Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1417/2025 18.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X3 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1990-cı ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir şəhəri, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, 04 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-119/2025 saylı, 06 fevral 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 01:06-da ünvan 2 ünvan ilə Xudu Məmmədov küçələrinin kəsişməsində olduğu zaman istifadəsində olan və özünə məxsus +99477 *** ** ** mobil nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edərək İsrail Səfirini yandıracağını, oranı darmadağın edəcəyini, polis idarəsinə bomba qoyub partladacığını, birazdan gedib qıraqdan 20 metr məsafədə duraraq əlinə lopa alıb İsrailin Yəhudilərin səfirini Bakıda yandıracağını, oraları da darmadağın edəcəyini, özünü də yandıracağını bildirməklə terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 2 nömrəli orta məktəbin qarşısında tanışı Orucla dayanıb söhbət edirmiş. Müştəri gəldiyinə görə çölə çıxmış, həmin vaxt tanımadığı polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməyini xahiş etmiş, ona şəkil göstərərək şəkildə şəxsə oxşadığını bildirmişdir. Həmin şəxsə özünü təqdim etməsi üçün nə etdiyini soruşmuş, sonuncu da ona irad bildirmişdir. Həmin şəxsdən niyə özünü təqdim etmədiyini soruşduqda isə sonuncu yaxşı edib özünü təqdim etmədiyini və az danışmağı, ona özün təqdim etməyi bildirmişdir. Bu zaman DİN-in 102 xidmətinə zəng edərək bu barədə öz şikayətini bildirmişdir. Həmin polis əməkdaşı isə oradan uzaqlaşmışdır. Gün ərzində bir neçə dəfə DİN-nin 102 xidmətinə zəng vuraraq həmin polis əməkdaşı barədə niyə tədbir görülməməsi barədə irad bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə saat 01:12-də DİN-in 102 xidmətinə zəng vuraraq işinə niyə baxılmadığını deyib hər hansı bir səfirliyin qarşısında özünü yandırıb öldürəndən sonra işinə baxılacağını demişdir. DİN-nin 102 xidmətinə özünü yandıracağı barədə məlumat vermiş, lakin hər hansı bir yeri partlatmaq barədə söz deməmişdir. O, “Mənim işimə baxılmadığına görə özümü hər hansı səfirliyin qarşısında yandıracağam”. deyə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, cinayət işinin ibtidai istintaqını həyata keçirən müstəntiq ona qarşı qərəzli olub. İfadəsini oxumadan imzalayıb. DİN-nin 102 xidmətinə zəng etdiyi nömrə Elşənin adınadır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 31 yanvar 2025-ci il tarixdə saat 01:05-də adına olan ***-***-**-** mobil nömrəsindən DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edilmiş və narazılıq olaraq təhqiredici və polisin yaxınlaşmamasına etiraz olaraq polis idarəsini partladacağını və İsrail Səfirliyini yandıracağı barəsində məlumat verilsə də, həmin mobil nömrəni 15 yanvar 2025- ci il tarixdə tanışı Təqsirləndirilən şəxs vermişdir və həmin vaxtdan bu mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Belə ki, 15 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini itirdiyi, mobil nömrə alıb istifadə etməsi üçün ondan şəxsiyyət vəsiqəsini verməyi xahiş etmişdir. Sonuncu tanışı olduğu üçün bu təkliflə razılaşmış və özünə məxsus AA212405 seriya və nömrəli şəxsiyyət vəsiqəsini Ulfana vermişdir. Ulfan da onun yanında həmin şəxsiyyət vəsiqəsi ilə ***-***-**- ** mobil nömrəni alaraq istifadə etmişdir. 04 fevral 2025-ci il tarixdə Ulfan zəng edərək polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Saxlanılma səbəbini soruşduqda isə Ulfan bildirmişdir ki, DİN-nin 102 xidmətinə zəng edərək özünü yandıracağı, İsrail Səfirliyini və polis idarəsini yandıracağı və partladacağı kimi ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs belə qanunsuz hərəkətlər edəcəyini qabaqcadan bilməmiş və təxmin etməmişdir. Təqsirləndirilən şəxs bu qanunsuz əməli icra edən zaman sonuncunun yanında və bu cinayət əməlinin şahidi olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Ulfan özü ona zəng edib polis əməkdaşları tərəfindən tutulduğunu deyib. Bildiyinə görə Ulfanın polis əməkdaşı ilə mübahisəsi düşüb və polis əməkdaşı sonuncuya fiziki güc tətbiq edib, Ulfan bu barədə 102 xidmətinə məlumat verib lakin işinə baxmayıblar. Polis əməkdaşı ona Ulfanın İsrail səfirliyinin binasını partladacağını deyib. Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən sonuncu 31 yanvar 2025-ci il tarixdə saat 01:06-da ünvan 3 ünvanında olmasını və istifadəsində olan özünə məxsus +99477 *** ** ** mobil nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək İsrail Səfirliyini yandıracağını, oranı darmadağın edəcəyini, qıraqdan 20 metr məsafədə duraraq əlinə lopa alıb İsrailin Yəhudilərin səfirliyini yandıracağını, onları da darmadağın edəcəyini, özünü də yandıracağım bildirərək yerində göstərmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında dinlənilərkən, həmçinin cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən xx.xx.2025-ci il tarixli, 3/2-3296/25 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:06-da +99477 *** ** ** mobil nömrəsindən DİN-nin “102” Xidmətinə daxil olan müraciətinin audioyazısınm qeyd edildiyi 02 ədəd “CD” diskə cinayət işi üzrə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 01:06-da ünvan 3 ünvanında olduğu zaman istifadəsində olan və özünə məxsus +99477 *** ** ** mobil nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək, İsrail Səfirliyini yandıracağını, oranı darmadağın edəcəyini, birazdan gedib qıraqdan 20 metr məsafədə duraraq əlinə lopa alıb İsrailin Yəhudilərin səfirini Baklıda yandıracağını, onları da darmadağın edəcəyini, özünü də yandıracağını bildirməklə terrorçuluq barədə bilə-bilə yalan məlumat verilməsi faktı bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +99477 *** ** ** mobil nömrəsi ilə bağlı alınmış məhkəmə qərarı əsasında “Azerfon LLC”-dən xx.xx.2025-ci il tarixli AZF/LGL-235/25 nömrəli məktubla alınmış 01 ədəd CD diskə baxış zmanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi +99477 *** ** ** mobil nömrəsindən 30 yanvar 2025-ci il tarixdə saat 00:20:07-dən 31 yanvar 2025-ci il tarixdə saat 01:16:57-dək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etdiyi zaman Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, M.Hadi küçəsi ilə X.Məmmədov küçələrinin kəsişməsində olmuşdur, Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 aprel 2025-ci il tarixli, 1123 nömrəli rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işinin materiallarında olan stasionar məhkəmə-psixiatrik ekspertizasının 16 may 2025-ci il tarixli, 67 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bununla yanaşı Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri qeyd olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən və hal-hazırda hər haıısı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazıərda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 22 aprel 2025-ci il tarixli, 4/502-4/522 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eksperimental səs və nitq nümunəsi verməkdən imtina etdiyi üçün ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, səs yazıları, müvafiq istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, DİN-nin 102 xidmətinə zəng edərək şikayətinə baxılmadığına görə hər hansı bir səfirliyin qarşısında özünü yandırıb öldürəcəyini bildirməsi, hər hansı bir yeri partlatmaq barədə məlumat verməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216cı maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (yüz altmış beş) manat məbləğində vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (yüz altmış beş) manat məbləğində vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1417/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1417/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver