Məhkəmə qərarları › İş №1(101)-1418/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1418/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1418/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X8 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi: X4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 (xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 47, ev 286A-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi döngə 1, mənzil 14-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş) və Təqsirləndirilən şəxs2 (xx.xx.1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 47-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyri-yaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Neftçilər” ticarət mərkəzindəki qeyri-yaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə, aldatma yolu ilə ümumilikdə 191.950 manat pulu bilavasitə və qrup üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə alaraq ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tamah niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1 keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 46A ünvanında yerləşən “Burhan FF” adlı qeyri-yaşayış obyektində məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub qardaşı Təqsirləndirilən şəxs1 birgə nikahdan olan övladlarına guya yaxşı gələcək təmin etmək üçün daimi və sistemli gəlir verəcəyi, heç bir uğursuzluq riski olmayan avtomobil icarəyə verməklə bağlı iş quracaqlarına dair yalan vəd verməklə, Zərərçəkmiş şəxs mütəmadi olaraq və uzun müddət ərzində pullar verməsini təmin etmək məqsədi ilə az miqdarda pulları gəlir olmasını bildirib müxtəlif vaxtlarda ona verərək əslində başqalarına məxsus olan öz obyektlərində istifadə etdikləri müxtəlif, guya sonuncunun verdiyi pullar hesabına alınmış avtomobilləri az miqdarda kredit borcu olduğu üçün girovda olması və onun adına rəsmiləşdirmənin əlavə lazımsız xərc olacağı bəhanəsi ilə faktiki sahibi olduğunu bildirərək sonuncuya nümayiş etdirib aldadaraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Neftçilər” ticarət mərkəzindəki qeyri-yaşayış obyektində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə, aldatma yolu ilə ümumilikdə 191.950 manat pulu bilavasitə və qrup üzvü Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq ələ keçirməklə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ailəli olmuş və boşanmışdır. O özü "xxxx" MMC-nin direktoru və təsisçisi kimi 2015-ci ildən fəaliyyət göstərmiş və həmin şirkət vasitəsilə avtomobillərin icarəsi ilə məşğul olmuşdur. Həmin şirkətdə tək olaraq fəaliyyət göstərmiş və heç bir şəriki olmamışdır. Qardaşı Fərid 2 ilə ərzində həmin şirkətdə əmək müqaviləsi əsasında avtomobilərin təhvil-təslimi ilə məşğul olan işçi kimi işləmişdir. Şahid2 isə həmin şirkətdə müvəqqəti sürücü kimi ona kömək etmişdir. Belə ki, bəzən toy məclislərində iştirak üçün və bəzən avtomobillərin təmiri məqsədi ilə Kanana icarədə olan avtomobillərə dair yol vərəqəsi yazaraq sonuncudan müxtəlif ünvanlara getməsini xahiş etmiş və bunun müqabilində müxtəlif məbləğlərdə zəhmət haqqı vermişdir. 2000-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları yəni, 2002-ci ildə Şahid7, 2005-ci ildə X7 dünyaya gəlmişdir. Təxminən 2010-cu ildə Zərərçəkmiş şəxs boşanmışdır, onlar boşanan zaman aralarında heç bir mülki və aliment tələbləri olmamışdır. Onlar boşandıqdan sonra iki il müddətində münasibətləri normal olmuş, o 2013-cü ildə yenidən ailə həyatı qurduqdan sonra Vüsalə ilə münasibətləri pisləşmiş, daha sonra 2017-ci ildən sonra münasibətləri yenidən yaxşılaşmışdı. Onların münasibətlərinin yenidən yaxşı olmasına səbəb o olmuşdur ki, Vüsalə 2015-ci il məşğul olduğu lombard fəaliyyəti ilə bağlı sonuncuya müraciət etmiş, faizə pullar götürüb uzun müddətə Vüsaləyə faizlər ödəməklə qazanc vermişdir. Onun Vüsalədən faizə götürdüyü pulların Fəridə heç bir aidiyyəti olmamışdır. Belə ki, o məşğul olduğu avtomobil icarəsi ilə bağlı maddi problemləri yarandığı üçün Vüsalədən faizə pulları öz işinə sərf etmişdir. O özü qeyd etdiyi məsələlərə görə əvvəlcə başqa lombardlara müraciət etmək istəsə də yaxın olduqları yəni, keçmiş həyat yoldaşı olduğu üçün Vüsaləyə faizə pul götürmək üçün müraciət etmişdir. Belə ki, o 21.12.2017-ci il tarixdə Neftçilər TM-də yerləşən lombard obyektinə müraciət edib Vüsalədən aylıq 6 faiz olmaqla 4.000 manat pul götürmüşdür. O pulu götürən zaman həmin faizə görə heç bir girov təqdim edə bilməyəcəyini bildirmişdir. Bu zaman Vüsalə onu tanıdığını buna görə də heç bir girova ehtiyac olmadığını, ona etibar etdiyini, heç bir sənədləşmə də aparmayacağını demişdir. Onun da girovu olmadığı üçün heç bir sənədləşmənin olmaması ilə razılaşmışdır. O, Vüsalədən pulu götürən zaman onların yanlarında heç kim olmayıb və həmin vaxtı bu məsələlərdən o və Vüsalədən başqa heç kimin məlumatı olmamışdır. Beləliklə, o 2018-ci ilin yanvar ayında 4.000 manatın 240 manat faizini ödəmişdir. O həmin faizi Vüsaləyə sonuncunu obyektində şəxsən özünə tanımadığı işçinin yanında vermişdir. Faizi Vüsaləyə verəndən bir neçə gün sonra yenidən müraciət edib öz şəxsi xərcləriylə bağlı 2.000 manat pul istəmişdir. Vüsalə də eyni qayda ilə verməyə razılaşmışdır. 20.01.2018-ci il tarixdə Vüsalənin işlətdiyi lombardda 2.000 manatı 5 faizlə şəxsən özündən götürmüşdür. Bu vaxt yanlarında heç kəs yox imiş. Vüsalə ona pulları verən zaman harasa qeydiyyat aparmasını bilməmişdir. Əvvəlki götürdüyü pulların faizini işçisi Kənan vasitəsilə 28.02.2018-cu il tarixdə Vüsaləyə göndərmiş, həmin vaxtı ona yenidən faizə pul verməsini xahiş etmiş, Vüsalə də onunla razılaşmışdır. Həmin vaxtı Kənan vasitəsilə ona 3.000 manat pulu 6 faizlə vermişdir. O hər ay mütəmadi olaraq götürdüyü pulların fazilərini verirmiş. Bundan sonra növbəti dəfə yenidən Vüsaləyə müraciət edib 90NK054 qeydiyyat nişanlı “Land Cruiser” markalı avtomobilin bank kreditini ödəməklə və 90FU045 nömrəli “Porshe” markalı abvtomobilin matorunda olan problemini aradan qaldırmaq üçün ona 15.000 manat pul lazım olmasını buna görə də sonuncu qeyd etdiyi avtomobili satmaq istədiyini bildirdmişdir. Bu vaxt Vüsalə özü ona bildirmişdir ki, həmin avtomobili satmasın əgər istəyirsə ona 5 faizlə 15.000 manat pul verə bilər. O da Vüsalə ilə razılaşmışdır. O həmin pulu 27.04.2018-ci il tarixdə onun avtomobil icarəsi obyektinin yanında qeyd etdiyi “Porshe” markalı avtomobilin içərisində iksinin iştirakı ilə vermişdir. O da həmin pulu götürüb əvvəlki qaydada hər ay üçün bütün götürdüyü pullarla yanaşı faizləri ödəyirmiş. Növbəti dəfə o, Vüsaləyə müraciət edib işçisi Kənanın vasitəsilə 28.08.2018-ci il tarixdə 6 faizlə 3.000 ABŞ dolları, Kənanın vasitəsilə 30.10.2018-ci il tarixdə 2.905 ABŞ dolları və 5.530 manat pulu 5 faizlə götürmüşdür. Bundan sonra 2019-cu təxminən yanvar və yaxud fevral ayında Vüsalə ona müraciət edib bildirmişdir ki, aldığı 29.500 manat və 6.000 ABŞ dolları pulu ödəməyini, yalnız bundan sonra ona yenidən faizlə pular verə biləcəyini və ona verdiyi pullara görə faizləri aşağı sala biləcəyini bildirmişdir. O da Vüsalə ilə razılaşmışdır. Bundan sonra o, qohumlarının evlərini satdığını bilib xalası X1 müraciət edib sonuncudan müvəqqəti bir həftəliyinə həmin pulu ona verməyini xahiş etmişdir. Məlahət də onunla razılaşıb ona 40.000 manat pul vermişdir. O da həmin pulu xalasından alıb Vüsaləyə qaytarmışdır. Bundan sonra bir neçə gün sonra 27.000 manat və 13.000 manat olmaqla iki dəfəyə 40.000 manat pulu 4 faizlə ona vermişdir. Həmin puldan Fərid 27.000 manat və 13.000 manat olmaqla götürüb ona vermişdir, Fərid də həmin vaxtı onun Vüsalədən faizə pul götürməyini bilmişdir. O da həmin pulu xalasına verib borcunu ödəmişdir. Bundan təxminən 1 ay sonra ona yenidən pul lazım olduğundan daha dəqiq 90NK054 qeydiyyat nişanlı avtomoibilin bank borcunu ödəmək üçün 10.000 manat istəsə də, Vüsalə ona 5 faizlə 8.500 manat pulu özü tanımadığı taksi vasitəsilə ona göndərmişdir. O da həmin pulu götürmüşdür. O götürdüyü həmin pulların faizini 2019-cu ilin avqust ayına qədər olan müddətdə ödəmiş, sonradan isə işləri yaxşı getmədiyindən, daha sonra karantin tətbiq edildiyindən Vüsalənin faizlərini ödəyə bilməmişdir. Hazırda Vüsaləyə 48.500 manat faizə götürdüyü pul borcu vardır. Vüsalədən faizə götürdüyü pulların qardaşı Fəridə heç bir aidiyyatı olmamışdır. Fəridlə birlikdə Vüsalədən birlikdə iş qurmaq adı ilə heç bir məbləğdə pul almamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı Faiqlə əvvəllər ailə həyatı qurmuş, birgə nikahdan iki övladları olmuşdur. Vüsalə xanımla hər hansı bir düşmənçilik və ya ədavəti yoxdur. Qardaşının övladlarına görə ailələri arasında ünsiyyət saxlamışlar. Onun və qardaşının Vüsalə xanımın pulunun ələ keçirilməsi ilə bağlı bildirmişdir ki, onun bundan xəbəri olmamışdır. O və qardaşı Faiq heç vaxt birlikdə iş qurmaq məqsədlə Vüsalə xanımdan pul almamışlar. Onların avtomobil icarəsi ilə məşğul olduqları işə Vüsalə xanımın heç bir aidiyyəti olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2000-ci ildə X3 ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. 2010-cu ildə Faiq Abdullayevdən boşanmış, boşanan zaman qarşı tərəfə qarşı heç bir mülki və aliment tələbi olmamışdır. Faiqlə boşandıqda sonra övladlarını dolandırmaq üçün 8 ildən artıqlır ki, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” ticarət mərkəzində olan ofisində fiziki şəxs kimi vergi ödəyicisi olaraq lombard fəaliyyəti ilə məşğul olmuşdur. O, ailəli olduğu dövrdə heç bir fəaliyyətlə yəni, maddi gəlir gətirən işlə məşğul olmamış və qazanc əldə etməmiş, fərdi sahibkarlıq fəaliyyəti ilə yalnız boşandıqdan sonra məşğul olub qazanc əldə etmişdir. Faiqlə boşansa da birgə nigahlarından iki övladları olduğu üçün övladları pis olmasın deyə Faiq və sonuncunun ailə üzvləri ilə mehriban olmuş, hər zaman münasibətləri yaxşı olmuşdur. Hər zaman övladlarının atası ilə yaxşı münasibəti olması, birlikdə vaxt keçirmələri üçün əlindən gələni etmişdir. Faiqin də işlərin yaxşı getməsi onun ürəyincə olmuşdur ki, övladlarının gələcəyi üçün bəlkə Faiq də nə vaxtsa şərait yaradar. Lakin faktiki olaraq boşandıqdan sonra övladlarının bütün ehtiyaclarının özü tək qarşılaşımışdır. Faiqlə övladlarına görə yaxşı münasibət saxlamış, buna görə də sonuncuya etibar etmişdir. Faiq onlar ailəli olduqları dövrdə cəmi bir avtobusla Bakı şəhəri ərazisində sərnişin daşımaqla məşğul olmuş, daha sonra isə evakuator xidməti ilə məşğul olaraq qazanc əldə etmişdir. Onlar boşandıqdan sonra 2015-ci ildən etibarən Faiq qardaşı Fəridlə birlikdə şərikli formada Gənclik metrosu yaxınlığında avtomobil icarəsi ilə məşğul olan obyekt işlətmişlər. Əvvəllər onlar mehriban olduqlarından Faiq və Fərid dəfələrlə onu öz obyektlərinə dəvət etmişlər, burada ona da bir neçə dəfə əvəzi ödənilməklə icarəyə avtomobillər vermişlər, həm də özlərini hansı formada fəaliyyət göstərmələri və guya yüksək səviyyədə qazanc əldə etmələrini bildirmişlər. Belə ki, həm Faiq və həmdə Fərid obyektlərində guya özlərinə məxsus 10-12 avtomobilin icarəyə verdiklərini və həmin işdən yüksək gəlir əldə etdiklərini bildirmişlər və tez-tez onun yanında demişlər ki, bu işdə çox böyük xeyir vardır. Onun öz işində də ilk vaxtlar başlayan zaman təcrübəsiz olduğu üçün və əlində sərmayə pulu az olduğundan işləri yaxşı getməmiş, çox az qazanc əldə etmişdir. Sonralar isə övladlarının gələcəyini qurmaq üçün davamlı olaraq lombard fəaliyyəti ilə məşğul olmuş və öz işini yavaş-yavaş qurmuşdur. Faiq əvvəllər onun işiylə tez-tez maraqlanmış, qazancının nə qədər olmasını soruşmuş, o da hər dəfə nə edirsə övladlarının gələcəyi üçün etdiyini bildirmişdir. Faiq və yaxud Fərid özü ona lombard fəaliyyətiylə bağlı müraciət edib ondan heç vaxt hər hansı bir pul məbləği götürməmişlər. 2017-ci ilin sonu 2018-ci ilin əvvəlində o, başqa yerlərdən Faiqlə Fəridin işlərinin yaxşı getmədiyni eşitsə də bu barədə Faiqlə maraqlanan zaman sonuncu əksinə hər şeyin qaydasında olmasını, bizneslərinin genişləndirdiklərini sadəcə, obyektlərinə icarə üçün yeni avtomobillər aldıqları üçün bir qədər nəğd pul ehtiyaclarının olmasını bildirmişdir. 2018-ci ilin yanvar ayının əvvəlində Faiq onunla söhbət etmək istədiyini bildirib buna görə də onu özlərinin işlətdiyi avtomobil icarəsi obyektinə dəvət etmişdir. O həmin yerə gedən zaman Faiq və Fərid ona müraciət edib bildirmişlər ki, ona dəstək olmaq, övladlarına yaxşı gələcək təmin etmək üçün ona kömək etmək istəyirlər. O da Fəridlə Faiqin bu fikrinə çox sevinmişdir ki, övladlarının atası və əmisi olaraq övladlarının gələcəyini düşünmüşlər. Faiqgil onun qarşısına uzun avtomobil siyahısı qoyaraq həmin avtomobillərin həmin şəxslərə məxsus olmasını və həmin avtomobilləri gündəlik və aylıq olaraq icarəyə verib daimi olaraq gəlir əldə etdiklərini, həm də icarəyə verdikləri avtomobilləri kasko siğorta da etdikləri üçün həmin biznesin heç bir riski olmamasını demişdilər. O da qohumluq əlaqələri düşünüb onlara inanmışdır. Faiq və Fərid ona təklif etmişlər ki, onlara pul versin, həmin pullar müqailində avtomobillər alsınlar və aldıqları avtomobiləri icarəyə buraxıb əldə etdikləri gəlirdən ona da qazanc versinlər. Faiq və Fərid bildirmişlər ki, nə vaxt istəsə onun puluna alınan avtomobilləri satıb bu işə qoyduğu əsas pulu götürə bilər. O da həmin vaxt ancaq yaxşı şeylər düşündüyündən əvvəlcə həm Faiq, həm də Fəridə ona yaxşılıq etmək istədikləri üçün onlara təşəkkür etmişdir. O, onlara bu işdə heç bir təcrübəsi olmadığı üçün bu işin necə alınacağını bilmədiyini demiş, Faiq və Fərid isə onu qətiyyən narahat olmamağı, bütün işi özlərinin idarə edəcəyini, onun nəyləsə maraqlanıb hər hansı bir məsələyə nəzarət etməyinə ehtiyac olmadığını bildirmişlər. Həm də onlar qeyd etmişlər ki, onların biznesi hazır sistem şəkildə formalaşıb, burada nəyəsə müdaxilə etmək lazım deyil, bu biznes özü daimi olaraq gəlir gətirir, sadəcə bu işə pul qoymaq lazımdır. Faiq və Fərid ondan aldıqları pullar müqabilində yeni avtomobillər alıb icarəyə buraxaqcaqlarnı demişlər. O da özlüyündə ehtiyat etdiyi üçün əvvəlcə həmin şəxslərin təklif etdiyi işə böyük məbləğdə pul qoymamaq məqsədilə hazırda az məbləğdə pullarının olmasını demiş və neçə illərdi zəhməti hesabına övladlarının gələcəyi üçün yığıdığı bütün pulu birbaşa vermək istəməmişdir. Faiq və Fərid özləri ona demişdir ki, o nə qədər böyük məbləğdə pullar qoysa daha çox gəlir əldə edə bilər. O isə ilkin olaraq onlara az məbləğdə pullar vermək istədiyindən, onları bu işini yoxlamaq üçün onlara ilkin olaraq imkanı çatdığı qədər daha az pullar verə biləcəyini demişdir. Faiq və Fərid ona bildirmişdir ki, nə vaxt pul hazır etsə onlara xəbər etsin və gəlib pulu götürsünlər. İlkin söhbət zamanı Faiq və Fəridə verdiyi bütün pulların hara sərf edilməsi və ona necə qazanc verməsini desələr də prosesin gedişində bu dediklərinə əməl etməmişlər, sadacə ona narahat olmamağı, onun üçün böyük işlər gördüklərini, müəyyən məqamlarda isə hansısa avtomobili ona nümayiş etdirib guya onun puluyla alınmasını bildirmişlər. O özü Fərid və Faiqə etibar etdiyindən onların işlərinə qarışmamış, inanmışdır ki, həqiqətən də onun verdiyi pullar müqabilində məşğul olduqları avtomobil icarəsi işinə qoyub ona gəlir verəcəklər. O, Faiq və Fəridə hazırda nəğd şəkildə pulunun az olmasını deyəndə Faiq və Fərid ona bildirmişlər ki, istədiyi müddət ərzində istədiyi qədər pulu bu işə qoya bilər, onsuz da o həmin şəxslərin təklif etdiyi işə qoyduğu pulun ümumi həcminə görə gəlir əldə edəcək, yəni, onun verdiyi ümumi məbləğdən neçə avtomobil alıb icarəyə buraxacaqlarsa onda həmin avtomobillərin hamısının gəlirini ümumi qaydada əldə edəcəkdir. Faiq və Fəridə verdiyi pulların lombarda fəaliyyətinə heç bir aidiyyəti olmamış, onlardan bu pullara görə heç bir girov götürməmişdir. Onun məqsədi sadəcə övladarının atası ilə həmin şəxslərin gələcəyi üçün yaxşı bir iş qurub qazanc əldə etmək olmuşdur. Lakin Faiq və Fərid birlikdə onun etibarından sui-istifadə edib pullarını ələ keçirmişlər. Faiq və Fəridə vediyi pulların hesabatını özündə dəqiqliklə aparmışdır. Belə ki, həmin şəxslər əksər vaxtları özləri və yaxud işçiləri adının Kənan olduğunu bildiyi şəxs və digər adlarını xatırlamadığı işçiləri vasitəsilə ofisində ondan pullarını götürmüşlər. O öz qeydiyyatlarında həmdə həmin vaxtı pulun Fərid və Faiq və yaxud işçiləri tərəfindən götürülməsinə baxmayaraq ondan pul alınan pulu kim istəmişdisə həmin şəxsin adını özündə qeydiyyatını aparmışdır. Faiq və Fərid özləri ona bildirmişlər ki, həmin şəxslər birlikdə bu işi görürlər, ona görə də bu işlə bağlı həmin şəxslərin hansı ona müraciət etsə bu zaman o pulu həmin şəxslərin tələbi ilə versin. Belə ki, demələrinə görə onun verdiyi pullardan hər ikisinin məlumatı olmuşdur. Onun Fərid və Faqilə danışığı zamanı verdiyi məbləğə uyğun olaraq nə qədər gəlir vermələrini soruşsa da onlar işlərinin standart olmadığını, avtomobillərin icarədə olduqları müddətə müvafiq formada gəlirlərinin dəyişdiyini bildirib, mümkün qədər çox gəlir verəcəklərini bildirmişlər. O da Faiq və Fəridə inandığı üçün 06 yanvar 2018-ci il tarixdə Fəridə 5.000 manat, 20 yanvar 2018-ci il tarixdə Faiqə 2.000 manat, 21 yanvar 2018-ci il tarixdə Faiqə 4.000 manat və 500 ABŞ dolları, 28 fevral 2018-ci il tarixdə Faiqə 3.000 manat, 03 mart 2018-ci il tarixdə Fəridə 3.000 manat, 16 aprel 2018-ci il tarixdə Faiqə 2.000 ABŞ dolları, 27 aprel 2018-ci il tarixdə Faiqə 15.000 manat, 28 avqust 2018-ci il tarixdə Faiqə 3.000 ABŞ dolları, 30 oktyabr 2018-ci il tarixdə Faiqə 2.900 ABŞ dolları və 5.600 ABŞ dolları iki dəfəyə olmaqla ümumilikdə 8.500 ABŞ dolları, 10 dekabr 2018-ci il tarixdə Fəridə 10.000 ABŞ dollarını, 20 yanvar 2019-cu il tarixdə Fəridə 40.000 manat, 05 fevral 2019-cu il tarixdə Faiqə 10.000 manat, 30 mart 2019-cu il tarixdə Fəridə 10.000 ABŞ dolları, həmin tarixdə Faiqə 8.500 ABŞ dolları, 05 aprel 2019-cu il tarixdə Faiq və Fəridə birlikdə 10.000 manat, 13 may 2019-cu il tarixdə Faiqə 10.000 manat, 2019-cu ilin iyun ayının sonunda Fəridə 9.000 manat, 2019-cu ilin avqust ayında Fəridə 8.700 manat pulu ofisində vermişdir. Onun verdiyi pulların tarixi və həmin pullara görə ona Faiq və yaxud Fəridin müraciət etməsi tamamilə dəqiqdir, sadəcə olaraq bəzi vaxtlarda Fərid və yaxud Faiq ona özləri müraciət etsə də əksər vaxtları həmin pulları özləri götürmüş, bəzi vaxtlarda isə pulun götürülməsini Kənan adlı işçilərinə və digər adlarını bilmədiyi ki nəfər kişi işçisinə tapşırmışlar. O da Fərid və Faiqin tələbinə görə həmin pulları qeyd etdiyi şəxslərə vermişdir. Fərid və Faiq ondan aldıqları pulların müqabilində onu şirnikləşdirmək üçün guya gördükləri işin qazancı olaraq ona cəmi bir neçə dəfə pullar vermişlər. Onlar ona verdiyi pullar müqabilində 2018-ci ilin fevral və mart ayının sonunda hər dəfə 460 manat olmaqla ona ümumilikdə 920 manat pulu qazanc adı ilə vermişlər, həmin şəxslər ona bu pulu verəndə xüsuslilə vurğulamışlar ki, onun verdiyi az məbləğdə pula görə qısa müddət ərzində ona yüksək gəlir verirlər, bununla da guya onu həvəsləndirmişdilər ki, o yenə də əlavə pullar versin. 2018-ci ilin aprel ayında Faiq və Fərid ona heç bir gəlir verməyib bildirmişlər ki, təcili olaraq onlara 15.000 manat pul lazımdır, əgər bu pulu tapa bilməsələr, ziyana düşəcəklər və əvvəldən verdiyi pullara görə ona xeyir verə bilməyəcəklər. O da əvvəlki pullarını xilas etmək və çox böyük ümidlə başldığı guya birgə işləri yarımçıq qoymamaq üçün həmin vaxt onun nəğd pulu olmadığı üçün əavvəlcədən Fərid və Faiqi xəbərdar etməklə ofisinin yaxınlığında yerləşən lombarda müraciət edib öz şəxsi qızıllarını girov qoyaraq 15.000 manat pulu götürüb qeyd etdiyi kimi Faiqə vermişdir. Verdiyi pullarla bağlı onu da demişdir ki, 2019-cu ilin yanvar ayının 20-si ərəfəsində Fərid onun telefon əlaqəsi saxlayıb bir ədəd qara rəngli 2006-cı il istehsallı “Galinvagen Mersedes” markalı ucuz qiymətə avtomobil almasını, təcili olaraq alıb obyektlərində icarə vermək istədiyini bildirmiş və həmin avtomobili almaq üçün 40.000 manat pul lazım olmasını demişdir. Fəridin təklifi ilə o, onların obyektinə gedib qara rəngli 2006-cı il istehsallı 90FU045 qeydiyyat nişanlı “Galinvagen Mersedes” markalı avtomobili də ona nümayiş etdirib həmin avtomobili gündəlik 250-300 manat icarəyə verməklə gəlir əldə edəcəklərini bildirmişlər. Fərid özü ona demişdir ki, həmin avtomobilin qiyməti çox olsa da pulun bir qismini ödəyib hazırda bu maşını almaq üçün 40.000 manat pul lazımdır, alqı-satqını isə əlavə xərc və şapka pulu olmasın deyə təkrarən onun adına qeydiyyata vurmaq lazım deyil. Belə ki, bu avtomobil rəsmi guya Fəridin adında olsa da guya ona məxsus olacaqdı. Fərid həmin pulu ondan şəxsən özü dostu Fərid adlı şəxsin yanında ofisində götürmüşdür. O, həmin avtomobili sonradan görmək istəsə də həmin şəxslər avtomobili işlətdiklərini bildirmişlər, lakin sonradan yəni 2019-cu ilin sonunda ona məlum olmuşdur ki, guya ona məxsus olan həmin avtomobili Faiq üzərinə 10SV222 qeydiyyat nişanını qoymaq adı ilə aparıb başqa “Həci” adlı şəxsin yanına qoyaraq ordan da pul götürmüşdür. 2019-cu ilin avqust ayına qədər olan müddətdə Faiq və Fərid ona az-az olmaqla cəmi 2.760 pulu guya gəlir kimi vermişlər. 2019-cu ilin aprel ayında Faiq və Fərid ona birlikdə müraciət edib təcili olaraq 10.000 manat pul lazım olmasını deyəndə o, onlara bildirmişdir ki, artıq külli miqdarda pul verməyinə baxmayaraq onlar ona bu məbləğlərdə uyğun gəlir vermirlər. Bu zaman onlar ona demişlər ki, guya hazıradək onun verdiyi pulları götürdükləri işin genişləndirilməsinə sərf etmişlər, hazırda isə 10.000 manat pul verilməsə işlərində yenə də ləngimə yaranacaqdır. O da Faiqlə Fəridə inandığından və artıq külli miqdarda verdiyi pulları təhlükəyə atmamaq üçün yenidən qeyd etdiyi lombarda müraciət edib yenə də onlara xəbərdar etməklə şəxsi qızıllarını girova qoyub 10.000 manat pul götürərək hər ikisinin iştirakı ilə ofisində pulu onlara vermişdir. Faiq və Fərid hər dəfə ondan iri məbləğdə pulları alarkən ona müxtəlif avtomobillər göstərib onun verdiyi pullar müqabilində həmin avtomobilləri alınmasını və ona məxsus olmasını bildirmişlər. Faiq və Fərid ona qara rəngli 2006-cı il istehsallı 90FU045 qeydiyyat nişanlı “Galinvagen Mersedes” markalı avtomobili, ağ rəngli “X17” markalı 2003-cü il istehsallı 10OP676 qeydiyyat nişanlı avtomobil, qara rəngli 2008-ci il istehsallı, 90GU045 qediyyat nişanlı avtomobil, ağ rəngli, “Camaro” markalı 27BU713 qeydiyyat nişanlı avtomobil, qara rəngli “Land Cruiser” markalı 2012-ci il istehsallı 90NK054 qeydiyyat nişanlı avtomobili göstərib onun verdiyi pullar müqabilində alındığını, avtomobillərin qalıq borclarını ödəmək üçün bu avtomobillərdən alınan icarə pullarının həmin istiqamətə yönəltdiklərini və bütün dəyərini ödədikdən sonra bu avtomobilləri rəsmi olaraq onun adına qeydiyyata salacaqlarını bildirmişlər. 2019-cu ilin sonunda o, Fərid və Faiqdən pulları tələb edən zaman həmin şəxslər onu guya sakitləşdirmək üçün ağ rəngli 2007-ci il istehsallı “Mercedes S-klas” markalı 10NG102 qeydiyyat nişanlı avtomobili 28.000 manat qiymətləndirməklə ona gətirib vermişlər və sonradan bunu adına rəsmişləşdirəcəyini demişlər. Lakin avtomobil onun həyətində bir aya yaxın qalsa da hər dəfə Fəridgil müxtəlif bəhanələrlə sənədləşməni gecikdirmişlər. Fəridgilin də məlumatı o, həmin avtomobilə 2.000 manatlıq təmir xərci də qoymuşdur. Sonradan onunla həmin avtomobilin sahibi Elmar adlı tanışları vasitəsilə əlaqə saxlayıb «X2» yanında avtomobilin yanında olmasını bildirib onunla görüşmüşdür. Bu zaman həmin avtomobilin Elmara məxsus olmasını, sadəcə olaraq həmin avtomobili işlətmək üçün Fəridgilə verdiyini, lakin son iki aydır ki, nə Fəridgili, nə də ki, avtomobili tapa bilmədiyini demişdir. Onların arasında olan mübahisədən sonra avtomobil Elmara məxsus olduğu üçün sonuncu avtomobili aparmışdır. O, Fəridgili həmin vaxtı axtarsa da həmin şəxsləri tapa bilməmiş, Elmar avtomobili aparandan sonra Fəridgil ona demişdir ki, həmin avtomobil guya onların özünə məxsus olub, lakin sonradanda həmin avtomobili Elmara verməmişlər. O, dəfələrlə Fərdigilin evinə gedib həmin şəxslərə verdiyi pulları qaytarmaqla bağlı müraciət etsə də onlar müxtəlif bəhanələrlə ondan yayınır və pulları tezliklə ödəyəcəklərini bildirmişlər. Bu görüşlər zamanı xanım olduğu üçün pulunu verməkdən imtina etməsinlər deyə guya Faiq və Fəridə verdiyi pulların ilk lombard fəaliyyətinə başlayan zamanlarda müdiri olmuş Ədalət müəllimə məxsus olmasını demiş, Ədalət müəlim də ona görə həmin şəxslərə pulun qaytarılması ilə bağlı bir neçə dəfə söhbətlər etmişdir. Amma əslində Faiq və Fəridə verdiyi pullar onun özünə məxsus olmuşdur. Artıq Faiq və Fəridin ona məxsus pulları ələ keçirmələrini başa düşəndə bu pulların verilməsini heç bir sənədlə rəsmişləşdirmədiyi üçün həmin şəxslərin ondan aldığı pullarla bağlı səs yazılarını telefon vasitəsilə yazmışdır. Bundan başqa onun həmin şəxslərlə birgə iş görüb qazanc əldə etməyiylə bağlı işləri onun işçiləri Ağasəlim, böyük oğlu Əli, Fəridgilin işçisi Kənan, pul götürdüyü lombardın müdiri Elçin müəllim və ətraflarında olan digər şəxslər bilmişlər. Səs yazıları və lombarddan pul götürməyiylə bağlı sənədləri də istintaqa təqdim etmişdir. Faiq və Fərid birlikdə 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə ümumilikdə 191.950 pulunu ələ keçirmişlər, həmçinin Faiqgilə verdiyi lombarddan götürdüyü hazırda da faizlərini ödədiyi pulların məbləği 27.04.2018-ci ildə götürdüyü pula görə 19500 manat, 05.04.2019-cu il tarixdə götürdüyü pula görə 7.500 manat pul ödəmişdir. Hazırda da onun qızılları girovdadır və o, fazi pulları ödəməkdə davam edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, 2013-cü ildən etibarən Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” ticarət mərkəzinin yaxınlığında Vüsalə xanım Talıbovanın işlətdiyi lombarda əmək müqaviləsi əsasında zərgər kimi çalışır. O artıq uzun müddətdir ki, Vüsalə xanımla birlikdə işlədiyindən sonuncunu və ailəsini yaxından tanıyır. Ona məlum imiş ki, Vüsalə xanım əvvəllər Faiq Abdullayevlə ailə həyata qurmuş, onların birgə nikahından iki övladı olmuşdur. Sonradan Vüsalə xanım boşanmış və övladlarını təkbaşına böyütməyə başlamışdır. Vüsalə xanım evli olduğu vaxtlarda heç bir əmək fəaliyyətlə məşğul olmamış, yalnız boşandıqdan sonra lombard fəaliyyəti ilə məşğul olmuşdur. 2018-ci ilin yanvar aynın əvvəlində Vüsalə xanımın keçmiş həyat yoldaşı Faiq və sonuncunun qardaşı Fərid Vüsalə xanıma müraciət edib çoxlu avtomobilləri gündəlik və aylıq olaraq icarəyə verib yaxşı gəlir əldə etdiklərini, həm də bu avtomobilləri kasko siğorta etdirdikləri üçün məşğul olduqları işin heç bir riskinin olmamasını bidirmişlər. Faiq və Fərid Vüsalə xanıma təklif etmişlər ki, pul versin, onlar da həmin pullar müqabilində yeni avtomobillər alaraq avtomobiləri icarəyə buraxıb əldə etdikləri gəlirdən Vüsalə xanıma da yaxşı xeyir versinlər. Vüsalə xanım ilk vaxtlar həmin şəxslərə inanmış, Faiq və Fərid isə qətiyyən narahat olmamağını, bütün işi özlərinin idarə edəcəyini, Vüsalə xanımın nəyləsə maraqlanıb hər hansı bir məsələyə nəzarət etməyinə ehtiyac olmadığını bildirmişilər. Faiqgil demişlər ki, artıq həmin şəxslərin təklif etdikləri iş hazır sistem kimi formalaşıb, burada nəyəsə müdaxilə etmək lazım deyil, bu biznes özü daimi olaraq gəlir gətirir, sadəcə bu işə pul qoymaq lazımdır. Vüsalə xanımın Faiq və Fəridə verdiyi pulların lombard fəaliyyətinə heç bir aidiyyəti olmamış, həmin şəxslərdən bu pullara görə heç bir girov götürülməmişdi. Lakin Faiq və Fərid birlikdə Vüsalə xanımı aldadarq etibarından sui-istifadə edib pullarını ələ keçirmişlər. Vüsalə xanım hər gün ofisdə işdə olduğundan və işçilər təəfindən verilən pulların hesabatı dəqiq aparıldığından, Faiq və Fəridə verilmiş pulların hesabatı Vüsalə xanım özü dəqiqliklə aparmışdır. Faiqgil əksər vaxtları özləri və yaxud işçiləri Kənan adlı şəxs tərəfindən pulları götürürmüşlər. Vüsalə xanım öz qeydiyyatlarında Fərid və Faiq və yaxud işçiləri tərəfindən götürülməsinə baxmayaraq onlardan pul alınandan pulu kim istəmişsə həmin şəxsin adını özündə qeydiyyatını aparmışdı. Bəzi vaxtlarda Vüsalə xanım özü işdə olmasa da onun tapşırığı ilə o, Fərid, Faiq və Kənana dəfələrlə onların ofisində Vüsalə xanımın dediyi məbləğdə sonuncuya məxsus pullar vemişdir. Fərid və Faiq Vüsalə xanımdan aldıqları pulların müqabilində şirnikləşdirmək üçün guya gördükləri işin qazancı olaraq ona cəmi bir neçə dəfə pullar vermişlər. Onu da xatırlayır ki, 2018-ci ilin aprel ayında Faiqgil təcili olaraq onlara 15.000 manat pul lazım olmasını bildirmişlər. Vüsalə xanım da Fərid və Faiqi xəbərdar etməklə ofisinin yaxınlığında yerləşən Elçinin işlətdiyi lombarda müraciət edib öz şəxsi qızıllarını girov qoyaraq 15.000 manat pulu götürüb qeyd etdiyi kimi Faiqə vermişdi. Həmçinin dəqiq olaraq onu xatırlayır ki, 2019-cu ilin yanvar ayının 20 ərəfəsində Fərid Vüsalə xanıma müraciət edib bir ədəd qara rəngli 2006-cı il istehsallı “Galinvagen Mersedes” markalı ucuz qiymətə avtomobil olmasını, onu təcili olaraq alıb obyektlərində icarəyə vermək istədiyini bildirmiş və həmin avtomobili almaq üçün 40.000 manat pul lazım olmasını demişdir. Fəridin təklifi ilə Vüsalə xanım avtomobil icarəsi obyektinə gedib qara rəngli 2006-cı il istehsallı 90FU045 qeydiyyat nişanlı “Galinvagen Mersedes” markalı avtomobili də Vüsalə xanıma göstərib həmin avtomobili gündəlik 250-300 manat icarəyə verməklə gəlir əldə edəcəklərini bildirmişlər. Sonradan yəni, 2019-cu ilin sonunda ona məlum olmuşdur ki, guya Vüsalə xanıma məxsus olan həmin avtomobili Faiq üzərinə 10SV222 qeydiyyat nişanını qoymaq adı ilə aparıb başqa “Həci” adlı şəxsin yanına qoyaraq ordan da pul götürmüşdür. 2019-cu ilin aprel ayında Faiq və Fərid Vüsalə xanıma birlikdə müraciət edib təcili olaraq 10.000 manat pul lazım olmasını demişlər. Vüsalə xanım da həmin şəxslərə inandığından və artıq külli miqdarda verdiyi pulları təhlükəyə atmamaq üçün yenidən qeyd etdiyi lombarda müraciət edib yenə də Fəridgili xəbərdar etməklə şəxsi qızıllarını yenə də Elçinin işlətdiyi lombarda girova qoyub 10.000 manat pul götürərək hər ikisinin iştirakı ilə ofisində pulu Faiqgilə verilmişdir. 2019-cu ilin sonunda o, Fərid və Faiqdən pulları tələb edən zaman Faiqgil Vüsalə xanımı guya sakitləşdirmək üçün ağ rəngli 2007-ci il istehsallı “Mercedes S-klas” markalı 10NG102 qeydiyyat nişanlı avtomobili 28.000 manat qiymətləndirməklə Vüsalə xanıma vermiş və sonradan bunu Vüsalə xanımın adına rəsmişləşdirəcəyini demişlər. Həmin avtomobil Vüsalə xanımda olsa da Fəridgil bəhanələrlə sənədləşməni gecikdirirmişlər. Bildiyinə görə Fəridgilin məlumatı olması ilə Vüsalə xanım həmin avtomobilə təxminən 2.000 manatlıq təmir xərci də qoymuşdur. Sonradan əvvəlcə onunla sonra isə Vüsalə xanımla həmin avtomobilin sahibi Elmar adlı şəxs əlaqə saxlayıb Həzi Aslanov metrosunun yanında avtomobilin yanında olmasını bildirib Vüsalə xanımla görüşmüşdür. Bu zaman həmin şəxs həmin avtomobilin özünə məxsus olmasını, sadəcə olaraq həmin avtomobili işlətmək üçün Fəridgilə verdiyini, lakin son iki aydır ki, nə Fəridgili nə də ki, avtomobili tapa bilmədiyini demişdi. Vüsalə xanımla həmin şəxsin arasında olan mübahisədən sonra həmin vaxtı da Faiqgili də tapa bilmədikləri və avtomobil Elmara məxsus olduğu üçün avtomobili aparmışdır. Beləliklə Faiq və Fərid birlikdə 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Vüsalə xanımın 191.950 manat pulunu ələ keçirmişlər, həmçinin Faiqgilə verdiyi lombarddan götürdüyü hazırda da faizlərini ödədiyi pulların məbləği 27.04.2018-ci ildə götürdüyü pula görə 19500 manat, 05.04.2019-cu il tarixdə götürdüyü pula görə 7.500 manat pul ödəmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, 2015-ci ildən etibarən Faiq və Təqsirləndirilən şəxs2lə onların Gənclik metrosunun yaxınlığında işlətdiyi "xxxx" adlı avtomobillərin icarəsi yerindən avtomobil götürən zaman tanış olmuşdur. Həmin şəxslərlə münasibəti yaranmışdı. Həmin vaxtdan hər iki qardaşlar yəni, Faiq və Təqsirləndirilən şəxs2 şərikinə birlikdə avtomobil icarəsi işi ilə məşğul olurmuşlar. Həmin vaxtlar Binəqədi rayonu, Ankara şadlıq sarayının yaxınlığında “Canım Lahmacun” adlı obyekdə pitza bişirmək işi ilə məşğul olurmuş. Həmin obyektdə əmək haqqı aşağı olduğu üçün o buradan çıxmış, bir müddət avtomobil icarə götürə bilməyən zaman Fəridgil özləri onunla maraqlananda işdən çıxdığını demişdir. Bu vaxt həmin şəxslər onu obyektə dəvət etmişlər. O da həmin şəxslərin yanına gəlmişdir. Həmin şəxslər ona icarəyə verdikləri avtomobilləri harasa aparmaq, gətirmək, yuduzdurmaq, toylarda sürücü kimi işləmək, avtomobilləri təmirə aparmaq və s. bu kimi işlərin müqabilində gündəlik gəlirə uyğun təxminən 5-10 manata işləməyi təklif etmişlər. O da pulu olmadığı üçün həmin şəxslərlə razılaşmış və 2015-ci ildən əmək müaviləsi olmadan işləməyə başlamışdır. Son iki ildə işlər zəif olan zaman isə o çıxmaq istəyən zaman bu zaman Faiq ona aylıq 300 manat əmək haqqı verməyə başlamışlar. Hazırda o həmin şəxslərlə birlikdə işləmir, o 2020-ci ilin fevral ayından kreditə avtomobil aldığı və taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin şəxslərin yanından çıxmışdır. O, Zərərçəkmiş şəxs 2018-ci ilin əvvəlindən Faiqin keçmiş həyat yoldaşı kimi tanımışdır. Ümumiyyətlə obyektdə ən çox ona nəyi harasa aparmaq işlərini məhz Faiq özü tapşırmış, obyektin rəhbəri kimi də Faiqi tanımışdır. Fərid isə daimi olaraq obyektdə olmasa da gəlib gedir və obyektin işlərini görürmüş, lakin obyektin adından da göründüyü kimi onlar şərik imişlər. O, Vüsalə xanımı da Faiqin onu Vüsalədən pul götürmək üçün göndərdiyi üçün tanımışdır. Ümumiyətlə hər zaman Faiq ona harasa göndərmək üçün pul verəndə və yaxud ona Vüsalə xanımdan pul gətirməyə göndərəndə bu haqda çox maraqlanmamış, ona görədə də bu işin nə məsələ olmasını dəqiq bilməmişdir. Faiq onu Vüsalə xanımın yanına göndərdiyi vaxtdan məlum olmuşdu ki, Vüsalə xanım Neftçilər ticarət mərkəznin yaxınlığında lombard fəaliyyəti ilə məşğul olur, lakin Faiqgilin Vüsalə xanımla olan pul alış-verişi lombard fəaliyyəti ilə bağlı deyilmiş, çünki o, Vüsalə xanıma pul verən zaman və ya pul götürəndə heç bir sənədə imza atmırmış. Həmçinin bu proseslərdə hər hansı bir faiz söhbətinin və yaxud girovun şahidi olmamış, həm də Vüsalə xanım bəzi vaxtlarda ondan Faiqgilin işlərinin necə getdiyini, obyektin gəlirlərinin nə yerdə olmasını soruşur, o da olduğu kimi Vüsalə xanıma bildirirmiş. O ümumilikdə bir-iki dəfə Faiqin verdiyi bağlı formada olan pulu Vüsalə xanıma, Vüsalə xanımın yenə də bağlı formada verdiyi pulu isə təxminən 4-5 dəfə Faiqgilə aparıb vermişdir. O pulu heç vaxt saymadığı üçün onun miqdarını dəqiq bilməmişdir. Lakin ona pulun təxmini həcmindən görürmüş ki, Vüsalə xanım Faiqgilə daha çox pul göndərir. Bütün bunlardan təxmin edirmiş ki, Vüsalə xanım Faiq və Fəridlə hansısa bir iş görür, çox güman ki, bu məhz Fəridgilin məşğul olduğu avtomobil icarəsi ilə bağlı imiş. Vüsalə xanımın özü həmin şəxslərdən avtomobil icarəyə götürməsinin şahidi olamamışdır. Həmin şəxslərin arasında alış-verişlə bağlı ona o da məlum olmuşdu ki, 2019-cu ilin sonunda Faiqgildən pulları tələb edən zaman Faiqgil Vüsalə xanıma əslində Elmar adlı şəxsə məxsus olan və Faiqgilə kreditlə verdiyi ağ rəngli 2007-ci il istehsallı “Mercedes S-klas” markalı 10NG102 qeydiyyat nişanlı avtomobili heç bir sənədləşmə aparmadan Vüsalə xanıma vermiş və sonradan Vüsalə xanımın adına rəsmiləşdirəcəklərini demişdilər. Vüsalə xanım bu avtomobilin üstünə xərc də qoymuşdu. Faqigil Elmara həmin avtomobilə görə aylıq ödəniş ödəyirmişlər. Lakin Elmarla həmin şəxslərin arasında nə qədər hansı formada haqq-hesab olmasını bilməmişdir. O sonradan bilmişdir ki, Elmar özünə məxsus olan həmin avtomobili Vüsalə xanımdan almışdır. Elmar özü demək olar ki, bir gündən bir işlədiyi obyektə gəlib həmin şəxslərdən qeyd etdiyi avtomobilə görə pulunu istəyirmiş. Lakin Faiqgil bir çox bəhanələr gətirib guya avtomobilin müştərilərdə olmasını bildirirərək Elmarı aldadırmışlar, halbuki, həmin vaxt avtomobil Vüsalə xanıma aldıqları pulun əvəzində verilmişdi. Elmar özü də bilirmiş ki, Faiqgil həmin şəxsləri da aldadaraq dəqiq bilmədiyi miqdarda pulunu ələ keçirmişlər. Beləliklə, Faiq və Fərid birlikdə 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Vüsalə xanımın özündən eşitdiyinə görə 190.000 manat civarında pulunu ələ keçirmişlər və geri qaytarmamışlar. Lakin o bu pulun hamısının verilməsində birbaşa iştriak etməmiş və bu hal ona sonradan Vüsalə xanımın deməsindən məlum olmuşdur. O hər dəfə görürmüş ki, Vüsalə xanım Faiq və Fəridə zəng vuraraq pulunu tələb edirmiş. Bir dəfə də Vüsalə xanım müəllim kimi müraciət etdiyi şəxslə gəlib Faiq və Fəriddən obyektdə pulunu tələb etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, 10 ildir ki, “Diqlas” ticarət mərkəzində lombard fəaliyyəti ilə məşğul olur. Diqlas ticarət mərkəzində 2019-cu ildə baş vermiş məlum yanğından sonra artıq o həmin fəaliyyətlə məşğul olmur, hazırda fərdi şəkildə kənd təsərrufatı ilə məşğul olur. Zərərçəkmiş şəxs təxminən 7-8 ildir ki, sonuncunun “Neftçilər” ticarət mərkəzində lombard fəaliyyəti ilə məşğul olduğu vaxtdan bir həmkar kimi tanımışdır. Vüsalə ilə münasibətləri hər zaman yaxşı olsa da hər hansı bir iş birliyi və yaxud da şərikliyi olmamışdır. 2019-cu ilin təxminən avqust-sentyabr aylarında Vüsalə xanım ona müraciyət edərək bir probleminin olmasını və buna görə də kömək etməyini xahiş etmişdir. Belə ki, Vüsalə ona bildirmişdir ki, keçmiş həyat yoldaşı Faiq adlı şəxs və sonuncunun qardaşı Fəridlə birlikdə məşğul olduqları avtomobil icarəsi ilə bağlı işə pul qoyub guya Vüsaləyə də gəlir vermək adı ilə aldadaraq külli miqdarda pullarını hissə-hissə olmaqla ələ keçirmişlər. Hazırda isə həmin şəxslərdən pullarını tələb etsə də onlar Vüsalənin pulunu verməkdən müxtəlif bəhanələrlə yayınırlar. Belə olan halda Vüsalə xanım ondan xahiş etmişdir ki, mümkündüsə o da Vüsalə xanımın yaxın adamı və həmn şəxslərə verilmiş pulların sahibi kimi müraciət edib bir kişi kimi pullarını həmin şəxslərdən tələb etsin, ola bilsin ki, Vüsalə xanım tək qadın kimi həmin şəxslərə müraciət edəndə bundan sui-istifadə edib pulu vermək istəmirlər. O da Vüsalə xanımın bu istəyini yerə salmayıb dediyi kimi edərək bir neçə dəfə Faiqgilin həm Gənclik metrosunun yaxınlığında yerləşən avtomobilləri icarəyə verdikləri obyektdə həm də həmin şəxslərin Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evində həm Faiq, həm Fərid, həm də valideynləri Novruzəli kişi ilə dəfələrlə söhbət etmişdir ki, aldıqları 190.000 manat pulu geri qaytarsınlar. Həmin şəxslər hər üçü də bu məbləğdə Faiq və Fərid tərəfindən məhz avtomobil icarəsi işinə qoyub almalarını etiraf etsələr də, lakin bu pulu müxtəlif bəhanələrlə müəyyən müddətə uzatmaqla verməkdən imtina etmişlər. Lakin həmin şəxslər hər üçü guya zəmanət verirmişlər ki, pulu geri qaytaracaqlar. Həmin ərəfədə Faiqgil guya aldıqları pulun bir qisminin əvəzində “Mercedes S-klas” markalı 10NG102 qeydiyyat nişanlı avtomobili Vüsalə xanıma verib bir müddət də qalmasını təmin etsələr də bəhanələrlə həmin avtomobili Vüsalə xanımın adına rəsmiləşdirməmişlər. Daha sonra həmin avtomobilin əsl sahibi ortaya çıxıb bu avtomobili Vüsalə xanımdan almışdır. Bundan sonra “X17”, “Galinvagen Mersedes”, “Land Cruiser”, “Porshe” markalı avtomobllərin olmasını, Vüsalə xanıma olan borclarının əvəzində həmin avtomobilləri Vüsalə xanıma təqdim edə biləcəklərini desələr də heç bir vədlərinə əməl etməmişlər. O özü də həmin söhbətlər zamanı pulun ona məxsus olmasını pulu geri qaytarılmasını təmin etmək, Vüsalə xanım köməklik etmək məqsədilə demiş, əslində bu pullar hamısı Vüsalə xanımın özünə məxsus olmuşdur. Həm də ona məlum imiş ki, bu pulların bir qismini də Vüsalə xanım şəxsi qızıllarını başqa bir lombarda qoyub oradan pul götürüb Faiq və qardaşı Fəridə vermişdi. Ona Vüsalə xanımın deməsindən elə Faiq, Fərid və ataları Novruzəlinin təsdiq etməsindən məlum olmuşdur ki, Faiq və Fərid birlikdə 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Vüsalə xanımın 190.000 manatdan artıq pulunu ələ keçirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, təxminən 5 ildir ki, fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olur. Hazırda “Mersedes C-klas 180” markalı 99EH226 qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs təxminən 5 ildir ki, müştəri kimi Neftçilər ticarət mərkəzini yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu üçün tanıyırmış. Vüsalə xanım əksər vaxtlarda avtomobil idarə etmədiyi üçün bir çox hallarda öz işlərini görmək üçün onunla birlikdə müxtəlif yerlərə gedirmiş. Vüsalə xanım çox mehriban və səmimi insan olduğundan o hər zaman övladları ilə bağlı gələcək planları haqqında danışdığı üçün o da Vüsalə xanım haqqında bir sıra məlumatları bilmişdir. Belə ki, Vüsalə xanım onun da tanıdığı Faiq adlı şəxslə ailə qurmuş və həmin nikahdan iki övladı vardır. Vüsalə xanım boşandıqdan sonra özü lombard fəaliyyəti ilə məşğul olurmuş. Təxminən 2018-ci ildə Vüsalə xanımla danışan zaman özü ona keçmiş həyat yoldaşı - tanıdığı, lakin yaxın münasibəti olmadığı Faiq və onun qardaşı Fəridlə birlikdə sonuncuların təklifi ilə həmin şəxslərin məşğul olduğu avtomobil icarəsi işinə pul qoyub gəlir əldə etmək fikrindən danışmış, Vüsalə xanım həmin fəaliyyətlə bağlı yəni, həmin işdə gəlirin yaxşı olub-olmamasını onunla da maraqlanmış, lakin o bildirmişdir ki, bu işi dəqiq olaraq bilmir, lakin bildiyinə görə yaxşı gəlir verən işdir. Sonradan Vüsalə xanımın dediklərindən bilmişdir ki, o qeyd etdiyi kimi Faiq və Fəridlə birlikdə sözü gedən işi görməyə başlamışlar. Vüsalə xanım onunla birlikdə bir neçə dəfə həmin oifisə gedib gəlmiş, bir dəfə Vüsalə xanım məbləğini dəqiq bilmədiyi qədər, təxminən 2018 və ya 2019-cu ildə ona etibar etdiyi üçün qapalı bir qədər böyük zərfdə onun Faiqə pul çatdırmağını xahiş etmiş, o da Vüsalə xanımla razılaşıb taksi kimi Vüsalə xanımdan həmin zərfi alıb Gənclik metrosu yaxınlığında yerləşən Faiqgilin avtomobil icarəsi obyektinə gedib burada Faiqə içərisində pul olan zərfi aparıb Faiqə vermişdir. Bundan başqa həmin şəxslərin aralarında olan işlə bağlı ona məlum imiş ki, Faiqgil Vüsalə xanıma “Mersedes S klas” markalı avtomobili aldıqları pulları qaytara bilmədikdə həmin pulların əvəzində vermişlər. Vüsalə xanım həmin avtombilə bildiyinə görə 4.000 manatdan artıq məbləğdə xərc də qoymuşdur. Vüsalə xanım özü bldirmişdi ki, Faiqgilə verdiyi pullar müqabilində onlar “Porhse”, “Prado”, “Galinvagen” və digər avtombillər almışlar və Vüsalə xanımı inandırmışlar ki, həmin avtomobillər guya ona məxsusdur. Sonradan məlum olmuşdur ki, bütün bunların hamısını Vüsalə xanımı sakitləşdirmək, onu aldatmaq üçün istifadə etmişlər. Yəni, sonda həmin avtomobillərin tamamilə başqa sahiblərinin olması müəyyən edilmişdir. Vüsalə xanım sonradan da verdiyi pulları tələb etmək üçün dəfələrlə onunla Faiqgilin obyektinə gedib həmin şəxslərdən pulunu tələb etsə də həmin şəxslər müxtəlif bəhanələrlə Vüsalə xanımın verdiyi pulları qaytarmaqdan yayınır, həmçinin verdikləri vədi yerinə yetirmirmişlər. Ona sonradan Vüsalə xanımın dediklərindən məlum olmuşdur ki, Faiq və Fərid guya avtomobil icarəsi ilə bağlı iş görüb pul qazandırmaq adı ilə aldadaraq 190.000 manatdan artıq pulunu ələ keçirmişlər. Vüsalə xanım övladlarının atası olduğu üçün Faiqə və onun qardaşı Fəridə pulları vermişdi ki, guya həmin şəxslərlə birlikdə iş qurub övladlarının gələcəyini təmin etsin. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs oğlu Faiq Abdullzadə ilə 2000-ci ildə ailə həyatı qurmuş, səhv etmirsə 2007-ci ildə boşanmışlar. Birgə nikahdan iki övladları dünayaya gəlmişdir. Faiqgilin ailə həyatı alınmasa da yəni, boşansalar da onlar mehriban formada olmuşlar, aralarında hər hansı bir düşmənçilik və ya ədavətləri olmamışdır. X15 və Faiqə pul verməsindən ümumiyyətlə xəbəri olmamışdır. Sadəcə olaraq o, Fəridin deməsindən eşitmişdir ki, Vüsalə özü Faiq və Fəridə demişdir ki, 20.000 manat pul versin. Faiqgildə həmin pulun müqabilində avtomobil alıb özlərinin işlətdiyi “rent a car” şirkətində icarəyə versin bununla da Vüsalə qazanc əldə etsin. O buna razı olmayıb Fəridə və Faiqə qəti etirazını bildirmişdir ki, Faiqin sonradan qurduğu ailə ilə söz söhbət yarana bilər. O bir də 2019-cu ilin oktyabr ayının əvəllərində Vüsalə və əvvəldən tanımadığı Ədalət adlı şəxslə birlikdə gələn zaman Vüsalə özü ona bildirmişdir ki, Faiq 40.000 manat daha sonra isə Fərid 40.000 manat pulu faizə borc olaraq almışdır. Faiq isə özü bildirmişdir ki, Vüsalədən cəmi 40.000 manat pul almışdır. Ədalət isə həmin söhbət zamanı ona bildirmişdir ki, Vüsalənin işlətdiyi lombardın sahibidir, verilən pullar özünə məxsusdur, Vüsaləyə etibar etdiyi üçün həmin lombardı istifadəsi üçün vermişdir. O, Faiqin deməsinə əsasən Vüsalədən 40.000 manat pul almasını deyəndə Ədalət özü ona demişdir ki, bu lombarddır, burada sayğac işləyir. Həmin söhbət zamanı ona məlum oldu ki, oğlu Faiq Vüsalədən götürdüyü pulun faizini verə bilməyəndə işlətdiyi “renta carda” olan başqasına məxsus “Mersedes S klas” markalı avtomobili Vüsaləyə göndərmişdir ki, həmin avtomobilə çıxan müştərilərə Vüsalə özü qəbul edib həmin avtomobildən əldə edən qazancı da borcunun faizi kimi özünə götürsün. Sonradan isə avtomobili sahibi Vüsalədən götürmüşdü. Ona Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 02 dəqiqə 55 saniyə müddətində olan onunla Zərərçəkmiş şəxs arasında olan danışıq səsiniz səsləndirilmiş, bu barədə bildirmişdir ki, Vüsalə həmin vaxtı onunla danışan zaman o, məsələnin mahiyətini bilmirmiş. Sonradan övladlarıyla həmin məsələ ilə bağlı danışanda ona məlum olmuşdur ki, onun övladları Vüsalədən yüksək faizlə yəni 8 faizlə 40.000 manat pul götürmüş, 2019-cu ilin yanvar ayından isə həmin pulu qaytarıb növbəti 40.000 manat pulu 4 faizlə götürmüşdür. Onu da demişdir ki, Vüsalədən pulu Faiq götürüb, Fərid isə bu işdə vasitəçi olub yəni, Faiqin sözü ilə Vüsalədən pul aparıb gətirirmiş. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində anası, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində bildirmişdir ki, Faiq Abdullayevi ortaq tanışları vasitəsilə avtomobil icarəsi obyekti işlədən şəxs kimi tanımışdır. O, Faiqi Tarıq adlı şəxs vasitəsilə, qardaşı Təqsirləndirilən şəxs2 də Faiqə görə tanımışdır. Faiq və Fəridlə münasibətləri normal olmuşdur, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Faiq özü ona təklif etmişdi ki, işlətdiyi avtomobil icarəsi obyektində istifadə etmək yəni, icarəyə vermək üçün Faiqə avtomobillər alıb versin, Faiq də həmin avtomobillərin pulunu aylıq olaraq ona ödəsin, avtomobilin ümumi dəyərini verib qurtardıqdan sonra avtomobillər özünə qalacaqmış. Həmçinin, həmin avtomobillərin pulunu ödəyib qurtardıqdan sonra hər avtomobilə görə ona əvvəlcədən müəyyən etdikləri əlavə pullar verəcəkmiş. Lakin işləri ora qədər gedib çıxamamışdır. Beləliklə, o Faiqlə razılaşmış, bundan sonra Faiqin özünün ona təklif etdiyi qardaşı Fəridə məxsus olan “Mersedes S klas” markalı 10NG102 qeydiyyat nişanlı, “Mersedes Gelinvagen” markalı 10SV222 qeydiyyat nişanlı, “ Vaz 2121” markalı 90SM 593 və 591 qeydiyyat nişanlı avtomobilləri müvafiq olaraq Mersedes S klasa görə görə 25.000 manat, Mersedes Galinvagenə görə 32.000 manat, Nivaya görə 9.000 manat pulu 2019-cu ildə tarixini dəqiq bilmədiyi vaxtda pulunu verməklə onun adına rəsmiləşdirmişdir. Sonradan Faiq həmin avtomobillərə görə avtomobillərin dəyərini aylıq olaraq ona ödəyəcək, o da sonda yəni, avtomobillərin dəyərini tam ödənildikdən sonra həmin avtomobilləri Faiqin adına rəsmiləşdirəcəkmiş. Ona Fəridin deməsindən məlum olmuşdu ki, həmin avtomobilləri Fərid məhz qardaşı Faiqin keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs aldığı pullar hesabına almış və həmin avtomobilləri öz avtomobil icarəsi obyektlərində işlətmişdir. Fərid bu söhbəti qardaşı Faiqlə mübahsə edən zaman demişdi. Fərid bildirmişdi ki, Vüsalədən aldığı pullar hesabına aldığı həmin avtomobilləri işlətməklə pullar qazanıb Vüsalənin də işini həll edəcəkmiş, lakin Faiq həmin avtomobilləri ona girov qoymaqla yəni, satmaqla pullar götürmüş, daha sonra həmin pulları da geri qaytara bilməmişdir. Beləliklə, o həmin üç avtomobili bir ay fərqlə Faiqdən alıb həmin avtomobilləri yenidən işlətməsi üçün şərait yaratdıqdan sonra “Mersedes S-klas” markalı avtomobilə görə 6 ay olmaqla hər ay 1290 manat, Galinvagenə görə 2 ay olmaqla hər ay üçün 3.300 manat, Nivaya görə isə üçün 4 ay olamaqla hər ay üçün 660 manat olmaqla ödənişlər etmişdir. Daha sonra həmin avtomobillərə görə ödənişləri verməməyə başlamışlar və o, avtomobilin müqabilində Faiqə verdiyi pulları geri tələb etməyə başlamışdır. Faiq ona olan borcunu ödəməyib ondan qaçıb gizlənməyə başlamışdı. O, Faiqdən pullarını dəfələrlə tələb edəndən sonra qardaşı Fəridlə birlikdə adına qeydiyyatda olan 10SV222 markalı avtomobili 39.000 manat müqabilində satıb ona 32.000 manat pul ödəmişlər. Bundan sonra Faiqgil digər iki avtomobilə görə yenə də pulunu verməmişlər. O da özünə məxsus olan yəni, adına rəsmiləşməklə sürmək üçün Faiqə etibarnamə verdiyi avtomobilini axtarmağa başlamış, həmin vaxtlar artıq nə Faiq nə də ki, Fərid onun zənglərinə cavab verməyib ondan gizlənirmişlər. Beləliklə, o qeyd etdiyi kimi avtomobilini axtaran zaman təxminən 2019-cu ilin sonlarında dəqiq tarixini bilmədiyi vaxtda Bakı şəhəri, Həzi Aslanov metrosunun yaxınlığında olan “Şanlı Urfa” restoranının qarşısında özünə məxsus olan “Mersedes S-klas” markalı 10NG102 qeydiyyat nişanlı ağ rəngli avtomobilini görmüş o həmin avtomobilinə yaxınlaşıb burada olan dayanacağa baxan şəxsdən həmin avtomobili orada saxlayan şəxsi, yəni sonradan Vüsalə olmasını bildiyi şəxsi tapmış, orada dayanacağa baxan şəxsin zəng etməsi ilə Vüsalə həmin yerə gəlmişdir. O hər şeyi olduğu kimi Vüsaləyə danışıb həmin avtomobilin özünə məxsus olmasını, qeydiyyat şəhadətnaməsi ilə də adına olmasını, bu avtomobili istifadə edib onun pulunu ödəmək üçün Faiqə verdiyini, hazırda pulu ödənmədiyi üçün Faiqi axtarıb tapa bilmədiyini və buna görə də avtomobilini axtardığını, hazırda isə ona məxsus avtomobili geri almaq istədiyini bildirmişdir. Bu sözlərinə cavab olaraq Vüsalə bildirmişdir ki, həmin avtomobili Faiq və qardaşı Fərid həmin şəxslərə verdiyi yəni, həmin şəxslərin avtomobil icarəsi obyektinə gəlir əldə etmək üçün qoyduğu pulun əvəzində yəni, Vüsalə həmin pulları tələb edən zaman guya özününki kimi təqdim edib 28.000 manat dəyərləndirməklə vermişlər. Lakin guya qeydiyyat xərcləri və kreditdə olduğu üçün həmin avtomobili Vüsalənin adına rəsmiləşdirməmişlər. Vüsalə onun sözlərindən sonra Faiqgillə də əlaqə saxlamağı nəticəsiz qaldığı üçün həmin avtomobili ona təhvil vermişdir. O da avtomobilini götürüb oradan getmişdir. Bu hadisədən sonra Faiqgil yenə də ondan yayınaraq sonuncu avtomobilini də ona verməkdən imtina edirmişlər. Təxminən 3-4 ay sonra ona məxsus “Vaz 2121” markalı avtomobili Elçin adlı şəxsə girov qoyulmasını eşitmiş, bundan sonra həmin şəxsə müraciət edib Faiqin həmin avtomobili girov qoyduğu borc məbləğini yəni, 7.000 manatı həmin şəxsə verib avtomobilini təhvil almışdır. Elçin adlı şəxsin anket məlumatları və əlaqə vasitələri barədə məlumatı yoxdu. Hazırda qeyd etdiyi məsələrlə bağlı Faiqgilin ona 10.000 manat verəcəkləri olsa da bununla bağlı heç bir şikayət və tələbi yoxdur, bu məsələ həmin şəxslərlə onun öz arasındadır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9 ifadəsində bildirmişdir ki, 2011-ci ildən Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” ticarət mərkəzində lombard fəaliyyəti lə məşğul olan Zərərçəkmiş şəxs tanıyır, yaxşı münasibətləri vardır. O bəzi vaxtlarda Vüsalə xanıma girov qoyulmuş sonradan sahibi tərəfindən satışa çıxarılan qızıl-zinət əşyalarını alıb bir qədər baha qiymətə başqa şəxslərə satmaqla gəlir əldə etmişdir. Vüsalə xanımla münasibətləri yaxşı olduğundan onun Faiq adlı həyat yoldaşından ayrılmasını, iki oğlan övladını təkbaşına böyütməsini bilmişdir. Vüsalə xanımla hər zaman bir-birləri ilə səmimi söhbətləri olmuş və bir-birlərinə dərdlərini danışmışlar. Təxminən 2018-ci ildə Vüsalə xanımla hal-əhval tutan zaman Vüsalə özü ona keçmiş həyat yoldaşı qiyabi olaraq tanıdığı Faiq və qardaşı Fəridlə birlikdə həmin şəxslərin təklifi ilə məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub gəlir əldə etmək məsələsini ona danışmışdı. Həmdə ona məlum imiş ki, Vüsalə həyat yoldaşı Faiqlə ayrılsa da sonuncu və ailəsi ilə münasibətləri hər zaman normal oluşdur. O həmin ərəfədə daim olaraq Vüsalə xanımın yanında olduğu üçün ona bu işlə bağlı bütün məsələləri özü deyirmiş, bəzi vaxtlarda həmin şəxslərə pullar veriləndə bunların birbaşa şahidi olmuşdur. Belə ki, Vüsalə xanım özü birbaşa və ya digər şəxslər vasitəsilə Faiq və Fəridə 2018-ci ilin əvvəli yəni, yanvar ayından həmin ilin sonuna kimi Vüsalə xanımın həmin şəxslərin məşğul olduqları avtomobil icarəsi işinə qoyub gəlir əldə etməsi üçün müxtəlif vaxtlarda hissə-hissə olmaqla artıq 50.000 manatdan artıq miqdarda pullar vermişdi. Bundan sonra 2018-ci ilin sonu 2019-cu ilin əvvəli tarixini dəqiq bilmədiyi vaxtda Fəridə ayrı-ayrı tarixlərdə 10.000 ABŞ dolları və 40.000 manat pulu vermiş, Faiqə isə 10.000 manat pulu onun yanında vermişdi. Bundan sonrakı tarixlərdə də həmin şəxslərə eyni məqsədlə 70.000 manata yaxın pul vermişdir. Beləliklə, Faiq və Fərid birlikdə 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə qeyd etdiyi məqsədlə onun bildiyi və Vüsalə xanımın da ona bildirdiyinə əsasən 191.950 pulunu ələ keçirmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, 2017-ci ildən Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” ticarət mərkəzinin yaxınlığında fiziki şəxs kimi lombard fəaliyyəti ilə məşğul olmuşdur. O, qanuni formada qızıl məmulatları girovlar müqabilində faizə pul vermişdir. Həmin fəaliyyətə başlayan vaxtdan magistral yolun digər tərəfindən lombard fəaliyyəti ilə məşğul olan Vüsalə Talıbovanı tanımış, münasibətləri hər zaman yaxşı olmuşdur. Hazırkı cinayət işi üzrə vermiş olduğu ifadəsini xatırlamır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, lombard fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs tanımış, münasibətləri hər zaman yaxşı olmuşdur. Vüsalə xanımı çox yaxşı insan kimi tanıyır, həyat yoldaşından ayrılmasını, iki oğlan övladını təkbaşına əziyyətlə böyütməsini bilir. Yaxın münasibətləri olduğundan hər zaman bir-birləriylə səmimi söhbətlər edib bir-birinin dərdlərini danışırmışlar. 2018-ci ildə Vüsalə xanımla hal-əhval tutan zaman Vüsalə özü ona keçmiş həyat yoldaşı Faiq və qardaşı Fəridlə birlikdə sonuncuların təklifi ilə məşğul olduqları avtomobil icarəsi işinə pul qoyub gəlir əldə etmək fikrindən danışmış, həmin fəaliyyətlə bağlı yəni, həmin işdə gəlirin yaxşı olub-olmaması ilə bağlı maraqlanan zaman o həmin işdən məlumatlı olmadığını, ancaq Bakı şəhəri ərazisində avtomobil icarəsi ilə məşğul olub yaxşı qazanc əldə edən şəxslərin olmasını bildirmişdir. Həmin söhbətdən o, Vüsalə xanımın həmin işə pullar qoymasını bildirmiş, həm də özünə maraqlı gəlirmiş ki, əgər bu iş yaxşı alınsa bu zaman o özü də nə vaxtsa həmin işlə məşğul ola bilər. 2019cu ilin aprel ayının əvvəlində Vüsalə xanım özü ona mürciət edib öz qızıllarını lombarda qoymaq istədiyini, ondan götürəcəyi pulu isə əvvəlcədən qeyd etdiyi Faiq və Fəridin təklif etdiyi avtomobil icarəsi ilə bağlı işə qoymaq istədiyini bildirmişdir. O isə Vüsaləyə yaxşı düşünməsini əgər gəlir əldə etmirsə nə üçün yenidən həmin işə pul qoymaq üçün Faiq və Fəridə pul verməsini bildirmişdir. Vüsalə isə həmin şəxslərə inandığını, sadəcə olaraq təcili olaraq 10.000 manat pulun çatmalı olduğunu, əks təqdirdə guya Faiq və Fəridin vəd verdiyi işin ziyana düşəcəyini bildirmişdi. O həmin vaxtı artıq bu şəxslərin Vüsalə xanımı aldatmaq niyyətində olmalarından şübhələnmişdir. Lakin Vüsalə xanım özü həmin şəxslərə etibar etdiyi üçün heç nəyə qarışmamış və Vüsalənin xahişi ilə özünə məxsus təxminən 750 prob 170 qram qızıl məmulatlarını girov qoymaqla bütün sənədləşməni aparmaqla 27 aprel 2018-ci il tarixdə 15.000 manat pulu faizə Vüsaləyə vermişdir. Bundan bir neçə gün sonra Vüsalə xanımı görən zaman sonuncu həmin pulu da qeyd etdiyi işə görə Faiqlə Fəridə verməsini bildirmiş, həmin vaxt o, Vüsaləyə xeyirli olmasını da demişdir. Bundan sonra Vüsalə xanım 05 aprel 2019-cu il tarixdə yenidən ona müraciət edib yenidən eyni məqsədlə yəni, qeyd etdiyi işlə bağlı Faiqlə Fəridin tələbi ilə həmin şəxslərə vermək üçün özünə məxsus təxminən 750 prob 170 qram qızıl məmulatlarını girov qoymaqla 05 aprel 2019-cu il tarixdə 10.000 manat pulu faizə götürmüşdür. Ona Vüsalə xanımın sonradan dediklərində məlum olmuşdur ki, ikinci götürdüyü pulları da X16 iş görüb xeyir vermək üçün vermişdir. Lakin sonradan yəni, 2019-cu ilin sonunda Vüsalə xanımla maraqlanan zaman həmin şəxslərin yəni, Faiq və Fəridin Vüsaləni aldatdığını, vəd verdikləri kimi gəlir vermədiklərini, gəlir adı ilə ilkin vaxtlarda çox az məbləğdə pullar ödədiklərini daha sonra isə ümumiyətlə pul vermədiklərini, pulunu tələb edən zaman isə müxtəlif avtomobilləri heç bir sənədləşmə aparmadan guya Vüsalə xanımın puluna alınmış və sonuncuya məxsus kimi təqdim edib verdiklərini daha sonra ya avtomobilin əsl sahibləri və yaxud da elə özləri tərəfindən həmin avtomobillərin geri alınmasını bildirmişdir. Həmin avtomobillərdən “Mercedes Sklas” markalı 10NG102 qeydiyyat nişanlı avtomobili o özü də görmüşdür. Belə ki, Vüsalə xanım özü demişdi ki, bu avtomobili Faiq və Fərid verdiyi pulların əvəzində ona vermişlər, sonradan həmin avtomobilin əsl sahibi Vüsalə xanımdan avtomobili geri almışdır. Bu zaman onun özünə də məlum olmuşdur ki, Faiq və Fəridin elə əvvəlcədən əsl niyyəti məhz Vüsalə xanımın pullarını ələ keçirmək olmuşdur. Vüsalə xanım hazıradək 27.04.2018-ci ildə götürdüyü pula görə təxminən 19.500 manat, 05.04.2019-cu il tarixdə götürdüyü pula görə təxminən 7.500 manat pulu onun lombardına ödəmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 15 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilməsindən imtina edilmiş, o, məhkəmə zalından həbsdən azad edilmiş və həmin gün barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2020-ci il tarixdən həbsdə saxlanılır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs istintaqa könüllü olaraq təqdim etdiyi disklərdə olan səs yazılarına baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında olan danışıqlarda avtomobillərin alınması və icarəyə verilməsi, həmçinin X5 ilə Zərərçəkmiş şəxs arasında Şahid6 oğlanları Faiq və Fəridin Zərərçəkmiş şəxs aldığı pulları qaytarması ilə bağlı vaxt verilməsi istəməsi məzmunda danışıqlar mövcuddur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pulunun iş qurmaq adı ilə pul almaması, sonuncudan pulu faizlə borc olaraq alması, təqsirləndirilən şəxs Fərid Abullayevin qardaşı Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs iş qurmaq adı ilə pul almaması kimi işin faktiki hallarına uyğun olmayan, özlərini müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və himayəsində bir azyaşlı övladının olmasıdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 ilə Azərbaycan Respublikası CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətində azadlıq məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) il müddətində azadlıq məhrum etmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona müəyyən müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdiriən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı mülki iddia verərək onlardan məbləğində pul tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, iş üzrə verilmiş mülki iddia qismən təmin olunmalı, 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa könüllü olaraq təqdim etdiyi 15 ədəd səs yazısı olan 01 ədəd disk, "xxxx" MMC-nin 04.05.2021-ci il tarixli BKC/LGL-7721/21 nömrəli, "xxxx" MMC-nin 16.05.2021-ci il tarixli 9754 nömrəli, "xxxx" MMC-nin 26.05.2021-ci il tarixli AZF/LGL-14142/21 nömrəli məktublarına əlavə edilmiş 03 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək «şübhəli şəxs» qismində saxlanıldığı 2 gün müddət cəza müddətinə hesablanaraq ona cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarətinə vermə” qətimkan tədbiri dəyişdirilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan- 16 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan- 19 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətində azadlıq məhrum etmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– 19 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixə dək «şübhəli şəxs» qismində saxlanıldığı 2 gün müddət cəza müddətinə hesablanıb çıxılaraq onun üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarətinə vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan- 16 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin, 191.950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutlaraq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa könüllü olaraq təqdim etdiyi 15 ədəd səs yazısı olan 01 ədəd disk, "xxxx" MMC-nin 04.05.2021-ci il tarixli BKC/LGL-7721/21 nömrəli, "xxxx" MMC-nin 16.05.2021-ci il tarixli 9754 nömrəli, "xxxx" MMC-nin 26.05.2021-ci il tarixli AZF/LGL-14142/21 nömrəli məktublarına əlavə edilmiş 03 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalsın. Göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar