Məhkəmə qərarları › İş №1(101)-1419/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1419/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1419/2025 22.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X9 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, Təqsirləndirilən şəxs, müdafiəçi, “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində və evində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirdiyi külli miqdarda təmiz çəkisi 4247,653 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təmiz çəkisi 6,817 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Baba adlı həmin şəxsin +**********25 GSM nömrədən “Whatsapp” ani mesajlaşma sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan “Mİ” markalı mobil telefona quraşdırlımış +994- 77-349-37-62 GSM nömrəyə göndərdiyi məkan paylaşımlarından istifadə edərək həmin yerdən götürüb əldə etməklə sonradan həmin külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin satışdan əldə olunacaq gəliri öz aralarında böləcəkləri şərti ilə daşıyıb yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 95 ünvanında saxlamış, orada həmin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə hesab edilən metamfetamini bükümlərə ayıraraq 04 ədəd sellofan torbada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,995 qram, 3,671 qram, 3,842 qram, 3,760 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynində olan gödəkçənin sol yan və sağ yan ciblərində və 01 ədəd sellofan torbanın içərisində təmiz çəkisi 3,678 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin həmin gödəkçənin sağ yan cibində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 13:10 radələrində Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə baxış keçirilərkən onun əynində olan arxa tərəfi qəhvəyi, ön tərəfi açıq qəhvəyi rəngli qolsuz gödəkçəsinin sol yan və sağ yan cibindən tərkiblərinə görə eyni olan 4 ədəd sellofan torbada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,995 qram, 3,671 qram, 3,842 qram, 3,760 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisində külli miqdarda təmiz çəkisi 3,678 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və bundan sonra xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq A.Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 95 ünvanında axtarış keçirilmiş və axtarış zamanı mənzildə divar içərisində oyulmuş vəziyyətdə düzbucaq formalı olan açıq vəziyyətdəki saxlanc yerindən 4 ədəd sellofan torbada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,03 qram, 3,838 qram, 3,508 qram, 3,009 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan torbada külli miqdarda təmiz çəkisi 3,139 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin otaqda olan divanın qarşısında dayanan nisbətdə sağ qoltuqaltı hissəsi ilə otağın divarı arasında gizlədilmiş 1 ədəd polietilen bağlamada bir ədəd qara rəngli sellofanda külli miqdarda təmiz çəkisi 4220 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 2 tək yaşamış, pitbul iti saxlamışdır. 2025-ci ilin yanvar ayında yan həyətdəki qonşusu Taleh içkili vəziyyətdə hay-küy salmışdır. Nə vaxt söz demək istəsələr, Taleh prokurorluqda qohumu olduğunu, heç kəsin ona toxuna bilməyəcəyini demişdir. Belə ki, onların arasında mübahisə yaranmışdır. O, qapını açmış, lakin həyətə çıxmamışdır. Taleh də yanında iki oğlu və evlərinə qonaq gələn şəxslə həyətdə dayanmış, ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, daşla qapı-pəncərəni sındırmışlar. O, qapını açıb Talehdən niyə belə hərəkət etdiyini soruşmuş, bu zaman Taleh ona təpik atmışdır. Təpik atan kimi it də onun yanına gəlmişdir. Taleh yerə yıxılanda it Talehin üzərinə hücum edib boğazından dişləmişdir. Bundan sonra o, itini də götürüb evə keçmişdir. Həmin vaxt Talehin evinə qonaq gələn oğlan yumruqla pəncərəsini sındırmış, yumruq atandan sonra əli evin içərisinə doğru keçmiş, iti də oğlanın əlini dişləmişdir. Baş verən hadisələrdən sonra o, itini də götürüb evinin yaxınlığındakı gölə tərəf getmiş və səhərədək orada gözləmişdir. Növbəti gün evə gələndə evinin bütün pəncələrinin sındırıldığını, pərdələrinin yerindən söküldüyünü görmüşdür. O, Talehgildən polisə şikayət etmək istəmiş, amma qonşular icazə verməmişlər. Hamısı Talehin içkili olduğunu, bu səbəbdən belə əməl törətdiyini demişdir. 3-4 gün sonra o, qızına zəng edərək baş verənləri danışmış, qızı da onun yanına gəlmiş, evin vəziyyətini görmüşdür. Qızı cibindəki son 25 manatını ona vermiş, o, həmin pulla evin sındırılmış pəncərələrini düzəltdirmişdir. 4-5 gündən sonra Alatavanın sahə müvəkkili Kənan evinə gəlmiş, ona itini götürüb onunla bir yerdə 27-ci Polis bölməsinə gəlməli olduğunu demişdir. Bölmədə sənəd yazıb vermişlər, o da aşağısına imza çəkmişdir. Oxumağı, yazmağı bilmədiyi üçün nə dedilərsə, razılaşmışdır. Kənan onu iti ilə bir yerdə “Toplan”a aparmışdır. Orada itini əlindən almışlar. Kənana nə qədər yalvarsa da, məhəl qoymamış, hətta təpiklə arxasından vuraraq yerə yıxmış, ona qarşı nalayiq söyüşlər işlətmişdir. Sonra onu polis maşınına mindirmişlər. Yolda olanda Kənan ona itinə iynə vurub öldürdüklərini deyərək acıqlandırmışdır. O da ağlayaraq belə ifadələr işlətməməsini xahiş etmişdir. Bir gün 27-ci Polis bölməsində saxlanılmış, axşam saatlarında evə buraxmışlar. Evdə tək qala bilməmiş, buna görə də, qızına zəng edib tez gəlməsini istəmiş, evi satışa qoyaraq, itini “Toplan”dan geri götürərək, başqa yerdən ev alıb ora köçməyi planlaşdırmışdır. Tanış maklerə evini satışa qoyduğunu demiş, makler də Anar İbrahimov adlı şəxsin evi almaq istədiyini bildirmişdir. O, Anara zəng etmiş, Anar da qohumlarını evə baxmaları üçün yollayacağını bildirmişdir. Bir neçə gün sonra Anarın qohumları gəlmiş, evə baxmışlar. Qiymətdə 2.000 manat endirim etməsini istəmişlər. O da 2.000 manat endirim etdiyi halda özünə yeni bir ev ala bilməyəcəyini demişdir. Onlar da çıxıb getmişlər. Sonra Anar ona itini “Toplan”dan geri götürməsində kömək etmişdir. X11 rayon Polis İdarəsində işləyirmiş. 3-4 gün sonra Kənan yenidən evinə gəlmiş, ondan iti ilə bir yerdə onunla birlikdə gəlməli olduğunu demişdir. Kənana itini geri qaytarmayacağını, əlindən alsalar, özünə xəsarət yetirəcəyini demişdir. Sonra evə getmişdir. Evə keçdikdən sonra Kənan pəncərələri, qapını, çərçivəni sındırmağa başlamış, qapıdan keçərək onun qolundan dartmışdır. Bu zaman it yanına gəlmiş, it yanına gələndə Kənan silahını çıxardıb iti ağız nahiyəsindən vurmuşdur. İti vurulduqdan sonra yerə yıxılmış, ağzından qan gəlmişdir. O, tez evə tərəf gedərək ayaqqabısını geyinib itinə kömək etmək istəmişdir. Bu zaman it onun arxasınca gəlmişdir. İt arxasınca gələndə Kənan iti bir dəfə də qarın nahiyəsindən vurmuşdur. O, evə girəndə yerdə silah olduğunu görmüşdür. Tez həmin silahı götürüb Anara aparmışdır, Anar da ona silahla bağlı işinin daha da ağırlaşa biləcəyini demişdir. O, hadisələr baş verdikdən sonra o, su içmək üçün qonşusuun evinə getmiş, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman 5 nəfər imişlər. Rüfət adlı şəxs onları evinə aparmış, orada baxış keçirilmişdir. Baxış zamanı onları həyətdə gözlətmişlər. Rüfət adlı şəxs baxış zamanı evdən nəşə aşkar edildiyini bildirmişdir. Videoçəkiliş zamanı evdə aşkar olunan “nəşə”nin yerini o belə tapa bilməmişdir, amma Rüfət həmin dəqiqə aşkar etmişdir. Həmin narkotik vasitəni evinə yerləşdirən Rüfət adlı şəxs olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, 4-5 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni tanış adamdan alır. Həmin şəxs ondan 1 həftə qabaq polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitə aldığı şəxs Camal Baxşəliyev imiş. “İnstagram” istifadə etməmiş, sadəcə “Whatsapp”dan qızı ilə yazışmışdır. Baba adlı şəxsi tanımır. Bölmədə ona Ayxan adlı şəxsin adını demişlər, yenilikcə də Baba adlı şəxs ortaya çıxmışdır. Belə adamları tanımır. Narkotik vasitələrlə bağlı heç kimin kartına pul köçürməmişdir. Bəzən əlinə 10-15 manat pul keçmiş, onunla narkotik vasitə almışdır. Heç kimin kartına narkotik vasitə ilə bağlı 300 manat pul köçürməmişdir. Qızı kartına pul atmış, o da həmin pulla evə çörək almışdır. Evləri təmizləməyə getmiş, həyətdə xalça yumuş, bu yolla pul qazanmışdır. Narkotik vasitə istifadə etdiyindən çox peşmandır. İbtidai istintaqda məcbur qaldığı üçün özünü təqsirli bildiyini demişdir. Rüfət narkotik vasitəni evinə yerləşdirən zaman o, bölmədə olmuşdur. Bölmədə olan zaman ona müdafiəçi təyin olunmuşdur. Müdafiəçi ilə danışmağa imkan verməmişlər. Videoçəkiliş zamanı polis əməkdaşlarının dediklərinin hamısını məcbur qaldığı üçün boynuna almışdır, çünki onlar nalayiq ifadələr işlətmiş, söyüş söymüşlər. Bölmədə olan zaman ona fiziki təzyiq göstərilməmişdir. Bölmədə ona sənəd təqdim etmişlər, hamısına imza çəkmişdir, çünki ona sənədlərə imza çəkdikdən sonra evə buraxacaqlarını demişlər. Müstəntiq ona sənəd təqdim etmiş, aşağısında “oxudum, ifadəmi təsdiq edirəm” yazmasını istəmişdir. O da müstəntiqə oxumağı, yazmağı bilmədiyini demişdir. Rüfətin evinə narkotik vasitə yerləşdirilməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Sonuncu dəfə tutulmamışdan öncə “kola” adlı narkotik vasitədən istifadə etmişdir. Onun üzərindən sadəcə Anarın verdiyi “patı” və “nəşə” çıxmışdır. Anar hətta ona evində də narkotik vasitə olduğunu bildirməsini tapşırmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 5 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan və psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edir. Bundan başqa onun pulu olmadığından o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olurmuş. Təxminən 2 ay əvvəl “İnstagram” sosial şəbəkəsində Baba adlı İran İslam Respublikasının vətəndaşı olan şəxslə tanış olmuşdur. O, ilkin olaraq iranlının hesabına pul ötürərək narkotik vasitə alırmış. Təxminən 15-20 gün əvvəl Baba adlı şəxs onun istifadəsində olan +994-77-349-37-62 GSM nömrəmin “Whatsapp” sosial mesencer xidmətindən +**********25 saylı nömrədən yazaraq onunla işləməyi təklif etmişdir. Baba ləqəbli şəxs ona narkotik vasitələr atacağını, həmin narkotik vasitələri onun dediyi ünvanlara qoyacağını və bununla da ona həm pul, həm də istifadə üçün narkotik vasitə verəcəyini bildirmişdir. Həmçinin Baba ləqəbli şəxs ona, əgər onun öz müştəriləri olsa, həmin narkotik vasitələri öz müştərilərinə də sata biləcəyini demişdir. O, həmin narkotik vasitələri almaq üçün pulu olmadığını bildirmiş, Baba ləqəbli şəxs pulun lazım olmayacağını, sadəcə ona narkotik vasitələri onun dediyi ünvanlara qoymağı və bundan sonra ona pul verəcəyini bildirmişdir. O, bu yolla pul qazanacağını fikirləşmiş, Baba ləqəbli şəxsin dedikləri ilə razılaşmış və onlar birlikdə işləməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə Baba ləqəbli şəxs ona “Whatsapp” sosial mesencer xidmətindən istifadəsində olan mobil nömrəyə konum, yəni onun narkotik vasitəni götürəcəyi yeri atmış, o, deyilən yerə, yəni Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən zibil qutularının yanına getmiş və orada bir neçə bağlama olduğunu görmüşdür. O, həmin bağlamaları götürmüş və yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 95 ünvanına gətirmişdir. Baba ləqəbli şəxslə əlaqə saxlamış və sonuncuya, göndəridyi bağlamaları götürdüyünü bildirmişdir. O, Baba ləqəbli İran İslam Respublikasının vətəndaşı olan şəxslə bir neçə dəfə “Whatsapp” sosial mesencer xidmətindən görüntülü danışmış, lakin həmin şəxslə heç bir zaman görüşməmişdir. Baba ləqəbli şəxs həmin bağlamaların içində narkotik vasitə metamfetamin və qurudulmuş marixuana olduğunu bildirmişdir. Belə ki, onlar arasında bununla əlaqədar qabaqcadan razılaşma olmuşdur. Onlar arasında olan razılaşmaya əsasən adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Baba adlı şəxs ona 300 manat pul verirmiş. Onun öz müştəriləri narkotik vasitə istəyəndə isə Baba adlı şəxsə bildirib həmin narkotik vasitələri satırmış, əldə etdiyi pulu isə Baba ləqəbli şəxsin ona təqdim etdiyi ********* nömrəli “M10” hesabına göndərirmiş. 11 fevral 2025-ci il tarixdə saat təxminən 12 radələrində o, 1 gün əvvəl götürdüyü bağlamalardan kütlələr götürərək satmaq üçün ciblərinə qoymuşdur. Belə ki, o, 4 sellofan torbada qurudulmuş marixuana və bir sellofan torbada psixotorp maddə olan metamfetamin götürüb ciblərinə qoymuşdur ki, müştəri olsa satsın. Həmin gün o, evdən çölə çıxmış və ona zəng gəlməsini gözləmişdir. 11 fevral 2025-ci il tarixdə, saat 13:10 dəqiqədə ünvan 3 ünvanının qarşısında dayanan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Onu xidməti otaqların birinə dəvət etmişlər. Ona narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında, gəzdirilməsində və satışında şübhəli olduğunu bildirmişlər. Ona vəkillər siyahısını təqdim etmişlər və növbədə olan vəkillərdən o, müdafiəçi X10 müdafiə etməsini istəmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bu zaman təqhqiatçının otağında polis əməkdaşlarının, xanım polis əməkdaşının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan arxa tərəfi qəhvəyi, ön tərəfi açıq qəhvəyi rəngli qolsuz gödəkçənin sol yan cindən 03 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd sellofan torbanın içərisində psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində mobil telefon olub-olmaması soruşulmuş, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Mİ” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə matemafetamini X5 vətəndaşı Baba ləqəbli şəxsdən aldığını bildirmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Üzəri o, müdafiəçi, təhqiqatçı və polis əməkdaşları tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Mİ” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, həmin kütlələr özünə məxsusdur, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan Baba adlı şəxsin vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq və öz müştərilərinə satmaq məqsədi ilə əldə etmişdir. Ona bundan başqa narkotik vasitə olub-olmadığını soruşulduqda o, yaşadığı evdə də narkotik vasitələr olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, evdə divar içərisində oyulmuş vəziyyət düzbucaq formalı yerdən 04 ədəd sellofan torbada qurudulmuş marixuananı və 01 ədəd sellofan torbada psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra divanın qırağında yerləşən bir ədəd qara rəngli torbanın içərisində qurudulmuş marixuana kütləsini təqdim etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri o, müdafiəçi, təhqiqatçı və polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 232-233). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, elan olunmuş ifadəsini təsdiq etmir. Protokoldakı imzalar isə ona məxsusdur. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 11 fevral 2025-ci il tarixdə onlara daxil olmuş əməliyyat məlumatı əsasında 1-ci Alatava 153 ünvanında, yəni yaşadığı ünvanın yaxınlığında Natəvana yaxınlaşıb özlərini təqdim etmişlər. Əməliyyat məlumatında Natəvanın narkotik vasitələrin satışı və daşınması ilə məşğul olması bildirilmişdir. Özlərini təqdim etdikdən sonra Natəvana hansı əməli törətməkdə saxlanıldığını izah etmiş, onlarla İdarəyə gəlməsini təklif etmişlər. Beləliklə, İdarədə təhqiqatçının otağında vəkilin də iştirakı ilə Natəvanın üzərinə baxış keçirmişlər. Baxış zamanı şəxsin qəhvəyi rəngli gödəkçəsinin cibindən 3 ədəd şəffaf sellofan bükümdə marixuana aşkar edilmişdir. Natəvan aşkar olunan narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Hətta evində də narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra təhqiqatçının da iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı evdən 3-4 büküm aşkar edilmişdir, səhv etmirsə, həm marixuana, həm də metamfetamin var imiş. Natəvan həmin narkotik vasitələri Baba adlı İran İslam Respublikası vətəndaşından 9-10 fevral tarixlərində əldə etdiyini demişdir. Natəvan narkotik vasitələrin satışını həyata keçirən zaman qonşular videogörüntülər çəkmişlər, həmin görüntülər sosial şəbəkələrdə olmuşdur. Belə ki, onlar Natəvanı tutduqdan sonra çəkilən videogörüntülər 16 fevral tarixində sosial şəbəkələrdə paylaşılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Natəvanı saxladıqdan sonra qonşular onun narkotik vasitələrin satışını həyata keçirməsinə dair videogörüntüləri sosial şəbəkələrdə paylaşmışlar. O, videogörüntüləri telefonda sosial şəbəkələrə baxan zaman görmüşdür. Natəvanın narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç kəsə məlumat verməmişlər, videogörüntülərə baxan şəxslərin hamısı satışın həyata keçirildiyinə şahid olmuşdur. Natəvanı yaşadığı ünvanın yaxınlığında, 1-ci Alatava 153 ünvanında saxlamışlar. Həmin ünvanda ara küçələr var imiş, heç bir maşın daxil ola bilməmişdir, sadəcə iki nəfər keçə bilmişdir. Onlar təqsirləndirilən şəxsi saxlayan zaman telefondan birbirlərinə konum göndərmişlər. Natəvanı saxladıqdan sonra özlərini təqdim etmişlər, əməliyyatçı olduqlarını bildirmiş, onlarla İdarəyə gəlməsini istəmişlər. Natəvan da onlardan səbəb soruşmuşdur. Natəvana onun barəsində narkotik vasitələrin satışı və daşınması ilə məşğul olduğuna dair əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Onlara daxil olan əməliyyat məlumatında Natəvanın üzərində qəhvəyi rəngli gödəkçə olmuşdur. Şəxsi saxlayan zaman ondan şəxsiyyət vəsiqəsini istəməmişlər, özü adını və soyadını bildirmişdir. Şəxsi İdarəyə gətirdikdən sonra təhqiqatçının otağına aparmışlar, daha sonra vəkil dəvət olunmuşdur. Vəkil Natəvanı təhqiqatçının otağına apardıqdan təxminən 15-20 dəqiqə sonra gəlmişdir. Şəxsin üzərinə baxış vəkil gəldikdən sonra həyata keçirilmişdir. Natəvanın saxlanılmasında Anar İbrahimov iştirak etməmişdir. Narkotik vasitə istifadə edən şəxslərin hamısı Anar İbrahimovu tanımış, rəis olduğunu bilmişdir. Natəvanın saxlanılmasında, üzərinə və evinə baxış keçirilməsində ondan başqa Rüfət adlı şəxs iştirak etməmişdir. Yasamal RPİ-nin NMB-də Rüfət adlı tək əməkdaş o olmuşdur. Nə o, Natəvanın evinə narkotik vasitə yerləşdirmişdir, nə də digər əməkdaşlar tərəfindən belə halın törədilməsinə şahid olmuşdur. Natəvanin itinin silahdan atəş açılaraq öldürülməsinə dair heç bir məlumatı yoxdur. Belə bir hal baş verdiyi zaman dərhal növbətçiyə məlumat verilirmiş, kitabçaya silahdan atəş açıldığına dair müvafiq qeyd aparılırmış. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiqi edilmiş ifadəsində digər polis əməkdaşı Şahid1 Şahid2 göstərdiklərini tam təsdiq etmişdir (cild 1, iş vərəqi 127-130). Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin yetkinlik yaşına çatmayanlara profilaktiki işin təşkili bölməsinin inspektoru vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, əməkdaşlar Natəvanı İdarəyə gətirmişlər və ona zəng etmişlər ki, xanımın üstünə baxış keçirmək lazımdır. Natəvan narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan Baba adlı şəxsdən aldığını demişdir. O, yoxlanış edəndə əməkdaşlar və vəkil də orada imiş. Əvvəla üstündə nə varsa, təqdim etməsini bildirmişlər. Xanım da təqdim etmişdir. Natəvanın üzərində gödəkçə var imiş. Onun üzərindəki gödəkçənin sol cibindən bükümlərdə marixuanaya bənzər və ağ rəngli metamfetaminə bənzər maddə çıxmışdır. Videoçəkiliş aparılmışdır. Sonra da onun üzərindən gümüşü rəngli mobil telefon çıxmışdır. Xanıma üzərində başqa nə isə varsa, təqdim etməsini bildirmişlər. Ardınca Natəvan evində də narkotik vasitələrin, marixuana və metamfetamin olduğunu qeyd etmişdir. Daha sonra o, əməkdaşlarla birlikdə xanımın yaşadığı evə getmişdir. Xanım Alatava ev 95 ünvanında həyət evində yaşayırmış. Evə daxil olanda sol tərəfdəki otaqda divarın içindən 3-4 büküm marixuana və 1 büküm metamfetamin aşkar etmişlər. Xanım onları divanın üstünə qoymuşdur. Videoçəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Daha sonra isə həmin otaqda divan tərəfdə böyük qara rəngli sellofan çantanın içərisindən də marixuanaya oxşar kütlə aşkar edilmişdir. Yəqin ki, satış məqsədilə Baba adlı İran İslam Respublikası vətəndaşından almışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, üzərinə baxış keçirilən zaman kimsə götürüb narkotik vasitələri Natəvanın cibinə qoymamışdır. Hətta vəkili də orada olmuş, vəkil Natəvana yaxınlaşıb hər hansı problemi varsa, deyə biləcəyini bildirmişdir. Natəvan da hər şeyin yaxşı olduğunu demişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Ünvan Alatava ev 95-ə Natəvanı saxlayan əməkdaşlarla getmişlər, Natəvan da onlarla birlikdə olmuşdur. Qapını Natəvan özü öz açarı ilə açmış, əməkdaşlarla birlikdə içəri daxil olmuşdur. Qara rəngli sellofan, səhv etmirsə, çanta divanın arxa tərəfində imiş. Videoçəkiliş aparmışlar. Protokol tərtib edilmiş, imza çəkilmişdir. Natəvanı heç kəs məcbur edərək, təzyiq göstərərək üzərinə narkotik vasitə yerləşdirməmişdir. Natəvana onun yanında polis əməkdaşları heç bir söyüş söyməmişdir. Özü də belə bir hərəkət etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, barəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və saxlanılmasında əsaslı şübhələr olan Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 11 fevral 2025-ci il tarixdə Yasamal RPİnin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhələr olan xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ kəndi Neftçilər küçəsi, ev 58-də qeydiyyatda olan və Yasamal rayonu, 1-ci Alatava, ev 95-də yaşayan X1 rayonu, 1-ci Alatava, ev 153 ünvanın qarşısında saat 13:10 radələrində saxlanılaraq 13:20 radələrində Yasamal RPİ-nə gətirilmişdir (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki arxa tərəfi qəhvəyi, qabaq tərəfi açıq qəhvəyi rəngli qolsuz gödəkçənin sol yan cibindən 03 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf sellofan büküm, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf sellofan büküm, 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan büküm təqdim edərək 04 bükümün içərisində marixuana, 01 ədəd bükümün içərisində metamfetamin olduğunu, həmin maddələri Baba adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Mİ” markalı gümüşü rəngli mobil telefon çıxardaraq təqdim edərək həmin mobil telefonla Baba adlı şəxslə əlaqə saxladığını qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində və ya ona aid olan hardasa hər hansı qanunsuz əşya və ya predment olub-olmadığı soruşulduqda, Nətavən Baxişeva yaşadığı Yasamal rayonu, 1-ci Alatava, ev 95 ünvanında yerləşən mənzilində narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd bükülüdəki maddə və “Mİ” markalı gümüşü rəngli mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 3 ədəd kağız zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf sellofan büküm və 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan bükümün qoyulduğu zərflərin üzərində "1№-li zərf" yazılmışdır. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 31-33). - baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan ünvan 7rilməsinə əsas Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop madda metamfetamindən başqa yaşadığı mənzilində həmin narkotik vasitə və psixotrop maddədən olmasını bildirməsi səbəbi olmuşdur. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının və ya vəsatətinin olub-olmaması soruşulduqda, sonuncu heç bir etirazının və vəsatətinin olmamasını bildirmişdir. Baxış keçirilən ünvandakı fərdi yaşayış evinin giriş qapısı bir taylı olmaqla qapı dəmir materialdan olan seyf tiplidir, qapı üzərində “VAZ” tipli qıfıl vardır, heç bir zədə izi yoxdur və qapı tünd qəhvəyi rənglidir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs giriş qapısından sağda yerləşən işıq sayğacının üzərindən giriş qapısının açarını götürməklə qapını açır və iştirakçıları həyətə dəvət edir. Giriş qapısı açıldıqda mətbəx otağına giriş vardır. Mətbəx otağından solda digər otağa aparan açıq- arka və giriş qapısı ilə paralel vəziyyətdə sanitar qovşağına aparan qapı yerləşir. Digər otaq yataq otağıdır. Otaqda arka girişi ilə paralel vəziyyətdə üzərində yataq əşyaları olan açıq vəziyyətdə olan iki-taylı divan, 01 ədəd çarpayı, üzəri süfrə ilə örtülmüş 01 ədəd masa, 02 ədəd qoltuq üzəri açıq qəhvəyi rəngli örtüklü qoltuq vardır. Təqsirləndirilən şəxs evində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunduqda, sonuncu təkliflə razılaşaraq arkadan sağda divar içərisində oyulmuş vəziyyətdə düzbucaq formalı 60 sm eni, 30 sm hündürlüyü və 30 sm dərinliyində olan açıq vəziyyətdəki saxlanc yerindən 5 ədəd şəffaf rəngli paketləri götürüb divanın üzərinə qoyur. Həmin paketlərdən 4 ədədinin içərisində tünd yaşıl rəngli qurudulmuş formalı, 1 ədədinin içərisində isə ağ rəngli kristal şəkilli kütlələr olması kənardan keçirilən vizual baxışda görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olması, onu kimdən və nə vaxt əldə etdiyi soruşulduqda, sonuncu təqdim etdiyi 04 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf paketdə bükümün içərisində marixuana, 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf paket içərisində metamfetamin olmasını bildirir. Daha sonra isə həmin otaqda olan divanın qarşısında dayanan nisbətdə sağ qoltuqaltı hissəsi ilə otağın divarı arasında yığılmış müxtəlif paketləri qaldıraraq qara rəngli sellofanda olan bükümü göstərərək götürülməsində köməklik edilməsini xahiş edir. İştirakçı Şahid1 tərəfindən göstərilən köməklə həmin sellofan paket içərisində olan əşya ilə çıxardılaraq masa üzərinə qoyalduqda paket içərisindəkinin qara rəngli üzəri şəffaf yapışqanlı lentlə sarınmış vəziyyətdə olan böyük ölçülü bağlama olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin bağlamadakının nə olması soruşulduqda, sonuncu bağlamadakının “nəşə” olmasını bildirir. Bağlama mətbəx otağından götürülmüş bıçaqla qismən kəsilərək açıldıqda içərisində qurudulmuş ot şəkilli, tünd yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin maddələri bir gün öncə, yəni 10 fevral 2025-ci il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsdən əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi otaq divarının rəfindən 04 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf paketlər, 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf paket içərisinə baxılır, 01 ədəd qara sellofanda üzəri qara sellofan ilə bükülmüş, yəni bağlı vəziyyətdə olan, qara rəngli büküm kəsilərək içərisində yaşıl rəngli ot şəkilli kütlənin olması aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxs başqa hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulduqda sonuncu təqdim etdiyi bükümlərdən başqa heç bir qanunsuz əşya olmamasını bildirmiş və onun razılığı ilə yaşadığı mənzilə baxış keçirildikdən sonra ilk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf sellofan büküm içərisi boş vəziyyətdə olan ağ zərfə, 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan büküm içərisi boş vəziyyətdə olan ağ zərfə və 01 ədəd qara sellofanda üzəri qara sellofan ilə bükülmüş, yəni bağlı vəziyyətdə olan, kəsilərək içərisində yaşıl rəngli ot şəkilli kütlə aşkar olunmuş qara rəngli büküm ağ rəngli sellofana qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmiş və DİNin 42 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş 04 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf sellofan büküm və 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan bükümün qoyulduğu zərflərin üzərində "2 №-li zərf" yazılmışdır (cild 1, iş vərəqi 37-40). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/285 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində; “imza Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan birinci zərfdə dörd ədəd sellofan torbada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,995 qram, 3,671 qram, 3,842 qram və 3,760 qram olmaqla, ümumi çəkisi 14,268 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində “imza Təqsirləndirilən şəxs..." yazılar və imzalar olan ikinci zərfdə dörd ədəd sellofan torbada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,03 qram, 3,838 qram, 3,508 qram və 3,009 qram olmaqla, ümumi təmiz çəkisi 13,385 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində “...imza Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan polietilen bağlamada bir ədəd qara rəngli sellofanda 4220 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir (cild 1, iş vərəqi 50-54). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/624 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N42” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözlər, soyadlar və imzalar qeyd edilmiş iki ədəd zərfdə olan; 1 N°-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,678 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2N-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,139 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 55-59). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 75-76). - diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “DVD” formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edildi. Diskdə olan görüntü Yasamal RPİ-nin inzibati binasında qeydə alınaraq, Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və onun yanında həmin bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin İTB-nin Yetkinlik yaşına çatmayanlara profilaktiki işin təşkili bölməsinin inspektoru, polis polkovnik-leytenantı Şahid3 iştirakları ilə Yasamal RPİnin TŞ-nın təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin müdafiəçisi, “Mərkəz” vəkil bürosunun vəkili X10 iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan arxa tərəfi qəhvəyi qabaq tərəfi açıq qəhvəyi rəngli qolsuz gödəkçənin sol yan cibindən 03 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf sellofan büküm, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf sellofan büküm, 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan büküm təqdim edərək 04 bükümün içərisində marixuana, 01 ədəd bükümün içərisində metamfetamin olduğunu, həmin maddələri Baba adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Mİ” markalı gümüşü rəngli mobil telefon çıxardaraq təqdim edərək həmin mobil telefonla Baba adlı şəxslə əlaqə saxladığını qeyd etdiyi baxış zamanı müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində və ya ona aid olan hardasa hər hansı qanunsuz əşya və ya predment olub-olmadığı soruşulduqda Nətavən Baxşəliyeva yaşadığı Yasamal rayonu, 1-ci Alatava, ev 95 ünvanında yerləşən mənzilində narkotik vasitə və psixotrop maddə saxladığını bildirməsi baxış zamanı müşahidə edilir. Həmçinin narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokollaşdırıldığı müşahidə olunur (cild 1, iş vərəqi 103). - diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: “DVD” formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edildi. Həmin diskdə olan görüntü Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 95 saylı ünvanında qeydə alınaraq, Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və onun yanında həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin İTB-nin Yetkinlik yaşına çatmayanlara profilaktiki işin təşkili bölməsinin inspektoru, polis polkovnik-leytenantı Şahid3 və saxlanılan şəxsin müdafiəçisi, “Mərkəz” vəkil bürosunun vəkili X10 iştirakları ilə Yasamal RPİ-nin TŞ-nın təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin yaşadığı mənzildə axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl yaşadığı məznildə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilməsi müşahidə olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə arkadan sağda divar içərisində oyulmuş vəziyyətdə düzbucaq formalı olan açıq vəziyyətdəki saxlanc yerindən 05 ədəd şəffaf rəngli paketləri götürüb divanın üzərinə qoyması müşahidə edilir. Həmin paketlərdən 04 ədədinin içərisində tünd yaşıl rəngli qurudulmuş formalı, 01 ədədinin içərisində isə ağ rəngli kristal şəkilli kütlələr olması diskə baxışda görünür. Təqsirləndirilən şəxs həmin maddənin nə olması, onu kimdən və nə vaxt əldə etdiyi soruşulduqda, sonuncu təqdim etdiyi 04 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf paketdə bükümün içərisində marixuana, 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf paket içərisində metamfetamin olmasını bildirir. Daha sonra isə həmin otaqda olan divanın qarşısında dayanan nisbətdə sağ qoltuqaltı hissəsi ilə otağın divarı arasında yığılmış müxtəlif paketləri qaldıraraq qara rəngli sellofanda olan bükümü göstərərək götürülməsində köməklik edilməsini xahiş edir. İştirakçı Şahid1 tərəfindən göstərilən köməklə həmin sellofan paket içərisində olan əşya ilə çıxardılaraq masa üzərinə qoyulduqda paketin içərisindəkinin qara rəngli üzəri şəffaf yapışqanlı lentlə sarınmış vəziyyətdə olan böyük ölçülü bağlama olması müşahidə edilir. Təqsirləndirilən şəxs həmin bağlamaların nə olması soruşulduqda, sonuncu bağlamadakının “nəşə” olmasını bildirir. Bağlama mətbəx otağından götürülmüş bıçaqla qismən kəsilərək açıldıqda içərisində qurudulmuş ot şəkilli, tünd yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin maddələri bir gün öncə, yəni 10 fevral 2025-ci il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsdən əldə etdiyini bildirməsi baxış zmaanı müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi otaq divarının rəfindən 04 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf paketlər, 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf paket içərisinə baxılır. 01 ədəd qara sellofanda üzəri qara sellofan ilə bükülmüş, yəni bağlı vəziyyətdə olan, qara rəngli büküm kəsilərək içərisində yaşıl rəngli ot şəkilli kütlənin olması aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxs başqa hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulduqda sonuncu təqdim etdiyi bükümlərdən başqa heç bir qanunsuz əşya olmamasını bildirir və onun təqdim etdiyi 04 ədəd içərisində yaşıl rəngli ot şəkilli kütlə olan şəffaf sellofan büküm içərisi boş vəziyyətdə olan ağ zərfə, 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan büküm içərisi boş vəziyyətdə olan ağ zərfə və 01 ədəd qara sellofanda üzəri qara sellofan ilə bükülmüş, yəni bağlı vəziyyətdə olan, kəsilərək içərisində yaşıl rəngli ot şəkilli kütlə aşkar olunmuş qara rəngli büküm ağ rəngli sellofana qablaşdırılması və üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilməsi və möhürlənməsi baxış zamanı müşahidə edilir (cild 1, iş vərəqi 104-105). - maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş təmiz çəkisi 4247,653 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 6,817 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4247,203 qram narkotik vasitə qurudulmuş marixuana və 6,717 qram psixotrop maddə metamfetamin saxlanması üçün Yasamal RPİnin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 106-107). - məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, X2 aşkar edilmiş boz rəngli "Mİ" markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, "Mİ" markalı mobil telefon **********87154 və **********87162 imei kodlu boz rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində +994-77-349-37-62 saylı nömrə vardır. Həmin mobil telefonun "Whatsapp" sosial mesencer bölümünə daxil olduqda həmin proqramda "dost" adlı +994-50-481-66-54 saylı mobil nömrəsini istifadə edən şəxs "Nata babat olsun haa az olsa qaytaracam" mesajı yazılmışdır. Bundan başqa həmin mobil telefonun şəkillər bölümünə daxil olduqda kağızın üzərində narkotik vasitə olan heroinə bənzər maddənin olması, bundna başqa tərəzi üzərində müxtəlif bağlamalarda 0,92, 1,07, 0,27, 0,40, 0,24 qram çəkilərdə müxtəlif növ narkotik maddələrin olaması müəyyən edilir. Həmçinin həmin fotoşəkillərə baxış zamanı 12 dekabr 2024-cü ildə saat 0:17-də ərazi şəklinin olması və nişan ilə yerin göstərildiyi, 12 dekabr 2024-cü il saat 16:36-da eyni üsulla ərazi şəklinin olması və nişanlı yerin göstərilməsi müşahidə edilir (cild 1, iş vərəqi 109-125). - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, əməkdaşlar tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olsa da konkret olaraq kimlərə satması, həmçinin üzərində aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Baba ləqəbli İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar əməliyyat tədbirləri davam etdirilir. Müsbət nəticə əldə olunarsa əlavə olara sizə məlumat veriləcəkdir (cild 1, iş vərəqi 138). - DİN-nin Baş Əməliyyat və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 154). - diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon məlumatlarına dair "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış keçirilmiş, DVD diskə baxış zamanı müəyyən edildi ki, qeyd olunan diskdə 03 ədəd PDF formatda fayl mövcuddur. İlkin olaraq "Mushteri zenglerinin detallashmasi_MSİSDN_773493762" adlı PDF formatlı fayla baxış keçirildikdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsində olan anten dairəsi göstərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il 12:18:11 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 131/1/Nasimi/ (40.395xx/xx.81215) olması müəyyən edilmişdir. Daha sonra isə xx.xx.2025-ci il 12:19:49-da, xx.xx.2025-ci il 12:20.07də xx.xx.2025-ci il 12:23:03-də (40.395xx/xx.81215) kordinatda olması müəyyən edilmişdir. Belə ki, göstərilən (40.395xx/xx.81215) kordinatlar Yasamal rayon ərazisində olmasını göstərir. Bundan sonra ikinci fayla yəni, SMS detallashmasi_MSİSDN_773493762 adlı PDF formatlı fayla daxil olduqda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nörməsindən çıxan və daxil olan SMS mətnlərin siyahısı olması görünür. Belə ki, xx.xx.2024-cü il saat 01:45:25-də 99***-***-**-** saylı mobil nörmsəindən 994-77-349-37-62 saylı mobil nörməsindən "О.ханысы.(söyüş).мана. мал. вермирик. сойиблар. бащира. мал.верани.о.адамын” yazılmış mesajda göstərilmişdir ki, “ахзына.(söyüş)", xx.xx.2024-cü il saat 00:25:57-də 99***-***-**-** saylı nömrədən 99***-***-**-** saylı nömrəyə yazılmış mesajda göstərilmişdir ki, "Ната бир дене де истиуирем", xx.xx.2024-cu il saat 12:02:15-də 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nörməsinə yazılmış mesajda göstərilmişdir ki, "Меним Йа Пуллуму Йада Йада Малымы", xx.xx.2024-cu il saat 14:28:13-də 99***-***-**-** saylı mobil nömrədən 99***- ***-**-** saylı mobil nömrəsinə yazılmış mesajda göstərilmişdir ki, "Menem mansur acda teli yene goturmek isteyirem", xx.xx.2024-cü il saat 22:32:53-də 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nörməsinə yazılmış mesajda göstərilmişdir ki, "Emin menem Seva 5 deq cixiram. 10luq ?ge pati?", xx.xx.2024-cü il saat 18:27:54-də 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə yazılmış mesajda göstərilmişdir ki, "Seva menem rima ayqlz tema lazımdı esidmisem olanlardan mene ne meni tanmisan beyem tel ac mene tema lazimdi olem", xx.xx.2024-cü il saat 20:58:03-də 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nörməsinə yazılmış mesajda göstərilmişdir ki, "Natavan meni piz vezyeyde qoyma bax malim qalib bayirda seni gozleyirem bir dene kola birde pati 15m varimdi musa gözduyur şehid plakat yaninda gel ora", xx.xx.2024-cü il saat 20:14:03-də 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəsinə ayzılmış mesajda göstərilmişdir ki, "Ay nati var gelimde olem", xx.xx.2024-cü il saat 15:07:40-də 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə yazılmış mesajda göstərilmişdir ki, "Konumdayam gelem". Digər PDF formatlı fayllara baxış zamanı istintaq marağı kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 158-191). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1658 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 192-193). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 772 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “yüngül dərəcəliəqli gerilik” F 70.0 müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarın təsviri hissəində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanıln şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 194-197). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi və yaşadığı evdə axtarış keçirilməsi barədə görüntüləri əks etdirən iki ədəd disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı zaman götürülmüş "Mİ" markalı mobil telefon aparatı maddi sübut növü kimi tanınmış və məsul saxlanış üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin anten məlumatlarını özündə əks etdirən bir ədəd DVD disk maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (cild 198-210). - ********* saylı cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Baba adlı İİR vətəndaşı və digər hallar barəsində Azərbaycan Respublikası CM-nın 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul olunmuşdur (cild 1, iş vərəqi 212-213). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 221-222). Beləliklə, məhkəmə hərtərəfli tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində və evində saxlamaqla daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların hər birinin əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında birləşməsini göstərməklə kifayətlənmişdir. İttiham aktında təqsirləndirilən şəxsin həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, Baba adlı şəxslə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə yazışma apardığını göstərsə də, cinayət işinin materiallarında bu mülahizəni təsdiq edən hər hansı sübut mövcud deyildir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittiham tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Təqsirləndirilən şəxs ilə Baba adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikası vətəndaşı”, “istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada”) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda –CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində və evində saxlamaqla daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotiklərin satışı ilə məşğul olmaması, narkotiklərin yalnız istifadəsi ilə məşğul olması, narkotiklərin onun evinə polis əməkdaşı tərəfindən yerləşdirilməsi, polislərin onun ünvanına nalayiq ifadələr işlətməsi, söyüş söymələri, bunun nəticəsində cinayəti boynuna alması, bölmədə sənədlərə imza çəkməsinin səbəbi kimi polislərin onu buraxacaqlarına dair vəd vermələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan gödəkçənin sol yan ciblərindən 04 büküm marixuananı və 01 büküm metamfetamini çıxararaq təqdim etmiş, bundan əlavə yaşadığı Yasamal rayonu, 1ci Alatava, ev 95 ünvanında yerləşən mənzilində narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə həmin ünvanda baxış keçirilmiş, o, otağın divarı içərisində oyulmuş saxlanc yerindən 4 paketdə qurudulmuş marixuananı, 1 paketdə metamfetamini, həmin otaqda olan divanın qarşısında dayanan nisbətdə sağ qoltuqaltı hissəsi ilə otağın divarı arasında sellofan bükümdə marixuananı əməliyyat qrupuna təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri bir gün öncə, yəni 10 fevral 2025-ci il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şəxsi axtarışın və baxışın nəticələrinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələr verərkən üzərindən və evindən aşkar edilmiş maddələrin özünə aid olduğunu etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis idarəsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ilə bağlı vəsatətə Yasamal Rayon Məhkəməsində baxılarkən verilmiş ittihamla bağlı o, özünü təqsirli bilmişdir. Bundan başqa, məhkəmədə şahid qismidə dindirilmiş, təqsirləndirilən şəxslə bağlı keçirilmiş əməliyyat tədbirlərində iştirak etmiş polis əməkdaşları Təqsirləndirilən şəxs heç kəsin təzyiq göstərmədiyini, məcbur etmədiyini, üzərinə və evinə narkotik vasitə yerləşdirmədiyini, habelə Natəvanın ünvanına polis əməkdaşları tərəfindən söyüş söyülmədiyini bildirmişlər. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərinə və evinə narkotikin yerləşdirilməsi barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsi ilə sair nömrələr arasında yazışmalara dair "xxxx" MMC-dən əldə edilmiş SMS yazışmaları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə narkotikləri satması ilə bağlı müraciətlər olmuşdur. Həmin faktlar, eyni zamanda təqsirləndirilən şəxsdən götürülmüş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində və evində saxlamaqla daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 fevral 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 97-102, 261-266). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxsi kimi tutulduğu 11 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4247,203 qram narkotik vasitə qurudulmuş marixuana və 6,717 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus "Mİ" markalı 1 ədəd mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilməsi barədə görüntüləri əks etdirən 2 (iki) ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin anten məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 135 (yüz otuz beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq qalmış 4247,203 qram narkotik vasitə qurudulmuş marixuana və 6,717 qram psixotrop maddə metamfetamin məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus "Mİ" markalı 1 ədəd mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilməsi barədə görüntüləri əks etdirən 2 (iki) ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin anten məlumatlarını özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 135 (yüz otuz beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar