Məhkəmə qərarları › İş №1(101)-1418/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1418/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1418/2024 13.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Zərərçəkmiş şəxs, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə Quba rayonu, Qam-Qam kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, Quba rayonu, Qam-Qam kəndində qeydiyyatda olan və barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 sentyabr 2023cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, təkrarən zərərçəkmiş şəxsin yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədi ilə «İnstagram» sosial şəbəkəsində reklam üçün yerləşdirdiyi "X11” səhifəsinə ailəsində yaranmış problemin həll olunması üçün müraciət etmiş Zərərçəkmiş şəxs həmin məsələnin həll edəcəyini vəd edib aldadaraq ailə üzvlərinə edilmiş caduların təmizlənməsi, qardaşı arvadı Gülşən Nəsibovanın evə qayıtması və eləcə də uşağı abort etdirməməsi üçün xx.xx.2023- cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 480 manat pulu xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində isə hissə-hissə ümumlikdə 1710 manat, xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ərzində anası Gültəkin Hüseynovanın ölümünün qarşısının alınması üçün 2640 manat, qardaşı Şahid2 əsəblərinin düzəlməsi və evlərinə qayıtması üçün 1300 manat, qardaşı oğlu bir yaşlı Raul Nəsibovun onların yanında yaşamasını təmin etmək üçün 80 manat, onun əmək haqqının qaldırılması üçün 200 manat pulu ödəniş terminallarından və qardaşı X7 məxsus Kapital Banka aid 4169-7388-1610-0063 saylı bank kartının hesabından ona məxsus 4169-7388- 2509-0925 saylı Kapital Banka aid kart hesabına göndərdiyi pulu alıb vahid niyyətlə Zərərçəkmiş şəxs ümumilikdə 7790 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 iyun 2023-cü il tarixdə, saat 23:17-dən 17 iyun 2023-cü il tarixədək, saat 01:47-dək olan müddət ərzində özünə məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan 050-751-18 89 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Watsapp” profilinə ismarıc yazaraq cadugər kimi göstərdiyi xidmətə görə ona borclu olduğu 2400 manat miqdarında pulu ödəməsini tələb etmiş, Zərərçəkmiş şəxs isə ona cadugər kimi xidmət göstərməsi üçün 8000 manat pul ödədiyini, ona borclu olmadığını və həmin məbləğdə pulu ödəməyəcəyini bildirdikdə sonuncunun özü və yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək qardaşı Şahid2 və qardaşının qayınanası X8 foto şəkilini «İnstaqram» sosial şəbəkəsinə yerləşdirib bu barədə Zərərçəkmiş şəxs ismarıc göndərib pul verməyəcəyi halda onunla birlikdə qeyd olunan şəxslərə cadu etdiklərini sosial şəbəkədə yayacağı ilə hədələyərək Zərərçəkmiş şəxs 2400 manat pulun ona ödənilməsini hədə qorxu ilə tələb etmiş, həmin hədələrdən ibarət ismarıc Zərərçəkmiş şəxs tərəfindən yaşadığı Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi massiv 4 ünvanında açılaraq oxunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, taksi sürücüsü işləyir. İttiham aktında ona dələduzluq yolu ilə əldə etməsi iddia edilən 8000 manat pul vəsaiti əslində zərərçəkmiş şəxsdən faiz ödəmək şərtilə borc qismində aldığı 5600 manat və həmin əsas borca görə ödəməli olduğu faiz borcunun ümumi məbləğini təşkil edir. Sonradan zərərçəkmiş şəxs ona ailəsində problemlər olduğunu, anasının xəstəlikdən əziyyət çəkdiyini, qardaşı arvadının çıxıb getdiyini, onu geri qaytarmaq, eyni zamanda qardaşının qaynanasını zəhərləyərək öldürmək istədiyini bildirmişdir. Bu işlərin görülməsi üçün zərərçəkmiş şəxsin ona baxıcı yəni, falçı tapması barədə təklifi ilə razılaşmış, falçıya verilməsi üçün nəzərdə tutulan 2400 manat məbləğində pul vəsaiti ilə isə öz borclarını bağlamaq niyyətində olmuşdur. Zərərçəkmiş şəxs anasının, qardaşının və sonuncunun qaynanasının şəklini ona bu işləri görməsi üçün atmışdır. Lakin falçı xidmətinin göstərilməsi üçün təqsirləndirilən şəxsə verilməli olan 2400 manat ödənilməmişdir. Ona məxsus bank kartına köçürülən 5600 manat pul vəsaiti isə faiz ödəmək şərtilə aldığı borc məbləğidir. Zərərçəkmiş şəxsdən aldığı əsas borc məbləğini, habelə faiz borcunu tam qaytarmamışdır. O, yalnız zərərçəkmiş şəxsdən 500 manat pul vəsaitini üzərinə 200 manat əlavə etməklə geri qaytarmışdır. Lakin zərərçəkmiş şəxsdən 2400 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməmişdir. Zərərçəkmiş şəxs özü ona “falçı” xidmətlərinin göstərilməsi müqabilində ödəməyə pul vəsaitinin olmadığını bildirmiş, qardaşına həmin borcun ödənilməsi barədə səs atmasını xahiş etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 182.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, taksi kimi fəaliyyət göstərmiş, həm də falçılıqla məşqul olmuşdur. İnstaqram sosial şəbəkəsində Ekstrasens- Hikmət adı ilə səhifəsi var, bundan başqa öz evində falçılıqla məşqul olmuşdur. 2023-cü ilin aprel ayının ortalarında dəqiq xatırlamadığı gündə səhifəsinə «arzu_nesib95» səhifəsindən bir nəfər qadın sonradan adını bildiyi Arzu adlı qadın sms yazaraq falçı olubolmadığını soruşmuşdur. O da Arzuya özünü Hikmət kimi təqdim etmiş və falçı olduğumu bildirmişdir. Bundan sonra Arzu öz ailəsinə baxdırmaq istədiyini bildirmişdir. O da razılaşmış, fala baxmaq haqqını ödəməsi üçün əldə etmək üçün ***-***-**-** mobil telefon nömrəsindən Whatsapp vasitəsi ilə 4169-7388-2509- 0925 saylı Kapital banka aid kartının şəklini Arzuya göndərmişdir. Arzu da onun hesabına 20 manat pul göndərmişdir. Bundan sonra o, Arzugilin ailəsinin falına baxmışdır, anasının xəstə olduğunu, qardaşının ailəsinin isə boşanma ərəfəsində olmalarını görmüş və bu barədə Arzuya məlumat vermişdir. Söhbət zamanı Arzuya bildirmişdir ki, anasını sağaldacaq, qardaşının ailəsini geri qaytaracaq, mehriban yaşayacaqlar. Lakin bunun üçün pul lazım olacaq. Arzu da onunla razılaşmışdır. Arzunun anasının xəstəlikdən sağalması üçün dualar yazmış, qardaşının ailəsini birləşdirmiş, gəlini öz evinə qayıtmışdır. Bu proses xeyli vaxtda başa gəlmişdir.Gördüyü işin müqabilində Arzu ona 4800 manat pul vermişdir. Həmin pulları Aruz ona hisə-hissə göndərmişdir. Həmin pullar onun kartına köçürülmüşdür, pulları Quba və Xaçmaz rayonları ərazisində çıxarmışdır. Arzugilin məsələsinin həll etmiş, ondan razı qalmışlar. Arzu gilə «mən sizin işinizi gördüm, zəhmət haqqı olaraq mənə 2400 manat pul göndərməlisiniz”-demişdir. Lakin Arzu pulu verə bilməyəcəyini bildirmişdir. Bir ay yarım müddətdə keçməsinə baxamayaraq Arzu ona olan 2400 manat borcunu ödəmədiyi üçün istifadəsində olan ***-***-**-** nömrəsindən whatsapp vasitəsi ilə xx.xx.2023- cü il tarixdə Arzuya sms yazaraq pulunu verməsini tələb etmişdir. Arzu isə verməyəcəyini bildirib nömrəsini bloka atmışdır. O da, Özünə məxsus digər ***-***-**-** nömrəsi ilə yenidən əlaqə saxlamış və Arzuya yalandan «sənin işini görmək üçün Seymurun mağazasından nisyə mallar götürmüşəm, Seymurun borcunu ödəmək lazımdır, əgər mənim pulumu verməsən qardaşının şəklini istitaqramda profilə qoyacam ki, qardaşın mənimlə əlaqə saxlasın»demişdir. Arzu borcunu ödəmədiyi üçün o da Arzunun qardaşının şəklini səhifəsinə yerləşdirmişdir. Bundan sonra bir nəfər şəxs özünü Arzunun qardaşı kimi təqdim edən şəxs ona sms yazaraq şəkilin götürlməsini tələb etmişdir, o da olanlar barədə həmin şəxsə məlumat verdikdən sonra şəkili səhifədən silmişdir. Bir neçə gündən sonra polis əməkdaşları onun telefonuna zəng edərək barəsində şikayət olunduğunu bildirmişlər, o da qorxduğu üçün istifadəsində olan telefon nömrələrini dəyişdirmişdir ki, onunla əlaqə saxlayan olmasın. Zərərçəkmiş şəxs ailəsinin problemini həll etmək üçün 4800 manat pul almışdır. Zərərçəkmiş şəxs ona 7790 manat pul verməkləri barədə onu deyə bilər ki, özünün hesablamalarında ona 4800 manat pul verilməsi tam dəqiqdir. Ola bilsin ki, onlar ona 7790 manat pul veriblər. Pulu hissə- hissə həmçinin müxalif vaxtlarda aldığı üçün 7790 manat almağını dəqiq deyə bilmir. Əgər ona 7790 manat verdiklərini bildirirlərsə, onların dedikləri doğrudur. ***-***-**-** nömrə ona məxsusdur, iki ildən çoxdur ki, həmin nömrəni Bakı şəhərindən öz adına almaqla işlətmişdir. Hansı səbəbdən nömrənin Əmrahın adında olmasını bilmir. Şahid2 foto şəkillərini yerləşdirib pulunu alacağını, pulu vermədiyi təqdirdə isə Zərərçəkmiş şəxs onunla əlbir olub Şahid2 və onun arvadının ailə üzvlərinə cadu etdirdiyini bildirəcəyini düşünmüşdür. Lakin polis əməkdalaşrı ona zəng etdikdən sonra Şahid2 məxsus fotoşəkilləri silmişdir.X1 sakinidir, onu bir Qubalı kimi tanıyır. Əmrah Əlirzayevə falçılıqla məşqul olmasını barədə məlumat verməmiş, aldığı puldan Əmraha heç nə verməmişdir. Zərərçəkmiş şəxs aldatmamış, onun məsələsini həll etmiş, ona qarşı dələduzluq etməmişdir. O, ilahi gücü hesabına Şahid2 ailəsini barışdırmış və anası Şahid1 ölümünü qarşısını almışdır. Seymur Rusiya Federasiyasında yaşayır, ondan şamlar və digər cadular üçün mallar götürmüş, ancaq o, Seymurun adından istifadə etmişdir, bəlkə Arzu onun pulunu verər. Əslində onun Seymura heç bir borcu yoxdur. Zərərçəkmiş şəxs pul alaraq onun falına baxmaq və ya digər ayinləri yerinə yetirməyi barədə ailə üzvlərindən və yaxınlarından heç kimin məlumat olmamışdır. Əvvəllər falçılıqla məşğul olmuş, instagramda isə təkcə Arzu və onun falına baxmış, lakin sonradan falçılıqla məşğul olmamışdır, başqa heç kimin falına baxmamışdir, onun psixi xəstəliyi yoxdur və heç bir müəssisədə qeydiyyatda olmamış və müalicə almamışdır. Zərərçəkmiş şəxs dediyi kimi polis əməkdaşları ona zəng edərək barəsində şikayət olduğunu dedikdən sonra mən həmin şəkilləri sosial şəbəkədən çıxarmışdır. İlkin ifadəsində qorxduğu üçün həqiqəti etiraf etməmişdir. Hazırda gizlətməyin mənasız olduğunu anladığı üçün həqiqəti etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində özünü falçı kimi təqdim etmiş, o həmin səhifəyə baxdıqdan sonra aldanmağa başlamışdır. O, Mətləbi Hikmət adı ilə tanımışdır. Anası xəstəlikdən əziyyət çəkmiş və həkimlər anasının dərdinə çarə tapa bilmədiyi üçün Mətləbə müraciət etmişdir. Həmçinin qardaşının ailəsində də problem olduğunu qeyd etmişdir. Mətləb onun anasının üç gün ərzində vəfat edəcəyini bildirdiyindən qorxmuş və təqsirləndirilən şəxsə anası ölməməsi üçün, həmçinin qardaşının arvadından boşanmaması üçün ittiham aktında göstərilmiş müddətlərdə hissəhissə pul vermişdir. İki ay sonra Mətləb ona 2 400 manat borcunun qaldığını bildirmişdir.O isə həmin pul vəsaitini verməyə imkanı çatmadığı üçün polisə müraciət etmişdir. Belə ki, Mətləb ona pulu verməyəcəyi təqdirdə ona göndərilən şəkillərin paylaşılacağını bildirmişdir. Bu sözündən sonra o, Mətləbi mobil telefonda “blok” etsə də sonuncunun falçılıq fəaliyyəti göstərdiyi “İnstagram” sosial şəbəkəsində qardaşının şəklinin paylaşıldığını görmüşdür. Həmin şəkillər üç gün ərzində sosial şəbəkədə qalmışdır. O, bu söhbətləri qardaşına dedikdən sonra səhər gedib polisə şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs onun qızını “şantaj” etdikdən sonra hadisələr haqqında məlumatı olmuş, olanlar barədə polis əməkdaşlarına şikayət etmişdir. Qızı 07 ildir işləyir. Cehiz pulu qismində yığdığı həmin pulları Mətləbə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, bacısı ağlayaraq baş verən hadisələri anasına danışan zaman o, bacısından nə baş verdiyini soruşmuş, bacısı ona Mətləbin onu şantaj edərək pul istədiyini bildirmişdir. Mətləbin nə üçün ondan pul istədiyini soruşduqda isə həm anasının xəstəliyinə, həm də qardaşının ailəsinin dağılmaması üçün Mətləbə müraciət etdiyini söyləmişdir. Bacısı 8000 manat pulu Mətləbə verdikdən sonra Mətləb ondan 2400 manat da əlavə pul tələb etmişdir. Mətləb onun və həyat yoldaşının anasının şəklini sosial şəbəkədə paylaşmışdır. Təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxlamış, sonuncudan paylaşdığı şəkilləri sosial şəbəkələrdən silməsini tələb etmiş, təqsirləndirilən şəxs pullar ona ödənilməyənə qədər şəkilləri sosial şəbəkələrdən silməyəcəyini bildirmişdir. Bundan sonra onlar Polis Bölməsinə müraciət etmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 23 yanvar 2024-cü il tarixdə Kapital-Bank ASC-dən daxil olmuş, Kapital Banka aid 4169-7388-1610-0063 və 4169-7388-2509-0925 saylı plastik kartlarla aparılan əməliyyat cədvəlinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Kapital Banka aid 4169-7388-1610- 0063 saylı plastik kart Şahid2 Nazım oğluna, Kapital Banka aid 4169-7388-2509-0925 saylı plastik kart isə Təqsirləndirilən şəxs məxsusdur. X10 məxsus Kapital Banka aid 4169-7388-1610-0063 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə 80, 300 və 840 manat,xx.xx.2023-cü il tarixdə 480 və 1000 manat, xx.xx.2023-cü il tarixdə 1300 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, 11,05.2023-cü il tarixdə 100 və 120 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, ümumilikdə 5620 (beş min altı yüz iyirmi) manat pul vəsaitləri köçürülmüşdür. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında keçirilmiş 29 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ifadələrində göstərdiyi xüsusatları bir-birinin üzünə deyərək bir daha təsdiq etmişlər. Quba rayon Məhkəməsinin 03 iyun 2020-ci il hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Quba rayon Məhkəməsinin 03 dekabr 2021-ci il qərarından görünür ki,məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək Quba Rayon Məhkəməsinin 03 iyun 2020-cil il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 05 (beş) ay 17 (on yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilmişdir. “ 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. Quba rayon Məhkəməsinin 11 avqust 2020-ci il qərarından görünür ki, məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir (Cild 1, səh 210-220). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihama daxil olan cinayət əməllərinin heç birinə görə təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Həmin əməl xeyli miqdarda ziyan vurmaqla törədilməsi ilə müşaiyət olunquda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunur. Cinayət Məcəlləsinin 177-ci maddəsinə Qeyddən görünür ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında falçılıq fəlaliyyəti ilə məşğul olmamasını, zərərçəkmiş şəxsdən 5600 manat pul vəsaitini faiz qismində əldə etdiyini, yerdə qalan 2400 manat pul vəsaitini isə ona falçı xidməti müqabilində verilməli olduğunu etiraf etsə də, həmin pul vəsaitini hədə qorxu ilə tələb etmədiyini göstərmişdir. İlk olaraq, məhkəmə təqsirləndirilən şəxsin həmin dəlili ilə əlaqədar qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş 23 yanvar 2024-cü il tarixdə Kapital-Bank ASC-dən daxil olmuş, təqsirləndirilən şəxsə məxsus bank kartına zərərçəkmiş şəxs tərəfindən göndərilmiş ödənişlərə dair əməliyyat cədvəlinə əsasən göndərilən pul vəsaitlərinin miqdarının stabil, yəni eyni olmaması, həmçinin, göndərilmə tarixləri həmin pul vəsaitlərinin “faiz” borcu qismində deyil, zərərçəkmiş şəxsin bildirdiyi kimi məhz onun istəyi ilə müvafiq problemlərinin həllini tapması məqsədilə “falçı” xidmətlərinin göstərilməsi üçün verilməsinə dəlalət edir. Digər tərəfdən, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs qismində dəfələrlə dindirilkən, nə də zərərçəkmiş şəxslə arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən həmin pul vəsaitinin “falçı” xidmətinin göstərilməsi ilə əlaqədar əldə edilməsi məsələsini mübahisələndirməmişdir. Həmin dindirmə və üzləşdirmə protokollarının isə şübhə altına alınması üçün məhkəmə iclasında Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, dələduzluq yolu ilə ələ keçirilən pul vəsaitinin məbləği barədə zərərçəkmiş şəxsin ifadəsini mötəbər hesab edir. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində təqsirləndirilən şəxsə falçı xidmətlərinin göstərilməsi ilə bağlı ödənişləri həm qardaşına məxsus kartdan köçürmə yolu ilə, həm də ödəniş terminalları vasitəsilə etdiyini bildirməklə, öz dəlillərini təsdiq edən müxtəlif qəbzləri ibtidai istintaq orqanına təhvil vermişdir. Zərərçəkmiş şəxsin ifadələri ifadələrin yerində yoxlanılması və bank hesab məlumatlarının əldə edilməsi istintaq hərəkətləri vasitəsilə yoxlanılmış, 23 yanvar 2024-cü il tarixli Kapital-Bank ASC-dən daxil olmuş məktubla zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin mülkiyyətində olan bank kartına 5620 manat keçirməsi təsdiq edilmişdir. Digər ödənişlərin isə zərərçəkmiş şəxs tərəfindən ödəniş terminalları vasitəsilə təqsirləndirilən şəxsin hesabına köçürülməsi barədə ifadəsinin mötəbər olması barədə nəticəyə gələrkən məhkəmə, həmçinin, təqsirləndirilən şəxs onun mülkiyyətində olan bank hesablarına baxış keçirilənədək zərərçəkmiş şəxs tərəfindən göstərdiyi xidmətlər müqabilində ona 4800 manat pul vəsaiti verilməsini bildirməsi, yalnız zərərçəkmiş şəxs tərəfindən onun bank kartına 5620 manat pul vəsaiti köçürülməsi təsdiq edildikdən sonra sonuncunun həmin pul vəsaitini əldə etməsi təsdiq etməsi, məhkəmə iclasında isə 7790 manat pul vəsaitini zərərçəkmiş şəxsə verməli olduğu əsas və əlavə faiz borcunun cəmi olması barədə ziddiyyətli ifadələrini əsas götürür. Qeyd olunan səbəblərdən məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə məxsus 7790 manat pul vəsaitini aldatma yolu ilə dələduzluq etməklə ələ keçirməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə elan edilmiş itttiham ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə dedikdə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 17-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Məhkəmə, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli Ali Məhkəmənin Plenum qərarının mövqeyindən çıxış edərək hesab edir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 3-cü bəndinə əsasən, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ittiham elan edilərkən ibtidai istintaq orqanı sonuncu tərəfindən zərərçəkmiş şəxs və onun yaxın qohumları barədə rüsvayedici məlumatları, yəni qardaşı Şahid2 və qardaşının qayınanası X8 fotoşəklini «İnstagram» sosial şəbəkəsinə yerləşdirib bu barədə Zərərçəkmiş şəxs ismarıc göndərib pul verməyəcəyi halda onunla birlikdə qeyd olunan şəxslərə cadu etdiklərini sosial şəbəkədə yayacağı hədəsi ilə 2400 manat pul vəsaitinin tələb edilməsi hərəkətlərinə isinad etmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ona olan borcunu ödəməyəcəyi təqdirdə qardaşının fotoşəklini onunla əlaqə saxlaması məqsədilə öz instagram səhifəsində yerləşdirəcəyini bildirdikdən sonra sonuncu ona olan borcunu qaytarmadığı üçün həmin şəkli səhifəsinə yerləşdirdiyini, lakin bir nəfər şəxsin özünü zərərçəkmiş şəxsin qardaşı kimi təqdim etməsindən sonra və baş verən hadisələri həmin şəxsə söylədikdən sonra şəkli sildiyini göstərmişdir. Lakin təqsirləndirilən şəxsin qeyd edilən dəlilləri cinayət işi materiallarına əlavə edilmiş Şahid3 tərəfindən verilmiş ifadə ilə təkzib edilmişdir. Belə ki, Şahid3 Şahid1 adlı şəxsin 18 iyun 2023-cü il tarixdə 102 xidməti vasitəsilə, daha sonra ərizə ilə müraciət edərək Hikmət kimi tanıdıqları falçının ailə problemlərini həll etmək məqsədilə onlardan 2400 manat pul vəsaiti tələb etdiyini göstərdiyini bildirmişdir. Həmin şəxslə əlaqə saxlayarakən sonuncudan şəkillərin səhifədən çıxarılmasını tələb etmiş, bir qədər sonra Zərərçəkmiş şəxs zəng edərək şəkillərin sosial şəbəkədən çıxarılmasını bildirmişdir. İş üzrə verilmiş zərərçəkmiş şəxs və şahid ifadələrindən görünür ki, ondan təqsirləndirilən şəxs tərəfindən 2400 manat pul vəsaitinin tələb edilməsi barədə məlumat zərərçəkmiş şəxsin ailə üzvlərinə sonuncunun ağlaması nəticəsində məlum olmuş, habelə, təqsirləndirilən şəxs tərəfindən həqiqətən zərərçəkmiş şəxsin qardaşına aid şəkillərin yerləşdirilməsi təsdiq edilmişdir. Bundan başqa ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin yaşadığı yerdə ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, zərərçəkmiş şəxs qardaşı arvadının hadisədən xəbəri olmamasını bildirməsi səbəbindən evin otaqlarının fotoşəklinin çəkilməsi və videoçəkiliş aparılmasının mümkün olmaması göstərilmişdir. Belə ki, zərərçəkmiş şəxs məhz gəlinlərinin anasına cadu etdirmək istəməsi barədə məlumatların yayılması barədə hədə qorxuya məruz qaldığından hər hansı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qardaşı arvadının məlumatllı olmasını istəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs həmçinin təqsirləndirilən şəxs tərəfindən qeyd edilən məzmunda hədəyə məruz qalmayacağı təqdirdə ümumiyyətlə 7790 manat pul vəsaitinin dələduzluq yolu ilə əldə edilməsi barədə də şikayət etməyəcəyini göstərmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri rəhbər tutaraq hesab edir ki, qardaşı arvadının anasına cadu etdirmək barədə məlumatın yayılması zərərçəkmiş şəxsin şərəf və ləyaqətinə xələl gətirəcək rüsvay edici məlumat və təqsirləndirilən şəxs tərəfindən qardaşına məxsus şəkillərin paylaşılması belə hədənin real olması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 7790 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi, yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, habelə zərərçəkmiş şəxsdən 2400 manat məbləğində pul vəsaitini hədə qorxu ilə tələb etməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına görə həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli isə ağır cinayətlər kateqoriyasına daxildir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü və 182.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 iyul 2014 və 21 mart 2016-cı il təvəllüdlü övladları var. Məhkəmə onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması kimi cəzasını yüngülləşdirici halın olmasını, habelə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, cəzaların məqsədlərinə nail olunmasının mümkünlüyü nöqteyi nəzərindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 182.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyi edilmiş cəzalar qismən toplanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Həmin məcəllənin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 33), “Şübhəli şəxsin müvəqqəti saxlama yerində azad edilməsi haqqında” 30 iyul 2023-cü il tarixli qərarına əsasən həbsdən azad edilmiş (cild 1, iş vərəqə 54), 01 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa y`erə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş(cild 1, iş vərəqə 76-77), Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild 1, iş vərəqə 203). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs bir gün, 29 iyul 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq mərhələsində onun hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən, məhkəmədə Bakı şəhəri Presedent Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına ibtidai istintaq mərhələsində göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı vəkil X2 işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat, məhkəmə mərhələsində göstərilmiş 60(altmış) iş saatı həcmində hüquqi yardımla bağlı vəkil Müdafiəçi işlədiyi Bakı şəhəri Presedent Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış ) manat məbləğində pul vəsaiti köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətinə və 182.2.2-ci maddəsi ilə 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Cinayət- Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2023cü il tarixdən 30 iyul 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla onun üzərində 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 30 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X2 işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə mərhələsində göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri Presedent Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar