Məhkəmə qərarları › İş №1(101)-142/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-142/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-142/2020 19.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olamqla ünvan 2 ünvanında kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham akından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 22 may 2019-ci il tarixdə istintaqa məlum olmayan Astara rayon sakini İlkin adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2 ədəd sellofon paketə qablaşdırılmış xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan ümumi təmiz çəkişi 21,064 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 2 ədəd sellofon paketə qablaşdırılmış ümumi təmiz çəkisi 5,142 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, əldə etdiyi narkotik vasitə olan heroinin 1 ədəd bükümdə 11,008 qram hissəsini və psixotrop maddə olan metamfetaminin 1 ədəd bükümdə 4,032 qram hissəsini kirayə yaşadığı ünvan 3 saylı ünvanındakı qonaq otağında masanın üzərində, qalan bir ədəd bükümdə narkotik vasitə olan 10,056 qram heroini və bir ədəd bükümdə 1,110 qram metamfetamini isə üzərində qanunsuz daşımış, 24 may 2019-cu il saat 16:00-da Azərbaycan Respublikası DİN-nin Baş x6 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış massivinin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd bükümdə təmiz çəkisi 10,056 qram olan qəhvəyi rəngli tözşəkilli tiryəkdən kustar üsulla hazırlanmış külli miqlarda heroin və bir ədəd şəffaf poletilen bükümdə təmiz çəkisi 1,110 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, kirayədə yaşadığı ünvan 3 saylı ünvanında baxış keçirilərkən isə qonaq otağındakı masanın üstündən 1 ədəd bükümdə təmiz çəkisi 11,008 qram olan qəhvəyi rəngli tözşəkilli tiryəkdən kustar üsulla hazırlanmış külli miqlarda heroin və bir ədəd bükümdə təmiz çəkisi 4,032 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə üzərində narkotik vasitə olan heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, cinayətprosessual qanunvericiliyin tələblərinin kobud pozulması əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama cinayətini törətməsi sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2 ilə yaxın müddət ərzində Türkiyədə yaşamış və orada yaşadığı vaxtdan etibarən narkotik vasitələrdən istifadə etmiş və hazırda da narkotik vasitələrin istifadəçisidir. Cari ilin may ayının 24-də o, əmisinin və yeznəsinin cəza çəkdiyi Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə müəssisəsinə onlara yemək və sair şeylər vermək və onlarla görüşmək üçün Hüseyn adlı taksü sürücüsü ilə getmişdir. Hüseyni əvvəllər onu rayona və şəhərdaxili onun istədiyi yerlərə apardığına görə tanımışdır. Hüseyn onu tələsdirmiş və demişdir ki, onun vaxtı yoxdur, ona görə də o, qohumlarına yeməyi versin, amma görüş üçün icazə kağızı götürməsin. Sonra yolda olarkən Hüseyn ona demişdir ki, əgər istəyirsə görüş götürüb qohumları ilə söhbət etsin. O da razılaşmış və yeznəsi ilə görüşmək üçün rəsmi olaraq sənəd alıb onunla görüşmüşdür. Elə yenicə görüş üçün otağa daxil olmuşdur ki, Cəzaçəkmə müəssissinin əməkdaşı onu çağırmış və Hüseyn adlı taksi sürücüsünün onu gözlədiyini demişdir. O, Hüseynin yanına getmək üçün çölə çıxanda 2 saylı Cəzaçəkmə müəssisəsində kameranın qarşısında 3 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşmış və Hüseynin maşınından narkotik vasitə aşkar olunduğunu, həmin narkotik vasitənin Hüseynin dediyinə görə ona məxsus olmasını bildirmişlər. O, Hüseynin maşınında narkotik vasitənin olmasından xəbəri olmadığını və aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını polis əməkdaşlarına bildirmişdir. Bu hadisə 2019-cu ilin may ayının 24-də, saat təxminən 15:00-16:00 radələrində baş vermişdir. Sonra polis əməkdaşları oradan onu öz evinə gətirib evində baxış keçirmişlər. Onun evindən metamfetamin adlı psixotrop maddə və elektron tərəzi aşkar edilmişdir. O, həmin psixotrop maddəni Astara rayon sakini İlkin adlı şəxsdən almışdır. İttiham aktında yazılan miqdarda olan heroin ona məxsus deyil. O maddə Hüseynin maşınından aşkar edilmiş və onun həmin narkotik vasitədən xəbəri yoxdur. Sonra həmin gün gecə saat 11-12 radələrində polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, o, Xırdalan şəhərində deyil, Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə müəssisəsində həbs edilmişdir. Hüseynin maşınından onun yanında narkotik vasitə aşkar edilməmişdir. Evindən aşkar edilən tərəzini qızıl alveri il məşğul olduğuna görə almışdır. Evində cəmi yarım qram metamfetamin olmuşdur. Nə üzərinə, nə də evinə baxış keçirilərkən hal şahidləri iştirak etməmişlər. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x5 baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 24.05.2019-cu il tarixdə xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan həmin məlumat üzrə dərhal əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilmiş və İdarənin rəisi tərəfindən təsdiq edildikdən sonra şübhəli şəxsin isti izlərlə cinayət başında yaxalanması üçün əməliyyat qrupu təşkil edilmişdir. Qrupa o, İdarənin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 daxil olmaqla rəhbərlik ona həvalə olunmuşdur. Təqsirləndirilən şəxs Xırdalan şəhəri ərazisində yerləşən “AAAF” yaşayış massivinin yaxınlığında olması barədə dəqiq əməliyyat məlumatı alıb Şahid2 və Şahid3lə birlikdə 24 may 2019-cu il tarixdə, saat təxminən 16:00 radələrində göstərilən ünvana gedərək, həmin ərazidə bir nəfər xarici görünüşü barədə qabaqcadan məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxsə oxşar bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyəti barədə özündən məlumat almışlar. Həmin şəxsin deməsindən məlum olmuşdur ki, o, xx.xx.1994-cü il ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Şəhriyara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu izah olunmuşdur. Bundan sonra yaxınlıqdan, sonradan adları məlum olan Şahid4 və Şahid5 adlı şəxsləri hal şahidi olaraq dəvət etmişlər. Hal şahidlərinə onların hüquq və vəzifələri, dəvət olunmalarının səbəbi izah olunmuş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə qanunsuz saxladığı, gəzdirdiyi əşya və maddə vardırsa könüllü olaraq təqdim etsin. Eləcə də Şəhryar Abdullazadəyə izah edilmişdir ki, onun üstündə narkotik vasitə olması barədə onlarda dəqiq və mötəbər məlumat vardır. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, üstündə bir bükümdə narkotik vasitə olan heroin və psixitrop maddə olan metamfetamin vardır və onu könüllü təqdim edə bilər. Bundan sonra əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin büküm ondan qəbul edilərək hal şahidlərinin, özünün, Şahid2 və Şahid3 iştirakı ilə açılaraq onlara göstərilmişdir. Bükümdəki tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə və psixotrop maddə olan metamfetamin onlara göstərildikdən sonra yenidən bükülmüşdür. Büküm hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni təxminən iki gün əvvəl Astara şəhərində olarkən Qılmanın oğlu “İlkin” adlı şəxsdən, heroini 525 manata, psixotrop maddə olan metamfetamini isə 250 manata almışdır. Aşkar edilmiş 10 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Şəhriyar Abdullazalənin üzərinə baxış keçirilmiş, lakin baxış zamanı sübut əhəmiyyətli hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, kirayədə yaşadığı ünvan 7 saylı ünvanda özünə məxsus narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin və həmin maddələri çəkmək üçün bir ədəd elektron tərəzi vardır. Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyi üçün ondan bu barədə ərizə alınmış və tədbir iştirakçıları hal şahidləri ilə birlikdə həmin mənzilə dəvət edilmişdir. Şəhriyarın kirayədə yaşadığı ev birmərtəbəli olmaqla mətbəx və sanitar qovşağından ibarət olmuşdur. Mənzildə olarkən Təqsirləndirilən şəxs evin qonaq otağında olan masanın üzərindən 2 ədəd şəffaf polietilendə olan bükümləri və bir ədəd eletron tərəzini hal şahidlərinin iştirakı ilə tədbir iştirakçılarına təqdim etmiş, həmin bükümlərdən biri açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər maddə, digər büküm açıqdıqda isə orada ağ rəngli toz kristall formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyətli hər hansı əşya aşkar edilməmişdir. Sonra tədbir iştirakçılarına və şübhəli şəxsə onlarla birlikdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək təklif olunmuşdur. Onlar birlikdə həmin idarəyə getmiş və orada Təqsirləndirilən şəxs vəkil tutmaq, dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqları izah olunmuş və o, müdafiəçi ilə təmin edilmişdir. Aşkar edilmiş kütlə tərkibinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və 24 may 2019-cu il tarixdə alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, yəni Şəhriyar Adullazadənin üzərindən aşkar olunmuş təmiz çəkisi 10,0056 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 1,110 qr olan ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bükümdə, təmiz çəkisi 11,008 qr olan qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 4,032 qram olan ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamindir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs 2 saylı Cəzaçəkmə müəssisəsinin yaxınlığında deyil, “AAAF” Park yaşayış kompleksinin yanında saxlanılmış, ətrafda insanlar çox olmuşdur deyə protokol Baş İdarədə tərtib edilmiş, hadisə yerində yalnız narkotik vasitənin zərfə qoyulub, möhürlənməsi və imzalanması olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə şahid qismində dindirilərkən Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları ayrı-ayrılıqda tam olaraq təsdiq etdilər. Şahid5 məhkəmədə ifadəsində göstərdi ki, o, 2014-cü ildən 2019-cu ilin mart ayının 28-dək həbsdə olmuşdur. 3 ay 6 gün azadlıqda qaldıqdan sonra o, yenidən 2019-cu ilin 4 iyul tarixində Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə yenidən həbs edilmişdir. Təqsirləndirilən şəxsı bu cinayət işi ilə bağlı tanımışdır. 24 may 2019-cu il tarixdə təxminən saat 16 radələrində Xırdalan şəhərində olarkən bir nəfər şəxs ona yaxınlaşaraq özünü təqdim etmiş və Baş x6 əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxs üzərində narkotik vasitə saxlamasına dair bir nəfər şübhəli şəxsin olduğunu bildirmiş və şübhəlinin üzərinə keçiriləcək axtarışda iki nəfər hal şahidinin iştirakının vacib olduğunu bildirmişdir. Onun vaxtı olduğu halda həmin sənədləşmədə iştirak etməsi xahiş olunduğundan polis əməkdaşının dəvətindən imtina etmədən birlikdə həmin şəxsin yanına getmişdir. Orada əvvəllər tanımadığı daha bir nəfər hal şahidi də iştirak etmişdir. Polis əməkdaşları hal şahidi olaraq onların hər ikisinə hüquq və vəzifələrini izah etmiş və sonra x2 təqdim olunan şəxsi göstərərək şübhəli olan şəxsin həmin şəxs olduğunu bildirmişdir. Ora gedəndə polislər həmin şəxsin üzərindən narkotik vasitə çıxarmışdır. Polislər Şəhriyarın əynindəki cins şalvarın sağ yan cibindən bir büküm narkotik vasitə çıxarmışdır. Şəhriyar orada həmin narkotik vasitəni çəkmək üçün əldə etdiyini desə də, hardan əldə etdiyini bildirməmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni onun yanında açmışlar, həmin maddə ağ rəngli toz halında olmuşdur. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. O və digər hal şahidi həmin zərfə imza etmişlər. Təqsirləndirilən şəxs digər predmet və ya maddə aşkar olunmamışdır. Sonra onlar polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Şəhriyarın evinə baxış keçirilərkən onun evində stolun üzərində 01 ədəd başqa bir narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddəni də zərfə qoymuşlar, orada olan bütün şəxslər həmin zərfə də imza etmişlər. Sonra onlar Polis İdarəsinə gəlmiş və orada da sənədlərə imza etmişlər. Məhkəmədə verilə suallara cavab olaraq Şahid5 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitənin əldə edilməsi mənbəyi barədə heç nə deməmiş, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini demiş, Şəhriyarın üzərindən cəmi 1 büküm çıxmış, polislər də, Şəhriyarın özü də həmin vasitənin heroin olduğunu bildirmiş, narkotik vasitədən başqa Şəhriyarın üzərindən heç bir qanunsuz əşya aşkar olunmamış, polislər o biri hal şahidini ondan sonra çağırmış, Şəhriyar narkotik vasitənin satışı ilə bağlı heç nə deməmiş, digər hal şahidini tanımamış, həmin hal şahidini ilk dəfə orada görmüş, o, hal şahidi kimi indiyə kimi cəmi 2 tədbirdə iştirak etmişdir. Bununla yanaşı, Şahid5 ibtidai istintaq zamanı və məhkəmədə dindirilərkən verdiyi ifadələri arasında ziddiyyətlər müəyyən edilmişdir. Belə ki, onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsində Şahid5 göstərmişdir ki, o, 24 may 2019-cu il tarixdə təxminən saat 16 radələrində Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksinin qarşısndan keçib piyada gedərkən bir nəfər şəxs ona yaxınlaşaraq özünü təqdim edərək Baş x6 əməkdaşı olduğunu bildirmiş, ondan bir nəfər üzərində narkotik vasitə saxlamasına dair şübhəli şəxsin olduğunu və həmin şəxsin üzərinə keçiriləcək axtarışda iki nəfər hal şahidinin iştirakının vacib olduğunu bildirmiş, onun vaxtı olduğu halda həmin sənədləşmədə iştirak etməyi xahiş olunduğundan polis əməkdaşının dəvətindən imtina etmədən birlikdə həmin şəxsin yanına getmiş, orada əvvəllər tanımadığı daha bir nəfər hal şahidi də iştirak etmiş, polis əməkdaşları hal şahidi olaraq onların hər ikisinə hüquq və vəzifələrini izah etmiş və sonra x2 təqdim olunan şəxsi göstərərək şübhəli olan şəxsin həmin şəxs olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də onun üzərində şəxsi axtarış və götürülmə aparılacağı barədə hüquq və vəzifələrini izah etdikdən sonra sonuncuya onların və digər polis əməkdaşlarının iştirakında üzərində qanunsuz saxladığı, gəzdirdiyi narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya və maddənin könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf polietilen bükümləri, sol cibindən isə 10 (on) manat pul, 1 ədəd “Samsung Duos” markalı mobil telefon, şalvarının arxa cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi təqdim edərək bildirmişdir ki, həmin şəffaf selofanın birində narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamindir. Həmin narkotik vasitəni təxminən iki gün əvvəl Astara şəhərində olarkən Qılmanın oğlu “İlkin” adlı şəxsdən heroini 525 manata, psixotrop maddə olan metamfetamini isə 250 manata almışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin müəyyən hissəsini özü üçün istifadə edəcəyini, müştəri tapa biləcəyi təqdirdə isə qalan hissəsini satacağını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün biri açılaraq hal şahidləri olaraq onlara və digər iştirakçılara göstərilmiş, bükümlərdə tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitəyə bənzər maddə, digər büküm açıldıqda isə orada ağ rəngli, toz kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin bükümlər zərfə qoyularaq DİN-nin 7 nömrəli möhürü ilə möhürlənmiş, o və digər hal şahidi həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və kənar predmet və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, kirayə yaşadığı ünvan 6 ünvanında özünə məxsus 01 ədəd bükümdə 11 qrama yaxın narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 04 qrama yaxın psixotrop maddə olan metamfetamin və həmin maddəni çəkmək üçün 01 ədəd elektron tərəzi vardır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmış, Təqsirləndirilən şəxs tədbir iştirakçıları və onlarla birlikdə kirayə yaşadığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs evin qonaq otağında olan masanın üzərindən 02 ədəd şəffaf polietilen bükümləri və 01 ədəd elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümlərin biri açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə, digər büküm açıldıqda isə ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metomfetominə oxşar maddə aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə və 01 ədəd elektron tərəzi 01 ədəd zərfə qoyularaq DİN-nin 7 nömrəli möhürü ilə möhürlənmiş, sonra o, tədbir iştirakçıları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş, orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə protokol tərtib olunmuş və o, digər iştirakçılarla birlikdə protokola imza etmişdir (cild 1, iş vərəqi 73-74). Əməliyyat tədbirində digər hal şahidi qismində iştirak etmiş Şahid4 şahid qismində dindirilməsi üçün dəfələrlə məhkəmə iclaslarına dəvət edilsə də o, məhkəməyə gəlməmiş, məhkəmə tərəfindən onun barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilərək, qərar icra üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq strukturlarına göndərilmişdir. Məhkəmə iclasları bir neçə dəfə təxirə salınmasına baxmayaraq təhqiqat orqanı məhkəmənin qərarını icra etməmişdir. Eyni zamanda Şahid4 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyindən, Şahid4 həmin ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir (cild 1, iş vərəqi 68-69). Müəyyən edilmişdir ki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi digər hal şahidi Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə tam üst-üstə düşür. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 24.05.2019-cu il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanışlmış, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və hal şahidləri Şahid4 və Şahid5 iştirakı ilə üzərinə keçirilmiş baxış zamanı üzərində olan əşyaları təqdim etmək təklifinə o, üzərində 1 (bir) ədəd bükümdə 10 (on) qrama yaxın narkotik vasitə olan heroin, 1 (bir) ədəd bükümdə 1 (bir) qrama yaxın psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmiş, onun təqdim etdiyi bükümlərdən biri açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə, digər büküm açıldıqda isə orada ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuş, onlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 7 ünvanında özünə məxsus 1 (bir) ədəd bükümdə 11 (on bir) qrama yaxın narkotik vasitə olan heroin, 1 (bir) ədəd bükümdə 4 (dörd) qrama yaxın psixotrop maddə olan metamfetamin və həmin maddələri çəkmək üçün bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. Həmin ünvana keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağında masanın üzərindən 2 (iki) ədəd şəffaf polietilen bükümləri və bir ədəd elektron tərəzini götürüb tədbir iştirakçılarına təqdim etmiş, onun təqdim etdiyi bükümlərdən biri açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə, digər büküm açıldıqda isə orada ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuş, onlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən təqdim etdiyi heroini 525 (beş yüz iyirmi beş) manata, metamfetamini 250 (iki yüz əlli) manata Astara şəhərində yaşayan İlkin adlı şəxsdən müəyyən hissəsini özü istifadə etmək, qalan hissəsini isə satmaq məqsədilə əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 9- 12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24.05.2019-cu il tarixli, 13864 saylı rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş üzərində “x3 üzərindən götürülmüş…” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,056 qram olan qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd şəffaf poletilen bükümdə təmiz çəkisi 1,110 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “x1 yaşadığı evdən götürülmüş…” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 11,008 qram olan qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 4,032 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izi vardır. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş heroinin ümumi təmiz çəkisi 21,064 qram və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 5,142 qram və həmin metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş tərəzinin üzərində heroin iz şəklində olduğu üçün üzərindən və yaşadığı evdən götürülmüş heroinlərlə eyni olubolmamasını müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 20-25). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 01.09.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 21,064 qram narkotik vasitə heroin və 5,142 qarm metamfetamin, bir ədəd elektorn tərəzi və “xxxxxxxx” MMC-dən 19.08.2019-cu il tarixli, 22201 saylı məktub əsasında alınmış bir ədəd CD diski iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 20,964 qram narkotik vasitə heroin, 5,042 qram metamfetamin və bir ədəd elektron tərəzi saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 110-117, 119). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 66). Cinayət işi materallarına əlavə edilmiş Astara rayon İHB-in Astara şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 30.08.2019-cu il tarixli, 1952 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Astara şəhəri, H.Aslanov küçəsi, 58 A saylı evdə yaşayır, barəsində ərazi nümayəndəliyinə şikayət xarakterli materiallar daxil olmamışdır (cild 1, iş vərəqi 107-109). İşdə olan cinayət təqibi üzrə icraatın ayrılması haqqında 02.09.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə ********* saylı cinayət işindən faktla bağlı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir (iş vərəqi 120-121). Göründüyü kimi, ibtidai istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x6 baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib edilmiş “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokol 24.05.2019-cu il tarixdə saat 19:40-da tərtib edilmiş və həmin əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş şəxslər, saxlanılan şəxs Təqsirləndirilən şəxs, hal şahidləri Şahid4 və Şahid5, polis əməkdaşları Şahid2 və Şahid3 olmuş, həmin şəxslər, habelə sonradan protokolun tərtibatına dəvət edilmiş müdafiəçi İlqar Şahməmmədov protokolu imza etmişlər. Həmin protokolun məzmunundan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə saat 16:05 dəqiqədən saat 16:30 dəqiqəyə kimi, yaşadığı mənzildə isə 16:50 dəqiqədən saat 17:35 dəqiqəyə kimi baxış əməliyyat tədbiri keçirilmişdir. Protokolda şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs cinayətprosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah olunması, habelə müdafiəçi ilə təmin olunması barədə heç bir qeyd yoxdur. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublukasının qanunu tənzimləyir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsində əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin tətbiq edə biləcəyi əməliyyat-axtarış tədbirlərinin tam siyahısı verilmişdir. Siyahıda göstərilən tədbirlərin arasında “vətəndaşın üzərinə baxış keçirilməsi” əməliyyat-axtarış tədbiri nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunan “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 24.05.2019-cu il tarixli protokolun mahiyyətindən görünür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə faktiki olaraq şəxsi axtarış istintaq tədbiri həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Həmin Məcəllənin 246.2.1-246.2.3-cü maddələri əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə, axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparıla bilər. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti CPM-nin 246.2.1-246.2.3-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edilmədən, məhkəmə qərarı alınmadan keçirilmişdir. Həmçinin “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 24.05.2019-cu il tarixli protokoldan və cinayət törədilməsində şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin tarixdə saat 16:05 dəqiqədə məhdudlaşdırılsa da, onun tutulması 19:45 saatı ilə, yəni faktiki tutulduqdan 3 saat 40 dəqiqə gec rəsmilləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 147.6-cı maddəsinə görə, tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxs tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etməli, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.2-ci maddəsinə görə, şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədildiyini birbaşa göstərdikdə; şəxsin bədənində, üzərində, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda tətbiq edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.3-cü maddəsinə əsasən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə, daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda və ya şəxsiyyəti müəyyən edilmədikdə tutula bilər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və toplanmış sübutlara qiymət verilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24.05.2019-cu il tarixdə saat 16:05 dəqiqədə Azərbaycan Respublikası CPM-nin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılmış, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, CPM-nin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, hüquq, vəzifələri və məsuliyyəti dərhal izah edilməmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti qanunsuz aparılmış, həmin hərəkət, daha sonra yaşadığı mənzilə baxış əməliyyat-axtarış tədbiri aparıldıqdan xeyli sonra şübhəli şəxs kimi tutulması həyata keçirilərək protokol tərtib edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.3, 244.1 və 246.3-cü maddələrinə əsasən baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətləri azı 2 hal şahidinin iştirakı ilə aparılır. Həmin Məcəllənin 236.4, 245.3 və 246.3-cü maddələrinə əsasən baxış və şəxsi axtarış zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidlərinin iştirakı ilə keçirilməli olan istintaq hərəkətlərinin hal şahidinin iştirakı olmadan keçirilməsi cinayət-prosessual qanunvericiliyin kobud pozuntusu sayılır və bu yolla əldə edilmiş sübutlar mümkün olmayan sübutlar kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən həmin Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutlmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. Azərbaycan Respublikası CPM-nin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.4-cü maddəsinə görə, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. İş materiallarına əlavə olunmuş müdafiə tərəfinin təqdim etdiyi və məhkəmənin öz təşəbbüsü ilə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş 2018-2020-ci illərə aid məlumatlardan, habelə ittiham aktı və məhkəmə hökmlərindən görünür ki, Şahid4 və Şahid5 bir sıra cinayət işlərində mütəmadi olaraq hal şahidi qismində iştirak etmişlər. Belə ki, Şahid5 (1(011)-215/2019 (Bakı Şəhəri Xətai Rayon Məhkəməsi), 1(101)-142/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi - hazırkı cinayət işi), 1(101)-177/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi – hazırda baxış mərhələsindədir, ********* saylı cinayət işi üzrə ittiham aktı), 1(006)-334/2019 (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi), 1(011)-322/2019 (Bakı Şəhəri Xətai Rayon Məhkəməsi) saylı cinayət işlərində (sonuncu 2 iş üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş və işə əlavə edilmiş məlumatlatdan görünür), Şahid4 isə 1(011)-322/2019 (Bakı Şəhəri Xətai Rayon Məhkəməsi), 1(011)- 215/2019 (Bakı Şəhəri Xətai Rayon Məhkəməsi), 1(011)-234/2019 (Bakı Şəhəri Xətai Rayon Məhkəməsi), 1(101)-779/2019 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(101)-391/2019 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(101)-579/2019 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(101)-142/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi - hazırkı cinayət işi), 1(101)-177/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi – hazırda baxış mərhələsindədir, ********* saylı cinayət işi üzrə ittiham aktı), 1(007)-102/2019 (Bakı Şəhəri Nizami Rayon Məhkəməsi), 1(011)- 154/2019 (Bakı Şəhəri Xətai Rayon Məhkəməsi), 1(101)-85/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(008)-272/2019 (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi), 1(001)- 364/2019, 1(001)-365/2019 (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi), 1(002)-3/2020 (Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi) - sonuncu 7 iş üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş və işə əlavə edilmiş məlumatlatdan görünür) və sair işlərdə (cəmi 49 dəfə) hal şahidi qismində iştirak etmişdir. Həmin işlərdən 5-də isə göstərilən hal şahidləri birlikdə iştirak etmişlər (1(101)-142/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi – hazırkı cinayət işi), 1(101)-177/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi – hazırda baxış mərhələsindədir, ********* saylı cinayət işi üzrə ittiham aktı), 1(011)-215/2019 (Bakı Şəhəri Xətai Rayon Məhkəməsi), 1(011)-322/2019 (Bakı Şəhəri Xətai Rayon Məhkəməsi), 1(006)-334/2019 (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi) – sonuncu 2 iş üzrə hökmdə cütlük kimi göstərilməsə də Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş və işə əlavə edilmiş məlumatlatdan görünür). Bundan başqa, iş materiallarına əlavə edilmiş məhkəmə hökmlərindən və bu iş üzrə materiallardan görünür ki, Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat tədbirlərində hal şahidi kimi eyni əməliyyat müvəkkilləri ilə dəfələrlə iştirak etmişdir. Belə ki, o, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 birlikdə 1(101)- 579/2019 (Bakı Ağır Cinayətlər Məhkəməsi) saylı işdə, Şahid3 və Şahid2 ilə birlikdə 1(101)-779/2019 (Bakı Ağır Cinayətlər Məhkəməsi) saylı işdə, Şahid2 ilə birlikdə 1(011)- 234/2019 (Bakı Şəhəri Xətai Rayon Məhkəməsi) saylı işdə, Şahid1, Şahid2 və Şahid1 ilə birlikdə 1(101)-142/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi) saylı işdə hal şahidi qismində iştirak etmişdir. Yuxarıda qeyd edilənlər onu təsdiq edir ki, hal şahidi kimi mütəmadi iştirakı istisna edən qanunun müddəalarının kobud pozulması ilə yanaşı, Şahid4 cinayət prosesində marağı olan şəxsdir. Həmin hallar, eyni zamanda, digər hal şahidini tanımaması, cəmi 2 iş üzrə hal şahidi qismində iştirak etməsi barədə Şahid5 məhkəməyə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Bu da onun bütövlükdə ifadələrini şübhə altına almağa əsas verir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şahid4 və Şahid5 məhkəmə icraatında hal şahidi kimi iştirakları mütəmadi xarakter daşıdığından, habelə cinayət prosesində şəxsi marağı olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.4-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə onların iştirak etdiyi istintaq hərəkətləri etibarsızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş 24.05.2019-cu il tarixli “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” adlı protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. Məhkəmə, yaşadığı evdən yarım qram metamfetamin adlı psixotrop maddə aşkar edilməsi, həmin psixotrop maddəni Astara rayon sakini İlkin adlı şəxsdən alması barədə Təqsirləndirilən şəxs etirafedici ifadələrinə qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Materiallardan isə görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzidən yarım qram deyil, təmiz çəkisi 4,032 qram olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. İş materiallarında yarım qram metamfetaminlə bağlı deyil, çəkisi 4,032 qram metamfetaminə dair məhkəmə-kimyəvi ekspertizasının rəyi mövcuddur. Yəni təqsirləndirilən şəxsin etiraf etdiyi yarım qram metamfetamin iş materiallarına əsasən faktiki olaraq mövcud deyildir. İş üzrə dindirilmiş şahidlər Təqsirləndirilən şəxs yaşadığı mənzidən yarım qram metamfetamin tapılmasına dair hər hansı ifadə verməmişlər. Ümumiyyətlə, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs yaşadığı mənzidən yarım qram metamfetaminin aşkar edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Təqsirləndirilən şəxs yaşadığı mənzidən 4,032 qram olan psixotrop maddə metamfetamin aşkar edilməsinə dair “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 24.05.2019-cu il tarixli protokol isə qanunun kobud şəkildə pozulması ilə tərtib olunduğundan sübut növü hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yaşadığı evdən yarım qram metamfetamin adlı psixotrop maddə aşkar edilməsi barədə Təqsirləndirilən şəxs etirafedici ifadələri iş üzrə hər hansı sübutla təsdiq edilmədiyindən Azərbaycan Respublikası CPMnin 126.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş məhkəmənin digər vəzifəsi şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaqdan ibarətdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. x15 Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 125ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. x15 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi “x8rşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“x4rşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, onun müdafiə hüququ təmin olunmamış, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış, şəxsi axtarış və götürmə istintaq hərəkəti məhkəmə qərarı alınmadan aparılmış, hüquq, vəzifələri və məsuliyyəti izah edilməmişdir. Həmçinin şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu, hal şahidlərinin iştirakının mütəmadiliyi və onların cinayət prosesində şəxsi maraqlarının olması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama cinayətini törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən kifayət qədər sübutlar toplanılmadan ehtimallara və mülahizələrə əsasən həmin maddə üzrə ittiham verilmiş, toplanmış sübutlar onun həmin ittiham üzrə təqsirsizliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 42-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 24.05.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində 25.05.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 33, 57-58). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilməli olduğu üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05.08.2019-cu il tarixli, 1862 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 97-98). Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı olduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarında saxlanılan cinayət işi üzrə maddi sübutlar – ekspertiza tədqiqatından sonra qalıq qalmış 20,964 qram narkotik vasitə heroin, 5,042 qram metamfetamin və bir ədəd elektron tərəzi həmin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxsə bəraət verildiyi üçün iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs aid edilməməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar narkotik vasitəyə və psixotrop maddəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və Abşeron RPİnin maddi sübutlar saxlancı anbarında saxlanılan cinayət işi üzrə maddi sübutlar – ekspertiza tədqiqatından sonra qalıq qalmış 20,964 qram narkotik vasitə heroin, 5,042 qram metamfetamin və bir ədəd elektron tərəzi həmin materiallara əlavə edilsin. Maddi sübut olan bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən onun barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsin. İş üzrə keçirilmiş 24.05.2019-cu il tarixli, 13864 saylı məhkəmə-kimyəvi ekspertizası əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs aid edilməsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar