Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1418/2025 13.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1981-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olmaqla ünvan 1pleksi, 7-ci blok, 60-cı mənzil ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan məlumat verib inandıraraq onunla birlikdə iş qurmaq, eyni zamanda “Bitcoin” alıb sataraq qazanc əldə edib ondan aldığı 50000 ABŞ dolları əvəzində üç qatını, yəni 150000 ABŞ dolları qaytaracağı adı ilə 01 avqust 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun tanışı Şahid3 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Bravo” supermarketin qarşısında 20000 ABŞ dolları, Azərbaycan manatına ekvivalentdə 34000 AZN, həmin gün saat 11:44də Zərərçəkmiş şəxs razılığı ilə digər tanışı Şahid2 ünvan 2 ünvanında yerləşən 53 saylı notariat ofisinin qarşısında 30000 ABŞ dolları, Azərbaycan manatına ekvivalentdə 51000 AZN müqabilində borc müqaviləsi bağlamaq yolu ilə öz cinayətkar əməlini qanunauyğun şəkildə etdiyinə inandıraraq 85000 manat təşkil edən ümumilikdə 50000 ABŞ dollarını almaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının ərazisində yaşamamış, işi ilə əlaqədar olaraq tez-tez bir çox ölkələrə gedərək alış-veriş edib yaxşı qazanc əldə etmişdir. Bir gün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən restoranların birində müğənni kimi fəaliyyət göstərən Şahid1 adlı tanışı Zərərçəkmiş şəxs adlı bir xanımın əlində müəyyən məbləğdə pul olduğunu və bu səbəbdən biznes fəaliyyəti ilə məşğul olmaq, yəni yatırım etmək niyyətinin olduğunu bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə görüşmüş, həmin ərəfələrdə Kolumbiya Respublikasından energetik içkilərin gətirilməsi işi ilə məşğul olmuşdur. O, həmin işə öz cibindən 80000-90000 manat aralığında pul qoymuş, Zərərçəkmiş şəxs ilə danışaraq məsələni sonuncuya izah etmiş, Zərərçəkmiş şəxs ondan 100000 manat məbləğində pul verəcəyi halda nə qədər qazanc əldə edəcəyini soruşduqda, o da cavabında dəqiq olaraq 100000 manat pulun qarşılığında nə qədər qazanc əldə edəcəyini bilmədiyini sonuncuya söyləmişdir. Təxminən 1 həftə sonra Zərərçəkmiş şəxs ona zəng edərək 18 ay əvvəl bir şəxsə pul verdiyini, lakin hal-hazıradək həmin pulu ala bilmədiyini söyləmiş, əgər o, həmin pulu ala bilərsə, alınan pulu yatırım etməyi ona tapşırmışdır. Bu səbəbdən, Zərərçəkmiş şəxs verdiyi mobil nömrə ilə əlaqə saxlayaraq hissə-hissə pulu həmin şəxsdən almışdır. O, hər dəfə pulun müəyyən hissəsini aldıqca Zərərçəkmiş şəxs zəng edərək vəziyyəti izah etmiş, ilk dəfə Zərərçəkmiş şəxs pul verdiyi şəxsdən 30800 manat pul alaraq yatırım etmişdir. Həmin şəxsin adı Sabit olmuş, Sabit adlı şəxs 3 dəfə olmaqla ona pulu qaytarmışdır. Aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs ona 100000 ABŞ dollarına yaxın məbləğdə pul verməli olsa da, sonradan Zərərçəkmiş şəxs ona 30000 ABŞ dollarından artıq pul verə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ona pul vermək məqsədilə onu “20 Yanvar” metrostansiyasının yaxınlığına dəvət etsə də, o, sonuncunu notariusa çağırmış, hər şeyin qanuni şəkildə həyata keçirilməsini istəmişdir. O, notariusa tək getməmiş, yanında işləri birlikdə gördüyü şəxs də olmuşdur. Həmin şəxsin adı Sərvan Süleymanov olmuş, həmin pulu Zərərçəkmiş şəxs aldıqdan sonra Sərvan Süleymanova təhvil vermiş, o, həmin gün Sərvan Süleymanova ümumilikdə 148000 dollar məbləğində pul vermişdir. X5 verdiyi zaman avqust ayı olmuş, təxminən oktyabr ayında Sərvan Süleymanov ona zəng edərək işlərin hazır olduğunu və bu səbəbdən onun ölkə xaricinə getməli olduğunu söyləmişdir. O, dostu Emin adlı şəxslə birlikdə malları götürmək üçün Özbəkistan Respublikası ərazisinə yollanmış, lakin sonradan Sərvan Süleymanovun onu aldatması ona məlum olmuşdur. O, Sərvan Süleymanov tərəfindən ona yollanılan bütün sənədləri Zərərçəkmiş şəxs yollamış, o, özü də aldadıldığına görə Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. O, Sərvan Süleymanovu pulu qaytarması üçün məcbur etsə də, sonuncu intihar edərək özünü öldürmüşdür. Sonuncunun ölümü ilə birlikdə 981000 dollar pul da qeyb olmuşdur. Həmin 981000 dollar məbləğində pul vəsaiti 5 nəfər dostun ortaq pulu olmuşdur. Onun Zərərçəkmiş şəxs aldatmaq kimi bir niyyəti olmamış, Zərərçəkmiş şəxs dəymiş zərərdən 15000 manat pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs 15000 manat geri qaytarmış, sonuncuya olan borcunu hissə-hissə qaytarmağı təklif etsə də, Zərərçəkmiş şəxs razılaşmamışdır. O, bütün pulları Sərvan Süleymanova təqdim etmiş, onun pulları Sərvan Süleymanova verməsini təsdiqləyən rəsmi sənədi olmamış, lakin bütün dostları həmin prosesin şahidi olmuşdur. Zərərçəkmiş şəxs ilə 2023-cü ilin iyun ayında tanış olmuş, sonuncu ona avqust ayında pul vermişdir. Sərvan Süleymanovun əmisi ilə pulun geri qaytarılması ilə bağlı danışıqlar etmiş, lakin sonuncunun əmisi pulu geri qaytarmamışdır. Sərvan Süleymanovda olan pulun geri qaytarılması ilə bağlı bütün dostları bir çox hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Biznesin adı konkret olaraq Zərərçəkmiş şəxs yanında çəkilməmiş, Zərərçəkmiş şəxs bu işə özünün də pul qoyduğunu demiş, lakin sonuncuya biznesin hansı istiqamətdə olduğunu söyləməmişdir. Sərvan Süleymanovla biznes ilə bağlı mesajları mövcud olmuş, həmin mesajları lazım olarsa, məhkəməyə təqdim edə bilər. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə tanışı Elnarə Məmmədova vasitəsi ilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs ilə söhbət edən zaman birlikdə iş qurmaq qərarına gəlmişdir. Bu məqsədlə, o, Aynurədən hissə-hissə olmaqla Bakı şəhəri ərazisində ümumilikdə 50000 ABŞ dolları pul almışdır. Belə ki, o, Zərərçəkmiş şəxs xaricdən müxtəlif növ malların gətirilməsini həyat keçirdiyini, onun da müəyyən məbləğdə pul verməsi əvəzində birlikdə işləyəcəklərini və onun pulunu artıqlaması ilə qaytaracağını dedikdə, Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. Zərərçəkmiş şəxs ilə danışarkən sonuncu ona xarici ölkəyə getdiyini, onun dediyi tanışların birindən 20000 ABŞ dolları, digərindən isə 30000 ABŞ dolları götürməyini söyləmişdir. O da 01 avqust 2023-cü il tarixdə səhər vaxtı Zərərçəkmiş şəxs ilə mobil telefon əlaqəsi saxlayıb sonuncuya pulları götürmək istədiyini dediyindən, sonuncu ona tanışı olan Sabit və Elnur adlı şəxslərin mobil telefon nömrələrini vermişdir. O, hər iki şəxslə danışıb Zərərçəkmiş şəxs dediyi pulları götürmək istədiyini söyləmişdir. O, ilk dəfə Sabitlə danışıb “20 Yanvar” metrostansiyasının yaxınlığında olan “Bravo” supermarketinin qarşısından götürmək istədiyini dedikdən sonra həmin gün səhər vaxtı həmin şəxslə görüşüb sonuncudan 20000 ABŞ dolları pulu götürmüş, daha sonra Şahid2la mobil telefon vasitəsilə əlaqə saxlayıb sonuncu ilə ünvan 2 ünvanında yerləşən 53 saylı notariat ofisinin qarşısında görüşməyə razılaşıb həmin gün saat 12 radələrində sonuncu ilə sözügedən notariat ofisinin qarşısında görüşmüşdür. O, Zərərçəkmiş şəxs işləri rəsmi qaydada gördüyünü izah etmək üçün 30000 ABŞ dollarını notarial qaydada borc müqaviləsi bağlamaq istədiyini bildirdikdə, sonuncu da razılaşmış, bundan sonra həmin notariat ofisində Şahid2 30000 ABŞ dolları pulu aldığına görə borc müqaviləsi bağlamışlar. Notariat ofisinin yaxınlığında dostu Sərvan Süleymanov ona Kolumbiya Respublikasından enerji içkiləri gətirib Azərbaycan Respublikasında daha baha qiymətə satmağı təklif etdikdə o da sonuncu ilə razılaşmışdır. O, Zərərçəkmiş şəxs aldığı 50000 ABŞ dolları pulun üzərinə əlavə pul da qoymaqla ümumilikdə 148000 ABŞ dolları X5 vermiş, bir neçə gün sonra isə sonuncunun öldüyünü eşitmişdir. Sərvan Süleymanov öldüyünə görə Zərərçəkmiş şəxs aldığı 50000 ABŞ dolları pulu geri qaytara bilməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Onun idarəçiliyi altında olan Tərtər rayonunda yerləşən “Tərtər” İstirahət Mərkəzində müğənni kimi Şahid1 adlı şəxs çıxış etmişdir. O, əlində olan pul vəsaitini yatırım edərək daha çox gəlir əldə etmək istədiyindən, Şahid1 ona Təqsirləndirilən şəxs adlı şəxsi məsləhət gördüyünə görə sonuncu ilə təxminən 2023-cü ilin iyul ayında tanış olmuşdur. Təqsirləndirilən şəxs sözləri, vədləri ilə manipulyasiya etdiyinə görə onda sonuncuya qarşı müəyyən güvən və etibar yaranmış, Təqsirləndirilən şəxs ona söylədiklərinə görə, guya sonuncu “bitcoinin (kriptovalyuta) atası”-dır. O, Təqsirləndirilən şəxs 20000 ABŞ dolları məbləğində pulunun Sabit adlı tanışında olduğunu, qalıq qalan 30000 ABŞ dolları məbləğində pulu isə tanış şəxslərdən toplayaraq verə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs sözlərindən o qədər həvəslənmişdir ki, yaşadığı evi belə satmağı düşünmüşdür. Elnur adlı tanışına verdiyi göstəriş əsasında sonuncu onun Bakı şəhərində yerləşən mənzilindən 30000 ABŞ dolları məbləğində pulu götürərək aparıb Təqsirləndirilən şəxs təqdim etmiş, yerdə qalan 20000 ABŞ dolları məbləğində pul vəsaiti isə Sabit adlı tanışı tərəfindən Təqsirləndirilən şəxs ödənilmişdir. Ümumilikdə 50000 ABŞ dolları məbləğində pulu götürdükdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək pulların özündə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə yalan sənədlər, yalan “pdf” fayllar göndərmişdir. Təqsirləndirilən şəxs hər şeyi etiraf etdiyi, onu aldatdığını təsdiqləyən səs yazıları mövcud olmuş, o, Təqsirləndirilən şəxs 85000 manat pul vermiş, həmin puldan 15000 manat ona geri qaytarılmışdır. O, qalıq qalmış 70000 manat pulu tələb edir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona biznesin “Bitcoin” üzrə həyata keçiriləcəyini söyləmiş, guya Təqsirləndirilən şəxs “Bitcoin-in atası” olmuşdur. O, Təqsirləndirilən şəxs 8 gün müddətində güvənərək 50000 ABŞ dolları məbləğində pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs ona energetik içkinin ölkəyə idxalı ilə bağlı biznes barədə heç nə deməmiş, ona pulu “Bitcoin”-ə yatırım edəcəyini söyləmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona əlində müəyyən qədər pulun olduğunu və yatırım etmək məqsədilə bir şəxs axtardığını söylədikdə, o da dürüst, normal və bacarıqlı bir şəxs kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məsləhət görüb həmin şəxsləri görüşdürmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müəyyən məbləğdə pul vermiş, sonradan sonuncu 10000-15000 manat aralığında pul məbləğini Zərərçəkmiş şəxs qaytarmışdır. Bu iş üzrə başqa məlumatı yoxdur. Şahid1 həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs başqa bir şəxs vasitəsilə iş adamı kimi tanımış, bildiyinə görə Təqsirləndirilən şəxs “Bitcoin”-in (kriptovalyutanın) alğısatqısı ilə məşğul olmuşdur. O, təxminən 1 ildən bəri Təqsirləndirilən şəxs tanımış, Zərərçəkmiş şəxs pulu Təqsirləndirilən şəxs 2 dəfəyə təqdim etmişdir. O, pulların verilmə prosesində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs ona zəng edərək “Memar Əcəmi” metrostansiyası ərazisində olan mənzilindən 30000 ABŞ dolları məbləğində pulu götürüb Təqsirləndirilən şəxs təqdim etməyi söylədiyindən, o da həmin pulu mənzildən götürərək “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən notariat ofislərinin birində notarial qaydada Təqsirləndirilən şəxs vermişdir. Şahid2 həmçinin bildirmişdir ki, o, pulu Təqsirləndirilən şəxs təqdim edərkən məsələnin nə olduğunu bilməmiş, lakin eşitdiyinə görə məsələ “Bitcoin”-in alışı ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs ümumilikdə 50000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs zəngi əsasında Təqsirləndirilən şəxs 20000 ABŞ dolları məbləğində pulu nağd şəkildə 1 dəfəyə təqdim etmiş, başqa heç bir hadisə barədə məlumatı olmamışdır. Şahid3 həmçinin bildirmişdir ki, 20000 ABŞ dolları məbləğində pulu başqa bir şəxsdən borc götürərək Zərərçəkmiş şəxs deməsi əsasında Təqsirləndirilən şəxs vermiş, bir neçə günün içərisində Zərərçəkmiş şəxs pulu ona geri qaytarmışdır. Zərərçəkmiş şəxs ölkə xaricində olduğuna görə 20000 ABŞ dolları məbləğində pulu sonuncunun yerinə o, taparaq Təqsirləndirilən şəxs vermişdir. Pulu Təqsirləndirilən şəxs verən zaman tək olmuş, Təqsirləndirilən şəxs görüş yerinə ağ rəngli, “Toyota” markalı avtomobillə tək gəlmiş, nə Zərərçəkmiş şəxs, nə də Təqsirləndirilən şəxs 20000 ABŞ dolları məbləğində pulun hansı səbəbə verildiyini ona söyləməmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Bakı şəhəri Nəsimi" Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabı”-nda qeydə alınmış xx.xx.2023-cü il tarixli, HK-1-3911 nömrəli raportdan görünür ki, Zərərçəkmiş şəxs Tahir qızı DİN-in 102 xidmətinə Samir adlı şəxsə Nəsimi rayonu “Memar Əcəmi” metrostansiyasının yanında 50000 ABŞ dolları məbləğində pulu təqdim etsə də, sonuncunun həmin vədə əməl etməməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqi 11) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs Tahir qızının etibarını qazanmaqla ümumilikdə 50000 ABŞ dolları ələ keçirməklə dələduzluq etmişdir. (Cild 1, iş vərəqi 12-13) xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs Tahir qızının şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. (Cild 1, iş vərəqi 38-40) xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair” qərardan görünür ki, həmin qərarla xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ləğv edilmişdir. (Cild 1, iş vərəqi 43-44) xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs Tahir qızının şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. (Cild 1, iş vərəqi 46-48) xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair” qərardan görünür ki, həmin qərarla xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ləğv edilmişdir. (Cild 1, iş vərəqi 51-52) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs Tahir qızı həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 57) xx.xx.2024-cü il tarixli, “Diskə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Tahir qızı arasında danışıqların olduğu səs yazılarına baxış keçirilərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun işini görən şəxsin kim olduğunu soruşması, Samirin isə onun işini görən şəxsin özünün olduğunu, ona işində köməklik edəcəyini, ayağa qaldıracağını, yaxın müddət ərzində ondan pulu artıqlaması ilə geri qaytaracağını deməsi müəyyən olunmuş, Zərərçəkmiş şəxs təqdim etdiyi ikinci diskə baxarkən Təqsirləndirilən şəxs videogörüntü vasitəsilə Zərərçəkmiş şəxs müraciət edərək, “Aynur bacı, birinci gün Allahın köməkliyi ilə 150000 ABŞ dollarını alacaqsan, orada cəmi 310000 ABŞ dollarıdır, günah mənimdir, oradan 150000 ABŞ dollan abedəcən verəcəm, gecikdi, biraz səbrli olmaq lazımdır, artıq dərəcədə xahiş edirəm” bildirməsi aşkarlanmış, Zərərçəkmiş şəxs təqdim etdiyi üçüncu diskə baxarkən Təqsirləndirilən şəxs ilə X2 arasında “Whatsapp” mesajlaşmalarının olduğu, həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “narahat olma, birinci həll edəcəm, sənin alacağın 153800 dollar, bax bacı bu da təzə işdir, pulun koduna öz kodumu qoydurmuşam, vermisən polis vsyo da, saat 5-ə kimi zəngimi gözdə həll edəcəm” və s. kimi mesajlaşmaların olduğu məlum olmuşdur. Baxış keçirildikdən sonra təqdim edilmiş 03 ədəd disk cinayət işinə əlavə edilməsi üçün götürülmüşdür. (Cild 1, iş vərəqi 66- 69) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqi 74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. (Cild 1, iş vərəqi 81) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 87-88) xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı şahid X3 təqdim etdiyi 02 ədəd vərəqədən ibarət “Borc Müqaviləsi”-nə sonuncunun iştirakı ilə baxış keçirən zaman həmin borc müqaviləsinin 02 vərəqədən ibarət olmaqla xx.xx.2023-cü il tarixdə, saat 11:44:33-də 53 saylı notariat ofisində tərtib edilməsi, borc verən X3 borc alan Təqsirləndirilən şəxs 51000 manat məbləğində borc verməsi müəyyən edilmişdir. (İş vərəqi 131-133) Azərbaycan Respublikasının “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1105 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müəvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə, ondan əvvəlki və sonrakı tarixlərdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən ittihamın mahiyyətini dərk etmək iqdidarındadır. (Cild 1, iş vərəqi 155-157) xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş sənəddən görünür ki, 2023-cü ilin avqust ayı ərzində 01 ABŞ dolları 1,70 manat ekvivalentindədir. (Cild 1, iş vərəqi 158-159) xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları və digər istintaq sənədləri, həmçinin 03 ədəd CD diskin maddi sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. (Cild 1, iş vərəqi 160-166) xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən ittihamın elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 168-169) xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı ümumilikdə 85000 manat ekvivalentində 50000 ABŞ dolları pulu energetik içki biznesinə yatırım etdiyini bildirsə də, həmin xüsusat cinayət işinin materialları və zərərçəkmiş şəxsin, həmçinin şahidlərdin ifadələri ilə tam təkzib olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, videogörüntü və səs yazıları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulu Sərvan Süleymanov adlı şəxsə verməsi, həmin pulun Kolumbiya Respublikasından energetik içki alınıb-satılması ilə bağlı biznesə yatırılması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək və aldatma yolu ilə Zərərçəkmiş şəxs 85000 manat ekvivalentində olan 50000 ABŞ dolları pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldadaraq həmin şəxsin etibarını qazanmış və nəticədə əmlak sahibi, yəni pulu olan həmin şəxs öz əmlakını, yəni pulunu könüllü surətdə Təqsirləndirilən şəxs vermişdir. Əmlakı, yəni pulu əldə edərkən Təqsirləndirilən şəxs niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsi deyil, həmin əmlakları şəxsi ehtiyaclarına sərf etmək olmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törədərkən həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş, hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, əvəzsiz olaraq öz xeyrinə zərərçəkmiş şəxsin əmlaklarını ələ keçirmiş, həmin pul və digər əşyalara sərbəst şəkildə sərəncam vermişdir. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən ibtidai istintaq və məhkəmə dövründə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödəməsi və zərərçəkmiş şəxslə barışmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələb irəli sürməməsini, məhkumluğunun olmamasını, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən peşmanlığı cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2024-cü il tarixli, 4(004)-1100/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay 25 (iyirmi beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 4(004)-39/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuş, 24 may 2025-ci il tarixdə onun barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. (Cild 1, iş vərəqi 110-112; 117-119; 149; 180-181) Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödəməsi, zərəçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığı, təqsirləndirilən şəxsin məhkumluğunun olmaması, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olması, əməlindən peşmanlığı yüngülləşdirici hallar kimi, habelə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə həbsdə saxlanılmasını nəzərə almaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəzasını real çəkmədən də islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi o və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 25-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edildiyindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, həbs olunmalı və üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə həbs olunmalı və xüsusi müsadirə edilməli olan əmlakın, məhkəmə xərcinin olmadığı nəzərə alınsın. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-1418/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1418/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver