Məhkəmə qərarları › İş №1(101)-1417/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1417/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1417/2024 18.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X10 və X4 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, tərcüməçi X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, saat 17:05-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 1 bükümdə təmiz çəkisi 102,4 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik istifadəçisidir və özünü yalnız istifadəçi kimi təqsirli bilir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə həyətdə uşaqlarla söhbət edən zaman ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və onu Nəsimi RPİ-yə dəvət etmişlər, o da, etiraz etməyərək idarəyə getmişdir. İdarədə ona məktəbli uşaqlara narkotik vasitə satmasına görə tutulduğu deyilmişdir. Onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt sadəcə üzərində mobil telefonu, ev açarı və pul olmuşdur. İstintaq zamanı etiraf edici ifadələr verməsinin və həmin ifadələr əsasında tərtib edilmiş sənədləri imzalamasının əsas səbəbi ona hədə-qorxu gəlinməsi və psixi təzyiqin edilməsi olmuşdur. Belə ki, etiraf edici ifadələr verməyəcəyi halda ona yaşadığı mənzilə külli miqdarda narkotik vasitə qoyulacağı deyilmiş, o da məcbur qalıb polis əməkdaşları ilə razılaşmışdır. Həmçinin o, heç kəsə narkotik vasitə verməmiş və heç kəs də ona narkotiklə bağlı müraciət etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən, əsasən də el arasında “kakos” kimi bilinən narkotik vasitə heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 17:05 radələrində ünvan 4 ünvanının qarşısında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdir və onun narkotik vasitələri saxlamaqda, daşımaqda və satışında şübhəli olduğunu bildirmişdirlər. Onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra Nəsimi RPİ-yə dəvət etmiş, o da üzərində narkotik vasitə olduğundan etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə gəlmişdir. Orada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, vəkil P.V.Hacıyeva idarəyə gəldikdən sonra ona təqdim edilmiş və o etirazının olmadığını bildirmiş, daha sonra isə ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Həmçinin, azərbaycan dilində oxumağı-yazmağı və başa düşməyini ondan soruşmuşdurlar, eləcə də, tərcüməçidən istifadə etmək hüququnun olması da izah edilmişdir, lakin, o azərbaycan dilində oxumağı-yazmağı bacardığını və başa düşdüyünü bildirmişdir, eləcə də, tərcüməçinin köməyinə ehtiyac olmadığını söyləmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi xahiş edilmiş, bu təklifdən sonra o, əvvəlcə əynindəki cins şalvarının sol yan cibindən özünə məxsus olan içərisində ***-***-**- ** saylı mobil nömrə olan “Nokia” markalı mobil telefonu, şalvarının sağ cibindən isə 1 ədəd alışqanı, daha sonra isə həmin şalvarının sağ yan cibindən 1 ədəd qəhvəyi rəngli içərisində narkotik vasitə kakos olan bükümü, sol cibindən isə açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 1 ədəd bükümə baxış keçirilən zaman içərisindəki qəhvəyi rəngli, kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə və 1 ədəd özünə məxsus olan “Nokia” markalı mobil telefon içərisi boş olan ağ rəngli ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra təqdim etdiyi açar və alışqan özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik maddə kakos olduğunu, həmin maddəni həmin gün yəni ki, xx.xx.2023cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Kubinka adlı ərazidə “Göy Məscid”lə üzbəüz “Bolmart”ın yaxınlığından tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik asılılığından əziyyət çəkdiyini, saxlanılan zaman və polis idarəsində olan zaman üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin o, bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində saxlamışdır, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən istifadə edə bilməmişdir, narkotik vasitələrin satışı ilə heç bir zaman məşğul olmamışdır, əvvəllər narkotik vasitə istifadə edərkən tanımadığı şəxslərdən almışdır, narkotik vasitə heroini əvvəllər ona satan şəxsin əlaqə nömrəsini və ya digər əlaqə vasitələri barədə məlumatı yoxdur, əvvəllər narkotik vasitə heroini əldə etdiyi şəxslərlə arasında narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılaşma olmamışdır, narkotik vasitə heroini ona satan şəxsin zahiri əlamətlərini xatırlamır, ***-***-**-** saylı mobil nömrəni işlədir, polis əməkdaşları onu saxlayarkən hər hansı bir qanuna zidd hərəkətə yol verməmişdirlər, əvvəllər narkotik vasitə aldığı şəxslərin narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla və ya başqa hansı yolla gətirməsi barədə əvvəlcədən məlumatı olmamışdır, ailə üzvlərinin narkotik vasitə saxlamağı barədə məlumatları olmamışdır, başqa haradasa narkotik vasitə saxlamır. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun üzərinə şəxsi axtarış müdfafiəçinin iştirakı ilə həyata keçirilmiş, həmçinin polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qalsa da bununla bağlı hər hansı orqana şikayət və ya vəsatət verməmişdir. Əlavə olaraq bildirmişdir ki, CD diskdə olan video görüntülərdə məktəb həyəti güman edilən ərazi "xxxx" ASC-nin binasının ərazi olmuş və məktəbin arxa tərəfidir. Orada olarkən o, yoldaşlarına narkotik vasitə deyil cibində daimi saxladığı əl salfetkası vermişdir. Həmçinin Təqsirləndirilən şəxs onun istifadəsində olan telefonda olan sms mətnləri ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, həmin mobil nömrəni özü işlədir, lakin smsləri kimə yazdığını xatırlamır və həmin smsləri zarafatyana yazmışdır. Daha sonra özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər, CD-R diskində olan sms yazışmaları və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Zaur adlı şəxsin ünvan 4 ünvanın qarşısında narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən Zaur adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü Əməliyyataxtarış fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə Nəsimi RPİ-nin rəisi tərəfindən razılıq verilmişdir. Eyni zamanda həmin tarixdə həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən Zaur adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmış və həmin qrupa Nəsimi RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 Qabil oğlu ilə həmin bölmənin kiçik inspektoru Şahid3 da daxil edilmişdir. Sonuncular keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə tərəfindən təlimatlanmışdır. “Zaur” adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri-mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ünvan 4 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 16:30-da o, Şahid2 və Şahid3 ilə birlikdə ünvan 4 ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 17:05 radələrində əməliyyat məlumatında göstərilən “Zaur” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüş, həmin şəxsə yaxınlaşaraq adını soruşmuşlar. Həmin şəxs adının Zaur olduğunu bildirdikdə onlar özlərini təqdim etmişdir və üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğundan birlikdə polis idarəsinə getməli olduğunu bildirmişdirlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, idarəyə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması və istifadəsində şübhəli olması ehtimal edildiyindən üzərinə baxış keçirilməsi Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Saleh Salahzadəyə həvalə edilmişdir. Bundan sonra təhqiqatçı S.Salahzadə Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etmiş, sonuncu vəkillərdən Bakı şəhəri 14 saylı Vəkil Bürosundan hər hansı vəkilin hüquqlarını müdafiə etməsini istədiyini bildirmiş və ona həmin büronun vəkili P.V.Hacıyeva təyin edilmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üzərinı şəxsi axtarış və axtarışın videoçəkilişlə aparılacağını bildirmiş, sonuncu buna etiraz etməmişdir. Bundan sonra təhqiqatçı S.Salahzadə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş, bu zaman sonuncu əynində olan göy rəngli cins şalvarının cibindən skoça bükülmüş 1 ədəd bükümü, 1 ədəd “Nokia” markalı mobil telefonu, 1 ədəd alışqanı və 1 ədəd kilid açarını çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır, lakin başqa qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında “Göy məscid” ilə üzbəüz Bolmart mağazasının yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra iştirakçılara içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Həmçinin “Nokia” markalı telefonda sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılaraq hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə, günorta saatlarında “Göy məscid”lə üzbəüz Bolmart mağazasının yaxınlığından tapdığını qeyd etsə də, keçirilmiş əməliyyat tədbirləri zamanı bu istiqamətdə heç bir müsbət nəticə əldə edilməmişdir. Bundan əlavə, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı əməliyyat məlumatı daxil olsa da, kimlərə narkotik vasitə verməsi və ya satması istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş hazırda Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və həmin bölmənin kiçik inspektoru Şahid3 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr verərək göstərmişlər ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının cibindən skoça bükülmüş 1 ədəd bükümü, 1 ədəd “Nokia” markalı mobil telefonu, 1 ədəd alışqanı və 1 ədəd kilid açarını təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroindir, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında “Göy məscid” ilə üzbəüz Bolmart mağazasının yaxınlığından tapmışdır. Bundan sonra qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 verilmiş suallara cavab olaraq bildirmişlər ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 110-113-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 244-247-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 54-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5175 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...“sözləri yazılmış zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 102,4 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 102,4 qram, tədqiqata sərf edildi cəmi – 0,100 qram, qalıq – 102,3 qram. Cinayət işinin 1-ci cild 55-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 160-161-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7585 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 162-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 3085 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Sonuncu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 1-ci cild 136-137-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 102,3 qram narkotik vasitə olan heroin saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 200-209-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk, DİN-nin BİKİ-dən əldə edilmiş 1 ədəd CD-R disk və 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, iş üzrə digər maddi sübut sonuncunun üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 102,3 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin NH-yə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 18:45-dən 19:30-dək Nəsimi RPİ-nin TŞdə qeydə alınmışdır. Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı S.M.Salahzadə özünü, müdafiəçini və digər şəxsləri təqdim edir, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otağda şəxsi axtarış keçirilir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif olunur. Sonuncu əynində olan göy rəngli cins cins şalvarının cibindən skoça bükülmüş 1 ədəd bükümü, 1 ədəd “Nokia” markalı mobil telefonu, 1 ədəd alışqanı və 1 ədəd kilid açarını təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında “Göy məscid” ilə üzbəüz Bolmart mağazasının yaxınlığından tapdığını bildirir. Daha sonra həmin maddə ekspertizaya göndərilməsi, “Nokia” markalı mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyi üçün ayrı-ayrı içi boş zərflərə qoyularaq qablaşdırılır və zərfin üzəri Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılır. Müdafiəçi və təhqiqatçı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı qanunsuz hərəkətlərin edilib-edilmədiyini soruşur, sonuncu belə bir halın baş vermədiyini bildirir. Cinayət işinin 1-ci cild 194-cü vərəqəsində olan baxış protokolundan və 141-ci vərəqəsində olan AR DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinin tərəfindən təqdim edilmiş CD-R diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, baxış zamanı SMS tarixçəsinin qeyd olunan mobil nömrədən çıxan sms mətnlərində: - ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 19:51-də daxil olmuş sms mətnində “1? 40 manat kola. 05 patı 20 manat. Poz sms. Var qaqaş bizim məhlədədi.”, - ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16:40-da daxil olmuş sms mətnində “tərəzinən, yarı 23 super qiyməti, al tərəzi apar. 10 patı məndə gəl apar. Ayağımda qalmasın.”, - ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16:43-də daxil olmuş sms mətnində “patını gəl apar 10 verəcəksən. Qalmasın məndə. Ayağım əlim kəsilir.”, - ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16:47-də daxil olmuş sms mətnində “10 götürmüşəm səhər səhər. Dedim yatan çıxıb. Mən onu eləmirəm kola olsaydı özümə saxlayardım” göstərilmişdir. Cinayət işinin 165-ci vərəqində olan Nəsimi RPİ-nin 21-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı CD diskdə olan videogörüntülərdə qeydə alınmış şəxslərin şəxsiyyəti müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə edilməmişdir. Cinayət işinin 1-ci cild 195-ci vərəqəsində olan CD diskə baxış keçirilməsi haqqında protokola və 158-ci vərəqəsində olan CD-R diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 4 nəfər şəxsin olması görünür. Baxış zamanı həmin şəxslərin, əsasən də içərilərində nisbətən yaşlı olan şəxsin əlində kağız parçalarını birbirilərinə vermələri öz əksini tapır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxslərdən nisbətən yaşlı olan özüdür, digər 3 nəfər şəxsi isə şəxsən tanımır və onlarla sadəcə münasibəti var, yanındakı şəxsə “Suxari” yediyi üçün əlini silməsindən ötrü salfet vermiş, o orada narkotik vasitələrin satışı ilə məşğul olmamış, eləcə də, həmin şəxslərdən narkotik vasitə almamış, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmur. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan AZ-İİ seriyalı, № 212798 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və Y.V.Hacıyeva arasında xx.xx.2017-ci ildə nikah bağlanmış və ərə Hacıyev arvada isə Hacıyeva soyadı verilmişdir. Cinayət işinin 1-ci cild 173-174-cü vərəqələrində olan İ-CP № 154810 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Ukrayna Respublikasının Çerkası vilayətinin Çerkası şəhərində anadan olmuş atası Təqsirləndirilən şəxs anası ilə Y.V.Hacıyevadır. Cinayət işinin 1-ci cild 172-ci vərəqəsində olan Bakı şəhəri Nəsimi MTKİB-nin 41 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. Yaşadığı müddətdə o, özünü daim nizam-intizamlı aparmış və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama, satma və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri, CD-R diskində olan sms yazışmaları və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 683 dəfə, külli miqdarından təxminən 52 dəfə artıq olması, həmçinin sonuncunun istifadəsində olan mobil nömrəsində qeydə alınan SMS yazışmalarında onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların“prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin“ Plenumunun” 04 mart 2011-ci il““tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan“ cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran“ narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla“ bu cinayətlərə qarşı mübarizədə“ öz üzərinə mühüm vəzifələr götürmüşdür.““ Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və narkotik vasitənin heroini özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins cins şalvarının cibindən skoça bükülmüş 1 ədəd bükümü, 1 ədəd “Nokia” markalı mobil telefonu, 1 ədəd alışqanı və 1 ədəd kilid açarını təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında “Göy məscid” ilə üzbəüz Bolmart mağazasının yaxınlığından tapdığını bildirir (1-ci cild, i/v 46-49). Həmçinin AR DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinin tərəfindən təqdim edilmiş CD-R diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 19:51-də daxil olmuş sms mətnində “1? 40 manat kola. 05 patı 20 manat. Poz sms. Var qaqaş bizim məhlədədi.”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16:40da daxil olmuş sms mətnində “tərəzinən, yarı 23 super qiyməti, al tərəzi apar. 10 patı məndə gəl apar. Ayağımda qalmasın.”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16:43-də daxil olmuş sms mətnində “patını gəl apar 10 verəcəksən. Qalmasın məndə. Ayağım əlim kəsilir.” -***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16:47-də daxil olmuş sms mətnində “10 götürmüşəm səhər səhər. Dedim yatan çıxıb. Mən onu eləmirəm kola olsaydı özümə saxlayardım.” Smslər yazmışdır. Bununla da, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiq edilməsini bildirsə də, sonuncu həmin polis əməkdaşları barəsində hər hansı orqana vəsatət və ya şikayət verməmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 683 dəfə, külli miqdarından təxminən 52 dəfə artıq olması, həmçinin sonuncunun istifadəsində olan mobil nömrəsində qeydə alınan SMS yazışmalarında olan mətnlər, onun yalnız narkotik vasitəni şəxsi istifadəsi üçün deyil, həmçinin satış məqsədi ilə əldə etdiyi bir daha öz təsdiq tapır. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və himayəsində yetkinlik yaşına çatmamış övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən narkotik vasitə heroinin miqdarını (heroinin təmiz çəkisi – 102,4 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7585 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk, DİN-nin BİKİ-dən əldə edilmiş 1 ədəd CD-R disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 102,3 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon sonuncuya qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD və 2 ədəd CD-R disklər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon sonuncuya qaytarılsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 102,3 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 İlyaz oğluna məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 3 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar