha böyük divar hördürmüşlər. Hadisə günü səhər saat 10:15 radələrində itini gəzdirmək üçün küçəyə çıxmış, həmin vaxt küçədə Ravili görmüş, sonuncunun əlində sellofan torbada zibil olmuşdur. Ravil ona əli ilə ürək nahiyəsini göstərib təcili tibbi yardım çağırmasını demiş, o da sonuncuya telefonunda kontur olmadığını, zəng etməyi başqa qonşulardan xahiş etməsini bildirmişdir. Beləliklə, o, Ravilə fikir verməyib itini gəzdirməyə davam etmişdir. O, iti təxminən daha 15-20 dəqiqə də gəzdirib evə qayıdaraq Rasiməyə bu barədə demiş, sonuncu da ona “ayaq üstə gəzə bilirsə, yəqin yaxşıdı, ona heç nə olan deyil” sözlərini demişdir. Bundan sonra təxminən saat 12 radələrində polislər onların evinə gəlib Ravilin nəyi olduqlarıını soruşmuş, arvadı polislərə Ravilin bacısı olduğunu bildirmişdir. Onlar hadisə barədə məlumatı polislərdən eşitmişlər. Fəxrəddin adlı şəxsi isə tanımamış, barəsində eşitməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. O, 22 ildir ki Azərbaycanda yaşayır, Təqsirləndirilən şəxs Azərbaycana gələndən bəri tanımışdır. O, yeni gələndə Ravil həbsdə olmuşdur. Ravil əvvəllər spirtli içki alüdəçisi olmuş və tüfeyli həyat tərzi keçirmişdir. Ravilin evinə daima tanışları gəlmiş, orada içki içib, səs-küy salmış, lakin onlar buna öyrəşdiklərindən heç bir reaksiya verməmişdirlər. Ravilin bacısı Rasimə və əri də Ravillə bir həyətdə ayrıca evdə qalmış, onun və ailəsinin Ravil və bacısıgillə yaxın münasibətləri olmamışdır. Ravilin bacısı sonuncunu bir neçə il qabaq spirtli içkidən xilas olması üçün Respublika Narkoloji Dispanserə yerləşdirmişdir. Onun Ravil ilə gediş-gəlişləri olmasa da, o, Ravili aradabir küçədə görürmüş. Hadisə günü saat 10:00 radələrində o, yaşadığı evdə olarkən qapı döyülmüş, qapını açan zaman Ravil ona “İçəridə adam ölür, tez təcili tibbi yardıma zəng vur" sözlərini demiş, o isə konturu olmadığını bildirib başqa qonşulara deməsini təklif edib evə girmişdir. Bir qədər sonra təcili tibbi yardımın maşınının səsini eşidib küçəyə çıxanda həkimlərin Ravilin evinə girdiyini görmüşdür. Bundan sonra o, işə getmiş və bu məsələ ilə maraqlanmamışdır. Həmçinin bildirmişdir ki, o, hadisə günü saat 10-11 radələrində Ravilin yaşadığı mənzildən səs-küy eşitməmişdir. Onun Ravilin kiminlə yaşaması barədə məlumatı olmamış, Fəxrəddin adlı şəxsi tanımamış, barəsində heç bir məlumatı olmamışdır (cild 1, iş vərəqə 55-57). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxışın keçirilməsi haqqında 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 1 ünvanında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 04-10). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş eyni növdən olan oxşar bıçaqlar arasında ikinci sırada qoyulmuş bıçağı göstərərək X2 məhz həmin bıçaqla vurduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 65-66). İfadənin yerində yoxlanılması barədə 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mərhum X2 bıçaqla vurduğu yeri göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 67-73). Məhkəmə-tibbi ekspertizasının 29 mart 2022-ci il tarixli 50 nömrəli rəyindən görünür ki, mərhum X1 meyitinin müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət döş qəfəsinin ön səthinin döş sümüyünü zədələyərək döş boşluğuna nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alətin, ola bilsin ekspertizaya təqdim edilmiş bıçağın) təsirindən törənmişdir, həyatidir, törənmə müddəti şəxsin ölümündən az əvvəl olmaqla qərarda göstərilən 29 mart 2022-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Fəxrəddin Əsədovun ölümünə səbəb ürəyin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Fəxrəddin Əsədovda aşkar edilmiş xəsarətin xarakterinə əsasən demək olar ki, həmin xəsarətin onun özü tərəfindən yetirilə bilməsi inandırıcı deyildir. Mərhumun əynində aşkar edilmiş paltarla onun bədənində aşkar edilmiş zədə bir-birinə uyğun gəlir. X12 xəsarət yetirilərkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən şəxs xəsarət alanın ön tərəfində olmağa uyğun gəlir. Fəxrəddin Əsədovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqə 170-174). Məhkəmə-tibbi bioloji ekspertizasının 28 aprel 2022-ci il tarixli 209/2022-MTBŞ nömrəli rəyindən görünür ki, X1 ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/. Ekspertizaya təqdim edilən mərhum X3 məxsus qısaqol köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus köynək, 02 ədəd parça kəsiyi və bir ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri və bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X3 məxsus ola bilər. Təqdim edilən Fəxrəddin Əsədova məxsus alt şalvarı və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 1, iş vərəqə 151-155). Məhkəmə-tibbi kriminalistik ekspertizasının 06 may 2022-ci il tarixli 167/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X3 məxsus köynəyin ön hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş X3 məxsus şalvar, alt şalvarı və rezin parçası üzərində hərhansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X3 məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini köynəyin, şalvarın və rezin parçasının üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuş kimi qiymətləndirmək olar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini köynəyin arxa hissəsində və ön hissəsinin sol-aşağı nahiyəsində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş kimi qiymətləndirmək olar. Ekspertizaya təqdim edilmiş bıçağın məhkəmətibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini belə qiymətləndirmək olar ki, bıçağın dəstəyinin və tiyəsinin hər iki səthinin üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 156-160). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 aprel 2022ci il tarixli 944 nömrəli rəyindən görünür ki, müayinədən keçən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional qeyrisabitlik, hövsələsizlik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır (cild 1, iş vərəqə 161- 165). Məhkəmə-kimyəvi ekspertizasının 21 aprel 2022-ci il tarixli 1279/K nömrəli rəyindən görünür ki, təqdim edilmiş 02 ədəd iynəli 2 ml-lik boş şpris nümunələrinin içərisində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Təqdim edilmiş 01 ədəd 1 ml-lik boş insulin şpris nümunəsinin içərisində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Hadisə yerindən götürülmüş 01 ədəd 1 ml-lik boş insulin şpris nümunəsinin içərisində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 1, iş vərəqə 177-182). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 may 2022-ci il tarixli 2788 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimuyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 183-184). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 31 may 2022-ci il tarixli 4819 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 168). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 07 iyun 2022-ci il tarixli, xx/xx-8156 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə xx.xx.2018-xx.xx.2018-ci il tarixdə mərkəzdə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqə 188). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 167). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Orcenikidze Rayon Xalq Məhkəməsinin 18 yanvar 1989-cu il tarixli hökmü ilə Azərbaycan Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Suraxanı Rayon Xalq Məhkəməsinin 14 dekabr 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş, Bakı Şəhər Məhkəməsinin 20 oktyabr 1998ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsi, 71ci maddəsinin 2-ci hissəsi, 220-2-ci, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 132- 134,207-212). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinin 1-ci abzasında qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 40, 96-97). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş hadisə yerindən götürülmüş qanabənzər nümunə, bir ədəd bıçaq, bir ədəd üzərində qanabənzər ləkə olan ağ rəngli əski parçası, dörd ədəd iynə qabı, zərərçəkmiş şəxs X1 meyitindən götürülmüş qara rəngli qısa qol köynək, göy rəngli cins şalvar, alt paltarı, ağ rəngli parça, Təqsirləndirilən şəxs əynində olmuş göy damalı köynək və qara rəngli şalvar məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X13 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X10 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş qanabənzər nümunə, bir ədəd bıçaq, bir ədəd üzərində qanabənzər ləkə olan ağ rəngli əski parçası, dörd ədəd iynə qabı, zərərçəkmiş şəxs X1 meyitindən götürülmüş qara rəngli qısa qol köynək, göy rəngli cins şalvar, alt paltarı, ağ rəngli parça, Təqsirləndirilən şəxs əynində olmuş göy damalı köynək və qara rəngli şalvar məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil X13 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1417/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1417/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver