Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1419/2024 24.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4, Müdafiəçi – Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsə mütəmadi olaraq işgəncə verməklə döyərək onlara güclü fiziki ağrı və psixi iztirablar vermiş, habelə iki şəxsə ağır iztirablar verməklə və xüsusi amansızlıqla xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətindən istifadə etməklə onların həyatları üçün təhlükəli olmayan, lakin sağlamlıqlarının uzun müddət pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlıqlarına az ağır zərər vurmuş həmçinin, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə həyatı üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində qeydiyyatda olmaqla yaşadığı ünvan 2 ünvanına sərxoş vəziyyətdə gəlmiş, yaşadığı mənzilə nəzarət etməmələrini bəhanə edib, xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs1 birlikdə kirayədə yaşadığı bir otaqlı ünvan 3 ünvanında yerləşən mənzilə qonşuluq münasibətləri ilə əlaqədar əvvəllər də həmin mənzilə girib çıxmasından istifadə edərək daxil olub 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla yəni, biri-birilərinin gözü qarşısında qəddarlıqla və rəhmsizliklə güclü əl və ayaq zərbələri ilə vurub döyməklə, qəsdən Zərərçəkmiş şəxs1 baş beyinə qansızmaya səbəb olan sol göz ətrafı yumşaq toxumaların hematoması, təpə nahiyəsinin sol yarısında dərialtı hematoma, sağ alın-almacıq birləşmə nahiyəsində şişkin fonlu yaralar, üst və alt dodaqların şişkin fonda əzilmiş yaraları kimi həyat üçün təhlükəli olan, ölümlə birbaşa səbəbli əlaqə təşkil edən qəsdən ağır dərəcəli xəsarətlər yetirərək sonuncuları yaşadıqları evdən qanunsuz olaraq çölə qovaraq, ağır iztirablar vermiş, bundan sonra öz yaşadığı mənzilə qayıtmış bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs2 yaşadığı mənzilə çöldən tək qayıtmasını görüb, cinayətkar niyyətini davam etdirərək bir daha heç bir səbəb olmadan onun yaşadığı evə daxil olub yatmış vəziyyətdə olan 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 aşkar surətdə köməksiz vəziyyətdə olmasından istifadə etməklə, qəddarlıqla güclü əl və ayaq zərbələri ilə yəni xüsusi amansızlıqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurub döyərək sonuncunun burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi halında əzilməsi, sağdan V qabırğanın xətti sınığı və döş qəfəsinin sağ-yan səthinin qançırı, hər iki göz yuvası ətrafı yumşaq toxumaların və sol alın-gicgah nahiyəsinin dərialtı hematomaları, başın təpə-ənsə nahiyəsinin və alt dodağın əzilmiş yaraları kimi az ağır dərəcəli xəsarətlər yetirərək sağlamlığına qəsdən az ağır zərər vurmuş, habelə Zərərçəkmiş şəxs1 qəsdən yetirmiş olduğu ağır dərəcəli xəsarətlər nəticəsində sonuncunun həmin gün gecə saat 04 radələrində ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bundan başqa, o 04 iyul 2023-cü il tarixdə özünə məxsus mənzildə masanın üzərində butulkada olan suyun Zərərçəkmiş şəxs1 tərəfindən icazəsiz içilməsini bəhanə edib, xuliqanlıq niyyəti ilə yaşadıqları evin ümumi həyətində sonuncunun evdə tək olmasını görüb, aşkar surətdə köməksiz vəziyyətindən istifadə etməklə güclü əl və ayaq zərbələri ilə xüsusi amansızlıqla onun çiyin və sifət nahiyyəsinə dəfələrlə və rəhmsizcəsinə vurub, ağır iztirablar verməklə döyərək sol bazu sümüyünün böyük qabarının yerdəyişmiş sınığı, sol bazu oynağının tam çıxığı, sağ gözaltı nahiyənin dərialtı hematoması kimi dərəcəsinə görə az ağır xəsarətlər yetirərək ağır iztirablar verməklə qəsdən sonuncunun sağlamlığına az ağır zərər vurmuşdur. Bundan əlavə, təqsirləndirilən şəxs Səttarov X6 Marina Yevgenyevna və qızı Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin ümumi həyətində 2023-cü ilin iyul ayının sonlarında, həmin ilin avqust ayının əvvəllərində və ortalarında 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 aşkar surətdə köməksiz vəziyyətdə olmasından istifadə etməklə baş nahiyəsinə qeyd edilən muxtəlif tarixlərdə yumruq zərbələri vuraraq, zərərçəkmiş şəxsə qarşı dəfələrlə qeyri-insani və kobud münasibət göstərib, isgəncə verməklə iki dəfədən artıq Zərərçəkmiş şəxs2, habelə həmin ilin iyul ayının əvvəllərində, ortalarında və avqust ayının sonlarında Zərərçəkmiş şəxs1 ondan qorxmasını və buna görə onun barəsində heç bir yerə şikayət etməyəcəyini bilərək, aşkar surətdə köməksiz vəziyyətindən istifadə etməklə müxtəlif bəhanələrlə sonuncunun yaşadığı mənzildə ona güclü yumruq və təpik zərbələri ilə vurub isgəncə verməklə mütəmadi olaraq iki şəxsə qarşı fiziki ağrı və psixi iztirablar vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəmə istintaqı zamanı ilkin mərhələdə bildirmişdir ki, hadisənin necə baş verdiyin bilmir, yadında qalmamışdır. Qonşu ilə dava etmişdir. Dava etdiyi şəxs qadın olmuşdur. Ona evindən nəsə aparıldığını demiş, o da nədənsə dava etmişdir. Başında qan izləri kənarda etdiyi dava ilə əlaqədardır. Kimsə bayırda dava edəndə onu küçədə dəmirlə vurmuşdur. Deyilənə görə qadınla sonra dava etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərilmişdir. Elxan adlı qonşusu ilə dava etmişdir. Elxan adlı şəxslə sözləri tutmadığı üçün dalaşmışlar. Yaşadığı evə çox adam gəlib gedirdi, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxsləri tanımır. Dava zamanı Elxan adlı şəxs başının arxa nahiyəsindən dəmir parçası ilə vurmuşdur. Səhəri gün polislər onu oyadıb aparmışlar və adam öldürdüyünü bildirmişlər. Onu polis idarəsinə aparıb bədəninə elektrik cərəyanı vermiş, incitmişlər. Hadisədən çox keçdiyi üçün bədənində xəsarətlər qalmamışdır. Qonşuluqdakı arvadı kimin öldürdüyünü bilmir. Ara-sıra spirtli içki qəbul etmiş, pis təsir etdiyi üçün çox içməmişdir. Polislər ona imza etməyi demişlər, o da oxumadan ifadəyə imza etmişdir. Məhkəmə istintaqının sonrakı mərhələsində isə bildrmişdir ki, zərərçəkmiş şəxslər güclə ayaq üstə dururdular. O, zərərçəkmiş şəxslərlə birlikdə içki içməmişdir. Hadisə günü evinin qapısının kilidində yaranmış problemlə bağlı zərərçəkmiş şəxsə evinə baxmağını xahiş etmişdir. Bununda qarşılığında ona 3-5 manat pul verəcəkdi. 4 saatdan sonra geri qayıtdıqda evinin qapısının, internetin paylayıcısının, televizorunun olmadığını görmüş və zərərçəkmiş şəxslərin yanına gedib itən əşyaların hara yox olduğunu soruşmuşdur. Həmin vaxtı da zərərçəkmiş şəxslərin hərəsinə 1 dəfə vurmuşdur. Zərərçəkmiş şəxsləri vurduqdan sonra sonuncular çıxıb getmiş, o da evində uzanıb yatmışdır. Səhər zərərçəkmiş şəxsi X15 gəlib apardığını və sonradan öldüyünü bilmişdir. Evində və üzərində olan qan ləkləri həmin hadisədən əvvəl olan bir şeydir və yaşadığı evin həyətinə daxil olanda kiminsə başına dəmir parşası ilə vurduğu zərbənin xəsarətindən əmələ gələn qan ləkələri olmuşdur. Bədənində olan xəsarətlərin zərərçəkmiş şəxslərə heç bir aidiyyatı yoxdur. Baş verən hadisədən əvvəl də zərərçəkmiş şəxsləri döyməmiş, heç əli belə sonunculara dəyməmişdir. O, məhkəmədən ədalətli qərar çıxarılmasını, aşağı həddə cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində marketə bazarlıq etmək məqsədilə evdən çıxanda qonşuluqda yaşayan Marina və Nərminə həyətdə dayanmışdır, onlara öz evinə nəzarət etmələrini tapşırmışdır. Buna səbəb o olmuşdur ki, Təqsirləndirilən şəxs mənzilinin qapısı olmamışdır. Nərminə və Marina onunla razılaşmışdır. O, marketə gedib sərxoş vəziyyətdə evə qayıtmış, evinə daxil olduqda televizor və iki ədəd modeminin olmadığını görmüşdür. Bundan sonra başa düşmüşdür ki, onun evinə kimsə girib, həmin əşyaları oğurlayıb. O da əsəbləşərək örtülü olan, lakin kilidli olmayan Marinanın yaşadığı evə daxil olub qonaq otağına keçdikdə görmüşdür ki, Marina və Nərminə oturub çay içirlər. Qaranlıq olduğu üçün içəri tam aydın görünməmişdir. Marinaya demişdir ki, “nəyə görə burada oturmusan sən çöldə niyə oturmamısan, əşyalarımı oğurlayıblar, bəs sənə demədim ki, evimə göz-qulaq ol”. Marina isə ona cavabında “rədd ol” demişdir. O da əsəbiləşib Marinanın üz nahiyəsinə sağ əli ilə yumruq vurmuş və o yıxılmışdır. Onun yanında oturan Nərminə qışqıraraq onun özünün çölə çıxmağını ondan tələb etmiş və yadında qalmadığı ifadə ilə onu təhqir etmişdir. Bundan sonra əsəbləşərək Nərminənin də başından yumruqla vurmuş, Nərminə divanın üzərinə yıxılmışdır. Daha sonra öz evinə qayıtmış çarpayıda uzanıb yatmışdır. Növbəti gün səhər saatlarında Marinanın səsinə çölə çıxmış, orada qonşusu Vəli ona demişdir ki, Nərminə ölüb. Bundan sonra təcili yardım, polis və prokurorluq əməkdaşları ora gəlmişdirlər. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 göstərmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər nəticəsində Nərminə Mais qızının sağlamlığına ciddi zərər yetirilmiş və təəssüf ki, ehtiyatsızlıqdan onun ölümü ilə nəticələnmişdir. Hadisələrin təfərrüatlarına nəzər salsaq, təqsirləndirilən şəxsin cinayət əməlləri zamanı sərxoş vəziyyətdə olduğunu, baş verən bəzi hadisələrin onun tam nəzarəti altında olmadığını və ağır nəticənin ehtiyatsızlıqdan törədildiyini nəzərə almaq mümkündür. Bununla yanaşı, Səttarovun hərəkətlərinin köməksiz vəziyyətdə olan şəxslərə qarşı qeyriinsani və qəddarlıqla törədildiyi də şübhəsizdir. Lakin hüquq normaları çərçivəsində, onun cinayətin ağır nəticəsi, yəni Nərminənin ölümünün ehtiyatsızlıqdan baş verdiyi nəzərə alınmalıdır. CM-in müvafiq maddələrinə əsasən, ehtiyatsızlıqdan törədilən cinayətlər zamanı şəxs cinayət nəticələrini tam dərk etmədikdə və ya niyyət etmədikdə, cəza siyasətində müəyyən yumşaldıcı hallar tətbiq oluna bilər. Nərminənin ölümü birbaşa qəddarlıq niyyəti ilə deyil, ehtiyatsızlıq nəticəsində baş vermişdir. Bu səbəbdən, ehtiyatsızlıq faktoru təqsirləndirilən şəxsin cəzasının təyinində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin hadisə zamanı sərxoş olması, onun əməllərinə tam nəzarət edə bilməməsi kimi amil də cəza təyini zamanı yüngülləşdirici hal kimi qiymətləndirilə bilər. Əgər təqsirləndirilən şəxsə qarşı daha əvvəl törədilmiş cinayətlərlə bağlı məhkəməyə təqdim edilən hər hansı bir sübut və ya məlumat mövcud deyilsə, bu da yüngülləşdirici hal kimi dəyərləndirilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin cəmiyyətə təhlükəli olduğunu bir daha vurğulamaqla yanaşı, onun hərəkətlərinin müəyyən mənada ehtiyatsızlıqdan baş verdiyi faktını da qəbul edir. Buna görə də, məhkəmənin təqsirləndirilən şəxsə qanun çərçivəsində ədalətli cəza təyin etməyini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uşağını məktəbə apararkən Zərərçəkmiş şəxs2 ağlayaraq qabağına çıxmış və ondan mobil telefonunu kiməsə zəng etmək üçün istəmişdir. O, mobil telefonunu Zərərçəkmiş şəxs2 verməmişdir. O, övladını məktəbə qoyub qayıdanda M.Cabanova yenə ondan mobil telefonunu istəmişdir. Bu dəfə o, mobil telefonunu Zərərçəkmiş şəxs2 vermişdir. Ona mobil telefonunu təcili tibbi yardıma zəng etmək üçün aldığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 DİN-in 102 xidmətinə zəng etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun yanından kənara çəkilərək DİN-in 102 xidməti ilə danışmışdır. Daha sonra o, evdə olarkən polislər ona zəng edərək hadisənin harda yaşandığını soruşmuşlar. O, polislərə bu məsələ ilə əlaqəsi olmadığını, məqsədinin övladını bağçaya aparmaq olduğunu bildirmişdir. Polis əməkdaşı ona əlavə sual verməmiş, sadəcə hadisənin baş verdiyi yeri onunla dəqiqləşdirmişdir. Zərərçəkmiş şəxs2 xarici görünüşündə heç bir problem görməmişdir. O, Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidmətinə zəng etdiyini oradan uzaqlaşdıqdan sonra anlamışdır. Zərərçəkmiş şəxs2 onun qabağını kəsdiyi yer məktəbin yanı məscid tərəflər olmuşdur. Zərərçəkmiş şəxs2 yaşlı bir qadın olmuş, səhər saat 8-9 raddələrində onun qabağına çıxmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşudur. Təqsirləndirilən şəxs qalan həyətdə ev almış və həmin evi kirayə verib dolanmışdır. Həmin həyətə sonradan narkotik vasitə istifadəçiləri, küçə adamları yığışmağa başlamışlar. Kənar şəxslərin həyətə yığışmaqları ilə bağlı dəfələrlə şikayətlər bildirsələr də xeyri olmamışdır. Təqsirləndirilən şəxs anası baş verənlərə görə və Təqsirləndirilən şəxs əlindən yaşadığı evi qoyub qızlarının yanına köçüb getmişdir. Təqsirləndirilən şəxs yanına küçə qadınları, narkotik vasitə istifadəçiləri gəlirdilər. Təqsirləndirilən şəxs tüfeyli həyət yaşıyan şəxslər üçün şərait yaratmış, sonuncularla dostluq etmişdir. Təqsirləndirilən şəxs özünə məxsus evdə qalan 2 nəfər rus qadını ilə birlikdə yeyib, içmişlər. Kirayə verdiyi evdə qalan şəxslərə baş çəkməyə gələndə sonuncular ona Təqsirləndirilən şəxs həmin 2 nəfər rus qadını döyməsi, təhqir etmələri ilə bağlı şikayətlər etmişlər. O da təqsirləndirilən şəxsə öz iradlarını bildirmişdir. Təqsirləndirilən şəxs öz iradlarını bildirsə də qulaq asmamışdır. Bir gün ərazi üzrə polis əməkdaşı sahə inspektoru ona zəng etmiş və polisə gəlməli olduğunu bildirmişdir. O, polisə gedəndə artıq iş işdən keçmişdir, ölən ölmüşdür. Həyətdə Vəli adında 1 nəfər şəxs də qalmışdır. Vəli də təqsirləndirilən şəxsin kirayə verdiyi evdə qalmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla bağlı rəsmi şikayətlər etməmiş, həmin həyətdə qalan Məlahət adlı qadın isə rəsmi şəkildə şikayət etmiş və dərhal gəlib həyətdə olan tüfeyli həyat yaşıyan şəxsləri götürüb aparmışlar, amma yenidə qayıdıb gəlmişlər. Təqsirləndirilən şəxs qadınları vurmaqla bağlı şikayətini bildirmişdir. Təqsirləndirilən şəxs gah etmədiyini, gah da vurduğunu, yaxşı etdiyini deyirdi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə içki içmələrini görməmiş, amma həmin həyətə girəndə Kubinkanın bütün narkotik vasitə, spirtli içki istifadəçilərini, yerdə içki şüşələrini, şprislər görmək olurdu. Kirayə verdiyi evdəki əşyaları təqsirləndirilən şəxsin həyətə girməklərinə icazə verdiyi narkotik vasitə istifadəçiləri oğurlamışlar. Narkotik vasitə istifadəçiləri Təqsirləndirilən şəxs görə həmin həyətə yığışmışlar, amma təqsirləndirilən şəxs olmadığından hazırda yığışmırlar. Həmin həyətdə gələcəkdə övladları qalacaqlarına görə dəfələrlə Təqsirləndirilən şəxs anasına şikayətlərini bildirmiş, sonuncu da cavabında bacarmadığını demişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri döyməsinin şahidi olmamışdır. Həmin həyətə baş çəkməyə gələndə zərərçəkmiş şəxslərin üz nahiyələrinin göyümtül olmalarını görmüşdür. Mərhumun üz nahiyəsindəki göyərtilər anasındakından çox olurdu. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs ilə yaxın qohum olmuşlar. Təqsirləndirilən şəxs ciddi əsəb problemləri olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anası sonuncu ilə qala bilməmiş, onunla yaşamışdır. O, arabir Təqsirləndirilən şəxs yanına gedib sonuncuya məsləhətlər vermişdir. Hadisə baş verərkən o, orda olmamışdır. Təqsirləndirilən şəxs qonşuları zəng edərək hadisə barədə ona məlumat vermişlər. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmir, avaraçılıq etmiş, işləməmişdir. Hətta bir neçə dəfə o, Təqsirləndirilən şəxs evlərinin həyətinə toplaşan avara insanları qovmuşdur. Təqsirləndirilən şəxs həyətlərində yerləşən 2 evi kirayə verərək həmin evlərin pulu ilə dolanmışdır. Təqsirləndirilən şəxs içki içən olmuş, amma o, sonuncunu alkoqol düşkünü adlandırmazdı. Qonşular və ətrafdakı insanların Təqsirləndirilən şəxsla içkiyə görə problemləri olmamışdır. Təqsirləndirilən şəxs səbirsiz və əsəbi olmuş, buna görə insanlarla mübahisələri yaranırdı. Təqsirləndirilən şəxs ilə həyətdə kirayə qalan insanlar o, ora baş çəkməyə gedəndə fərqli olmuşlar. Zərərçəkmiş şəxs2 ilə orada rastlaşmamışdır. Arvadı Təqsirləndirilən şəxs yaşadığı ünvanda qeydiyyatdadır. Miras bölgüsündə çətinlik çəkməmək üçün arvadı həmin ünvanda qeydiyyatda qalmışdır. Təqsirləndirilən şəxs kirayə verib dolandığı evlər qaynanasına məxsusdur. O, qaynanasının xahişi ilə Təqsirləndirilən şəxs tez-tez ziyarət etmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi yaşadığını ibtidai istintaq zamanı ifadə verərkən bildirmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyə ərizə ünvalamış, məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22-23 radələrində qızı Nərminə ilə yaşadığı evdə böyük otaqda sosiska pomidor yemişlər. Həmin vaxt qonşusu Sayruz qəfildən evin qapısını açaraq içəri daxil olmuşdur. Qapı həmin vaxt örtülü olsa da kilidli olmamışdır. İçəri daxil olub qışqıraraq “mən sənə tapşırmışdım ki, evimin qapısı yoxdur, evimə nəzarət et” demiş və onun baş, burun nahiyəsinə əl və ayaqla vurmuşdur. O isə günorta baxdığını, lakin, axşam yorğun olduğu üçün baxa bilmədiyini dedikdə “günorta da baxacaqsan, axşam da” demiş və vurmağa davam etmişdir. Onun baş, burun və bədən nahiyələrinə vurmuşdur. Qızı mane olmaq istəyəndə ondan əl çəkib onun başına, üzünə yumruq və əl ilə vurmağa başlamışdır. Onları döyüb qovaraq zorla evdən çölə çıxartmışdır. O da qızı ilə küçəyə çıxmışdır. Sayruz isə öz evinə keçmişdir. O, sərxoş vəziyyətdə olmuşdur. O yaxınlıqda olan mağazaya su almağa getmiş və su alıb qayıdanda qızının üzünün, sol gözünün şişdiyini görmüşdür. Qayıdanda yolda həmin vaxt yaşadıqları ərazidə yaşayan və adını dəqiq bilmədiyi Nurlana adlı qadın onlardan niyə gecə vaxtı çöldə olduqlarını soruşmuşdur. Nurlana qızı ilə rəfiqə olmuşdur. Onun barəsində onda başqa məlumat yoxdur. O, da Sayruzun onları çölə çıxartdığını demişdir. Nurlana da onların həyətinə keçmiş və 5 dəqiqə sonra geri qayıdıb Sayruzla danışdığını, evlərinə gedə biləcəklərini demişdir. O evə keçmək istəsədə qızı çöldə qalmaq istəmişdir. Buna səbəb qızının Sayruzdan qorxması olmuşdur. Bundan sonra, Nurlana çıxıb getmişdir. Özü isə çöldə çox üşüdüyü və yuxusu gəldiyi üçün evinə daxil olub yataq otağına keçib çarpayıda uzanmışdır. Bir müddət sonra o çarpayıda uzanarkən Sayruz yenə də evə daxil olub onun yanına gəlmişdir. Qızı isə evdə olmamışdır. Sayruz əl və yumruqla onun başından vurmağa başlamışdır.. Sayruz əl və yumruqla onun başından, üzündən və hər yerindən vurmağa başlamışdır. O da qışqıraraq kömək çağırmışdır. Bu vaxt onlarla bir həyətdə yaşayan Vəli adlı qonşusu gələrək Sayruzu qolundan tutub çölə çıxartmışdır. O, isə yorğun və yuxulu olduğu, eləcə də qorxduğu üçün yerindən qalxmamışdır. xx.xx.2023-cü il tarixdə, səhər saat 09 radələrində oyanıb və qızının yataq otağında döşəmənin üzərində üzü üstə uzanılı vəziyyətdə olduğunu, ağzından qan axdığını görmüşdür. Yaxınlaşıb qaldırmaq istəsə də qızı qalxmamış və öldüyünü başa düşmüşdür. Qonşu Vəli gəlmiş və nə olduğunu soruşmuşdur. O, da Sayruzun axşamdan onları döydüyünü onun yatıb qaldığını və səhər oyandıqda qızımı ölü tapdığını demişdir. Sayruz isə evdə yatmışdır. Vəliylə birlikdə çölə çıxdıq mobil telefonları olmadığı üçün yoldan keçən tanımadığı bir xanımın mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng etmişlər. Bundan sonra polis əməkdaşları və təcili yardım gəlmişdir. Əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanımışdır. O, onun və qızı Nərminənin yaşadığı mənzilə girib çıxan biri olmuşdur. Hər gün Sayruz yaşadıqları mənzilə girib çıxmış, birlikdə siqaret çəkib içki içmişlər. Təqribən yay aylarında dəqiq xatırlamır iyul ayının sonlarında, avqust ayının əvvəlləri, sonlarında havalar çox isti olanda Sayruz heç nə demədən yaşadıqları evin ümumi həyətində, küçədə onun başından bir yumruq zərbəsi vurmuşdur. O və qızı Sayruzdan çox qorxmuşdur sonuncu onların qohumlarının, kömək edəcək heç kimlərinin olmadığını, ondan qorxub heç yerə şikayət etməyəcəklərini bildirdi, ümumiyyətlə ondan nəsə desən gözləmək olardı. Sayruz dəlidir. Qızını da iyul ayının əvvəllərində, ortalarında sol qolunu iki dəfə ayrı-ayrı vaxtlarda sındırmışdır, qızı ağrıdan hərəkət edə bilmirdi. Sayruzun qızını döyməsinə səbəb qızı Nərminənin Sayruzun mağazadan aldığı “Badamlı” adlı suyunu ondan icazəsiz Sayruzun evində içməsi olmuşdur, qızını Sayruz evin həyətində döymüşdür, həmin vaxt özü evdə olmamışdır, harada olduğunu xatırlamır, axşam evə gələndə Nərminənin sol qolu çox ağrımışdır, o Sayruzun onu göstərdiyi səbəbə görə tək olanda döyməsini ona demişdir. Bununla bağlı qızı xəstəxanaya da müraciət etmişdir. Həmin xəstəxananın adını dəqiq xatırlamır. Sayruzun bu əməlləri ilə bağlı heç bir hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Səbəb isə o və qızının Sayruzun onları yenə döyəcəyindən öldürəcəyindən qorxmağı olmuşdur. Təqsirləndirilən şəxs özünü və qızını döyərkən hər zaman güclü əl ayaq zərbələri ilə vurmuşdur. Hadisə baş verən zaman həmin gün yuxulayarkən, ümumilikdə ikinci dəfə Təqsirləndirilən şəxs tərəfindən döyülən zaman Nərminənin harada olmasını bilməmişdir, onu sonuncu dəfə çöldə özü içəri daxil olan zaman səkidə oturarkən görmüşdür. Onun üzü gözü şişmişdir. Təqsirləndirilən şəxsla nə özünün nə də qızının arasında hər hansı sevgi və ya yaxınlıq münasibətləri olmamışdır. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 3-4 aydır ki, ünvan 4 ünvanında ümumi həyətdə olan bir otaqlı evdə kirayədə yaşayır. Yaşadığı ev Sayruza məxsusdur. O, Sayruzu kirayə yaşamaq üçün ev axtaranda tanımışdır və aylıq 50 manat qarşılığında evini ona kirayəyə vermişdir. Sayruz hər hansı işlə məşğul olmurdu. Həmin həyətdə ümumilikdə 5 ev vardır. Həmin evlərdən ikisi Sayruzundur. Onlardan birində o kirayədə yaşayır. Digərində isə Sayruz özü yaşayır. Sayruzun evinin yanında Marina adlı qadın qızı Nərminə ilə yaşamışdır. Onların yaşadığı ev isə Vaqif adlı şəxsə məxsusdur və Vaqif Marinanın təqaüd kartını ondan alıb evində yaşamağa icazə vermişdir. Digər iki evdə isə yaşayış yoxdur. Sayruz uzun müddətdir həmin ünvanda tək yaşayır. O həmin evə yaşamağa gəldikdə isə artıq Marinagil orada yaşayırdılar. Marinagilin heç kimləri yoxdur, işləməmirdilər. Marina və qızı Nərminənin Sayruzla çox vaxt mübahisələri olmuşdur. Sayruz mütəmadi olaraq spirtli içki qəbul edər sərxoş vəziyyətdə olardı. Marinanın qızı Nərminə də spirtli içki qəbul edirdi. Elə vaxt olurdu ki, bir yerdə spirtli içki qəbul edər, deyib-gülər, sonra isə sözləri düz gəlməyəndə, Sayruz Nərminəni və Marinanı vurardı. Sayruz əsəbidir və özünü dəli kimi aparır. Onların sözlə də mübahisələri çox olmuşdur. O, həmişə onları sakitləşdirmişdir. Mübahisələri xırda söhbətlər üstündə düşürdü, Sayruz da Nərminə və Marinanı döyürdü. Nərminə və Marina da arıq və gücsüz olduqları üçün, eləcə də onları döydüyü üçün Sayruzdan qorxurdular. Təxminən bir aydır ki, Sayruzun qapısını qırmışdılar. Kimin qırması barədə məlumatı yoxdur. Bundan sonra Sayruz evinin girişinə pərdə qoymuşdur. Qapısı olmadığı üçün Nərminə və Marinaya evinə göz-qulaq olmağı tapşırmışdı. xx.xx.2023-cü il tarixdə evdə olmuşdur. Dəqiq saatı xatırlamadığı həmin günün axşamı metal yığmaq üçün evindən çıxmışdır. Qapıdan çıxan kimi Marinanın qışqırıq səsi gəlmişdir Qışqırıq səsi elə gəlmişdir ki, elə bil kimsə Marinaya qarşı zor tətbiq edir. Marinanın evinin dəmir qapısını açmışdır. Qapı örtülü olsa da kilidli olmamışdır. Qapı köhnə olduğu üçün açanda danqıltı səsi gəlirdi. Qapının səsi gələn kimi Marinanın qışqırığı kəsilmişdir. Qapını açıb içəri daxil olmuş və yataq otağına keçmişdir. İçəri qaranlıq olsa da adamları seçə bilmişdir. Marina divanın üzərində oturmuşdur. Divanın qarşısında yemək masası da var idi, Sayruz da Marinanın qarşısında ayaq üstə dayanmışdır. Marina onu görüb demişdir ki, “Vəli, kömək et Sayruz məni döyür, dözə bilmirəm onu apar burdan”. O nə olmasını soruşduqda Marina demişdir ki, “Sayruz deyir ki, evinə gecə də gündüz də nəzarət edim. Mən gecə necə nəzarət edim. Yuxum gəlir”. Sayruz isə demişdir ki, evindən nəsə oğurlanıb Marinagil də nəzarət etməyiblər. Sayruz sərxoş vəziyyət olmuş, sərxoş olmağı aydın görünmüşdür. Bundan sonra bilmişdir ki, Sayruz Marinanın döymüş və qapının səsi gələn kimi onu vurmağı dayandırmışdır. O, Marinadan Nərminənin harada olduğunu soruşduqda Marina Nərminənin buralarda olduğunu demişdir. Lakin, Nərminə evdə olmamışdır. O, Sayruzun qolundan tutub çölə çıxartmış və onun yaxasından tutub silkələyib ona demişdir ki, “başın xarabdır, niyə döyürsən bunları, allah etməsin vurarsan ölüb eləyərlər, xəstə adamlardır, sənə lazımdır bu?”. Sayruz isə yaxşı, yaxşı deyib öz evinə girmişdir. Pərdəni çəkib baxdıqda görmüşdür ki, Sayruz öz çarpayısında uzanmışdır. O da həyətdə bir siqaret çəkib, Sayruzun da uzandığına və çölə çıxmadığına əmin olub metal yığmaq üçün həyətdən küçəyə çıxmışdır. Küçəyə çıxan kimi sağ tərəfdə səkinin üzərində Nərminəni yerdə oturmuş vəziyyətdə görmüşdür. Həmin vaxt Nərminənin əynində qara rəngli kurtka olmuş və Nərminənin sol gözünün ətrafı və altı şişib göyərmişdir. O Nərminədən nəyə görə soyuqda orada oturduğunu, evə getmədiyini soruşduqda ona demişdir ki, “Sayruz bizi döyür, evə getməyə qorxuram. O, gözünə nə olduğunu soruşduqda ona demişdir ki, “Sayruz vurub”. Lakin, həmin günün səhərisi o Nərminəni görəndə gözündə şiş olmamışdır. O, Nərminəyə narahat olmamasını, Sayruzla danışdığını, onları narahat etməyəcəyini demişdir. Buna baxmayaq Nərminə qalxmamışdır. O da əsəbləşərək demişdir ki, “narahat olma da mən danışmışam, dur get evinə”. Nərminə isə yenə də qorxduğunu demiş və getməmişdir. O da metal yığmaq üçün küçələri gəzməyə başlamışdır. Səhər saatlarında evə qayıtdıqda həyətə daxil olan zaman Marinanın ağlayaraq qışqırdığını eşitmişdir. Elə bilmişdir ki, Sayruz yenə də Marinanı döyür. Buna görə də tez Marinanın evinə daxil olmuşdur. Qapısı örtülü olsa da kilidli olmamışdır. Yataq otağına keçdikdə Marinanın döşəmənin üzərində oturduğunu, Nərminənin isə döşəmə üzərində baş hissəsi pəncərə tərəfə olmaqla üzü üstə hərəkətsiz uzandığını görmüşdür. Marina Nərminənin başını qucağına qoyub ağlamışdır. Nərminənin burnundan qan da gəlmişdir. Marinadan nə baş verdiyini soruşduqda dedi ki, “Dünən Sayruz bizi döyürdü, Nərminənin də ürəyi dözməyib ölüb”. Həmin vaxt Marinanın gözləri şişmiş və qırmızı rəngdə olmuşdur. Ona nə olduğunu soruşduqda Sayruzun onu axşam döydüyü üçün gözlərinin şişdiyini demişdir. Bundan sonra kömək çağırmaq üçün həyətə çıxmış, qapıdan Sayruzu çağırmış və Nərminənin öldüyünü demişdir. Sayruz isə “mən neyniyim” demişdir. Bundan sonra o həyətdən küçəyə çıxmışdır. Bir nəfər yoldan keçən qadının telefonu ilə polisə və təcili yardıma xəbər vermişlər. Bir neçə dəqiqə sonra Sayruz da çölə gəlmiş, harasa getmək istəmişdir. Polisə də məlumat verdikləri üçün eləcə də Marina və Nərminəni də Sayruz döydüyü üçün polislərin gəlib Sayruzu axtaracağını fikirləşib Sayruza heç yerə getməməsini tapşırmışdır. Sayruz spirtli içkinin təsiri altında ona demişdir ki, “Mən onları döymüşəm, lakin öldürməmişəm”. Həkimlər gəlib baxaraq Nərminənin öldüyünü deyib getmişlər. Sonra isə prokurorluq və tibbi ekspertiza əməkdaşları gəlmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Nərminə və Marinanın üzünə sillə ilə vurub döyməsini görmüşdür. O, bu vəziyyəti görəndə onları ayırmışdır. Onların hər hansı intim münasibətləri olmamışdır. Hadisə vaxtı Marinanın evi qaranlıq olduğu üçün əynində nə olduğunu görməmişdir. Sayruzun əynində isə qara rəngli kurtka, boz rəngli cins şalvar, tünd göy rəngli sviter olmuşdur. Axşam əynində olan paltarlarla yatmış və səhər də həmin paltarlar əynində olmuşdur. Nərminənin isə axşam saatlarında çöldə olarkən əynində qara rəngli kurtka, qara rəngli şalvar qara rəngli koftası olmuşdur. Səhər saatlarında Marinanın yanında Zərərçəkmiş şəxs1 yerdə ölmüş vəziyyətdə olanda da yenə həmin paltarlar onun əynində olmuş, lakin onun kurtkası əynində olmamışdır. Marinanın mənzilinə daxil olanda Sayruzun əlində heç nə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 126.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 5-21) xx.xx.2023-cü il tarixli, 2/42457 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq halında olmuşdur. (İ cild,i.v. 25) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 65) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild,i.v. 115-118) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 119-120) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 135- 138) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(006)-532/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:00-dan hesablanmışdır. (İ cild i.v. 144-147) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CMin 126.3-cü maddəsi ilə yanaşı 127.1-ci maddəsinə tövsif edilmişdir. (İ cild,i.v. 167-168) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 132 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ölümünün səbəbi başın küt travması ilə əlaqədar baş beyinin əzilməsi baş beyinin toxumasına və qişaları altına qansızma olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023- cü il tarixdə saat 11:20-də) təxminən 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızına, sol təpəgicgah nahiyəsinin və sol göz yuvası ətrafı yumşaq toxumaların dərialtı hematoması, sol gözün ağlı qişasına qansızına, üst dodağın selikli qişasına qansızma, alt dodağın əzilmiş yarası, sağ üst və alt göz qapaqlarının, burun, sol yanaq, sağ dirsək oynağı, sağ said, sağ əl, sağ sağrı, sağ baldır nahiyələrinin sıyrıqları, sağ bazu oynağı və sağ dirsək oynağı nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən ölümündən bir neçə saat əvvəl əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Qeyd olunan xəsarətlərin xarakerini və loakalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (baş, əl, ayaq və s.) ilə endirilmiş zərbələrin təsirindən törənə bilərdilər. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır, qızlıq pərdəsi və onun ətrafında hər hansı xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs1 arxa keçəcək nahiyəsində hər hansı bir xəsarət və onunla qeyri-təbii yolla, mütəmadi cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı. Həmçinin, Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatları olan iki ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. (İ cild, i.v. 172- 180) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 1541 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ təpə nahiyəsinin, dodağın əzilmiş yaraları, alın nahiyəsinin qançır-şişkinliyi, sağ bazunun, sağ saidin, sağ dirsək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin qançırları, sağ saidin, sağ əlin, sağ İV barmağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdırıla bilər. (İ cild, i.v. 182-185) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 1540 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkiniik halında əzilməsi, sağdan V qabırğanın xətti sınığı və döş qəfəsinin sağ-yan səthinin qançırı, hər iki göz yuvası ətrafı yumşaq toxumaların və sol alın-gicgah nahiyəsinin dərialtı hematomaları, başın təpə-ənsə nahiyəsinin və alt dodağın əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cti il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki. həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (baş, əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. (İ cild, i.v. 187-190) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X17 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8086 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 232-234) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/1057R nömrəli rəyindən görünür ki, üzərlərində “tualet yer” və “dəstəyin arxası” qeydləri olan 03 (üç) ədəd çöplü pambıq tampon, üzərlərində “meyitin götürüldüyü yer” və “şkafın qarşısı” qeydləri olan 02 (iki) ədəd pambıq tampon, üzərlərində “1”, “2”, “3”, “4” qeydləri olan 04 (dörd) ədəd çöplü pambıq tampon, Təqsirləndirilən şəxs ayağından götürülmüş qan nümunəsi” qeydləri olan 01 (bir) ədəd pambıq tampon, 01 (bir) ədəd salfet, 01 (bir) ədəd yastıq üzü, 01 (bir) ədəd ağ rəngli köynəyin ön sağ, ön sol, arxa hissələri, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd ağ rəngli sviterin sağ və sol qollarının bilək hissələri, X3 meyitinin müayinəsi zamanı götürülmüş 01 (bir) ədəd qara rəngli şalvarın sol ön hissəsi, sol ayağının aşağı hissəsi, sağ ayağının aşağı hissəsi, 01 (bir) ədəd qara rəngli köynəyin çiyin hissəsi, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli gödəkçənin boyun hissəsi, 01 (bir) ədəd qara rəngli köynəyin sağ və sol bilək hissələri, 01 (bir) ədəd tünd boz rəngli ön hissəsi zəncirbəndli jaketin sağ və sol qolları, 01 (bir) ədəd qara rəngli qısaqol köynəklə üst-üstə keçmiş vəziyyətdə olan 01 (bir) ədəd boz rəngli sviterin sağ və sol bilək hissələri, 01 (bir) ədəd tünd boz rəngli cins şalvarın sağ diz hissəsi və arxa tərəfinin iç səthi, 01 (bir) cüt göy rəngli rezin tərliyin sol tayı, 01 (bir) ədəd qara rəngli papağın iç səthi, Zərərçəkmiş şəxs2 Yevgeniyevnaya məxsus 01 (bir) ədəd qara rəngli köynəyin sol qolu və boyun nahiyyəsi üzərində aşkar edilmiş qanabənzər ləkələrin tərkibində insan qanına xas olan hemoqlobin zülalı aşkar edildi. Üzərində “yataq otağının girişi” qeydləri olan 01 (bir) ədəd pambıq tamponda olan qanabənzər ləkənin tərkibində insan qanına xas olan hemoqlobin zülalı aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus əl dırnaq kəsintilərinin altında, 01 (bir) cüt göy rəngli rezin tərliyin sağ tayı üzərində, Zərərçəkmiş şəxs2 Yevgeniyevnaya məxsus 01 (bir) ədəd qara rəngli idman şalvarı üzərində və X3 əl dırnaq kəsintilərinin altında insana məxsus qan nümunəsi aşkar edilmədi. Üzərində “meyitin götürüldüyü yer” və “şkafın qarşısı” qeydləri olan 02 (iki) ədəd pambıq tamponda olan qan nümunəsi, 1 və 2 №-li çöplü pambıq tamponlarda olan qan nümunələri, X3 meyitinin müayinəsi zamanı götürülmüş 01 (bir) ədəd qara rəngli şalvarın sol ön hissəsində, sol ayağının aşağı hissəsində, sağ ayağının aşağı hissəsində,01 (bir) ədəd qara rəngli köynəyin çiyin hissəsində aşkar edilmiş qan nümunələri, eləcə də X3 əl dırnaq kəsintiləri altında olan bioloji mənşəli materiallar X5 məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Təqdim edilmiş 3 №-li çöplü pambıq tamponda olan qan nümunəsi, 01 (bir) ədəd yastıq üzü üzərində, 01 (bir) ədəd ağ rəngli sviterin sağ və sol qolunun bilək hissələrində, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd tünd boz rəngli ön hissəsi zəncirbəndli jaketin sağ və sol qolu üzərində, 01 (bir) ədəd tünd boz rəngli cins şalvarın sağ diz hissəsində, 01 (bir) cüt göy rəngli rezin tərliyin sol tayı üzərində, Zərərçəkmiş şəxs2 Yevgeniyevnaya məxsus 01 (bir) ədəd qara rəngli köynəyin sol qolu üzərində və boyun nahiyyəsində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs2 məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Təqsirləndirilən şəxs ayağından götürülmüş qan nümunəsi, 01 (bir) ədəd salfet üzərində olan qan nümunəsi, 01 (bir) ədəd ağ rəngli köynəyin ön sağ, ön sol və arxa hissələrində, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli gödəkçənin boyun hissəsinin iç səthində, 01 (bir) ədəd qara rəngli köynəyin sağ və sol bilək hissələrində, 01 (bir) ədəd qara rəngli qısaqol köynəklə üst-üstə keçmiş vəziyyətdə olan 01 (bir) ədəd boz rəngli sviterin sağ və sol bilək hissələrində, 01 (bir) ədəd tünd boz rəngli cins şalvarın arxa tərəfinin iç səthində 01 (bir) ədəd qara rəngli papağın iç səthində aşkar edilmiş qan nümunələri, eləcə də 01 (bir) ədəd ağ rəngli köynəyin yaxalığında, 01 (bir) ədəd ağ rəngli sviterin yaxalığında, Təqsirləndirilən şəxs əl dırnaq kəsintiləri altında mövcud olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Təqdim edilmiş üzərində “tualet yer” və “dəstəyin arxası” qeydləri olan 03 (üç) ədəd çöplü pambıq tampon, üzərində “yataq otağının girişi” qeydləri olan 01 (bir) ədəd pambıq tampon və 4 №-li çöplü pambıq tampon üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş üzərində “tualet yer” və “dəstəyin arxası" qeydləri olan 03 (üç) ədəd çöplü pambıq tampon, üzərində “yataq otağının girişi” qeydləri olan 01 (bir) ədəd pambıq tampon və 4 №-li çöplü pambıq tampon üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. (İ cild, i.v. 238-250) Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X18 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə saat 14:59 radələrində “sol yuxarı ətraf və döş qəfəsində ağrı” şikayətləri ilə 33 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, ona “baş nahiyyəsinin, sol bazu və döş qəfəsinin əziyi” diaqnozu qoyulmuşdur. Şikayətləri davam etdiyindən Nərmin Vəliyeva təkrar xx.xx.2023-cü il tarixində müraciət etmiş, aparılan rentgen müayinəsi nəticəsində “sol bazu sümüyün böyük qabarıq yerdəyişmiş sınığı, və çiyin oynağının tam çıxığı” aşkarlanmışdır. (İİ cild, i.v. 25-27) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 3437 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra və hazırkı dövrdə də hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs koqnitiv funksiyalarında (yaddaş, diqqət, təfəkkür, qavrama və s) normadankənar hallara rast gəlinmədi. Təqsirləndirilən şəxs məsuliyyətsizlik, inadkarlıq, hövsələsizlik, kobudluq, qıcığa qarşı həssaslıq, biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində (fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stres, frustrasiya, qorxu və s.) kimi hallar yaranmamış, hadisə zamanı onun psixiemosional sferasında adi alkoqol sərxoşluğu fonunda hirslilik halı əmələ gəlmiş, emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (İİ cild, i.v. 47-51) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İİ cild, i.v. 57) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 627/2023-MTKŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhumə X7 məxsus şalvarın sağ ayağının ön səthində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş mərhumə X7 məxsus köynək üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş mərhumə X7 məxsus şalvarın sağ ayağının ön səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ baldır nahiyəsində olan sıyrıq ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Alt dodağın əzilmiş yarası, sağ üst və alt göz qapaqlarının, burun, sol yanaq, sağ dirsək oynağı, sağ said, sağ əl, sağ sağrı, sağ bazu oynağı və sağ dirsək oynağı nahiyələrinin qançırları onun paltarları üzərində öz əksini tapmamışlar, bu da həmin nahiyələrinin paltarların örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2Yevqeniyevnaya məxsus köynək və idman şalvarı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 Yevqeniyevnanın bədəninin burun nahiyəsinin əzilməsi, V qabırğanın xətti sınığı və döş qəfəsinin sağ-yan səthinin qançırı, başın təpə ənsə nahiyəsinin və alt dodağın əzilmiş yaraları onun paltarları üzərində öz əksini tapmamışlar, bu da həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçənin arxa səthinin sağ nahiyəsində bir ədəd şalvarın sağ ayağının ön səthində bir ədəd şalvarın arxa səthinin arxa orta nahiyəsində iki ədəd dəlib-keçən zədələr və köynəyin sağ qolunun aşağı səthində bir ədəd kənari zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş və kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici və kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus jaket, alt köynək, köynək, ağ rəngli sviter, papaq və şəpid üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs bədəninin sağ təpə nahiyəsinin, alt dodağın əzilmiş yaraları, sağ bazunun, sağ saidin, sağ dirsək oynağı nahiyəsinin, sağ diz oynağ nahiyəsinin qançırları onun paltarları üzərində öz əksini tapmamışlar, bu da həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş təqsirləndirilən şəxs S.B.Səttarovun yaşadığı mənzildən götürülmüş köynəyin ön səthinin sağ yaxalığında bir ədəd, köynəyin ön səthinin sol yaxalığında bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (altlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş mərhumə Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən götürülmüş yastıq üzü üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. (İİ cild, i.v. 82-90) Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mütəmadi olaraq döymüşdür. (İİ cild, i.v. 92) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/6486 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lifləri yoxdur. (İİ cild, i.v. 94-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 30 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 3 saylı şəhər poliklinikasına müraciət edərkən bədənində qeyd olunan xəsarətlər – sol bazu sümüyünün böyük qabarının yerdəyişmiş sınığı, sol bazu oynağının tam çıxığı, sağ gözaltı nahiyənin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yetirilmələri inkar edilmir, şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil. (İİ cild, i.v. 100-103) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İİ cild,i.v. 110-111) xx.xx.2024-cü il sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.3 və 127.1-ci maddələrindən həmin Məcəllənin 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4, 133.2.6-cı maddələrinə tövsif olunmuş, cinayət işi üzrə qanabənzər ləkə olan yastıq üzü, Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı yataq otağında kreslo üzərində 01 ədəd ağ rəngli üzərində qanabənzər ləkələr olan köynək, meyitə baxış zamanı meyitin əynində olan 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli köynək, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş və üzərində qanabənzər ləkələr olan bir ədəd qara rəngli kurtka, bir ədəd qara rəngli köynək, bir ədəd tünd göy rəngli zamoklu jaket, üst-üstə keçmiş vəziyyətdə 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd boz rəngli sviter, 01 ədəd ağ rəngli sviter, 01 ədəd tünd boz rəngli cins şalvar, 01 cüt göy rəngli rezin şəpid, 01 ədəd qara rəngli papaq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli idman şalvarı maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (İİ cild,i.v. 115-135) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİ cild,i.v. 136-138) Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o, yataq xəstəsi olduğundan məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu, barışmadığını bildirib, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı sağ bazunun bayır səthində 2-3 sm ölçüdə bənövşəyi rəngli, sağ dirsək oynağının içəri səthində 7-8 sm ölçüdə yaşılımtıl-bənövşəyi rəngli, sağ saidin aşağı 1/3-nin ön səthində 4-5 sm ölçüdə, sol saidin aşağı 1/3-nin arxa səthində 5-6 sm ölçüdə qırmızımtıl rəngli qançırlar, sağ təpə nahiyəsində 1-2 sm ölçüdə iki ədəd sıyrılmış üzəri qərtməkli yaralar müşahidə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs MSY-yə gətirilən vaxtı onun üstünə baxış keçirilmiş, başının üst hissəsində yara aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin yaranı tutulmamışdan öncə ehtiyatsızlıqdan yıxılaraq aldığını, şikayəti olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıbaparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Nəsimi Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Baş Prokurorluqdan məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciətində göstərdiyi xüsusatlarla əlaqədar Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində Nəsimi RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması müəyyən edilmədiyi üçün toplanmış 917-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 əlavə stansionar məhkəmə psixiatrik ekspertizasının 117 saylı, xx.xx.2024cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi patologiyadan əziyyət çəkmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırkı hərəkətləri CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən (CM-in 126.3-cü maddəsinə münasibətdə qəsd və ehtiyatsızlıqdan) törədilmiş, başa çatmış cinayətlərdir, təsnifata görə az ağır və ağır cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hərəsinə ancaq 1 zərbəsi endirməsi, polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərilməsi və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə sorğusu əsasında Nəsimi Rayon Polis İdarəsindən, Baş Prokurorluqdan daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 61.1.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(006)-532/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:00-dan hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 154 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş qanabənzər ləkə olan yastıq üzü, Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı yataq otağında kreslo üzərində 01 ədəd ağ rəngli üzərində qanabənzər ləkələr olan köynək, meyitə baxış zamanı meyitin əynində olan 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli köynək, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş və üzərində qanabənzər ləkələr olan bir ədəd qara rəngli kurtka, bir ədəd qara rəngli köynək, bir ədəd tünd göy rəngli zamoklu jaket, üst-üstə keçmiş vəziyyətdə 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd boz rəngli sviter, 01 ədəd ağ rəngli sviter, 01 ədəd tünd boz rəngli cins şalvar, 01 cüt göy rəngli rezin şəpid, 01 ədəd qara rəngli papaq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 110 saat vaxt sərf etmiş, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak edərək ümumilikdə 70 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. 194.1-1-ci maddəsinə əsasən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. 194.2-ci maddəsinə əsasən vəkilin xüsusi ittihamçının nümayəndəsi və ya ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində, yaxud cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlara və ya məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərdiyi hüquqi yardım bu Məcəllənin 193.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilir Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 110 saat vaxt sərf etmiş, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X9 zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak edərək ümumilikdə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 110 saat hüquqi yardıma görə Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 660 manat məbləğində, 70 saat zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak edən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X9 üçün 420 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6-cı maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş qanabənzər ləkə olan yastıq üzü, Təqsirləndirilən şəxs mənzilinə baxış zamanı yataq otağında kreslo üzərində 01 ədəd ağ rəngli üzərində qanabənzər ləkələr olan köynək, meyitə baxış zamanı meyitin əynində olan 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli köynək, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş və üzərində qanabənzər ləkələr olan bir ədəd qara rəngli kurtka, bir ədəd qara rəngli köynək, bir ədəd tünd göy rəngli zamoklu jaket, üst-üstə keçmiş vəziyyətdə 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd boz rəngli sviter, 01 ədəd ağ rəngli sviter, 01 ədəd tünd boz rəngli cins şalvar, 01 cüt göy rəngli rezin şəpid, 01 ədəd qara rəngli papaq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 154 (yüz əlli dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 110 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 660 (altı yüz altmış) manat məbləğində, 70 saat zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak edən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X9 üçün 420 manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1419/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1419/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver