Məhkəmə qərarları › İş №1(101)-1419/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1419/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1419/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 240.3.2, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədlərdən istifadə etmək məqsədi ilə istintaqa məlum olmayan vaxtlarda və şəraitdə Bakı şəhəri 2 saylı Dəri-Zöhrəvi Dispanseri tərəfindən həmin Dispanserdə həkim-laborant işləmiş tanışı Musayeva (Ağakişiyeva) Tünzalə Ziyatxan qızma təhkim olunmuş, üzərində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Resept Blankı” və digər yazılar olan ********* nöməli rəsmi sənəd hesab edilən resept blankının üzərmə olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan boş qrafaya “47”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Quliyev İlqar”, “Həkim” yazısı qeyd olunan boş qrafaya“Musayeva Tünzalə” “Rp.” yazısı qeyd olunan boş qrafaya “Cop: Preqabalin 150 “(Alise)” 3/a gündə 2 dəfə (Cap 56) Xəstəlik Psariyaz” əlyazma yazıları yazmaqla və “(Psaniycr)” yazısının sağ tərəfindəki imzanı icra etməklə saxtalaşdırmış, rəsmi sənəd hesab edilən ********* nöməli resept blankının üzərinə olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan “41”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Hasanova Nuridə”, “Həkim” yazısı qeyd olunan boş qrafaya“Musayeva T.” “Rp.” yazısı qeyd olunan qrafaya “Cop: Preqabalin 150 (Alise...) gündə 2 dəf (Qocadır Eı) 112 Cap S/A Psaryaz” əlyazma yazıları yazmaqla və “Həkimin imzası və şəxsi möhürü” qrafasının üst hissəsindəki imzanı icra etməklə saxtalaşdırmış, ********* nöməli rəsmi sənəd hesab edilən resept blankının üzərinə olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan qrafaya “53”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Əjdərov Tural”, “Həkim” yazısı qeyd olunan boş qrafaya “Musayeva T.” “Rp.” yazısı qeyd olunan boş qrafaya “Cap: Pereqabalin 150 “(Alisey)” gündə 2 S/A (Psarıcız) Cap: 112” əlyazma yazıları yazmaqla və “(Psorıcız)” yazısının aşağı hissəsini habelə “Həkimin imzası və şəxsi möhürü” qrafasının qarşısındakı imzanı icra etməklə saxtalaşdırmış, ********* nöməli rəsmi sənəd hesab edilən resept blankının üzərinə olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan “51”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Vəliyeva Gülnarə”, “Həkim” yazısı qeyd olunan boş qrafaya“Musayeva T.” “Rp.” yazısı qeyd olunan boş qrafaya “Cop: Preqabalin 150 “(Alse)” Gündə 2 dəf Y/S S/a - X19: 168” əlyazma yazılan yazmaqla və “(Psorycr)” yazısının aşağı hissəsindəki imzanı icra etməklə saxtalaşdırmış, eləcə də, axınlı printerlərdə istifadə olunan rəngləyici maddəyə aid olan rəngləyici maddə ilə ********* nömrəli rəsmi sənəd hesab edilən reseptin blankını və üzərində olan möhür əksini hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürərək, qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edib qanunsuz hazırladıqdan sonra yalnız həkim tərəfindən yazılması nəzərdə tutulan və tərkibində külli miqdarda güclü təsir edən “preqabalin” maddələri olan “Alyse” adlı dərman preparatlarını əldə etmək hüququ verən ********* nömrəli resept blankının üzərində olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan boş qrafaya “53”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Məmmədova T”, “Həkim” yazısı qeyd olunan boş qrafaya“Musayeva T.” “Rp.” yazısı qeyd olunan qrafaya “Cap: Preqabalin 15 “(Alis)” gündə 2 də S/a Gap: 224” əlyazma yazıları yazmaqla və “Cap: 224” yazısının aşağı hissəsini, “Həkimin imzası və şəxsi möhürü” qrafasının yuxarı sağ tərəfindəki imzanı və “müalicə-profilaktika müəssisəsi rəhbərinin imzası və müəssisənin möhürü” qrafasının üst hissəsindəki imzaları icra edərək saxtalaşdırmış, bu hərəkətləri ilə o, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmış və qanunsuz hazırlamışdır. Bundan başqa, o, 24 dekabr 2021-ci il tarixdə ********* nömrəli saxta resept blankından istifadə edərək, həmin saxta resept blankını Bakı şəhəri Nərimanov rayonu Ak. H.Əliyev prospekti 85 ünvanda yerləşən “Təbib” aptekinə təqdim edib oradan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan və ümumilikdə 224 ədəd ağ rəngli kapsulun tərkibində külli miqdarda güclü təsir edən “preqabalin” maddələrinin ümumi miqdarı 33,6 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olan 16 ədəd konvalyutda, hər bir konvalyutda 14 (on dörd) ədəd kapsul olmaqla, 04 (dörd) ədəd qutuda “Alyse-150” göstəricdi preparatları satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra 25 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində həmin «Alyse» adlı dərman peraparatlarmın bir qismini, yəni narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan və ümumilikdə 126 ədəd olan ağ rəngli kapsulun tərkibində külli miqdarda güclü təsir edən “preqabalin” maddələrinin ümumi miqdarı 18,9 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olan, hər bir konvalyutda 14 (on dörd) ədəd kapsul olmaqla, 09 ədəd konvalyutda “Alyse- 150” göstəricili preparatları tanışı Şahid1 190 (yüz doxsan) manat pulun müqabilində satmışdır. Bundan başqa, o, 27 dekabr 2021-ci il tarixdə saat 22 radələrində istintaqa şəxsiyyəti məlum olmayan “Şükür” adlı şəxsdən 45 (qırx beş) manat məbləğdə pulun müqabilində bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 dekabr 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində saxlanılaraq Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş tünd boz rəngli şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda ümumi çəkisi 5,311 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilirək, ifadəsində göstərmişdir ki, o yuxusuzluqdan əziyyət çəkirmiş və bu məqsədlə həkimi Alsye adlı dərmanı müalicə üçün yazmışdır. Alsye adlı dərmanı aptekdən həkim resepti vasitəsilə alırmış. Həmin resepti həkim Tünzalə ona yazmışdır. Həmin dərman onda asılılıq yaratmışdır. 15 gün müddətində həkiminin yanına getməmişdir. Həkimlə münasibətləri pozulmuşdur və ona görə də onun yanına getmirmiş. Tünzalə ona əlavə 2-3 ədəd resept yazmışdır. Həkimin yanına getmədiyi vaxt həmin əlavə reseptlərdən istifadə etmiş və onlar bitmişdir. Axırıncı reseptin isə əlavə olaraq kserosurətini çap etmiş və onun əsasında aptekdən 1 dəfə dərman almışdır. Hər resept vasitəsilə 1 qutu dərman almaq olurmuş və hər qutunun içərisində 4 ədəd list olurmuş. Hər 2-3 gündən bir gedib dərman alırmış. Nuridə ilə həkim arasında münasibətlər yaxşı deyilmiş. Nuridə onun Alsye adlı dərmandan istifadə etdiyini bilirmiş. Nuridə Firuzdan ona da dərman verməyini xahiş etmişdir. Qutudan bir listi öz şəxsi istifadəsi üçün götürmüş və 3 ədəd listi Nuridəyə vermişdir, Nuridə də 33 manat ona kart vasitəsilə pul köçürmüşdür. Hər listin məbləği təqribən 11 manat edirmiş. Hər kapsulun neçə qram olduğunu bilmir. O Nuridəyə həmin listləri verəndə hər hansı xeyir əldə etmək məqsədi olmamışdır, sadəcə olaraq dərmanı öz dəyərinə Nuridəyə vermişdir. Nuridəni həkim vasitəsilə tanımışdır, onun həkimlə aralarında sevgi münasibətləri olmuşdur. 27 dekabr 2021-ci il tarixdə Polis əməkdaşları onu ünvan 3 ünvanın qarşısında gəzişərkən saxlamışlar və Polis Bölməsinə dəvət etmişlər. Ondan “Şükür” adı ilə tanıdığı şəxsdən 45 manat qarşılığında aldığı marixuana aşkar edilmişdir. O, narkotik vasitəyə 2009-cu ildən qurşanmış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 240.3.2, 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, diz ağrılarına görə Tünzalə ona Alsye adlı dərman preparatını ağrıkəsici kimi yazmışdır. Tünzalə onun rəfiqəsi imiş. Tünzalə vasitəsilə Firuzla tanış olmuş, son vaxtlar Tünzalə ilə münasibətləri pozulmuşdur və onun yanına getmirmiş. 27 dekabr 2021-ci il tarixdən 2-3 gün əvvəl Firuzdan xahiş etmişdir ki, onun üçün dərman götürsün. O da ona deyəsən 8 ədəd bəlkədə 9 list dərman vermişdir. 10 il imiş ki, Tünzalə onun tanışı imiş, ona resept verir. Başqa həkimə bu barədə müraciət etməmişdir, 90 manatdan əlavə Firuza 100 manat borc pul da vermişdir. Firuz dərman satmırmış, sadəcə olaraq o Firuzun Alsye adlı dərman preparatından istifadə etdiyini bilirmiş və ondan xahiş etmişdir ki, onun üçün də alsın. Tünzalə ilə bir aydan çox idi ki, danışmırmış. Firuz dərmanı ona aptekdəki satış qiyməti ilə eyni qiymətə vermişdir. O idmançıdır və dizində zədə olduğu üçün Tünzalə bu dərmandan istifadə etməyini ona tövsiyyə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Yusif Məmmədəliyev prospekti, 24 ünvanda yerləşən “Mado” restoranının yanında Şahid1 tərəflərindən saxlanılmışdır. Şahid1 üzərində Alyse dərman preparatı aşkar edilmişdir və həmin dərmanı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində saxladılar və onu 9-cu Polis bölməsinə gətirmişlər. 9-cu Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs zor tətbiq edilməyib, təzyiq göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 verdiyi ifadəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o 14 il 2 saylı Dəri-Zöhrəvi Dispanserdə həkim-laborant vəzifəsində işləmişdir, hazırda həmin yerdə işləmir. Təqsirləndirilən şəxs xəstəxanaya gələn xəstələrdən biri olub, o laboratoriyada analiz vermişdir və onun qanında yüksək səviyyədə revmatoid artrit xəstəliyi aşkar edilmişdir. Onunla bu vaxt tanış olmuşdur. Ona müalicə yazmışlar. Firuz onun evində qalırmış. O Firuza üç dəfə müalicəsi üçün resept yazmışdır. O daha sonra eşitmişdir ki, həmin reseptlər kseroks edilmiş və aptek həmin reseptlər əsasında dərman satmışdır. O iş üzrə şahid qismində çağırılmışdır. O ifadə vermək üçün gedəndə orada Nuridə Firuz arasında list sayı barəsində mübahisə olduğuna şahid olmuşdur. Firuz Nuridəyə 3 list verdiyini, Nuridə isə ondan 3 listdən artıq aldığını deyirmiş. Firuza yazdığı dərman vasitəsinin təyinatı ağrıkəsici imiş. Təqsirləndirilən şəxs 3 dəfə hər birində iki list dərman yazmışdır. Nuridəni də xəstəxanaya gələn zaman tanımışdır, sonradan eşitmişdir ki, Şahid1 əlində dərman olan zaman tutulub. Firuza hər reseptdə iki ədəd list yazmışdır. Firuzun müalicəsi üçün ona dərman yazmışdır, məqsədi yaxşılıq etmək imiş. Onun Firuzun reseptləri vasitəsilə dərman alıb satdığını bilmirmiş, reseptləri müalicəsi üçün yazırmış. Onun resept yazmaq ixtiyari yox imiş. Firuz yanında narkotik vasitədən istifadə etmirmiş, lakin onun otdan istifadə etdiyini bildikdən sonra ondan uzaqlaşmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o “Təbib” aptekində əczaçı işləmişdir. Təqsirləndirilən şəxs da həmin aptekin daimi müştərisi kimi tanıyır. Məmmədov Firuz resept vasitəsilə “Alyse” dərman preparatı alırmış. Reseptdə nə yazılırdısa o qədər miqdarda dərman satırmışlar və müştəriyə qəbz verirmişlər. Müştərilərə resept əsasında 8 qutuya qədər “Alyse” dərman preparatı satmaq səlahiyyətləri var imiş. Təqsirləndirilən şəxs aptekdən içərisində ayrı-ayrı vaxtlarda 56-112 sayda həb olan “Alyse” dərman preparatı almışdır, 56 ədəd həb müvafiq olaraq 4 listə, 112 ədəd həb isə 8 list uyğun gəlir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 verdiyi ifadəsinə uyğun ifadə vermişdirr. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 240.3.2, 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 240.3.2, 320.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü yalnız bir ədəd resept blankını qanunsuz hazırladığını bildirməsini, digər 04 ədəd resept blanklarını saxtalaşdırmadığını, həmçinin Şahid1 tərkibində güclü təsiredici “Preqabalin” maddəsi olan “Alyse” adlı dərman preparatını 190 (yüz doxsan) manata deyil, 34-35 manata satdığını göstərdiyinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işi materiallarından müəyyən olunur ki, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarından müəyyən olunur ki, Şahid5 Şahid7 və Şahid6 əməllərinə hüquqi qiymət verilməsi üçun barələrində ayrıca icraat materialı ayrılmışdır. Cinayət işində olan 28 dekabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından müəyyən olunur ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, bir daha təsdiq etmiş və Təqsirləndirilən şəxs “Alyse” adlı, tərkibində güclü təsiredici preqabalin maddəsi saxlayan dərman preparatını almaq üçün 35 (otuz beş) manat məbləğdə deyil, 190 (yüz doxsan) manat məbləğdə pul vəsaitini "xxxx" ASC-nin məhsulu olan “birkart” plastik bank kartı vasitəsi ilə 25 dekabr 2021-ci il tarixdə köçürdüyünü göstərmişdir. Cinayət işində olan Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Elmar Məmmədov tərəfindən tərtib olunmuş 28 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynindəki tünd boz rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq, masanın üzərinə qoymuş, aşkar edilmiş 01 ədəd kibrit qutusu açılaraq içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin predmetin nə olduğu, haradan və kimdən əldə etməsi soruşulduqda bildirmişdir ki, həmin kibrit qutusunun içərisində olan maddə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır və həmin narkotik vasitəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarım tam bilmədiyi «Şükür» adlı şəxsdən 45 manata almış, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirmişdir, əynindəki gödəkçənin cibindən çıxarıb təqdim etdiyi “Samsung” markalı mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Cinayət işində olan Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Elmar Məmmədov tərəfindən tərtib olunmuş 27 dekabr 2021-ci il tarixli “baxış, şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasında şübhəli şəxs qismində saxlanılmış Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən qara rəngli “Huawei Nova 5T” markalı mobil telefonu, şalvarının sol axra cibindən içərisində X8ma məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, üzərində “Bakı kart” yazısı olan 01 ədəd metro kartı, “Araz” supermarketə məxsus bonus kartı, üzərində “Nurida Hasanova” yazısı olan "xxxx" ASC-yə aid “Umico” kartı, içində ümumilikdə 144 manat məbləğdə pul olan pul kisəsini, əynindəki tünd yaşıl rəngli gödəkçənin iç sol cibindən arxa hissəsində “Alyse 150 mg” yazılan, içərisində ümumilikdə 112 ədəd kapsul olan 08 ədəd vərəqə (list) dərmanı təqdim etdi. Şahid1 üzərinə şəxsi axtarış zamanı maddi sübut əhəmiyyəti kəsb etdiyinə görə, içərisində ümumilikdə 112 (yüz on iki) ədəd kapsul olan 08 ədəd vərəqə dərman götürülmüşdür. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunaraq götürülmüş dərmanın psixotrop maddə olduğunu, satış məqsədilə «Firuz» adlı şəxsdən ümumilikdə 90 manat qarşılığında əldə etdiyini bildirmiş, Şahid1 «Firuz» adlı şəxsin tanışı olan «Tünzalə» adlı xanımın həkim kimi fəaliyyət göstərdiyini və «Tünzalə» adlı şəxsin Firuza təqdim etdiyi resept əsasında «Firuz» adlı şəxsin həmin psixotrop maddələri Bakı şəhəri Nərimanov rayonu H.Əliyev 85 ünvanda yerləşən aptekdən aldığını bildirmişdir. Cinayət işində olan Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Elmar Məmmədov tərəfindən tərtib olunmuş 27 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasında şübhəli şəxs qismində saxlanılmış X3 üzərinə şəxsi axtarış keçirilən zaman onun gödəkçəsinin sağ yan cibindən Alyese 150 mg yazılan içərisində 12 ədəd kapsul olan 1 ədəd vərəqə dərmanını təqdim edir, sorğu zamanı saxlanılan şəxs Nuran həmin dərman preparatını ağrılarını kəsmək üçün Şahid1 40 manata alddığını bildirir. Cinayət işi materiallarından müəyyən olunur ki, “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, istintaq zamanı bir ədəd DVD disktə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, fayl “20211227_222437” adh, 1,20 GB yaddaşı olan “.MP4 Video File (.mp4)” formatlı videofayldır. Videofayl 00:07:55 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda iki nəfər polis uniformasında, beş nəfər isə mülki geyimli, 06 nəfər kişi və 01 nəfər qadın cinsli şəxslər əks olunur. Polis uniformasında olan kişilərdən biri özünü Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis kapianı X5 olaraq təqdim edir, daha sonra Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları Şahid2, Şahid4, Şahid3, X6 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərinə şəxsi axtarış aparılacağı bildirilir, ona Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Şahid1 əynində olan tünd yaşıl rəngli gödəkçəninin sol daxili cibindən 08 (səkkiz) ədəd list (vərəqə), arxa hissəsində “Alyse 150 mg. X10 İbrahim” yazıları olan, 14 (on dörd) ədəd yuvalı və bütün yuvaları ağ rəngli kapsullarla dolu olan dərman preparatını, əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən pul qabı və sol yan cibindən həssas ekranh mobil telefon aparatını çıxararaq masanın üzərinə qoyur. Sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilir, onun geyim əşyaları yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Sonra Şahid1 təhqiqatçı tərəfindən apaılmış sorğu-sual zamanı suallara cavab verərək bildirir ki, həmin dərman sudurğa, epilepsiya xəstələri üçün “Alyse” adlı dərman preparatıdır, təxminən 02 ay olar ki, həmin dərman preparatlarının satışı ilə məşğul olur, “Alyse” adlı dərman preparatını “Firuz” adlı şəxsdən “Nuran” adlı şəxsə satmaq üçün almış, “Firuz” adlı şəxs resept ilə yazılan “Alyse” adlı dərman preparatlarını tanışı olan həkim işləyən “Tünzalə” adlı qadının reseptləri ilə Həsən Əliyev 86 ünvanda yerləşən aptekdən almışdır və həmin dərman preparatlarını “Nuran” adlı şəxsə 40 (qırx) manata satmışdır. Sonra Şahid1 üzərindən aşkar olunub götürülmüş 08 ədəd listdə “Alyse” adlı dərman vasitələri təhqiqatçı Elmar Məmmədov tərəfindən boş zərfdə qablaşdırılır, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanır. Cinayət işi materiallarından müəyyən olunur ki, ibtidai istintaq zamanı Şahid1 qızma məxsus “Huawei Nova 5T” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı həmin mobil telefona quraşdırılmış, özünə məxsus "xxxx" ASC-yə aid elektron “birkart” mobil tətbiqinə baxış keçirilən zaman müəyyən olundu ki, həmin mobil tətbiqin üzərindən Şahid1 qızma məxsus 416973******8853 hesablı bank kartından 416973******3012 hesablı bank kartına xx.xx.2021-ci il tarixdə saat 18:19-da ********* nömrəli qəbzlə 190,00 (yüz doxsan) manat məbləğdə pul köçürülməsi həyata keçirilmişdir. Şahid1 416973******8853 hesablı bank kartının onun özünə, 416973******3012 hesablı bank kartının isə Təqsirləndirilən şəxs məxsus olduğunu, 25 dekabr 2021-ci il tarixdə saat 18:19-da 190,00 (yüz doxsan) manat məbləğdə pul köçürülməsini isə, Təqsirləndirilən şəxs istədiyi 09 ədəd listdə “Alyse” markalı dərman preparatlarını almaq üçün həyata keçirdiyini bildirmişdir. Baxış zamanı cinayət işi üçün maraq əhəmiyyəti kəsb etdiyinə görə, Şahid1 qızma məxsus “Huawei Nova 5T” markalı mobil telefon aparatının və yuxanda göstərilən pul köçürmələrinə dair məlumatların əks olunduğu “birkart” mobil tətbiqinin ekran görüntüləri axınlı printerdən çap olunmuş və tərtib edilən protokola əlavə olunmuşdur. Cinayət işi materiallarından müəyyən olunur ki, cinayət işinin materiallarına əlavə olunmuş DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin fayl “20211228_055948” adlı, 1,00 GB yaddaşı olan “.MP4 Video File (.mp4)” formatlı videofayldır. Videofayl 00:06:38 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda bir nəfər polis uniformasında, beş nəfər isə mülki geyimli, beş nəfər kişi və bir nəfər qadın cinsli şəxslər əks olunur. Polis uniformasında olan kişilərdən biri özünü Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X5 olaraq təqdim edir, daha sonra Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları Şahid2, Şahid4, Şahid3 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X22- Zəki qızının iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəninin sağ yan cibindən “Samsung A3” markalı mobil telefon aparatını, əynində olmuq “kamuflyaj” naxışlı, boz rəngli şalvarının sol yan cibindən, üzərində “Kryber” yazısı olan kibrit qutusunu çıxararaq masanın üzərinə qoyur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, geyim əşyaları yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Sonra Təqsirləndirilən şəxs sorğu-suallara cavab verərək bildirir ki, üzərindən aşkar olunub götürülmüş kibrit qutusunun içərisindəki yaşıl rəngli ot kütləsi çətənə koludur, şəxsi istifadəsi üçün “Şükür” adlı şəxsdən 45 (qırx beş) manata almışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, o, “Alyse” adlı dərman vasitəsindən istifadə edir, həmin dərman vasitəsini xəstəsi olduğu, həkim fəaliyyəti ilə məşğul olan tanışı Tünzalə Musayeva adlı şəxsin resepti əsasında alıb qəbul etmişdir, Şahid1 üzərindən aşkar olunmuş “Alyse” adlı dərmanın qiyməti 90 (doxsan) manatdır, həmin dərman vasitəsini o, resept ilə almış, satması üçün Şahid1 vermiş, həmin dərman vasitəsinin satışından sonra Şahid1 ona 30 (otuz) manat məbələğdə qazanc verməli olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 01 ədəd kibrit qutusunun içərisində olan marixuanaya bənzər ot kütləsi təhqiqatçı Elmar Məmmədov tərəfindən boş zərfdə qablaşdırılır, zərfin üzərini bütün iştirakçılar imzalayır. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizanın 7/1320 saylı, 28 dekabr 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs... «yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 5,311 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəlisi 5, 311qram, tədqiqata sərf edildi 0,05 qram qalıq 5,261 qram. (ekspertiza tədqiqatın dəyəri 78,82 manat) Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 6/5642 saylı, 28 dekabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata üzərində «...Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 166» dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: - üzərində «Saxlanılan şəxs Şahid1» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində «Alyse-150» göstəricisi olan səkkiz ədəd konvalyutda ümumilikdə 112 ədəd ağ rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 16,8 qram olduğu müəyyən edildi. (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) - üzərində «Saxlanan şəxs Nuran Allahverdiyev» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində «Alyse-150» göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə 12 ədəd ağ rəngli dərman kapsulunun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 1,8 qram olduğu müəyyən edildi. (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, təqdim olunmuş 112 ədəd ağ rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 16,8 qram olduğu müəyyən edildi. (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) – təqdim olunmuş 12 ədəd ağ rəngli dərman kapsulunun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 1,8 qram olduğu müəyyən edildi. (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) Preqabalin kapsulunun sayı 112 ədəd, tədqiqata sərf edildi 5 ədəd, qalıq 107 ədəd, Preqabalin kapsulunun sayı 12 ədəd, tədqiqata sərf edildi 1 qalıq 11 ədəd. İbtidai istintaqda şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin fıziki-kimyəvi ekspertizalar şöbəsinin aparıcı eksperti vəzifəsində işləyən X7 ifadəsində göstərmişdir ki, onun tərəfindən tərtib və imza olunmuş 28 dekabr 2021-ci il tarixli, 6/5642 saylı ekspert rəyinin “üzərində «Saxlaman şəxs Şahid1» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində «Alyse- 150» göstəricisi olan səkkiz ədəd konvalyutda ümumilikdə 112 ədəd ağ rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 16,8 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. - üzərində «Saxlaman şəxs Nuran Allahverdiyev» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində «Alyse-150» göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə 12 ədəd ağ rəngli dərman kapsulunun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 1,8 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir.” yazıları olan “Nəticə” hissəsi onun tərəfindən tərtib olunmuşdur. Lakin rəyin tədqiqat prosesində qeyd etdiyi kimi, tərkibində güclü təsir edən preqabalin maddəsi olan “Alyse” adlı dərman preparatının bir ədəd kapsulunda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,15 (sıfır tam, yüzdə on beş) qram təşkil edir. Rəyin “Nəticə” hissəsində isə “bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır” yazılması mexaniki, yəni texniki səhv olaraq yazılmışdır və həqiqətdə də, “Alyse” adlı dərman preparatının bir ədəd kapsulunda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,15 (sıfır tam, yüzdə on beş) qram təşkil edir. Məhkəmə məhkəmə-kimyəvi ekspertizanın 6/5642 saylı, 28 dekabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) qöstərilməsi hissəsinə texniki səhv olaraq qiymətləndirir və preqabalin maddəsi olan “Alyse” adlı dərman preparatının bir ədəd kapsulunda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,15 (sıfır tam, yüzdə on beş) qram təşkil etməsini nəzərə alır. Belə ki həmin rəyin əsaslandırıcı hissəsində bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qram kimi qey edilmişdir və bu halı da ibtidai istintaqda şahid qismində ifadə verən ekpertdə rəyin nəticəvi hissəsindəki (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) yazılmasını təxniki xəta olmasını və “Alyse” adlı dərman preparatının bir ədəd kapsulunda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,15 (sıfır tam, yüzdə on beş) qram təşkil edir kimi qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 853 saylı, 21 fevral 2022- ci il tarixli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələr və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 4/484-5/384-5/388 saylı, 21 aprel 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “(Psaniycr)” yazısının sağ tərəfindəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “Həkimin imzası və şəxsi möhürü” qrafasmm üst hissəsindəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “Cap: 224” yazısının aşağı hissəsindəki imza, “Həkimin imzası və şəxsi möhürü” qrafasmm yuxarı sağ tərəfindəki imza, “müalicə - profilaktika müəssisəsi rəhbərinin imzası və müəssisənin möhürü” qrafasmm üst hissəsindəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “(Psorıcız)” yazısının aşağı hissəsindəki imza, “Həkimin imzası və şəxsi möhürü” qrafasmm qarşısındakı imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “(Psorycr)” yazısının aşağı hissəsindəki imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ********* nömrəli resept blankındakı əlyazma yazılar və "dəri - zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim laborant”, “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürlərin üstündəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim laborant”, “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürlərin üstündəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim laborant”, “həkim” yazıları olan möhürlərin üstündəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və möhürlər üzərindəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və möhürlər üzərindəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və möhürlər üzərindəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim laborant” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və möhürlər üzərindəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim”, “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürlərin üstündəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və möhürlər üzərindəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim laborant” yazıları olan möhür üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “dəri - zöhrəvi yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “dəri -zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “dəri zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim laborant” yazıları olan möhürün sol tərəfindəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və möhürlər üzərindəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və möhürlər üzərindəki imzalar, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imza, ********* nömrəli resept blankındakı əlyazma yazılar və “həkim”, “həkim laborant” yazıları olan möhürlərin üstündəki imzalar - Ağakişiyeva (Musayeva) Tünzalə Ziyatxan qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ********* nömrəli resept blankında “Həkimin imzası və şəxsi möhürü” qrafası qarşısındakı imzanı, ********* nömrəli resept blankındakı “Müalicə - profilaktika müəssisəsi rəhbərinin imzası və müəssisənin möhürü” qrafasınm üst hissəsindəki imzanın, ********* nömrəli resept blankında möhürlərin birləşmə hissəsindəki imzanın, ********* nömrəli resept blankında “Müalicə -profilaktika müəssisəsi rəhbərinin imzası və müəssisənin möhürü” qrafasınm üst hissəsindəki imzanın, ********* nömrəli resept blankında “Müalicə -profilaktika müəssisəsi rəhbərinin imzası və müəssisənin möhürü” qrafasınm üst hissəsindəki imzanın; , ********* nömrəli resept blankında “Həkim” və “Həkim laborant” yazı lari olan möhürlərin üstündəki imzaların, ********* nömrəli resept blankındakı “Müalicə - profilaktika müəssisəsi rəhbərinin imzası və müəssisənin möhürü” qrafasınm üst hissəsindəki imzanın, ********* nömrəli resept blankında “həkim laborant”, “dəri zöhrəvi dispanseri” yazıları olan möhürlərin üstündəki imzaların, ********* nömrəli resept blankında “dəri - zöhrəvi dispanseri” yazılan olan möhürün üstündəki imzanın, ********* nömrəli resept blankında “Həkimin imzası və şəxsi möhürü” qrafasının aşağı hissəsindəki imzanın, ********* nömrəli resept blankında “Həkimin imzası və şəxsi möhürü” qrafasınm aşağı hissəsindəki imzanın, ********* nömrəli resept blankında “Həkim” və “Həkim laborant” yazıları olan möhürlərin üstündəki imzaların, ********* nömrəli resept blankında “Həkim laborant” yazıları olan möhürün üstündəki imzanı və “Həkimin imzası və şəxsi möhürü” qrafasınm aşağı hissəsindəki imzanın, ********* nömrəli resept blankında “Həkimin imzası və şəxsi möhürü” qrafasınm aşağı hissəsindəki imzanın, ********* nömrəli resept blankında “Həkimin imzası və şəxsi möhürü” qrafasınm üst hissəsindəki imzanın, ********* nömrəli resept blankında möhürlər üzərindəki imzaların, ********* nömrəli resept blankında “dəri zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imzanın, ********* nömrəli resept blankında “Həkimin imzası və şəxsi möhürü” qrafasınm üst hissəsindəki və “Həkim laborant” yazıları olan möhürün üstündəki imzaların, ********* nömrəli resept blankında “həkim”, “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürlərin üstündəki imzaların, ********* nömrəli resept blankında “Həkim laborant” yazıları olan möhürün üstündəki imzanın, ********* nömrəli resept blankında “Həkim,” “Həkim laborant” yazıları olan möhürlərin üstündəki imzaların və “Həkimin imzası və şəxsi möhürü” qrafasınm aşağı hissəsindəki imzanın, ********* nömrəli resept blankında “həkim”, “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürlərin üstündəki imzaların, ********* nömrəli resept blankında “Həkim” və “Həkim laborant” yazıları olan möhürlərin üstündəki imzaların, ********* nömrəli resept blankında “Həkim” yazıları olan möhürün üstündəki imzanın, ********* nömrəli resept blankında “Həkim laborant” yazıları olan möhürün orta hissəsindəki və “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imzaların, ********* nömrəli resept blankında “Həkim”, “Həkim laborant” yazıları olan möhürlərin üstündəki imzaların, ********* nömrəli resept blankında “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imzanın, ********* nömrəli resept blankında “Həkim” yazıları olan möhürün orta hissəsindəki imzanın, ********* nömrəli resept blankında “dəri - zöhrəvi dispanseri” yazıları olan möhürün üstündəki imzanın - Təqsirləndirilən şəxs tərəfindən, Ağakişiyeva (Musayeva) Tünzalə Ziyatxan qızı tərəfindən və ya başqa şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin 2. bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.Təqdim edilmiş 012500356, 012500354, 012500345, 012500340, 012500349, 012500347, 012500348, 012500355, 012500319, 012500361, 012500320, 012500352, 012500330, 012500334, 012500323, 012500324, 012500344, 012500336, 012500322, 012500338, 012500341, 012500342, 012500337, ********* 012500357, 012500358, ********* nömrəli reseptlərin blankları mətbəə çap üsulu ilə hazırlanmışdırlar.Təqdim edilmiş ********* nömrəli reseptin blankı və üzərində olan möhür əksi hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir.Təqdim edilmiş 012500356,012500354, 012500345, 012500340, 012500349, 012500347, 012500348, 012500355, 012500319, 012500361, 012500320, 012500352, 012500330, 012500334, 012500323, 012500324, 012500344, 012500336, 012500322, 012500328, 012500350, 012500365, 012500366, 012500325, 012500353, 012500351, 012500338, 012500341, 012500342, 012500337, 012500346, 012500357, 012500358, ********* nömrəli reseptlərin üzərlərində olan möhür və ştamp əksləri, ********* nömrəli reseptin üzərindəki ştamp əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar. Təqdim edilmiş 012500356, 012500354, 012500345, 012500340, 012500349, 012500347, 012500348, 012500355, 012500319, 012500361, 012500320, 012500352, 012500330, 012500334, 012500323, 012500324, 012500344, 12500336, 012500322, 012500328, 012500350, 012500365, 012500366, 012500325, 012500353, 012500351, 012500338, 012500341, 012500342, 012500337,12500346, 012500357, 012500358, 012500359, ********* nömrəli resept blanklarının üzərlərində olan əl yazı və imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmişdirlər. Təqdim edilmiş 012500356, 012500354, 012500345, 012500340, 012500349, 012500347, 012500348, 012500355, 012500319, 012500361, 12500320, 012500352, 012500330, 012500334, 012500323, 012500324, 012500344, 012500336, 012500322, 012500328, 012500350, 012500365, 12500366, 012500325, 012500353, 012500351, 012500338, 012500341, 012500342, 012500337, 012500346, 012500357, 012500358, 012500359, ********* nömrəli resept blanklarının üzərlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstündən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Tədqiqata təqdim edilmiş 35 ədəd resept blanklarının hər birinin üzərində olan əlyazılan öz aralarında kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş 34 ədəd resept blanklarının hazırlanmasında istifadə olunan rəngləyici maddələr mətbəədə istifadə olunan rəngləyici maddələrə aiddirlər, bir ədəd (012500343 nömrəli) resept blankının hazırlanmasında istifadə olunan rəngləyici maddə isə axınlı printerlərdə istifadə olunan rəngləyici maddəyə aiddir. Rəyin tədqiqi hissəsinin 7-ci bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim olunmuş 35 (otuz beş) ədəd resept blanklarında olan möhür əkslərinin eyni və ya müxtəlif vaxtlarda əks olunmasını müəyyən etmək mümkün olmadı. (ekspertiza tədqiqatın dəyəri 270 manat) Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən tюrədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 28 dekabr 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən qismən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 5,261 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsung A3» markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılmalı, barəsində ayrıca cinayət işi ayrılmış Şahid1 üzərindən aşkar edilərək götürülmüş qalıq 107 ədəd preqabalin və Şahid1 Həsənov Nurana satdığı ehtimal edilən Həsənova Nurandan aşkar edilərək götürülmüş qalıq 11 ədəd preqabalinin həlli həmin cinayət işinə baxılıb qurtardıqdan sonra hüquqi qiymət veriləcəyi nəzərə alınmalı, hazırki cinayət işində olan 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 348 (üç yüz qırx səkkiz) manat 82 (səksən iki) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 240.3.2, 320.1-ci ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 348 (üç yüz qırx səkkiz) manat 82 (səksən iki) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 5,261 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsung A3» markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılsın, barəsində ayrıca cinayət işi ayrılmış Şahid1 üzərindən aşkar edilərək götürülmüş qalıq 107 ədəd preqabalin və Şahid1 Həsənov Nurana satdığı ehtimal edilən Həsənov Nurandan aşkar edilərək götürülmüş qalıq 11 ədəd preqabalinin həlli, həmin cinayət işinə baxılıb qurtardıqdan sonra hüquqi qiymət veriləcəyi və hazırki cinayət işində olan 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar