Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-142/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 07 avqust 1981-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonu, Livədirqə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsi nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İT-da həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək, saxlamış və daşımışdır. Bundan əlavə o, mühafizə altından qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda 21,730 qram psixotrop maddə metamfetamini və külli miqadarda 471,69 qram narkotik vasitə olan heroini xx.xx.2021-ci il tarixdə səhər saatlarında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən körpünün yanında istintaqa məlum olmayan mənbədən 700 manata alıb qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə həmin narkotik vasitənin 0,376 qramım Şahid1 satmış, eləcə də istintaqa məlum olmayan mənbədən çəkisi 1,431 qram narkotik vasitə heroini, ümumilikdə 473,121 qram çəkidə heroini satış məqsədi ilə qanusuz olaraq əldə edib saxlayaraq daşımışdır. Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı xx.xx.2021-ci il tarixdə saat 15:00-da şübhəli şəxs qismində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi R.Əşrəfov küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq 3-cü PB-nə gətirilmiş və şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçəsinin sol cibindən bir ədəd polietilen bağlamada təmiz çəkisi 470,0 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, gödəkçənin sağ cibindən tünd göy rəngli bir ədəd parça bağlamanın içərisindən 6 büküm olmaqla 2 büküm ümumi təmiz çəkisi 21,730 qram (ayrı-ayrılıqda təmiz çəkisi 21,620 qram və 0,110 qram) ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 1,431 qram (ayrıayrılıqda təmiz çəkisi 0,515 qram, 0,880 qram və 0,036 qram) tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 1,314 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq Xəzər rayon polis idarəsinin Müvəqqəti saxlama yerinin və Post patrul xidməti bölüyünün əməkdaşlarından ibarət konvoyun mühafizəsi altında 28 aprel 2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən Səhiyyə Nazirliyinin Musa Nağıyev adına Kiliniki tibbi mərkəzdə “COVİD 19” testindən keçirilməsi üçün analiz verdikdən sonra mərkəzin həyətində onları gətirmiş polis avtomobilinə minərkən naməlum üsulla qolunda olan qandalı açaraq mühafizə altından qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, təqribən bir il olar ki, narkotik maddənin heroin növündən istifadə edir, həm də satışı ilə məşğul olur. Həmin narkotik vasitələri isə internetdə tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının göndərdiyi müxtəlif hesab nömrələrinə internet vasitəsi ilə pul köçürmə yolu ilə əldə edir. Həmin İran vətəndaşı "İranlı" kimi tanıdığı şəxsin hesabına pulu oturtduqdan sonra Bakı şəhəri ərazisində müxtəlif yerlərdə kordinat verərək narkotik vasitənin yerini ona bildirmiş, o da həmin yerdən götürmüşdür. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində, səhər saatlarında yenə "İranlı" kimi tanıdığı şəxlə əlaqə saxlayıb ona çoxlu heroin və metofetamin lazım olduunu deyərək, həmin şəxsin göndərdiyi hesab nömrəsinə 700 AZN pul köçürtmüş, həmin «İranlı» da ona istədiyi heroin və metamfetaminin Abşeron rayonu Masazır qəsəbəsində yerləşən körpünün yanından olacağını bildirmişdir. Beləliklə o, həmin yerə gedib narkotik vasitələri götürüb, onları əynindəki tünd göy rəngli poliverin sağ və sol cibinə qoyaraq yaşadığı ünvana, yəni Xəzər rayonu Binə qəsəbəsi R.Əşrəfov küçəsində yerləşən fərdi yaşayış evinə gəlmiş, bir müddət sonra bəzi müştəriləri ondan narkotik vasitə istədiklərinə görə evdən çıxmış və aldığı bütün narkotik vasitəni əvvəlki vəziyyətdə üzərində saxlamış, küçə ilə piyada hərəkət edən zaman 3-4 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Xəzər rayonu 3-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra ona hüqqu və vəzifləri izah edilib videoçəkilşlə üzərinə baxış kçirilmişdir. Bu zaman əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilib, onları masanın üzərinə qoyması tapşırıldıqda, o, üzərində saxladığı içərisində «kakos» və «şüşə» kimi tanıdığı maddələri çox saylı müxtəlif rəngli bükümləri və bir ədəd elektron tərəzsini təqdim etmişdir. Həmin bükümlər açıldıqda onların arasında olan «kakos» və «şüşə» kimi tanıdığı maddələr aşkar edilmişdir. Sorğu zamanı bildirmişdr ki, aşkar edilmiş maddə «kakos» kimi anıdığı narkotik vasitə heroin və «şüşə» kimi tanıdığı psixatrop maddə metamfetamindir, həmin narkotik maddə olan «kakos» və «şüşə»dən istifadə edir, aşkar edilmiş narkotik maddəni xx.xx.2021-ci il tarixdə, səhər saatlarında yenə "İranlı" kimi tanıdığı şəxslə əlaqə saxlayaraq heroin və metamfetamin sonuncunun hesabına köçürtdüyü 700 AZN pul müqaibilində Abşeron rayonu Masazır qəsəbəsində əldə etmiş və hazırda aşkar edildiyi vəziyyətdə üzərində saxladığını, tərəzini də üzərində bu narkoik vasitələri satarkən çəkilərini müəyyənləşdirmək məqsədi ilə saxladığını bildirmişdir. Sonda üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddələr metamfetamin, həmçinin tərəzi polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların müşahidəsi altında zərfə qablaşdırılıb götürülmüş, həmin zərf 44 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol və qablaşdırılmış zərf onun və digər bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, üzərində aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq niyyəti ilə əldə etmiş, Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2021-ci il tarixdə evinin yaxınlığında İlqarla görüşərək bir bükümdə 10 manata satmış, ona aid olan əşyalar və pul ona geri qaytarılmışdır. Onun istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xəzər RPİ-nin 3-cü polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat məlumatı əsasında müəyyən etmişlər ki, Şahid1 narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəlidir. Şahid1 ifşa olunması məqsədi ilə Xəzər RPİ-nin 3-cü PB-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupunda, o, eləcə də bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə onlar saat 13:15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi R.Əşrəfov küçəsində olan zaman “İlqar” adlı şəxsin əlamətləri ilə oxşar olan şəxsi görmüşlər və ona yaxınlaşaraq xidməti vəsiqələrini çıxardıb həmin şəxsə özlərini təqdim etmişlər. Həmin şəxs Şahid1 olmasını onlara demiş və bundan sonra onlar Şahid1 Xəzər RPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Şahid1 onlarla razılaşmış və birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkil bürosundan vəkil dəvət olunmuş vəkilin iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış aparılmışdır, Şahid1 üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış aparılmamışdan öncə hüquq və vəzifələri izah olunmuş və üzərində qanuna zid əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Şahid1 əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş və bükümdə olan maddə narkotik vasitə heroin olduğunu və həmin maddəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbin yaxınlığında yaşayan “Namiq” adlı şəxsdən şəxsi istehlak məqsədilə 10 manat pula aldığını bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüş və müvafiq sənədləşdirmə aparılmış, tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanaraq təstiq edilmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini, yəni Şahid1 narkotik vasitəni satan şəxsin müəyyən edilməsi üçün, o, bölmənin polis əməkdaşları Şahid3 Mürsən oğlu, Şahid4 və Şahid5 ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 15:00 radəsində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbin yaxınlığına getmişlər. Orada “Namiq” adlı şəxsin əlamətləri ilə uyğun gələn şəxsi görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demiş, bundan sonra onlar Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PB-nə dəvət etmiş, polis bölməsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış aparılmamışdan öncə ona hüquq və vəzifələri izah olunmuş və üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol cibindən bir ədəd iri bükümdə şəffa sellofanı, sağ cibindən tünd göy rəngli bir ədəd parça bağlamanı və həmin cibindən bir ədəd qara rəngli açılıb bağlanan elektron tərəzini çıxardaraq masanın üzərinə qoymuşdur. Baxış zamanı 01 ədəd tünd göy rəngli parça bağlamadan 6 büküm maddə və bir ədəd kiçik ölçülü bıçaq, eləcə də bir ədəd qaşıq aşakr edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ cibibndən avtomobil açarı, həmin şalvarın arxa sağ cibindən isə şəxsiyyət vəsiqəsi olmaqla köhnə iş vəsiqəsi aşakr edilmiş, bundan başqa Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən qara rəngli açılıb bağlan pul kisəsi və həmin pul kisəsinin içərisindən 515 manat nağd pul və həmin şalvarın qabaq sol cibindən bir ədəd siqaret qutusu və iki ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd iri bükümdə olan «kakos» kimi bildiyi narkotik vasitə heroindir, bir ədəd parça bağlamadan aşkar edilmiş 6 ədəd bükümün 2 ədədi «şüşə» kimi bildiyi psixotrop maddə metamfetamin və 4 büküm isə «kakos» kimi bildiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddələri xx.xx.2021-ci il tarixdə saxlanılmamışdan qabaq şəxsən tanımadığı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən onlaym terminal ödəmə vasitəsi ilə 700 manat Ödəyib İran vətəndaşının ona verdiyi Masazır qəsəbəsindəki ünvandan gedib götürdüyünü, bir qismini müxtəlif şəxslərə satdığını, tərəzidən isə narkotik vasitələri bükümlərə böləndə istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüş və müvafiq sənədləşdirmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə verməklə həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Xəzər RPİ-nin 3-cü polis bölməsinin sahə rəisi vəzifəsində işləyir. 27,01.2021-ci il tarixdə xidmətdə olan zaman bölmənin rəhbərliyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə “Namiq” adlı şəxsin saxlanılması barədə tədbirdə iştirak etməyini ona demişdir. Bundan sonra, o, Şahid1 üzərində aşkar edilmiş narkotik vasitə olan heroini satan şəxsi müəyyən edilməsi üçün, bölmənin polis əməkdaşları Şahid3 Mürsən oğlu, Şahid2 və Şahid5 ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 15:00 radəsində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbin yaxınlığına getmişdir. Orada “Namiq” adlı şəxsin əlamətləri ilə uyğun gələn şəxsi görüb ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib özünü təqdim etməsini demiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə dəvət etməklə videoçəkiliş aparmaqla şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış aparılmamışdan öncə hüquq və vəzifələri izah olunmuş və ona üzərində qanuna zid əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol cibindən bir ədəd iri bükümdə şəffaf sellofanı, sağ cibindən tünd göy rəngli bir ədəd parça bağlamanı və həmin cibindən bir ədəd qara rəngli açılıb bağlanan elektron tərəzini çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümlərə baxış keçirərkən bir ədəd tünd göy rəngli parça bağlamadan 6 büküm maddə və bir ədəd kiçik ölçülü bıçaq eləcədə bir ədəd qaşıq aşakr edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ cibibndən avtomobil açarı, həmin şalvarın arxa sağ cibindən isə şəxsiyyət vəsiqəsi olmaqla köhnə iş vəsiqəsi aşakr edilmiş, bundan başqa Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən qara rəngli açılıb bağlan pul kisəsi və həmin pul kisəsinin içərisindən 515 manat nəğd pul və həmin şalvarın qabaq sol cibindən 1 ədəd siqaret qutusu və iki ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd iri bükümdə olan «kakos» kimi bildiyi narkotik vasitə heroindir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmiş ki, 1 ədəd parça bağlamadan aşkar edilmiş 6 ədəd bükümün 2 ədədi «şüşə» kimi bildiyi psixotrop maddə metamfetamin və 4 büküm isə «kakos» kimi bildiyi heroindir. Həmin maddələri xx.xx.2021- ci il tarixdə saxlanılmamışdan qabaq şəxsən tanımadığı İran İslam Respublikasının vətəndaşından onlayın terminal ödəmə vasitəsi ilə 700 manat ödəyib İran vətəndaşının ona verdiyi Masazır qəsəbəsindəki ünvandan gedib götürmüş, bir qismini müxtəlif şəxslərə satmış, tərəzidən isə narkotik vasitələri bükümlərə böləndə istifadə etmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüş və müvafiq sənədləşdirmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, təqribən 10 il olar ki, narkotik maddənin heroin növündən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni isə Xəzər rayonu Binə qəsəbəsi 136 nömrəli məktəbin yaxınlığında yaşayan əslən Lerik rayonundan olan Təqsirləndirilən şəxs əldə etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində, səhər saatlarında Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu Binə qəsəbəsində 136 saylı məktəbin yaxınlığında yerləşən evin yanma gələrək orada Namiqə 10 (on) manat nəğd pul verib ondan özünün şəxsi istifadəsi üçün 1 ədəd siqaretin gümüşü rəngli kağızna bükülü halda heroin almış, həmin heroinin bir qismini istifadə etmiş, qalıq hissəsini sonra istifadə etməyi üçün əynindəki qara rəngli şalvarın sağ cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 13:15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsində piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək onu yaxınlıqda olan PB- nə gətirərək təhvil vermişlər. Baxış zamanı üzərində saxladığı bir 1 ədəd gümüşü rəngli bükümdə olan heroini təqdim edib bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2020-ci il tarixdə səhər saatlarında Xəzər rayonu Binə qəsəbəsi 136 nömrəli məktəbin yanında yaşayan əslən Lerik rayonundan olan “Namiq" adlı şəxsdən 10 (on) manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi üçün almışdır. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə verməklə sonuncunun dediklərini təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroin istifadəçisidir. Təqsirləndirilən şəxs bir ildir tanıyır. Ona narkotik lazım gələndə istifadəsində olan ***-***- **-** nömrəsindən Namiqin istifadəsində olan 077- ***-**-** nömrəsinə zəng vurub deyir və sonuncunun yaşadığı Binə qəsəbəsindəki 136 saylı otra məktbin yaxınlığındakı evin yanında 10 manat verməklə almışdır. Şahid qismində dindirilmiş X1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən göstərmişdir ki, Təqsirləndirilən şəxs çox vaxt onun yaşadığı Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən evində qalmış, o, sonuncunun narkotik satışı ilə məşğul olmasını görmüş, hətta ondan rəfiqəsi Zivər üçün Namiqdən «şüşə» adlandırılan metamfitamin adlı narkotik maddə də alıb vermişdir. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin X8 konvoy vəzifəsində işləyir, rütbəsi isə polis serjantıdır. xx.xx.2021-ci il tarixdə xidmətdə olan zaman X8 saxlanılan Təqsirləndirilən şəxs Xəzər RPİ-nin PPXB-nün əməkdaşları ilə birlikdə xidməti avtomobillə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan M.Nağıyev adma X4 “Covid-19” testindən keçirmək üçün aparmışlar. Onlar həmin tarixdə tibb mərkəzindən Təqsirləndirilən şəxs saat 14:30 radəsində testdən keçirmişlər və Təqsirləndirilən şəxs testdən keçdikdən sonra onların bilmədiyi şəraitdə qolunda olan qandalı açmış və tibb müəssisəsinin həyətindən qaçmışdır. Şahid qismində dindirilmiş Şahid8 və Şahid9 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadələrində Şahid7 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı Binəqədi rayonu Sulutəpə qəsəbəsində evdə olan zaman təxminən saat 14 radələrində oğlu ona zəng etmiş və Təqsirləndirilən şəxs kafeyə gəldiyini ona demiş, o, oğluna Namiqi bağ evinə göndərsin demiş, bundan sonra Təqsirləndirilən şəxs onun bağ evinə gəlmiş və onunla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 30 manat qohumlarından borca pul almış və azadlığa buraxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona Şamaxı şəhərində iş tapdığını və səhərə ora gedəcəyini və həmin günü onun evində qalacağını demişdir. Odur ki, Namiq həmin gün onun bağ evində qalmışdır. xx.xx.2021-ci il tarixdə o, işlətdiyi kafedə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və Təqsirləndirilən şəxs ondan soruşmuş və Namiqin həbsdən qaçdığını demişlər. O, Namiqin bağ evində olmasını demiş və polis əməkdaşlarını bağ evinə aparmışdır. O, polis əməkdaşları ilə birlikdə bağ evinə gedən zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarını görən kimi, evin damma çıxmış və qaçmağa başlamış, lakin polis əməkdaşları Təqsirləndirilən şəxs tutmuşlar. Cinayət işinin 1-ci cildinin 139-140-cı vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid1 ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Təqsirləndirilən şəxs 10 manata aldığını göstərmişdir. Cinayət işinin 1-ci cildinin 298-299-cu vərəqlərində olan protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsi yerində yoxlanılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY- nin və PPXB-nün əməkdaşlarının nəzarəti ilə “COVİD 19” testindən keçirilməsi üçün Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin M.Nağıyev adma olan X9 aparılmış, Təqsirləndirilən şəxs test müayinəsindən keçdikdən sonra konvoyun müşayəti altından X10 həyətindən qolunda olan qandalı açaraq qaçmışdır. Cinayət işinin 1-ci cildinin 45-46-cı vərəqlərində olan xx.xx.2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, baxış və götürmə videoçəkilişlə aparılmış, Şahid1 əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd bükümdə maddə aşkar edilməklə həmin görüntülər CD diskdə öz əksini tapmışdır. Cinayət işinin 1-ci cildinin 70-73, 175-177-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, baxış və götürmə videoçəkilişlə aparılmış, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol cibindən bir ədəd iri bükümdə şəffaf sellofanı, sağ cibindən tünd göy rəngli bir ədəd parça bağlama və həmin cibindən bir ədəd qara rəngli açılıb- bağlanan elektron tərəzi aşkar edilmiş, həmin bükümlərə baxış keçirilməklə 01 ədəd tünd göy rəngli parça bağlamadan 6 büküm maddə və bir ədəd kiçik ölçülü bıçaq, eləcə də bir ədəd qaşıq aşakr edilmiş, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ cibibndən avtomobil açarı, həmin şalvarın arxa sağ cibindən isə şəxsiyyət vəsiqəsi olmaqla köhnə iş vəsiqəsi aşakr edilmiş, bundan başqa Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən qara rəngli açılıb bağlan pul kisəsi və həmin pul kisəsinin içərisindən 515 manat nəğd pul və həmin şalvarın qabaq sol cibindən bir ədəd siqaret qutusu və iki ədəd alışqan aşkar edilmişdir. Həmin görüntülər CD diskdə öz əksini tapmışdır. Cinayət işinin 1-ci cildinin 83-88-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli 6/369 saylı məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Şahid1” yazisi olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,376 qr. açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkorik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan 2 ədəd paketdəki, 6 (altı) ədəd bükümdə, onlardan 2 (iki) bükümdə ümumi təmiz çəkisi 21,730 qram (ayrı-ayrılıqda təmiz çəkisi 21,620 qr və 0,110 qr) ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi L431 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,515 qr, 0,880 qr, 0,036 qr) tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,314 qram və 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 470,0 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 472,745 qramdır. Şahid1 götürülmüş təmiz çəkisi 0,376 qr. olan heroin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 470 qr və 1,314 qr açıq qəhvəyi rəngli heroinlərlə öz aralarında xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidir, Təqsirləndirilən şəxs götürülmüş digər 3 ədəd bükümdə olan tünd qəhvəyi rəngli ümumi təmiz çəkisi 1,431 qram heroinlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə fərqlidir. Qeyd: 1,Şahid1: heroinin təmiz çəkisi: 0,376 qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 0,326 qr. 2.Təqsirləndirilən şəxs: heroinin təmiz çəkisi 470 qr, 1,314 qr, ümumi 1,431 qr, tədqiqata sərf edildi: 0,2 qr, 0,05 qr, ümumi 0,06 qr, qalıqlar: 469,8 qr, 1,264 qr, 1,371 qr, metamfetaminin ümumi təmiz çəkisi: 21,730 qr, tədqiqata sərf edildi: ümumi 0,15 qr, qalıq: 21,580 qr. Cinayət işinin 1-ci cildinin 226-227-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli 6/961 saylı məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “200g/0,01g” markalı elektron tərəzinin üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri vardır. Tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün, X2 aşkar edilərək götürülmüş, heroin və metamfetaminlə (28 yanvar 2021- ci il tarixli 6/369 saylı ekspert rəyi) eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Cinayət işinin 1-ci cildinin 220-221-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli 683 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirüən şəxs Təqsirləndirilən şəxs tiryək alkoloidlərni tərkibində saxlayan maddələrindən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 28-32-ci vərəqlərində olan Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003-242)2021 nömrəli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1 ci cildinin 61, 156-160-cı vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan doğum haqqında sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları vardır. Himayəsində 2 nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 27 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx.xx.2021-ci il tarixli 683 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 228,00 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-saxlanması üçün Nəsimi prokurorluğunun maddi sübutlanı saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs Maşallaş oğlunun üzərindən götürülmüş bir ədəd polietilen bağlamada təmiz çəkisi 470,0 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, gödəkçənin sağ cibindən tünd göy rəngli bir ədəd parça bağlamanın içərisindən 6 büküm olmaqla 2 büküm ümumi təmiz çəkisi 21,730 qram (ayrı-ayrılıqda təmiz çəkisi 21,620 qram və 0,110 qram) ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 1,431 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,515 qram, 0,880 qram və 0,036 qram) tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 1,314 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, narkotik maddələrin götürülməsinə dair və telefon danışıqlarına dair cəmi 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 304.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X6 qəti olaraq 10 (on) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 27 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 228,00 (iki yüz iyirmi səkkiz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar-saxlanması üçün Nəsimi prokurorluğunun maddi sübutlanı saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs Maşallaş oğlunun üzərindən götürülmüş bir ədəd polietilen bağlamada təmiz çəkisi 470,0 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, gödəkçənin sağ cibindən tünd göy rəngli bir ədəd parça bağlamanın içərisindən 6 büküm olmaqla 2 büküm ümumi təmiz çəkisi 21,730 qram (ayrı-ayrılıqda təmiz çəkisi 21,620 qram və 0,110 qram) ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 1,431 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,515 qram, 0,880 qram və 0,036 qram) tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 1,314 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, narkotik maddələrin götürülməsinə dair və telefon danışıqlarına dair cəmi 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov