Məhkəmə qərarları › İş №1(101)-1418/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1418/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1418/2023 04.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Zərərçəkmiş şəxs iştirakı ilə, 26 avqust 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, döngə 2, ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsində onu yaşadığı evdən siqaret istəmək üçün bayıra çağıran qonşusu Zərərçəkmiş şəxs siqaretinin olmadığını bildirməsi, sonuncunun da ona inanmaması və onun ünvanına nalayiq söyüş söyməsi ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs yaşadığı evə daxil olub evin mətbəx otağında olan bıçağı götürərək küçəyə çıxıb arxası ona tərəf olan və piyada hərəkət edərək uzaqlaşmağa çalışan Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun kürək nahiyəsinə 1 dəfə qəsdən vurmaqla ona sağ tərəfli hemopnevmatorksla müşayiət olunan və döş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna (daxilə) nüfuz edən xəsarət yetirib həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 10 fevral 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs Binə qəsəbəsində yaşadığı evin qarşısına gəlib qapını döyərək onu çağırmış, o da həyətə çıxmışdır. Bu vaxt Rəhman ondan siqaret istəmiş, lakin o, Rəhmana siqaretinin olmadığını demişdir. Rəhman isə ona siqaretinin olduğunu, lakin gizlədərək vermədiyini demişdir. O nə qədər Rəhmanı siqaretinin olmadığına inandırmağa çalışsa da, Rəhman ona inanmayaraq ailə üzvlərinin ünvanına nalayiq ifadələr demişdir. Rəhmanın bu söyüşü ona təsir etdiyindən əsəbi halda evə qayıdaraq mətbəxdə olan mətbəx bıçağını götürüb çölə çıxmışdır. Bu vaxt Rəhmanın getdiyini görmüş və dərhal onun arxasınca qaçıb sağ əlindəki bıçaqla kürək nahiyəsindən 1 dəfə vurmuşdur. Rəhman ona söyüş söydüyünə görə onu vurmuşdur. Rəhman onun əmisi nəvəsidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, onu uşaqlıqdan tanıyır. Gülhüseynlə münasibəti bir qonşu kimi həmişə yaxşı olmuşdur. O, Gülhüseynlə tez-tez ünsiyyət qurub zarafatlaşmışdır. Sonuncu dəfə 10 fevral 2023-cü il tarixdə axşam saat 23:00 radələrində o, Binə qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlib qapını döyərək onu küçəyə çağırmışdır. Gülhüseyn də küçəyə çıxan zaman ondan siqaret istəmiş, lakin Gülhüseyn ona siqaretinin olmadığını demişdir. O isə Gülhüseynin yalan danışdığını hiss edib ona siqaretinin olduğunu, lakin ondan gizlədərək bilə-bilə vermədiyini demişdir. Gülhüseyn nə qədər onu inandırmağa çalışsa da, ona inanmamış və onu təhqir etmişdir. Onun bu söyüşü Gülhüseynə təsir etmiş və sonra o evə girmişdir. O, Gülhüseynin evə qayıtdığını düşünüb oradan uzaqlaşmağa başlamışdır. Bir qədər getdikdən sonra Gülhüseyn qəflətən xəbəri olmadan arxasınca qaçıb bıçaqla kürəyinin sol nahiyəsindən 1 dəfə vurmuşdur. Ətrafda olan şəxslər bunu görən kimi dərhal Gülhüseyni ondan aralayıb evə aparmışlar. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsində yerləşir, hadisə yeri dar küçədən ibarət olmaqla yer asfaltla örtülüdür, baxış zamanı asfalt örtüyünün üzərində bir neçə yerdə qan izləri aşkar olunmuşdur (cild 1, iş vərəqə 11-12). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsində yaşadığı evin qarşısında cinayəti hansı qaydada törətməsini əyani olaraq göstərməklə hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 31). Cinayət işinin materiallarında olan “geyim əşyalarına baxış keçirilməsi haqqında” 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasından götürülmüş geyim əşyalarına baxış keçirilmiş, baxış zamanı həmin geyim əşyalarının 1 ədəd ağ rəngli jaketdən, 1 ədəd qırmızı rəngli köynəkdən və 1 ədəd qara rəngli maykadan ibarət olmuş, həmçinin həmin geyim əşyalarının üzərində geniş sahəni əhatə edən yayılmış formada qanabənzər ləkələr və 1 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmiş və baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, baxış keçirilən geyim əşyaları ona məxsusdur və baş vermiş hadisə zamanı ona bıçaqla xəsarət yetirilərkən həmin geyim əşyaları onun əynində olmuşdur (cild 1, iş vərəqə 94-96). Məhkəmə istintaqı zamanı tədqiq edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2023-cü il tarixli 298 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sağ tərəfli hemopnevmatorksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun “X9” Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, iş vərəqə 104-106). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli 1024 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs aşkarlanan yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür (cild 1, iş vərəqə 121-123). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 3 may 2023-cü il tarixli 241/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu-A/ll/dir. Təqsirləndirilən şəxs onun qan qrupu-O/l/dir. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək, sviter və alt mayka üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H)/ll/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər./əgər onun qanında müşayiətçi /H antigeni varsa/. Qanın qarışıq olduğu və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun qarışmış qanının olması inkar olunmur (cild 1, iş vərəqə 125-128). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2023-cü il tarixli 172/2023- MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 2 ədəd sviter və maykanın arxa hissəsində 1 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 2 ədəd sviterin və maykanın arxa hissəsində sağda aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısının arxa səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. (cild 1, iş vərəqə 130-132). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsinə dair” 13 may 2023-cü il tarixli qərardan görünür ki, geyim əşyalarına baxış keçirilməsi zamanı götürülmüş Zərərçəkmiş şəxs əynində olan 1 ədəd ağ rəngli jaket, 1 ədəd qırmızı rəngli köynək və 1 ədəd qara rəngli mayka sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut olaraq tanınaraq saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 133-139). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 102). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs olaraq törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 43). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 69-72). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut: -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd ağ rəngli jaket, 1 ədəd qırmızı rəngli köynək və 1 ədəd qara rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 fevral 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut: -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd ağ rəngli jaket, 1 ədəd qırmızı rəngli köynək və 1 ədəd qara rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar